İmam Muhəmməd Baqir (ə)

İmam Muhəmməd Baqir (ə)

14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Baqir (ə)

İmam Baqir (əleyhissəlam) Şamda

İmam Baqir (əleyhissəlam) Şamda İmam Baqir əleyhissəlamın şərəfli həyatının mühüm hadisələrindən biri də, o Həzrətin Şama səfəridir. İmam Baqir əleyhissəlamın müasiri olmuş Hişam ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o Həzrətin ardıcıllarının (şiələrinin) onu “İmam” kimi tanımasını bildiyi üçün həmişə onun mə’nəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını almağa çalışmışdır. İmam Baqir (əleyhissəlam) bir dəfə öz əziz oğlu Cə’fər ibn Məhəmməd (əleyhissəlam) (İmam Sadiq (əleyhissəlam)) ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq (əleyhissəlam) bir dəstə müsəlman arasında Əhli-beytin (əleyhimussəlam) fəzilət və İmaməti barədə söhbət etmiş, bu söhbət dövlət mə’murları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqir əleyhissəlamı öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiq əleyhissəlama heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki, İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı Şama (Dəməşqə) göndərsin. İmam Baqir (əleyhissəlam) məcbur olub əziz oğlu İmam Sadiq əleyhissəlamla birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqir əleyhissəlamın məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində o, İmam əleyhissəlamla necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü. Ox atma yarışı Əgər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı, bəlkə də, o, seçilmiş alimləri yığıb elmi müzakirələr təşkil edərdi. Ancaq Əməvi xəlifələrinin, o cümlədən də, Hişamın sarayı bu cür alimlərdən məhrum olduğundan, şair, dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir məclis təşkil etmək qərarına gəlmədi. O, çox yaxşı bilirdi ki, əgər elmi müzakirə yolu ilə İmam Baqir əleyhissəlamla mübarizə etsə, onun sarayındakılardan heç kəs İmamın öhdəsindən gələ bilməyəcək. Buna görə də, belə qərara gəldi ki, (öz fikrində qələbə qazanacağını yəqin edib) başqa bir yolla mübarizə etsin. Bəli, təəccüblü də olsa, Hişam ox atma yarışı təşkil edib İmam Baqir əleyhissəlamı da ora də’vət etmək qərarına gəldi. O bu yolla İmam əleyhissəlamı məğlub edib camaatın gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə İmam Baqir (əleyhissəlam) hökumət sarayına daxil olmazdan qabaq Hişam sarayın bir neçə işçisinə əmr etdi ki, nişangah qoyub ox atmaqla məşğul olsunlar. İmam Baqir (əleyhissəlam) məclisə daxil olub bir qədər əyləşdi. Birdən Hişam üzünü İmam əleyhissəlama tutub dedi: “Ox atma yarışında iştirak etmək istəyirsinizmi?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Mən artıq qocalmışam, ox atmaq vaxtım ötüb keçib, məni üzürlü sayın.” Yaxşı fürsət tapıb İmam Baqir əleyhissəlamı məğlubiyyətin iki addımlığında durduğunu güman edən Hişam israr edib ona and verdi. Eyni zamanda Bəni-Üməyyə böyüklərindən birinə işarə etdi ki, öz ox-kamanını İmam Baqir əleyhissəlama versin. İmam əlini uzadıb kamanı tutdu, bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı, ox birinci oxun ortasına batıb onu sındıraraq hədəfə sancıldı. Üçüncü ox da ikinci oxu sındırıb nişangaha sancıldı. Beləliklə, doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-məəttəl qoyub hamını o Həzrəti alqışlamağa məcbur etdi. Gümanı yanlış çıxan və planı puç olan Hişam bərk narahat olub özündən ixtiyarsız olaraq dedi: “Afərin sənə, ey Cə’fərin atası! Sən ərəb və əcəmin (qeyri-ərəbin) ox atanlarının ən üstünüsən. Bəs deyirdin qocalmışam?” Bu vaxt Hişam başını aşağı salıb bir qədər fikrə getdi. Sonra İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı öz yanında xüsusi yerdə otuzdurub onlarla çox hörmətlə davrandı. Daha sonra üzünü İmam əleyhissəlama tutub soruşdu: “Qüreyş sənin sayəndə bütün ərəb və əcəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə vaxta öyrənmisən?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Özün bilirsən ki, Mədinə camaatı bu işə adət edib, mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuş, sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin üçün qəbul etdim.” Hişam dedi: “Cə’fər (İmam Sadiq (əleyhissəlam)) də ox atmaqda sənin kimi məharətlidir?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi [Məkkənin fəthi, İslamın mövqeyinin möhkəmlənməsi, cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a] tamamladım”[1] ayəsində buyurulmuş kamil din və tamamlanmış ne’mət bizik. Biz Peyğəmbər ailəsi (İmamət və rəhbərliyi) bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən (İlahi hüccətdən) boş olmaz.”[2] [1] “Maidә” surәsi, ayә 3. [2] Dәlailül-imamәt, sәh.105.

Read More
14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Baqir (ə)

Elmləri fəth edən, bilik qapılarını açan

Elmləri fəth edən, bilik qapılarını açan İmam Baqir əleyhissəlamın parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi (rəvayətçisi) İslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir ibn Abdullah Ənsaridir. İslam Peyğəmbərinin dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: “Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) mənə buyurdu: “Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını camaatın üzünə açacaq.” İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir (əleyhissəlam) dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə, gözü Həzrət Baqir əleyhissəlama sataşdı. Gördü ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğu bütün nişanələr onda var. Soruşdu: “Adın nədir?” Həzrət Baqir (əleyhissəlam) buyurdu: “Adım Məhəmməd ibn Əli ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu: “Cəddin Peyğəmbər (səlləllahu əleyhi və alih) mənim vasitəmlə sənə salam göndərdi.” Cabir o gündən e’tibarən İslam Peyğəmbərinin hörmətini qorumaq və İmam Baqir əleyhissəlamın əzəmətini göstərmək məqsədilə gündə iki dəfə o Həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər məscidində camaatın arasında oturub (İmam Baqir əleyhissəlamın işlərinə irad tutan bə’zi şəxslərin cavabında) Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənliyini rəvayət edirdi.[1] Bir incəlik Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir (əleyhissəlam) ilə görüşü və Peyğəmbərin (səlləllahu əleyhi və alih) salamını İmama çatdırması Ricali-Kəşşi, Kəşfül-ğümmə, Əmaliyi-Səduq, Əmaliyi-Şeyx Tusi, İxtisasi-Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir: 1) Bu rəvayətlərin bir qisminin mə’nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin mə’nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı İmam Zeynül-abidin əleyhissəlamın (yə’ni atasının) evində görmüş, üçüncü qisim rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir (əleyhissəlam) özü Cabirin yanına getmiş, Cabir də onu orada tanımışdır. 2) Bu rəvayətlərin bə’zisində deyilir ki, Cabir həmin vaxt kor olmuş, bə’zilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqir əleyhissəlamı nəzərdən keçirtdi. Təbii ki, bu məsələ Cabirin kor olması ilə heç də uyğun gəlmir. Birinci ziddiyyətin cavabında deməliyik ki, bir az diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bə’zi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənlik və İmam Baqir (əleyhissəlam) üçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqir əleyhissəlamın məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var? İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqir əleyhissəlamı görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kor olmazdan qabaqkı vaxtına aiddir. Belə ki, Şeyx Müfid İmam Baqir əleyhissəlamdan rəvayət edir: Cabir ibn Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu: “Kimsən?” Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur.[2] Bu rəvayətə bənzər digər birisini də Səbt ibn əl-Cuzi nəql etmişdir.[3] İctimai-siyasi durum Qeyd etdik ki, İmam Baqir (əleyhissəlam) beş Əməvi xəlifəsinin müasiri olmuşdur. İndi isə İmam Baqir əleyhissəlamın hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o Həzrətin müasiri olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik. Vəlid ibn Əbdülməlik Vəlid ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın müasiri olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə İmam Səccad əleyhissəlamın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik: Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm Şərqə, həm də Qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqkı xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də, onun hakimiyyət dairəsi Şərq və Qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçinin, Kabul, Kaşğar, Tus və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa ibn Nüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi.[4] Süleyman ibn Əbdülməlik Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O, üç ildən çox hakimiyyətdə qalmamışdır.[5] Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış, İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusif ibn Həccacın maliyyə işlərinə tə’yin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi. İntiqam alovu

Read More
14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Baqir (ə)

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa mə’lumat

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa mə’lumat İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1] Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cə’fər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş,[2] məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur. İmam Baqir əleyhissəlamın müasiri olmuş xəlifələr Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqir əleyhissəlamın İmaməti dövründə onun müasiri olmuşlar: Vəlid ibn Əbdülməlik (86-96 h.q); Süleyman ibn Əbdülməlik (96-99 h.q); Ömər ibn Əbdüləziz (99-101 h.q); Yezid ibn Əbdülməlik (101-105 h.q); Hişam ibn Əbdülməlik (105-125 h.q); Bu xəlifələrin hamısı Ömər ibn Əbdüləziz istisna olmaqla (o, nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi) zalım olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış, xüsusən də, İmam Baqir əleyhissəlama çox zülm etmişlər. Elmi inqilabın banisi İmam Məhəmməd Baqir (əleyhissəlam) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cə’fər Sadiq əleyhissəlamın İmaməti dövründə tə’sis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tə’rifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (əleyhissəlam), İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.[3] O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cü’fi, Kisan Sicistani,[4] həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş. Sünni məzhəbinin ən mö’təbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mö’təbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş, Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqir əleyhissəlamın mə’nalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) buyurmuşdur” yaxud “Məhəmməd Baqir (əleyhissəlam) buyurmuşdur” ifadəsi gözə dəyir.[5] Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir əleyhissəlamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər. İmam Baqir (əleyhissəlam) alimlər baxımından İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı. İbn Həcər Heytəmi yazır: “Məhəmməd Baqir (əleyhissəlam) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar.”[6] İmam Baqir əleyhissəlamın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir:

Read More