14-Məsum (Əhli-Beyt)İmam Rza (ə)

İmam Rza əleyhissalamın əxlaqlından damlalar

1- İmam Rza əleyhisalamın əxlaq və ədəbi
.
İbrahim ibn Abbas deyir: “Mən heç vaxt görmədim ki, İmam Rza əleyhissalam kiməsə pislik ya zülm etmiş ola. O həzrət heç kimin sözünü kəsməzdi, heç kimin istəyini cavabsız qoymazdı, məclisdə heç vaxt ayaqlarını uzatmazdı, ehtiramsızlığa səbəb ola biləcək şəkildə kiməsə söykənib oturmazdı, öz xidmətçilərinə kobud söz deməzdi, camaatın yanında tüpürməzdi, heç vaxt qəhqəhə ilə gülməzdi və o həzrətin gülüşü adətən təbəssüm idi. (Hədiqətuş-şiə 2-ci cild 859-cu səhifə)

2- İmam Rza əleyhissalamın səxavəti
.
İmam Rza əleyhissalamın mübarək həyatına da toxunmuş yüzlərlə tarix kitablarına nəzər saldıqda görürük ki, o həzrətin həyatda ən çox sevdiyi işlərdən biri imkansız və ehtiyaclı insanlara yardım etmək, onların qəm-qüssələrini sevincə çevirmək olmuşdur. Hətta Xorasanda olduğu müddətdə ərəfə günlərindən birində özünün bütün malını kasıblar arasında bölüşdürdü. İmam Rza əleyhissalamın bu işi Fəzl ibn Səhlə çətin gəldi və o, İmama -ziyana düşdün, dedi. Amma İmam Rza əleyhissalam ona dedi: “Sən düşündüyün kimi deyil, mənim bu işimin nə qədər savabı olduğuna diqqət yetirsən görərsən ki, mənin bu işim ziyana düşmək yox, xeyir və fayda qazanmaqdır.” (Mənaqib 4-cü cild 490-cı səhifə)
Həmçinin nəql edilmişdir ki, yoxsul bir adam İmam Rza əleyhissalama üz tutub buyurdu: “mənə mərdliyin və mürüvvətin qədərində bəxşiş ver.” İmam Rza əleyhisslam buyurdu: “Belə bir iş hazırda mənim imkanımdan xaricdir.” Yoxsul şəxs öz səhvini başa düşdü və dedi: “Mənə mənim mürüvvətim qədərində bəxşiş et.” İmam Rza əleyhissalam üzünü xidmətçiyə tutub buyurdu: “ona yüz dinar ver.” (Biharul ənvar 49-cu cild 91-ci səhifə)

3- Təqva və ibadət
.
İmam Rza əleyhissalamın əxlaqının ən ali səviyyədə olmasına səsəb olan amillərdən biri o həzrətin Allah Taala ilə olan dərin mənəvi rabitə və bağlılığı olmuşdur. Bu amil tam bariz şəkildə o həzrətin ibadətlərinin çoxluğunda və təqvasında təcəlli etmişdir.
İbrahim ibn Abbas bir rəvayətdə deyir: “İmam Rza əleyhissalam gecənin az bir hissəsini yatardı, gecəni səhərə qədər oyaq qalaraq ibadət edərdi. Çoxlu oruc tutardı, elə bir ay olmayıb ki, o həzrət həmin ayda üç gündən az oruc tutmuş ola.” (əl-İttihaf yuhibbul əşraf 59-cu səhifə)
Həmçinin xəbərlərdən birində Şəbravi də nəql etmişdi ki, İmam Rza əleyhissalam həmişə dəstəmazlı olardı, gecələr çoxlu namaz qılardı… ” (əl-Kafi 2-ci cild 579-cu səhifə)
Bundan əlavə biz İmam Rza əleyhissalamın dualarına nəzər saldıqda görürük ki, o duaların hamısı bənsəçilik ruhu, Allah Taala ilə ünsiyyət və münacat, eləcə də Allah Taalaya təvəkkül ilə zəngindir.
İmam Rza əleyhissalam o duaların birində buyurur:

يا من دلّني علي نفسه و ذلل قلبي بتصديقه اسالک الامن و الايمان في الدنيا و الاخرة

“Ey, məni Özünə sarı yönəldən, Özünü təsdiq etdirməklə qəlbimi aram və rahat edən, Səndən dünyada və axirətdə əmniyyət (asayiş) və iman istəyirəm.” (əl-İrşad 2-ci cild 261-ci səhifə)

4- Elm və geniş bilik
.
İmam Rza əleyhissalamın şəxsiyyətinin böyüklüyünü və dahiliyini göstərən cəhətlərdən biri də o həzrətin bütün elmlərə və məlumatlara heyətləndirini əhatəsi və biliyinin olmasıdır. Belə ki, o həzrətin düşməni olan xəlifə Məmun da bu həqiqəti etiraf edərək deyir: “Mən yer üzündən bu kişidən –İmam Rza əleyhissalamdan- daha savadlı olan kəs tanımıram.” (Əlamul vəra 3-cü cild 4-cü səhifə)
İmam Rza əleyhissalam öz zamanının ən elmli insanı idi, buna görə də dünyanın hər yerindən alimlər və fəqihlər o həzrətin yanına gəlirdilər, özlərinin çətin suallarının cavabını İmamdan öyrənirdilər.

Rza Əzizoğlu İrəvani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir