Cəfər Təyyarın (ə) namazı çox fəzilətli namazlardan biridir.
Cəfər Təyyar namazının fəziləti
Bu namaz günahların bağışlanması, ruzi-bərəkərin çoxalması, işlərin uğurlu olması, və mühüm bir hacətin yəni arzu və istəyin yerinə yetməsi üçün qılınır.
Bu namazı həzrət Muhəmməd səllAllahu əleyhi və alih öz əmisi oğluna, yəni Əli əleyhissalamın qardaşına -Cəfər Təyyara öyrətmişdir. Cəfər Təyyar o vaxtlar Peyğəmbərin(s) göstərişi ilə Həbəşəyə (Efiopiyaya) hicrət etmiş 105 nəfər müsəlman mühacirin oradakı başçısı idi. Cəfər Təyyar Həbəşədən qayıdandan sonra Peyğəmbər(s) ona demişdir: “Sənə elə bir şey öyrədim ki dünyada hər şeydən üstün olar sənə, əgər günahın səhraların qumları qədər olsa belə Allah Taala səni bağışlayar.”

Cəfəri Təyyar namazı necə qılınır?

Cəfəri Təyyar namazının qılınma qaydası:

Cəfəri Təyyar namazı ən fəzilətli müstəhəb namazlardandır.
Bu namazı Cəfəri Təyyar niyyəti ilə qılınır və müşəxxəs zamanı yoxdir ,hər hansı bir zamanda qılınmasına təkid olunub.
4 rəkətdir. 2 ədəd 2 rəkətli
1-ci iki rəkət

1-ci rəkətdə həmddən sonra (Zəlzələ)surəsi oxunur ,onun ardınca 15 dəfə təsbihati ərbəə (subhanəllahi vəlhəmdulillahı və la ilahə iləllahu vəllahu əkbər) oxunur. Sonra rükuya gedib rükunun zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən sonra isə rükudan qalxıb qiyam halında dayanıb həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra səcdəyə gedirsən . Səcdədə səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən. Alnını səcdədən qaldırıb diz üstə oturarkən (yəni iki səcdə arasında) həmin zikri (təsbihati ərbəə )ni yenidən 10 dəfə dedikdən sonra ikinci səcdəyə gedib səcdənin zikrini dedikdən sonra həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə deyirsən .Sonra səcdədən qalxıb diz üstə oturduğun halda 10 dəfə həmin zikri (təsbihati ərbəə )ni dedikdən sonra ikinci rəkət üçün qiyam halına qalxırsan .
2- ci rəkətdə həmddən sonra (Vəl adiyat) surəsini oxuyursan .sonra isə birinci rəkətdə dediklərimiz kimi təkrar olaraq əməl edirsən , ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib birinci iki rəkəti sona çatdırırsan.

2- ci iki rəkət
1- ci rəkətdə Həmddən sonra ( Nəsr )surəsini oxuyursan və sonra isə yuxarıda dediklərimiz kimi təkrar olaraq əməl edirsən.
2-ci rəkətdə isə Həmddən sonra (İxlas) surəsini oxuyursan və sonra isə yuxarıda ddiklərimiz kimi təkrar olaraq əməl edirsən. Yenədə sonra ikinci səcdədən qalxdıqdan sonra ikinci səcdədən qalxıb həmin zikri (təsbihati ərbəə )ni 10 dəfə dedikdən sonra təşəhhüd və salamı verib ikinci iki rəkəti sona çatdırırsan.

سُبْحَانَ اللهِ وَالحْمدُ لِلّهِ وَ لا اِلهَ اِلَّا اللهُ وَ اللهُ اَكْبَرُ (Təsbiət ərbəə ərəbcə)

Cəfəri Təyyarın namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar namazının qılınma qaydası: Namaz dörd rükətdir, iki təşəhhüd və iki salamla qılınır (Yəni sübh namazı kimi iki rükət-iki rükət qılınır). Birinci rükətdə “Həmd” surəsindən sonra “Zəlzələ” surəsi, ikinci rükətdə “Həmd”dən sonra “Adiyat” surəsi, üçüncü rükətdə “Həmd”dən sonra “Nəsr” surəsi və dördüncü rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, “Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikrini (təsbihati ərbəəni) hər rükətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı qiyamda 10 dəfə, birinci səcdədə 10 dəfə, birinci səcdədən qalxandan sonra 10 dəfə, ikinci səcdədə 10 dəfə, ikinci səcdədən qalxıb oturandan sonra 10 dəfə oxunmalıdır.

