14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR

HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR

«Kutubu-sittə»ni diqqətlə oxuyun! Əlavə olaraq, Mirseyyid Əli Həmədani Şafeinin «Məvəddətul-qurba»da ,Təbərani «Mövəm»də ,Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-sual»da ,İmam Əhməd ibn Həmbəl «Müsnəd» və «Fəzail »də ,Həmidi

«cəmun-beynəs-səhiheyn»də ,Xarəzmi «Mənaqib»də, ibn Əbil-Hədid «Nəhcül Bəlağənin şərhi»nin 2-ci cildinin 449-cu səhifəsində və İbn Səbbağ Maliki «Fusuul-muhimmə»nin 124-cü səhifəsində Hafiz Əbdul–Əziz ibn Əhzər Cənabəzidən nəql edərək «Məslimul-itrətin-nəbəviyə»də Hz Fatimənin (s) belə buyurduğunu rəvayət edir;»Atam Rəsulallah(s) Ərəfə axşamı yanımıza gələrək bizlərə belə buyurdu;Allah mələklər qarşısında sizinlə öyünür;Allah ümmi olaraq sizi,xüsusi olaraq Əlini(ə) bağışlamışdır;Həqiqətən səadət əhli həyatında və öldükdən sonra Əlini(ə) sevən şəqavət əhlidə həyatında və öldükdən sonra Əliyə(ə) nifrət edəndir».

Eyni kitablarda ,deyəsən,əvvəlki gecələrdə nəql etdiyim üçün bir hədisdə Ömər ibn Xəttabdan nəqlən Rəsulallahın(s) ölüm yatağında Hz Əliyə(ə) belə buyurduğu nəql edilir.; «Ey Əli ,sənə qəzəbi olduğu halda məni sevdiyini düşünən yalan söyləmişdir.Səni sevən məni sevmişdir.Məni sevəndə Allahı sevər və onu Cənnətə aparar.Sənə qəzəblənən mənə qəzəblənər;mənə qəzəblənən də Allaha qəzəblənər və onu Cəhənnəmə salar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir