Həcc və ümrə 03.11.2026 08:02

Əməllər və davranışlar

Sual Verən: Rəmziyyə
Cavablandıran Mütəxəssis: SonÜmid TV Şəriət Heyəti

Sualın Mətni

"Ziyarətlərə gedib gəlmiş birinin gəldikdən sonra daimi olaraq hansı əməllərə riayət etməlidir?"

Şəri Cavab

03.11.2026 11:34

Ziyarətdən qayıdan insan çalışmalıdır ki, Kərbəla və digər müqəddəs məkanlarda qazandığı mənəvi nuru həyatında qorusun.

Ziyarətin hörməti insanın davranışında görünməlidir. Elə yaşamalıdır ki, insanlar onun əxlaqına, dürüstlüyünə, mərhəmətinə və gözəl rəftarına baxıb desinlər: Maşallah, bu insan Kərbəla ziyarətində olub, həqiqətən Hüseynin (ə) yolunu tanıyıb.

Ziyarətdən sonra:

  • Namazlarını vaxtında qılsın.

  • Günahlardan uzaq durmağa çalışsın.

  • Heç kimin haqqına girməsin.

  • Dilini qeybətdən, yalandan və böhtandan qorusun.

  • Ailəsinə, valideynlərinə və insanlara qarşı mehriban olsun.

  • Təvazökar olsun, özünü başqalarından üstün görməsin.

  • İmam Hüseynin (ə) əxlaqını və ədalət yolunu yaşatsın.

  • Etdiyi yaxşılıqları nümayiş etdirməkdən çəkinsin.

Unutmayaq: Ziyarətə getmək böyük səadətdir, amma ziyarətin həqiqi bəhrəsi insanın ziyarətdən sonra dəyişməsindədir. İnsan elə yaşamalıdır ki, onun əməlləri Kərbəlanın hörmətini ucaltsın, öz davranışları ilə ziyarətin hörmətini aradan aparmasın.

Həqiqi Hüseyni olmaq dildə deyil, əməldə bəlli olar.

SonÜmid TV Şəriət Heyəti

İxtisas: İslam Fiqhi Və Əxlaqı Təhsil: BİU
Portal Üzrə Axtarış
Canlı Axtarış
Populyar Mövzular:

İslam AI Canlı

Müsəlmanın Bələdçisi
24/7 Dini AI

Şəriət, namaz, oruc, əqidə və gündəlik dini suallarınızı süni intellektə ünvanlayın, dərhal dəqiq cavab alın.

Canlı Hava Proqnozu
7 Günlük →
Bakı Hava məlumatı...
--°C Ətraflı Bax →
Tarix: 03.11.2026 Şiə Fiqhi
Növbəti: Sübh 05:44
Sübh 05:44
Gün çıxır 07:15
Zöhr 12:24
Əsr 15:30
Məğrib 17:54
Gecəyarı 23:49

Fiqhi Sual Göndər

Şəri suallarınıza mütəxəssis cavabı
Sual Ver →
Həftənin Zikri (100 dəfə)

يَا أَرْحَمَ الرَّاحِمِينَ

Ya Ərhəmər Rahimin

Günün Zikri: Çərşənbə axşamı

SonÜmid TV

Canlı Video Yayımdadır
İzlə →

Radio SonÜmid

Canlı Audio Radio Yayımı
Dinlə →
Hicri Qəməri Təqvim
B.E
Ç.A
Ç
C.A
C
Ş
B

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...