Şeyx Kuleyni (r.ə) Əbu Səid Mədainidən belə nəql edir: “Həzrət İmam Sadiq ələyhissalam mənə buyurdu: “Cəfərin namazında oxumaq üçün sənə bir şey öyrədimmi?” Dedim: “Bəli buyurun.” Həzrət buyurdu: “Dörd rükətli namazın axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni 10 dəfə oxuduqdan sonra de:

سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّ وَالْوَقارَ سُبْحانَ مَنْ تَعَطَّفَ بِالَْمجْدِ وَتَكَرَّمَ بِهِ سُبْحانَ مَنْ لا يَنْبَغِي التَّسْبيحُ إلاّ لَهُ سُبْحانَ مَنْ اَحْصى كُلِّ شَىْء عِلْمُهُ سُبْحانَ ذِي الْمَنِّ وَالنِّعَمِ سُبْحانَ ذِي الْقُدْرَةِ وَالْكَرَمِ اَللّـهُمَّ اِنّي أَسْأَلُكَ بِمَعاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَاسْمِكَ الاَْعْظَمِ وَكَلِماتِكَ التّامَّةِ الَّتى تَمَّتْ صِدْقاً وَعَدْلاً صَلِّ عَلى مُحَمَّد وَاَهْلِ بَيْتِهِ وَافْعَلْ بى كَذا وَكَذا وتطلب حاجتك عوض كلمة كذا وكذا
– Subhanə mən ləbisəl izzə vəl vəqar, subhanə mən təəttəfə bil məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy’in ilmuh, subhanə zil mənni vən niəm, subhanə zil qudrəti vəl kərəm, Əllahummə inni əsəlukə biməaqidil izzi min ərşik, və muntəhər rəhməti min kitabik, vəsmikəl ə’zəm, və kəlimatikət təmmatilləti təmmət sidqən və ədla, səlli əla Muhəmmədin və Əhli Bəytih, vəf’əl bi kəza və kəza.

İzzət və vüqar libası geymiş Allah hər nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzət əhdlərinə, tövhid və mərifət həqiqətləri olan) sənin kitabının rəhmətinin muntəhasına (ən ucasına), sənin əzəm və böyük adına, (sənin ənbiya və övliyalarından ibarət olan) doğruluq və ədalət baxımından tam və kamil kəlmələrinə xatir səndən istəyirəm ki, Muhəmməd (s) və onun əhli-beytinə (ə) salam göndərəsən və mənimlə belə və belə rəftar edəsən (Belə və belə sözlərinin əvəzində hacət və istəklərini Allahdan dilə.)
* (Kəza və kəza kəlmələrinin yerinə öz hacətini dilə)

Şeyx və Seyid, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiq ələyhissalamı belə gördüm.

(ya Rəbb, ya Rəbb…), sonra yenə bir nəfəs bitənə qədər

يا ربّاهُ يا ربّاهُ

(ya Rəbbah, ya Rəbbah…), bir nəfəs bitənə qədər

رَبِّ رَبِّ

(Rəbbi, Rəbbi….), bir nəfəs bitənə qədər

يا اَللّهُ يا اَللّهُ

(ya Allah, ya Allah….), bir nəfəs bitənə qədər

يا حَيُّ يا حَيُّ

(ya Həyyu, ya Həyyu….), bir nəfəs bitənə qədər

يا رَحيمُ يا رَحيمُ

(ya Rəhim, ya Rəhim….), bir nəfəs bitənə qədər

يا رَحْمنُ يا رَحْمنُ

(ya Rəhman, ya Rəhman….) sonra isə yeddi dəfə

يا اَرْحَمَ الرّاحِمينَ

(ya Ərhəm ər-Rahimin) deyə dua etdi. Sonra ağa bu duanı oxudu:

