Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Ali-İmran surəsi
# Ali-İmran surəsi
Bu surə Mədinədə nazil olub və 200 ayədən ibarətdir.
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
Ali-İmran surəsinin ümumi məzmunu.
Bəzi təfsirçilərin nəzərinə əsasən, bu surə Bədr və Ühüd mühari- bələrinin baş verdiyi illərdə (hicrətin iki və üçüncü illərində) nazil olub və İslamın erkən dövründə müsəlmanların həyatının ən təlatümlü dövrlərinin bir hissəsini əks etdirir.
Ümumilikdə bu surə aşağıdakı mövzuları ehtiva edir:
1\. Onun mühüm bir hissəsi tövhid, Allahın sifətləri, məad və İslam təlimləri barəsindədir.
2\. Surənin digər bir hissəsi cihad və onun mühüm və incə göstərişləri barəsindədir. Həmçinin burada İslamın bu iki mühüm müharibəsində (Bədr və Ühüd müharibələrində) olan ibrət dərslərindən danışılıb, Allahın möminlərə köməyi və Onun yolunda şəhid olanların əbədi həyatı barəsində izahlar verilib.
3\. Bu surənin başqa bir hissəsində müsəlmanların vəhdəti, həmçinin Kəbə evi, həcc, yaxşı işlərə dəvət edib pis əməllərdən çəkinmək, "təvəlla" (Allah dostları ilə dost) və “təbərra" (Allah düşmənləri ilə düşmən olmaq), əmanət, Allah yolunda ianə vermək, yalanın tərk edilməsi, düşmən qarşısında müqavimət göstərmək, çətinliklər və ilahi sınaqlara səbir etmək və təmkinli olmaq barədə bir sıra hökmlər bəyan edilib və bütün hallarda Allahın zikr edilib yada salınmasına dolğun işarələr verilib.
4\. Həmin mövzuların təkmilləşdirilməsi üçün Həzrət Adǝm, Nuh, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin (ə) tarixçəsinin bir hissəsinə, Həzrət Məryəmin (ə) hekayətinə və bu əzəmətli xanımın uca məqamına, Həzrət Musanın (ə) və Həzrət İsanın (ə) üsyankar davamçılarının İslama qarşı məkrli planlarına işarə edilib.
Bu surədə danışılan mövzular bir-biri ilə elə əlaqəli və uyğundur ki, sanki onların hamısı bir yerdə nazil olub.
Ali-İmran surəsini oxumağın fəziləti.
Hədislərin birində Həzrət Peyğəmbərdən (s) belə nəql edilib:
"Kim "Ali-İmran" surəsini oxusa, həmin şəxsə Cəhənnəm körpüsünün üstündə onun ayələrinin sayı qədər əmin-amanlıq verilər”. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:
"Kim "Bəqərə" və "Ali-İmran" surələrini oxusa, həmin surələr Qiyamət günü iki bulud kimi onun başı üstünə kölgə salar”.
Ali-İmran surəsi, 1-4-cü ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الم .١
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ .٢
نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَأَنْزَلَ التَّوْرَاةَ وَالْإِنْجِيلَ .٣
مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَأَنْزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ .٤
Ayələrin tərcüməsi
Rəhman və Rəhim olan Allahın adı ilə!
1\. Əlif, Lam, Mim.
2\. Allah Ondan başqa heç bir məbud yoxdur, Həyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zatı ilə ayaqdadırlar).
3\. (O, həmin varlıqdır ki,) sənə əvvəlki kitabların əlamətləri ilə üst-üstə düşən Kitabı haqq olaraq nazil etdi. Tövrat və İncili –
4\. ondan əvvəl insanları doğru yola yönəltmək üçün göndərdi. Haqqı batildən ayıran kitabı da nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab var. Allah (cinayətkarları və inadkar kafirləri cəzalandırmaq üçün) qüdrətlidir, intiqam sahibidir.
Ayələrin nazilolma səbəbi.
Bəzi təfsirçilərin nəzərincə, bu surənin səksəndən çox ayəsi Nəcran əhalisi tərəfindən İslam barədə araşdırma aparmaq üçün Mədinəyə gəlmiş xaçpərəst nümayəndələr barədə nazil olub. Həmin nümayəndə heyətinin tərkibində altmış nəfər olub. Onların on dörd nəfəri Nəcranın zadəgan və tanınmış şəxslərindən, həmin on dörd nəfərin də üç nəfəri rəhbər olub. Həmin bölgənin xaçpərəstləri iş və problemləri ilə əlaqədar onlara müraciət edirlərmiş. Onlardan birinin adı Aqib olub. Onu Əbdülməsih də adlandırırlarmış. Aqib öz tayfasının başçısı sayılıb və tayfası heç vaxt onun sözünə qarşı çıxmayıb.
Bir başqasının adı Seyyid olub. Onu Əyhəm də adlandırırmışlar. O, təşrifat rəhbəri, səfər proqramlarının nizamlayıcısı və xaçpərəstlərin inandığı şəxslərdən olub.
Üçüncü şəxsin adı Əbu Harisə olub. O, savadlı və nüfuzlu şəxslərdən sayılıb. Xaçpərəstlər onun adına çoxlu kilsə inşa etmişdilər. Əbu Harisə xaçpərəstlərin bütün dini kitablarını əzbər bilib.
Altmış nəfərdən ibarət olan bu dəstə Bəni-Kəb qəbiləsinin libasında Mədinəyə gələrək Peyğəmbər (s) məscidinə daxil olur. Həzrət Peyğəmbər (s) bu zaman müsəlmanlarla əsr namazını qılıb qurtarmışdı. Bu altmış nəfər çox gözəl, bər-bəzəkli və cəlbedici paltar geyinibmiş. Həzrət Peyğəmbərin (s) səhabələrindən birinin bu barədə belə deməsi nəql edilib: "Mən heç vaxt bu gözəllikdə nümayəndə görməmişəm”. Onlar məscidə daxil olarkən namazlarının vaxtı çatır. Onlar öz adət- lərinə uyğun olaraq zəng çalır və üzü şərqə dayanıb namaz qılırlar. Həzrət Peyğəmbərin (s) səhabələrinin bəzisi onlara mane olmaq istəyir. Lakin Peyğəmbər (s) buna icazə vermir.
Namazdan sonra Aqib ilə Seyyid Həzrət Peyğəmbərin (s) yanına gəlir və o Həzrətlə (s) söhbət edirlər. Peyğəmbər (s) onları İslamı qəbul etməyə və Allaha təslim olmağa dəvət edir. Aqib ilə Seyyid cavab verir ki, biz səndən əvvəl İslamı qəbul etmiş, Allaha təslim olmuşuq.
Həzrət Peyğəmbər (s) buyurur: "Siz necə haqq dindəsiniz ki, əməliniz Allaha təslim olmamağınızdan xəbər verir? Çünki Allaha övlad aid edirsiniz, İsanı (ə) Allahın oğlu sayırsınız, xaça ibadət edirsiniz, donuz əti yeyirsiniz. Halbuki bunların hamısı haqq dinə ziddir".
Aqib ilə Seyyid deyir: “Əgər İsa Allahın oğlu deyilsə, bəs onun atası kimdir?"
Həzrət Peyğəmbər (s) buyurur: “Siz hər bir oğulun öz atasına Oxşaması həqiqətini qəbul edirsinizmi?"
\- Bəli.
\- Məgər Allah hər şeyi əhatə etməyib, qəyyum deyil və varlıqların ruzisi Onun ixtiyarında deyil?
\- Bəli, elədir.
\- Məgər İsa bu sifətlərə malik olub?
\- Xeyr!
– Bilirsinizmi ki, göydə və yerdə heç nə Allaha gizli deyil və Allah onların hamısından agahdır?
\- Bəli, bilirik.
\- İsa Allahın ona öyrətdiklərindən başqa özündən nəsə bilibmi? - Xeyr!
\- Bilirsinizmi ki, Rəbbimiz İsanı anasının bətnində istədiyi şəkildə yaradan kəsdir?
\- Elədir.
\- Məgər anası İsanı digər uşaqlar kimi bətnində gəzdirməyib və sonra digər analar kimi onu dünyaya gətirməyib? Məgər İsa digər uşaqlar kimi yemək yeməyib?
\- Bəli, elə olub.
Bəs İsa necə Allahın oğlu ola bilər ki, "ata"sına heç bir oxşarlığı yoxdur?!
Söhbət bura çatanda onların hamısı susub və həmin vaxt İslam təlim və proqramlarını izah edən səksəndən artıq ayə nazil olub.
Ayələrin təfsiri.
Quranın müqəttəə hərflərinin mənasının kompüter ilə tapılması Bu surənin də əvvəlində müqəttəə hərfləri ilə qarşılaşırıq: "Əlif Lam Mim".
Quranda mövcud olan müqəttəə hərfləri barədə "Bəqərə” surəsinin əvvəlində lazımi izahlar verildi və burada onları təkrar etməyə ehtiyac yoxdur. Sadəcə, burada bir məsələnin qeyd edilməsini lazım bilirik və o, son vaxtlarda misirli alimlərdən birinin ortaya qoyduğu nəzəriyyədir. Mövzu mühüm olduğu üçün müxtəsər şəkildə ona işarə edəcəyik.
Əlbəttə, onun düz və ya səhv olması barədə qərar vermək üçün daha çox araşdırma aparılmaldır və bunu etmək bəlkə də, gələcək nəsillərin öhdəsinə düşəcək. Biz onu burada, sadəcə, bir nəzər kimi qeyd edirik.
Bir müddət əvvəl Misirin ən böyük jurnallarından sayılan məşhur “Axəru saət" jurnalı misirli alimlərdən birinin Qurani-Kərimin müqəttəə hərfləri barəsində kompüter vasitəsi ilə apardığı araşdırma haqda dünyanın hər yerində hamını heyrətə salan məlumat dərc edib.
Biz bu təfsirin əvvəlki nəşrlərində doktor Rəşad Xəlifə tərəfindən aparılan həmin araşdırmanın nəticələrini yazmışdıq.
Lakin bir müddət sonra onun nəzəri bəzi tədqiqatçılar tərəfindən tənqid edildi və onun düz olması barədə şübhələr yarandı.
Bundan əlavə, təəssüf ki, həmin alim son vaxtlar ABŞ mühitindən doğan fəsadlar nəticəsində azğın firqələrin birinə meyil göstərərək müsəlmanlıqdan çıxıb.
Biz bu nəzəriyyənin doğruluğunu təsdiq və ya təkzib etmədən məsələnin keçdiyi tarixi yolu göstərmək üçün həmin nəzəri müxtəsər şəkildə nəql edəcəyik.
Rəşad Xəlifə belə deyir: "Bildiyimiz kimi, Qurani-Kərimin 114 surəsi var və onların 86-sı Məkkədə, 28-i isə Mədinədə nazil olub. Quran surələrinin 29-nun əvvəlində müqəttəə hərfləri var”.
Maraqlıdır ki, Quranda ərəb əlifbasında olan 28 hərfin düz yarısı müqəttə hərfi kimi işlədilib. Həmin müqəttəə hərfləri bunlardır: Əlif, ha, ra, sin, sad, ta, ayn, qaf, kaf, lam, mim, nun, ha, ya. Bəzən bu hərflərə "nurani hərflər" də deyirlər.
O deyir: "Mən uzun illər idi ki, Quran surələrinin əvvəlindəki zahirdə bir-birindən ayrılmış bu hərflərin mənasının nə olduğunu bilmək istəyirdim. Böyük təfsirçilərin təfsir kitablarına və bu barədə deyilmiş nəzərlərə müraciət etdim, lakin qane olmadım. Uca Allahdan yardım diləyərək araşdırma aparmağa başladım. Birdən zehnimə belə bir fikir gəldi ki, bəlkə, bu hərflərlə surələrin əvvəlində olan hərflər arasında hansısa bir əlaqə var?
Lakin Quranın 114 surəsində bu nurani hərflərin hamısını araşdırmaq, onların arasındakı nisbəti müəyyənləşdirmək və bu barədə aparılması lazım olan digər çoxsaylı hesablamalar kompütersiz mümkün deyildi. Buna görə də (sonrakı hesablamaları aparmaq üçün) əvvəlcə ayrı-ayrılıqda həmin hərflərin 114 surədə işlənməsini, həmçinin hər surənin bütün hərflərinin sayını dəqiqliklə surəsinin öz nömrəsi ilə birlikdə kompüterə köçürdüm. Bu iş və müqəddimə xarakterli digər işlərin görülməsi iki il çəkdi.
Sonra qeyd edilən hesablamaları aparmaq üçün bir il kompüterlə işlədim. Bu hesablamaların nəticəsi çox parlaq oldu, İslam tarixində ilk dəfə heyrətamiz həqiqətləri üzə çıxardı və Quranın (digər cəhətlərlə yanaşı) riyazi baxımdan da möcüzə olmasına tam aydınlıq gətirdi.
Kompüter bizə həmin on dörd hərfin hər birinin Quranın 114 surəsində işlənməsinin həmin surənin ümumi hərfləri ilə müqayisədə neçə faiz olduğunu göstərdi.
Məsələn, Quranın nurani (müqəttəə) hərflərindən olan “qaf” hərfinin ən yüksək işlənmə faizi "Fələq” surəsindədir (6/700 faiz). O, bu baxımdan Quran surələri arasında birinci yerdə durur (əlbəttə, “Qaf”” surəsi istisna olmaqla). Ondan sonra "Qiyamət” surəsi gəlir. Ondakı “qaf” hərfinin digər hərflərlə müqayisədə sayı (3/907 faiz) təşkil edir. Ondan sonra da "Şəms” surəsi gəlir (3/906 faiz).
Gördüyünüz kimi, “Qiyamət” surəsi ilə “Şəms” surəsi arasındakı fərq mində bir faizdir.
Biz bu nisbəti Quranın 114 surəsinin hamısı barədə (və təkcə bu bir hərf deyil, on dörd nurani hərfin hamısı barədə) əldə edirik. Beləliklə, hər bir surənin ümumi hərfləri ilə bu hərflər arasındakı nisbət məlum olur.
İndi həmin hesablamadan əldə edilmiş maraqlı nəticələrə diqqət edin:
1\. Qaf surəsində “qaf” hərfinin nisbəti Quranın istisnasız olaraq bütün surələrindən çoxdur. Yəni Quranın nazil olduğu 23 il ərzində Quranın digər 113 surəsində nazil olan ayələrdə “qaf” hərfi az işlədilib. İnsanın 23 il ərzində danışarkən işlətdiyi hər bir hərfin sayına diqqət etməsi, lakin bununla yanaşı, öz fikrini heç bir çətinliyə düşmədən sərbəst şəkildə ifadə etməsi heyrətamizdir. Şübhəsiz, bu, insanın görə biləcəyi iş deyil. Onun kompüterdən istifadə etmədən hesablanması dünyanın ən böyük riyaziyyatçılarına belə çətindir.
Bütün bunlardan belə məlum olur ki, Quranın nəinki surə və ayələri, hətta hərfləri xüsusi riyazi hesab və sistemə malikdir və onu ancaq Allah-taala qoruya bilər.
Həmçinin "Sad" surəsində də "sad" hərfi qeyd edilən kimidir. Yəni onun surənin digər hərfləri ilə nisbəti Quranın digər surələri ilə müqayisədə çoxdur.
Eləcə də "nun" hərfinin "Qələm" surəsinə nisbəti Quranın 114 surəsi arasında ən yüksək faizi təşkil edir. Bu barədə mövcud olan yeganə istisna "Hicr" surəsidir və onda “nun” hərfinin nisbəti "Qələm” surəsindən çoxdur. Lakin "Hicr" surəsi "Əlif Lam Ra" ilə başlayan surələrdəndir və əvvəlində "Əlif Lam Ra" olan surələrin hamısı bir surə hökmündədir. Əgər belə olsa, ortaya maraqlı nəticə çıxacaq. Yəni "nun" hərfinin həmin surələrin hərflərinin ümumi sayına nisbəti "Qələm” surəsindən az olacaq.
2\. "Oraf" surəsinin əvvəlində "Əlif Lam Mim Sad" hərfləri var. Əgər biz bu surədə olan "əlif", "mim" və "sad" hərflərini bir yerə toplasaq və onunla surəninin digər hərfləri arasındakı nisbəti müəyyənləşdirsək, onun sayı Quranın digər surələrinin hamısındakından çox olacaq.
"Rǝd" surəsinin əvvəlindəki “Əlif Lam Mim Ra" hərfləri də belədir. Həmçinin "Məryəm" surəsinin əvvəlindəki beş hərf - "Kaf Ha Ya Ayn Sad" üst-üstə hesablansa, həmin beş hərfin burada Quranın digər surələri ilə müqayisədə daha çox istifadə edildiyini görəcəyik.
Biz burada məsələnin yeni bir tərəfi ilə qarşılaşırıq və aydın olur ki, bu səma kitabının yalnız bir hərfi xüsusi hesab və sistemə əsaslanmır, bir neçə hərfi də həmin heyrətamiz xüsusiyyətə malikdir. (Diqqət edin!)
3\. Bura kimi söhbət Quranın yalnız bir surəsinin əvvəlində olan hərflərdən gedirdi. Məsələ bir neçə surənin əvvəlində olan hərflər (məsələn, Əlif Lam Mim Ra, yaxud Əlif Lam Mim) barəsində fərqlidir. Belə ki kompüter hesablamalarına əsasən, əgər "Əlif Lam Mim" ilə başlayan surələrdə bu üç hərf (Əlif Lam Mim) nəzərə alınsa və onların sayı surənin digər hərflərilə müqayisə edilsə, həmin surələrdə bu üç hərfin daha çox olduğunu görərik.
Burada məsələnin daha bir maraqalı cəhəti üzə çıxır: Quran surələrinin yalnız birinin hərfləri deyil, bənzər surələrin hərfləri də müəyyən qayda və sistemə əsaslanır.
Həmçinin Quranın bir neçə müxtəlif surəsinin "Əlif Lam Mim" və ya "Əlif, Lam, Mim Ra" ilə başlamasının səbəbi, bunun təsadüfi və əsassız bir iş olmaması məlum olur.
(Doktor Rəşad Xəlifə sonra "Ha Mim" ilə başlayan surələr üzərində daha mürəkǝb hesablamalar aparıb. Lakin biz uzunçuluq olmaması üçün onlara toxunmuruq.)
O, araşdırma zamanı başqa yeniliklər də əldə edib. Biz onları yeni məqamları da əlavə edərək əziz oxuculara təqdim edirik:
1\. Quranın əsl yazı xəttini qoruyun.
O deyir ki, bu hesablamaların hamısı bizim Quranın əsl və qədimi yazı xəttini qoruyub saxlayacağımız təqdirdə düz olur. (Yəni (İshaq), (zəkat) və (sǝlat) sözlərinin yazılışı elə bu cür saxlanılmalıdır və onlar "İshaq", "zəkat" va "səlat" kimi yazılmamalıdır.) Əks-təqdirdə, qeyd edilən hesablama pozulacaq.
2\. Quranın təhrif edilməməsinin başqa bir dəlili.
Həmin araşdırmadan Qurani-Kərimin hətta bir hərfinin bela artıb-azalmadığı məlum olur. Əks-təqdirdə, mövcud Quran üzərindəki hesablamalarımız düz çıxmayacaq.
3\. Dolğun işarələr.
Quranın müqəttəə hərfləri ilə başlayan surələrinin çoxunda həmin hərflərdən sonra Quranın həqiqət və əzəmətinə işarə edilib. Məsələn, buyurur: "Əlim Lam Mim. Bu, heç bir şəkk-şübhə olmayan bir kitabdır"! Bu, həmin hərflərlə Quranın möcüzə olması arasında əlaqə olmasına incə işarədir.
Nəticə: Bütün bu deyilənlərdən belə məlum olur ki, Quranın 23 il ərzində Həzrət Peyğəmbərə (s) nazil olan hərfləri çox dəqiq hesaba əsaslanıb və əlifba hərflərinin hər biri ilə hər bir surənin hərfləri arasında tam dəqiq riyazi əlaqə mövcuddur. İnsan bu nisbəti kompüterdən istifadə etmədən qoruyub saxlaya bilməz.
Şübhəsiz, bu alimin araşdırması hələ ilk addım olduğu üçün nöqsansız deyil. Buna görə də biz onun düz və ya səhv olmasına zəmanət vermirik və onun üzərində daha çox araşdırmalar aparılmalıdır. Qul İndi #### Ayələrin təfsirini davam etdirəcəyik.
Allah-taala bu surənin ikinci ayəsində belə buyurur: "Allah Ondan başqa heç bir məbud yoxdur, Hǝyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zati ilə ayaqdadırlar).
Bu ayə barədə “Bəqərə” surəsinin 255-ci ayəsinin təfsirində geniş izah verildi.
Sonra Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “(O, həmin varlıqdır ki,) sənə əvvəlki kitabların əlamətləri ilə üst-üstə düşən Kitabı haqq olaraq nazil etdi. Tövrat ve İncili.
Həmçinin buyurur: “ondan əvvəl insanları doğru yola yönəltmək üçün göndərdi. Haqqı batildən ayıran kitabı da nazil etdi".
Bütün dəlil-sübutlar təqdim edildikdən, Allah tərəfindən ayə və nişanələr nazil olduqdan, fitrət və ağıl peyğəmbərlərin doğruçuluğuna şəhadət verdikdən sonra kafirləri cəzalandırmaqdan başqa yol qalmır. Buna görə də sözügedən ayədə Həzrət Peyğəmbərin (s) və Qurani- Kərimin haqq olmasına işarə etdikdən sonra buyurur: “Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab var”.
Allah etdiyi təhdidlərə qadir olması barədə tərəddüd olmaması üçün buyurur: “Allah qüdrətlidir, intiqam sahibidir".
Ayənin ərəbcə orijinalında işlənmiş (əziz) sözünün mənası "nüfuz edilməsi mümkün olmayan çətin şey" və "qalib"dir. Buna görə də ərəblər keçilməsi çətin olan yerə (ǝzaz), həmçinin az tapıldığı üçün əldə edilməsi çətin olan şeyə (əziz) deyirlər.
Eləcə də qalib gəlmək çətin və qeyri-mümkün olan şəxslərə (əziz) deyilir. (əziz) sözü Allah barədə harada işlədilsə, bu məna nəzərdə tutulur, yəni heç kəs Ona qalib gəlmək və Onu məğlub etmək gücündə deyil və Onun iradə və istəyi qarşısında hamı məğlubdur.
Kafirlərin bu təhdidin ciddi olduğunu başa düşmələri üçün yuxarıdakı cümlədə buyurur ki, Allah qüdrətlidir və heç kəs Onun təhdidləri qarşısında müqavimət göstərmək gücündə deyil. O, olduqca rəhmli və mehriban olduğu kimi, mərhəmətə layiq olmayanlar qarşısında da böyük əzab və ağrılı intiqam sahibidir.
Bu gün (intiqam) sözü əksər hallarda insanın başqalarının səhvlərini bağışlamayıb ondan əvəz çıxdığı, əfv etmək və bağışlamaq barədə öz xeyrini belə düşünmədiyi yerlərdə işlədilir. Şübhəsiz, bu, bəyənilən sifət deyil. İnsan çox vaxt əfv edib bağışlamağa üstünlük verməlidir.
Əslində, (intiqam) sözünün əsl leksik mənası “günahkarı cəzalandırmaq”dır. Özbaşına və zalım günahkarları cəzalandırmaq nəinki pis deyil, əksinə, onların əməllərinə göz yummaq ədalət və hikmətə ziddir.
İncəliklər:
1\. Haqq nədir?
"Haqq" sözünün mənası “üst-üstə düşmək, uyğun gəlmək”dir. Buna görə də mövcud gerçəkliklə üst-üstə düşən şeyə "haqq" deyilir. Allah-taalaya "Haqq" deyilməsinin səbəbi də Onun müqəddəs zatının varlıq aləminin ən böyük inkaredilməz həqiqəti olmasıdır. Başqa sözlə desək, "haqq"ın mənası batilin yol tapa bilmədiyi sabit məsələdir.
Sözügedən ayənin ərəbcə orijinalında işlənmiş (bil-həqq) ifadəsindəki (ba) hərfi "birgəlik" mənasını verir. Buna görə də həmin cümlənin mənası belə olur: Ey Peyğəmbər, Allah-taala həqiqət nişanələri ilə birgə olan Quranı sənə nazil etdi.
2\. Tövratın təqdimatı.
Əslində, “Tövrat" sözü ivrit sözüdür və onun mənası “şəriət və qanun"'dur. Lakin sonradan o, Allah tərəfindən Musa ibn İmrana nazil edilmiş kitaba deyilib. Bəzən o, Əhdi-Ətiq kitablarının hamısına, bəzən də Müqəddəs Yazıların ilk 5 kitabına deyilir.
Yəhudilərin Əhdi-Ətiq adlanan kitabları Tövrat və bir neçə digər kitabdan ibarətdir. Tövrat beş hissədən ibarətdir: "Təkvin", "Çıxış", və "Təsniyə". Əhdi-Ətiq kitablarının bu hissəsi "Levit", "Rəqəmlər” dünya, insan və digər varlıqların yaranmasının, keçmiş peyğəmbərlərin, Musa ibn İmranın və İsrail oğullarının həyatının bir hissəsinin və bu dinin hökmlərinin izahından ibarətdir.
Həmin toplunun Musadan (ə) sonrakı tarixçilər tərəfindən yazılmış digər kitabları Musadan sonrakı peyğəmbərlərin, hökmdarların, padşahların və qövmlərin vəziyyətini izah edir.
Tövratın həmin beş kitabından başqa heç bir kitab səma kitabı deyil və yəhudilər özləri də belə bir iddia irəli sürmürlər. Hətta Davudun (ə) Zǝburu - onlar onu "Məzamir” adlandırırlar – Davudun (ə) minacat və öyüdlərinin şərhidir.
Tövratın həmin beş kitabında olan bəzi aydın nişanələr onların səma kitabı olmamasına və Musa ibn İmrandan sonra (ə) yazılmış tarixi kitablar olmasına dəlalət edir. Çünki onlarda Həzrət Musanın (ə) necə vəfat etməsi, necə dəfn edilməsi və onun vəfatından sonra baş vermiş bəzi hadisələrin şərhi verilmişdir. Xüsusilə beşinci kitabın (“Təsniyə") otuz dördüncü fəsli həmin kitabın Musa ibn İmranın (ə) vəfatından bir müddət sonra qələmə alınmasını təsdiq edir.
Bundan əlavə, həmin kitabların məzmunu da - onda olan çoxsaylı xurafatlar, Allah elçilərinə xoşagəlməz şeylərin isnad edilməsi, bəzi primitiv məsələlər onların uydurma olmasının dəlillərindəndir.
Tarixi dəlillərdən də həqiqi Tövratın məhv olduğu və həmin kitabların Musa ibn İmranın (ə) davamçıları tərəfindən sonradan qələmə alındığı məlum olur.
3\. İncilin təqdimatı
"İncil" yunan sözüdür və onun mənası "müjdə” və ya “yeni təlim"dir. Həmçinin o, Həzrət İsaya (ə) nazil olmuş kitabın adıdır. Quran sözügedən ayədə, həmçinin Həzrət İsaya (ə) nazil olmuş kitabdan söz açdığı digər ayələrdə "İncil" sözünü tək şəkildə işlətmiş və onu Allah tərəfindən nazil edilmiş kitab kimi təqdim etmişdir. Buna görə də xaçpərəstlərin arasında yayılmış incillər, hətta onların ən məşhuru, yəni dörd İncil (Luka, Mark, Matvey və İohan) Allah tǝrǝ- findən gəlmiş vəhy deyil. Mövcud incillərin Həzrət İsadan (ə) sonra onun şagirdləri və ya şagirdlərinin şagirdləri tərəfindən yazılmasını xaçpərəstlərin özləri də inkar etmir. Sadəcə, onlar həmin incillərin İsanın (ə) şagirdləri tərəfindən ilahi ilhamla yazıldığını iddia edirlər.
Burada Əhdi-Cǝdid və İncil kitabları barədə qısa araşdırma aparmağımız və onların müəllifləri ilə tanış olmağımız yerinə düşər.
Xaçpərəstlərin bütün firqələrinin istinad etdiyi və səma kitabı kimi əsaslandığı ən mühüm dini kitabı Əhdi-Cǝdid adlanan kitablar toplusudur.
Ümumi həcmi Əhdi-Ətiqin üçdə birindən çox olmayan Əhdi- Cǝdid tam fərqli 27 kitab və kitabçadan ibarətdir:
1-Matvey incili: Bu İncil Həzrət İsanın (ə) on iki şagirdindən biri olmuş Matvey tərəfindən milad təqvimi ilə 38-ci ildə, bəzilərinin nəzərincə isə, 50-60-cı illər arasında yazılıb.
2-Mark incili: "Qamuse kitabe müqəddəs” kitabında (səh.792) yazılanlara əsasən, Mark həvarilərdən olmayıb, lakin öz İncilini Müqəddəs Pyotrın nəzarəti altında yazıb.
Mark milad təqvimi ilə 68-ci ildə öldürülüb. ular gibrils concep 3-Luka incili: Müqəddəs həvari Pavelin dostu olub. Həvari Pavel Həzrət İsanın (ə) zamanında təəssübkeş yəhudilərdən olub və Həzrət İsadan (ə) bir müddət sonra xaçpərəstliyi qəbul edib. Lukanın təxminən 70-ci ildə vəfat etdiyi qeyd edilir. "Qamuse kitabe müqəddəs" kitabında (səh.772) yazılanlara əsasən, Luka incili təxminən 63-cü ildə yazılıb.
4-İohan incili: İohan Həzrət İsanın (ə) dostlarından və həvari Pavelin səfər yoldaşlarından olub. Qeyd edilən müəllifın yazdığına görə, əksər tədqiqatçıların nəzərincə, İohan incilinin yazılması birinci əsrin sonlarında baş verib.
Həzrət İsanın (ə) dar ağacından asılması və ondan sonrakı hadisələri izah edən bu incillərin mətnlərindən məlum olur ki, bu incillərin hamısı Həzrət İsadan (ə) illər sonra yazılıb və onların heç biri Həzrət İsaya (ə) nazil olan səma kitabı deyil.
5-Elçilərin əməlləri (həvarilərin və erkən dövr təbliğatçılarının əməlləri).
6-On dörd kitab. Pavelin müxtəlif qövm və şəxslərə məktublarından ibarətdir.
7-Yaqubun kitabı (Əhdi-Cǝdidin iyirmi yeddi kitabının iyirmincisidir).
8-Müqəddəs Pyotrın məktubları (Əhdi-Cǝdidin 21 və 22-ci kitabları).
9-İohanın məktubları (Əhdi-Cədidin 23, 24 və 25-ci kitabları)
10-Yǝhudanın məktubu (Əhdi-Cǝdidin 26-cı kitabı)
11-İohana nazil olan Vǝhy (Əhdi-Cǝdidin son hissəsidir).
Xaçpərəst tarixçilərin sözlərinə, həmçinin incillərin, Əhdi-Cǝdidin digər kitab və məktublarının mətnlərinə əsasən, onların heç biri səma kitabı deyil və onların hamısı Həzrət İsadan (ə) sonra yazılan kitablardır. Səma kitabı olan İncil məhv olub və bu gün mövcud deyil. Onun yalnız bəzi hissələrini Həzrət İsanın (ə) şagirdləri öz incillərində nəql ediblər və təəssüf ki, onlara da xurafatlar qatılıb.
Bəzilərinin “müsəlmanlar İncil və Tövratın səhih olmasına şübhə ilə yanaşmamalıdırlar, çünki Qurani-Kərim onların səhihliyini təsdiqləyib” kimi sözlərinə gəldikdə biz bu barədə bu kitabın birinci cildində “Bəqərə” surəsinin 41-ci ayəsinin təfsirində geniş izah vermişik.
4\. "Furqan" deyəndə nə nəzərdə tutulur?
Ayədə Tövrat və İncildən sonra Quranın nazil olmasına işarə edilib, lakin "Furqan" adı ilə. Görəsən, Quran nə üçün “Furqan” adlandırılıb? "Furqan" sözünün leksik mənası "haqqı batildən ayıran”dır. Ümumiyyətlə, haqqı batildən ayıran istənilən şeyə “furqan” deyilir. Elə bu səbəbdən Quranda Bədr müharibəsinin baş verdiyi gün “Furqan günü” adlandırılıb. Çünki həmin gün elə də döyüş ləvazımatına malik olmayan kiçik bir dəstə bütün cəhətlərdən onlardan üstün olan böyük və təchizatlı orduya qalib gəlmişdi. Həmçinin Həzrət Musanın (ə) on möcüzəsinə də “Furqan” deyilib.
Ali-İmran surəsi, 5 və 6-cı ayələr
إِنَّ اللَّهَ لَا يَخْفَى عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ .٥
هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ .٦
Ayələrin tərcüməsi
5\. Göydə və yerdə heç nə Allahdan gizli qalmaz. (Buna görə də onları idarə etmək Ona çətin deyil.)
6\. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa məbud yoxdur.
Ayələrin təfsiri.
Allahın sonsuz elm və qüdrəti.
Əslində, bu ayə əvvəlki ayələrdə oxuduğumuz Allah "Həyy” və "Qəyyum"dur, varlıq aləminin idarəçiliyi Onun əlindədir və O, inadkar və tərs kafirləri (hətta onlar öz küfr və imansızlığını aşkar etməsələr belə,) cəzalandıracaq kimi ayələri təkmilləşdirir. Şübhəsiz, bu iş üçün yüksək elm və qüdrətə ehtiyac var. Buna görə də danışılan ilk ayədə Onun elminə, ikinci ayədə isə Onun qüdrətinə işarə edilir.
Əvvəl belə buyurur: "Göydə və yerdə heç nə Allahdan gizli qalmaz”.
O, hər yerdə mövcud olub hər şeyə nəzarət etdiyi, vücudu bütün cəhətlərdən sonsuz olduğu üçün Onsuz yer tapmaq mümkün olmadığı və bizə özümüzdən yaxın olduğu halda, hər hansı bir şey Ona necə gizli qala bilər?! Məkana malik olmamasına baxmayaraq, O, hər yeri əhatə edib. Onun hər yeri əhatə etməsinin, hər bir şeyin yanında və hər yerdə mövcud olmasının mənası hər şeydən xəbərdar olmasıdır. Onun elmi "elmi-hüsuli” deyil, “elmi-hüzuri”dir.
Sonra Özünün elm və qüdrətinin nümunələrindən birinə – əslində, yaradılış aləminin şah əsərlərindən və Allahın elm və qüdrətinin bariz nümunələrindən olan məsələyə toxunaraq buyurur: “Bətnlərdə sizə istədiyi surəti verən Odur”.
“Qüdrətli və hikmət sahibi olan Allahdan başqa məbud yoxdur”.
Zülmət ana bətnində insana surət verilməsi heyrətamiz və davamlı surət verilməsi, həqiqətən, heyrət doğurur. özü də misilsiz, Forma, surət, cinsiyyət, istedad, xüsusiyyət və istəklər baxımından mövcud olan rəngarəngliyi də nəzərə alsaq, bu heyrət daha da artır. Ondan başqa bir məbudun olmamasının səbəbi də budur. Çünki Onun pak zatından başqa ibadətə layiq olan bir kəs yoxdur. Belə olan halda, nə üçün İsa kimi yaradılmışlara ibadət edilməldir?! Sanki bu ifadə surənin əvvəlində qeyd edilən nazilolma səbəbinə işarədir. Həzrət İsanın (ə) Məryəmin bətnində olmasını xaçpərəstlər özləri də qəbul edirlər. Deməli, o, yaradan deyil, yaradılandır. Belə olan halda, o, necə məbud ola bilər?!
İncəliklər:
1\. Rüşeymin müxtəlif inkişaf mərhələlərində Allahın qüdrət və əzəmət nişanələri.
Bu ayənin mənası bu gün embriologiya elminin inkişaf etməsi nəticəsində daha yaxşı aydın olur. Əvvəl təkhüceyrəli varlıq olan rüşeymdə heç bir şəkil, əndam, orqan və sistem müşahidə olunmur və o, heyrətamiz sürətlə ana bətninin gizlinliklərində hər gün yeni şəklə düşür. Sanki bir qrup mahir rəssam onun yanında oturub və gecə-gündüz onun üstündə işləyərək qısa müddət ərzində bu dəyərsiz zərrəcikdən gözəl, vücudunun daxilində çox incə, mürəkkəb və dəqiq sistemlər olan insan yaradır.
Əgər rüşeymin inkişaf mərhələlərinin şəkli çəkilsə (indi bu, mümkündür) və həmin şəkillər bir-birinin ardınca insanın gözü qarşısından keçsə, insan yaradanın yaradılış əzəmət və qüdrətini yenidən dərk edər və ixtiyarsız bu şeiri zümzümə edər:
Yǝni: Sitayişə O yaradan layiqdir ki, su və torpaqdan belə gözəl və ürəyǝyatan təsvir yaradır.
Ən maraqlısı isə həmin təsvirlərin üzərində heç bir təsvir çəkməyin mümkün olmadığı suyun üzərində çəkilməsidir. "Su üzərində kim təsvir çəkə bilər?!"
Mayalanma baş verdikdən və rüşeym ilk şəklini aldıqdan sonra yüksələn sürətlə bölünməyə və artmağa başlayır və dənələri bir-birinə birləşmiş tut şəklinə düşür. Ona "morula" deyirlər. Bu inkişafla yanaşı, onun kənarında "cift" adlı qan laxtası da yaranır. Ciftin bir başı iki arteriya və bir vena ilə ananın ürəyinə birləşir, digər başı isə göbək ciyəsi vasitəsi ilə rüşeymə bağlı olur. Rüşeym ciftin qanında olan qida maddələri ilə qidalanır. Qidalanma, təkamül və hüceyrələrin üzə Çıxması nəticəsində morulanın içi boşalır və bu zaman ona "blastula" deyirlər. Çox keçmədən blastulanın hüceyrələrinin sayı çoxalır və o, iki divarlı kisə yaradır, sonra onda batıq əmələ gəlir və nəticədə, rüşeym iki hissəyə - sinə və qarına bölünür.
Bu mərhələyə kimi bütün hüceyrələr bir-birinə oxşayır və onların arasında zahiri fərq olmur. Lakin bu mərhələdən sonra rüşeymə surət verilməsi başlayır və onun hissələrində gələcəkdə görməli olduqları işə uyğun dəyişikliklər baş verir, müxtəlif toxuma və sistemlər yaranır. Hüceyrələrin hər bir dəstəsi bədənin bir sistemini, məsələn, sinir sistemi, qan dövranı sistemi, həzm sistemi və sairəni yaratmaqla məşğul olur.
Nəticədə, rüşeym bu mərhələlərdən sonra ana bətninin qaranlıqlarında mütənasib insan şəklinə salınır. (Rüşeymin təkamülü və digər mərha lələri barədə “Muminun" surəsinin 12-ci ayəsinin təfsirində geniş danışacağıq.)
2\. Ayənin ərəbcə orijinalında işlənmiş (ərham) sözü (rəhim) sözünün cəmidir və onun mənası “ananın qarnında uşağın formalaşdığı yer"dir. Sonradan bu söz bir anadan dünyaya gəlmiş bütün qohumlar barəsində işlədilməyə başlayıb. Onların arasında sevgi va məhəbbət bağlılığı olduğu üçün bu söz birinə sevgi və məhəbbət göstərmək barəsində də işlədilir.
Bəziləri isə bunun əksini düşünür. Onlar bu sözün əsl mənasının "şəfqət, sevgi və məhəbbət" olduğunu və yaxın qohumlar arasında da belə bir sevgi olduğu üçün uşağın ana qarnında formalaşdığı yerǝ "rǝhim" deyilməsini qeyd edirlər.
Ali-İmran surəsi, 7-ci ayə
هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ .٧
Ayənin tərcüməsi
7\. Bu kitabı sənə nazil edən Odur. Onun bir qismi kitabın əsasını təşkil edən “möhkəm” (aydın və aşkar) ayələrdir (digər ayələrdə qarşıya çıxan istənilən anlaşılmazlığa bu ayələr əsasında aydınlıq gəlir), digər qismi isə “mütəşabih”dir. (Məzmun səviyyəsi çox yüksək olduğu üçün, habelə digər cəhətlərdən ilk baxışda müxtəlif ehtimallar irəli sürülməsinə səbəb olan, lakin "möhkəm" ayələr əsasında mənalarına aydınlıq gələn ayələrdir.) Qəlblərində sapma olanlar fitnə-fəsad törətmək (insanları sapdırmaq) və (yanlış) yozmaq məqsədilə mütəşabih ayələrin ardınca düşərlər. Onun yozumunu Allahdan və elmdə sabit və qüvvətli olanlardan başqa heç kəs bilməz. (Quranın bütün ayələrinin sirlərini ilahi elm və maarif əsasında dərk etmək istəyənlər) deyərlər: "Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir". (Bu həqiqəti) yalnız ağıl sahibləri dərk edərlər.
Ayənin nazilolma səbəbi.
"Nurus-sǝqǝleyn" təfsirində “Məaniul-əxbar” kitabına istinad edilərək İmam Baqirdən (ə) belə nəql edilib: "Yəhudilərdən bir neçə nəfər Hüyǝyy ibn Əxtəb və onun qardaşı ilə birlikdə Həzrət Peyğəmbərin (s) yanına gəldi və "əlif lam mim" müqəttəə hərflərini əllərində bəhanə edərək belə dedilər: “Əbd hesabına göre "əlif l-ə, “lam” 30-a, "mim" isə 40-a bərabərdir. Beləliklə də, sən öz ümmətinin ömrünün 71 ildən çox olmayacağını xəbər vermisən".
Həzrət Peyğəmbər (s) onların bu sui-istifadəsinin qarşısını almaq üçün belə buyurdu: “Siz nə üçün ancaq “əlif lam mim”i hesablayır- sınız? Məgər Quranda “əlif lam mim sad”, “əlif lam ra” və başqa müqəttəə hərfləri yoxdur?! Əgər bu hərflər mənim ümmətimin ömrünə işarədirsə, nə üçün onların hamısını hesablamırsınız? (Hərçənd ki bu hərflər başqa məqsəd daşıyır.)" Həmin vaxt sözügedən ayə nazil oldu.
"Fi zilalil-Quran" təfsirində başqa nazilolma səbəbi nəql edilib və nəticə baxımından o da qeyd edilən nazilolma səbəbi ilə uyğun gəlir. Həmin nazilolma səbəbində deyilir ki, Nəcran xaçpərəstlərindən ibarət bir dəstə Həzrət Peyğəmbərin (s) yanına gəlib Quranın Həzrət İsa (ə) barəsindəki "...bir söz və Allah tərəfindən olan bir ruhdur..." ifadəsini əllərində bəhanə edərək Allahın şərik və bənzərinin olmadığını vurğulayan çoxsaylı aydın ayələrə göz yumublar. Onlar bu ifadədən sui-istifadə edərək ondan "üç üqnum" və İsanın (ə) tanrı olması mənasını çıxarmaq istəyiblər. Həmin vaxt sözügedən ayə nazil olub.
Ayənin təfsiri.
Quranın "möhkəm” və “mütəşabih” ayələri.
Əvvəlki ayələrdə Quranın İslam Peyğəmbərinin (s) peyğəmbərliyinin aşkar dəlillərindən biri olaraq nazil edilməsinə işarə edilmişdi. Bu ayədə Quranın xüsusiyyətlərindən birinə - məsələlərin necə bəyan edilməsinə toxunulub.
Əvvəlcə belə buyurur: “Bu kitabı sənə nazil edən Odur. Onun bir qismi kitabın əsasını təşkil edən “möhkəm” (aydın və aşkar) ayələrdir (digər ayələrdə qarşıya çıxan istənilən anlaşılmazlığa bu ayələr əsasında aydınlıq gəlir), digər qismi isə “mütəşabih”dir”.
Yəni onlar mənası dərin olduğu üçün və ya başqa səbəblərdən ilk baxışda mürəkkəb görünürlər.
Mütəşabih ayələr insanların sınanması üçün bir vasitədir və o, həqiqi alimlərlə inadkar fitnəkarları bir-birindən ayırır. Buna görə də ayənin davamında buyurur: "Qəlblərində sapma olanlar fitnə-fəsad törətmək (insanları sapdırmaq) və (yanlış) yozmaq məqsədilə mütəşabih ayələrin ardınca düşərlər. Onun yozumunu Allahdan və elmdə sabit və qüvvətli olanlardan başqa heç kəs bilməz”.
Daha sonra buyurur ki, möhkəm və mütəşabihlərin düzgün mənasını dərk etdikləri üçün onlar belə "deyərlər: "Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir”.
Bəli, “(bu həqiqəti) yalnız ağıl sahibləri dərk edərlər".
İncəliklər:
Bu ayədə mühüm mövzulara toxunulub və biz onların barəsində ayrı-ayrılıqda danışacağıq:
1\. Möhkəm və mütəşabih ayələrdə məqsəd nədir?
Ayənin ərəbcə orijinalında işlənmiş (muhkəm) sözünün kökü (ihkam) sözüdür və onun mənası “qadağan etmək”dir. Buna görə də möhkəm və sabit varlıqlara “möhkəm" deyirlər. Çünki onlar sapma amillərini dəf edirlər. Həmçinin hər cür əks ehtimalı özündən uzaqlaşdıran sözə “möhkəm söz” deyirlər. (Rağib "Müfrədat" kitabında belə yazıb: (həkəmə (və həkəməhu) sözünün mənası “qadağan etmək”dir".)
Elmə "hikmət” deyilməsinin səbəbi onun insanı pisliklərdən uzaqlaşdırmasıdır.
Buna görə də "möhkəm ayələr" ifadəsində məqsəd mənası "danışmağa lüzum olmayacaq qədər aydın olan ayələr”dir. Buna “de: "O Allah təkdir", "Onun heç bir bənzəri yoxdur", "Allah hər şeyin xaliqidir", "oğula iki qız hissəsi qədər pay düşür" ayələrini misal göstərmək olar.
Əqaid, şəriət hökmləri, öyüd-nəsihət və tarix məzmunlu yüzlərlə digər ayələr də “möhkəm” ayələr hesab olunur.
Bu ayələr (“möhkəm ayələr”) Quranda (ummul-kitab) (kitabın əsasını təşkil edən) adlandırılıblar, yəni onlar digər ayələrin kökü, istinad nöqtəsi, təfsirçisi və izah verənidirlər.
(mutǝşabih) sözünün mənası “müxtəlif hissələri bir-birinə oxşayan şey"dir. Buna görə də mənası mürəkkəb olan və bəzən müxtəlif ehtimallar verilən cümlə və sözlərə “mütəşabih” deyirlər.
Quranın mütəşabihlərində də məqsəd ilk baxışda mənası mürəkkəb görünən, əvvəl müxtəlif ehtimallar verilən, lakin möhkəm ayələrlə birlikdə nəzərə alındıqda mənası aydınlaşan ayələrdir.
"Möhkəm və mütəşabih” ayələr barəsində təfsirçilər müxtəlif chtimallar versələr də, qeyd etdiyimiz məna onların həm əsl mənası ilə, həm nazilolma səbəbi ilə, həm bu #### Ayənin təfsiri barədə nəql edilmiş hədislərlə, həm də sözügedən ayə ilə tam uyğun gəlir. Çünki sözügedən ayənin davamında inadkar insanların həmişə mütəşabih ayələri əllərində bəhanə etdikləri buyurulur. Təbii ki, onlar ilk baxışda müxtəlif təfsirləri olan ayələrdən sui-istifadə edirlər.
Mütəşabih ayələrə nümunə olaraq Allahın sifətləri və məadın necəliyi barəsindəki ayələri, məsələn, Allahın qüdrətinə işarə edən "Allahın ǝli onların əllərinin üstündədir”, Allahın elminə işarə edən "Allah eşidən və biləndir", əməllərin ölçülmə vasitəsinə işarə edən "Biz Qiyamət günü ədalət tərəziləri quracağıq” ayələrini göstərmək olar.
Şübhəsiz, Allahın nə (bədən üzvü olaraq) əli, nə həmin mənada qulağı, nə də bizim tərəzilərə bənzər əməlölçən tərəzisi var. Bunlar qüdrət, elm və ölçü vasitələrinə işarədir.
"Möhkəm" və "mütəşabih" sözləri Quranda başqa mənada da işlədilib. "Hud" surəsinin əvvəlində buyurur: "Bu, ayələri möhkəmləndirilmiş... bir kitabdır". Bu ayədə Quranın bütün ayələri “möhkəm" adlandırılıb. Burada “möhkəm" sözündə məqsəd Quran ayələrinin bir- biri ilə əlaqəsi və bir-birinə bağlılığıdır. Həmçinin "Zumǝr" surəsinin 23-cü ayəsində belə buyurur: (mütəşabih bir kitab). Bu ayənin ərəbcəsində "mütəşabih” sözü işlədilib və kitab bütünlüklə mütəşabih adlandırılıb. Lakin burada "mütəşabih" sözündə məqs “ayələri düzlük və həqiqət olması baxımından bir-birinə bənzəyən”dir.
Möhkəm və mütəşabih barəsində deyilənlərdən belə məlum olur ki, obyektiv və həqiqət axtaran şəxsin Allahın kəlamlarının mənasını başa düşməsinin yeganə yolu bütün kəlamları bir-birinin yanına qoyması və həqiqəti onlardan əldə etməsidir. Əgər bəzi ayələrin zahirində qaranlıq məqam varsa, o, həmin anlaşılmazlığı digər ayələri nəzərə alaraq aradan qaldırmalı və məsələnin həqiqətini bu yolla dərk etməlidir.
Sanki "möhkəm ayələr" baş yola, "mütəşabih ayələr” isə ikinci dərəcəli yollara bənzəyir. İnsan bəzən ikinci dərəcəli yollarda çaş-baş qalır və özünü baş yola çatdırmağa, öz marşrutunu onun əsasında tənzimləməyə və həmin istiqamətə münasib yol tapmağa çalışır.
Bunu “möhkəm ayələr” barəsində (ummul-kitab) (kitabın əsasını təşkil edən) ifadəsinin işlədilməsi də təsdiqləyir. Çünki (umm) sözünün leksik mənası "hər hansı bir şeyin əsası, əsli”dir. Ərəb dilində anaya" (umm) deyilməsinin də səbəbi ananın ailənin kökü, hadisə və çətinliklər zamanı uşaqların sığınacaq yeri olmasıdır. Buna görə də "möhkəm ayələr" digər ayələrin kök, əsas və anası sayılır.
2\. Nə üçün Quran ayələrinin bəzisi mütəşabih ayələrdir? Quran nur, aydınlıq, Haqqın sözü və aşkar olduğu, bütün insanları hidayət etmək üçün gəldiyi halda, nə üçün mütəşabih ayələrdən istifadə edilmişdir? Nə üçün fitnəkarların sui-istifadəsinə səbəb olan bəzi ayələrin mənası mürəkkəbdir?
Bu, mühüm və diqqət edilməsi lazım olan məsələdir. Quranda mütəşabih ayələrin mövcud olmasının fəlsəfəsi aşağıdakılar ola bilər:
a) İnsanların söhbət edərkən istifadə etdiyi sözlər onların günədlik ehtiyaclarını ifadə etməsi üçün yaranıb. Buna görə də söhbətin mövzusu insanın məhdud maddi həyat mövzusundan kənara çıxdıqda, məsələn, bütün cəhətlərdən sonsuz olan yaradandan söz düşdükdə işlətdiyimiz sözlərin həmin mənaları ifadə etmədiyini görürük və bu zaman müxtəlif çatışmazlığı olan sözlərdən istifadə etmək məcburiyyətində qalırıq. Quranın mütəşabih ayələrinin böyük bir hissəsi həmin məsələdən sözlərdə olan çatışmazlıqdan qaynaqlanır. "Allahın əli onların əllərinin üstündədir", "ərşə hakim olan Rəhman" və "və öz Rəblərinə baxacaq" kimi ayələr bu qəbildən olan ayələrdir və biz onların hər biri barədə öz yerində danışacağıq.
Həmçinin “eşidən” və “görən” kimi ifadələrin də hamısı bu və möhkəm ayələrə müraciət etməklə onların təfsiri aydın qəbildəndir olur.
b) Bir çox həqiqətlər axirət və təbiət xarici aləmə aid olduğu üçün bizim düşüncə üfüqümüzdən uzaqdır və biz zaman və məkan zindanında həbs edildiyimiz üçün onları dərindən dərk edə bilmirik. Bizim zehnimizin yetərsizliyi və həmin mənaların çox yüksək olması ayələrin bəzisinin mütəşabih olmasına səbəb olub. Buna Qiyamət və sairə barəsindəki ayələri misal göstərmək olar.
Bu eyni ilə ana bətnində olan körpəyə bu dünyaya aid məsələlərin izah edilməsinə bənzəyir. Belə ki əgər şəxs bu barədə heç nə deməsə, səhlənkarlıq edib, desə də, gərək məsələləri üstüörtülü şəkildə bəyan etsin. Çünki dinləyici həmin şəraitdə ondan artıq başa düşmək qabiliyyətinə malik deyil.
c) Quranda mütəşabih ayələrin olmasının səbəblərindən biri də insanların təfəkkürünü işə salmaq, düşüncəsində oyanış və hərəkət yaratmaqdır. Bu, mütəfəkkirlərin düşüncəsini qüvvətləndirmək və onları müəyyən məsələlər barədə daha çox fikirləşməyə, diqqətli olmağa və araşdırma aparmağa sövq etmək üçün irəli sürülən bəzi mürəkkəb məsələlərə bənzəyir.
d) Quranda mütəşabih ayələrin mövcud olmasının digər bir səbəbi Əhli-beyt (ə) hədislərində də qeyd edildiyi kimi, insanların ilahi rəhbərlərə, Peyğəmbərə (s) və onun haqq canişinlərinə böyük ehtiyacının olmasını göstərməkdir. Quranda bu cür ayələrin olması onların elmi ehtiyac üzündən həmin şəxslərə üz tutmasına, onların rəhbərliyini əməldə dərk etməsinə, onların elm və məsləhətlərindən istifadə izahının müəllimin öhdəsinə qoyulması kimidir. Bunun səbəbi şagird- etmələrinə səbəb olur. Bu eyni ilə bəzi dərs kitablarında məsələnin lərin müəllimlə əlaqəsinin kəsilməməsi və onların bu ehtiyaca görə onun bütün fikirlərindən bəhrələnmələri üçündür. Əslində, Quran Həzrət Peyğəmbərin (s) məşhur "sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli-beytimi. Bu ikisi Qiyamətdə Kövsər hovuzunun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir- birindən ayrılmaz" vəsiyyətinin nümunəsidir.
e) Digər bir səbəb də ayədə işarə edildiyi kimi, insanların sınanması və fitnəkarlarla həqiqi möminlərin bir-birindən seçilib tanınmasıdır.
3\. "Tǝvil" nədir? Ayənin ərəbcə orijinalında işlənmiş (təvil) (yozum) sözünün mənası barədə çox sözlər deyilib. Həqiqətə ən yaxın nəzər onun leksik mənasının "bir şeyin qaytarılması" olmasıdır. Buna görə də son məqsədə doğru qaytarılan hər bir iş ya söz "təvil" adlanır. Məsələn, bir şəxs bir iş görsə və onun məqsədinin nə olması məlum olmasa, lakin sonda o, məqsədinin nə olduğunu aydınlaşdırsa, bu, "təvil" adlanır. Həzrət Musa (ə) ilə elmli şəxsin hekayətində oxuyuruq ki, həmin şəxs səfər zamanı məqsədi məlum olmayan bir sıra işlər görür (məsələn, gəmini deşib xarab edir) və Musa (ə) həmin işə görə çox narahat olur. Lakin həmin şəxs sonda məqsədinin gəminin qəsbkar və zalım hökmdarın əlindən xilas edilməsi olduğunu deyir və sonra əlavə edir ki, “Sənin səbir edə bilmədiyin işlərin yozumu budur!"
Həmçinin insan nəticəsi məlum olmayan bir yuxu görsə, sonra bir şəxsə müraciət etməklə və ya bir səhnənin şahidi olmaqla onun mənasını başa düşsə, buna "təvil" deyirlər. Həzrət Yusif (ə) də məşhur yuxusu həqiqətə çevriləndən sonra, yəni yerinə qayıtdıqdan sonra belə deyib:
"Bu, daha öncə gördüyüm yuxumun yozumudur".
İnsanın içində məna və sirr olan, onun əsas məqsədini daşıyan söz deməsinə də "təvil" deyirlər.
Sözügedən ayədə “təvil” sözündə məqsəd bu mənadır. Yəni Quranın sirli və dərin mənalı ayələri var, lakin azğın düşüncəli və mənfur niyyətli insanlar özlərini və ya başqalarını aldatmaq üçün onu səhv təfsir edir və onlara (həmin səhv yozumlara) istinad edirlər.
Ayənin ərəbcə orijinalında işlənmiş "وَابْتِغَاءتأويله" ifadəsinin mənası “وَابْتِغَاءتأويله على خلاف الحق” yəni onlar həmin ayələri həqiqi təvilinə (yozumuna) zidd yozmaq istəyirlər.
Ayənin nazilolma səbəbində oxuduğumuz kimi, bir dəstə yəhudi Quranın müqəttəə hərflərindən sui-istifadə edərək onları İslam ümmətinin ömrünün qısa olması mənasına yozmaq istəyib, yaxud xaçpərəstlər "...Allah tərəfindən olan bir ruhdur..." ifadəsini bəhanə edərək ondan Həzrət İsanın (ə) tanrı olmasına dəlil kimi istifadə etməyə çalışıblar. Bunların hamısı “həqiqətdən uzaq yozum" və ayənin mənasının həqiqəti olmayan yanlış məqsədə tərəf qaytarılması nümunələridir.
4\. "Elmdə sabit və qüvvətli olanlar” kimlərdir?
Bu ifadə Qurani-Kərimdə iki yerdə işlədilib. Onlardan biri sözü- gedən ayə, digəri isə "Nisa" surəsinin 162-ci ayəsidir. Həmin ayədə belə buyurulur:
"Lakin onların elmdə sabit və qüvvətli (möhkəm) olanları və (İslam ümmətindən olan) möminlər sənə nazil edilənə və səndən əvvəl göndərilənə inanır".
Ayanin arabca orijinalında işlenmiş “الرَّاسِحُونَ فِي الْعِلْم” (ər-rasixunə fil-elm) ifadəsinin leksik mənasından da məlum olduğu kimi, onda məqsəd elmdə sabit və nəzər sahibi olan şəxslərdir. Bu ifadənin mənası genişdir və bütün alim və mütəfəkkirlərə şamil olur. Lakin onların arasında bəzi üstün və parlaq şəxsiyyətlər də var və bu ifadənin nümunəsi ilk növbədə onlardır. Buna görə də (ər-rasixunə fil-elm) ifadəsi işlədilərkən hamıdan əvvəl onlar nəzərdə tutulur.
Çoxsaylı hədislərdə (ǝr-rasixunə fil-elm) ifadəsinin İslam Peyğəmbəri (s) və məsum İmamlar (ə) mənasında təfsir edilməsi də bu baxımdandır. Çünki Quran ayələri və Quranda işlənən sözlərin mənası genişdir və onların nümunələri arasında bariz nümunələr olduğu üçün bəzən onların təfsiri zamanı həmin bariz nümunələrin adı çəkilir.
"Üsuli-kafi" kitabında İmam Sadiqdən (ə) belə nəql edilib: "Həzrət Peyğəmbər (s) "elmdə sabit və qüvvətli olanlar"ın ən böyüyü idi və Allahın ona nazil etdiyinin hamısının yozumunu və nazilolma səbəbini bilirdi. Allah ona nazil etdiklərinin yozumunu da öyrətmişdi. O və onun həqiqi canişinləri bunların hamısını bilirdilər".
"Üsuli-kafi" və digər hədis kitablarında bu barədə çoxsaylı hədislər nəql edilib. "Nurus-səqǝleyn" və "Bürhan" təfsirlərinin müəllifləri də bu #### Ayənin təfsirində onları bir yerə toplayıblar. "Elmdə sabit və qüvvətli olanlar" ifadəsinin Həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) kimi təfsir edilməsi bu ifadənin mənasının geniş olması ilə ziddiyyət təşkil etmir. Buna görə də İbn Abbasdan belə nəql edilib: "Mən də elmdə sabit və qüvvətli olanlardanam".
Sadəcə, Quran ayələrinin sirr və yozumunu hər kəs elminin genişliyi qədər bilir. Elmləri Allahın sonsuz elm çeşməsindən qaynaqlananlar isə Quranın bütün sirr və yozumlarından agahdırlar. Lakin başqaları həmin sirlərin yalnız bir hissəsindən xəbərdardır.
5\. "Elmdə sabit və qüvvətli olanlar” mütəşabihlərin mənasını bilirlər.
Burada təfsirçilərlə alimlər arasında (ər-rasixunə fil-elm) ifadəsinin müstəqil cümlənin başlanğıcı, yoxsa (illəllah) ifadəsinə bağlı olması barədə ciddi fikir ayrılığı var. Başqa sözlə desək, görəsən, bu ayənin mənası “onun yozumunu Allahdan və elmdə sabit və qüvvətli olanlardan başqa heç kəs bilməz"dir, yoxsa “onun yozumunu Allahdan başqa heç kəs bilməz və elmdə sabit və qüvvətli olanlar deyərlər: "Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir?"
Bu iki nəzərin tərəfdarları öz əqidəsini sübut etmək üçün bir sıra dəlillərə istinad ediblər. Lakin ayədə olan əlamətlər və məşhur hədislərlə uyğun gələn nəzər" (ər-rasixunə fil-elm) ifadəsinin (illəllah) ifadəsinə bağlı olması (və həmin cümlənin mənasının “onun yozumunu Allahdan və elmdə sabit və qüvvətli olanlardan başqa heç kəs bilməz" kimi olması)dır. Çünki birincisi, Quranda sirlərini Allahdan başqa heç kəsin bilmədiyi ayələrin olması inandırıcı görünmür. Məgər bu ayələr insanların tərbiyə edilməsi və doğru yola yönəldilməsi üçün nazil olmayıb?! Necə ola bilər ki, hətta Quranın nazil olduğu Peyğəmbər (s) onun məna və yozumundan xəbərsiz olsun?!
Bu, eyni ilə bir şəxsin bəzi cümlələrinin mənasını özündən başqa heç kəsin bilmədiyi kitab yazmasına bənzəyir. (Bu, nə dərəcədə məntiqidir?)
İkincisi, mərhum Tabərsinin də "Məcməül-bəyan kitabında qeyd etdiyi kimi, İslam alimləri və Quran təfsirçiləri heç vaxt hansısa ayəni təfsir etməkdən boyun qaçırıb "bu aya yozumunu Allahdan başqa heç kosin bilmədiyi ayələrdəndir" deməyib və həmişə Quranın sirr və mənalarını üzə çıxarmaq üçün səy göstəriblər.
Üçüncüsü, əgər məqsəd "elmdə sabit və qüvvətli olanlar"-ın bilmədikləri şeyin qarşısında təslim olmaları olsaydı, bu zaman onlar barəsində "imanda sabit və qüvvətli olanlar” ifadəsinin işlədilməsi daha münasib olardı. Çünki elmdə sabit və qüvvətli olmaq Quranın yozumunu bilməyib təslim olmaqla deyil, bilməklə daha uyğundur.
Dördüncüsü, bu Ayənin təfsiri barədə nəql edilmiş çoxsaylı hədislər "elmdə sabit və qüvvətli olanlar"ın Quran ayələrinin yozumunu bilmələrini təsdiqləyir. Buna görə də o, “Allah” sözünə bağlanmalıdır.
Burada aydınlıq gətirilməsi lazım olan məqamlardan biri "Nəhcül- bəlağə"nin "Əşbah" xütbəsində "elmdə sabit və qüvvətli olanlar”ın Quran ayələrinin yozumunu bilməmələrinin və öz acizliklərini etiraf etmələrinin qeyd edilməsidir. İmam Əli (ə) həmin xütbədə belə buyurub:
"Bil, "elmdə sabit və qüvvətli olanlar" o kəslərdir ki, qeyb sirləri və onların təfsiri barədə öz acizliklərini etiraf etmələri onları həmin məsələlər barədə araşdırma aparmaqdan ehtiyacsız edib”.
Lakin bu cümlə Həzrətin özündən nəql edilmiş və ayədəki "elmdə sabit və qüvvətli olanlar" ifadəsinin “Allah" sözünə bağlı olmasını və onların Quranın yozumunu bildiklərini bəyan edən hədislərlə ziddiyyət təşkil etməkdən əlavə, öncə qeyd edilən dəlillərlə də uyğun gəlmir. Buna görə də "Əşbah" xütbəsindəki həmin cümlə əlimizdə olan digər dəlillərlə ziddiyyət təşkil etməyəcək şəkildə izah və təfsir edilməlidir.
6\. Ayənin təfsirinin ümumi nəticəsi.
Sözügedən #### Ayənin təfsiri barədə deyilənlərdən Quran ayələrinin iki qism olduğu məlum olur. Ayələrin bir qisminin mənası elə aydındır ki, heç bir inkar, yanlış yozum və sui-istifadəyə yer qalmır və onlar "möhkəm ayələrdir.
Digər qism ayələr isə toxunulan məsələlərin səviyyəsinin yüksək olması səbəbindən və ya əlimiz çatmayan aləmlərdən, məsələn, qeyb aləmindən, axirət dünyasından, Allahın sifətlərindən bəhs etdiyi üçün onların son məna, sirr və həqiqətinin başa düşülməsi üçün xüsusi elm sərmayəsi tələb edilir və onlara “mütəşabih ayələr” deyilir.
Azğın şəxslər insanlar arasında fitnə yaratmaq və onları sapdırmaq üçün həmin ayələri əllərində bəhanə edib onları həqiqətə zidd yozmaq istəyirlər. Lakin Allah-taala və “elmdə sabit və qüvvətli olanlar” bu ayələrin sirlərini bilirlər. Onlar geniş elmə malik olduqları üçün mütəşabih ayələri də möhkəm ayələr kimi dərk edirlər və bu səbəbdən onların qarşısında təslim olur və “hamısı bizim Rəbbimiz tərəfindəndir" deyirlər. Çünki onların elmi qarşısında həm möhkəm, həm də mütəşabih ayələrin mənası aydındır. Ayədə də qeyd edildiyi kimi, onlar: "Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir" - deyərlər.
Beləliklə, elmdə sabit və qüvvətli olmaq insanın Quranın sirlərin- dən daha çox xəbərdar olmasına səbəb olur. Əlbəttə, elm baxımından ilk sırada dayananlar (Həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə)) sirlərin hamısını bilirlər, başqaları isə onu öz elmləri miqdarınca dərk edirlər. Elə bu səbəbdən insanlar Quranın sirlərini dərk etmək üçün hətta alimləri ilahi müəllimlərin arxasınca göndərirlər.
7\. Ayənin sonundakı "yalnız ağıl sahibləri dərk edərlər” cümləsi bu həqiqətlərin yalnız düşüncə sahibləri tərəfindən dərk edilməsinə İşarədir. Quranda möhkəm və mütəşabih ayələrin olmasının gərəkliliyini onlar daha yaxşı başa düşürlər. Mütəşabih ayələrin sirlərinin dərk edilməsinin yolu onların möhkəm ayələrin yanına qoyulmasıdır. Buna görə də İmam Əli ibn Musa Rza (ə) belə buyurub: “Mütəşabih ayələri möhkəm ayələrlə uzlaşdıran şəxs düz yola yönələr”.
Ali-İmran surəsi, 8 və 9-cu ayələr
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ .٨
رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ .٩
Ayələrin tərcüməsi
8\. (Elmdə sabit və qüvvətli olanlar deyərlər:) Ey Rəbbimiz! Bizi haqq yola yönəltdikdən sonra qəlbimizi (haqq yoldan) sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Çünki Sən çox bəxş edənsən.
9\. Ey Rəbbimiz! Sən insanları (baş verəcəyinə) şübhə edilməyən bir gündə toplayacaqsan. Çünki Allah Öz vədinə xilaf çıxmaz! (Biz Sənə, Sənin rəhmətinə və Qiyamət vədinə iman gətirmişik.)
Ayələrin təfsiri.
Xətalardan qurtuluş.
Mütəşabih ayələr və onlarda olan gizli sirlər insanların xətaya yol verməsinə və onların bu sınaqdan üzüağ çıxa bilməməsinə səbəb olduğu üçün elmdə sabit və qüvvətli olanlar və mömin mütəfəkkirlər bu ayələrin mənasının başa düşülməsində öz elmi sərmayələrindən istifadə etməklə yanaşı, həm də Allaha sığınırlar.
Elmdə sabit və qüvvətli olanların dilindən nəql edilən bu iki ayə bu həqiqətə aydınlıq gətirir. Onlar deyirlər: "Ey Rəbbimiz! Bizi haqq yola yönəltdikdən sonra qəlbimizi (haqq yoldan) sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Çünki Sən çox bəxş edənsən”.
O qədər alim var ki, elminə görə lovğalanmaq onu məhv edib və ya şeytanların və nəfsi istəyin vəsvəsələri onu düz yoldan azdırıb.
Burada artıq insan özünü Allaha tapşırmalı və Ondan ona doğru yol göstərməsini diləməlidir.
Hətta Həzrət Peyğəmbər (s) də özünü Allaha tapşırar və bu duanı çox təkrar edərdi:
"Ya muqəllibǝl-qulub, səbbit qəlbi əla dinik". Yəni: "Ey qəlbləri bir haldan başqa hala döndərən, qəlbimi Öz dinində sabit et!"
Mǝada etiqad və Qiyamət gününə diqqət nəfsi istəklərin nəzarətdə saxlanılması üçün ən təsirli vasitədir. Buna görə də “elmdə sabit və qüvvətli olanlar” həmin günü yada salaraq belə deyirlər: “Ey Rəbbimiz! Sən insanları (baş verəcəyinə) şübhə edilməyən bir gündə toplayacaqsan. Çünki Allah Öz vədinə xilaf çıxmaz!"
Beləliklə, onlar özlərini nəfsi istəklərdən və xətaya səbəb olan ifrat hisslərdən uzaqlaşdırırlar. Yalnız belə şəxslər Allahın ayələrini olduğu kimi başa düşə və sapıntıdan amanda qala bilərlər. (Əslində, birinci ayə onların yaradılışın əvvəlinə olan kamil imanına, ikinci ayə isə onların məada olan etiqadına işarə edir.)
Ali-İmran surəsi, 10 və 11-ci ayələr
إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا وَأُولَئِكَ هُمْ وَقُودُ النَّارِ .١٠
كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ .١١
Ayələrin tərcüməsi
10\. Nə sərvətləri, nə də övladları kafirləri Allahın (əzabından) xilas edə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.
11\. (Onların həqiqətləri inkar və təhrif etmədəki adətləri) Firon nəslinin və onlardan əvvəlkilərin adətinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.
Ayələrin təfsiri.
Əvvəlki ayələrdə möhkəm və mütəşabih ayələrə münasibətdə möminlərlə qeyri-möminlərin mövqeyi bəyan edildi. Mövzunun davamında kafirlərin Qiyamət günü düçar olacağı acınacaqlı vəziyyətə aydınlıq gətirilib və onların bədbəxt aqibətləri təsvir edilib. Buyurur: "Nə sərvətləri, nə də övladları kafirləri Allahın (əzabından) xilas edə bilməz, Onlar Cəhənnəmin yanacağıdırlar”.
Əgər onlar sərvət və övladlarının bu dünyada və ya axirətdə onları Allahın əzabından qoruyacağını güman edirlərsə, yanılırlar.
Bəzi təfsirçilərin nəzərincə, bu ayə mal və övladları ilə öyünən Bəni-Nəzir və Bəni-Qüreyzə yəhudilərinə işarədir. Şübhəsiz, bu ayələrin nümunələrindən biri onlar olublar, lakin ayənin mənası genişdir. O həm o zamankı, həm də bügünkü kafirlərə şamil olur.
Ayənin ərəbcə orijinalında işlənmiş (vəqud) sözünün "Onlar Cəhənnəmin yanacağıdırlar" cümləsindən Cəhənnəm odunun mənası (kibrit kimi) odu yandıran şey deyil, (odun kimi) "yanacaq"dır. onların öz içindən yanmağa başlayacağı və onları yandıran şeyin öz vücudları olacağı məlum olur.
Bəzi ayələrdə Cəhənnəmin yanacağının günahkarlardan başqa daşlar da olacağı qeyd edilib. Zahirən onda məqsəd daşdan düzəldilən bütlərdir. Buna görə də Cəhənnəm odu onların öz vücudundan, əməl və məbudlarından şölələnəcək.
Sonra keçmiş qövmlərdən sərvət və adamlarının sayı çox olan, lakin əzab verilərkən həmin şeylərin onların məhvinə mane ola bilmədiyi bariz bir nümunəyə işarə edərək buyurur: "(Onların həqiqətləri inkar və təhrif etmədəki adətləri) Firon nəslinin və onlardan əvvəlkilərin adətinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir".
Ayənin ərəbcə orijinalında işlənmiş (dəb) sözünün mənası "gəzinti və hərəkəti davam etdirmək”dir. O, "davam etdirilən iş və adət" mənasında da işlədilir. Sözügedən ayədə Peyğəmbər (s) zamanının kafirlərinin əməlləri Firon nəslinin və onlardan qabaqkı qövmlərin davamlı yanlış adətlərinə bənzədilib. Onlar Allahın ayələrini təkzib etdikləri üçün Allah da onları cəzalandırıb və onlar bu dünyada şiddətli əzaba düçar olublar. Bu, bütün kafirlərə xəbərdarlıqdır. Gərək, onlar fironçuların və əvvəlki qövmlərin aqibətini yada salsınlar və əməllərinə diqqət etsinlər.
Allah-taala rəhmlilərin rəhmlisi olmaqla yanaşı, həm də şiddətli cəza verəndir və Allahın mərhəmətinin geniş olması kiminsə qürrələnməsinə səbəb olmamalıdır.
Həmçinin ayənin ərəbcə orijinalında işlənmiş (dəb) sözündən məlum olur ki, bu yanlış iş, yəni haqq-həqiqət qarşısındakı inadkarlıq və Allahın ayələrini təkzib etmək onların adətinə çevrilibmiş. Buna görə də onlar şiddətli cəza ilə təhdid edilirlər. Çünki günah və yanlış İşlər adətə çevrilmədiyi, ənənə halını almadığı təqdirdə, ondan qayıtmaq asandır və cəzası da yüngüldür. Lakin o, insanın vücudunda kök atdıqdan sonra həm ondan qayıtmaq çətindir, həm də cəzası ağırdır. Buna görə də yaxşı olar ki, kafir və günahkarlar gec olmadan səhv yoldan qayıtsınlar.
Ali-İmran surəsi, 12-ci ayə
قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ .١٢
Ayənin tərcüməsi
12\. Kafirlərə de: “(Ühüd döyüşündəki müvəqqəti qələbənizə görə sevinməyin.) Tezliklə məğlub olacaq və (sonra Qiyamətdə) Cəhənnəmə doğru toplanılacaqsınız!” Ora nə pis yerdir!
Ayənin nazilolma səbəbi.
Müsəlmanlar Bədr müharibəsində qələbə qazandıqdan sonra bəzi yəhudilər belə dedilər: “Bizim öz dini kitabımızda (Tövratda) müharibədə məğlub olmayacağını oxuduğumuz "oxumamış peyğəmbər" bu peyğəmbərdir".
Bir başqa dəstə isə belə dedi: "Tələsməyin, qoyun bir başqa müharibə də olsun, ondan sonra qərar verin".
Müsəlmanların məğlubiyyəti ilə nəticələnən Ühüd müharibəsi baş verdikdən sonra isə onlar belə dedilər: "Xeyr, and olsun Allaha, bizim kitabımızda müjdəsi verilən peyğəmbər bu deyil". Onlar bu hadisədən sonra nəinki İslamı qəbul etmədilər, əksinə, Peyğəmbərə (s) və müsəlmanlara qarşı kobudluqlarını daha da artırdılar. Hətta onlar Həzrət Peyğəmbərlə (s) bir-birlərinə hücum etməmək barədə bağladıqları ǝhd-peymanı vaxtından əvvəl pozdular.
Kəb Əşrəfin başçılığı altında altmış nəfərdən ibarət süvari dəstə Məkkəyə yola düşdü və orada İslamla mübarizə aparmaq üçün müşriklərlə ǝhd-peyman bağlayaraq Mədinəyə qayıtdı.
Həmin vaxt sözügedən ayə nazil oldu və onlara bildirdi ki, siz işin son nəticəsinə baxın və bilin, tezliklə hamınız məğlub olacaqsınız.
Ayənin təfsiri.
Yanlış ümidlər.
Ayənin nazilolma səbəbindən məlum olur ki, mal, sərvət, övlad və adamlarının sayının çox olması ilə öyünən kafirlər İslamın məğlub olmasına ümid bəsləyiblər. Lakin Quran aşkar şəkildə onların tezliklə məğlub olacağını xəbər verir və Peyğəmbərə (s) xitab edərək buyurur: "Kafirlərə de: "Tezliklə (bu dünyada xar, zəlil və) məğlub olacaq və (sonra Qiyamətdə) Cəhənnəmə doğru toplanılacaqsınız! Ora nə pis yerdir!”
İncəlik:
Dəqiq proqnoz.
Qurani-Kərimdə qeyb xəbərləri çoxdur və onlar Quranın əzəmətinin və möcüzə olmasının nişanəsidir. Onun nümunələrindən biri də sözügedən ayədədir.
Allah-taala bu ayədə aşkar şəkildə Öz Peyğəmbərinə (s) bütün düşmənlərinə qalib gələcəyi müjdəsini verir. Həmçinin kafirlərə buyurur ki, bu dünyada məğlub olmaqdan əlavə, axirətdə də bədbəxt aqibətlə qarşılaşacaqsınız.
Ayənin Ühüd müharibəsindən sonra müsəlmanların öz güc və nüfuzlarını itirdiyi, İslam düşmənlərinin isə əlbir olub ǝhd-peyman bağladığı və nəzərə çarpacaq qədər böyük gücə malik olduğu bir vaxtda nazil olmasını nəzərə aldıqda görürük ki, Quranın belə aydın – özü də yaxın gələcək mənası ifadə edən (tezliklə məğlub olacaq) ifadəsi ilə proqnoz verməsi çox heyrətamiz məsələdir. Buna görə də sözügedən ayəni Quranın möcüzəvi ayələrindən hesab etmək olar. Çünki o, müsəlmanların qalib gələcəyinə dəlalət edən heç bir nişanənin olmadığı bir şəraitdə aşkar şəkildə gələcəkdən xəbər verir.
Çox keçmədən ayə gerçəkləşir, Mədinə yəhudiləri (Bəni-Qüreyzə və Bəni-Nəzir qəbilələri) məğlub olurlar, Xeybər müharibəsində onların ən mühüm güc mərkəzi məhv edilir, müşriklər də Məkkənin fəthində həmişəlik məğlubiyyətə düçar olurlar.
Ali-İmran surəsi, 13-cü ayə
قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُمْ مِثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَنْ يَشَاءُ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ .١٣
Ayənin tərcüməsi
13\. (Bədr döyüşündə) qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir əlamət (ibrət dərsi) var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi (şeytan və büt yolunda idi). Onlar öz gözləri ilə (möminlərin) sayca ikiqat artıq olduqlarını görürdülər. (Bu isə onların qorxuya düşməsinə və məğlubiyyətə uğramasına səbəb oldu.) Allah istədiyi (layiq gördüyü) kəsi Öz köməyi ilə qüvvətləndirir. Bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Ayənin nazilolma səbəbi.
Bu ayə Bədr müharibəsi barəsində nazil olub. Təfsirçilərin yazdığına Əsasən, Bədr müharibəsində müsəlmanların sayı 77 nəfəri mühacirlərdən, 236 nəfəri isə ənsardan olmaqla 313 nəfər təşkil edib. Mühacirlərin bayrağını Əli (ə), ənsarın bayrağını isə Səd ibn Übadə əlində daşıyıb. Bu böyük müharibədə müsəlmanların yalnız yetmiş dəvəsi, iki atı, altı zirehi və səkkiz qılıncı olub.
Düşmən qoşunu mindən artıq döyüşçü, yüz at və kifayət qədər silaha malik olmasına baxmayaraq, müsəlmanlar iyirmi iki şəhid verərək (14 nəfər mühacirlərdən, 8 nəfər ənsardan) yetmiş ölü və yetmiş əsir verən düşmənə qalib gəlib və qələbə ilə Mədinəyə qayıdıblar. Bu ayə Bədr müharibəsinin bəzi məqamlarına işarə edir.
Ayənin təfsiri.
Bədr müharibəsi – aydın nümunə.
Əslində, bu ayə əvvəlki ayələrdə deyilənlərin aydın nümunəsidir və kafirlərə öz mal, sərvət və adamlarının çoxluğu ilə öyünməmələri üçün xəbərdarlıq edir. Bunun bariz nümunələrindən biri Bədr müharibəsidir. Çünki həmin müharibədə İslam düşmənləri döyüş təchizatı, adam və mallarının sayının çox olmasına baxmayaraq, ağır məğlubiyyətə düçar oldular. Buyurur: “(Bədr döyüşündə) qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir əlamət (ibrət dərsi) var idi”.
“Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi (şeytan va büt yolunda idi).
Kiçik və elə də döyüş sursatına malik olmayan, lakin möhkəm imana malik bir qoşunun döyüş sursatı və döyüşçü baxımından özündən neçə qat üstün olan bir qoşuna qalib gəlməsindən nə üçün ibrət götürməyəsiniz?!
Əgər adam sayı və geniş imkana malik olmaq bir işə yarasaydı, bu, Bədr müharibəsində baş verərdi. Halbuki orada tam əksinə oldu. Daha sonra buyurur: "Onlar (müşriklər) öz gözləri ilə (möminlərin) sayca ikiqat artıq olduqlarını görürdülər.
Yəni möminlərin sayı 313 nəfər idisə, onlar kafirlərin gözündə 600 nəfərdən çox görünürdülər və bu, kafirlərin məğlubiyyətinə səbəb olan qorxu hissini daha da artırırdı.
Bu, ilahi yardım olmaqdan əlavə, həm də təbii görünürdü. Çünki döyüş başlayandan və müsəlmanlar kafirlərə ağır zərbələr endirdikdən kafirləri elə vahimə bürümüşdü ki, onlar müsəlmanlara əlavə bir qoşunun da qoşulduğunu və onların əvvəlkinin iki qatı qədər güclə vuruşduqlarını güman edirdilər. Halbuki müharibə başlamamışdan Əvvəl vəziyyət tam əksinə idi. Onlar müsəlmanlara alçaldıcı nəzərlə baxır, onların sayını hətta olduqlarından da az təsəvvür edirdilər.
Başqa sözlə desək, müharibə başlamamışdan əvvəl Allah-taala onlara müsəlmanların sayını az göstərdi ki, döyüşə lovğalıq və qəflətlə başlasınlar. Lakin döyüş başladıqdan sonra müsəlmanların sayını onlara ikiqat çox göstərdi ki, onları qorxu və vahimə bürüsün və döyüş onların məğlubiyyəti ilə sona çatsın. Həmçinin Allah-taala müsəlmanların ruhiyyəsini gücləndirmək üçün kafirlərin sayını onlara az göstərdi.
Buna "Ənfal" surəsinin 44-cü ayəsində də işarə edilib. Həmin ayədə Allah-taala belə buyurur;
"Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, (siz qorxmayıb döyüşə başlayasınız, onlar da qorxuya düşüb qaçmasınlar, döyüşüb sonda məğlub olsunlar deyə) sizi də onların gözündə azaldırdı”.
Yəni siz qorxmayın və var gücünüzlə döyüş meydanına daxil olun. Onlar da döyüşə qürrələnərək və etinasızlıqla başlasınlar, sonra vəziyyət dəyişsin, müsəlmanlar kafirlərin gözündə olduqlarından artıq görünsünlər və bu həlledici döyüş onların məğlubiyyəti ilə sona çatsın.
Bəzi hədislərdə belə nəql edilib: "Müsəlmanlardan biri nəql edir ki, Bədr müharibəsindən əvvəl bir nəfərdən soruşdum: "Səncə, kafir- lərin sayı yetmiş nəfər olar?" O dedi: "Məncə, yüz nəfər olar". Lakin biz müharibədə qalib gələndən və çoxlu əsir götürəndən sonra onların sayının min nəfər olduğunu öyrəndik".
Daha sonra ayənin davamında belə buyurulur: "Allah istədiyi (layiq gördüyü) kəsi Öz köməyi ilə qüvvətləndirir". Allahın istəyi hesab-kitabsız deyil və həmişə hikmətə əsaslanır. Şəxslərdə ləyaqət olmayınca Allah onları qüvvətləndirmir.
Bu tarixi hadisədə Allah-taalanın müsəlmanları qüvvətləndirməsi və onlara qələbə nəsib etməsi iki baxımdan - həm hərbi, həm də məntiqi qələbə sayılırdı. Onun hərbi qələbə olması kiçik və hərbi imkana malik olmayan bir qoşunun sayca özündən çox olan və geniş hərbi imkanlara malik bir orduya qalib gəlməsi, məntiqi qələbə olması isə Allah-taalanın müsəlmanlara döyüş başlamamışdan əvvəl qələbə vədi verməsi idi. Bu, İslamın haqq olmasının dəlillərindən oldu.
Ayənin sonunda buyurur: “Bunda bəsirət sahibləri üçün bir ibrət vardır”.
Bəli, bəsirət sahibi olan və həqiqətləri olduğu kimi görən şəxslər möminlərin bu hərtərəfli qələbəsindən ibrət dərsi götürür və qələbənin əsl sərmayəsinin yalnız iman olduğunu başa düşürlər.
Ali-İmran surəsi, 14-cü ayə
زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللَّهُ عِنْدَهُ حُسْنُ الْمَآبِ .١٤
Ayənin tərcüməsi
14\. Qadınlar, uşaqlar, yığın-yığın qızıl-gümüş, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi maddi vasitələrə qarşı sevgi (imtahan və tərbiyə olunmaları üçün) insanların gözünə gözəl göstərilmişdir. (Amma) bunlar (insanın son məqsədinə çevriləcəyi təqdirdə,) aşağı həyat sərmayəsidir, gözəl sonluq (yüksək və əbədi həyat) Allah dərgahındadır.
Ayənin təfsiri.
Maddi zinətlərin cazibədarlığı.
Əvvəlki ayələrdə dünya həyatında mal və övladlarına arxalanan, onlarla öyünən, özlərini Allaha ehtiyacsız güman edən şəxslərdən danışıldı. Bu ayə də onların davamıdır və həmin söhbəti təkmilləşdirərək belə buyurur: "Qadınlar, uşaqlar, yığın-yığın qızıl-gümüş, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi maddi vasitələrə qarşı sevgi (imtahan və tərbiyə olunmaları üçün) insanların gözünə gözəl göstərilmişdir”.
"(Amma) bunlar (insanın son maqsadina çevriləcəyi təqdirdə,) aşağı həyat sərmayəsidir, gözəl sonluq (yüksək və əbədi həyat) Allah dərgahındadır”.
Düzdür, bu vasitələr olmadan yaşamaq mümkün deyil. Hətta maddi vasitələrsiz mənəviyyat və səadət yolunun qət edilməsi mümkünsüzdür. Lakin onlardan bu yolda istifadə etməklə onlara hədsiz bağlanmaq. pərəstiş etmək və onları həyatın məqsədinə çevirmək fərqli anlayışlardır.
İncəliklər:
1\. Bu maddi işləri insanların gözünə gözəl göstərən kimdir? Məchul feil ilə bəyan edilən “insanların gözünə gözəl göstərilmişdir" ayəsində qadın, uşaq, var-dövlət və sərvətin insanların gözündə gözəl göstərildiyi qeyd edilmişdir. Bəs onları insanlara gözəl göstərən kimdir?
Bəzi təfsirçilərin nəzərincə, onları insanların gözünə gözəl göstərən şeytani istəklərdir. Bu nəzər sahibləri öz sözlərini əsaslandırmaq üçün "Nəml” surəsinin 24-cü ayəsinə - “Şeytan əməllərini onların gözündə gözəl göstərib" - və digər ayələrə istinad ediblər. Lakin bu əsaslandırma inandırıcı görünmür. Çünki sözügedən ayədə əməllərdən deyil, var-dövlət, qadın və övladdan danışılır.
Ayənin təfsiri barədə düzgün nəzər həmin şeyləri gözəl göstərənin Allah olmasıdır. Yəni Allah-taala onları yaradılış sistemi, insanın fitrət və təbiəti vasitəsi ilə onun gözünə gözəl göstərib. Çünki Allah insanın fitrətində övlad, mal və sərvət sevgisini onu sınağa çəkmək, təkamül və tərbiyə istiqamətində daha da irəli aparmaq üçün yaradıb.
Quran buyurur: "İnsanların hansının daha yaxşı əməl etdiyini sınaqdan keçirmək üçün yer üzündə olan hər şeyi ona (yerǝ) bəzək etdik”. Yəni onlara həmin sevgi verilib ki, bu eşq və meyildən fəsad və dağıdıcılıq deyil, xoşbəxtlik və quruculuq istiqamətində istifadə etsinlər.
Sözügedən ayədə qeyd edilən ilk şey qadın sevgisidir. Bu gün psixoanalitiklər də qeyd edirlər ki, insanın ən güclü istəklərindən biri cinsi istəkdir. İctimai hadisələrin əksəriyyətinin bu istəkdən qaynaqlanan "tufanlar" nəticəsində baş verdiyini müasir və keçmiş tarix də təsdiqləyir.
Sözügedən ayə mötədil həddə olan qadın, övlad, sərvət və mal sevgisini əsla məzəmmət etmir. Çünki maddi vasitələr olmadan mənəvi hədəflərə çatmaq mümkün deyil.
Bundan əlavə, şəriət qanunları yaradılış qanunları ilə ziddiyyət təşkil edə bilməz. Məzəmmət olunan məsələ həmin şeyləri ifrat dərəcədə sevmək, başqa sözlə desək, onlara pərəstiş etməkdir.
2\. “الْقَنَاطِيرِالْمُقَنطَرَةِ” (yığın-yığın (qızıl-gümüş və)) “الْخَيْل ِالْمُسَوَّمَةِ” (yaxşı cins atlar) ifadələrində məqsəd nədir?
Ayənin ərəbcə orijinalında işlənmiş (qənatir) sözü (qintar) sözünün cəmidir və onun mənası “möhkəm şey”dir. Sonra o, "çoxlu mal" barəsində işlədilib. Körpüyə (qəntərə), ağıllı şəxslərə (qintir) deyilməsinin səbəbi körpünün bünövrəsinin, ağıllı adamın isə düşüncəsinin möhkəm olmasıdır. (muqəntərət) sözü də həmin kökdən düzəlmiş məchul növ feili sifətdir və onun mənası həmin şeyin neçə qatıdır. Bu iki sözün bir-birinin ardınca qeyd edilməsi təkid məqsədi daşıyır. Buna bənzər ifadələr başqa dillərdə də var və məqsəd "çoxlu sərvət"dir.
Hətta (qintar) sözü üçün hədd də müəyyənləşdirilib. Bəziləri onun yetmiş min dinar, bəziləri yüz min dinar, bəziləri on iki min dirhəm, bəziləri isə bir kisə qızıl və ya gümüş olduğunu deyiblər.
İmam Baqir və İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə (qintar)ın bir inək dərisinin içini dolduracaq qədər qızıl olması qeyd edilib.
Hər halda, onların hamısı geniş məna ifadə edir və o, "çoxlu mal”dır.
Həmçinin ayənin ərəbcə orijinalında işlənmiş (xəyl) sözü toplu isimdir və onun mənası "atlar", yaxud "süvarilǝr'dir. O, bu iki mənanın hər ikisində işlədilir, lakin sözügedən ayədə məqsəd birinci mənadır. (musəvvəmət) sözünün mənası “nişan qoyulmuşdur. Onların nişanlanması ya gözəl bədən quruluşuna malik olmalarına və görünüşcə seçilmələrinə görədir, ya da onlara təlim keçilməsinə və döyüş meydanında minilməyə hazır olmalarına görə.
Sözügedən ayədə insan həyatının sərmayələrindən olan altı şeyə işarə edilib: qadın, övlad, nağd pul, cins minik atlar, heyvandarlıqda istifadə edilən heyvanlar (ənam) və əkin sahələri (hərs). İnsanın maddi həyatının əsas sütunları bunlardan ibarətdir.
3\. "Aşağı həyat sərmayəsi" deyiləndə nə nəzərdə tutulur? Ayənin ərəbcə orijinalında işlənmiş (məta) sözünün mənası “insanın bəhrələndiyi şey", (əl-həyatud-dunya) ifadəsinin mənası isə “aşağı və alçaq həyat”dır. Buna görə də (bunlar aşağı həyat sərmayəsidir) cümləsinin mənası belə olur: Əgər kimsə həmin altı şeyə son hədəf kimi eşq bəsləsə və onlardan bir "nərdivan" (yüksəliş vasitəsi) kimi istifadə etməsə, aşağı və alçaq həyata qatlaşıb.
"Aşağı həyat" ifadəsi həyatın təkamül istiqamətində hərəkətdə olmasına işarədir. Bu dünya həyatı onun ilk mərhələsi hesab edilir. Buna görə də ayənin sonunda insanı qarşıda gözləyən daha üstün və ali həyata işarə edərək buyurur:
“Gözəl sonluq (yüksək və əbədi həyat) Allah dərgahındadır".
4\. Öncə də qeyd edildiyi kimi, maddi nemətlər arasında əvvəl qadınların adı çəkilir. Çünki qadın dünyapərəstlərin diqqətini cəlb etmək və onların qorxulu cinayətlərə əl atmasına səbəb olmaq baxımından digər nemətlərlə müqayisədə daha böyük rol oynayır.
Ali-İmran surəsi, 15-17-ci ayələr
قُلْ أَؤُنَبِّئُكُمْ بِخَيْرٍ مِنْ ذَلِكُمْ لِلَّذِينَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُطَهَّرَةٌ وَرِضْوَانٌ مِنَ اللَّهِ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ .١٥
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ .١٦
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنْفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ .١٧
Ayələrin tərcüməsi
15\. De: "Sizə bundan (maddi sərmayələrdən) daha yaxşısı barədə xəbər verimmi? Təqvalılar üçün Rəbləri yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları bağlar, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarının (əməllərini) görür.
16\. "Ey Rəbbimiz! Biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi (Cəhənnəm) odun(un) əzabından qoru!” – deyənlər –
17\. (çətinliklər qarşısında, itaət və günahı tərk etmək yolunda) əzmkarlıq göstərən, doğru danışan, (Allaha) müti olan, (malından Allah yolunda) xərcləyən və sübh vaxtı bağışlanma diləyən kimsələrdir.
Ayələrin təfsiri.
Təqvalıların mükafatı.
Əvvəlki ayədə insanın maddi dünya həyatında maraq göstərdiyi şeylər barədə danışıldı. Burada isə müqayisə üçün Allahın axirət aləmindəki nemətlərinə və insanın təkamül yolu istiqamətindəki yüksəlişinə işarə edərək buyurur: “De: "Sizə bundan (maddi sərmayələrdən) daha yaxşısı barədə xəbər verimmi?”
Sonra məsələnin təfsilatına keçərək buyurur: “Təqvalılar üçün Rəbləri yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları bağlar, pak zövcələr və Allahın rizası vardır". Allah qullarının (əməllərini) görür”.
Dünya bağlarından fərqli olaraq, Cənnət bağlarından axan su heç vaxt kəsilmir.
Dünyanın ötəri və müvəqqəti maddi nemətlərindən fərqli olaraq, axirət nemətləri əbədi və daimidir.
Dünya gözəllərindən fərqli olaraq, axirət zövcələrinin vücud və ruhunda heç bir mənfi cəhət yoxdur və onlar bütün eyib və nöqsanlardan pakdırlar.
Bunların hamısı bir tərəfə, mənəvi nemətlərin ən üstünü olan “Allahın rizası" bir tərəfə! Bəli, təsəvvürdən xaric bu mənəvi nemət də təqvalıların intizarındadır.
(əunəbbiukum) (sizə xəbər verimmi?) ifadəsi sual cümləsidir və onun verilməsində məqsəd insanın ağıl, fitrət və düşün- cəsindən cavab almaq və dinləyiciyə daha çox təsir göstərməkdir. Digər tərəfdən (əunəbbiukum) (sizə ... xəbər verimmi?) ifadəsinin kökü (inba) sözüdür və ondan adətən mühüm xəbərlərdə istifadə edilir.
Qurani-Kərim bu ayədə imanlı şəxslərə buyurur ki, əgər halal dünya həyatı ilə qane olsalar, qeyri-qanuni ləzzətlərdən, üsyankar nəfsi istəklərdən, başqalarına zülm və sitəm etməkdən çəkinsələr, Allah- taala onlara bütün eyib və nöqsanlardan pak, üstün maddi və mənəvi ləzzətlər nəsib edər.
Görəsən, Cənnətdə maddi nemətlər də vardırmı?
Bəziləri elə güman edirlər ki, maddi ləzzətlər ancaq bu dünyaya aiddir, axirətdə isə belə ləzzətlər mövcud deyil. Quran ayələrində Cənnət bağları, müxtəlif meyvələr, axar sular və gözəl zövcələr barəsindəki ifadələrin hamısı mənəvi məqamlar, nemətlər barədə məcazi ifadələr və “camaatla ağılları səviyyəsində danış” qismindəndir.
Lakin bu yanlış təsəvvürdür. Əgər biz Quranın aşkar ayələrinə əsasən, məadın cismani olmasını qəbul ediriksə, bu zaman onların hər ikisinə (cisim və ruha) uyğun, lakin daha yüksək səviyyədə nemətlər olmalıdır. Bu ayədə onların hər ikisinə - həm cismani, həm də ruhi məada uyğun olanlara işarə edilib.
Əslində, axirətin bütün maddi nemətlərini mənəvi nemətlər barədə məcaz hesab edənlər Quran ayələrinin zahirini heç bir səbəb olmadan başqa cür yozaraq cismani mǝad və onun zərurətlərini unutmaqdan və inkar etməkdən əlavə, həm də eklektik məktəblərin təsiri altına düşüblər.
Bəlkə də, ayənin sonundakı “Allah qullarının (əməllərini) görür” cümləsi həmin həqiqətə işarə edir. Yəni insanın cisim və ruhunun hər birinin nə istədiyini bilən və hər ikisinin istəklərini ali şəkildə təmin edən Odur.
Sonrakı iki ayədə əvvəlki ayədə qeyd edilən bəndələrin xüsusiyyətlərini sadalayır və onların altı bariz sifətini qeyd edir:
1\. Onlar bütün vücudları ilə öz Rəbbinə üz tutublar, iman onların qəlbini işıqlandırıb. Buna görə də onlar öz əməlləri barədə böyük məsuliyyət hiss edirlər. Buyurur: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi (Cəhənnəm) odun(un) əzabından qoru” deyənlər.
2\. "Səbr və əzmkarlıq göstərən..." Onlar Allaha itaət yolunda qarşıya çıxan çətinliklər və günahlar qarşısında, fərdi və ictimai sıxıntılarla üzələşən zaman təmkin və dözümlülük nümayiş etdirirlər.
3\. "Doğru danışan...". Həm sözdə, həm də əməldə doğruçudurlar, batində etiqad bəslədiklərinə zahirdə əməl edirlər, ikiüzlülük, yalan, saxtakarlıq və xəyanətdən uzaqdırlar.
4\. “(Allaha) müti olan...". Allaha bəndəlik yolundadırlar və daim Ona bəndəlik edirlər.
5\. "(Malından Allah yolunda) xərcləyən..."
Onlar yalnız mallarından deyil, malik olduqları bütün maddi va mənəvi nemətlərdən ehtiyacı olanlara bağışlayırlar.
6\. “Və sübh vaxtı bağışlanma diləyən kimsələrdir”.
Onlar qafil və nadanların yuxuda olduğu, maddi aləmdə olan çaxnaşmanın yatdığı və möminlərin qəlbində həqiqi dəyərlərə xüsusi diqqətin yarandığı həmin vaxt Allah qarşısında səcdəyə qapanar, Onun əzəmət və calal nurunda qərq olar, bütün vücudları tövhid zümzüməsi edər və günahlarının bağışlanmasını diləyərlər. Səhərin açılması ilə gecənin zülməti yox olur və Allahın ümumi mərhəməti dünyaya yayılır. Aşiqanə səhər zümzümələrinin ardınca səhərin açılması ilə onların da qəlbindən qəflət və günah pərdələri kənara çəkilər, qəlblərinə Allahın rəhmət, bağışlanma və dərkedilmə nuru işıq saçar.
İncəliklər:
1\. Hədislərin birində son ayənin təfsiri barədə İmam Sadiqdən (ə) belə nəql edilib: "Kim "vitr namazı'nda (gecə namazının son rükətində) yetmiş dəfə "əstəğfirullahə Rəbbi və ətubu iləyh" desə və bu işi bir il davam etdirsə, Allah-taala onu "sübh vaxtı bağışlanma diləyən”lərin sırasına daxil edər, Öz əfv və mərhəmətini ona şamil edər”.
2\. Ayənin ərəbcə orijinalında işlənmiş (səhər) sözünün mənası “örtülü və gizli olmaq"dır. Gecənin son saatlarında hər şeyin üzərinə örtük çəkildiyi üçün ona “səhər” deyiblər. (sehr) sözü də həmin kökdəndir. Çünki sehrbaz sirri başqalarına gizli olan işlər görür. Ərəblər bəzən ağ ciyərə də (səhər) deyirlər və bunun səbəbi onun daxilinin örtülü olmasıdır.
Allahdan bağışlanma diləmək günün bütün saatlarında yaxşı olduğu halda, nə üçün ayədə günün müxtəlif vaxtları arasından ancaq səhərə işarə edilib?
Bunun səbəbi səhərin aramlıq və sakitliyinin, maddi işlərə ara verilməsinin, yuxu və istirahətdən sonra insanda yaranan ruh yüksəkliyinin insanın Allaha daha diqqətlə üz tutmasına zəmin yaratmasıdır. Bunu təcrübə ilə də asanlıqla başa düşmək mümkündür. Hətta bir çox alimlər öz elmi problemlərinin həll edilməsi üçün həmin vaxtdan istifadə ediblər. Çünki həmin vaxt insanın düşüncə və ruhunun çırağı digər vaxtlardan daha işıqlı olur. İbadətin ruhu istiğfar, diqqət və fikrin cəmlənməsi olduğu üçün həmin vaxt ibadət etmək və Allahdan bağışlanma diləmək bütün digər vaxtlardan daha qiymətlidir.
Ali-İmran surəsi, 18-ci ayə
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ .١٨
Ayənin tərcüməsi
18\. Allah ədaləti bərqərar edərək (yaranış aləmində vahid nizam yaratmaqla) Özündən başqa heç bir məbudun olmadığına şahidlik edir. Mələklər, elm sahibləri də (buna ayrı-ayrı şəkillərdə) şahidlik edirlər. Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur, həm qüdrət, həm də hikmət sahibidir.
Ayənin təfsiri.
Hamı Onun təkliyinə şahidlik edir.
Bu ayədə tövhid və Allahı tanımağın bəzi dəlillərinə və bu yolun aydınlığına işarə edərək buyurur: "Allah ədaləti bərqərar edərək (yaranış aləmində vahid nizam yaratmaqla) Özündən başqa heç bir məbudun olmadığına şahidlik edir. Mələklər, elm sahibləri də (buna ayrı-ayrı şəkillərdə, dəlil, ayə və nişanələrə istinad edərək) şahidlik edirlər”.
Bütün bunları nəzərə aldıqdan sonra bir daha məlum olur ki, "Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur, həm qüdrət, həm də hikmət sahibidir”.
Buna görə də gərək, siz də Allah, mələklər və alimlərlə səs-səsə verə və tövhid "nəğməsi" oxuyasınız.
İncəliklər:
1\. Allah Öz təkliyinə necə şahidlik edir?
Allahın şahidlik etməsi deyildikdə Onun sözlə deyil, əməl ilə şahidlik etməsi nəzərdə tutulur. Yəni Allah-taala vahid sistemin hakim olduğu, hər yerində eyni qanunların hökm sürdüyü, eyni proqram əsasında idarə olunan, əslində, bir-birinə birləşmiş və vahid sistem təşkil edən aləm yaratmaqla əməli olaraq sübut edib ki, dünyada bir yaradan və məbud var və onların hamısı bir mənbədən qaynaqlanır. Bu vahid sistemin yaradılması Allahın Öz zatının birliyinə şahidlik etməsidir.
Lakin mələk və alimlərin şahidliyi söz xarakterlidir. Çünki onların hər biri bu həqiqəti özünə layiq sözlə etiraf edir. Quran ayələrində bu cür fərqlər çoxdur. Məsələn, “Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər” ayəsində Allah tərəfindən göndərilən salavat ilə mələklər tərəfindən göndərilən salavat fərqli şeylərdir. Allah tərəfindən salavat göndərilməsi deyilərkən Onun rəhmət göndərməsi, mələklər tərəfindən salavat göndərilməsi deyilərkən isə mələklərin Allahdan Peyğəmbərə rəhmət diləməsi nəzərdə tutulur.
Əlbəttə, mələklərin və alimlərin şahidlik etməsinin əməli tərəfi də var. Çünki onlar yalnız Ona ibadət edir və Ondan başqa heç bir məbud qarşısında baş əymirlər.
2\. "Ədaləti bərqərar edərək” ifadəsində məqsəd nədir? Ayənin ərəbcə orijinalında işlənmiş "ədaləti bərqərar edərək” ifadəsi qrammatik cəhətdən (şəhidə) feilinin subyektinin, yəni “Allah” sözünün tərzi-hərəkət zərfliyidir. Yəni Allah-taala varlıq aləmində ədaləti bərqərar edərək Özünün təkliyinə şahidlik edir.
Bu cümlə Onun şahidlik etməsinin dəlilidir. Çünki ədalətin həqiqəti orta və düz yolu seçmək, hər hansı ifrat, tǝfrit və sapıntıdan uzaq olmaqdır. Orta və düz yol həmişə bir olur, birdən çox olmur. “Ənam” surəsinin 153-cü ayəsində belə buyurur:
"Bu. Mənim düz yolumdur. Onu tutub gedin. Sizi haqq yoldan sapdıracaq ayri yollarla getməyin".
Bu ayədə Allahın yolunun bir, Allahdan uzaq əyri yolların isə çox olduğu bildirilib. Çünki ayədə “düz yol" ifadəsi tək, "əyri yollar" ifadəsi isə cəm şəklində gətirilib.
Bütün bunlardan belə nəticə çıxır ki, ədalət həmişə vahid sistemlə birgə olur və vahid sistem vahid başlanğıcın göstəricisidir. Buna görə də yaradılış aləmində həqiqi ədalətin mövcud olması yaradanın birliyinə dəlalət edir. (Diqqət edin!)
3\. Alimlərin məqamı.
Bu ayədə həqiqi alimlər mələklərlə eyni sırada dayanır və bu, alimlərin başqalarından üstün olmasının göstəricisidir. Alimlərin üstün olmasının səbəbi onların öz elmləri sayəsində həqiqətləri bilib ən böyük həqiqəti – Allahın təkliyini etiraf etmələridir.
Ayə bütün alimlərə şamil olur. Ayənin təfsiri barəsində nəql edilmiş bəzi hədislərdə ayədəki "elm sahibləri” ifadəsinin məsum İmamlar (ə) mənasında təfsir edilməsinin səbəbi onların "elm sahibləri" ifadəsinin ən bariz nümunəsi olmalarıdır.
Mərhum Təbərsi "Məcməül-bəyan" kitabında Cabir ibn Abdullah Ənsaridən, o da Həzrət Peyğəmbərdən (s) belə nəql edib: “Yatağına söykənib öz elmi barədə fikirləşən alimin bir saatı abidin yetmiş il ibadətindən yaxşıdır”
4\. Ayədə (Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur) cümləsi təkrar edilib. Bəlkə də, bu təkrar Allahın, mələklərin və alimlərin şahidlik etməsini eşidən hər bir kəsin onların şahidliyinə qoşulmasının və məbudun bir olmasına şəhadət verməsinin gərəkliliyinə işarədir.
"Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur" cümləsi Allaha təzim haqqının ödənməsi və tövhidin izhar edilməsi məqsədi daşıdığı üçün o, Allahın qüdrət və hikmət sahibi olmasını ifadə edən (əl- əziz) və (əl-həkim) sifətləri ilə sona çatdırılmışdır. Çünki ədalətin bərqərar edilməsi üçün qüdrət və hikmət lazımdır. Varlıq aləmində ədaləti yalnız hər şeyə qadir və hər şeydən xəbərdar olan Allah bərqərar edə bilər.
5\. Bu ayə Həzrət Peyğəmbərin (s) həmişə xüsusi önəm verdiyi və dəfələrlə müxtəlif yerlərdə oxuduğu ayələrdəndir. Zübeyr ibn Əvam belə nəql edib: "Ərəfə gecəsi Həzrət Peyğəmbərin (s) yanında idim və onun bu ayəni təkrar-təkrar oxuduğunu gördüm”.
Ali-İmran surəsi, 19-cu ayə
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَنْ يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ .١٩
Ayənin tərcüməsi
19\. Allah dərgahında din İslam (haqq qarşısında təslim olmaq)dır. Səmavi kitab verilənlər yalnız bildikdən və xəbərdar olduqdan sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki, Allah onu sorğuya çəkəcək. Çünki) Allah dərhal haqq-hesab çəkəndir.
Ayənin təfsiri.
Dinin ruhu haqq qarşısında təslim olmaqdır.
Bu ayə məbudun tək olduğunu bəyan etdikdən sonra dinin təkliyinə işarə edərək buyurur: "Allah dərgahında din İslam (haqq qarşısında təslim olmaqdır).
Ayənin ərəbcə orijinalında işlənmiş (din) sözünün leksik mənası “əvəz və mükafat"dır. O, "itaət və tabe olmaq" mənasında da işlədilir. Dini terminologiyada isə din insanın Allaha yaxınlaşdığı, hər iki dünya səadətinə nail olduğu, əxlaq və tərbiyə baxımından düzgün yolda addımlaya bildiyi qanun və qaydalar toplusundan ibarətdir.
(İslam) sözünün mənası “təslim olmaq"dır. Buna görə də “إِنَّ الدِّينَ عِندَالله ِالإِسْلام” cümləsinin mənası Allah dərgahında həqiqi din Onun əmrləri qarşısında təslim olmaqdır”dır.
Əslində, bütün əsr və zamanlarda dinin ruhu haqq qarşısında təslim olmaqdan başqa bir şey olmayıb. Sadəcə, İslam Peyğəmbərinin (s) dini dinlərin ən sonuncusu və ən üstünü olduğu üçün ona “İslam” adı verilmişdir. Yoxsa ki bu cəhətdən bütün ilahi dinlər "İslam"dır. Səma dinlərinin əsasları birdir, sadəcə, bəşər cəmiyyəti kamilləşdikcə Allah- taala onlara daha kamil din göndərib və sonda o, təkamülün son mərhələsinə - İslam Peyğəmbərinin (s) dininə çatıb.
Əmirəl-möminin Əli (ə) “Nəhcül-bəlağə”də nəql edilmiş qısa kəlamlarının birində bu həqiqəti bəyan edib. O Həzrət (ə) belə buyurub:
"İslamı elə vəsf edim ki, məndən əvvəl heç kəs (elǝ) vəsf etməmiş olsun”.
O Həzrət (ə) sonra İslam üçün altı mərhələ sayaraq əvvəl belə buyurub: "İslam haqq qarşısında təslim olmaqdır". Sonra belə əlavə edib: "Təslim olmaq həmin yəqindir" və yəqinsiz təslim olmaq mümkün deyil. Çünki yəqinsiz təslim alimanə deyil, kor-koranə təslimdir.
Daha sonra buyurub: "Yəqin də təsdiq etməkdir”. Yəni yalnız bilmək yetərli deyil, onun ardınca etiqad və qəlbin təsdiqi gəlməlidir. Sonra buyurub: "Təsdiq etmək iqrar etməkdir". Yəni insanın qəlb və ruhunun bir kənarında imanın olması yetərli deyil, şücaət və qüdrətlə onu izhar etmək də lazımdır.
Onun ardınca buyurub: “İqrar etmək boyuna düşən vəzifəni yerinə yetirməkdir". Yəni iqrar yalnız dil ilə deməkdən ibarət deyil, boyuna onların yerinə yetirilməsi məsuliyyəti də götürülməlidir.
Və sonda buyurur: "Boyuna düşən məsuliyyətin yerinə yetirilməsi əməl etməkdir". Yəni məsuliyyət Allahın əmrlərini yerinə yetirmək və ilahi proqramların həyata keçirilməsindən ibarətdir. Çünki öhdəlik və məsuliyyət əməldən başqa bir şey deyil. Öz enerjilərini danışıq, layihə, iclas, təşkilat və sairə işlərə sərf edən və ancaq danışmaqla məşğul olan şəxslər nə öhdələrinə bir iş, nə də bir məsuliyyət götürüblər və onların İslamın ruhundan xəbərləri yoxdur.
Bu, İslamın bütün cəhətlərdən ən dolğun təfsiridir.
Ayə daha sonra dini ixtilafları yaranma səbəbinə işarə edərək buyurur: "Səmavi kitab verilənlər yalnız bildikdən və xəbərdar olduqdan sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər".
İxtilaflar birincisi, elm və agahlıq əldə etdikdən sonra yaranıb, ikincisi, onun yaranma səbəbi yalnız həddi aşmaq, zülm və həsəd olub.
Yəhudilər Musa ibn İmranın (ə) canişini barədə ixtilafa düşdülər, aralarında çəkişmə yarandı və çoxlu qan axıdıldı; xaçpərəstlər tövhidi və üç üqnum etiqadına bulaşdırmaqla ixtilafa düşdülər; həmçinin şirkə onlar İslam Peyğəmbərinin (s) onların kitabında qeyd edilmiş dəlilləri barədə ixtilaf toxumu səpdilər, bəzisi onları qəbul, bəzisi isə inkar etdi. Xülasə, səma dinləri həmişə tutarlı dəlil və peyğəmbərlərin möcüzələri ilə müşayiət edilib və onlar həqiqət axtaranlar üçün qaranlıq məqamlar saxlamayıblar. Məsələn, İslam Peyğəmbəri (s) aşkar möcüzələrə - Qurana və dinin mətnində olan digər aydın dəlillərə malik olub. Bundan əlavə, onun bəzi əlamət və xüsusiyyətləri yəhudi və xaçpərəstlərin əvvəlki kitablarında qeyd edilmişdi. Onların alimləri o Həzrətin (s) zühurundan əvvəl böyük şövq və təkidlə belə bir peyğəm- bərin zühur edəcəyi müjdəsini verirdilər. Lakin o Həzrətin (s) zühurundan sonra həmin şəxslər öz mənafelərini təhlükədə görüb həddi aşmaq, zülm və həsəd üzündən hər şeyə göz yumdular.
Buna görə də ayənin sonunda onların və onlar kimi olanların aqibətinə toxunaraq buyurur: "Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki, Allah onu sorğuya çəkəcək. Çünki) Allah dərhal haqq-hesab çəkəndir”.
Allahın ayələrini öz nəfsi istəklərinin oyuncağına çevirən şəxslər öz əməllərinin nəticəsini həm bu dünyada, həm də axirətdə görəcəklər, Allah onlarla dərhal haqq-hesab çəkəcək və hər birinə layiq olduğu cəzanı verəcək. (Allahın dərhal haqq-hesab çəkməsi barədə “Bəqərə” surəsinin 202-ci ayəsinin təfsirində izah verildi.)
Burada "Allahın ayələri" ifadəsi deyiləndə bütün ilahi ayə və nişanələr - Onun dəlilləri, səma kitabları, hətta varlıq aləmində olan yaradılış nişanələri nəzərdə tutulur.
Bəzi təfsirçilərin onun mənasını ancaq Tövrat və İncildə və ya onlara bənzər şeylərdə məhdudlaşdırmasının heç bir əsası yoxdur.
İncəlik:
Dini ixtilafların kökü.
Əksər hallarda dini ixtilaf və çəkişmələrin mənbəyi nadanlıq və xəbərsizlik deyil, həddi aşmaq, zülm, haqdan uzaqlaşmaq və şəxsi fikirlərin həyata keçirilməsi olur. Əgər insanlar, xüsusilə də alimlər kin-küdurət, dar düşüncə, şəxsi mənafe və həddi aşmağı tərk etsələr və Allahın hökmlərini obyektiv şəkildə və ədalətlə aradşırsalar, haqq yol aydın görünər və ixtilaflar çox tez bir zamanda həll olunar.
Bu ayə "din insanlar arasında ixtilaf yaradıb və tarix boyu çoxlu qanların axıdılmasına səbəb olub" deyənlərə tutarlı cavabdır. Bu iradı tutanlar dinlə dini təəssübkeşliyi və düz yoldan sapmış düşüncələri səhv salıblar. Çünki dinlərin göstərişlərini araşdırdıqda dinlərin tarix boyu müxtəlif təkamül mərhələləri keçməsinə baxmayaraq, onların hamısının bir məqsədə xidmət etdiyini görürük.
Səma dinləri yağış damcıları kimidirlər. Yağış damcılarının hamısı həyat mənbəyidir, sadəcə, onların biri şor, digəri acı torpağın üzərinə düşdüyü üçün rəng və dadında fərqlər yaranır. Bu fərqlərin səbəbi yağış deyil, həmin torpaqlardır. Lakin təkamül prinsipinə əsasən, onların ən sonuncusu ən kamilidir.
Ali-İmran surəsi, 20-ci ayə
فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ وَقُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ .٢٠
Ayənin tərcüməsi
20\. Əgər səninlə mübahisəyə qalxsalar, (onlarla mübahisə etmə,) de: "Mən və ardıcıllarım özümüzü Allaha təslim etmişik!” Kitab göndərilmişlərə (yəhudi və xristianlara) və savadsızlara (müşriklərə) isə de: "Siz də təslim olursunuzmu?” Əgər (Haqqın fərmanı və məntiqi qarşısında) təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (narahat olma, çünki) sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah bəndələrini görür.
Ayənin təfsiri.
Mübahisə və çəkişmədən çəkin!
Əvvəlki ayədə toxunulan dini ixtilaflar mövzusunun ardınca bu ayədə həmin ixtilafların bəzilərinə - yəhudi və xaçpərəstlərin İslam Peyğəmbəri (s) ilə mübahisə etməsinə işarə edərək buyurur: "Əgər səninlə mübahisəyə qalxsalar, (onlarla mübahisə etmə,) de: "Mən və ardıcıllarım özümüzü Allaha təslim etmişik!”
Ayənin ərəbcə orijinalında işlənmiş (haccukə) sözünün kökü (muhaccət)dir və onun mənası “bir əqidə və ya məsələ barədə mübahisə etmək, ona dəlil gətirmək və onu müdafiə etmək”dir.
Təbii ki, hər hansı bir din tərəfdarları öz əqidələrini müdafiə edir və özlərini haqq tərəfdarı kimi göstərirlər. Buna görə də Quran İslam Peyğəmbərinə (s) buyurur ki, ola bilər kitab əhli (yəhudi və səninlə mübahisə etsin və özünün haqq qarşısında təslim olduğunu xaçpərəstlər) desin, hətta Nǝcran xaçpərəstləri kimi bu işdə israrlı olsun.
Allah-taala bu ayədə Öz Peyğəmbərinə (s) göstəriş verir ki, onlarla mübahisə etməkdən çəkin və onları doğru yola istiqamətləndirmək və mübahisəyə son qoymaq üçün belə de: “Kitab göndərilmişlərə (yəhudi və xristianlara) və savadsızlara (müşriklərə) isə de: "Siz də təslim olursunuzmu?”
"Əgər (Haqqın fərmanı və məntiqi qarşısında) təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (narahat olma, çünki) sənin öhdənə düşən ancaq təbliğ etməkdir”.
Məqsəd dildə təslim olmaq və bunun iddiasını etmək deyil, Haqq qarşısında həqiqi və əməli şəkildə təslim olmaqdır. Əgər onlar sənin dəvətinin aydın olmasını, dəlil və sübuta əsaslanmasını nəzərə alıb haqq söz qarşısında təslim olsalar, şübhəsiz, iman gətirəcəklər. Əgər iman gətirməsələr, haqqa təslim olmayıblar, sadəcə, dildə İslam və haqq qarşısında təslim olmaq iddiası edirlər. Sənin vəzifən dəlil-sübutla ilahi tapşırıqları çatdırmaqdır. Əgər onlarda haqpərəstlik ruhu olsa, onu qəbul edəcəklər. Əgər qəbul etməsələr, sən vəzifəni yerinə yetirmiş sayılırsan.
Ayənin sonunda buyurur: "Allah bəndələrini görür”.
O, yalandan təslim olmaq iddiası edənləri həqiqi təslim olanlardan ayırd edə bilir, mübahisə edənlərin hansı məqsədlə mübahisə etmələrindən xəbərdardır, hamının yaxşı və pis əməlindən agahdır və hər kəsə özünə münasib əvəz verəcək.
İncəliklər:
1\. Bu ayədən dolayısı ilə belə məlum olur ki, düzgün məntiqə təslim olmayan inadkar insanlarla mübahisə etməkdən çəkinmək lazımdır.
2\. Ayənin ərəbcə orijinalında işlənmiş (yazıb-oxumaq bilməyənlər) sözündə məqsəd müşriklərdir. Müşriklər barəsində belə ifadə işlədilməsinin səbəbi müşriklərin səma kitabının olmaması və bu səbəbdən yazıb-oxumağı öyrənmək məcburiyyətində qalmalarıdır.
3\. Həzrət Peyğəmbərin (s) dəvət metodu heç vaxt hansısa bir fikir və ya əqidəni məcbur qəbul etdirmək olmayıb. O Həzrət (s) həqiqətləri camaata aydınlaşdırmağa çalışıb və sonra onları haqqa tabe olmaq barədə qərar qəbul etmələri üçün sərbəst buraxıb.
Ali-İmran surəsi, 21 və 22-ci ayələr
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ .٢١
أُولَئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ .٢٢
Ayələrin tərcüməsi
21\. Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənləri ağrılı əzabla müjdələ.
22\. Onların əməlləri (bu böyük günahlarına görə) həm bu dünyada, həm də axirətdə puça çıxacaq, yardımçıları (şəfaətçiləri) olmayacaqdır.
Ayələrin təfsiri.
Onların itaətsizliklərinin nişanəsi.
İslam Peyğəmbəri (s) ilə mübahisə edən yəhudi, xaçpərəst və müşriklərin haqqa təslim olmadığını bildirən əvvəlki ayənin davamı olaraq bu ayədə bunun bəzi nişanələrinə işarə edərək buyurur: “Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənləri ağrılı əzabla müjdələ”.
Bu ayədə əvvəlcə onların üç böyük günahına (Allahın ayələrini inkar etmək, peyğəmbərləri haqsız yerə qətlə yetirmək və peyğəmbərləri himayə edib insanları ədalətə dəvət edən kəsləri öldürmək) işarə edilib. Bu günahların hər biri öz-özlüyündə onların haqqa təslim olmadığını və haqq söz danışanların səsini boğduqlarını sübut etmək üçün yetərlidir.
Ayənin ərəbcə orijinalında (inkar edirlər) və (qətlə yetirirlər, öldürürlər) feillərinin indiki-gələcək zamanda işlədilməsi onların inkarlarının, peyğəmbərləri və ədalət carçılarını öldürmələrinin sanki həyatlarının bir hissəsi olmasına, bu işləri davamlı şəkildə görmələrinə və görəcəklərinə işarədir. (Ərəb dilində indiki-gələcək zaman feili həmin işin davamlılığına dəlalət edir.)
Bu daha çox yəhudilərin davranış metodu olub və başqa şəkillərdə bu gün də davam edir. Lakin bu, ayənin mənasının ümumi olmasına mane olmur.
Sonra sözügedən ayələrdə onların üç cəzasına və bədbəxt aqibətinə işarə edilir. Onlardan biri öncə qeyd edilən şiddətli və ağrılı əzabdır. İkincisi cəza "Onların əməlləri (bu böyük günahlarına görə) həm
bu dünyada, həm də axirətdə puça çıxacaq"dır.
Onların gördüyü yaxşı işler böyük günahları naticasində öz təsirini itirəcək.
Üçüncü cəza isə Allahın ağır cəzası qarşısında onların “yardımçıları (şəfaətçiləri) olmayacaqdır".
"Bəqərə" surəsinin 61-ci ayəsinin təfsirində də qeyd etdiyimiz kimi, yəhudilərin hadisələrlə dolu tarixindən məlum olur ki, onlar Allahın ayələrini inkar etməkdən əlavə, peyğəmbərləri və haqq carçılarını öldürməkdə olduqca rəhmsiz olublar, onları müdafiə etmək istəyən mücahidləri də amansızcasına qılıncdan keçiriblər. Şübhəsiz, yuxarıda qeyd edilən üç cəza onlar kimi davranan kəslərin hamısına şamil olur.
İncəliklər:
1\. Ədalət carçıları peyğəmbərlərlə eyni sıradadırlar.
Birinci ayədə ədalət carçıları, insanları yaxşı işlərə və haqqa dəvət edənlər peyğəmbərlərlə eyni sırada qeyd ediliblər. Belə insanların öldürülməsi Allaha kafir olmaq və peyğəmbərləri öldürməklə bir sayılıb. Bu, İslamın cəmiyyətdə ədalətin yayılmasına son dərəcə diqqət göstərməsindən xəbər verir.
İkinci ayədən həmin saleh insanları öldürənlərin cəzasının ağır olması məlum olur. Çünki (həbt) sözü (əməllərin puça çıxması) bütün günahlara deyil, yaxşı işləri puç edən böyük günahlara aiddir. Bütün bunlardan əlavə, həmin şəxslərə şəfaət edilməyəcəyinin qeyd edilməsi onların günahlarının böyüklüyünə dəlalət edir.
2\. Ayədəki "haqsız yerə” ifadəsinin mənası peyğəmbərlərin haqlı yerə öldürülməsinin caiz olması deyil. Peyğəmbərlərin öldürülməsi birmənalı şəkildə haqsızlıq və zülmdür, ayədəki “haqsız yerə” ifadəsi təkid üçün qeyd edilmiş izahdır.
3\. Başqalarının əməlinə razı olmaq.
Ayədəki "ağrılı əzabla müjdələ” ifadəsindən belə məlum olur ki, Həzrət Peyğəmbərin (s) müasiri olan kafirlər heç bir peyğəmbəri qətlə yetirməsələr də, bu ayə onlara da şamil olur. Çünki hər hansı bir dəstənin təlim, ideologiya və əməlinə razı olan kəs onların yaxşı və pis əməlinə şərik sayılır. Həmin kafirlər (xüsusilə yəhudilər) öz sələflərinin təlimlərinə və əyri əməllərinə bərk bağlı olduqları üçün həmin aqibət onlara da aiddir.
4\. Ayənin ərəbcə orijinalında işlənmiş (bəşarət) (müjdə) sözünün mənası "insanın sevincinə, üzündə təbəssüm yaranmasına səbəb olan xəbərlər”dir. Bu ayədə həmçinin Quranın digər ayələrində əzab barəsində “bəşarət” (müjdə) sözündən istifadə edilməsi bir növ təhdid və günahkarların düşüncəsinə istehza hesab edilir. Bu cür ifadələr insanlar arasında da geniş yayılıb və biz pis bir iş görmüş şəxsi təhdid etmək istəyərkən istehza ilə ona "səni mükafatlandıracağıq” deyirik.
5\. Əbu Übeydə Cərrahdan nəql edilmiş hədislərin birində belə deyilir: “Həzrət Peyğəmbərdən (s) soruşdum: "Qiyamət günü insanların hansının əzabı daha çox olacaq?" O Həzrət (s) buyurdu: "Hər hansı bir peyğəmbəri və ya yaxşı işlərə dəvət edib pis əməllərdən çəkindirən şəxsi öldürən kəsin!" O (s) daha sonra "peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənləri..." ayəsini oxudu və belə buyurdu: "Ey Əbu Übeydə! Bəni-İsrail günün əvvəlində bir saatın içində 43 peyğəmbəri qətlə yetirdi. Həmin vaxt Bəni-Israilin 112 abidi qiyam etdi və qatilləri yaxşı işə dəvət edib pis əməldən çəkindirdi. Həmin abidlər də həmin gün öldürüldülər. Buna görə də Allah-taala buyurur ki, onları “ağrılı əzabla müjdələ”.
Ali-İmran surəsi, 23-25-ci ayələr
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِنْهُمْ وَهُمْ مُعْرِضُونَ .٢٣
ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِمْ مَا كَانُوا يَفْتَرُونَ .٢٤
فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ .٢٥
Ayələrin tərcüməsi.
23\. Aralarında hökm verilməsi üçün (səmavi) kitabdan (müəyyən) bir payı olan şəxslərin Allahın kitabına tərəf dəvət olunduqlarını, sonra bir dəstəsinin (haqqı qəbul etməkdən) imtina edərək üz çevirdiyini görmədinmi?
24\. Bu, onların: "Od bizə ancaq bir neçə gün toxunar! (Digər xalqlardan üstün olduğumuz üçün bizim cəzamız çox az olacaq)" - demələrinə görədir. (Allaha atdıqları) bu iftira onların öz dinləri ilə öyünməsinə səbəb oldu (nəticədə, günahlar törətdilər).
25\. Elə isə onları (baş verəcəyi ilə bağlı heç bir) şəkk-şübhə olmayan, hər bir kəsə qazandığının əvəzinin ödəniləcəyi, heç bir haqsızlıq edilməyəcəyi gün (Qiyamət günü) topladıqda (onların halı) necə olacaq?
Ayələrin nazilolma səbəbi.
“Məcməül-bəyan” təfsirində İbn Abbasdan belə nəql edilib: Peyğəmbər (s) zamanında Xeybər yəhudilərindən evli bir kişi ilə evli bir qadın zina etmişdi. Tövratda bu cür şəxslər barəsində daşqalaq hökmü verilməsinə baxmayaraq, həmin şəxslər zadəgan sinfina mənsub olduqları üçün yəhudilər bu hökmü icra etməkdən boyun qaçırır və daha yüngül hökm çıxarması ümidi ilə qəzavət etmək üçün Həzrət Peyğəmbərə (s) müracət etmək qərarına gəlirlər. Bu zaman Peyğəmbər (s) onlara belə buyurur: “Mənimlə sizin aranızda mövcud Tövrat hökm çıxaracaq”. Onlar razılaşırlar. İbn Suriya adlı yəhudi alimi Fədəkdən Mədinəyə dəvət edilir. Peyğəmbər (s) onu tanıyaraq buyurur: "Sən İbn Suriyasan?”
O, "bəli" - deyə cavab verir.
\-Sən yəhudilərin ən elmli alimisən?
\-Elə düşünürlər.
Həzrət Peyğəmbər (s) Tövratın daşqalaq ayəsi olan hissəsini onun qarşısına qoyulması göstərişini verir. Məsələdən xəbərdar olan İbn Suriya həmin hissəyə çatanda əlini həmin cümlənin üstünə qoyub sonrakı cümləni oxuyur. Məclisdə əvvəl yəhudi alimlərindən olub sonradan İslamı qəbul etmiş Abdullah ibn Salam da iştirak edirmiş. Abdullah ibn Salam İbn Suriyanın həqiqəti gizlətdiyini başa düşür və dərhal ayağa qalxaraq onun əlini həmin cümlənin üstündən götürür və Tövratın mətnindəki bu cümləni oxumağa başlayır: "Əgər evli kişi ilə evli qadın zina etsə və onların bu cinayətinə kifayət qədər dəlil olsa, onlar daşqalaq olunmalıdırlar".
Sonra Peyğəmbər (s) bu iki nəfər barəsində öz dinləri əsasında daşqalaq hökmünün icra edilməsi göstərişini verir. Yəhudilərin bir dəstəsi bu işdən çox qəzəblənir və onların barəsində bu ayə nazil olur.
Ayələrin təfsiri.
Nə üçün haqqa təslim olmurlar?
Kitab əhlindən bəzilərinin inadkarcasına mübahisə etməsindən danışan əvvəlki ayələrin davamı olaraq bu ayələrdə onların məntiqi dəlillərə təslim olmamaları, bunun səbəbi və nəticələri bəyan edilir.
Birinci ayədə belə buyurur: "Aralarında hökm verilməsi üçün (səmavi) kitabdan (müəyyən) bir payı olan şəxslərin Allahın kitabına tərəf dəvət olunduqlarını, sonra bir dəstəsinin (haqqı qəbul etməkdən) imtina edərək üz çevirdiyini görmədinmi?”.
Onlar öz dini kitablarında mövcud olan hökmə də tabe olmur, müxtəlif bəhanə və əsassız iddialarla ilahi hökmlərin həyata keçirilməsindən yayınırdılar.
Həmçinin “(səmavi) kitabdan (müəyyən) bir payı olan" ifadəsindən belə məlum olur ki, həmin əsrdə yəhudi və xaçpərəstlərin əlində olan Tövrat (və İncil) əsl Tövrat və İncilin hamısı deyil, onun bir hissəsi olub. Çox ehtimal ki, həmin kitabların böyük bir hissəsi ya məhv, ya da təhrif olunubmuş.
Bu mənanı həm Qurani-Kərimin digər ayələri, həm də tarixi sənəd və dəlillər təsdiqləyir. Biz burada məsələnin təfsilatına varmırıq.
\-Sonrakı ayədə onların haqqa qarşı çıxmaları və haqqı qəbul etməkdən boyun qaçırmalarının səbəbinə işarə edərək buyurur ki, bunun səbəbi onların puç bir inancı özlərinin üstün irqə mənsub olmalarına etiqad bəsləmələri olub. (Onlar bu gün də belə düşünürlər və onların bugünkü yazı və əməlləri kəskin irqçi təfəkkürə malik olmalarından xəbər verir.)
Onlar Allah ilə xüsusi əlaqələrinin olmasına etiqad bəsləyir, hətta özlərini Allahın oğulları hesab edir və belə deyirdilər:
"Biz Allahın övladları və (xüsusi) dostlarıyıq".
Buna görə də onlar ilahi cəza müqabilində özlərinə toxunulmazlıq aid edirdilər. Quran onların həmin əməl və davranışlarının səbəbi barədə belə buyurur: "Bu, onların: "Od bizə ancaq bir neçə gün toxunar! (Digər xalqlardan üstün olduğumuz üçün bizim cəzamız çox az olacaq)" demələrinə görədir.
Yəni bizə cəza verilsə də, bu, çox məhdud cəza olacaq.
Ayənin ərəbcə orijinalında işlənmiş (mədud) sözünün mənası “sayıla bilən şey"dir. O, adətən az şeylər barəsində işlənir. Çünki çox şeylər ya sayıla bilmir, ya da onların sayılması çətindir.
"Bir neçə gün" ifadəsi barədə bir ehtimal da məqsədin onların Musa (ə) olmayanda buzova sitayiş etdiyi qırx günə işarə olmasıdır. Bu, onların özlərinin belə inkar edə bilmədiyi böyük günah olub.
Onun barəsində digər bir ehtimal məqsədin onların ömürlərinin çox aşkar və heç özlərinin də inkar və ya ört-basdır edib haqq qazandıra bilmədiyi günahlar etdiyi bəzi günlərdir.
Onlar bu imtiyazı Allaha isnad edirdilər: "(Allaha atdıqları) bu iftira onların öz dinləri ilə öyünməsinə səbəb oldu (nəticədə, günahlar törətdilər).
Qurani-Kərim üçüncü ayədə bu puç və uydurma iddiaların hamısını inkar edərək buyurur: “Elə isə onları (baş verəcəyi ilə bağlı heç bir) şəkk-şübhə olmayan, hər bir kəsə qazandığının əvəzinin ödəniləcəyi, heç bir haqsızlıq edilməyəcəyi gün (Qiyamət günü) topladıqda (onların halı) necə olacaq?
Həmin gün hamı Allahın ədalət məhkəməsində iştirak edəcək və hər bir kəs öz "əkdiyi toxumun məhsulunu biçəcək". Həmin gün hər bir kəsə öz əməli təqdim ediləcək və əməlinin əvəzi veriləcək, lakin zülm və haqsızlıq edilməyəcək. Çünki veriləcək əvəz onların əməlinin məhsuludur. Onlar heç bir imtiyaza malik olmadıqlarını və Allahın ədalətinin hamıya şamil olduğunu həmin gün başa düşəcəklər.
Həmçinin ayədəki "qazandığının” sözündən məlum olur ki, Qiyamətdəki mükafat və cəza, o dünyadakı xoşbəxtlik və bədbəxtlik puç xəyal və batil xülyalardan deyil, yalnız insanın əməllərindən asılıdır. İncəliklər:
1\. Vicdanın aldadılması.
Görəsən, insan Quranın yəhudilər barədə nəql etdiyi kimi, yalan deyə, Allaha iftira ata və sonra onun təsiri altına düşərək qürrələnə bilərmi?! Bu, inandırıcıdırmı?
Bu suala cavab vermək elə də çətin deyil. Çünki vicdanın aldadılması müasir psixologiyanın mövzularındandır. Bəzən insanın düşüncəsi onun vicdanını aldatmağa çalışır və həqiqəti öz vicdanına səhv göstərir.
Çox müşahidə edilən hallardan biri də budur ki, qətl, oğurluq və narkotik aludəçiliyi kimi böyük günahlara bulaşmış şəxslər öz əməllərinin çirkinliyini yaxşı dərk etsələr də, yalançı vicdan rahatlığı əldə etmək üçün insanların elə həmin işlərə layiq olduğunu sübut etməyə çalışır, yaxud həyatın çətinliklərini, ictimai problemləri bəhanə gətirirlər. Onlar bu yolla narkotik maddələrə üz tutmalarını yozmaq istəyirlər.
Əslində, bu cür iftiraları və yalançı imtiyazları kitab əhlinin keçmiş nəsilləri uydurmuşdular, lakin onlar tədricən həqiqətdən xəbəri olmayan (və həqiqəti araşdırıb tapmaq üçün zəhmət çəkmək istəməyən) sonrakı nəsillərin inkaredilməz əqidəsinə çevrildi.
2\. Müsəlmanlar və məhdud cəza etiqadı.
Məhdud əzab və cəza etiqadı müsəlmanların da arasında mövcuddur. Çünki bizim etiqadımıza görə, müsəlmanlar əbədi əzabda qalmayacaqlar və onların imanı sonda onların Cəhənəm odundan xilas olmasına səbəb olacaq.
Lakin biz əsla günahkar və müxtəlif cinayətlərə bulaşmış müsəlmanın yalnız bir neçə gün ilahi əzaba düçar olacağına etiqad bəsləmirik. Həmin şəxs müddəti yalnız Allaha məlum olan uzun müddət cəza çəkəcək, lakin imanı olduğu üçün əzabı əbədi olmayacaq. Əgər müsəlmanlardan kimsə özünə belə bir imtiyaz aid edirsə, Peyğəmbərə (s) və məsum İmamlara (ə) etiqad bəsləməklə istədiyi günahı etmək icazəsinə malik olduğunu və bir neçə gündən artıq cəza çəkməyəcəyini güman edirsə, böyük səhvə yol verir və həmin şəxs İslamın və onun təlimlərinin ruhundan xəbərsizdir.
Bundan əlavə, biz sözügedən məsələ barədə müsəlmanlara imtiyaz aid etmirik və etiqadımıza görə, zəmanəsinin peyğəmbərinə iman gətirmiş bütün ümmətlərin nümayəndələrindən kim günaha bulaşsa, hansı irqdən olmasından asılı olmayaraq, bu qanun ona şamil olur. Halbuki yəhudilər həmin qanunun başqalarına deyil, ancaq İsrail soyundan olanlara aid olduğuna etiqad bəsləyirdilər.
Quran "Maidə” surəsinin 18-ci ayəsində onların bu yalançı imtiyazına cavab verərək belə buyurur:
"Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz”.
Ali-İmran surəsi, 26 və 27-ci ayələr
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٦
تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ .٢٧
Ayələrin tərcüməsi
26\. De: "Ey mülklərin maliki olan Allah! Sən istədiyin şəxsə hakimiyyət verir, istədiyindən də geri alırsan; istədiyini ucaldır, istədiyini də xar edirsən. Bütün xeyirlər Sənin əlindədir. Sən hər şeyə qadirsən.
27\. Sən gecəni gündüzə, gündüzü isə gecəyə daxil edirsən; ölüdən diri, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən".
Ayələrin nazilolma səbəbi.
Məşhur təfsirçi Təbərsi "Məcməül-bəyan" kitabında birinci ayə barədə hər ikisi eyni həqiqəti əks etdirən iki nazilolma səbəbi nəql edib.
1\. Həzrət Peyğəmbər (s) Məkkəni fəth edərkən müsəlmanlara tezliklə İran və Rum imperiyalarının da İslam bayrağı altına daxil olacağı müjdəsini verdi. Qəlbləri iman nuru ilə işıqlanmamış və İslamın ruhunu dərk etməyən münafiqlər bunu mübaliğə hesab etdilər və dedilər: "Muhəmməd Mədinə və Məkkə ilə kifayətlənməyib İran və nazil oldu. Ruma tamah salıb". Həmin vaxt birinci ayə nazil oldu”.
2\. Həzrət Peyğəmbər (s) müsəlmanlarla birlikdə Mədinənin ətra fında xəndək qazmaqla məşğul idi. Onlar düşmən qoşunu çatmamış bu müdafiə səngərini qazıb sona çatdırmaq üçün xüsusi intizamla, dəstə dəstə, çox sürətlə və cidd-cəhdlə işləyirdilər. Qəfildən xəndəkdən böyük və sərt ağ daş çıxdı, lakin müsəlmanlar onu parçalaya və yerindən tərpədə bilmədilər. Salman Həzrət Peyğəmbərin (s) yanına gedib məsələni xəbər verdi. Peyğəmbər (s) xəndəyə daxil oldu və külüngü Salmandan alıb daşa möhkəm zərbə endirdi. Külüng daşa dəyərkən daşdan qığılcım çıxdı. Bu zaman Həzrət Peyğəmbər (s) fǝth və zəfər təkbiri dedi. Müsəlmanlar da o Həzrətin səsinə qoşuldular və təkbir səsi hər yeri bürüdü. Peyğəmbər (s) daşa yenidən külüng vurdu, yenə daşdan qığılcım çıxdı və daşın bir hissəsi parçalandı. Həzrət Peyğəmbərin (s) və müsəlmanların qələbə təkbirinin səsi hər yeri bürüdü. Həzrət Peyğəmbər (s) külüngü üçüncü dəfə də daşın qalan hissəsinə vurdu. Daşdan qığılcım qalxdı və ətrafa işıq saldı və daşın qalan hissəsi də parçalandı. Xəndəkdən üçüncü dəfə təkbir səsi ucaldı. Salman dedi: "Bu gün sizi qeyri-adi halda gördüm”.
Peyğəmbər (s) buyurdu: “Birinci qığılcımın arasında Hiyrə və Mədain saraylarını gördüm. Qardaşım Cəbrail mənə onların İslam bayrağı altına daxil olacaqlarını müjdə verdi.
İkinci qığılcımın arasında Rum saraylarını gördüm. Yenə Cəbrail mənə oranın mənim davamçılarımın əlinə keçəcəyini xəbər verdi.
Üçüncü qığılcımın arasında isə Səna sarayları və Yəmən torpaqlarını gördüm. Cəbrail mənə müsəlmanların orada qalib gələcəyini müjdə verdi. Mən həmin vaxt qələbə təkbiri dedim. Müjdə olsun sizə, ey müsəlmanlar!..."
Həqiqi müsəlmanlar bu xəbərdən çox sevindilər və Allaha şükür etdilər. Lakin münafiqlər narahatlıq və etirazla dedilər: "Necə də puç arzu və qeyri-mümkün vəddir! Bunlar canlarının qorxusundan müdafiə olunur, xəndək qazırlar, məhdud saylı düşmənlə vuruşmaq iqtidarında deyillər, lakin fikirlərindən dünyanın böyük ölkələrini fəth etmək keçir”. Həmin vaxt sözügedən ayələr nazil oldu və onlara cavab verildi”.
Ayələrin təfsiri.
Hər şey Onun əlindədir!
Əvvəlki ayələrdə kitab əhlinin (yəhudi və xaçpərəstlərin) özlərinə aid etdiyi imtiyazlardan və özlərini Allahın seçilmiş xas bəndələri hesab etmələrindən danışıldı. (Onlar hakimiyyət və mülkiyyətin də özlərinə məxsus olduğunu iddia edirdilər.) Allah-taala bu iki ayədə onların batil iddiasını rədd edərək buyurur: "De: "Ey mülklərin maliki olan Allah! Sən istədiyin şəxsə hakimiyyət verir, istədiyindən də geri alırsan; istədiyini ucaldır, istədiyini də xar edirsən".
Bir sözlə, "bütün xeyirlər Sənin əlindədir. Sən hər şeyə qadirsən".
Allahın bu ayədə qeyd edilən istəyində məqsəd Onun bir şeyi heç bir hesab-kitab və dəlil olmadan birinə verməsi və ya ondan geri alması deyil. Əksinə, Onun istəyi hikmətə, qaydaya, məsləhətə, yaradılış və insanlıq aləminin fəlsəfəsinə əsaslanır. Bu hakimiyyətlər bəzən ləyaqətlərə görə, bəzən də (zalımların hakimiyyəti) ümmətlərin ləyaqətsizliyinə görədir.
Ayənin ərəbcə orijinalında işlənmiş (xǝyr) (xeyir) sözü sifətin üstünlük dərəcəsidir və mənası "daha yaxşı"dır. O, bir şeyin başqasından daha üstün olmasını bildirmək üçün işlədilir. Lakin çox vaxt o, "yaxşı” mənasında (sifətin üstünlük dərəcəsi mənası ifadə etmədən) işlədilir. Zahirən ayədə o, ikinci mənada işlədilib. Yəni bütün xeyirlərin mənbəyi Allahdır və bütün xeyirlər Onun əlindədir.
Ayənin ərəbcə orijinalında (biyədikǝl-xəyr) ifadəsindəki (əl-xəyr) sözünün əvvəlində “bütün” mənası verən “əlif və lam” artiklinin işlədilməsindən və xəbərin mübtədadan əvvələ keçməsindən (əl-xəyru biyədikə) deyil, (biyədikəl-xəyr) deyilməsindən) məlum olur ki, bütün xeyirlər, bərəkətlər, yaxşılıqlar və gözəlliklər Allahın əlindədir. Həm ucalıq, həm də xarlıq, həm hakimiyyətin verilməsi, həm də geri alınması öz yerində xeyirdir, ədalətə əsaslanır və onda şər yoxdur. Cinayətkarlar və pislərin xeyri həbsxanada, imanlı əməlisaleh insanların xeyri isə azadlıqda olmaqdır.
Başqa sözlə desək, varlıq aləmində şər mövcud deyil, əslində, xeyirləri şərə çevirən biz özümüzük. Ayədə “bütün xeyirlər Sənin əlindədir” deyib şərdən danışılmamasının səbəbi şərin Onun pak zatından yaranmamasıdır.
"Sən hər şeyə qadirsən” cümləsi bu ayədə deyilənlərin hamısının dəlilidir. Çünki O, hər şeyə qadirdirsə, deməli, hakimiyyət, ucalıq və xeyirlər də Onun əlindədir.
Sual:
Allah zalımlara hakimiyyət bəxş edirmi?
Bəziləri sözügedən ayədən belə bir nəticəyə gələ bilər ki, kim hakimiyyətə gəlirsə və ya hakimiyyətdən gedirsə, bu, Allahın istəyi ilə baş verir. Bunun da nəticəsi tarix boyu mövcud olmuş bütün zalım hakimiyyətlərin (məsələn, Çingiz xan, Hitler və başqalarının hakimiyyətlərinin) Allah tərəfindən təsdiqlənməsidir. Tarixin yazdığına əsasən, Yezid ibn Müaviyə də öz alçaq və zülmkar hakimiyyətinə haqq qazandırmaq üçün bu ayəyə istinad edib.
Təfsirçilər bu məsələyə aydınlıq gətirmək üçün ona müəyyən izahlar veriblər. O cümlədən bəziləri ayənin ilahi hakimiyyətlər, yaxud Həzrət Peyğəmbərin (s) hakimiyyəti və Qüreyş zalımlarının hakimiy- yətinə son qoymaq barəsində olduğunu deyiblər.
Lakin ayənin mənası ümumi və genişdir və yaxşı və pis olmasından asılı olmayaraq, bütün hakimiyyətlər Allahın istəyinə əsaslanır.
Belə ki Allah-taala bu dünyada inkişaf etmək və qələbə qazanmaq üçün bir sıra amil və səbəblər yaradıb və həmin səbəblərin nəticələrindən istifadə etmək “Allahın istəyi”dir. Buna görə də “Allahın istəyi”nin mənası həmin amil və səbəblərdə qoyulmuş nəticələrdən istifadə etməkdir. Əgər həmin vasitələrdən zalım şəxs (məsələn, Çingiz xan, Yezid, Firon və başqaları) istifadə etsə, zəif, xar və qorxaq xalqlar onlara boyun əysə və onların alçaq hakimiyyətini qəbul etsə, bu, onların öz əməllərinin nəticəsidir. Məşhur deyimdə qeyd olunduğu kimi, "Hər bir xalq malik olduğu hakimiyyətə layiqdir”.
Əgər xalqlar ayıq-sayıq olsaydılar, həmin vasitələri zalımların əlindən alıb əməlisaleh insanlara tapşırsaydılar və ədalətli hökumət qursaydılar, bu da onların öz əməlinin nəticəsi olardı. Bu, onların həmin amil və səbəblərdən necə istifadə etməsindən asılıdır.
Ayə bütün fərd və cəmiyyətlər üçün bir xəbərdarlıqdır və onları ayıq olmağa, zəfər amillərindən istifadə etməyə, zalım insanlar onlara hakim olmamışdan və cəmiyyətin mühüm və həssas vəzifələrini ələ keçirməmişdən əvvəl hərəkət edib həmin vəzifələri tutmaq istiqamətində səy göstərməyə çağırır.
Xülasə, Allahın istəyi səbəblər aləmində yaratdıqlarıdır və hər şey bizim həmin səbəblərdən necə istifadə etməyimizdən asılıdır.
Sonrakı ayədə bu mənanı təkmilləşdirmək və Allahın bütün varlıq aləminə hakim olmasını göstərmək üçün buyurur: "Sən gecəni gündüzə, gündüzü isə gecəyə daxil edirsən; ölüdən diri, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən".
Beləliklə, gecə ilə gündüzün tədricən dəyişməsi, ilin bir yarımilində gecənin qısalması (onun barəsində gecənin gündüzə daxil olması ifadəsi işlədilib), digər yarımildə isə gecənin uzanması (gündüzün gecəyə daxil olması), həmçinin ölüdən canlı varlıqların, diridən isə ölü varlıqların çıxması, bəzilərinə nəsib olan saysız-hesabsız ruzilər bunların hər biri Allahın mütləq qüdrətinin nişanələrindəndir.
İncəliklər:
1\. Gecə ilə gündüzün dəyişməsi.
(vuluc) sözünün leksik mənası “daxil olmaq"dır. Ayə buyurur ki, Allah gecəni gündüzə və gündüzü gecəyə daxil edir. (Quranın daha səkkiz ayəsində bu mənaya işarə edilib.)
Bu cümlənin mənası gecə ilə gündüzdə il ərzində baş verən və hiss olunan tədrici dəyişiklikdir. Bu dəyişikliyin səbəbi Yerin xəyali oxunun ucu onun tropikinə nisbətdə 23 dərəcədən bir az artıq dəyişməsi və Günəş şüalarının düşmə bucağının fərqli olmasıdır. Buna görə də biz şimal ölkələrində (ekvatordan yuxarıda yerləşən ölkələrdə) qışın əvvəlində günlərin tədricən uzanmasının, gecələrin isə qısalmasının şahidi oluruq. Bu, yayın əvvəlinə kimi davam edir. Sonra bunun ǝksi baş verir, gecələr uzanır və gündüzlər qısalmağa başlayır və bu, qışın əvvəlinə kimi davam edir. Lakin cənub ölkələrində (ekvatordan aşağıda yerləşən ölkələrdə) bunun tam əksi baş verir. Allah-taala gecə ilə gündüzü daim bir-birinə daxil edir, yəni birindən kəsib digərinə əlavə edir.
Burada kimsə deyə bilər ki, həqiqi ekvator xəttində, həmçinin şimal və cənub qütbünün əsas nöqtəsində gecə ilə gündüz bütün il boyu bərabər olur və onda heç bir dəyişiklik baş vermir. Ekvator xəttində gecə ilə gündüzün hər biri bütün il boyu on iki saat, qütb nöqtəsində isə bir gecə 6 ay və bir gün 6 ay olur. Buna görə də ayə ümumi xarakter daşımır.
Buna cavab olaraq qeyd etmək lazımdır ki, həqiqi ekvator xətti xəyali xətdən başqa bir şey deyil və insanların real həyatı ekvator xəttinin ya bu, ya da o biri tərəfində davam edir. Həmçinin qütb nöqtəsi olduqca kiçik bir nöqtədir və qütb nöqtəsinin sakinləri, (əgər varsa) şübhəsiz, həqiqi qütb nöqtəsindən daha geniş ərazidə yaşayırlar. Buna görə də qeyd edilən hər iki dəstənin gecə ilə gündüzündə fərq var. Bundan əlavə, ayənin başqa mənası da ola bilər. Belə ki Yer kürəsinin ətrafını atmosfer təbəqəsi əhatə etdiyi üçün onda gecə ilə gündüz qəfildən baş vermir. Gündüz tədricən dan yerində başlayaraq genişlənir və gecə Günəş batarkən şərqdə yaranan şəfəqdən başlayır və tədricən hər tərəfi bürüyür.
Gecə ilə gündüzün tədrici olmasının insanların və yer üzündə yaşayan digər varlıqların həyatına müsbət təsirləri var. Çünki bitki və canlıların əksəriyyətinin inkişafı Günəşin tədrici hərarəti sayəsində baş verir. Belə ki (hər yerdə) baharın əvvəlindən başlayaraq işıq və hərarət gündən-günə artır, bitkilər və əksər heyvanlar hər gün öz təkamülünün yeni mərhələsini qət edir. Zaman keçdikcə onların daha çox işıq və istiliyə ehtiyacı olur. Bu, gecə ilə gündüzün tədrici dəyişməsi ilə təmin olunur və onlar öz təkamüllərinin son mərhələsinə çata bilirlər.
Əgər gecə ilə gündüz həmişə eyni olsaydı, əksər bitki və heyvanların inkişafı pozular, gecə ilə gündüzün fərqli olmasından və Günəş şüasının necə düşməsindən yaranan dörd fəsil olmaz və insan fərqli fəsillərin faydalarından məhrum olardı.
Həmçinin əgər ayənin təfsirində ikinci mənanı gecə ilə gündüzün qəfil deyil, tədrici olmasını, şəfəq və Günəşin doğub batmasının onların arasında olduğunu nəzərə alsaq, gecə ilə gündüzün tədrici olmasının yer üzü sakinləri üçün böyük bir nemət olması məlum olar. Çünki onlar qaranlıq və ya işıqlıqla tədricən tanış olurlar və onların fiziki gücü və ictimai həyatı onlarla tədricən uyğunlaşır. Əks-təqdirdə, bir sıra narahatlıqlar yaranardı.
2\. Ölüdǝn diri və diridən ölü çıxarmaq.
“Ölüdən diri, diridən isə ölü çıxarırsan” cümləsi və ona bənzər bir neçə cümlə Qurani-Kərimin bir çox ayəsində təkrar olunub. Ayə buyurur ki, Allah ölüdən diri, diridən isə ölü çıxarır.
Ölüdən diri çıxarmaq deyilərkən cansız varlıqlardan həyatın meydana gəlməsi nəzərdə tutulur. Bildiyimiz kimi, yer üzündə həyata zəmin yaranan gün canlı varlıqlar cansız maddələrdən yaradılıblar. Bundan əlavə, cansız maddələr həm bizim, həm də varlıq aləmində olan bütün canlıların bədənində hüceyrəyə və canlı varlıqlara çevrilirlər. Canlı varlıqlardan ölülərin yaranması da daim gözümüzün önündə baş verir.
Əslində, ayə ölüm ilə həyatın daim bir-birini əvəz etməsinə işarədir. O, bizim həyatımıza hakim olan ən ümumi, ən mürəkkəb, eyni zamanda da ən qeyri-adi qanundur.
Bu ayənin mənəvi həyat və mənəvi ölüm məsələsinə aid olan başqa təfsiri də var və o, öncə qeyd edilən təfsirlə ziddiyyət təşkil etmir. Çünki bəzən həqiqi ölü olan imansız şəxslərdən həqiqi diri olan imanlı şəxslər əmələ gəlir. Bəzən də bunun əksi baş verir və imanlı şəxslərdən imansız şəxslər dünyaya gəlir.
Quran bir neçə ayədə mənəvi ölüm və həyat haqqında “küfr” və "iman" sözlərindən istifadə etmişdir.
Bu təfsirə əsasən, Quran bəzi alimlərin təbiətin qəti qanunların- dan hesab etdiyi irsiyyət qanununu etibarsız sayır. Çünki insan iradə azadlığına malik olduğu üçün təbiətin cansız varlıqları kimi deyil, müxtəlif amillərin məcburi təsirinə məruz qalmır. Bunun özü Allahın qüdrət nişanələrindəndir. O, kafirlərin (həqiqətən mömin olmaq istəyən) övladlarının vücudundan küfr izlərini, həmçinin möminlərin (həqiqətən kafir olmaq istəyən) övladlarının vücudundan iman izlərini silib təmizləyir. Münasib və münasib olmayan irsi şəraitlərə qalib gələ bilən bu iradə azadlığı Onun tərəfindəndir.
Bu məna İslam Peyğəmbərindən (s) nəql edilmiş hədislərdə də qeyd edilmişdir. "Əd-Durrul-mənsur" təfsirində Salman Farsidən Həzrət Peyğəmbərin (s) “ölüdən diri çıxarırsan..." ayəsinin təfsirində belə buyurması nəql edilib: "Yəni kafirin belindən mömin və möminin belindən kafir çıxarır".
3\. Hesabsız ruzi vermək
"Sən istədiyin kəsə hesabsız ruzi verirsən" cümləsi bir şeyin konkret nümunəsi qeyd edildikdən sonra onun ümumi nümunəsinin qeyd edilməsi qismindəndir. Çünki əvvəlki cümlələrdə Allahın bəndələrinə verdiyi ruzilərdən nümunələr qeyd edilmişdi. Bu cümlədə isə məsələyə ümumi və daha geniş çərçivədə işarə edilib. Yəni yalnız ucalıq, hakimiyyət, həyat və ölüm deyil, ümumiyyətlə, bütün nemət və ruzilər Onun tərəfindəndir.
"Hesabsız" sözü Allahın nemət xəzinələrinin olduqca böyük və geniş olmasına işarədir. Bu səbəbdən Onun kiməsə çox nemət bağışlaması Ona zərrəcə təsir etməz, eləcə də verilənlərin hansısa həddə saxlamasına lüzum olmaz. Çünki verdiyi bəxşişləri hansısa həddə saxlayanlar sərmayəsi məhdud olan şəxslərdir. Çünki onların sərmayələrinin azalmaq və qurtarmaq ehtimalı var. Belə şəxslər sərmayələrinin əllərindən çıxmaması üçün daim verdiklərini hesab-kitab edirlər. Lakin sonsuz varlıq və kamal dəryası olan Allahın nə sərmayəsinin azalma qorxusu var, nə kimsə Onunla haqq-hesab çəkə bilər, nə də onun hesab-kitab aparmağa ehtiyacı var.
Bu cümlə Allahın bəndələr üçün müəyyənləşdirdiyi müqəddərat- dan, fərdlərin ləyaqətindən, yaradılışın hikmət və idarə olunmasından bəhs edən ayələrlə ziddiyyət təşkil etmir.
4\. İnsanın azadlığı ilə hər şeyin Allahın əlində olması arasındakı əlaqə.
Yaradılış qanunu, ağılın hökmü və peyğəmbərlərin dəvəti baxımından hər bir kəs xoşbəxtlik, səadət, ucalıq, xarlıq, çalışıb ruzi əldə etmək və sairədə azad və ixtiyar sahibidir. Belə olan halda, nə üçün sözügedən ayədə bunların hamısı Allaha isnad edilib?
Çünki yaradılış aləminin, insanların ixtiyarında olan bütün nemət və qüdrətlərin əsl mənbəyi Allahdır. Ucalıq və xoşbəxtlik əldə etmək üçün lazım olan bütün vasitələri bəndələrin ixtiyarına O qoyub. O, bu aləmdə bir sıra qanunlar müəyyənləşdirib və həmin qanunlara əməl edil- məməsi insanın xar olması ilə nəticələnir. Buna görə də qeyd edilənlərin hamısı Ona isnad edilir. Bu isnad insanın iradə azadlığı ilə ziddiyyət təşkil etmir. Çünki həmin qanun və nemətlərdən, güc və qüdrətlərdən müsbət və ya mənfi istiqamətdə istifadə edən insanın özüdür.
Ali-İmran surəsi, 28-ci ayə
لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ وَمَنْ يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَنْ تَتَّقُوا مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ وَإِلَى اللَّهِ الْمَصِيرُ .٢٨
Ayənin tərcüməsi
28\. Möminlər möminləri qoyub kafirləri özlərinə dost va hami seçməsinlər! Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur. (Onun Allahla olan əlaqəsi tamamilə kəsilər.) Ancaq onlardan ehtiyat etməyiniz (daha mühüm hədəflər üçün təqiyyə etməyiniz) istisnadır. Allah sizi Özündən (Ona itaətsizlik göstərməkdən) çəkindirir. Dönüş yalnız Allahadır.
Ayənin təfsiri.
Düşmənlərlə dostluq etməyin!
Əvvəlki ayələrdə ucalıq, xarlıq və bütün xeyirlərin Allahın əlində olmasından bəhs edildi. Bu səbəbdən sözügedən ayədə möminlər qətiyyətlə kafirlərlə dostluq etməkdən çəkindiriliblər. Əgər bu dostluqlar qüdrət, sərvət və ucalıq əldə etmək məqsədi daşıyırsa, bunların hamısı Allahın əlindədir.
Ayə belə buyurur: "Möminlər möminləri qoyub kafirləri özlərinə dost və hami seçməsinlər!”
"Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur".
O, Allahla əlaqəsini kəsmiş hesab edilir.
Bu ayə müsəlmanlarla müşriklər, yəhudilər və xaçpərəstlər arasında əlaqənin mövcud olduğu zamanda nazil olub. Bu əlaqələrin davam etdirilməsi müsəlmanların ziyanına olduğu üçün onlar bu işdən çəkindiriliblər.
Bu ayə müsəlmanlara mühüm siyasi-ictimai dərs verir ki, heç vaxt yadları özlərinə dost, hami, yoldaş və yavər seçməsinlər, onların cəzb- edici sözlərinə, zahirdə səmimi məhəbbət göstərmələrinə aldanmasınlar. Çünki tarix boyu möminlərə və müəyyən məqsədi olan şəxslərə ağır zərbələr bu səbəbdən dəyib.
Müstəmləkəçilik tarixində istismarçı zalımların həmişə ürəyiyanan dost şəklində, quruculuq və abadlaşdırma adı ilə meydana çıxdıqları qeyd edilib. Müstəmləkəçilər əvvəlcə abadlaşdırma adı ilə gəlir, özlərinə "yer edəndən” sonra rəhmsizcə cəmiyyətin hər şeyini qarət edirlər.
"Möminləri qoyub" ifadəsindən ictimai həyatda hər bir kəsin dost və yardımçıya ehtiyacı olduğu məlum olur. Lakin möminlər öz dost və hamilərini imanlı şəxslərin arasından seçməlidirlər. İmanlı şəxsin olduğu yerdə rəhmsiz və zalım kafirlərə ehtiyac yoxdur. "İman" və “küfr” sifətlərinin qeyd edilməsi bu iki sifət sahiblərinin bir-birinə yad olmasına işarədir.
"Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur” cümləsindən belə məlum olur ki, Allahın düşmənləri ilə dostluq və əməkdaşlıq edənlərin Allah və Allaha ibadət edənlərlə əlaqəsi kəsilib.
Sonra bu ümumi qanundan istisna çıxaraq deyir: "Ancaq onlardan ehtiyat etməyiniz (daha mühüm hədəflər üçün təqiyyə etməyiniz) istisnadır”.
Bu, qüvvələri qorumaq, itkilərin qarşısını almaq, mövcud imkanların hədərə getməsinə yol verməmək və sonda düşmənə qalib gəlmək məqsədi daşıyan təqiyyədir. Belə olan halda, müsəlmanların öz canları və sairəni qorumaq üçün imansız şəxslərlə dostluq əlaqəsi qurmasına icazə verilir.
Ayənin sonunda bütün müsəlmanlara xəbərdarlıq edərək buyurur: "Allah sizi Özündən (Ona itaətsizlik göstərməkdən) çəkindirir. Dönüş yalnız Allahadır”.
Bu cümlə Allah düşmənləri ilə dostluğun haram olmasına təkid məqsədi daşıyır. Bir tərəfdən Allahın cəza və qəzəbindən çəkinmək göstərişi verir, digər tərəfdən də buyurur ki, əgər itaətsizlik göstərsəniz, hamınızın dönüşü Ona tərəfdir və əməllərinizin qarşılığını görəcəksiniz.
Ali-İmran surəsi, 29-cu ayə
قُلْ إِنْ تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٩
Ayənin tərcüməsi
29\. De: "Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir”.
Ayənin təfsiri.
Əvvəlki ayədə kafirlər və Allah düşmənləri ilə dostluq və əməkdaşlıq etmək və onlara arxalanmaq təqiyyə şəraiti istisna olmaqla birmənalı şəkildə qadağan edilib.
Ola bilər ki, bəziləri bu istisnadan sui-istifadə edərək təqiyyəni kafirlərlə dostluq etmək, onlara tabe olmaq və onları himayə etmək üçün əllərində bəhanə etsinlər. Bu ayə həmin şəxslərə xəbərdarlıq edərək buyurur: "De: "Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir”.
Allah nəinki sizin batininizdə olan sirləri, hətta "göylərdə və yerdə olanları da bilir. (Hər şeyi bilməkdən əlavə,) Allah hər şeyə qadirdir”.
Buna görə də O, yer və göyü əhatə etmiş sonsuz elmi ilə sizin hamınızın niyyətindən xəbərdardır və günahkarları cəzalandırmaq qüdrətinə də malikdir.
İncəliklər:
1\. Təqiyyə bir növ qoruyucu sipərdir.
İnsan bəzən daha ülvi məqsədlər, öz şərəfini qorumaq, haqqı gücləndirib batili məhv etmək üçün öz əziz canından da keçməyə hazır olur. Lakin hansısa ağıl sahibi mühüm hədəf olmadan insanın öz canını təhlükəyə atmasının caiz olduğunu deyə bilərmi?
İslam insanın can, mal və namusunun təhlükədə olduğu, haqqın aşkar edilməsinin heç bir mühüm fayda və nəticəsinin olmadığı hallarda müvəqqəti olaraq onu aşkar etməkdən vaz keçib vəzifənin gizli şəkildə yerinə yetirməsinə icazə verir. Buna "Nəhl” surəsinin 106-cı ayəsində də işarə edilib: “Qəlbləri imanla əminlik tapdığı halda, məcbur edilən şəxslər istisna olmaqla...”
Tarixi mənbələrdə və hədislərdə bu barədə Əmmar və onun atası ilə anasının hekayəti nəql edilib. Onlar bütpərəstlərin əlinə keçirlər və müşriklər İslamdan dönmələri üçün onlara işgəncə verirlər. Əmmarın atası ilə anası bunu etmədiyi üçün müşriklər onların hər ikisini öldürürlər. Lakin Əmmar dildə onların istədiyini deyir və sonra ağlayaraq Həzrət Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) ona deyir: "Əgər yenə onların əlinə keçsən və səndən nəsə deməyini istəsələr, onların istədiyini de". Bundan sonra Əmmarın nigaranlıq, qorxu və göz yaşları kəsilir.
Mühüm məsələlərdən biri də təqiyyənin hökmünün hər yerdə eyni olmamasıdır. O, bəzən vacib, bəzən haram, bəzən isə mübah olur. Təqiyyənin vacib olduğu yer insanın canının elə də mühüm olmayan bir işə görə təhlükəyə düşdüyü yerdir. Lakin təqiyyə batilin yayılmasına, insanların yolunu azmasına, zülm və sitəmin güclənməsinə səbəb olarsa, haram və batildir.
Bu meyarla bütün iradlara cavab vermək olar. Əgər irad tutanlar bu barədə araşdırma aparsaydılar, təqiyyəyə yalnız şiələrin etiqad bəsləmədiyini, onun əqli və insan fitrətinə uyğun hökm olduğunu görərdilər.
Çünki bütün ağıllı insanlar özlərini iki yol ayrıcında görəndə araşdırma aparırlar. Əgər əqidənin aşkar edilməsi can, mal və heysiyyətin qurban verilməsi dəyərinə malik bir məsələ olsa, belə bir fədakarlıq etməyi düzgün hesab edirlər. Lakin onda elə də mühüm nəticənin olmadığını görsələr, əqidələrini aşkar etməkdən çəkinirlər.
2\. Təqiyyə, yoxsa mübarizə metodunun dəyişdirilməsi Keçmiş dini, siyasi və ictimai mübarizələr haqqındakı tarixi məlumatları oxuyarkən haqq-ədalət tərəfdarlarının bəzən aşkar mübarizə aparacaqları təqdirdə, həm özlərinin, həm də ideoloji məktəblərinin məhv olmaq təhlükəsi ilə üzləşdiyini görürük. Buna Əli (ə) şiələrinin qəsbkar Bəni-Üməyyə hökuməti dövründəki vəziyyətini misal göstərmək olar. Həmin vaxt düzgün və məntiqi addım onların öz qüvvələrini hədərə verməmələri və müqdəddəs hədəflərini gerçəkləşdirmək üçün dolayı və ya gizli mübarizə aparmaları olub. Əslində, qeyd edilən şəraitdə təqiyyə etmək həmin məktəblər və onların davamçıları üçün bir növ mübarizə metodunu dəyişdirmək sayılır. Həmin vaxt təqiyyə onları xilas edir və mübarizənin davamında qələbə qazanmalarına səbəb olur.
Təqiyyəni inkar edənlərin bu kimi hallar üçün hansı çıxış yolu nəzərdə tutmaları məlum deyil.
Məhv olmaq yaxşıdır, yoxsa mübarizənin düzgün və məntiqi şəkildə davam etdirilməsi?
Birinci yol heç kəsin caiz hesab etmədiyi yoldur, ikinci yol isə təqiyyədir.
Təqiyyə Qurana əsaslanan prinsiplərdən biridir və onun öz yeri və qaydası var.
Bəzi məlumatsız insanlar təqiyyəni Əhli-beyt (ə) davamçılarının “ixtira”larından hesab edirlər və bu, onların Quran ayələri ilə elə də tanış olmamalarından xəbər verir.
Ali-İmran surəsi, 30-cu ayə
يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ .٣٠
Ayənin tərcüməsi
30\. "Hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcəyi gün özü ilə pis əməlləri arasında çox böyük zaman fasiləsi olmasını arzulayacaq. Allah sizi Özündən (Özünə qarşı itaətsizlik göstərməkdən) çəkindirir. Allah bütün bəndələrinə qarşı mehribandır".
Ayənin təfsiri.
İnsanların əməllərinin Qiyamətdə hazır olması.
Bu ayə əvvəlki ayədə deyilənləri təkmilləşdirir və Qiyamətdə yaxşı və pis əməllərin hazır olacağını bəyan edir. Ayə buyurur: "Hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcəyi gün özü ilə pis əməlləri arasında çox böyük zaman fasiləsi olmasını arzulayacaq".
Ayədə onun pis əməllərinin məhv olmasını arzulaması deyilmir. Çünki dünyada heç nəyin məhv olmadığını bilir. Lakin özü ilə əməlləri arasında fasilə olmasını arzulayır.
Ayənin ərəbcə orijinalında işlənmiş (əməd) sözünün mənası "məhdud zaman"dır. O, "məhdudiyyətsiz zaman” mənası verən (əbəd) sözünün antonimidir. Adətən (əməd)də diqqət zamanın sonuna və vaxtın qurtarmasına yönəlir. Hərçənd ki o, (məhdudiyyətsiz zamanın əksinə olaraq) “məhdud zaman” mənasında da işlənir.
Həmin gün həm günahkarlar, həm də əməlisalehlər öz əməllərini hazır görəcəklər. Əməlisalehlər öz əməllərini görərkən şad və sevincək olacaqlar, lakin pis əməl sahibləri əməllərini görərkən ondan uzaq olmağı arzulayacaqlar. Onlar əməlləri ilə aralarındakı fasilənin məkan baxımından deyil, nifrəti ondan daha dolğun ifadə edən zaman fasiləsi olmasını arzulayacaqlar. Çünki məkan fasiləsində əməllərin onun yanında olması ehtimalı da var. Lakin zaman fasiləsində bu, əsla mümkün deyil. Məsələn, dünya müharibəsinin getdiyi ərazidən uzaq bir yerdə yaşayan şəxs müharibənin onun yaşadığı ərazidə də baş verməsi barədə az-çox nigarançılıq keçirib. Lakin həmin müharibələrdən onlarla il sonra yaşayan bizlər bu müharibələrin bizim yaşadığımız ərazilərə sirayət etməsindən nigaran deyilik. Çünki həmin müharibələrlə bizim aramızda zaman fasiləsi var. (Əlbəttə, başqa bir dünya müharibəsinin baş verib bizi də əhatə etməsi bir başqa məsələdir və onun bizimlə zaman fasiləsi olan müharibələrə aidiyyatı yoxdur.) Həmin keçmiş müharibələrin bizə sirayət etməsi mümkün deyil.
Bəzi təfsirçilər burada (əməd) sözünün “məkan fasiləsi” mənasında olması ehtimalını veriblər. (Bunu “Məcməül-bəyan” kitabının müəllifi bəzilərindən nəql edib.) Lakin zahirən bu söz lüğətdə yalnız "zaman" və ya "zamanın gəlib çatması” mənasında işlənib.
Ayənin sonunda daha çox təkid etmək üçün buyurur: “Allah sizi Özündən (Özünə qarşı itaətsizlik göstərməkdən) çəkindirir. Allah bütün bəndələrinə qarşı mehribandır”.
Bu cümlədə həm qorxu, həm də ümid ifadə olunur.
Bir tərəfdən təhlükənin olduğunu elan edib xəbərdarlıq edir, digər tərəfdən bəndələri Öz lütfünə ümidvar edir ki, insanın tərbiyəsində mühüm amillərdən olan qorxu ilə ümid arasında tarazlıq yaransın.
Bu iki cümlənin bir-birinə təkid xarakteri daşıması ehtimalı da var. Bu, birinin başqasına “mən səni bu təhlükəli işdən çəkindirirəm və mən sənə mehriban olduğum üçün səni təhlükədən xəbərdar edirəm” deməsinə bənzəyir.
İncəliklər:
1\. Qiyamətdə əməllərin hazır olması və təcəssümü.
Qurani-Kərim həm sözügedən ayədə, həm də digər ayələrdə Qiyamətdə insanın yaxşı və pis əməllərinin müəyyən formada təcəssüm edəcəyini və Məhşər səhnəsində hazır olacağını bəyan edib.
Ayənin ərəbcə orijinalında işlənmiş (təcidu) sözünün kökü (vicdan) sözüdür və onun mənası “tapmaq”dır. (xəyr) (yaxşı) və (su) (pis) sözlərinin qeyri-müəyyənlik halda işlədilməsi burada ümumi məna ifadə edir, yəni hər bir insan həmin gün özünün yaxşı və pis əməllərinin hamısını - hətta az olsa belə, öz yanında hazır görəcək.
Bəzi təfsirçilər israrla bu və buna bənzər ayələri yozaraq “əməllərin hazır olması" deyilərkən onların mükafatının, yaxud insanın bütün yaxşı və pis əməllərinin qeyd edildiyi əməl dəftərinin nəzərdə tutulduğunu deyirlər. Lakin bu yozumlar ayənin zahiri ilə uyğun gəlmir. Çünki bu ayə aşkar şəkildə insanın Qiyamət günü əməlin özünü görəcəyini və özü ilə gördüyü çirkin əməl arasında fasilə olmasını arzulayacağını buyurur. Burada əməl dəftəri, onun cəza və mükafatından deyil, əməlin özündən danışılır.
Məqsədin əməlin özü olmasının digər bir dəlili günahkarın onunla əməli arasında fasilə olmasını arzulamasıdır. Lakin o, heç vaxt öz əməlinin məhv olmasını arzulamır. Əməllərin məhv olması mümkün deyil və bu səbəbdən o, bunu arzulamır.
Bunu digər ayələr də təsdiqləyir. Buna "Kəhf” surəsinin 49-cu ayəsini misal göstərmək olar. Həmin ayədə buyurur: “Etdikləri bütün əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz”. Həmçinin "Zəlzələ” surəsinin 7 və 8-ci ayələrində buyurur:
"Zərrə qədər yaxşılıq edən onu görəcəkdir. Zərrə qədər pislik edən onu görəcəkdir”.
Bəzi təfsirçilər bu ayələrdə "əvəz" sözünü fərz edirlər (yəni əməlin özünün və ya hazır olmasının deyil, əvəzinin görünəcəyini ya hazır olacağını deyirlər). Lakin bu, ayənin zahirinə ziddir.
Bu dünya axirət üçün tarladır və insanın əməli əkinçinin torpağa səpdiyi toxum kimidir. Həmin toxum böyüyüb inkişaf edir və əkinçi ondan bol məhsul götürür. İnsanın əməli də axirətin tələbatına uyğun çoxsaylı dəyişikliklərə məruz qalaraq onun özünə qayıdır. Allah-taala “Şura” surəsinin 20-ci ayəsində buyurur: “Biz axirət tarlasını istəyənin əkininə bərəkət və artım verir, məhsulunu bol edirik".
Bu dünyanın yaxşı əməlləri axirətdə nur və işıq şəklində təcəssüm edəcək və münafiqlər möminlərdən nur istəyərək deyəcəklər:
"Bizə nəzər salın ki, nurunuzdan işıq alaq”. Həmin vaxt onlara belə deyiləcək: "Geriyə qayıdıb işıq qazanın”.
Bu və bunlara bənzər onlarla ayədən belə məlum olur ki, biz Qiyamət günü əməllərimizin özünü daha kamil şəkildə görəcəyik və bu, İslam alimlərinin etiqad etdiyi "əmələrin təcəssümü” məsələsidir.
Bunu nəql edilmiş çoxsaylı hədislər də təsdiqləyir. Biz onlardan bir nümunə nəql etməklə kifayətlənirik.
İslam Peyğəmbəri (s) ondan öyüd-nəsihət istəyən şəxsə belə buyururb:
"Ey Qeys! Sənin öləndən sonra mütləq səninlə birlikdə dəfn ediləcək bir yoldaşın var. O diridir, onunla birlikdə dəfn edilən sən isə ölü. Əgər o, yaxşı və möhtərəm olsa, sənə ehtiram göstərəcək. Lakin o, pis olsa, səni hadisələrə təhvil verəcək. O, yalnız səninlə Məhşər səhnəsinə gətiriləcək, sən də Məhşər səhnəsinə yalnız onunla gələcəksən. Səndən ondan başqası barədə sual soruşmayacaqlar. Buna görə də çalış onu layiqli şəkildə yerinə yetir. Əgər o, layiqli olsa, onunla ünsiyyət quracaqsan. Əks-təqdirdə, ondan başqa heç kəsdən qorxmayacaqsan.
“O, sənin əməlindir".
Bu mövzunun daha yaxşı aydınlaşması üçün əməllərin mükafat və cəzasının necə olmasını araşdırmaq lazımdır.
2\. İlahi mükafat və cəzanın necəliyi.
Alimlər əməllərin mükafat və cəzasının necə olması barədə müxtəlif fikirlər irəli sürüblər:
1-Onların bəzisinin nəzərincə, əməllərin qarşılığı bu dünyadakı mükafat və cəzalar kimi şərtidir. Yəni bu dünyada hər bir pis əməl üçün qanunverici tərəfindən cəza müəyyənləşdirildiyi kimi, Allah- taala da hər bir əməl üçün xüsusi mükafat və cəza müəyyənləşdirib. Bu, qanuna əsaslanan mükafat və cəza nəzəriyyəsidir.
2-Digər bir qrup alimin nəzərincə, bütün mükafat və cəzalar insanın ruhunun məhsuludur və insanın ruhu onları axirətdə qeyri- ixtiyari şəkildə yaradır. Belə ki bu dünyada yaxşı və pis əməllər insanın ruhunda yaxşı və pis vərdişlər yaradır və onlar insanın zatının bir hissəsinə çevrilir. Sonra həmin vərdişlərin hər biri özünə münasib nemət və əzab surətinə düşür.
Bu dünyada batini yaxşı olan insanların işi yaxşı düşüncə və təsəvvürlərlə, napak insanların işi isə yuxuda da, oyaqlıqda da batil fikir və pis təsəvvürlərlə olur.
Həmin vərdişlər Qiyamət günü nemət, işgəncə, ağrı, aramlıq və əzabların yaranma amili olacaq. Başqa sözlə desək, bizim Cənnət nemətləri və Cəhənnəm əzabı barədə oxuduqlarımız insanın yaxşı və pis əməllərinin yaratdıqlarından başqa bir şey deyil.
3\. Başqa bir qrup alim isə fərqli yol seçib. Onlar bu yolu əsaslandırmaq üçün ayə və hədislərdən çoxlu dəlillər gətiriblər. Həmin yolun xülasəsi budur:
Bizim yaxşı və ya pis olmasından asılı olmayaraq, hər bir əməlimizin həm dünya surəti var və biz onu müşahidə edirik – həm də axirət surəti. Axirət surəti indi həmin əməlin içində gizlənib Qiyamət günü onda baş verən dəyişikliklərdən sonra öz dünya surətini itirəcək və axirət surətində təcəssüm edəcək, əməl sahibinin rahatlıq və ya narahatlığına səbəb olacaq.
Qeyd edilən nəzərlərdən Quran ayələrinin zahiri ilə daha çox uyğun gələni sonuncu nəzərdir. İnsanın enerjinin müxtəlif formalarından ibarət olan əməlləri hətta onların məhv olduğunu güman etsək belə, maddə və enerjinin itməməsi qanununa uyğun olaraq, heç vaxt məhv olmur və əbədi olaraq bu dünyada qalır. Əməllərin yaşaması və əbədiliyi bir tərəfdən Qiyamətdə əməllər hesablanan zaman hər bir kəsin özünün bütün əməllərini görməsinə və inkar edə bilməməsinə, digər tərəfdən isə insanın Qiyamətdə öz əməlləri arasında yaşamasına, əzab çəkməsinə və ya rahatlıq tapmasına səbəb olacaq. Hərçənd insani vasitələr hələ ki keçmiş hadisələri bir neçə an bundan əvvəl baş vermiş hadisələrdən ayırmaq qüdrətinə malik deyil.
Əgər daha kamil cihaz yaradılsa və ya biz daha kamil baxış və idraka malik olsaq, keçmişdə baş verənlərin hamısını hiss və dərk edə bilərik. (Əlbəttə, mükafat və cəzaların bir hissəsi də şərti ola bilər və bunda bir problem yoxdur.)
3\. Əməllərin təcəssümü müasir elm baxımından.
Keçmiş əməllərin təcəssüm etməsinin mümkünlüyünü müasir fizika elminin qanunlarından istifadə etməklə sübut etmək olar. Çünki fizika elminin inkaredilməz qanunlarından biri də maddənin enerjiyə (cismin qüvvəyə) çevrilməsi qanunudur. Çünki maddə və enerji barəsindəki son nəzəriyyə maddə ilə qüvvənin bir həqiqətin iki təzahürü olmasıdır. Maddə üst-üstə yığılmış və sıxılmış enerjidir və müəyyən şəraitlərdə qüvvəyə çevrilir. Bəzən bir qram maddədə olan enerji otuz min ton dinamitin partlamasından çox gücə bərabər olur.
Maddə ilə enerji bir həqiqətin təcəssümüdür. Əgər biz maddə və enerjinin itməməsini nəzərə alsaq, yayılmış qüvvə və enerjilərin yenidən bir yerə toplanması, cisim halına düşməsi, islahat və düzlük, yaxud zülm və haqsızlıq yolunda sərf edilmiş qüvvələrin hər birinin sıxılmış hala düşməsi və Qiyamət günü məxsus cismani şəkildə təcəssüm etməsi əgər yaxşı əməllər olsa, gözəl maddi nemətlər, pis və şər əməllər olsa, işgəncə və əzab şəklində təzahür etməsi problemsiz olacaq.
Ali-İmran surəsi, 31 və 32-ci ayələr
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ .٣١
قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ .٣٢
Ayələrin tərcüməsi
31\. De: "Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir".
32\. De: "Allaha və Peyğəmbərə itaət edin! Əgər boyun qaçırsalar, şübhəsiz ki, Allah kafirləri sevməz".
Ayələrin nazilolma səbəbi.
Bu ayələr barəsində "Məcməül-bəyan" və "Əl-Mənar" təfsirlərində iki nazilolma səbəbi nəql edilib.
Birinci nazilolma səbəbinə görə, bir dəstə adam Həzrət Peyğəmbərin (s) hüzurunda ilahi göstərişlərə az əməl etmələrinə baxmayaraq, Allahı sevdiklərini iddia edirlər. Həmin vaxt sözügedən ayələr nazil olur və onlara cavab verilir.
Digər nazilolma səbəbinə görə isə, Nəcran xaçpərəstlərindən bir dəstə Mədinədə Həzrət Peyğəmbərin (s) hüzurunda olarkən söhbət əsnasında İsaya (ə) olduqca böyük ehtiram göstərmələrinin səbəbini Allaha olan sevgiləri kimi izah edirlər. Həmin vaxt sözügedən ayələr nazil olur və onlara cavab verilir.
Ayələrin təfsiri.
Həqiqi məhəbbət budur!
Sözügedən ayədə həqiqi sevginin mənası və onun yalan sevgi ilə fərqi izah edilib.
Əvvəl belə buyurur: “De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”.
Yəni məhəbbət zəif və heç bir nişanəsi olmayan sevgidən ibarət deyil. Onun nişanələri özünü insanın əməllərində büruzə verməlidir.
Allaha eşq və məhəbbətinin olmasını iddia edən şəxsin ilk əlaməti onun Allahın elçilərinə tabe olmasıdır. Bu, məhəbbətin təbii əlamətidir. O, insanı sevgilisinə və onun istəyinə tərəf sövq edir. Ola bilər ürəkdən kənara çıxmayan bəzi zəif məhəbbətlər də olsun. Belə məhəbbətlər o qədər zəifdir ki, onu heç məhəbbət adlandırmaq olmaz.
Əsl məhəbbətin əməli əlamətləri var və o, öz sahibini sevgilisi ilə birləşdirir, onun yolunda çox çalışmağa sövq edir. Bunun da səbəbi aydındır. Çünki insan hər hansı bir şeyi onda olan hansısa kamala görə sevir. İnsanın Allaha olan eşqi də Onun bütün kamilliklərin mənbəyi olmasından qaynaqlanır. Şübhəsiz, bütün kamilliklərin mənbəyi olan varlığın göstəriş və təlimləri də kamildir. Belə olan halda, təkamül və inkişaf aşiqi olan insan həmin təlimlərdən necə boyun qaçıra bilər?! Əgər kimsə onlardan boyun qaçırırsa, bu, onun eşq və məhəbbətinin həqiqi olmamasına dəlalət etmirmi?!
Bu ayə təkcə Nəcran xaçpǝrǝtslərinə və ya Peyğəmbər (s) dövründə Allahı sevdiklərini iddia edənlərə cavab vermir, bütün əsrlər üçün İslamın ümumi qanununu bəyan edir. Allah eşqindən və ya İslam rəhbərlərini, Allah yolunda cihad edənləri, əməlisalehləri və yaxşı insanları sevməkdən danışan, lakin əməldə onlara azacıq da olsun oxşamayan kəslər yalançı iddiaçılardan başqa bir şey deyildirlər.
Başdan ayağa günah içində olub qəlblərinin Allah, Peyğəmbər (s), Əli (ə) və digər İmamların (ə) eşqi ilə dolu olduğunu iddia edənlər, yaxud iman, eşq və məhəbbətin yalnız qəlbdə olmasına və əməllə heç bir əlaqəsinin olmamasına etiqad bəsləyənlər İslam məntiqindən çox uzaqdırlar.
"Mǝaniul-əxbar” kitabında İmam Sadiqdən (ə) belə nəql edilib: "Günah edən şəxs Allahı sevmir".
O Həzrət (ə) daha sonra bu məşhur şeiri oxuyub:
Yǝni: "Allaha qarşı itaətsizlik göstərir, bununla yanaşı, onu sevdiyini iddia edirsən?! And olsun canıma, bu çox təəccüblüdür! Əgər sənin sevgin həqiqi olsaydı, ona itaət edərdin. Çünki birini sevən şəxs ona itaət edir".
Quran "Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir" cümləsi ilə demək istəyir ki, əgər sizdə Allah sevgisi olsa və onun əlamətləri sizin əməllərinizdə zahir olsa, Allah da sizi sevər, həmin sevginin ardınca Onun sizinlə münasibətlərində həmin sevginin əlamətləri üzə çıxar, günahlarınızı bağışlayar, Öz rəhmətini sizə şamil edər.
Allahın qarşılıqlı sevgisinin də səbəbi aydındır. Çünki O, bütün cəhətlərdən kamil və sonsuz varlıqdır və təkamül yolunda addımlayan hər bir varlıqla uyğunluq baxımından məhəbbət əlaqəsinə malik olacaqdır.
Məhəbbət birtərəfli ola bilməz. Çünki istənilən məhəbbət öz sahibini əməli şəkildə sevgilisinin həqiqi istəklərinə tərəf dəvət edir. Belə olan halda, şübhəsiz, sevgilisi də ona məhəbbət göstərəcəkdir.
Əgər sevən şəxs həmişə sevgilisinə itaət etsə, daha onun bağış- lanılmasına ehtiyac olan günahı qalmayacaq və belə olan halda, "günahlarınızı bağışlasın" ifadəsinin mənası nədir?
Bu suala cavab olaraq deyə bilərik ki, birincisi, bu ifadə keçmiş günahların bağışlanmasına işarə ola bilər. İkincisi, sevən şəxs sevgilisinin itaətindən çıxmır, lakin ola bilər şəhvət və nəfsi istəklərinin həddi aşması və ona qalib gəlməsi nəticəsində onda bəzən xətalar baş versin və onlar da davamlı itaətlərə görə bağışlansın.
Sonrakı ayədə əvvəlki ayədə toxunulan mövzunu davam etdirərək buyurur: “De: “Allaha və Peyğəmbərə itaət edin!"
Yəni siz Allahı sevdiyinizi iddia edirsiniz, bu sevginizi sübut etmək üçün onun və Peyğəmbərinin əmrlərinə tabe olmalısınız.
Daha sonra buyurur: "Əgər boyun qaçırsalar, şübhəsiz ki, Allah kafirləri sevməz”.
Onların boyun qaçırması Allahı sevməmələrinə dəlalət edir. Buna görə Allah da onları sevmir. Çünki birtərəfli sevgi mənasızdır.
Həmçinin "Allaha və Peyğəmbərə itaət edin!" cümləsindən Allaha itaətlə Peyğəmbərə (s) itaətin bir-birindən ayrı olmaması məlum olur. Buna görə də əvvəlki ayədə Həzrət Peyğəmbərə (s) tabe olmaqdan, burada isə hər ikisindən söz açılıb.
İncəlik:
Din və məhəbbət.
Çoxsaylı hədislərdə dinin sevgi və məhəbbətdən başqa bir şey olmadığı qeyd edilir. O cümlədən "Xisal" və "Kafi" kitablarında İmam Sadiqdən (ə) belə nəql edilib: "Məgər din məhəbbətdən başqa bir şeydir?!" O Həzrət (ə) daha sonra sözügedən ayəni oxuyub.
Dinin ruh və həqiqəti iman və Allah eşqindən şüası insanın bütün vücudunu işqlandıran, bədənin bütün orqan və üzvlərini öz təsiri altına salan və ən bariz nişanəsi Allahın əmrlərinə tabe olmaq olan iman və eşqdən ibarətdir.
Ali-İmran surəsi, 33 və 34-cü ayələr
إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ .٣٣
ذُرِّيَّةً بَعْضُهَا مِنْ بَعْضٍ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ .٣٤
Ayələrin tərcüməsi
33\. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın ailəsini aləmdəkilərdən üstün etdi.
34\. Onlar (təmizlik, təqva və fəzilət baxımından) biri digərindən törəmiş övladlar (nəsil) idilər. Allah eşidəndir, biləndir.
Ayələrin təfsiri.
Həzrət Məryəmin əcdadı.
Bu ayələr Həzrət Məryəmin hekayətini nəql etmək üçün giriş xarakteri daşıyır və onun əcdadının məqamına işarə edilməsi Allah eşqi və onun əməldə təzahür etməsinin bariz nümunəsidir.
Əvvəlcə belə buyurur: "Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın ailəsini aləmdəkilərdən üstün etdi”.
Ayənin ərəbcə orijinalında işlənmiş (istəfa) feilinin kökü (səfv) sözüdür və onun mənası “hər hansı bir şeyin xalisləşməsi”dir. (səfvət) sözünün mənası isə “hər hansı bir şeyin xalisi”dir. Ərəb dilində hamar daşa "səfa" deyilməsinin səbəbi onun saf və xalis olmasıdır. Buna görə də (istifa) sözünün mənası "hər hansı bir şeyin xalis hissəsinin seçilib götürülməsi” olur.
Sözügedən ayə buyurur ki, Biz Adəmi, Nuhu, İbrahimin nəslini İmranın ailəsini seçdik. Bu seçim həm yaradılışdan, həm də şəriət baxımından ola bilər. Yəni Allah-taala onların yaradılışını əvvəldən üstün bir yaradılış edib. Əlbəttə, onlar üstün yaradılışa malik olduqdan sonra haqq yolu seçməkdə məcbur olmayıblar və bu yolu öz azad iradə və seçimləri ilə qət ediblər. Sonra da Allaha itaət, təqva, pəhrizkarlıq və insanları doğru yola istiqamətləndirmək üçün çalışmaqla yeni imtiyazlar əldə ediblər. Bu imatiyazlar onların zati imtiyazları ilə bir-birinə qarışıb və onlar seçilmiş insanlar formasına düşüblər.
Sonrakı ayədə buyurur: "Onlar (təmizlik, təqva və fəzilət baxımından) biri digərindən törəmiş övladlar (nəsil) idilər”.
Allahın bu seçilmiş bəndələri İslam, paklıq, təqva və insanları doğru yola istiqamətləndirmək üçün çalışmaq baxımından bir kitabın nüsxələri kimi olublar.
Daha sonra buyurur: “Allah eşidəndir, biləndir".
Yəni Allah onların səy və fəaliyyətlərinə nəzarət edir, sözlərini eşidir, əməllərindən xəbərdardır.
Sözügedən ayələrdə “ulul-əzm” peyğəmbərlərin hamısına (Adəm peyğəmbəri çıxmaq şərti ilə. Çünki O, “ulul-əzm" peyğəmbər deyil) işarə edilib. Nuhun adı aşkar qeyd edilib. "İbrahimin nəsli” ifadəsi həm onun özünə, həm Həzrət Musaya, həm Həzrət İsaya, həm də İslam Peyğəmbərinə (s) şamil olur. "İmranın ailəsi" ifadəsi bir daha Həzrət Məryəmə və Həzrət İsaya (ə) işarədir. Onun təkrar edilməsi sonrakı ayələrdə veriləcək izah üçün müqəddimə xarakteri daşıyır.
İncəliklər:
1\. Peyğəmbərlərin imtiyazları.
Burada qarşıya belə bir sual çıxır: Bu zati imtiyaz (onları haqq yol ilə getməyə məcbur və iradə azadlığı ilə ziddiyyət təşkil etməsə də,) bir növ ayrı-seçkilik sayılmırmı?
Ayənin ərəbcə orijinalında işlənmiş (zurriyyət) sözünün əsl mənası “kiçik övladlar”dır. Lakin o, bəzən kiçik və böyük, vasitəli və ya vasitəsiz övladıarın hamısı barədə işlədilir. Bu sözün kökü (zər) sözüdür və onun mənası "yaradılış və xilqət”dir.
Bu sualın cavabında deyə bilərik ki, belə bir fərqin olmasını düzgün yaradılış sistemi tələb edir. (Diqqət edin!)
Məsələn, insanın bədəni sistematik quruluşa malikdir və bu quruluşun təmin edilməsi bədən üzvləri arasında bir sıra fərqlərin olmasını tələb edir. Əgər insanın bədənində olan hüceyrələrin hamısı gözün tor qişasının hüceyrələri kimi incə və ya baldır sümüyünün hüceyrələri kimi möhkəm və güclü; beyin hüceyrələri kimi həssas və ya ürək hüceyrələri kimi oynaq olsa, şübhəsiz, bədənin sistemi pozular. Bədəndə həm beyin hüceyrələri kimi hüceyrələr olmalıdır və onlar bədənin əzələ və orqanlarına rəhbərlik etməlidir, həm möhkəm sümük hüceyrələri olmalı və bədənin müqavimətini qorumalıdır, həm incə və həssas hüceyrələr ən kiçik hadisələrdən belə xəbərdar olmalıdır, həm də oynaq hüceyrələr sıçrayış yaratmalıdır.
Heç kəs "nə üçün bütün bədən beyin deyil?", yaxud “nə üçün bitkilərin bütün hüceyrələri gülün ləçəklərinin hüceyrələri kimi incə, zərif və gözəl deyil?" deyə bilməz. Çünki bu, bitkinin quruluşuna tamamilə ziddir və onun məhvinə səbəb olar.
Lakin sistematik quruluşun yaradılması üçün son dərəcə zəruri olan bu zati imtiyaz elə də sadə deyil. Bu imtiyazın yanında böyük bir məsuliyyət yükü də var. Bu ağır məsuliyyət onların yaradılış tərəzisində tarazlıq yaradır. Yəni peyğəmbərlər və bəşəriyyətin rəhbərləri imtiyaza malik olduqları qədər məsuliyyət də daşıyırlar və fərqli imtiyaza malik olanların məsuliyyəti də azdır.
İnsanın Allaha yaxınlaşması üçün bu zati imtiyazlar əsla yetəri deyil və onlar sonradan qazanılan imtiyazlarla birgə olmalıdır.
2\. Ayə Allahın bütün seçilmiş bəndələrinə toxunmur, onların yalnız bir dəstəsinə işarə edir. Həmin nəsillərdən olmayan bəzi peyğəmbərlərin adının çəkilməməsi onların seçilməməsinə dəlalət etmir. AlimahA Həmçinin "İbrahimin nəsli" ifadəsi Musa ibn İmrana (ə), İslam Peyğəmbərinə (ə) və o Həzrətin nəslindən olan digər seçilmiş şəxslərə də şamil olur. Çünki onların hamısı İbrahimin (ə) nəslindəndir.
3\. Rağibin "Müfrədat” kitabında yazdığına əsasən, ayənin ərəbcə orijinalında işlənmiş (al) sözünün kökü (əhl) sözüdür və onun (əhl) sözü ilə yeganə fərqi (al) sözünün adətən böyük və möhtərəm şəxsin yaxınları barəsində işlədilməsidir. Lakin (ǝhl) sözünün mənası genişdir və o, hamıya şamil olur. Həmçinin (al) sözü hər hansı bir şəxsin adı ilə, (əhl) sözü isə zaman, məkan və sairə ilə də izafət tərkibinə girir. Məsələn, “filan şəhərin əhli” ifadəsi işlədilir, amma "filan şəhərin alisi” deyilmir.
4\. “İbrahim nəslinin və İmran ailəsinin seçilmiş şəxsləri” ifadəsinin mənası İbrahim və İmranın bütün övladlarının seçilmiş olması deyil. Çünki onların arasında hətta kafir şəxslər də ola bilər. Məqsəd onların nəslinin bir dəstəsinin seçilmiş şəxslər olmasıdır.
5\. Sözügedən ayədə adı çəkilən İmran Həzrət Musanın deyil, Həzrət Məryəmin atasıdır. Çünki Quranın harasında İmranın adı çəkilirsə, bu, Məryəmin atasına işarədir. Məryəm haqqında izah verən sonrakı ayələr də buna dəlalət edir.
6\. Əhli-beyt (ə) tərəfindən nəql edilmiş çoxsaylı hədislərdə bu ayədən peyğəmbərlərin və imamların məsum olmasının dəlili kimi istifadə edilib. Çünki Allah-taala günahkar, şirk, küfr və itaətsizlik çirkabına bulaşmış şəxsləri deyil, günahdan uzaq və məsum şəxsləri seçir. (Ayədən məsumluğun bəzi dərəcələrini də başa düşmək mümkündür.)
7\. Müasir qələm əhlindən bəziləri bu ayədən “növlərin təkamülü” məsələsinə dəlil kimi istifadə ediblər. Onların nəzərincə, bu ayə Adəmin ilk insan olmamasına dəlalət edir. Belə ki Adəmin zamanında başqa insanlar da olub və Allah-taala Adəmi onların arasından seçib və onun övladlarından üstün bir nəsil yaradıb.
Onlar ayədəki "aləmdəkilərdən” sözünü öz iddialarının dəlili hesab edərək Adəmin zamanında “aləmdəkilər”, yəni “insan cəmiyyəti”nin mövcud olduğunu deyirlər. Buna görə də milyonlarla il bundan əvvəl yaranmış ilk insanın başqa heyvanlardan təkamül yolu ilə yaranmasında və Adəmin, sadəcə, seçilmiş bir insan olmasında heç bir problem yoxdur.
Lakin “aləmdəkilərdən” sözündə məqsədin Adəmin zamanında çoxlu insanın yaşamasına dəlalət edən heç bir dəlil mövcud deyil. Çünki ola bilər onda məqsəd tarix boyu mövcud olan insan cəmiyyəti olsun. Buna görə də ayənin mənası belə olur: Allah tarix boyu olmuş bütün insan cəmiyyətləri arasından bəzi insanları seçib. Onların birincisi Adəm, ondan sonra Nuh, İbrahimin nəsli və İmranın ailəsi olub.
Lakin həmin seçilmiş şəxslərin fərqli əsr və zamanlarda yaşamasından aydın olur ki, "aləmdəkilərdən” sözündə məqsəd bütün əsrlərdə yaşamış insan cəmiyyətləridir. Buna görə də Adəmin zamanında çoxlu insanın yaşamasına və Adəmin onların arasından seçilməsinə etiqad bəsləməyə heç bir lüzum yoxdur. (Diqqət edin!)
Ali-İmran surəsi, 35 və 36-cı ayələr
إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ .٣٥
فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنْثَى وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنْثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ .٣٦
Ayələrin tərcüməsi
35\. (Xatırlayın) bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi olması üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Sən eşidənsən, bilənsən!".
36\. Onu dünyaya gətirdikdən sonra (qız olduğunu görüb) demişdi: "Ey Rəbbim! Mənim qızım oldu – Allah onun dünyaya nə gətirdiyini daha yaxşı bilirdi – oğlan qız kimi deyil. (Qız məbəddə oğlan kimi xidmətçilik edə bilməz.) Mən onun adını Məryəm qoydum, onu və onun nəslini qovulmuş şeytandan (qorunmağı) Sənə həvalə edirəm".
Ayələrin təfsiri.
İmran və onun qızı Məryəm.
Əvvəlki ayədə İmran ailəsinin əzəmətinə işarə etdikdən sonra bu ayələrdə Həzrət İmran və onun qızı Məryəmdən söz açılıb və qısa şəkildə onun dünyaya gəlməsinə, tərbiyə edilməsinə və həyatında baş vermiş mühüm hadisələrə toxunulub.
Tarix, hədis və təfsirçilərin sözlərindən belə məlum olur ki, Hənnə və Əşya adlı iki bacı olub və onların birincisi Bəni-İsrailin böyük şəxsiyyətlərindən olan İmranla, ikincisi isə Allahın elçilərindən olan Zəkəriyya ilə ailə həyatı qurub.
İllər ötür, lakin İmranın həyat yoldaşı olan Hənnənin övladı olmur. O, bir gün ağacın altında oturarkən bir quşun öz balalarını yemlədiyini görür. Bu səhnə onun ürəyində övlad sevgisini yenidən alovlandırır va o, səmimi hisslərlə Allahdan övlad istəyir. Çox keçmədən onun bu səmimi duası qəbul olunur və o, hamilə qalır.
Allah-taala İmrana vəhy edir ki, ona əlacı olmayan xəstələrə şəfa verən, Allahın əmri ilə ölüləri dirildən və İsral oğullarına peyğəmbər göndəriləcək bərəkətli bir oğul verəcək. O, bunu həyat yoldaşı Hənnəyə deyir. Buna görə də o, hamilə qalanda hamilə qaldığı uşağın həmin uşaq olacağını düşünür. Lakin bətnində olan körpənin həmin uşağın anası (Məryəm) olacağını bilmirdi.
Buna görə də o, oğlunu Allahın evi olan Beytül-müqəddəsə xidmətçi edəcəyini nəzir edir. Lakin o, uşaq dünyaya gələndə onun qız olduğunu görür və nə edəcəyini bilmir. Çünki Beytül-müqəddəsin xidmətçiləri oğlanlar arasından seçilirdilər və o vaxta kimi bu iş üçün qız seçilməmişdi.
Ayənin təfsirinə gəldikdə:
İlk ayədə buyurur: “(Xatırlayın) bir zaman İmranın zövcəsi demişdi: "Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi olması üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Sən eşidənsən, bilənsən!"
Bu ayədə İmranın zövcəsinin etdiyi nəzirə işarə edilib. O, (Allahın verdiyi müjdəni nəzərə alaraq) övladının oğlan olduğunu güman edirdi. Buna görə də o, qadın cinsinə dəlalət edən (muhərrǝrǝtən) sözündən deyil, kişi cinsinə dəlalət edən (muhərrǝrǝn) sözündən İstifadə edir və Allahdan duasını qəbul etməsini istəyir.
(muhərrərən) sözünün kökü (təhrir) sözüdür və onun mənası “azad etmək”dir. O, termindir və həmin dövrdə məbəd və Allah evində xidmətçiliyə verilən, orada təmizlik və digər işlərlə məşğul olan, bekar olanda da Allaha ibadət edən uşaqlar barəsində işlədilirdi. Həmin uşaqlar öz ata-analarına xidmət göstərməkdən tam azad edildikləri üçün onlara (muhərrǝr) (azad edilmiş) deyirdilər. Yaxud da onlara (muhərrər) deyilməsinin səbəbi onların dünyəvi işlər üçün çalışmaqdan tam uzaq olmaları olub.
Bəziləri qeyd edir ki, həmin uşaqlar bu xidmətləri yerinə yetirmək gücünə malik olandan həddi-büluğa çatana kimi ata-analarının nəzarəti altında öz vəzifələrini yerinə yetirirdilər. Həddi-büluğa çatdıqdan sonra müqəddəratlarının müəyyənləşdirilməsi öz əllərində olurdu. Əgər istəsəydilər, məbəddəki işlərinə son qoyub oradan uzaqlaşar, qalmaq istəsəydilər də, qalardılar.
Bəzilərinin nəzərincə, İmranın zövcəsinin nəzir etməsindən belə məlum olur ki, İmran o hamilə olan vaxt dünyadan köçüb. Əgər belə olmasaydı, onun təkbaşına nəzir etməsi elə də inandırıcı görünmür.
Daha sonra buyurur: "Onu dünyaya gətirdikdən sonra (qız olduğunu görüb) demişdi: "Ey Rəbbim! Mənim qızım oldu”.
Əlbəttə, “Allah onun dünyaya nə gətirdiyini daha yaxşı bilirdi”.
Sonra buyurur: “Oğlan qız kimi deyil”.
Yəni Sən Özün bilirsən ki, mən nəzir etdiyim məqsəd üçün qızla oğlan eyni deyil.
Qız həddi-büluğa çatandan sonra aybaşı olur və məsciddə qala bilməz. Bundan əlavə, onların fiziki gücü də eyni deyil. Həmçinin hicab, hamiləlik və dünyaya uşaq gətirmək kimi məsələlər qızın belə bir xidmət göstərməsində çətinlik yaradır. Buna görə də həmişə oğlanları nəzir edirdilər.
Ayədən və #### Ayənin təfsiri barədə nəql edilmiş hədislərdən belə məlum olur ki, "oğlan qız kimi deyil” cümləsini Həzrət Məryəmin anası deyib. Bəziləri də onun Allah tərəfindən deyilməsi ehtimalını veriblər. Lakin bu, elə də inandırıcı görünmür.
Nə üçün Həzrət Məryəmin anası dünyaya qız gətirdiyi üçün “qız oğlan kimi deyil" deməli olduğu halda, “oğlan qız kimi deyil" deyib?
Bəziləri burada söz yerdəyişməsinin baş verdiyini deyiblər. Belə hallar ərəblərin danışığında çox baş verir. Qəfil doğuşdan yaranan narahatlıq da onun həmin sözü belə deməsinə səbəb ola bilər. Çünki o, Beytül-müqəddəsdə xidmət etməsi üçün dünyaya oğlan gətirmək arzusunda idi. Onun bu arzusu ixtiyarsz olaraq “oğlan” sözünü əvvələ salmasına səbəb olub.
Daha sonra buyurur: "Mən onun adını Məryəm qoydum, onu və onun nəslini qovulmuş şeytandan (qorunmağı) Sənə həvalə edirəm”.
"Məryəm" sözünün leksik mənası “ibadətkar və xidmətçi qadın”dır. Dünyaya gəldikdən sonra anası tərəfindən ona belə bir adın verilməsi bu imanlı ananın öz övladını Allaha bəndəlik və ibadət yoluna vəf etməyə böyük şövqünün olmasından xəbər verir.
Və elə həmin səbəbdən körpəyə bu adı verdikdən sonra onu və gələcəkdə ondan dünyaya gələcək övladlarını şeytanın vəsvəsələri müqabilində Allaha tapşırır.
Ali-imran surəsi, 37-ci ayə
فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنْبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِنْدَهَا رِزْقًا قَالَ يَا مَرْيَمُ أَنَّى لَكِ هَذَا قَالَتْ هُوَ مِنْ عِنْدِ اللَّهِ إِنَّ اللَّهَ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ .٣٧
Ayənin tərcüməsi
37\. Rəbbi onu (Məryəmi) yaxşı və layiqli şəkildə qəbul etdi, onu gözəl bir fidan kimi yetişdirdi (bəslədi) və onun qəyyumluğunu Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə orada xüsusi bir yemək olduğunu görərdi. Ondan: "Məryəm, bunu haradan gətirmisən?” - deyə soruşduqda 0: "Bu, Allah tərəfindəndir! Allah istədiyi şəxsə saysız-hesabsız (və ya heç bir sorğu-sualsız) ruzi verər” – deyə cavab verərdi.
Ayənin təfsiri.
Məryəmin Allahın xüsusi mərhəməti sayəsində böyüyüb boya- başa çatması.
Bu ayə Həzrət Məryəm barəsindəki bəhsin davamıdır. Buyurur: "Rəbbi onu (Məryəmi) yaxşı və layiqli şəkildə qəbul etdi, onu gözəl bir fidan kimi yetişdirdi (bəslədi).
Məryəmin anası onun Allah evinin (Beytül-müqəddəsin) xidmətçisi kimi qəbul ediləcəyinə inanmırdı. Buna görə də o, övladının oğlan olmasını arzulayırdı. Çünki həmin vaxta kimi bu iş üçün qız uşağı seçilməmişdi. Lakin Allah-taala ilk dəfə olaraq bu pak qızı bu mənəvi xidmət üçün qəbul edir.
Bəzi təfsirçilərin nəzərincə, Məryəmin bu xidmətə qəbul edilməsinin nişanəsi onun həddi-büluğa çatandan sonra Beytül-müqəddəsdə xidmət etdiyi müddət ərzində bu mənəvi mərkəzdən uzaqlaşmaması üçün heç vaxt aybaşı olmaması olub.
Yaxud da onun qəbul edilməsinin nişanəsi mehrabın qarşısında Cənnət yeməklərinin hazır olması olub.
Bu nəzirin və Məryəmin xidmətə qəbul edilməsinin onun anasına ilham yolu ilə bildirilməsi ehtimalı da var.
Ayənin ərəbcə orijinalında işlənmiş (ənbətǝha) sözünün kökü (inbat) sözüdür və onun mənası “yetişdirmək”dir. Həzrət Məryəmin böyüdülməsi və tərbiyə edilməsi barədə belə bir ifadənin işlədilməsi onun mənəvi, ruhani və əxlaqi təkamülünün müxtəlif cəhətlərinə işarədir.
Həmçinin bu ifadə Allah-taalanın işinin yetişdirmək olması kimi incə bir məqama da işarə edir. Yəni gül və bitkilər toxum halında olanda onların istedadları gizli olduğu və bağbanın nəzarəti altında onların qabiliyyətləri inkişaf edib üzə çıxıdığı kimi, insanın vücudunun dərinliklərində, ruh və fitrətində də ülvi istedadlar yatır. Əgər insan öz tərbiyəsini insanlıq dünyasının bağbanları olan ilahi tərbiyəçilərə həvalə etsə, çox sürətlə inkişaf edər, həmin ilahi istedadlar üzə çıxar və sözün həqiqi mənasında (inbat) (yetişmək) baş verər.
Ayənin davamında buyurur: “Və onun qəyyumluğunu Zəkəriyyaya tapşırdı”.
Ayənin ərəbcə orijinalında işlənmiş (kəffələha) sözünün kökü (kəfalət) sözüdür və onun mənası "bir şeyə başqa bir şey qoşmaq"dır. Buna görə hər hansı bir uşağın qəyyumluğunu öhdəsinə götürən şəxslərə (kafil) və ya (kəfil) deyirlər. Çünki onlar uşağı öz vücudlarına qoşurlar.
Bu söz tərkibində üç kök hərfi olan feil kimi (təşdidsiz (kəfələ) kimi) işləndikdə “qəyyumluğu öhdəyə götürmək” mənası verir. Lakin o, əsas kök hərflərinə başqa hərflər də əlavə edilmiş feil (təşdidlə) kimi işləndikdə "başqasına qəyyum təyin etmək” mənası verir.
Tarixdə yazılanlara görə, Məryəmin atası (İmran) Məryəm dünyaya gəlməmişdən əvvəl vəfat edib. Anası dünyaya gələndən sonra onu Beytül-müqəddəsə yəhudi alimlərinin yanına gətirərək deyib: "Bu uşaq Beytül-müqəddəsə hədiyyədir. Sizlərdən biriniz onun qəyymluğunu öhdəsinə götürsün”. Onun üzündə əzəmət nişanələri olduğu və o, ləyaqətli ailədə dünyaya gəldiyi üçün Bəni-İsrail alimləri arasında mübahisə yaranır və onların hər biri Məryəmin qəyyumluğu şərəfinə nail olmaq istəyir. Nəhayət, bu surənin 44-cü ayəsində izah edəcəyimiz mərasimdə Zəkəriyya onun qəyyumluğunu öz öhdəsinə götürür.
Məryəmin yaşı artdıqca onun əzəmət və calal nişanələri daha çox aşkar olur. Quran bu ayənin davamında onun barəsində belə buyurur: “Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə orada xüsusi bir yemək olduğunu görərdi”.
Ayənin ərəbcə orijinalında işlənmiş (mehrab) sözünün mənası məbəddə oranın başçısı və ya xas adamları üçün nəzərdə tutulmuş yerdir. Həmin yerin belə adlandırılması barədə müxtəlif ehtimallar irəli sürülüb, lakin onların arasından daha münasibi aşağıda qeyd edilən üç ehtimaldır:
Bir ehtimal onun kökünün "müharibə” mənasında olan (hǝrb) sözü olmasıdır. Möminlər həmin yerdə şeytan və nəfsi istəklərlə mübarizə apardıqları üçün ora belə adlandırılıb.
İkinci ehtimal "mehrab" sözünün mənasının “məclisin yuxarısı" olmasıdır. Mehrabın yeri məbədin yuxarısında olduğu üçün ora belə adlandırlıb.
Bəni-İsrailin mehrabı bizim mehrablardan fərqli olub. Onlar mehrabı yerdən bir neçə pillə hündür düzəldərdilər və onun ətrafında otaq divarları kimi divar olardı. Buna görə də mehrabda olan şəxslər kənardan çox az görünərdilər.
Üçüncü ehtimal "mehrab”ın mənası nəfsi istək və şeytanla mübarizə yeri olan məbədin hər yeridir.
Məryəm Zəkəriyyanın himayəsi altında böyüyüb. O, İbn Abbasın sözlərinə əsasən, doqquz yaşına çatanda gündüzləri oruc tutar, gecələri ibadətlə məşğul olardı. O, təqva, Allahı tanımaq və dərk etmək barədə hətta dövrünün təqvalı ravvin və alimlərini belə qabaqlamışdı.
Zəkəriyya onu görmək üçün mehrabın yanına gələndə mehrabin yanında xüsusi yeməklər görər və təəccüb edərdi. Bir gün “ondan: “Məryəm, bunu haradan gətirmisən?” - deyə soruşduqda Məryəm dedi: "Bu, Allah tərəfindəndir! Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir”.
Ayə həmin yeməklərin nə olmasına və Məryəmə haradan gəlməsinə aydınlıq gətirməyib. Lakin “Təfsiri-Əyyaşi”də, həmçinin digər sünni və şiə mənbələrində nəql edilmiş çoxsaylı hədislərdən belə məlum olur ki, onlar bir növ Cənnət meyvələri olub və mövsümü olmadığı halda, Allahın əmri ilə Məryəmin mehrabının kənarında hazır olurmuş. Allahın Öz təqvalı bəndəsinə belə ziyafət verməsi elə də təəccüblü deyil.
Ayənin ərəbcə orijinalında işlənmiş (rizqən) sözünün “Cənnət yeməyi" mənasında olmasını ayədə olan bəzi nişanələrdən də başa düşmək mümkündür. Çünki birincisi, (rizqən) sözünün qeyri- müəyyənlik halda işlənməsi onun xüsusi və Zəkəriyyaya tanış olmayan yemək olmasının nişanəsidir.
İkincisi, Məryəmin "bu, Allah tərəfindəndir" ifadəsi də onun nişanəsidir.
Üçüncüsü, Zəkəriyyanın həyəcanlanması və öz Rəbbindən övlad istəməsi həmin məsələnin digər bir nişanəsi sayılır.
Lakin bəzi təfsirçilərin (məsələn, “Əl-Mənar” təfsirinin müəllifinin) nəzərincə, (rizqən) sözündə məqsəd dünyanın adi yeməkləridir. Çünki İbn Cərirdən belə nəql edilib: "Bəni-İsrail qıtlığa düçar oldu və Zəkəriyya Məryəmin dolanışığını təmin edə bilmədi. Həmin vaxt püşk atdılar və püşkdən bir dülgərin adı çıxdı. O, böyük fəxrlə öz gəlirindən Məryəmin yeməyini təmin edərdi. Zəkəriyya Məryəmin mehrabının yanına gələndə həmin çətin şəraitdə belə yeməklərin olduğunu görüb təəccüb edir və Məryəm "bu, Allah tərəfindəndir" deyir. Yəni Allah həmin çətin şəraitdə imanlı bir şəxsdə bu işi görmək marağı yaradıb.
Lakin bu təfsir nə ayədə mövcud olan nişanələrlə, nə də həmin ayə barəsində nəql edilmiş hədislərlə uyğun gəlir. Həmin hədislərdən birində İmam Baqirdən (ə) belə nəql edilmişdir: Ev işləri Əli ilə Fatimə (ə) arasında bölüşdürülmüşdü. Çöl işləri Əlinin (ə), ev işləri isə Fatimənin (ə) öhdəsində idi.
Bir gün Əli (ə) Fatimədən (ə) soruşdu: "Evdə yemək var?” Həzrət Fatimə (ə) buyurdu: “Üç gündür evdə yemək yoxdur. Nə var idisə sənə vermişik və səni özümüzdən qabağa salmışıq”.
Əli (ə) buyurdu: “Bəs nə üçün mənə xəbər verməmisən?” Həzrət Fatimə (ə) dedi: “Bunu Həzrət Peyğəmbər (s) tapşırıb”. Əli (ə) evdən çıxır və yemək almaq üçün bir az borc alır. O, yolda Miqdadla rastlaşır. Miqdaddan soruşur: "Bu vaxt nə əcəb evdən çıxmısan?"
O deyir: "Aclıqdan".
Əli (ə) buyurur: "Mən bir az borc almışam, amma səni özümdən qabağa salıram".
Əli (ə) evə əliboş qayıdır və Həzrət Peyğəmbərin (s) onlarda olduğunu görür. O, Fatimənin (ə) namaz qıldığını və Həzrət Peyğəmbərin (s) qarşısında da üstü örtülü bir qabın olduğunu görür. Qabın üstündəki örtüyü götürəndə onun içində çoxlu miqdarda xüsusi yeməyin olduğu məlum olur. Fatimədən (ə) soruşur: "Bu yemək haradan gəlib?"
Həzrət Fatimə (ə) buyurur: "O, Allah tərəfindəndir! Allah istədiyi şəxsə saysız-hesabsız (və ya heç bir sorğu-sualsız) ruzi verər".
Həmin vaxt Həzrət Peyğəmbər (s) buyurur: “Bu, eyni ilə Zəkəriyyanın hekayəti kimidir. O da Məryəmin mehrabının kənarına gəlib orada xüsusi yemək görür və soruşur: "Ey Məryəm, bu yemək haradan gəlib?" Məryəm cavab verir: "Allah tərəfindəndir!"
"Saysız-hesabsız" ifadəsi barədə “Bəqərə” surəninin 212-ci v bu surənin 27-ci ayəsinin təfsirində bəhs edildi.
Ali-imran surəsi, 38-40-ci ayələr
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ .٣٨
فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَى مُصَدِّقًا بِكَلِمَةٍ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِنَ الصَّالِحِينَ .٤٠
قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ .٤١
Ayələrin tərcüməsi
38\. Elə oradaca (Məryəmdəki ləyaqəti gördükdən sonra) Zəkəriyya Rəbbini çağıraraq dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə (də) pak bir övlad bəxş et! Sən duaları eşidənsən”.
39\. O, mehrabda durub dua edərkən mələklər onu çağırdılar: "Allah səni Yəhya ilə Allahın kəlməsini (İsanı) təsdiq edən, rəhbər olacaq, üsyankar nəfsinə hakim və əməlisalehlərdən olacaq bir peyğəmbərlə müjdələyir”.
40\. O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı, zövcəm də qısır olduğu halda, mənim övladımın olması necə mümkündür?” (Allah) buyurdu: "Belədir, Allah hər istədiyini edər”.
Ayələrin təfsiri.
Zəkəriyyə və Məryəm (ə)
Bu ayələr Allahın elçilərindən olmuş Həzrət Zəkəriyyanın həyatının Həzrət Məryəmlə əlaqəli olan bir hissəsinə işarə edir.
Həzrət Zəkəriyyanın zövcəsi ilə Məryəmin anası bacı olublar. Bu bacıların hər ikisi əvvəl qısır olub. Məryəmin anası Allahın lütfü ilə belə bir ləyaqətli övlad sahibi olandan və Zəkəriyya onun ixlas və digər xüsusiyyətlərini müşahidə edəndən sonra o da Məryəm kimi pak və təqvalı bir övlad sahibi olmağı arzulayır. Həm özünün, həm də həyat yoldaşının yaşının çox olmasına və təbii meyarlar baxımından övladının olmasının elə də inandırıcı görünməməsinə baxmayaraq, Zəkəriyya siması Allahın əzəmət və calal nişanəsi olan bir övladının olmasını istəyir. Allahın qüdrətinə imanı, Məryəmin ibadət mehrabının kənarında təzə və qeyri-mövsüm meyvələrini görməsi Zəkəriyyanın qəlbini ümidlə doldurur. Buna görə də dua edərkən Allahdan ona övlad verməsini istəyir. Quran bunu belə nəql edir: “Elə oradaca (Məryəm- dəki ləyaqəti gördükdən sonra) Zəkəriyya Rəbbini çağıraraq dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə (də) pak bir övlad bəxş et! Sən duaları eşidənsən”.
"O, mehrabda durub dua edərkən mələklər onu çağırdılar: “Allah səni Yəhya ilə – Allahın kəlməsini (İsanı) təsdiq edən, rəhbər olacaq, üsyankar nəfsinə hakim və əməlisalehlərdən olacaq bir peyğəmbərlə mujdələyir”.
Allah-taala mələklər vasitəsi ilə onun duasının qəbul edilməsini xəbər verməkdən əlavə, həmin pak övladın beş sifətini də qeyd edir:
Birincisi, onun “Allahın kəlməsini”, yəni İsanı (ə) təsdiq edəcəyini və onun imanının və himayədarlığının Həzrət İsanın (ə) güclənməsinə səbəb olacağını buyurur. (Bu surənin 45-ci və "Nisa" surəsinin 171-ci ayəsini nəzərə aldıqda məlum olur ki, burada “kəlmə” deyəndə Həzrət İsa (ə) nəzərdə tutulur. Həzrət İsa (ə) barəsində bu ifadənin işlədilmə səbəbinə aydınlıq gətirəcəyik.)
Tarixin yazdığına görə, Yəhya Həzrət İsadan altı ay böyük olub və Həzrət İsanın (ə) peyğəmbərliyini ilk olaraq o təsdiqləyib və camaatı ona tərəf dəvət edib. O, insanlar arasında zahid və pəhrizkar şəxs kimi tanındığı üçün onun Həzrət İsaya (ə) meyil göstərməsi insanların diqqətinin Həzrət İsaya yönəlməsinə böyük təsir göstərib.
İkinci xüsusiyyət onun elm və əməl baxımından ağa və rəhbərlik məqamına malik olmasıdır. “Rəhbər olacaq..."
Üçüncü xüsusiyyət onun özünü üsyankar nəfsi istəklərdən və dünyapərəstlik çirkabından qorumasıdır. Bu məna ayənin ərəbcə orijinalında işlənmiş (həsurən) sözündən başa düşülür. (həsur) sözünün kökü (həsr) sözüdür və onun mənası “həbs”dir. Burada onun mənası “özünü nəfsi istəklərdən qoruyan şəxs"dir. Bu söz bəzən "evlənməkdən imtina edən şəxs" barəsində də işlədilir. Buna görə də bəzi təfsirçilər onu həmin mənaya yozublar. Buna bəzi hədislərdə də işarə edilib.
Dördüncü və beşinci xüsusiyyət onun peyğəmbərlərdən, əməli- saleh və ləyaqətlilərdən olmasıdır. (Ayənin ərəbcə orijinalında işlənmiş (nəbiyyǝn) sözü əzəmət ifadə etmək üçün qeyri-müəyyənlik halda işlədilib.)
Zəkəriyya mələklərin müjdəsini eşidib sevinir, lakin bununla yanaşı, öz təəccübünü də gizlədə bilmir: "O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı, zövcəm də qısır olduğu halda, mənim övladımın olması necə mümkündür?”
Allah-taala ona belə cavab verir: "buyurdu: "Belədir, Allah hər istədiyini edər”.
Zəkəriyya Allahın istək və iradəsini əks etdirən bu qısa cavabla qane olur.
İncəliklər:
1\. Evlənməmək fəzilətdirmi?
Əgər (həsurən) sözünün mənası “evlənməmək” olsa, bu halda Həzrət Yəhya barəsində işlədilmiş bu ifadə insan üçün bir üstünlük və ya fəzilət sayıla bilərmi?
Bu sualın cavabında deyə bilərik ki, birincisi, (həsur) sözünün mənasının “evlənməmək” olmasına heç bir dəlil yoxdur. Bu barədə nəql edilmiş hədislər də sənəd baxımından əsaslı deyil. Ayədəki (həsur) sözünün “şəhvəti, nəfsi istəkləri və dünyapərəstliyi tərk etmək" mənasında - zahidlik kimi bir sifət olması ehtimalı da var.
İkincisi, Yəhyanın (ə) da Həzrət İsa (ə) kimi özünəməxsus həyat şəraiti olub və Allahın dinini təbliğ etmək üçün çoxsaylı səfərlərə gedib. Buna görə də, ola bilər ki, subay yaşamaq məcburiyyətində qalıb.
Bu, hamı üçün ümumi qanun hesab edilə bilməz. Allah-taalanın onu bu sifətlə tərifləməsinin səbəbi onun özünəməxsus həyat şəraitinə malik olduğu üçün evlənməməsi, lakin buna baxmayaraq, özünü günahdan qorumasıdır.
Ümumiyyətlə, evlənmək fitri bir qanundur və heç bir dinin fitrətə zidd qanun təyin etməsi mümkün deyil. Buna görə də nə İslam dinində, nə də başqa dinlərdə evlənməyin tərk edilməsi yaxşı iş hesab edilməyib.
2\. Yəhya və İsa (ə).
(Yəhya) sözünün kökü (həyat) sözüdür və onun mənası “yaşayacaq, diri qalacaq"dır. O, bu böyük peyğəmbərin adı olub. “Həyat və yaşamaq" deyiləndə iman, peyğəmbərlik və Allahla əlaqə sayəsində həm maddi, həm də mənəvi həyatda diri qalmaq nəzərdə tutulur. Bu və “Məryəm” surəsinin 7-ci ayəsindən belə məlum olur ki, bu adı Allah-taala onun üçün o, hələ dünyaya gəlməmişdən əvvəl seçib. “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq. Həmçinin bu cümlədən həmin adın əvvəllər mövcud olmadığı da məlum olur.
Zəkəriyya Məryəmin sürətlə artan mənəvi yüksəlişini müşahidə etdikdən sonra Allahdan övlad - Yəhyanın olmasını istəyir. Allah-taala bu duaya görə Zəkəriyyaya bir çox cəhətdən Məryəmin övladı İsaya bənzəyən bir övlad bəxş edir.
O, həm uşaq ikən peyğəmbər olmaq, həm adının mənası (leksik baxımdan həm İsa, həm də Yəhya adlarının mənası “diri qalacaq, yaşayacaq"dır), həm də Allahın üç mərhələdə (dünyaya gəlmək, ölüm və Məhşər) salam göndərməsi baxımından İsaya (ə) oxşar olub.
3\. Üzü qocalığa getmək, yoxsa...
Sözügedən ayələrdə Zəkəriyya öz qocalığını belə təsvir edir: "Qocalıq məni haqladığı...” Lakin "Məryəm” surəsinin 8-ci ayəsində onun belə deməsini oxuyuruq: "...qocalıb əldən düşdüyüm halda...”
İfadələrdəki bu fərqin səbəbi insan qocalığa tərəf getdiyi kimi, sanki qocalığın da qarşıdan ona tərəf gəlməsidir. İmam Əli (ə) buyurur: "Sən ömrün sonuna tərəf getdiyin, ölüm də sənə tərəf gəldiyi üçün çox tez bir zamanda bir-birinizə qovuşacaqsınız ".!
4\. Ayənin ərəbcə orijinalında işlənmiş (ğulam) sözünün leksik mənası “gənc oğlan”dır. (aqir) sözünün kökü (uqr) sözüdür və onun mənası "kök və əsas", yaxud da "həbs"dir. Qısır qadınlara (aqir) deyilməsinin səbəbi ya onların işinin sona çatması, ya da dünyaya uşaq gətirmək baxımından "həbs olunmaları” (belə bir imkana malik olmamaları)dır.
5\. Zəkəriyyanın təəccüblənməsinin səbəbi nə idi?
Allah sonsuz qüdrət sahibi olduğu halda, Zəkəriyyanın təəccüblənməsinin səbəbi nə idi?
Quranın digər ayələrini nəzərə alanda bu sualın cavabı aydın olur. Əslində, o, klimaks dövrü illər öncədən başlamış qısır qadının dünyaya uşaq gətirməsinin necə mümkün olduğunu, onun vücudunda hansı dəyişikliklərin baş verdiyini, onun gənc və orta yaşlı qadınlar kimi aybaşı olduğunu, yoxsa onun dünyaya uşaq gətirmək üçün başqa cür olacağını bilmək istəyirdi.
Bundan əlavə, Allahın qüdrətinə iman bəsləmək əyani müşahidədən fərqlidir. O, burada imanın əyani müşahidə mərhələsinə çatmasını istəyirdi. Bu, məada imanı olan, lakin ölülərin dirilməsini əyani müşahidə etmək istəyən Həzrət İbrahimin (ə) istəyi kimidir. İnsanın təbiət qanunlarına zidd qanunlarla qarşılaşanda fikrə dalması və ona hissi və fiziki bir nişanə tapmaq istəməsi təbii haldır.
Ali-İmran surəsi, 41-ci ayə
قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ .٤١
Ayənin tərcüməsi
41\. (Zəkəriyya) dedi: "Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) buyurdu: “Sənin əlamətin üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaq. (Dilin heç bir səbəb olmadan tutulacaq.) (Bu böyük nemətə görə) Rəbbini çox yad et və səhər-axşam Ona təriflər de!"
Ayənin təfsiri.
Yəhyanın təvəllüd müjdəsi.
Əvvəlki ayələrin mövzusu Həzrət Zəkəriyya (ə), onun Allahdan övlad istəməsi və Yəhyanın (ə) təvəllüd müjdəsi idi.
Bu ayədə isə Zəkəriyya Allahdan bu böyük müjdəyə görə əlamət istəyir. Bunun səbəbi onun Allahın vədlərinə inanmaması deyil, təkid və imanının əyani müşahidə mərhələsinə çatması üçün olub. O, bunu qəlbinin bütünlüklə xatircəmlik hissi ilə dolması üçün istəyib, necə ki İbrahim (ə) qəlbinin daha çox rahatlıq tapması üçün məad səhnəsini müşahidə etmək istəyi ilə çıxış etmişdi.
"(Zəkəriyya) dedi: "Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”.
Allah-taala onun cavabında belə buyurur: “Sənin əlamətin üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaq”.
Yəni dilin heç bir nöqsan yaranmadan və səbəb olmadan tutulacaq və insanlarla danışa bilməyəcəksən.
"(Bu böyük nemətə görə) Rəbbini çox yad et və səhər-axşam Ona təriflər de”.
Bu cümlədən onun dilinin insanlarla danışmaq üçün müvəqqəti tutulmasına baxmayaraq, Allahı zikr etməyə qadir olduğu məlum olur. Beləliklə, o, həm Allahın ona əta etdiyi bu böyük nemətin şükrünü yerinə yetirə bilib, həm də əzəmət sahibi olan Allahın həllolunmaz müşküllərin düyününü açmağa qadir olmasının aydın nişanəsi olub. Başqa sözlə desək, məqsəd həmin üç gün ərzində insanlardan uzaqlaşıb Allaha daha da yaxınlaşması olub.
Ayənin ərəbcə orijinalında işlənmiş (rəmz) sözünün mənası "dodaq ilə işarə etmək”dir. Asta səsə də (rəmz) deyilir. Bu söz gündəlik danışıqda daha geniş mənada işlədilir. Gizli və üstüörtülü deyilən istənilən söz, işarə və nişanəyə (rəmz) deyilir.
Allah-taala Zəkəriyyanın istəyini qəbul edir və onun dili üç gecə- gündüz heç bir təbii səbəb olmadan tutulur və o, insanlarla danışa bilmir, lakin Allahı zikr edir.
Bu qeyri-adi vəziyyət Allahın hər şeyə qadir olmasının nişanəsidir. Tutulmuş dili Onu zikr etmək üçün açan Allah qısır uşaqlıqda Allahı zikr etmək simvolu olan imanlı övlad yaratmağa da qadirdir. Buradan da Zəkəriyyanın istəyi ilə bu əlamət arasında hansı bağlılığın olması məlum olur.
Bəzi təfsirçilərin ehtimalına görə, insanlarla danışmaqdan çəkinmək ixtiyari olub və Zəkəriyyaya həmin üç gün ərzində ağzını Allaha həmd-səna etməkdən başqa heç nəyə açmaması əmr edilib. O, bəzi keçmiş ümmətlərdə olan sükut orucu tutmaq vəzifəsi daşıyıb.
Fəxr Razi bu nəzəri Əbu Müslimdən nəql edib və onu gözəl və məntiqi təfsir sayıb.
Lakin bu təfsir ayənin məzmunu ilə uyğun gəlmir. Çünki Zəkəriyya bu ilahi müjdə üçün bir nişanə və əlamət göstərilməsini və ixtiyari sükut əsla bu mənaya dəlalət edə bilməz. istəyir
Ayənin ərəbcə orijinalında işlənmiş (əşiyy) sözü adətən "günün son saatları", (ibkar) sözü isə "günün başlanğıcı" mənasında işlədilir.
Bəzilərinin nəzərincə, günortanın əvvəlindən gün doğana kimi olan vaxta (əşiyy), dan yeri söküləndən günortaya kimi olan vaxta isə (ibkar) deyilir.
Lakin Rağib İsfahani “Müfrədat” kitabında belə yazıb: (əşiyy) sözü günortadan səhəri günün səhərinə kimi olan vaxt, (ibkar) isə gün doğandan günortaya kimi olan vaxtdır. Buna görə də (əşiyy) və (ibkar) bütün gecə-gündüzü ehtiva edir". Lakin bu iki söz adətən ilk iki mənada işlədilir.
İncəlik:
Təbliğat məqamı ilə sükut arasında uyğunluq.
Peyğəmbərin dilinin tutulması onun nübuvvət məqamı və təbliğat vəzifəsi ilə uyğun gəlirmi?
Bu sualın cavabı elə də çətin deyil. Çünki bu, uzun müddət davam edəcəyi təqdirdə, nübuvvət vəzifəsi ilə ziddiyyət təşkil edə bilər. Lakin onun qısa müddət – peyğəmbərin öz qövm və cəmiyyətindən uzaqlaşıb ibadətlə məşğul olmasının caiz olduğu qədər olmasının eybi yoxdur.
Bundan əlavə, o, həmin müddət ərzində həqiqətləri onlara işarə ilə və ya ayələr oxumaqla çatdıra bilərdi. O da həmin işi görüb və işarə ilə insanları Allahı zikr etməyə dəvət edib.
Ali-İmran surəsi, 42 və 43-cü ayələr
وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاءِ الْعَالَمِينَ .٤٢
يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ .٤٣
Ayələrin tərcüməsi
42\. (Xatırlayın) bir zaman mələklər demişdilər: “Ey Məryəm! Allah səni seçmiş, paklaşdırmış və dünyanın bütün qadınlarından üstün etmişdi.
43\. Ey Məryəm! (Bu nemətə görə) Rəbbinə itaət göstər, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!"
Ayələrin təfsiri.
Bu ayələrdə yenidən Həzrət Məryəmdən danışılır, onun inkişaf və yetkinlik dövründən söz açılır, uca məqamları sadalanır.
Əvvəlcə mələklərin Məryəmlə danışmasından söz açaraq buyurur: "(Xatırlayın) bir zaman mələklər demişdilər: "Ey Məryəm! Allah səni seçmiş, paklaşdırmış və dünyanın bütün qadınlarından üstün etmişdi”.
İnsanın mələklərlə həmsöhbət olmasından – özü də əgər həmin söhbət onun Allah tərəfindən seçilməsi, paklaşdırılması və dünyanın bütün qadınlarından üstün olması müjdəsindən ibarətdirsə – böyük iftixar ola bilərmi?! Bunun yeganə səbəbi onun təqvası, pəhrizkarlığı, imanı və ibadəti olub. Bəli, o seçildi ki, dünyaya İsa (ə) kimi bir peyğəmbər gətirsin.
Maraqlı məqamlardan biri ayənin ərəbcə orijinalında (istəfaki) (səni seçdi) ifadəsinin iki dəfə təkrar edilməsidir. Birincisi Həzrət Məryəmin ümumilikdə seçilməsini, ikincisi isə onun dünyanın bütün qadınları arasından seçilib üstün edilməsini ifadə edir.
Bu ayə Məryəmin həmin dövrdə dünyanın ən böyük qadın şəxsiyyəti olmasına dəlalət edir. Bu, İslamın böyük qadın siması Həzrət Fatimə (ə) barəsində nəql edilənlərlə – onun dünyanın ən üstün qadını olması ilə ziddiyyət təşkil etmir. Çünki Həzrət Peyğəmbər (s) və İmam Sadiqdən (ə) nəql edilmiş çoxsaylı hədislərdə belə qeyd edilib: "Məryəm öz zəmanəsinin qadınlarından üstün olub. Allah-taala səni öz zəmanənin, Məryəmin zəmanəsinin və dünyanın əvvəlindən sonuna kimi olan bütün zamanların qadınlarından üstün edib”.
Ayənin ərəbcə orijinalında işlənmiş (əl-aləmin) sözü deyilənlərlə ziddiyyət təşkil etmir. Çünki bu söz Quranda və adi danışıqda bir əsr və zamanda yaşayan insanlar barəsində işlədilir. Bəni-İsrail barəsində də buna bənzər ifadə işlədilib: "Mən sizi bütün aləmdəkilərdən üstün etdim". Şübhəsiz, burada məqsəd Bəni-İsrail möminlərinin öz zəmanələrinin insanlarından üstün olmasıdır.
Sonrakı ayə mələklərin Məryəmə xitabıdır. Onlar deyirlər: "Ey Məryəm! (Bu nemətə Allah tərəfindən seçildiyinə, öz zəmanənin qadınlarından üstün edildiyinə və bütün cəhətlərdən pak-pakizə olunduğuna görə) Rəbbinə itaət göstər, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!”
Burada mələklər Həzrət Məryəmə üç göstəriş verirlər:
Birinci göstəriş Allaha itaət göstərməkdir. Ayənin ərəbcə oriji- nalında işlənmiş (uqnuti) sözünün kökü (qunut) sözüdür və onun mənası “özünü kiçiltmək və davamlı itaət etmək”dir.
İkinci göstəriş səcdə etməkdir ki, o da Allah qarşısında özünü kiçiltməyin bir növüdür.
Üçüncü göstəriş rüku etməkdir və o da özünü kiçiltməyin bir növüdür.
Ola bilər ki, "rükuya gedənlərlə birlikdə rükuya get!" cümləsi camaat namazına işarə olsun. Ola da bilər ki, məqsəd namaz qılan və Allah qarşısında özünü kiçildən cəmiyyətə qoşulmaqdır. Yəni Allahın digər ixlaslı bəndələri Ona rüku etdiyi kimi, sən də rüku et.
Bu ayədə əvvəl səcdəyə, sonra rükuya işarə edilmişdir. Bunun səbəbi onların namazında səcdənin rükudan əvvəl olması deyil, məqsəd hər iki ibadətin yerinə yetirilməsidir. Burada onların sıralığı nəzərdə tutulmayıb. Bu bizim birinə “namaz qıl, dəstəmaz al, pak ol" deməyimiz kimidir. Burada məqsəd qeyd edilən işlərin hamısının yerinə yetirilməsidir. Çünki "vav" (və) bağlaycısı sıralığa dəlalət etmir. Bundan əlavə, rüku və səcdənin mənası təvazökarlıq və özünü kiçiltməkdir və adi rüku və səcdə onun nümunələrindən biri sayılır.
Ali-İmran surəsi, 44-cü ayə
ذَلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ .٤٤
Ayənin tərcüməsi
44\. Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Məryəmi kimin himayəyə götürəcəyini müəyyən etmək üçün qələmlərini suya (püşk) atdıqları zaman, həmçinin (Bəni-İsrail alimlərinin ona qəyyumluq etmək şərəfinə nail olmaq üçün) bir- biri ilə mübahisə etdikləri zaman sən onların yanında deyildin.
Ayənin təfsiri.
Məryəmin qəyyumluğu.
Bu ayə Məryəm barəsində başqa bir hadisəyə işarə edərək buyurur: "Bunlar (Məryəm ilə Zəkəriyyanın hekayəti barədə sənə dediklərimiz) qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik".
Çünki bu hekayətlər təhrif edilmiş keçmiş kitabların heç birində bu cür (düzgün və xurafata bulaşmadan) nəql edilməyib və onun mənbəyi ilahi vəhydir.
Daha sonra buyurur: “Məryəmi kimin himayəyə götürəcəyini müəyyən etmək üçün qələmlərini suya (püşk) atdıqları zaman, həmçinin (Bəni-İsrail alimlərinin ona qəyyumluq etmək şərəfinə nail olmaq üçün) bir-biri ilə mübahisə etdikləri zaman sən onların yanında deyildin".
Bunların hamısını biz sənə vəhy yolu ilə bildirmişik.
Əvvəlki ayələrin təfsirində də qeyd edildiyi kimi, Məryəmin anası körpəsini dünyaya gətirdikdən sonra onu parçaya büküb məbədə gətirdi və üzünü Bəni-İsrailin alim və böyüklərinə tutaraq dedi: "Bu körpə Allah evində xidmət etmək üçün nəzir edilib. Onun qəyyumluğunu öhdənizə götürün”. Məryəm alicənablıq, paklıq və dürüstlükdə məşhur olan ailədən (İmran ailəsindən) olduğu üçün Bəni-İsrail abidləri ona qəyyumluq etməkdə bir-birini qabaqlamağa çalışırdı. Buna görə də püşk atmaqdan başqa çarə qalmadı. Onlar bir çayın kənarına gəldilər və püşk çubuqlarının hər birinə onların birinin adı yazıldı və suya atıldı. Suda batan çubuq qələmin sahibi qalib sayılmırdı. Suyun üstündə ancaq üzərinə Zəkəriyyanın adı yazılmış qələm qaldı. Beləcə, Zəkəriyyanın Məryəmin qəyyumu olması qətiləşdi. Əslində, o, hamıdan layiqli idi. Çünki o, peyğəmbərlik məqamına malik olmaqdan əlavə, həm də Məryəmin xalasının əri idi.
Püşk - ixtilafların son həll yolu!
Bu ayədən, həmçinin "Saffat" və "Yunus" surələrinin ayələrindən belə məlum olur ki, mübahisə zamanı və iş tamamilə dalana dirəndikdə problemin həll edilməsi üçün heç bir yol qalmayanda püşk atmaq olar.
Bu ayələr, həmçinin İslam rəhbərlərindən (ə) nəql edilmiş hədislər İslam mənbələrində “püşkün qaydası”nın İslam hüququnun qanunlarından biri kimi tanınmasına səbəb olub. Lakin püşk işin dalana dirəndiyi hallara aiddir. Əgər problemin həlli üçün başqa yol varsa, püşkdən istifadə etmək olmaz.
İslamda püşk atmağın xüsusi yolu yoxdur. Buna görə də püşk atmaq üçün gizli sövdələşmə və hiylə-kələyə yol vermədən ox, xırda daş, kağız və sairədən istifadə etmək olar.
İslam baxımından püşk atmaqla udub-uduzmaq olmaz. Çünki o, həll edilməsi üçün püşk atmağa məcbur qaldığımız problemli məsələlərdən deyil və həmin yolla əldə edilən qazanc haramdır.
Püşk yalnız insanlar arasındakı mübahisə və ixtilafların həll edilməsi üçün deyil, onunla başqa “düyünlər”i də açmaq mümkündür.
Məsələn, hədislərdə də qeyd edildiyi kimi, əgər azğın bir şəxs qoyunla cinsi əlaqəyə girsə, sonra həmin qoyunu sürünün arasına buraxsa və sürünün arasından həmin qoyunu tapmaq mümkün olmasa, püşk atmaqla qoyunlardan biri sürüdən çıxarılmalıdır. Həmin qoyunun ətini yemək olmaz. Bu kimi hallarda püşk atılmasının səbəbi bütün sürünün kənara qoyulmasının böyük ziyana səbəb olmasıdır, onların hamısının ətini yemək də caiz deyil. Burada püşk atmaq problemi həll edir.
Ali-İmran surəsi, 45 və 46-cı ayələr
إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ .٤٥
وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ .٤٦
Ayələrin tərcüməsi
45\. (Xatırlayın) bir zaman mələklər demişdilər: "Ey Məryəm! Allah səni Öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (əzəmətli varlıq) ilə müjdələyir. O, bu dünyada və axirətdə şan- şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır.
46\. O, beşikdə və yaşa dolduqdan sonra insanlarla danışacaq və layiqli insanlardan olacaqdır".
Ayələrin təfsiri.
Məsihin təvəllüd müjdəsi.
Bu ayədə Məryəmin həyatının digər mühüm bir hissəsinə, yəni oğlu Həzrət Məsihin (ə) təvəllüdünə işarə edilib və bu barədə mühüm məqamlara toxunulub. Əvvəlcə buyurur: "(Xatırlayın) bir zaman mələklər demişdilər: "Ey Məryəm! Allah səni Öz tərəfindən adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (əzəmətli varlıq) ilə müjdələyir”.
"O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır”.
Aşağıda qeyd edilən məqamlara diqqət etmək #### Ayənin təfsirinin təkmilləşməsi üçün faydalı ola bilər.
1\. Bundan başqa iki ayədə də Məsih barəsində "kəlmə" sözü işlədilib. Bu ifadəyə Əhdi-Cədid kitablarında da rast gəlinir.
Həzrət İsaya (ə) “kəlmə” deyilməsinin səbəbi barədə təfsirçilər arasında çoxlu fikirlər mövcuddur. Lakin çox ehtimal ki, onun səbəbi Məsihin (ə) "Onun əmri belədir, bir şeyi (yaratmaq) istədikdə ona təkcə: "Ol!" deyər, o da dərhal olar” ayəsinin şamil olduğu qeyri-adi təvəllüdü, yaxud təvəllüdündən əvvəl Allahın onu bir kəlmə ilə anasına müjdə verməsidir.
Bəlkə də, bu ifadənin işlədilməsinin səbəbi “kəlmə” sözünün Quran terminologiyasında "yaradılmış” mənasında işlədilməsidir. Məsələn, buyurur:
"De: "Əgər Rəbbimin kəlmələrini yazmaq üçün dənizlər mürəkkəb olsa və bir o qədər də ona əlavə etsək belə, Rəbbimin kəlmələri qurtarmadan dənizlər qurtarardı"
Bu ayədə "Rəbbimin kəlmələri" ifadəsində məqsəd Onun yaratdıqlarıdır. Məsih (ə) Allahın yaratdığı ən böyük varlıqlardan olduğu üçün ona “kəlmə” deyilib. Bu ifadə həm də dolayısı ilə İsanın (ə) tanrı olmasını iddia edənlərə cavabdır.
2\. Ola bilər ki, İsaya (ə) mənası “məsh edən (əl sürtən)” və ya “məsh edilən (əl sürtülən)" olan "Məsih" deyilməsinin səbəbi onun ǝlacsız xəstələrə əl çəkərək Allahın əmri ilə şəfa verməsi olsun. Onun belə bir şərəfə nail olması əvvəlcədən müəyyənləşdirildiyi üçün Allah- taala onun adını təvəllüdündən əvvəl "Məsih" qoyub.
Ola da bilər ki, onun belə adlandırılmasının səbəbi Allah-taalanın onu günah və çirkablardan pak etməsi olsun.
3\. Quran bu və digər ayələrdə aşkar şəkildə İsanı (ə) Məryəmin oğlu adlandırıb ki, bu da İsanın (ə) tanrı olmasını iddia edənlərə tutarlı cavabdır. Anadan doğulan, ana bətnində rüşeymlik dövrünün və maddi aləmin bütün dəyişikliklərinə məruz qalan kəs necə tanrı ola bilər?! Axı Allah bütün dəyişikliklərdən uzaqdır!
Sonrakı ayədə Həzrət Məsihin (ə) fəzilət və möcüzələrindən birinə işarə edərək buyurur: “O, beşikdə və yaşa dolduqdan sonra insanlarla danışacaq və layiqli insanlardan olacaqdır”.
"Məryəm” surəsində də qeyd edəcəyimiz kimi, Məryəm dünyaya atasız övlad gətirdiyi üçün məruz qaldığı ittihamları özündən dəf etmək məqsədi ilə Allahın əmri əsasında İsanın (ə) beşiyinə işarə edib, o da dərhal danışmağa başlayıb və fəsahətli və dolğun dil ilə özünün Allah qarşısındakı məqamını, həmçinin peyğəmbərlik məqamını bəyan edib. Belə bir əzəmətli peyğəmbərin napak bətndən dünyaya gəlməsi qeyri- mümkündür. O, bu möcüzə ilə anasının pak və ismətli olmasını sübut edib.
Ayənin ərəbcə orijinalında işlənmiş (məhd) sözünün mənası "körpənin yatması və istirahət etməsi üçün yer"dir. Onun mənası “beşik” mənasına yaxındır. Beşiyin mənasında “yırğalanmaq” da var, lakin (məhd)in mənası ümumidir və o, körpə üçün hazırlanan hər bir yerə şamil olur.
"Məryəm" surəsinin ayələrinin zahirindən məlum olur ki, o, təvəllüdünün ilk günlərindən dil açıb danışmağa başlayıb. Bu uşaqlar üçün ənənəvi hal deyil və möcüzədir. Lakin orta yaşda və yaşa dolduqdan sonra danışmaq tamamilə adi haldır. Ola bilər ki, sözügedən ayədə bu iki halın qeyd edilməsi onun beşikdə olan uşaq kimi deyil, ömrünün kamal həddinə çatdığı vaxt danışdığı kimi dolğun danışmasına işarə olsun.
Onun Məsihin (ə) doğulandan yaşa dolana kimi həmişə haqq söz danışmasına və xalqın doğru yola istiqamətləndirilməsi üçün çalışmasına işarə olması ehtimalı da var.
Bundan əlavə, o, həm də İsa (ə) barəsində proqnoz və onun gələcək ömrünə işarədir. Çünki tarixi məlumatlara görə, Həzrət İsa (ə) bu dünyada yaşa dolmayıb, 33 yaşında olarkən insanların arasından qeybə çəkilib və çoxsaylı hədislərə əsasən, Həzrət Məhdi (ə) zühur edəndə insanların arasına qayıdacaq (və ömrünün əvvəlində olduğu kimi, onlarla danışacaq).
"Layiqli insanlardan olacaqdır" ifadəsindən məlum olur ki, əməlisaleh və ləyaqətli olmaq insana nəsib olan ən böyük iftixardır və sanki bütün insani dəyərlər onda toplanıb.
Ali-İmran surəsi, 47-ci ayə
قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ .٤٧
Ayənin tərcüməsi
47\. (Məryəm:) "Ey Rəbbim! Mənə heç bir insan toxunmadığı halda, necə uşağım ola bilər?" - dedikdə, (Allah) buyurdu: "Belədir, Allah hər istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o da dərhal olar".
Ayənin təfsiri.
Həyat yoldaşım olmadan necə övladım ola bilər?!
Bu ayədə də Həzrət Məryəmin (ə) hekayəti davam etdirilir. O, İsanın (ə) təvəllüd müjdəsini eşidəndə belə deyir: "Ey Rəbbim! Mənə heç bir insan toxunmadığı halda, necə uşağım ola bilər?”
Bu dünya səbəblər dünyasıdır və Allah-taala yaradılışı elə nizama salıb ki, hər bir varlıq bir sıra səbəb və amillər nəticəsində meydana gəlir. Məsələn, uşağın olması üçün cinsi yaxınlıq, ovosit ilə spermatozoidin bir-biri ilə birləşməsi lazımdır. Buna görə də Məryəmin tezliklə uşağının olması xəbərini eşidəndə heyrətlənməsi təəccüblü deyil. Lakin Allah- taala onun bu təəccübünə son qoymaq üçün buyurur: “(Allah) buyurdu: “Belədir, Allah hər istədiyini yaradır”.
Təbiət aləminin nizamı Allah tərəfindən yaradılıb və Onun əmrinə tabedir. Buna görə də O, istəyəndə həmin nizamı dəyişdirə və qeyri- adi səbəblər vasitəsi ilə varlıqlar yarada bilər.
Sonra deyilənləri daha da təkmilləşdirmək üçün buyurur: “O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da dərhal olar.
Şübhəsiz, “ol!” sözü Allahın qəti istəyini bəyan etmək üçündür. Yəni O, bir şeyi istəyən və yaradılış əmri verilən kimi həmin şey dərhal olur.
Bu ayədə Həzrət İsanın (ə) yaradılması barəsində (yəxluqu) (yaradır) ifadəsi işlədilib, lakin Yəhyanın (ə) yaradılması barədə (yǝfǝlu) (edir, yerinə yetirir) ifadəsi işlədilmişdi. Bəlkə də, ifadələrdə olan bu fərqin səbəbi bu iki peyğəmbərin yaradılışı arasında olan fərqə görədir. Çünki onların biri adi, digəri isə qeyri-adi yolla yaradılıb.
Bu ayələrin əvvəlində Məryəm mələklərlə, burada isə Öz Allahı ilə danışır, Ondan cavab eşidir. Sanki o, Allahın pak zatına elə qərq olur ki, Allah-taala vasitələri aradan qaldırır və o, birbaşa yaradılış aləminin mənbəyi ilə əlaqə qurur, heç bir vasitə olmadan istədiyini deyir, istədiyini eşidir. Peyğəmbərlərdən başqasının Allahla danışmasında – əlbəttə, peyğəmbərlik vəhyindən başqa bir şəkildə – heç bir problem yoxdur.
Ali-İmran surəsi, 48 və 49-cu ayələr
وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنْجِيلَ .٤٨
وَرَسُولًا إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَى بِإِذْنِ اللَّهِ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .٤٩
Ayələrin tərcüməsi
48\. Ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək.
49\. Və (onu) İsrail övladına peyğəmbər (təyin edəcək). (İsa onlara deyəcək:) "Mən Rəbbiniz tərəfindən sizə nişanə gətirmişəm. Palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın əmri ilə quş olar. Allahın iznilə anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən yediyiniz və evlərinizdə yığıb saxladığınız şeylərdən də sizə xəbər verərəm. Əgər imanınız olsa, heç şübhəsiz, bunlarda sizin üçün bir dəlil vardır.
Ayələrin təfsiri.
Həzrət İsanın (ə) digər xüsusiyyətləri.
Həzrət İsanın (ə) əvvəlki ayələrdə bəyan edilən dörd xüsusiyyətinin (dünya və axirətdə şan-şöhrətli olmaq, Allah dərgahına yaxınlardan olmaq, beşikdə danışmaq, layiqli və əməlisalehlərdən olmaq) ardınca bu ayədə hər biri bir neçə sifəti özündə ehtiva edən digər iki xüsusiyyətinə işarə edilib.
Əvvəl buyurur: "Ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək".
Ayə əvvəlcə ümumi şəkildə kitab və hikmətin (elmin) öyrədilməsinə işarə edir, sonra kitab və hikmətin iki bariz nümunəsinin, yəni Tövrat və İncilin adını çəkir.
Allah tərəfindən bəşəriyyətə rəhbər təyin edilmiş şəxslər ilk növbədə kifayət qədər elmə malik olmalı, özləri ilə dinamik və qurucu din və qanunlar gətirməlidirlər.
Sonra özünün Allahla əlaqəsini sübut edən aydın dəlillər təqdim edir və bu iki vasitə ilə insanları doğru yola istiqamətləndirmək missiyasını təsbit edir. Sözügedən ayələrdə bu iki mənaya işarə edilib.
Birinci ayədə Həzrət İsanın (ə) elm, hikmət və səmavi kitabından danışılır, ikinci ayədə isə onun bir neçə möcüzəsinə işarə edilir.
Sonrakı ayədə belə buyurur: “Və (onu) İsrail övladına peyğəmbər (təyin edəcək).
İlk baxışda bu cümlədən Həzrət İsanın (ə) ancaq həmin vaxt müxtəlif xurafatlara, əxlaqi və etiqadi çirkinliklərə, kəskin ixtilaflara düçar olmuş İsrail övladlarını dəvət etmək üçün göndərildiyi nəticəsinə gəlmək olar. Bu, Həzrət İsanın “ulul-əzm” olması ilə ziddiyyət təşkil etmir. Çünki "ulul-əzm" peyğəmbər yeni dinə malik peyğəmbərdir və onun missiyasının cahanşümul olub-olmamasının fərqi yoxdur. ("Nurus- səqələyn” təfsirində də Həzrət İsanın (ə) missiyasının İsrail övladlarında məhdudlaşması barədə hədis nəql edilib.)
Lakin bəzi təfsirçilərin nəzərincə, Həzrət İsanın (ə) dəvəti ancaq İsrail övladlarına aid olmayıb, cahanşümul olub. Hərçənd ki İsrail oğulları onun hidayət etməli olduğu şəxslərin arasında ilk sırada olublar.
Mərhum Əllamə Məclisi "Biharul-ənvar" kitabında "ulul-ǝzm" termini barədə bəzi hədislər nəql edib. Onlardan həmin peyğəmbərlərin dəvətinin cahanşümul olması məlum olur!
Ayə daha sonra buyurur: "Mən Rəbbiniz tərəfindən sizə nişanə gətirmişəm”.
O, bir deyil, bir neçə nişanə gətirib. (Buna görə də (ayətin) sözündəki "tənvin" həmin nişanənin bir olmasını deyil, əzəmətli olmasını bəyan etmək üçündür.)
Sonra buyurur: "Palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın əmri ilə quş olar”.
Sözügedən ayədə Həzrət İsanın (ə) möcüzələrini izah edərkən əvvəlcə Allahın əmri ilə cansız varlıqlara həyat verilməsinə işarə edilib. Dünyada varlıqlara tədrici həyat vermək qeyri-adi iş deyil. Çünki hal- hazırda mövcud olan canlı varlıqların hamısı su və torpaqdan yaranıb.
Möcüzə Allah-taalanın min və ya milyon illər ərzində baş verən amilləri bir yerdə toplaması və quş şəklində olan bir heykəlin sürətlə canlı varlığa çevrilməsidir. Bu, həmin möcüzəni gətirən şəxsin təbiət xarici ilə əlaqədə olmaq iddiasının və Allahın sonsuz qüdrətinin nişanəsi ola bilər.
Sonra ikinci möcüzəyə, yəni adi halda çox çətin müalicə edilən və ya ümumiyyətlə əlacı olmayan xəstəliklərin müalicə edilməsinə toxunaraq buyurur: "Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldaram".
Bunlar həmin dövrün insanları, xüsusilə təbib və alimləri üçün inkaredilməz möcüzə olub.
Üçüncü mərhələdə başqa bir möcüzəyə işarə edərək buyurur: "Və Allahın iznilə ölüləri dirildərəm”.
Bu, bütün əsr və zamanlarda möcüzə və xariqüladə iş hesab edilir.
Dördüncü mərhələdə insanların gizli iş və sirlərindən xəbər vermək məsələsinə toxunur. Çünki hər bir kəsin şəxsi həyatında başqalarının bilmədiyi sirlər var. Əgər kimsə əvvəldən heç bir məlumatı olmadan insanların yediyi və ya evdə yığdığı şeylər barədə dəqiq məlumat versə, bu, onun qeyb aləmindən ilham almasının göstəricisidir. Həzrət İsa (ə) buyurur: "Mən yediyiniz və evlərinizdə yığıb saxladığınız şeylərdən də sizə xəbər verərəm”.
Sonra bu möcüzələrin hamısına işarə edərək buyurur: “Əgər imanınız olsa (və həqiqət axtarsanız), heç şübhəsiz, bunlarda sizin üçün bir dəlil vardır.
İncəliklər:
1\. Həzrət İsanın (ə) möcüzələri qeyri-adi olubmu?
Bəzi təfsirçilər (məsələn, “Əl-Mənar” təfsirinin müəllifi) Quranın Həzrət İsa (ə) barəsində nəql etdiyi möcüzəvi işləri fərqli yozmaqda israrlıdırlar. Məsələn, onlar deyirlər ki, İsa (ə) Allahın əmri ilə belə işlər görə bilməsini iddia edib, amma heç vaxt həmin işləri görməyib. Lakin bu ayədə həmin ehtimalı verməyin mümkün olduğunu fərz etsək belə, “Maidə” surəsinin 110-cu ayəsi barədə - “palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürdüyün.....” — əsla belə bir ehtimal vermək mümkün deyil. Çünki Allahın İsaya (ə) verdiyi nemətlərdən biri onun palçıqdan quş düzəltməsi, ona üfürməsi və Allahın izni ilə həmin quşun dirilməsi olub.
Bundan əlavə, bu kimi yozumlara təkid və israr etməyin heç bir dəlil və əsası yoxdur. Çünki məqsəd peyğəmbərlərin gördüyü qeyri- adi işləri inkar etməkdirsə, Quran bu məsələyə dəfələrlə təkid edib.
Tutaq ki, biz onların bir və ya bir neçəsini yozduq, bəs yerdə qalanlar nece olacaq?
Biz Allahı təbiət qanunlarına tabe deyil, hakim hesab edirik. Belǝ olan halda, adi təbiət qanunlarının istisnai hallarda Onun əmri ilə dəyişməsində və qeyri-adi yollarla bəzi hadisələrin baş verməsində nə problem ola bilər?
Əgər onlar bunun Allahın “feili tövhid” sifəti, yaradan olması və şərikinin olmaması ilə ziddiyyət təşkil etdiyini güman edirlərsə, Quran bunun cavabını verib. Çünki bu hadisələrin hamısı hər yerdə Allahın izni ilə şərtlənib. Yəni heç kəs öz gücünə arxalanaraq və Allahın əmri və Onun sonsuz qüdrətindən yardım diləmədən belə işlər görə bilməz. Bu, şirk deyil, tövhidin özüdür.
2\. "Tǝkvini vilayət”.
Sözügedən ayədən və ona bənzər digər ayələrdən belə məlum olur ki, Allahın elçiləri və övliyaları Onun əmri və izni ilə yaradılış aləminə müdaxilə edə və ənənəvi hal və təbii qaydaya zidd işlər görə bilərlər. Çünki birinci şəxsin təkində qeyd edilmiş “sağaldıram” və "ölüləri dirildirəm" kimi ifadələr bu işlərin peyğəmbərlərin özü tərəfindən edilməsinə dəlalət edir. Onları peyğəmbərlərin duası kimi yozmaq və onların işinin başqa şey deyil, yalnız həmin işlərin gerçəkləşməsi üçün dua etməkdən ibarət olduğunu demək əsassız yozumdur. Çünki həmin ifadələrin zahirindən onların yaradılış aləminə müdaxilə etdikləri və həmin işləri gördükləri məlum olur.
Lakin kiminsə peyğəmbərlərin və Allah övliyalarının həmin işləri görməkdə müstəqil olmasını, yaradılış sistemi qarşısında “dəsgah qurmalarını” təsəvvür etməməsi, yaradılışda hər hansı şirk ehtimalının aradan qalxması üçün bu ayələrin bir neçə yerində “Allahın iznilə” ifadəsi işlədilib. (Sözügedən ayədə iki dəfə, “Maidə” surəsinin 110-cu ayəsində dörd dəfə "Mənim iznim ilə” ifadəsi təkrar edilib.) Dini terminologiyada işlənən “təkvini vilayət”in də mənası budur. Yəni peyğəmbərlər və imamlar lazım və zərurət olanda Allahın izni ilə yaradılış aləminə müdaxilə edirlər. Bu, “təşrii vilayət”dən, yəni insanlara rəhbərlik etməkdən, qanunların icra edilməsindən, insanların doğru yola dəvət edilməsi və istiqamətləndirilməsindən üstün bir mərhələdir.
Allah adamlarının “təkvini vilayət”ini inkar edənlərin və onu bir növ şirk sayanların cavabı da deyilənlərdən məlum olur. Çünki heç kəs peyğəmbər və imamların Allah qarşısında müstəqil işgörmə qabiliyyətinə inanmır. Onlar bu işlərin hamısını Allahın əmri va icazəsi ilə həyata keçirirlər.
"Təkvini vilayət”i inkar edənlər: “Peyğəmbərlərin işi ancaq Allahın hökmlərini təbliğ etmək və insanları Allaha tərəf dəvət etməkdir; peyğəmbərlər bəzən də yaradılışa aid işlər barəsində duadan istifadə ediblər; onların əlindən bundan artıq iş gəlmir" deyirlər. Halbuki sözü-gedən ayə və digər ayələr bundan başqa şey deyir.
Həmçinin peyğəmbərlərin möcüzələri Allahın əmri və istəyi ilə gerçəkləşsə də, onların çoxu peyğəmbərlərin özü tərəfindən yerinə yetirilib. Əslində, belə demək olar ki, möcüzə həm peyğəmbərlərin işidir (çünki onların özü tərəfindən yerinə yetirilir), həm də Allahın işi. Çünki onlar Allahın qüdrətindən yardım almaqla və Onun izni ilə gerçəkləşir.
3\. Bu ayədə "Allahın izni” ifadəsi bir neçə dəfə təkrar edilib ki, İsanın (ə) tanrı olması iddiası edənlərin bəhanəsi qalmasın və insanlar onu tanrı hesab etməsinlər. Həmin ifadənin qeybdən xəbər vermək məsələsində təkrar edilməməsinin səbəbi məsələnin aydınlığına görədir.
Ali-İmran surəsi, 50 və 51-ci ayələr
وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُمْ بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ .٥٠
إِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ .٥١
Ayələrin tərcüməsi
50\. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edirəm. (Etdiyiniz zülm və günah nəticəsində) sizə haram edilmiş şeyləri (bəzi heyvanların və balıqların ətini) halal etmək üçün (gəlmişəm). Sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirmişəm. Buna görə də Allahdan qorxun və mənə itaət edin!
51\. Allah mənim də Rəbbimdir, sizin də. Ona ibadət edin! Budur doğru yol!
Ayələrin təfsiri.
Budur doğru yol!
Bu ayələr də Həzrət İsanın (ə) sözlərinin davamıdır. O, burada peyğəmbərliyinin bəzi məqsədlərini açıqlayaraq buyurur: “Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edirəm”. Həmçinin “(etdiyiniz zülm və günah nəticəsində) sizə haram edilmiş şeyləri (məsələn, haram edilmiş dəvə ətini, bəzi heyvanların piyini, bəzi quş və balıqların ətini) halal etmək üçün (gəlmişəm).
Bu cümlə "Nisa" surəsinin 160-cı ayəsində qeyd edilən hökmə işarədir. Orada buyurur:
"Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə onlara halal edilmiş gözəl (təmiz, halal) nemətlərin bir hissəsini haram etdik".
Lakin Həzrət İsanın (ə) zühuru ilə bu böyük peyğəmbərə iman gətirməyin mükafatı olaraq həmin qadağalar aradan qalxdı.
Sonra buyurur: “Sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirmişəm”.
Bu cümlə əvvəlki ayədə Həzrət İsanın (ə) möcüzələri barədə nəql edilənlərə təkiddir və xırdalıqları ilə qeyd edilmiş həmin məsələyə ümumi işarə edir.
Ayənin sonunda belə buyurur: “Buna görə də Allahdan qorxun və mənə itaət edin!”
Sonrakı ayədə hər hansı bir qaranlıq məqamın qalmaması, hansısa yanlışlığa yol verilməməsi və onun istisnai təvəllüdünün tanrı hesab edilməsinə bəhanə edilməməsi üçün Həzrət İsanın (ə) dilindən belə nəql edilir: "Allah mənim də Rəbbimdir, sizin də. Buna görə də (nə mənə, nə də başqasına deyil,) Ona ibadət edin! Budur doğru yol (şirk, dualizm, politeizmdən uzaq tövhid və monoteizm yolu)!"
Quranın digər ayələrində də Həzrət İsanın (ə) özünün Allaha bəndə olması məsələsinə təkid etməsinə çox rast gəlmək mümkündür. Bundan fərqli olaraq, təhrif edilmiş mövcud incillərdə İsanın (ə) Allah barəsində çox vaxt "ata” sözündən istifadə etdiyi deyilir. Lakin Quran onun dilindən Allah barəsində "Rəbb" və ona bənzər sözlər nəql edir. Bu da o Həzrətin şirk və onun tanrı hesab edilməsi ilə mübarizə məsələsinə olduqca çox diqqət yetirməsinə dəlalət edir. Buna görə də İsa (ə) insanların arasında olduğu müddətcə heç kəs onu tanrılardan biri kimi təqdim etməyə cürət etməyib. Hətta İsanın (ə) tövhid barəsindəki təlimləri azğınlara ondan sonrakı iki əsr müddətində şirkə bulaşmış etiqadlar izhar etmək icazəsi verməyib. Xaçpərəst tədqiqatçıların nəzərincə, üç üqnuma və üç tanrı etiqadı milad təqvimi ilə üçüncü əsrdən sonra yaranıb. ("Nisa" surəsinin 171-ci ayəsinin təfsirində bu barədə daha ətraflı izah veriləcək.)
Ali-İmran surəsi, 52-54-cü ayələr
فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ .٥٢
رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ .٥٣
وَمَكَرُوا وَمَكَرَ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ .٥٤
Ayələrin tərcüməsi
52\. İsa onların küfrünü (qarşı çıxdıqlarını) hiss etdikdə: "Allah yolunda (Onun dininin təbliğində) kim mənim köməkçim olacaq?" - deyə soruşdu. Həvarilər dedilər: "Biz Allahın köməkçiləriyik! Allaha iman gətirmişik. Sən də şahid ol ki, biz müsəlman olmuşuq!
53\. Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbər(in)ə tabe olduq. Artıq bizləri şahid olanlar zümrəsinə yaz!"
54\. (İsanın düşmənləri onu aradan götürmək üçün) plan cızdılar. Allah da (İsanı və dinini qorumaq üçün) tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır.
Ayələrin təfsiri.
İsanın (ə) həvarilərinin müqaviməti.
Bu ayələr də İsanın (ə) dəvəti və onun həyat hekayəti mövzusunu davam etdirir.
Yəhudi cəmiyyəti Musanın (ə) verdiyi xəbər və müjdəyə əsaslanaraq İsanın (ə) zühur edəcəyini gözləyirdi. Lakin o gələndən sonra Bəni-İsrail azğınlarından ibarət bir dəstənin qeyri-qanuni mənafeyi təhlükəyə düşdü və İsanın (ə) ətrafında məhdud bir dəstə qaldı. Onun dininə tabe olmağın mövqe, məqam və mənafelərinə təhlükə yaradacağını güman edənlər onu qəbul etməkdən imtina etdilər.
Birinci ayə həmin məsələni nəzərdə tutaraq buyurur: “İsa onların küfrünü (qarşı çıxdıqlarını) hiss etdikdə: "Allah yolunda (Onun dininin təbliğində) kim mənim köməkçim olacaq?” – deyə soruşdu”.
Həmin çağırışa yalnız azsaylı bir dəstə müsbət cavab verdi. Onlar Quranın "həvarilər" adlandırdığı pak insanlardır. İsanın (ə) xüsusi şagirdləri olan "həvarilər dedilər: “Biz Allahın köməkçiləriyik! Allaha iman gətirmişik. Sən də şahid ol ki, biz müsəlman və haqq dinə tabe olmuşuq!”
Həvarilər Həzrət İsanın (ə) cavabında “biz sənin yavərinik” demirlər, özlərinin tövhid və ixlasın ən yüksək mərtəbəsinə malik olmalarını və sözlərində heç bir şirkin olmadığını sübut etmək üçün belə deyirlər: "Biz Allahın köməkçiləriyik! Allaha iman gətirmişik. Sən də şahid ol ki, biz müsəlman olmuşuq". Sanki onlar da gələcəkdə azğın insanların İsanın (ə) tanrı olması iddiasını edəcəklərini hiss edirdilər.
Sözügedən ayədə "İslam" sözünün işlədilməsi İslamın bütün peyğəmbərlərin dini olmasına dəlalət edir.
Həzrət İsa (ə) həmin vaxt öz xalis dostları ilə düşmən və münafiqləri bir-birindən ayırdı ki, öz işlərini dəqiq proqramlaşdırsın, qaydasına salsın. Buna bənzər işi Həzrət Peyğəmbər (s) də “Əqəbə beyəti"ndə edib.
Sonrakı ayələrdə nəql edilən cümlələr həvarilərin son dərəcə ixlasa malik olmalarından xəbər verir. Onlar Həzrət İsanın (ə) çağırışını qəbul etdikdən və ona kömək etməyə hazır olduqlarını elan edəndən sonra öz imanlarını Allaha təqdim edərək belə deyirlər: “Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbər(in)ə tabe olduq. Artıq bizləri şahid olanlar zümrəsinə yaz.”
Onlar əvvəlcə nazil olana imanlarını izhar edirlər. Lakin yalnız iman yetərli olmadığı üçün ilahi göstərişlərə əməl etmək və Həzrət İsaya (ǝ) tabeçilik məsələsini də qeyd edirlər. Çünki iman insanın ruhuna və canına hopandan sonra özünü əməldə büruzə verir. Əməlsiz iman həqiqi deyil, xəyali iman ola bilər. Sonra Allahdan onların adını şahidlərin bu dünyada ümmətlərə rəhbərlik, axirətdə şəfaət və əməllərə şahidlik məqamına malik şəxslərin sırasına yazmasını istəyirlər.
Həvarilərin imanı barədə izah verəndən sonra yəhudilərin şeytani planlarına işarə edərək belə buyurur: “(Yəhudilər və İsanın düşmənləri onu aradan götürmək və dininə son qoymaq üçün) plan cızdılar. Allah da (İsanı və dinini qorumaq üçün) tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır”.
Şübhəsiz, Allahın tökdüyü tədbirlər bütün planlardan üstündür. Çünki onların məlumatı az və məhdud, Allahın elmi isə sonsuzdur. Həmçinin onların öz planlarını həyata keçirmək gücləri az, Allahın qüdrəti isə sonsuzdur.
İncəliklər:
1\. Həvarilər kimlər idilər?
Ayənin ərəbcə orijinalında işlənmiş (havariyyun) sözü "hǝvariyy" sözünün cəmidir. Onun kökü (həvər) sözü, mənası isə "yuyub ağartmaq"dır. Bəzən o, hər hansı bir ağ şey barǝsində də işlədilir. Buna görə də ərəblər ağ rəngli yeməklərə “həvari” deyirlər. Cənnət hurilərinə "huri” deyilməsinin səbəbi də onların dərilərinin ağ olması və ya gözlərinin ağlığının çox parlaq (gözlərinin qaralığının çox qara) olmasıdır.
Həzrət İsanın (ə) şagirdlərinin belə adlandırılmasının səbəbi barədə müxtəlif ehtimallar verilib. Lakin onların arasında daha münasib görünəni və imamlardan nəql edilmiş hədislərdə də qeyd ediləni onların pak qəlb və təmiz ruha malik olmalarından əlavə, başqalarını paklaşdırmaq, düşüncələrə aydınlıq gətirmək, insanları günahlardan uzaqlaşdıraraq təmizliyə çıxarmaq istiqamətində çox çalışmaları olub.
“Üyuni əxbar ər-Rza” kitabında belə nəql edilib: İmam Əli ibn Musa Rzadan (ə) həvarilərin nə üçün belə adlandırılmasının səbəbi soruşulub və o Həzrət (ə) belə buyurub: “Bəziləri elə bilir ki, onlar paltar yumaqla məşğul olublar. Lakin bizim nəzərimizcə, onların belə adlandırılmasının səbəbi onların həm özlərini günahdan pak saxlamaları, həm də başqalarını paklaşdırmaq istiqamətində çalışmaları olub".!
2\. Quran və İncildə həvarilərin təsviri.
Quran "Sǝff" surəsinin 14-cü ayəsində həvarilərdən və onların imanından bəhs edib. Lakin İncildə həvarilər barədə işlədilmiş cümlələrdən onların hamısının İsa barəsində xətaya yol verdikləri məlum olur.
Matvey və Luka incillərinin 6-cı fəslində həvarilərin adı belə qeyd edilir: 1. Pyotr, 2. Andrey, 3. Yaqub, 4. İohan, 5. Filip, 6. Bartalmay, 7. Tomas, 8 Matvey, 9. Halfay oğlu Yaqub, 10. "Təəssübkeş" ləqəbli Şimon, 11. İsaya xəyanət edən Yəhuda İskaryot.
Məşhur təfsirçi Təbərsi "Məcməül-bəyan” təfsirində belə yazıb: "Həvarilər Həzrət İsa (ə) ilə səfərlərə gedərdilər və onlar acanda və ya susayanda Allahın əmri ilə onlara hazır yemək və su gələrdi. Onlar bunu özləri üçün böyük şərəf hesab edərdilər. Onlar Həzrət İsadan soruşurlar: "Görəsən, bizdən üstün adam var?” Həzrət İsa belə deyir: "Bəli, sizdən üstün öz əli ilə işləyən və öz qazancını yeyən kəsdir”. Bundan sonra onlar paltar yuyub bunun qarşılığında pul almaqla məşğul olmağa başlayıblar (və əməli şəkildə işləmək və çalışmağın eyib olmadığını hamıya göstəriblər)”.
3\. Ayənin ərəbcə orijinalında Allah barəsində işlənmiş “məkr” sözünün mənası nədir?
Ərəb dilində (məkr) sözünün mənası Azərbaycan dilində işlənən “məkr” sözündən fərqlidir. Azərbaycan dilində “məkr” deyilərkən şeytani və ziyanverici planlar nəzərdə tutulur. Halbuki ərəb dilində hər hansı bir işə çarə qılmağa “məkr” deyirlər və o, xeyirli də ola bilər, zərərli də. Rağib “Müfrədat” kitabında belə yazır: “Məkr birini məqsədindən (istər məqsədi yaxşı olsun, istərsə də pis) daşındırmaqdır".
Qurani-Kərimdə də (makir) (məkr edən) sözü bəzən (xeyir), bəzən də (səyyi) (pis) sözü ilə birgə işlədilib. Məsələn, buyurur: “Allah tədbir görənlərin ən yaxşısıdır”.
Həmçinin “Pis plan və fikirlər yalnız öz sahiblərini yaxalayar".
Buna görə də "məkr" sözünün Allah barəsində işlədildiyi sözü- gedən ayədə və digər çoxsaylı ayələrdə məqsəd budur ki, İsanın düşmənləri öz şeytani planları ilə bu ilahi dəvətin qarşısını almaq istəyirdilər, lakin Allah-taala Öz elçisinin canını qorumaq və onun dininin inkişafı üçün tədbir tökdü və onların planlarını puç etdi. "Məkr" sözünün Allah barəsində işləndiyi digər yerlərdə də buna bənzər məna nəzərdə tutulur.
Ali-İmran surəsi, 55-ci ayə
إِذْ قَالَ اللَّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُوا وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُوا إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ .٥٥
Ayənin tərcüməsi
55\. (Xatırlayın!) O vaxt Allah İsaya buyurdu: “Ya İsa, Mən səni alıb Özümə doğru qaldırıram və səni kafirlərdən pak edirəm. Sənə tabe olanları Qiyamət gününə qədər kafirlərdən üstün edirəm. Sonra siz Mənim hüzuruma qayıdacaqsınız. İxtilaf etdiyiniz məsələ barəsində aranızda Mən hökm verəcəyəm!"
Ayənin təfsiri.
İsanın Allaha tərəf qayıtması.
Bu ayə də Həzrət İsanın (ə) həyatına aid ayələrin davamıdır. İslam təfsirçiləri arasında "Nisa" surəsinin 157-ci ayəsinə istinad edilərək məşhur olan nəzər Həzrət İsanın (ə) əsla öldürülmədiyi və (yəhudilərin bəzi xəyanətkar xaçpərəstlərlə birlikdə hazırladığı məkrli plandan xilas olaraq) Allah tərəfindən qeybə çəkilməsidir.
Hərçənd ki xaçpərəstlər mövcud incillərə istinad edərək onun öldürüldüyünü, dəfn edildiyini, sonra ölülərin arasından qalxıb bir müddət yer üzündə yaşadığını və sonra da göyə qalxdığını deyirlər.
Sözügedən ayə də bunu bəyan edərək buyurur: “(Xatırlayın!) O vaxt Allah İsaya buyurdu: “Ya İsa, Mən səni alıb Özümə doğru qaldırıram”.
Bəziləri ayənin ərəbcə orijinalında işlənmiş (mutəvəffikǝ) sözünün kökünün (vəfat) sözü olduğunu güman edirlər. Buna görə də onlar bu ayənin müsəlmanlar arasında Həzrət İsanın (ə) ölməməsi və diri olması barəsindəki məşhur nəzərlə ziddiyyət təşkil etdiyini düşünürlər.
Lakin bu, onların güman etdiyi kimi deyil. Çünki ərəb dilində (faut) sözünün mənası “əldən çıxmaq"dır. Lakin (təvəffa) sözünün kökü (vəfa) sözüdür və onun mənası bir şeyi “təkmilləşdirmək”dir. Əhd-peymana əməl edilməsinə (vəfa) deyilməsinin səbəbi də verilən vədin təkmilləşdirilməsi və sona çatdırılmasıdır. Həmçinin ərəblər alacağı olan şəxsin qarşı tərəfdən alacağını tam almasına (təvəffa dəynəhu) deyirlər. (təvəffa) sözü Quran ayələrində də dəfələrlə “almaq” mənasında işlədilmişdir. Məsələn, buyurur:
"Gecə (yuxuda) ikən sizi (sizin ruhunuzu, canınızı) alan, gündüz isə nə etdiyinizdən xəbərdar olan Odur".
Bu ayədə yuxu barəsində (təvəffa) sözü “ruh və canın alınması" mənasında işlədilmişdir. Bu məna "Zumǝr" surəsinin 42-ci, həmçinin Quranın digər ayələrində də işlədilmişdir. (təvəffa) sözü bəzən “ölüm” mənasında da işlədilib və (mutəvəffa) sözünün mənası “ölü"dür. Lakin həmin yerlərdə də o, “ölüm” mənasında deyil, “ruhun təhvil alınması” mənasındadır. Ümumiyyətlə, (təvəffa) sözündə “ölüm” mənası yoxdur və (faut) sözü ilə (vəfa) sözü bir-birindən tam fərqlidir.
Deyilənləri nəzərə aldıqda sözügedən ayənin və Allah-taalanın “ya İsa, Mən səni alıb Özümə doğru qaldırıram” kəlamının mənası tam aydın olur. (Əgər (təvəffa) sözünün mənası yalnız “ruhun alınması” olsa, o, fiziki ölüm ilə nəticələnir.)
Sonra buyurur: “Və səni kafirlərdən pak edirəm". Bu paklıqda məqsəd ya murdar və imansız insanların əlindən, ya da onun dininin qalib gəlməsindən sonra yaranan nalayiq böhtan və məkrli planlardan xilas olmaqdır. “Fəth" surəsinin 1 və 2-ci ayələrində İslam Peyğəmbəri (s) barəsində belə oxuyuruq:
"Biz sənə aydın bir qələbə verdik ki, Allah sənə aid edilən əvvəlki və sonrakı günahları bağışlasın”.
Yəni səni keçmişdə nisbət verdikləri və gələcək üçün də zəmin yaratdıqları günahlardan pak etsin.
Ola da bilər ki, onun pak edilməsində məqsəd Həzrət İsanın (ə) həmin kirli mühitdən çıxarılması olsun.
Daha sonra buyurur: "Sənə tabe olanları Qiyamət gününə qədər kafirlərdən üstün edirəm”.
Bu, Allah tərəfindən Həzrət İsaya (ə) və onun davamçılarına verilən müjdədir. Allah-taala bu müjdəni onların tutduqları yola inamlarının artması üçün verir. Bu ayə Quranın möcüzəvi və qeyb xəbəri verən ayələrindəndir. Buyurur ki, İsanın (ə) davamçıları həmişə, o Həzrətə qarşı çıxan yəhudilərdən üstün olacaqlar.
Biz bunun canlı şahidiyik. Yəhudi və sionistlər xaçpərəstlərin dəstəyi olmadan öz siyasi-ictimai həyatlarını hətta bir gün belə davam etdirə bilməzlər. Burada "kafirlərdən" deyilərkən Həzrət İsaya (ə) kafir olmuş yəhudilər nəzərdə tutulur.
Ayənin sonunda buyurur: "Sonra siz Mənim hüzuruma qayıdacaqsınız. İxtilaf etdiyiniz məsələ barəsində aranızda Mən hökm verəcəyəm!”
Yəni deyilən qələbələr bu dünyaya aiddir, son mühakimə və əməllərin nəticəsinin əldə edilməsi isə axirətdə olacaq.
İncəlik:
İsanın (ə) dini dünyanın sonuna kimi qalacaqmı?
Bu ayədən yəhudilərlə xaçpərəstlərin Qiyamətə kimi dünyada mövcud olacaqları və bu iki dinin həmişə öz həyatını davam etdirəcəyi məlum olur. Halbuki biz Həzrət Məhdinin (ə) zühuru barəsindəki hədislərdən o Həzrətin bütün dinləri öz nüfuzu altına alacağını oxuyuruq. (Bu iki mənanı bir-biri ilə necə uzlaşdırmaq olar?)
Əslində, həmin hədislərə diqqət etsək, bu sualın cavabı aydın olar. Çünki biz Həzrət Məhdinin (ə) zühuruna aid hədislərdə oxuyuruq ki, şəhər və çöllərdə tövhidin daxil olmadığı bir ev qalmayacaq. Yəni İslam rəsmi din olaraq bütün dünyanı əhatə edəcək və hakimiyyət vahid İslam hökuməti olacaq, dünyada İslam qanunlarından başqa qanunlar işləməyəcək. Buna baxmayaraq, Həzrət Məhdinin (ə) hakimiyyəti altında azlıq təşkil edən yəhudi və xaçpərəstlərin “zimmə əhli” şərtləri çərçivəsində yaşamasında bir problem yoxdur. Çünki Həzrət Məhdi (ə) insanları zorla İslama sövq etməyəcək, əksinə, məntiqlə hərəkət edəcək. O, güc və silahdan ədalətin bərqərar olunması, zalım hökumətləri devirmək və dünyanı İslamın ədalət bayrağı altına daxil etmək üçün istifadə edəcək, bu dini məcbur qəbul etdirmək üçün yox. Əgər belə olmasa, azadlıq və ixtiyarın mənası olmaz.
Ali-İmran surəsi, 56-58-ci ayələr
فَأَمَّا الَّذِينَ كَفَرُوا فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ .٥٦
وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ .٥٧
ذَلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الْآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ .٥٨
Ayələrin tərcüməsi
56\. "Kafirlərə (Haqqı tanıdıqdan sonra onu inkar edənlǝrǝ) gəldikdə onlara dünyada və axirətdə ağır cəza verəcəyəm. Onların heç bir köməkçisi yoxdur!"
57\. İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevmaz!
58\. Bu söylədiklərimiz (sənin haqq olduğunu ifadə edən) əlamətlərdəndir və hikmətli xatırlamadır.
Ayələrin təfsiri.
Həzrət İsanın (ə) davamçılarının və düşmənlərinin aqibəti Birinci və ikinci ayələr Həzrət İsaya (ə) əvvəlki ayələrdə davamçı və düşmənləri barəsində edilmiş xitabın davamıdır.Üçüncü ayə isə Həzrət Peyğəmbərə (s) xitabdır.
Birinci ayədə insanların Allahın hüzuruna dönəndən və Allah insanların arasında hökm çıxarandan sonra cərgələrin ayrılacağı buyurulur: “Kafirlərə (Haqqı tanıdıqdan sonra onu inkar edənlərə) gəldikdə onlara dünyada və axirətdə ağır cəza verəcəyəm. Onların heç bir köməkçisi yoxdur!”
Bu ayədə onlara axirət əzabından əlavə, bu dünyada da şiddətli əzab verilməsinə işarə edilmişdir. Bu əzab kafirləri, haqq-ədalət düşmənlərini əhatə edəcək və heç kəs onları himayə etmək qüdrətinə malik olmayacaq.
Sonra ikinci dəstəyə işarə edərək buyurur: “İman gətirib yaxşı İşlər görənlərə gəldikdə isə (Allah) onların mükafatlarını tamamilə verəcəkdir”.
Sonra bir daha təkid edir: “Allah zülm edənləri sevməz!"
Kafirlərin aqibətinin möminlərdən əvvəl qeyd edilməsinin səbəbi Həzrət İsaya (ə) kafir olanların çoxluq təşkil etməsidir.
Həmçinin birinci ayədə dünya əzabına işarə edilməsindən kafirlərin (burada məqsəd yəhudilərdir) elə bu dünyada da şiddətli cəzalara düçar olacaqları məlum olur. Yəhudi xalqının tarixi bu iddianın canlı şahididir.
Birinci ayədə onların ancaq küfrünə işarə edilib, lakin ikinci ayədə imanla saleh əməl birlikdə qeyd edilib. Bu, küfrün təklikdə ilahi ǝzaba səbəb olmasına, imanın isə təklikdə ilahi nemətlərdən kamil bəhrələnmək üçün yetərli olmamasına, saleh əməlin də lazım olmasına işarədir. Həmçinin “Allah zülm edənləri sevməz!" cümləsi sanki geniş mənada “zülm” sözünün küfr və pis əməllərin bütün növlərini ehtiva etməsinə işarədir. Şübhəsiz, zalımları sevməyən Allah bəndələrinə əsla zülm etməyəcək və onların əməlinin qarşılığını kamil şəkildə verəcək.
Əvvəlki ayələrdə Həzrət İsanın (ə) hekayətini və onun macəralı tarixçəsinin bir hissəsini nəql edəndən sonra sonuncu ayədə Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “Bu söylədiklərimiz (sənin haqq olduğunu ifadə edən) əlamətlərdəndir və hikmətli xatırlamadır".
Quran ayələri olaraq sənə nazil olan bu sözlər puçluq və xurafatdan tam uzaqdır. Halbuki başqaları bu böyük peyğəmbərin hekayətini uydurma əfsanə, xurafat və bidətlə qarışdırıblar.
Ali-İmran surəsi 59, 60-cı ayələr
إِنَّ مَثَلَ عِيسَى عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُنْ فَيَكُونُ .٥٩
الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُنْ مِنَ الْمُمْتَرِينَ .٦٠
Ayələrin tərcüməsi
59\. Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "Mövcud ol!” – dedi, o da dərhal oldu. (Buna görə də İsanın dünyaya atasız gəlməsi onun tanrı olmasına dəlalət etmir.)
60\. Bunlar sənin Rəbbin tərəfindən olan bir həqiqətdir. Buna görə də şübhə edənlərdən olma!
Ayələrin nazilolma səbəbi.
Bu surənin böyük bir hissəsi Nəcran xaçpərəstlərinə cavab olaraq nazil olub. Çünki onlar böyüklərindən bir neçəsinin müşayiəti ilə altmış nəfərlik bir heyətlə İslam Peyğəmbəri (s) ilə danışıqlar aparmaq üçün Mədinəyə gəlmişdilər. Həmin söhbətdə toxunulan məsələlərdən biri də onların Həzrət Peyğəmbərdən: "Bizi nəyə dəvət edirsən?” – deyə soruşduqları sual olub.
Həzrət Peyğəmbər (s) buyurub: “Tək olan, tərəfindən insanlara doğru göndərildiyim və (digər insanlar kimi olan və başqaları kimi yemək yeyən) İsanın (ə) da Onun bəndələrindən biri olduğu Allaha tərəf!”
Xaçpərəstlər Həzrət Peyğəmbərin (s) bu sözünü qəbul etməyiblər və İsanın (ə) atasız doğulmasını onun tanrı olmasına dəlil kimi gətiriblər. Həmin vaxt sözügedən ayə nazil olub və onlara cavab verilib. Onlar verilən bu cavabı da qəbul etməyəndən sonra “mübahilə”yə dəvət ediliblər. Biz tezliklə onun barəsində geniş izah verəcəyik!
Ayələrin təfsiri.
İsanın (ə) tanrı olmasının inkarı.
Bu ayələr Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini onun Allahın övladı, yaxud tanrı olmasının dəlili hesab edənlərə cavabdır. Birinci ayədə belə buyurur: “Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "Mövcud ol!" dedi, o da dərhal oldu.
Quran bu qısa və aydın dəlil ilə onların iddiasına cavab verir ki, İsanın (ə) atasız doğulmasında təəccüblü bir şey yoxdur və bu, onun Allahın oğlu və ya Allahın özü olmasına dəlalət etmir. Çünki Adəmin (ə) yaradılışı ondan da təəccüblü olub. O, dünyaya həm atasız, həm də anasız gəlib. Allahın istək və iradəsi qarşısında istənilən iş asandır və hər hansı bir şeyin mövcud olması üçün Onun bircə "mövcud ol!" deməsi kifayətdir.
Çətin və asan məsələsi məhdud qüdrətə malik yaradılmışlara aiddir. Qüdrəti məhdud olmayan kəs üçün işlərin “çətin” və “asan" kateqoriyalarına bölünməsi mənasızdır. Onun üçün bir yarpaq yaratmaqla minlərlə kilometrlik meşə, yaxud bir toz dənəsi yaratmaqla Günəş sistemini yaratmaq eynidir.
İkinci ayədə əvvəlki ayələrdə deyilənlərə təkid etmək üçün buyurur: "Bunlar (Həzrət İsa (ə), onun necə dünyaya gəlməsi və məqamı barədə deyilənlər) sənin Rəbbin tərəfindən olan bir həqiqətdir. Buna görə də şübhə edənlərdən olma!”
Ayənin ərəbcə orijinalında işlənmiş "Rəbbin tərəfindən olan bir həqiqətdir” ifadəsi barədə təfsirçilər iki ehtimal veriblər. Birinci ehtimal onun mübtəda və xəbərdən ibarət olmasıdır. (Ərəb dili qrammatikası baxımından (ǝl-hǝqq) mübtəda, (min Rəbbikǝ) xəbərdir.) Bu halda onun mənası “haqq həmişə Rəbbin tərəfindəndir” olacaq. Çünki “haqq”ın mənası “gerçəklik"dir və "gerçəklik" varlığın özüdür, varlıqların hamısı Onun vücudundan qaynaqlanır. “Batil” isə "yoxluq"dur və Onun zatına yaddır.
İkinci ehtimal isə həmin ifadənin atılmış mübtədanın “ذلك الأخبار” (zalikəl-əxbaru) (bu xəbərlər) ifadəsinin xəbəri olmasıdır. Bu zaman ayənin mənası belə olur: "Sənə verilən bu xəbərlərin hamısı sənin Rəbbin tərəfindən olan həqiqətlərdir”. Bu mənaların hər ikisi ayə ilə uyğun gəlir.
Ali-İmran surəsi, 61-ci ayə
فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ .٦١
Ayənin tərcüməsi
61\. (İsa haqqında) sənə çatan məlumatdan sonra səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra nifrin edib yalançılara Allahın lənət etməsini diləyək!"
Ayənin nazilolma səbəbi.
Bu və bundan əvvəlki ayələr Aqib, Seyyid və onları müşayiət edən şəxslərdən ibarət Nəcran nümayəndə heyəti barədə nazil olub. Onlar Həzrət Peyğəmbərin (s) yanına gələrək belə deyiblər: "Heç atasız uşağın dünyaya gəldiyini görmüsən?!" Həmin vaxt "Allah yanında İsa da Adəm kimidir..." ayəsi nazil olub.
Həzrət Peyğəmbər (s) onları "mübahilə"yə dəvət edərkən o Həzrətdən (s) həmin günün səhərisinə kimi möhlət istəyiblər. Onlar Nəcranın böyük şəxsiyyətlərinə müraciət etdikdən sonra yepiskopları (böyük ruhaniləri) onlara belə deyib: “Sabah Muhəmmədə diqqət edin. Əgər mübahiləyə öz övladları və ailəsi ilə gəlsə, onunla mübahilə etməkdən çəkinin. Lakin səhabələri ilə gəlsə, onunla mübahilə edin. Çünki elə olsa, deməli, "boğçasında" bir şey yoxdur”.
Səhəri gün Həzrət Peyğəmbər (s) Əli ibn Əbu Talibin (ə) əlindən tutmuş halda, Həsənlə Hüseyn onların qabağında, Fatimə (ə) isə arxa- larında gəlir. Xaçpərəstlər isə yepiskopları qabaqda olmaqla gəlirlər. O, Həzrət Peyğəmbərin (s) bir neçə nəfərlə gəldiyini görüb onların kimliyini soruşur. Ona deyirlər ki, bu, Peyğəmbərin əmisi oğlu, kürəkəni və Allahın yaratdıqları içində ən çox sevdiyi şəxsdir, o iki oğlan onun qızının Əlidən (ə) olan uşaqlarıdır. O gənc xanım da Peyğəmbərə ən əziz, onun ürəyinə ən yaxın olan şəxs qızı Fatimədir (ə)...
Seyyid yepiskopa deyir: "Mübahilə etmək üçün önə keç”.
O deyir: "Mən mübahiləyə tam cürətlə gəlmiş bir sima görür, onun doğruçu olmasından qorxuram. Əgər o doğruçu olsa, and olsun Allaha, yer üzündə bir il müddətinə bir nəfər də xaçpərəst qalmaz".
Yepiskop İslam Peyğəmbərinə (s) deyir: "Ey Əbülqasim, biz səninlə mübahilə etməyəcəyik, sülh edəcəyik, bizimlə sülh et". Həzrət Peyğəmbər (s) onlarla iki min "hüllə” (bir paltarlıq yaxşı parça) – hər hüllənin minimum qiyməti qırx dirhəm olmaqla və Yəməndə müsəl- manlara qarşı fitnə yaranacağı təqdirdə, müvəqqəti istifadə üçün otuz dəst zireh, otuz ədəd nizə və otuz baş at vermək şərti ilə sülh edir. Həzrət Peyğəmbər (s) müvəqqəti istifadəyə götürülən malların geri qaytarılmasına zəmanət verir və bu barədə əhdnamə yazılır.
Hədislərin birində yepiskopun belə deməsi nəql edilib: “Mən elə bir simalar görürəm ki, əgər onlar Allahdan dağları yerindən qoparmasını istəsələr, qoparar. Heç vaxt onlarla mübahilə etməyin, yoxsa məhv olarsınız və yer üzündə bir nəfər də olsun xaçpərəst qalmaz”.
Ayənin təfsiri.
Nǝcran xaçpərəstləri ilə mübahilə.
Həzrət İsanın (ə) tanrılığını inkar edən ayələrin davamı olaraq bu ayədə Həzrət Peyğəmbərə (s) belə göstəriş verilir: “(İsa haqqında) sənə çatan məlumatdan sonra (yenə) səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü (canımız yerində olanları), siz də özünüzü çağıraq! Sonra nifrin edib yalançılara Allahın lənət etməsini diləyək!”
Burada "mübahilə" deyilərkən həmin şəxslərin bir yerə toplaşıb bir- birinə nifrin edərək ayrılması nəzərdə tutulmur. Çünki öz-özlüyündə bu əməlin heç bir faydası olmaz. Onda məqsəd həmin nifrinin öz təsirini göstərməsi və onun təsirinin zahir olması ilə yalançıların əzaba düçar olması və tanınmasıdır. Bu ayədə mübahilənin təsir və nəticələrinə toxunulmasa da, ondan məntiq və dəlilin heç bir təsiri olmadıqdan sonra son həll yolu kimi istifadə edilməsindən məlum olur ki, məqsəd sadə nifrin deyil, bu nifrinin real təsirinin zahir olmasıdır.
İncəliklər:
1\. Mübahiləyə dəvət İslam Peyğəmbərinin (s) haqq olmasının aydın dəlilidir.
Allah-taala bu ayədə Öz Peyğəmbərinə göstəriş verir ki, əgər qeyd edilən aydın dəlillərdən sonra kimsə səninlə İsa (ə) barəsində mübahisə etsə, ona mübahilə etməyi təklif et, qoy öz övlad və qadınlarını gətirsin, sən də öz övlad və qadınlarını apar, sonra dua edin və Allah yalançını rüsvay etsin.
Bəlkə də, həmin vaxta kimi ərəblər arasında mübahilə ənənəsi olmayıb və o, Həzrət Peyğəmbərin (s) iman və dəvətinin haqq olmasından xəbər verən nişanə olub.
Allah ilə əlaqəsinə bütün vücudu ilə imanı olmayan şəxs belə bir meydana daxil ola, öz müxaliflərini birlikdə Allah dərgahına üz tutmağa və ondan yalançını rüsvay etməsini istəməyə dəvət edə bilərmi? Belə əminliyi olmayan şəxs həmin əməlin nəticəsinin tezliklə üzə çıxacağını və Allahın yalançıları rüsvay edəcəyini iddia edə bilərmi? Şübhəsiz, belə bir meydana daxil olmaq təhlükəlidir. Çünki onun duası qəbul olmasa və müxaliflər cəzalanmasa, təşəbbüskarın rüsvay olmasından başqa bir şeylə nəticələnməyəcək. Nəticədən əmin olmayan ağıl sahibi belə bir mərhələyə qədəm basa bilərmi?
Buna görə də mübahilənin sonrakı nəticələrindən əlavə, Həzrət Peyğəmbərin (s) mübahiləyə dəvət etməsi onun dəvətinin doğruluğunun və möhkəm imanının nişanələrindəndir.
Mübahilə söhbəti yaranandan sonra Nəcran xaçpərəstlərinin nümayəndələri o Həzrətdən (s) bu barədə fikirləşmək və öz böyükləri ilə məsləhətləşmək üçün möhlət istədilər. Onların məsləhətləşməsinin psixoloji amildən qaynaqlanan nəticəsi bu oldu ki, “Əgər Muhəmməd mübahiləyə səs-küylə, kütlə ilə, hay-həşirlə gəlsə, qorxmayın, onunla mübahilə edin. Çünki o, hay-küyə əl atıbsa, deməli, ortada heç bir həqiqət yoxdur. Lakin görüş yerinə öz qohumlarından və azyaşlı övladlarından ibarət çox məhdud sayda xas dəstə gəlsə, bilin ki, o, peyğəmbərdir və onunla mübahilə etməkdən çəkinin. Çünki bu, çox təhlükəlidir".
Beləliklə, onlar əvvəldən razılaşdıqları görüş yerinə getdilər və Həsənlə Hüseynin (ə) qabaqda, Peyğəmbərin (s) də Əli və Fatimə (ə) ilə birlikdə onların arxasınca gəldiyini və yanındakılara dua edərkən "amin” deməyi tapşırdığını gördülər.
Xaçpərəstlər bərk qorxuya düşdülər və mübahilə etməkdən çəkinib sülh etməyə, “zimmə” şərtlərini qəbul edib "cizyǝ" vergisi ödəməyə razılı verdilər.
2\. Mübahilə Əhli-beytin (ə) əzəmətinin həmişəyaşar dəlilidir Həm şiə, həm də sünni təfsirçilərin əksəriyyəti mübahilə ayəsinin Əhli-beyt haqqında nazil olduğunu və Peyğəmbərin (s) özü ilə həmin görüş yerinə ancaq oğlanları Həsənlə Hüseyni (ə), qızı Fatiməni (ə) və Əlini (ə) apardığını yazır.
Buna görə də ayədəki “oğlanlarımızı" sözündə məqsəd yalnız Həsənlə Hüseyn (ə), “qadınlarımızı” ifadəsində məqsəd yalnız Həzrət Fatimə (ə), “özümüzü” sözündə məqsəd isə yalnız Əlidir (ə). Bu barədə çoxsaylı hədislər də nəql edilib.
Lakin əhli-sünnənin azlıq təşkil edən bəzi təfsirçiləri bu barədə hədis nəql edilməsini inkar etməyə çalışıblar. Məsələn, “Əl-Mənar” təfsirinin müəllifi sözügedən #### Ayənin təfsirində belə yazıb: "Bu hədislərin hamısı şiələr tərəfindən nəql edilib və onların məqsədinin nə olduğu aydındır. Onlar bu hədislərin yayılması istiqamətində o qədər çalışıblar ki, hətta əhli-sünnə alimlərinin çoxunun bu barədə çaşbaş qalmasına səbəb olublar".
Lakin əhli-sünnənin əsl mənbələrinə müraciət edərkən "Əl-Mənar" təfsirinin müəllifinin təəssübkeşlikdən doğan iddialarının əksinə olaraq, həmin hədislərin çoxunun mənbəyinin yalnız şiə kitablarından ibarət olmadığını görürük. Əgər biz həmin hədislərin əhli-sünnə yolu ilə nəql edilməsini inkar etsək, o zaman onların digər hədis və kitabları da öz etibarını itirər.
Həqiqətin daha aydın olması üçün onların bu barədə nəql etdiyi hədislərin bir hissəsini mənbəyi ilə qeyd edəcəyik.
Qazi Nurullah Şüştəri özünün “Ehqaqul-həqq” kitabının üçüncü cildində (yeni çap, səh.46) belə yazıb: "Bu ayədə "oğlanlarımızı” ifadəsi- nin Həsənlə Hüseynə (ə), “qadınlarımızı” sözünün Həzrət Fatiməyə (ə), “özümüzü" ifadəsinin isə Əliyə (ə) işarə olması barədə təfsirçilər arasında yekdillik var".
Sözügedən kitabın haşiyəsində əhli-sünnənin böyük alimlərindən təxminən 60 nəfərin adı çəkilib və onların mübahilə ayəsinin Əhli- beyt (ə) barədə nazil olmasını vurğulamaları qeyd edilib. Həmin alimlərin adı və kitablarının xüsusiyyətləri 46-76-cı səhifələrdə müfəssəl şəkildə qeyd edilib.
Həmin məşhur şəxslərin bəziləri bunlardır:
1\. Əhli-sünnənin mötəbər hesab etdiyi altı kitabdan biri - məşhur "Səhih” kitabının müllifi Müslim İbn Həccac Nişapuri.
2\. Əhməd ibn Hənbəl özünün "Müsned" kitabında.
3\. Təbəri özünün məşhur təfsirində, sözügedən #### Ayənin təfsirində.
4\. Hakim "Müstədrək" kitabında.
5\. Hafiz Əbu Nəim İsfahani "Dəlailun-nübuvvət” kitabında"
6\. Vahidi Nişapuri "Əsbabun-nüzul" kitabında
7\. Fəxr Razi özünün məşhur təfsirində
8\. İbn Əsir "Camiul-üsul" kitabında
9\. İbn Cövzi "Təzkirətul-xəvass" kitabında"
10\. Qazi Beyzavi öz təfsirində
11\. Alusi "Ruhul-məani" təfsirində"
12\. Məşhur təfsirçi Tǝntavi "əl-Cəvahir" təfsirində
13\. Zəməxşəri "Kəşşaf” təfsirində
14\. Hafiz Əhməd ibn Həcər Əsqǝlani “əl-İsabə” kitabında
15\. İbn Sǝbbağ "əl-Füsulul-mühummə” kitabında"
16\. Əllamə Qurtubi “əl-Came li-ehkamil-Quran" təfsirində".
"Ğayətul-məram” kitabında “Səhihi-Müslim”in “fəzailu Əli ibn Əbu Talib" babından belə nəql edilib: "Bir gün Müaviyə Səd ibn Əbu Vəqqasa dedi: “Nə üçün Əbu Turabı (Əlini) söymürsən?”
Sǝd dedi: "Həzrət Peyğəmbərin (s) Əli barəsində buyurduğu üç şey yadıma düşəndən sonra bu işdən daşınmışam.... (Onlardan biri) Mübahilə ayəsi nazil olarkən Həzrət Peyğəmbər (s) yalnız Fatimə.
Həsən, Hüseyn və Əlini çağırdı və sonra buyurdu: “Allahım, bunlar mənim xas yaxınlarımdır".!
"Kəşşaf"" təfsirinin müəllifi sözügedən #### Ayənin təfsirində belə yazıb: "Bu ayə "əba əhli"nin fəzilətini sübut edən ən güclü dəlillərdəndir".
Şiə təfsirçi, hədis və tarix alimləri də bu ayənin Əhli-beyt (ə) barəsində nazil olması haqda yekdil fikirdədirlər. “Nurus-səqəleyn” təfsirində bu barədə çoxsaylı hədislər nəql edilib.
O cümlədən “Üyuni axbar ər-Rza (ə)” kitabında Məmunun öz sarayında təşkil etdiyi məclis barəsində belə yazılıb: “İmam Əli ibn Musa Rza (ə) buyurdu: “Allah- taala mübahilə ayəsində Öz bəndələrinin pak olanlarını müəyyənləşdirib və Öz Peyğəmbərinə belə buyurub: “(İsa haqqında) sənə çatan məlumatdan sonra səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı...." Bu ayə nazil olandan sonra Həzrət Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni özü ilə mübahiləyə aparıb... Bu, Əhli- beytin (ə) heç kəsin qabaqlaya bilmədiyi məziyyət, heç bir insanın çata bilmədiyi fəzilət, onlardan qabaq heç kəsin nail ola bilmədiyi şərəfdir".
3\. Bir suala cavab.
Fəxr Razi və başqaları bu ayənin Əhli-beyt (ə) barəsində nazil olması haqda məşhur bir sual irəli sürüblər. Onlar deyirlər: Ayənin ərəbcə orijinalında işlənmiş (əbnaəna) (oğlanlarımızı) ifadəsində məqsəd necə Həsən və Hüseyn ola bilər? Halbuki (əbna) sözü cəmdir və cəm iki nəfər barədə işlədilmir. Həmçinin cəm mənası ifadə edən (nisaəna) (qadınlarımızı) sözü tək olan Həzrət Fatimə (ə) barədə necə işlədilə bilər? Əgər (ənfusəna) (özümüzü) sözündə məqsəd yalnız Əlidirsə, nə üçün o, cəm şəkildə işlədilib?
Cavab:
Birincisi, İslam alimlərinin yekdil fikri, həm şiə, həm də əhli- sünnənin məşhur və mötəbər mənbələrinin çoxunda bu ayənin Əhli- beyt (ə) barəsində nazil olması və Həzrət Peyğəmbərin (s) mübahiləyə Əli (ə), Fatimə (ə), Həsən və Hüseyndən (ə) başqa heç kəsi aparmaması barədə nəql edilmiş çoxsaylı hədislər ayənin təfsir edilməsi üçün aydın nişanədir. Çünki Quran ayələrini təfsir edən dəlillərdən biri sünnə və qəti nazilolma səbəbləridir. Buna görə də qeyd edilən irad yalnız şiəyə ünvanlanmır və ona İslam dünyasının bütün alimləri cavab verməlidirlər.
İkincisi, sözün cəm modelinin bir və ya iki nəfər barəsində işlədilməsi yeni deyil və həm Quranda, həm ərəb, həm də qeyri-ərəb ədəbiyyatında buna bənzər çoxsaylı nümunələr tapmaq mümkündür. Belə ki hər hansı bir qanun bəyan edilərkən və ya hansısa bir əhdnamə hazırlanarkən hökmün ümumi halda verilməsi və cəm halda qeyd edilməsi hallarına çox rast gəlinir. Məsələn, əhdnamədə belə yazırlar: "Bu əhdnamənin icraçı məsulu onu imzalayanlar və ya onların övladlarıdır". Halbuki ola bilər tərəflərdən birinin bir və ya iki övladı olsun. Bu, qanun və ya əhdnamənin sözlərinin cəm modelində tənzimlənməsi ilə ziddiyyət təşkil etmir.
Xülasə, biz iki mərhələ – müqavilə mərhələsi və icra mərhələsi ilə qarşı-qarşıyayıq. Müqavilə mərhələsində bəzən sözlər bütün nümunələri ehtiva etməsi üçün cəm şəkildə qeyd edilir. Lakin, ola bilər ki, icra mərhələsində onun nümunəsi yalnız bir nəfər olsun. Nümunənin yalnız bir nəfərdə məhdudlaşması məsələnin ümumi olması ilə ziddiyyət təşkil etmir.
Başqa sözlə desək, Həzrət Peyğəmbər (s) Nəcran xaçpərəstləri ilə bağladığı müqaviləyə əsasən, bütün oğullarını, ailəsinin ən xas qadınlarını və öz canı kimi olan şəxslərin hamısını mübahiləyə aparmalı idi. Lakin həmin müqavilə razılaşmasının iki oğul, bir qadın və bir kişidən başqa nümunəsi yox idi. (Diqqət edin!)
Bundan əlavə, Quranda söz cəm şəkildə gətirilsə də, müəyyən səbəblərdən nümunəsi birdən artıq olmayan ifadələr çoxdur. Məsələn, bu surənin 173-cü ayəsində belə oxuyuruq:
"Bunlar o adamlardır ki, insanlar onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə...”
Təfsirçilərdən bəzisinin qeyd etdiyinə əsasən, ayədəki “insanlar” ifadəsində məqsəd Nəim ibn Məsuddur. O, müsəlmanları müşriklərin gücündən qorxutmaq üçün Əbu Süfyandan bir sıra mallar almışdı”.
Həmçinin 181-ci ayədə belə buyurur:
“Allah kasıbdır, biz isə ehtiyacsızıq!" - deyənlərin sözlərini Allah eşitdi".
Halbuki bəzi təfsirçilərə görə, ayədəki “deyənlərin” sözündə məqsəd Hüyəyy ibn Əxtəb və ya Fihnas olub.
Bəzən də cəm şəklində olan sözün bir nəfər barəsində işlədilməsi hörmət məqsədi daşıyır. Məsələn, Quran Həzrət İbrahim (ə) barəsində belə buyurur:
"İbrahim (təklikdə) Allahın fərmanına müti bir ümmət idi”. Burada “ümmət” sözü toplu isimdir, lakin bir nəfər barəsində işlədilib.
4\. Qız nəvələrimiz bizim övladlarımızdır.
Həmçinin mübahilə ayəsindən insanın qızından olan nəvəsinə də həqiqi mənada “oğul" deyilməsi məlum olur. Lakin cahiliyyət dövründə yalnız oğuldan olan nəvələri "oğul" hesab edirdilər.
Yəni Bizim oğullarımız yalnız oğullarımızın oğullarıdır, qızlarımızın övladları bizim deyil, yadların övladı sayılırlar.
Bu təfəkkür tərzi cahiliyyət dövründə ərəblərin qadını insan cəmiyyətinin əsas üzvü hesab etməmələrindən və onları oğlanları saxmalaq üçün “qab” saymalarından qaynaqlanırdı.
Ərəb şairlərindən biri belə deyir:
Yəni İnsanların anası onların yetişməsi üçün qab kimidir, nəsəb üçün ancaq atalar tanınır.
Lakin İslam bu təfəkkür tərzini alt-üst edərək “oğul” hökmünü həm qız, həm də oğuldan olan övladlara bərabər tətbiq edib.
"Ənam" surəsinin 84-85-ci ayələrində Həzrət İbrahimin (ə) övladları barədə belə buyurulur:
"Onun övladlarından olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da haqq yola yönəltmişdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (haqq yola yönəltdik). Onların hamısı əməlisalehlərdən idi”.
Bu ayədə Həzrət İsa (ə) Həzrət İbrahimin (ə) övladlarından hesab edilib, halbuki o, qız övladı olub və Həzrət İsanın (ə) atası olmayıb.
Həm şiə, həm də sünni mənbələr tərəfindən İmam Həsənlə İmam Hüseyn (ə) barəsində nəql edilmiş hədislərdə “Peyğəmbərin oğlu” ifadəsi dəfələrlə təkrar edilib. Həmçinin evlənmək haram olan qadınlar barəsindəki ayələrdə “oğullarınızın arvadları" ifadəsi işlədilib. İslam alimləri tam qətiyyətlə bildirirlər ki, insanın öz oğlunun və nəvəsinin istər qız nəvəsi olsun, istər oğul - arvadı ilə evlənməsi haramdır və qeyd edilən ayə onlara da aiddir.
5\. Mübahilə ümumi hökmdürmü?
Şübhəsiz, sözügedən ayə müsəlmanlara mübahilə etmək barədə ümumi hökm vermir və o, Həzrət Peyğəmbərə (s) xitabdır. Lakin bunun mənası müxaliflər qarşısında mübahilə etməyin ümumi hökm olması və kamil iman və təqvaya malik şəxslərin düşmən qarşısındakı məntiqi dəlilləri düşmənin inadkarlıq və tərsliyi üzündən bir fayda verməyəndə onları mübahilə etməyə dəvət etməsi ilə ziddiyyət təşkil etmir.
İslami mənbələrdə nəql edilmiş hədislərdən də bu hökmün ümumi hökm olması məlum olur. "Nurus-səqəleyn" təfsirində (c.1, səh.351) İmam Sadiqdən (ə) nəql edilmiş hədisdə belə deyilir: “Əgər müxaliflər sizin haqq sözünüzü qəbul etməsələr, onları mübahiləyə dəvət edin".
Ravi deyir: "Mən İmamdan (ə) soruşdum ki, “Onlarla necə mübahilə edim?"
İmam buyurdu: “Özünü üç gün əxlaq baxımından islah et”. Deyəsən, İmam (ə) buyurdu ki, oruc tut, qüsl ver, sonra mübahilə etmək istədiyin şəxslə səhraya get, orada sağ əlinin barmaqlarını onun sağ əlinin barmaqlarına keçirt, sonra belə de: "Allahım, Sən yeddi göy və yeddi yerin Rəbbisən, gizli sirlərdən xəbərdarsan, rəhman və rəhimsən. Əgər mənim müxalifim haqqı inkar edib batil iddia edirsə, göydən bəla nazil et və onu ağrılı əzaba düçar et!"
Sonra bu duanı bir daha təkrar et və de: "Əgər bu şəxs haqqı inkar edib batil iddia edirsə, göydən ona bəla nazil et və onu əzaba düçat et!"
İmam (ə) daha sonra buyurdu: "Çox keçmədən bu duanın nəticəsi özünü büruzə verər. And olsun Allaha, mənimlə bu cür mübahilə edən birinə rast gəlmədim".
Həmçinin bu ayədən belə məlum olur ki, "İslam kişi dinidir və onda qadınlar saya salınmırlar” deyənlərin iddialarının əksinə olaraq, qadınlar həssas anlarda İslamın hədəflərinin inkişafı istiqamətində kişilərlə çiyin-çiyinə öz vəzifələrini yerinə yetirərək düşmən qarşısında dayanıblar. Həzrət Fatimənin (ə), onun qızı Zeynəbi-Kübranın (ə) və İslam tarixində ayaqlarını onların ləpirinə qoyan digər qadınların parlaq həyat tarixi bu həqiqətin canlı şahididir.
Ali-İmran surəsi, 62 və 63-cü ayələr
إِنَّ هَذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَهٍ إِلَّا اللَّهُ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ .٦٢
فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ .٦٣
Ayələrin tərcüməsi
62\. Bu, (İsa barəsində) həmin doğru olan hekayədir. (Onun tanrı və ya Allahın oğlu olması kimi iddiaların heç bir əsası yoxdur.) Tək olan Allahdan başqa heç bir məbud yoxdur. Allah yenilməz qüvvət, hikmət sahibidir!
63\. Əgər onlar (bütün bu dəlillərə baxmayaraq, yenə də haqqı qəbul etməkdən) üz döndərsələr, (bil ki, haqq axtarışında deyildirlər və) Allah fitnə-fəsad törədənlərdən xəbərdardır!
Ayələrin təfsiri.
Həqiqi hekayətlər.
Həzrət İsanın (ə) həyat hekayəsi barədə bəzi izahlar veriləndən sonra bu ayələrdə daha çox təkid etmək üçün buyurur: “Bu, (İsa barəsində) həmin doğru olan hekayədir".
Nə onun tanrı olması iddiasını edənlərin sözü, nə də onu Allahın qeyri-qanuni oğlu sayanların – bu iddiadan Allaha sığınırıq – iddiaları düzdür. Haqq sənin gətirdiklərin və sənin dediklərindir. O, Allahın ilahi möcüzə ilə atasız, pak anadan dünyaya gəlmiş bəndəsi və elçisidir.
Daha artıq təkid etmək üçün bir daha buyurur: “Tək olan Allahdan başqa heç bir məbud yoxdur”.
“Allah yenilməz qüvvət, hikmət sahibidir!” Atasız uşağın doğulması Onun qüdrəti müqabilində elə də mühüm məsələ deyil.
Şübhəsiz, başqası deyil, məhz belə olan kəs ibadətə layiqdir.
Ayənin ərəbcə orijinalında işlənmiş (qəsəs) sözü tək isimdir və onun mənası “hekayət”dir. Onun kökü (qəssə) sözüdür və onun mənası “bir şeyi axtarmaq”dır. Məsələn, Musa ibn İmranın (ə) hekayətində belə oxuyuruq:
"(Anası Musanın) bacısına: “Onun dalınca get!" - dedi".
Birinin qanının alınmasına (qisas) deyilməsinin səbəbi onda qan sahibinin haqqının axtarılmasıdır. Ərəblər keçmişdəkilərin vəziyyət və həyat macəralarının axtarılıb araşdırılmasından ibarət hekayət və tarixə də (qissə) deyirlər.
Ayədəki "bu" işarə əvəzliyi Qurani-Kərim və ya peyğəmbərlərin tarixinə deyil, Həzrət İsanın (ə) hekayətinə işarədir.
Sonrakı ayədə həqiqətləri qəbul etməkdən boyun qaçıran şəxsləri təhdid edərək buyurur: "Əgər onlar (bütün bu dəlillərə baxmayaraq, yenə də haqqı qəbul etməkdən) üz döndərsələr, (bil ki, haqq axtarışında deyildirlər və) Allah fitnə-fəsad törədənlərdən xəbərdardır!”.
Əlbəttə, Quranın Həzrət İsa (ə) barəsindəki bu qədər məntiqi dəlilindən, həmçinin mübahilə çağırışından geri çəkiləndən sonra yenə haqqa təslim olmayıb inadkar söhbətlərini davam etdirən şəxslər haqq axtarışında deyildirlər, fitnəkardırlar və onların məqsədi insanların düzgün etiqadında süstlük yaratmaqdır. Şübhəsiz, Allah onları tanıyır, niyyətlərindən xəbərdardır və vaxtı çatanda onları cəzalandıracaq.
Ali-İmran surəsi, 64-cü ayə
قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ .٦٤
Ayənin tərcüməsi
64\. De: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan "Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: "Şahid olun ki, biz müsəlmanıq!"
Ayənin təfsiri.
Vəhdət çağırışı.
Quran əvvəlki ayələrdə əvvəl xaçpərəstləri düşünməyə, sonra onların razılaşmadığını görüb mübahiləyə dəvət edir. Mübahilə çağırışı onların ruhiyyəsinə böyük təsir göstərir. Quran onların mübahilə etməyə razı olmayıb "zimmə" şərtlərini qəbul etdiklərini görür və onların ruhiyyəsində yaranmış bu münasib şəraitdən istifadə edərək yenidən dəlil gətirir. Lakin bu dəlillər əvvəki dəlillərdən çox fərqlidir.
Əvvəlki ayələrdə onlar tam mənada İslama dəvət edilirdilər, lakin bu ayədə onlar İslamla kitab əhlinin dinində olan ortaq cəhətlərə dəvət edilirlər.
Ayə Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan "Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin!"
Quran bu əsaslandırma ilə bizə öyrədir ki, əgər bəzi şəxslər sizinlə bütün müqəddəs hədəflərdə əməkdaşlıq etməsələr, çalışın mühüm ortaq hədəflərdə onları əməkdaşlığa cəlb edin və bundan öz müqəddəs hədəflərinizin gerçəkləşməsi istiqamətində istifadə edin.
Sözügedən ayə bütün səma dinləri ilə vəhdət nidası ucaldır. Xaçpərəstlərə buyurur ki, siz tövhid iddiası edir, hətta üç üqnuma etiqadının (üç tanrıya etiqadın) tövhid ilə ziddiyət təşkil etmədiyini deyir və buna görə də üç üqnuma etiqadında vəhdətə inanırsınız.
Həmçinin yəhudilər Üzeyri Allahın oğlu hesab etmək kimi şirk etiqadında tövhid iddiası edirlər.
Quran onların hamısına bildirir ki, biz sizinlə tövhid etiqadında şərikik, gəlin əl-ələ verib bu ortaq prinsipi heç bir əlavəsiz yaşadaq və nəticəsi şirk və tövhiddən uzaqlıq olan yersiz təfsirlərdən çəkinək.
Bu ayədə Allahın tək olmasına üç müxtəlif ifadə ilə təkid edilib. Onlardan biri "Allahdan başqasına ibadət etməyək”, ikincisi "heç nəyi ona tay tutmayaq", üçüncüsü “Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək" ifadələridir. Həmçinin sonuncu ifadə incəliklə Həzrət İsanın (ə) bizim kimi adi insan olmasına və onun tanrı hesab edilməməsinə işarə edir.
Ehtimallardan biri də kitab əhlinin bəzi azğın alimlərinin öz məqamlarından sui-istifadə etməsi, Allahın halal-haramını ürəkləri istəyən kimi dəyişdirməsi və başqalarının da bu işdə onlara tabe olmalarıdır.
Kitab əhli alimləri arasında Allahın hökmlərini öz mənafelərinə uyğun və təəssübkeşliklə təhrif edənlər olub. İslam baxımından bilərək- dən qeyd-şərtsiz həmin şəxslərə tabe olanlar onlara ibadət etmiş sayılırlar.
Bunun səbəbi də aydındır. Çünki halal və haram barədə hökm vermək Allaha aiddir. Kim bu məsələdə başqasını ixtiyar sahibi hesab etsə, onu Allaha şərik qoşub.
Təfsirçilər bu #### Ayənin təfsirində belə nəql ediblər: Əvvəl xaçpərəst olub sonra İslamı qəbul etmiş Üdeyy ibn Hatəm bu ayə nazil olandan sonra ondakı “Rəbb qəbul etmək” sözünü kitab əhlinin öz alimlərinə ibadət etməsi kimi başa düşür. Buna görə də o, Həzrət Peyğəmbərə (s) belə deyir: “Biz əvvəllər heç vaxt öz alimlərimizə ibadət etməmişik”.
Həzrət Peyğəmbər (s) buyurur: "Onların Allahın hökmlərini istədikləri kimi dəyişdirdiklərini bilir və buna baxmayaraq, onlara tabe olurdunuzmu?"
Üdeyy deyib: “Bəli”.
Peyğəmbər (s) buyurub: “Elə bu həmin ibadətdir”.
İslam köləliyi və beyinlərin işğalını bir növ ibadət və bəndəlik hesab edir və şirk və bütpərəstliklə mübarizə apardığı kimi bütpərəstliklə bir sayılan beyin və düşüncələrin işğalı ilə də kəskin mübarizə aparır.
Ayənin ərəbcə orijinalında işlənmiş (ərbab) (rəblər) sözü ismin cəm şəklindədir. Buna görə də bu ayədən yalnız Həzrət İsaya (ə) ibadət edilməsinin qadağan edilməsi mənasını çıxarmaq olmaz. Lakin, ola bilər ki, ayənin məqsədi həm Həzrət İsaya (ə), həm də azğın alimlərə ibadətdən çəkindirmək olsun.
Ayənin sonunda buyurur: “Əgər onlar (ortaq cəhətə, yəni tövhidə tərəf olan bu məntiqi çağırışdan sonra yenə) üz döndərsələr, o zaman deyin: "Şahid olun ki, biz müsəlmanıq (biz haqqa təslimik, amma siz təslim deyilsiniz).
Buna görə də sizin haqdan uzaqlığınız bizim ruhumuza zərrəcə təsir etmir və biz öz yolumuzu, yəni İslam yolunu davam etdirəcəyik. Biz yalnız Allaha ibadət edir və ancaq Onun qanunlarını mötəbər sayırıq. Bizim aramızda insana pərəstiş etməyin heç bir forması mövcud olmayacaq.
İncəlik:
Həzrət Peyğəmbərin (s) dünya liderlərinə məktubu.
İslam Hicaz torpağında kifayət qədər nüfuz qazanandan (xüsusilə yuxarıdakı ayə nazil olandan və bütün səma dinlərinin ortaq cəhəti olan tövhiddə əməkdaşlığa dəvət edəndən) sonra Həzrət Peyğəmbər (s) həmin dövrün böyük liderlərinə müxtəlif məktublar yazıb və həmin məktublarda sözügedən ayəyə xüsusi təkid edib. Biz mövzunun əhəmiyyətini nəzərə alaraq və bu ortaq cəhətə dəvətin necə olmasına aydınlıq gətirmək üçün həmin məktublardan ikisinə işarə edəcəyik.
1\. Muqauqisə məktub.
Bismillahir rəhmanir rəhim Ten Abdullahın oğlu Muhəmməddən qibtilərin böyük rəhbəri Muqauqisǝ! Salam olsun haqqa tabe olanlara! Mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan və Allah səni ikiqat mükafatlandırsın (biri özün iman gətirdiyin üçün, biri də sənə tabe olub iman gətirənlərə görə). Əgər İslamı qəbul etməkdən boyun qaçırsan, qibtilərin günahı da sənin boynuna düşəcək. "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan “Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: "Şahid olun ki, biz müsəlmanıq!"
İslam Peyğəmbəri (s) dünyanın böyük liderlərinə məktub yazıb onları İslama dəvət edərkən Hatib ibn Əbi Bəltəəh vasitəsi ilə həmin vaxt Misirin hökmdarı vəzifəsini icra edən Muqauqisə də məktub göndərib. Həzrət Peyğəmbərin (s) qasidi Misirə gedərkən ölkənin hökmdarının İsgəndəriyyədə olduğunu eşidir. O, həmin dövrün nəqliyyat vasitələri ilə İsgəndəriyyəyə gedir və özünü saraya çatdırıb məktubu ona verir.
Muqauqis məktubu açıb oxuyandan sonra bir qədər fikrə dalır, daha sonra deyir: “Əgər Muhəmməd həqiqətən Allahın elçisidirsə, nə üçün müxalifləri onu öz doğma vətənindən çıxara bildilər və o, Mədinədə məskunlaşmaq məcburiyyətində qaldı? Niyə məhv olmaları üçün onlara nifrin etmədi?"
Həzrət Peyğəmbərin (s) qasidi onun cavabında belə deyir: “İsa (ə) Allahın elçisi idi və onun haqq olmasını siz də təsdiqləyirsiniz. Bəs nə üçün yəhudilər onu öldürmək planı cızanda onlara nifrin etmədi ki, Allah onları məhv etsin?"
Muqauqis bu məntiqin qarşısında aciz qalır və onu alqışlayaraq belə deyir:
"Əhsən sənə! Sən müdrik şəxsin yanından gəlmiş müdrik şəxssən”. Hatib daha sonra deyir: "Sizdən əvvəl bu məmləkətdə insanlara allahlıq iddiası edən bir şəxs (Firon) hökmranlıq edirdi. Allah onu məhv etdi ki, həyatı sizin üçün ibrət olsun. Lakin siz çalışın ki, həyatınız başqaları üçün ibrət olmasın.
İslam Peyğəmbəri (s) bizi paklıq dininə dəvət etdi və Qüreyş onunla amansız mübarizəyə qalxdı, yəhudilər xüsusi kinlə onunla mübarizə apardı. İslama ən yaxın şəxslər xaçpərəstlərdir. And olsun Allaha, Musa (ə) İsanın (ə) peyğəmbərliyinə müjdə verdiyi kimi, İsa da Muhəmmədin (s) müjdəsini verib. Siz Tövrat ardıcıllarını İncilə dəvət etdiyiniz kimi, biz də sizi İslama dəvət edirik. Haqq peyğəmbərin dəvətini eşidən hər bir millət ona tabe olmalıdır. Mən Muhəmmədin (s) çağırışını sizin diyara çatdırdım. Yaxşı olar ki, siz və Misir xalqı bu çağırışa müsbət cavab verəsiniz”.
Hatib ibn Əbi Bəltəǝh Həzrət Peyğəmbərin (s) məktubunun cavabını almaq üçün bir müddət orada qalır. Bir neçə gün keçir. Bir gün Muqauqis Hatibi öz sarayına çağırıb ondan İslam barəsində ona daha çox məlumat verməsini istəyir. Hatib ona belə cavab verir: "Muhəmməd (s) bizi tək olan Allaha ibadətə dəvət edir, insanlara gün ərzində beş dəfə Öz Rəbbi ilə yaxından ünsiyyətdə olmaq, namaz qılmaq, ildə bir ay oruc tutmaq, Allahın evini (tövhid mərkəzini) ziyarət etmək, öz əhdinə vəfalı olmaq, qan və leş əti yeməkdən çəkinmək göstərişi verir”. O, sonra İslam Peyğəmbərinin (s) həyatının bəzi xüsusiyyətlərini izah edir.
Muqauqis deyir: "Bunlar yaxşı əlamətlərdir. Mən peyğəmbərlərin sonuncusunun peyğəmbərlər torpağı olan Şamda zühur edəcəyini düşünürdüm. Lakin indi mənə aydın oldu ki, O, Hicaz torpağına göndərilib".
Sonra öz katibinə göstəriş verir ki, ərəb dilində Həzrət Peyğəmbǝrǝ (s) belə bir məktub yazsın: "Abdullahın oğlu Muhəmmədə qibtilərin böyük rəhbəri Muqauqisdən! Salam olsun sənə! Sənin məktubunu oxudum və məqsədindən xəbərdar oldum, dəvətinin həqiqətini başa düşdüm. Mən bir peyğəmbərin zühur edəcəyini bilirdim, amma onun Şam bölgəsindən zühur edəcəyini güman edirdim. Mən sənin qasidini ehtiramla qəbul etdim”. Sonra o, öz məktubunda Peyğəmbərə göndərdiyi hədiyyələrə işarə edir və məktubunu "salam olsun sənə!" cümləsi ilə sona çatdırır. Tarix kitablarında yazılanlara əsasən, Muqauqis Həzrət Peyğəmbərə təxminən on bir növ hədiyyə göndərib. İslam tarixi kitablarında həmin hədiyyələrin xüsusiyətləri qeyd edilib.
Həmçinin Həzrət Peyğəmbərin (s) yanına müsəlman xəstələri müalicə etmək üçün bir təbib də göndərib.
Həzrət Peyğəmbər (s) hədiyyələri qəbul edir, lakin təbibi qəbul etmir və buyurur ki, "Biz acmamış yemək yeməyən və yeməkdən doymamış əl çəkən insanlarıq. Bu, bizim sağlamlığımız üçün yetərlidir”. (Bəlkə də, təbibin geri qaytarılmasının səbəbi bu böyük sağlamlıq düsturundan əlavə, o Həzrətin (s) təəssübkeş xaçpərəst olan həmin təbibdən xatircəm olmaması, özünün və müsəlmanların canını ona tapşırmaq istəməməsi olub.)
Muqauqisin Həzrət Peyğəmbərin (s) qasidinə ehtiram göstərməsi, o Həzrətə çoxlu hədiyyə göndərməsi, məktubda Muhəmməd (s) adını öz adından əvvəl yazması onun Peyğəmbərin dəvətini qəlbində qəbul etməsindən və ya ən azı ona meyilli olmasından xəbər verir. Lakin o, ictimai mövqeyinin zəifləməməsi üçün İslama meylini büruzə verməyib."
2\. Həzrət Peyğəmbərin (s) Bizans imperatoruna məktubu.
Bismillahir rəhmanir rəhim.
Abdullahın oğlu Muhəmməddən Bizans imperatoru I İrakliyǝ! Salam olsun haqqa tabe olanlara! Mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, amanda və salamat qalasan və Allah səni ikiqat mükafatlandırsın (biri özün iman gətirdiyin üçün, biri də sənə tabe olub iman gətirənlərə görə). Əgər İslamı qəbul etməkdən boyun qaçırsan, əriysilərin (roman xalqları və fəhlə sinfinin) günahı da sənin boynuna düşəcək. "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan "Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: "Şahid olun ki, biz müsəlmanıq”.
Həzrət Peyğəmbərin (s) məktubunu Bizans imperatoruna Dihyə Kəlbi aparıb. Həzrət Peyğəmbərin (s) qasidi Bizansa yollanır, lakin Bizans imperiyasının mərkəzi Konstantinopola çatmamış imperatorun Beytül-müqəddəsi ziyarət etmək üçün Konstantinopoldan çıxdığını eşidir. Buna görə də Busra valisi Haris ibn Əbi Şimr ilə əlaqə saxlayıb öz məmuriyyəti barədə ona məlumat verir.
Zahirən Həzrət Peyğəmbər (s) Dihyəyə məktubu imperatora çatdırması üçün Busra hakiminə vermək icazəsi veribmiş. Peyğəmbərin (s) qasidi hakimlə əlaqə saxlayır. Vali Ədiyy ibn Hatəmi çağırtdırıb ona göstəriş verir ki, Dihyə ilə Beytül-müqəddəsə getsin və məktubu imperatora çatdırsın.
Qasid imperatorla Hims şəhərində görüşür. Görüşdən əvvəl saray tədarükçüləri ona imperatorun qarşısında səcdə etməlisən və əgər səcdə etməsən, sənə etina etməycək deyirlər.
Ağıllı şəxs olan Dihyə belə deyir: "Mən bu qədər yolu bu yersiz ənənələri aradan qaldırmaq üçün gəlmişəm". Mən bu məktubun sahibi tərəfindən imperatora insana pərəstişin aradan getməli olduğunu və tək olan Allahdan başqa heç kəsə ibadət edilməməsini çatdırmaq üçün gəlmişəm. Bu əqidə ilə mən Allahdan başqasına necə səcdə edə bilərəm?!
Peyğəmbərin (s) qasidinin güclü məntiqi onların təəccübünə səbəb olur. Saray adamlarından biri deyir: "Məktubu imperatorun stolunun üstünə qoyub qayıda bilərsən. Stolun üstündəki məktublara imperatordan başqa heç kəs əl vurmur”. Dihyə ona təşəkkür edir və məktubu sotulun üstünə qoyub qayıdır.
İmperator məktubu açır. Məktubun əvvəlindəki “bismillah” onun diqqətini cəlb edir. O deyir: “Mən indiyə kimi Süleymanın məktubundan başqa belə bir məktub görməmişəm”. O, sonra məktubu oxuyub tərcümə etməsi üçün öz tərcüməçisini çağırır.
Bizans imperatoru məktubun müəllifinin İncil və Tövratda vəd edilmiş peyğəmbər olması ehtimalını verdiyi üçün onun həyatı barədə məlumat əldə etmək istəyir. Buna görə də Muhəmmədin (s) yaxınlarından və ya onun haqqında məlumatı olanlardan kimisə tapmaları üçün bütün Şamı gəzmək göstərişi verir.
Təsadüfən həmin vaxt Əbu Süfyan və Qüreyşdən olan bir dəstə tacir ticarət etmək üçün Bizans imperiyasının tərkibində olan Şama gedibmiş. İmperatorun məmuru onlarla əlaqə saxlayır və onları Beytül- müqəddəsə aparır.
İmperator onlardan soruşur: "Sizin aranızda Muhəmmədlə qohum olan varmı?"
Əbu Sufyan deyir: "Mən Muhmmədlə eyni tayfadanam, dördüncü babamız birdir". Sonra imperator ondan bəzi suallar soruşur və o, da suallara cavab verir.
1\. Mühəmmədin əsil-nəsəbi necədir?
Əbu Sufyan deyir: "O, ǝsil-nəcabətli ailələrdəndir".
2\. Onun babaları arasında insanlara hökmranlıq etmiş şəxslər olubmu?
\- Xeyr.
3\. O, peyğəmbərlik iddiası etməmişdən əvvəl yalan danışmaqdan çəkinibmi?
\- Bəli, Muhəmməd doğruçu şəxs olub.
4\. Cəmiyyətin hansı təbəqəsi ona qarşı çıxır və hansı təbəqə onun tərəfdarıdır?
\- Zadəgan təbəqə ona qarşıdır, adi və orta sinif onu istəyir.
5\. Onun davamçılarından kimsə mürtəd olub onun dinindən çıxıbmı?
\- Xeyr.
6\. Onun ardıcıllarının sayı artırmı?
\- Bəli.
İmperator sonra Əbu Süfyan və onun yoldaşlarına belə deyib: "Əgər bu məlumatlar düzdürsə, o, şübhəsiz, vəd edilmiş peyğəmbərdir. Mən belə bir peyğəmbərin zühur edəcəyini bilirdim, lakin onun Qüreyş- dən olacağını bilmirdim. Mən onun qarşısında baş əyməyə və hörmət əlaməti olaraq onun ayaqlarını yumağa hazıram. (Bu, həmin vaxt ehtiram üçün edilən adi iş olub.) Mən onun dininin Bizans torpaqlarını tutacağını ehtimal edirəm".
Sonra imperator Dihyəni çağırıb ona ehtiram göstərib, Peyğəmbərin (s) məktubuna cavab yazıb və məktubla birlikdə o Həzrətə hədiyyə göndərib, məktubunda İslam Peyğəmbərinə (s) rəğbətini izhar edib.
Ali-İmran surəsi, 65-68-ci ayələr
يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَاجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنْزِلَتِ التَّوْرَاةُ وَالْإِنْجِيلُ إِلَّا مِنْ بَعْدِهِ أَفَلَا تَعْقِلُونَ .٦٥
هَا أَنْتُمْ هَؤُلَاءِ حَاجَجْتُمْ فِيمَا لَكُمْ بِهِ عِلْمٌ فَلِمَ تُحَاجُّونَ فِيمَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ .٦٦
مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ .٦٧
إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا وَاللَّهُ وَلِيُّ الْمُؤْمِنِينَ .٦٨
Ayələrin tərcüməsi
65\. Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edir və inadkarlıq göstərir (hər biriniz onu öz dininin davamçısı kimi təqdim edir)siniz? Halbuki Tövrat da, İncil də ondan sonra nazil edilmişdir, məgər düşünmürsünüz?
66\. Siz bildiyiniz şey barəsində mübahisə edən adamlarsınız. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisə edirsiniz?! Allah bilir, siz bilməzsiniz!
67\. İbrahim nə yəhudi idi, nə də xaçpərəst. O, xalis tǝkallahlı müsəlman idi və şərik qoşanlardan deyildi.
68\. İnsanların İbrahimə ən layiq olanı ona tabe olanlar, bu Peyğəmbər və ona iman gətirənlərdir. (Onlar hər kəsdən layiqlidirlər.) Allah möminlərin vəlisi və hamisidir!
Ayələrin nazilolma səbəbi.
Yəhudi alimləri və Nəcran xaçpərəstləri Həzrət Peyğəmbərin (s) yanında Həzrət İbrahim (ə) barəsində mübahisə edir, yəhudilər onun yalnız yəhudi, xaçpərəstlər isə onun ancaq xaçpərəst olduğunu deyirdilər. (Onların hər biri özünə böyük imtiyaz qazanmaq üçün Həzrət İbrahimin (ə) onlardan olduğunu iddia edirdi. Çünki Allahın əzəmətli peyğəmbərlərindən olan Həzrət İbrahim (ə) bütün dinlərin davamçıları arasında əzəmətli şəxsiyyət kimi tanınırdı.) Həmin vaxt sözügedən ayələr nazil oldu və onların əsassız iddialarını təkzib etdi.
Ayələrin təfsiri.
Kitab əhlinin Həzrət İbrahim (ə) barəsindəki söhbətləri Əvvəlki ayələrin davamı olaraq bu ayələrdə kitab əhlinə xitab edərək buyurur: "Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edir və inadkarlıq göstərirsiniz? (Hər biriniz onu öz dininin davamçısı kimi təqdim edirsiniz?) Halbuki Tövrat da, İncil də ondan sonra nazil edilmişdir (o, Musa (ə) və İsadan (ə) əvvəl yaşayıb), məgər düşünmürsünüz?”
Heç əvvəl yaşamış peyğəmbərin özündən sonrakı dinə tabe olması ağlabatandırmı?
Sonrakı ayədə onları başqa yolla məzəmmət edərək buyurur: “Siz bildiyiniz şey barəsində mübahisə edən adamlarsınız. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisə edirsiniz?”
Yəni siz məlumatınız olan dininiz barədə danışıb mübahisə etdiniz, hətta həmin bəhslərdə necə böyük səhvlərə yol verdiyinizin, həqiqətdən nə qədər uzaq düşdüyünüzün şahidi oldunuz. (Əslində, sizin elminiz mürəkkəb cəhalət idi.) Belə olan halda, məlumatınız olmayan şey barəsində necə mübahisə edir, tarixlə uzlaşmayan sözlər danışırsınız?! Sonra öncə qeyd edilən məsələyə təkid etmək və onları sonrakı bəhslərə hazırlamaq üçün buyurur: “Allah bilir, siz bilməzsiniz!”.
Əlbəttə, Öz dinini İbrahimə (ə) nə vaxt nazil etdiyini O bilir, sonrakı dövrlərdə yaranmış, məlumatı və sübutu olmadan bu barədə hökm çıxaran sizlər isə yox!
Sonra həmin iddiaçılara tam təkidlə cavab verərək buyurur: "İbrahim nə yəhudi idi, nə də xaçpərəst. O, xalis təkallahlı müsəlman idi”.
Ayənin ərəbcə orijinalında işlənmiş (hənifən) sözünün kökü (hənəf) sözüdür və onun mənası "bir şeyə meyil göstərən şəxs və ya şey"dir. Quran terminologiyasında onun mənası “batil dinlərdən haqq dinə meyil göstərən şəxs"dir.
Allah-taala burada Həzrət İbrahimi (ə) “hənif” sifəti ilə vəsf edir. Çünki o, təqlid və təəssübkeşlik pərdələrini yırtaraq bütpərəstliyə qərq olmuş zaman və mühitdə heç vaxt bütə səcdə etməyib. Cahiliyyət dövrünün bütpərəstləri də özlərini İbrahimin hənif dininə mənsub hesab edirdilər. Hətta yəhudi və xaçprəstlər onlara “hünəfa” (həniflər) deyirdilər. (Beləcə, bu söz əsl mənasına tam əks olan mənada işlədilmiş və bütpərəstliyin sinoniminə çevrilmişdi.) Allah-taala Həzrət İbrahimi (ə) “hənif və müsəlman” adlandırdıqdan sonra “o, şərik qoşanlardan deyildi” ifadəsini işlədir ki, İbrahimlə (ə) bütpərəstlər arasında hər hansı əlaqənin olmasını inkar etmiş olsun.
Sual:
Əgər biz İbrahimi (ə) Musa (ə) və İsanın (ə) davamçısı hesab edə bilməsək, şübhəsiz, müsəlman da hesab edə bilmərik. Çünki o, İslamın və Həzrət Peyğəmbərin (s) zühurundan min illər əvvəl yaşayıb. Belə olan halda, nə üçün Quran onu “müsəlman” kimi təqdim edib?
Bu sualın cavabı öncə qeyd etdiyimiz məqama diqqət edəndə aydın olur. Belə ki Quran terminologiyasında (muslim) sözü məxsus olaraq İslam Peyğəmbərinin (s) davamçıları mənasında işlədilmir. "İslam" geniş mənada Haqqın əmri müqablində təslim olmaq, kamil tövhid və hər hansı şirk və bütpərəstlikdən uzaq olmaqdır. İbrahim (ə) də bunun bayraqdarı olub.
Beləliklə, İbrahim (ə) bu dinlərin heç birinin davamçısı olmayıb. Görəsən, kimlər İbrahimin (ə) məktəbi ilə əlaqə və bağlılıqlarını özləri üçün iftixar mənbəyi saya bilərlər? Başqa sözlə desək, insan özünü necə bütün ilahi din davamçılarının əzəmətlə yad etdiyi bu böyük peyğəmbərin davamçısı hesab edə bilər?
Sözügedən ayələrin sonuncusunda bu mənaya işarə edərək buyurur: "İnsanların İbrahimə ən layiq olanı ona tabe olanlar, bu Peyğəmbər və ona iman gətirənlərdir”.
Buna görə də müxtəlif din mənsublarının Həzrət İbrahimlə (ə) əlaqələrinin olmasını sübut etmək üçün qeyd etdiyi qohumluq və ya etnik yaxınlıq heç bir dəyərə malik deyil. Peyğəmbərləri sevmək və onlara yaxınlıq yalnız Allaha iman və onların əqidə məktəbinin ardınca getməklə olur. Həqiqi bağlılıq da əqidə vasitəsi ilə olan bağlılıqdır və bu məsələdə həmin şəxslərin onunla eyni zamanda yaşamaları ilə ("ona tabe olan") sonra yaşayıb ("bu Peyğəmbər və ona iman gətirənlər”) sədaqət nümayiş etdirmələrinin fərqi yoxdur.
Kitab əhli özünün şirk etiqadı ilə Həzrət İbrahimin (s) dəvətinin ən əsas prinsipini, yəni tövhidi ayaq altına atmışdı. Həmçinin ərəb büt- pərəstlər Həzrət İbrahimin (ə) dininin tam əks qütbündə dayanmışdı. Belə olan halda, onlar özlərini necə Həzrət İbrahimin (ə) davamçısı hesab edə bilərlər?!
Həzrət İbrahimə (ə) ən yaxın şəxs İslam Peyğəmbəri (s) və o Həzrətin İslamın əsas prinsipləri və əməli göstərişlərinə sadiq qalan davamçılarıdır.
Ayənin sonunda Allah böyük peyğəmbərlərin həqiqi davamçılarına müjdə verərək buyurur: “Allah möminlərin vəlisi və hamisidir!”.
İncəlik:
Ən mühüm bağlılıq əqidə bağlılığıdır.
Sözügedən ayədə dolayısı ilə insanların arasında ən üstün bağlılığın əqidə bağlılığı olması bəyan edilib. Çünki Allahın övliyaları ilə ancaq bu yolla əlaqə yaratmaq mümkündür. Buna görə də heç kəs bu yoldan başqa yolla İslam Peyğəmbəri (s) və məsum İmamlarla (ə) əlaqə yaratdığını iddia edə bilməz.
Bu məsələyə hədislərdə də toxunulub. İmam Əlidən (ə) nəql edilmiş hədislərin birində belə oxuyuruq:
"İnsanların peyğəmbərlərə ən layiqlisi onların göstərişlərinə ən çox əməl edənlərdir”. İmam (ə) daha sonra sözügedən ayəni oxuyaraq buyurub: "Muhəmmədin (s) dostu Allahın əmrinə tabe olandır, hətta əsil-nəsəb baxımından ondan uzaq olsa belə; Muhəmmədin (s) düşməni Onun itaətindən çıxandır, hətta onun yaxın qohumu olsa belə”.
Ali-İmran surəsi, 69-cu ayə
وَدَّتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ .٦٩
Ayənin tərcüməsi
69\. Kitab əhlindən bir dəstə (yəhudilər) sizi yolunuzdan sapdırmaq istəyirdi (arzulayırdı). Onlar özlərindən başqa heç kəsi sapdırmırlar və bunu dərk etmirlər.
Ayənin nazilolma səbəbi.
Bəzi yəhudilər müsəlmanlardan Məaz, Əmmar və sairə kimi pak, tanınmış və mübariz şəxslərin bir qismini öz dinlərinə dəvət etməyə və onları şeytani vəsvəsələrlə İslamdan döndərməyə çalışırdılar. Həmin vaxt sözügedən ayə nazil oldu və bu barədə bütün müsəlmanlara xəbərdarlıq etdi.
Ayənin təfsiri.
Yəhudilərin vəsvəsələri.
İslam düşmənləri, xüsusilə yəhudilər müsəlmanları İslamdan döndərmək üçün əllərindən gələni edirdilər, hətta tamahlarını Həzrət Peyğəmbərin (s) məxsus səhabələrinə belə salmışdılar. Şübhəsiz, Həzrət Peyğəmbərin (s) yaxın səhabələrindən bir neçəsinə nüfuz edə bilsəydilər, İslama böyük zərbə vurmuş olardılar və bu, başqalarının da imanında süstlük yaranmasına zəmin yaratmış olardı.
Bu nazilolma səbəbi cüzi fərqlə "Təfsiri-Əbülfutuh", "Ruhul-mǝani", "Təfsiri-kəbir", "Təfsiri-Qurtubi", "Bəhrul-mühit", "Təfsiri-Fəxr Razi" və sairədə sözügedən #### Ayənin təfsirində nəql edilib.
Sözügedən ayə düşmənlərin bu planını ifşa edərək buyurur: "Kitab əhlindən bir dəstə (yəhudilər) sizi yolunuzdan sapdırmaq istəyirdi (arzulayırdı).
Lakin Peyğəmbər (s) məktəbində müsəlmanların çox dəqiq və şüurlu tərbiyə edildiklərini və onların İslamdan dönmə ehtimalının olmadıqlarını unudurdular. Onlar İslamı bütün vücudları ilə dərk etmişdilər və ona eşq bəsləyirdilər. Buna görə də düşmənlər onları yolundan sapdıra bilməzdilər.
"Onlar özlərindən başqa heç kəsi sapdırmırlar və bunu dərk etmirlər”.
Onlar şübhə yaratmaqla, İslam və Peyğəmbərə (s) böhtanlar atmaqla özlərində bədbinlik ruhu yaradırdılar. Çünki birindən nöqsan və irad tutan şəxs onda olan müsbət cəhətləri görmür, tərslik və inadkarlıq səbəbindən işıqlı və müsbət cəhətlər onun gözündə qaranlıq və mənfi görünür və buna görə də haqdan gündən-günə daha çox uzaqlaşır. Bəlkə də, "bunu dərk etmirlər" ifadəsi həmin psixoloji nöqtəyə insanın özü də bilmədən öz sözlərinin təsiri altına düşməsinə işarədir.
O, səfsətəçilik, yalan və azdırıcı böhtanla başqalarını azdırmağa çalışanda bu, onun özünə də təsir edir, həmin yalanlar getdikcə onun öz ruhuna da təsir göstərir və həmin şeylər onun inkaredilməz etiqadına çevrilir, onlara inanır və yolunu həmişəlik olaraq azır.
Ali-İmran surəsi, 70 və 71-ci ayələr
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنْتُمْ تَشْهَدُونَ .٧٠
يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ .٧١
Ayələrin tərcüməsi
70\. Ey kitab ǝhli, Allahın ayələrinə (onların düzlüyünə) şəhadət verdiyiniz halda, nə üçün (onları) inkar edirsiniz?
71\. Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?
Ayələrin təfsiri.
Nə üçün həqiqəti gizlədirsiniz?
Əvvəlki ayələrdə kitab əhlinin təxribatçı fəaliyyətinə işarə etdikdən sonra bu iki ayədə onlara xitab edərək həqiqəti gizlətdiklərinə, haqqa təslim olmadıqlarına görə kəskin şəkildə məzəmmət edir.
Əvvəlcə buyurur: "Ey kitab əhli, Allahın ayələrinə (onların düzlüyünə) şəhadət verdiyiniz halda, nə üçün (onları) inkar edirsiniz?"
Siz Tövrat və İncildə İslam Peyğəmbərinin (s) əlamətlərini oxumusunuz, ondan xəbərdarsınız. Elə isə nə üçün onu inkar edirsiniz?
İkinci ayədə də onlara xitab edərək buyurur: “Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz (ki, həm başqalarını doğru yoldan azdırasınız, həm də özünüz azasınız)?”
Əvvəlki ayədə onların özünün bilərəkdən haqq yoldan çıxması, ikinci ayədə isə başqalarını azdırmaları məzəmmət edilir.
Biz "Bəqərə” surəsinin həmin mənanı ifadə edən 42-ci ayəsinin təfsirində bu barədə bəzi məsələlərə toxunduq.
Ali-İmran surəsi, 72-74-cü ayələr
وَقَالَتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنْزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ .٧٢
وَلَا تُؤْمِنُوا إِلَّا لِمَنْ تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللَّهِ أَنْ يُؤْتَى أَحَدٌ مِثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَاجُّوكُمْ عِنْدَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ .٧٣
يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ .٧٤
Ayələrin tərcüməsi
72\. Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: “(Gedin,) günün əvvəlində (üzdə) möminlərə nazil edilənə inanın, günün sonunda isə onu inkar edin, bəlkə, (öz dinlərindən) üz döndərdilər. (Siz kitab əhli və səmavi müjdədən xəbərdar olduğunuz üçün bu hiylə onları şübhəyə salmağa yetər.)
73\. Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!" De: "Yönləndirən, hidayət edən yalnız Allahdır (Onun qarşısında sizin bu hiylənizin heç bir təsiri yoxdur)". (Sonra yəhudilər öz adamlarına dedilər:) "Sizə verilənin bənzərinin (səmavi kitabın) başqasına (müsəlmanlara) veriləcəyinə və yaxud Rəbbinizin hüzurunda onların sizinlə mübahisə edəcəyinə (inanmayın, peyğəmbərlik, məntiq, hər ikisi sizə məxsusdur)!" De: "Həqiqətən, nemət (peyğəmbərlik, ağıl, məntiq neməti heç kəsin deyil,) Allahın əlindədir və onu istədiyi (layiq bildiyi) şəxsə bəxş edər. Allah genişdir (sonsuz nemət sahibidir), (həmin nemətlərin layiq olduğu yerləri) biləndir!"
74\. Rəhmətini istədiyi şəxsə şamil edər. Allah böyük kərəm sahibidir!
Ayələrin nazilolma səbəbi.
Təfsirçilərdən bəzisinin nəql etdiklərinə əsasən, Xeybər və digər bölgə yəhudilərindən on iki nəfər möminlərdə süstlük yaratmaq üçün hiyləgərliklə plan hazırlayır və öz aralarında belə qərara gəlirlər ki, səhər Həzrət Peyğəmbərin (s) yanına gedib zahirdə iman gətirsinlər və müsəlman olsunlar, lakin günün sonunda onu inkar etsinlər. Onlardan bunun səbəbini soruşanda da belə desinlər: “Biz Muhəmmədlə yaxından tanış olduq. Öz kitablarımıza müraciət edəndə və ya din alimlərimizlə məsləhətləşəndə onun sifət və üslubunun bizim kitablarda qeyd edilənlərlə üst-üstə düşmədiyini gördük. Buna görə də ondan çıxdıq".
Onlar bunu bəzilərinin "bunlar səma kitablarını bizdən yaxşı bilirlər, ona görə də nə deyirlərsə, düz deyirlər" demələri və beləcə, süstləşmələri üçün etmək istəyirdilər.
Bu ayə barəsində başqa nazilolma səbəbi də nəql edilib. Lakin qeyd edilən nazilolma səbəbi ayənin mənasına daha yaxındır.
Qeyd edilən ayələr yəhudilərin başqa bir planını ifşa edir. Onlar müsəlmanların imanında süstlük yaratmaq üçün bütün vasitələrdən – hərbi, siyasi, iqtisadi, mədəni hücumlardan istifadə ediblər. Sözügedən ayələr onların müsəlmanların əqidəsini hədəf almış hücumlarının bir hissəsinə işarə edir.
Ayədə belə buyurulur: "Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: "(Gedin,) günün əvvəlində (üzdə) möminlərə nazil edilənə inanın, günün sonunda isə onu inkar edin, bəlkə (öz dinlərindən) üz döndərdilər”.
Bəlkə də, “günün əvvəli və sonu” deyərkən iman gətirməklə kafir olmaq arasındakı fasilənin az olmasını nəzərdə tuturlar. Çünki bu fasilənin qısa olması müsəlmanların “onlar İslamı mühüm şey sayırdılar, lakin yaxından tanış olanda onun başqa cür olduğunu gördülər və dərhal ondan üz döndərdilər” deməsinə səbəb olacaqdı. Nəticədə, bu məkrli plan iradəsi zəif olan şəxslərə ciddi təsir göstərəcəkdi. Xüsusilə ona görə ki, həmin dəstə yəhudi alimlərindən ibarət idi və hamı onların səma kitabı və sonuncu peyğəmbərin nişanələri ilə daha yaxşı tanış olduqlarını bilirdi. Bu, ən azı İslamı yeni qəbul etmiş şəxslərin imanının təməlində süstlük yaradacaqdı. "Bəlkə, üz döndərdilər" ifadəsindən onların həmin planın təsirli olacağına ümid bəslədikləri məlum olur.
Lakin onlar öz ardıcıllarını itirməmək üçün zahirdə iman gətirən həmin şəxslərə imanlarının ancaq formal xarakter daşımalı olduğunu deyirlər: "Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”
Bu tövsiyəni Mədinə yəhudilərinə Xeybər yəhudiləri verib. Onlar Peyğəmbərlə (s) yaxın ünsiyyətdə olanların onun təsiri altına düşməsindən və ona iman gətirmələrindən qorxurdular. Çünki onların bəzisi peyğəmbərliyin yalnız yəhudi soyunda olacağına etiqad bəsləyirdi. Onların nəzərincə, zühur etməli olan peyğəmbər yəhudi olmalı idi.
Bəzi təfsirçilər (la tuminu) sözünün kökünün (iman) sözündən və mənasının "xatircəm olmaq, etimad etmək” olduğunu deyiblər. (Bu kökdən olan sözlər bu mənada da işlədilir.)
Sözügedən cümlədə məqsəd həmin məkrli planın tam gizli həyata keçirilməsi, ondan yəhudilərdən başqa heç kəsin, hətta müşriklərin belə xəbərdar olmamasıdır. Məbada bu plan faş olsun və puça çıxsın. Lakin hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah onların sirlərini faş və onları rüsvay edib ki, möminlərə ibrət, kafirlərə hidayət vasitəsi olsun.
Sonra buyurur: "De: "Yönləndirən, hidayət edən yalnız Allahdır".
Onun qarşısında sizin bu hiylənizin heç bir təsiri yoxdur.
Yəhudilərin sözünün arasında yerləşən bu əlavə cümlədə Allah- taala onlara qısa, lakin çox mənalı cavab verir. Birincisi, hidayət Allah tərəfindəndir, hansısa qövm və ya tayfanın inhisarında deyil və Peyğəmbərin (s) yalnız yəhudi tayfasından olmasına lüzum yoxdur.
İkincisi, ilahi hidayətin şamil olduğu kəslər bu məkrli planlar vasitəsi ilə süstləşən deyildirlər.
Sonra yenidən yəhudilərin sözlərinin davamını nəql edərək buyurur: "(Sonra yəhudilər öz adamlarına dedilər:) "Sizə verilənin bənzərinin (səmavi kitabın) başqasına (müsəlmanlara) veriləcəyinə və yaxud Rəbbinizin hüzurunda onların sizinlə mübahisə edəcəyinə (inanmayın, peyğəmbərlik, məntiq, hər ikisi sizə məxsusdur)!"
Onlar özlərini üstün hesab etmək xəstəliyinə tutulmuşdular. Onlar özlərini dünyanın ən yaxşı soyu sayır, peyğəmbərlik, idrak, məntiq və dəlil-sübutun özlərinə məxsus olduğunu düşünür və bu puç gümanla hər iki cəhətdə özlərini üstün sayırdılar.
Ayənin sonunda Allah-taala onlara tutarlı cavab verir və onlara etinasızlıq göstərərək üzünü Peyğəmbərə tutub buyurur: "De: "Həqiqətən, nemət (peyğəmbərlik, ağıl, məntiq neməti heç kəsin deyil,) Allahın əlindədir və onu istədiyi (layiq bildiyi) şəxsə bəxş edər. Allah genişdir (sonsuz nemət sahibidir), (həmin nemətlərin layiq olduğu yerləri) biləndir.
Yəni ilahi nemətlərin hamısı – istər yüksək peyğəmbərlik məqamı olsun, istər ağıl, məntiq və digər iftixar mənbələri Onun tərəfindəndir və Allah onları ləyaqəti olan şəxslərə verir.
Ondan nə kimsə əhd-peyman alıb, nə də kiminsə Onunla qohumluq əlaqəsi var. Həmçinin O, Öz nemətlərini hansısa dəstədə məhdudlaşdırmayıb.
Sonuncu ayədə daha artıq təkid etmək üçün buyurur: “Rəhmətini istədiyi şəxsə şamil edər. Allah böyük kərəm sahibidir". Heç kəs Onun nemətlərini məhdudlaşdıra bilməz.
Allahın lütf və nemətlərinin insanların bəzisinə şamil olub bəzisinə şamil olmamasının səbəbi onun məhdud olmasına görə deyil, insanların ləyaqətinin fərqli olmasına görədir.
İncəlik:
Köhnə məkrli planlar.
Quranın möcüzəvi ayələrindən olan və yəhudilərin və İslam düşmənlərinin sirlərinin üstünü açan sözügedən ayələr onların İslamın erkən dövrünün müsəlmanlarının imanında süstlük yaratmaq üçün məharətlə cızdıqları planı faş edib. Müsəlmanlar onun sayəsində düşmənin azdırıcı vəsvəsələrindən çəkiniblər.
Lakin diqqət etsək, həmin planların başqa şəkillərdə yaşadığımız əsr və zamanda da həyata keçirildiyinin şahidi olarıq. Belə ki düşmən bu istiqamətdə dünyanın ən mükəmməl təbliğat vasitələrindən istifadə edir. Onlar müsəlmanların, xüsusilə gənc nəslin zehnindən İslam etiqadının təməl prinsiplərini silməyə çalışırlar. Onlar bu yolda bütün vasitələrdən, alim, şərqşünas, tarixçi, təbiət elmləri mütəxəssisi, jurnalist, hətta aktyorlardan da istifadə edirlər.
Onlar bu işdə heç məqsədlərini də gizlətmirlər. Bu təbliğatlarda məqsəd müsəlmanları xaçpərəst və ya yəhudi etmək deyil. Məqsəd gənclərin zehnində İslam etiqadının prinsiplərini süstləşdirmək və onları öz din və mədəniyyətlərinin böyük şəxsiyyətlərinə qarşı laqeydləşdirməkdir. Quran bu gün də müsəlmanlara həmin planlar qarşısında diqqətli olmaq barədə xəbərdarlıq edir.
Ali-İmran surəsi, 75 və 76-cı ayələr
وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِنْ تَأْمَنْهُ بِقِنْطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُمْ مَنْ إِنْ تَأْمَنْهُ بِدِينَارٍ لَا يُؤَدِّهِ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَائِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لَيْسَ عَلَيْنَا فِي الْأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ .٧٥
بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ .٧٦
Ayələrin tərcüməsi
75\. Əhli-kitab arasında elələri var ki, əgər onlara külli miqdarda sərvət əmanət etsən, onu sənə qaytararlar; elələri də var ki, onlara bir dinar da əmanət versən, başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar. Səbəb də budur ki, onlar: "Biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq” – deməklə bilə-bilə Allaha böhtan atırlar.
76\. Bəli, kim öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, (Allah onu sevər, çünki) Allah müttəqiləri sevir.
Ayələrin nazilolma səbəbi.
Bu ayə iki yəhudi barəsində nazil olub. Onlardan biri Abdullah ibn Səlam adlı etibarlı və əmanətdar, ikincisi isə Fəhnas ibn Azura adlı xain və alçaq şəxs olub. Bir zəngin şəxs Abdullahın yanına 1200 uqiyyə qızıl əmanəti qoyub. Abdullah vaxt çatanda onun hamısını sahibinə qaytarıb və əmanətdar olduğuna görə Allah-taala sözügedən ayədə onu mədh edib.
Qüreyşdən olan bir kişi Fəhnasa bir dinar əmanət tapşırıb. Fəhnas isə həmin əmanətə xəyanət edib. Allah-taala bu xəyanətinə görə onu məzəmmət edib.
Lakin bəzilərinə görə, birinci şəxsdə məqsəd xaçpərəstlərin bir dəstəsi, əmanətə xəyanət edənlər isə yəhudilərdir.
Ayənin hər iki nazilolma səbəbini ehtiva etməsi də mümkündür. Çünki Quran ayələrinin çoxu hansısa konkret hadisə haqda nazil olsa da, ümumi xarakterlidir və o, ancaq nazil olduğu hadisədə məhdudlaşmır.
Ayələrin təfsiri.
Kitab əhlinin xain və əmanətdarları.
Sözügedən ayələr kitab əhlinin başqa bir surətini təsvir edir. Çünki bəzi yəhudilər başqalarının əmanətlərini qorumaq məsuliyyətini daşımadıqlarını, hətta həmin əmanətləri mənimsəmək haqqına malik olduqlarını düşünürdülər. Onların məntiqi bu idi ki, biz kitab əhliyik və Allahın peyğəmbəri və kitabı bizim aramızda olub, buna görə də başqalarının malını mənimsəmək bizə haram deyil. Lakin kitab əhlinin hamısı bu qeyri-insani təfəkkür tərzi ilə razılaşmırdı və onların bəzisi özünü başqalarının haqlarını geri qaytarmağa borclu hesab edirdi.
Quran sözügedən ayələrin birincisində hər iki dəstəyə işarə edərək buyurur: "Əhli-kitab arasında elələri var ki, əgər onlara külli miqdarda sərvət əmanət etsən, onu sənə qaytararlar; elələri də var ki, onlara bir dinar da əmanət versən, başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar”.
Bu surənin 14-cü ayəsinin təfsirində də qeyd etdiyimiz kimi, ayənin ərəbcə orijinalında işlənmiş (qintar) sözünün mənası "möhkəm şey"dir. Sonra o, "çoxlu mal" barəsində də işlədilib. Körpüyə (qəntərə), ağıllı şəxslərə (qintir) deyilməsinin səbəbi körpünün bünövrəsinin, ağıllı adamın isə düşüncəsinin möhkəm olmasıdır.
Bu ayədə (qintar) sözündə məqsəd "çoxlu sərvət”, (dinar)da məqsəd isə “az mal”dır. Qurani-Kərim bəzisinin əyri işinə görə onların hamısını pisləmir və bu, bütün müsəlmanlar üçün mühüm əxlaq dərsidir.
Özlərini başqalarının malını mənimsəməkdə ixtiyar sahibi hesab edənlər zor və güc məntiqindən başqa heç bir məntiq qəbul etmirlər. Biz bu gün dünya səviyyəsində bunun ən bariz nümunəsini sionist rejimdə görürük. Onlar başqalarının haqqını özünə qaytarmaq üçün "qol gücü"ndən başqa yol başa düşmürlər. Onlar üçün beynəlxalq qətnamələr, dünya əhalisinin nəzəri və haqq-ədalət kimi məfhumlar mənasızdır. Bu, Qurani-Kərimdə sözügedən ayədə əvvəlcədən xəbər verilmiş həqiqətlərdəndir. Buna görə də müsəlmanların onlardan öz haqlarını geri almaq üçün güc əldə etməkdən başqa çarəsi yoxdur.
Sonra həmin ayənin davamında onların başqalarının malını qəsb etmək məntiqini bəyan edərək buyurur: "Səbəb də budur ki, onlar: "Biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq" — deyirlər.
Ayənin ərəbcə orijinalında işlənmiş (ummiyyin) sözünün mənası “dərs oxumamış şəxslər”dir. Lakin yəhudilərin həmin sözdə məqsədi ya ümumilikdə yazıb-oxuya bilməyən müşrik ərəblərdir, ya da Tövrat və İncili oxuya bilməyən şəxslər.
Onlar özlərini bu cür üstün hesab etmək və müxtəlif adlar altında yalançı imtiyazlarla başqalarının malını mənimsəmək haqqına etiqad bəsləyirdilər. Onların bu məntiq və yanaşma tərzi əmanətə xəyanət etmələrindən qat-qat təhlükəli idi. Çünki xain şəxslər öz işlərini səhv hesab edəndə bir günah etmiş olurlar. Lakin onlar bu işdə özlərini haqlı hesab edəndə daha böyük günaha mürtəkib olurlar.
Qurani-Kərim bu ayənin sonunda onlara cavab olaraq aydın şəkildə belə buyurur: “Bilə-bilə Allaha böhtan atırlar".
Onlar çox yaxşı bilirdilər ki, səma kitablarında onlara başqalarının əmanətinə xəyanət etmək icazəsi verilməyib. Lakin onlar öz alçaq əməllərinə haqq qazandırmaq üçün özlərindən belə şeylər uydurur və onu Allaha isnad edirdilər.
Sonrakı ayə kitab əhlindən "biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq" deyən və buna görə də özlərini azad hesab edənlərin biz bunun nümunəsini bu gün də onların çoxunun əməlində və başqalarının haqqını tapdamasında görürük – sözlərini inkar edərək buyurur: "Bəli, kim öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, (Allah onu sevər, çünki) Allah müttəqiləri sevir".
Yəni insanın üstünlük, şəxsiyyət və dəyər meyarı əhdə vəfalı olmaq, əmanətə xəyanət etməmək, təqvalı olmaq və günahlardan çəkinməkdir. Allah-taala özünü başqalarının haqqını tapdamaqda haqlı hesab edən və hətta bu işdə Allaha isnad edən yalançı xəyanətkarları deyil, belə şəxsləri sevir.
İncəliklər:
1\. İrad:
Burada belə bir irad tutula bilər ki, İslamda da başqalarının malı barəsində belə bir hökm mövcuddur. Çünki İslam da müsəlmanlara onların malını mənimsəmək icazəsi verir.
Cavab:
sban İslam barəsində belə bir söz danışmaq böhtandır. Çünki İslamın çoxsaylı hökmlərindən biri əmanətə xəyanət etməyin caiz olmamasıdır. Həmin əmanətin müsəlmana və ya qeyri-müsəlmana, hətta müşrikə aid olmasının fərqi yoxdur. İmam Səccad (ə) məşhur hədislərinin birində belə buyurub:
“Əmanəti sahibinə qaytarın (ona xəyanət etməyin)! And olsun Muhəmmədi haqq olaraq peyğəmbər göndərən Allaha, əgər atam Hüseyn ibn Əli ibn Əbu Talibin (ə) qatili atamı öldürdüyü qılıncı mənə əmanət tapşırsa, onu ona geri qaytararam”.!
Başqa bir hədisdə İmam Sadiqdən (ə) belə nəql edilib:
“Doğruçuluq və əmanətin qaytarılması Allah-taalanın göndərdiyi bütün peyğəmbərlərin təlimlərinin bir hissəsi olub və buna həm yaxşı, həm də pislər barəsində riayət edilməlidir”?
İslam müsəlmanlara ayədə yəhudilərin əmanətə xəyanət etməsi və öz əməllərinə haqq qazandırmaları barədə deyilənləri etmək icazəsi verməyib və onlar istisnasız olaraq əmanətə xəyanət etməmək məsuliyyəti daşıyırlar.
2\. Ərəb dilində (bǝla) (bəli) sözü hər hansı bir məsələni təsbit etmək üçün işlədilir. Lakin ondan adətən sualın mənfi şəkildə verildiyi yerlərdə istifadə edilir. Məsələn, Allah-taala buyurur:
"Mən sizin Rəbbiniz deyiləmmi?” Dedilər: “Bəli”.
“Bəli” mənası verən (nəəm) sözü isə müsbət sualın cavabında işlədilir. Məsələn, buyurur:
"Siz də Rəbbinizin sizə verdiyi vədin gerçək olduğunu gördünüzmü?” Dedilər: “Bəli".
Ali-İmran surəsi, 77-ci ayə
إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللَّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَا خَلَاقَ لَهُمْ فِي الْآخِرَةِ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ وَلَا يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ .٧٧
Ayənin tərcüməsi
77\. Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan şəxslərin axirətdə heç bir payı olmayacaq. Allah Qiyamət günü onlarla danışmayacaq, onlara nəzər salmayacaq və onları (günahdan) təmizləməyəcək. Onları şiddətli bir əzab gözləyir!
Ayənin nazilolma səbəbi.
Yəhudi alimlərindən bəziləri - Əbu Rafe, Hüyǝyy ibn Əxtəb və Kǝb ibn Əşrəf yəhudilər arasındakı nüfuzlarını təhlükədə görəndən sonra Tövratda sonuncu peyğəmbər barədə olan və öz əlləri ilə Tövratın nüsxələrində yazdıqları əlamətləri təhrif etməyə başladılar. Onlar hətta təhrif edilmiş həmin cümlələrin Allah tərəfindən olduğuna and içdilər. Bu səbəbdən sözügedən ayə nazil oldu və onlara ciddi xəbərdarlıq etdi.
Bəzi təfsirçilərin nəzərincə isə, bu ayə Əşəs ibn Qeys barəsində nazil olub. O, yalan iddia ilə başqasının torpağını mənimsəmək istəyirdi və öz iddiasını sübut etmək istəyərkən sözügedən ayə nazil oldu. Həmin vaxt Əşəs ibn Qeysin canına qorxu düşdü və o, həqiqəti etiraf edib torpağı öz sahibinə qaytardı.
Ayənin təfsiri.
Həqiqətləri təhrif edənlər.
Yəhudilərin və kitab əhlinin yanlış işlərindən bəhs edən əvvəlki ayələrin davamı olaraq bu ayədə onların bir başqa qisim yanlış işlərinə işarə edərək buyurur: "Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan şəxslərin axirətdə heç bir payı olmayacaq”.
Bu ayə ilahi ǝhd-peyman və andları maddi gəlirlərlə dəyişən kitab əhlinin alimlərinin bir dəstəsi barəsində nazil olsa da, onun mənası ümumidir.
Quran bu ayədə onlar üçün beş cəza qeyd edib. Birincisi, onlar axirətin sonsuz nemətlərindən məhrum olacaqlar.
İkincisi, “Allah Qiyamət günü onlarla danışmayacaq”.
Üçüncüsü, Öz lütfünü onlardan kəsəcək və “onlara nəzər salmayacaq”.
Allah-taala həmin gün (birbaşa və ya mələklər vasitəsi ilə) Öz mömin bəndələri ilə danışacaq. Bu danışıq onların sevincinə səbəb olacaq və bu, onlara etina və diqqətin göstəricisidir. Həmçinin Allah-taalanın onlara baxması Onun həmin şəxslərə xüsusi diqqət və iltifatına işarədir. Əlbəttə, bu, bəzi nadanların düşündüyü kimi fiziki gözlə olan baxış deyil.
Lakin Allahın ayələrini maddi dəyərə dəyişənlər həm bu iltifatdan, həm də bu söhbətdən məhrum olacaqlar.
Allahın danışmasında məqsəd dil ilə danışmaq deyil. Çünki Allah cisim və cismanilikdən uzaqdır. Onda məqsəd qəlbə ilhamla və ya Həzrət Musanın (ə) Tur ağacından səs eşitməsi kimi, fəzada səs yaratmaqla danışmaqdır.
Ayənin ərəbcə orijinalında işlənmiş (xəlaq) sözünün kökü (xuluq) sözüdür və onun mənası “nəsib və pay"dır. Onun belə adlandırılmasının səbəbi insanın "pay"ı öz əxlaqı ilə əldə etməsidir. (Demək istəyir ki, onlar özlərinə bir pay əldə etmək üçün yaxşı əxlaq sahibi olmayıblar.)
"Ucuz qiymətə" ifadəsinin mənası ilahi əhdin baha qiymətə satılmasının yaxşı, ucuz qiymətə satılmasının isə pis olması deyil. Məqsəd bu günahlar qarşısında əldə edilən istənilən gəlirin - o hətta şahlıq və hökmdarlıq olsa belə, az və cüzi olmasıdır.
Onların dördüncü və beşinci cəzası "Onları (günahdan) təmizləməyəcək. Onları şiddətli bir əzab gözləyir”dir.
Onların bu qədər mənəvi və fiziki cəzasının, Allahın lütf və iltifatından məhrumiyyətlə təhdid edilməsinin səbəbi Allahın ayələrini gizlətməyin, əhd-peymanı pozmağın və yalan andlardan istifadə etməyin günahının çox böyük olmasıdır.
İncəlik:
Ayədə əhdi pozmaq və yalan andlara görə qeyd edilən beş cəza Allaha "yaxınlıq və uzaqlığ”ın tədrici mərhələlərinə işarədir.
Allaha yaxınlaşan və Ona yaxınlıq meydanına qədəm basan şəxsə ilk öncə bir sıra mənəvi nemət və mərhəmətlər şamil olur. Allaha yaxınlaşandan sonra Allah onunla danışır, sonra bir az da yaxınlaşır, Allah ona lütf və mərhəmətlə nəzər salır. Bir az da yaxınlaşandan sonra onun günahını təmizləyir və nəticədə, o, ağrılı əzabdan nicat tapır, Onun nemətlərinə qərq olur. Lakin əhdlərini pozan, Allahın adından sui-istifadə edən şəxslər bu nemət və bərəkətlərin hamısından məhrum olur və mərhələ-mərhələ tənəzzül edirlər. Bəqərə surəsinin bəzi cəhət- lərdən bu ayəyə bənzəyən 174-cü ayəsinin təfsirində bu barədə bəzi izahlar verildi.
Ali-İmran surəsi, 78-ci ayə
وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُمْ بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِنْدِ اللَّهِ وَمَا هُوَ مِنْ عِنْدِ اللَّهِ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ .٧٨
Ayənin tərcüməsi
78\. Onların (yəhudilərin) arasında elələri var ki, (Allahın) kitab(ın) oxuyan zaman siz onların oxuduqlarını (Allahın) kitab(in)dan güman edəsiniz deyə dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki o, (Allahın) kitab(in)dan deyil. Allah tərəfindən olmadığı halda, onlar: "Bu, Allah tərəfindəndir” – deyir və bilə-bilə Allaha böhtan atırlar.
Ayənin nazilolma səbəbi.
Mərhum Təbərsi "Məcməül-bəyan” kitabında bu ayənin də yəhudi alimlərinin bir dəstəsi barəsində nazil olduğunu bəzilərindən nəql edib. Onlar öz əlləri ilə Tövratda İslam Peyğəmbərinin (s) sifətləri barədə nazil olanlara zidd şeylər yazar və onları Allaha isnad edərdilər (və dilləri ilə də həqiqətləri təhrif edərdilər). Əbülfütuh Razi bu barədə yəhudi alimlərindən Kəb ibn Əşrəf, Hüyǝyy ibn Əxtəǝb və başqalarının adını xüsusi qeyd edib.
Ayənin təfsiri.
Təhrifçilərin rüsvayçılığı.
Bu ayədə də kitab əhlinin bəzi alimlərinin əyri əməllərindən söz açılıb. Buyurur: "Onların (yəhudilərin) arasında elələri var ki, (Allahın) kitab(ını) oxuyan zaman siz onların oxuduqlarını (Allahın) kitab(ın)dan güman edəsiniz deyə dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki o, (Allahın) kitabın)dan deyil”.
Ayənin ərəbcə orijinalında işlənmiş (yəlvunə) sözünün kökü (ləyy) sözüdür və onun mənası “əymək”dir. Burada o, Allahın sözlərinin təhrif edilməsi barədə məcazdır. Onlar Tövratı oxuyarkən İslam Peyğəmbərinin (s) zühur müjdəsi verilmiş və sifətləri bəyan edilmiş ayələrinə çatanda onları dəyişdirər və bunu elə məharətlə edərdilər ki, dinləyici eşitdiyinin Allahın ayəsi olduğunu güman edərdi.
Onlar bununla da kifayətlənmir və “Allah tərəfindən olmadığı halda, onlar: "Bu, Allah tərəfindəndir" - deyirlər”. Bu iş səhv üzündən baş vermir, əksinə, “bilə-bilə Allaha böhtan atırlar".
Bütün bunların səbəbi onların öz maddi mənafelərini təhlükədə görmələri və bu səbəbdən hər günaha əl atmaları olub. Halbuki əgər öz düşüncə üfüqlərini yüksəltsəydilər və niyyətlərində ixlas göstərsəydilər, hər şeyə qadir olan uca Allah onların həm mənəvi, həm də maddi həyatını təmin edərdi.
Həmçinin bu və bundan əvvəlki ayələrdən yolunu azmış alimlərin ümmət və xalqlar üçün böyük təhlükə olduğu məlum olur. Çünki bu cəzaların ağır olması alimlərin mövqeyinin mühüm olmasına və onların sapmalarından doğan təhlükələrin böyüklüyünə dəlalət edir.
Ali-İmran surəsi, 79 və 80-ci ayələr
مَا كَانَ لِبَشَرٍ أَنْ يُؤْتِيَهُ اللَّهُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا عِبَادًا لِي مِنْ دُونِ اللَّهِ وَلَكِنْ كُونُوا رَبَّانِيِّينَ بِمَا كُنْتُمْ تُعَلِّمُونَ الْكِتَابَ وَبِمَا كُنْتُمْ تَدْرُسُونَ .٧٩
وَلَا يَأْمُرَكُمْ أَنْ تَتَّخِذُوا الْمَلَائِكَةَ وَالنَّبِيِّينَ أَرْبَابًا أَيَأْمُرُكُمْ بِالْكُفْرِ بَعْدَ إِذْ أَنْتُمْ مُسْلِمُونَ .٨٠
Ayələrin tərcüməsi
79\. Heç bir insana yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə ibadət edin!" desin. Əksinə, o: "Kitabı öyrətdiyiniz və öyrəndiyiniz üçün Allah adamı olun!" - deyər.
80\. O, sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O, sizi müsəlman olduqdan sonra küfrə dəvət edərmi?!
Ayələrin naziloma səbəbi.
Bu iki ayə barəsində iki nazilolma səbəbi nəql edilib.
Birinci nazilolma səbəbinə görə, bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlib belə deyir: Biz sənə başqaları kimi salam veririk, halbuki bu ehtiram kifayət deyil, xahiş edirik bizə əlavə imtiyaz və sənə səcdə etmək icazəsi verəsən.
Həzrət Peyğəmbər (s) buyurur: “Allahdan başqasına səcdə etmək olmaz. Siz öz peyğəmbərinizə bir insan kimi hörmət göstərin, onun haqqını dərk edin və ona tabe olun".
İkinci nazilolma səbəbi isə belədir: Əbu Rafe adlı bir yəhudi Nəcrandan göndərilmiş nümayəndə heyətinin başçısı ilə birlikdə Mədinədə Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir: "İstəyirsənmi sənə ibadət və tanrılıq məqamını aid edək?” (Bəlkə də, onlar elə düşünürdülər ki, Həzrət Peyğəmbərin (s) İsanın (ə) tanrı hesab edilməsinə qarşı çıxmasının səbəbi özünün belə bir statusa malik olmamasıdır və əgər ona da belə bir məqam aid etsələr, ona qarşı çıxmaqdan əl çəkəcək. Yaxud, ola bilər ki, onların bu təklifində məqsəd Həzrət Peyğəmbəri (s) rüsvay etmək və cəmiyyətdə ona qarşı mənfi fikir formalaşdırmaq olub.)
Həzrət Peyğəmbər (s) buyurur: “Tək olan Allahdan başqasına ibadət edilməsinə icazə verməkdən Allaha pənah aparıram! Allah məni əsla belə bir iş üçün göndərməyib”.'
Ayələrin təfsiri.
Allahdan qeyrisinə ibadətə dəvət etmək olmaz!
Bu ayələr də kitab əhlindən bir dəstənin batil fikirlərini inkar və islah edir. Xüsusilə də xaçpərəstlərə bildirir ki, İsa (ə) heç vaxt allahlıq iddiası etməyib və onun haqqında deyilənlərin hamısı sonradan uydurulmuş nalayiq iddialardır.
Həmçinin o, İslam Peyğəmbəri (s) barədə belə iddialar etmək istəyən şəxslərə qətiyyətlə cavab verərək buyurur: "Heç bir insana yaraşmaz (və heç kəsin belə bir haqqı olmayıb) ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə ibadət edin! - desin.
Nə İslam Peyğəmbərinin (s), nə də başqa peyğəmbərlərin belə bir söz demək haqqları yoxdur. Peyğəmbərlərə isnad edilən bu cür fikirlərin hamısı nadanların və onların təlimlərindən uzaq düşmüş adamların uydurmasıdır.
Ola bilərmi ki, Allah tərəfindən belə yüksək məqam əldə etmiş şəxslər insanları Ona şərik qoşmağa dəvət etsinlər?!
Sonra buyurur: "Əksinə, o: “Kitabı öyrətdiyiniz və öyrəndiyiniz üçün Allah adamı olun (və heç vaxt Allahdan başqasına ibadət etməyin)!" - deyər.
Allah elçiləri heç vaxt bəndəlik və Allaha ibadət yolundan kənara çıxmayıblar və Allah qarşısında özlərini hamıdan çox kiçildiblər. Buna görə də onların tövhid yolundan çıxıb insanları şirkə dəvət etməsi mümkünsüzdür.
Ayənin ərəbcə orijinalında işlənmiş (rəbbaniyyin) sözü (rǝbbaniyy) sözünün cəmidir. Bu söz “Rəbb” ilə əlaqəsi güclü olan şəxs barəsində işlədilir. “Rəbb” sözü başqalarını tərbiyə və islah edən şəxslər barəsində işlədildiyi üçün sözügedən ayədə onun mənası peyğəmbərlərə insanları onlara ibadət etməyə dəvət etmək yaraşmaz olur. Onlara layiq olan iş Allahın ayələrini öyrətmək və dini həqiqətləri tədris etməklə insanlardan Rəbb ilə sıx ünsiyyətdə olan alimlər Allahdan başqa heç kəsə ibadət etməyən və insanları yalnız elmə dəvət edən şəxslər yetişdirməkdir. Peyğəmbərlərin məqsədi yalnız insanların tərbiyə edilməsi olmayıb. Onlar bundan əlavə, cəmiyyət üçün müəllim, tərbiyəçi və rəhbər, yəni mühiti öz elm və imanı ilə işıqlandıran insanlar yetişdirmək fikrində olublar.
Sözügedən ayədə əvvəlcə təlim və öyrətmək, sonra öyrənmək məsələsinə toxunulub. Bu iki ifadənin bir-birindən fərqi “təlim" sözünün mənasının daha geniş olması, onun həm söz, həm də əməl ilə savadlı və ya savadsız insanlara bir şey öyrətməyi əhatə etməsidir. Lakin ayədə qeyd edilən "öyrənmək” kitab-dəftər vasitəsi ilə olan öyrənməkdir və onların arasında məntiq elminin termini ilə desək, "uyuşan tabeli anlayış” əlaqəsi mövcuddur.
Buna görə də peyğəmbərlərin məqsədi alim, ictimai islahatçı, savadlı, agah, tədbirli və düşüncəli insanlar yetişdirməkdir.
Sonrakı ayə özündən əvvəlki ayədə deyilənləri təkmilləşdirir buyurur ki, peyğəmbərlər insanları özlərinə ibadət etməyə dəvət etmədikləri kimi, mələk və digər peyğəmbərlərə ibadətə də dəvət etməyiblər. Buyurur: “O, sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz.
Bu cümlə bir tərəfdən mələkləri Allahın qızı hesab edən, onlara rübubiyyət məqamı aid edən və bununla yanaşı, həm də özlərini İbharim (ə) dininin davamçısı hesab edən ərəb müşriklərinə, digər tərəfdən özünü Həzrət Yəhyanın (ə) davamçısı hesab edən, lakin mələklərin məqamını ibadət həddinə qədər yüksəldən sabiilərə cavabdır. Həmçinin o, Üzeyir (ə) və ya İsanı (ə) Allahın oğlu hesab edən və rübubiyyətdə onlara da pay aid edən yəhudi və xaçpərəstlərə cavabdır.
Ayə onların hamısına cavab verərək buyurur ki, hər hansı bir peyğəmbərin həmin ilahi elm və agahlıqla insanları Allahdan qeyrisinin rübubiyyətinə inanmağa dəvət etməsi mümkün deyil.
Ayənin sonunda daha çox təkid edərək buyurur: "O, sizi müsəlman olduqdan sonra küfrə dəvət edərmi?!”
Allah elçisinin insanları küfrə dəvət etməsi, mələklərə və ya peyğəmbərlərə ibadət etməyə icazə verməsi mümkündürmü?
Burada da “İslam” deyilərkən onun geniş mənası, yəni Allahın əmri qarşısında təslim olmaq, iman və tövhid nəzərdə tutulur.
Yəni necə ola bilər ki, hər hansı bir peyğəmbər insanları əvvəl iman və tövhidə dəvət etsin, sonra onlara şirk yolunu göstərsin?!
Yaxud necə ola bilər ki, hansısa bir peyğəmbər digər peyğəmbərlərin İslama dəvət zəhmətlərini zay etsin və onları küfr və şirkə istiqamətləndirsin?!
Həmçinin bu ayə dolayısı ilə peyğəmbərlərin məsum olmasına və Allahın əmrindən çıxmamalarına işarə edir.
Sözügedən ayə tam qətiyyətlə Allahdan qeyrisinə, xüsusilə insan- lara pərəstiş etməyi pisləyir və insanda azadlıq və müstəqillik ruhu formalaşdırır.
Tarix boyu hansısa bir məqama çatmamışdan əvvəl məsum simaya malik olan, insanları haqqa, ədalətə, hürriyyətə, azadlığa, imana dəvət edən insanlar çox olublar. Lakin çoxları ictimai mövqeləri möhkəmləndikdən sonra yavaş-yavaş yollarını dəyişiblər və insanları şəxsiyyǝtpərəstliyə və özlərinə tərəf dəvət ediblər.
Əslində, haqq carçıları ilə batil carçılarını bir-birindən fərqləndirməyin yollarından biri də budur. Başında peyğəmbərlər və imamların dayandığı haqq carçıları ən güclü olduqları dövrdə də dəvətlərinin ilk günündəki kimi, insanları tövhid, təkallahlıq və azadlıq kimi müqəddəs dini və insani məqsədlərə tərəf dəvət ediblər. Lakin batil carçıların güc və qələbə əldə etdikdən sonra zehnlərinə gələn ilk şey insanları özlərinə tərəf dəvət etmək, bir növ özlərinə ibadətə çağırmaq olur.
Adətən o cür şəxslərin ətrafına yığılan simasız insanların yaltaqlıqları onların lovğalıq və "dayazlığ"ı ilə birləşərək belə bir fenomenin yaranmasına səbəb olur.
İmam Əlidən (ə) nəql edilmiş maraqlı bir hədis o Həzrətin həqiqi və mənəvi simasını təsvir edir və sözügedən məsələyə dəlalət edir.
İmam Əli (ə) Ənbara (İraqın sərhəd şəhərlərindən birinin adıdır) çatanda kəndçilərdən (kəndxudalardan) bir dəstəsi öz adət-ənənələrinə uyğun olaraq, minikdən düşüb sürətlə o Həzrətə tərəf qaçmağa (və hətta səcdə etməyə) başlayırlar. İmam (ə) onların bu işinə nəinki razı olmur, əksinə çox əsəbləşir və belə buyurur:
"Bu nə işdir görürsünüz?”
Onlar: “Bu, bizim adətimizdir, öz əmirlərimizə belə təzim edirik” – deyə cavab verirlər.
İmam (ə) buyurur: “And olsun Allaha, bu işin sizin əmirlərinizə bir xeyri yoxdur. Sadəcə, siz bununla özünüzü dünyada zəhmətə salır, axirətdə isə bədbəxtliyə düçar edirsiniz. Arxasınca Allahın əzabı gələn zəhmət necə də ziyanlıdır! Arxasınca Cəhənnəm odundan qurtuluş gələn aramlıq və azadlıq necə də xeyirlidir!"
Ali-İmran surəsi, 81, 82-ci ayələr
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُمْ مِنْ كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُصَدِّقٌ لِمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنْصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُوا أَقْرَرْنَا قَالَ فَاشْهَدُوا وَأَنَا مَعَكُمْ مِنَ الشَّاهِدِينَ .٨١
فَمَنْ تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُولَئِكَ هُمُ الْفَاسِقُونَ .٨٢
Ayələrin tərcüməsi
81\. Allahın peyğəmbərlərdən (və onların davamçılarından): "Sizə kitab və elm verildikdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq iman gətirin və yardım edin" - deyə əhd aldığı zaman(ı yada salın). Sonra (Allah-taala onlara) dedi: "Bunu təsdiq edib möhkəm əhd-peyman bağlayırsınızmı?" Onlar da: "Təsdiq etdik!" - deyə cavab verdilər. (Bu zaman Allah-taala) buyurdu: "Elə isə şahid olun! Mən də sizinlə birlikdə şahid olanlardanam!"
82\. Bundan sonra kim üz döndərsə, fasiqdir.
Ayələrin təfsiri.
Müqəddəs əhd-peyman.
Keçmiş peyğəmbərlərin kitabında İslam Peyğəmbərinin (s) nişanələrinin olmasına işarə edilən əvvəlki ayələrin ardınca bu ayələrdə ümumi bir qaydaya işarə edilib. Həmin qayda keçmiş peyğəmbərlərin (və onların davamçılarının) Allahla özlərindən sonra gələn peyğəmbərlərə tabe olmaq barədə əhd bağlamalarından ibarətdir. Buyurur: "Allahın peyğəmbərlərdən (və onların davamçılarından): "Sizə kitab və elm verildikdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq iman gətirin və yardım edin" - deyə əhd aldığı zaman(ı) yada salın.
Sonrakı peyğəmbərlər və ümmətlər keçmiş peyğəmbərlərə və dinlərə hörmət etməli və onların prinsiplərinə hörmətlə yanaşmalı olduqları kimi, keçmiş peyğəmbər və ümmətlər də özlərindən sonrakı peyğəmbərlər haqda belə bir məsuliyyət daşıyırlar. Quran ayələrində peyğəmbərlərin məqsədinin vahid olmasına dəfələrlə işarə edilib və bu ayə də onun bariz nümunələrindəndir.
Ayənin ərəbcə orijinalında işlənmiş (misaq) sözünün kökü (vusuq) sözüdür və onun mənası “inanmaq və etimad etmək”dir. Buna görə də etimad ediləsi ǝhd-peymanalara (misaq) deyirlər.
Peyğəmbərlərlə yanaşı, onların davamçılarından da əhd-peyman alınıb. Həmin əhd-peymana görə, əgər dəvəti onların dəvəti ilə, nişanələri onların səma kitbalarında qeyd edilənlərlə üst-üstə düşən bir peyğəmbər gəlsə (və onun haqq olması sübuta yetsǝ), onlar ona iman gətirməkdən əlavə, həm də ona yardım göstərməlidirlər.
Sonra təkid etmək üçün əlavə edir: "Sonra (Allah-taala onlara) dedi: "Bunu təsdiq edib möhkəm əhd-peyman bağlayırsınızmı?" Onlar da: "Təsdiq etdik!" - deyə cavab verdliǝr. (Bu zaman Allah-taala) buyurdu: "Elə isə şahid olun! Mən də sizinlə birlikdə şahid olanlardanam!”
Qurani-Kərim sonrakı ayədə əhdini pozanları məzəmmət və təhdid edərək buyurur: "Bundan (bu qədər təkiddən və möhkəm əhd- peymandan) sonra kim üz döndərsə (və zühur müjdəsi nişanələrlə birlikdə keçmiş kitablarda qeyd edilmiş İslam Peyğəmbərinə (s) iman gətirməsə), fasiqdir (və Allaha itaətdən çıxmış sayılır)".
Allah-taala bu cür inadkar və tərs fasiqləri doğru yola yönəltmir. "Tövbə" surəsinin 80-ci ayəsində buyurur:
"Allah fasiq tayfanı doğru yola yönəltməz”.
Allahın hidayətinin şamil olmadığı şəxsin sonu Cəhənnəm odu və şiddətli əzabdır.
İncəliklər:
1\. Peyğəmbərlərin təsdiq edilməsi barədə əhd-peyman Görəsən, sözügedən ayə yalnız əvvəlki peyğəmbərlərin İslam Peyğəmbəri (s) barəsindəki əhd-peymanı barədədir, yoxsa o, bir-birindən sonra gələn peyğəmbərlərin hamısına aiddir?
Peyğəmbərlərin sonuncusu onun bariz nümunəsi olsa da, ayədəki cümlələrdən onun mənasının ümumi olması başa düşülür. Buna görə də hədislərdə onda məqsədin İslam Peyğəmbəri (s) olmasının deyilməsi #### Ayənin təfsiri və bariz nümunəsinin göstərilməsi qismindəndir və ayənin mənası yalnız onunla məhdudlaşmır.
Fəxr Razi öz təfsirində İmam Əlidən (ə) belə nəql edib: "Allah- taala Adəm (ə) və digər peyğəmbərləri yaradanda onlardan əhd-peyman aldı ki, Muhəmməd (s) göndəriləndə ona iman gətirsinlər və yardım etsinlər".
2\. Bir peyğəmbərin zamanında başqa bir peyğəmbərin göndərilməsi.
Hansısa bir "ulul-əzm" peyğəmbərin zamanında başqa bir “ulul- əzm” peyğəmbər gələ və birinci peyğəmbər o birinə tabe olmaq məsuliyəti daşıya bilərmi?
Bu sualın cavabında qeyd etmək lazımdır ki, həmin əhd-peyman yalnız peyğəmbərlərdən deyil, onların davamçılarından da alınıb. Əslində, “peyğəmbərlərdən əhd-peyman alınması" deyilərkən onların ümmətlərindən, onlardan sonra dünyaya gələcək və sonrakı peyğəmbərin dövrünü görəcək nəsillərdən əhd-peyman alınması nəzərdə tutulur. Bundan əlavə, əgər peyğəmbərlər sonrakı peyğəmbərlərin zamanını görsələr, (belə bir halın baş verdiyini fərz etsək) ona iman gətirəcəklər. Yəni Allah elçilərinin dəvət və məqsədləri bir-birindən ayrı deyil və onların arasında mübahisə və çəkişmə yoxdur.
3\. Şahidlikdə peyğəmbərlərin canişinləri də özləri kimidirlər Sözügedən ayə peyğəmbərlər barəsində olsa da, o, peyğəmbərlərin canişinlərinə də şamil olur. Çünki onların həqiqi canişinləri ilə özləri arasında fərq yoxdur və onların hamısı eyni məqsədə xidmət edir. Peyğəmbərlər həmişə öz canişinlərini insanlara tanıtmış, onların müjdəsini vermiş, insanları onlara iman gətirməyə və yardım göstərməyə dəvət etmişlər. Təfsir və hədis kitablarında nəql edilmiş bəzi hədislərdə "yardım edin” cümləsinin Əli (ə) barədə nazil olduğu və onun imamət məsələsini də ehtiva etməsi qeyd edilib. Əslində, bu da həmin mənaya işarədir.
Sözügedən ayənin sintaksis quruluşu barədə təfsirçilər və dilçi alimlər arasında fikir ayrılığı mövcuddur.
4\. Maneə törədən təəssüblər.
Hər hansı bir dinin davamçıları öz dinlərindən asanlıqla əl çəkmir və Allah tərəfindən göndərilmiş peyğəmbərlər qarşısında təslim olmurlar.
Onlar xüsusi irticaçılıq və təəssüblə öz köhnə dinlərində qalır və onu müdafiə edirlər. Sanki onlar həmin dini özlərindən, özlərini isə ondan hesab edir, onun tərk edilməsini öz milli mənsubiyyətlərinin məhvi sayırlar. Buna görə də onlar yeni dinlə çox çətin barışırlar. Tarix boyu baş vermiş və tarixin ən acı hadisələrindən olan dini müharibələrin çoxunun səbəbi məhz bu quru təəssübkeşlik və köhnə dinlǝrǝ irticaçı bağlılıq olub. Halbuki təkamül qanununa əsasən, dinlər biri-digərindən sonra gələrək insanları Allahı tanımaq, haqq-ədalət, iman, əxlaq, insanlıq və fəzilət yolunda irəli aparmalı və dinlərin sonuncusuna çatdırmalıdır. Bu, uşağın təhsil pillələrini biri-digərinin ardınca qət etməsi kimidir. Şübhəsiz, şagirdin ibtidai sinif mühitindən xoşu gəldiyi üçün təəssüb göstərib sonrakı mərhələyə keçməkdən imtina etməsi gerilik və tərəqqi karvanından uzaqlıqdan başqa bir şeylə nəticələn- məyəcək. Sözügedən ayədə əvvəlki peyğəmbərlər və ümmətlərdən gələcək peyğəmbərlər barəsində əhd-peyman alınması sanki həmin təəssübkeşlik, irticaçılıq və inadkarlıqdan çəkindirmək üçündür. Təəssüf ki, bu qədər təkiddən sonra biz yenə də keçmiş din davamçılarının yeni həqiqətlər qarşısında təslim olmadıqlarının şahidi oluruq.
İslamın dinlərin sonuncusu olmasının səbəbi və necəliyi barədə Allahın istəyi ilə "Əhzab" surəsinin 40-cı ayəsinin təfsirində geniş şəkildə danışacağıq.
Ali-İmran surəsi, 83-85-ci ayələr
أَفَغَيْرَ دِينِ اللَّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ .٨٣
قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ .٨٤
وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ .٨٥
Ayələrin tərcüməsi
83\. Onlar Allahın dinindən başqa bir din axtarırlar?! (Onun dini İslam dinidir.) Göylərdə və yerdə olan kəslərin hamısı istər ixtiyari olsun, istərsə də icbari, Onun (fərmanı) qarşısında təslim olmuşlar və hamı Onun hüzuruna qayıdacaq.
84\. Söylə: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Onun fərmanına) təslim oluruq!"
85\. Kim özünə İslamdan (Allahın fərmanı qarşısında təslim olmaqdan) başqa bir din seçsə, ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar!
Ayələrin təfsiri.
Ən üstün ilahi din İslamdır.
Əvvəlki ayələrdə keçmiş dinlər barədə geniş izah verildi. Bu ayələrdə isə İslamdan danışılır, kitab əhlinin və keçmiş dinlərin davamçılarının diqqəti ona cəlb edilir.
Birinci ayədə buyurur: "Onlar Allahın dinindən başqa bir din axtarırlar?!" Onun dini İslam dinidir.
Sonra buyurur: “Göylərdə və yerdə olan kəslərin hamısı istər ixtiyari olsun, istərsə də icbari, Onun (fərmanı) qarşısında təslim olmuşlar və hamı Onun hüzuruna qayıdacaq”.
Buna görə də İslam bütün varlıq və yaradılış aləminin dinidir.
Qurani-Kərim burada “İslam”ı geniş mənada təfsir edir, yəni göydə və yerdə olan kəslərin və onlarda olan varlıqların hamısı müsəl- mandır və Onun əmri qarşısında təslimdir. Çünki İslamın ruhu haqq qarşısında təslim olmaqdan ibarətdir. Sadəcə, bəziləri Onun şəriət qanunları qarşısında ixtiyari, bəziləri isə yaradılış qanunları qarşısında icbari şəkildə təslim olurlar.
Allah-taalanın varlıq aləmində iki cür əmri var. Onun əmrlərinin bir hissəsi təbii və təbiətin fövqündə olan qanunlardır. Onlar bu dünyanın müxtəlif varlıqlarına hakimdirlər və onların qarşısında hamı tabe olmaq, bir an belə boyun qaçırmamaq məcburiyyətindədir. Əgər kimsə onlardan boyun qaçırsa, məhv ola bilər. Bu, İslamın və Allahın əmrləri qarşısında təslim olmağın bir növüdür. Bu baxımdan dənizə saçan Günəş şüaları, dənizdən qalxan buxar, bir-birinə birləşən bulud parçaları, göydən nazil olan yağış damcıları, ondan qidalanıb böyüyən ağaclar, onunla çiçək açan güllər - bir sözlə, bunların hamısı müsəlmandır. Çünki onların hamısı yaradan tərəfindən onlar üçün müəyyənləşdirilmiş qanunlara təslimdirlər.
Allahın əmrinin digər bir forması “şəriət əmri” adlanır və o, səma dini və peyğəmbərlərin təlimlərində mövcud olan qanunlardan ibarətdir. Onlara təslim olmaq ixtiyaridir və yalnız imanlı şəxslər onlara təslim olduqları üçün “müsəlman” adlandırılmağa layiqdirlər.
Bu qanunlardan boyun qaçırmaq da yaradılış qanunlarından boyun qaçırmaq kimi, tənəzzül, gerilik və ya məhvə səbəb olur.
Sözügedən ayədə “təslim olmaq” ifadəsi geniş mənada olduğu üçün o, hər iki qismə şamil olur. Buna görə də bəziləri, məsələn, möminlər ixtiyari şəkildə, bəziləri isə məsələn, kafirlər yaradılış qanunları qarşısında təslim olmaqla Allaha təslim olurlar. Kafirlər Allahın əmrlərinin bir hissəsini İslamı qəbul etməkdən boyun qaçırsalar da, onun digər hissəsini qəbul şəriət qanunları mənasında olan etmək məcburiyyətindədirlər. Elə isə nə üçün onlar Allahın bütün qanunları və haqq din qarşısında birdəfəlik təslim olmurlar?
Ayənin təfsiri barədə təfsirçilərin əksəriyyətinin qeyd etdiyi və bizim öncə dediklərimizlə ziddiyyət təşkil etməyən digər bir ehtimal isə imanlı şəxslərin rifah və xatircəmlik içində rəğbətlə və ixtiyari şəkildə Allaha tərəf getməsidir. Lakin imansızlar yalnız problemlər və dözülməz çətinliklər zamanı Allaha üz tutur, Onu çağırırlar. Onlar adi vaxtda Allaha şərik qoşsalar da, çətin və həssas anlarda Ondan başqa heç kəsi tanımır və çağırmırlar.
Ayanin arabca orijinalinda işlenmiş (göylərdə və yerdə olan kəslər...) ifadəsindəki (mən) (kəs) sözü həm şüurlu, həm də şüursuz varlıqlara şamil olur. (Əslində, ərəb dilində bu söz yalnız şüurlu varlıqlar barəsində işlədilir, lakin burada “təğlib” qaydasına uyğun olaraq, geniş mənada işlədilib.) “İxtiyari” sözü şüurlu və mömin varlıqlara, "icbari” sözü isə kafirlərə və şüursuz varlıqlara işarədir.
Sonrakı ayədə Allah-taala Həzrət Peyğəmbərə (s) və onun davamçılarına İslam Peyğəmbərinə (s) nazil olanlardan əlavə, keçmiş peyğəmbərlərə nazil olmuş təlimlərin də hamısına iman gətirmələri göstərişini verir. Buyurur: "Söylə: "Biz Allaha, biza nazil olana, İbrahima, İsmaila, İshaqa. Yaquba və onun övladlarına nazil edilənə, Rabbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Onun fərmanına) təslim oluruq.”
Yəni biz haqq olmaları baxımından onların heç biri arasında fərq qoymuruq, hamısını rəsmi qəbul edirik. Onların hamısı ilahi rəhbərlər olublar, insanların hidayəti üçün göndəriliblər və biz Allahın əmri qarşısında hərtərəfli təslimik və bu yolla fitnəkarların sui-istifadəsinə şərait yaratmırıq.
Nəhayət, sonuncu ayədə ümumi nəticə çıxararaq buyurur: “Kim özünə İslamdan (Allahın fərmanı qarşısında təslim olmaqdan) başqa bir din seçsə, ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”.
Ayənin ərəbcə orijinalında işlənmiş (yəbləği) sözünün kökü (ibtiğa) sözüdür və onun mənası "səy göstərmək, çalışmaq"dır. O həm yaxşı, həm də pis istiqamətdə çalışmaq barəsində işlədilir və bunu yalnız mövcud əlamətlərdən bilmək olar.
Beləliklə, burada İslamın haqq qarşısında təslim olmaqdan ibarət ümumi mənasından ümumi mənanın ən kamil nümunəsi olan xüsusi mənasına, yəni “İslam dini” mənasına keçir və buyurur ki, bu gün heç kəsdən İslam dinindən başqa din qəbul edilmir və bütün ilahi dinlər hörmətə layiq olsa da, bu günün dini proqramı İslamdır.
Doktorluq pilləsində təhsil alan tələbələr bütün təhsil pillələrinə - ibtidai, orta, bakalavr, magistratura pillələrinə hörmətlə yanaşmaqla yanaşı, yalnız təhsil aldıqları pillənin dəsrlərini oxumalıdırlar. Əks- təqdirdə, onlar zərər-ziyandan başqa bir şey əldə etməyəcəklər. Yersiz təqlid, nadan təəssübkeşlik, etnik məsələlər və xurafata təslim olub bu dindən üz döndərənlər, şübhəsiz, böyük zərər-ziyana məruz qalacaqlar və həyat sərmayələrini bada verdikləri üçün təəssüflənməkdən və peşman olmaqdan başqa bir şey əldə etməyəcəklər.
Bəzi təfsirçilərin nəzərincə, bu ayə münafiqlərdən on iki nəfər barəsində nazil olub. Onlar əvvəl zahirdə iman gətirib sonra dindən çıxdılar və Mədinədən Məkkəyə qayıtdılar. Ayə nazil oldu va onlara bildirdi ki, kim İslamdan başqa din qabul etsə, zərər çəkənlərdən olar.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş hədislərin birində belə oxuyuruq: "Qiyamət günü (Allahın ədalət məhkəməsində) əməlləri bir-bir gətirəcəklər. Onların hər biri özünü təqdim edəcək. Biri "mən namazam", o biri "mən orucam" deyəcək... Sonra "İslam"ı gətirəcəklər və o, belə deyəcək: "İlahi, sən Salamsan, mən İslam". Allah-taala buyuracaq: "Bu gün sənin vasitənlə cəzalandıracaq və ya mükafatlandıracağam". Allah-taala Öz kitabında buyurub: "Kim özünə İslamdan (Allahın fərmanı qarşısında təslim olmaqdan) başqa bir din seçsə, ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”.
İslamla imanın fərqi, onların hər birinin xüsusiyyəti və bu ayə ilə imana aid ayələrin necə uzlaşması barədə Allahın istəyi ilə "Hucurat" surəsinin 14-cü ayəsinin təfsirində danışacağıq.
Ali-İmran surəsi, 86-89-cu ayələr
كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ .٨٦
أُولَئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ .٨٧
خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ .٨٨
إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .٨٩
Ayələrin tərcüməsi
86\. İman gətirdikdən, Rəsulun haqq olduğunu təsdiq etdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan bir cəmiyyəti Allah doğru yola necə yönəldər? Allah zalımların zümrəsini haqq yola yönəltməz!
87\. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!
88\. Onlar bu lənət (nifrin) içərisində əbədi qalacaqlar. Cəzaları yüngülləşməyəcək və onlara möhlət verilməyəcək.
89\. Yalnız bundan sonra tövbə edərək islah olan şəxslər istisnadırlar. (Keçmiş günahlarını yumağa çalışanların tövbəsi qəbul olunacaq.) Çünki Allah bağışlayan və rəhm edəndir!
Ayələrin nazilolma səbəbi.
Ənsardan (Mədinə müsəlmanlarından) Haris ibn Süveyd adlı bir şəxsin əli Mühzir ibn Ziyad adlı günahsız bir müsəlmanın qanına bulaşır və o cəzalandırılmaq qorxusundan İslamdan çıxaraq Məkkəyə qaçır. (Onun tərəfdarlarından on bir nəfər də dindən çıxır.) O, Məkkəyə daxil olandan sonra çox peşman olur və bu hadisəyə görə nə edəcəyini bilmir. Nəhayət, belə qərara gəlir ki, Mədinəyə bir adam göndərsin və Həzrət Peyğəmbərdən (s) onun geri dönmək icazəsinin olub-olmadığını soruşsun.
Həmin vaxt sözügedən ayə nazil olur və xüsusi şərtlər çərçivəsində onun tövbəsinin qəbul edilməsini elan edir. Haris ibn Süveyd Həzrət Peyğəmbərin (s) yanına gəlir, yenidən İslamı qəbul edir və son nəfəsinə kimi İslama sadiq qalır. (Lakin onun İslamdan çıxan on bir tərəfdarı öz halında qalır).
"Əd-Durrul-mənsur" və digər təfsirlərdə sözügedən ayələr barədə başqa nazilolma səbəbləri nəql edilib və onlar bizim nəql etdiyimiz nazilolma səbəbindən elə də çox fərqlənmir.
Ayələrin təfsiri.
Dindən çıxmağın cəzası.
Əvvəlki ayələrdə Allahın qəbul etdiyi yeganə dinin İslam dini olmasından danışıldı. Bu ayələrdə isə İslamı qəbul edib sonra ondan çıxan şəxslərdən danışılır. Dini terminologiyada həmin şəxs “mürtəd” adlanır.
Buyurur: "İman gətirdikdən, Rəsulun haqq olduğunu təsdiq etdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan bir cəmiyyəti Allah doğru yola necə yönəldər? Allah zalımların zümrəsini haqq yola yönəltməz!”
Allah-taalanın onları hidayət etməməsinin səbəbi aydındır. Çünki onlar Peyğəmbəri aydın nişanələrlə tanıyıblar və onun peyğəmbərliyinə şəhadət veriblər. Buna görə də İslamdan dönməklə zalım olublar. Şüurlu surətdə zülm edən kəs ilahi hidayətə layiq deyil. O, öz vücudunda hidayət üçün lazım olan zəmini məhv edib.
Sözügedən ayədəki “aşkar dəlillər”də məqsəd Qurani-Kərim və İslam Peyğəmbərinin (s) digər möcüzələridir. Burada "zalım" sözündə məqsəd ilk növbədə özünə zülm edib dindən çıxan, sonra isə başqalarının yolunu azmasına səbəb olanlardır.
Daha sonra buyurur: “Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!”
(lən) (lənət) sözünün əsl mənası “hər hansı bir şeyi qəzəblə dəf etmək, özündən uzaqlaşdırmaq"dır. Allahın lənət etməsinin mənası "Allahın həmin şəxsi Öz mərhəmətindən uzaqlaşdırması”dır. Mələklər və insanların lənətinin mənası isə qəzəb və nifrət bildirmək, mənəvi uzaqlaşdırma və Allahdan həmin şəxsləri Öz mərhəmətindən uzaqlaşdırmasını istəməkdir.
Şüurlu şəkildə bu yolla gedən zalım mürtədlər günah və fəsada elə bulaşıblar ki, aləmdə olan bütün ağıl və şüur sahiblərinin – mələk və insanların nifrətinə, hətta Allahın qəzəbinə səbəb olublar.
Sonrakı ayədə həmin əzabın necəliyinə və müddətinə işarə edərək buyurur: “Onlar bu lənət (nifrin) içərisində əbədi qalacaqlar. Cəzaları yüngülləşməyəcək və onlara möhlət verilməyəcək”.
Əgər bu lənət əbədi olmasaydı və ya əbədi olsaydı, lakin tədricən azalsaydı və ya onlara möhlət verilsəydi, dözmək asan olardı. Lakin bunların heç biri olmayacaq, əzabları ağrılı və əbədi olacaq, yüngülləşməyəcək və onlara heç bir möhlət verilməyəcək. Yəni onun nə əvvəlindən, nə sonundan, nə də şiddətindən kəsiləcək.
Son ayədə həmin şəxslərin üzünə qayıdış qapısı açaraq onlara tövbə etmək icazəsi verilir. Çünki bütün hallarda Quranın məqsədi tərbiyədir. İslam və tərbiyənin ən mühüm səbəblərindən biri islahat və pis iş görmüş və günaha bulaşmış şəxslərin üzünə geri qayıtmaq qapısının açılmasıdır. Buyurur: "Yalnız bundan sonra tövbə edərək islah olan şəxslər istisnadırlar. (Keçmiş günahlarını yumağa çalışanların tövbəsi qəbul olunacaq.) Çünki Allah bağışlayan və rəhm edandir!
Bu ayə də Quranın digər ayələri kimi, tövbəni önə çıxarandan sonra "islah etmək” məsələsini qeyd edir. Yəni tövbə yalnız keçmişdən peşman olmaqdan və gələcəkdə günahı tərk etmək qərarından ibarət deyil. Tövbənin qəbul olma şərti keçmişdə yol verilən nöqsanların gələcəkdə yaxşı əməllərlə aradan qaldırılmasıdır. Buna görə də Quranın bəzi ayələrində tövbə məsələsinə toxunulandan sonra iman və saleh əmələ işarə edilib. Buna sözügedən ayəni və "Məryəm" surəsinin 60- cı ayəsini - "ancaq (Allaha) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlər istisnadır" misal göstərmək olar. Əks halda, tövbə kamil tövbə deyil.
Günah insanın imanında naqislik yaradır və buna görə də tövbə edəndən sonra həmin nöqsanın aradan qalxması üçün iman yenilənməlidir.
İncəlik:
Mürtədin tövbəsi qəbuldurmu?
"Mürtəd" sözünün mənası İslamı qəbul edib sonra ondan dönən şəxsdir.
Mürtǝd iki cür olur: Fitri mürtəd və milli mürtǝd.
"Fitri mürtǝd" ata və ya anası müsəlman olan, bəziləri demişkən, ana bətnində mayalanma baş verərkən ata və ya anası müsəlman olan, özü də İslamı qəbul edən və sonra ondan dönən şəxsdir.
Lakin "milli mürtəd” ata-anası müsəlman olmayan, özü həddi- büluğa çatandan sonra İslamı qəbul edən və sonra ondan dönən şəxsdir.
"Milli mürtəd"in tövbəsi qəbul edilir və onun cəzası yüngüldür. Çünki o, müsəlman övladı deyil. Lakin “fitri mürtəd”in hökmü ondan daha ağır və kəskindir. Yəni İslam məhkəməsində onun mürtəd olması sübuta yetsə, barəsində edam hökmü çıxarılır, onun malı irs olaraq müsəlman varislərinə çatır və həyat yoldaşı ondan ayrılır. Hətta onun tövbə etməsi belə bu ağır hökmlərin qarşısını almır. Hərçənd ki həqiqətən tövbə etmiş olsa, tövbəsi Allah dərgahında qəbul edilər və axirətinə faydalı olar.
Bu ağır hökm yalnız fitri mürtədə, o da həmin şəxsin kişi olduğu hala aiddir.
Ola bilər ki, kimlərsə bu ağır cəzaya təəccüblənsin və onu sərt və İslamın ruhuna zidd hesab etsin. Lakin bu hökmün tutarlı fəlsəfəsi var və o, İslam ölkəsinin daxili cəbhəsinin qorunması, onun dağılmasının, yad və münafiqlərin ona nüfuz etməsinin qarşısının alınmasıdır. Çünki mürtədlik İslam hökumətinə qarşı bir növ qiyamdır və müasir dünyanın bir çox yerində onun cəzası edamdır.
Əgər insanlara istədikləri vaxt özərini müsəlman kimi təqdim etmək, istədikləri vaxt ondan çıxmaq icazəsi verilsə, İslamın daxili cəbhəsi dağılar, düşmənin və onların əlaltılarının müsəlmanların içinə nüfuz etməsinə yol açılar və bütün İslam cəmiyyətində hərc-mərclik hökm sürər. Buna görə də həmin hökm hökuməti və İslam cəmiyyətini qorumaq və yad ünsürlərlə mübarizə məqsədi daşıyan siyasi hökmdür.
Bundan əlavə, İslam kimi bir dini araşdırma aparıb qəbul edəndən sonra tərk edən və başqa dinə üz tutan şəxs adətən düzgün və əsaslı dəlilə malik olmur. Buna görə də o, ağır cəzaya layiqdir. Bu hökmün qadınlar barədə yüngül olmasının səbəbi onlar barəsində ümumilikdə bütün hökmlərin yüngül olmasıdır.
Ali-İmran surəsi, 90 və 91-ci ayələr
إِنَّ الَّذِينَ كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُوا كُفْرًا لَنْ تُقْبَلَ تَوْبَتُهُمْ وَأُولَئِكَ هُمُ الضَّالُّونَ .٩٠
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يُقْبَلَ مِنْ أَحَدِهِمْ مِلْءُ الْأَرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُولَئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ .٩١
Ayələrin tərcüməsi
90\. İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran (bu yolda israrlı olan) şəxslərin (çıxılmaz vəziyyətdə və ölüm ayağındakı) tövbəsi əsla qəbul olunmaz. Onlar (əsl) azanlardır! (Çünki həm Allah, həm də tövbə yolunu itiriblər.)
91\. Kafir olub küfr içində ölənlərdən hər birinin dünya dolusu qızılı olsa və (əzabdan qurtarmaq üçün) onu fidyə versə, yenə də qəbul olunmaz. Onları ağrılı bir əzab gözləyir. Onların heç bir köməkçisi olmayacaq!
Ayələrin nazilolma səbəbi.
Bəzilərinin nəzərincə, birinci ayə İslam Peyğəmbərinin (s) zühurundan əvvəl (əlamətlərini öz kitablarında oxuyub qiyabi şəkildə) ona iman gətirmiş, lakin o, peyğəmbər kimi göndərildikdən sonra kafir olan kitab əhli barədə nazil olub.
Digərlərinin nəzərincə isə, onlar İslamdan çıxmış Haris ibn Süveyd və onun on bir yoldaşı barədə nazil olub. Haris peşman olaraq tövbə edib. Lakin onun on bir yoldaşı həmin halda qalıb, tövbə etməyib. Onlar Harisin çağırışına belə cavab veriblər: “Biz Məkkədə qalıb Muhəmmədə qarşı fəaliyyətimizi davam etdirəcək və onun məğlubiyyətini gözləyəcəyik. Əgər məqsədimizə nail olsaq, lap yaxşı, əks-təqdirdə, tövbə qapısı açıqdır; nə vaxt qayıtsaq, (o, bizi qəbul edəcək) bizim barəmizdə də sənin barəndə nazil olan şey nazil olacaq”.
Həzrət Peyğəmbər (s) Məkkəni fəth edəndə onların bəzisi İslamı qəbul edib və onların tövbələri qəbul edilib. Küfr halında dünyasını dəyişənlər barədə isə ikinci ayə nazil olub
Ayələrin təfsiri.
Faydasız tövbə.
Əvvəlki ayələrdə öz azğın keçmişlərindən peşman olan və həqiqi tövbə etdikləri üçün tövbələri qəbul edilən şəxslərdən söz açıldı. Lakin bu ayədə tövbəsi qəbul edilməyən şəxslərdən danışılır. Onlar əvvəl iman gətirib sonra kafir olan, küfrlərində də israrlı olan və bu səbəbdən heç vaxt Haqqın göstərişlərinə əməl etməyən şəxslərdir. Onlar yalnız çətinə düşəndə, itaət, tövbə və təslim olmaqdan başqa çarələri qalmayanda Haqqa üz tutarlar. Şübhəsiz, Allah bu cür şəxslərin tövbəsini qəbul etməyəcək.
Buyurur: "İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran (bu yolda israrlı olan) şəxslərin (çıxılmaz vəziyyətdə və ölüm ayağındakı) tövbəsi əsla qəbul olunmaz. Onlar (əsl) azanlardır! (Çünki həm Allah, həm də tövbə yolunu itiriblər).
Onların tövbəsi zahiridir. Çünki onlar haqq tərəfdarlarının qələbəsini görəndə naçarlıqdan özlərini peşman kimi göstərir və tövbə edirlər. Təbii ki, bu tövbə qəbul edilmir.
di Bu #### Ayənin təfsiri barədə verilən digər bir ehtimal həmin şəxslərin özlərini ölüm ayağında görəndə və ya ömürlərinin sonu olduğunu biləndə peşman olmaları və tövbə etmələridir. Lakin həmin vaxt tövbə qapısı bağlı olur və edilən tövbə qəbul olmur.
Bu ayə “Nisa” surəsinin 18-ci ayəsinə yaxındır. Həmin ayədə buyurur:
"Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz".
Ayənin üçüncü təfsiri belədir: Ayədə məqsəd küfr halında edilən adi günahlardır. Məsələn, bir şəxs küfrdə israr edir, lakin zülm, qeybət və əxlaqsızlıq kimi günahlardan tövbə edir. Onun bu tövbəsi faydasızdır. Çünki ruhda daha güclü və dərin çirklər olduğu halda, səthi çirklərin təmizlənməsinin paklığa heç bir faydası yoxdur.
Qeyd edilən bu üç təfsir bir-biri ilə ziddiyyət təşkil etmir və ayə bu bihudə tövbələrin hamısına şamil ola bilər. Hərçənd ki birinci təfsir əvvəlki ayələrlə və nazilolma səbəbi ilə daha çox uyğun gəlir.
Əvvəlki ayədə bihudə tövbələrə işarə etdikdən sonra növbəti ayədə bihudə kəffarələrdən söz açaraq buyurur: "Kafir olub küfr içində ölənlərdən hər birinin dünya dolusu qızılı olsa və (əzabdan qurtarmaq üçün) onu fidyə versə, yenə də qəbul olunmaz".
Küfr insanın bütün yaxşı əməllərini puç edir. Əgər bütün yer üzü qızıl olsa və onlar həmin qızılı Allah yolunda xərcləsələr, qəbul edilməz. Həmçinin əgər onlar Qiyamətdə belə bir imkana malik olsalar və onu kəffarə kimi versələr, qəbul edilməz.
Bütün yer üzünün qızıl ilə dolu olması və onların onu Allah yolunda xərcləmələri barədə deyilənlər, şübhəsiz, onların xeyriyyəçilik işlərinin hər nə qədər çox olmasına baxmayaraq, ruhları çirkli olduğuna görə faydasız olmasını çatdırmaq üçündür. Yoxsa ki əgər bütün yer üzü qızıl ilə dolu olsa, onda qızılın dəyəri torpaqla eyni olar. Buna görə də həmin cümlə Allah yolunda çox mal xərcləmək və ianə vermək barədə məcazdır.
Təfsirçilər ayədə bu dünya, yoxsa axirətin nəzərdə tutulması barədə iki ehtimal veriblər. Lakin ayənin onların hər ikisini nəzərdə tutması ehtimalı da var. Yəni onlar istər həyatda olduqları zaman bütün dünyanı xərcləsinlər, istərsə də Qiyamətdə fidyə versinlər fərqi yoxdur, qəbul edilməyəcək. Hərçənd ki ayənin zahirindən onun Qiyamətə aid olması məlum olur. Çünki ayədə “kafir olub küfr içində ölənlər” deyilir.
Yəni küfr halında öləndən sonra dünyanın ən böyük sərvətinə malik olsalar və bu dünya kimi orada da sərvətlərindən istifadə imkanına malik olduqlarını güman edib onun vasitəsi ilə Allahın cəzasını özlərindən dəf etmək istəsələr, yanıldıqlarını görərlər. Bu mal və fidyə əsla onların cəzasının yüngülləşməsinə təsir göstərə bilməz.
Bu ayənin məzmunu "Hədid” surəsinin 15-ci ayəsində deyilənlərə bənzəyir. Orada belə buyurur:
"Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz". Ayənin sonunda bir başqa məqama işarə edərək buyurur: "Onları ağrılı bir əzab gözləyir. Onların heç bir köməkçisi olmayacaq".
Yəni onlara nəinki verdikləri ianə və fidyənin faydası olmayacaq, heç onlar barədə şəfaət edənlərin şəfaəti də qəbul edilməyəcək. Çünki şəfaətin özünün bir sıra şərtləri var və onların ən mühümü Allaha imandır. Buna görə də əgər Qiyamət günü bütün şəfaətçilər yığışsa və imanı olmayan şəxsə şəfaət etmək istəsə, onların şəfaəti qəbul edilməyəcək.
Ümumiyyətlə, şəfaət Allahın izni ilə olduğu üçün onlar bu cür nalayiq şəxslərə şəfaət etməzlər. Şəfaət də ləyaqət tələb edir və Allahın izni nalayiq şəxslərə şamil olmur.
Ali Onlar Allaha kafir olduqları üçün belə bir icazəyə yer qalmır.
Ali-İmran surəsi, 92-ci ayə
لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ .٩٢
Ayənin tərcüməsi
92\. Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə, xeyirə çatmazsınız. Allah verdiyiniz sədəqədən xəbərdardır!
Ayənin təfsiri.
İmanın göstəricisi.
Bundan öncəki ayələrdə iman və küfr, onların əlamət və nişanələri, həmçinin peyğəmbərlərin əhvalatları barəsində xəbər verilmişdir. Bu ayədə isə imanın həqiqəti və yaxşılıq mərtəbəsinə (birr məqamı) yiyələnmək yollarının birindən danışılır. “Birr"- mərtəbəsi ən gözəl
şəxsiyyət nümunəsi, insanlıq hissi və təqva göstəricisidir. Ayədə Allah- taala buyurur: "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla kamil) yaxşılığa nail ola bilməyəcəksiniz).
(bərr) sözü ərəb mənşəli olub, lüğətdə “vüsət, geniş" mənasındadır. Ərəb dilində geniş ərazili səhralara - bər (fəthə "bə" hərfinin üzərində) deyilir. Eyni zamanda, digərlərinin də faydalanmasına səbəb olan, daha çox savabla nəticələnən yaxşılığa "birr" (kəsrə “bə” hərfinin altında) deyilir.
Ərəb dili lüğəti baxımından “xeyir” və (birr) kəlmələrinin fərqi ondan ibarətdir ki, məcburiyyət olmadan, xüsusi olaraq niyyət edərək həyata keçirilən yaxşılığa birr, niyyətdən asılı olmayaraq, istənilən yaxşılığa "xeyir" deyilir.
(birr) kəlməsində əsas məqsədin nə olması barəsində təfsirçilər arasında müzakirələr olmuş və müxtəlif fikirlər irəli sürülmüşdür. Bəzi təfsirçilər bu sözü "behişt", bəziləri “təqva və pəhrizkarlıq”, bəziləri isə "gözəl mükafat" kimi mənalandırmışlar. Qurani-Kərimin ayəsində isə (birr) sözü bütün yaxşılıqları özündə ehtiva etməklə yanaşı, həm də gözəl iman və əmələ işarə edir. Yəni yuxarıdakı təfsirçilərin qeyd etdiklərindən daha geniş məna daşıyır. Qurani-Kərimin “Bəqərə" surəsinin 177-ci ayəsində buyurulan (Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənçilərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, bağladıqları əhdə sadiq olan, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən) şəxslər (əl-birr) kateqoriyasına aid edilir.
Bildiyimiz kimi, əsl yaxşıların məqamına yüksəlmək yolları çoxdur. Bu yollardan biri, insanın da rəğbət bəslədiyi əməllərdən olan Allah yolunda öz malından xərcləməkdir. İnsanın Allaha olan eşq və iman bağının möhkəmliyi, habelə əxlaq və insanlığa hörməti iki yol ayrıcına çatdıqda, özünü büruzə verir. Çünki bir tərəfdə zəhmətlə əldə etdiyi və eyni zamanda çox sevdiyi dünya sərvətləri, vəzifə və şan- şöhrət, digər tərəfdə isə ilahi eşq və insanlığın həqiqi siması olan xeyirxahlıq durur. Belə bir seçim qarşısında qalan hər bir kəsin Allaha və ya dünyaya olan məhəbbətinin ölçüsü bəlli olur. Əgər Allaha xatir dünya sərvətlərindən xərcləyərsə, bu onun imanında sadiq olmasını təsdiq edəcəkdir. Yox, əgər az bir miqdarda xərcləyərsə, onun ilahi eşq və mənəvi bağlılığının həddi məlum olacaqdır. Bu müqayisə insanın imanının və insanlıq keyfiyyətinin ölçülməsi üçün ən gözəl meyardır. Ayənin sonunda xeyriyyəçilərin diqqətini cəlb etmək üçün buyurulur: “Bütün etdiyiniz (az və çox, rəğbətiniz olan və olmayan mallardan) yaxşılıqlardan Allah-taala xəbərdardır".
Yəni Allaha xatir edilən yaxşılıq heç vaxt itməyəcək və Ona gizlin qalmayacaqdır. Çünki O, hər şeydən xəbərdardır.
Quran ayələrinin müsəlmanların qəlblərinə nüfuz etməsi Quran ayələri müsəlmanların qəlblərinə o qədər tez və dərin təsir edirdi ki, ayə nazil olduqdan dərhal sonra onun əlamətləri artıq insanların əməllərində özünü büruzə verirdi.
Misal üçün yuxarıdakı ayə barəsində İslam tarixi və təfsirlərindən oxuyuruq:
1\. Peyğəmbərin (s) Əbu Təlhə Ənsari adlı yaxın səhabəsinin Mədinə şəhərində çox gözəl və səfalı xurma bağı var idi. Bu bağ o qədər gözəl idi ki, hamı ondan danışır və Peyğəmbər (s) ora gedərkən bağda olan saf bulaqdan su içər və dəstəmaz alardı. Bütün bu gözəlliklərdən əlavə, Əbu Təlhə Ənsari bağdan böyük məbləğdə gəlir əldə edirdi. Amma yuxarıda qeyd etdiyimiz ayə nazil olduqdan sonra Peyğəmbərin (s) hüzuruna gələrək deyir:
"Bilirsiniz ki, əmlakım içərisində mən bu bağı daha çox sevirəm. Amma bu bağı Qiyamət günündə mənim üçün azuqə olsun deyə Allah yolunda xərcləmək istəyirəm. Peyğəmbər (s) buyurdu:
"Afərin sənə! Afərin! Bu sənin üçün daha faydalı olacaq bir sərvətdir!"
Daha sonra isə davam etdi: "Mən o bağı qohumlarından ehtiyacı olanlar arasında bölməyi məsləhət bilirəm”. Əbu Təlhə Ənsari Peyğəmbərin (s) dediyi kimi, bağı ehtiyacı olan qohumları arasında böldü.
2\. Günlərin birində Abuzərin qonağı gəlir. Əbuzər sadə həyat tərzi sürdüyündən qonaqdan üzr istəyərək deyir: “Kifayət qədər məşğul olduğumdan sənə xüsusi olaraq xidmət göstərə bilməyəcəm. Amma filan məntəqədə bir neçə dəvəm var. Zəhmət olmasa, get onlardan bəyəndiyini seç gətir, sənin üçün qurban kəsim. Qonaq gedib arıq bir dəvə ilə qayıtdı.
Əbuzər dedi: Sən mənə xəyanət etdin. Nə üçün belə bir dəvə gətirdin? Qonaq dedi: “Düşündüm ki, bir gün o dəvələrə ehtiyacın olar".
Əbuzər dedi: "Mənim ehtiyaclı olduğum gün, gözlərimi əbədi yumduğum gün olacaqdır (nə gözəl ki, o gün üçün azuqəm ola). Allah-taala buyurur: Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə xeyirə çatmazsınız”.
Abbasi xəlifəsi Harun ər-Rəşidin arvadı Zübeydənin olduqca qiymətli, çox sevdiyi daş-qaş və ləl-cəvahiratla bəzədilmiş Quranı var idi. Bir gün o Quranı oxuyarkən bu ayəyə gözü sataşdı: "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyirə çatmazsınız” - Ayəni oxuya-oxuya fikrə getdi və dedi: “Heç bir şey mənim üçün bu Qurandan qiymətli deyil. Odur ki, gərək bunu Allaha xatir kiməsə bağışlayım. Qəti qərara gələrək adam göndərib zərgəri dəvət etdi. O, zərgərə Quranın üzərində olan bütün qiymətli əşyaların, daş-qaşın qiymətini hesablatdırdı. Daha sonra o pula Hicazın səhralığında yaşayan və susuzluqdan əziyyət çəkən bədəvi ərəblərin su ehtiyacını ödəmək üçün quyu qazdırdı. Deyilənlərə görə, bu gün də o quyu mövcuddur və Zübeydənin adını daşıyır.
Ali-İmran surəsi, 93-95 -ci ayələr
كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِنْ كُنْتُمْ صَادِقِينَ .٩٣
فَمَنِ افْتَرَى عَلَى اللَّهِ الْكَذِبَ مِنْ بَعْدِ ذَلِكَ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ .٩٤
قُلْ صَدَقَ اللَّهُ فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ .٩٥
Ayələrin tərcüməsi
93\. Tövrat göndərilməmişdən əvvəl, İsrailin (Yǝqub peyğəmbərin) yalnız özünə haram etdiklərindən (məsələn, ona ziyanı olduğu üçün dəvə ətindən) başqa bütün (pak) qidalar İsrail övladlarına halal idi. De: "Əgər doğru danışırsınızsa, Tövratı gətirin və oxuyun!" (Əvvəlki peyğəmbərlərə aid etdiyiniz bu sözlər, hətta təhrif edilmiş Tövratınızda da yoxdur).
94\. Bundan sonra Allaha iftira atanlar zülm edənlərdir! (Çünki bunu bilərəkdən və qəsdən edirlər.)
95\. De: "Allah doğru buyurmuşdur. (Bunlar İbrahimin pak dinində olmamışdır.) Buna görə də İbrahimin dininə tabe olun, çünki o, haqq yolda olmuş, şərik qoşanlardan olmamışdır”.
Ayələrin nazilolma səbəbi.
Hədislərə və təfsirçilərə görə, yəhudilər İslam Peyğəmbəri (ə) ilə dialoq zamanı iki irad bildirmişlər. Birinci irad bundan ibarət idi ki, İbarihimin (ə) dinində dəvə əti və südü haram olduğu halda İslam Peyğəmbəri (s) onu necə halal elan edib? Çünki yəhudilər dəvə südünü və ətini İbarahimin (ə) dinində haram olduğunu əsas gətirərək özlərinə haram etmişdilər. İbrahim (ə) peyğəmbərlə yanaşı, hətta Nuh (ə) peyğəmbər də dəvə əti və südünü haram etmişdir. Buna əsasən, dəvə südünü və ətini halal bilən şəxs necə İbarihimin dininin ardıcılı olduğunun iddiasını edə bilər?!
İkincisi isə İslam Peyğəmbəri (s) necə özünü Allahın böyük peyğəmbərləri, o cümlədən İbrahimin (ə) dininə sadiq və Onun ardıcılı bilir ki, onlar Beytül-müqəddəsə ehtiramla yanaşmış, üzlərini ona tərəf tutaraq ibadət etmişlər, amma İslam Peyğəmbəri (s) üzünü Kəbəyə tərəf çevirərək Kəbəni özü üçün qiblə seçmişdir?! Yuxarıda qeyd olunan 93-cü ayədə onların birinci iradlarına cavab verilərək yalanları üzə çıxarılmışdır, həmçinin sonrakı ayələrdə də növbəti iradlarına cavab verilmişdir.
Ayələrin təfsiri.
Yəhudilərin İslam Peyğəmbərinə (s) iradı.
Ayənin nazil olma səbəbində yəhudilərin İslam Peyğəmbərinə (s) dəvə südünün və ətinin halal olmasını irad tutduqlarını oxuduq. Mövzu ilə əlaqədar qeyd olunmuş ilk ayədə yəhudilərin iradlarına birbaşa cavab verilərək dəvə südü və ətinin haram olması fikri rədd olunaraq buyurulur: "Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yǝqub peyğəmbərin) yalnız özünə haram etdiklərindən (məsələn, ona ziyanı olduğu üçün dəvə ətindən) başqa bütün (pak) qidalar İsrail övladlarına halal idi.
İsrailin (Yǝqub peyğəmbərin adlarından biri) hansı yeməyi özünə haram etməsi və bunun səbəbləri ayədə izah olunmur. Amma hədislərə əsasən, Yǝqub peyğəmbər (ə) dəvə əti yedikdən sonra “ərəqun-nəsa” xəstəliyinin ağrıları çoxalırmış. Odur ki, dəvə ətindən birdəfəlik imtina edir. Həmçinin onun ardıcılları da dəvə ətindən imtina edərək onu özlərinə qadağan ediblər. Zaman keçdikcə, artıq insanlar dəvə ətinin ilahi hökmlə qadağan olunduğunu düşünərək onu yeməkdən çəkinmişlər.
Allah-taala Qurani-Kərim vasitəsilə onların səhv etdiklərini izah edir və belə bir hökmü Allaha aid etməyin böhtan olduğunu bildirir. Tövratdan öncə Bəni-İsrail övladlarına heç bir pak qidanın haram olmadığı yuxarıdakı (min qəbli ən tunəzzələt təvrat) ayədə xatırladılır. Amma onu da qeyd edək ki, Musa peyğəmbər(ə) gəldikdən və Tövrat nazil olduqdan sonra bəni-İsrailin etdikləri zülmün qarşılığında onları cəzalandırmaq üçün bəzi qidalar haram edilmişdir. Odur ki, Allah-taala yuxarıdakı ayə vasitəsi ilə yəhudiləri Tövratı oxumağa dəvət edir və onlardan hansısa pak qidanın haram olma dəlilinin Tövratda olduğunu isbat etmələrini tələb edir. Quran deyir: De: "Əgər doğru danışırsınızsa, Tövratı gətirin və oxuyun!" (Əvvəlki peyğəmbərlərə aid etdiyiniz bu sözlər, hətta təhrif edilmiş Tövratınızda da yoxdur.
Amma Tövratda belə yazının olmadığını bildikləri üçün yəhudilərdən heç kəs Tövratı açıb oxumur. Növbəti ayədə Allah-taala yəhudilərin Tövratı oxumadıqlarını, açıq-aşkar yalan danışdıqlarını və bu yalanla Allaha böhtan atdıqlarını irəli sürərək deyir: Bundan sonra Allaha iftira atanlar zülm edənlərdir! (Çünki bunu bilərəkdən və qəsdən edirlər).
Onlar bu əməllərlə sözün əsil mənasında özlərini əzab-əziyyətə salır, başqalarını haqq yoldan sapdırır və İlahi əzaba tuş gəlirlər.
Bugünkü Tövratda bəzi heyvan ətlərinin haram olması.
Tövratda "Lavilər" bölümü, 11-ci fəsildə əti halal və haram olan heyvanlardan söz açarkən yazır: "Ancaq gövşəyən, yaxud dırnağı ikiyə bölünmüş heyvanlardan dəvənin ətini yemək haramdır, çünki gövşəsə də, dırnağı tam bölünməyib. O, sizin üçün pak sayılmır”.
Yuxarıdakı cümləyə əsasən, yəhudilərin dəvə və onun kimi cüt- dırnaqlıların ətini nəcis və haram bilmələri aydın olur. Amma bu, dəvə ətinin İbrahim (ə) və Nuh (ə) peyğəmbərin də dinində haram olduğuna dəlalət etmir. Əksinə, Tövratın bu ayəsinin yəhudilərin cəzalandırılması zamanına təsadüf etdiyi ehtimal olunur. Ayənin sonunda Allah-taala diqqəti İslam Peyğəmbərinə (s) yönəldərək deyir: De: "Allah doğru buyurmuşdur. (Bunlar İbrahimin pak dinində olmamışdır.) Buna görə də İbrahimin dininə tabe olun, çünki o, haqq yolda olmuş, şərik qoşanlardan olmamışdır”.
İndi görürsünüz ki, mən öz dəvətimdə sadiq və düzdanışanam. Onda İbrahimin (ə) də pak dini olan mənim dinimə iman gətirin. İbrahimin (ə) dini “hənif”dir. Yəni O, batil olan dinlərdən üz çevirərək haqq dinə sarılmışdır. Onun göstərişlərində hətta yeməklərin haram olması barəsində olsa belə, bir dənə də olsun dəlilsiz və insanı azdıran hökm yoxdur. O heç vaxt Allaha şərik qoşaraq müşrik olmadı. Halbuki ərəb müşriklərinin onun dinində olduqlarını iddia etmələri tam mənasızdır. Bütpərəstlik hara, büt sındırmaq hara? Bu məsələ də diqqətdən yayınmamalıdır ki, Qurani-Kərim dəfələrlə İbrahimin (ə) heç vaxt Allaha şərik qoşmadığını təkidlə qeyd edir.
Yuxarıda toxunduğumuz mövzunun davamı olaraq qeyd edirik ki, cahil ərəblər özləri İbrahim peyğəmbərin (ə) ardıcılı bilməkdə o qədər israr etmişdilər ki, artıq başqaları onları "Hənifə" - yəni İbrahimin (ə) – ardıcılları adlandırırdılar. Odur ki, Quran bu kimi mövzuları dəfələrlə təkidlə rədd edir.
Ali-İmran surəsi, 96 və 97-ci ayələr
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ .٩٦
فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ .٩٧
Ayələrin tərcüməsi
96\. İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir. O, bütün insanlıq üçün bərəkət və hidayət mənbəyidir.
97\. Orada aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var. Oraya (Allahın evinə) daxil olan şəxs əmin-amanlıqda olacaq. Getməyə imkanı çatan hər bir kəsin Allah evini ziyarət etməsi vacibdir. Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil!
Ayələrin təfsiri.
İnsanların ilk evi.
Bundan öncəki ayələrdə yəhudilərin İslam Peyğəmbərinə (s) olan iradları ilə tanış olduq. Həmçinin, barəsində danışdığımız ayələrdə yəhudilərin ilk iradlarına cavab verilmişdir. Amma ikinci iradları, yəni Beytul-müqəddəsin daha fəzilətli olması və Kəbə evindən üstünlüyü barədə iddiaya isə yuxarıda qeyd etdiyimiz ayələrdə cavab verilmişdir. Ayədə buyurulur: "İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir. O, bütün bəşəriyyət üçün bərəkət və hidayət mənbəyidir”.
Yuxarıdakı ayəyə istinadən Kəbənin müsəlmanların qibləsi seçilməsi heç də təəccüblü deyil. Çünki Kəbə yer üzünün ilk tövhid evi və bənzəri olmayan ibadətgahıdır. Ondan öncə yer üzündə ibadət və itaət mərkəzi ünvanında heç bir tikili olmamışdır. O insanların və bəşəriyyətin faydalanacağı mərkəz olmaqla yanaşı, həm də onların bir yerǝ toplanması üçün inşa olunmuş bərəkət dolu tikilidir.
İslam tarixindəki mənbələr bu barədə yazır: “Kəbə evini Adəm peyğəmbər (ə) inşa etmiş, Nuh peyğəmbərin (ə) tufanı zamanı bir qədər dağılmış və İbrahim peyğəmbər (ə) tərəfindən yenidən təmir olunmuşdur. Buna əsasən də yer üzünün ən qədim tövhid evinin bəşəriyyət üçün qiblə təyin edilməsi daha münasibdir. Ayədə diqqəti cəlb edən əsas mətləblərdən biri də "Beytullah - Allahın evi" adlandırılan Kəbə evinin "xalqın evi" kimi tanıtdırılmasıdır. Bundan belə bir həqiqət üzə çıxır ki, "Allah adı ilə Allah üçün olan hər bir şey Onun bəndələrinin ixtiyarına verilib. Eyni zamanada da xalqın və Allah bəndələrinin ixtiyarına verilən hər bir şey Allaha məxsusdur".
Həmçinin, bu ayədən ilahi mətnlərin ən qədim tarixə istinad etdiyi anlaşılır. Çünki yuxarıdakı ayədə Kəbə evinin yer üzünün ən qədim ibadətgahı olması onun üçün fəzilət olaraq qeyd olunmuşdur. Buradan "qara daş"-a ehtiramın vacib olmasına tutulan iradlar da öz cavabını tapmış olur. Bəziləri "qara daş"a bu qədər ehtiram edilməsinə irad tutaraq: "Bir parça daşın nə dəyər və qiyməti vardır ki, il boyu milyonlarla insan ona əl sürtmək (istelam) üçün tələsir, bir-birindən önə keçmək istəyirlər? Həmçinin bu əməl Kəbə evinin zəvvarları üçün təkidlə tövsiyə olunmuş savab əməllərdən biri sayılır!"
Lakin xüsusi olan bu daşın tarixçəsinə nəzər saldıqda, onun insanlar üçün nə qədər əhəmiyyətli olduğunun fərqində olarıq. Bu daş yer üzünün ilk ilahi ibadət mərkəzi olaraq peyğəmbər tərəfindən inşa olunmuş tikilinin əsas mərkəzində yerləşir. Yer üzündə inşa olunmuş bütün ibadət ocaqları, o cümlədən hətta Kəbə evi belə dəfələrlə təmir olunmuş, zahiri formaları dəyişdirilmiş, tikinti zamanı müxtəlif inşaat materiallarından istifadə olunmuşdur. Amma min illər keçməsinə baxmayaraq, ilk gündə olduğu kimi dəyişməz qalan məhz bu qara daşdır. Hansı ki yerin ilk ibadətgahının əsas simvolu sayılır. Məhz elə onun əhəmiyyəti də Allah yolunda insanlara ən çox xidmət göstərməsidir. Bu daş min illər və əsrlər öncə yaşamış möminlərin susmuş tarixidir. Bu daş ilahi peyğəmbərlərin və xalis bəndələrin ona əl sürtərək Allaha ibadət etməsinin xatirəsini yaşatmaqdadır.
Ayədə diqqət yetiriləcək digər mətləb isə Kəbə evinin bəşəriyyət üçün ilk inşa olunmuş ev kimi təqdim olunmasıdır: "İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir”. Ayədən açıq-aydın məlum olur ki, “İnsanlar üçün ilk inşa olunan ev” dedikdə yaşayış evi deyil, məhz insanların ilk ibadət ocağı nəzərdə tutulur. Çünki Kəbə evindən öncə yer üzündə yaşayan az sayda insanların özlərinin yaşaması üçün müəyyən tikililəri mövcud olub. Bu cümlədə eyni zamanda bəzilərinin iddialarına, o cümlədən “Əl-Mənar” təfsirində irəli sürülən iddaya cavab verilir. "Əl-Mənar" təfsirinin iddiasına əsasən, Kəbə evi İbrahim peyğəmbər (ə) tərəfindən tikilmiş, Kəbənin Adəm peyğəmbər (ə) tərəfindən inşa olunması fikri isə əfsanə adlandırılmışdır.
Bundan əlavə, tarixə nəzər saldıqda İbrahim peyğəmbərdən (ə) öncə yer üzündə ibadət ocaqlarının olduğu, həmçinin ilahi peyğəmbərlərin, o cümlədən Nuhun (ə) xüsusi ibadətgahda ibadət etməsinin şahidi oluruq. Belə olan halda, necə ola bilər ki, yer üzünün ilk ibadətgahı sayılan Kəbə evi İbrahim peyğəmbər (ə) tərəfindən inşa edilmiş olsun? Ayədə Kəbə evinin fəzilətini qeyd edərkən, onun insanlar üçün ilk ibadətgah olması faktını bildirməklə yanaşı, həm də o evin bəşəriyyət üçün bərəkətli və dünya insanlarının hidayət çeşməsi olması qeyd edilmişdir: "O, bütün bəşəriyyət üçün bərəkət və hidayət mənbəyidir”.
Növbəti ayədə isə daha iki fəzilət və üstünlük qeyd olunmuşdur. Birinci fəzilət və üstünlükdə deyilir: "Orada aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var.
İkinci fəzilət və üstünlük isə bu tikilinin şəhər sakinlərinə əmin- amanlıq bəxş etməsidir: “Oraya (Allahın evinə) daxil olan şəxs əmin-amanlıqda olacaq.
İkinci cümlədə bütün insanlara həcc mərasiminin vacibliyi vurğulanaraq buyurulur: "Getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi vacibdir. Kim imtina etso (həcci tərk etsə, özünü ziyana salmışdır)
Bu göstərişdə bütün insanların öhdəsində olan ilahi borcdan danışılır. Çünki ayədə "getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi" vacib edilmişdir. Ayadaki - həcc" sözü niyyət və bir şeyi qəsd etmək mənasındadır. Buna görə də yola vǝ cığıra "məhəccə (ərəb qramatikasına əsasən, “məvəddə" vəznindədir) deyilir. Dəlil və sübut əsasında insanları ilahi məqsədə çatdırdığı üçün bu sözdən istifadə olunmuşdur. Əlbəttə, gələcək mövzularda daha aydın izah olunacaq.
Nə üçün bu xüsusi ziyarət mərasimini “həcc” adlandırıblar?
Çünki ilk olaraq bu mərasimi yerinə yetirmək istəyən hər bir şəxsin niyyəti ayədə buyurulduğu kimi, “Allahın evinin ziyarəti” olur. Buna əsasən də ayədə "beyt - Allahın evi" sözü həcc sözünə əlavə olunmuşdur. Keçmiş mövzularımızda da qeyd etdiyimiz kimi, Kəbə evinin ziyarətini ilk dəfə İbrahim peyğəmbər (ə) icra etmiş və daha sonra tarix boyunca bu sünnəyə əməl olunmuşdur. Hətta cahil və büt-pərəst ərəblər belə bu mərasimi adət şəklində yaşatmışlar. İslam dini gəldikdən sonra isə əməllər kamil, hər növ xurafatdan təmizlənmiş şəkildə əməl edilmiş və günümüzə kimi də davam etməkdədir.
Əlbəttə, Nəhcül-bəlağə (Qasiə xütbəsi) və bəzi hədislərə əsasən deyə bilərik ki, həcc əməlləri Adəm peyğəmbərin (ə) zamanında da olmuşdur. Amma İbrahim peyğəmbərin (ə) zamanında qətiləşmiş və ilahi sünnə olaraq insanların yaddaşlarına hopmuşdur. Yuxarıdakı ayəyə əsasən, həcc mərasimi bu səfərə getmək imkanı olan hər bir kəsə ömründə bir dəfə vacibdir. Əgər kimsə ömründə bir dəfə vacib həcc ərəfəsində Kəbə evini həccin əhkamına uyğun olaraq əməlləri yerinə yetirməklə ziyarət etmiş olarsa, o artıq boynunda olan vacib həcc ziyarətini yerinə yetirmiş sayılır. Ayədə həcc mərasimində iştirak etməmək üçün yalnız imkansız şəxslər istisna edilmişdir: “Getməyə imkanı çatan hər bir kəsə.
Burada (istitaə) sözündən istifadə olunmuşdur. Yəni piyada yol getmək qüdrətinə malik olan insanlara vacib edilmişdir. Hədislərə və fiqh elminə əsasən, (istitaə) sözü həcc mərasimində iştirak etmək üçün fiziki və maddi imkanın olmasını nəzərdə tutur. O cümlədǝn, gedib-qayıtmaq üçün minik vasitələrinin olması, səfər xərclərini ödəmək imkanı, yolun açıq olması, cismi və fiziki sağlamlığın yerində olması, qayıtdıqdan sonra gündəlik işlərində çətinliyə düşməmək kimi şərtlər nəzərdə tutulur. Sözün əsl mənasında yuxarıdakı ayədə istifadə olunmuş "istitaə" sözü bütün nəzərdə tutulmuş imkanları özündə ehtiva edir. Bunu da qeyd edək ki, ayədəki həcc mərasimi yalnız müsəlmanlara deyil, bütün bəşəriyyətə vacib edilmişdir. Yəni, dünyanın bütün imkanlı şəxslərinə ömürlərində bir dəfə Kəbə evini ziyarət etmək vacib edilmişdir. Həccin hətta qeyri-müsəlmanlara da vacib edilməsi "əl-kuffaru mukəlləfunə bilfurui kəma ənnəhum mukǝl- lǝfunə bil usul - Kafirlər üsulidinin qarşısında vəzifə və məsuliyyət daşıdıqları kimi firuiddinin də qarşısında məsuliyyət daşıyırlar” qaydasına əsasəndir. Ayədə buyrulan ilahi əhkama əməl etmək və ibadətlərin əsas düzgünlük meyarlarından birinin İslam dinini qəbulu olmasına baxmayaraq, İslam dinini qəbul etməmək qeyri-müsəlmanları həcc məsuliyyətindən azad etmir.
Həcc mərasiminin mahiyyəti, fərdi və ictimai faydaları, onun bəşəriyyətin hidayət olmasına təsirləri barəsində "Bəqərə" surəsinin 196-203-cü ayələrinin təfsirində geniş şəkildə danışmışıq. Ayənin sonunda həcc mərasiminin əhəmiyyətini bir daha xatırlatmaq üçün Allah-taala buyurur: "Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil!”.
"Küfr" sözünün lüğətdəki mənası “örtmək” deməkdir. Amma terminoloji mənaya gəldikdə isə bu sözün mənası olduqca çoxdur. O cümlədən, haqqa qarşı olan hər bir kəsə (istər etidaq, istərsə də fiqh və şəriət məsələlərində) şamil edilir. Əgər diqqət yetirsək, “küfr” sözü, əsasən, etiqadi məsələlərlə müxalif olanlar barəsində işlədilir. Amma bu o demək deyil ki, hansısa əməl qəsdən tərk olunduqda “küfr” sözündən istifadə olunmalıdır. O cümlədən, yuxarıdakı ayədə də “həccin tərk olunması” sözünü oxuyuruq. Həmçinin, İmam Sadiqdən (ə) nəql olunan hədisdə İmamın "küfr" sözünü "tərk” sözü kimi mənalandırdığını oxuyuruq. Başqa sözlə desək, küfr etmək və ya haqdan üz çevirməyin müəyyən mərhələ və dərəcələri olmaqla yanaşı, xüsusi hökmləri də vardır. Buna əsasən də, ayə və hədislərdə çətinliklə başa düşülən küfr və iman sözlərinin mənası anlaşılır. Hər halda, yuxarıdakı ayədən iki əsas mətləb başa düşülür: Birinci mətləbdə həcc mərasiminin olduqca əhəmiyyətli olması başa düşülür. Eyni zamanda bu əməlin tərk olunması küfr sayılır. Mərhum Səduq "Mən la yəhzuruhul fəqih" kitabında Peyğəmbərdən (s) belə nəql edir:
Peyğəmbər (s) Əliyə (ə) buyurdu:
"Ey Əli! Həcci (imkanı olduğu təqdirdə) tərk edən şəxs kafir sayılır. Çünki Allah-taala buyurur: Getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi vacibdir. Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil!
Ey Əli! Həcci (imkanı olduğu təqdirdə) təxirə salan şəxs dünyadan (həccə getməmiş) gedərsə yəhudi və xristian kimi ölmüşdür”.
Digər tərəfdən, həcc mərasiminin yerinə yetirilməsi Allahın vacib buyurduğu başqa şəriət hökmləri kimi yalnız insanların özləri üçün mühüm və faydalıdır. Çünki Allahın insanlar üçün təyin etdiyi bütün proqramlar yalnız onların özü üçün xeyirli və tərbiyəvi əhəmiyyətlidir.
İncəliklər:
1\. "Bəkkə" sözünün açıqlaması.
"Bəkkə - " sözü “bək” kökündən götürülüb. “Fək” vəzninə daxil olan bu söz kütlə və toplum mənasını verir. Kəbə evinin daimi ziyarət- çiləri olduğu üçün Məkkə şəhərinə və Kəbə evinin yerləşdiyi məkana "bəkkə" deyilir. Əlbəttə, ilk vaxtlarda Kəbə evinin yerləşdiyi ərazi "Bəkkə" adlanmamışdır. Amma Kəbə evi insanların ibadətgahı kimi məşhurlaşdıqdan sonra izdihamın artması nəticəsində artıq insanların zehnində "Bəkkə" kimi formalaşmışdır. Yəni ora elə bir məkandır ki, daim orada insanlar kütlə şəklində ibadətlə məşğul olurlar. İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: Məkkə şəhərin yerləşdiyi ǝrazi, “Bəkkə" isə Allahın evinin yerləşdiyi məkana deyilir. Bəzi təfsirçilərin fikrinə əsasən, Məkkə ilə Bəkkə arasında heç bir fərq yoxdur. Lakin bu sözlərdə "mim" hərfi "bə" hərfinə çevrilmişdir. Məsələn, ərəb dili lüğətində lazım və lazıb sözlərinin arasında heç bir fərq mövcud deyil və hər iki ifadə düzgündür.
Kəbə evinin yerləşdiyi əraziyə nədən “Bəkkə” deyilməsi barəsində digər versiyalar da irəli sürülmüşdür ki, onlardan birini nümunə olaraq qeyd edəcəyik. Yuxarıda qeyd olunan “bəkkə” sözünün digər mənası təkəbbürü aradan qaldırmaq və qüruru sındırmaqdır. Bu məkanda da hamı bərabərləşir, təkkəbbürlər aradan gedir, qürur sınır və kiminsə digərindən üstün olduğu qətiyyən bilinmir. Bütün insanlar hamılıqla eyni libasda olmaqla yanaşı, bir Allaha ibadət və pərəstiş edirlər. Mənz burada bütün qürurlar sınır və məğrur insanların qürrələnmək üçün dəlilləri qalmır.
2\. Məscidül-həramın vüsət tapması.
Peyğəmbər (s) zamanından başlayaraq müsəlmanların sayı artdıqca Kəbə evi ziyarətçilərinin də sayı çoxalmağa başlamışdır. Odur ki, Məscidül-həramın ərazisi zamanının xəlifələri tərəfindən genişləndiril- məyə başlamışdır. Əyyaşinin təfsirinə əsasən, Abbasi xəlifəsi Mənsur hacıların sayının çoxalması səbəbindən Məscidül-həramın ərazisini genişlətmək qərarına gəlir. Mənsur Məscidül-həramı genişləndirmək üçün Kəbə ətrafında olan evləri sahiblərindən pulla almaq istəsə də, onlar buna razı olmurlar. Mənsur çıxılmaz vəziyətə düşür. Çünki insanların evlərini zorla əllərindən almaq istəmirdi. Əlbəttə, zorla alsaydı, bunun nəticəsi yaxşı olmayacaqdı. Çünki onlar evlərini vermək istəmirdilər. İmam Sadiqdən (ə) bu barədə soruşduqda, İmam (ə) buyurmuşdur: Bunun üçün istinad ediləcək açıq-aşkar dəlil vardır. "Hansı dəlil" deyə soruşduqda İmam (ə) buyurdu:
\- Allahın kitabı.
\- Allahın kitabında buyurulan hansı kəlam?
İmam (ə) buyurdu: “Çünki Allah-taala bu ayədə buyurur:
"İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir". Əgər burda yaşayanlar Kəbə evindən öncə orada məskən salsaydılar o zaman mülk onların sayılacaqdı. Amma Quran ayəsinə istinad etdikdə, Kəbə evinin ilk tikili olduğunun şahidi oluruq. Bu zaman onların yaşadıqları ərazi Məscidül-həramın mülkü və ərazisi sayılır. İmamın bu dəlilindən sonra Mənsur Kəbənin ərazisində yaşayan insanları toplayaraq imamın dəlillərini onlara dedi. Mülk sahiblərinin artıq danışmağa sözləri olmadığı üçün dedilər: Necǝ məsləhət bilirsinizsə, elə də olsun.
Əyyaşinin təfsirində oxşar hadisənin Mehdi Abbasinin dövründə də yaşandığı yazılır. Mehdi Abbasi fəqihlərdən bu barədə soruşduqda onlar cavabında “mülkün sahibləri razı olmadıqları təqdirdə biz mülkü onların əlindən ala bilmərik. Əks halda ərazi qəsbi sayıldığı üçün sahəni Məscidül-həramın ərazisinə qatmaq olmaz”. Əli ibn Yəqtin İmam Musa ibn Cəfərdən (ə) bu məsələni soruşmaq üçün icazə istəyir. Mehdi Abbasi də Mədinənin hakiminə məsələni İmam Musa ibn Cəfərdən (ə) soruşması haqqında göstəriş verir.
İmam (ə) buyurur: "Yaz! Bismillǝhir-rahmənir rahim. Kəbə evi ilk tikili olmuş və insanlar evlərini onun ətrafında tikmişlər. Buna əsasən də onların yaşadıqları ərazi Kəbə evinin sahəsinə daxildir. Əgər mülkün sahibləri evlərini Kəbə evindən öncə tiksəydilər, o zaman mülk onların olacaqdı”.
Məktubun cavabı Mehdi Abbasinin əlinə çatdıqdan sonra o qədər sevinir ki, hətta məktubu öpür və evlərin uçurulması haqqında göstəriş verir. Evlərin sahibləri imam Musa ibn Cəfərin (ə) yanına gələrək xəlifənin uçurulmuş evlərinin qarşılığında onlara pul verməsində yardımçı olmasını xahiş edirlər. Bunun üçün İmamdan onlar üçün xəlifəyə məktub yazmasını istəyirlər. İmam da onların xahişini nəzərə alaraq Mehdi Abbasiyə yazır: “Onlara bir miqdar əta et”. Mehdi Abbasi məktubu aldıqdan sonra onları razı salır.
Yuxarıda qeyd olunan iki hədisdə olduqca lətif istidlal mövcuddur. Həmçinin hüquq və mülkiyyət baxımından da kamil şəkildə tətbiq ediləcək dəlillərdir. Çünki həmin ərazidə ilk olaraq Kəbə evi tikilibsə və digər evlərin də orada salınması məhz Kəbəyə görədirsə, təbii ki, hər ehtiyacdan öncə Kəbənin ehtiyacları ödənməlidir. Əlbəttə, bunu da əlavə etmək lazımdır ki, qeyd olunan ehtiyac yaranmadıqca digərləri həmin ərazilərdən istifadə edə bilərlər. Ehtiyac yarandıqda isə Kəbə evi ərazi və digər cəhətlərdən üstünlük hüququndan istifadə edə bilər.
3\. Kəbə evinin üstünlükləri.
Yuxarıdakı iki ayədə Kəbə evinin ilk ibadətgah olması ilə yanaşı daha dörd üstünlüyü də qeyd olunmuşdur.
a) Çox faydalı və bərəkətli olması (mübarək).
Mübarək kəlməsindən məqsəd Kəbə evinin daha faydalı və bərəkətli olmasıdır. Kəbə evi yer üzündə bəşəriyyət üçün maddi və mənəvi cəhətdən ən bərəkətli yerdir. Bu yerin mənəvi bərəkəti, ilahi cazibəsi, xüsusən həcc mərasimi ərəfəsində ilahi bir vəhdət hərəkatının yaranması heç kəsə gizlin deyil. Əgər həcc mərasiminin zahiri görünüşü ilə kifayətlənməsək, Kəbənin ruhu və fəlsəfəsi dirçəlsə və izah olunsa, o zaman onun əsl bərəkəti daha da aşkara çıxaraq bəşəriyyət üçün kəşf olunar. Məkkə yaşayış üçün münasib təbiəti olmayan, quraq, susuz, yaşıllıqsız, ot-ələfsiz bir ərazidə yerləşən şəhərdir. Amma buna bax- mayaraq, dünyanın digər şəhərləri ilə müqayisədə ən çox hərəkət və canlanma, yaşamaq üçün can atılan, hətta ticarət əlaqələri bol olan bir yerdir. Bu da onun maddi baxımdan bərəkətli olması üçün növbəti dəlildir.
b) Bəşəriyyətin hidayət olması (hidayət mənbəyidir).
Kəbə evi bütün bəşəriyyət üçün hidayət evidir. Çünki dünyanın hər yerindən səhralar, dəryalar keçərək, yaxından-uzaqdan onun ziyarətinə gəlir və burada ibadətə toplanırlar. Həmçinin İbrahim pey- ğəmbərin (ə) zamanında ilk əsası qoyulan izdihamlı həcc mərasimində iştirak etməyə can atırlar. Hətta cahil və müşrik ərəblər belə Kəbə evinin hörmətini daim saxlamış, həcc mərasimini xurafatlarla olsa belə, "İbrahim peyğəmbərin ayinidir" deyə yerinə yetirmişlər. Həmçinin həcc mərasimi ərəfəsində öz naqis və günah saydıqları əməlləri tərk edərək Kəbənin hörmətini saxlamışlar. Bu minvalla hətta müşrik ərəblər belə Kəbə evinin hidayət çırağından bəhrələnmişdilər. Bu yerin və evin mənəvi cazibəsi o qədər cəlbedicidir ki, hamını öz təsirinə salmışdır.
c) İbrahim (ə) məqamı. Orada aydın nişanələr, İbrahimin məqamı var.
Bu evdə çox sayda mənəviyyat, allahpərəstlik və tövhid əlamətləri mövcuddur. O cümlədən tarix boyunca bu günə kimi mövcudluğunu qoruyub saxlaması, din düşmənlərinin qarşısında müqavimət göstərməsi və xüsusən Kəbə evini dağıtmaq istəyən qüdrətli düşmənlərinin qarşısında davam gətirməsi də o ilahi əlamətlərdən biridir. Ulul-əzm peyğəmbərlərdən sayılan İbrahimin (ə) Kəbə evində və ətrafında çox sayda əlamətləri vardır. O cümlədən Zəmzəm, Səfa, Mərvə, Rukn, Hətim, Qara daş, Hicr-İsmail böyük bir memarlıq əsəri olaraq uzun illərin və əsrlərin əbədi yaşayacaq nişanələrindəndir. Açıq-aşkar əlamətlərin arasında İbrahim məqamı xüsusi ilə qeyd olunmuşdur. Bu məqam barəsində bir neçə fikir mövcuddur. Onlardan birincisi bundan ibarətdir ki, İbrahim peyğəmbər kəbə evinin təmiri üçün orada dayanmışdır. İkinci fikir isə bundan fərqli olaraq İbrahimin (ə) həcc mərasimini yerinə yetirməsinə işarə olması haqdadır. Üçüncü fikirdə isə İbrahim peyğəmbərin (ə) insanları həcc mərasiminə dəvət etməsi qeyd olunur. Hər halda olduqca mühüm əlamətlərdən biri sayılır. Bu məqam ixlası, fədakarlığı və bunlarla birlikdə cəmiyyətləri dirildir. Çünki hal-hazırda İbrahim məqamı Kəbə evinin bir neçə metrliyində daşın üzərində həkk olunmuş ayaq izləri ilə xüsusi olaraq yaddaşlardadır. Bununla yanaşı bu məqam hacıların təvaflarının dayaq nöqtəsidir. Həmçinin alimlərin mövzu ilə əlaqədar fikirlərindən əlavə “Əl-Kafi” kitabında İmam Sadiqdən də (ə) bu barədə hədis nəql olunmuşdur.
d) Əmin-amanlıq (Oraya daxil olan şəxs əmin-amanlıqda olacaq).
İbrahim peyğəmbər (ə) Kəbə evini inşa etdikdən sonra belə dua etdi. İbrahim dedi: “İlahi! Bu torpaqları əmin-amanlıqda qərar ver”.
Allah-taala İbrahimin (ə) duasını qəbul edərək oranı insanlar üçün əmin-amanlıq mərkəzi etdi. Oraya toplaşan insanlar Allahın əmin- amanlıq verdiyi məkandan mənəvi qida alaraq ibadətlərini yerinə yetirirlər. Bundan əlavə məzhəb ayrı-seçkiliyini də nəzərə alsaq Kəbə evi hamı üçün möhtərəmdir. Buna əsasən də orada müharibə və ixtilafa səbəb olacaq əməllərdən hamı çəkinir. Xüsusilə də Kəbə evi müsəlman- ların təsəvvüründə sığınacaq yeri ünvanında formalaşmışdır. Hətta heyvanlar belə əgər Məscidül-hərama daxil olarsa, onlara kiminsə əziy- yət etməsi qadağandır və onların canı amanda hesab olunur. Həmçinin, hətta günahkar və cinayət törətmiş biri Kəbə evinə sığınarsa, orada ona kimsənin toxunması qadağandır. Amma gərək Kəbə evinə olunan bu xüsusi ehtiramdan sui-istifadə olunmasın. Kimsə məzlumlara zülm edərək Kəbə evinə sığınıbsa, orada qalması üçün şərait yaradılmamalıdır. Bayıra çıxması üçün cinayətkara su, çörək və orada qalmasına səbəb olacaq vasitələr verilməməlidir. Əks halda o layiq olduğu cəzadan yayına bilər.
Ali-imran surəsi, 98-101-ci ayələr
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَاللَّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ .٩٨
قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنْتُمْ شُهَدَاءُ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .٩٩
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا فَرِيقًا مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُمْ بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ .١٠٠
وَكَيْفَ تَكْفُرُونَ وَأَنْتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللَّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَنْ يَعْتَصِمْ بِاللَّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ .١٠١
Ayələrin tərcüməsi
98\. De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?!"
99\. De: "Ey kitab əhli! Nə üçün iman gətirən şəxsləri Allahın yolundan saxlayır, bu yolu əymək istəyirsiniz? Halbuki siz (bu yolun düzlüyünə) şahidsiniz və Allah sizin etdiklərinizdən xəbərsiz deyil."
100\. Ey möminlər! Əgər siz kitab əhlindən olan (işləri nifaq salmaq, kin-küdurət və ədavət odunu yandırmaq olan) bir dəstəyə itaət göstərsəniz, sizi iman gətirdikdən sonra döndərib kafir edər.
101\. Sizə Allahın ayələri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu (vəhylə əhatə olunduğunuz) halda, necə kafir ola bilərsiniz? (Buna görə də Allaha sığının.) Allaha (Onun dininə) sığınan şəxs doğru yola yönəldilmişdir.
Ayələrin nazilolma səbəbi.
Şiə və sünni kitablarına istinad edərək yuxarıdakı ayələrin nazil olma səbəblərini qeyd edək: Bir gün öz inadkarlığı, qəlbiqaralığı və küfrü ilə tanınmış Şas ibn Qeys adlı qoca yəhudi müsəlmanların toplandığı yerdən keçərkən, uzun illər bir-birləri ilə düşmənçilik, qanlı müharibələr edən Ovs və Xəzrəc tayfalarını bir yerdə mehribanlıqla, səfa-səmimiyyət içində oturaraq söhbətləşdiyini gördü. Cahillik dövründə onlar arasında ərşə qalxan ixtilaf şölələrindən heç bir əsər- əlamət qalmamışdı. Bunu müşahidə edən qoca özünü olduqca narahat hiss edərək deyir: "Əgər bunlar Muhəmmədin rəhbərliyi altında belə davam etsələr bütün yəhudilik üçün təhlükəlidir”.
Odur ki, hiyləyə əl atır. Yəhudi cavanlarından birini onların toplaşdıqları yerə göndərərək Bǝasdan (Ovsla Xəzrəcin arasında baş vermiş ən qanlı müharibə) söz salmağı və qanlı xatirəni yadlarına salaraq təəssüfünü bildirməsini tapşırır.
Yəhudi cavanın məharətlə işlətdiyi hiylə baş tutur və artıq müsəlmanların arasında söz-söhbət, dedi-qodu dolaşmağa başlayır. İş o yerə çatır ki, Ovs və Xəzrəcin cavanları bir-birlərini Bǝas müharibəsini yenidən yaşadacaqları ilə təhdid edirlər. Tamamilə sönüb aradan getmiş ixtilaf yenidən alovlanmağa başlayır. Xəbər Peyğəmbərə (s) çatdıqda mühacirlərdən bəzilərini göndərərək orda təsirli və ibrətamiz söhbətlər etmələrini tapşırır. Hər iki tayfa Peyğəmbərin (s) nəsihətlərini eşitdikdən sonra peşman olurlar. Silahlarını yerə qoyub, peşmançılıqdan ağlayırlar. Nəhayət, bu söhbətin yəhudilər tərəfindən ixtilaf məqsədi ilə onların arasına atıldığı məlum olur. Odur ki, alovlanan kin-küdurət şöləsini yatırıb, yenidən əhd-peymanlarını təzələyib aralarında olan səfa-səmimiyyəti bərpa edirlər. Bu hadisədən sonra yuxarıdakı dörd ayə nazil oldu. İlk iki ayədə ixtilaf salan hiyləgər yəhudilər məzəmmət olunur. Növbəti iki ayədə isə müsəlmanların daha diqqətli olması üçün onlara xəbərdarlıq olunur.
Ayələrin təfsiri.
Nifaq salanlar.
İlk ayədə yuxarıda qeyd etdiyimiz hadisəyə işarə olunaraq kitab əhli (yəhudilər nəzərdə tutulur) barəsində danışılır. Ayədə Allah-taala Peyğəmbərə (s) onlardan minnət və danlaqla belə soruşmağını əmr edir: "Onların Allahın ayələrinə qarşı küfr etməkdə məqsədləri nədir? Axı Allahın onların bütün əməllərindən xəbəri var".
De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?”
Ayədəki "Allahın ayələri” sözündən məqsəd yəhudilərin kitabı olan Tövratda İslam Peyğəmbəri barəsində olan ayələr və ya peyğəmbərin haqq olmasını isbat edən ayə və möcüzələrin toplusudur. Daha sonra ayədə Allah tala onları məzəmmət edərək deyir: Siz özünüz haqqı qəbul etmədiyiniz təqdirdə nə üçün başqalarının haqqı qəbul etməsinə, Allahın yolunda qalmasına mane olmaqda israrlısınız? Nə üçün Onları Allahın yolundan sapdıraraq düz yolda olmalarına mane olur və onları əyriliyə dəvət edirsiniz? Quran buyurur: De: "Ey kitab əhli! Nə üçün iman gətirən şəxsləri Allahın yolundan saxlayır, bu yolu dəyişdirmək istəyirsiniz? Halbuki siz (bu yolun düzlüyünə) şahidsiniz”.
Hansı ki gǝrǝk siz özünüz ilk olaraq Allahın dəvətini qəbul edib Onun çağırışına cavab olaraq "hazırıq” deməlisiz. Çünki İslam Peyğəmbərinin (ə) gəlişi sizin kitabınızda ondan öncə yazılmış və siz də buna şahidsiniz. Nə üçün Allahın bəndələri arasında yatmış fitnə-fəsad, kin- küdurəti oyadaraq, onların zehinlərini zəhərləyir, aralarında şəkk-şübhə yaradır, onlara haqq yoldan sapmaları üçün vəsvəsələr edir və bu yolla hidayət yolundan azdırırsınız? Haqq yoldan azmanız az deyilmiş kimi hələ başqalarını da haqq yoldan azdırır və onların da məsuliyyətini öz üzərinizə götürürsünüz? Nə üçün?!
Həmçinin ayənin sonunda onları təhdid edərək buyurur: "Allah sizin etdiklərinizdən xəbərsiz deyil.
Ola bilsin ayədəki “Allah sizin əməllərinizdən xəbərsiz deyil" sözündən məqsəd yəhudilərin gizlində olan hiylələrinin qarşısını almaqdır. Çünki yəhudilər adətən gizlində müsəlmanların haqq yoldan sapmaları üçün planlar hazırlayır, hiylələr qurur, məlumatsız gənclərə vəsvəsə edərək onları çaşqınlığa salır və sadəlövh insanları şəkkə salırdılar. Odur ki, ayədə buyurur: Xəbərsiz və sadə insanları hiyləgərliklə haqq yoldan sapdırmağa çalışsanız da, Allahın gördüyünüz işlərdən xəbəri var. Allah gizlində olan bütün sirlərdən xəbərdardır. İlahinin sizi cəzalandıracağı günü gözləyin! Daha sonra isə diqqəti qəflətə düşmüş müsəlmanlara yönəldərək onlara xəbərdarlıq edir: "Ey möminlər! Əgər siz kitab əhlindən olan (işləri nifaq salmaq, kin-küdurət və ədavət odunu yandırmaq olan) bir dəstəyə itaət göstərsəniz, iman gətirdikdən sonra sizi döndərib kafir edər”.
Bu minvalla müsəlmanlara xəbərdarlıq edir ki, əgər onların müsəlmanların arasına nüfuz etmələrinə icazə versələr, zehinləri zəhərləyəcək və qəlblərə vəsvəsə salacaq sözlərinə qulaq assalar, çox keçməyəcək ki, imanlarının kökünü qazıyacaq və onları yenidən əvvəlki kimi küfrə qaytaracaqlar. Amma düşmən ilk olaraq onların arasında kin-küdurət və ixtilaf atəşini alovlandıraraq müsəlmanları bir-birinə qarşı qoyacaqlar. Onlar bununla kifayətlənməyəcək, hiylə- lərini davam etdirəcək və nəhayət müxtəlif vəsvəsələrlə sizi İslam dinindən döndərəcəklər. Bura kimi deyilənlərdən belə məlum olur ki, yuxarıdakı ayələrdəki küfr və imandan əsas məqsəd "həqiqi küfr və imana biganəlik"dir. Yəni onlar öz hiylələrini davam etdirsələr insanlar öz imanlarından dönməklə İslamdan üz döndərəcəklər. Həmçinin küfr sözündə məqsədin cahillik dövründəki düşmənçiliklər olduğu da ehtimal edilir. Yəni cahillik zamanındakı kin-küdurətə qayıtmaq da küfrün bir növü sayılır. Çünki iman mehr-məhəbbətin açarı olduğu kimi, küfr də kin-küdurətin və pərakəndəliyin əsas amillərindən sayılır. Belə bir müzakirədən sonra ayənin sonunda təəccüblə möminlərdən soruşur: "Sizə Allahın ayələri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu (vəhylə əhatə olunduğunuz) halda, necə kafir ola bilərsiniz?
(Buna görə də Allaha sığının).
Burada ayənin məğzi bundan ibarətdir ki, Peyğəmbəri (s) görməyən, vəhylə heç bir vasitə ilə əlaqəsi olmayan kimsənin şəkkə düşməsi, haqq yoldan sapması, daim peyğəmbəri görə bilən, onunla ünsiyyətdə olan, vəhyi birbaşa mənbəyindən əxz edən şəxslərin haqdan üz çevirməsindən daha az təəccüb doğurur. Yəni nübüvvət evi ilə daim rabitədə olan şəxslərin haqq yoldan sapmaları necə mümkündür? Həqiqətən, belə bir şəraitdən kimsə şəkkə düşərək yolunu azırsa əlbəttə ki, təqsirkar özüdür və ağır bir əzaba düçar olacaqdır.
Odur ki, ayənin sonunda müsəlmanlara bir sıra tövsiyələr olunaraq buyurulur: Düşmənin vəsvəsələrindən amanda qalmaq və daim hidayət yolunda sabitqədəm olmaq üçün hər zaman Allahın lütf və mərhəmətinə, Onun pak və münəzzəh olan tövhid sifətlərinə və Quranın ayələrinə sığının. Qurani-Kərim ayənin sonunda müsəlmanlara xitab edərək buyurur: "(Buna görə də Allaha sığının.) Allaha (Onun dininə) sığınan şəxs doğru yola yönəldilmişdir.
Burada diqqəti cəlb edən mətləb bundan ibarətdir ki, ilk iki ayədə Allah-taala peyğəmbər vasitəsi ilə sözünü yəhudilərə çatdırır. Çünki ayədən göründüyü kimi, peyğəmbərə "de" əmrini verərək ayəni (qul) (de) sözü ilə başlayır. Amma sonuncu iki ayədə möminlərə müraciət edilməsinə baxmayaraq, Allah-taala burada (qul) (de) sözündən istifadə edərək möminlərlə peyğəmbər vasitəsilə danışmır. Əksinə, möminlərə vasitəsiz olaraq xitab edir. Bu da İlahinin möminlərə xüsusi lütf, diqqət və sayğısının sonsuzluğunun göstəricisidir.
Ali-İmran surəsi, 102 və 103-cü ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ .١٠٢
وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ .١٠٣
Ayələrin tərcüməsi
102\. Ey iman gətirənlər! Allahdan ilahi təqvaya layiq şəkildə qorxun. Dünyanı yalnız müsəlman olaraq tərk edin! (İman cövhərini ömrünüzün sonuna qədər qoruyub saxlayın).
103\. Hamılıqla Allahın ipinə (Quran, İslam və vəhdətə səbəb olan istənilən vasitə) möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz. Siz oddan olan bir quyunun kənarında ikən O, sizi xilas etdi. Allah ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!
Ayələrin nazilolma səbəbi.
Bildiyimiz kimi, Mədinədə İslam Peyğəmbərindən (s) öncə Ovs və Xəzrǝc adlı yüz ildən çox bir-birinin qanına susayan, səbəbsiz yerə bir-birinə hücum edərək zərbələr vuran iki böyük tayfa yaşayırdı. Bu iki tayfanın müharibəsi ərəb tarixi səhifələrində ən qanlı müharibələr sırasında yer almışdır. İslam Peyğəmbərinin (s) hicrətdən sonra ən böyük uğurlarından biri də bu iki düşmən tayfanı barışdırıb aralarında sülh, səmimiyyət yaratması olub. Həmçinin bu iki tayfa vasitəsilə Mədinə şəhərində islami strategiya qurmuşdur. Amma buna baxmayaraq, onların arasındakı uzun illərin düşmənçiliyi ara-sıra müəyyən səbələrdən oyanır, yaddan çıxan ixtilaflar yenidən yada düşür və hər dəfə İslam Peyğəmbərinin (s) dəyərli təlim və tədbirindən sonra yenidən sabitlik bərqərar olurdu. Öncəki ayələrdə bu ixtilafın və kin-küdurətin səbəblərindən biri kimi düşmənlərin tədbirli hiylələrindən xəbər verilmişdir. Bu ayədə isə düşmən deyil, sadəlövh, düşünmədən əməl edən dostların və yersiz təəssübün nəticəsində yaranmış ixtilafdan xəbər verilir.
Tarixə əsasən, bir gün Ovs və Xəzrəc tayfalarında olan Sələbə ibn Qənəm və Əsəd ibn Zürarǝ adlı iki nəfər İslama gəldikdən sonra qazandıqları müvəffəqiyyətləri şöhrət naminə bir-birinə saymağı qərarlaşdırırlar. Sələbə dedi: "Xuzeymət ibn Sabit, Hənzələ, Asim ibn Sabit və Səid ibn Məaz bizim tayfadan olmaqla yanaşı həm də İslam dininin qəhrəmanlarıdırlar”.
Xəzrǝc tayfasından olan Zürarə onun sözlərinin qarşılığında dedi: "Bizim tayfadan dörd nəfər Quranın yazılması və təlimi üçün xidmət göstərirlər. Bunlar: Übǝyy ibn Kəb, Məaz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyddir. O cümlədən Səd ibn Übadə Mədinə xətiblərinin rəhbəridir". Bu minvalla mübahisə uzanaraq çıxılmaz bir vəziyyətə çevrilir. Hansı ki hər iki qəbilənin adamları bundan xəbərdar olaraq əllərini qılınclarına aparırlar. Bu mübahisədən daha qorxulusu onlarda yenidən düşmənçilik alovlarının şölələnməsi və qan davasının bərpa olunması idi. Nəhayət, xəbər Peyğəmbərə (s) çatır və Allahın Rəsulu (s) tez hadisə yerinə gələrək özünə xas olan təlim və tərbiyə metodları ilə onları sakitləşdirərək yenidən iki tayfa arasında səfa-səmimiyyəti bərpa edir. Yuxarıda qeyd olunan ayə bu zaman nazil olaraq ümumi bir hökmlə bütün müsəlmanları təkidlə vəhdətə və birliyə dəvət edir.
Ayələrin təfsiri.
Təqvaya dəvət.
Ayədə vəhdət əmr olunduğu üçün ilk olaraq hamı təqvalı olmağa dəvət edilmişdir. Sözün əsl mənasında vəhdətə dəvət fundamental əxlaq və əqidə əsaslarına söykənməsə dəvət effektsiz və ya daha az təsirə malik olacaqdır. Bu dəlilə əsasən, ayədə ixtilafın və pərakəndəliyin kökündə iman və təqvanın zəifləməsini önə çəkərək deyir: "Ey iman gətirənlər! Allahdan ilahi təqvaya layiq şəkildə qorxun”.
Bu ayədə “İlahi təqvaya layiq şəkildə” sözündən məqsəd nədir? Bu barədə təfsirçilərin çox sayda fikirləri mövcuddur. Amma “İlahi təqvaya layiq şəkildə Ondan qorxmanın” təqvanın ən ali mərtəbəsi olmasında şəkk-şübhə yoxdur. Təqvanın ən ali mərtəbəsi dedikdə, hər növ günahdan, asilikdən, azğınlıqdan uzaq olmaq nəzərdə tutulur. "İlahi təqvaya layiq şəkildə” qorxmaq barəsində “Əd-Durrul-mənsur” təfsirində Peyğəmbərdən (s), "Əyyaşi" və "Məanül-əxbar” təfsirində isə İmam Sadiqdən (ə) belə nəql olunur:
"Daim ilahi əmrlərə tabe olmaq, qətiyyən günah etməmək və günah fikrinə düşməmək, Allahı zikr etmək və heç vaxt ondan qafil olmamaq, Onun nemətlərinin qarşılığında layiqli şükr etmək və küfr etməmək "İlahi təqvaya layiq şəkildə" əməl etmək sayılır.
Təbii ki, bu göstərişlərə əməl etmək üçün Allahın digər əmrləri kimi insanın bacarığı nəzərə alınır. Necə ki, "Təğabun" surəsinin 16-cı ayəsində buyurur: "Bacardığınız qədər təqvalı olun". Həmçinin burada ayələrin arasında heç bir ziddiyyət mövcud deyil və bir ayə digərinin hökmünü qətiyyən qüvvədən salmır. Əlbəttə, növbəti ayə özündən əvvəlki ayəyə qeyd olaraq onun insanın qüdrəti çatacağı təqdirdə baş verməsini izah edir. Bütün bunlara rəğmən nəticə bundan ibarətdir ki, ayənin sonunda Ovs və Xəzrəc tayfaları başda olmaqla bütün İslam dünyasının diqqətinə çatdırır ki, təkcə iman gətirmək kifayət deyil. Daha mühüm olan, iman gətirdikdən sonra iman və dinlərini ömürlərinin sonuna qədər qoruyub saxlamalı, keçmişdə olan kin-küdurət, ixtilaf alovları ilə əməllərini puç etməməli, ömürlərini bədbəxlik və ümidsizliklə bitirməməlidirlər. Necə ki, ayənin sonunda buyurur: "Dünyanı yalnız müsəlman olaraq tərk edin! (İman cövhərini ömrünüzün sonuna qədər qoruyub saxlayın).
Vəhdətə dəvət.
Növbəti ayədə vəhdət mövzusu önə çəkilərək bütün ixtilaf yaradan amillərdən və vəhdətə xələl gətirəcək səbəblərdən uzaq olmaq tövsiyə edilir: "Hamılıqla Allahın ipinə (Quran, İslam və vəhdətə səbəb olan istənilən vasitə) möhkəm sarılın və ayrılmayın”.
Ayədə qeyd olunan "Allahın ipi"nin nə olması barəsində təfsirçi- lərin müxtəlif rəyləri var. Bəziləri Allahın "ipi” sözünü Quran, bəziləri İslam, bəziləri isə Allah rəsulunun ailəsi (Əhli-beyt (ə) və digər məsumlar (ə) kimi təfsir etmişlər. İslam Peyğəmbəri (s) və digər məsumlara istinad edərək söylənilən hədislərdə də bu ayə barəsində fərqli təfsirlər qeyd olunub. O cümlədən "Əd-Durrul-mənsur" təfsirində Peyğəmbərdən (s) və "Məanül Əxbar" kitabında isə İmam Səccaddan (ə) nəql olunan hədisdə "Allahın ipi” sözünün təfsiri Quran olaraq qeyd olunmuşdur. Əyyaşinin təfsirində isə İmam Baqirdən (ə) nəql olunan hədisdə deyilir: "Allahın ipi sözündən məqsəd Muhəmməd (s) ailəsidir, hansı ki insanların vəzifəsi onların ətrafında birləşməkdir”.
Onu da qeyd edək ki, ayədəki “Allahın ipi" barəsində olan hədis və təfsirlərin heç birinin digəri ilə ziddiyyəti yoxdur. Çünki “Allahın ipi" sözündən əsas məqsəd insanları Allahın pak zatı ətrafında birliyə sövq edən hər bir vasitədir. Bu vasitə Quran, İslam, Peyğəmbər (s) və onun pak əhli-beytidir (ə). Bir sözlə, Allahla rabitə yaradacaq hər bir vasitə Onun "ipi" sayılır.
Dünənin düşməni bu günün qardaşları.
Quran müsəlmanları böyük ilahi nemət olan vəhdətə və birliyə dəvət etdikdə onları bu barədə dərindən düşünməyə dəvət edir. Həmçinin müsəlmanlara pərakəndəliklə vəhdəti müqayisə etməyi tövsiyə edir: "Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz”.
Ayədə diqqəti cəlb edən məqamlardan biri də "nemət” sözünün iki dəfə işlənməsidir. Bununla da Allah-taala təkidlə vəhdət və qardaşlığın necə bir nemət olduğunu çatdırır.
İkinci məsələ isə ondan ibarətdir ki, Allah-taala Özünü möminlərin qəlblərinin sahibi ünvanında qeyd edərək buyurur: “O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz”. Bununla da Allah dini-ictimai bir möcüzəyə imza atmış olur. Dünənə qədər düşmən olanların qəlblərini yaxınlaşdıraraq onları biri-birinə qardaş edir. Əgər ərəblərin uzun illər, bəlkə də əsrlər boyu davam edən kin-küdurət və qan düşmənçiliyini həll edərək onları bir-birinə mehriban etməsinə diqqət yetirsək, İslamın ictimai möcüzəsini dərk edərik. Xüsusi ilə də nadan, yeni iman gətirmiş, imanları möhkəmlənməmiş, kiçik bir xətanı hətta yaxınlarına belə bağışlamayan, uzun illər qəlblərində düşmənlərinə qarşı kin bəsləyən cahil ərəblər bütün olanları unudub İslam naminə qardaşlıq edirlər. Bu İslam dininin aşkar möcüzəsi deyilmi? Bununla da İslam dini sübut edir ki, uzun illər bir-birlərindən xəbərsiz, pərakəndə, barışmaları qeyri-mümkün olan kinli ərəbləri barışdıraraq vahid ümmət yaratmaq mümkündür. Daha sonra Quran deyir: "Siz oddan olan bir quyunun kənarında ikən O, sizi oradan xilas etdi".
Yəni Allah-taala belə bir vəhdəti əta etməklə sizə nicat vermiş və sizi əmin-əmanlıq, qardaşlıq bol olan yerə hidayət etmişdir. Lüğətdə quyunun və ya xəndəyin kənarına “şəfa” deyilir. Ola bilsin “şəfe- dodaq" sözü də buna əsaslansın. Həmçinin xəstələr barəsində dua edərkən bu sözdən istifadə olunması xəstənin xəstəlikdən kənarda qalması anlamına gəlir. Yəni xəstəliyin içində deyil, ətrafında qalsın. Amma ayədəki “od” ifadəsi barəsində təfsirçilərin müxtəlif rəyləri mövcuddur. Bəzi rəylərə əsasən, ayədəki od sözündə bu dünya, bəzilərinə görə isə Cəhənnəm odu nəzərdə tutulur. Amma ayənin məzmunundan belə nəticəyə gəlinir ki, "od” kəlməsi məcazi mənada işlədilərək ərəblər arasında daim alovlanmaq potensialı olan ixtilaf, müharibə və nifrəti nəzərdə tutur. Həmçinin Qurani-Kərimin ərəblərin cahillik zamanına baş vuraraq xatırlatmasında məqsəd onların hər an kiçik bir bəhanə ilə yenidən cahillik zamanına qayıtmaq ehtimalını doğrulamasıdır. Bununla Quran ərəblərin cahillik dövrünün necə təhlükəli olduğunu göstərir və daim qanlı müharibələrin astanasında olduqlarını bir daha xatırladır. Bütün bunlara rəğmən Allah-taala İslam dini vasitəsilə onlara nicat verməklə, eyni zamanda onları axirətdə də Cəhənnəm odundan sığortalayır. Çünki dünya odundan İslam dini vasitəsi ilə nicat tapmaq, axirətin yandırıcı odundan nicat tapmaq deməkdir. Ayənin sonunda bir daha təkidlə buyurur: “Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə, haqq yola yönələsiniz.”
Allah-taala sonda buyurur: Bütün bunlardan məqsəd sizin hidayət olmanız və çətinliklərdən nicat tapmanız üçündür. Sizin taleyiniz həll olunduğu üçün ilahi ayələrə daha diqqətlə qulaq asmalı və əhəmiyyət verməlisiniz.
İncəliklər:
1\. “Allahın ipi” sözündən məqsəd nədir?
Təəccüblüdür. Ayədəki “Allahın ipi” çox mühüm bir həqiqətdən xəbər verir. İnsan adi şəraitdə, bələdçi və müəllimsiz qalarsa, təbiətin dərinliklərində, ram etmək çətin olan daxili istəklərin quyusunda cahillik və nadanlıqda yaşayaraq ömrünü başa vuracaq. Sadalanan bu quyu və dərinlikdən nicat taparaq aydınlığa çıxmaq üçün mütləq hər kəsə aydınlığa qədər uzanacaq “ip” lazımdır. Bu, kökləri olduqca sağlam və nicat vermək üçün daha etibarlı olan, Quranın göstərişləri və onun haqq canişinlərinin yolu əsasında Allahla rabitədir. Yəni bu qaranlıqların aydın səhəri ilahi rabitədən qaynaqlanır. Bu yol ən aşağı mərtəbədə olan insanları ən üstün mərtəbələrə qaldıraraq onları maddi və mənəvi kamilliyə çatdırmışdır. Əks halda isə qaranlıq davam edəcəkdi.
2\. Tarixçi və alimlərin etirafları.
Yuxarıdakı mövzunun əhəmiyyəti (ərəb qəbilələri arasındakı düşmənçiliyə son qoyulması və müsəlmanların vəhdəti) təkcə müsəlman alimlərinin deyil, hətta qeyri-müsəlman alimlərinin və tarixçilərinin də diqqətindən yayınmamış, ayənin mesajları heç kəsə məxfi qalmamış və tarix boyunca mövzu ilə əlaqədar müxtəlif bir sıra söylənmişdir.
Məşhur ingilis yazıçısı Jan Diun Port yazır:
"Muhəmməd bir sadə ərəb olmasına baxmayaraq, ölkəsinin ac-yalavac, hər növ mədəniyyət və sivilizasiyadan uzaq olmaqla yanaşı, pərakəndə və səpələnmiş kiçik qəbilələrini toplayaraq, intizamlı bir cəmiyyət qurdu. Yer üzünün millətləri arasında onları tam yeni bir Əxlaq simasında tanıtdırdı. Daha sonra yeni qurulmuş bir dövlət olaraq 30 ildən az bir müddətdə Bizans İmperiyasını məğlub etdi. Daha sonra İran padşahlarını bir-bir məğlub edərək Suriya, Misir və Mərakeş torpaqlarını nəzarət altına aldı. Daha sonra isə Atlantik okeanın sahillərindən tutmuş Xəzər dənizinə, oradan da Amudərya çayının kənarına qədər öz hakimiyyətini genişləndirdi”.
Tomas Karlayl deyir:
Allah-taala ərəbləri İslam dini vasitəsilə zülmətdən işığa çıxardı. Bu elə bir zamanda baş verdi ki, sükuta qərq olmuş bir millətdən nə bir səs çıxırdı, nə də ki, hansısa bir ictimai, sivilizasiya yönündə addımları hiss olunurdu. İslam dini belə bir sönmüş milləti azğınlıqdan hidayətə, süstlükdən oyanışa, alçaqlıqdan ucalığa və acizlikdən qüdrətə sövq etdi. Bu dirçəlişlə də İslam dini sürətlə dünyanın dörd bir yanına yayılmağa başladı.
İslamın elan olunmasından bir əsr keçməmiş müsəlmanların bir ayağı Hindistan, digər ayağı isə Əndəlus (İspaniya) torpaqlarında oldu. Xülasə, az bir müddətdə İslam dini dünyanın yarısında parlamağa başladı".
Doktor Qustav Lebon həqiqətləri belə etiraf edirdi:
\- İslam dininin elan olunması ilə heyrətamiz hadisə baş verdi. O tamamilə inkişaf və tərəqqidən uzaq olan, millətpərəstlikdə tayı-bərabəri olmayan Ərəbistan yarımadasına birdən-birə (tez bir zamanda) xeyirxahlıq paltarı geydirdi. Bu hadisə dünya sivilizasiyasında heç bir rolu və əhəmiyyəti olmayan, elm və inkişafdan uzaq olan ərəb tayfaları arasında baş verdi.
Hindistanın məşhur alim və siyasətçisi Nehru bu mövzuda yazır:
"Ərəblərin talelərinin dəyişməsi və necə oldu ki, ərəblər (din və ideologiya baxımından) sürətlə Asiya, Avropa və Afrika ölkələrinə yayıldılar? Geniş mədənəyyətə malik olmaqla yanaşı, həm də bununla dünya tarixində böyük bir dirçəlişə imza atmış oldular? Və hansı fikir ərəblərə yeni ideya, oyanış, özlərinə güvən və qüdrət əta etdi" suallarının cavabı bir kəlmədir: İslam!
3\. Vəhdətin millətlərin yaşamasındakı rolu.
Bura kimi vəhdətin heyrətamiz ictimai təsir və əhəmiyyətindən, həmçinin hər bir millətin inkişaf və tərəqqisində istisnasız rolundan danışsaq da, qətiyyətlə deyə bilərik ki, bu vaxta kimi dünyada əsl vəhdət olduğu kimi tanınmamışdır.
Bu gün vəhdətin sayəsində dünyanın müxtəlif yerlərində yüzlərlə böyük sənayelər ayaqda qalaraq inkişaf edir və bir çox ölkələri öz faydalı ideoloji dəstəyi ilə bəsləyir. Dünyada baş verən bütün inkişaflar tərəqqi yollarında ictimai birliyə borcludurlar.
Diqqətlə baxsaq, bütün bu əldə olunmuş tərəqqinin bir yerə toplanmış yağış dənələrindən savayı bir şey olmadığını müşahidə edərik. Bu zaman vəhdət və insanların ictimai birliklərinin hansı gücə malik olduğu aydın olar.
Peyğəmbərdən (s) və böyük İslam dininin öncüllərindən vəhdətin zərurəti barəsində müxtəlif, lakin oxşar məzmunlu hədislər söylənmişdir. O cümlədən İslam Peyğəmbəri (s) buyurub:
"Mömin insanlar birlikdə möhkəm binaya bənzəyirlər. Hansı ki o binanın hər bir daşı onun möhkəmliyini təmin edir”.
Həmçinin digər hədisdə buyurur:
"Möminlər bir ruh kimidirlər".
Həmçinin digər bir hədisdə buyurur:
“Möminlər bir bədən kimidirlər. Hansı ki o bədənin bir yeri ağrıyan zaman digər əzalar da narahat olar və aram olmazlar".
Ali-İmran surəsi, 104-cü ayə
وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ .١٠٤
Ayənin tərcüməsi
104\. İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir zümrə olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir.
Ayənin təfsiri.
Haqqa dəvət və fəsadla mübarizə.
Öncəki ayədə vəhdət, qardaşlıq və ictimai birliyin faydalarından danışıldı. Bu ayə isə əvvəlki mövzunun davamı olaraq vəhdətin qorunub saxlanmasında fövqəladə təsirə malik olan "insanların yaxşı işlərə dəvət olunması" və "pisliklərdən çəkindirilməsi" mövzusundan danışır. Əgər cəmiyyət arasında "yaxşı işlərə dəvət" və "pisliklərdən çəkindirmək” qanunu icra olunmasa, düşmən hazırkı formalaşmış vəhdətə nüfuz edəcək, həşərat kimi onu daxildən yeyəcək, onun ictimai bağlarını qıracaq, tədricən və ya birdən dağıdaraq məhv edəcəkdir. Odur ki, istənilən bir cəmiyyətdə onu qoruyacaq faydalı qanunların olması vacibdir. Yuxarıdakı ayədə ümmətin arasında bu iki böyük vəzifəni yerinə yetirəcək şəxslərin zəruriliyinə diqqət çəkilir: “Aranızda yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir zümrə olsun!”
"Ümmət” sözü "üm” sözündən götürülmüş və “ona hər bir əşyanın əlavə olunması mümkün olan” mənasındadır. Buna görə də aralarında vəhdət olan hər bir topluma "ümmət” deyilir. Nəzərdə olan topluumun, hansı ki ona ümmət deyilir, zaman, məkan, ideologiya baxımından heç bir fərqləri yoxdur. İstənilən bir mövzuda birləşə biliblərsə, artıq ümmət sayılırlar. Nəticə olaraq deyə bilərik ki, pərakəndə və təklənmiş şəkildə iş görənlərə ümmət deyilmir. Həmçinin ayənin sonunda zəfər və sevincin məhz bu yolla əldə olunmasına diqqəti yönəldərək Allah-taala buyurur: Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir.
İncəliklər:
Hazırkı mövzumuz müqəddəs kitabımız Qurani-Kərimin nöqteyi- nəzərindən müzakirə olunduğu üçün bir neçə mətləbə toxunmağı mövzumuz üçün zəruri hesab edirik:
1\. Ayədəki “ümmətin içərisindən” sözünün hamıya şamil olmaması.
Ayədəki “ümmətin içərisindən” sözünün hamıya şamil olmamasından belə başa düşülür ki, hamının ictimai təlim və tərbiyə ilə məşğul olması bütövlükdə ümumi vəzifə olmasına baxmayaraq, “insanları yaxşı işlərə dəvət etmək” və “pisliklərdən çəkindirmək” vəzifəsi ümumi deyil, əksinə xüsusi bir öhdəlikdir.
Hərçənd digər oxşar ayələrin məzmunundan “insanları yaxşı işlərə dəvət etmək” və “pisliklərdən çəkindirmək” vəzifəsi şəriətdə “vacibi- kifayi” hökmlərdən deyil, "vacibi-eyni” hökmlərdən olduğu anlaşılsa da, bu iki vəzifə "vacibi kifayi" hökmləri sırasına daxildir. Nəticə etibarı ilə deyə bilərik ki, cəmiyyətdə "insanları yaxşı işlərə dəvət etmək” və "pisliklərdən çəkindirmək” vəzifəsi xüsusi insanların öhdəsindədir. "İnsanları yaxşı işlərə dəvət etmək" və "pisliklərdən çəkindirmək” vəzifəsini "vacibi-kifayi" hökmləri sırasına daxil edən bir neçə ayǝyǝ diqqət edək. Allah-taala “Ali-İmran” surəsinin 110-cu ayəsində buyurur:
“Siz insanlara xeyir vermək üçün yaradılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız". Və ya Əsr surəsinin son iki ayəsində deyir: "Şübhəsiz, insan, ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edənlərdən başqa”. Əgər diqqətlə baxsaq ayələrdə bu iki mühüm vəzifəni xüsusi deyil, bütün insanların həyatına şamil olunmasının şahidi olarıq. Buna aydınlıq gətirmək üçün deyirik: Ayələrin ümumi toplusuna diqqət yetirdikdə mövzu tamamilə aydınlaşır. Ayələrə əsasən, insanları "yaxşı işlərə dəvət etmək” və “pisliklərdən çəkindirmək” vəzifəsi üçün iki mərhələ mövcuddur.
Birinci mərhələdə bu ağır vəzifə hər bir kəsin fərdi həyatının bir hissəsi olduğu qeyd edilir. Yəni hər kəs ictimai asayişin qorunması üçün fərdi olaraq əlindən gələni əsirgəməməlidir. İkinci mərhələdə isə bu vəzifə ümmətin içindən bir dəstə elmli və digərlərinə söz demək səlahiyyəti olan şəxslər olmalıdır ki, onların səyi nəticəsində ictimai asayiş və quruculuq daha da inkişaf etsin. Bu şəxslərin ümdə vəzifələri həm də ictimai nizam-intizamın qorunması üçün öncədən tədbir və müəyyən layihələrinin olmasıdır. Yəni bu şəxslərin işi insanlar arasında olmaq, onları yaxşı işlərə dəvət etmək və pisliklərdən çəkindirmək olmalıdır. Başqa ifadə ilə desək, birinci mərhələdə bütün insanlara məhdud və hüquq çərçivəsində ictimai nizamın qorunması vacibdir.
Amma ikinci mərhələdə isə vacibi-kifayi vəzifəsi artıq onların öhdəsində olduğu üçün daha geniş, hüquq çərçivəsində və nizamlı şəkildə "insanları yaxşı işlərə dəvət etmək” və “pisliklərdən çəkindirmək” vəzifəsini icra etməlidirlər. Həmçinin onların təminat və himayəsinin İslam hakimiyyətinin öhdəsində olması qaçılmazdır.
Paralel icra olunan hər iki mərhələ müqəddəs İslam dininin ən ali qanunlarından biri hesab olunur. Hər iki mərhələdə fitnə-fəsadla mübarizə aparılaraq insanlar haqq olan dinə və Allaha tərəf sövq olunurlar. İkinci mərhələyə aid olan fəaliyyətin hüquq çərçivələri, ictimai işlərdə hansı şəkildə müdaxilə etmələri İslam hakimiyyətinin nizam-intizam qaydalarına uyğun şəkildə tətbiq və icra olunmalıdır. Əlbəttə, bununla məşğul olan hökumət qurumlarının olması da istisna deyildir.
Buna rəğmən bəzi İslam ölkələrində (bu gün bəzi İslam ölkələrində, o cümlədən Küveytdə icra olunur) yuxarıdakı ayədən ilham alaraq zülm və fəsadla mübarizə aparan xüsusi təyinatlı hökumət təşkilatları mövcuddur. Onların bəzilərinin təşkilatlarının adları “pisliklərdən çəkindirən” və “yaxşılığa dəvət”dir. Təşkilatın şəxsi heyəti qanun çərçivəsində bütün ictimai məsuliyyətləri öz üzərinə götürərək məmur yoldaşlarının köməkliyi ilə cəmiyyətdə baş verən hər bir zorakılığa, qanun pozuntusuna, hökumətə xələl gətirəcək hər növ ziyanlı addımlara müdaxilə edir və ictimai asayişi qoruyaraq eyni zamanda insanları yaxşı işlərə dəvət edirlər.
Bütün bunlara rəğmən deyə bilərik ki, qüdrətli bir cəmiyyətin olması üçün vəzifə bölgüsündə birinci və ikinci mərhələnin arasında elə bir ciddi fərq müşahidə olunmur. Hər iki mərhələdə cəmiyyət ictimai nizam-intizamı qorumağa məsuldur. Amma birinci mərhələdə vəzifələr fərdi, ikinci mərhələdə isə tam məsuliyyət və qanun çərçivəsində təşkilatlanmış yaxşılığa dəvət edən və pisliklərdən çəkindirən məmurlardadır.
2\. "Məruf" və "münkər” nədir?
Lüğət kitablarında "məruf" tanınmışa (ərəfə söz kökündəndir), “münkər" isə tanınmamış (inkar kökündəndir) mənalarındadır. Buna əsasən də yaxşı işlər tanınmış və pis işlər isə tanınmamış kimi tanıt- dırılır. Çünki insan daxilən yaxşı işlərlə tanış, pis işlər barəsində isə məlumatsızdır. Yəni insanın fitrəti yalnız yaxşıları tanıyır və o belə dünyaya gəlir, pislikləri isə tanımır, əksinə onlarla sonradan tanış olur.
3\. Görəsən “insanları yaxşılığa dəvət etmək” əql və məntiqdən doğan bir vəzifədir, yoxsa fitri olaraq ibadi hisslərdən doğur?
Bütün İslam alimlərinin ortaq rəyinə əsasən, insanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək hissi sırf fitri və ibadi hisslərdən doğan vəzifədir. Yəni əql ona heç vaxt kimisə pis işdən çəkindirmək üçün əmr vermir. Əgər ictimai bağlılıqlara diqqət yetirsək, məsələnin sırf ǝql və rasional çərçivədə həll olmadığını görürük. Bir nəfərin öz ətrafında yandırdığı alovun genişlənərək daha böyük ərazini yandırması və insanların ona verdikləri reaksiya bu mövzunun əql və məntiq ilə nə qədər əlaqəli olduğunu aydınlaşdırır. Başqa sözlə desək, cəmiyyətdə "fərdi zərər" adlı termin yoxdur. Çünki cəmiyyətdə baş verən hər bir fərdi zərər digərlərinin də ziyan görməsi ilə nəticələnir.
Əlbəttə, bəzi hədislərdə yuxarıdakı fərdi və ictimai zərərlər mövzusuna toxunulmuşdur. Allahın Peyğəmbərindən (s) belə nəql olunur: "Bir cəmiyyətdə günah edən şəxs gəmiyə minərək dəryanın ortasında külünglə oturduğu yeri deşmək istəyən şəxsə bənzəyir. Etiraz edənlərə "mən öz payıma düşən yeri deşirəm" deyə cavab verir”.
Əgər başqaları onun sözünə və etdiyi əmələ etinasız yanaşsalar, çox çəkmədən deşilmiş yerdən su gəmiyə dolar və bu minvalla hamı gəmi ilə birlikdə qərq olmağa məhkum olar. Allahın Rəsulu (s) yuxarıdakı əql və məntiqə söykənən misalı ilə “yaxşılığa dəvət və pisliklərdən çəkindirmə" vəzifəsini tamamilə məntiqi təsəvvür əsasında hər bir şəxsin öhdəsindəki təbii haqq olduğunu qeyd etmişdir. Hər bir fərdin ictimai nəzarəti (hüquq çərçivəsində) taleyüklü vəzifələrdən biridir.
4\. "Yaxşılığa dəvət və pisliklərdən çəkindirmə" vəzifəsinin əhəmiyyəti.
"Yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” vəzifəsinin əhəmiyyəti barəsində Qurani-Kərimin ayələri ilə yanaşı, çoxsaylı hədislər mövcuddur. Əgər bu iki mühüm vəzifə cəmiyyətin fərdləri tərəfindən etinasız qarşılanarsa, nəticədə, çox böyük fəsadların baş verməsi qaçılmazdır. Bu barədə məsumlardan (ə) nəql olunan bir sıra hədisləri aşağıda qeyd edirik:
a) İmam Baqir (ə) buyurmuşdur:
"Allah tərəfindən iki böyük əmrlərdən sayılan “yaxşılığa dəvət və pisliklərdən çəkindirmə" vəzifəsi peyğəmbərlərin amalı və salehlərin yoludur. Hansı ki digər ilahi vəzifələrin icrası bu iki böyük vəzifənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Bu iki vəzifənin icrasından sonra əmin-amanlıq bərpa olar, xalqın ticarət və digər sahələrdəki gəlirləri halal olar, insanların hüquqları təmin olunar, ərazilər abad olar və düşmənlərdən intiqam alınmış olar. Xülasə, bu iki böyük ilahi vəzifənin bərpasından sonra bütün işlər qaydasında ola bilər"
b) Allahın Peyğəmbəri (s) buyurub:
"İnsanları yaxşılığa dəvət və pisliklərdən çəkindirən şəxs Allahın Peyğəmbəri və Quranın yer üzündə canişinidir".
Yuxarıdakı hədislərə diqqət yetirdikdə bu iki vəzifənin hər şeydən öncə ilahi proqram əsasında tənzimləndiyi bəlli olur. Yəni ilahi peyğəmbərlərin və səmavi kitabların gəlişinin əsas məqsədi insanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməkdən ibarətdir.
c) Peyğəmbər (s) minbərdə əyləşən zaman bir kişi o Həzrətdən (s) soruşdu: "İnsanların ən xeyirlisi kimdir?” Peyğəmbər (s) buyurdu:
"İnsanların ən xeyirlisi onları yaxşı işlərə dəvət edən və pisliklərdən çəkindirən, günahlardan ən çox pəhriz edən və daim Allahın razılığını qazanmaq üçün çalışan şəxsdir".
d) Allahın Peyğəmbəri (s) mövzu ilə əlaqədar digər bir hədisdə buyurmuşdur: “Hamılıqla insanları yaxşılığa dəvət edin və pisliklərdən çəkindirin. Əks halda Allah-taala qocalarınıza hörmət və uşaqlarınıza rəhm etməyən zalım şəxsi sizə hakim edər. O zaman sizin yaxşılarınız və salehləriniz Allaha dua edib Ondan yardım istəsələr də duaları qəbul olunmaz. Hətta onların etdikləri tövbə belə qəbul olmaz".
Yuxarıda qeyd olunan hədisdə, öz təbii vəzifəsinə (yaxşılığa dəvət və pisliklərdən çəkindirmə) etinasız yanaşan və onu səbəbsiz olaraq tərk edən cəmiyyətin sonu barəsində xəbər verilmişdir. Çünki istənilən bir cəmiyyətə yaxşıların nəzarəti olmasa sonda həmin cəmiyyətin idarəçiliyi pislərin və zalımların əlinə keçəcəkdir. Zalımların idarəçiliyi zamanında hədisdə buyurulduğu kimi hətta yaxşıların belə tövbəsi qəbul olmayacaq. Çünki tövbədən sonrakı sükutun ardınca zalım yenə də öz zülmünü davam etdirəcəkdir. Bunun baş verməməsi üçün hər bir tövbədən sonra əməllərə yenidən nəzər yetirmək və Allaha doğru getmək lazımdır.
e) Həzrət Əli (ə) buyurub:
"Bütün yaxşı əməllər, hətta Allah yolunda cihad etmək belə insanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək vəzifəsinin qarşılığında dərya ilə ağız suyunun müqayisəsi kimidir”.
Hədislərin "insanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” vəzifəsi ilə bağlı bu qədər təkid etməsindən belə aydın olur ki, yerdə qalan digər bütün fərdi və ictimai əməllərin icrası bu iki böyük vəzifəyə nə dərəcədə əməl olunmasından asılıdır. Yəni bütün əməllərin yerində və faydalı olmasına sözün əsl mənasında bu iki vəzifə zamindir. Ümumiyyətlə, bu iki vəzifə ilə bütün ictimai əməllərin müqayisəsi ruhla bədənin müqayisəsi kimi olacaqdır. "İnsanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə" vəzifəsi tərk olunarsa, cəmiyyətdə bütün etidaqi, əxlaqi və əhkam məsələləri öz dəyərini itirəcəkdir.
5\. "İnsanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” vəzifəsi ümumi ictimai azadlıqla təzad təşkil edirmi?
Bu sualın cavabında deyirik: Bildiyimiz kimi, insanların ictimai fəaliyyəti, onların birlikdə çalışmaları bəşər övladı üçün olduqca faydalı və bərəkətlidir. Hətta belə bir faydanın olması insanı daim cəmiyyətə doğru sövq edir. Amma bununla yanaşı bir sıra məhdudiyyətlər də mövcuddur. Əlbəttə, ictimai fəaliyyətin faydalarına diqqət yetirdikdə ondan doğan məhdudiyyətlər o qədər də ciddi çətinlik yaratmır. Bundan əlavə insan yaranan gündən ictimaiyyətə doğru can atmış və ondan doğan məhdudiyyətləri qəbul etmişdir. Fərdi yaşayışdan fərqli olaraq ictimai həyatda insanların həyat və yaşam tərzləri bir-birləri ilə əlaqədar olur. Təbii ki, fərdlər arasında sıx rabitənin olduğu ictimai həyatda insanların ümumi olaraq nizam-intizama diqqət yetirməsi zəruridir. Çünki ictimai həyat deyərkən bir-birinin üzərində ciddi təsirə malik olan və ya bir-birlərindən təsirlənərək davam edən həyat təsəvvür olunur. Nəticədə, müəyyən məhdudiyyətlərin olması yenə də cəmiyyətin faydasına xidmət edirsə, buradakı məhdudiyyət artıq hər bir cəmiyyətin xüsusiyyəti deməkdir. Bunun əksi barədə əziz İslam Peyğəmbərindən (s) yuxarıda hədis nəql etmişik.
Buna əsasən də müəyyən məhdudiyyətlər doğuracaq əməllərin yerinə yetirilməsi, o cümlədən insanların bir-birləri üzərində nəzarəti sözün əsl mənasında azadlığa qoyulan sərhəd və məhdudiyyət deyil, əksinə, insanların qarşılıqlı vəzifələri, o cümlədən ictimaiyyətin səadətinə səbəb olacaq müqəddəs vəzifədir.
6\. İnsanları yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirmək cəmiyyətdə hərc-mərcliyin artmasına səbəb ola bilərmi?
Mövzu kontekstində qarşıya çıxan və zehnlərə gələ biləcək suallardan biri də budur ki, görəsən insanların bir-birlərinin əməllərinə diqqət yetirmələri, sözün əsl mənasında işlərinə müdaxilə etmələri ictimaiyyətdə özbaşınalığa, sabitliyin pozulmasına və hərc-mərcliyə səbəb olmaz? Belə olan halda daim səadəti üçün çalışdığımız cəmiyyətin nizamnaməsinə müxalif olmarıqmı? Yuxarıda qeyd etdiyimiz sualın cavabında deyirik: Keçmiş mövzularımızdan belə məlum oldu ki, insanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə proqramı və vəzifəsi iki mərhələ əsasında tətbiq olunur.
Birinci mərhələyə aid olan vəzifələr sırf fərdlərin üzərində kök- lənməklə onları sadəcə pisliklərdən çəkindirmək və pis əməlləri tənqid etməkdən ibarət idi. Sözün əsl mənasında istənilən hər bir oyaq cəmiyyətdə insanların bir-birinə nəzarət etmələri ictimaiyyətin faydası üçün olduqca böyük əhəmiyyət kəsb etdiyi üçün bu vəzifə hər bir şəxsin üzərində əbədi olaraq qalacaqdır.
İkinci mərhələyə aid olanlar isə hökumət tərəfindən seçilmiş hüquqi statusu olan məmurlardır. Belə ki o məmurların cəmiyyətdə baş verəcək hər bir fitnə-fəsada müdaxilə hüquqları vardır. Onlar hökumət tərəfindən böyük dəstəyə və geniş imkana sahib olan insanları yaxşılığa dəvət edən məmurlardır. Onların ictimai fəsad törədən bütün fərdlərə qarşı sərt qarşılıq vermək, onları həbs etmək və hətta şəri məhkəmə tərəfindən verilmiş cəzanı icra etmək haqları vardır.
Deməli, əgər biz "yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” proqramının fərqli mərhələlərinə diqqət yetirsək, burada hüquq çərçivəsində səlahiyyətli müdaxilələrlə tanış olacaq və özlüyümüzdə bu ilahi vəzifənin heç bir hərc-mərclik yaratmayacağına əmin olacağıq. Əgər istənilən bir cəmiyyətdə bu iki əsas ilahi vəzifə icra olunsa həmin cameə ölmüş və hərəkətsiz bir vəziyyətdən tam aktiv və oyaq bir cəmiyyətə çevriləcəkdir.
7\. İnsanları yaxşılığa dəvət etmək düşmənçilik deyil!
Mövzumuzun sonunda bu məsələ də diqqətdən yayınmamalıdır ki, bəhs etdiyimiz ilahi vəzifənin icrası zamanı insanları haqqa dəvət və ya fəsadla mübarizə zamanı xoş niyyəti və hədəfin aliliyi unudulmamalıdır. Zərurət irəli gəlmədən qanunun icazə verdiyi sərt reaksiyanı büruzə vermək olmaz. Əks halda bu, zahirdə düşmənçilik kimi özünü büruzə verəcəkdir. Amma təəssüflər olsun ki, bəzi məsul şəxslər məmurlar vəzifələrini icra edən zaman bəzən yersiz zor tətbiq edir və hətta nalayiq sözlərdən də istifadə edirlər. İnsanları bu şəkildə yaxşılığa dəvət və pisliklərdən çəkindirmək öz xeyir bəhrəsini verməməklə yanaşı, həm də əks təsirə də səbəb olacaqdır. Amma Allahın Peyğəmbərinin (s) üslubu və imamların (ə) insanlarla bu iki vəzifəni yerinə yetirərkən rəftarları heç vaxt əsəblə qarışıq olmamışdır. Əksinə onlar çalışdıqları qədər lütf və mehribanlıq nümayiş etdirdikləri üçün ən günahkar və inadkar insan belə onların sözlərinin qarşısında təslim olaraq iman gətirmişlər.
"Əl-Mənar" təfsiri hazırkı #### Ayənin təfsirində yazır: Bir gün bir cavan Peyğəmbərə (s) yaxınlaşaraq soruşdu: Ey Allahın Peyğəmbəri, mənə zina etmək üçün icazə verirsən? - Oğlan bu sözləri bitirən kimi, müxtəlif yerlərdən ona etiraz edildi. Amma Peyğəmbər (s) ona soyuq- qanlıqla: "yaxın gəl" - dedi. Cavan yaxına gəldi və Peyğəmbərin (s) qarşısında əyləşdi. Peyğəmbər (s) çox mehribanlıqla oğlandan soruşdu: Sənin ananla kimsə zina edərsə bu sənin xoşuna gələr?
Oğlan: Xeyr, ey sənə fəda olum!
Peyğəmbər (s): Eləcə də insanlar razı deyillər ki, kimsə onların anası ilə zina etsin. Sən istəyirsən kimsə sənin qızınla zina etsin? Oğlan: Xeyr, ey sənə fəda olum!
Peyğəmbər (s): Eləcə də insanlar razı deyillər ki, kimsə onların qızı ilə zina etsin. - Peyğəmbər (s) yenidən soruşur: Həqiqətən, öz bacın üçün bu əməli bəyənirsən? Ona bunu layiq bilirsən?
Oğlan yenidən: “xeyr” – deməklə yanaşı dediyi sözdən olduqca pis narahat oldu. Peyğəmbər (s) daha sonra əlini onun sinəsinə qoyub dua edərək Allahdan istədi: “İlahi! Onun qəlbini pakla və günahlarını bağışla. Onun ismətini və qeyrətini hər növ zinadan pak etməklə yanaşı həm də pak saxla!".
O gündən sonra bu oğlanın nifrət etdiyi ən pis əməl zina oldu. Amma bunun ümdə səbəbi Peyğəmbərimizin (s) oğlanla mülayim rəftar etməsi idi.
Ali-İmran surəsi, 105-ci ayə
وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ وَأُولَئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ .١٠٥
Ayənin tərcüməsi
105\. (Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.
Ayənin təfsiri.
Təfriqə və ixtilaf qadağası.
Bu ayədə yenidən təkidlə təfriqədən yayınmaq, vəhdəti və birliyi qoruyub saxlamaqdan danışılır. Bu ayədə Allah-taala müsəlmanları keçmişdə yaşamış yəhudi və xaçpərəstlərin sonlarının çox şiddətli əzabla bitdiyindən xəbərdar edir. Çünki onlar daim insanlar arasında vəhdəti pozur, təfriqə və ixtilaflardan bəhrələnirdilər. Daha sonra onlar şiddətli əzaba düçar olduqları üçün Allah-taala müsəlmanlara bir daha xəbərdarlıq edərək onları ümumilikdə tarixi oxumağı təklif edir. Həmçinin ayədə buyurur:
(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir- birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”.
Allah-taalanın insanları dəfələrlə və israrla vəhdətə dəvət etməsi və onları təfriqədən uzaqlaşma çağırışı sanki gələcəkdə müsəlmanların da başına belə bir iş gələcəyini xəbər verir. Çünki Qurani-Kərimdə daha çox təkid olunmuş məsələlərin sonradan baş verdiyinin də şahidi oluruq. Allahın Peyğəmbəri (s) də həmçinin müsəlmanlar arasında olan ixtilafı öncədən təxmin edərək buyurub: Yəhudilər Musadan sonra 71, xaçpərəstlər 72 və müsəlmanlar isə 73 firqə olacaqdır".!
Hədisdəki yetmiş rəqəmi burada dəqiq saya deyil, çoxluğa dəlalət edir. Yəni burada işlənən yetmiş rəqəmi haqq yolun yalnız bir olmasına baxmayaraq, onun ətraflında olanların çox yerə bölünəcəklərindən danışılır. Yəni yəhudi və xaçpərəstlər də haqq yolun tək olmasına baxmayaraq onlar da çox sayda firqələrə bölündülər. Bu arzuolunmaz durum İslam ümmətinin də başına gələcəkdir. Bununla da müsəlmanları ruhi və əqli cəhətdən baş verəcək hadisələrə tərəf yönəldir.
Quranda mövzuya toxunulduğu kimi İslam Peyğəmbəri (s) də ümmətin başına gələcək müsibətdən bizi öncədən xəbərdar etmişdir. Hədisə əsasən, Peyğəmbərin (s) vəfatından sonra haqq yolun tək olmasına baxmayaraq, müsəlmanlar haqq yoldan azacaq, əqidə əsaslarında, şəriət məsələlərində və hətta dinin özündə belə pərakəndə şəkildə firqələrə bölünərək bir-birini küfr etməkdə, batil yolda olmaqda ittiham edəcəklər. Onların arasında olan dini çəkişmələr bəzən qılınc, bəzən də lənət və təkfirçiliklə nəticələnəcəkdir. İş o yerə çatacaq ki, bəzi müsəlmanlar digər müsəlman qardaşlarının malını, canını, namusunu özünə halal biləcək, hətta onlara qalib gəlmək üçün kafirlərlə birləşib müsəlman qardaşı ilə döyüşəcəklər. Müsəlmanların bütün uğurlarının açarı olan vəhdət və qardaşlıq ixtilaf və təfriqə ilə yerini dəyişəcək, nəticədə, səadət dolu həyat bədbəxt və tüfeyli həyatla əvəzlənəcək. Bununla da müsəlmanlar tarix boyunca qazandıqları əzəməti əldən verərək məğlub olacaqlar. Amma yuxarıdakı təfriqə və nifaq salanların sonu barəsindəki ayədə qeyd olunan şiddətli, tayı-bərabəri olmayan əzab dedikdə axirət əzabını nəzərdə tutur. Odur ki, ayənin sonunda buyurulur: “Onlar böyük bir əzaba düçar olacaqlar”.
Təbii ki, hər bir nifaq və ixtilafın sonu zillət, aşağılanmaq və zəlilliklə bitəcəkdir. Bunun üçün hər bir millətin əzilməsinin səbəblərini onların ixtilaflı məsələlərində axtarmaq lazımdır. İstənilən cəmiyyət içərisində olan bağlılığı nifaq toxumu ilə aradan aparırlarsa, onların ölkəsi daim müstəmləkəçilərin oylağına çevriləcəkdir. Daha bundan böyük nə əzab ola bilər?!
Ali-İmran surəsi, 106 və 107-ci ayələr
يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ .١٠٦
وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللَّهِ هُمْ فِيهَا خَالِدُونَ .١٠٧
Ayələrin tərcüməsi
106\. (Bu böyük əzab) bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə olacaq. Üzü qara olanlara: "İman gətirəndən sonra kafirmi oldunuz? Kafir olduğunuza görə indi, dadın əzabı!” — deyiləcəkdir.
107\. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!
Ayələrin təfsiri.
Nurani və qaralmış simalar.
Öncəki ayələrin mövzusunun davamı olaraq bu ayədə də nifaq salanların, təfriqə yaradanların və bununla da cahillik dövrünə qayıdanların ömürlərinin nəticəsi barəsində xəbər verilir. Həmçinin yuxarıdakı iki ayədə cahillik zamanına qayıdaraq nifaq və təfriqələr salan zaman insanın necə üzüqara olması təsvir olunur. Eyni zamanda da bunun əksi olaraq İslam və imanın sayəsində vəhdəti bərpa edərkən insanın çöhrəsinin necə nurani olması da qeyd edilmişdir. Ayədə ilk olaraq buyurulur: “Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə olacaq”.
Daha sonra isə ardınca izah edilərək buyurulur: “Üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? Kafir olduğunuza görə indi, dadın əzabı!" - deyiləcəkdir".
Ayəyə əsasən, vəhdəti daim qoruyub saxlayan möminlər isə küfr edənlərdən tam fərqli olaraq İlahinin rəhmət dəryasına qərq olacaq və orada əbədi aram həyat sürəcəklər. Əlbəttə, dəfələrlə təkrar da olsa qeyd etmişik ki, insanın bütün əməllərinin keyfiyyəti, savabı onun üçün axirət azuqəsidir. Onun axirət həyatı dünya əməllərinin təcəssümünə bağlıdır. Başqa sözlə desək, bu dünyada insanın bütün əməllərindən doğan ikinci bir əsər vücuda gəlir. Hansı ki insan onu bu dünyada o qədər də dərk edə bilmir. Amma oyanış (qiyamət) günü hər şey alt-üst olacaq və bunun nəticəsində ruhi təkamül baş verəcəkdir. Belə ki, insan üçün qaranlıq qalan hər bir şeyə aydınlıq gətiriləcək. O gün üstünlük daha çox ruhda olduğu üçün özünü daha geniş şəkildə dərk edəcək və hətta dünyada etdikləri əməllərdən təsirlənərək onun cildinə düşəcəkdir. Yəni Qiyamət günü insanların zahirindən dünya əməllərinin necə olması aydın şəkildə oxunacaqdır. Bütün bunlara rəğmən deyirik ki, dünyada birliyin və vəhdətin insan üçün nəticəsi üzünün ilahi dərgahda ağ olması ilə yanaşı, bunun tam əksi də ola bilər. Belə ki dünyada təfriqə salan və ara qarışdıran insanlar Qiyamət günündə öz əməllərinin əsl simasını alacaqlar. Necə ki, bu dünyada onlara məcazi olaraq üzüağ və ya üzüqara deyilir, eyni ilə axirət həyatında da bu zahiri əməllər öz həqiqətini taparkən sahibinin simasına daxil olar. Budur ki, insanların bəzisi əməlisaleh olduğu üçün üzüağ, nankorların və təfriqə salanların siması isə qara rəngdə olacaqdır.
Allah-taala "Yunus" surəsində bu məsələyə toxunaraq buyurur:
"Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür”'. Həmçinin Allahın ayələrini yalan sayanların axirətdəki həyatlarını təsəvvür edərkən Zumǝr surəsinin 60-cı ayəsində buyurur:
“Qiyamət günündə yalançıların üzlərinin qaraldığını görməmisən”. Bütün bunların hamısının əsas səbəbi tələsik qərar verilməsi və qərarların tez-tez dəyişməsidir. Daha sonra isə bunların qarşılığında olan kinci dəstəyə aid insanlardan danışarkən buyurur: “Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar”.
Bəli. İman insanın dünya və axirətdə üzünün ağ, ilahi rəhmətin sabitliyinə və aram olmasına başlıca səbəbdir.
Ali-İmran surəsi, 108 və 109-cu ayələr
تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعَالَمِينَ .١٠٨
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ .١٠٩
Ayələrin tərcüməsi
108\. Bunlar Allahın sənə olduğu kimi oxuduğumuz ayələridir! Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz.
109\. (Allah nə üçün zülm etsin axı?) Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bütün işlər Allaha qaytarılır. (Onun fərmanına tabedir)!
Ayələrin təfsiri.
Allah zülm etmir.
Bu ayədə öncəki mövzuların (vəhdət, yaxşılığa dəvət və pisliklərdən çəkinmək, iman və küfr) nəticəsi olaraq Allah-taala buyurur: "Bunlar Allahın sənə olduğu kimi oxuduğumuz ayələridir”.
Daha sonra ayənin sonunda müxtəlif səbəblərdən ilahi ayələrə qarşı süstlük edənlərin aqibətlərinin əməllərinin nəticəsi olduğuna diqqət çəkərək buyurur: “Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz”.
Yəni bütün insanların sonda öz axirətlərini bərbad vəziyyətlərdə görmələri, sözün əsl mənasında öz əməllərinin nəticəsidir. Sonrakı ayədə isə Allahın heç kəsə zülm etməməsi barəsində növbəti dəlili qeyd edərək yerdə və göydə nə varsa hamısının Allaha məxsus olduğunu xatırladır. Yəni Allahın digər rəhmət sifətlərini görməzdən gəlsək belə, Onun heç kəsə zülm etmədiyinin əsas arqumentlərindən biri zülmün müqəddiməsi olan ehtiyacsızlıqdır. Hər şey Onun mülkü olduğu halda Onun zülm etməyə nə ehtiyacı var? Bütün yaranmışlar Onun mülkü və məxluqatı olduğu halda Onun kiməsə zülm etməsi barəsində fikirləşməyə belə dəyməz. Zülm nəyisə ələ keçirmək, hansısa istəyə can atan zaman baş verir. Yəni, başqalarının malik olduğu bir şey əgər kimdəsə yoxdursa, onun ələ gəlməsi üçün aparılan mübarizə zamanı baş verə biləcək hadisələrədən biri də zülmdür. Çünkü bəzən məqsədə çatmaq üçün kimlərinsə haqqını tapdamış olur və ya görməzdən gəlir. Bəzən də məqsədə çatmaq üçün çalışan şəxs əlindən gələni əsirgəmir. Və bu zaman qarşı tərəfin razılığı olmadan istədiyinə çatmaq istəyir. Axı Allahın nəyə ehtiyacı var? Hər şeyin yaradanı O özü olduğu halda nəyisə əldə etməyinə nə ehtiyac var? Bütün yaranmışların ibtidası və intihası onun əmrləri ilə başlayır və bitir. Onun izni olmadan bir yarpaq belə yerə düşmür. Hər bir ehtiyacdan pak və münəzzəh olan Allah mütləq şəkildə ehtiyacsızdır. Odur ki, Qurani-Kərim bütün deyilənlərin isbatı və təsdiqi üçün bir daha Allahın ehtiyacsız olduğunu təkidlə buyurur: “(Allah nə üçün zülm etsin axı?) Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bütün işlər Allaha qaytarılır. (Onun fərmanına tabedir)!”
Ali-İmran surəsi, 110-cu ayə
كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَهُمْ مِنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ .١١٠
Ayənin tərcüməsi
110\. Siz insanlara xeyir vermək üçün yaradılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (belə bir parlaq proqrama və dinə) iman gətirsə, onlar üçün yaxşı olar. Onların (yalnız) az hissəsi imanlıdır, çox hissəsi fasiqdir (Allahın itaətindən çıxanlardır).
Ayənin təfsiri.
Yenə də haqqa dəvət və fəsadla mübarizə.
Bu ayədə Allah-Taala yenə də diqqəti “yaxşılığa dəvət və pisliklərdən çəkinmək", Allaha iman mövzularına çəkir. Bu surənin 104-cü ayəsində buyurulduğu kimi, burada da "yaxşılığa dəvət və pisliklərdən çəkindirmək” mövzusunu ümumi, yəni ayrı-ayrı fərdlərin deyil, əksinə bütün cəmiyyətin vəzifəsi olduğunu qeyd edir. Halbuki bu məzmunda olan öncəki ayələrdən "yaxşılığa dəvət və pisliklərdən çəkinmək” mövzusunun fərdi olduğunu da başa düşürük. Amma buna baxmayaraq, onların müəyyən mərhələyə çatmasını da ayənin təfsirində qeyd etmişik.
Ayədə deyilir: "Siz insanlara xeyirli olmaq üçün yaradılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız”.
Ayədə əsas diqqəti cəlb edən mətləblərdən biri də müsəlman ümmətinin ən gözəl ümmət olduğunun vurğulanmasıdır. Allah-taala ayədə müsəlmanları yer üzünün ən gözəl bəndələri olaraq digərləri üçün faydalı işləri yerinə yetirməyi əmr edir. Həmçinin onların yer üzünün ən gözəl ümməti olmalarına dair ayənin özündə dəlil də qeyd etmişdir. Ayənin müsəlmanların ən gözəl ümmət olması ilə bağlı dəlili onların Allaha imanla yanaşı, insanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmələridir. Yəni ayədəki "Allaha iman" gözəl bəndə olmanın ən ümdə şərtlərindən biridir.
Yuxarıda dediklərimizdən belə nəticə alırıq ki, dünya cəmiyyətinin islahı Allaha iman, haqqa dəvət və fitnə-fəsadla mübarizədən keçir. Bu dəlildən belə başa düşülür ki, keçmiş ümmətlərdə “insanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” mövzusu bu qədər geniş müzakirə olunmamışdır. Bundan əlavə müsəlmanların digər səmavi dinlərlə müqayisədə ən kamil dinin ardıcılları olmalarını da növbəti dəlil ünvanında ayədəki “ən yaxşı ümmətsiniz” ifadəsi üçün gətirə bilərik.
Yuxarıdakı ayədə digər mətləb də nəzərdən yayınmamalıdır. İlk olaraq " - olmusunuz” sözü feilin keçmiş zaman formasına aiddir. Yəni sözün əsl mənasında "ən yaxşı ümmət idiniz” kimi tərcümə olunur. Təfsirçilər bu söz barəsində bir çox ehtimallar verməsinə baxmayaraq, bizim şərhimiz ayədəki bu sözün təkid məqsədi ilə deyildiyi ilə bağlıdır. Çünki ərəb dili qrammatikasında hələ baş verməyən, gələcəkdə baş verəcək hadisənin keçmiş zaman feilində işlənməsi onun baş verəcəyi ilə bağlı əminlikdən xəbər verir. Bunu da qeyd edək ki, Qurani-Kərimdə bu kimi ayələr olduqca çoxdur. Əlavə olaraq bu iki müqəddəs vəzifə cəmiyyət tərəfindən yerinə yetirilmədikdə, onun qarşısını müxtəlif bəhanələrlə aldıqda, həyat daha da qəlizləşir, Allaha iman süstləşir, zəifləyir.
Həmçinin ayədən oxuduğumuz kimi "yaxşılığa dəvət və pislik- lərdən çəkindirmə” mövzusu Allaha iman sözündən öncə işlənmişdir. Ayənin belə tərtib olunması da bir daha bu iki vəzifənin Allah yanında fövqəladə əhəmiyyətinin olduğunu çatdırır. "İnsanları yaxşılığa dəvət və pisliklərdən şəkindirmə" vəzifəsinə əməl etmək imanın insanların ictimai və fərdi həyatlarında genişlənməsinə və İslam dininin bütün ahkamlarına daha diqqətlə yanaşmağa dəvət edir. Eyni zamanda onların fərdi və ictimai əməllərində imanın genişlənməsinə zəmanət verməklə yanaşı bütün qanunlardan üstün olduğunu çatdırır. Əgər bu iki ilahi vəzifəyə əməl olunmasa qəlblərdəki iman kökləri süstləşəcək və onun sütunları yerə töküləcək. Bu səbəbdən də ayədə "insanları yaxşılığa dəvət və pisliklərdən çəkindirmə” mövzusu iman sözündən öncə qeyd olunmuşdur.
Yuxarıdakı izahlara əsasən, müsəlmanların ən gözəl ümmət olması onların Allaha imanlarının sabitliyi, bununla yanaşı insanları haqqa dəvət etmək və onları bütün pisliklərdən çəkindirmələrinə görədir. Əks- təqdirdə, müsəlmanların digər ümmətlərdən heç bir fərqi olmayacaqdır. Yəni xülasə olaraq deyə bilərik ki, müsəlmanların “yaxşı ümmət” adına layiq görülmə müddəti onların bu əməlləri tərk etmədikləri dövrdür. Onlar bu ilahi vəzifəni tam məsuliyyətlə daşıdıqları müddətdə həm yaxşı dualar, həm də bəşəriyyət üçün faydalı ümmət olaraq qalacaqlar. Əks halda heç bir üstünlüyə malik deyillər. Ayə digər mövzularda olduğu kimi burada da bütün müsəlmanlara xitab edir. Əlbəttə, bəzi müfəssirlərin ehtimallarına əsasən, ayədə mühacirlər və ya İslamın əvvəllərində olan müsəlmanlar nəzərdə tutulur. Amma bunu sübut etmək üçün heç bir dəlilimiz yoxdur. Sonra ayədə belə bir açıq-aşkar dinin, heç kəsin inkar edə bilməyəcəyi faydalı qanunların olmasına diqqəti yönəldərək deyir: “Əgər kitab əhli də (belə bir parlaq proqrama və dinə) iman gətirsə, onlar üçün yaxşı olar. Onların (yalnız) az hissəsi imanlıdır, çox hissəsi fasiqdir (Allahın itaətindən çıxanlardır)".
Onlar (kitab əhli) Peyğəmbərin (s) adının hətta öz kitablarında çəkilməsini belə, əsəbilik və inadkarlıqla inkar edərək haqq dindən üz çevirib öz əqidələrində qaldılar.
Ali-İmran surəsi, 111 və 112-ci ayələr
لَنْ يَضُرُّوكُمْ إِلَّا أَذًى وَإِنْ يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ .١١١
ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلَّا بِحَبْلٍ مِنَ اللَّهِ وَحَبْلٍ مِنَ النَّاسِ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ .١١٢
Ayələrin tərcüməsi
111\. Onlar (kitab əhli, xüsusilə yəhudilər) sizə cüzi ziyandan (rahatlığınızı pozmaqdan) başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra onlara kömək edən də olmaz.
112\. Harada olurlarsa olsunlar, onlara zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahla (öz yaramaz davranışlarını tərk etməklə) və insanlarla əlaqə və münasibət yaratmaqla xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar günah etmiş və həddi aşmışlar (başqalarının hüquqlarını pozmuşlar).
Ayələrin nazilolma səbəbi.
Yəhudilərn tanınmış şəxsiyyətlərinin, o cümlədən Abdullah ibn Salamın yəhudiliyi tərk edərək İslam dinini qəbul etməsindən sonra bir dəstə yəhudi onların yanına gələrək irad tutur, hətta onları təhdid edirdilər. Onlara “nə üçün ata-babalarınızın dinindən çıxdınız? Nə üçün yaxşıların dinindən üz çevirdiniz? Nə üçün İslam dininə iman gətirdiniz?" kimi suallar verirdilər. Odur ki, yuxarıdakı ayədə Allah-taala yeni iman gətirmiş müsəlmanlara dəstək olaraq onların heç bir ziyan vura bilmə- yəcəkləri haqqında məlumat verir.
Ayələrin təfsiri.
Düşmənlər ziyan vura bilməyəcəklər.
Bu ayə yeni iman gətirmiş müsəlmanlara dəstək məqsədilə Allah tərəfindən nazil olunub. O zaman yeni iman gətirmiş müsəlmanlar kafir həmtayfaları tərəfindən məzəmmət olunur, təhqir və təhdid edilirdilər. Odur ki, Allah-taala onların müsəlmanlara cüzi zərərdən savayı heç bir ziyan vura bilməyəcəklərini qeyd edir. Ayədəki "cüzi zərər” sözündən məqsəd yalnız dil yarası və təhqirlərdir. Yuxarıda qeyd olunan iki ayədə (Peyğəmbərin (s) zamanında yaşayan) müsəlmanlar üçün olduqca mühüm xəbərlər və müjdələr mövcuddur. Ayədə ilk olaraq zərər məsələsinə fikir bildirilərək buyurulur: "Onlar (kitab əhli, xüsusilə yəhudilər) sizə cüzi ziyandan (rahatlığınızı pozmaqdan) başqa bir zərər yetirə bilməzlər”.
Daha sonra əlavə olaraq deyilir: "Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra onlara kömək edən də olmaz”.
Növbəti ayədə isə onların heç vaxt özlərinə güvənmədiklərinə rəğmən buyurulur: "Harada olurlarsa olsunlar, onlara zillət damğası vurulmuşdur”.
Əgər öz inanclarını dəyişərək haqq yola gəlməsələr, onların zillət damğası davam edəcəkdir. Əks halda gərək başqalarına üz tutub müvəqqəti həyatlarında onların himayəsindən istifadə etmək məcburiyyətindədirlər. Ayədə verilmiş vədələrin həyata keçməsi çox uzun çəkmir. İslam Peyğəmbərinin (s) dövründə Hicaz yəhudiləri tamamilə zərərsizləşdirilir. Hicazda yaşayan Bəni-Qurtabə, Bəni-Nəzir, Bəni-Qeynuqağ, Xeybər yəhudiləri və Bəni-Mustələq tayfalarının İslam dini əleyhinə təxribatlarına müsəlmanlar tərəfindən layiqli cavab verilmiş və bununla da yəhudi təhlükəsi sona çatmışdır. Müsəlmanlar Peyğəmbərin (s) əmri ilə onlarla bir sıra döyüşlər aparmış və onları məğlub etmişlər. “suqifu” sözü ərəb dili lüğətində “səqf”” sözündən götürülmüş və “məharətlə bir şeyi ələ keçirmək” mənasındadır. Yəni kimsə nəyisə məharət və diqqətlə əldə edərsə, o zaman ərəblər onun barəsində bu kəlmədən istifadə edirlər. Yuxarıdakı ayədə buna diqqəti yönəldərək demək istəyir ki, yəhudilər harda olsalar zillət onları məharətlə tapacaq. Yəni zillətdən qaçış yolları yoxdur. Onu da qeyd edək ki, yuxarıdakı ayədə yəhudilərin adları çəkilməsə də ayənin məzmunu, nazil olma səbəbi və xüsusən bu məzmunda olan Bəqərə surəsinin 61-ci ayəsi mövzunun yəhudilərə aid olduğundan xəbər verir. Bu ayədə yəhudilərin adları qeyd olunmasa da Bəqərə surəsinin 61-ci ayəsində söhbətin birbaşa yəhudilərdən getdiyi qeyd olunur. Daha sonra ayədə zillət damğasından azad olmanın yolu göstərilir. Ayənin əvvəlində ilk olaraq Allaha iman gətirmək, ikinci mərhələdə isə insanlarla ünsiyyət qurmağa işarə olunur.
"(Onlar bu zillətdən) yalnız Allahla (öz yaramaz davranışlarını tərk etməklə) və insanlarla əlaqə və münasibət yaratmaqla xilas ola bilərlər”.
"Yalnız Allahla (öz yaramaz davranışlarını tərk etməklə) və insanlarla əlaqə və münasibət yaratmaqla xilas ola bilərlər” ayəsindəki "Allah" və "insanlar" kəlməsi barəsində təfsirçilər müxtəlif ehtimallar qeyd edirlər. Oxşar cəhətlərdən anlaşılan məna budur ki, burada Allaha iman və insanlarla ünsiyyət şəxsə maddi və mənəvi dəstək yox, əksinə fərqli yanaşmalardır. Yəni ya Allahı seçməli, ya da insanların arasında kimlərəsə möhtac olaraq tüfeyli həyat sürməlidir. Buna əsasən, #### Ayənin təfsirinin xülasəsi aşağıdakı kimidir: Gərək hazırkı yaşam tərzindən əl çəkərək həyatlarını ilahi bağlar əsasında qurub Ona tərəf qayıtsınlar. Buna əsasən də şeytanlıq simasından əl çəkərək özündən söz uydurmaq, təfriqə və nifaq salan işlərdən uzaq olmalıdırlar. Amma seçimdə azaddırlar. İkinci yolu da seçə bilərlər. Bu zaman nifaq və təfriqələr dolu həyatlarını onun-bunun qapısında davam etdirsinlər. Bundan sonra Qurani-Kərim yəhudilərin zəlalətə düşmələrindən xəbər verərək deyir:
"Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur”.
(bau) sözü lüğətdə “müraciət etmək, mənzil almaq" mənasındadır. Amma burada məcazi mənada işlənmişdir. Yəni yəhudilər etdikləri əməllərin nəticəsində Allahın qəzəbinə tuş gəlmiş və İlahinin qəzəbini daimi məskən olaraq seçmişlər.
(məskənət) sözü də həmçinin sükunət sözündən alınmış və şiddətli çarəsizlik, əlacsızlıq mənasındadır. Belə ki, bu əlacsızlığa yoluxan şəxsin nicat tapması olduqca çətin bir işdir. Həmçinin ərəb dilində əldən düşmüş, zəifləmiş və hərəkət etməyə taqəti qalmayan şəxsə miskin deyilir. Bundan əlavə miskin yalnız pul və sərvət baxımından yoxsul olanlara deyil, bütün sahələrdə zəifləyib taqətdən düşmüş şəxslərə deyilir.
Bəzi mütəxəssislərin fikrinə əsasən, “məskənət" və "zillət" söz- lərinin arasındakı məna ondan ibarətdir ki, zillət üz verən insan xarici təsirin nəticəsində bu hala düşür. Amma məskənət üz verən insan isə öz günahlarının və ya mənəvi boşluqlarının sayəsində bu həyatı yaşamağa məcbur olur. Zillət xaricdən, məskənət isə daxildən baş verən haldır. Yuxarıdakı izaha əsasən, #### Ayənin təfsirinə əlavə olaraq deyirik ki, yəhudilər fitnəkarlıqlarına görə ilk olaraq insanlar tərəfindən təcrid olunmuş, daha sonra isə Allahın qəzəbinə tuş gəlmişlər. Zaman keçdikcə bu sifət tərk olunmadığı üçün onlarda genetik hala çevrilmişdir. Bundan sonra isə yəhudilər tamam varlıqları ilə özlərini təhqir olunmuş saymışlar. Odur ki, ayədə onların sonu barəsində bu sözdən istifadə olunmuşdur. Ayənin sonunda yəhudilərin xaos dolu həyatlarına diqqət yönəldilərək buyurulur: "Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar günah etmiş və həddi aşmışlar (başqalarının hüquqlarını pozmuşlar).
Ayəyə əsasən, yəhudilərin düçar olduqları ilahi əzab onların nəsil- nəcabətinə, şəxsi insani xüsusiyyətlərinə görə deyil, əksinə sırf əməllərinə görədir. Ayədə əməllərin bir neçəsinə diqqət çəkilmişdir:
\-Birincisi: Allahın ayələrini inkar etmişlər.
\-İkincisi: Allahın peyğəmbərlərini nahaqdan öldürmüşlər. İlahi peyğəmbərlərin, nəbilərin və övliyaların öldürülməsi ilə əlaqədar xüsusi plan və sirli nüanslar mövcuddur.
\-Üçüncüsü: Bütün fitnə-fəsadlara imza atırdılar. Başqalarına zülm və sitəm etməkdən, onların haqlarını əllərindən almaqdan, öz mənafelərinə görə başqalarının hüquqlarına təcavüz etməkdən usanmırdılar.
Nəticədə isə bu şəkildə zəlil olmuşlar.
Təbii ki, hansı tayfa, millət və xalq bu şəkildə həyat sürsə onların da sonu, aqibətləri yəhudilərdən qətiyyən fərqlənməyəcək.
İncəliklər;
Yəhudilərin macəra dolu tarixləri.
Yəhudilərin məcəra dolu tarixlərinə Qurani-Kərimin bir sıra surə və ayələrində, o cümlədən yuxarıdakı ayələrdə toxunulmuşdur. Bunu da qeyd edək ki, dünya tarixi və onların müasir dünyadakı əməlləri bunu bir daha təsdiq etməklə yanaşı, tarixi cinayətlərinə də şəhadət verir. Yuxarıda qeyd etdiyimiz ayədəki “zərəbət ələyhimuz zillət” – harada olmalarından asılı olmayaraq onlara zillət damğası vurulmuşdur” cümləsi barədə fərqli yozumlar var. Bəzi təfsirçilərə görə burada hökm təşriyi deyil, təkvinidir. Yəni şəriət qanunları əsasında deyil, dünya və təbiət qanunları əsasında olan qəti və tarixi qərardır. Əgər hər hansı bir qövm günah etməkdə israrlı olsa, başqalarının haqlarına təcavüz etməyi özünə peşə etsə, işləri dünya rəhbərlərini (peyğəmbərlər) və nicatverənləri öldürmək, onlara zülm etmək olarsa, həmin qövm də bu qanundan xaric deyildir. Əlbəttə, bu qanundan kənarda qalmaq üçün həyata yenidən baxmaq, tövbə etmək və Allaha doğru qayıtmaq, yerdə qalan ömrü münasib şəkildə başa vurmaq üçün fürsətdir. Bu gün dünyada, xüsusən də İslam dünyasında baş verən hadisələr, sionist rejimin dünya sisteminə müdaxilələri, törətdikləri qırğın və qətliamlar onların cinayətlərinin davamına şahiddir və onlar hələ də yuxarıdakı ayənin çərçivəsindən xaric ola bilməmişlər. Ola bilsin keçmişin acı xatirələri və dünyada son baş verənlər onları qəflətdən oyatsın və qalan həyat proqramlarını dəyişmək qərarı versinlər. Dünyada sülhə, dostluğa və sülhməramlı yaşamağa, başqalarının hüquqlarına hörmətlə yanaşmağa imza atsınsanlar.
Ali-İmran surəsi, 113-115-ci ayələr
لَيْسُوا سَوَاءً مِنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ يَتْلُونَ آيَاتِ اللَّهِ آنَاءَ اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ .١١٣
يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُولَئِكَ مِنَ الصَّالِحِينَ .١١٤
وَمَا يَفْعَلُوا مِنْ خَيْرٍ فَلَنْ يُكْفَرُوهُ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ .١١٥
Ayələrin tərcüməsi
113\. Onların hamısı eyni deyil. Kitab əhli içərisində (haqq və iman üzrə) sabitqədəm olan, gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyan bir qrup vardır.
114\. Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisalehlərdəndirlər.
115\. Onların etdiyi yaxşı işlərin heç biri nəticəsiz qalmaz (layiqli mükafatlarını alarlar). Allah təqvalılardan xəbərdardır!
Ayələrin nazilolma səbəbləri.
Tarixə əsasən, yəhidilərin tanınmış şəxsiyyətlərindən və alimlərindən sayılan Abdullah ibn Salamın yəhudiliyi tərk edərək İslam dininə üz tutması yəhudilərin böyüklərini olduqca narahat edir. Bu səbəbdən də yeni iman gətirmiş müsəlmanlara şər atmaq qərarına gəlirlər. Bununla da həm də onlara qarşı mənfi fikir yaratmalı idilər ki, digər yəhudilər böhtanlara inanmaqla yanaşı, həm də bu hadisədən ibrət alsınlar. Odur ki, yəhudi alimləri cəmləşərək onların barəsində belə bir şayiə yaydılar ki, güya yəhudilər içərisində ən şər insanlar İslam dininə üz tutaraq müsəlman olublar. Əgər onlar yaxşı insan olsaydılar, öz ata-baba dinlərində qalar, yəhudilərə xəyanət etməz və öz gözəl dinlərindən üz çevirməzdilər. Yuxarıdakı ayədə Allah-taala yeni iman gətirmiş müsəlmanları müdafiə edir.
Ayələrin təfsiri.
İslamın haqq aramaq ruhu.
Bundan öncəki ayələrdə yəhudilər tutduqları mövqeyə görə Allah tərəfindən sərt tənqid olunub. Qurani-Kərim bu ayələrdə ədalətə riayət etmək və layiqli şəxsləri dəyərləndirmək və onların hüquqlarını bərpa etmək, bütün yəhudilərin eyni ölçüdə olmadıqlarını elan etmək məqsədi ilə buyurur: "Onların hamısı eyni deyil. Kitab əhli içərisində (haqq və iman üzrə) sabitqədəm olan, gecələr səcdə edərək Allahın ayələrini oxuyan bir qrup vardır.
Ayədən bəlli olduğu kimi sonda onların bir qisminin gecələr ilahi əzəmətin müqabilində öz zəlilliklərini yad edərək səcdə etmələri də qeyd olunur. Növbəti ayədə onların imanlarında sabitqədəm olmalarının davamı olaraq əlavə olunur: "Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirirlər”.
“Və xeyirli işlər görməyə tələsirlər (yarışarlar) Onlar əməlisalehlərdəndirlər.
Digər ayələrdən fərqli olaraq yuxarıdakı ayədə bəzi yəhudilərin gecələr xəlvətə çəkilərək Allaha ibadət etmələrinə, Qiyamət gününə olan imanlarına, insanları yaxşılığa dəvət edərək pisliklərdən çəkindirmələrinə və xeyir işlərdə digərlərindən öncül olmağa tələsmələrinə diqqət çəkilir. Ayənin sonunda isə onların əməlisaleh olması qeyd edilməklə digər yəhudilərdən tam fərqləndikləri təsdiqlənir. Başqa sözlə desək, Qurani-Kərim digər ayələrdə yəhudiləri məhkum etməsinə və nankorluğunu bəyan etməsinə baxmayaraq, burada bəzilərinin konkret əməllərinə diqqət çəkərək dəyərləndirir. O şəxsləri ehtiramla yad edir, əksəriyyətin fasiq olmasına baxmayaraq, onların iman əhli və haqqın qarşısında təslim olduqlarından xəbər verir. İslam dini həmin yəhudilərin əməllərini dəyərləndirərək onları ehtiramla yad etməklə özünün fundamental prinsiplərini irəli sürur. İslam dinində heç bir irq, millət və bu kimi milli dəyərlər əsas deyil. Yəni İslam dininin prinsiplərində irqçilik və millətçilik deyil, əksinə, əqidə əsasları və ondan qaynaqlanan hökmlər başda durur. Din insanları irqinə, rənginə və millətinə görə deyil, batil və puç əqidədə olduğu üçün məhkum edir. Onu da qeyd edək ki, hədisə əsasən, ayədə yalnız Abdullah ibn Salamla iman gətirən yəhudilər deyil, 40 nəfər yeni iman gətirmiş Nəcran, 32 nəfər Həbəşə və 8 nəfər Rum xaçpərəstləri də nəzərdə tutulmuşdur. Çünki ayədəki "kitab əhli" sözü yalnız yəhudilərə şamil olunmur. Allah-taala növbəti ayədə isə öncəki ayəni daha da təkmilləşdirərək əməlisaleh və mömin insanlara diqqəti yönəldərək buyurur: "Onların etdiyi yaxşı işlərin heç biri nəticəsiz qalmaz (layiqli mükafatlarını alarlar). Allah təqvalılardan xəbərdardır.
Keçmiş günahlarına və tutduqları mövqeyə rəğmən bu gün onların iman gətirmələri, həyatlarına yenidən baxmaları, bütün pislikləri tərk edərək pəhrizkarlar sırasına qoşulmaları yaxşı əməl sahibi olmalarına gətirəcək. Buna görə də Allahdan mükafatlarını alacaqlar. Allah heç kəsin haqqını kəsməyən və bütün yaxşılıqları dəyərləndirəndir! Ayədəki “küfr” sözü “şükr” sözünün antonimi olaraq işlədilmişdir. Şükr sözü nemətlərin etirafı, küfr sözü isə nemətlərin inkarı deməkdir. Yəni Allah-taala onların əməllərini inkar etmir, əksinə əməllərini layiqincə dəyərləndirəcəkdir. Allah-taalanın hər şeydən xəbərdar olmasına rəğmən ayənin sonunda deyilir: “Allah təqvalılardan xəbərdardır!”
Ayənin xülasə olaraq məqsədi bundan ibarətdir ki, az olan şeylər çox vaxt diqqətdən yayınır. Amma təqvalı insanların daim azlıq təşkil etməsinə, xüsusən Peyğəmbərin (s) zamanında yaşayan yəhudilərin çox az hissəsinin iman gətirməsinə baxmayaraq, onlar Allah-taalanın sonsuz elm və agahlığı ilə diqqətindən yayınmamışdır. Buna görə də Allah onların bütün yaxşı əməllərinin mükafatını verəcək və heç kəsin haqqı itməyəcəkdir!
Ali-İmran surəsi, 116, 117-ci ayələr
إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا وَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ .١١٦
مَثَلُ مَا يُنْفِقُونَ فِي هَذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنْفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَكِنْ أَنْفُسَهُمْ يَظْلِمُونَ .١١٧
Ayələrin tərcüməsi
116\. Kafirlər mallarına və övladlarına sığınaraq Allahın cəzasından xilas ola bilməzlər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
117\. Onların bu dünyada xərclədikləri özünə zülm edən bir qövmün əkinlərini (münasib yerdə və vaxtda əkmədikləri üçün) məhv edən yandırıcı bir küləyə bənzəyir. Allah onlara zülm etməyib, onlar özləri-özlərinə zülm edirlər.
Ayələrin təfsiri.
Sərvət və övlad.
Öncəki iki ayədə imanlı və əməlisaleh şəxslərin xüsusiyyətləri barəsində xəbər verilib. Bu ayələrdə isə tam onların əksi olaraq, imansız və zülmkar şəxslərin xüsusiyyətləri vəsf olunmuşdur. Ayə ilk olaraq xəbər verir: "Kafirlər mallarına və övladlarına sığınaraq Allahın cəzasından xilas ola bilməzlər.
Bildiyimiz kimi, Qiyamət günündə yalnız pak əməllərin, xalis niyyətlərin və sadiq imanların dəyəri vardır. İnsanın köməyinə çatan və sözün əsl mənasında əbədi ruzi olan da məhz bu dəyərlərdir. Allah- taala Qurani-Kərimin “Şüəra” surəsinin 87-88-ci ayələrində dünya malının heç bir faydası olmayacağını önə çəkərək buyurur:
"O gün sərvət və övlad sizə fayda verməyəcək. Nicat yalnız pak qəlbi olanlar üçündür”.
Amma sual oluna bilər ki, nə üçün bu qədər dünya imkanlarının içərisində Allah-taala yalnız sərvəti və övladı nəzərdə tutmuşdur? Cavabında ilk olaraq bunu qeyd edək ki, dünyada insana qüdrət verən birinci maddi qüvvə insan, ikincisi isə mülk və var-dövlətdir. Yəni insan fenomeni və iqtisadiyyat. Qalan bütün maddi imkanlar bu iki mənbədən qaynaqlanır. Odur ki, Qurani-Kərim birbaşa buyurur: "Dünya malı baxımından üstünlük təşkil edən insanlar Tanrının qüdrəti qarşısında heç bir üstünlüyə malik deyillər”. Özü-özlüyündə onlara sığınmaq olduqca səhv düşüncədir. Dünya sərvətləri qədərindən asılı olmayaraq pak niyyətlə, Allaha xatir və düzgün istiqamətlərdə xərcləndikdə faydalıdır. Əks halda, ayədə buyurulduğu kimi, insanı Cəhənnəm atəşinə sürükləyəcəkdir: "Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar”.
Növbəti ayədə onların riyakarcasına xərclədikləri pullara işarə edərək, mövzuya uyğun olaraq, onların aqibətlərini cilvələndirən misal çəkilir: "Onların bu dünyada xərclədikləri pullar özünə zülm edən bir qövmün əkinlərini (münasib yerdə və vaxtda əkmədikləri üçün) məhv edən yandırıcı bir küləyə bənzəyir”.
Ayədəki (sirrun) və (israr) sözləri eyni kökdən olub "bir şeyi möhkəm bağlamaq" mənasındadır. Bu ayədə isə külək sözünə sifət olaraq “möhkəm külək” mənasındadır. Artıq burada küləyin yandırıcı isti, soyuq və ya dağıdıcı olmasının önəmi yöxdur. Amma nəticə eynidir. Yəni gözlənilən hadisə güclü külək vasitəsilə olacaqdır. Qurani-Kərim ayədə kafirlərin riyakarcasına etdikləri əməlləri əkin sahələrini yandırıb külə döndərən, qurudaraq məhv edən yandırıcı və ya dəhşətli dərəcədə soyuq və quru olan güclü küləyə bənzətmişdir. Əlbəttə, bunu da qeyd edək ki, təbiət hadisələri arasında küləyin funksiyası daim həyatverici olmuşdur. O cümlədən narın əsən bahar mehi qönçələrin açmasına, ağacların tozlanaraq bar verməsinə və təbiətin təravətli qalmasına xidmət edir. Başqalarına ehsan və yaxşılıq etmək insanın pak ruhundan və xalis niyyətindən qaynaqlanarsa, faydalı olmaqla yanaşı, cəmiyyətdə bir çox iqtisadi çətinliklərin aradan qalxmasına səbəb olacaq. Eyni zamanda həm də insanların əxlaqında dərin iz buraxacaq. Ehsan və yaxşılıq onu edən şəxsin əməl dəftərinə yazılacaq, əxlaq və fəzilət ruhiyyəsinin möhkəmlənməsinə səbəb olacaqdır. Əks halda təbiətin dirilməsinə səbəb olan sərin bahar mehi ölümsaçan, yandırıcı tufana çevrilərək qarşısına keçən hər bir gülü və bitkini yandırıb külə döndərəcək, köklərini qurudacaqdır. İmansız və ruhu çirkinliyə bulaşmış şəxslərin digərlərinə etdikləri yaxşılıq düzgün istiqamətlənmədiyi üçün, əməllərində və niyyətlərində olan riyakarlıq yandırıcı möhkəm əsən külək kimi onların ehsan bağını yandırıb külə döndərir. Odur ki, belələrinin dünyada etdikləri yaxşılıqların axirətləri üçün heç bir faydası yoxdur. Bu istiqamətdə olan ehsan və ianələr heç bir ictimai və iqtisadi çətinliyi həll etmədiyi kimi, ehsan edən şəxsin ruhunda və əxlaqında da heç bir müsbət təsirə malik deyil. Diqqəti cəlb edən daha bir məsələ budur ki, Quran onların barəsində “özünə zülm edən bir qövmün əkinləri “حَرْث َقَوْم ٍظَلَمُواأَنفُسَهُمْ” deyir. Yəni bu yandırıcı və hər şeyi külə döndərən küləyin istiqamətini ehsan və yaxşılığı düzgün seçməyən insanların niyyətləri bəlli edir. Onlar bu əməlləri ilə yalnız özlərinə zərər vurmuş və zülm etmiş sayılırlar. Onlar əkinin zaman və məkanını düzgün seçmədikləri və toxumu naşı şəkildə hara gəldi səpdikləri və əraziyə diqqət yetirmədikləri üçün belə bir küləyin əsməsinə səbəb olublar. Əkinçilərin bəzisi əkin üçün münasib olmayan bir zaman seçdikləri və həmçinin zərərli küləyin əsmə zamanına düşdüyü üçün toxumları zay edir və bununla da özlərinə zülm etmiş olurlar. İmansız və riyakarcasına ianə verən şəxslər də, təcrübəsiz əkinçilər kimi sərmayəni hara və necə xərclədiklərinin fərqində olmadıqları üçün malları yandırıcı, xalis olmayan niyyət səbəbilə zay olur.
Yuxarıdakı misallardan və bura kimi verilən açıqlamalardan belǝ nəticəyə gəlirik ki, ayədə Allah-taala ianə mövzusunda iki əsas məqamı qeyd edir. Birincisi bundan ibarətdir ki, niyyəti xalis olmayan şəxslər toxumu münasib olmayan yerə əkən əkinçi kimidirlər. İkincisi isə ianədən öncə məsələ ilə bağlı yanlış istiqamət və yanlış təfəkkür, nəticədə, əməlləri yandırıcı küləyə verəcək. Yəni ayə sadəcə nəticəni qeyd etmir, eləcə də nəticədən öncə niyyətə olan iradı önə çəkir. Odur ki, ayədə “infaq edənlərin məsəli" deyir. Göstərilən məsəl və ondan doğan nəticə edilən yaxşılıqdan doğur. Əgər niyyət xalis olsaydı, nəticə yandırıcı küləyə rast gəlməyəcəkdi. “Onların bu dünyada xərclədikləri özünə zülm edən bir qövmün əkinlərini (münasib yerdə və vaxtda əkmədikləri üçün) məhv edən yandırıcı bir küləyə bənzəyir” (diqqət edin).
Bütün təfsirçilər bu ayə ilə bağlı eyni fikirdədirlər. Onlara görə, bu ayə öz mallarını İslam dini və Peyğəmbərimizin (s) əleyhinə xərcləyən xəbis kafirlərə aiddir. Bundan əlavə öz mallarını səmavi kitabların təhrifi üçün öz alimlərinə xərcləyən digər yəhudilər də nəzərdə tutulur. Amma bunu da qeyd edək ki, ayə ümumi olduğu üçün yalnız onlara deyil, ümumilikdə bu xislətdə olan hər kəsə şamil ola bilər. Ayənin sonunda buyurulur: "Allah onlara zülm etməyib, onlar özləri-özlərinə zülm edirlər.
Öz sərvətlərini puç niyyətlər üçün xarab edirlər. Sizcə, fəsad dolu əməlin hansı xeyir nəticəsi olmalıdır?
Ali-imran surəsi, 118-120-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ إِنْ كُنْتُمْ تَعْقِلُونَ .١١٨
هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُوا بِغَيْظِكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ .١١٩
إِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِنْ تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ .١٢٠
Ayələrin tərcüməsi
118\. Ey iman gətirənlər! Özünüzdən başqasını sirdaşınız etməyin. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zəhmətə, əzab-əziyyətə düşmənizi istəyərlər. Onların ədavət və düşmənçilikləri ağızlarından (çıxan sözlərdən) aşkar olar. Qəlblərində gizlətdikləri isə daha böyükdür. Əgər fikirləşsəniz, (onların pisilklərinin qarşısını almaq üçün yollar və) əlamətləri artıq sizə izah etdik.
119\. Siz onları sevirsiniz, onlar isə sizi sevmirlər. Siz səmavi kitabların hamısına inanırsınız (amma onlar sizin kitaba inanmırlar). Onlar sizinlə görüşdükləri zaman (yalandan): "Biz də inandıq", deyir, xəlvətdə isə sizə qarşı olan qəzəblərindən barmaqlarını gəmirirlər. De: “Acığınızdan ölün! Allah qəlblərdə olanları biləndir."
120\. Sizin xeyir və mənfəətiniz olanda onlar qəmgin olur, sizə bir zərər toxunanda isə sevinirlər. Əgər səbir edib təqvalı olsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Allah onların nə etdiklərini biləndir.
Ayələrin nazilolma səbəbləri.
Ayənin nazil olma səbəbi barəsində İbn Abbasdan nəql olunan hədisə əsasən, yuxarıdakı ayələr müsəlmanların yəhudilərlə müəyyən səbəblərdən (qohumluq, qonşuluq, süd haqqı, İslam dinindən öncə bağladıqları müqavilələr və başqa bu kimi səbəblər) çox yaxın və səmimi münasibət saxlamaları ilə bağlı nazil olmuşdur. Müsəlmanlar yəhudilərlə o qədər yaxın və səmimi olubmuşlar ki, hətta öz sirlərini belə onlara danışır, yəhudilər isə daha çox məlumat əldə etmək üçün müsəlmanlara yalançı səmimiyyət nümayiş etdirirmişlər.
Odur ki, ayə nazil olaraq yəhudilərə daha çox səmimi olmuş müsəlmanlara xəbərdarlıq edir. Ayədə yəhudilərin heç vaxt müsəl- manların dostu olmadığı, fürsət düşən kimi ilk zərbəni vuracaqları və bu kimi gizlin xəyanətlər barəsində xəbərdarlıq olunur. Müsəlmanlar yəhudilərə sirr verməkdən və onları özlərinə yaxın bilməkdən qəti surətdə çəkindirilir.
Ayələrin təfsiri.
Yadları özünüzə sirdaş etməyin.
Bu ayədə müsəlmanlarla kafirlər arasında olan yaxın münasibətə fikir bildirərək olduqca mühüm mövzuya toxunulmuşdur. Ayədə olduqca həssas bir misalla möminlərə xəbərdarlıq edilərək deyilir: “Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş etməyin”.
(bitanə) sözü ərəb dili lüğətində alt geyiminə deyilir. Bu sözün antonimi olaraq üst geyiminə isə (ziharǝ) deyilir. Burada ayədəki “bitanəh” sözü məcazi mənada işlənərək “daxili sirlərə məhrəm” mənasını verir. Ayədəki (xəbala) ərəb dili lüğət kitablarında “bir şeyin aradan gedərək” məhv olmasına deyilir. Termində isə adətən ağıla ziyan verən və ya ona mənfi təsir edən əsərə deyilir. Yəni kafirlər sizinlə dostluq etməyə layiq olmadıqları üçün onları özünüzə dost bilib sirlərinizi verməyin. Çünki kafirlər İslam dininə və müsəlmanlara ziyan və zərbə vurmaq üçün daim hiylələrinə uyğun münasib fürsət axtarmışlar. Elə bir zaman yoxdur ki, onlar ziyan vurmaq üçün fürsət güdməsinlər. Sizinlə onların arasında olan səmimiyyət və dostluğa baxmayaraq, onlar daim sizə qarşı qəlblərindəki kin-küdurəti inkişaf etdirirlər. "Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zəhmətə, əzab-əziyyətə düşməyinizi istəyərlər”.
Onlar siz başa düşməyəsiniz deyə daim hiyləgərcəsinə, sözlərinə diqqət edərək danışırlar. Əks halda siz başa düşər və daha sirlərinizi onlarla bölüşməzsiniz. Amma buna baxmayaraq, sözlərinə diqqət yetirsəniz, dillərinin altındakı kin-küdurəti və ədavəti hiss edərsiniz. "Onların ədavət və düşmənçilikləri ağızlarından (çıxan sözlərdən) aşkar olar.
Bəzən özləri də bilmədən ağızlarından elə sözlər qaçırırlar ki, qəlblərinin dərinliklərində gizlətdikləri kini açıq-aydın başa düşmək olur. Bu vasitə ilə onların qəlblərinin dərinliklərində olan hiylə alovundan xəbərdar olmaq olar. Yuxarıdakı ayələr eyni həqiqəti izah edir. Əmirəl- möminin söhbətlərinin birində bu məsələni izah edərək buyurmuşdur:
"Heç kəs qəlbinin dərinliklərində olan sirlərini gizlədə bilmir. Çünki danışan zaman dilinin tutulmasından, sözlərinin pərakəndə olması və rənginin dəyişməsindən onun gizlətdikləri aydın olur.”
Xülasə olaraq deyirik ki, Allah-taala yuxarıdakı ayədə möminləri ayıq, işlərində tədbirli və diqqətli olmağa dəvət etməklə yanaşı, düşməni tanımağın yollarını da göstərmişdir.
"Qəlblərində gizlətdikləri isə daha böyükdür. Əgər fikirləşsəniz, (onların pisilklərinin qarşısını almaq üçün yollar və) əlamətləri artıq sizə izah etdik”.
Yuxarıdakı ayə vasitəsi ilə biz dostlarımızı düşmənlərimizdən ayıra və düşmənlərin şərindən amanda qalmaq üçün özümüzü sığortalaya bilərik. Növbəti ayədə bunun davamı olaraq buyurulur: "Siz onları sevirsiniz, onlar isə sizi sevməzlər. Siz səmavi kitabların hamısına inanırsınız (amma onlar sizin kitaba inanmırlar)”.
"Amma onların sizin səmavi kitablarınıza imanları yoxdur" ayǝsindən sonra Allah-taala onların əsl simasını müsəlmanlara bir daha tanıtdırır: "Onlar sizinlə görüşdükləri zaman (yalandan): "Biz də inandıq", - deyir, xəlvətdə olduqda isə sizə qarşı olan qəzəblərindən barmaqlarını gəmirirlər. De: "Acığınızdan ölün! (bu qəm-qüssəniz ölüm gününə qədər sizlərdən əl çəkməyəcək. Allah qəlblərdə olanları biləndir.”
Sonuncu ayədə isə onların bəslədikləri kin-küdurətlərdən biri misal çəkilir: "Sizin xeyir və mənfəətiniz olanda onlar qəmgin olur, sizə bir zərər toxunanda isə sevinirlər”.
Ayənin davamında onların hiyləsindən çıxış yolu göstərilir: “Əgər səbir edib təqvalı olsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz.
Allah onların nə etdiklərini biləndir.
Yuxarıdakı ayələrin bəyanından belə aydın olur ki, müsəlmanlar yəhudilərin hiylələrinin qarşısında səbir, diqqət və düzgün istiqamətlə yanaşı həm də ilahi təqvaya sığınmalıdırlar. Yəni müsəlmanların yəhudilərin hiylələrindən amanda qalmağının ümdə şərti səbir və təqvalı olmaqdır.
İncəlik:
Müsəlmanlara xəbərdarlıq.
Allah-taala bu ayələrdə müsəlmanlara öz düşmənlərini və yəhudiləri özlərinə yaxın, sirdaş etməmələri haqqında xəbərdarlıq edir və öz müsəlman qardaşlarının yaxşı-pis xüsusiyyətləri haqda yəhudilərə danışaraq sirlərini faş etməkdən çəkindirir. Bu ümumi qayda olaraq bütün zamanlara və məkanlara aiddir. Müsəlmanlar günümüzdə də bu ayəyə əməl etməli və öz sirlərini düşmənlərə açmamalıdırlar. Amma təəssüflər olsun ki, bu gün bir çox Quran ardıcılları bu ayələri oxusalar da, onun həqiqətindən qafil olduqları üçün bir çox çətinliklərlə üz- üzədirlər. Bu gün müsəlmanların ətrafında dost cildinə girmiş olduqca çox sayda düşmənləri vardır. Onlar özlərini zahirdə müsəlmanların himayədarı kimi göstərsələr də, məsələnin alt qatı tam ayrı bir plan üzrə hərəkətdədir. Təəssüflər olsun ki, bir çox müsəlman düşmənlərin zahirinə aldanaraq hiylələrinə inanır və onları öz hamiləri bilərək etimad göstərirlər. Amma onlar müsəlmanlara çətinlik və problemdən savayı bir şey bəxş etmirlər. Daim müsəlmanların yolunun üstünə tikanlı məftil qurmaqda davam etməkdədirlər. Odur ki, bütün müsəlmanlar bu gün də ayəyə əməl edərək ayıq-sayıq olmalı, dostu düşmən, düşməni dost masasında əyləşdirməməlidirlər.
Ali-İmran surəsi, 121 və 122-ci ayələr
وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ .١٢١
إِذْ هَمَّتْ طَائِفَتَانِ مِنْكُمْ أَنْ تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ .١٢٢
Ayələrin tərcüməsi
121\. Sən möminlər üçün (əlverişli) döyüş düşərgəsi seçmək üçün sübh tezdən öz ailəndən ayrılıb getdiyin vaxtı (yadına sal)! Allah eşidəndir, biləndir! (Döyüş planları ilə bağlı aparılan bütün danışıqları eşidir, bəzilərinin bu barədə nə düşündüklərini bilirdi).
122\. Aranızdan iki dəstənin zəiflik göstərmək (və geri çəkilmək) qərarına gəldiyi, Allahın isə onlara (fikirlərindən daşınmaqda) yardım göstərdiyi vaxtı xatırla. Möminlər yalnız Allaha təvəkkül etməlidirlər!
Ayələrin təfsiri.
Burada İslam tarixində baş vermiş ən mühüm hadisələrdən və müharibələrdən sayılan Ühüd döyüşündən sonra nazil olan ayələr barəsində danışacağıq. Əlbəttə, təfsirçilərin əksəriyyəti tarixi hadisə- lərdən və köməkçi vasitələrdən istifadə edərək ayələrin dəhşətli Ühüd döyüşündən sonra nazil olması qənaətinə gəliblər. Ayə ilk olaraq Peyğəmbərin (s) düşmənlə təmas xətti və ordugah yeri müəyyənləşdirmək üçün Mədinədən kənara çıxmasına işarə edərək buyurur: “Sən möminlər üçün (əlverişli) döyüş düşərgəsi seçmək üçün sübh tezdən öz ailəndən ayrılıb getdiyin vaxtı (yadına sal)!"
O zaman müsəlmanlar arasında olduqca ciddi müzakirələr gedirdi. Hamı döyüşün keyfiyyəti haqqında təlaşla danışırdı. Əlbəttə, bu barədə Ühüd döyüşünü müzakirə edərkən geniş danışacağıq. Döyüşün Mədinə şəhərinin daxilində, yoxsa xaricində baş verməsinin daha əlverişli olması barəsində ciddi müzakirələr aparılır və müxtəlif fikirlər irəli sürülürdü. Hətta bu barədə müsəlmanlar arasında ciddi ixtilaf da var idi. Peyğəmbər (s) əksəriyyəti Mədinə cavanları olmaqla müsəlmanlarla uzun müzakirələrdən sonra düşmənlə təmas xəttini və ordunu Mədinədən kənarda yerləşən Ühüd dağının ətrafında yerləşdirməyi qərarlaşdırdı. Bu arada qəlblərində söz gizlədən və dilə gətirmək istəməyən bəziləri də var idi. Odur ki, ayədə Allah-taala onları da nəzərə alaraq belə buyurur: "Allah eşidəndir, biləndir! (Döyüş planları ilə bağlı aparılan bütün danışıqları eşidir, bəzilərinin bu barədə nə düşündüklərini bilirdi.
Daha sonra isə Allah-taala hadisənin bəzi motivlərinə diqqət yönəldərək buyurur: "Aranızdan iki dəstənin zəiflik göstərmək (və geri çəkilmək) qərarına gəldiyi, Allahın isə onlara (fikirlərindən daşınmaqda) yardım göstərdiyi vaxtı xatırla.
Şahidlərə əsasən, ayədəki iki dəstədən biri Ovs qəbiləsindən olan Bəni-Sələmə, digəri isə Xəzrəcdən olan Bəni-Harisə ailələri idi. Onların döyüşün yarısından qayıtma səbəbi döyüşün Mədinə kənarında baş verməsinə qarşı olduqları ehtimal edilir. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, onların bəzisi döyüşün Mədinə daxilində, bəziləri isə şəhərdən kənarda olmasını istəyirdilər. Peyğəmbərin (s) göstərişi onların fikirləri ilə uyğun gəlmədiyi üçün döyüşdən geri dönürlər. Daha dəqiqi, 300 yəhudi ilə birlikdə İslam ordusuna qoşulan Abdullah ibn Əbusulul Peyğəmbərlə fikir ayrılığına düşərək müsəlman ordusunda qalmır və Mədinəyə dönür. Bu iki qəbilənin döyüşə girmədən geri qayıtması müsəlmanları ruhdan salır. Amma ayəyə əsasən, o iki tayfa tezliklə fikirlərini dəyişərək yenidən müsəlmanların yanına dönür. “Allahın isə onlara (fikirlərindən daşınmaqda) yardım göstərdiyi vaxtı xatırla.
Möminlər yalnız Allaha təvəkkül etməlidirlər!
Ayədə bir nüansa da diqqət çəkmək olduqca zəruridir. Qeyd etdik ki, bundan öncəki ayələrdə Allah-taala müsəlmanlara yəhudilərin və kafirlərin fitnə-fəsadları barəsində xəbərdarlıq edir və onların heç vaxt müsəlmanlara dost kimi baxmayacağını xatırladır. Bu ayə, xüsusən də Ühüd döyüşündən öncəki ayələrin açıq-aydın sübutudur. Yəni kafirlərə və xüsusən yəhudilərə heç vaxt etimad göstərmək olmaz. Odur ki, əvvəldə də dediyimiz kimi, Peyğəmbər (s) yəhudilərin İslam qoşununa qoşularaq vuruşmasının əleyhinə olub. Yəni yəhudilərin İslam dinini himayə etməsinə razı olmayıb. Buna əsasən də onların İslam orudusunu tərk etmək göstərişini verib. Çünki onlar İslam dininə və müsəlmanlara yaddırlar. Onların İslam ordusunda olması heç bir halda münasib deyildi. Yəhudilər müsəlmanların döyüş taktikasını öyrənməklə yanaşı, həm də aralarında olan zəifliyi və bir-birinə qarşı münasibətlərini öyrənib sirlərinə agah olacaqdılar.
İncəliklər:
1\. Ühüd döyüşünün baş vermə səbəbi.
Ümumi olaraq müharibəyə qədər olan hadisələrin xülasəsinə nəzər salaq:
Məkkə müşrikləri Bədr döyüşündə məğlub olaraq, yetmiş ölü və əsir verdikdən sonra Əbu Süfyan bütün məkkəlilərə belə bir müraciət ünvanlayır: “Bədrdə ölənlərin qadınlarını gözüyaşlı qoymayın! Onların gözlərindən yaş və kədəri silin! Muhəmmədə qarşı qəlblərində olan düşmənçilik və küdurət alovunun sönməsinə icazə verməyin!".
Bundan əlavə Əbu Süfyan özü də "Bədr döyüşündə ölənlərin intiqamını almayınca" arvadı ilə cinsi yaxınlıq etməyəcəyini əhd elə- mişdi. Ümumiyyətlə Məkkə şəhərinə o zaman diqqət yetirdikdə bütün Qureyş cavanlarının “İntiqam! İntiqam!” şüarları qulaq batırırdı. Onlar bütün vasitələrdən istifadə edərək bütün müşrikləri müsəlmanlarla döyüşə təhrik edirdilər. Hicrətin üçüncü ilində Məkkə müşrikləri üç min atlı, iki min piyada, bundan əlavə döyüş üçün lazım olan bütün sursatları ilə birlikdə müsəlmanlarla döyüşmək üçün Məkkədən Mədinəyə yola düşdülər. Onlar döyüşdə qalib gəlmək ümidi ilə ən böyük bütlərini və döyüşçüləri əyləndirmək üçün Məkkənin bəzi qadınlarını da özləri ilə götürmüşdülər.
2\. Abbasın Peyğəmbərə (s) zamanında xəbər verməsi Peyğəmbərin (s) əmisi Abbas o zaman hələ iman gətirməməsinə və öz dinində qalmasına baxmayaraq Peyğəmbəri (s) çox istəyirdi. Elə ki Məkkə müşriklərinin böyük döyüş tədarükü ilə Mədinəyə tərəf hərəkət etdiyini gördü, gecikmədən qardaşı oğluna məktub yazaraq Bəni-Qaffar tayfasından bir kişi vasitəsilə yollayır. Abbasın qasidi gecikmədən Mədinəyə yetişərək məktubu Peyğəmbərə (s) təqdim edir. Peyğəmbər (s) məktubu oxuyaraq Səd ibn Übiyə xəbər verir və bir müddət mövzunun açılmamasını məsləhət bilir.
3\. Peyğəmbər (s) müsəlmanlarla müzakirə edir.
Peyğəmbər (s) məktubu aldıqdan dərhal sonra Məkkədən Mədinəyə gələn yol istiqamətində bir neçə nəfəri yollayaraq ordunun gəlişindən xəbərdar olmasını təmin edir. Çox çəkmir ki, Peyğəmbərin (s) yolladığı gözətçilərdən ikisi qayıdaraq ordunun Əbu Süfyanın başçılığı altında yaxınlaşdığı xəbərini verirlər. Bu xəbərdən sonra Peyğəmbər (s) Mədinədə olan yaxın səhabələrini və müsəlmanları ətrafına toplayaraq hadisədən xəbər verməklə yanaşı, müdafiə sisteminin necə qurulacağını müzakirə edir. Müsəlmanların əsas müzakirələri döyüşün Mədinənin içində və ya şəhərdən kənarda baş tutmasının daha əlverişli olması ilə bağlı idi. Bəziləri Mədinənin içində döyüşməyi təklif edirlər: “Mədinədən çıxmayaq. Döyüş şəhərin daxilində, küçələrdə baş versin. Belə olan halda hətta qocalar, qadınlar və kənizlər belə döyüşçülərə kömək edə biləcəklər".
Bu təklifin müəllifi Abdullah ibn Əbiy bu fikirlərinə əlavə olaraq deyir: "Ey Allahın Peyğəmbəri (s), bu vaxta kimi şəhərin daxilində vuruşaraq məğlub olmamışıq. Biz daim şəhərdaxili vuruşmuş və qalib gəlmişik”.
Əlbəttə, şəhərin o zamankı strateji vəziyyətinə görə, Peyğəmbər özü də döyüşün şəhər daxilində baş verməsinə razi idi. Amma Mədinənin dəliqanlı və cəsur cavanları bu fikirlə razı olmadılar. Səid ibn Məazla Ovs qəbiləsindən olan bir neçə nəfər ayağa qalxaraq dedilər: "Ey Peyğəmbər! Biz müşrik olduğumuz zamanlarda ərəbin heç bir tayfası bizə tamah salaraq, bizimlə döyüşmək sevdasına düşməmişdir. Amma indi səni bizim aramızda görüb necə bizimlə döyüşməyə cürət edirlər? Odur ki, biz şəhərdən çıxıb düşmənimizlə vuruşmalıyıq! Əgər bizlərdən kimsə bu yolda ölərsə şəhadət şərbətini içmiş olacaqdır. Yox, əgər sağ qalarsa, o zaman Allah yolunda cihad edərək qalib gəlmək şərəfinə nail olacaqdır!"
Bu sözlərdən sonra döyüşün Mədinənin xaricində baş verməsnə səs verənlər daha çox oldu və Abdullah ibn Əbiyyin təklifini dəstəkləyənlər azlıqda qaldı. Əvvəldə qeyd etdiyimiz kimi, Peyğəmbərin (s) özünün də şəhər daxilində döyüşmək fikri olsa da, onların fikirlərinə ehtiramla yanaşdı və döyüşün şəhərin xaricində baş verməsini qərarlaşdırdı. Şəhərin kənarında döyüş üçün əlverişli və mühüm strateji əhəmiyyətə malik olan məkanlardan birində, Ühüd dağının ətəyində döyüş hazırlığını bir nəfərə tapşırır.
4\. Müsəlmanlar müdafiəyə hazırlaşırlar.
Tog Peyğəmbər (s) cümə günü döyüş öncəsi toplantı keçirdikdən sonra cümə namazına gəlir və Allaha həmd-səna etdikdən sonra müsəlmanları müşriklərin yaxınlaşması ilə əlaqədar xəbərdar edərək deyir: "Əgər siz yüksək əhval-ruhiyyə ilə düşmənlə qarşılaşıb bu şəkildə də onlarla vuruşsanız, Allah-taala sizə qələbə nəsib edəcəkdir!”. Həmin gün mühacir və ənsardan min nəfər döyüş hazırlığı üçün düşərgəyə yollanır. Həzrət Peyğəmbər (s) özü şəxsən döyüşə komandanlıq edir və əsgərlərin idarə olunmasına nəzarət edirdi. Şəhərdən çıxmazdan öncə Peyğəmbər (s) üç bayrağın hazırlanması əmrini verir. Bayraqların birini mühacirlərə, ikisini isə ənsara verir. Peyğəmbər (s) Mədinədən Ühüddəki qərargaha qədər ordu ilə birlikdə piyada gedərək yolboyu səfləri nizama salır və döyüşçülərə şəxsən özü nəzarət edərək sıra ilə qərargaha çatdırırdı.
Tanınmış tarixçi Hələbi yazır: “Peyğəmbər (s) ordunun sıralarını nizamlayarkən orada bu vaxta qədər görmədiyi bir dəstə gördü. Onlardan kimliklərini soruşdu. Cavabında məlum oldu ki, onlar Abdullah ibn Əbiyyin vasitəsi ilə müsəlmanları qorumaq üçün onunla əhd bağlayan yəhudilərdir. Peyğəmbər (s) bir qədər fikrə daldıqdan sonra dedi: "Müşriklərlə döyüşmək üçün digər müşriklərdən kömək almaq olmaz. Onlar gərək müsəlman olsunlar". Yəhudilər Peyğəmbərin (s) bu təklifini qəbul etməyərək Mədinəyə geri döndülər. Bununla da min nəfər ordudan üç yüz nəfəri azalmış oldu."
Amma bəzi təfsirçilərin fikrinə əsasən, Peyğəmbərlə (s) Abdullah ibn Übiyyin fikirləri uzlaşmadığı üçün o, özü ilə gətirdiyi 300 nəfərlə birlikdə döyüşə girmədən Mədinəyə qayıdır. Xülasə, Peyğəmbər (s) 700 nəfərlik orduda lazımi işləri gördükdən sonra sübh azanı vaxtı Ühüd dağına çatır və namazdan sonra ordunun sıralarını şəxsən özü tənzimləyir. Abdullah ibn Cübeyrin başçılığı altında əlli nəfər mahir oxçunu dağın arxa tərəfinə yerləşdirərək yerlərini tərk etməməyi çox böyük təkidlə tapşırır. Çünki oranı tərk etsələr, müsəlman ordusunun arxası boş qalar və nəticədə, düşmənlər arxadan hücuma keçə bilərdi. Allahın Rəsulu (s) onlara hətta tapşırıq verir ki, biz düşmənləri Məkkəyə qədər qovsaq və ya onlar bizi Mədinəyə tərəf sıxışdırsalar belə, siz buranı tərk etməyin!" Digər tərəfdən Əbu Süfyan Xalid ibn Vəlidə iki yüz süvari ilə oradakı müsəlmanlara nəzarət etməyi tapşırır. Əgər müsəlmanlar oranı tərk etsələr, məkkəlilər hücum edəcəkdilər.
5\. Döyüşün başlanması.
İki ordu qarşı-qarşıya gəlir və döyüş əmri verilir. Döyüş başladıqda hər iki tərəfin komandanları əsgərlərini öz inanclarına əsasən döyüşə təşviq edirlər. Əbu Süfyan Məkkənin böyük bütlərinin adlarını çəkir və döyüşçülərə gözəl qızlar vəd verərək onları döyüşə həvəsləndirirdi. Onun əksinə, Peyğəmbər (s) müsəlmanları Allahın adı və ilahi rəhmətlə cihada təşviq edirdi. Budur, artıq "Allahu-Əkbər, Allahu- Əkbər” sədaları bütün ətrafı və Ühüd dağının yamaclarını bürümüşdü. Digər tərəfdə isə qüreyş müşriklərinin döyüşə gətirdiyi rəqqas qızlar oxuyur, dəf çalır və şeirlər deyərək döyüşçüləri həvəsləndirməyə çalışırdılar. Müsəlmanlar ilk hücumda düşmənə sarsıdıcı zərbə vurmağa müvəffəq olurlar. Nəticədə, düşmən pərən-pərən olur və qaçmağa başlayır. Müsəlmanlar da onların qaçmasına izn verməyərək təqib etməyə başlayırlar.
Döyüşün bu yerində Xalid ibn Vəlid müsəlmanlara dağın arxa tərəfindən hücüm etmək istəsə də, Peyğəmbərin (s) göstərişi ilə pusquda durmuş oxçular onun süvarilərini geri çəkilməyə məcbur edir. Xalidin ilk hücumunu dəf edən müsəlmanlar artıq məkkəlilərin tam məğlub olduğunu güman edərək qənimət toplamaq üçün mövqelərini tərk edərək meydana qaçırlar. Hətta dağın başındakı oxatanlar belə döyüşün bitdiyini düşünərək öz pusqularını tərk edib qənimət ardınca gedirlər. Bunu görən Abdullah ibn Cübeyr onları geri səsləyir, Peyğəmbərin (s) sözlərini xatırladır. Lakin Onun çağırışına cavab olaraq yalnız təxminən on nəfərə yaxın döyüşçü geri dönür. Qalanları əmrə tabe olmayaraq qənimət ardınca gedirlər. Beləcə, hər tərəfdən meydana axışan müsəlman əsgərləri özləri də bilmədən üstünlük qazanmaqla yanaşı, döyüş nizamını pozurlar. Bunu görən düşmən yaranmış şəraitdən məharətlə istifadə edir və onları mühasirəyə alır. Müsəlmanların səhvləri ucbatından Peyğəmbərin (s) sevimli əmisi Həmzə və ən yaxın şücaətli dostları şəhadət şərbətini içirlər. Bundan əlavə, düşmənin ikinci hücumu nəticəsində yalnız Peyğəmbərin (s) ətrafında az sayda döyüşçü qalmaq şərti ilə qalanları qaçmağa başlayırlar. Bu zaman ən böyük şücaəti göstərən, Düşmənin Peyğəmbərə (s) qarşı bütün hücümlarını dəf edən Əli ibn Əbutalib (ə) idi. Əli ibn Əbutalib (ə) o qədər vuruşur ki, qılıncı sınır. Peyğəmbər (s) "Zülfüqar" adlı qılıncını ona verir.
Nəhayət, Peyğəmbəri (s) qorunmaq üçün səngərə yerləşdirirlər və Əli ibn Əbutalib (ə) Onu qoruyaraq döyüşə davam edir. Əli (ə) bu döyüşdə misilsiz şücǝat və qəhrəmanlıq göstərib. Tarixçilərin yazdıq- larına əsasən, Əli (ə) bu döyüşdə başından və bədənindən 60 yara alıb. Döyüşün belə bir çətin anında vəhy mələyi Peyğəmbərə (s) nazil olaraq: "Ey Muhəmməd! Dostluğun əsl mənası budur". Peyğəmbər (s) buyurdu: “Əli məndəndir! Mən də Əlidən”. Cəbrail bu cavabdan sonra deyir: "Mən də sizin hər ikinizdən!"
İmam Sadiq (ə) buyurub: (Döyüş zamanı) Peyğəmbər (s) yerlə asimanın arasında vəhy mələyinin: “Zülfüqardan başqa qılınc, Əlidən savayı fateh yoxdur!" dediyini söyləyir.
Elə bu zaman belə bir fəryad qopdu: Muhəmməd öldürüldü!
6\. "Muhəmməd öldürüdü" fəryadını kim etdi?
Bəzi tarixçilər bu barədə yazırlar ki, İbn Qəmə Müseyib kafırlər tərəfində vuruşurdu. O müsəlman döyüşçülərindən birini Peyğəmbərə (s) bənzədib onu öldürür. Daha sonra bağırıb Lat və Uzza bütlərinə and içərək bunu bəyan edir. Bunu eşidən kafirlər artıq döyüşün sona çatdığını güman edirlər. Əlbəttə, bu şayiənin yayılması müsəlmanların xeyrinə oldu. Çünki Məkkə müşriklərinin Peyğəmbərə (s) qarşı o qədər kin-küdurəti var idi ki, onu öldürməmiş geri dönməyəcəkdilər. Buna görə də sona kimi vuruşmağı qərarlaşdırmışdılar. Amma Peyğəmbərin (s) ölüm xəbərini eşitdikdə məqsədlərinə çatdıqlarını düşünərək döyüşü dayandırdılar. Məkkədən gələn beş min nəfərlik ordu gecəni sübhə kimi orada qalır və sübh çağı Məkkəyə yola düşdü.
Peyğəmbərin (s) ölüm xəbəri bütün müsəlmanları lərzəyə gətirmiş və onların arasında ciddi süstlük yaranmışdı. Süstlüyü aradan qaldırmaq və müsəlmanlar arasında pərakəndəlik yaranmaması üçün döyüşçülərdən bir neçəsi Peyğəmbəri (s) dağın başına apararaq oradan döyüşçülərə bu xəbərin şayiə olduğu və Peyğəmbərin (s) sağlamlığının yerində olduğunu göstərdilər. Bunu görən savaşçılar və döyüşdən qaçan müsəlmanlar yenidən Peyğəmbərin (s) ətrafına toplanırlar. Peyğəmbər (s) döyüşdən qaçan müsəlmanları "belə bir çətin zamanda döyüşdən qaçdıqları” üçün danlayırdı. Onlar da qaçmalarına səbəb gətirməyə çalışırlar: "Ey Allahın Rəsulu! Biz sənin ölüm xəbərini eşitdik və qorxudan qaçdıq".
Bu minvalla Ühüd savaşı müsəlmanların ciddi zərbə alması ilə sona çatdı. Bu döyüşdə müsəlmanlar mal və can itkisinə məruz qaldılar. O cümlədən yetmiş şəhid və çox sayda yaralı ilə birlikdə Mədinəyə döndülər. Onu da qeyd edək ki, müsəlmanlar bu məğlubiyyətdən böyük bir ibrət götürdülər. Bu ibrət gələcək döyüş zəfərləri üçün böyük təcrübə oldu. Növbəti ayələrdə döyüşün nəticələri barəsində geniş araşdırma apararaq onun təsirləri, ilahi yardımlardan danışacağıq.
Ali-Imran surəsi, 123-129-cu ayələr
وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ .١٢٣
إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمْ أَنْ يُمِدَّكُمْ رَبُّكُمْ بِثَلَاثَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُنْزَلِينَ .١٢٤
بَلَى إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ .١٢٥
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ .١٢٦
لِيَقْطَعَ طَرَفًا مِنَ الَّذِينَ كَفَرُوا أَوْ يَكْبِتَهُمْ فَيَنْقَلِبُوا خَائِبِينَ .١٢٧
لَيْسَ لَكَ مِنَ الْأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ .١٢٨
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ .١٢٩
Ayələrin tərcüməsi
123\. Zəif olduğunuz halda, Bədrdə Allah sizə yardım etdi (sizi təhlükəli düşmən üzərində qalib etdi). Nemətinə şükür etmək üçün Allahdan qorxun! (Düşmən qarşısında Allah rəsulunun əmrindən çıxmayın.)
124\. Həmin vaxt sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?"
125\. Bəli, əgər (bu gün də) dözümlülük göstərib təqvalı olsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan və əlaməti olan mələklə sizə yardım edər.
126\. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır.
127\. (Allahın sizə verdiyi bu vəd) kafirlər ordusunun bir hissəsini məhv etmək (döyüş meydanında kəsib-doğramaq) və ya məyus və naümid qayıtsınlar deyə xar etmək üçündür.
128\. Sənin (kafirləri və döyüşdən qaçan möminləri əfv etmək) səlahiyyətin yoxdur. Onlar zalım olduqları üçün onları yalnız Allah bağışlaya və ya cəzalandıra bilər.
129\. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istǝdiyini bağışlayar, istədiyini cəzalandırar. Allah bağışlayandır, rəhm edəndir!
Ayələrin təfsiri.
Döyüşün çətin və təhlükəli mərhələsi.
Ühüd döyüşündən sonra müşriklər qələbə sevinci ilə sürətlə Məkkəyə qayıdırdılar. Amma yolda "belə bir fikrə düşürlər ki, nə üçün qələbədən istifadə edib Mədinəyə hücum etmədik", halbuki onların artıq döyüşmək taqətləri yox idi. Bu fikri qısa müddətdə müzakirə edərək Mədinəyə dönüb şəhəri qarət etmək, müsəlmanları qırıb-bitirməyi və əgər Muhəmməd (s) sağdırsa, onu da öldürməyi qərara alırlar. Bu fikirlə ordunu geri döndərirlər. Sözün əsl mənasında bu, savaşın ən ağır mərhələsi idi. Çünki müsəlmanlar çoxlu sayda şəhid vermişdi və yaralıları var idi. Xülasə, mövcud əhval-ruhiyyə və fiziki güclə məkkəlilərə müqavimət göstərmək iqtidarında deyildilər. Digər tərəfdən, döyüşə gələn düşmənin gücünü bilirdilər, çünki onların qarşısında az əvvəl qələbə çalaraq böyük ruh yüksəkliyinə malik olan bir ordu idi. Odur ki, heç kim döyüşün müsbət sonluqla bitəcəyini ağlına gətirmirdi. Bu xəbər Peyğəmbǝrǝ (s) çatır. Əgər Peyğəmbərin (s) böyük şəhamət ruhu (səmavi vəhydən qidalanan ruhiyyəsi), fövqəladə cəsarəti olmasaydı, bu gün İslamdan heç əsər-əlamət qalmazdı.
Yuxarıdakı ayələr belə bir zamanda nazil olaraq müsəlmanların ruhlanmaları, özlərinə güvən və döyüş hazırlıqlarına təsir edir. Bundan sonra müsəlmanlar Peyğəmbərin (s) səfərbərlik əmrinə əsasən, müşriklərə qarşı hərəkətə keçirlər. Hətta Ühüddən yaralı çıxmış əsgərlər, o cümlədən altmışdan çox yara almış Əli (ə) də yenidən döyüşə getmək üçün ordu sıralarına qatılır və tam döyüşə hazır vəziyyətdə Mədinədən çıxırlar. Müsəlmanların döyüşmək üçün Mədinədən çıxması xəbəri müşriklərin rəhbərlərinə çatan kimi canlarına vəlvələ düşür. Onlar düşünürdülər ki, İslama yeni qoşulmuş müsəlmanlar məğlubiyyətdən sonra Peyğəmbərin (s) ətrafından dağılacaq, ya da ən azı yenidən döyüşmək üçün hazır olmayacaqlar. Amma göründüyü kimi, gözlədiklərinin tam əksi oldu. Odur ki, ilk qələbəni qorumaq naminə yenidən Məkkəyə dönməyə qərar verir və sürətlə Məkkəyə dönürlər.
Qeyd etdik ki, ayələrin Ühüd döyüşündə məğlub olmuş müsəlmanların ruh yüksəkliyinin artması və onların yenidən döyüşə həvəslənməsində istisnasız təsiri olmuşdur. Ayələr müsəlmanlara az olduqları bir zamanda Bədr döyüşündə necə qalib gəldiklərini xatırladır, müsəlmanlarda gələcəkdə uğur qazanacaqlarına ümid yaradır. Odur ki, ayədə Bədr zəfəri xatırladılaraq deyilir: “Zəif olduğunuz halda, Bədrdə Allah sizə yardım etdi (sizi təhlükəli düşmən üzərində qalib etdi)".
Bildiyimiz kimi, Bədr döyüşündə kafirlər yaxşı silahlanmalarına və saylarının 1000 nəfərdən çox olmalarına baxmayaraq, zəif silahlanmış 313 nəfər müsəlman onlara qalib gəlmişdi. Daha ətraflı desək, Bǝdr döyüşündə kafirlərlə müqayisədə müsəlmanların sayı az idi. Tarixi mənbələrin yazdığına görə, müsəlmanların sayı 313 nəfər olmuşdur. Müsəlman döyüşçülərin atları və qılıncları da az idi. Halbuki düşmən qoşunu silah-sursatla tam təchiz edilmiş min nəfər döyüşçüdən ibarət olmuşdur. Ancaq bu savaşda Allah müsəlmanlara bir neçə vasitə ilə yardım göstərmişdir: Düşmənlərin qəlbində qorxu və həyəcan yaratmaq, möminlərin qəlblərini gücləndirməklə və sair. “Nemətinə şükür etmək üçün Allahdan qorxun! (Düşmən qarşısında Allah rəsulunun əmrindən çıxmayın.
Allahın Bədr döyüşündə müsəlmanlara etdiyi qeyri-adi yardımlardan biri də mələkləri göndərməsi olmuşdur. Quran ayələrindən belə anlaşılır ki, mələklərin əsas vəzifəsi müsəlmanlarda döyüş ryhiyyəsini yüksəltmək, onların əzmkarlığını artırmaq olmuşdur. "Həmin vaxt sən möminlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”
Allah-taala növbəti ayədə gələcək uğurlar üçün müsəlmanları təqvaya dəvət edərək, buyurur: "Bəli, əgər (bu gün də) dözümlülük göstərib təqvalı olsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rǝbbiniz artıq beş min nişan və əlaməti olan mələklə sizə yardım edər".
Yəni ilahi nemət tükənməmişdir. Əgər təqvalı olsaq, Allah-taala üç min deyil, bu dəfə beş min mələyi bizə yardımçı edəcəkdir. "Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyǝ etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır”.
Bəli, mələklərin döyüş meydanına gəlməsi sizi döyüşə həvəsləndirmək, əhval-ruhiyyənizin yüksək olması və qəlblərinizin aramlığı üçündür. Amma qələbə yalnız Allaha aiddir. Yəni qələbənin əsas səbəbkarı Allahdır. O Allah, hər şeyə qadir olmaqla yanaşı, hikmət sahibidir. O həm zəfərin yollarını bilir, həm də onu əldə etmək qüdrətinə malikdir. Sonrakı ayələr barəsində təfsirçilər müxtəlif fikirlər irəli sürmələrinə baxmayaraq, biz əvvəlki ayələrə və mövcud olan tarixi hadisələrə istinad edərək #### Ayələrin təfsirini izah edirik. Allah-taala buyurur: “(Allahın sizə verdiyi bu vǝd) kafirlər ordusunun bir hissəsini məhv etmək (döyüş meydanında kəsib-doğramaq) və ya məyus və naümid qayıtsınlar deyə xar etmək üçündür”.
Ayədəki (tərəf) sözü "hissə-bölünmüş, bir parça” mənasındadır. (yəkbitəhum) sözünün kökü isə (kəbt)dir. Bu söz "bir şeyi çətinlik və zorla geri qaytarmaq” mənasındadır. Burada artıq mələklərin müsəlmanlara necə yardım etmələri haqqında müxtəlif suallar meydana gəlir. O cümlədən, mələklərin hansı keyfiyyət və təsir əsasında kömək etmələri izah olunmalıdır. Əlbəttə, biz bu sualların cavabını "Ənfal” surəsinin 7-12-ci ayələrində geniş şəkildə verəcəyik. Bu surənin altıncı ayəsinin təfsiri barəsində təfsirçilərin olduqca geniş müzakirəsi mövcuddur. Amma ayənin Ühüd döyüşündən sonra nazil olmasının sübuta ehtiyacı yoxdur. Özündən öncəki ayələr və baş verən hadisələr ayənin Ühüd döyüşündən sonra nazil olduğunu təsdiqləyir: "Sənin (kafirləri və döyüşdən qaçan möminləri əfv etmək) səlahiyyətin yoxdur. Onlar zalım olduqları üçün onları yalnız Allah bağışlaya və ya cəzalandıra bilər.
Ayənin təfsirində iki əsas məna digər açıqlamalardan daha çox diqqəti özünə cəlb edir. Birincisi, ayə müstəqil cümlədən ibarətdir və buradakı “أَوْيَتُوبَ عَلَيْهِمْ” cümləsi “إلاأن يتوبَ عَلَيْهِم” mənasında işlənir. Belə olan halda ayənin bizə çatdırmaq istədiyi əsas mətləb bundan ibarətdir: “Allah istəməsə onların talelərində nəyisə dəyişdirmək sənin ixtiyarında deyil. Onları bağışlamaq və ya etdikləri cinayətə (zülmə) görə cəzalandırmaq yalnız Allaha məxsusdur.
Ayədəki "onlar" sözündən məqsəd Ühüd döyüşündə müsəlmanlara ağır zərbələr endirən kafirlərdir. Döyüş o qədər qorxulu və şiddətli olmuşdu ki, hətta Peyğəmbərimizin (s) dişi də sınmışdı. Və ya döyüş zamanı qorxub qaçan müsəlmanlar ola bilər, hansı ki döyüş bitdikdən sonra Peyğəmbərin (s) hüzuruna qayıdıb ondan bağışlanmaq istəmişdilər. Odur ki, ayənin məzmununda sanki, deyilir: Bağışlamaq və cəzalandırmaq və ya hədiyyə vermək yalnız Allahın işidir. Peyğəmbər də həmçinin Allahın izni olmadan heç bir iş görmür.
(Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur) ayəsi mötərizə cümləsidir. Həmçinin “أَوْيَتُوبَ عَلَيْهِمْ” ayəsi “yəkbitəhum” sözünə əlavə olunub. Bundan başqa bu ayə öncəki ayənin davamı hesab olunur. Bütün bunlara rəğmən, yuxarıdakı iki #### Ayənin təfsirinin xülasəsi aşağıdakı kimi olacaqdır: Allah-taala qələbənin vasitələrini sizin ixtiyarınıza verib. Bununla da kafirlərin taleyi aşağıdakı dörd vəziyyətdən biri olacaqdır: Kafirlərin ordusundan bir hissəsini məhv edəcəksiniz, onları bu vasitələrlə geri dönmək məcburiyyətində buraxacaqsınız, ya onları tövbə etdikləri halda bağışlayacaqsınız və ya onları etdikləri zülmə rəğmən cəzalandıracaqsınız. Xülasə, hər bir dəstə ilə ədalət və hikmət əsasında rəftar edəcəksiniz. Amma onlar barəsində özündən qərar verməyəcəksən.
Ayənin nazilolma səbəbi barədə müxtəlif hədislər nəql olunmuşdur. O cümlədən, bir hədisə əsasən, döyüşdə Peyğəmbərin (s) dişi sındıqdan və kafirlər müsəlmanlara sarsıdıcı zərbə vurduqdan sonra Peyğəmbər (s) özlüyündə müşriklərin aqibəti ilə bağlı narahatlıq keçirir. Onların necə hidayət olacaqlarını düşünərək deyir:
# كَيْفَ يُفْلِحُ قَوْمٌ فَعَلُوا هَذَا بِنَبِيِّهِمْ وَ هُوَ يَدْعُوهُمْ إِلَى اللَّهِ
"Öz peyğəmbərinin dişini sındıran bir cəmiyyət necə hidayət ola bilər? Bir halda ki, onlar hidayət olmağa, Allaha doğru dəvət olunurlar?" Buna əsasən, Peyğəmbərə (s) yuxarıdakı ayə nazil olaraq nigarançılığa səbəb olmadığını, hidayətin yalnız Allahın ixtiyarında olduğunu, onun vəzifəsinin isə yalnız dəvət etmək olduğunu bəyan edir. Sonuncu ayə özündən öncəki ayənin təsdiqi olaraq buyurur: “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyini cəzalandırar. Allah bağışlayandır, rəhm edəndir!"
السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء
Buna əsasən də deyirik ki, bağışlamaq və cəzalandırmaq Peyğəmbərin (s) ixtiyarında deyil. Bütün əmrlər Allahın ixtiyarındadır. Yerdə və göydə olan hakimiyyət, maliklik və tədbir hamısı Onun əlindədir. Günahkarları məsləhət bildiyi anda bağışlamaq və cəzalandırmaq səlahiyyəti yalnız Ona məxsusdur. Həmçinin oxuduğumuz kimi ayənin sonunda Allah-taalanın geniş rəhmətindən söz açaraq deyilənlərə xitam verilir. "O, bağışlayan və mehribandır".
Yaxşı olar ki, mövzunun sonunda İslam dininin böyük alimlərindən və təfsirçilərindən olan Təbərsinin mövzu ilə əlaqədar bir necə sual-cavabını xülasə şəkildə qeyd edək. Mərhum Təbərsi ayənin təf- sirində yazır ki, alimlərdən birindən soruşurlar: "Allah-taala bu qədər geniş rəhmətə malik olduğu halda necə öz bəndələrini günaha görə cəzalandırır?" O isə cavabında deyir: “Allahın rəhməti onun hikmətini aradan aparmır. Onun rəhməti bizim kimi hisslərdən, qəlbin riqqətə gəlməsi və atifələrdən qaynaqlanmır. Əksinə, Onun rəhməti daim hikmətlə yanaşıdır. Allahın hikməti günahkarların cəzalanmasını vacib edir.
İncəliklər:
1\. Xətaların aradan qaldırılması.
Təfsirlər arasında məşhur olan Əl-Mənar təfsirinin müəllifi yazır: Yuxarıdakı ayələr təbii vasitələrlə qələbə çalmağı müsəlmanlara başa salır. Belə ki, Allah-taalanın müsəlmanlara qələbə müjdəsi verməsi onların ənənəvi döyüş vasitələrindən, təchizat və savaş üsullarından əl çəkmələrinə səbəb olmamalıdır. Onlar ilahi vədədən sonra əllərini əllərinin üzərinə qoyaraq Peyğəmbərin (s) duası ilə möcüzə edəcəyini gözləməməlidirlər. Çünki Peyğəmbərə (s) ayədə belə xitab olunur:
— “ləysə ləkə minəl əmri şəyun” yəni qələbə sənin ixtiyarında deyil. Əksinə, bütün bu əmrlər Allahın əlindədir. Allah-taala qələbənin necə əldə olunması barəsində də müxtəlif faydalı yollar göstərmişdir (Peyğəmbərin (s) dualarının istisnasız qəbul olunmasına baxmayaraq, o bu dualardan hər yerdə istifadə etmir. Hər duanın özünəməxsus yeri və zamanı var). Təfsirçinin bu sözləri məntiqi olsa da, kafirləri tövbə və ya cəzalandır- maqdan danışan ayənin zahiri ilə qətiyyən uyğun gəlmir. Odur ki, bu sözləri ayənin təfsiri kimi qəbul etmək olmaz.
2\. Ayənin bağışlama, cəzalandırma və mükafatlandırmanı Peyğəmbərin (s) ixtiyarından çıxarması, Peyğəmbərin dualarının təsirsiz olması, şəfaət etməsi və digər ayələrdən oxuduğumuz kimi, bağışlamasını inkar etməməklə yanaşı, heç bir təzad yaratmır. Yuxarıdakı ayə Peyğəmbərin (s) müstəqil şəkildə ilahi hökmlərdə rolu olmadığını çatdırır. Amma Allahın izni ilə bağışlayır, cəzalandırır, qələbənin amillərini hazırlayır. Və hətta Allahın izni ilə İsa Məsih (ə) kimi ölüləri belə dirildə bilər. Quranın “لَيْسَ لَك َمِنَ الأَمْرِشَيْء” (Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur) ayəsinə əsasən, peyğəmbərin bütün ixtiyar və səlahiyyətlərini inkar edən şəxs sözün əsl mənasında digər ayələrdən xəbərsizdirlər. Allah-taala Qurani-Kərimin "Nisa" surəsinin 64-cü ayəsində buyurur;
"Əgər onlar özlərinə zülm etdikləri (Allahın əmrlərini pozduqları) zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv diləsəydi, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər”
Bu ayəyə əsasən, Peyğəmbərin (s) duası günahların bağışlanması üçün əsas amillərdən biri sayılır. Əlbəttə, gələcək oxşar mövzularda bu mövzulara yenidən qayıdacağıq.
Ali-İmran surəsi, 130-132-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا الرِّبَا أَضْعَافًا مُضَاعَفَةً وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ .١٣٠
وَاتَّقُوا النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ .١٣١
وَأَطِيعُوا اللَّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ .١٣٢
Ayələrin tərcüməsi
130\. Ey iman gətirənlər! Sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, nicat tapasınız!
131\. Kafirlər üçün hazırlanmış oddan çəkinin!
132\. Allaha və peyğəmbərə itaət edin ki, bağışlanmış olasınız!
Ayələrin təfsiri.
Sələmin haram olması.
Keçmiş ayələrdə Ühüd döyüşü və müsəlmanların savaşdan və ondan sonrakı hadisələrdən ibrət götürmələri haqda məlumat əldə etdik. Amma bu üç ayə və ondan sonra gələn altı ayədə silsilə olaraq iqtisadi, ictimai və tərbiyəvi mövzulara toxunulacaq. Birinci ayə möminlərə xitab edərək deyir: "Ey iman gətirənlər! Sələmi qat-qat artırıb yeməyin!”
Bildiyimiz kimi, Quranın sosial sapmalarla mübarzə zamanı tətbiq etdiyi metodda insanlara öncə yanlış əməl və davranışın zərər və ziyanları göstərilir, qadağan ediləcək əməl əleyhinə ümumi fikir formalaşdırır və bundan sonra həmin əməl yasaqlanır. Cəmiyyətdə günah və çirkinlik daha çox yayıldığı zaman bu metoddan istifadə edilir. Sələm cahiliyyət dövrü ərəbləri arasında geniş yayılmış və bir çox bədbəxtliklərin mənbəyi olan ictimai günahlardan idi. Xüsusən də Məkkə şəhərində çoxlu sayda insan sələmçiliklə məşğul idi. Şəhər əhalisinin daha çox ictimai ziyan gördükləri və onlara bədbəxtlik gətirən əməllərdən ən başlıcası sələm idi. Quranda bu əməl dörd mərhələ üzrə qadağan edilmişdir:
1-ci mərhələ: “Rum" surəsinin 39-cu ayəsində sələmlə bağlı tövsiyə xarakterli belə bir göstəriş yer almışdır:
"Xalqın mal-dövləti hesabına artması üçün sələmə verdiyiniz malın Allah yanında heç bir artımı olmaz. Allahın razılığını qazanmaq üçün verdiyiniz sədəqə (zəkat) isə belə deyil. Bunu edənlər qat-qat artıq mükafat əldə edərlər!"
Bu yolla yalnız sadəlövh insanlar sələm verənlərin mallarının artması və onlar üçün faydalı olduğunu düşünə bilər. Əslində, Allah yanında onların heç bir artımı və faydası yoxdur. Əksinə, Allah yolunda verilən zəkat və sədəqə malın və sərvətin artmasına səbəb olur.
2-ci mərhələ: “Nisa" surəsinin 161-ci ayəsində yəhudilərin yanlış adət-ənənələri tənqid edilərkən onların çirkin sələm adətlərinə də işarə edilir:
"Qadağan etməyimizə baxmayaraq, onların davam etdirdikləri pis adətlərindən biri sələm yemək idi”.
3-cü mərhələ: "Bəqərə” surəsinin 275-279-cu ayələrində sələmin İstənilən forması qadağan edilir, bu əməl Allah və Peyğəmbərə (s) qarşı müharibə kimi dəyərləndirilir.
4-cü mərhələ: “Ali-İmran" surəsinin bu ayəsində sələmin haram olduğu açıq şəkildə elan edilmiş, onun təkcə şiddətli və aşkar növündən söhbət açılmışdır.
Aşkar sələm deyilərkən sərmayənin sələm istiqamətli proqressiv (irəliyə hərəkət) artımı nəzərdə tutulur. Yəni birinci mərhələdə mənfəət sərmayəyə əlavə edilir və ümumilikdə sələm predmetinə çevrilir. Bu minvalla mənfəət hər mərhələdə sərmayəyə əlavə edilərək yeni sərmayə təşkil edir. Nəticədə, qısa müddət ərzində toplanan faiz ümumilikdə borclunun borcunun bir neçə dəfəyə qədər artmasına və onun tamamilə müflis olmasına səbəb olur. Tarixi mənbə və hədislərdən bizə çatan məlumatlara əsasən belə məlum olur ki, cahiliyyət dövründə əgər borclu olan şəxs müddət tamamlandıqdan sonra borcunu ödəyə bilməsəydi, borc sahibindən sərmayə və onun faizini birlikdə yeni sərmayə formasında ona borc verməyi və yeni sələm məbləğinin faizini almasını təklif edirmiş. Müasir dünyamızda da bu qəddar sələm forması geniş yayılmışdır. Ayənin sonunda deyilir: "Allahdan qorxun ki, nicat tapasınız!”
Əgər salehlərdən və doğrulardan olmaq istəyirsinizsə, Allahdan qorxun, təqvalı olun və sələm yeməkdən ciddi şəkildə çəkinin. Növbəti ayədə yenə də təqvalı olmağa ciddi şəkildə dəvət edərək buyurulur:
“Kafirlər üçün hazırlanmış oddan çəkinin!”
Sələm vermək və ya yemək insanın iman ruhu ilə uyğunlaşmır. Yəni imanlı şəxslər daim sələm yemək və sələm verməkdən uzaq olmalıdırlar. Sələm yeyənlər kafirlər kimi Cəhənnəm odunda yanacaqları üçün yuxarıdakı ayədə “kafirlər” sözündən istifadə olunmuşdur. Başqa sözlə desək, Cəhənnəm atəşi yalnız kafirlər üçün hazırlanmışdır. Amma özünü kafirlərə bənzədən asilər, günahkarlar və bu qəbildən olan kəslərin də Cəhənnəm atəşinə atılacaqları istisna deyildir. Üçüncü ayə öncəki ayələrdə olan təhdidlərdən fərqli olaraq itaətkarları, müti bəndələri təşviq edərək buyurur: "Allaha və peyğəmbərə itaət edin ki, bağışlanmış olasınız”.
Diqqət:
Quran ayələrinin ardıcıllıq keyfiyyəti.
Əvvəldə qeyd etdiyimiz kimi, mövzudan öncəki ayələrdə Ühüd döyüşü və müsəlmanların bu döyüş, eləcə də ondan sonrakı hadisələrdən ibrət götürmələri barədə məlumat əldə etdik. Amma təfsir etdiyimiz bu üç ayə və ondan sonra gələn altı ayədə silsilə olaraq iqtisadi, ictimai və tərbiyəvi mövzulara toxunulacaq. Bu mövzudan əlavə, yenidən doqquz ayə ilə Ühüd döyüşündə baş verən hadisələrə qayıdacağıq. Qurani-Kərimin bu üslubu təəccüb doğura bilər. Amma Qurani- Kərimin klassik ədəbiyyat olmadığını unutmamalıyıq. Quran roman, povest və digər ədəbi əsərlər kimi müəllifın ardıcıl düzdüyü abzaslardan, fəsillərdən və digər bölümlərdən ibarət deyil. Əksinə, Qurani-Kərim 23 il ərzində zamanında baş verən ictimai, iqtisadi, hərbi hadisələr zamanı, tərbiyəvi üslubda, şəraitə uyğun olaraq müxtəlif məkanlarda və zamanlarda tədricən nazil olmuşdur. Əgər bir gün Ühüd döyüşü müsəlmanlar üçün gündəmin əsas mövzusu olarsa, o zaman müxtəlif döyüş planları, məlumat və məsləhətlər ayələrdə peyğəmbərə nazil olacaqdır. Və ya iqtisadi mövzular aktual olanda sələm, şəriət mövzusu aktual olanda evlilik, əxlaq və tərbiyə mövzusunda tövbə və sair bu kimi məsələlər gündəmə gələrsə, o zaman Allahın ayələri də ona uyğun şəkildə nazil olacaqdır.
Bu izahatdan da göründüyü kimi Quran ayələri arasında müəyyən bağlılığın olmaması mümkündür. Yəni bir ayənin özündən öncə və sonrakı ayə ilə rabitəsi olmaya bilər. Belə olan halda bəzi təfsirçilər kimi onların arasında əlaqə olmasında israr etməyə gərək yoxdur. Həmçinin özümüzü zəhmətə salıb Allahın heç bir bağlılıq və əlaqə qurmadığı ayələrdə zorla əlaqə axtarmamalı və ayələri olduğu kimi qəbul edərək nazil olma səbəblərinə əsasən təfsir etməliyik. Çünki belə bir təfsir metodu Quranın nazilolma şəraiti ilə uzlaşmır. Əvvəldə qeyd etdiyimiz kimi Quran müxtəlif hadisələr əsasında tədricən nazil olmuşdur. Əlbəttə, Quranın bütün surələri bir baxışdan, eyni hədəfdən danışır. Yəni ayələrin hədəf və məqsədləri eynidir. Bütün ayələr vahid proqram əsasında nazil olmuşdur. Quranın hədəfi insanı ali mərtəbələrə yüksəltmək, kamil, əmin-amanlığın hakim olduğu bir cəmiyyət qurmaq və bu hədəflərə mane olan bütün amilləri aradan qaldırmaqdır. Quran insanı həyatda maddi və mənəvi yüksəlişə çıxarmaq üçün nazil olmuşdur. Odur ki, hansısa ayənin özündən əvvəlki və ya sonrakı ayə ilə mövzu əlaqəsi yoxdursa, məhz elə həmin inkişaf və tərəqqi üçündür.
Ali-İmran surəsi, 133-cü ayə
وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ .١٣٣
Ayənin tərcüməsi
133\. Rəbbinizin əfvinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin .
Ayənin təfsiri.
Səadət yolu uğrunda müsabiqə.
Keçmiş ayələrdə pis əməl sahibləri Cəhənnəm atəşi ilə təhdid, yaxşı əməl sahibləri isə ilahi rəhmətlə təşviq olunurdu. Bu ayədə isə saleh insanlar sanki sonu ilahi bağışlanma və əbədi nemətlərlə dolu olan Cənnət uğrunda mənəvi yarışmaya dəvət olunurlar. Ayədə buyurulur: "Rəbbinizin bağışlamasına və müttəqilər üçün hazırlanmış Cənnətə tələsin”.
(sariu) sözü (musariət) sözü ilə eyni mənada olub, iki və ya daha çox insanın müəyyən olunmuş hədəfə çatmaq üçün bir- biri ilə yarışmasına deyilir. Təbi ki, yarışmanın hədəfi xeyir işlərlə nəticələnərsə, sonda mükafat, pis işlərlə bitərsə, danlaq və cəza olacaq. Bu ayədə Quran psixoloji metoddan istifadə edərək məsələyə diqqət yönəldir. Əgər insan təkbaşına hansısa bir işi öhdəsinə götürərsə, qarşısında heç bir rəqib olmadığı üçün onu istədiyi kimi, tələsmədən edir. Amma həmin işi yarış olaraq bir neçə nəfərlə etməyə başlasa, aralarında rəqabət olduğu üçün bir-biri ilə yarışacaq və məqsədə daha tez çatmaq üçün can atacaqlar. Əgər müsabiqənin qalibi üçün bahalı və dəyəri misilsiz olan hədiyyə nəzərdə tutularsa, bu zaman müsabiqə iştirakçıları mübarizə aparacaq və qalib olmaq üçün var gücləri ilə çalışacaqlar. Əgər müsabiqənin ilk mərhələsi ilahi bağışlanmadırsa, bu, mənəvi mərtəbənin hər bir pilləsinə yiyələnmək üçün vasitədir. Çünki günahlarla birlikdə heç bir mənəvi mərtəbəyə yüksəlmək mümkün deyil. Odur ki, öncə günahların bağışlanmasına, ilahi məğfirətə yiyələnərǝk paklanmaq, daha sonra isə mənəvi seyrə qədəm qoymaq lazımdır. Əks halda heç bir mənəvi yüksəliş mümkün deyil.
Mənəvi müsabiqənin ikinci mərhələsinin hədiyyəsi Cənnətdir. Özü də elə bir Cənnət ki, onun genişliyi yerlə göyün arasında olan məsafə ilə ölçülür. Ayədə deyilir: "Genişliyi göylərlə yer üzü qədər olan Cənnətə tələsin”.
Ayədəki (ərz) sözündən məqsəd həndəsə elmindəki uzunluq vahidi deyil, əksinə sözün lüğəvi mənasına dəlalət edərək genişlik və vüsət mənasındadır. "Hədid” surəsinin 21-ci ayəsi də təxminən eyni məzmundadır. Ayədə deyilir:
“Rəbbinizin əfvinə və genişliyi göylərlə yer üzü kimi olan Cənnətə tələsin".
Bu ayədə (müsariǝt) sözünün yerinə (müsabiqə) sözü işlənmişdir. Həmçinin (əssəma) sözü cəm deyil, leksik mənanın cinsinə dəlalət edən "ǝlif-lam"la birlikdə müfrəd (tək) işlənmişdir. Bu da sözün ümumiliyə dəlalət etməsindən xəbər verir. Bundan əlavə “kaf" bənzərlik ədatından da istifadə olunmuşdur. Yuxarıdakı qrammatik izaha əsasən, "Hədid" surəsindəki ayənin əsl tərcüməsi belə olur: "Onun genişliyi yerin və göyün genişliyi kimidir".
Amma mövzumuz olan #### Ayənin tərcüməsi isə belədir: "Cənnətin vüsəti və genişliyi eyni ilə yerin və göyün genişliyi kimidir”. Amma bunu da qeyd edək ki, ayələrin zahirindən göründüyü kimi məzmun və mahiyyət baxımından eynilik təşkil edirlər. Nəhayət, ayənin sonunda müsabiqənin qaliblərinin kim olacağı elan edilir: "Müttəqilər üçün hazırlanmış Cənnətə tələsin".
Bu ayəni oxuduqda ortaya belə bir sual çıxa bilər: Cənnət və Cəhənnəm yaradılmış və hal-hazırda mövcuddur, yoxsa sonradan, insanların əməlləri nətcəsində meydana gələcək? Digər tərəfdən, ayədə “Cənnətin genişliyi yer və göylər qədərdir” – deyə, buyurulur. O zaman Cənnət haradadır?
İncəliklər:
1\. Cənnət və Cəhənnəm hal-hazırda mövcuddurmu?
Bir Çox İslam alimlərinin fikrinə əsasən, Cənnət və Cəhənnəmin xarici görünüşləri hazırda mövcuddur. Həmçinin mövzu ilə əlaqədar olan bütün ayələr də bu fikri təsdiqləyirlər. Misal üçün aşağıdakı ayələrə diqqət edək:
a) Barəsində danışdığımız ayə və digər ayələrin çoxunda hazırlanıb" kəlməsindən istifadə edilmişdir. Bundan əlavə, bəzi ayələrdə isə bu sözün sinonimi Cənnət və ya Cəhənnəm barəsində işlədilmişdir.
Bu ayələrə istinadən Cənnətin və Cəhənnəmin mövcud olduğunu deyə bilərik. Amma bunu da qeyd edək ki, onun ərazisi insanların yaxşı və pis əməlləri sayəsində genişlənməkdədir.
b) "Ən-Nəcm" surəsində Peyğəmbərin (s) merac səfərinə dəlalət edən ayələrə diqqət edək:
13\. Onu bir daha gördü.
14\. Sidrətül-müntəhada (Müntəhadakı Sidr ağacının yanında).
15\. Mǝva bağı da oradadır.
Yuxarıdakı ayələr Cənnət bağlarından danışdığı üçün hal-hazırda behiştin mövcud olmasını təsdiq edir.
c) "Tǝkasur" surəsinin bu ayələri də yuxarıdakı qeydlərimizi təsdiqləyir:
5\. Xeyr! (Siz düşündüyünüz kimi deyil). Əgər yəqininiz olsaydı, (çoxa hərisliyiniz Allahı sizə unutdurmazdı).
6\. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7\. Sonra (ona daxil olmaqla) öz gözlərinizlə görəcəksiniz! Peyğəmbərimizin (s) merac səfərinə aid olan hədislər başda olmaqla, Cənnət və Cəhənnəmin hazırda mövcud olmasını təsdiq edən hədislər çoxdur.
2\. Cənnət və Cəhənnəm harada yerləşir?
Yuxarıdakı açıqlamadan belə bir sual yarana bilər ki, əgər hal- hazırda behişt və Cəhənnəm mövcuddursa, onlar məkan baxımından harada yerləşir?
Cavab: Cənnət və Cəhənnəm bu dünyanın batinində yerləşir. Biz səmada və qalaktikada gözlə görünəcək ulduzları və planetləri görə bilsək də, dünyanın batinində baş verənləri görə bilmirik. Əgər ikinci bir dərkə və gözə sahib olsaydıq, onları da görə bilərdik. Bu aləmdə çox sayda hərəkətdə olan varlıqlar vardır ki, biz onların aləmdə yarat- dıqları dalğalardan xəbərsizik. Ayədəki "Xeyr! (Siz düşündüyünüz kimi deyil). Əgər yəqininiz olsaydı, (çoxa hərisliyiniz Allahı sizə unutdurmazdı)" cümləsi buna dəlildir. Bir sıra hədislərə müraciət etdikdə də İslam tarixində bəzilərinin belə bir dərkə sahib olduqlarını, dünyada ikən bəsirət gözləri ilə Cənnət və Cəhənnəmi seyr etdiklərini görürük.
3\. Mövzunun aydınlaşması üçün misal.
Mövzunun daha aydın olması və zehnimizdə düzgün təsəvvürün yaranması üçün aşağıdakı misala diqqət edək. Fərz edək ki, planetin bir nöqtəsində yerə bərkidilmiş, müasir və güclü dalğa sisteminə malik olan ötürücü quraşdırılmış və bunun vasitəsi ilə fəzadan kənarda olan peykdən dalğanı qəbul edərək gözəl, qəlb oxşayan bir quran tilavətini hər yerə yayır. Bununla yanaşı yer kürəsinin digər bir nöqtəsində tam bunun əksi olaraq, digər bir dalğa ötürücü narahatedici səs yayır. Biz oturduğumuz məclisdə yalnız ətrafımızda olanların səsini eşidirik. Amma hazırda olduğumuz məkanda ruhu narahat edən və onun tam əksi olaraq ruhu qidalandıran və ona rahatlıq bəxş edən iki dalğadan xəbərsizik. Amma bir nəfərdə bu dalğaları dinləmək üçün cihaz olsa məsələn, radio və buna bənzər - o zaman bu dalğaların ikisindən birini dinləyə biləcək. Amma unutmayaq ki, anatomik qulaqlarımızla bu dalğaları nə tuta, nə görə, nə də duya bilirik. Yuxarıdakı misal Cənnət və Cəhənnəmi tam sübuta yetirmək üçün kifayət etməsə də, onların yerin batinində necə yerləşməsini təsəvvür etmək və ya başa düşmək üçün kömək edə bilər.
Bundan əlavə, Cənnət və Cəhənnəm bu dünyanın mühitidir. Yəni sözün əsl mənasında, bu dünya onların daxilində yerləşir. Ana bətninin bu dünyanın içində yerləşməsini sözümüzə misal olaraq qeyd edə bilərik. Bildiyimiz kimi, ana bətni körpə üçün ayrı bir dünyadır. Amma buna baxmayaraq bu dünyanın mühitindən də xaric deyildir. Hansı ki eyni zamanda biz də bu dünyada yaşayırıq. Buna rəğmən oxşarlıq üçün deyə bilərik ki, ana bətni bu dünyanın daxilində, bu dünya da axirət dünyasının daxilində yer almışdır.
İnsan yerlə göyün arasında olan məsafədən artıq və ya əksik ölçü təsəvvür edə bilmədiyi üçün Quranda Cənnətin genişliyi yerlə göyün arasında olan məsafə kimi təsvir olunur. Belə bir ölçü misalı Cənnətin təsəvvür edildiyindən də geniş olmasını çatdırır. Yəni Qurani-Kərim başlanğıcda yer səthini, son olaraq göyün genişliyini misal göstərərək Cənnətin daha geniş olduğunu izah edir. Bu misal eyni ilə ana bətnində ağlı və dərki olmayan uşağa nəyisə başa salmağa bənzəyir. Əgər ana bətnindəki uşaq dərk və təsəvvürə malik olsaydı biz ona yaşadığı mühitə uyğun məntiqdə dünya həyatından nəyisə başa sala bilərdik. Çünki onunla mühitinə uyğun danışmaq daha məntiqlidir.
Yuxarıda dediklərimizdən növbəti bir sual yaranır. O da bundan ibarətdir ki, Cənnətin genişliyi yerlə göy qədər və ondan da genişdirsə, bəs Cəhənnəm harda yerləşir? Bu sual Cənnət barəsində danışdıqlarımızda və gətirdiyimiz misallarda cavablandırılmışdır. Həmçinin Quranda Cənnətin genişliyinin izah olunması ilə də heç bir təzad təşkil etmir. Əlbəttə, dalğa barəsində gətirdiyimiz misalda sual izah olunmuşdur.
Ali-İmran surəsi, 134-136-cı ayələr
الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ .١٣٤
وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ .١٣٥
أُولَئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ .١٣٦
Ayələrin tərcüməsi
134\. (Ey) imkanlı vaxtalarında da, yoxsul vaxtlarında da Allah yolunda xərcləyən, qəzəblərini udan, insanların günahlarından keçən şəxslər! Allah yaxşılıq edənləri sevər.
135\. (Ey) günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyən, bilərəkdən günah etməkdə israrlı olmayan şəxslər! Günahları Allahdan başqa kim bağışlaya bilər ki?
136\. Onların mükafatı öz Rəbləri tərəfindən bağışlanmaq və ağacları altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!
Ayələrin təfsiri.
Pəhrizkarların xüsusiyyətləri.
Öncəki ayələrdən oxuduğumuz kimi Allah-taala pəhrizkarlara, yəni günahlardan çəkinərək təqvalı olanlara Cənnət vəd etmişdir. Bu ayələrdə isə həmin pəhrizkarların, günahdan çəkinib Allaha sığınaraq təqvalı olanların hansı xüsusiyyətlərə malik olmalarından, ümumiyyətlə, təqvalı olmanın meyarlarından və həmçinin onların insanlığın ali mərtəbəsinə xas olan beş şəxsi keyfiyyətdən xəbər verilir. İlk xüsusiyyət barəsində buyurulur: "Onlar varlı vaxtlarında da, yoxsul vaxtlarında da Allah yolunda xərcləyərlər”.
Onlar bu əməlləri ilə xeyirxahlığın ruhlarına hopduğunu və bu müqəddəs əməli yerinə yetirmək üçün xüsusi şəraitə ehtiyac olmadığını demək istəyirlər. Bildiyimiz kimi, imkan olan zaman insanlara yaxşılıq və ehsan etmək, səxavət xüsusiyyətinin və onun ali mərtəbələrinin ruhumuzun dərinliklərinə nüfuz etməsi demək deyil. Amma maddi imkanlarının hansı həddə olmasından aslı olmayaraq, daim yardım və ehsan edən şəxslər, səxavət xüsusiyyətinin onların qəlblərinin dərinliklərində kök atdığından xəbər verirlər. Mümkündür ki, burada zehnimizə "imkan olmayan vaxtda insan necə başqasına kömək edə bilər" sualı gəlsin. Əlbəttə, bu sualın cavabı aydındır. Buna baxmayaraq, açıqlama vermək mövzu üçün lazımlıdır.
Birincisi, imkansız şəxslər də, az bir miqdarda da olsa, başqalarına kömək edə bilər.
İkincisi, yaxşılıq və ehsan yalnız sərvət və maldan ibarət deyil, əksinə, Allah bəxş etdiyi hər bir nemətə şamil olur. Bu nemətin mal və ya elm olması da mümkündür. Yəni nemət yalnız maddi deyil, ilahinin əta etdiyi hər şeyə şamil olur.
Bu minvalla Allah-taala insanların ruhunda fədakarlığın, səxavətin və digər gözəl xüsusiyyətlərin kök salmasını istəyir ki, ruhunda paxıllıq kimi bəyənilməyən qeyri-əxlaqi xüsusiyyətlər yer almasın. Allah yolunda məhdud imkanlardan doğan ianələri az sayan şəxslərin belə düşünmələrinə səbəb bu yardımları fərdi şəkildə hesaba almalarıdır. Amma bu kiçik əməlləri fərdi deyil, ümumilikdə toplasaq, məsələn, hər kəsin az miqdarda etdiyi yardımı bir yerə toplasaq, böyük bir məbləğ yaranar. Həmçinin toplumdan gələn böyük məbləğ imkansız bəndələrə kömək üçün xərcləndikdə iqtisadi və ictimai inkişafa səbəb olacaqdır. Və ya hər bir imkanlı şəxs bir fəqirə cüzi miqdarda köməklik etsə ölkənin iqtisadi inkişafına dəstək vermiş olacaqdır. Bundan əlavə, edilən yaxşılığın mənəvi təsiri verilən məbləğin az və ya çoxluğundan asılı deyildir. Allaha xatir yardım edilən zaman mənəvi təsir özünü büruzə verir.
Ayədə təqvalıların seçilmiş xüsusiyyəti kimi göstərilmiş comərdlik sifəti diqqəti daha çox özünə cəlb edir. Bu ayələrdən öncə sələm yeyənlə və sələmə pul verənlərdən danışıldığı üçün burada pəhrizkarların və təqvalıların ilk xüsusiyyəti olaraq comərdlik sifətini qeyd etmişdir. Bundan əlavə maddi durumdan aslı olmayaraq, mal və sərvətindən bağışlamaq, Allah yolunda ehsan etmək yuxarıda qeyd etdiyimiz məqamın təsdiqi ola bilər.
İkinci xüsusiyyət haqda buyurulur: "Qəzəblərini udan".
Ərəb dili lüqətində (kəzm) sözü su tuluğunun ağzının bağlanmasına deyilir. Burada da məcazi mənada işlədilib. Yəni onların səbir kasası daşmasın deyə ağzını bağlayar və Allahın bəndələri ilə mülayim rəftar edərlər. (ğǝyz) sözü isə insan əsəbinin kulminasiya nöqtəsi, ruhun fövqəladə gərgin vəziyyəti və hirsin şiddətli halı mənasını verir. Qəzəbin şiddətli və qızmış halı onun ən qorxulu anıdır. Əgər belə bir vəziyyətdə insan ağıl vasitəsi ilə kontrol olunmasa dəlilik və digər xoşagəlməz hallar baş verər. Bir çox cinayətlər və təhlükəli qərarlar belə bir vəziyyətdə verilir. Hansı ki insan daha sonra bir ömür onun peşmanlığını çəkir və ya kəffarəsini ödəyir. Odur ki, qəzəbin boğulmasını müttəqilərin ikinci gözəl və ali xüsusiyyəti kimi qeyd edir. Allahın Peyğəmbəri (s) buyurmuşdur:
“Kim qəzəbini ududub boğmağı bacarsa, Allah-taala onun qəlbini iman və aramlıqla doldurar".
Bu hədis bizə qəzəb qarşısında səbir etmənin ruhun kamilləşməsi və insan mənəviyyatının inkişafında istisnasız fövqəladə təsirə malik olduğunu çatdırır. Təqvalıların xüsusiyyətlərinin üçüncü vəsfində buyurulur: Onlar insanların xətalarından keçirlər.
Əsəbləri cilovlamaq və səbir etmək yaxşı xüsusiyyət olsa da, kifayət deyildir. İnsan əsəbləri cilovlamağı anında bacarsa da, tərəf-müqabilə qarşı qəlbində olan kin-küdurət kökünü kəsməmiş ola bilər. Odur ki, qəzəbi cilovlamaqla yanaşı, onun mənfi təsirlərindən də yaxa qurtarmaq istəyiriksə o zaman xətaları bağışlayacaq və qarşımızdakı adama mehribanlıq göstərəcəyik. Bu səbəbdən də ayədə əsəbləri cilovlamaq xüsusiyyətindən sonra bu sifətin tamamlayıcısı olaraq hədiyyə və bəxşiş etməkdən söhbət açılır. Əlbəttə, bunu da qeyd edək ki, xətaları bağışlamaq mövzusunda qarşı tərəfin buna layiq olması da şərtdir. Qaniçən düşməni və qatı cinayətkarı bağışlamaq onun növbəti günah və cinayəti üçün yaradılmış şəraitdir.
Dördüncü xüsusiyyətdə buyurulur: "Allah-taala yaxşıları və ehsan edənləri sevir”.
Bu ayədə əfv və hədiyyə etmənin ən uca mərhələsindən danışılır. Həmçinin xüsusiyyətlərin də silsilə mərtəbələri ardıcıl tərtib olunmuşdur. Yəni, insan yalnız qəzəbini boğmaqla kifayətlənməməli, əksinə, bağışlamaq və ona yaxşılıq etməklə kin-küdurəti qəlbindən təmizləməli və düşmənçilik toxumlarını öz qəlbində yandırmaqla yanaşı, qarşı tərəfin də qəlbindən təmizləməlidir. Bundan sonra onu özünə yaxın bilməli, qəlbini ələ almalıdır ki, daha aralarında heç bir kin-küdurət qalmasın. Həmçinin bu addım gələcəkdə bir daha belə bir hadisənin yaşanmaması üçün ən gözəl vasitədir.
Xülasə, ilk mərhələdə insan qəzəbin qarşısında hisslərinə hakim olmalı, ikinci mərhələdə qəlbini çirkinliklərdən paklamalı, üçüncü mərhələdə isə tərəf-müqabilin qəlbini ələ almalı və onun qəlbində bu hadisə ilə bağlı heç bir iz buraxmamalıdır. Sünni və şiə kitablarından #### Ayənin təfsiri barəsində gələn hədisdən belə oxuyuruq: İmam Hüseyn ibn Əlinin (ə) kənizinin əlindən su qabı düşərək İmamı (ə) islatmaqla yanaşı, həm də bədənini kəsir. İmam (ə) da bundan narahat olaraq başını qaldırıb onun üzünə baxır. Kəniz də İmama (ə) baxaraq deyir: "Allah-taala Quranda buyurur: “vəl kaziminəl ğəyza”
İmam (ə) deyir: "Əsəblərimi cilovladım”.
Kəniz deyir; “vəl afinə ənin nas”
İmam (ə) buyurur: “Səni bağışladım. Allah səni bağışlasın”.
Kəniz yenidən deyir; “vəllahi yuhibbul muhsinin”.
İmam (ə) buyurur: "Səni Allah yolunda azad etdim”.
Bu hədis ayənin mərhələlərinin bir-birindən gözəl və üstünlüyünə ən gözəl şahiddir. Yuxarıdakı izahdan sonra təqvalıların beşinci xüsusiyyətindən danışan #### Ayənin təfsirinə başlayırıq. Ayədə deyilir: "(Ey) günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyənlər”.
Ərəb dilində iffəti aparan ən çirkin əmələ (fahişətun), (fəhş) və “fəhşa” deyirlər. Terminologiyada isə “günahda həddini aşmağa" deyilir. Yəni bu söz bütün pisliklərə şamil olur. Yuxarıdakı ayədə təqvalıların müsbət xüsusiyyətlərini saysa da, bu ayədə onların günah etdikdən sonrakı xüsusiyyətlərini izah edir. Yəni pəhrizkar şəxs günahda israr etmir, əksinə Allahı unudaraq hansısa pis əməl edərsə, bu zaman tez peşman olur, Allaha dönərək tövbə edir. Bu izahdan belə aydın olur ki, insan Allahı unutmadıqca, onun rəhmətindən qafil olmadıqca heç bir günaha mürtəkib olmur. Amma elə ki müəyyən səbəblərdən tanrını unudaraq ondan qafil olarsa, bu zaman şeytan fürsətdən istifadə edərək onu günaha mürtəkib edir. Onu da qeyd edək ki, pəhrizkar və müttəqi insanlarda qəflət uzun çəkmir və onlar dərhal istiğfar edərək Allaha dönürlər. Geri dönərkən Allahdan savayı heç bir bağışlayanın, Ondan başqa sığınacağın olmadığını dərk edərək dönürlər. Odur ki, yalnız Ondan bağışlanmaq istəyirlər. Ayə davamında buna işarə edərək buyurur: "Günahları Allahdan başqa kim bağışlaya bilər ki?”
Diqqət etsək, ayədə açıq-aşkar olan günahlardan əlavə özünə zülm etməkdən də yazır. Burada fahiş, yəni açıq-aşkar edilən pis əməllərdən məqsəd böyük günahlar, “özlərinə zülm edirlər” ayəsindən isə kiçik günahlar nəzərdə tutulur. Ayənin sonunda təkid üçün buyurulur: “Onlar bilərəkdən günah etməkdə israrlı olmayan şəxslərdir!”
Bu ayənin təfsiri barəsində İmam Baqirdən (ə) hədis nəql olunur:
"İnsanın günah etdikdən sonra istiğfar və tövbə etməməsi, günah etməkdə israrlı olması deməkdir".
"Əmaliye-Saduq" kitabında İmam Sadiqdən (ə) məna baxımından olduqca dolu və ibrətamiz hədis nəql olunmuşdur. Biz burada həmin hədisin xülasəsini qeyd edirik.
İmam (ə) buyurur: "Bu ayə nazil olduqdan sonra, günahkarlar ilahi dərgahda tövbə etməyə başladılar. İblis bundan çox narahat oldu. Bütün dost və köməkçilərini uca səslə böyük bir toplantıya dəvət etdi. Dəvət olunanlar iclasın səbəbini soruşduqda İblis bu ayəni onlar üçün izah edərək ciddi narahatlığını bildirdi. Onun köməkçilərindən biri dedi: "Mən insanları bir günahdan digər günaha təşviq edərək bu ayənin təsirini zərərsizləşdirərəm". Amma İblis onun bu təklifini qəbul etmir. Başqa birisi də buna bənzər təklif irəli sürsə də, İblis onu da qəbul etmir. Bu zaman Vəsvasi Xənnas adlı qoca şeytan deyir: "Mən bu nigarançılığı aradan qaldıraram".
İblis onun hansı vasitə ilə bunu edəcəyini soruşanda deyir: "Adəmin övladlarını vədələr və arzularla günaha salaram. Həmçinin günaha mürtəkib olduqdan sonra Allahın zikrini də onların yadından çıxararam".
İblis dedi: "Bəli. Yol budur. Odur ki, bu vəzifəni dünyanın sonuna qədər ona həvalə etdi.
Unutqanlıq və səhlənkarlıq xüsusiyyətlərinin şeytan vəsvəsəsinin əlamətlərindən olması aydın məsələdir. Amma bu xəstəliyə tutulan şəxslər özləri Xənnasın vəsvəsələrinə tabe olmuş və bu işdə onunla həmkarlıq etmiş sayılırlar. Amma diqqətli və imanlı insanlar daim bu məsələdə həssaslıq nümayiş etdirir, istənilən bir xəta baş verdikdə tez onu tövbə suyu ilə yuyub təmizləyirlər. Həmçinin qəlb qapılarını da şeytan və onun yaxınlarının üzünə bağlı saxlayarlar. Sonuncu ayədən öncəki iki ayə xüsusiyyətlərindən xəbər verilən pəhrizkarların hədiy- yələri barəsində söz açaraq buyurur: "Onların mükafatı öz Rəbləri tərəfindən bağışlanmaq və ağacları altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar”.
Bəli! Onların Allah tərəfindən hədiyyələri bağışlanmaq və sonda ağacları altından çaylar axan behiştdir. Hansı ki bu Behiştdə əbədi qalacaqlar və nemətləri tükənməyəcəkdir. Burada ilk olaraq mənəvi paklığa, günahların bağışlanması və tövbəyə diqqət yönəlmişdir. Daha sonra isə maddi hədiyyələr nəzərdə tutulmuşdur. Ayənin sonu isə belə bitir: “Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!”
Ayə yaxşı əməl sahiblərini və bu yolda zəhmət çəkənləri belə, yad etməklə laqeyd və tənbəlləri bu zümrədən ayırır.
Ali-İmran surəsi, 137 və 138-ci ayələr
قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ .١٣٧
هَذَا بَيَانٌ لِلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِلْمُتَّقِينَ .١٣٨
Ayələrin tərcüməsi
137\. Sizdən əvvəl ənənələr olmuşdur. (Hər bir xalqın taleyi onun gördüyü işlərə və adət-ənənələrinə uyğun olmuşdur. Siz də onlar kimisiniz.) İndi yer üzünü gəzin və (Allahın ayələrini) təkzib edənlərin aqibətinin necə olduğunu görün!
138\. Bu, bütün insanlar üçün bir izah, müttəqilər üçün isə hidayət (doğru yolu göstərən) və nəsihətdir.
Ayələrin təsfiri.
Keçmişdəkilərin tarixinin araşdırılması.
Qurani-Məcid keçmişlə indiki zaman və indiki zamanla da keçmiş arasında bağ qurmaqla yanaşı, indiki nəslin mədəni fikrini keçmişdəkilərin fikir və düşüncəsinə uyğun tətbiq etməklə həqiqətləri anlamağı zəruri sayır. Yəni Quran məntiqinə əsasən, tarixi bilmədən hazırkı həqiqətləri dərk etmək çətindir. Tarix bizlərə bu günü düzgün anlamaq üçün vasitə və ibrət olmalıdır. Çünki hər iki zamanı (keçmiş və indiki) bilməklə gələcəyin məsuliyyət və vəzifəsi aydınlaşır. Odur ki, ayədə ilk olaraq deyilir: “Sizdən əvvəl ənənələr olmuşdur. (Hər bir xalqın taleyi onun gördüyü işlərə və adət-ənənələrinə uyğun olmuşdur. Siz də onlar kimisiniz”.
Tarixi ənənələr xüsusi bir cəmiyyətə aid deyildir. Əksinə, silsiləvari yazılmamış həyat qanunlarından ibarətdir, bütün zamanlara və insanlara şamil olunmaqla yanaşı, həm də icra olunur. Bu tarixdə mücahid və imanlı insanların inkişafından, oyanışlardan, hərəkatçılardan, öncədən hər şeyi deyənlərdən, pərakəndə düşmüş millətlərin məğlubiyyətindən, günahkarların pərakəndə düşməsindən və sair yazılmışdır.
Bəli. Tarix hər bir qövm üçün həyati əhəmiyyət kəsb edir. Tarix keçmişdəkilərin əxlaqi xüsusiyyətlərini, yaxşı və pis əməllərini, həyat tərzi-təfəkkürlərini bizə xəbər verir. Cəmiyyətlərin süqut etmə səbəblərini, uğursuzluqlarını, səadət və xoşbəxtliklərini özünün müxtəlif səhifələrində əsrlər boyunca bizə çatdırır. Sözün əsl mənasında keçmişdəkilərin tarixi, gələcək nəsillərin ibrət alması üçün onların həyatının mənəvi və ruhi aynasıdır. Buna rəğmən Quran müsəlmanlara belə bir göstəriş verir: "İndi yer üzünü gəzin və (Allahın ayələrini) təkzib edənlərin aqibətinin necə olduğunu görün”.
Keçmişdəkilərin həyat tərzi və tarixi, gələcək nəsillər üçün ibrətlərdir. Odur ki, insanlar onların həyatından örnək alaraq hazırkı həyatlarını düzgün şəkildə qura bilərlər.
Növbəti ayədə buyurulur: "Bu, bütün insanlar üçün bir izah, müttəqilər üçün isə hidayət (doğru yolu göstərən) və nəsihətdir”.
Tarixi ibrətlərin hamı üçün faydalı olmasına baxmayaraq, ondan yalnız təqvalılar ilham alaraq hidayət olurlar. Ayənin əvvəlindəki (bu) işarə əvəzliyi bura qədər tarix barəsində danışılan məsələlərə diqqət çəkərək insanları yer üzündəki seyrə dəvət edir. Bu dəvət həm hidayət və inkişafın müqəddiməsi, həm də müttəqilər üçün ibrət moizəsidir. Çünki ayədən məlum olduğu kimi tarixdən yalnız müttəqilər ibrət alırlar. (bu) işarə əvəzliyinin digər təfsirinə əsasən, ayədə Qurana işarə olunmuşdur. Bu dəlilə əsasən ki, Qurani-Məcid həyatın ali mərtəbələrini fəth etmək istəyən şəxslər üçün açıq-aydın izahlı kitabdır. Əlbəttə, burada seçim yenə də insanların ixtiyarına buraxılmışdır. “Hidayət” (keçmişdəkilərin həyat tərzini mütaliə edəndən sonra) həm yol göstərən və inkişafa sövq edən amildir, həm də təqvalılar üçün xüsusi nəsihət edəndir. Buna əsasən də təqvalılar diqqətlə tarixi müşahidələr aparmaqla hidayət yolunun ali mərtəbələrinə yiyələnirlər.
İncəliklər:
Səyyahlıq (yer üzünü gəzmək).
Yer üzünün müxtəlif nöqtələrində keçmiş dövrlərdən qalan tarixi əsərlər qədim insan yaşayışının canlı şahidləridirlər. Hətta biz onlardan qalan əsərlərdən onların özündən daha çox bəhrələnirik. Tarixi məlumatlardan fərqli olaraq tarixi əsərlər keçmişdəkilərin surətləri, şəkilləri, yaşam tərzləri, ruhiyyələri, təfəkkürləri, qüdrətləri və qövmlərinin tənəzzülü haqda bizə bilgi verir. Tarixi kitablar isə yalnız baş vermiş hadisələri quru və ruhsuz şəkildə təsvir edir.
Bəli. Zalım padşahların dağılmış sarayları, bənzərsiz Misir ehramları, Babil qalası, Kəsranın sarayları, Səba qövmünün sivilizasiya əsərləri və s. dünyanın müxtəlif ərazilərində pərakəndə və lal şəkildə qalmasına baxmayaraq, hər birinin danışacaq min bir “dili” var. Bu həmin dildir ki, şairlər o xarabaların yanından keçərkən mənəvi təkan hiss edərək cuşa gəlir və bədahətən oxuyurlar. Xaqani və onun kimi məşhur şairlər Kəsra saraylarının zərrəciklərindən ilham alır, sanki onları dinləyərək qələmə almaqla ədəbiyyatda şah əsərlərini yazırlar.
Tarixi abidələrə ekskursiya etmək, böyük və çoxsəhifəli tarix kitabını oxumağa bərabərdir. O abidələrə tək-tək baxmaq, onları mütaliə etmək qədər insan ruhunda təsir qoyacaq, onu dirildəcək ikinci bir qüvvə yoxdur. Tarixi abidələrin qarşısında dayandıqda sanki onların hamısı birdən canlanır, viranələr abad olur, çürümüş sümüklər torpağın altında cana gələrək hekayələrini danışmağa başlayırlar. Amma ikinci dəfə baxanda hamısını sönmüş və yaddan çıxmış kimi görürük. Bu iki baxışın arasından alacağımız ibrət bundan ibarətdir ki, onların sahibləri sonda dağılacaq, puç olub aradan gedəcək və yüz illər sonra tarixi abidə kimi baxılacaq dünyaya görə necə də həvəslə çalışmış, onu ələ keçirmək üçün minlərlə cinayətlərə əl atmışlar. Odur ki, Qurani-Məcid müsəlmanların yer üzündə gəzib-dolanmaları, səyahətə çıxmalarını tövsiyə edir. Göstəriş verir ki, müsəlmanlar yer üzündə olan tarixi abidələri öz gözləri ilə görüb onlardan ibarət alsınlar. Bəli. İslam dinində də dünya səyahəti mövcuddur və buna olduqca ciddi əhəmiyyət verilir. Amma İslam dinində dünya səyahəti dedikdə bugünkü həvəskar turistlər deyil, əksinə, keçmişdəkilərin yaşam tərzi barəsində axtarış, tədqiqat aparmaq, onların həyatları haqda məlumat əldə etmək və paralel olaraq dünyanın müxtəlif cəhətlərində Tanrının əzəmətini müşahidə etmək nəzərdə tutulur. Qurani-Məcid məhz buna “yer üzündə səyahət -" deyir. Həmçinin digər ayələrdə də bunu bir daha təsdiqləyir:
1\. De: "Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur!"
2\. De: "Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın".
3\. Məgər onlar dərk etmək üçün qəlbə, eşitmək üçün qulağa malik olsunlar deyə, yer üzündə gəzib dolaşmırlar?
Həmçinin digər ayələri də buna misal göstərmək olar. Bu ayədə dünya səyahəti belə təsəvvür olunur. Dünya səyahəti mənəvi bir səyahət olub yer üzünü gəzməkdən ibarətdir. Amma bu, təkcə gəzməkdən ibarət deyil. Əksinə, bu gəzintidə insanın qəlbi genişlənir, idrakı artır, həqiqətləri insanın gözü görür, qulaqları eşidir, bütün dünya bağlılığından, uzun-uzadı arzulardan yaxa qurtarır.
Təəssüflər olsun ki, bu da İslam dininin digər göstərişləri kimi unudulmuşların siyahısında olduğu üçün diqqət yetirilmir. Hətta İslam alimlərindən bir qismi bu kimi işləri faydalı bilmir, sanki bütün dünyanın cəhətlərini olduğu yerdən görür; öz fikirləri ilə zamanları və məkanları saxlamış, elə bil bu aləmdən artıq çıxmış və ayrı bir aləmdə addımlayır, o cümlədən dünya ictimaiyyətindən və hadisələrindən məlumatsız halda özünü səmərəsiz və faydası olduqca az, üsuldan və əsasdan xaric olan işlərlə məşğul edir.
Bu gün özlərini uzun illər kilsəyə həsr etmiş, tərkidünyalığı seçmiş rahiblər, keşişlər dünyanı dərk etmək üçün səyahətə çıxmağı özlərinə zəruri bilirlər. Görəsən, nədən müsəlmanların Quranın dünya səyahəti barəsində bu qədər tövsiyələrinə əməl etmək fikirləri yoxdur? Bu səyahətlərlə İslam dünyasına yeni sivilizasiya bəxş etmək istəmirlər?
Ali-İmran surəsi, 139-143-cü ayələr
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .١٣٩
إِنْ يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِثْلُهُ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَاءَ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ .١٤٠
وَلِيُمَحِّصَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَمْحَقَ الْكَافِرِينَ .١٤١
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ .١٤٢
وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ أَنْ تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنْتُمْ تَنْظُرُونَ .١٤٣
Ayələrin tərcüməsi
139\. Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz!
140\. Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) eyni cür yara aldı. Biz bu günləri (qələbə və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şahidlər seçsin. Allah zülmkarları sevməz!
141\. (Bu, həm də) Allahın iman gətirənləri təmizləməsi və kafirləri tədricən məhv etməsi üçündür.
142\. Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?
143\. Siz ölümlə qarşı-qarşıya gəlməzdən əvvəl ölüm (Allah yolunda şəhid olmağı) arzulayırdınız. Sonra onu gördünüz və durub baxdınız. (Onu qəbul etməyə hazır deyildiniz. Danışığınızla əməliniz arasında çox fasilə var).
Ayələrin nazilolma səbəbi.
Bu ayələrin nazil olma səbəbi barəsində müxtəlif hədislər nəql olunmuşdur. Ümumi rəyə əsasən, bu ayələr əvvəlki mövzularda haqqında danışdığımız Ühüd döyüşü barəsindədir. Sözün əsl mənasında bu ayələrdə Ühüd döyüşünün təhlili və bir sıra tövsiyələr verilmiş, daha sonra isə tövsiyələrlə yanaşı döyüşün nəticəsi barəsində müsəlmanlara xəbər verilmişdir. Həmçinin təhlil və tövsiyələrlə birlikdə təsəlli və ruhiyyənin güclənməsinə səbəb olan məsləhətlər də vardır. Əvvəlki mövzularda qeyd etdiyimiz kimi, Ühüd döyüşündə bəzi müsəlmanların nizami əmrə tabe olmamaları, döyüş tapşırığına məsuliyyətsiz yanaşmaları sonda məğlubiyyət və ağır itkilərlə nəticələndi. Həmçinin, bu döyüşdə İslam baharının yeni çiçək açmış böyük şəxsiyyətləri, o cümlədən Peyğəmbərin (s) əziz əmisi Həmzə də şəhadət şərbətini içdi. Döyüş başa çatdıqdan sonra gecə Peyğəmbər (s) səhabələri ilə birlikdə cənazələrin olduğu yerə gedərək şəhidlərin hər birinin başı üzərində dayanıb göz yaşı tökdü. Onlar üçün Allahdan bağışlanmaq dilədi. Daha sonra onların hamısını Ühüd dağının ətəyində böyük qəm-qüssə ilə dəfn etdi. Bu zaman müsəlmanların ruh yüksəkliyini artırmaq və məğlubiyyətin psixoloji təsirindən qurtarmaq üçün tövsiyələrə ehtiyacları olduğu üçün yuxarıdakı ayələr nazil oldu.
Ayələrin təfsiri.
Ühüd döyüşünün nəticələri.
Birinci ayədən sonuncuya kimi müsəlmanlara döyüşü uduzduqları üçün qəmgin olmamaq, süstləşməmək, ruhdan düşməmək və sonda qələbədən naümid olmamaları haqda xəbərdarlıq edilir. Ağıllı insanlar qələbədən faydalı istifadə etdikləri kimi, məğlubiyyətdən də dərs almalıdırlar. Məğlubiyyətin səbəblərini araşdırmalı, çatışmazlıqları aradan qaldırılmalı və növbəti dəfə zəfər qazanmaq naminə çalışmalıdırlar.
Odur ki, ayədə deyilir: “Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz”.
(təhinu) sözü (vəhn) sözündən alınmış, lüğətdə fiziki və mənəvi süstlük mənasındadır.
Ayədəki – “Əgər imanınız olsa, siz qalibsiniz!” cümləsi olduqca məna dolu bir cümlədir. Həmçinin ayədə müsəlmanlara qalib gəlmək potensialları olduğu halda, iman və ruhiyyələrinin süstlüyü səbəbindən məğlub olduqları da sətiraltı çatdırılır: “Siz əgər Allahın və Peyğəmbərin əmrindən çıxmasaydınız, Onun göstərişlərinə dəqiq əməl etsəydiniz, döyüş mövqelərini vaxtsız tərk etməsəydiniz bu müsibət sizin başınıza gəlməzdi. Amma yenə də naümid olmayın! Əgər iman yolunda sabitqədəm olsanız, əvvəlki ruhiyyənizi bərpa etsəniz sonda qələbə yenə də sizinlədir! Bir döyüşü uduzmaq, bütün döyüşləri uduzmaq demək deyil! Odur ki, diqqətlə fiziki, nizami və mənəvi naqisliklərinizi aradan qaldırın, güc və qüvvət toplayın, toparlanın, döyüş təchizatınızı artırın və nəhayət, Peyğəmbərin əmrlərinə müzakirəsiz, sorğu-sualsız əməl etmək üçün hazır olun! Peyğəmbərin əmri, Allahın əmridir! Bilin ki, belə olsanız, qələbə sizinlədir!".
Növbəti ayədə də müsəlmanlara sonda necə qalib gəlmək yolları haqqında tövsiyələr olunur. Ayədə deyilir: "Siz gərək bütün qalibiyyəti onların xeyrinə hesablayıb özünüzü tamamilə məğlub olmuş kimi göstərməyəsiniz. Bir halda ki, Bədr döyüşündə az olmağınıza baxmayaraq, kafirlərə böyük zərbələr vurdunuz və sonda qalib gəldiniz. Bədr döyüşündə onlardan yetmişi öldürülmüş və çox sayda insan isə yaralanmışdı. Amma buna baxmayaraq, ruhdan düşmədilər və bunu özləri üçün son bilmədilər. Ühüd döyüşündə sizin səriştəsizliyinizdən və süstlüyünüzdən məharətlə istifadə edərək Bədr döyüşünün intiqamını aldılar. Odur ki, siz də bu məğlubiyyətin son olduğunu düşənməməli, əksinə, yeni zəfər ümidi ilə naqislikləri bərpa etməlisiniz!”. “Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində eyni cür yara aldı”.
(qǝrhun) sözü insan bədəninə dəyən qılınc və ya digər zərbələrdən alınan yaralara deyilir. Bəzi təfsirçilər bu sözü “kafirlərin döyüş meydanında aldıqları yara" olaraq təfsir edirlər.
Birincisi, bu cümlədəki “yara” sözü müsəlmanların aldıqları yaradan deyil. Çünki sözdən sonra (misluhu) sözü gəlmişdir. İkincisi, növbəti ayə ilə uyğunluğu yoxdur (gələcəkdə qeyd olunacaq).
Ayənin davamında Allahın bəşəriyyət üçün təyin etdiyi qanundan söz açaraq bəşər tarixi mərhələsində eniş-yoxuşun, qələbə və məğlubiyyətin mümkünlüyündən, qüdrətlərin, əzəmətlərin və səltənətlərin hamısının sonda alt-üst olacağından xəbər verir. Odur ki, yalnız bir döyüşün məğlubiyyətinin üzərində köklənmək əvəzinə, dünyanın dəyişən qanunlarından istifadə edərək növbəti məğlubiyyəti qələbəyə çevirmək lazımdır. Dünya eniş-yoxuşlar və dəyişən qanunlarla davam etməkdədir. Odur ki, bu qanunlardan faydalanmaq üçün tədbirli addımlar atmaq lazımdır. Allah-taala buyurur: “Biz bu günləri (qələbə və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk".
Allah-taala daim dəyişməkdə olan qanunların arasından daha kamilini insanlara tövsiyə edir. Odur ki, ayənin davamında buyurur: "Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin."
Başqa sözlə, millətlər ağrılı-acılı günlər yaşamasa, xoşbəxt günlərin qədri bilinməz. Daim qalib olmaq və məğlub etmək insanları qəflətə saldığı üçün aqil insanlar məğlubiyyət günlərində onun vurduğu zərbələri düzgün qiymətləndirərək növbəti oyanışa can atır. Budur ki, müdrik insanlar üçün hər bir məğlubiyyətin dəyəri vardır.
Allah-taala ayənin davamında şəhidlərə işarə edərək buyurur: “Biz bu günləri (qələbə və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər seçsin".
Ayə xülasə olaraq müsəlmanlara bunu demək istəyir ki, bu din ucuz başa gəlmədiyi üçün onu asanlıqla əldən vermək haqqınız yoxdur. Bu din şəhidlərin qanı bahasına qorunub saxlanılmışdır. Adətən müqəddəs amallar uğrunda vuruşaraq bu yolda qurban verməyən xalqlar daim kiçik və dəyərsiz hesab edilir. Amma bu yolda şəhidlər verdikdən sonra həm zamanında, həm də gələcək nəsillərin gözündə əzəmət və dəyərlə yad olunur. Amma ayədəki “şühəda” sözü “gələcəyin şahidləri” mənasında da təfsir oluna bilər. Yəni Allah-taala sizlərdən "amrə tabe olmayaraq məğlub olmağınız" haqqında gələcək nəsillər üçün şahidlər təyin etmişdir. Həmçinin bu şahidlər gələcəkdə oxşar hadisələrdə düzgün istiqamət verən müəllimlər olacaqdır. Sonda Allah- taalanın zalımları sevmədiyini elan edərək buyurur: "Allah zülmkarları sevməz”.
Daha sonra Ühüd döyüşündə müsəlmanların məğlubiyyətini xatırladaraq bu kimi hadisələrin hər bir cəmiyyət üçün faydalı tərəflərinin olduğunu izah edir. Belə ki, hər bir cəmiyyətdə eyib və naqislik labüd olsa da, zahirdə cəmiyyət bunu hiss etmir. Amma məğlubiyyətlər zamanı bütün naqisliklər üzə çıxır və hamı əsas səbəbin harda olduğunu öyrənir. Allah-taala bu mövzunu irəli çəkərək buyurur: “Allah taala bu döyüş meydanında imanlı şəxsləri xalis etməklə yanaşı, onların naqis və zəif nöqtələrini başa salmaq istəyir”.
(liyuməhhisə) sözünün mənası bir şeyi qatqılardan təmizləmək, xalisləşdirmək olan "təmhis" sözündən düzəlmişdir. Ayǝ müsəlmanlar barəsində deyir: "Onlar gərək gələcək uğurları və qalibiyyətləri üçün bu kimi imtahanlardan çıxsınlar və öz şəxsiyyətlərinin xalis ölçülərini özləri üçün aydınlaşdırsınlar. Necə ki, İmam Əli (ə) buyurmuşdur:
"Həyatın dəyişkənliyi və çətinliyi insanların kimliyini aydınlaşdırır.
Odur ki, bəzən cüzi məğlubiyyətlər cəmiyyətin yaxşılığa doğru inkişaf və tərəqqisində, yuxugətirən qalibiyyətlərdən daha təsirli və taleyüklü olur. Daha maraqlısı budur ki, “Əl-Mənar” təfsirinin müəllifi Misirin böyük müftisi sayılan ustadı Məhəmməd Əbduhdan belə nəql edir: "Peyğəmbəri yuxuda gördüm və mənə dedi: Əgər Ühüd döyüşünün zəfər və məğlubiyyətini seçmək üçün mənə ixtiyar versəydilər, mən məğlubiyyəti seçərdim. Çünki bu məğlubiyyət İslam tarixində uğurlara tərəf sıçrayışa səbəb olmuşdur".
Sözün əsl mənasında növbəti cümlə birinci cümləyə nəticədir; möminlər hadisələr sobasında bişərək paklandıqdan sonra kifayət qədər cəmiyyəti küfrdən, şirkdən və hər növ çirkinlikdən tədricən paklamaq qüdrəti və təcrübəsi qazandılar. Yəni ilk olaraq özləri paklanmalı və daha sonra cəmiyyəti paklamalıdırlar. Odur ki, ayə buyurur: “Və kafirləri tədricən məhv etməsi üçündür”.
(yəmhəqə) sözü (məhq) sözündən götürülmüş, lüğətdə bir şeyin tədricən azalmasına deyilir. Buna əsasən də ayın son günlərinə "mǝhaq" deyilir. Bildiyimiz kimi, ay tədricən azalaraq yoxa çıxır. Daha geniş desək, bədirlənmiş ay səmada bütöv görünərək işıq saçsa da, günlər azaldıqca o da tədricən kiçilir, bütün əzəmətini və nurunu itirərək sonda yoxa çıxır. Həmçinin şirk və küfr nə qədər çox və qüdrətli olsa belə, hər bir cəmiyyətdə müsəlmanların islah olması və paklanması ilə tədricən əriyib aradan gedir. Bütün bu müqəddimələrə rəğmən, ayə müsəlmanların zehnini hadisə ilə əlaqədar səhv düşüncədən təmizləyərək deyir: "Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?”
"Belə düşünürsünüz ki, Allah yolunda cihad etməmiş, heç bir yolda düzgün istiqamət götürmədən Cənnətdə yeriniz var? Yoxsa belə düşündünüz ki, həmin səadətin dərinliyinə baş vurmaq üçün sadəcə müsəlman adı kifayətdir? Əgər belə olsaydı məsələ olduqca sadə olardı. Amma bir halda ki, məsələ düşünülən qədər də sadə deyil, həqiqi imanlar və etiqadlar üzə çıxmayınca, belə bir səadət heç kəsin nəsibi olmayacaq. Bunun üçün gərək öncə səflər və yollar ayrılmalı, sabirlər və mücahidlər dəyərsiz insanlardan seçilməlidir.
Tarixə və hədislərə əsasən, Bədr döyüşündə müsəlmanların bəzisi şəhadət səadətinə yetişdikdən sonra bir dəstə müsəlman məclis quraraq özlərinin şəhid olmamaları barəsində təəssüflənərək deyirdilər: “Kaş ki biz də şəhid olardıq. Bu səadət bizə də nəsib olardı”.
Əlbəttə, belə düşünənlər sırasında sadiq insanlarla yanaşı özlərini göstərmək üçün ikiüzlü və yalançılar da var idi. Amma çox çəkmir ki, vahiməli Ühüd döyüşü baş verir, o zaman həqiqətən sadiq və şəhadət arzu edənlər cəsarətlə vuruşaraq şəhidlik şərbətini içirlər. Amma sadiqlərə qoşularaq yalandan şəhidlik arzu edənlər döyüşün çətinliyini və müsəlmanların məğlubiyyətini görüb ölümün qorxusundan qaçırlar. Qurani-Kərim onları aşağıdakı ayədə təsvir edərək buyurur: "Siz ölümlə qarşı-qarşıya gəlməzdən əvvəl ölüm (Allah yolunda şəhid olmağı) arzulayırdınız. Sonra onu gördünüz və durub baxdınız”.(Onu qəbul etməyə hazır deyildiniz. Danışığınızla əməliniz arasında çox fasilə var”.
Bəs nə üçün arzu etdiyiniz, aşiq olduğunuz bir şeyi görüb ondan qaçdınız?
Ühüd döyüşünün məğlubiyyət amilləri.
Yuxarıdakı ayələrdə Ühüd döyüşünün məğlubiyyət səbəblərini izah edəcək olduqca diqqətçəkən amillər vardır. Bu məqamların hər biri döyüşün məğlubiyyət səbəbinin üzərindən bir pərdə götürür. Xülasə olaraq hər bir kiçik amil birləşərək belə bir böyük və eyni zamanda üzücü hadisəni meydana gətirmişdir. Onları olduqca xülasə şəkildə aşağıda izah edirik:
1\. İlk amil, səhv düşüncə.
Bəzi yeni iman gətirmiş müsəlmanların düşüncəsinə əsasən, onlar iman gətirdikləri üçün mütləq qalib gələcəkdilər. Yəni onlar qalib gəlmək üçün iman gətirməyin kafi olduğunu düşünmüşlər. Belə ki, bütün döyüş boyu Allah-taala onları qorumalı və qeyb aləminin köməkçilərini yollayaraq onları himayə etməlidir. Bu da müqəddəs İslam dinini səhv anlamaqdan irəli gələn təfəkkür tərzidir. Onlar zəfərin təbii yollarını deyil, qeybi köməklər sayəsində qazanılacağını düşünürdülər. Yəni düzgün döyüş taktikası, nizami mövqelərin tutulması və döyüş təchizatlarını ciddi tutmamışdılar.
2\. İkinci mühüm amil, döyüş nizam-intizamının olmaması və peyğəmbərin əmrinə səhlənkarlıqla yanaşmaları və oxatanların öz mövqelərini tərk etməsi məğlubiyyətin əsas səbəbidir.
3\. Üçüncü amil, yeni iman gətirmiş müəlmanların dünyapərəstlik düşüncəsi idi. Onlar döyüş bitməmiş digər müsəlmanlardan geri qalmasınlar deyə silahlarını ataraq qənimət yığmağa başladılar.
4\. Dördüncü amil isə Bədr döyüşünün qüruru hələ də onların yadında idi. Yəni onların düşüncəsinə əsasən, iman gətirdikləri üçün az sayda olmalarına baxmayaraq, Bədr savaşında qalib gəliblərsə, deməli, Ühüddə də qalib gələcəklər. Odur ki, düşmənin qüdrətini qətiyyən hesaba almadılar. Onların döyüş taktikasını, hərbi təchizatlarını və sair üstünlüklərini görməzdən gəldilər.
Bürtün bunlar bir döyüşün məğlubiyyət amilləri idi. Hansı ki “qaynar suda” yuyularaq aradan getməlidir. Həmçinin müsəlmanlar növbəti döyüşlər üçün bu kimi fikirləri özlərindən uzaq etməli, döyüşün gedişatını düzgün qiymətləndirməklə zəfər əldə etməlidirlər.
Ali-İmran surəsi, 144-145-ci ayələr
وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَنْ يَنْقَلِبْ عَلَى عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ .١٤٤
وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُؤَجَّلًا وَمَنْ يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَنْ يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ .١٤٥
Ayələrin tərcüməsi
144\. Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər olmuşdur. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (İslamdan çıxıb Cahiliyyətə və küfr dövrünə qayıdacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Tezliklə Allah şükür edənlərə mükafat verəcək.
145\. Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. Bu, təyin edilmiş bir taledir. (Buna görə də Peyğəmbərin (s) və ya başqalarının ölümü ilahi qanundur.) Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcəyik. Şükr edənləri də tezliklə mükafatlandıracağıq!
Ayələrin nazilolma səbəbləri.
Bu ayə də Ühüd döyüşündə baş verən hadisələrdən danışır. Belə ki müsəlmanların müşrik və bütpərəstlərlə döyüşünün qızğın yerində birdən kimsə "Muhəmmədi öldürdüm! Muhəmmədi öldürdüm" deyə qışqırmağa başlayır. Bu hadisə Əmr ibn Qəmiə Harisinin atdığı daşın Peyğəmbərin (s) alnını və dodağını yaralaması, dişinin sınması zamanı baş vermişdir. Döyüşün bu yerində düşmən bütün qüvvəsi ilə Peyğəmbəri (s) öldürmək üçün çalışırdı. Amma İslamın bayraqdarı olan Musǝb ibn Əmir var gücü ilə Peyğəmbərin (s) qarşısında duraraq onların hücumlarını dəf edirdi. Amma çox çəkmir ki, özü şəhid olur. Onun siması Peyğəmbərə (s) bənzədiyi üçün müşriklər Peyğəmbərin (s) öldüyünü düşünürlər. Odur ki, Musəbi qan içində yerə yıxılaraq toza bulaşdığını görüb qışqırmağa başlayırlar. Bu xəbərin yayılması müşriklərin döyüş ruhiyyəsinə yüksək təsir bağışladığı qədər müsəlmanların ruhiyyəsinə mənfi təsir edərək onları silkələdi. Bu xəbər yayılan kimi bir dəstə müsəlman döyüş meydanın tərk etdi. Hətta bəziləri Peyğəmbərin (s) ölümü ilə İslam dininin bitdiyini və yenidən bütpərəstliyə qayıdacağını düşünərək bütlərin böyüyündən kömək istəmək qərarına gəlmişdi. Amma bütün bu fiziki və mənəvi hücumların qarşısında Əli (ə), Əbu Dǝcanə, Təlhə və daha bir neçə müsəlman fədakarlıqla dayanmadan vuruşur, digərlərinə də istiqamət verirdilər. O cümlədən Ənəs ibn Nəzr onların yanına gəlib dedi: "Ey müsəlmanlar! Muhəmməd (s) ölsə də, Onun Allahı ölməyib! Gedin vuruşun! Peyğəmbər (s) vuruşub şəhid olduğu yolda siz də vuruşun və şəhidlik şərbətini için!"
Bu sözlərindən sonra düşmən hücum edərək onu şəhid etsə də, az keçmədi Peyğəmbərin (s) sağ qaldığı hamıya məlum oldu. Bu xəbərin düz və ya yalan olması haqqında yuxarıdakı ayə nazil olaraq onları sərt şəkildə məzəmmət edir.
Ayələrin təfsiri.
Şəxsiyyətpərəstlik qadağandır.
Ühüd döyüşündə baş verən hadisələrə əsasən deyə bilərik ki, ayə müsəlmanlara ayrı bir həqiqətdən xəbər verir. O da bundan ibarətdir ki, İslam dini bütün hallarda şəxsiyyətpərəsliyi qadağan edir. Əgər İslam Peyğəmbərinin (s) döyüşdə şəhadət şərbətini içdiyini fərz etsək, də müsəlmanlar döyüşü tərk etməməlidirlər. Çünki Peyğəmbərin (s) yenə şəhid olması ilə İslam dini sona yetmir, əksinə, bu din əbədidir, qiyamətə qədər yaşayacaqdır. Müsəlmanlar da məhz bu səbəbdən mübarizəni davam etdirməli idilər.
Şəxsiyyətpərəstlik mövzusu bütün ictimai nailiyyətləri və müba- rizələri daim təhdid edən bir mövzudur. İstənilən bir hədəfin müəyyən bir şəxsə bağlı olması, həmin şəxsin – peyğəmbər olsa belə – dünyadan getməsi ilə bütün fəaliyyətlər donmuş hesab olunur. Çünki şəxsin adı ilə bağlı olan hər bir inkişaf və tərəqqi həmin şəxs öldükdən sonra məhv olmağa məhkumdur. Bu hal hər bir ictimai fəaliyyətin qarşısını alan ən mühüm amillərdən biri sayılır. İslam Peyğəmbərinin (s) şəxsiyyətpərəstliklə mübarizə aparması Onun haqq olmasına və şəxsiyyətinin aliliyinə dəlalət edir. Əgər O öz şəxsiyyətinə görə çalışsaydı bütün insanları özünə dəvət etməklə yanaşı, həm də cəmiyyətdə belə bir fikrin formalaşmasını daha da inkişaf etdirər, onlara “mən getsəm hər şey bitəcək" düşüncəsini təlqin edərdi. Amma İslam Peyğəmbəri (s) başda olmaqla bütün ilahi rəhbərlər heç vaxt insanları belə bir fikrə dəvət etmədilər. Əksinə, daim belə bir fikrin formalaşmasının əleyhinə tədbirlər görmüş və bu kimi fikirlərə qarşı olmuşlar. O cümlədən insanlara başa salmağa çalışmışlar ki, bizim hədəflərimiz özümüzdən olduqca böyük olduğu üçün fiziki ölümümüzlə onlar heç vaxt aradan getməzlər. Odur ki, Qurani-Kərim birbaşa bu mövzuya toxunaraq deyir: "Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər olmuşdur. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (İslamdan çıxıb Cahiliyyətə və küfr dövrünə qayıdacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz”.
Daha maraqlısı budur ki, ayədə “inqələbtum əla əqabikum” cümləsindən istifadə olunmuşdur. Burada (əqab) sözü (ayağın dabanı) sözünün cǝmidir. Budur ki, ayədəki (inqələbtum əla əqabikum) cümləsi "geriyə (cahillik dövrü) dönəcəksiniz” mənasındadır. Xülasə olaraq burada əsas təfsir bundan ibarətdir ki, “əgər peyğəmbər ölsə və ya öldürülsə, siz yenidən geriyə, cahiliyyət zamanınamı dönəcəksiniz?"
Bundan sonra buyurur: “Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz".
Belə olan təqdirdə öz səadət çarxını saxlamaqla iş bitməyəcək, əksinə, bura kimi qazandığınız bütün yaxşılıqlar sürətlə əlinizdən çıxacaqdır. Sonda ayə bütün çətinliklərə və əks-təbliğata baxmayaraq, döyüşü davam etdirən və axıra qədər şücaətlə vuruşan müsəlmanlara diqqəti yönəldərək onların əməllərini dəyərləndirir, onları nemətlərini Allah yolunda xərclədikdən sonra şükr edən bəndə kimi xatırladır: “Şükür edənləri də tezliklə mükafatlandıracağıq!"
Ayədə şəxsiyyətpərəstliyin əleyhinə olan dərslər və mübarizə metodu yalnız o zamana deyil, bütün əsrlərə və dövrlərə də aiddir. Müsəlmanlar gərək Qurandan heç vaxt, heç kəsin əbədi olmadığı dərsini öyrənsinlər. Əbədi olan mövzular şəxsin və şəxslərin üzərində qurulmamalı və varlıqları onların vaqlıqlarına bağlı olmamalıdır. Fundamental və möhkəm əsaslara söykənməlidir ki, şəxslərin gətirdiyi dəyişikliklər hətta peyğəmbər olsa belə dünyadan köçdükdə onunla bərabər aradan getməsin.
Adətən hər bir məzhəbin və təşkilatın daimilik rəmzi onların bu qaydaya əsaslanmaları ilə ölçülür. Odur ki, şəxslər üzərində qurulan nizamnamə və fəaliyyət proqramları qeyri-ciddi sayılır. Həmçinin belə təşkilatlar tez bir zamanda aradan getməyə məhkum olanlar sırasındadır. Amma bunu da təəssüf hissi ilə qeyd etməliyik ki, hətta İslam cəmiyyətində belə, təşkilatlar şəxslər üzərində qurulduğu üçün tez bir zamanda dağılaraq aradan gedir. Müsəlmanlar Quranın bu kimi ayələrindən ilham alaraq təşkilatlarının proqramlarını elə tənzimləməlidirlər ki, insanlar bu təşkilatlardan layiqincə istifadə etsələr də, onun sütunlarında təsirləri olmasın. Yəni həmin təşkilatın ayaqda durması ilə onların həyatda olmasının hər hansı bir bağlılığı qalmasın.
Ayənin nazil olma səbəbində xatırlatdığımız kimi, Ühüd döyüşündə Peyğəmbərin (s) öldürülməsi şayiəsi yayılan kimi, bəzi müsəlmanlar döyüşü atıb qaçmağa üz qoyurlar. Bəziləri isə qaçmaqdan əlavə İslamdan üz çevirərək yenidən cahillik zamanına qayıtmaq haqqında düşünməyə başlayır. Odur ki, növbəti ayə müsəlmanları oyatmaq üçün yenidən tənbehedici sözlərlə müsəlmanlara buyurur: “Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. Bu, təyin edilmiş bir taledir. (Buna görə də Peyğəmbərin (s) və ya başqalarının ölümü ilahi qanundur.)”
Bəli, ölüm yalnız Allahın ixtiyarındadır. Allah-taala hər bir insan üçün əvvəlcədən müəyyən olunmuş əcəl təyin etmişdir ki, ondan qaçmaq qətiyyən mümkün deyil. Əgər Peyğəmbər (s) döyüş meydanında şəhidlik şərbətini içsəydi belə, bu, İlahinin qanunu olacaqdı. Odur ki, müsəlmanlar bu xəbərdən qorxmamalı və batillə mübarizələrini davam etdirməli idilər. Bundan əlavə döyüş meydanından qaçmaqla İlahinin təqdir etdiyi əcəldən yayınmaq mümkün deyil. Buna əsasən, canı qorumaq üçün döyüş meydanından qaçmaq bihudə və əbəsdir. Mütləq və müəlləq əcəllər barəsində “Ənam” surəsinin ikinci ayəsi barəsində danışarkən inşallah məlumat verəcəyik. Ayənin sonunda deyilir: “Bu, təyin edilmiş bir taledir. (Peyğəmbərin (s) və ya başqalarının ölümü ilahi qanundur.) Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcəyik".
İnsanın zəhməti heç vaxt cavabsız qalmır. Əgər kiminsə məqsədi Ühüd döyüşünə yalnız qənimət əldə etmək üçün gələn müsəlmanlar kimi maddi dünya nemətləridirsə, sonda ona çatacaq və istəklərinə nail olacaq. Əgər bunun tam əksinə, kimsə insanlığın ali hədəflərinə və əbədi həyata qovuşmaq üçün səy göstərərsə, bu da nəticəsiz qalmayacaq, sonda öz istəyinə qovuşacaqdır. Odur ki, hər iki hədəfə yetişmək üçün yalnız səy və çalışmaq lazımdır. Amma təəccüblüsü budur ki, görəsən nə üçün insan böyük sərmayə olan öz vücudunu insanlığın ali mərtə bəsinə və əbədi həyata yiyələnmək üçün xərcləmir?
Ayə davamında təkidlə deyir: "Şükür edənləri də tezliklə mükafatlandıracağıq”.
Ayədə diqqəti cəlb edən məqamlardan biri də budur ki, öncəki ayədə savabın verilməsi barəsində danışan cümlədə feil üçüncü şəxs formasında işlənmişdir: "Tezliklə Allah şükür edənlərə mükafat verəcək." Bu cümlədə isə feil birinci şəxsin cəmində verilmişdir, yəni müxatǝb formasında; “Şükür edənləri də tezliklə mükafatlandıracağıq!” Bu özü də onlara mükafat verilməsi haqqında ilahi vədəyə son dərəcə təkid edir. Sadə formada desək, Allah-taala buyurur ki, onların mükafatının zəmanəti Mənəm.
"Məcməül-bəyan" təfsirində bu ayənin izahında imam Baqirdən (ə) belə nəql edilir ki, İmam Əli (ə) Ühüd döyüşündə altmış yara almışdır. Odur ki, Allahın Rəsulu (s) Ümmü Səlim və Ümmü Ətiyyəyə Əlinin (ə) yaralarını sarımaq və müalicə etmək üçün göstəriş verir. Onlar çox çəkmir ki, nigaranlıqla Peyğəmbərin (s) hüzuruna qayıdaraq Əlinin (ə) vəziyyətinin ağır olduğunu, hətta həyatının təhlükədə olduğunu xəbər verirlər. Onların dediklərinə əsasən, onun yarası o qədər çoxdur ki, birini sarıdıqda digər yaranın qanı axır. Peyğəmbər (s) və müsəlmanların bir dəstəsi Əlinin (ə) vəziyyətindən xəbərdar olmaq üçün onun evinə gəlirlər. Əli (ə) yaralar içində və bədəni sarıqlı idi. Peyğəmbər (s) mübarək əlini onun yaralarının üzərinə çəkərək buyurdu: “Allah yolunda belə canfəşan- liq edən şəxs, bu yolda öz məsuliyyətinin ən ciddi dərəcəsini ortaya qoymuşdur". Əli (ə) buyurdu: “Allaha şükürlər olsun ki, biz bu döyüşdən qaçmadıq və düşmənə arxa çevirmədik!". Peyğəmbərin (s) əlini sürtdüyü yaralar tezliklə sağalmağa başladı. Allah-taala onların bu əməllərini cavabsız qoymur və öz təşəkkürünü tez bir zamanda iki ayə ilə açıqlayır.
Tezliklə Allah şükür edənlərə mükafat verəcək.
“Şükür edənləri də tezliklə mükafatlandıracağıq!"
Ali-İmran surəsi, 146-148-ci ayələr
وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللَّهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا وَاللَّهُ يُحِبُّ الصَّابِرِينَ .١٤٦
وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَنْ قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ .١٤٧
فَآتَاهُمُ اللَّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الْآخِرَةِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ .١٤٨
Ayələrin tərcüməsi
146\. Çoxlu sayda Allahpərəst insanın birlikdə döyüşdüyü neçə-neçə peyğəmbər olmuşdur. Onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbir edənləri sevər!
147\. Onların: "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Bizi sabitqədəm və kafirlər üzərində qalib et!" - deməkdən başqa sözləri olmamışdır.
148\. Buna görə də Allah həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini onlara verdi. Allah yaxşı iş görənləri sevər!
Ayələrin təfsiri.
Öncül mücahidlər.
Qanlı Ühüd hadisəsindən sonra Allah-taala yuxarıdakı ayələrdə keçmiş peyğəmbərlərin mücahidlərinin və köməkçilərinin şücaət, iman və düzgün istiqamətlərini müsəlmanlara xatırladaraq onları şücaətə və möhkəmliyə təşviq etməklə yanaşı, döyüş meydanından qaçanları da məzəmmət edərək deyir: "Çoxlu sayda Allahpərəst insanın birlikdə döyüşdüyü neçə-neçə peyğəmbər olmuşdur. Onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər.
Bəli. Çox sayda peyğəmbərlərin allahpǝrǝst mübariz səhabələri onlarla eyni səfdə olmuşlar. (kəəyyin) sözü “nə çox" mənasındadır. Sözün əsas tərkibi “ك" bənzətmə ədatı və “اي" sual ədatının birləşməsindən tərkiblənərək müstəqil söz düzəlmişdir.
(rǝbbiyyun) sözü sözünün cəm formasıdır. Ərəb dili lüğətində imanlı, alim, düzgün istiqamətli ixlaslı və Allahla rabitəsi olduqca möhkəm olan şəxsə deyilir. Allah-taala ayədə daha sonra onların imanlarında necə möhkəm olmalarını aşağıdakı kimi şərh edir: Onlar öz peyğəmbərlərinin müdafiəsinə qalxar, Ona kömək edər, böyük itkilər vermələrinə baxmayaraq yolarında dönməz və şücaətli olarlar, onlara insanı taqətdən salan hər hansı bir çətinlik üz versə, əsla yollarından dönməzlər. "Onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər”. Allah-taalanın belə möminləri sevməsi təbiidir: Allah səbir edənləri sevər!”
Onlar hər hansı bir səhvə yol verdikdə, ya imanlarında süstlük müşahidə etdikdə döyüş meydanından qaçmır, döyüşü tərk etmir, dindən çıxmaq fikrinə düşmür, ümumiyyətlə, bu barədə heç düşünmür, təslim olmur və küfr etmirlər. Əksinə, üzlərini ilahi dərgaha çevirərək əfv və günahlardan bağışlanmaq istəyir, Allahdan bu yolda düzgün istiqamət, səbir və möhkəmlik diləyirlər: "Onların: "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Bizi sabitqədəm və kafirlər üzərində qalib et!" - deməkdən başqa sözləri olmamışdır”.
Onlar belə bir iman və tərzi-təfəkkürlə təbii ki, Allahdan öz mükafatlarını alacaqlar. Həm bu dünyada etdikləri qəhrəmanlığa görə zəfər, həm də axirət hədiyyəsini alacaqlar: “Buna görə də Allah həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini onlara verdi”.
Ayə sonda onların yaxşıların sırasında olmalarını təsdiq edərək buyurur: “Allah yaxşı iş görənləri sevər!"
Xülasə, ayələrin belə bir düzülüşü keçmiş ümmətlərin əhvalatı, mücahidlərin həyat və fəaliyyətləri, çətinliklərlə mübarizə metodları, qələbə uğurları və sair barəsində yeni iman gətirmiş müsəlmanları məlumatlandıraraq gələcək döyüşlərdə uğur qazanmağa sövq edir.
İncəliklər:
Yuxarıdakı ayələrin təfsirindən sonra toxunulacaq incə mətləblər mövcuddur:
1\. Ayədəki "səbir" sözü əvvəlki ayələrdə də tərcümə etdiyimiz kimi "istiqamət" mənasındadır. Bundan əlavə bu söz bir növ "zəiflik" və "təslim" sözünün antonimi olaraq işlədilmişdir. Həmçinin ayədə "səbir edənlər" və "yaxşılar" sözləri sinonim kimi istifadə olmuşdur. Sonuncu ayələrdə buyurur:
“Allah səbir edənləri, düzgün istiqamət seçənləri” və növbəti ayədə isə “Allah ehsan edənləri sevir" deyir. Burada yaxşılıq etməyi və düzgün istiqamətli olmağı eyni səviyyədə şərh edərək bunu çatdırır ki, kiminsə düzgün istiqaməti olmasa pulunu hara xərclədiyini artıq biz müəyyən edə bilmərik. Yəni sözün əsl mənasında düzgün istiqamət olmadıqda düzgün ehsanlar da olmayacaqdır.
2\. “Həqiqi mücahidlər” məğlubiyyətlərinin səbəblərini başqalarında axtarmır və ya digər sadaladığımız səbəbləri bəhanə gətirmir, əksinə, bütün xətaların əsas mənbəyini özlərində axtarır, bu xətaların aradan qaldırılıması üçün əllərindən gələni əsirgəmirlər. Onlar hətta özləri barəsində məğlubiyyət sözünü belə işlətmir, əvəzində "israf, emosiyalara qapılmaq" kimi sözlərdən istifadə edirlər.
Biz isə onların əksinə bütün zəif nöqtələrimizi, düzgün istiqamət götürməməyimizi görməzdən gələrək onların səbəblərinin xaricdən təsirləndiyini və burada başqasının rolunun olması ilə əlaqələndiririk. Nəticədə isə öz xətalarımızı aradan qaldırmaq üçün heç bir addım atmırıq.
3\. Yuxarıdakı dünya mükafatından danışan ayədə “səvabəd dunya”, axirət mükafatından danışanda isə “və husna səvabil axidəh” cümləsindən istifadə olunmuşdur. Axirət mükafatının dünya mükafatlarından xeyli fərqli olması məlumdur. Misal üçün dünya mükafatı nə qədər dəyərli olmasına baxmayaraq, təbiətin qanunlarına əsasən, sonda köhnələrək aradan getməyə məhkumdur. Amma axirət mükafatı mücərrəd olduğu üçün əbədi olması ilə yanaşı, daim gözəl və təravətlidir.
Ali-İmran surəsi, 149-151-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا الَّذِينَ كَفَرُوا يَرُدُّوكُمْ عَلَى أَعْقَابِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ .١٤٩
بَلِ اللَّهُ مَوْلَاكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ .١٥٠
سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ .١٥١
Ayələrin tərcüməsi
149\. Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geri döndərər və siz də ziyana düşərsiniz.
150\. Xeyr, sizin himayəçiniz Allahdır. O, yardım edənlərin ən yaxşısıdır.
151\. Heç bir dəlil və sübut olmadan Allaha şərik qoşduqlarına görə tezliklə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülmkarların yeri necə də pisdir.
Ayələrin təfsiri.
Təkrar xəbərdarlıqlar.
Bu ayələr Ühüd döyüşündən sonra orada baş verənləri bir daha nəzərdən keçirmək və müzakirə etmək üçün nazil olmuşdur. Keçmiş ayələrin məzmunu, öncəki və hazırkı ayələr sözümüzün dəlilidir. Tarixə nəzər saldıqda belə başa düşülür ki, Ühüd döyüşündən sonra İslam düşmənləri boş oturmamış, dost cildinə girərək müsəlmanlar arasına nüfuz etmiş, onların zehinlərini zəhərli sözlərlə korlamış və qəlblərinə şəkk salaraq təfriqə toxumu səpmişlər. Onlar müsəlmanlara ürəklərinin yandığını göstərməklə onların döyüşdən sonrakı qarışmış psixologiyasından məharətlə istifadə edib bəzilərini İslam dininə qarşı bədbin etmişdilər. Hətta belə bir zamanda xristian və yəhudilərin bu işi sürətləndirmək üçün münafiqlərə qoşulduğu və onlarla həmkarlıq etdiyi də istisna deyil. Necə ki döyüş meydanında Peyğəmbərin ölüm xəbərinin sürətlə yayılması üçün canfəşanlıq etmişdilər. Birinci ayə müsəlmanları diqqətli olmağa dəvət etməklə yanaşı, onlardan uzaq olmalarını tövsiyə edir: "Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geri döndərər və siz də ziyana düşərsiniz”.
Ayədə müsəlmanlara xəbərdalıq olunaraq deyilir: İslam dininin göstərişlərinə əsasən, iftixar dolu mənəvi və maddi təkamül yolunu keçdikdən sonra, başlanğıcı küfr və fəsaddan ibarət olan yola dönüş edəcəksiniz. Bu zaman ən böyük ziyana düşən, maddi və mənəvi xəsarət alan da məhz siz olacaqsınız. Əlbəttə, insan üçün İslamı küfrlə, səadəti bədbəxtliklə, həqiqəti batillə dəyişməkdən daha böyük bədbəxtlik ola bilərmi? Növbəti ayədə müsəlmanlara onların böyük arxa-dayağının olması barəsində bir daha məlumat verilərək deyilir: "Xeyr, sizin himayəçiniz Allahdır. O, yardım edənlərin ən yaxşısıdır".
O heç vaxt məğlub olmayan, heç bir qüdrətlə müqayisə olunmayan, heç bir bənzəri olmayan dostdur. Halbuki ondan savayı hər bir dostun məğlub olaraq məhv olması mümkündür. Sonuncu ayədə müsəlmanlara Ühüd döyüşündə ilahi yardım və himayədən, o cümlədən möcüzəvi şəkildə qazanılmış qələbədən söz açaraq, onları zəfərdolu gələcəyə ümidlə baxmağa təşviq etməklə yanaşı, həm də qələbə vədəsi verərək deyir: "Heç bir dəlil və sübut olmadan Allaha şərik qoşduqlarına görə tezliklə kafirlərin ürəklərinə qorxu salarıq".
Ühüd döyüşündən bəhs edərkən savaşdan sonra Məkkə müşriklərinin geri qayıdaraq Mədinəni qarət etmək fikri barəsində ətraflı məlumat vermişdik. O cümlədən dedik ki, Ühüd zəfəri Məkkə bütpərəstlərinin gözlərini necə tutmuşdusa, geri dönərkən yarıyolda qayıdıb Mədinəni qarət etmək, müsəlmanları tamamilə məhv etmək və əgər Peyğəmbər (s) də ölməyibsə onu da öldürərək birdəfəlik məsələyə son qoymaq fikrinə düşdülər. Bu fikirlə də geri döndülər.
Amma Allah-taala onların qəlbinə elə qorxu və vəhşət saldı ki. onlar Mədinəyə çatmadan geri döndülər. Hətta hədislərə görə, Ühüd qələbəsi ilə Məkkəyə yaxınlaşan kafirlərin üzlərində məğlubiyyət qorxusu var idi. Ayədə onların qəlblərinə qorxu salınmasının bu cür izahı diqqəti cəlb edir: "Heç bir dəlil və sübut olmadan Allaha şərik qoşduqlarına görə tezliklə kafirlərin ürəklərinə qorxu salarıq”.
Həqiqətən də, əqidə əsasları xurafatdan ibarət olan hər bir kəs dəlil və bürhandan heç nə anlamaz. Onlar bəzən mənasız şeyləri nəzərlərində dağ kimi böyüdüb ibadət edir, bəzən taxtadan nələrsə düzəldib onun əmrində olurdular. Onların bütləri bütün hadisələrə qarşı sakit və heç bir hərəkəti olmayan bacarıqsız əşyadan ibarətdir. Heç bir ideoloji bağlılığı və əsaslı əqidəsi olmayan müşriklər hadisələrin qarşısında tez məğlub olur və fikirlərində haldan-hala düşürlər. Xüsusən də baş verən hadisə həyati mövzulara aid olduqda onların belə bir vəziyyətdən baş çıxarmaları mümkünsüz olurdu. Məsələn, onlar Mədinədən yaralı müsəlmanların yenidən döyüşmək üçün meydana qayıtdığını eşitdikdə, müsəlmanların yüksək əhval-ruhiyyəsindən vahiməyə düşürlər. Xüsusən də bu məsələni hazırkı dünyanın qüdrətli sayılan şəxsləri üzərində tətbiq etsək, onların da kiçik bir hadisədən təsirləndikləri, canlarına qorxu düşdüyünü müşahidə edirik. Mənasız bir şeyi özlüyündə dağ boyda şişirdirlər. Çünki özləri üçün həyatda əbədi və möhkəm söykə- nəcək tapmamışdılar. Ayə onların sonuna işarə edərək deyir: “Onların yeri Cəhənnəmdir. Zülmkarların yeri necə də pisdir".
İncəliklər:
Qorxu yolu ilə qələbə.
Müxtəlif hədislərdə Peyğəmbərin (s) belə buyurduğunu oxuyuruq: “Allah-taalanın mənə verdiyi üstünlüklərindən biri də budur ki, düşmənlərimin qəlbinə qorxu salmaqla məni onların üzərində qalib edir".!
Bu məsələ müharibələrdə qələbənin ən mühüm amillərindən hesab edilir və bu gün də öz aktuallığını qoruyub saxlayır. Belə ki, əsgərlərin ruh yüksəkliyi qələbəyə onların say və təchizatlarından daha çox təsir göstərir. İslam cihada olan iman və sevgi ruhunu gücləndirməklə, şəhidliyi fəxr saymaqla və qüdrətli Allaha təvəkkülü tövsiyə etməklə öz mücahidlərinə bu ruhiyyəni ən yüksək səviyyədə aşılayır. Halbuki güvənc yerləri iradəsiz və cansız bütlər olan bütpərəstlər ölümdən sonrakı həyata inanmırdılar, xurafat onların fikirlərini qarışdırmışdı, ruhiyyələri çox zəif idi. Müsəlmanların onların üzərində qələbə çalmasına səbəb olan amillərdən biri məhz bu ruhiyyə fərqi idi.
Ali-İmran surəsi, 152-154-cü ayələr
وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُمْ بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنْكُمْ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ .١٥٢
إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَى أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَى مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ .١٥٣
ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا يَغْشَى طَائِفَةً مِنْكُمْ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنْفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ يُخْفُونَ فِي أَنْفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَى مَضَاجِعِهِمْ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ .١٥٤
Ayələrin tərcüməsi
152\. Allah (Ühüd müharibəsində) Öz vədinə sadiq çıxdı. Siz Onun əmri ilə düşmənləri qətlə yetirdiniz. (Bu qələbə) siz zəiflik göstərənə, (mövqelərinizi tərk etmək üstündə) bir-birinizlə mübahisə edənə və istədiyinizi aldıqdan sonra əmrdən boyun qaçırdığınız vaxta qədər (davam etdi). İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Sonra Allah sizi onları təqib etmək fikrindən daşındırdı. (Qələbənizi məğlubiyyətlə nəticələndirdi ki,) sizi Sınaqdan keçirsin. O, sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!
153\. Dağa qalxdığınız və Peyğəmbərin sizi arxadan çağırmasına baxmayaraq, (qorxudan) geridə qalanlara baxmadığınız vaxtı xatırlayın. Əlinizdən çıxan şeylərə (qənimətlərə) və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz deyə Allah qəminizin üstünə qəm gətirməklə sizi cəzalandırdı. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!
154\. Bu qəm-qüssədən sonra Allah sizə rahatlıq göndərdi. Xəfif bir yuxu şəklində gələn bu rahatlıq sizin bir qisminizi sardı. O biri qisminiz isə ancaq öz canlarının hayına qalaraq: “Qələbənin bizə xeyri varmı?" - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. De: “Bütün işlər (qələbələr) Allahın əlindədir." Onlar ürəklərində sənə açıb demədikləri şeyləri gizlə- dərək: "Əgər bizim qələbədə payımız olsaydı, burada öldürülməzdik", - deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər. Bunlar Allahın ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartması və qəlblərinizdə olanları təmizləməsi üçündür. Allah ürəklərinizdə olanlardan xəbərdardır".
Ayələrin təfsiri.
Qələbədən sonra məğlubiyyət.
Ühüd döyüşündə, müsəlmanların əvvəlcə Peyğəmbərin (s) göstərişi əsasında döyüş qanunlarına uyğun vuruşduqları üçün qələbə çalmaları, habelə müsəlmanların şücaəti sayəsində düşmən ordusunun qaçmağa başlaması haqda xəbər verilmişdir. Amma sonradan "Eyneyn” dağında Peyğəmbərin əmri ilə yerləşdirilmiş Abdullah ibn Cubeyrin rəhbərlik etdiyi oxatanlardan ibarət dəstənin qənimət sevgisi ilə Peyğəmbərin (s) əmrinə itaətsizlik etməsi İslam ordusuna ciddi zərbə dəyməsinə səbəb oldu. Onlar döyüşü bitmiş hesab edərək qənimət yığmaq üçün öz səngərlərini tərk edərək döyüş meydanına getdikdə düşmən arxadan hücum edərək müsəlmanlara ciddi zərbə vurdu. Müsəlmanlar böyük itki ilə Mədinəyə qayıtdıqda bir-birinə deyirdilər: “Məgər Allah bizə qələbə çalacağımız haqqında vədə verməmişdi?”
Yuxarıdakı ayələr bu sualı cavablandıraraq, onların məğlubiyyət səbəblərini izah edir. İndi isə ayələrdəki incəlikləri təfsilatı ilə bəyan edirik: “Allah (Ühüd müharibəsində) Öz vədinə sadiq çıxdı. Siz Onun əmri ilə düşmənləri qətlə yetirdiniz”.
Yəni Allahın sizin qələbəniz barəsində verdiyi vəd kamil şəkildə düzgün idi. Məhz bu dəlilə əsasən də döyüşün əvvəllərində qələbə sizinlə idi. Allahın əmri ilə düşmənə qalib gəlmiş və onların ordularını pərakəndə salmışdınız. Sizin qələbəniz Peyğəmbərin (s) əmrlərinə sadiq qalaraq döyüş səngərlərini tərk etmədiyiniz ana qədər davam etdi. Süstlük və itaətsizlik ruhiyyəsi sizə hakim olan kimi qazandığınız qələbə məğlubiyyətə çevrildi. Əgər qələbə haqqında verilən vədənin qeyd-şərtsiz reallaşacağını düşünmüşdünüzsə, demək ki, yanılmışsıznız. Verilmiş bütün qələbə vədlərinin ümdə şərti, Allahın əmrlərinə itaət etməkdədir. Allahın müsəlmanlara bu döyüşdə harada qələbə vəd etməsi haqqında iki ehtimal mövcuddur. Birinci ehtimal Allah-taalanın bütün müsəlmanları təkrar-təkrar qələbə ilə müjdələməsidir.
İkincisi isə müjdəsi ilahi müjdə olan Peyğəmbərin (s) bu döyüşdə müsəlmanlara qələbə vəd etməsidir.
Qurani-Kərim bundan sonra buyurur: “(Bu qələbə) siz zəiflik göstərənə, (mövqelərinizi tərk etmək üstündə) bir-birinizlə mübahisə edənə və istədiyinizi sizə göstərəndən sonra əmrdən boyun qaçırdığınız vaxta qədər (davam etdi).
Bəli. İlk müşahidələrə əsasən, siz arzu etdiyiniz və gözoxşayan qələbə uğrunda çalışır və cəsarətlə vuruşdunuz. Amma bu qələbəni qoruyub saxlamaq üçün çalışmadınız. Halbuki qələbəni əldə saxlamaq onu qazanmaqdan çox çətindir.
Buna əsasən, Eyneyn dağında döyüş tapşırığında olan oxatanların vəziyəti aydınlaşır. Oxatanların arasında səngəri tərk edib-etməmək haqqında (döyüşün üzü qələbəyə doğru getdiyini müşahidə etdikdən sonra döyüş tapşırığını tərk edərək qənimət ardınca meydana yollanmaq barəsində) ixtilaf düşür. Təəssüf ki, çoxu səngərin tərk olunmasına üstünlük verərək, peyğəmbərin əmrinə qarşı itaətsizlik edir. Həmçinin ayədəki (əsəytum) əmrə qarşı itaətsizlik” sözü əksəriyyətin əmrə müxalif olaraq səngəri tərk etmək istədiyinə dəlalət edir.
Daha sonra ayə əlavə edir: “İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti (o cümlədən Abdullah ibn Cubeyr və onun kimi bir neçə nəfər oxatanlardan dinlərində sabitqədəm olaraq Peyğəmbərin (s) əmrindən çıxmamağı daha çox təkid edirdilər.) istəyirdi".
Bu zaman Allah-taala qələbə bayrağını endirərək sizi imtahan etdi: "Sonra Allah sizi onları təqib etmək fikrindən daşındırdı. (Qələbənizi məğlubiyyətlə nəticələndirdi ki,) sizi sınaqdan keçirsin".
Sonda bütün bunlara baxmayaraq, Allah-taala sizi bağışlayaraq növbəti qələbələr üçün şərait yaratdı: "O, sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir”.
Növbəti ayədə Allah-taala Ühüd döyüşünün sonunu müsəlmanlara xatırladaraq buyurur: "Dağa qalxdığınız və Peyğəmbərin sizi arxadan çağırmasına baxmayaraq, (qorxudan) geridə qalanlara baxmadığınız vaxtı xatırlayın”.
“Arxaya baxmadan və mömin qardaşlarınızın hansı vəziyyətdə olmalarını düşünmədən hər tərəfə pərakəndə şəkildə qaçdığınız zamanı xatırlayın. Halbuki Peyğəmbər (s) sizi arxadan (geri dönmək üçün) səsləyirdi".
Allahın Rəsulu dayanmadan arxanızca fəryad edərək deyirdi: "Ey Allahın bəndələri! Mənə tərəf qayıdın! Mənə tərəf qayıdın! Mən Allahın rəsuluyam!" Amma təəssüflər olsun ki, heç biriniz Onun sözünə diqqət yetirmədiniz: “Buna görə də sizin qəminizin üstünə qəm gəldi”.
Məğlub olmanız, şücaətli əsgərlərin və sərkərdələrin şəhid olmaları, döyüşdə çox sayda yaralıların olması üçün qəm yeməyinizin, həmçinin peyğəmbərin ölüm şayiəsinin yayılması və o həzrətin bir neçə yerdən yaralanması və digər arzuolunmaz hadisələrin baş verməsinin yalnız bir səbəbi var. O da Peyğəmbərin (s) əmrindən çıxmağınızdır. "Əlinizdən çıxan şeylərə (qənimətlərə) və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz deyə, Allah qǝminizin üstünə qəm gətirməklə sizi cəzalandırdı. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!"
Yəni Allah-taala itaətkarların, əsl mücahidlərin və döyüşdən qaçanların vəziyətindən xəbərdardır. Odur ki, siz bəzi sözləri danışmaqla özünüzü aldatmamalı və döyüş meydanında baş verənlərin əksinə danışmamalısız. Birinci dəstədənsinizsə, buna görə Allaha şükr edərək həmd-səna deyin. Əks halda isə günahlarınızdan tövbə edərək sakit dayanın.
Ühüd döyüşünün gecəsi müsəlmanlar üçün olduqca iztirablı və qəmli bir gecə idi. Onlar qüreyş döyüşçülərinin yenidən Mədinəyə qayıdacağını və müsəlmanların sonuncu qüvvələrini də tar-mar edəcəklərini ehtimal edirdilər. Ola bilsin bütpərəstələrin yenidən Mədinəyə qayıtmaq xəbəri də onların qulaqlarına çatmışdı. Əgər onlar həqiqətən qayıtmış olsalar, bu zaman ən təhlükəli döyüş başlayacaqdı. Bu arada sadiq mücahidlər və Ühüd meydanından qaçdıqdan sonra tövbə edənlər Allahın mərhəmətinə ümid bəsləyir, İlahiyə etimad edir və bununla yanaşı Peyğəmbərin (s) gələcək haqqında ümidverici vədlərinə əminliklə inanırdılar. Belə bir iztirab və nigaranlıq gecəsində, hələ döyüş paltarlarını soyunmamış, qılınclarını qınlarına qoymamış, asudə və aramlıq içində yuxulayırdılar. Amma münafiqlər, qorxaqlar və imanları zəif olanlar bütün gecə narahatlıq və iztirab içində olmaqla yanaşı, gözlərinə yuxu getmədi. Sözün əsl mənasında səhərə qədər mücahidlərə keşik çəkdilər. Odur ki, sonuncu ayə onların o gecəki əhval-ruhiyyələrini şərh edərək buyurur: "Bu qəm-qüssədən sonra Allah sizə rahatlıq göndərdi. Xəfif bir yuxu şəklində gələn”. Amma münafiq və imanı zəif olanlar daim nigaranlıq və narahatlıq içində yaşayaraq heç vaxt bu ləzzətin tamını dadmayacaqlar.
Daha sonra Qurani-Məcid gecəni səhərə qədər nigarançılıqdan mürgü belə vurmayan münafiqlərin və imanlarında süst olanların fikirlərini, aralarında olan müzakirələri şərh edərək buyurur: “Digər qisminiz isə ancaq öz canlarının hayına qalaraq Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar.
Onlar öz-özünə və ya biri-birinə deyirdilər: "Deyirdilər: Bu qələbənin bizə xeyri varmı?”
Yəni belə bir şeyin olmasını qeyri-mümkün hesab edirdilər. Odur ki, Qurani-Məcid onların cavabında buyurur: "De: Bütün işlər (qələbələr) Allahın əlindədir”.
Əgər Allah sizi qələbəyə layiq bilsə, onu, mütləq, sizə nəsib edəcəkdir: "Onlar ürəklərindən keçirdiklərini sənə demək istəmirlər. Çünki elə bilirlər ki, ürəklərindən keçənləri dedikdən sonra sən onları kafir elan edəcəksən.”
Onlar sanki döyüşün məğlubiyyət səbəbini İslam dininin düzgün din olmaması kimi qiymətləndirirdilər. Odur ki, “əgər bizim qələbədə payımız olsaydı, burada öldürülməzdik”, - deyirlər.
Allah-taala onların səhv düşüncələrinə cavab olaraq iki əsas mövzuya işarə edir. Döyüş meydanından və ya sizə üz verən təhlükələrdən qaçmaqla ölümdən qurtulacağınızı sanmayın. Odur ki, buyurur: “De: Əgər evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər”.
Yəni kimsə döyüş meydanında iştirak etməyib əbədi yaşayacağını düşünməsin. Əksinə, ölümün yetişməsi əcəlin harada bitməsinə bağlı olan bir mövzudur. Harada yetişdisə, orada da ömür sona yetəcəkdir.
Adətən əhalisinin əksəriyyəti süst əqidəli insanlardan ibarət olan hər bir millət sonda məğlubiyyətə məhkumdur. Odur ki, hər bir kəs ölümü dadacaqdır. Amma zillətlə, təhqir edilərək öz evində ölümü gözləməkdənsə, bu canı cihad meydanında, Allah yolunda döyüşərək fəxrlə, qılınclar altında vermək necə də gözəldi. Digər tərəfdən, bu kimi hadisələrin baş verməsi lazımdır ki, insanlar qəlblərində olanlarla özlərini tanıtdırsınlar və hər kəs sırasını bəlli etsin. Bundan əlavə bu kimi hadisələr insanların tədricən möhkəmlənməsində, niyyət və imanlarında ixlaslı olması və qəlblərinin paklanmasında olduqca təsirlidir. Odur ki, Quran buyurur: "Bunlar Allahın ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartması və qəlblərinizdə olanları təmizləməsi üçündür.
Və sonda Allah-taala bir daha təkidlə buyurur: "Allah ürəklərinizdə olanlardan xəbərdardır”.
Ayələrdən məlum olduğu kimi Allah-taala insanların zahiri əməllərinə və necə görünmələrinə deyil, qəlblərinə daha çox diqqət edir, həmçinin qəlblərini müxtəlif imtahanlarla bütün çirkinliklərdən, şirkdən, şəkk və nifaqdan təmizləyir.
Ali-Imran surəsi, 155-ci ayə
إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ .١٥٥
Ayənin tərcüməsi
155\. (Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gün qaçanları Şeytan düçar olduqları bəzi günahlar sayəsində yoldan çıxartdı. Allah onları bağışladı. Allah bağışlayandır, həlimdir!
Ayənin təfsiri.
Günah növbəti günahın müqəddiməsidir.
Bu ayə yenidən Ühüd döyüşünü nəzərdən keçirərək başqa bir həqiqəti müsəlmanların nəzərinə çatdırır. O da bundan ibarətdir ki, şeytanın vəsvəsələrindən əmələ gələn mənəvi boşluqlar insanı günaha sövq edir. Bu günahlar nəticəsində onun ruhunda yaranmış boşluq növbəti günah üçün əlverişli şərait yaradır. Çünki hər bir günahın təsirindən ruh zəifləyir və günaha qarşı müqaviməti zəifləyir. Odur ki, hər bir günah digər günah üçün müqəddimə sayılır. Əks halda günahdan paklanmış qəlbdə şeytanın vəsvəsələri heç bir təsir qüvvəsinə malik olmayacaqdır. Ayə buna rəğmən buyurur: “(Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gün qaçanları Şeytan düçar olduqları bəzi günahlar sayəsində yoldan çıxartdı. Allah onları bağışladı. Allah bağışlayandır, həlimdir”.
Bəli. Qurani-Məcid bir daha xatırladır ki, bəzi müsəlmanların Ühüd meydanından qaçmaqlarına və ya şeytan vəsvəsələrinin onlara qalib gəlmələrinə əsas səbəb onların bəzi günah əməlləridir. Amma Allah-taala onların günahlarını bağışladı. Odur ki, onlara gələcək döyüşlər üçün uğur tövsiyəsi olaraq çatdırır ki, döyüşdə qələbə qazanmaq üçün günahlar tərk olunmalı və saleh əməllər yerinə yetirilməlidir. Bir sözlə, döyüşdən öncə insan özünü tərbiyə edərək və nəfsinə qalib gəlməsə, düşmənə qalib gələ bilməyəcəkdir. Ayənin əsas məqsədi onlara keçmişdə bəzi günahlara aludə olmalarını xatırlatmaqdır. O cümlədən, dünyapərəstlik, peyğəmbəri dinləməmək və dünya malına hərislik həmin günahlardandır. Və ya Ühüd döyüşündən öncə etdikləri hansısa günah da burada təsirli ola bilər. Hansı ki onların imanlarının zəifləməsinə səbəb olmuş və nəticədə, şeytan vəsvəsəsi onları yoldan azmağa məcbur etmişdir.
Böyük təfsir alimi mərhum Təbərsi bu #### Ayənin təfsirində Əbülqasim Bəlxidən nəql edir ki, Ühüd döyüşü günündə on üç nəfərdən savayı (on dördüncü Peyğəmbər (s) olmuşdur - müəllif) yerdə qalanlar döyüş meydanını tərk edərək qaçmışdılar. Bu on üç nəfərin səkkizi ənsar, beş nəfəri isə mühacirdən idi. Əlbəttə, bu şəxslər və saylarla bağlı müxtəlif fikirlər mövcuddur. Amma İmam Əlinin (ə) və Təlhənin qaçmadığı, sona qədər meydanda qalması barəsində heç bir müfəssirin şəkki yoxdur. Yəni bu iki nəfərin sona kimi orada olması tam yəqinliklədir.
Ali-imran surəsi, 156-158-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ كَفَرُوا وَقَالُوا لِإِخْوَانِهِمْ إِذَا ضَرَبُوا فِي الْأَرْضِ أَوْ كَانُوا غُزًّى لَوْ كَانُوا عِنْدَنَا مَا مَاتُوا وَمَا قُتِلُوا لِيَجْعَلَ اللَّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللَّهُ يُحْيِي وَيُمِيتُ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .١٥٦
وَلَئِنْ قُتِلْتُمْ فِي سَبِيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ .١٥٧
وَلَئِنْ مُتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللَّهِ تُحْشَرُونَ .١٥٨
Ayələrin tərcüməsi
156\. Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş qardaşları haqqında: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, - deyən kafirlər kimi olmayın! (Qoyun) Allah bunu onların qəlbində həsrətə çevirsin. Dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!
157\. Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz, Allahın rəhmi onların (bütün ömürləri boyu) topladıqlarından yaxşıdır.
158\. Ölsəniz də, öldürülsəniz də, mütləq, Allahın hüzuruna toplanacaqsınız! (Deməli, sonunuz puçluq və fanilik olmayacağı üçün fanilik qorxunuz olmasın.)
Ayələrin təfsiri.
Münafiqlərin bəhrələnməsi.
Ühüd döyüşü iki cəhətdən müsəlmanlar üçün fövqəladə əhəmiyyətə malik idi. Birincisi, bu döyüş əsl simaları əks etdirən güzgü idi. Çünki bu döyüşdən sonra həqiqi və qeyri-həqiqi müsəlmanları ayırmaq mümkün oldu. Döyüşdən sonra müsəlmanların öz naqislikləri və zəif cəhətlərini aradan qaldıraraq özlərini islaha məcbur etdi. Odur ki, Quran bu mövzuya fövqəladə diqqət yetirməklə yanaşı, öncə və sonrakı ayələrdə mövzuya əxlaqi və tərbiyəvi cəhətdən yanaşmışdır. Quranın belə bir yanşmasını keçmiş ayələrdə olduğu kimi, gələcək ayələrdə də oxuyacağıq.
Digər tərəfdən, bu hadisə münafiq və düşmənlərin müsəlmanlar arasında nifaq toxumu səpərək, təxribat törətmələrinə əlverişli şərait yaratdı. Bu səbəbdən də bir çox ayələr onların hiylə və təxribatının qarşısını alaraq zərərsizləşdirmək üçün nazil olmuşdur. O cümlədən, yuxarıda qeyd etdiyimiz ayə də bu qəbildəndir. Bu ayələr münafiqlərin təxribat fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə ilk olaraq imanlı müsəlmanlara xəbərdarlıq edərək buyurur: "Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş qardaşları haqqında: "Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər", - deyən kafirlər kimi olmayın”.
Onlar bu sözləri deyərkən ürəyiyanan cildinə girsələr də, sizi şəkk-şübhəyə salmaq, ruhiyyənizi zəiflədərək süstləşdirməkdən başqa niyyətləri yoxdur. Odur ki, siz bu sözlərdən təsirlənməməli və onların dediklərini dilinizə gətirməməlisiz. Əgər siz möminlər onların azdırıcı sözlərindən təsirlənərək dediklərini təkrar etsəniz, zehninizə və dilinizə gətirsəniz, sözsüz ki, ruhiyyəniz zəifləyəcək, ilahi səfərə çıxaraq cihad meydanına getməkdən imtina edəcəksiz. Bununla da onlar öz mənfur hədəflərinə çatmış olacaqlar. Amma siz onların düşündüklərinin tam əksinə olaraq, böyük ruh yüksəkliyi ilə döyüş meydanına gedin ki, münafiqlər xar olsunlar. "(Qoyun) Allah bunu onların qəlbində həsrətə çevirsin”.
Daha sonra Quran münafiqlərin və düşmənlərin təxribatına üç məntiqli cavab verir.
Birincisi, ölüm və həyat birbaşa Allaha məxsusdur və yalnız Onun iradəsi ilə həyata keçir. “Dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir”.
Səfərə çıxmaq və ya döyüş meydanına getmək insan üçün təyin olunmuş əcəl zamanını dəyişə bilməz və Allah bəndələrinin bütün əməllərindən xəbərdardır.
İkincisi, Allah-taala buyurur: "Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz, Allahın rəhmi onların (münafiqlərin bütün ömürləri boyu topladıqları dünya malından) topladıqlarından yaxşıdır”.
Dünya malı və ilahi rəhmətin birlikdə müqayisə olunması düzgün deyildir. Amma bəzən təfəkkür və düşüncəsi aşağı səviyyədə olan münafiqlər üçün bu kimi misallar göstərmək lazım gəlir. Çünki onlar dünya sərvətlərini Allah yolunda cihad edərək şəhid olmaq iftixarından daha üstün bilirdilər. Budur ki, belə bir müqayisəni etməkdən, yəni "sizin Allah yolunda öldürülməklə əldə etdiyiniz ilahi nemətlər, kafirlərin və münafiqlərin bədbəxtlik, şəhvət, mənsəbpərəstlik və dünyapərəstlik dolu həyatları boyunca topladıqları dünya malından daha üstündür” deməkdən savayı çarə qalmır.
Üçüncüsü bundan ibarətdir ki, sizin “ölüm” dediyiniz heç də fəna və tamamilə yox olmaq deyil. Siz elə düşündüyünüz üçün ölümdən bu qədər vəhşət və qorxu ilə danışırsınız. Əksinə, ölüm əbədi, bu həyatdan daha geniş və nemət dolu bir həyata açılan pəncərədir. Odur ki, ayə buna izah gətirərək buyurur: “Ölsəniz də, öldürülsəniz də, mütləq, Allahın hüzuruna toplanacaqsınız! (Deməli, sonunuz puçluq və fanilik olmayacağı üçün fanilik qorxunuz olmasın.”
Ayədə diqqəti cəlb edən daha bir incə nöqtə bundan ibarətdir ki, Allah yolunda səfərə çıxaraq ölmək və öldürülmək, yəni şəhid olmaq eyni sırada qeyd olunmuşdur. Burada "səfərə çıxmaq" sözündən məqsəd Allah yolunda addımlamaq, Ona xatir hansısa əməli yerinə yetirməkdir. O cümlədən, Allaha xatir cihad etmək üçün döyüş meydanına yollanmaq, insanlara İslam dini haqda bilgi vermək üçün səfərə yollanmaq və bu kimi əməllər nəzərdə tutulur. Çünki o zaman da səfərə çıxmağın kifayət qədər çətinlikləri var idi. O cümlədən xəstəlik, yolun özünəməxsus təhlükələri, soyğunçuluq və sair kimi təhlükələr insan həyatını təhdid edən amillərdən idi. Odur ki, bu kimi səfərlərin məşəqqəti və çətinliyi heç də döyüş meydanında qılınc vurmaqdan geri qalmırdı.
Amma bəzi təfsirçilər ehtimal edir ki, ayədə qeyd olunan “səfər" kəlməsində məqsəd ticari və iqtisadi əlaqələr üçün edilən səfərlərdir. Amma bu kimi ehtimallar ayənin məzmunundan və mahiyyətindən tamamilə uzqadır. Çünki kafirlər müsəlmanların ticarət əlaqələrindən təəssüflənmir və narahat olmurdular. Həm də bu əməl özü bir növ dünya malı toplamağa xidmət edirdi. Bundan əlavə, belə bir mövzu müsəlmanların Ühüd döyüşündən sonra ruhiyyələrinin zəifləməsinə səbəb olmur. Həmçinin belə bir mövzuda müsəlmanların kafirlərlə bir araya gəlməməsi onlar üçün elə də ciddi əhəmiyyət kəsb etmir. Budur ki, ayənin əsas məqsədi cihad meydanına yollanarkən çıxılan səfərlər və ya dinin digər göstərişlərini yerinə yetirmək üçün edilən səfərlərdir.
Ali-İmran surəsi, 159 və 160-cı ayələr
فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ .١٥٩
إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ .١٦٠
Ayələrin tərcüməsi
159\. Allahın mərhəməti səbəbilə sən onlara qarşı mülayim davrandın. Əgər qaba və daşürəkli olsaydın, ətrafından dağılışıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işlərdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər!
160\. Əgər Allah sizə yardım etsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizə olan yardımını dayandırsa, Ondan sonra sizə kim kömək edə bilər? Möminlər təkcə Allaha təvəkkül etsinlər!
Ayələrin təfsiri.
Ümumi əfv fərmanı.
Ayədə İslam Peyğəmbərinə (s) silsiləvi və fundamental əsaslara söykənən ümumi proqramlar və göstərişlər verilməsinə baxmayaraq, ayənin nazil olma səbəbi Ühüd döyüşündən sonrakı mövzuları özündə ehtiva edir. Çünki Ühüd döyüşündən sonra, xüsusən də döyüş meydanından qaçan müsəlmanlar Peyğəmbərin (s) ətrafına toplaşaraq, peşmanlıq hissi ilə o Həzrətdən (s) bağışlanmaq istəmişdilər. Bu ayədə Allah-taala döyüş meydanından qaçanlar üçün umumi əfv elan edir və bundan sonra Peyğəmbər (s) sözügedən müsəlmanlara qucaq açaraq tövbəkarları qəbul edir. Ayə Peyğəmbərin (s) fövqəladə əxlaq xüsusiyyətinə malik olmasına işarə edərək buyurur: "Allahın mərhəməti səbəbilə sən onlara qarşı mülayim davrandın. Əgər qaba və daşürəkli olsaydın, ətrafından dağılışıb gedərdilər”.
Ərəb dilində tünd və acı danışan adama (fǝzz) (qəzəbli) deyilir. Həmçinin (ğəlizǝl-qəlb) (daş qəlbli) sözü isə zahiri acıqlı, daşürəkli və özündə heç bir məhəbbət nişanəsini əks etdirməyən şəxsə deyilir. Sözlərin hər ikisi eyni mənalı olaraq (qəzəb və qaşqabaqlı) bir ayədə işlənməsinə baxmayaraq, biri zahirən acıqlı görkəmli və tünd-xasiyyət olan, digəri isə praktiki şəkildə bunu nümayiş etdirən adama şamil edilir. Bunun qarşılığında Allah-taala ayədə Peyğəmbərin (s) günahkarların əməlləri qarşılığında onlara mehribanlıq göstərməsi və onlarla mülayim rəftar etməsi haqqında göstəriş verir: "Onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə”.
Allah-taala ayədə Peyğəmbərə (s) xülasə olaraq çatdırır ki, onların sənə qarşı vəfasızlıq etmələrinə, sənin başına gətirdikləri müsibətlərə baxmayaraq, öz haqqından keç və mən səni onlara şəfaətçi qərar verirəm. Onların mənim əməllərimə qarşı çıxmalarına baxmayaraq, sən onlar üçün mənim dərgahımda bağışlanmaq istəməklə yanaşı onlara şəfaətçi ol. Məndən onların bağışlanmalarını istə! Başqa sözlə desək, sənə aid olan haqqından keç və onları bağışla. Mən də öz haqqımdan keçərək onları bağışlayıram. Odur ki, Peyğəmbər (s) Allahın əmrini yerinə yetirir və onları etdikləri xətalara görə ümumi olaraq bağışlayır.
Aydın məsələdir ki, əgər İslam Peyğəmbəri (s) tövbəkarlara qarşı mehribanlıq, mülayimlik və xoş rəftar göstərməsəydi, müsəlmanlar arasında pərakəndəliyin bünövrəsinin qoyulması üçün münbit şərait yaranacaqdı. Belə bir ağır döyüşdən sonra açıq-aşkar məğlub olmuş və hələ də bu məğlubiyyətin psixoloji təsirlərindən çıxa bilməyən, eyni zamanda döyüşün ağır zərbələrinin əziyyətini çəkən, döyüşdə çox sayda ölü və yaralı verən (bunun əsas səbəbkarının özləri olmasına baxmayaraq) bir cəmiyyətin məhəbbətə, qəlboxşamaya, mehriban rəftara ciddi şəkildə ehtiyacı var idi. Həmçinin bu xoş rəftar onların maddi və mənəvi yaralarına məlhəm idi. Ən əsası ayədə mühüm bir mövzuya, hər bir rəhbər üçün zəruri olan xüsusiyyətə toxunulmuşdur. O xüsusiyyət xəta etdikdən sonra peşman olaraq tövbə edib bağışlanmaq istəyən hər bir şəxsə qarşı həlim, mehriban və bağışlamaq iqtidarında olmaqdır. Rəhbərlik kürsüsündə əyləşən hər bir hakim rəhbər bunu bacarmalıdır. Təbii ki, rəhbərlik məqamında əyləşən hər bir kəs qəzəbli, bağışlamaq ruhiyyəsinə malik olmayan, duyğusuz və acırǝftar olarsa, onun hakimiyyəti uğursuzluqla sona yetəcəkdir. İnsanlar onun rəftarlarından yorularaq ətrafından dağılacaq və rəhbərliyindən cana doyduqlarını etiraf edəcəklər. İmam Əli (ə) bu mövzuya işarə edərək qısa kəlamlarının birində buyurur: "Rəhbər olmanın yollarından biri geniş qəlbə malik olmaqdır".
Bağışlanma və əfv fərmanından sonra müsəlmanların şəxsiyyətini diriltmək, onların həyata baxışlarına yenidən rövnəq bəxş edərək ruhiyyələrini yeniləmək üçün yeni bir göstəriş verilir: “işlərdə onlarla məsləhətləş...”
Allahın bu göstərişi əvvəldə də qeyd etdiyimiz kimi, Ühüd döyüşündən öncəki məsləhətləşmənin davamına işarədir. Ühüd döyüşü öncəsi Peyğəmbər (s) döyüşün hansı istiqamətdə aparılacağı haqqında mühacir və ənsarın liderləri ilə məsləhət və məşvərət etmişdi. Toplantıya qatılanların çoxu düşməni Ühüd dağının ətəyində qarşılamaq təklifini dəstəkləmişdi. Bu, Peyğəmbərin (s) fikri ilə üst-üstə düşməsə də, əksəriyyət çıxış yolunu bunda gördüyü üçün Peyğəmbər (s) də razılaşmışdı. Məlum məğlubiyyətdən sonra hamı Peyğəmbərin (s) gələcək işlərdə bir daha onlarla məsləhət etməyəcəyini düşünürdü. Quran yaranmış belə bir tərzi-təfəkkürü aradan qaldırmaq üçün yenidən onlarla mühüm işlərdə (hərçənd məsləhətlərinin faydalı olmamasına baxmayaraq) məsləhət-məşvərət etməyi tövsiyə edir. Əgər məsələyə ümumi yanaşaraq, daha faydalı cəhəti nəzərdə tutmaq şərti ilə mövzunu dəyərləndirsək, sözügedən məsələnin faydasının ziyanından daha çox olduğu aşkarlanar. Həmçinin, belə bir mövzu əsasında fərdlərin və ümumilikdə cəmiyyətin şəxsiyyətini inkişaf etdirmək bütün mövzulardan daha əhəmiyyətlidir. Çünki müsəlmanların şəxsiyyət olaraq inkişaf etməsi İslam dininin inkişafıdır. Onun fərdi və ictimai inkişafı, fərdin şəxsiyyətinin formalaşmasına göstərdiyi təsir hər şeydən üstündür.
İndi isə Peyğəmbərin (s) insanlarla hansı mövzularda məsləhət etdiyinə diqqət yetirək. “الأمر” və “وَشَاوِرْهُمْ فِي الأَمْرِ” sözləri geniş mənaya və bütün işlərə şamil olunmasına baxmayaraq, təbii ki, Peyğəmbər (s) əhkam məsələlərində camaatla məsləhət etmir, əksinə, bu iş birbaşa ilahi vəhylə bağlı idi. Demək Peyğəmbər (s) camaatla yalnız ilahi göstərişin və qanunun icrası mövzusunda məsləhət-məşvərət etmişdir. Başqa cür desək, Peyğəmbər (s) qanunun əsası ilə bağlı deyil, onun icrası, hansı istiqamətdə daha faydalı olması ilə bağlı müsəlmanlarla məsləhət-məşvərət edirdi. Xülasə, qanunun qoyulmasında deyil, hansı keyfiyyətdə və daha yaxşı əməl olunması ilə bağlı müsəlmanların fikrini soruşurdu. Odur ki, Peyğəmbər (s) hansısa fikri irəli sürdükdə və ya yeni bir əmrlə çıxış etdikdə, müsəlmanlar bunun ilahi vəhy olub-olmadığını soruşurdular. Ayrı sözlə desək, onlar üçün əhəmiyyətli olan əmrin sorğu-sualsız yerinə yetirilməsi və ya əmrin icrasında yeni fikirlərin olub-olmadığı idi. Əgər mövzu ikinci qəbildən olsaydı, o zaman öz fikirlərini irəli sürərdilər. Yox, əgər birinci qəbildən olsaydı Bədr döyüşü kimi sorğu-sualsız ilahi əmrə təslim olaraq yerinə yetirərdilər. Bədr döyüşündə İslam ordusu Peyğəmbərin (s) göstərişi əsasında müəyyən olunmuş bir hərbi düşərgə salmaq istəyirdi. Peyğəmbərin (s) yaxın səhabələrindən olan Hubab ibn Munzər adlı bir nəfər dedi: "Ey Allahın Rəsulu (s), düşərgə üçün seçdiyiniz ərazi Allahın birbaşa əmridir? Hansı ki o əmrlərlə müxalif olmaq və ya onları dəyişmək olmaz. Ya sizin öz məsləhətiniz əsasında biz burada düşərgə salmalıyıq?"
Peyğəmbər (s) buyurdu: “Burada xüsusi bir göstəriş yoxdur”.
Peyğəmbərin (s) bu sözündən sonra Hubab ibn Munzər deyir ki, bu ərazi filan-filan dəlilə əsasən, hərbi düşərgə üçün münasib olmadığı üçün ordunun bu yerdə deyil, suya yaxın bir yerdə düşərgə salması haqqında əmr verin. Allahın Rəsulu (s) onun təklifini bəyənir və ordunu onun məsləhətinə uyğun şəkildə yerləşdirir.
Qurani-Kərim mövzunun davamında buyurur: "Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!”
Məsləhət və məşvərətlərdə mülayim və həlimlik nümayiş etdirdiyin qədər də, qərara gəldikdə qətiyyətli olmaq lazımdır. Odur ki, müşavirə bitdikdən sonra mövzunun aydınlığını nəzərə alaraq bütün şəkk və tərəddüdlərdən, ikili fikirlərdən, pərakəndəlikdən uzaq olmalı, qətiyyətlə qərar verilməlidir. Bu eynilə ayədəki “əzm” ifadəsinin işlənməsinin bariz nümunəsidir. Bütün qərarlar qətiyyətlə verilməlidir. Ayədə diqqəti cəlb edən incə məsələlərdən biri də budur ki, müşavirə cəm halında tövsiyə olunsa da, sonda qərar vermək fərd olaraq Peyğəmbərin (s) öhdəsinə qoyulmuşdur. Əgər ayəyə qrammatik cəhətdən yanaşsaq "müşavirə" sözünün cəm şəkilçi, "qərar vermək" müfrəd olaraq yalnız Peyğəmbərə (s) həvalə edilmişdir. Ayədəki fərqli yanaşmada mühüm mətləb bundan ibarətdir ki, ictimai məsələlərin araşdırılması və mütaliəsi cəm şəkildə icra olunmalıdır. Amma ümumi qaneedici nəticənin icrasına rəhbərlik bir nəfərin iradəsinə bağlı olmalıdır. Əks halda iş ixtilaf və hərc-mərcliklə nəticələnəcəkdir. Odur ki, bir layihə bir neçə rəhbər tərəfindən icra olunarsa və bu rəhbərlər əsas liderdən ilham almasalar, o layihə pərakəndəlik, naqislik və uğursuzluqla sona çatacaq. Bu səbəbdən də hazırda dünyada dövlətlərin qanunları ümumi müzakirə və məşvərətlə qəbul olunmasına baxmayaraq, sonda qəti qərara alınan hökmün icrası bir nəfər tərəfindən idarə olunan, yəni ölkə başçısının rəhbərlik etdiyi icra hakimiyyətinə tapşırılır. Burada digər mühüm mövzu yuxarıda qeyd etdiyimiz kimi, yekun qərar verilərkən Allaha təvəkkül etməkdir. "Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!”
Uyğun və normal səbəblər nəticəsində qərarın qətiləşməsinə baxmayaraq, sonsuz qüdrətə sahib olan Allahı unutmaq olmaz! Bu, bütün işlərin Allahın nəzarətində olması, Onun tərəfindən bərəkətli və xeyirlə tamamlanmasını istəyən hər bir kəsə zəruridir. Əlbəttə, təvəkkülün mənası Allahın dünyada bizim həyat tərzimizə uyğun müəyyən etdiyi vasitə və maddi səbəbləri tərk edərək, işləri yalnız Allahın öhdəsinə buraxmaq deyil. Necə ki, Peyğəmbərdən (s) nəql olunmuş hədisdən oxuyuruq ki, Allahın Rəsulu (s) dəvəsini bağlamayıb, sahibsiz buraxaraq Allaha təvəkkül edən ərəbə deyir: “Öncə dəvənin ayağını bağla, daha sonra təvəkkül et”.
Burada məqsəd budur ki, insan maddi aləmin dörd divarı arasında özünə aid olan istedad və bacarıqlar çərçivəsində qalmamalıdır. Əksinə, diqqətini Allahın lütf və kərəminə yönəltməlidir. Hansı ki bu diqqət insanın ruhunda və cismində qeyri-adi rahatlıq və arxayınlıq yaratmaqla yanaşı, bütün çətinliklərə sinə gərməkdə insana tükənməyən mənəvi güc verir. Əlbəttə, təvəkkül mövzusu və onun maddi aləmdə necə tətbiq olunması barəsində daha geniş şəkildə "Təlaq” surəsinin ikinci ayəsinin “وَمَن ْيَتَّق ِاللَّه َيَجْعَلْ لَهُ مَخْرَجًا” təfsirində bəhs edəcəyik.
Sonda imanlı şəxslərin yalnız Allaha təvəkkül etmələri haqda göstəriş verilərək buyurulur: "Həqiqətən, Allah təvəkkül edənləri sevər”.
Əvvəlki ayələrin təkmili olaraq bölümün sonuncu ayəsində Allaha təvəkkül etməkdən danışılaraq incə mətləblərə toxunulmuşdur. Bu incəliklərə diqqət edək: O, bütün qüdrətlərdən ucadır və himayəsində olan hər bir şey məğlubedilməzdir. Onun himayə etdiyinə kimsə qalib gələ bilməz. Eyni zamanda himayəsinə götürdüyü şəxsi kiminsə ucaltmaq, himayə etmək və inkişaf etdirmək qüdrəti yoxdur. Bütün uğur və qələbələr Ondan qaynaqlanırsa, demək ki, Ona təvəkkül etmək və yalnız Ona pənah aparmaq olduqca zəruridir. Buna görə də buyurulur: “Əgər Allah sizə yardım etsə, heç kəs sizə qalib gələ bilməz.
Yox, əgər sizə olan yardımını saxlasa, Ondan sonra sizə kim kömək edə bilər?”
Ayədəki ilahi məsləhət bundan ibarətdir ki, möminlər öz istedad qüdrətlərindən əlavə mütləq Allaha təvəkkül etməli və bütün işlərində Onu vəkil bilməlidir. Çünki bütün işlər sonda nəhayətsiz qüdrətə malik olan Allaha qayıdır.
Bundan əlavə öncəki ayənin əsas məqsədi Peyğəmbər (s) idi. Yəni ayənin tam məzmunu o Həzrətə (s) aid edilmişdir. Amma bu ayədə bütün müsəlmanlar nəzərdə tutulmuş və onlara göstəriş verilmişdir. Ayədə onlara deyilir: "Peyğəmbər yalnız Allaha təvəkkül etdiyi kimi, siz də yalnız Allaha təvəkkül edin”.
“Möminlər təkcə Allaha təvəkkül etsinlər!”
Təbii ki, Allahın möminləri himayə etməsi və ya himayəsini kəsməsi heç də səbəbsiz olmur. Əksinə, bütün himayələr möminlərin ilahi dərgahda qazandıqları ləyaqət və məqama görə hesaba alınır. Allahın əmr və fərmanlarına laqeyd yanaşan, görməzdən gələn, ilahi hökmləri ayaq altına atan heç vaxt ilahi himayədə olmayacaqdır. Amma bunun əksinə, pak və xalis niyyətlərlə düşmənlə mübarizə aparmaq üçün səflərdə duran möminlər daim ilahi dərgahda himayə olunacaqlar. Çünki onlar düşmənlə mübarizə aparmaq üçün bütün lazım olan "ləvazimatları" götürmüş və Allaha təvəkkül edərək yola çıxmışlar. Odur ki, Allah-taala daim onların arxasında duracaq və bütün çətinliklər zamanı himayəsində saxlayacaq.
İncəliklər:
1\. İslam dinində müşavirənin əhəmiyyəti.
Müşavirə mövzusu İslam dinində olduqca əhəmiyyətli biridir. İslam Peyğəmbəri (s) ilahi vəhyə bağlı olduğu üçün heç bir mövzuda məsləhətə ehtiyacı olmadığı halda, müsəlmanlarla dinin inkişafı üçün daim məşvərət etmişdir. Allahın Rəsulunun (s) müsəlmanlarla məşvǝrǝt etməkdə əsas məqsədi məşvərətin əhəmiyyətini çatdırmaqla yanaşı, onlara ictimai həyatlarında daim məşvərətə ehtiyaclı olduqlarını göstərmək olmuşdur. Odur ki, məşvərət etmək hər bir insanın həyat proqramlarından biri olmalıdır. İslam Peyğəmbərinin (s) müsəlmanlarla məşvərət etməkdə digər məqsədi isə onlarda fikir formalaşdırmaq mexanizmini işə salmaq və bu mexanizmi inkişaf etdirmək idi. Odur ki, müsəlmanların ümumi ictimai həyatı və ilahi qanunların icrası mövzusunda onlarla məşvərət və məsləhət edir. Əvvəldə qeyd etdiyimiz kimi, Peyğəmbər (s) qanunun qoyulmasında deyil, onun icra olunma metodları ilə bağlı məşvərət edirdi. Bu kimi toplantılarda yeni fikirlə çıxış edənlərin fikirlərini xüsusi dəyərləndirir və bəzən də onların ehtiramını qorumaq üçün öz fikrində olan mövzuların icrasını təxirə salır və ya tamamilə kənara qoyurdu. O cümlədən, Ühüd döyüşü öncəsi olan məsləhət və məşvərət toplantısını nümunə olaraq qeyd edə bilərik. Bunu da qeyd edək ki, Peyğəmbərin (s) belə bir uğurlu seçiminin İslam dininin inkişaf etməsində ciddi təsiri olmuşdur. Adətən bütün işlərdə məsləhət-məşvərət edən, qüsur və naqislikləri aradan qaldırmaq, habelə başbilənlərdən məsləhət almaqla irəli aparan cəmiyyət əksər işlərində müvəffəq olmuş və uğursuzluqla az üzləşmişdir.
Bunun əksinə, özündən razı olan və başqalarının fikirlərinə ehtiyac duymayanlar (hətta fövqəladə təfəkkürə malik olmalarına baxmayaraq) adətən ciddi və ziyanlı səhvlərə yol verirlər. Bundan əlavə, özündən və bütün əməllərindən razı qalmaq insanı cəmiyyətdən təcrid etməklə yanaşı, fikir mexanizmini dondurur, inkişaf etməkdə olan istedadları məhv edir. Bu kimi insanların çox olduğu cəmiyyətdə insanlıq dəyərləri aradan gedəcəkdir. Yəni cəmiyyətdə artıq özbaşınalıq və hərc-mərclik hakim olacaqdır. Bundan başqa əgər bir insan şəxsi fəaliyyəti və inkişaf yolunda digərləri ilə məşvəǝrǝt edib onların fikirlərindən bəhrələnsə, o şəxsin uğurlarına həsəd və paxıllıq edən çox az adam tapılacaqdır. Çünki ətrafında olanlar onun müvəffəq olması üçün fikirlər irəli sürmüş, məsləhətlər vermiş və müvəffəq olmasını da öncədən ehtimal etmişlər. Bu səbəbdən də həmin şəxsin uğurları sevindirici olsa da, yeni xəbər olmur. Əks halda, yəni uğur qazanmayacağı təqdirdə kimsə onu uğursuz adlandırmayacaq və buna görə məzəmmət etməyəcəklər. Heç kəs onun əməlinin nəticəsinə etiraz etməyəcək. Əksinə, onun uğursuzluğuna məyus olacaq, qəmlənəcək və onun kədərinə şərik olacaqlar.
Məşvərət etmənin digər faydalarından biri də bundan ibarətdir ki, insan ətrafında olanları düzgün dəyərləndirir, onlarla yaxından tanış olur, dostu-düşməndən seçir və bu minvalla həyatda uğurlar daim onunla birgə olur. İslam Peyğəmbərinin (s) fövqəladə təfəkkürə malik olmasına baxmayaraq, ətrafındakılarla məşvərət və məsləhət etməsinin əsas səbəblərindən birinin də bu olması ehtimal edilir. Hədislərdə məşvərət mövzusuna olduqca ciddi təkid edilmişdir. İslam Peyğəm- bərindən (s) nəql olunan hədisdə deyilir:
"Heç kəs məşvərətlə bədbəxt, təkəbbürlə xoşbəxt olmamışdır." İmam Əli (ə) xütbələrinin birində bu mövzuya toxunaraq demişdir:
"Kim öz rəy və nəzərinə qane oldusa həlak oldu, halbuki ağıl sahibləri ilə məsləhətləşən insan onların ağıllarına şərik olmuşdur".? Həmçinin İslam Peyğəmbəri (s) buyurmuşdur:
"Başçılarınız sizin yaxşılarınız, bacarıqlı və istedadlı şəxsləriniz səxavətli, işləriniz məşvərətlə olduğu zaman yerin üstü sizin üçün yerin altından yaxşıdır. Yəni həyat gözəldir. Amma başçılarınız pisləriniz, sərvətliləriniz paxıl və simic, işləriniz isə məşvərətsiz olarsa, o zaman yerin altı sizin üçün üstündən daha yaxşıdır”.
2\. Kimlərlə məşvərət edək?
Təbii ki, hər kəslə məşvərət etmək olmaz və hər adamda məsləhət- məşvərət istedadının olmaması da təbiidir. Odur ki, belə adamlarda olan zəif nöqtələri nəzərə alsaq bu qənaətə gəlmək olar ki, onlarla məsləhət-məşvərət etmək insana uğursuzluq və bəzən də bədbəxtlik gətirər, həyat proqramını alt-üst edər. İmam Əli (ə) kəlamlarında buyurur:
a) Paxıl adamla məşvərət etmə. Çünki səni başqalarına yardım və hədiyyə verməkdən çəkindirməklə yanaşı, fəqirliklə qorxudar.
b) Qorxaq adamlarla məşvərət etmə. Çünki səni mühüm işlərdən saxlayar.
c) Həmçinin həris insanla məşvərət etmə ki, o, dünya malı topla- maq, məqam və vəzifə əldə etmək üçün sənin gözündə zalımı yaxşı qələmə verər.
3\. Müşavirin vəzifəsi.
İslam insanları məşvərətə təşviq və təkid etməklə yanaşı, kimin müşavir olması ilə bağlı da ciddi tapşırıqlar verir. Həmçinin bilgili insanların düzgün yol göstərməməsi və xeyirli fikirlər irəli sürməməsi məşvərətə xəyanət sayılmaqla yanaşı, böyük günahlar hesab olunur. Hətta bu hökm qeyri-müsəlman barəsində də sabitdir. Əgər qeyri- müsəlman müsəlmandan məsləhət istəsə, məsləhət istəyənin müsəlman olmamasına baxmayaraq, onu aldatmaq və məsləhət olmayan yolu göstərmək xəyanət sayılır. Doğru bildiyini məsləhət bilməlidir. İmam Hüseyn əleyhissəlamın məzlum övladı İmam Səccadın (ə) hüquq risaləsində oxuyururq:
"Səninlə məşvərət edən və səndən məsləhət istəyənin haqqı, ona bildiyin qədər yol göstərməkdir. Əgər sizdən əqidə üsulları haqqında suallar soruşulursa və siz bunun cavabında ciddi mütaliəyə malik deyilsizsə, o zaman onu bilən və elmli şəxsə yönləndirməlisən. Amma müşavirin olan şəxsin bəzi fikirləri sənin fikrinlə üst-üstə düşmədiyi üçün onu ittiham etmək haqqın yoxdur.
4\. Ömərin şurası.
Sünni alimləri və din mütəxəssisləri yuxarıdakı ayənin Ömərin üçüncü xəlifənin seçilməsi üçün təşkil etdiyi 6 nəfərlik şuradan bəhs etdiyini qeyd edirlər. Yəni dolayısı da olsa həmin şuranı ayənin təvili olmasını iddia edirlər. Həmçinin bunun üçün digər hədis və rəvayətlərə də istinad edirlər. Əlbəttə, bu mövzunun müzakirə olunma yeri kəlam elmidir. Amma biz burada qısa və konkret bir neçə incə mətləbə diqqətinizi yönəldəcəyik.
Birincisi, peyğəmbər canişini yəni imam Allah tərəfindən seçilməlidir. Çünki imamın bir sıra xüsusiyyətləri vardır ki, onu yalnız Allah tanıyıb seçə bilər. O cümlədən ismət və məsumluq xüsusiyyətini misal gətirmək olar. Başqa sözlə ifadə etsək, peyğəmbər məşvərət və məsləhətlə seçilmədiyi kimi, imam da məsləhət və məşvərətlə seçilə bilməz.
İkincisi, 6 nəfərlik şura ora məşvərət üçün toplaşmamışdı. Əgər bütün müsəlmanların rəyini orada müzakirə edərək məşvərət edəcəkdilərsə, onların sayı bütün İslam dünyası və ya müsəlmanların hamısı demək deyil. Nə də onlar İslam mütəfəkkirləri sayılmırdılar. Çünki Peyğəmbərin (s) Salman, Miqdad, İbn Abbas, Əbuzər kimi müşavirləri olduqları halda onlar daim bu çərçivədən kənarda qalmışdılar. Həmçinin həmin gün yığılan 6 nəfərin şura adlandırılması siyasi məqsədə xidmət edirdi. Əgər Ömərin nüfuzlu insanları yalnız məşvərət üçün topladığını desək, - hansı ki onların verdiyi qərarla bütün müsəlmanlar razılaşacaqdı – yenə də bu düzgün əməl sayılmır. Çünki ənsarların mütləq şəkildə rəhbəri sayılan Səd ibn Übadə və Bəni Qəffar tayfasının başçısı Əbuzər Qəffari bu məşvərət masasına dəvət almamışdılar. Həmçinin digər nüfuzlu qəbilə və tayfa başçıları da dəvət olunmamışdılar.
Üçüncüsü, bildiyimizə əsasən, məşvərətin şəraiti olduqca çətin idi. Həmçinin rəylərlə müxalif olanlar ölümlə təhdid olunmuşdular. Halbuki İslam şəriətində belə bir məşvərət qaydası yoxdur.
Ali-İmran surəsi, 161-ci ayə
وَمَا كَانَ لِنَبِيٍّ أَنْ يَغُلَّ وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ .١٦١
Ayənin tərcüməsi
161\. (Peyğəmbərin sizə xəyanət etdiyini düşünürdünüz? Halbuki) heç bir peyğəmbər xəyanət etməz. Əmanətə xəyanət edən şəxs, Qiyamət günü xəyanət etdiyi şeyi özü ilə gətirər. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi tam şəkildə verilər və onlara haqsızlıq edilməz!
Ayənin təfsiri.
Hər şəraitdə və hər növ xəyanət qadağandır.
Yuxarıdakı ayəyə diqqət etsək, Ühüd döyüşündən sonrakı hadisələrdən danışan ayələrin davamı olduğunu görərik. O cümlədən İslamın ilk illərində baş vermiş hadisəni bütün təfsirçilər nəql etmişlər. Bu ayə döyüşdən qaçmalarına yersiz üzrlər gətirən döyüşçülərə yerindəcə cavab verir.
Hadisə ilə bağlı izah bundan ibarətdir ki, Ühüd savaşında olduqca əhəmiyyətli səngərdə döyüş tapşırığı yerinə yetirən oxatanlardan ibarət dəstə döyüşün gedişində qənimət yığmaq üçün səngəri icazəsiz tərk edərək döyüş meydanına qaçırlar. Bu zaman, başçıları onlara "geri dönün, yerlərinizi tərk etməyin! Allahın Rəsulu sizi qənimət bölgüsündən məhrum etməyəcək!" deyərək onları itaətsizlikdən çəkindirməyə çalışsa da, nəticə olmur. Dünyapərəst döyüşçülər əsl simalarını gizlədərək: “Döyüşdə iştirak etmədiyimiz üçün Peyğəmbər (s) bizi qənimətdən məhrum edəcək. Odur ki, gərək özümüz başımıza çarə qılaq". Onlar bu sözləri deyərək mövqelərini tərk edib döyüş meydanına yollandılar. Bu zaman arzuolunmaz və acı hadisə baş verdi.
Quran onların cavabında buyurur: “(Peyğəmbərin sizə xəyanət etdiyini düşünürdünüz? Halbuki) heç bir peyğəmbər xəyanət etməz”.
Allah-taala bütün peyğəmbərlərin vücudunu hər növ xəyanətdən pak və münəzzəh olduğunu qeyd edərək izah edir ki, xəyanət peyğəmbərlik məqamı ilə uyğun gəlmir. Bütün peyğəmbərlər bu xoşagəlməz xüsusiyyətdən uzaqdırlar. Əgər peyğəmbər xain olsa, xəyanət etsə, artıq onun peyğəmbərliyinə etimad və dəvət etdiyi dinə etibar etmək olmaz. Ayədən məlum olduğu kimi peyğəmbərlər bütün hallarda xəyanət etmək xüsusiyyətindən uzaqdırlar. İstər döyüş qənimətinin bölünməsində, istər insanların ona etibar etdikləri əmanətdə, istərsə də vəhyin alınıb insanlara çatdırılmasında Allahın bəndələrinə xəyanət etməzlər. Belə olan halda Allah-taala onları nübüvvət məqamından uzaqlaşdırar. Hadisədə daha təəccüblü odur ki, əgər bir nəfər Peyğəmbəri (s) vəhyin çatdırılmasında ən əmin və etibarlı şəxs kimi tanıyırsa, necə belə bir ehtimal verə bilər? Necə düşünə bilər ki, Peyğəmbər (s) onun haqqını əlindən alacaq və onu qənimət bölgüsündən uzaq tutaraq haqsızlıq edəcək?
Xəyanətin hər kəsə qadağan edilməsi aydın məsələdir. İstər bu xoşagəlməz əməli bir peyğəmbər və ya sıradan biri etsin, heç bir fərqi yoxdur. Amma ayə ilk olaraq döyüş zamanı səngəri məhz qənimət bəhanəsi ilə tərk edənlərə cavab verdiyi üçün xəyanət mövzusunu peyğəmbərlərdən başlayır. Odur ki, ayənin ardınca buyurulur: "Əmanətə xəyanət edən şəxs, Qiyamət günü xəyanət etdiyi şeyi özü ilə gətirər".
Bununla da Qiyamət günü hamının yanında rüsvay olarlar.
Bəzi təfsirçilər ayədəki “özü ilə gətirəcək və ya çiynində daşıyacaq” ifadələrini sözün əsl mənasında, yəni "onların xəyanət etdiklərini çiyinlərində daşıyacaqlarını" deyil, əksinə, "məsuliyyətləri onların üzərində olacağını" deyirlər. Yəni onların özləri ilə gətirəcəkləri barəsində bədgüman olduqlarının tam məsuliyyəti olacaqdır. Lakin Qiyamət günündə bütün əməllərin təcəssüm olacağını nəzərə alaraq belə bir təfsirin qeyd olunmasına ehtiyac yoxdur. Ayədə deyildiyi kimi, Qiyamət günü xəyanət olunan hər bir şey sənəd və sübut ünvanında təcəssüm olaraq xəyanət edənlə birgə məhşərə gələcəkdir. Yəni burada ayənin zahiri eyni ilə bu mənanı çatdırır.
"Sonra isə hər kəsə gördüyü işlərin əvəzi tam şəkildə verilər və onlara haqsızlıq edilməz”.
Yuxarıdakı ayə və xəyanət barəsində Peyğəmbərdən (s) nəql olunan hədislər müsəlmanlara elə təsir etmişdi ki, onlar hətta (xüsusən qənimət mövzusunda) ən bahalı əşyalara belə gözucu baxmır, qənimətlərin bahalı və ucuz olmasından asılı olmayaraq, hamısını birlikdə Peyğəmbərə (s) təqdim edir və Onun bölgüsünə tam səmimiyyətlə razı olurdular. Hətta Peyğəmbər (s) olmadıqda belə, qənimətləri o həzrətin təyin etdiyi şəxslərə təqdim edir və əmrlərini yerinə yetirirdilər. Bunu da qeyd edək ki, həmin şəxslər İslam dininin təlim-tərbiyəsi əsasında insanlıq dərəcəsinə yüksəlmiş cahillik dövrünün yol kəsən, tacirləri qarət edən vəhşi ərəbləri idi. Ayə və hədislər qulaqlarına çatdıqdan sonra, onlar sankı Qiyamət səhnəsini görür, xəyanətkarların əməlləri gözləri önündə canlanır və etdikləri xəyanətləri çiyinlərində daşıyaraq məhşərə gəldiklərini seyr edirmiş kimi rəftar edərək, qənimət məsələlərinə olduqca diqqətli yanaşırdılar.
Təbəri öz tarixində belə nəql edir: Müsəlmanlar Mǝdainə daxil olduqdan sonra qənimət toplamağa başlayır. Bu zaman onlardan biri qənimət toplanmasına nəzarət edən məmurun yanına gələrək əlindəki olduqca qiymətli əşyanı ona təqdim edib. Bu hadisəni müşahidə edənlər təəccüblənərək: "Biz heç vaxt belə qiymətli əşya görməmişdik" deyirlər. Daha sonra isə ondan bu əşyanı hardan götürdüyünü soruşurlar. Döyüşçü deyir: “And olsun Allaha! Əgər Allah qorxusu olmasaydı, bunu heç vaxt sizin yanınıza gətirməzdim”. Orada olanlar bu kişinin mənəvi şəxsiyyət olduğunu anlayaraq ondan özü barəsində məlumat verməyi istəyirlər. Kişi onların istəyinin qarşılığında deyir: “Xeyr. Allaha and olsun ki, özümü tanıtmayacam. Yoxsa mənə sitayiş edərsiniz və olduğumdan böyük sanarsınız. Amma Allaha şükürlər olsun ki, onun verdiyi mükafatlardan çox razıyam".
Ali-İmran surasi, 162 və 163-cü ayələr
أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ .١٦٢
هُمْ دَرَجَاتٌ عِنْدَ اللَّهِ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ .١٦٣
Ayənin tərcüməsi
162\. Allahın razılığını qazanmaq üçün çalışan şəxs Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. Onun aqibəti çox pisdir!
163\. Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.
Ayənin təfsiri.
Cihadda iştirak etməyənlər.
Əvvəlki ayələrdə Ühüd döyüşünün müxtəlif cəhətləri və nəticəsi barədə danışıldı. İndi isə sıra imanlarında süst olan mömin və münafiqlərin, onların təsiri altına düşərək döyüşdə iştirak etməyən müsəlmanlarındır. Bu barədə hədislərdən oxuyuruq: Allahın Peyğəmbəri (s) Ühüd döyüşü ərəfəsində düşərgəyə doğru hərəkət əmri verdikdə, bəzi münafiqlər "döyüşün baş verəcəyinə inanmırıq, ümidimiz yoxdur" deyǝrǝk düşərgəyə getməkdən boyun qaçırdılar. Bu zaman imanında süst olan bəzi müsəlmanlar da onların sözlərini bəhanə gətirərək döyüş meydanına getməkdən imtina etdilər. Odur ki, yuxarıdakı ayə onların aqibətlərini təsvir edərək buyurur: "Allahın razılığını qazanmaq üçün çalışan şəxs Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. Onun aqibəti çox pisdir!"
Daha sonra davamında buyurulur: “Onların Allah yanında dərəcələri vardır”.
Ayədə vücudlarını bəsləyən münafiqlər və döyüş meydanında canından keçən mücahidlərin arasındakı ciddi fərqə diqqət çəkməklə yanaşı, hər iki dəstənin, yəni fədakar və haqq uğrunda canından keçənlərlə haqla düşmənçilik edən dəstə arasında ilahi dərgahda olduqca xüsusi və ciddi fərq olduğu qeyd edilir. Bu fərqin ölçüsü sonsuz təsəv vürlər qədərdir. Yəni kim nə qədər və necə düşünə bilirsə, düşünsün.
Bu barədə daha dəqiq İmam Rzanın (ə) hədisindən oxuyuruq: “Bu dərəcələr arasında olan fərq, yerlə göyün arasında olan fərq qədərdir”.
Digər bir hədisdə isə oxuyuruq: Behiştdəkilər “illiyyin” – ən uca mərtəbə dərəcəsində olanları sanki asimanda olan ulduzlar kimi görəcəklər.
Diqqət: "dərəcə" ibtidadan ən uca və ali zirvələrə pillələrlə yüksəlməyə deyilir. Yəni bütün yüksəlişlər pillələrin sayəsində dərəcələrlə ölçülür. Eyni zamanda bu pillələrlə ən ali mərtəbədən sona qədər enmək də mümkündür. Buna misal olaraq "Bəqərə” surəsinin 253-cü ayəsində peyğəmbərlər barəsində oxuyuruq: “Allah onlardan bəzisinin dərəcələrini yüksəltmişdir”.
Həmçinin "Münafiqlər” surəsində, o cümlədən "Nisa" surəsinin 145-ci ayəsində münafiqlər barəsində oxuyuruq: “Münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir".
Ayədəki (dərk) sözü “mərk” vəznindən olub dib, “ən dərin" mənasındadır. Ayədə həm möminlərin, həm də münafiqlərin ilahi dərgahdakı məqam və mənzilindən getdiyi üçün “dərəcə" sözündən istifadə olunub. Hansı ki o pillələrlə qalxmaq mümkün olduğu kimi, enmək də mümkündür. Bu kimi istisna ifadələrə ərəb dili qrammatika- sında "təğlib" deyilir.
Ayənin sonunda buyurulur: “Allah onların etdiyi işləri görəndir”.
Allah-taala kimin hansı niyyət, dərəcə, iman və təqvada olduğunu çox gözəl bilir.
İncəliklər:
Tərbiyə sahəsində təsirli gediş.
Qurani-Kərim ictimai, əxlaqi və dini həqiqətləri sual formasında təklif edir ki, onun tərəf-müqabili bütün variantları azad şəkildə öz ixtiyarı ilə seçə bilsin. Birbaşa tərəf-müqabili hədəfə almayan bu üslub, olduqca böyük tərbiyəvi təsirə malikdir. Çünki insan daim müxtəlif sahələrdə özünə aid hər şeyi özü seçməyə daha çox əhəmiyyət verir. Məsələn, insan səthi olmasına baxmayaraq, qəti və birbaşa hədəfə alan mövzunu onun üzərində tətbiq etmək istədikdə buna qarşı sərt reaksiya verir. Amma eyni mövzunu tərəfsiz və sual formasında tətbiq etdikdə, suala daxilən vicdanı ilə cavab taparaq onu öz fikri kimi qəbul edir. Həmçinin bu fikrin taniş bir layihə olaraq icrasına başlayır. Həmçinin ona qarşı sərt reaksiya vermir və özünü bu fikirdən qorumaq üçün heç bir enerji sərf etmir. Bu yöndə olan tərbiyə metodu inadkar adamlar və uşaqlar üçün daha keçərlidir.
Qurani-Məciddə bu tərbiyə metodundan olduqca çox istifadə olunmuşdur. Onlardan bir neçə nümunəni aşağıda qeyd edirik:
"Bilənlərlə bilməyənlər eynidirmi? Təkcə ağıl sahibləri xatırlayar".
De: "Kor ilə görən bir olarmı? Məgər düşünmürsünüz?”
De: "Korla görən eynidirmi? Yaxud zülmətlə nur eynidirmi?”
Ali-İmran surəsi, 164-cü ayə
لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ .١٦٤
Ayənin tərcüməsi
164\. Allah möminlərə öz içlərindən Allahın ayələrini onlara oxuyan, onları (pis əməllərdən) təmizləyən, Kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt minnət qoydu (böyük bir nemət bəxş etdi). Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.
Ayənin təfsiri.
Allahın ən böyük neməti.
Ayədə söhbət Allah-taalanın bəşəriyyətə əta etdiyi ən böyük nemətdən, yəni İslam Peyğəmbərinin (s) besətindən gedir. Sözün əsl mənasında ayədə İslam dininə yeni üz tutmuş insanların və Ühüd döyüşündən sonra bəzilərinin zehninə gələn sualın cavabı verilmişdir. Ühüd döyüşündən sonra imanlarında süst olan bəzi müsəlmanları “nə üçün biz bu qədər çətinliyə və müsibətlərə düçar olmuşuq?" sualı narahat edirdi. Yuxarıdakı ayədə bu və bu kimi sualları cavablandırmışdı. Qurani-Məcid onlara deyir: "Allah möminlərə onların öz içərisindən Allahın ayələrini onlara oxuyan, onları (pis əməllərdən) təmizləyən, Kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt minnət qoydu (böyük bir nemət bəxş etdi).
Bu yolda çətinliyə düşsəniz və ya çətinliyə düşmək ehtimalı olsa da, Allahın sizə necə böyük nemət əta etdiyini unutmayın. O nemətlərinin ən böyüyünü sizə əta etməklə aranızdan sizi tərbiyə edən, aşkarda olan azğınlıqdan çəkindirən peyğəmbər seçdi. Bütün çətinliklərə sinə gələrək bu ilahi neməti qorumağa çalışın. Bu yolda nə qədər zəhmət çəksəniz, nə qədər fədakarlıq etsəniz yenə də azdır.
Daha maraqlısı budur ki, Allah-taala ayəni "Allah möminlərə minnət qoydu” cümləsi ilə başlayır. Əgər ayəni bu şəkildə başa düşsək, bir qədər zahiri gözəlliyi azalmış olur. Amma daha dəqiq, lüğətə müraciət etməklə ayəni izah etsək, o zaman həqiqi mətləb üzə çıxmaqla yanaşı, ilahi hədəf də bəlli olar.
Rağib İsfahaninin “müfrədat” lüğətinə əsasən, “minnət” kəlməsi,
(mənn) kəlməsindən götürülüb və “çəkidə istifadə olunan daşlara" deyilir. Buna əsasən, bütün ağır və qiymətli nemətlərə “minnət” deyilir. Əgər kiməsə praktiki olaraq qiymətli və böyük hədiyyə əta olunarsa, burada minnət müsbət mənada başa düşülür. Yox, əgər kiçik bir hədiyyəni sözlə şişirdib təqdim edərlərsə, burada "minnət” sözü mənfi mənada başa düşüləcəkdir. Bu izaha əsasən, sözdə şişirdilən hədiyyəyə bəyənilməyən "minnət", amma sözdə və əməldə eynilik təşkil edən hədiyyəyə isə bəyənilən minnət deyilir. Yuxarıdakı ilahi kəlamda “Allah möminlərə minnət qoydu" cümləsindən həmin ilahi nemətin faktiki hazırda möminlərin ixtiyarında olması başa düşülür.
Amma "peyğəmbərin gətirdiyi din cahanşümul olduğu halda nədən ayədə möminlərin adı çəkilir?" sualına gəlincə, bunu deyə bilərik ki, nəticə yalnız möminllərdə hasil olduğu üçün bu ilahi nemətin qədrini bilmək və onu qorumaq onlara həvalə olunur. Yəni kafirlər və bu zümrədən olanlar Peyğəmbərin (s) qədrini bilıməməklə yanaşı, həm də ona qarşı qəzəblidirlər. Amma möminlər əksinə, bu nemətdən bəhrələndikləri üçün Onu qorumaq və qədrini bilmək onların öhdəsinə düşür.
Ayə daha sonra Peyğəmbərin (s) digər üstünlüklərinə işarə edərək buyurur: “...öz içərisindən”.
Əta olunan ilahi nemət, yəni Allahın Rəsulu (s) mələklər və onlar kimi mücərrəd, maddi ehtiyaclardan uzaq bir cinsdən deyil, əksinə, insan, bəşər övladı olaraq bütün maddi ehtiyaclardan dəqiq xəbərdar, bu ehtiyacları dərk edən, insanların yaşayış tərzindən xəbəri olan, həyatın bütün çətinliklərini bilən bir şəxsdir. Məhz belə bir şəxsin bəşəriyyəti tərbiyə etməsi mümkündür. Bildiyimiz kimi, peyğəmbərlərin tərbiyə üsullarından biri də insanları praktiki şəkildə özlərinə cəzb etməklə onları tərbiyələndirməkdir. Yəni peyğəmbərlər ilahi kəlamları çatdırmaqdan əlavə yüksək əxlaqi keyfiyyətlərə malik olmalı və bütün əməlləri gözəl şəkildə yerinə yetirməlidirlər. Söz və əməl birlikdə daha gözəl təsirə malikdir. Bundan başqa dəvətçinin sözləri o zaman güclü təsirə və cazibəyə malik olar ki, özü də dəvət olunanların cinsindən olmaqla yanaşı, həm də onların maddi və ruhi ehtiyaclarını bilsin. Əgər Peyğəmbər (s) mələk olaraq bütün maddi istəklərdən ehtiyacsız olsaydı, təbii ki, bütün insanlar zehnində onun məsumluğu barəsində “peyğəmbərin şəhvəti, qəzəbi və digər maddi istəkləri yoxdur deyə günah etmir” fikri formalaşacaqdı. Bu səbəbdən də peyğəmbərlərin dəvət proqramları nəticəsiz qalacaqdı. Odur ki, peyğəmbər bəşəriyyətin öz cinsindən seçilməlidir ki, bütün maddi ehtiyaclara rəğmən əməllərin ən gözəlini edərək nümunə olsun.
Ayə davamında peyğəmbərlərin üç mühüm təbliğat proqramından xəbər verərək buyurur: "Allahın ayələrini onlara oxuyan, onları (pis əməllərdən) təmizləyən, Kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdi”.
Demək peyğəmbərlərin ilk vəzifəsi Allahın ayələrini insanlara oxumaq, onların qulaqlarını və qəlblərini Quran ayələri ilə tanış etməkdir. Digər təlim proqramında isə həqiqətləri onların canlarına nüfuz etdirmək, onları nəfsi paklanmaya dəvət və təşviq etmək və bu minvalla ali mənəvi dərəcəyə çatdırmaqdır. Peyğəmbərlərin əsas və son hədəfləri bütün insanları tərbiyə etməkdir. Öncəki ayədə təlimdən danışıldı. Bunu da qeyd edək ki, təbii tərbiyə metodunda təlim, tərbiyədən öncədir.
İnsanlığın əsas hədəflərindən və həqiqətlərindən uzaq bir cəmiyyətdə birbaşa təlim və tərbiyə üsulları bəhrəsiz və nəticəsiz olacaqdır. Odur ki, ilk olaraq onları uzun müddət İlahi kəlamlarla tanış etməli, dinə qarşı olan neqativ fikirlərini islah edib ürəklərində dinə qarşı olan xofu çıxarmalı, daha sonra təlim mərhələsinə başlanılmalıdır. Bütün bu mərhələləri fəth etdikdən sonra təlimin nəticəsi olaraq tərbiyə meyvəsini dərmək olar.
Ayənin təfsirində (mənəvi saflıq, paklıq) sözündən istifadə edilməsi əqidəvi islahı nəzərdə tutduğu ehtimal olunur. O cümlədən şirk, batil inanclar, xurafatlar, bir sıra bəyənilməyən, heyvana xas xüsusiyyətlərin nəzərdə tutulması mümkündür. Çünki insanın bünövrəsi bu kimi xüsusiyyət və batil inanclardan təmizlənməsə onun islahı, ilahi təlimlərə əməl etməsi, ilahi hikməti qavraması mümkün deyil. Necə ki, əgər yazılmış lövhəni yaxşı silməsək orada növbəti gözəl xətti nə yaza, nə də seçə bilərik. Budur ki, ayədə nəfsin paklanması təlim proqramından və İslam maarifindən öncə qeyd olunmuşdur. Böyük bir neməti digər zamanlarda olanlarla müqayisə edərkən dəyəri daha da aydınlaşar. Əgər müqayisə zamanı bu fərqləri açıq-aydın seçsək və onların arasında olan fərqləri tapsaq bu zaman əlimizdə olan nemətin dəyər və qiymətini bilərik. Yuxarıdakı ayə bu prinsipə əsasən buyurur: "Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər”.
Yəni İslam dinindən öncəki vəziyyətinizə baxaraq o günləri xatırlayın. O zaman hardan hara gəldiyinizin fərqində olacaqsınız. Ayədə daha incə mətləb bundan ibarətdir ki, Allah-taala onların İslamdan öncəki tarixlərini (zəlalin mubin) (açıq-aydın zəlalət) adlandırır. Bildiyimiz kimi, zəlalətin və azğınlığın müxtəlif şaxələri vardır. Bu şaxələrdən eləsi vardır ki, insan asanlıqla onun batil və qeyri-haqq olmasını anlamır. Belə olan halda bu kimi insanlara haqqı anlatmaq və onları haqqa dəvət etmək, yolunun batilliyini isbatlamaq o qədər də asan olmur. Hamının geniş ağıl və dərrakəyə malik olması da mümkün məsələ deyildir.
İslam dini zühur etdiyi zaman dünyanın, xüsusən də Ərəbistan yarımadasının açıq-aşkar zəlalətdə və azğınlıqda olması hamıya məlumdur. O cümlədən, bədbəxtlik, azğınlıq, mənəvi böhran bütün dünyanı cənginə almış və insanları ardınca sürüyürdü.
Ali-İmran surəsi, 165-ci ayə
أَوَلَمَّا أَصَابَتْكُمْ مُصِيبَةٌ قَدْ أَصَبْتُمْ مِثْلَيْهَا قُلْتُمْ أَنَّى هَذَا قُلْ هُوَ مِنْ عِنْدِ أَنْفُسِكُمْ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .١٦٥
Ayənin tərcüməsi
165\. Siz (Bədr müharibəsində) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza müsibət gəldiyi zaman: "Bu, haradan gəldi?” - dediniz. Söylə: “Bu sizin özünüzdəndir". Həqiqətən, Allah hər şeyə qadirdir!
Ayənin təfsiri.
Ühüd döyüşünü digər cəhətlərdən araşdırılması.
Bu ayə Ühüd döyüşünü digər cəhətlərdən araşdırır. Araşdırma bundan ibarətdir ki, Müsəlmanlar Ühüd döyüşü öncəsi onun nəticəsi barəsində olduqca nigaran və narahat idilər. Həmçinin bunu təkrar- təkrar dillərinə gətirirdilər. Allah-taala yuxarıdakı ayədə üç məsələyə toxunaraq onlara xəbərdarlıq edir: "Siz (Bədr müharibəsində) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza müsibət gəldiyi zaman: "Bu, haradan gəldi?” – dediniz”.
Ühüd döyüşündə onlar sizdən yetmiş nəfər öldürsələr də, əsir götürə bilmədilər. Amma siz Bədr döyüşündə onlardan yetmiş nəfər öldürməklə yanaşı, həm də yetmiş nəfər əsir götürdünüz.
“onları ikiqat müsibətə düçar etdiniz” – sualın cavabıdır. Amma sualın özündən öncə gəlmişdir. Ayənin davamında deyir: “Söylə: "Bu sizin özünüzdəndir".
Yəni başınıza gələn bütün müsibətlər yalnız öz əməllərinizin nəticəsidir. Baş verən bütün hadisələri, o cümlədən döyüşün məğlubiyyət səbəbini də özünüzdə axtarmalısınız.
Siz Peyğəmbərin (s) əmrindən çıxaraq Eyneyn dağını tərk etdiniz. Daha sonra döyüş sona yetməmiş, onu başa çatmış bilərək qənimət yığmaq üçün səngərlərinizi tərk etdiniz. Sonda düşmən sizə hücum edərkən döyüş meydanından qaçmaqla orada qalan müsəlmanların məğlubiyyətinə səbəb oldunuz. Xülasə, itaətsizliyiniz və süstlüyünüz Ühüd döyüşündə məğlubiyyətə və müsəlmanların öldürülməsinə səbəb oldu. Sonda buyurulur: "(Siz gələcəkdən nigaran olmayın). Həqiqətən Allah hər şeyə qadirdir”.
Əgər nöqsanlarınızı aradan qaldırsanız, o zaman Allahın himayəsində olacaqsınız.
Ali-imran surəsi, 166 və 167-ci ayələr
وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللَّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ .١٦٦
وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُوا وَقِيلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوا فِي سَبِيلِ اللَّهِ أَوِ ادْفَعُوا قَالُوا لَوْ نَعْلَمُ قِتَالًا لَاتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَانِ يَقُولُونَ بِأَفْوَاهِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ .١٦٧
Ayələrin tərcüməsi
166\. İki dəstənin (müsəlman və kafirlərin) qarşılaşdığı gündə (Ühüd günü) başınıza gələn, Allahın əmrilə (ilahi ənənəyə uyğun olaraq) baş verdi. Bu, möminləri ayırd etmək üçün idi.
167\. Bu, həm də münafiqlərin tanınması üçün idi. Onlara: "Gəlin Allah yolunda vuruşun, yaxud sizə aid olanı müdafiə edin!” – deyildikdə, onlar: "Əgər döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik (amma bilirik ki, olmayacaq)" - deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dilləri ilə deyirlər. Allah onların gizlətdiklərini çox yaxşı bilir!
Ayələrin təfsiri.
Dəstələrin ayrılması.
Ayədə əsas diqqət imtahan zamanında insanların müxtəlif siniflərə ayrılmasına yönəldilir. Öncəki ayədə bütün müsibətlərin insanların öz əməllərinin nəticəsi olduğu qeyd edilmişdi. Burada da onun davamı olaraq digər bir mövzuya toxunulur. Belə ki, hər bir müsibətin xeyir və şər tərəfləri vardır. Burada da xeyir tərəfi müsəlmanların həqiqi simasının üzə çıxması, əsl möminlərin digərlərindən fərqlənməsidir. Başqa sözlə desək, mücahidlərlə münafiqlərin bəlli olması ayədə izah edilir. Odur ki, birinci mərhələdə buyurulur: “İki dəstənin (müsəlman və kafirlərin) qarşılaşdığı gündə (Ühüd günü) başınıza gələn, Allahın əmrilə (ilahi ənənəyə uyğun olaraq) baş verdi”.
Bəli. Ühüd döyüşündə müsəlmanlarla kafir bütpərəstlərin vuruşması Allahın izni ilə baş verdi. Çünki yaradılış aləminin qanunlarına əsasən, hər bir nəticənin xüsusi səbəbləri vardır. Buna görə də aləm səbəblər silsiləsi prinsipinə əsasən araşdırılır. Bu, ümumi və dəyişməyən qanundur. Buna əsasən də döyüş meydanında hər hansı bir ordu süstlük göstərsə, sərkərdəsinin əmrini unudaraq qənimət yığmağa tələssə və verilmiş əmrə qarşı itaətsizlik etsə, məğlubiyyətə məhkumdur. Odur ki, ayədəki “Allahın izni və əmri ilə” ifadəsi aləmdə olan səbəb və nəticə qanununa əsasəndir. Yəni Allah-taala təbii qanunlar sayəsində baş verən nəticəyə birbaşa müdaxilə etmir. Ühüd döyüşündə müsəlmanlara qələbə vəd edilsə də, onlar özləri öz əməlləri sayəsində bu uğuru və qələbəni məğlubiyyətə çevirdilər. Ayə sonda mühüm bir məsələyə işarə edərək buyurur: "Bu, möminləri ayırd etmək üçün idi”.
Bəli. Bu döyüşün digər nəticələrindən biri də həqiqi möminlərin süst olanlardan və ya əsl müsəlmanların münafiqlərdən seçilməsi idi. Döyüşün gedişi bunu açıqca əks etdirdi. Növbəti ayə buna işarə edərək buyurur: “Bu, həm də münafiqlərin tanınması üçün idi".
Ümumi şəkildə deyə bilərik ki, Ühüd döyüşündə müsəlmanlar konkret olaraq üç dəstəyə ayrılırlar. Birinci dəstəyə aid olan insanlar az olmalarına baxmayaraq, döyüşün əvvəlindən sonuna kimi dayanmaqla yanaşı, həm də cəsarətlə vuruşur və eyni zamanda da Peyğəmbəri (s) qoruyurdular. Onların bəzisi şəhid oldu, bəziləri isə ciddi şəkildə yaralandılar. İkinci dəstəyə aid olan müsəlmanların qəlblərində ciddi titrəyiş baş verdi və döyüşün sonuna kimi dözə bilməyib qaçmağa üz qoydular. Üçüncü dəstəyə aid olan münafiqlər müxtəlif bəhanələrlə döyüşdə iştirakdan boyun qaçırdılar. Əlbəttə, bu mövzunu izah edəcəyik. Amma qısa da olsa qeyd edək ki, Abdullah ibn Əbi Səlulla birlikdə yarı yoldan Mədinəyə üç yüz nəfər əsgər geri döndü. Əgər Ühüd döyüşü kimi çətin bir hadisə ilə üzləşməsəydilər, heç vaxt onların kimliyi, hansı dəstəyə aid olduqları bilinməyəcək, hər kəs öz xüsusiyyətinə görə özünə aid sırada dayanmayacaqdı. Bu minvalla da hər kəs möminlik hayqırtısı ilə qulaqları kar edəcəkdi. Amma ilahi bir imtahanın qarşısında hər kəsin iman ölçüsü bəlli oldu. Sözün əsl mənasında ayədə iki əsas mətləbə toxunulmuşdur. Birincisi, Ühüd döyüşündə məğlubiyyətin asas amili, ikincisi, döyüşün hədəfləri və nəticəsi. Yuxarıdakı ayənin bəzi incə mətləblərinə diqqət yetirmək lazımdır. Ayədə deyilir:
\- “Bu, həm də nifaq salanların tanınması üçün idi”.
Yəni ayənin əsas məqsədi münafiqlər deyil, nifaq salanları tanıtmaqdır. Bu səbəbdən də ayədə deyil," - nifaq salanlar deyilir. Başqa ifadə ilə izah etsək, ayədə "nifaq" sözü vəsf və sifət kimi deyil, feil kimi işlənmişdir. Bunun da əsas səbəbi ondan ibarətdir ki, bu sifət hamıya şamil olmur və hələ heç kimin həqiqi siması bəlli olmayıb. Bundan əlavə İslam tarixindən oxuduqlarımıza əsasən, onların bəziləri sonradan tövbə edərək həqiqi möminlərin sırasına qoşulurlar. Odur ki, ayə birbaşa hamısına şamil edilərək onları “münafiq” adlandırmır. Daha sonra Quran müsəlmanlarla münafiqlərin arasında olan söhbəti belə izah edir:
Müsəlmanlardan bəzisi, o cümlədən İbn Abbas, Abdullah ibn Əmər ibn Hərram Ənsari Abdullah ibn Əbi Səlula yolun yarısından bütün yaxınları ilə birlikdə Mədinəyə qayıdarkən dedilər: “Nə üçün qayıdırsınız? Gəlin ya Allaha xatir, ya da vətəninizi təhdid edən təhlükəyə qarşı vuruşun".
"Onlara: "Gəlin Allah yolunda vuruşun, yaxud sizə aid olanı müdafiə edin! - deyildikdə, bu təklifin cavabında dedilər: “Əgər döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik (amma bilirik ki, olmayacaq)".
Digər təfsirə əsasən, onların cavabını belə də izah etmək olar: Əgər biz bunu döyüş kimi qəbul etsəydik, o zaman sizinlə birlikdə qalıb vuruşardıq. Amma bu döyüş deyil, əksinə, intiharın və özünəqəsdin bir növüdür. Düşmən ordusunun hərbi gücü ilə müsəlmanların ordusu müqayisə olunmazdır. Onlar müsəlmanlardan olduqca güclüdürlər. Odur ki, onlarla döyüşmək ağıllı seçim deyil. Bunu da əlavə edək ki, İslam ordusu döyüş üçün münasib yer seçməmişdir.
Hər halda yuxarıda gətirdikləri üzr bəhanədən savayı bir şey deyildi. Çünki biz müsəlmanların döyüşün əvvəlində onlara qalib gəldiklərini görürük. Amma onların itaətsizliyi, döyüş tapşırığını yerinə yetirməkdə etdikləri səhlənkarlıq nəticəsində məğlub olmaları münafiqlərin öncədən dediklərini doğrultmur. Odur ki, Allah-taala onların yalan danışdıqlarını deyərək buyurur: "Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar”.
Bu cümlədən iman və küfrün müxtəlif dərəcələrinin olması da başa düşülür. Hansı ki hər iki dəstəyə aid edilən dərəcə onların əməl- lərindən asılıdır. Ardınca buyurulur: “Ürəklərində olmayan şeyi dilləri ilə deyirlər”.
Onlar inadkarlıqları üzündən, təklifləri qəbul olmadı deyə (onlar Mədinənin daxilində qalıb vuruşmağı təklif etmişdilər) və ya düşmənin zərbələrinin qorxusundan, ya da İslam dininə qəlbən bağlı olmadıqları üçün döyüşdə iştirak etməkdən boyun qaçırdılar.
“Allah onların gizlətdiklərini çox yaxşı bilir“.
Həm bu dünyada onların əsl simaları və kimlikləri müsəlmanlar üçün aydınlaşdı, tanındılar, həm də Qiyamətdə onlar bu xəyanətlərinin cavabını layiqincə alacaqlar.
Ali-İmran surəsi, 168-ci ayə
الَّذِينَ قَالُوا لِإِخْوَانِهِمْ وَقَعَدُوا لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَءُوا عَنْ أَنْفُسِكُمُ الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ .١٦٨
Ayənin tərcüməsi
168\. (Yardım əlini uzatmaqdan imtina etdikləri) qardaşları haqqında: "Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər", deyənlərə söylə: "Əgər doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!"
Ayənin təfsiri.
Münafiqlərin əsassız danışıqları.
Münafiqlər özləri döyüşdə iştirak etməməklə yanaşı, başqalarının da ruhiyyəsini zəiflətməyə çalışırdılar. Mücahidlər döyüşdən qayıdan zaman onları məzəmmət edərək deyirdilər: Əgər onlar bizim dediklərimizə əməl etsəydilər, indi öldürülməzdilər. Qurani-Kərim yuxarıdakı ayədə onların əsassız sözlərinə cavab verǝrǝk buyurur: “(Yardım əlini uzatmaqdan imtina etdikləri) qardaşları haqqında: "Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə söylə: "Əgər doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!”
Yəni sözün əsl mənasında siz bu sözlərlə qeyb aləmindən və gələcəkdə baş verənlərdən xəbəriniz olduğunu iddia edirsinizsə, belə bir istedada malik olan kəs gələcək hadisələrin, o cümlədən özünün də ölümünün səbəblərini bilməli və ölüm zamanından xəbərdar olmalıdır. Görəsən həqiqətən sizdə belə bir qüdrət varmı?
Szə cihad meydanında iftixarlı ölüm nəsib olmayıb. Bundan sonra da heç zaman ölməyəcəksiz? Ölümü həmişəlik özünüzdən uzaqlaşdıra bilərsiniz? Siz ölümün qanunlarını heç vaxt aradan qaldıra bilməzsiniz. Əgər belə bir iddianız varsa, bəs nə üçün ölüm yatağına düşərək zəlilliklə ölürsünüz? Nə üçün fəxrlə cihad meydanında düşmənlə vuruşaraq şəhidlik şərbətini içmədiniz? Yuxarıdakı ayədə digər incə mətləb bundan ibarətdir ki, möminlərin heç vaxt münafiqlərlə qardaş olmamasına baxmayaraq, ayədə möminlərdən danışarkən “qardaş” kəlməsindən istifadə olunmuşdur. Burada “qardaş” sözü münafiqlərə kinayədir. Çünki münafiqlərin həqiqi simaları üzə çıxmayana qədər möminlərlə birlikdə olur və bir-birilərinə qardaş deyə müraciət edirdilər. Ayə onlara çatdırmaq istəyir ki, dünənə kimi qardaş dediklərinizin köməyinə nə üçün gəlmədiniz? Nə üçün belə bir qarışıq zamanda onları himayə etmədiz və müdafiəsinə qalxmadız? Odur ki, ayədə bir növ onların kimliyini özlərinə başa salmaq üçün (ixvanihim) (qardaşları) sözündən dərhal sonra (qəədu) (döyüşdən çəkindilər) sözünü qeyd edir. Yəni insan qardaşlıq iddiasından sonra necə onu təhlükəli döyüş meydanında qoyub gedə bilər?
Ali-İmran surəsi, 169-171-ci ayələr
وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ .١٦٩
فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .١٧٠
يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ وَأَنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ .١٧١
Ayələrin tərcüməsi
169\. (Ey Peyğəmbər!) Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əksinə, onlar diridirlər. Onlara Rəbləri yanında ruzi ǝta olunur.
170\. Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətlərə görə şaddırlar, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin (gələcək mücahid və şəhidlərin) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə sevinirlər.
171\. Onlar həm Allahdan gələn nemət və mərhəmətə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə məmnundurlar.
Ayələrin nazilolma səbəbi.
Bəzi təfsirçilər bu ayələri Ühüd, bəziləri isə Bədr döyüşündən sonra nazil olduğunu qeyd edirlər. Amma keçmiş ayələrə baxdıqda, bu ayələrin Ühüd döyüşündən sonra nazil olduğunu deyə bilərik. Amma ayənin məzmunu Allah yolunda öldürülən bütün mücahidlərə şamil olduğu üçün Bədrdə şəhid olmuş on dörd müsəlmana da aid edilir. İmam Baqirdən (ə) nəql olunan hədisdə ayənin Ühüd və Bədr döyüş- lərində şəhid olanlara aid olduğu qeyd olunur.
İbn Məsud Peyğəmbərdən (s) belə nəql edir: “Allah-taala Ühüd şəhidlərinin ruhuna xitab edərək: “Nə arzunuz var?" - deyə soruşdu. Onlar: "İlahi, bizim bundan böyük nə arzumuz ola bilər ki? Sənin əbədi nemətlərinə qərq olmuşuq, Sənin ərşinin kölgəsində məskunlaşmışıq. Bizim yeganə istəyimiz budur ki, yenidən həyata qayıdıb bir daha şəhid olaq", - deyə cavab verdilər. Allah buyurdu: “Mənim dəyişməz əmrimə əsasən, heç kəs ikinci dəfə dünyaya qayıda bilməz”. Dedilər: “İndi ki belədir, onda salamımızı Peyğəmbərə (s) çatdır, haqqımızda salamat qalanlara danış və onlara Sənin bizdən, bizim isə Səndən razı qaldığımızı de".
Ayələrin təfsiri.
Hər halda, belə nəticəyə gəlirik ki, imanları zəif olanlar Ühüd savaşından sonra orada şəhid olan dostlarına və yaxınlarına görə təəssüflənir, onların ölməsindən narahat olurdular. Xeyir əldə etdikləri və onların yerlərini boş gördükləri zaman daha çox narahat olur və öz- özlərinə deyirdilər: "Biz bu cür naz-nemət içindəyik, amma qardaş- larımız və övladlarımız qəbirlərdə yatırlar, əlləri hər şeydən üzülüb”.
Bu sözlər yanlış və reallıqdan uzaq olmaqla yanaşı, sağ qalanların ruhiyyəsinə də mənfi təsir göstərirdi. Bu ayələr həmin fikirlərin üzərindən bir xətt çəkdi, şəhidlərin uca və üstün məqama layiq görüldüklərini bəyan edərək buyurdu: “(Ey Peyğəmbər!) Allah yolunda öldürülənləri şahid olanları) heç də ölü zənn etmə).
Ayədə yalnız Peyğəmbərə (s) xitab edilsə də, məzmun baxımından hamıya aiddir. Ayənin davamında buyurulur: “Əksinə, onlar diridirlər.
"Onlara Rəbləri yanında ruzi əta olunur”.
Burada "həyat və dirilik" deyilərkən, öldükdən sonra ruhların malik olduğu Bərzəx həyatı nəzərdə tutulur. Baxmayaraq ki, öldükdən sonra yaşamaq təkcə şəhidlərə aid deyil, sadəcə, şəhidlər çox yüksək, növbənöv mənəvi nemətlərlə zəngin həyata malik olduqları üçün Bərzəxin digər sakinlərinin yaşayışı onların yaşayışından çox aşağıdır.
Növbəti ayədə şəhidlərin bərzəx həyatının bol bərəkətli nemətlərin- dən istifadə etmələri haqda buyurulur: "Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətlərə görə şaddırlar”.
Həmçinin arxalarınca gəlib hələ onlara çatmamış kəslərin (gələcək mücahid və şəhidlərin), yəni şəhidlik şərbətini hələ içməyənlər üçün sevinirlər. Çünki müqavimətlərinin hədiyyəsini o biri dünyada görəcəkləri üçün çox sevinirlər.”
Ayənin ardınca buyurulur: “Onların heç bir qorxusu olmayacağına və qəm-qüssə görməyəcəklərinə görə şadlanırlar”.
Bu cümləyə digər prizmadan yanaşsaq, bu cür açıqlamaq da mümkündür: Şəhidlər onlara qovuşacaq mücahid qardaşlarının məqam və mənzilətlərini müşahidə edib sevindikləri kimi, özlərinin də gələcəkdə (Qiyamətdə) son aqibətlərinin xeyirlə bitəcəyinə əmindirlər. Odur ki, onlar buna görə də şadlıq edirlər.
Növbəti ayədə şəhidlərin bərzəx həyatı barədə daha geniş izah verilir: "Onlar iki cəhətdən xoşhal və sevinc içindədirlər. Birincisi Allahın nemətlərini əxz etdikləri üçün. Əlbəttə təkcə bu nemətləri əxz əxz etdikləri üçün deyil, bu nemətlərin təkrar-təkrar mərhəmətindən doğduğu Allahın bol lütfü onlara şamil olduğu üçün sevinirlər.
Digəri bundan ibarətdir ki, "onlar Allahdan gələn nemət və mərhəmətə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə məmnundurlar.”
Həqiqətən də onlar dünyada eşitdiklərini orada gözləri ilə görərək dərk edirilər.
İncəliklər:
1\. Ruhun qalmasına şahidlik.
Qurani-Kərimdə insanın ölümündən sonra ruhun qalmasına birbaşa dəlalət edən ayələrdən biri də yuxarıda barəsində danışdığımız ayədir. Qeyd etdiyimiz kimi, bu ayədə şəhidlərin ölümdən sonrakı həyatı barədə xəbər verilir. Amma belə bir ehtimal da edilir ki, ayədəki “həyat” sözü məcazi mənada işlənərək onların özlərindən sonra buraxdıqları iz, ad- san mənasındadır. Bu ehtimal ayənin zahiri və batini mənalarından çox uzaqdır. Xüsusən də ayədəki şəhidlərin İlahi dərgahda ruzidən istifadə etmələri, hər cəhətdən onların sevinməsi və şadlanması versiyası ilə uyğun gəlmir. Bundan əlavə, yuxarıdakı ayə bərzəx aləminin mövcudluğuna açıq-aşkar dəlildir. Həmçinin aşağıdakı ayə gətirdiyimiz izahı bir daha təsdiqləyir:
"Onların arxasında diriləcəkləri günə qədər Bərzəx vardır".!
2\. Şəhidlərin mükafatı..
Şəhidlik barəsində çox danışılmışdır. Bildiyimiz kimi, hər bir qövmün, millətin şəhidləri vardır və onlar öz şəhidlərinə dəyər verir, onların yaxınlarına ehtiram edirlər. Amma müqəddəs İslam dininin şəhidlərə verdiyi dəyər olduqca fərqli və bənzərsizdir. Aşağıda qeyd etdiyimiz hədis İslam dininin şəhidlərə verdiyi dəyər və ehtiramın bir nümunəsini əks etdirir. Məhz bu kimi dəyərlər sayəsində İslam dini sayəsində hər sahədə geridə qalmış bir millət sürətlə inkişaf etmiş, az bir vaxt ərzində elə bir qüdrətə çatmışdır ki, əsrlər boyu hakimiyyətini qoruyub saxlamış imperatorların kürəyini yerə vurmağa müvəffəq olmuşdur. İmam Rza (ə) İmam Əliyə (ə) istinadla rəvayət edir ki, İmam Əli (ə) bir gün xütbə oxuyur, camaatı cihada təşviq edirdi. Bu vaxt ayağa qalxan bir gənc: "Ey möminlərin əmiri, mənə Allah yolunda döyüşənlərin üstünlüklərindən danış” - deyə müraciət etdi.
İmam Əli (ə) buyurdu: “Zatüs-səlasil” döyüşündən qayıdırdıq. Mən Peyğəmbərin (s) miniyinin tərkində idim. Eyni sualı mən Peyğəmbərdən (s) soruşdum. O həzrət (s) buyurdu: "Mücahidlər döyüş meydanında savaşmağa qərar verdikdə, Allah Cəhənnəmdən uzaq qalmağı onlara vacib edir. Əllərinə silah alıb döyüşə hazırlaşdıqda isə mələklər onların varlığı ilə fəxr edirlər.
Həyat yoldaşları, övladları və yaxınları onlarla vidalaşdıqda, günahları bağışlanır. Bundan sonra gördükləri elə bir iş yoxdur ki, mükafatlandırılmasın. Hər gün üçün min abidin etdiyi ibadətin mükafatı onlara yazılır. Düşmənlə qarşı-qarşıya gəldikləri zaman qazandıqları savabın miqyasını dünya əhalisi dərk edə bilməz. Döyüş meydanına ayaq basdıqda, nizələr və oxlar işə düşdükdə, təkbətək döyüşlər başladıqda, mələklər öz qanadları ilə onları dövrəyə alır və Allahdan onların sabitqədəm olmasını istəyirlər. Bu vaxt carçı car çəkərək deyir:
"Cənnət qılıncların kölgəsindədir".
Həmin vaxt düşmənin şəhidin bədəninə vurduğu zərbələr yayın istisində içilən sərin sudan daha şirin olur. Şəhid miniyindən yıxıldıqda hələ yerə çatmamış Cənnətin huriləri onu qarşılamağa gəlirlər, Allahın onun üçün hazırladığı maddi və mənəvi nemətlərdən danışırlar. Şəhid yerə uzandığı vaxt yer deyir:
"Pak bədəndən qalxan pak ruha salam olsun! Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir insanın təsəvvür edə bilmədiyi nemətlər sənin yolunu gözləyir".
Allah buyurur: "Mən onun salamat qalanlarının hamisiyəm. Onları şadlandıran Məni şadlandırıb, onları qəzəbləndirən Məni qəzəbləndirmişdir".
Ali-İmran surəsi, 172-175-ci ayələr
الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِيمٌ .١٧٢
الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ .١٧٣
فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللَّهِ وَاللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ .١٧٤
إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .١٧٥
Ayənin tərcüməsi
172\. Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb təqvalı olanlarını böyük bir mükafat gözləyir!
173\. Bunlar o adamlardır ki, insanlar onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər və O, ən yaxşı himayəçidir!" - deyə cavab verdilər.
174\. Buna görə də Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük nemət və mərhəmət sahibidir.
175\. Bu, yalnız Şeytandır ki, öz ardıcıllarını qorxudur. Onlardan qorxmayın! Əgər imanınız varsa, Məndən qorxun!
Ayənin nazilolma səbəbi.
Ühüd döyüşündən sonra baş verən hadisələr barəsində danışarkən, Əbu Süfyanın qalib gəlmiş ordusunun sevinc içində sürətlə Məkkəyə geri qayıtdıqları zaman Ruha məntəqəsində dayandıqlarını qeyd etmişdik. Məkkə müşrikləri peşman olmuş və yenidən Mədinəyə hücum edərək sağ qalan müsəlmanları da öldürmək fikrinə düşmüşdülər. Bu xəbər Peyğəmbərə (s) çatdıqda, o Həzrət (s) yenidən döyüşə hazırlıq əmri verir. Bu zaman Ühüd döyüşünün yaralılarının qoşuna qatılaraq öndə durmalarını xüsusilə əmr edir. Peyğəmbərin (s) yaxınlarından biri deyir: "O zaman mən də Ühüd döyüşündə yaralanmışdım. Amma qardaşımın yaraları mənimkindən də ağır idi. Buna baxmayaraq, necə olursa olsun özümüzü Peyğəmbərə (s) çatdırmağı vacib bildik. Qardaşımın vəziyəti daha ağır olduğu üçün geri qaldığı zaman onu çiynimə alaraq yolu davam edirdik. Nəhayət, böyük əziyyətlə də olsa özümüzü Peyğəmbər (s) ordusuna çatdırdıq. Biz orduya yetişdikdə onlar artıq Mədinədən səkkiz mil məsafədə yerləşən Həmraül-əsəd məhəlləsində düşərgə salmışdılar. Bu xəbər Məkkə müşriklərinə çatdıqda çox təəccübləndilər. Xüsusilə yaralıların yenidən döyüşə gəlməsi, onların əhval-ruhiyyəsi düşmən ordusunu təəccübləndirməklə yanaşı, həm də qorxuya salmışdı. Müşriklər düşünürdülər ki, “olmaya Mədinədən onlara yeni ordu qoşulmuşdur?".
Baş verən hadisə müşriklərin ruhiyyəsini tamam zəiflətdi və onların müqavimət gücünü sındırdı. Məbəd əl-Xüzai adlı müşrik Mədinədən Məkkəyə doğru gedərkən yolda Peyğəmbəri (s) görür. Peyğəmbər (s) də yorğun və yaralı olduğundan səhabələri o Həzrəti (s) çətinliklə aparırdılar. Xüzainin insanlıq hissi cuşa gəlir və deyir: "Sizi belə görmək bizi narahat edir. Əgər istirahət etsəydiniz daha yaxşı olardı". O bunları deyib gedir və Ruhada Əbu Süfuanın ordusu ilə rastlaşır. Əbu Sufyan ondan İslam Peyğəmbəri (s) barəsində soruşduqda, o: “Muhəmmədin bu vaxta kimi görmədiyim böyük bir ordu ilə sizin ardınızca sürətlə hərəkət etdiyini gördüm" - deyə cavab verir.
Əbu Süfyan narahatlıq və iztirabla: "Nə danışıqrsan?! Axı biz onlardan çox adamı öldürdük, yaraladıq və qalanlarını da didərgin saldıq!” – dedikdə, Məbəd əl-Xüzayi belə cavab verir: “Mən sizin nə etdiyinizi bilmirəm. Bildiyim budur ki, onlar böyük və qüdrətli ordu ilə sürətlə sizin ardınızca gəlirlər!".
Əbu Süfyan və dostları vaxt itirmədən geri çəkilərək Məkkəyə qayıtmaq qərarına gəlirlər. Həmçinin İslam ordusunun yolda onlara yetişə bilməsi ehtimalını nəzərə alaraq gecikmədən geri çəkilirlər. O cümlədən, onların yanından keçərək buğda almaq üçün Mədinəyə gedən Əbdül Qeys tayfasından olan insanlardan xahiş edirlər ki, onların bu sözünü Peyğəmbərə (s) çatdırsın: “Əbu Süfyan və ordusu böyük bir ordu ilə sürətlə Mədinəyə sizin qalanlarınızı da öldürməyə gəlirlər”.
Bu xəbər Peyğəmbər (s) və tərəfdarlarına çatdıqda, onlar bir ağızdan “Allah bizim üçün kifayətdir” dedilər.
Amma nə qədər gözləsələr də müşriklərdən bir xəbər çıxmır. Odur ki, üç gün gözlədikdən sonra Mədinəyə qayıdırlar. Yuxarıda qeyd etdiyimiz ayə bu hadisə ilə bağlı nazil olmuşdur.
Ayələrin təfsiri.
"Həmraül-əsəd” döyüşü.
Ayənin nazil olma səbəbi aydınlaşdıqdan sonra #### Ayələrin təfsirinə qayıdırıq.
Birinci ayədə deyilir: "Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb təqvalı olanları böyük bir mükafat gözləyir”.
Ühüd döyüşündə yaralanmasına baxmayaraq, təqva yolunu seçib Peyğəmbərin (s) əmrini qəbul edərək yenidən döyüş meydanına yollanan, bununla gözəl və ixlaslı bir əməli yerinə yetirən mücahidləri Allah dərgahında böyük hədiyyələr gözləyir. Ayədə "hədiyyə alanlar" barəsində danışarkən “bir dəstə” sözündən istifadə olunduğundan, belə məlum olur ki, onların hamısı kamil şəkildə xalis və təqvalı olmayıblar. Həmçinin "onlardan bəzisi "(minhum) sözündən Ühüddə döyüşənlərin hamısının ikinci dəfə Peyğəmbərlə (s) birlikdə gəlmədiyi anlaşılır. Yəni onların bəzisinin gəlmədiyi ehtimal olunur. Əgər Ühüd mücahidlərinin hamısı yenidən döyüşmək üçün Peyğəmbərə (s) qoşulsaydılar, ayədə belə bir ifadədən istifadə olunmazdı. Qurani- Kərim növbəti ayədə onların necə şücaətli və təqvalı olmasını belə təsvir edir: "Bunlar o adamlardır ki, insanlar onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər və O, ən yaxşı himayəçidir!” – deyə cavab verdilər”.
Bu ayə Əbdül Qeys və bir rəvayətə görə Nəim ibn Məsudun İslam mücahidlərinə "düşmən böyük bir ordu ilə gəlir, onlardan qorxun, onlar sizə hücum etmək üçün toplaşmışlar” dedikdən sonra nazil olmuşdur. Mücahidlər onların bu sözündən qorxmamış, əksinə, imanları daha da artmış və cavabında demişlər: “Allah bizə yetər və O, ən yaxşı himayəçidir!"
Qurani-Kərim onların belə bir təqdirəlayiq addımlarını və düşmənə şücaətlə verdikləri cavabı yüksək qiymətləndirir və buyurur: "Buna görə də Allahın neməti və lütfi sayəsində geri döndülər”.
Bundan böyük nemət və fəzilət ola bilməz. Mücahidlər döyüşə başlamamış düşmən qorxaraq geri çəkilir və nəticədə, mücahidlər sağ- salamat yenidən evlərinə dönürlər. Ayədəki “nemət” və “fəzl” sözlərindən “nemət” sözünü mücahidlərin layiq olduqları mükafat, “fəzl” sözündən isə bu mükafata olan əlavələri başa düşmək mümkündür. Daha sonra təkidlə buyurulur: “(Bu döyüşdə) onlar heç bir əziyyət görmədilər”.
Daha sonra əlavə edilir: “Allahın razılığına tabe oldular”.
Allah böyük nemət və mərhəmət sahibidir. (Hansı ki həqiqi mücahidlərin və möminlərin intizarındadır.) Növbəti ayə “Həmraül- asǝd" hadisəsinə işarə edərək buyurur: “Bu, yalnız şeytandır ki, öz ardıcıllarını qorxudur. Onlardan qorxmayın! Əgər imanınız varsa, Məndən qorxun!”
Ayədəki “zəlikum” sözü mücahidləri düşmənin qüdrəti və ordusunun böyüklüyü ilə qorxutmaq istəyənlərə aiddir. Buna əsasən, ayəni bu şəkildə izah edirik: Niəm ibn Məsudun və Əbdül Qeys karvanının əməlləri şeytan əməlindən savayı bir iş deyildi. Hansı ki onlar bu əməllə yalnız şeytanın dostlarını qorxuda bilərdilər. Yəni bu kimi sözlər yalnız və yalnız həyatını şeytanla dostluq etməklə keçirən insanlara təsir edə bilər. Amma imanlı şəxslərə və imanlarında sabit-qədəm olanlara heç vaxt şeytanın sözləri və vəsvəsələri təsir edə bilməz. Siz də həmçinin, şeytanın dostlarından deyilsinizsə, bu sözlər sizə təsir edə və haqq yoldan sapdıra bilməz. Həmçinin, ayədəki “şeytan" sözünü ilahi əmrlərə tabe olmayan və daim insanları yoldan azdırmağa çalışan iblis sifətli insanlara da şamil etmək olar. Çünki bildiyimiz kimi, "şeytan" sözünün olduqca geniş mənası vardır. Hansı ki həm öz cinsindən, həm də insan cinsindən olan hər bir məxluqa şamil etmək olur. Buna misal olaraq "Ənam" surəsinin 112-ci ayəsində oxuyuruq:
"Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq".
Ayənin sonunda buyurulur: “Əgər imanınız varsa, Məndən qorxun! Onlardan qorxmayın!”
Həmçinin, "Cin" surəsinin 13-cü ayəsində bu mövzuya işarə edərək buyurur:
"Biz doğru yol göstərən Quranı dinlədiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz”.
Yuxarıdakı izaha əsasən, Allahdan başqa bir kəsdən qorxan şəxsin imanı kamilləşməmiş və hələ də şeytanın nüfuzu həmin adamın qəlbində qalmaqdadır. Çünki yaradılış aləmində mütləq qüvvət və qüdrət sahibinin Allah olduğunu və Onun dərgahından savayı heç bir yerdə pənahın olmadığını bilirik. Əgər möminlər öv vəliləri olan Allahı, kafirlərin vəlisi olan şeytanla müqayisə etsələr, kafirlərin vəlisinin möminlərin Allahının qüdərti qarşısında puç olduğunu bilərlər. Odur ki, möminlərin kafirlərdən azacıq da olsa qorxuları olmamalıdır. Bütün bunlardan sonra xülasə olaraq deyə bilərik ki, iman nüfuz edən qəlbə igidlik şücaət də nüfuz edəcəkdir.
İncəliklər:
İlahi tərbiyənin tez bir zamanda təsir etməsi.
Müsəlmanların Bədr döyüşü və Həmraül-əsəd hadisəsindəki ruhiyyələri insanı təəccübləndirməyə bilmir. Necə olur ki, yeni iman gətirmiş, müharibədə böyük zərbə alaraq məğlubiyyətə uğramış bir dəstə, 70 şəhid verməsinə və çox sayda insanın yaralanmasına baxmayaraq, bir gün fasilə olmamış yenidən böyük əzmkarlıqla, şücaət və yüksək ruhiyyə ilə növbəti döyüş üçün ordu sıralarına qatılaraq düşməni qarşılamaq üçün tələsir?
Qurani-Kərim onların barəsində buyurur: "Bunlar o adamlardır ki, insanlar onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər və o, ən yaxşı himayəçidir!" - deyə cavab verdilər”.
Sözün əsl mənasında belə bir ruhiyyə kəsb etmək imanın təsir və xüsusiyyətlərindəndir. İmanlı şəxsə bəla və müsibətlər üz verdikcə o, Allaha sığınaraq daha da möhkəm və əzmkar olur, bütün maddi və mənəvi gücünü ortaya qoyaraq əzmkarlıqla mübarizə aparır.
Cahillik dövründən yeni çıxmış insanlarda qısa müddətdə belə bir şövq və əlaqənin yaranması insanı Quran ayələrinin və Peyğəmbərin (s) sözlərinin təsirinin dərinliyinə baş vurmağa sövq edir. İlahi tərbiyənin bu qədər tez və effektiv təsirə malik olmasının özü ilahi möcüzələrədən biridir.
Ali-İmran surəsi, 176 və 177-ci ayələr
وَلَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا يُرِيدُ اللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ .١٧٦
إِنَّ الَّذِينَ اشْتَرَوُا الْكُفْرَ بِالْإِيمَانِ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ .١٧٧
Ayələrin tərcüməsi
176\. Küfrə tələsənlər səni kədərləndirməsinlər! Onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir cəza gözləyir!
177\. İmanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Onları şiddətli bir əzab gözləyir!
Ayələrin təfsiri.
Peyğəmbərə (s) başsağlığı.
Birinci ayədə İslam Peyğəmbərindən (s) danışılır və Allah-taala Ona dərdli Ühüd müsibətinə görə başsağlığı verərək buyurur: “Küfrə tələsənlər səni kədərləndirməsinlər!”
Yəni ey Rəsulum! Küfr etmək üçün bir-biri ilə yarışanlar səni heç də qəmgin etməsin, çünki: "Onlar Allaha heç bir zərər yetirə bilməzlər”.
Əksinə, onlar özləri bu yolda ziyan görəcəklər. Fayda və zərər, xeyir və ziyan görən varlıqların vücudları özlərindən deyil, onları Yaradan vardır. Əzəli və əbədi, bütün cəhətlərdən ehtiyacsız və sərhədsiz olan Ulu Varlığa, ehtiyaclı, bütün cəhətlərdən məhdud olan insanların küfrü və bu yolda çalışmaları nə edə bilər? Onlar imana pənah apar- maqla kamilləşir, küfr etməklə tənəzzül və süqut edirlər. Onların ilahi qanunlara müxalif olmaları heç vaxt yaddan çıxmayacaq və sonda öz əməllərinin nəticəsini görəcəklər. Göründüyü kimi, onlar küfr yolunda öz iradələri ilə irəliləyirlər. Necə ki ayədə qeyd edilir: “Onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir cəza gözləyir!"
Ayənin çatdırmaq istədiyi mesaj bundan ibarətdir: Onlar küfr etməkdə bir-biriləri ilə yarışırlar. Amma bu, Allahın onların küfrünün qarşısını ala bilmədiyi mənasına gəlmir. Əksinə, Allah-taala bu ayə ilə bir daha insanlara verilən ixtiyar və azadlığa işarə edərək “bütün günahları öz ixtiyarınızla etdiniz” mövzusunu önə çəkir. Amma sonda onları yaradılışın hədəfi olan əbədi həyatdan məhrum edəcəkdir. Bu ayə insanın məcbur deyil, ixtiyar sahibi olduğunu xatırladır.
Növbəti ayədə isə mövzu daha geniş müzakirə olunur. Burada imanla küfrün yerini dəyişənlərə işarə edilərək deyilir: “İmanı verib, əvəzində küfrü alanlar Allaha heç bir zərər verə bilməzlər”.
Həmçinin ayə onların aqibətləri haqqında buyurur: “Onları şiddətli əzab gözləyir”.
Onlar küfr yolunda sürətlə irəlilədikləri üçün burada yuxarıdakı ayədən fərqli olaraq "və ləhum əzabun əlim" sözündən istifadə olunmuşdur. Öncəki ayədə isə "əzabun əzim" sözündən istifadə olunmuşdur.
Ali-İmran surəsi, 178-ci ayə
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ .١٧٨
Ayənin tərcüməsi
178\. Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onları xaredici bir əzab gözləyir.
Ayənin təfsiri.
Yükü ağır olanlar.
Bu ayə də həmçinin Ühüd döyüşü və ondan sonra baş verənlərə işarə etməklə yanaşı, həm də Ühüdlə bağlı bütün mövzuları özündə xülasələşdirərək mətləbləri təkmilləşdirir. Bəzi ayələr Peyğəmbərlə (s), bəziləri möminlərlə, bu ayə isə müşriklərlə bağlıdır. Öncəki ayədə Allah- taala Peyğəmbərə (s) təsəlli verməklə yanaşı, həm də onu gələcək işlərə həvəsləndirir. Həmçinin düşmənin bütün fəaliyyətlərini səmərəsiz hesab edərək onların heç vaxt müvəffəq olmayacaqlarını önə çəkir. Eynilə bu ayədə də onların gələcək talelərinin olduqca pis olacağından xəbər verǝrǝk buyurur: "Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar!”
Ayənin ardınca onlara verilən ömür payına işarə edilərək buyurulur: "Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür”.
Ayənin sonunda verilən möhlətin acı sonuna və müşriklərin aqibətinə işarə edilərək deyilir: “Onları xaredici bir əzab gözləyir”.
Yuxarıdakı ayə müşriklərə xəbərdarlıq edərək deyir: Allahın sizə bəxş etdiyi imkanlardan, dünyada sizə nəsib olan uğurlardan və zəfərlərdən Allahın sizdən razı olduğunu və ya Allahın sevimli bəndələri olduğunuzu güman etməyin. Yəni işlərinizin sahmanda olması sizin əməllərinizin saleh olmasına dəlalət etmir.
Yuxarıdakı ayənin izahından belə başa düşürük ki, Allah-taala tamamilə günaha batmamış, hidayət üçün hələ bütün qapılar üzünə bağlanmamış bəndələrini onlara təsir edəcək, həyat yolunda xəbərdarlıq zəngi ola biləcək və ya bəzən də əməllərinə münasib şəkildə cəzalandırır ki, bəndəsi özünə qayıtsın və haqqı görərək ona uyğun əməl etsin. Bunlar Allah yanında ləyaqətlərini itirməyən və hidayətə layiq insanlardır. Həmçinin bu kimi insanların cəzalandırılması da onlar üçün ilahi nemət sayılır. Necə ki "Rum" surəsinin 41-ci ayəsində bu barədə oxuyuruq:
"İnsanların quruda və dənizdə qarşılaşdıqları fəsad öz əlləri ilə törətdikləri əməllərin nəticəsi olaraq meydana çıxır. Allah onlara törətdikləri əməllərin bir qisminin nəticəsini daddırmaq istəyir. Bəlkə qayıdalar".
Amma asiliyin son həddinə yetişən və günahlar içində qərq olan, itaətsizlik və tüğyan edənləri Allah-taala öz halına buraxar, daha dəqiq desək, onlara günah etmək üçün daha geniş meydan yaradar. Onlar bu günahlarla öz axirət yüklərini daha da ağırlaşdırar və özlərini ən ağır cəzalara məhkum edərlər. Onlar öz arxalarınca bütün körpüləri yandıran və özləri üçün heç bir qayıdış yolu saxlamayan, həya və iffət pərdəsini yırtan, hidayət olmaq üçün ilahi dərgahda bütün ləyaqətlərini tamamilə əldən vermiş kəslərdir.
Tarixi şəxsiyyət, şücaətdə anası Zəhranın (s.ə) şagirdi olmuş xanım Zeynəbin (s.ə) tarixin ən qara səhifəsində yer tutmuş, heç bir qayıdış və hidayət ləyaqəti olmayan Şam hökumətinin sarayında bu ayəyə istinad edərək, tüğyankar rejimin aqibətinin necə olacağı haqqında söylədiyi xütbədən oxuyuruq: "Bu gün sənin şadlanmağının əsas səbəbi bizim üçün dünyanı dar etmən, asimanın geniş qapılarını üzümüzə bağlaman, bizi əsirlər kimi bir diyardan digər diyara gətirdiyin üçündür. Belə düşünürsən ki, bunlar sənin qüdrətinin nişanələri və ya Allah dərgahında məqam sahibi olmağının əlamətlərindəndir?!
Amma səhv edirsən! "Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür (Bu fürsətlər yalnız günah- larınızın artması üçündür). Onları xaredici bir əzab gözləyir”.
And olsun Allaha! Həyatın hadisələr yolu bizim yolumuzu əsir olaraq sənin sarayından salıbsa, mənim nəzərimdə şəxsiyyətinin zərrə qədər dəyərli olmasını təsəvvür etmə. Səni bütün sahələrdə təhqir olunmuş, xar, zəlil və nəzərlərdən uzaq birisi bilirəm...
Əlindən nə gəlirsə et! And olsun Allaha! Heç vaxt bizim nurumuzu söndürə, haqq dinimizi və cavidan qalacaq vəhyimizi yox edə bilməyə- cəksən! Sən məhv olacaqsan. Amma (vilayət) ulduzu daim parlayacaq!".
Bir suala cavab.
Bu ayə çoxlarının beynindən keçən bir suala cavab verir. Nə üçün zalımlar və günahkar insanların bir qrupu bol nemət içində yaşayır, Allahın bəlasına gəlmirlər?
Quran buyurur ki, bunlar islah olunmayan insanlardır, yaranış qanunauyğunluğuna, ixtiyar və iradə azadlığı prinsipinə əsasən, özbaşına buraxılıblar ki, tənəzzülün ən son həddinə çatsınlar və daha ağır cəzalara layiq olsunlar. Bundan əlavə, Quranın bəzi ayələrindən belə məlum olur ki, Allah-taala bəzən belə adamlara çoxlu nemət verir, amma elə bu dünyada daha çox acı çəkmələri üçün qələbə, sevinc və qürur ləzzətinə qərq olduqları zaman qəfildən hər şeylərini alır. Çünki belə bir təmtəraqlı həyatdan ayrılmaq çox ağırdır. Belə ki, Allah-taala "Onam" surəsinin 44-cü ayəsində belə buyurmuşdur:
"Onlara edilmiş xəbərdarlığı unutduqları zaman şadlanmaları üçün hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Qəfildən onları yaxaladıq və onlar məyus oldular (ümid qapıları onların üzlərinə bağlandı)".
Belə şəxslər ağaca dırmanan və yuxarı qalxdıqca sevinən, daha sonra ağacın ən hündür budağına çıxan edən şəxsə bənzəyir. Gözlənilmədən qalxan tufan və güclü külək onu ağacın zirvəsindən yerə elə çırpır ki, bütün sümükləri sınaraq məhv olur.
Qrammatik incəlik.
Barəsində danışdığımız ayədəki “liyəzdədu ismən” sözündəki “lam” sözönü cümləyə hədəf deyil, aqibət və son mənasını verir. Ərəb dili qrammatikasında "lam" sözönü bəzən insanın xoşuna gələcək və bəyəniləcək mənalarına da dəlalət edir. O cümlədən:
"(Bu,) insanları öz Rəblərinin izni ilə qaranlıqdan nura — çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır".
Təbii ki, insanların hidayət olması ilahi dərgahda bəyənilən və sevilən hadisədir. Amma bəzən də insanın bəyənmədiyi, amma sonu xeyirlə bitəcək cümlələrin əvvəlində işlədilir. O cümlədən, “Fironun ailəsi onu sudan götürdü ki, axırda onlara düşmən kəsilib başlarına bəla olsun".
Təbii ki, onlar Həzrət Musanı (ə) belə bir iş üçün sudan xilas etməmişdilər. Amma sonu belə nəticələndir.
Yuxarıda qeyd etdiyimiz məqamlar təkcə ərəb dili qrammatikasında deyil, digər dillərdə də mövcuddur. Burada növbəti sual da qarşıya çıxır ki, "nə üçün Allah-taala onların günahlarının artmasını istəyir?”
Əgər "lam" hərfi hadisənin səbəbi kimi götürülsəydi bu zaman bu sualı vermək məntiqli olardı. Əvvəldə izahını verdiyimiz kimi ayədəki "lam" hərfi hadisənin sonuna dəlalət edir. Buna əsasən, ayənin mahiyyət baxımından tərcüməsi belə olur: "Biz onlara möhlət veririk. Onlar da bu möhlətdən öz ziyanlarına istifadə edirlər. Yəni bütün günahları öz çiyinlərinə yükləyərək işlərini çətinləşdirirlər”.
Odur ki, yuxarıdakı ayə cəbrə deyil, əksinə, insanın bütün işləri öz ixtiyarı ilə etməsinə işarədir.
Ali-İmran surəsi, 179-cu ayə
مَا كَانَ اللَّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَى مَا أَنْتُمْ عَلَيْهِ حَتَّى يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَمَا كَانَ اللَّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَّ اللَّهَ يَجْتَبِي مِنْ رُسُلِهِ مَنْ يَشَاءُ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا فَلَكُمْ أَجْرٌ عَظِيمٌ .١٧٩
Ayənin tərcüməsi
179\. Allah pisi yaxşıdan ayırmadan möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildi. Allah sizi qeyb sirlərindən xəbərdar edən də deyildi. (Bu şəkildə möminlərlə münafiqlər məlum olardı. Bu isə ilahi qanunauyğunluğa ziddir.) Lakin, Allah Öz elçiləri arasından istədiyi şəxsi seçər (ona rəhbərlik vəzifəsini yerinə yetirmək üçün lazım olan bəzi qeyb sirlərini bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!
Ayənin təfsiri.
Müsəlmanların qeyri müsəlmanlardan təmizlənməsi.
Ühüd döyüşündən öncə münafiqlər müsəlmanlar arasında müzakirə obyekti deyildi. Müsəlmanlar daha çox kafirlərdən danışır və onları özlərinə düşmən bilirdilər. Amma Ühüd döyüşündən sonra müsəlmanların müvəqqəti zəifləməsindən sui-istifadə edən münafiqlər fəal şəkildə hərəkətə keçərkən müsəlmanlar daha təhlükəli və daim nəzarətdə saxlanılacaq düşmənlərini tanıyırlar. Münafiqlərin ifşa olunması və müsəlmanların onları açıq-aşkar tanıması Ühüd döyüşünün mühüm nəticələrindən biridir. Yuxarıdakı ayə burada Ühüd döyüşü barəsində danışan sonuncu ayədir və bütün həqiqətləri ümumi qanun şəklində bəyan edərək buyurur: "Allah pisi yaxşıdan ayırmadan möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildi. Allah sizi qeyb sirlərindən xəbərdar edən də deyildi. (Bu şəkildə möminlərlə münafiqlər məlum olardı. Bu, isə ilahi qanunauyğunluğa ziddir)".
Bu hökm ümumi və hamıya aid olmaqla yanaşı, həm də Allahın əbədi və dəyişməz qanunlarındandır. Yəni möminlik iddiası edərək müsəlmanların sırasına qoşulan hər bir kəs özbaşına buraxılmayacaq, Allah-taalanın müəyyən və ardıcıl imtahanları ilə sınanaraq batinində gizlənmiş həqiqi kimliyi üzə çıxacaqdır. Burada belə bir sualın zehnimizə gəlməsi mümkündür (əlbəttə, hədislərə əsasən, belə bir sual o zaman müsəlmanları da düşündürmüşdü). O sual da bundan ibarətdir ki, Allah-taala bütün bəşəriyyətin daxilindəki sirlərdən agahdır. Həmin sirlərdən digərlərinin də xəbərdar olmasının nə anlamı var? Qeyb elmi vasitəsi ilə möminlər münafiqləri tanısaydı, daha asan olardı.
Ayənin ikinci hissəsində bu sual cavablandırılır. Ayədə deyilir: "Allah sizi qeyb sirlərindən xəbərdar edən də deyildi. (Bu şəkildə möminlərlə münafiqlər məlum olardı. Bu, isə ilahi qanunauyğunluğa ziddir”.
İnsanların qeyb elmi vasitəsi ilə bir-birinin sirlərindən agah olması heç bir məsələni həll etmir. Əksinə, insanların bir-birinə etibarı azalar, hərc-mərclik baş verər, müsəlmanlar arasında ictimai bağlar qırılar, ümüd şölələri sönər, böyük səylər nəticəsində ələ gəlmiş vəhdət parçalanar və pərakəndəlik düşərdi. Ən mühümü budur ki, insanların şəxsi keyfiyyətləri qeyb elmi vasitəsi ilə deyil, onların öz əməlləri ilə ölçülməlidir. Allah-taalanın insanları imtahan etməsi bu yanşmadan xaric deyildir. Odur ki, insanların yeganə tanınma yolu, onların öz əməllərinin vasitəsilədir.
Daha sonra ayə Allahın peyğəmbərlərini bu qanundan istisna edərək buyurur: “Lakin, Allah Öz elçiləri arasından istədiyi şəxsi seçər (ona rəhbərlik vəzifəsini yerinə yetirmək üçün lazım olan bəzi qeyb sirlərini bildirər”.
Amma yenə də buna baxmayaraq, insanların batininin üzə çıxması və onların tanınması yalnız onların əməllərinin sayəsindədir. Bu cümlədən belə başa düşürük ki, peyğəmbərlər qeyb elmindən kamil surətdə agah deyillər. Yalnız İlahi təlimlərin sayəsində müəyyən qədər xəbərdar olurlar. Demək, peyğəmbərlər müəyyən qədər qeyb elmindən xəbərdar olmalarına baxmayaraq, onlar yenə də ilahi istəklərə uyğun hərəkət etməlidirlər. Burada “ilahi istək” deyərkən məqsəd hikmətlə iradənin birlikdə həyata keçməsidir. Yəni Allah-taala layiq bildiyi və hikmətinin tələb etdiyi şəxsləri qeybdən agah edir. Ayə sonda bir daha xəbərdarlıq edir ki, həyat imtahan, mömini münafiqdən, pakı napakdan ayırmaq meydanıdır. Odur ki, belə olduqda siz Allaha və onun peyğəmbərinə iman gətirin. Necə ki ayədə deyilir: "Allaha və Onun peyğəmbərlərinə inanın”.
Amma ayənin sonuna istinad edərək deyə bilərik ki, yalnız iman gətirməklə kifayətlənmək olmaz. Ayədə buyurulur: "Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!".
Ayədəki bir incəliyə diqqət edək. Ayədə möminlər “təyyib” – pakizə olaraq yad olunmuşdur. Bildiyimiz kimi ilkin yaradılmış keyfiyyətdə və fitrətdə qalan şəxsə pakizə deyilir. Bu ona görədir ki, xarici amillər ona təsir edə bilməmiş və onu çirkləndirməmişdir. Şəffaf su və büllur badənin parlamasından belə başa düşürük ki, onlara xarici amillər təsir etməmiş və çirkləndirməmişdir. Möminlərin pakizə adlandırılması, iman sayəsində onların fitrətlərinin və yaradılışlarının ilkin şəkildə olduğunun göstəricisidir.
Ali-İmran surəsi, 180-ci ayə
وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ .١٨٠
Ayənin tərcüməsi
180\. Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər bu əməlin onlar üçün xeyirli olduğunu güman etməsinlər. Xeyr, bu, onlar üçün zərərlidir. Tezliklə xəsislik etdikləri şey Qiyamət günü boyunduruq kimi boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!
Ayənin təfsiri.
Mil Əsirliyin çətin dövrü.
Yuxarıdakı ayə dünyada yalnız mal tolamaqla məşğul olan, Allah yolunda ondan heç kəsə verməyən, paxıl və xəsis insanların Qiyamət günündə hansı vəziyyətdə olacaqlarından xəbər verir. Ayədə zəkat və İslamın iqtisadi qanunlarından açıq-aşkar danışılmasa da, Əhli-beytin (ə) və təfsirçilərin dediklərinə əsasən, ayənin əsas məzmunu və mahiyyəti zəkatdan gələn gəlirlə bağlıdır. Həmçinin bəzi nüanslardan da belə başa düşülür ki, ayədə müstəhəb sayılan ehsanlardan deyil, hər bir müsəlmana vacib olan zəkata işarə olunur: "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər bu əməlin onlar üçün xeyirli olduğunu güman etməsinlər”.
“Xeyr, bu, onlar üçün zərərlidir”.
Daha sonra onların Qiyamət günündəki halları belə təsvir edilir: "Tezliklə xəsislik etdikləri şey Qiyamət günü boyunduruq kimi boyunlarına dolanacaq”.
Şəriət baxımından hüquqi maliyyəti verilməyən, (hansı ki o pul cəmiyyətin haqqıdır və insanlar ondan bəhrələnməlidir) yalnız sahibinin şəxsi istəkləri üçün sərf olunan, hətta sahibi tərəfindən dəlicəsinə israf olunan və ya dəlilsiz olaraq üst-üstə yığılan və istifadə üçün heç kəsə verilməyən mal-dövlət, pul insanın digər pis əməlləri kimi Qiyamət günündə təcəssüm qanununa əsasən, dəhşətli bir surətə çevrilərək sahibinin boynuna dolanacaq və ona dəhşətli ağrılar verəcəkdir. Bu var-dövlətin təcəssümü ağır boyunbağına çevrilərək sahibinin boynundan asılacaq. O da həqiqətdə bu əməlin ağırlığını və məsuliyyətini dərk edəcək. Hərisliklə yığılan dünya sərvəti dünyada heç kimlə bölüşülməsə, yəni kimsə sahibindən savayı ondan bəhrələnməzsə, Qiyamət günündə ağırlığına tab gətirilməyəcək zəncirə dönərək sahibinin boynundan asılacaq. Çünki dünya sərvətlərindən istifadənin müəyyən həddi-hüdudu vardır. Ondan artığı isə insanın dünya rahatlığını pozur, nigaranlıq yaradır və daha artıq olduqda isə ağır məsuliyyətlə insanın bütün həyatını təsiri altına alır. Amma Allah yolunda və xeyriyyəçilik işlərində sərf olunarsa, daha xeyirli və bərəkətli olar, fayda verər. Heç bir xeyriyyə işində sərf olmayan var-dövlət bu dünyada sahibinə necə yük olması bizim üçün məxfi olsa da, Qiyamət günündə onun ağır zəncir olaraq sahibinin boynundan asıldığını müşahidə edəcəyik. İnsan nə qədər axmaq və düşüncəsiz olmalıdır ki, ona heç bir faydası olmayan sərvətin məsuliyyətini öhdəsinə götürsün, onu qorumaq üçün gecə- gündüzündən keçsin, kimsənin oğurlamaması üçün gözətçi, mühasib tutsun. Halbuki bu qədər zəhmətini çəkdiyi var-dövlət Qiyamət günündə onun üçün zəlillikdən savayı heç nə verməyəcək. Məgər insan olaraq həyatda məsuliyyəti az idimi ki, dünyanın yükünü də ona əlavə edirdi?!
Əyyaşi öz təfsirində İmam Sadiqdən (ə) bu ayə haqqında belə buyurmuşdur: “Kim zəkat verməsə, Allah-taala onun malını oddan olan boyunduruqlara çevirər, sonra deyər: “Dünyada bu malları əsla özündən uzaq tutmadığın kimi, indi də onları götür boynundan as!"
Ayədə bu incəlik də diqqətdən yayınmamalıdır ki, “bimə ətəhumullahu min fəzlihi” cümləsi işlədilmişdir. Yəni “Allah tərəfindən bəxş olunmuş mal-dövlət” dedikdə belə çıxır ki, malın əsl sahibi Allah-taalanın özüdür. Amma bu maldan kimə veribsə, həqiqətdə lütf və kərəmindən xərcləmişdir. Odur ki, kimsənin ona əta olunmuş var-dövlətin maliki olmadığı üçün onu xərclənməkdə xəsislik etməyə haqqı yoxdur. Bəzi təfsirçilərin rəyinə əsasən, bu cümlə Allahın verdiyi bütün nemətlərə şamil olur. O cümlədən elm və bu kimi nemətlər də ilahi fəzlə və kərəmə şamil edilir. Amma bu ehtimal ayənin zahiri ilə uzlaşmır.
Ayə digər bir mövzuya işarə edərək buyurur: Bu var-dövlət Allah və bəndələri üçün xərclənsə də, xərclənməsə də, sahibi maddi aləmin qanunlarına əsasən onlardan ayrılmalıdır. Daha sonra ayə yerin və göyün mütləq sahibinə işarə edərək buyurur: "Göylərin və yerin mirası Allaha məxsusdur”.
Var-dövlət sahibləri ömür boyu topladıqlarından sonunda ayrılacaqlarsa, necə də gözəl olardı ki, onlara verilən bu fürsəti düzgün qiymətləndirib o sərvətdən Allah yolunda xərcləyərdilər. Nəinki öldükdən sonra onun həsrətini çəkib ağır yükünü boyunlarında daşıyalar. Sonda buyurulur: "Allah hər bir əməlinizdən xəbərdardır!"
Ayəyə görə, istər paxıllıq və xəsislik et, istərsə də sərvətini Allah yolunda xərclə, Allah bütün əməllərinizdən xəbərdardır. Hər kəs öz əməlinə uyğun şəkildə mükafat və ya cəza alacaqdır.
Ali-İmran surəsi, 181 və 182-ci ayələr
لَقَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاءُ سَنَكْتُبُ مَا قَالُوا وَقَتْلَهُمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا عَذَابَ الْحَرِيقِ .١٨١
ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ .١٨٢
Ayənin tərcüməsi
181\. "Allah kasıbdır, biz isə ehtiyacsızıq!" - deyənlərin sözlərini Allah eşitdi. Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və onlara: "Dadın yandırıcı əzabı!" deyəcəyik.
182\. Bu, sizin öz əllərinizlə törətdiyiniz işlərin nəticəsidir, Allah bəndələrinə əsla zülm edən deyildir!
Ayələrin nazilolma səbəbi.
Ayə yəhudilərin İslam dinini məzəmmət etməsinə görə nazil olmuşdur. İbn Abbas deyir: "Peyğəmbər (s) yəhudilərin bəni-Qeynuqa tayfasına məktub yazaraq onları İslam dininə, namaza və zəkata dəvət edir. Məktubda bir cümlədə zəkatın Allaha verilən borc olduğunu da qeyd edir. Peyğəmbərin (s) deyərkən sözündə məqsədi onların Allah yolunda pul xərcləmələri və insanlara etdikləri ehsan nəzərdə tutulurdu. Əlbəttə, bu, o zaman ilahi yaxşılıq haqqında işlənən ən gözəl sözlərdən biri idi. Peyğəmbərin (s) göndərdiyi elçi yəhudilərin tədris mərkəzi olan "beytul mǝdaris" evinə yetişir və məktubu şəxsən yəhudilərin o dövrdə böyük alimi olan Fənhasa təqdim edir. Fənhas məktubu oxuduqdan sonra istehza ilə "sizin bu sözünüzə görə Allah fəqir, biz isə ehtiyacsız və varlıyıq?! Əgər belə olmasaydı, məktubda bizdən borc istəməzdi” deyərək “Hədid” surəsinin 11-ci ayəsinə işarə edir. Ayədə deyilir:
"Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin?"
Daha sonra isə "Muhəmməd bizə sələmin haram olduğunu xatırladır, bir halda ki, özü sizə əməllərin müqabilində riba söz verir" deyərək Quranın “Bəqərə” surəsinin 245-ci ayəsinə işarə edir: “Kim Allaha gözəl bir borc verər (Allahın ona bəxş etdiyi maldan Onun yolunda sərf edər) ki, O da onun üçün bunu qat-qat artırsın?"
Bir müddət sonra yəhudi alimi Fənhas dediklərini dandığı üçün Allah-taala yuxarıdakı ayəni nazil edir.
Ayələrin təfsiri.
Allah fəqir, biz isə ehtiyacsızıq!!!
Ayənin əsas mövzusu yəhudi aliminin söylədiyi "Allah fəqir, biz isə ehtiyacsızıq" cümləsidir. Yəni yəhudi alimləri özlərini mütləq qüdrət sahibi və Allahı isə fəqir saymışdır. Onlar bunu inkar etdikdə Allah-taala Quranda onlara cavab olaraq buyurur: “Allah kasıbdır, biz 224 isə ehtiyacsızıq!"-deyənlərin sözlərini Allah eşitdi".
Onlar insanların yanında dansalar da, söylədikləri Allah dərgahında eşidilmişdir. Heç kəs onu inkar edə bilməz. O, bütün astadan deyilənləri, hətta digərlərinin eşidib dərk etməkdə aciz olduqları bütün pıçıltıları da eşidəndir. Odur ki, onların öz sözlərini inkar etmələri faydasızdır. Daha sonra buyurulur: "Biz onların dediklərini yazacağıq”.
Ayədəki "yazmaq" sözü kağızın üzərinə nəyisə yazmağı deyil, onların söylədiklərini və əməllərini Qiyamət gününə kimi saxlamağı nəzərdə tutur. Atom və maddələrin yalnız dünyada qalması qanunları kimi, onların etdikləri və dedikləri də əməl dəftərində yazılaraq saxlanılacaqdır. Hətta mələklərin də nəyisə yazması Qiyamət günü böyük və mühüm bir kitabın gətiriləcəyindən xəbər verir.
Daha sonra əlavə edilir: "Biz yalnız onların dediklərini deyil, hətta peyğəmbərləri haqsız yerə öldürdüklərini də yazacağıq”.
Ayədə yəhudilərin peyğəmbərlərə istehza və rişxənd etmələri, onlara mane olmalarının ilk dəfə baş vermədiyi qeyd olunur. Ayədən belə anlaşılır ki, bu, yəhudilərin birinci işləri deyil. Tarix boyu onların belə xoşagəlməz əməlləri olduqca çox olmuşdur. Çox sayda peyğəmbərin ölümünə fətva verərək onları qətlə yetirmək cəsarəti tapan bir cəmiyyətdən, küfr dolu sözlər eşitmək, peyğəmbəri istehza və rişxənd etdiyini görmək elə də təəccüblü deyil. Kiminsə “ayədəki yəhudilərin keçmişdəki peyğəmbərlərin qatili olan yəhudilərlə qarışacağının olmadığını” deməsi mümkündür. Burada bizim məqsədimiz bütün yəhudiləri eyni cinayətdə günahkar və onların əməllərinə şərik bilmək deyil. Amma bunu da diqqətdə saxlamalıyıq ki, (əvvəldə dediyimiz kimi) ayədə qeyd olunan yəhudilər, əvvəlki yəhudilər kimi özlərindən və əməllərindən razıdırlar. Bu cəhətdən onlar eyni əməli törətməkdə məsuliyyət və şəriklik daşıyırlar. Yəni bunlardan da elə bir əməli gözləmək mümkündür. Zaman dəyişsə də cinayətin amilləri dəyişməmişdir. Amma ümumiyyətlə, onların əməllərinin qeyd olunması və Qiyamət günü önlərinə qoymaq üçün saxlanması istisna deyildir. Ayədə buna işarə edərək buyurur: “(Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və onlara) "Dadın yandırıcı əzabı!” – deyəcəyik".
Daha sonra Allah-taala növbəti ayədə buyurur: "Bu, sizin öz əllərinizlə etdiyiniz işlərin nəticəsidir, Allah bəndələrinə əsla zülm edən deyildir”.
Yəni, əgər sizin kimi cinayətkarlar Qiyamət günündə öz əməllərinin nəticəsini görməsələr, onlar da yaxşıların sırasında duracaq və yaxşılardan seçilməyəcəklər. Bu isə Allahın bəndələri haqqında “ən böyük zülmü" etməsi deməkdir.
İmam Əli (ə) Nəhcül-bəlağədə buyurur:
"And olsun Allaha! Nemətə qərq olmuşların əllərindən nemətləri alsa, bu yalnız onların günahlarına görədir! Allah heç kəsə zülm etməz və nemətə layiq olan bəndələrinin əlindən nemətləri almaz!!
Bu cǝbri məzhəbinin ilahi ədalət barəsində olan baxışlarını batil etməklə yanaşı, Allahın bütün işlərdə ədalətə riayət etməsini sübuta yetirən ayələrdəndir. Çünki ayədə açıq-aşkar insanların öz ixtiyarları ilə etdikləri əməllərin nəticəsində Allah tərəfindən cəza və mükafat alacaqları izah olunur.
“Bu, sizin öz əllərinizlə gördüyünüz əməllərin nəticəsidir”. Digər tərəfdən də Allah-taala yuxarıdakı ayədə heç kəsə zülm etmədiyini, hamının öz əməllərinə görə ədalətlə mükafat və ya cəza alacağını bildirir. Əks halda Allah-təalanın qoyduğu nizam-intizam pozular və kütləvi ədalətsizlik baş verər. Üsulidində ikinci sırada "ədalət"i göstərən məzhəb (şiə) və sünni mötəzilə məzhəbi bu inanc- dadır. Onların fikrinə əsasən, Allah-taala insanları öz ixtiyarları ilə etdikləri əməllərə görə dəyərləndirir.
Bunun müqabilində sünni "əşairə" məzhəbi isə tam əksinə olaraq deyir: "Allah-taala heç vaxt zülm etmədiyi üçün heç vaxt zalımcasına iş görməz. Odur ki, Allah-taalanın iradəsindən əmələ keçən bütün işlər ədalətin özü sayılır. Hətta bütün salehləri Cəhənnəmə və bütün günahkarları da Cənnətə aparsa belə, yenə də bu iş zülm sayılmır və kimsənin bunun səbəbini soruşmaq haqqı yoxdur".
Yuxarıdakı ayə bu kimi fikirləri ümumiyyətlə, rədd edərək belə izah edir ki, əgər Allah-taala insanları heç bir əməl etmədən cəza və ya mükafatlandırsa, onlar barəsində zalımcasına fərman vermiş olar. Hətta ümumi rəyə əsasən, Allah-taalanın bu işi “zülm” yox, "zəllam" adlanır.
Ərəb qrammatikasında “ismi mübaliğə” adlı nitq hissəsinə aid olan bütün feillər, həmin feilin şiddətlənməsinə səbəb olur. Məsələn, “zülm” sözü ismi mübaliğədə işlənsə, “zəllam" olar. Yəni “daha çox, daha şiddətli zülm edən kəs”. Allah-taalanın heç kəsə zərrə qədər də zülm etməməsi aydın məsələdir. Amma burada “zəllam” kəlməsindən ona görə istifadə edilir ki, əşairə əqidəsinə əsasən, “Allah-taala insanları əvvəl günaha təşviq edir və onlarda günah etmək fikri xəlq edir və daha sonra isə onları bu günaha görə cəzalandırır". Buna əsasən, burada zülm yox, zəllam baş verir. Təbii ki, bütün bu sifətlər Allahdan uzaqdır, Allah bütün günahlardan pak və münəzzəhdir.
Ali-İmran surəsi, 183 və 184-cü ayələr
الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ عَهِدَ إِلَيْنَا أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّى يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِنْ قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ .١٨٣
فَإِنْ كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِنْ قَبْلِكَ جَاءُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ .١٨٤
Ayənin tərcüməsi
183\. "Allah bizə əmr etmişdir ki, odun (ildırımın) yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!" deyənlərə belə cavab ver: "Məndən əvvəl peyğəmbərlər gəlmiş, sizə açıq-aşkar möcüzələr və dediklərinizi gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”
184\. Əgər onlar səni yalançı sayarlarsa (bu, heç də yeni bir şey olmaz, çünki) səndən əvvəl açıq dəlillər, mətin və möhkəm səhifələr, nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.
Ayələrin nazilolma səbəbi.
Yəhudilərin böyüklərindən bir neçə nəfər Peyğəmbərin (s) hüzuruna gələrək dedilər: Sən belə iddia edirsən ki, Allah-taala səni peyğəmbər seçmiş, kitab nazil etmiş və bizə yollamışdır. Amma Tövratda bizə "sizin üçün qurbanlıq ayırdıqdan sonra həmin qurbanlığı ildırım vur- mayınca ona iman gətirməyin" əmrini verərək, bizdən əhd almışdır. Əgər sən bizim üçün belə bir iş görsən biz sənə iman gətirərik. Yuxarıdakı ayə nazil olaraq onların bu istəklərini cavablandırmışdır.
Ayələrin tərcüməsi.
Yəhudilərin bəhanəsi.
Yəhudilər İslam dininin açıq-aşkar dəlillərindən boyun qaçırmaq üçün müxtəlif, qəribə bəhanələr gətirirdilər. Yuxarıda qeyd etdiyimiz ayə də həmin bəhanələrdən biridir. Ayədə deyilir: “Allah bizə əmr etmişdir ki, odun (ildırımın) yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver...”
Təfsirçilər yazır ki, yəhudilər ilahi peyğəmbərlərin, həqiqətən, Allah tərəfindən gəldiklərini sübut etmək üçün belə bir möcüzəyə malik olmalarını iddia edirdilər. Yəni qurbanlıq heyvan kəsildikdən sonra səmadan çaxan şimşək vasitəsilə yanıb kül olmalıdır. Əgər yəhudilər itaətsizlik və inadkarlıq üzündən deyil, həqiqətən əsl peyğəmbəri bu vasitə ilə tanımaq istəyirdilərsə, bəs nə üçün keçmiş peyğəmbərlərdən belə bir istəkləri olmamışdır? Amma Peyğəmbərlə (s) etdikləri rəftardan və inadkarlıqlarından belə məlum olur ki, onlar haqqı axtarmır, əksinə İslam dini, Qurani-Kərimin açıq-aşkar dəlilləri qarşısında aciz qalıb belə bir bəhanələrə əl atırlar. Əgər İslam Peyğəmbəri (s) belə bir möcüzə göstərsəydi, onlar yenə də iman gətirməyəcək və öz inadkarlıqlarına müxtəlif bəhanələrlə davam edəcəkdilər. Bundan əlavə, onlar öz kitablarında İslam Peyğəmbərinin (s) açıq-aşkar nişanələrini oxuyurdular. Bununla belə, yenə də haqqa boyun əyməkdən müxtəlif bəhanələrlə yayınırdılar.
Quran Peyğəmbərə (s) onların bəhanələrinin cavabında belə deməsini istəyir: "Məndən əvvəl peyğəmbərlər gəlmiş, sizə açıq-aşkar möcüzələr və dediklərinizi gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”
Burada Allah-taala Zəkəriyya, Yəhya və yəhudilər tərəfindən qətlə yetirilən peyğəmbərlərə işarə etmişdir. Müasir təfsirçilər, o cümlədən “Əl-Mənar” təfsirinin müəllifi qurbanlıq mövzusu barəsində başqa ehtimal irəli sürmüşdür. Həmin ehtimalın xülasəsini aşağıda qeyd edirik: "Onların məqsədi qurbanlığın kəsildikdən sonra möcüzəvi olaraq göydən enən şimşək vasitəsi ilə yanması deyil. Onların inanclarında belə bir adət mövcuddur ki, qurbanlıq heyvanı kəsdikdən sonra onu xüsusi bir mərasimdə yandırırlar. Bu məzhəbi göstərişin adı “yanan qurbanlıq”dır. Yanan qurbanlıq adəti barəsində Tövratda Lavililər sifrində (bölümündə) daha geniş qeyd olunmuşdur.
Yəhudilərin bunu iddia etməkdə məqsədləri bu idi ki, Allah-taala onlara bu adətin hər bir səmavi dində olacağını vədə vermişdir. O cümlədən bu adət İslam dinində yoxdursa, demək ki, səmavi deyil. Bu cəhətdən onlar iman gətirə bilməzlər".
Amma bu fikir ayənin təfsiri ilə qətiyyən uyğun gəlmir. Çünki birincisi, bu cümlə yuxarıdakı ayədə (bəyyinat) sözünə qrammatik qaydaya əsasən, bağlayıcı ǝdatı ilə bağlanması bu hadisənin məhz möcüzə yolu ilə baş verdiyini təsdiq edir. Belə olan halda yuxarıdakı təfsirdə verilmiş ehtimalla uyğunluq kəsb etmir.
İkincisi, qurbanlığı kəsərək onu yandırmaq xurafat və dindən kənar bir əməldir. Odur ki, belə bir əməlin səmavi göstəriş olması qeyri- mümkündür.
Növbəti ayədə Allah-taala peyğəmbərinə (s) arxayınlıq verərək buyurur: "Əgər onlar səni yalançı sayarlarsa (bu, heç də yeni bir şey olmaz, çünki) səndən əvvəl peyğəmbərləri də yalançı saymışdılar”.
"Halbuki onların açıq-aydın kitabları və aciz qoyan möcüzələri olmuşdur”.
"Nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar”.
(zübur) sözü “زبر” sözünün cəm formasıdır. Ayədə kitab sözündən əvvəl işləndiyi üçün cümləyə “möhkəm dəlillərlə yazılmış kitab” mənasını verir. Sözün əsl mənası “yazmaq" olsa da, hər yazıya deyilməz. Əsasən, möhkəm və tutarlı dəlillərlə yazılmış yazıya deyilir. Ayədəki “əz zubur” və “əl kitəbil munzir” kəlmələri eyni mənalı olmasına baxmayaraq, burada fərqli mənada işlənməsi ehtimal olunur. Birincisi Musadan (ə) öncə yaşamış peyğəmbərlərin kitablarına, ikincisi isə Tövratla İncila aid edilir. Çünki Quran “Maidə” surəsinin 44-46-cı ayələrində onların "nur" olduğunu bəyan edir:
"Biz Tövrati nazil etdik. Onda haqq yola yönləndirmə və nur var idi”.
"Ona İncili əta etdik. Onda haqq yola yönləndirmə və nur var idi”. Bəzi təfsirçilərin rəyinə əsasən, Zəbur dua və nəsihətlər dolu kitabdır. Bu möhtəşəm kitab Davud (ə) peyğəmbərə aid olmuşdur və hazırda da istifadə olunmaqdadır. Amma səmavi kitab və ya munir (nurlanmış) kitab, yalnız içərisində şəriət, ictimai və fərdi göstərişlərdən ibarət olan kitaba deyilir.
Ali-İmran surəsi, 185-ci ayə
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ .١٨٥
Ayənin tərcüməsi
185\. Hər bir kəs ölümü dadacaqdır. Siz Qiyamət günü öz mükafatınızı tam şəkildə alacaqsınız. Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilən şəxslər xilas olacaqlar. Dünya həyatı isə aldadıcı sərmayədən başqa bir şey deyildir.
Ayənin təfsiri.
Ümumi ölüm qanunu.
İmansız insanların müxalifət və inadkarlığından danışdıqdan sonra, bu ayə ümumi ölüm qanunundan, insanların Qiyamət günündə talelərinin necə olmasından xəbər verir. Bunun da əsas səbəbi Peyğəmbərə (s) və möminlərə dayaq durmaqla yanaşı, həm də günahkar müxaliflərə xəbərdarlıq edir. Bu ayə ilk növbədə ümumi qanun olaraq bütün hərəkətdə olan canlı məxluqlara xitab edərək buyurur: "Hər bir kəs ölümü dadacaqdır”.
İnsanlar ölümü unutmağa meyilli olsalar da, ölüm bizi heç vaxt unutmayacaqdır. Bu, dəyişilməz həqiqətdir. Bu həyatın və dünyanın bir gün sonu olacaq və ölüm hər bir kəs üçün gələcəkdir. İstəsək də, istəməsək də, bu dünyanı tərk edəcəyik.
Qurani-Kərimdə (nəfs) sözü bəzi hallarda təkcə ruh mənasında işlənsə də, bu ayədə isə bədən və can mənasındadır. “Dadmaq" ifadəsi ilə tam şəkildə hiss etməyə işarə edilmişdir. Bəzən insan bir qidanı görür, əli ilə ona toxunur, amma dadmayana qədər onu tam şəkildə hiss etmir. Ölüm insan və canlı varlıqlar üçün bir növ buna bənzəyir. Başqa sözlə desək, insan gördüyü qidanı tam şəkildə dərk edə bilmir, dadından xəbərsizdir. Amma az da olsa daddıqdan sonra artıq onun dadını biləcək və dərk edəcəkdir. İnsan ölümü görməklə dada bilmir. Amma insanın özünə ölüm üz verdikdə onu kamil şəkildə hiss edir.
Bundan sonra isə buyurur ki, bu dünyadan və həyatdan sonra əməllərin nəticəsinin hədiyyə və cəzası mərhələsi başlayır. Bu dünyada cəzasız əməllərdir, o dünyada isə əməlsiz cəzalardır.
“Siz Qiyamət günü öz mükafatınızı tam şəkildə alacaqsınız”.
Ayədəki "təvəffəvnə" sözünün mənası “tam ödəniş”dir. Buradan məlum olur ki, Qiyamət günü bütün hesablar sıfırlanacaq, hamının cəza və mükafatı layiqincə ödəniləcəkdir. Odur ki, insanın Bərzəx (dünya və axirət aləminin arasındakı məkan) aləmində öz əməllərinin nəticəsinin cəza və mükafat - bir qismini görməsi ümumi qanunla təzad təşkil etmir. Amma bunu da qeyd edək ki, bərzəx aləmində verilən cəza və mükafat kamil deyildir.
Guru "Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilən şəxslər xilas olacaqlar".
Ayədəki (zuhzihə) sözü ərəb dili lüğətində insanın böyük cazibə qüvvəsinə malik olan nəyinsə təsirindən yavaş-yavaş çıxmasına deyilir. Həmçinin həmin cümlədə istifadə olunmuş (fazə) sözü isə məhv olmaqdan qurtularaq məhbuba qovuşmaq mənasındadır. Yuxarıdakı izaha rəğmən, sanki Cəhənnəm atəşi insanları böyük bir cazibə qüvvəsi ilə özünə tərəf çəkir. Həqiqətən də, şəhvətpərəstlik, dünyapərəstlik, ev, avtomobil, vəzifə, cah-cəlal, sərvət insanı şirnikləndirən və özünə cəzb edərək arxasınca sürüyən amillər deyilmi?! Ayənin xəbərdarlığına əsasən, əgər insanlar özlərinə diqqət etməsələr, yuxarıda sadalan amillərin cazibəsindən çıxmağa çalışmasalar, tədricən arzuolunmaz yollara düşərək xeyirli aqibətdən məhrum olacaqlar. Amma daim özünə və nəfsinə diqqət edən, dinin göstərişləri əsasında özünü tərbiyə edən şəxslər heç vaxt təsirə düşməyəcək, nəfsini pak saxlamaqla “mütməin nəfs” (arxayınlıq və asudəlik bəxş edən nəfs) mərtəbəsinə yiyələnəcəklər. Yalnız bu halda insan dünya və axirətdə aramlıq və asudəlik içində olar. Ayədəki sonuncu cümlə özündən əvvəlki mövzuları təkmilləşdirərək buyurur: “Dünya həyatı isə aldadıcı sərmayədən başqa bir şey deyildir”.
Həyatın tələbləri o qədər müxtəlif və dünyanın cah-cəlalı o qədər rəngarəngdir ki, insan ona meyl etdikdə tam vücudu ilə qapılır. Həmçinin, dünyanın insanı özünə tabe edərək ömrünü puç etməsi də hər kəsə məlumdur. Amma insan ömrünü dünyanın aldadıcı və cazibədar işlərinə sərf etməyib, onu olduğu kimi görsə, o zaman dünyanın puç, fani və ayədə buyurulduğu kimi "mətəul ğurur" aldadıcı sərmayədən başqa bir şey olmadığını dərk edəcəkdir. Dünya ləzzətləri uzaqdan xalis nemət kimi görünsə də, əslində, narahatlıq və məşəqqət dolu olduğu məlum olur. Bunu da dünyanın aldadıcı olması üçün nümunə göstərə bilərik. İnsan dünyada olarkən onun nemətlərinin aradan gedəcəyinə diqqət yetirmir, özünün və onların əbədi olduğunu düşünür. Amma çox çəkmir ki, bütün baş verənlərin hamısının fani olduğunu başa düşür.
Əlbəttə, bu kimi xəbərdarlıqlar Qurani-Kərimdə və hədislərdə təkrar-təkrar insanların nəzərinə çatdırılır. Bütün bunların yeganə məqsədi ilahi hədəflərə xidmət edərək kamala çatmaq üçün yaradılmış insanın əsas məqsədinin dünya olmadığını, dünyanın faniliyini anlaması üçündür. Əgər insan dünya ləzzətlərində qərq olaraq ömrünü ona həsr etsə, nəticədə, bir çox cinayətlərin müəllifi olacaq, insanlıq dəyərlərindən uzaq düşərək həqiqi kamala yetişə bilməyəcək. Amma tam bunun əksi olaraq insan dünya nemətlərindən həqiqi kamalın mərtəbələrini fəth edərək zirvəyə yüksəlmək məqsədi ilə istifadə etsə, bu bəyənilən və onun üçün zəruri sayılan əməllərdən sayılacaqdır.
Ali-İmran surəsi, 186-cı ayə
لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ .١٨٦
Ayənin tərcüməsi
186\. Əlbəttə, siz malınız və canınızla sınağa çəkiləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və müşriklərdən bir çox narahatedici sözlər eşidəcəksiniz. Əgər səbir edib təqvalı olsanız, (daha yaxşıdır, çünki) bu, mühüm və etibarlı işlərdəndir.
Ayənin nazilolma səbəbi.
Bu ayənin nazilolma səbəbindan bəhs edərkən bildirirlər ki, müsəlmanlar Məkkədən Mədinəyə hicrət edib evlərindən və oradakı həyatlarından uzaq düşdükdən sonra müşriklər onların əmlakını mənimsədilər. Mədinədə isə yerli yəhudilərin tənə və acı sözləri ilə qarşılaşdılar. Xüsusilə Kəb ibn Əşrəf adlı bir yəhudi şair öz şeirlərində Peyğəmbəri (s) və müsəlmanları təhqir edir, müşrikləri onlara qarşı qaldırırdı. Hətta müsəlman qızlarını və qadınlarını qəzəllərinin, eşqbazlıqlarının mövzusuna çevirirdi. Bu şairin tərbiyəsizliyi elə bir həddə çatdı ki, Peyğəmbər (s) onun qətlinə fərman verdi və müsəlmanlar onu qətlə yetirdilər. Hədislərə və təfsirçilərin fikrinə görə, bu ayədə həmin hadisələrə işarə edilmiş və müsəlmanların öz müqavimətlərini davam etdirməsinə stimul verilmişdir.
Ayənin təfsiri.
Müqavimət göstərməkdən yorulmayın.
Ayənin nazil olma səbəbindən məlum olur ki, müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra düşmənlər tərəfindən tənələrə, təhqirlərə, əzab-əziyyətlərə və müxtəlif təzyiqlərə məruz qalıblar. Yuxarıdakı ayə müsəlmanları bu yolda yorulmamağa, bütün əziyyətlərə sinə gərməyə dəvət etməklə yanaşı, həm də onlara parlaq gələcək haqqında müjdə verir.
İlk olaraq buyurulur: “Əlbəttə, siz malınız və canınızla sınağa çəkiləcəksiniz”.
Dünya imtahan səhnəsidir. İstər-istəməz dünya imtahanları və keşməkeşləri ilə üzləşdiyiniz üçün ona müqavimət göstərməyə və bütün bu çətinliklərə sinə gərməyə hazır olmalısız. Allah-taala bu ayədə müsəlmanlara bütün çətinliklərə hazır olmaları haqqında xəbərdarlıq edir. Yəni müsəlmanlar Mədinəyə hicrət etmək və ya fitnəkar, acıdil, digərlərini onlara qarşı təhrik edən yəhudi şairi Kəb ibn Əşrəfi öldürməklə çətinliklərinin, digər əzab-əziyyətlərinin sona çatdığını düşünməsinlər.
Buna əsasən, növbəti cümlədə buyurulur: "Sizdən əvvəl kitab verilmiş kimsələrdən (yəhudi və xaçpərəstlər) və müşriklərdən bir çox narahatedici sözlər eşidəcəksiniz”.
Düşmənlərdən narahatedici sözlər eşitmənin müsəlmanlara bir imtahan olduğu ayənin əvvəlində qeyd edilib. Amma ayədə bir daha bu məsələyə qayıdılması mövzunun olduqca əhəmiyyətli olduğunu çatdırır. Çünki ruhiyyəsi zəif və həssas olan insanların dil yarası və məzəmmətə səbir etməsi çətindir. Şərəfli insanlar heç vaxt digərlərindən minnət və böhtan qəbul etmirlər. Həmçinin məşhur atalar sözündə də bu məsələnin əhəmiyyəti dəqiq qeyd olunur: "Qılınc yarası sağalar, söz yarası sağalmaz”.
Daha sonra Quran müsəlmanların bu kimi çətin və dözülməz hadisələr qarşısında hansı mövqedə olmalarına işarə edərək buyurur: "Əgər səbir edib təqvalı olsanız, (daha yaxşıdır, çünki) bu, mühüm və etibarlı işlərdəndir”.
Lüğətdə (əzm) sözü “qətiyyətlə qərara gəlmək, əzmkarlıq nümayiş etdikmək” mənasındadır. Həmçinin bu söz qətiyyətli addım mənasında da işlənir. Buna rəğmən ayədəki “min əzmil umur” cümləsi insanın üzərində düşünərək qətiyyətlə qərar verdiyi bütün ləyaqətli və Allahın bəyəndiyi etibarlı işlərə şamil olur. Ayədəki “təqva” və “səbir” sözləri sanki aşağıdakı mənaları özlərində əks etdirir. Məsələ ondadır ki, bəziləri həyatın çətinliklərinə sinə gərsələr də, bir növ Allaha etiraz edərək naşükürlük edirlər. Amma möminlər onlardan fərqli olaraq hər zaman səbir edərək təqvada daha qəti olurlar. Odur ki, onlar nə qədər çətinliklərlə üzləşsələr və müqavimət göstərsələr də, heç vaxt naşükürlük edərək şikayət etmirlər.
Ali-İmran surasi, 187-ci ayə
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاءَ ظُهُورِهِمْ وَاشْتَرَوْا بِهِ ثَمَنًا قَلِيلًا فَبِئْسَ مَا يَشْتَرُونَ .١٨٧
Ayənin tərcüməsi
187\. (Xatırlayın!) Allah kitab əhlinə: "Siz onu gizlətməyib insanlar üçün aydınlaşdırmalısınız!” - deyə əmr etdiyi zaman onlar buna (kitaba) arxa çevirdilər və onu az (kiçik) bir qiymətə satdılar. Necə də ucuz mal alırlar!
Ayənin təfsiri.
Həqiqətlərin gizlədilməsi.
Kitab əhlinin müsəlmanlara qarşı bir sıra xoşagəlməz əməllərini yuxarıdakı ayədə qeyd etdik. Bu ayə də öncəkilərin davamı olaraq onların əməllərindən, həqiqətləri necə gizlətmək niyyətlərindən xəbər verərək buyurur: "(Xatırlayın!) Allah kitab əhlinə: "Siz onu gizlətməyib insanlar üçün aydınlaşdırmalısınız!" - deyə əmr etdiyi zaman onlar buna (kitaba) arxa çevirdilər”.
Ayədə diqqəti cəlb edən nüanslardan biri də budur ki, (aydınlaşdırmalısınız) sözü and içmək ədatı olan “lam” və sözün təkid və ciddiyyətini çatdıran söz sonluğu “nun” hərfi ilə birlikdə işlənmişdir. Bununla yanaşı gizlətməyə müxalif olan “və lə təktumunəh” cümləsi ilə müşayiət olunmuşdur. Ayədən Allah-taalanın keçmiş peyğəmbərlər vasitəsilə haqqın çatdırılması barəsində onlardan təkidlə əhd-peyman almasını başa düşürük. Amma buna baxmayaraq, Allahın bağladığı əhd-peymanı sındıraraq həqiqətləri və ilahi kitabları gizlətdilər. Odur ki, ayə davamında buyurur: “...onlar buna (kitaba) arxa çevirdilər”.
Bu cümlədə diqqəti cəlb edən məcazdan istifadə olunmuşdur. Yəni onlar buna əməl etməməklə yanaşı həm də unutdular. İnsan əməllərini istədiyi proqram əsasında inkişaf etdirmək istəyirsə, həmin inkişaf proqramını gözü önünə qoyur, onu tez-tez mütaliə edir və təkrarlayır. Amma artıq həmin proqrama əməl etmək istəmirsə, onun göstərişlərinə əməl etməməklə yanaşı, həm də qaydalarını unudur və ya unutmağa çalışaraq proqramı arxa plana keçirir. Ayənin növbəti cümləsində onların necə dünyapərəst olmalarına və fikri cəhətdən tənəzzül etmələrinə işarə edilərək deyilir: "...onu (kitabı) az (kiçik) bir qiymətə satdılar. Necə də ucuz mal alırlar!”
Əgər onlar bütün bu xəyanətlərin, haqqa xilaf çıxmaq və həqiqətlərin gizlədilməsinin qarşılığında böyük mal, var-dövlət alsaydılar, – "dünya malı aldatdı, var-dövlət gözlərini tutdu" demək olardı. Daha təəccüblüsü budur ki, onlar bütün bunları olduqca ucuz və dəyərsiz şeylərə dəyişdilər. Əlbəttə, bu cümlədə daha çox onların himmətsiz və tənbəl alimləri nəzərdə tutulur.
İncəliklər:
Alimlərin məsuiliyyətli vəzifələri.
Bu ayə kitab əhlinin alimləri haqqında nazil olsa da, Allahın göstərişləri və dini maarifi insanlara izah etmək və yaymaq vəzifəsi daşıyan bütün din alimlərinə şamildir. Allah onların hamısına bu məsələ ilə bağlı ciddi tapşırıq verib. Bu ayədəki "tǝbyin" (izahetmə) sözünə diqqət yetirdikdə məlum olur ki, burada təkcə ayələri oxumaq və səmavi kitabları yaymaq nəzərdə tutulmamışdır. Alimlərin vəzifəsi dini həqiqətləri açıq və aydın şəkildə başa salmaq, bütün insanları onlardan xəbərdar etməkdir. Din maarifini yaymaq və müsəlmanlara açıqlamaqda səhlənkarlıq edənləri Allahın bu ayədə yəhudi alimləri üçün vəd etdiyi aqibət gözləyir. İslam Peyğəmbəri (s) buyurmuşdur:
"Elmi ona ehtiyac duyanlardan gizlədən şəxsin ağzına Qiyamət günü oddan bir yüyən vurulacaq”.
Həsən ibn Əmmardan belə nəql edilmişdir: “Bir gün Zühərinin yanına getmişdim. O, camaata hədis deməyi tərk etmişdi. Ona dedim: - Eşitdiyin hədisləri mənə de.
Dedi:
\- Məgər bilmirsən ki, artıq heç kəsə hədis demirəm? Dedim:
Ya sən mənə hədis de, ya da mən sənə hədis deyəcəm. Dedi:
\- Sən de!
Dedim: Əli (ə) buyurub:
"Allah nadanlara öyrənmək əmri verməzdən əvvəl alimlərə öyrətmək əmri vermişdir".
Bu hədisi ona dedikdən sonra susqunluğuna son qoyaraq dedi: - İndi qulaq as, deyim...
Həmin məclisdə mənə qırx hədis dedi”.
Kitab əhlinin xəyanətləri barəsində daha geniş məlumat üçün "Bəqərə" surəsinin 79 və 174-cü ayələrinə, "Ali-İmran” surəsinin 71- 77-ci ayələrinə müraciət edə bilərsiniz.
Ali-İmran surəsi, 188 və 189-cu ayələr
لَا تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَوْا وَيُحِبُّونَ أَنْ يُحْمَدُوا بِمَا لَمْ يَفْعَلُوا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ .١٨٨
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .١٨٩
Ayələrin tərcüməsi
188\. Etdikləri (çirkin) əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!
189\. Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
Ayələrin nazilolma səbəbi.
Hədisçi və təfsirçilər bu ayənin nazil olma səbəbi ilə bağlı müxtəlif fikirlər qeyd etmişlər. O cümlədən, bu fikirlərin birində qeyd edilir ki, bir qrup yəhudi öz səmavi kitablarını təhrif edib orada olan həqiqətləri gizlədir, bu yolla öz məqsədlərinə nail olduqlarını düşünürdülər. Onlar bu əməllərinə görə çox sevinir, eyni zamanda, camaatın onları alim, din himayəçisi və dini vəzifələrini bildiklərini düşünməsini istəyirdilər. Quranın bu ayəsi onların qeyd olunan yanlış düşüncəsinə cavab verdi.
Bəzilərinin fikrinə əsasən, ayə İslam döyüşlərindən birindən müxtəlif bəhanələrlə yayınan və buna sevinən münafiqlər barəsində nazil olmuşdur. Onlar müsəlmanlar döyüşdən qayıdan zaman and içib deyirdilər ki, əgər üzrlü səbəblər olmasaydı, mütləq, döyüşlərdə iştirak edərdilər. Onlar öz bəhanələrini əsaslı sayaraq insanlardan mücahidləri təhsin (tərifləmək, əhsən demək) etdikləri kimi onlara da “əhsən" demələrini gözləyirdilər. Halbuki onlar heç bir iş görməmişdilər. Amma bununla belə yenə də belə bir gözləntiləri var idi. Odur ki, ayǝ nazil olaraq onların əbəs gözləntilərini cavablandırır.
Ayələrin təfsiri.
Özlərindən razı olanlar.
Pis əməl sahibləri iki qrupdur. Birinci qrupa aid olanlar öz pis əməllərindən utanar, xəcalət çəkərlər. Bu kimi insanlar azğınlaşan nəfsə məğlub olaraq günaha mürtəkib olarlar. Əlbəttə, belə insanların hidayət olması və nicat tapması olduqca asandır. Çünki bu insanlar günaha mürtəkib olduqdan sonra özünü danlayar və oyaq olan vicdanın səsinə qulaq asaraq peşmanlıqlarını izhar edərlər.
Amma ikinci qrupa aid olan insanlar isə etdikləri günahlardan peşman olmur, üstəlik bu əməlləri ilə fərəhlənir, fəxr edir, lovğalanır və hətta özlərindən razı da qalırlar. Bu bəs deyilmiş kimi insanlardan da gözləntiləri budur ki, digərləri də onları tərifləsin və etdiklərinə görə “afərin” desinlər. Yuxarıda qeyd etdiyimiz ayədə deyilir: “Etdikləri (çirkin) əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə”.
Nicat tapmaq və hidayət olmaq öz əməllərindən utanan, günah etdikdə özünü danlayan insanlar üçündür. Allah-taala ayənin sonunda özündən razı və günahları ilə öyünən şəxslərə işarə edərək buyurur: “Onları şiddətli bir əzab gözləyir!"
Əlbəttə, ayə insanların yaxşı işlər gördükdən sonra öz əməllərinə baxaraq (əgər etdikləri əməl onlara özünü bəyənmə və təkəbbür gətirmirsə) sevinc və fərəh duymasının əleyhinə deyil. Həmçinin, yaxşı işlərin müqabilində təşviq və təqdir etmək və ya bunu gözləmək insanın daxilindən gələn bir istəkdir. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, bu təşviq və təqdirlər insanı xudbinliyə və özünü bəyənməyə gətirib çıxarmamalıdır. Əks halda, digər yuxarıda danışdıqlarımızdan fərqlənməyəcəkdir. Bütün bunlara rəğmən övliyalar, imanın yüksək mərtəbələrini fəth etmiş mömin insanlar bu kimi tərifləri özlərindən uzaq tutmuş, öz əməllərini heç saymış, bütün etdiklərini ilahi lütf və minnət hesab edərək hər zaman özlərini Allahın əzəməti qarşısında müqəssir bilib xəcalət çəkmişlər.
Eyni zamanda yuxarıdakı ayənin yalnız İslam dininin ilk illərində döyüşdən yayınan münafiqlərə aid edilməsi düzgün deyil. Ayə onlar kimilərə, habelə zamanımızda ictimaiyyətin müxtəlif sahələrində təkəbbürlü, insanları qələmi, sözü, və digər əməlləri ilə günaha təhrik edərək özündən və əməlindən razı qalan, eyni zamanda etdiklərinə görə təşəkkür gözləyən hər bir kəsə şamil edilir. Belə xüsusiyyətli insanlar axirətin əzablı atəşini dadmaqla yanaşı, bu dünyada da insanlar tərəfindən pislənəcək, insanların qəzəbinə tuş gələcək, Allahın yaratdıqlarından təcrid olunacaq və digər arzuolunmaz hallar yaşayacaqdır. Növbəti ayə möminlər üçün müjdə və sevinc mənbəyi olmaqla yanaşı, həm də kafirlər üçün təhdiddir. Ayədə deyilir: "Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir”.
Möminlərin inkişafı üçün onlara münasib olmayan və Allahın bəyənmədiyi işləri etməsinə, habelə etmədiyi əməllərə görə yalançı təşviqlərə ehtiyacı yoxdur. Onlar Uca və Əzəmətli Allaha sığınır, Onun qüdrəti və təyin etdiyi qanunlar çərçivəsində öz həyat proqramlarını quraraq ömür yollarını davam etdirirlər. Bunların müqabilində pis əməl sahibləri və münafiqlər yuxarıda qeyd etdiyimiz xoşagəlməz xüsusiyyətləri inkişaf etməklə yanaşı, eyni zamanda Allahın Qiyamət günündə cəzalandırdığı insanlar zümrəsindən kənarda qalmaq istəyirlər. Onlar nicat tapacaqlarını təsəvvür edirlər.
Ali-İmran surəsi, 190-194-cü ayələr
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ .١٩٠
الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ .١٩١
رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ .١٩٢
رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ .١٩٣
رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَى رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ .١٩٤
Ayələrin tərcüməsi
190\. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib- getməsində) ağıl sahibləri üçün (açıq-aşkar) dəlillər vardır.
191\. Ayaq üstə, oturanda, böyrü üstə uzananda Allahı xatırlayanlar göylərin və yerin yaradılış sirləri haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru!
192\. Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi xar və rüsvay edərsən və zalımlara kömək edən olmaz!
193\. Ey Rəbbimiz! Biz: "Rəbbinizə inanın!” – deyə imana dəvət edən carçının çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə birgə al!
194\. Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Çünki Sən Öz vadina xilaf çixmazsan!”
Ayələrin təfsiri.
Allahı tanımanın ən bariz yolu.
Quranın ayələri yalnız onu oxumaq üçün deyil, oxuyaraq anlamaq, dərk etmək və təfəkkür etmək üçündür. Quranı üzündən oxumaq, onun dərk olunması üçün vasitə və girişdir. Əsas məqsəd isə qeyd etdiyimiz kimi, dərk edib barəsində düşünmək, təfəkkür etməkdir. Odur ki, yuxarıda qeyd etdiyimiz ayələrin birincisi yerin və göylərin əzəmətli yaradılışına işarə edərək buyurur: "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib- getməsində) ağıl sahibləri üçün (açıq-aşkar) dəlillər vardır”.
Qurani-Kərim bu kimi ayələrlə insanları yaradılış haqqında təfək- kürə cəlb edərək hər bir kəsi öz istedadı və ağlı tutumunda bu böyük dəryadan istifadəyə dəvət edir. Quranın məqsədi hər bir kəsin bu dəryadan bəhrələnməsi və yaradılışın pak sirlər bulağından sirab olmasıdır.
Sözün əsl mənasında yaradılış aləmi, təbiət qanunları, əsrarəngiz təbiətin gözəlliyi, hər tərəfin rəngarəngliyi, qəlb oxşayan gözəlliklər, misilsiz rəsm əsərləri, nəzm və nazim prinsipinə əsaslanan təbiət qanunları və sair kimi insanın vəsf etməkdə aciz qaldığı digər gözəlliklər sanki hər bir hərfi cahanın Müəllifinin varlığını açıq-aşkar dəlillərlə sübuta yetirən böyük bir kitabdır.
Yaradılışın cazibədar, gözoxşayan gözəllikləri, insanı heyrətə salan həyat xəritəsi ağıl sahiblərinin qəlblərində və zehinlərdə özünə elə yer etmişdir ki, bütün hallarda ayaqüstə də, oturanda da, uzananda da yaradılışın əsrarəngiz sirlərini, təbiətin nizam-intizamını düşünər və barəsində təfəkkür edərlər. Ayə onları yad edərək buyurur: “Ayaq üstə, oturanda, böyrü üstə uzananda Allahı xatırlayanlar göylərin və yerin yaradılış sirləri haqqında düşünərlər”.
Yəni onlar daim və bütün hallarda həyatın sirləri barəsində təfəkkürə qərq olurlar. Bu ayədə əvvəl zikrə, daha sonra isə fikrə işarə olunmuşdur. Bundan belə başa düşürük ki, insan təkcə zikr etməklə kifayətlənməməli, zikr etdikdən sonra fikrə də üstünlük verərək ilahi yaradılış barəsində təfəkkür etməlidir. Sözün əsl mənasında zikr, təfəkkürlə birlikdə daha təsirli və faydalı olacaqdır. Necə ki yerin və göyün yaradılışı haqqında düşünərkən Allahı zehnimizdən xaric etsək, o zaman təfəkkürün heç bir faydası olmayacaq və insan heç bir müvəffəqiyyət əldə edə bilməyəcəkdir. Bir çox alimlər illər boyunca əzəmətli yaradılış barəsində apardıqları elmi-praktiki təcrübə və təfəkkürləri tövhid dairəsindən ayrı olduğu, gözlərində tövhid eynəyi olmadığı üçün mənəvi-tərbiyəvi faydadan bəhrələnə bilmirlər. Ümumiyyətlə, bütün əməllər belədir. Allaha xatir, pak niyyətlə yerinə yetirilməyən əməl ibadət deyil, sadəcə, zahirən ibadətə bənzəyən bir hərəkətdir. Bu kimi insanlar qidadan yalnız öz sağlamlıqları və mədələrinin dolması üçün istifadə edən şəxslər kimidirlər. Belə olan halda qəbul etdiyi qida onun təfəkkür tərzinin inkişaf etməsində və ruhunun kamilləşməsində heç bir təsirə malik olmayacaqdır.
Yaradılış aləmi, o cümlədən, xüsusən yerin-göyün yaradılması barəsində təfəkkür edərək düşünmək insana xüsusi agahlıq və elm bəxş edir. Ən əsası və başlıcası budur ki, yaradılış aləminin bihudə və əbəs olmadığı haqqında yəqin əldə edirsən. Hər bir kəs istənilən kiçik bir məxluqun belə böyük dünyada müəyyən hədəf üçün yaradıldığını dərk edərsə, o, cahanın əbəs yerə yaradıldığına necə inana bilər?
Hər bir bitkinin yaradılış strukturunda və üzvlərində açıq-aşkar özünəməxsus funksiyalar müşahidə edirik. O cümlədən, insanın qəlbi və onda olan yoğun, nazik qan damarları müəyyən bir yaradılış proqramı və sxemindən xəbər verir. Gözün füsunkar yaradılışı, kipriklər və ya ətdən örtük çəkilmiş sümük, barmaqların üzərindəki dırnaqlar mahir bir yaradanın varlığından və xüsusi yaradılış proqramından xəbər verir. Hər bir kiçik zərrənin yaradılış və həyat hədəfinin olduğunu başa düşdüyümüz halda, onların bütövlükdə müəyyən bir hədəf daşıması mümkündürmü?!
Odur ki, ağıl və təfəkkür sahibləri bütün bunları müşahidə etməklə yanaşı belə zümzümə edərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan”.
İlahi! Nəhayətsiz olan bu böyük cahan və insanı heyrətdə qoyan nizamın hamısı hikmət, məsləhət və düzgün hədəflər üçün yaradılmışdır. Hamısı bütünlüklə sənin vəhdaniyyətinə və əbəs yerə xilqət sahibi olmadığına şəhadət verir!
Ağıl və düşüncə sahibləri bütün bu etirafdan sonra dərhal öz xilqəti haqqında düşünür və insanın da bu cahan bağının meyvələrindən biri olduğunui başa düşür. Bihudə və əbəs yaradılmadığını, tərbiyə olunmaqdan və mənəvi təkamülə yetişməkdən və bu təkamülü inkişaf etdirməkdən savayı hədəfinin olmadığını, həmçinin tez ötüb keçən və özü-özlüyündə heç bir dəyərə malik olmayan dünya üçün yaradılmadığını anlayır. O cümlədən qarşıda böyük bir həyatın olması, o həyatın ruzisinin bu dünyada qazanıldığı, orada əməllərin yaxşı və pis olmasına görə əbədi mükafat və cəza alınması haqqında yəqinə çatır. Bütün bu anlayışlardan sonra öz vəzifəsi və dünyadakı məsuliyyətini dərk edərək Allahdan bu məsuliyyətin öhdəsindən layiqincə gəlmək və aqibətinin xeyirlə sona yetməsi üçün uğur diləyir: "Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru!"
Ağıl və idrak sahibləri yaradılış aləminin nizamını diqqətlə müta- liəyə davam edərək deyirlər: “Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi xar və rüsvay edərsən və zalımlara kömək edən olmaz!"
Yuxarıdakı ayədən ağıl sahiblərinin Cəhənnəm odundan daha çox rüsvayçılıqdan və abır-həyalarının aradan getməsindən qorxduqları başa düşülür. Odur ki, şəxsiyyətinə dəyər verən hər bir kəs abrını qorumaq üçün dünyanın bütün dərd və yükünə dözməyə hazırdır. Qiyamət günündə şəxsiyyətli insanlar üçün ən ağır cəza Allahın və onun bəndələrinin qarşısında rüsvayçılıqdır.
“وَمَالِلظَّالِمِينَ مِن ْأَنصَارٍ” ayasindəki incə mətləb bundan ibarətdir ki ağıl və düşüncə sahibləri insanın hədəfləri ilə tanış olduqdan sonra, onun yeganə nicat yolunun məhz əməllərin necəliyindən keçdiyi qənaətinə gəlirlər. Yəni insan əməllərinin girovu olduğu üçün mütləq ilahi hədəflərə xidmət edən tərbiyə proqramına əsasən islah olmalıdır. Əks halda, zalım və günahkar insanlar üçün heç bir nicat yolu olmamaqla yanaşı, burada bir yardımçısı da yoxdur. Onu da qeyd edək ki, "yardımçı" sözü insanın dünyadakı əməllərini nəzərdə tutur. Zalımlar həyatı əbəs yerə xərc edərək ömür fürsətini qaçırmışlar. Ayədə “zülm” sözünün işlədilməsinin səbəbi onun (zülm) günahlardan biri olması və ya bütün günahların insanın özünə zülm etməsi ilə nəticələndiyi üçündür. Əlbəttə, bu ayənin şəfaət mövzusu ilə ziddiyyəti yoxdur. Şəfaət mövzusunda qeyd etdiyimiz kimi şəfaət olunanın şəfaəti qəbul edə bilməsi imkanı olmadıqda ona şəfaət edilməyəcək. Yəni şəfaətin baş tutması üçün mütləq insan yaxşı əməl sahibi olmalıdır. Ağıl və düşüncə sahibləri yaradılışın hədəflərini tam anladıqdan sonra həyatın eniş-yoxuşlarını ilahi rəhbərlərsiz, yəni peyğəmbərlərsiz fəth etmənin qeyri-mümkünlüyünü diqqətdə saxlayırlar. Bunun üçün də onların qulaqları daim hidayət carçısının səsinin sorağındadır. Onlar “o səsi” eşitcək həmin səmtə tərəf sürətlə tələsir və lazım olan araşdırmanı yerinə yetirdikdən sonra onların dəvətlərinin cavabı olaraq tamam vücudları ilə iman gətirirlər. Belə bir halda ilahi dərgaha üz tutaraq deyirlər: "Ey Rəbbimiz! Biz: "Rəbbinizə inanın!” - deyə imana dəvət edən carçının çağırışını eşidib iman gətirdik”.
İlahi! Belə olan halda tam vücudumuzla iman gətirdik. Amma İlahi! Nəfsin təlatümlü və tufanlı axınlarına daldığımız an qəflətə düşür, bəzən günaha mürtəkib oluruq.
"Ey Rəbbimiz! Günahlarımızı bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al”.
Ağıl və düşüncə sahibləri insan cəmiyyətinə, yəni ictimaiyyətə qədər bağlıdırlar ki, öz dualarında belə Allahdan daim yaxşılarla birlikdə olmağı, onlarla birlikdə ölməyi və ya onların yaxşılıq proqramının tərkində ölməyi arzu edirlər. Burada təbii ölümün, Allah yolunda şəhid olmanın və sair ölümlərin yalnız yaxşı insanların arasında baş verməsi arzu edilir. Çünki onların nəzərincə cəmiyyətdən kənarda ölmək ikiqat ölüm deməkdir. Burada belə bir sual ortaya çıxır. O da bundan ibarətdir ki, günahların bağışlanmasını istəmək, günahların üzərinə pərdə çəkməklə yanaşı onları görməzdən gəlməyi tələb etmənin nə əlaqəsi var? Qurani-Kərimin "Nisa" surəsinin 31-ci ayəsinə müraciət etməklə yuxarıdakı suala aydınlıq gətirmək mümkündür. Ayədə deyilir:
"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir məkana daxil edərik”.
Buna görə də ağıl və düşüncə sahibləri ilk olaraq Allahdan böyük günahların bağışlanmasını diləyir, daha sonra isə kiçik günahların mənfi təsirinin aradan getməsini istəyirlər. Sonda isə tövhid yolunu keçib Qiyamət gününə iman gətirməklə yanaşı, peyğəmbərlərin dəvətini qəbul etməyi, vəzifələrini layiqincə yerinə yetirməyi və Allah qarşısında məsuliyyətli olmağı Allah-taaladan istəyərək deyirlər: "Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Çünki Sən Öz vədinə xilaf çıxmazsan!"
Ayədəki “bizi rüsvay etmə” istəyi, bir daha ağıl sahiblərinin öz şəxsiyyətlərinə verdiyi dəyəri açıqlayır. Onlar üçün Qiyamət günündə rüsvay olmaq ən ağır və şiddətli əzabdır. Əgər belə olmasaydı, öz dualarında bu mövzunu önə çəkməzdilər.
İmam Sadiq (ə) buyurmuşdur: “Çətinliyə düşmüş hər bir kəs beş dəfə "Rəbbəna” desə, Allah-taala onu qorxduğu çətinlikdən qurtarar və onu ümid bağladığına çatdırar”.
Dedim: Necə beş dəfə "rəbbəna" desin?
İmam (ə) buyurdu: “Rəbbəna” ilə başlayan bu beş ayəni oxusun. Daha sonra isə Allahın duaları qəbul anı başlayır. Çünki o buyurur:
Bu məsələni deməsək də, aydındır ki, bütün dualarla əməllər bir- birini tamamlamalıdır. Yəni əməlsiz duanın faydası yoxdur. Yuxarıdakı hədisdə də qeyd olunanlar yalnız birlikdə təsirlidir. Ayələrin məzmunu ağıl və təfəkkür sahiblərinin Allaha olan eşq və bağlılığını, həmçinin onların din və xeyir əməllər qarşısında məsuliyyətlərini qeyd etməklə yanaşı, onların bu ayələrin bariz nümunəsi olduqlarını çatdırır. Odur ki, onlar xüzu və xüşu mərtəbəsinə yetişirlər. O cümlədən imanlı düşüncə sahibləri Allaha olan dua və münacatlarında həmin hissləri keçirirlər.
İncəliklər:
Ayələrin əhəmiyyəti.
Əlbəttə, Quranın hər bir ayəsinin əhəmiyyəti vardır. Çünki hər bir ayə ilahi kəlam olmaqla yanaşı, həm də bəşəriyyətin nicatı üçün nazil olmuşdur. Amma onların arasında xüsusi nura, mənəvi təkana və parlaqlığa xas olan ayələr mövcuddur. O cümlədən yuxarıdakı beş ayə parlaq ayələr sırasındandır. Bu ayələr cəm halda İslam dini maarifi ilə tərkiblənməklə yanaşı, həm də lətif dua və münacatdan, xüsusi nəğmə notlarından ibarətdir. Odur ki, hədis və rəvayətlərdə bu ayələrin əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Əta ibn Əbu Riyahdan belə nəql edilmişdir: "Bir gün Aişənin yanına gedib ondan soruşdum: Ömrü boyu Peyğəmbərdə (s) gördüyün ən qəribə davranış hansı olub? Aişə dedi: Peyğəbərin (s) bütün işləri heyrətamiz idi. Ancaq hamısından qəribəsi bu idi: Bir gecə mənim evimdə istirahət edirdi. Hələ rahatlanmamışdı ki, yerindən qalxdı, dəstəmaz alıb namaz qılmağa başladı. Namaz əsnasında ilahi cazibənin təsiri ilə o qədər göz yaşı tökdü ki, paltarının ön tərəfi tamamilə islandı. Sonra səcdəyə getdi, o qədər ağladı ki, yer islandı. Sübhə qədər ağladı. Bilal onu sübh namazına səsləyəndə ağladığını görüb: “Allahın lütfü sizi əhatə etdiyi halda, nə üçün belə ağlayırsınız?" - deyə soruşarkən buyurdu: “Allahın şükür edən bəndəsi olmayımmı? Allah keçən gecə mənə çox mühüm ayələr göndərib". Sonra "Ali-İmran" surəsinin 190-194-cü ayələrini oxudu və sonda buyurdu:
"Vay olsun onları oxuyub düşünməyənlərin halına!"
Hədisin sonuncu cümləsi olduqca təsirli və təkanverici olmaqla yanaşı, həm də insanları düşünməyə dəvət edir. Bu kimi hədislər müxtəlif və fərqli məzmunlarla məsumlardan nəql olunmuşdur. İmam Əlidən (ə) nəql olunur ki, Allahın Peyğəmbəri (s) hər gecəyarısı gecə namazı üçün qalxarkən ilk növbədə dişlərini fırçalayardı, daha sonra səmaya baxar və bu ayələri oxuyardı.
Əhli-beytin (ə) hədislərində də gecə namazına qalxarkən bu ayələrin oxunması tövsiyə olunmuşdur.
İmam Əlinin (ə) yaxınlarından olan Nǝuf Bǝkkali deyir ki, bir gecə İmamın (ə) yanında idim. Bizim gözümüzə yuxu getməmiş İmam (ə) qalxdı və bu ayələri oxumağa başladı. Daha sonra məni çağıraraq dedi: "Ey Nuf! Yatmısan ya oyaqsan?"
Dedim: Oyağam. Səmada ulduzları seyr edirəm.
İmam (ə) buyurdu: “Yer üzünün çirkinliklərinə bulaşmayanların xoş halına. Xoş elə o vəziyyətdə də asimanda seyr edənlərin halına. (Maddi aləmin çərçivəsindən çıxaraq böyük bir ruhla mələkut aləmində seyr edənlərin xoş halına).
Ali-İmran surəsi, 195-ci ayə
فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى بَعْضُكُمْ مِنْ بَعْضٍ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِنْ عِنْدِ اللَّهِ وَاللَّهُ عِنْدَهُ حُسْنُ الثَّوَابِ .١٩٥
Ayənin tərcüməsi
195\. Allah onların dualarını qəbul edərək (buyurdu): “İstər kişi olsun, istərsə də qadın, Mən heç birinizin əməlini puça çıxarmayacağam. Siz eynisiniz, bir-birinizdənsiniz. Allah yolunda hicrət edənlərin, evlərindən çıxarılanların, Mənim yolumda çətinliyə məruz qalanların, vuruşanların və öldürülənlərin günahlarını, əlbəttə, bağışlayacaq və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allahın mükafatıdır. Ən yaxşı mükafat Allah yanındadır!"
Ayənin nazilolma səbəbi.
Öncəki ayə ağıl və düşüncə sahibləri barəsində idi. Bu ayədə isə onların əməllərinin nəticəsi işıqlandırılır. Başqa sözlə ifadə etsək, yuxarıda qeyd etdiyimiz ayə öncəki ayənin nəticəsidir. Buna digər dəlilimiz isə yuxarıda qeyd etdiyimiz ayənin "fa" səbəb bildirən sözönü ilə başlamasıdır. Amma bununla yanaşı, təfsirçilər ayənin nazil olma səbəblərini qeyd etmişlər. Bunu da əlavə edək ki, ayənin nazil olma səbəbləri ilə onun öncəki ayələrin davamı olması heç bir təzad təşkil etmir. Ayənin nazil olma səbəblərinin birində qeyd olunur ki, Peyğəmbərin (s) xanımı Ümmü Sələmə Peyğəmbərə (s) deyir: “Quranda cihaddan, hicrətdən və kişilərin fədakarlığından danışılır. Qadınlar da bu əməllərə şərik ola bilərlər? (Yəni qadınlar da bu bəyənilən işlərdə xidmətçi ola bilərlər?)
Yuxarıdakı ayə nazil olunaraq Ümmü Sələmənin sualı cavablandırılır.
Həmçinin ikinci nazil olma səbəbi kimi aşağıdakı hədisi də qeyd etmişlər: İmam Əli (ə), anası Fatimə binti Əsədi, Peyğəmbərin (s) qızı Fatiməni və Zübeyrin qızı Fatiməni özü ilə birlikdə Mədinəyə apararkən Zǝcnan adlı yerdə Ümmi-əymən və bir neçə nəfər taqətdən düşmüş mömin onlara qoşulub birlikdə hərəkət edir. Onlar Allah Rəsulunun (s) yanına gedənə qədər Allahı zikr etməyi bir an belə unutmurlar.
Yuxarıda qeyd etdiyimiz kimi, ayənin nazil olma səbəbi ilə öncəki ayələrlə bağlılığı təzad təşkil etmir. Həmçinin qeyd etdiyimiz nazil olma səbəbləri arasında heç bir ziddiyyət yoxdur.
Ayənin təfsiri.
Düşüncə sahiblərinin proqramlarının nəticəsi.
Öncəki beş ayədə ağıl və düşüncə sahiblərinin imanları, dini praktiki proqramları, fikir və düşüncələri, dua və münacatları barəsində olduqca xülasə məlumat verdik. Bunun ardınca yuxarıda qeyd etdiyimiz ayədə deyilir: “Allah onların dualarını qəbul edərək (buyurdu:)
"Onların Allahları", sözü Allahın onlara qarşı sonsuz lütf və rəhmətinin göstəricisidir. Allah-taala insan əməlləri ilə nəticəsinin sıx əlaqədə olmasını və bu əlaqənin heç vaxt qırılmayacağını önə çəkərək dərhal ayənin davamında buyurur: “Mən heç birinizin əməlini puça çıxarmayacağam!”
Bu cümlədə həm əməl olunana, həm əməl edənə işarə olunur. Bunların ikisinin də eyni ayədə cəmlənməsi nəticə almaq üçün yalnız imana əsaslanmanı önə çəkir. Yəni insan bütün əməlləri imanla etdiyi zaman nəticəsini görəcəkdir. Əks halda etdiyi əməl sadəcə feil və hərəkətdən ibarət olacaqdır. Demək, əməllərin və duaların Allah dərgahında (bəzən məsləhət üzündən gecikə də bilər) qəbul olmasının yeganə səbəbi imandır. Daha sonra isə dua və əməllərin qəbulunun yalnız müəyyən insanlara deyil, ümumi kontekstdə baş verməsinə işarə edilərək buyurulur: "...kişi və qadın olmağınızdan asılı olmayaraq əməllərinizi puça çıxarmayacağam”.
Daha sonra isə bütün insanların bir-birindən yaranmasına işarə edilir: "Siz eynisiniz, bir-birinizdənsiniz”.
“bəzukum min bəz” cümləsindən belə başa düşülür ki, ayənin insanların eyni cinsdən yaranmasına işarə etməklə birlikdə çatdırmaq istədiyi digər mətləblər var. Yəni siz eyni cinsdən olmaqla yanaşı, həm də bir dinin ardıcılı və bir həqiqətin tərəfdarısınız. Həmçinin bu yolda həmkarlıq etməniz də "yolun" zəruri məsələlərindəndir. Odur ki, Allah- taalanın sizin aranızda fərq qoymasına heç bir lüzum yoxdur. Ayənin davamında bir növ nəticə alınır: "Allah yolunda hicrət edənlərin, evlərindən çıxarılanların, yolumda çətinliyə məruz qalanların, vuruş- anların və öldürülənlərin günahları, əlbəttə, bağışlanacaqdır”.
Allah-taala onların günahlarını bağışladıqdan sonrakı mərhələni isə belə izah edir: "Onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm”.
Ayə sonda bütün bu hədiyyələrin ilahi dərgahdan gəldiyini qeyd edərək buyurur: “Bu, Allahın mükafatıdır. Ən yaxşı mükafat Allah yanındadır”.
Allah-taalanın bəndələrinə əta etdiyi nemətlərin maddi aləmdə yaşayan insanlar üçün dəqiq şəkildə vəsf olunması mümkün olmadığı üçün ayədə onlar barəsində qısa da olsa təsəvvür yaradılmışdır. Bu təbii haldır. Yalnız maddi aləmdə yaşayaraq, maddi nemətlərdən savayı digər aləm və nemətləri görməyən bəşər övladı qeyri-maddi cahanın nemətlərini yalnız öz təsəvvürü çərçivəsində canlandıra bilər. Amma hər kəs bilməlidir ki, axirət nemətləri dünya nemətlərindən olduqca üstün və müqayisə olunmazdır.
Yuxarıdakı ayədən belə nəticə alırıq ki, ilk növbədə insan saleh əməlləri nəticəsində günahlardan paklandıqdan sonra İlahi dərgaha yaxınlaşır və onun üçün hazırlanmış behişt nemətlərindən istifadə edir.
Çünki ayədə “لأُكَفِّرَن َّعَنْهُم ْسَيِّئَاتِهِمْ” cümləsindən sonra ardınca “وَلأُدْخِلَنَّهُمْ جَنَّاتٍ” buyurur. Başqa ifadə ilə izah etsək, Cənnət pakların yeridir. İnsan paklanmasa, Cənnətə daxil olmayacaqdır.
Kişi və qadının mənəvi dəyərlərinin eyni olması.
Burada da Quranın digər ayələrində olduğu kimi, kişi və qadının mənəvi hüquqlarının eyni olması önə çəkilir və ilahi dərgahda onların cinsi deyil, yalnız əməllərinin dəyərli olması qeyd olunur. Dini nöqteyi nəzərdən kişi və qadının ictimai hüquqda fiziki baxımdan hüquqlarının fərqli olmasına baxmayaraq, ilahi təkamül yolunda onların cinsi müxtəlifliklərinin heç bir önəmi yoxdur. Əksinə, onlar ilahi dərgahda ilkin mərhələdə bərabər, növbəti mərhələdə isə əməlləri ilə fərqlənirlər. Qeyd etdiymiz kimi, cins fərqinin olması əməl fərqinin də olmasına dəlalət etmir. Odur ki, ayədə hər ikisinə eyni prizmadan yanaşılmışdır. Mövzumuza uyğun misala diqqət edək.
Bir nəfəri idarənin inzibati işləri üzrə müdir, digərlərini isə ona müavin və sair sahələrdə köməkçi seçirlər. İşçilər bir-birlərindən yalnız iş qabiliyyəti və əmək fəaliyyətinə görə seçilir və inkişaf edirlər. Onların arasında olan vəzifə fərqi heç də şəxsiyyət fərqi kimi başa düşülməməlidir. Həyatda hər bir kəs fərqli vəzifədə çalışa bilər. Amma insanlıq baxımından bütün dünya insanlarının heç bir fərqi yoxdur. Kimsə digərindən az və ya çox dərəcədə insan deyil. Hamı eyni insandır. Onları fərqləndirən yalnız onların əməlləridir.
Qurani-Kərim bu barədə qətiyyətlə buyurur:
"Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Qadın və kişi olmasından asılı olmayaraq, yaxşı iş görən hər bir kəs mömin olarsa, Cənnətə daxil olar və orada onlara hesabsız ruzi verilər".
Digər ayədə isə buyurur:
"Kişi və qadın olmasından asılı olmayaraq, mömin olduğu halda, layiqli iş görən hər bir kəsə gözəl bir həyat bəxş edəcək və etdiyi ən yaxşı əməllərə görə mükafat verəcəyik".
Bu ayələr dünyanın qadına ən aşağı gözlə baxdığı, onu lənətlənmiş, həmçinin bütün günahların və ölümlərin səbəbi bildiyi bir zamanda nazil olmuşdur. O zamanlar heç kəs qadın olmağı arzu etmirdi. Bir çox xalqlar qadınların ibadətlərinin ilahi dərgahda heç vaxt qəbul olmadığına inanırdılar. Hətta yunanlar qadına dəyərsiz və kimsəyə lazım olmayan məxluq kimi baxır və onları şeytan əməli adlandırırdılar. Rumlular və yunanlar qadınlarda insana aid olan ruhun olmadığını düşünür və bu ruhun yalnız kişilərə məxsus olduğunu deyirdilər. Daha maraqlısı budur ki, son əsrlərdə belə İspaniya xristianları qadının kişilər kimi insan ruhunun olub-olmaması haqqında seminarlar keçirir və müzakirələr aparırdılar. Xülasə, belə nəticəyə gəlirlər ki, Məryəmin ruhundan savayı bütün qadınların ruhu bərzəxdə olmalarına rəğmən insan və heyvan ruhu arasında olan ruhlar sırasına daxildir.
Bəzilərinin İslam barəsində doğru fikirdə olmamasının səbəbi onların bu din haqqında düzgün məlumata malik olmamasındandır. Hətta bəzilərinin “İslam kişilərin dinidir, orada qadınlara yer yoxdur" kimi şüar səsləndirməsi onların İslam dini barəsində biliyinin sıfır həddində olmasının nəticəsidir. Bu kimi insanlar əsl həqiqətdən olduqca uzaqdırlar. İslam dinində kişi ilə qadının fiziki qüvvəsi nəzərə alınaraq onlar arasında ictimai vəzifələrin bölünməsi olduqca ədalətlidir. Dünya miqyasında hələ bu qədər dəqiq ölçü mövcud deyil. Dünya hələ bu kimi dəqiq bölgülərə gəlib yetişməyib. Qadın və kişi fiziki gücləri nəzərə alınmadan hər ikisi eyni hüquqa malik olsalar, o zaman hər ikisi daş karxanasında daş daşımağa məcburdurlar. Amma İslam dini bütün bunları nəzərə alaraq qadının hüquqlarını pozmur və onun atifəsinə toxunacaq əyər-əskik qoymur. İslam dinində iman və əməl mərhələ- sində kişi və qadına qətiyyən fərq qoyulmamışdır. Hər kəs daha çox çalışsa və nəfsini paklasa, o qədər də ilahi dərgaha yaxın olacaqdır. Səadət və hikmət qapıları hər iki cinsin üzünə daim açıqdır. Yuxarıda qeyd etdiyimiz kimi, ayə buyurur: "Siz eynisiniz, bir-birinizdənsiniz.”
Ali-İmran surəsi, 196-198-ci ayələr
لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ .١٩٦
مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ .١٩٧
لَكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِنْ عِنْدِ اللَّهِ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ لِلْأَبْرَارِ .١٩٨
Ayələrin tərcüməsi
196\. Kafirlərin şəhərbəşəhər (məğrur-məğrur) gəzib-dolaşması səni aldatmasın!
197\. Bu, çox cüzi bir qazancdır. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yerdir!
198\. Lakin öz Rəbbindən qorxanları ağacları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.
Ayələrin nazilolma səbəbi.
Təfsirçilər bu və sonrakı iki ayənin nazilolma səbəbini belə izah edirlər: Məkkə müşriklərinin çoxu tacir idi, bu yolla külli miqdarda sərvət əldə edib naz-nemət içində yaşayırdılar. Mədinə yəhudiləri də ticarət işlərində səriştəli idilər, əksər hallarda ticarət səfərlərindən əlidolu qayıdırdılar. Amma həmin vaxt müsəlmanlar bir çox səbəblərdən, o cümlədən Məkkədən Mədinəyə hicrət etdikləri, iqtisadi blokadada olduqları üçün maddi cəhətdən çətinlik çəkir, ağır şəraitdə yaşayırdılar. Bu iki vəziyyətin müqayisəsi belə bir sual doğururdu ki, nə üçün imansız şəxslər naz-nemət içində yaşayır, imanlılar isə əziyyət, çətinlik, əzab və yoxsulluq içində yaşayırlar? Bu ayələr qeyd olunan suala cavab verir.
Ayələrin təfsiri.
Narahatedici bir sual.
Ayənin nazil olma səbəbində qeyd olunduğu kimi, bu sual Peyğəmbər (s) zamanında yaşayan müsəlmanlar tərəfindən verilsə də, bütün zamanlarda, hətta bu gün belə insanların çoxu üçün aktualdır. Onlar üsyankar, zalım, fitnəkar insanları mömin və təqvalı insanlarla müqayisə edir, zalım və fasiqlərin daim naz-nemət, bolluq içində yaşadığını görüb deyirlər: “Nə üçün mömin olmayanlar bu qədər cinayət etmələrinə baxmayaraq, yenə də naz-nemət içində yaşayırlar? Digər tərəfdən isə imanlı, təqvalı və düzgün insanlar çətinliklə həyat sürürlər?"
Bəzən bu sual zəif imanlı və imanlarında süst olan müsəlmanlarda şəkk və tərəddüdün yaranmasına səbəb olur. Əgər bu sualı diqqətlə araşdırsaq və hər iki tərəfin arqumentləri xırdalıqlarına qədər öyrənilsə, o zaman cavablar aydın olacaq. Əlbəttə, qeyd etdiyimiz ayələrdə sualın cavabı ümumi də olsa verilmişdir. Yəni sualın bəzi hissələrinə cavab verilmişdir. Əgər məsələyə diqqətlə yanaşsaq, yerdə qalan bəzi qaranlıq mətləblərə də izah gətirəcəyik.
Ayədə buyurulur: “Kafirlərin şəhərbəşəhər (məğrur-məğrur) gəzib dolaşması səni aldatmasın”.
Ayədə Peyğəmbərə (s) xitab olunmasına baxmayaraq, əsas ünvan bütün müsəlmanlardır. Növbəti ayədə buyurulur: "Bu, çox cüzi bir qazancdır”.
Daha sonra əlavə olaraq: “Bütün bu qələbələr, sevinc və müvəqqəti fərəhdən sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yerdir”.
Yuxarıdakı ayə iki əsas məsələyə işarə edir:
Birincisi bundan ibarətdir ki, mömin insanların həyatda çəkdikləri zəhmət və narahatlıqlar müvəqqəti olduğu kimi, azğınların və zalımların qələbəsi də olduqca məhdud bir zaman çərçivəsindədir. Buna müsəl- manların və kafirlərin İslam dininin ilkin vaxtlarındakı vəziyyətini misal göstərmək olar. İslam dini yeni ayaq tutan zaman qarşısında olduqca güclü bir düşmən var idi. Hansı ki daim onları təhdid edir və güclü tufan kimi üzərlərində əsirdi. Xüsusən də Məkkə möminləri hicrət etdikdən sonra onların da əmlakı müşriklərin əlinə keçmişdi. Təkcə Məkkə mühacirləri deyil, Peyğəmbərin (s) İslam inqilabının bütün tərəfdarları kafirlər tərəfindən zülmə məruz qalırdılar. Amma bu vəziyyətin çox da uzun çəkmədiyini bilirik. İslam öz sütunlarını möhkəmlədib güclü orduya malik oldu. Daha sonra Allah öz bərəkətini İslam torpaqlarına nazil etdi və nemətlər payız yağışı kimi asimandan yerə enməyə başladı. Bu zaman naz-nemət içində ömür sürən İslam düşmənlərinin sərvəti qara torpaqla bir oldu. Odur ki, ayədə Allah- taala onların sevinclərinin qısa müddətli olduğunu qeyd etmişdir. liten "Bu, çox cüzi bir qazancdır".
Digər tərəfdən, Allaha asi olan zalımların dünyada var-dövlət toplamaqda müvəffəq olmalarının ümdə səbəbi onların heç bir məhdudiyyət tanımamasıdır. Yəni onlar pul, mal-dövlət qazanmaq üçün heç bir hüquqi, dini sərhəd gözləmir, kiminsə haqqına riayət etmir, istədiyini ələ keçirmək üçün sələm yeyir, rüşvət alır, xalqın malını mənimsəyir, hətta yeri gəldikdə ixtiyarında olan insanların qanını sümürürlər. Xülasə, onlar üçün heç bir şəri məhdudiyyət yoxdur. Amma möminlər daim öz qazanclarında digərlərinin haqqına riayət edir, əldə etdikləri mənfəətdə digərlərinin haqqına riayət edərək ədalət çərçivəsindən xaric olmamağa çalışırlar. Odur ki, bu iki zümrəni bir- biri ilə müqayisə etmək qətiyyən düzgün deyildir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, biri mənfəət əldə edərkən digərlərinin haqqında riayət edərək bu işdə tam ciddiyyətlə məsuliyyət daşıyır, digərləri isə heç bir məhdudiyyət və sərhəd tanımır, məsuliyyət hiss etmir. Dünya ixtiyar və azadlıq dünyası olduğu üçün Allah-taala onlara öz işlərində mane olmur, onlar öz ixtiyarları ilə əməlləri yerinə yetirir, sonda isə hər kəs öz əməlinin nəticəsini görəcəkdir. Yuxarıdakı ayə bu mövzuya işarə edərək buyurur: "Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yerdir”.
Üçüncü ayədə Allah-taala pəhrizkar və iman sahiblərinin əməllərinin nəticəsinin əbədi həyatda necə olacağı barəsində məlumat verir: "Lakin öz Rəbbindən qorxanları (hansı ki maddi mənfəətləri əldə etmək üçün haqq-ədalətə riayət etmişlər və ya Allaha iman gətirdikləri üçün öz vətənlərindən hicrət etmiş, ictimai, iqtisadi mühasirədə qalmışlar) ağacları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar”.
Daha sonra əlavə edərək buyurur: “Cənnət bağları dünyada çəkdikləri zəhmətə görə Allah-taalanın onlara olan ilk lütfüdür”.
Ayədəki "nuzul" sözü qonaqlar üçün hazırlanmış nemətlərə deyilir. Hətta bəzilərinin tərcüməsinə əsasən, qonaqlara ilk təklif olunan nemətlər o cümlədən dadlı sular, meyvə və bu kimi – nəzərdə tutulur. Amma misilsiz və mühüm olan nemətlər mənəvi və ruhi qidalardır. Ayə sonda buna işarə edərək buyurur: "Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir”.
İncəliklər:
Fərqli mətləblər.
İmansız insanların inkişaf etməsi və möminlərin geridə qalmasının əsas səbəbi bundan ibarətdir ki, birinci qrupa aid insanların imanı olmadığı üçün dünya baxımından bir sıra üstünlüklərə malikdilər. Digər tərəfdən isə imanlı şəxslər Allahdan qorxduqları və imanlarında sabitqədəm olduqları üçün onlarla müqayisədə geridə qalırlar.
Məsələn, gündəlik həyatımızda Allahın qanunlarına laqeyd yanaşan, amma buna baxmayaraq, eyni zamanda öz işlərində ciddi, öncül, düzgün seçimli, tədbirli, zamanı düzgün dəyərləndirən, fürsətlərdən səmərəli istifadə edən bəzi insanları müşahidə edirik. Bu kimi insanlar dinə qarşı laqeyd olsalar da, dinin bəyəndiyi və əmr etdiyi proqramları icra etməklə sözün əsl mənasında gündəlik dünya işlərində uğur qazanacaq və müvəffəq olacaqlar. Amma bunun əksinə, gündəlik həyatımızda dinin əqidə əsaslarına iman gətirməsinə baxmayaraq, dünya və axirət işlərində faydalı olacaq bəzi göstərişlərə süst yanaşan insanları müşahidə edirik. Yəni dindar olmasına baxmayaraq, öz dininin göstərişlərinə düzgün yanaşmır. Həmçinin, bu insanlar yuxarıda qeyd etdiyimiz qeyri-möminlərin əksinə olaraq halsız, səbirsiz, zamandan düzgün və öz xeyrinə istifadə etməyən, fürsətləri düzgün dəyərləndirməyən və sair süst əməlli insanlardır. Təbii ki, belə xüsusiyyətə malik olan insanlar dünya həyatında az uğur əldə edəcək və ya heç etməyəcəkdir. Amma biz bu uğursuzluğun səbəbini onların imanlarında deyil, şəxsi keyfiyyətlərində axtarmalıyıq. Yəni onların həyatda məğlub olmalarına imanın heç bir təsiri yoxdur. Bu kimi insanlar namaz qılmağı, oruc tutmağı və digər şəriət məsələlərini yerinə yetirməklə dünyadakı işlərini bitmiş bilir və daha sonra həyatın onlara uğur bəxş edəcəyini düşünür. Halbuki bu yanaşma qətiyyən düzgün deyildir. İslam dini dünya həyatını təmin və axirəti abad edəcək proqramlarla zəngin bir dindir. Bu dində dünya həyatında uğur qazanmaq üçün müxtəlif növ silsiləvi proqramları mövcuddur. Əlbəttə, bu proqramlara laqeyd yanaşılarsa, təbii ki, insan dünya həyatında uğursuzluqlarla rastlaşacaqdır. Xülasə olaraq qeyd edək ki, hər iki dəstənin həyatında böyük təsirə malik olacaq çatışmazlığı və üstün cəhətləri mövcuddur ki, bəzən təsirlərin yeri səhv də düşə bilir. Məsələn, imansız, amma dünyəvi işlərində ciddi olan şəxs həyatda var-dövlət sahibi olsa da, ruhi və mənəvi aramlığı yoxdur. Bununla yanaşı, insanlığın ali hədəflərinə xidmət edən ruhiyyəyə də malik deyildir. Odur ki, bu insanlar həyatda bir sıra uğurlar qazansalar da, əsl həqiqəti kəşf etməmiş, pak insanlıq atifəsindən məhrum qalmışdır. Burada bəziləri sual verirlər ki, bəs nə üçün filan imansız şəxs həyatda müvəffəqdir? Bu sualı verənlər həyatda müvəffəqiyyət qazanmanın yollarını sanki ayrı yerdə axtarırılar. Bu mövzu hər bir insan üçün keçərlidir. İstər bir nəfər, istərsə də bir ölkədə tətbiq olunsun. Onu da qeyd edək ki, yuxarıda sadaladığımız üç əsas amil (məhdudiyyətlər, uğurlar və mal toplamaqda heç bir sərhəd tanımamaq) birlikdə və bir mövzuda keçərli deyil. Əksinə, hər birinin öz yeri, öz nümunəsi vardır.
Ali-İmran surəsi, 199-cu ayə
وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ وَمَا أُنْزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ .١٩٩
Ayənin tərcüməsi
199\. Kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olana inanır, Allaha boyun əyərək Onun ayələrini ucuza satmırlar. Onların mükafatı Rəbləri yanındadır. Allah sürətli haqq-hesab çəkəndir. (Onların yaxşı əməllərinin mükafatını dərhal verir.)
Ayənin nazilolma səbəbi.
Bir çox təfsirçilərin fikrinə əsasən, bu ayə təəssübü kənara qoyaraq müsəlmanlara qoşulan yəhudi və xristianlardan ibarət olan, Allahın bütün əmrlərinə boyun əyən kitab əhli üçün nazil olmuşdur. Ayə ümumi qeyd olunsa da, bütün təfsirçilərin fikrinə əsasən ayə kasıbların sığınacaq yeri olan Həbəşə (indiki Efiopiya) hökmdarı Nəcaşi barəsində nazil olmuşdur. Hicrətin doqquzuncu ili Rəcəb ayında Nəcaşi dünyasını dəyişir. Onun ölüm xəbəri xüsusi ilham vasitəsi ilə Peyğəmbərə (s) çatdırılır. Peyğəmbər (s) müsəlmanlara buyurur: “Sizin Hicaz torpaqlarından xaricdə yaşayan qardaşlarınızdan biri vəfat etdi. O müsəlmanlara böyük xidmət göstərdiyi üçün hazırlaşın, onun üçün namaz qılacağıq”.
Bəziləri onun kimliyi barəsində soruşduqda Allahın Rəsulu (s): “Nəcaşi” – deyə buyurur. Daha sonra müsəlmanlar Bəqi qəbristanlığına gələrək onun üçün qiyabi cənazə namazı qılırlar. Namazdan sonra Peyğəmbər (s) onun üçün dualar edərək Allahdan bağışlanmaq istəyir.
Həmçinin yaxınlarına da onun üçün dua etməyi göstəriş verir. Amma bu zaman bəzi münafiqlər: “Muhəmməd heç vaxt üzünü görmədiyi kafir bir kişi üçün namaz qılır, halbuki onlar İslamı qəbul etmədilər" Bu zaman yuxarıda qeyd etdiyimiz ayə nazil olaraq onların iradlarına cavab verir.
Bu hədisdən belə başa düşülür ki, Nəcaşi zahirdə müsəlman olmasa da İslam dinini kamil surətdə qəbul etmişdir.
Ayənin təfsiri.
Kitab əhli hamısı eyni deyildir.
Əvvəldə də qeyd etdiyimiz kimi, Qurani-Kərim digər dinlər barəsində danışarkən onların hamısını eyni səviyyədə görmür. Həmçinin insanlara rəngi, irqi və cəmiyyətlərinə görə münasibət bildirmir. Əksinə, onların həyat proqramı və etdikləri əməlləri tənqid edir. Təbii ki, onların arasında azlıq təşkil edən imanlı və düzgün insanları da heç vaxt unutmur. Bu ayədə də kitab əhlinin inadkarlığına, zülmkarlığına, məzəmmətlərinə və həmçinin keçmiş ayələrdə qeyd etdiyimiz digər mənfi xüsusiyyətlərinə baxmayaraq, onların arasında yaşayan imanlı adamları dəyərləndirir və onların Peyğəmbəri (s) qəbul etdiklərini elan edir. Həmin azlıq təşkil edən saleh insanlar üçün beş gözəl xüsusiyyət qeyd edǝrǝk buyurur:
1\. Kitab əhli içərisində elələri də vardır ki, Allaha inanır.
2\. Onlar müsəlmanlara nazil olan Qurana inanırlar.
Onların Peyğəmbərə (s) iman gətirmələri sözün əsl mənasında öz kitablarına olan imandan doğur. Çünki Peyğəmbərin gəlişi haqqında onların kitablarında xəbər verilmişdir.
3\. Onlar Allahın göstərişlərinin qarşısında itaətkardırlar.
4\. Allaha boyun əyirlər.
5\. Allahın ayələrini ucuz qiymətə satmırlar.
Quranın yuxarıda xüsusiyyətlərini saydığı kitab əhli, öz hakimiyyətlərini davam etdirmək, rüşvət almaq, cəmiyyətdə nüfuzunu qoruyub saxlamaq xatirinə ayələri təhrif edənlərdən tam fərqli insanlardır. Yuxarıdakı ayədə "ucuz satırlar" kəlməsi aşağı qiymətə ayə satmaq kimi başa düşülmür. Əksinə, ayələri təhrif edərək əvəzində yaxşı pul qazanırdılar. Ayənin əsas məqsədi onların axirətlərini dünyalarına dəyişməsidir. Halbuki onlar bu işləri dünyalarına xatir edirdilər. İnsan Allahın ayələrinin qarşılığında dünyada nə alsa dəyərsizdir. Azlıq təşkil edən möminlər insanlığın ali və aydın dəyərlərinə əsaslanaraq ilahi dərgahı seçirlər: "Onların mükafatı Rəbləri yanındadır”.
Ayədəki kəlməsi Allahın onlara olan sonsuz rəhmət və mərhəmətindən xəbər verir. Həmçinin Allahın onları hidayət yolunda inkişaf etdirdiyinə işarə edir.
Ayənin sonunda buyurulur: "Allah sürətli haqq-hesab çəkəndir. (Onların yaxşı əməllərinin mükafatını dərhal verir.)"
Bütün bunlara rəğmən, nə yaxşılar mükafatlarını almaq üçün çətinlik çəkəcək, nə də günahkarların cəzası gecikəcəkdir. Ayənin sonuncu cümləsi yaxşılara müjdə, pislərə isə təhdid idi.
Ali-İmran surəsi, 200-cü ayə
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ .٢٠٠
Ayənin tərcüməsi
200\. Ey iman gətirənlər! (Çətinliklərə və ehtiraslar qarşısında) səbirli olun, düşmənlər qarşısında dözümlü olun, sərhədlərinizin keşiyində durun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
Ayənin təfsiri.
Sərhədləri qoruyun.
Bu ayə "Ali-İmran" surəsinin sonuncu ayəsidir. Bu ayə dörd maddədən ibarətdir. Hansı ki bu maddələr İslam dininə və müsəlmanlara daim baş ucalığı gətirmişdir.
1\. İlk olaraq bütün möminlərə xitab edərək birinci maddəni buyurur: "Ey iman gətirənlər! (Çətinliklərə və ehtiraslar qarşısında) səbirli olun".
Bütün müsibətlərin, o cümlədən həvayi-nəfsin qarşısında səbir və dözüm nümayiş etdirmək sözün əsl mənasında bütün maddi və mənəvi inqilabların, uğurların və inkişafın müqəddiməsidir. Səbrin insan həyatına olan təsirindən, ona qazandırdığı müvəffəqiyyətlərdən danışsaq yenə də kifayət etməyəcəkdir. Odur ki, İmam Əli (ə) Nəhcül-bəlağədəki qısa kəlamlarının birində səbri bədənin başına bənzətmişdir.
"ya əyyuhə" nidası ayənin bütün müsəlmanlara aid olmasından xəbər verir. Yəni ayədə xəbər verilən proqram hamıya aiddir.
2\. Quran mömin insanlara düşmənin qarşısında müqavimət göstərməyə dəvət edir: “Düşmənlər qarşısında dözümlü olun”.
Quran ilk olaraq bütün möminlərə səslənərək onları düşmənin qarşısında tədbirli olmağa dəvət edir. Növbəti mərhələdə isə möminləri düşmənlərin qarşısında səbirli və davamlı olmağa dəvət edir. Bu düşmənin nəfs də olması mümkündür. Buradan belə başa düşülür ki, özünə qalib gələ bilməyən insan düşmənə qalib gələ bilməyəcəkdir. Nəfsini islah edərək ona hakim olmağı bacarmayan şəxs heç vaxt düşmənin üzərində zəfər qazanmaq şərəfinə nail ola bilməyəcəkdir. Bizim düşmən qarşısında məğlubiyyətimizin əsas səbəbi ilk olaraq özümüzə məğlub olmağımızdan qaynaqlanır. Biz nəfsimizə uduzduğumuz üçün düşmənə də uduzuruq. Həmçinin "sabiru" kəlməsindən belə başa düşürük ki, düşmən gücləndikcə biz də öz tədbirimizdə daha ciddi olmalıyıq.
3\. Ayənin bu hissəsi daim müsəlmanları döyüşə hazır vəziyyətdə görmək istəyir. Hətta onları düşməndən qorumaq üçün “düşmənə qarşı ayaqda ol" əmri verilmişdir. Onlar İslamın sərhədlərini bütün yad ideologiyalardan qorumalıdır.
Sərhədlərinizin keşiyində durun.
Allahın bu əmri müsəlmanların heç vaxt düşmənin qəfil hücumuna məruz qalmaması üçündür. Burada onlara daim düşmənin, o cümlədən şeytanın vəsvəsələri müqabilində daim hazır olmaq üçün ilahi əmr verilmişdir. İmam Əlidən (ə) nəql olunan hədislərə əsasən, bu cümlə bir-birinin ardınca gələn gündəlik namazların intizarını çəkməyə aid edilir. Qəlbini müdam ibadət-itaətlərlə oyaq saxlayan və nəfsini islah edən şəxs, düşmənin qarşısında daim döyüşə hazır vəziyyətdə olan Əsgər kimidir.
(rabitu) sözü (rǝbt) sözündən götürülmüş, “nəyisə harasa bağlamaq" mənasındadır (məsələn, atı harasa bağlamaq). Buna görə də karvansaralara ərəb dilində (ribat) deyirlər. (rǝbt qǝlb) sözü bağlı qəlb, aram və sükuta qərq olmuş qəlb mənasındadır. Yəni bu qəlb Allahdan qeyrisinin üzünə bağlanmışdır. (murabitə) sözünün mənası isə sərhədləri bağlamaq, yəni qorumaq mənasındadır. Həmçinin əsgərlərin döyüş sursatlarının, atlarının bağlandığı yerə də deyilir. Xülasə, (murabitə) sözü geniş mənaya malik olmaqla yanaşı, İslam dünyasını bütün təhlükələrdən qorumaq və daim döyüş vəziyyətində olmaq mənasındadır. Həmçinin İslam fiqhinin cihad bölümündə (murabitə) adlı fəsil də mövcuddur. Bu fəsildə xüsusi olaraq İslam dininin sərhədlərini təhdid edən xətərlərdən, o cümlədən təhlükə ehtimalından qorumaq üçün əsgərlərin döyüş vəziyyətində olmasından danışılır (daha geniş məlumat üçün fiqh kitablarına müraciət edə bilərsiniz).
Bəzi hədislərdə alimlərə və din mütəxəssislərinə də (murabitə) demişlər. İmam Sadiq (ə) hədisdə buyurur:
"Bizim şiə alimləri İblis və onun üsyankar dostları qarşısında səf çəkmiş, onların zəiflərə hücumunun qarşısını alan sərhədçilərə bənzəyirlər".
Bu hədisin izahı budur ki, alimlərin məqamı sərhədləri qorumaq üçün döyüş vəziyyətində olan və daim düşmənlərlə savaşan sərhədçilərdən üstündür. Çünki onlar dinin əqidə prinsiplərinin, əsaslarının və İslam mədəniyyətinin qoruyucularıdırlar. Sərhədçilər isə ölkənin coğrafi ərazilərini qoruyan əsgərlərdir. Ölkəsinin mədəni- ideoloji sərhədləri hücüma məruz qalan, onu qorumaq iqtidarında olmayan millət siyasi-nizami cəhətdən məğlub olmağa məhkumdur.
4\. Nəhayət, sonuncu göstəriş verilir. Bu göstəriş ayədə qeyd olunan digər göstərişlərə kölgə salır: “Allahdan qorxun”.
“Düzgün istiqamət”, “səbirli olmaq” və “ilahi sərhədləri qorumaq” xüsusiyyətləri təqva və nəfsi pəhrizkarlıqla bərabər olmalıdır. Çünki təqva onları riyakarlıqdan, eqoistlikdən və şəxsi istəklərdən saxlayacaqdır. Sonda isə ayə möminlərin bu dörd xüsusiyyətlə nicat tapacağı və bütün əməllərini xalis niyyətlə yerinə yetirəcəklərinə ümid bağlayaraq buyurur: “Bəlkə, nicat tapasınız!”
İncəliklər:
Birinci sual: Quranın bəzi ayələrində (lə-əllə) ümid ədatı cümlənin əvvəlinə gəlir? Məsələn, yuxarıdakı “ləəlləkum tuflihun” cümləsi buna açıq-aydın misaldır.
\- bəlkə, təqvalı oldunuz!
\-bəlkə sizə rəhm olundu.
Amma bildiyimiz kimi, (lə-əllə) ədatı cümlənin önündə gələrsə, həmin cümləni yəqinlikdən xaric edərək ehtimala yuvarladır. Yəni cümlədən yəqinlik hasil olmur. Cümlə artıq ümid, bəlkə ədatlarının təsirinə düşür. Bu isə hər şeyi bilən və hikmət sahibi olan Allahın məqam və mənzilətindən uzaqdır. Allah heç vaxt tərəddüdlə danışmır. Onu da qeyd edək ki, bu kimi cümlələr bəzi İslam düşmənlərinin əlində bəhanəyə çevrilmişdir. Onlar deyirlər: İslam dini heç kəsə yəqinliklə nicat vədəsi vermir. Dinin verdiyi vədələr şəkk və tərəddüdlə qarışıqdır. Odur ki, vədələrin əvvəli "ləəllə" ǝdatı ilə başlayır.
Cavab:
Əslində belə bir ədatın olması Qurani-Kərimin əzəmətini və həqiqətləri necə bariz izah etməsindən irəli gəlir. Qurani-Kərim bu ədatdan yalnız nəticənin müəyyən şəraitlərdən asılı olduğu yerlərdə istifadə etmişdir. Yəni nəticənin xüsusi proqram əsasında hasil olacağını qeyd edir. Əks halda isə nəticə hasil olmayacaqdır. Odur ki, cümlənin əvvəlinə (lə-əllə) kəlməsini qeyd edir.
Məsələn, Allahın rəhməti insana şamil olması üçün Quran oxunan zaman yalnız sakit dayanaraq dinləmək və məzmununa diqqət yetirmək kifayət deyil. Əksinə, qulaq asmaqla yanaşı, ayənin məzmununu dərk etmək və daha sonra isə əməl etmək lazımdır. Çünki Qurani-Kərim bu barədə buyurur:
"Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm edilsin!"
Əgər yuxarıdakı ayədə "mütləq Allahın rəhmətinə qovuşacaq" deyilsəydi, həqiqətdən kənar olardı. Əvvəldə qeyd etdiyimiz kimi, bu mövzu digər şəraitlərə də əsaslandığı üçün “bəlkə” ədatını cümlənin əvvəlinə gətirməklə onlara da yer saxlamış oluruq. Amma mövzu bir qədər mübahisəli olduğu üçün hamı eyni fikirdə deyil. Məsələn, hətta bizim təfsirçilərdən bəzisi belə (lə-əllə) sözünün “bəlkə” mənasında işlənməsini qəbul etmirlər. Onu da qeyd edək ki, bu kimi fikirlər ayənin zahiri ilə uyğun gəlməməklə yanaşı, həm də dəlilsiz iddia olaraq qalmaqdadır.
"Ali-İmran" surəsinin sonuncu ayəsində İslam dininin dörd mühüm maddəsinə toxunulsa da, sonda (lə-əllə) kəlməsi digər zəruri möv- zuların kənarda qalmasının qarşısını alır. İslam dininin bütün proqramları zəncirvari bir-biri ilə bağlıdır. Birinin ciddi, digərinin qeyri-ciddiyə alınması ilahi proqramdan xaric sayılacaqdır. Çünki Allahın bütün əmrləri mühüm və insanlığın ali mərtəbəsinə xidmət edir.
İkincisi möhkəm olmaqla qazanılan qələbədir.
Əgər müsəlmanlar yuxarıda qeyd etdiyimiz ayənin maddələrini həyatlarının şüarı edərək, onları gündəlik proqramlarının əsası kimi qəbul etsəydilər, hazırda qarşılaşdıqları bir çox çətinliklər çoxdan həllini tapmış olardı. Bu gün müsəlmanların əksəriyyətinin istismar edilməsinin ümdə səbəblərindən biri də Quran ayələrini ciddiyə almamaları və ya tamamilə unutmalarıdır.
Əgər müsəlmanlar da ayələrə istinad edərək onları həyat proqramı etsələr;
Əgər düşmənlərin sürətli inkişaflarının qarşısında sürətli inkişaf üçün çalışsalar;
Əgər ayədə qeyd olunduğu ki, İslamı fiziki, ideoloji və mədəni hücumlardan qorusalar, düşmənin məkrli planlarından xəbərdar olsalar, qələbə onlarladır!
Bundan əlavə, fərdi və ictimai təqvaya riayət etməklə yanaşı, ictimai fəsadlara qarşı mübarizə aparmaq onların uğurlarına təminat verəcəkdir.
"Ali-İmran" surəsinin sonu.