Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Namaz 21.02.2025

Namazın təsirli və səmərəli olması üçün aşağıdakılar önəmlidir

Namazın insana təsir etməsi – xüsusilə də dünya tamahını azaltması və Allahla bağ qurması – onun necə qılındığından asılıdır. Sadəcə zahiri hərəkətlərlə qılınan namaz bu dərin təsirləri yaratmaya bilər. Böyük  ariflər də məhz buna işarə edirlər: Namazın qılnması haqqında quran belə buyrur. əl-Muminun surəsi, 2-ci ayə O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!) الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ Namazın təsirli və səmərəli olması üçün aşağıdakılar önəmlidir:   Qəlb hüzuru (xuşu’) – Namaz zamanı qəlb dağınıq olmamalı, insan Allahla danışdığını hiss etməlidir. Diqqət və şüurla – Hər kəlmənin mənasını düşünərək qılınan namaz insana daha dərin təsir edir. Daimiyyət – Vaxtında və daimi qılınan namaz qəlbi təmizləyir. Haramlardan uzaq həyat – Günahlarla dolu həyat namazın təsirini azaldır. Təvazö və səmimiyyət – Özünü böyük görmədən, Allaha təslim olaraq namaz qılmaq. Məsumların (ə)  buyurduğu kimi: Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır. Bu yanaşma namazı rituallardan çıxarıb, qəlbi dəyişdirən bir vasitəyə çevirir. Yəni, namaz sadəcə bir ibadət deyil, insanın Allaha qayıdış yoludur. Əgər belə qılınsa, o zaman “dərdin dərmanı” olduğu aydın şəkildə hiss edilər.

Namaz 10.02.2025

Namazın səcdələrində oxunması müstəhəb olan dualar

Namazın səcdələrində oxunması müstəhəb olan dualar 1-“Ya Lətif irhəm əbdəkəz-zəif, Ya Cəlil irhəm əbdəkəz-zəlil!” (Ey lütfükar zəif bəndənə rəhm et! Ey uca məqam sahibi alçalmış bəndənə rəhm et!) 2- “Ya vəliyyəl-afiyə Əsəlikəl-afiyə Afiyətəd-din vəd-dünya vəl-axirə, bicahi Muhəmməd və itrətihit-tahirə, sələvatukə ələyhi əcməin” (Ey afiyət (sağlamlıq və salamatçılıq) ağası, səndən afiyət istəyirəm, dinin dünyanın və axirətin afiyətini, Məhəmmədin və onun pak ailəsinin məqamına xatir, sənin salamın olsun onlara) 3- “Allahummə inni əsəlukər-rahətə indəl-mouti,  vəl-məğfirtə bədəl-mouti, vəl-əfvə indəl-hisab” (İlahi ölüm zamanı səndən rahatlıq, ondan sonra bağışlanmağı və hesab-kitab zamanı əfv etməni diləyirəm) 4-“Ya mən ləhud-dunya vəl-axirə, irhəm mən ləysə ləhud-dunya vəl-axirə” (Ey dünya və axirətin sahibi,  nə dünyası nə də axirəti olmayan adama rəhm et!) 5- “Rəbbiğfir vərhəm, və təcavəz əmma tələm, İnnəkəl-əəzzul- əcəllul-əkrəm” (Ey rəbbim bağışla və rəhm et! bildiyin günahlarımdan keç! Ən məğlubedilməz, ən ucaməqamlı və ən kəramətli yalnız sənsən!) 6- Ya xəyrəl-məsulin, ya xəyrəl-mutin, urzuqni vərzuq əyali min fədlikə, fəinnəkə zul-fədlil-əzim!” (Ey çağırılanların ən yaxşısı, ey əta edənlərin ən yaxşısı! Mənə və ailəmə öz fəzlindən ruzi ver! Çünki həqiqətən sən böyük fəzl, lütf və mərhəmət sahibisən)

Namaz 17.01.2025

Ayat namazı necə qılınır? – QAYDA

Ayat namazı iki rəkətdir və hər bir rəkətdə bеş rüku və iki səcdə vardır. Şəri cəhətdən vacib olma səbəbləri aşağıdakılardır: Günəş və ayın tutulması, hətta, bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı və sarı və ümumiyyətlə adi olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və ildırım, uçqun və dağıntı səsləri. Ay və gün tutulması istisna olmaqla qalan hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamların qorxusuna səbəb olarsa, onda onlar ayat namazının vacib olmasına səbəb olmaz. Namazın qılınma qaydası bu cürdür: 1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur. 2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: “Bismillahir rəhmanir rəhim”, “Qul huvəllahu əhəd”, “Əllahus-səməd” “Ləm yəlid və ləm yuləd”, “və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur. Ayətullah Seyyid Əlinin fətvasına əsasən, (Bismillahir-rəhmanir-rəhim , surənin tərkib hissəsi olmadığından) ixlas surəsi bu qaydada beş yerə bölünməlidir: 1. “Bismillahir rəhmanir rəhim, Qul huvəllahu əhəd”,  2. “Əllahus-səməd”,   3. “Ləm yəlid”,  4. “və ləm yuləd”,  5. “və ləm yəkun ləhu kufuvən əhəd”. Ayat namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar. Ayat namazı haqqında digər suallara buradan cavab tapa bilərsiz. Qeyd edək ki, Günəş tutulması və Ay tutulması üçün qılınan ayat namazının vaxtı Günəşin, yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə qayıdanadək davam edir.  Günəş, yaxud Ay tutulması başa çatdıqdan sonra namaz qəza olur və onu qəza ayat namazı niyyəti ilə qılmaq lazımdır.

Namaz 22.12.2024

Vəhşət namazı necə qılınmalıdır? Bu namazı nə vaxt qılaq?

Cavab: Meyyitin qəbrə qoyulduğu birinci gecədə onun üçün iki rükət vəhşət namazı qılmaq müstəhəbbdir. Onun qaydası budur ki, birinci rükətdə “Həmd” surəsi oxuduqdan sonra bir dəfə “Ayətül-kürsü”, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsi oxunmalıdır. Namazın salamından sonra: اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ابْعَثْ ثَوابَهَا اِلَى قَبْرِ فُلاَنٍ «Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb’əs səvabəha ila qəbri fulan» demək lazımdır. «Fulan» kəlməsinin əvəzinə meyyitin adı deyilməlidir. Vəhşət namazını qəbrin birinci gecəsinin istənilən vaxtında qılmaq olar. Lakin gecənin əvvəlində, işa namazından sonra qılmaq daha yaxşıdır. Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa bir səbəbdən onun dəfni tə’xirə düşsə, vəhşət namazını meyyitin qəbrə qoyulduğu birinci gecəyə qədər tə’xirə salmaq lazımdır. Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, “Tovzihul-məsail”,məs.644