اَللّـهُمَّ اِنّي اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ وَاَنْطِقُ بِالثَّناءِ عَلَيْكَ وَاُمَجِّدُكَ وَلاغايَةَ لِمَدْحِكَ وَاُثْني عَلَيْكَ وَمَنْ يَبْلُغُ غايَةَ ثَنائِكَ وَاَمَدَ مَجْدِكَ وَاَنّى لِخَليقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ وَاَيَّ زَمَن لَمْ تَكُنْ مَمْدُوحاً بِفَضْلِكَ مَوْصُوفاً بِمَجْدِكَ عَوّاداً عَلَى الْمُذْنِبينَ بِحِلْمِكَ تَخَلَّفَ سُكّانُ اَرْضِكَ عَنْ طاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفاً بِجُودِكَ جَواداً بِفَضْلِكَ عَوّاداً بِكَرَمِكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْمَنّانُ ذُوالْجَلالِ وَالاِْكْرامِ .
İlahi, mən Sənin tərifinlə sözə başlayıram və Sənə həmdu-səna deməklə nitqə gəlirəm və Sənin böyüklüyünü mədh edirəm. Halbuki, Sənin mədhinin və həmdu-sənanın sonu yoxdur. Kim Sənin böyüklüyünün və fəzilətinin sonuna çata bilər. Sənin yaratdıqların necə və hansı yolla səndəki böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! Hansı zaman olub ki, Sən fəzilət və ehsanla mədh və böyüklüyünlə vəsf olunmayasan?! Sən Öz helminlə günahkarlara çox ehsan edənsən. Sənin yaratdığın yerin sakinləri hər nə qədər itaətindən boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, Öz səxavətinlə, Öz fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. Nemət bağışlayan, cəlal və kərəm sahibi olan Səndən başqa tanrı yoxdur.
Sonra Həzrət buyurdu: “Ey Müfəzzəl! Nə zaman zəruri bir hacətin olsa, Cəfər namazını qıl, bu duanı oxu və (sonra) Allahdan öz hacətlərini istə. İnşəallah müstəcab olar.

– Əllahummə inni əftətihul qəvlə bihəmdikə və əntiqu bis sənai ələyk, və uməccidukə və la ğayətə limədhik, və usni ələyk, və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik, və ənna lixəliqətikə kunhu mə’rifəti məcdik, və əyyə zəmənin ləm təkun məmduhən bifəzlik, məvsufən biməcdikə əvvadən ələl muznibinə bihilmik, təxəlləfə sukkanu ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, cəvadən bifəzlik, əvvadən bikərəmik, ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikram.

Sonra Həzrət buyurdu: “Ey Müfəzzəl, hər zaman işin çətinə düşdü Cəfərin namazını qıl və bu duanı oxuyub Allah Təalanın dərgahından hacətini dilə ki, inşaAllah hacətin rəva qılınacaq.”

“Zəlzələ” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza zulzilətil ərzu zilzaləha 1. Və əxrəcətil ərzu əsqaləha 2. Və qaləl insanu ma ləha 3. Yəvməizin tuhəddisu əxbarəha 4. Biənnə rəbbəkə əvha ləha 5. Yəvməizin yəsdurun nasu əştatən liyurəv ə”maləhum 6. Fəmən yə”məl misqalə zərrətin xəyrən yərəh 7. Və mən yə”məl misqalə zərrətin şərrən yərəh 8.

“Adiyat” surəsi
Bismillahir Rəhmanir Rəhim
Vəl adiyati zəbha 1. Fəl-muriyati qədha 2. Fəl-muğirati subha 3. Fəəsərnə bihi nəq”a 4. Fəvəsətnə bihi cəm”a 5. İnnəl insanə lirəbbihi ləkənud 6. Və innəhu əla zalikə ləşəhid 7. Və innəhu lihubbil xəyri ləşədid 8. Əfəla yə”ləmu iza bu”sirə ma fil qubur 9. Və hussilə ma fis sudur 10. İnnə rəbbəhum yəvməizin ləxəbir 11.

“Nəsr” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza caə nəsrullahi vəl fəth 1. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca 2. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba 3.