Müsəlmanın həyat tərzi

(SU) İÇMƏK QAYDALARI

(SU) İÇMƏK QAYDALARI

“Əli yumaq: Peyğəmbər (s) buyurur: “Əllərinizi yuyun, sonra onlarda su için. Çünki heç bir qab əldən təmiz deyil

Qabı başa çəkməmək: Peyğəmbər (s) bu barədə buyurur: “Tuluğun (parç və tayqulp kimi qabların) başından su içməyin


“Əl-Fəqih” c. 3, səh. 359. 6 “Əl-Came əs-səğir”, c. 1, səh. 184. 9 “Məani əl-əxbar” səh. 281.


“Suyu dördayaqlılar kimi içməyin. Əllərinizlə için, çünki onlar sizin ən yaxşı qablarınızdır””

Qabın qızıldan olmaması: Peyğəmbər (s) buyurur: “Kim qızıl və gümüş qabda yemək yeyir və ya (su) içirsə, qarnını Cəhənnəm odu ilə yaxalayır””

Qabın tutacaq tərəfindən içməmək: Peyğəmbər (s) buyurur: “Suyu qabın tutacaq səmtindən içməyin, çünki çirkin toplaşdığı yerdir”

Sınıq tərəfdən içməmək: İmam Kazım (ə) buyurur: “Qabın sınıq tərəfindən (su) içməyin, çünki Şeytan (mikrob) yığnağıdır. Suyu içməyə “Bismillah”la başlayın, “Əlhəmdu lillah”la bitirin”“

Minnətdarlıq: Əmirülmöminin (ə) buyurur: “Peyğəmbər hər dəfə su içəndən sonra deyərdi: “Əlhəmdu lillahil-ləzi ləm yəcəlhu ucabən bizünubina və cəəlhu əzbən furatən binimətihi””

Ayaq üstə dayanmaq: Əmirülmöminin (ə) buyurur: “Ayaq üstə su içməyin, çünki Allahdan başqasının çarə qıla bilməyəcəyi əlacsız dərd gətirir”

İmam Sadiq (ə) gecə və gündüz su içmək arasında fərq qoyaraq, əslində, Əmirülmömininin (ə) kəlamını izah edir: “Gündüz ayaq üstə su içmək yeməyin həzminə kömək edir, gecə ayaq üstə su içmək isə səfra (sifraq) gətirir”

” Başqalarından sonra içmək: Peyğəmbər (s) buyurur: “Başqalarına su verən özü hamıdan sonra içsin”

İmam Sadiqin su içmək haqqında tövsiyələri: həzrət buyurur: “Kim su içərkən bu qaydalara riayət etsə, Allah onu Cənnətə layiq edər: suyun olduğu qabı ağıza yaxınlaşdırdıqda “Bismillah” deyib içsin, susuzluğu yatmadan qabı ağzından çəkib, Allaha şükür etsin və yenə içsin. Sonra bir daha qabı ağzından çəkib, Allaha şükür etsin, yenə içsin. Sonra bir daha qabı ağzından çəkib, Allaha şükür etsin, yenə içsin”.


” “Əl-Fəqih” c. 4, səh, 10.

“Əl-Came əs-səğir”, c. 1, səh, 184) “Əvali əl-ləali”, c. 4, səh. 8. Məkarim əl-əxlaq” səh. 424.

“Məkarim əl-əxlaq” c. 5, səh. 151-152. Tərcümə: “Suyu gunahlarımıza görə acı etməyən, neməti olduğu üçün şirta və dadı edən Allaha şükürlər olsun” (“İrşad əl-qülub” səh. 37) 6 “İləl-əş-şəral” səh. 460. “Əl-Kafi” c. 6, səh. 383, “Kənz əl-fəvald”, c. 1, səh. 170, “Əl-Kafi”, 2, səh, 96-97,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir