14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Xəvaricin yağış kimi yağan sualları və Həzrət Əlinin (ə) mübarək cavabları

Əsbəğ ibni Nəbatə nəql edir: “İmam Əli (ə) Kufə məscidinin minbərində xütbə oxuyurdu. O Həzrət (ə) sonra buyurdu: “Ey insanlar! Məndən soruşun, çünki mənim elmim çoxdur”.

 

Bu zaman İbni Kəvva ayağa qalxdı və dedi:

 

“Ey Əmirəl-möminin! ” وَالذَّارِيَاتِ ذَرْوً  ” nə deməkdir?”.

Həzrət (ə) buyurdu: “Küləklər”.

 

Dedi: “Bəs ”   فَالْحَامِلَاتِ وِقْرً ” nədir?”.

Buyurdu: “Buludlar”.

 

Dedi: “Bəs ”  فَالْجارِیاتِ یسْراً  ” nədir?”.

Buyurdu: “Yəni, gəmilər”.

 

Dedi: “Bəs ” فَالْمُقَسِّماتِ أَمْراً  ” nədir?”.

Buyurdu: “Mələklər”.

 

Dedi: “Ey Əmirəl-möminin! Mən bəzi ayələri naqis hesab edirəm”.

İmam (ə) buyurdu: “Anan yasına əyləşsin! Allah Kitabının ayələri bir-birini tamamlayandır, naqis deyildir. Hər nə istəyirsənsə, soruş!”.

 

Dedi: Ey Əmirəl-möminin! Quran ayələrinin biri belə buyurur: ” بِرَبِّ
الْمَشارِقِ وَ الْمَغارِبِ  ”.

 

Bir başqasında belə buyurur: ”  رَبُّ
الْمَشْرِقَینِ وَ رَبُّ الْمَغْرِبَینِ  ”

 

Başqasında belə buyurur: ” قالَ
رَبُّ الْمَشْرِقِ وَ الْمَغْرِبِ؟! ”

 

İmam (ə) buyurdu: “Anan yasına əyləşsin. Ey ibni Kəvva! Bu, qərbdir, bu da şərqdir.

Ancaq ”  رَبُّ الْمَشْرِقَینِ وَ رَبُّ الْمَغْرِبَینِ  ” bu ayə buyurur ki, qışın şərqi bir həddədir, yayın şərqi başqa həddədir. Bunu günəşin yaxın və uzaq olmasından dərk etmirsənmi?

 

Ancaq bu ayədə ”  رَبِّ
الْمَشارِقِ وَ الْمَغارِبِ  ” onun 360 bürcü vardır. Bəzi günləri aydındır, bəziləri isə qaibdir. Ancaq gələn ildə həmin gündə həmin bürcə geri qayıdar.

 

İbn Kəvva dedi: “Ey Əmirəl-möminin! Sizin ayağınızdan İlahi ərşə qədər nə qədər fasilə vardır?”.

Buyurdu: “Anan yasına əyləşsin. Öyrənmək üçün sual ver, inad etmək üçün deyil.

Mənim ayağımdan İlahi ərşə qədər fasilə – ixlasla ” لا إله إلّا اللَّه ” (“Lə iləhə illləllah”) deməkdir”.

 

Dedi: ” لا إله إلّا اللَّه “” (“Lə iləhə illləllah”) deməyin nə savabları vardır?”.

Buyurdu: “Hər kim onu ixlasla deyərsə, onun günahları, ağ təsvirdə olan qara hərfin silinməsi kimi silinər. Əgər ikinci dəfə ixlascasına deyərsə, səmada mələklər bir-birinin sırasından çıxar və başqa mələklərə deyərlər: “Allahın əzəməti üçün müti olun”.

 

Əgər bu kəlməni üçüncü dəfə ixlascasına deyərsə, ərşin altı hərəkətdən dayanar. Cəlil Allah xitab edər: “Sakit olun. İzzət və Cəlalıma and verirəm ki, deyəni hansı halda olursa-olsun, əfv edərəm””.

 

Sonra Həzrət (ə) bu ayəni tilavət etdi: «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər». (“Fatir” 35).

 

İbni Kəvva dedi: “Ey Əmirəl-möminin! Qəvsi-qəzəh nədir?”.

Buyurdu: “Ey ibni Kəvva! Demə: qəzəh. Çünki qəzəh – şeytanın adıdır.

Bəlkə de: Qəvsillah! O, nə zaman zahir olarsa, çoxlu bolluq da aşkar olar”.

 

Dedi: “Səmada olan möcüzə nədir?”.

Buyurdu: “O, ulduzlardır. Onlar yer əhlini qərq olmaqdan amanda saxlayarlar”.

 

Dedi: “Ey Əmirəl-möminin! Ayda zahir olan qaralıq nədir?”.

Buyurdu: “Allahu Əkbər! Allah Əkbər! Allahu Əkbər! Kor insan kor şeydən sual verər. Məgər bu ayəni eşitməmisən ki, Allah buyurur: “Biz, gecə ilə gündüzü (Öz tövhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik.

Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik”. (“İsra” 12).

 

Dedi: “Mənə Peyğəmbərin (s) səhabələrindən xəbər ver!”.

Buyurdu: “Hansının haqqında istəyirsən?”.

Dedi: “Əbuzər Ğəffari!”.

Buyurdu: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Heç kəs Əbuzər qədər danışığında doğruçu deyildir”.

 

Dedi: “Bəs Salman Farsi necə idi?”.

Buyurdu: “Salman – biz Əhli-Beytdəndir. O, Loğman Həkim kimi idi. Əvvəl və axır elmi bilirdi”.

 

Dedi: “Bəs Həzifə ibni Yəmani necə idi?”.

Buyurdu: “O, həmin kəs idi ki, münafiqlərin adını bilirdi. Əgər ondan İlahi hədd barəsində sual versəydilər, hamısına agah idi”.

 

Dedi: “Bəs Əmmar ibni Yasir necə idi?”.

Buyurdu: “O, həmin kəs idi ki, Allah onun ətini və qanını cəhənnəm atəşinə haram buyurmuşdu”.

 

Dedi: “Özünüz haqqında danışın”.

Buyurdu: “Mən o cürəm ki, sual verən zaman cavab verərəm. Sakit olan kimi mən başlayaram”.

 

Sonra İmam (ə) minbərdən endi və əlini İbni Kəvvanın çiyninə vurub, buyurdu: “Ey ibni Kəvva! Sən Nəhrivan və Xəvaric əhlindən uzaq deyilsən!””.(Həvzəh)

 

Əsbəğ deyir: “Biz ibni Kəvvanı Nəhrivanda gördük və ona dedilər: “Dünən İmamdan (ə) o qədər şeyi soruşurdun, amma bu gün onunla vuruşursan?!”.

Bu zaman bir nəfər ona hücum etdi və onu məhv etdi”.

 

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir