14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

ƏLİNİN(Ə) NURANİ XİLQƏTİ VƏ PEYĞƏMBƏRLƏ(S) ORTAQLIĞI

ƏLİNİN(Ə) NURANİ XİLQƏTİ VƏ PEYĞƏMBƏRLƏ(S) ORTAQLIĞI

Yaradılışın həqiqət anlamı və nuraniyyəti baxımından Hz Əli(ə) digərlərindən daha üstün və birincidir.Bu səbəbdən Əhməd ibn Hənbəl dəyərli kitabı «Müsnəd»də,Şafei fəqihi Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»da,İbn Məğazəli Şafei «Mənaqib»də və Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-sual fi mənaqibi-ali-Rəsul»da Peyğəmbərin(s) belə buyurduğunu nəql edir: «Mən və Əli Adəm yaranmazdan 14 min il əvvəl Allahın qüdrətinin ixtiyarında bir nur idik.Allah-Təala Adəmi yaratdıqda bu nuru onun sülbündə qərar verdi.

Əbdul-Müttəlibə qədər yalnız bir nur idik.Əbdul-Müttəllibin sülbhünə gəldikdə məndə nübuvvəti,Əlidə isə xilafəti qərar verdi».

Şafei fəqihi Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»nın 8-ci məvəddəsini bu ibarələrlə zikr olunmuş mövzuya həsr etmişdir; «8-ci məvəddə rəsulallah ilə Əlinin bir nurdan olduğu və Əliyə verilən xüsusiyyətlərin insanlardan heç kimə verilmədiyi xüsusundadır».

Bu məvəddədə nəql etmiş olduğu rəvayətlərdən birində İbn Məğazəli Şafei də rəvayət edir; «3-cü Xəlifə Osman ibn Əffan Rəsulallahın(s) belə buyurduğunu rəvayət edir; «Mən və Əli Adəm yaradılmamışdan 14 min il əvvəl bir nur idik.Allah-Təala Adəmi yaratdıqda bu nuru Onun sülbhündə qərar verdi.Əbdul-Müttəlibə qədər bir nur idik. Əbdul-Müttəlibin sülbhünə yetişdikdə məndə nübuvvəti ,Əlidə isə xilafəti qərar verdi».

Bir başqa hədisdə isə Peyğəmbərin(s) bu sözlərdən sonra Hz Əliyə(ə) xitabən belə buyurduğu nəql edilmişdi;

«Ya Əli! Nubuvvət və risalət məndədir;vəsilik və imamət isə səndə».

Bu rəvayəti İbn Əbil-Hədid «Nəhcul-Bəlağənin şərfi»(Misir çapı) kitabının 2-ci cildinin 450-ci səhifəsində «Firdovs» kitabının müəllifindən rəvayət edir.Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə»nin 1-ci babında , «Cəmul-fəvaid»dən

İbn Məğazəli Şafeinin «Fəzail»indən ,Deyləminin «Firdovs»kitabından Həmvinin «Fəraidus-simtəyn»dən ,Xarəzminin «Mənaqib»indən cüzi fərqliliklə Peyğəmbərlə(s) Əlinin(ə) nurani yaradılışlarının varlıqların yaradılmasından minlərlə il əvvəl həqiqiləşdiyini nəql edir.Bu rəvayətə görə hər ikisi

Əbdul-Müttəlibin sülbhünə qədər bir nur olub.Ayrıldıqdan sonra yarısı Abdullahın sülbhünə keçərək Hz Peyğəmbər(s),digər yarısı isə Əbu Talibin sülbhünə keçərək Hz Əli(ə) vücuda gəlir.Hz Peyğəmbər(s) nübuvvət və risalət üçün ,Hz Əli(ə) isə

imamət,xilafət və vəsilik üçün seçilir.Bu səbəbdən nəql edilmiş olan hədislərdə də

rəsulallah(s) bunu bilavasitə buyurmuşdur.

Əbul-Müəyyəd Müvəffəq ibn Əhməd Xarəzmi «Mənaqib» in 14-cü , «Məqtəlul-Huseyn»in isə 4-cü fəslində ,Səbt ibn Cövzi «Təzkirə»nin 28-ci səhifəsində ,İbn Səbbaf Maliki «Füsulul-muhimmə»də ,Məhəmməd ibn Yusif Gənci Şafei isə «Kifayəut-talib»in 87-ci babında sənədi ilə 5 hədisi Şam Mühəddisi ilə İraq mühəddisindən,həmçinin «Möcəmi-Təbərani»dən öz sənədləri ilə nəql edir ki, Peyğəmbər(s) belə buyurmuşdur; «Mən və Əli bir nurdan yaradıldıq;birlikdəydik.Əbdul-Muttəlibin sülbhündə ayrıldıq».

Bu rəvayətlərin uca mənalı və faydalı olmasına baxmayaraq,çox uzun olduğuna görə,hamısını zikr etməkdən çəkinirəm(İstəyənlər adları çəkilən kitablara müraciət etsinlər.)

Sözü gedən hədisin ibarə və ləfz fərqlilikləri Peyğəmbərin(s) bir məclisdə buyurub ravilərin fərqli nəql etmələrindən deyil , fərqli məkanlarda fərqli təbirlərlə

bəyan etməsindən ola bilər.Bu rəvayətin özündən daha yaxşı anlaşılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir