Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.
Haris ibn Dəlhas Əbülhəsəndən (ə) belə nəql edir: “Bu üç xislətə sahib olmayan şəxs mömin deyil:
Allahdan olan sünnətə, Peyğəmbərdən (s)olan sünnətə və Peyğəmbərin vəlisindən olan sünnətə.
Rəbbindən olan sünnət, Onun sirrini gizli saxlamasıdır. Belə ki, Allah-taala Qurani-Kərimdə belə buyurur: “(Аllаh) qeybi biləndir və Öz qeybinin sirlərindən heç kimi agah etməz, Yalnız seçdiyi rəsuldan başqa” (“Cin” surəsi, 25-26-cı ayələr),
Peyğəmbərdən (s) olan sünnət insanlarla xoş davranışdır. Belə ki, Allah-taala Qurani-Kərimdə Öz peyğəmbərinə insanlarla xoş davranmağı əmr edərək belə buyurur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər” (“Əraf” surəsi, 199-cu ayə). Peyğəmbərin vəlisinin sünnəti isə maddi və cismani ziyanlara səbir etməkdir. Belə ki, Allah-taala Qurani-Kərimdə buyurur: “Maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs” (“Bəqərə” surəsi, 177-ci ayə).
Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.
Oxşar yazılıar
“Namazdan öncəki məhəbbət anı”
“Namazdan öncəki məhəbbət anı” Kimsə mənəviyyatını artırmaq istəyirsə, əvvəlcə mehribanlıq üçün səy göstərməlidir. Evinizə namaz qılmaq üçün girirsiniz… Qapıda qızınız, oğlunuz və həyat yoldaşınız sizi qarşılamağa gəlir. Bəli, namaz vacibdir….
Təvəkkülə Çatmağın ASAN Yolu
Təvəkkül nədir? Təvəkkül – insanın bütün gücü ilə çalışdıqdan sonra nəticəni Allahın qüdrətinə və mərhəmətinə həvalə etməsidir. Bu, Allahın sonsuz gücünə, hikmətinə və mərhəmətinə tam bir inamdır. Əgər bir insan…