14-Məsum (Əhli-Beyt)İmam Muhəmməd Baqir (ə)

İmam Baqirə (ə) etiraz edən şamlının aqibəti necə oldu?

Mədinədə Şam əhlindən olan bir nəfər sakin olmuşdu. İmam Baqirin (ə) evinə çox gedib-gələrdi. İmama (ə) deyərdi: “Yer üzərində sənin kin və küdurətin qədər heç kəsin kininə malik deyiləm. Səndən əvvəl, nəslindən olan heç kəslə düşmən olmamışam. Bu əqidədəyəm ki, Allaha, Peyğəmbərə (s), Əmirəl-mömininə (ə) itaət – səninlə düşmən olmaqdadır. Əgər sənin evinə gedib-gəldiyimi görürsənsə, bil ki, ona görədir ki, sən ədəbli və xoş bəyanı olan insansan”.

Bu sözlərə baxmayaraq, İmam (ə) ona mehribanlıq edərdi. Onunla mülayim danışardı. Bir qədər keçmir ki, həmin şamlı kişi xəstələnir və ölümünün yaxınlaşdığını hiss edir. Vəsiyyət edir ki, əgər ölsəm, İmam Baqir (ə) mənim üçün namaz qılsın.

Gecə yarısı olan zaman yaxınları gördü ki, işi bitmişdir. Səhər açılan kimi vəsisi məscidə gəlir və İmam Baqiri (ə) görür ki, sübh namazını sona çatdırır. Həzrət (ə) namazdan sonra təqibatlarla məşğul idi.

İmama (ə) yaxınlaşıb deyir: “O şamlı kişi dünyasını dəyişmişdir və vəsiyyət etmişdir ki, siz onun üçün namaz qılasınız”.

İmam (ə) buyurur: “O, ölməmişdir. Tələsin ki, mən də gəlirəm”. (Tebyan/Deyerler.org/)

İmam (ə) ayağa qalxdı, dəstəmazını təzələyib iki rükət namaz qıldı və əlini dua üçün açdı. Sonra sədcəyə getdi və Günəş çıxana qədər səcdədə qaldı. Sonra həmin şamlı kişinin evinə gəldi və başının yanında əyləşdi. Onu çağırdı və o da cavab verdi. İmam (ə) onu qaldırdı və belini divara söykəyib, şərbət istədi. Onun ağzına tökdü və yaxınlarına göstəriş verdi ki, ona soyuq yeməklər versinlər. Özü isə qayıdıb gəldi.

Bir qədər keçməmiş həmin şamlı şəfa tapdı və İmamın (ə) yanına gəldi. O, dedi: “Şəhadət verirəm ki, sən Allahın insanlar üzərində olan hüccətisən”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir