Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Əhli-Beyt (ə) dahilərin baxışında 31.12.2024

Mahatma Qandi – Hindistanlı dövlət xadimi:İmam Hüseyn kimi hərəkət etməyi bacarmalıyıq

Mahatma Qandi – Hindistanlı dövlət xadimi: “Mən Hind xalqına yeni ideyalar gətirməmişəm. “Azadlıq və Ölüm” şüarı mənim Kərbəla qəhrəmanını – İmam Hüseyni öyrənməymdən qaynaqlanıb. Elə bu şüarı da mən hindlilərə bəxş etdim. Əgər biz hind xalqını xilas etmək istəyiriksə, Hüseyn ibn Əli kimi hərəkət etməyi bacarmalıyıq.” (” Xalqın idarəçisi Hüseyn”səh.30)  

Əhli-Beyt (ə) dahilərin baxışında 31.12.2024

“Hindistan milli məclisinin sədri olmuş Tamlas yazır

Tamlas Tun Dun: “Hindistan milli məclisinin sədri olmuş Tamlas yazır: Hər il Aşura mərasimlərinin təntənəli surətdə keçirilməsi və İmam Hüseyn (ə) xatirəsinin yad edilməsinin əhəmiyyətini mən çox gözəl anlayıram. Onun misilsiz fədakarlığı bəşərin dünyagörüşünün sivil həddə yetişməsinə təkan verir və bunu layiqincə qiymətləndirmək lazımdır.” (Azadələr rəhbəri, səh. 59-60)

Əhli-Beyt (ə) dahilərin baxışında 30.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları – Corc Zeydan “ #4

Corc Zeydan: “C.Zeydan Aşura vaqiəsindən çox təsirlənmiş, hətta “Kərbəla faciəsi” adlı bir kitab yazmışdır. Orada belə deyir: Hüseynin kəsilmiş başını görcək hamı təəssüflənərək, kədər hissi keçirdi. Hətta Yezidin də gözü ona sataşarkən, təpədən-dırnağadək titrədi. O, artıq başa düşdü ki, necə də dəhşətli və iyrənc cinayətə əl atıblar.” (C. Zeydan, Kərbəla faciəsi, səh. 143)

Əhli-Beyt (ə) dahilərin baxışında 30.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları -Herr Marbin “ #3

Herr Marbin alman alimidir və o, deyir: “Hüseyn ibn Əli (ə) – Əmirəl-möminin Əlinin (ə) varisidir. Çünki atası natiqlikdə və münafiqləri tənqid etməkdə misilsiz bir şəxsiyyət olmuşdur. İndiyə qədər dünyada bu cür siyasətçi meydana gəlməmişdir. İslamın kin düşməni olan Bəni-Üməyyə İslamın hörmətini pozdular və bu zaman Hüseyn (ə) susmağı mümkün bilmədi. Bəni-Üməyyə hakimiyyətinə qarşı qiyam etdi. Əbi-Süfyan nəslini, yezidliləri rüsvay və məhv etdi. Buyurdu ki, mən haqq və əmr-be-məruf yolunda öldürülürəm. Əgər bu yolda canımı və əzizlərimi əldən versəm d,ə heç bir tərəddüdüm yoxdur. O, dünyada bərabəri olmaz bir rəftar etdi”.

Əhli-Beyt (ə) dahilərin baxışında 30.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları -Morris Dukberi “ #2

Morris Dukberi deyir: “Hüseyn (ə) şərəf və namus, İslam əhkamını yerinə yetirmək, zülmü aradan aparmaq, müsəlmanların malının heyif olmasının qarşısını almaq, zəifləri müdafiə etmək üçün Allah yolunda canından, malından, övladlarından keçmişdir. Zalımlara boyun əyməmişdir. Ona görə də gəlin biz də onun yolunu örnək edək. Zalımların və hegemonların isitsmarından xilas olaq. İzzətli ölümü züllətli həyatdan üstün bilək. Çünki izzətli ölüm zillətli yaşamaqdan daha yaxşıdır. Bu gün əgər müsəlmanlarda azadlıq müşahidə olunursa, onun əsil amili İslam və Quranın göstərişlərinə əməl etməyə görədir. Hüseyn (ə) Həzrəti İsaya (ə) ən çox bənzəyən ruhanidir. Ancaq müsibətləri daha ağır və daha çətindir”. https://youtube.com/shorts/I-kXshUH3HE

Əhli-Beyt (ə) dahilərin baxışında 29.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları(Tomas Masarik)

İmam Hüseynin (ə) şəhadəti o qədər acı bir hadisədir ki, hətta müsəlman olmayan alimlərin belə, qəlbini titrətmiş və onlar da İmamın (ə) uca məqamını etiraf etmişdilər. Bu alimlərdən biri Tomas Masarikdir ki, o, deyir: “Tarixçilərin və tədqiqatçıların bir çoxu bu inqilabın həqiqətindən xəbərdar deyildirlər. Ona görə də cahilcəsinə hökmlər verirlər. Bilmirlər ki, bu inqilab İslam dünyasında necə dəyişikliklərə səbəb olmuşdur. Hindistanda olan Əli (ə) davamçılarının son 200 ildə keçirtdikləri əzadarlıqlara nəzər salsaq, deyə bilərik ki, əgər inkişaf etmiş və zəngin bir ölkədə əzadarlıq keçirtmək istəsələr və milyonlarla dollar pul xərcləsələr, yenə də bu cür matəm təşkilatları bərpa etməyə müvəffəq olmayacaqlar, bu cür həyəcan və sevgini meydana gətirə bilməyəcəklər”.  

Əhli-Beyt (ə) dahilərin baxışında 29.12.2024

Dahilərin nəzərində Aşura

Hindistanın dövlət xadimi Mahatma Qandi: “Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam… Əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, İmam Hüseyndən örnək alıb onun yolu ilə getməlidir”. Məşhur siyasətçi Nelson Mandela: “Mən 20 ildən çox həbsdə yatdım, sonra bir gecədə hökumətin bütün şərtlərinə imza ataraq təslim olmaq qərarına gəldim. Lakin birdən İmam Hüseyn və Kərbəla qiyamını xatırladım. İmam Hüseyn azadlıq və liberallıq hüquqlarımı qorumaqda mənə yeni güc verdi və mən bunu bacardım”. Yazıçı Çarlz Dikkens: “Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi dünyəvi istəklərinə çatmaq idisə, bəs nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak ediblər? Deməli, o, yalnız İslam yolunda (əqidəsi uğrunda – red.) bu fədakarlığı edib”. Filosof Tomas Karleyl: “Allaha sarsılmaz bir imanla bağlanan İmam Hüseyn və silahdaşları sübut etdilər ki, haqqla batil üz-üzə dayananda batilin say etibarilə üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Kərbəla faciəsindən aldığımız ən gözəl dərs budur. İmam Hüseynin bu azlıqla belə böyük mənəvi qələbəsi məni heyrətə gətirir”. Şərqşünas Edvard Braun: “Hətta qeyri-müsəlmanlar İslam bayrağı altında aparılan bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar”.   Filosof Xristian Martini: “İmam Hüseyn eşqi ilə yanan, yaşayan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor: “Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar. Necə ki, bunu İmam Hüseyn etdi”. Hindistanın ilk Baş naziri Cəvahirləl Nehru: “İmam Hüseynin fədakarlığı dünyada bütün cəmiyyətlər üçün haqq yolunun ideal nümunəsidir”. Macar yazıçısı İqnats Qoldtsier: “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri-zorakılıqla mübarizəni simvolizə edir”. Və s. və i.a…