Ürəyin təmizliyi etiqad və inancın səhihliyi deməkdir. Ürək təmizdirsə, əməl də təmiz olmalıdır. Çünki “zahiri əməl” və “qəlbi inanc” yerə əkilən toxumun qabığı və özəyinin misalıdır. Əgər qabığı soyub özəyi əksən məhsul verməyəcək və əkinçiyə faydası yoxdur. Əgər özəyi saxlayıb qabığı əksən yenə də faydasızdır.
Buna görə də qəlbdə inam və etiqad varsa, bu, əməl də özünü göstərməlidir və zahiri əməl varsa, bu zahiri əməl ilə birlikdə qəlbi də paklamalısan. Quran-Kərim (Şüəra, 89 / Saffat, 84 / Qaf, 33) Qiyamət günü o kəslərin nicat tapacağını deyir ki, onlar Allahın hüzuruna “sağlam qəlb” ilə gələrlər. Qəlbin sağlam olması üçün isə əməlin də sağlam olması lazımdır və eləcə də əksinə!
Ayətullah Möhsin Qəraətinin çıxışından iqtibas
Ürəyim təmizdir
Oxşar yazılıar
Qəzəb odu
Qəzəb odu Həyatda insanın qəzəb və stress halında hansısa bir işi həyata keçirdikdən və ya müəyyən bir qərar qəbul etdikdən sonra peşman olmadığı zamanlara rast gəlmək çox nadir hallarda müşahidə…
Təkəbbürün mənşəyi
İmam Sadiq (ə) buyurmuşdur: ما مِن رَجلٍ تَكَبَّرَ أو تحيَّرَ إلّا لِذِلَّةٍ وَجَدَها فِى نَفْسِهِ “Batinində zillət yaranan kəslərdən başqa, heç kəs təkəbbür edərək qürrələnməz.” Qısa izah Bu gün dünya…