Ətraflı cavab:

Peyğəmbərin (s) həyat yoldaşı olan Ümmü Sələmə və Aişə deyirlər: Peyğəmbəri-Əkrəmdən (s) eşitdik ki, buyurdu:

 

على مع الحق و الحق مع على لن یفترقا حتى یردا علىّ الحوض

“Əli (ə) haqq ilə, haqq da Əli (ə) ilədir. Onlar kövsər hovuzun kənarında mənə çatanadək bir-birlərindən ayrılmazlar.”

 

Bu hədis əhli-sünnə mənbələrinin əksəriyyətində yazılıb. Əllamə Əmini bu mənbələri dəqiq şəkildə “Əl-Qədir” kitabının üçüncü cildində yazıb. (1)

Əhli-sünnənin tanınımış təfsirçisi Fəxri Razi ”Təfsiri-kəbir” kitabında “Həmd” surəsi barəsində yazır: “Həzrət Əli (ə) bismillahı uca səslə deyərdi və bu məsələ təvatür həddində sübut olunub. Hər kəs öz dinində həzrət Əliyə (ə) iqtida etsə, hidayət olacaq. Bunun dəlili Peyğəmbərin (s) buyurduğu kəlamdır :

 

اللّهم ادر الحق مع على حیث دار

“Ey Allah, (Əli harda olursa olsun,) haqqı Əlinin yanında elə!”” (2) Diqqət edilməli məsələ hədisdə “haqq”ın harada olursa-olsun, həzrət Əlinin (ə) yanında olmasının bildirilməsidir. (3)


Qeydlər:

(1) Bu hədisi Məhəmməd ibn Əbi bəkr, Əbuzər, Əbu Səid Xudri və başqaları Peyğəmbərdən (s) nəql etmişlər. (Ətraflı məlumat üçün “Əl-Qədir” kitabının üçüncü cildinə müraciət edin.)

(2) “Təfsiri-kəbir”, c.1, səh. 205

(3) “Hədise-Qədir sənəde quyaye velayət” kitabından toplanıb, maarif və tədqiqat qrupu, Qum, səh. 28.