14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Fatiməni sevmək 100 yerdə fayda verər

Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Ey Salman! Fatiməni sevmək 100 yerdə fayda verər, onların ən asanı (yüngülü) bunlardır: vəfat edərkən, qəbrdə, əməllərin ölçülərkən (mizanda), məhşərdə (Qiyamətdə toplantı yerində), siratda, mühasibədə (hesab verərkən). Bəs bilin ki, qızım Fatimə kimdən razı qaldısa, mən də ondan razı qalaram və mən kimdən razı qaldımsa Allah da ondan razı qalar və qızım Fatimə kimə qəzəblənərsə, mən də ona qəzəblənərəm və mən kimə qəzəblənərəmsə Allah da ona qəzəblənər. Ey Salman! Ona və onun əri Əmirul-mimininə zülm edən üçün vəyl vardır (cəhənnəmin vəyl dərəsində əzab) və onun (məsum və təqvalı) övladlarına və şiələrinə (köməkçiləri və tərəfdarlarına) zülm edənə də vəyl vardır”.

1. “Fəraidus-səmtəyn” c.2, bab-11, hədis-219;
2. “Kəşful-ğummə” c.1, səh 467.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir