Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Rza (ə) 12.02.2025

İmam Rzanın (s) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) şəhadət tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində şəhid etdiyini qeyd etmişlər. Şeyx Kuleyni və Şeyx Müfid Səfər ayında şəhid olduğunu söyləmişlər. O Həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. (“Əl-əimmətu isna əşər”, c.2, səh.342.) İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 202-ci və yaxud 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir. İmam Rza (ə) Harunun dövründə 183-cü hicri ilində İmam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra İmam Rza (ə) İmam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də İmam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam Rza (ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o Həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq İmam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun İmam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi. Vəliəhdlik məsələsi İmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o Həzrətin vəliəhdlik məsələsi idi. O Həzrətin vəliəhdliyi ilə bağlı nəzərə çarpan məsələlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında İmam Rzanın (ə) mövqeyi. Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini – İmam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində İmam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna inandığını göstərməyə çalışmışdır. Digər məsələ İmam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o Həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması idi. Üçüncü məsələ isə budur ki, İmam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə əzəmətini, məqam və mövqeyini azaldacaq, tərəfdarlarının yanında hörmətdən düşəcək, kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət, iddia etdiklərini puç biləcəkdilər. Əbusəlt Hərəvi də vəliəhdliyin İmam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: “Məmun İmam Rzanı (ə) vəliəhd seçməklə camaata o Həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.” Həqiqət budur ki, camaat hər vaxt İmam Əlinin (ə) övladlarına, məxsusən, şiə imamlarına xüsusi ehtiram bəsləmiş və bu da xalqın onlara hədsiz dərəcədə etiqad və etimadına səbəb olmuşdu. İmamların spesifik xüsusiyyətləri hər kəsi onlara tərəf yönəltmiş, camaatın onlara qarşı itaətini zəruriləşdirmiş və onların qarşısında təslimçilik ruhu yaratmışdı. Məmun çalışırdı ki, bu əzəmət və müqəddəsliyi aradan qaldırsın və ən azı, onların da başqaları kimi hakimiyyətə çatdıqları zaman zülm və fəsada düşəcəkləri fikrini camaata aşılasın. Xilafət və siyasət insanların nəzərində bir növ çirkinlik sayıldığı üçün təqvalı və nəfsi pak insanın siyasətə qoşulması onun təsir və nüfuzunun azalmasına səbəb olacaqdı. İmam Rza (ə) kimi təqva və zahidlikdə öndər olan şəxsin Abbasilərin qurduğu xilafətlə əməkdaşlığı o Həzrəti məqam və nəzərdən salacaqdı. Buna görə də, o Həzrətə etiraz əlaməti olaraq deyirdilər: “Dünyaya bağlanmadığınız halda, nə üçün Məmunun vəliəhdliyini qəbul etdiniz?” İmam (ə) buyurardı: “Bu işə nə qədər nifrət etdiyimi yalnız Allah bilir.” Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə İmam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.151-152.) İmam Rzanın (ə) reaksiyası İmam Rzanın (ə) göstərdiyi ilk reaksiyanı Xorasana gəlməkdən imtina etməsi idi. O Həzrət onu aparmağa məmur olan Rəca ibn Əbu Zəhhakın məcbur etməsinə qədərki müddətdə bu işlə müxalifətçilik etdi. Şeyx Kuleyni, Yasir Xadimdən və Rayyan ibn Səltdən belə nəql edir: “(Məmunun qardaşı) Əmin məğlub edildikdən və Məmun hökumətini qurduqdan sonra İmama bir məktub yazaraq Xorasana gəlməsini istədi. İmam isə onun istəyinə müsbət cavab vermədi. Bir hədisdə deyilir: “Məmun bu haqda o qədər məktub yazdı ki, İmam (ə) Məmunun bu işdən əl çəkməyəcəyini gördükdə, getməkdən başqa bir çarənin olmadığını başa düşdü.” (“Üsuli-kafi”, c.1, səh.488.) Şeyx Səduq, Məul Səcistanidən belə nəql edir: “İmam Rzanı (ə) Xorasana aparmaq üçün Mədinəyə bir məmur gəldiyi zaman, mən orada idim. İmam Rza (ə) Rəsulullah (s) ilə vidalaşmaq üçün o Həzrətin türbəsinə daxil oldu. İmamın dəfələrlə türbədən çıxıb yenidən geri döndüyünü və yüksək səslə ağladığını gördüm. İmama yaxınlaşıb salam verdim və bunun səbəbini soruşdum. İmam buyurdu: “Cəddimin yanından gedəcək və qürbətdə öləcəyəm…” Həmçinin İmam Rza (ə) Xorasana getdiyi zaman ailəsindən heç kəsi özü ilə aparmadı. Bu da o Həzrət baxımından səfərin heç də aydın gələcəyə malik olmadığını bildirirdi. Nəhayət, Məmun xilafəti İmam Rzaya (ə) həvalə etmək istəyini irəli sürdü. Məmunun hədsiz israrından və İmamın da bunu qəbul etməməsindən sonra, vəliəhdlik zorla İmama yükləndi. Vəliəhdliyin qəbulluğu barədə Məmunun israrı və əks-təqdirdə, İmam Rzanın (ə) ölümlə hədələnməsi o Həzrəti elə bir vəziyyətdə qoymuşdu ki, o Həzrətin başqa çarəsi qalmamışdı. Eyni zamanda, İmam (ə) Məmunun öz hədəfinə çatmaması üçün əlindən gələnini də əsirgəmədi. Bu məsələ yalnız İmamla (ə) Məmun arasında baş verən iki aylıq müzakirədən sonra gerçəkləşdi. İmam Rza (ə) dəlil-sübutları ilə Məmuna bildirdi ki, ya özünün və ata-babalarının xilafətə haqlı olmadıqlarını etiraf etməli, ya da İmamdan əl çəkməlidir. Məmun İmam Rzanı (ə) vəliəhdliyə məcbur etdiyi zaman İmam ona buyurdu: “Əgər bu xilafət sənə aiddirsə, Allah onu sənin üçün qərar vermişdir. Belə olan halda, Allahın sənə geyindirdiyi paltarı çıxarıb başqasına verməyin caiz deyildir. Əgər sənə aid deyilsə, yenə də, özünə aid olmayanı başqasına bağışlamağın caiz deyildir.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.223.) Hər halda, İmam Rza (ə) məcburi şəkildə vəliəhdliyi qəbul etdi. Lakin vəliəhdliyi qəbul etdiyi üçün siyasi istifadələr olunmasın deyə, İmam bütün gücünü səfərbər etdi. O Həzrət vəliəhdliyi bir sıra xüsusi şərtlərlər əsasında qəbul etmişdi ki, əməli olaraq onu siyasi və ictimai məsələlərə müdaxilə etməkdən tamamilə uzaqlaşdırırdı. O Həzrət şərtlərini belə açıqladı: “Mən bunu (vəliəhdlik) bu şərtlərlə qəbul edirəm ki, kimsəni vəzifəyə təyin etməyəcək və kimsəni vəzifəsindən azad etməyəcəyəm. Heç bir adət-ənənəni pozmayacaq və vəliəhdlik məqamını yalnız uzaqdan-uzağa daşıyacağam.” (“Üyunu əxbarir Riza (ə)”, c.2, səh.148.) İmam Rza (ə) və Məmun Burada Məmunun İmam Rza (ə) ilə əlaqəsi haqda iki əsaslı məsələni xatırlamaq yerinə düşərdi: Məmun İmam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakı ilə bir çox elmi yığıncaqlar təşkil edərdi və orada İmamla başqaları arasında bir çox müzakirələr baş verərdi. Bu yığıncaqlarda müzakirə edilən məsələlər, ümumiyyətlə, fiqhi və etiqadi məsələlərdən ibarət idi. Bu işdə Məmunun məqsədi özünü elmsevər və ona əhəmiyyət verən kimi göstərmək idi. Amma Məmunun belə yığıncaqlar təşkil etməkdə məqsədi başqa idi. O, İmamı müzakirə mühitinə çəkməklə adi camaatın Əhli-beyt imamları ilə bağlı “Onlar xüsusi elmlərə, o cümlədən, “lədünni” elmə sahibdirlər!” – düşüncəsini aradan qaldırmaq istəyirdi. İmam Rzanın (ə) elmi şöhrəsi Məmun tərəfindən şəhadətə yetirilməsi üçün ən önəmli dəlil sayıldı. Əhməd ibn Əli Ənsari deyir ki, Əbu Səltdən: “Məmun İmam Rzanın (ə) öldürülməsinə necə razı oldu?” – deyə soruşduqda belə cavab verdi: “…Məmun vəliəhdliyi İmam Rzaya (ə) həvalə etməklə camaata onun dünyaya bağlandığını göstərmək və nəticədə, o Həzrəti camaatın gözündən salmaq istəyirdi. Ancaq İmam Rzanın (ə) rəftar və hərəkətləri onun Məmundan üstünlüyünü aşkar etdikdə, Məmun İmam Rzanın (ə) elmi məqamını zədələmək və camaatın gözündən salmaq üçün bütün müsəlman və qeyri-müsəlman sxolastiklərini İmamla elmi münazirəyə dəvət edirdi. Amma İmamla həmsöhbət olan hər bir müsəlman, yəhudi və məsihi alimi İmama təslim olurdu. Nəticədə, camaat da deyirdi ki, İmam Rza (ə) xilafətə Məmundan daha layiqdir. Məmunun casusları da bu xəbərləri ona çatdırırdı. Beləcə, Məmun İmam Rzanı (ə) zəhərləyərək öldürdü. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.241.) Məmunla İmam Rza (ə) arasındakı əlaqələrə kölgə salan ikinci bir nöqtə də, İmamın “bayram” namazında iştirak etməsi oldu. Məmun, İmamdan (ə) bayram namazını qılmağı istəsə də, İmam vəliəhdliyi qəbul edərkən qarşıya qoyduğu şərtlər əsasında bayram namazını qılmayacağını söylədi. Məmun israr etdikdə, İmam məcbur olaraq qəbul etdi və buyurdu: “Belə isə, Rəsulullah (s) kimi namaza gedəcəyəm!” Məmun da bunu qəbul etdi. Bu arada camaat İmam Rzanın (ə) padşahlar kimi bəzi xüsusi ənənələrə tabe olaraq evdən çıxacağını gözləyərkən, bir də gördülər ki, İmam ayaqyalın evdən çıxdı və “təkbir” deyərək yola düşdü. Rəsmi geyimlərlə bu məclisdə iştirak edən əmirlər və dövlət məmurları bunu gördükdə, atlarından düşüb, ayaqqabılarını çıxartdılar, “təkbir” deyərək İmamın arxasınca hərəkət etməyə başladılar. Nəql edirlər ki, Fəzl xəlifə Məmuna dedi: “Əgər İmam Rza (ə) bu şəkildə namaz qılınacaq yerə getsə, camaat ona aşiq olar. Yaxşı olar ki, onun geri dönməsini istəyin.” Məmun bir nəfəri göndərərək İmamın geri dönməsini istədi. İmam ayaqqabılarını istədi və geyinib atına minərək geri döndü.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.227-228.) Məmun bu hadisədən daha çox təhlükə hiss edib anladı ki, İmam onun heç bir dərdinə dərman olmadığı kimi, siyasi vəziyyəti tamamilə onun əleyhinə yönəldir. Buna görə də, onun hər bir işini vasvasılıqla araşdırmaq və Məmunun əleyhinə görmək istədiyi hər bir tədbiri ona xəbər vermək üçün gözətçilər təyin edildi və onlar belə fəaliyyətlərdən Məmunu xəbərdar etdilər. (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.153.) Başqa hallarda da İmam Rza (ə) Məmunu gördüyü işlərinə görə tənqid edərdi. Məsələn, Məmun İslam ərazilərini genişləndirmək üçün qeyri-islami dövlətlərlə döyüşərkən o Həzrət Məmuna buyurmuşdu: “Nə üçün Muhəmmədin (s) ümməti haqda düşünmür və onları islah etməyə çalışmırsan?” İmam Rzanın (ə) şəhadəti Qeyd etdiklərimizdən aydın olur ki, Məmun İmam Rzanı (ə) Mərvə gətirməklə uğurlu nəticələr əldə edə bilmədi. Hətta vəziyyətin bu minvalla davam etməsi onun üçün aradan qaldıra bilməyəcəyi ehtimali zərərlər belə doğuracaqdı. Xilafəti ələ almaq üçün öz qardaşını öldürməkdən çəkinməyən və özünün xilafət kürsüsünə oturması üçün zəhmətlərə qatlaşan vəzirini göz qırpmadan öldürən Məmun indi də cani ata-babaları kimi xilafətini qorumaq məqsədilə şiə imamlarından digər birini öldürmək fikrinə düşdü və nəhayət, hiylə və özünəməxsus siyasi oyunlar tətbiq etməklə İmam Rzanı (ə) şəhadətə yetirdi və İmamın (ə) ölümündən kədərləndiyini bildirdi. Belə ki, üç gün, üç gecə İmamın (ə) qəbrinin üstündən ayrılmadı. Məmun elə ustalıqla öz rolunu ifa etdi ki, hətta bəzi şiə alimləri İmamın (ə) Məmun tərəfindən şəhadətə yetirilmədiyini qəbul etdi. İrbili həmin alimlərdən biridir. Halbuki İmam Rza (ə) haqqında ən geniş kitab yazan Şeyx Səduq başda olmaqla şiə alimlərinin əksəriyyəti bir çox rəvayətlərə istinad edərək İmam Rzanın (ə) Məmun tərəfindən şəhadətə yetirildiyini təsdiq etmişlər. (“Müsnədi-İmam Rza (ə)”, Əzizullah Ətarudi, c.1, səh.124-139; “Məsum imamların fikri-siyasi tarixi”, Ustad Rəsul Cəfərian, “İmam Rzanın həyatı” bölməsi.)  

İmam Rza (ə) 27.01.2025

Səkkizinci imamət və vilayət günəşinin doğması

Səkkizinci imamət və vilayət günəşinin doğması Səkkisinci hidayət ulduzu dinin ən əsas sütunlarından, hikmət və yəqinin ən coşğun bulaqlarından hesab edilir və nübuvvət sirləri, risalət və imamət əmanətləri o həzrətin əzəmətli atası imam Kazimdən (ə) sonra ona intiqal edilmişdir. Həzrət Əliyyibni Musər-Rza (ə) pak və təqvalı, öz zəmanəsinin müxalif xəlifələrinin siyasi təzyiq və müxtəlif fitnə və planlarına baxmayaraq, ilahi maarif və hökmləri yaymağa çalışan və Əhli-beytn (ə) qəyərli mirasını sonrakı əsrlərin ağıl sahiblərinin ixtiyarında qoyan bir rəhbərin övladıdır. İmam Rzanın elmi məqam və şəxsiyyəti də dost və düşmənlər tərəfindən təsdiqlənmiş və təsdiqlənməkdədir. Bəzi saray alimləri və yollarını azmış siyasətçilər İslam mədəniyyətinə zərbə vurmaq ardınca olduqları zaman, o bədrlənmiş ay (imam Rza (ə)) ilahi təlimlərə əsasən, öz təqvalı ata-babalarının yolunu davam etdirərək dini meyarları inhiraf və azğınlıqdan xilas etmiş və cəmiyyətin fərdlərinin düşüncələrinin aydınlanması və Abbasi hakimlərinin həqiqi simasının insanlar tərəfindən tanınması, eyni zamanda, onların qeyri-şəri olması istiqamətində həddən artıq mühüm addımlar atmışdır. O həzrət dəyərli şagirdlərin yetişdirilməsi, camaata yol göstərmək, haqq hərəminin müdafiəsi və batil müqabilində müqavimət göstərməkdən bir an olsun belə, qafil olmamış və sonunda bu yolda da şəhadətə çatmışdı. İmam Raza (ə) imam Musa ibn Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əlinin (ə) övladıdır. Onun gözəl əxlaqlı anası Nəcmə xatundur və onun haqqıda aşağıda qısaca olaraq məlumat veririk: Nəcmə xatun Şimali Afrika və ya Cənubi Avropadan olan bir kəniz idi və Mədinətun-Nəbiyə (Mədinəyə) gətirilmişdi. Onu “Təktum Mərsiyyə” adlandırırdılar. Yaqut Həməvi Mərsini Sicil adalarının şəhərlərindən biri hesab edir. (1) Amma bəziləri onun Fransanın cənubunda yerləşən həmin Marsel şəhəri olduğunu söyləmişlər. (2) Əlbəttə, imam Musa ibn Cəfərin (ə) evində onu “Təktum” deyə səsləmirdilər və yeddinci imamın anası öz gəlinini “Tahirə” adlandırmışdı və onun ləqəbinin “Nəcmə”olduğunu bildirmişlər.”Həsəni” adı ilə tanınan Haşim deyir: “İmam Rza (ə) Xeyzaran adlı bir qadından dünyaya gəlmişdir.” Sonra sözlərinə belə əlavə edir: O qadın Nubiyadan (İndiki Afrikanın şimalında yerləşən Sudan şəhərindən) olan və adı “Ərvi”, ləqəbi isə “Şəqra” olan bir qadındır. (3) İmam Kazim (ə) onu məğrib (indiki Afrikanın şimalındakı Mərakeş) əhlindən olan bir kişidən alaraq  möhtərəm anası Həmidə Musfaha hədiyyə etmişdi. Həmidə Musfah ona malik olduğu zamandan etibarən, ona ehtiram əlaməti olaraq heç zaman yanında əyləşməmişdi. Həmidənin oğlu imam Kazimə (ə) bəyan etdiyi təəccüblü məsələlərdən biri də belədir: “Mən heç zaman onun nəsli və özünün pak olması barədə şəkk eləməmişəm və onu sənə bağışladım. Həqiqətən, mən yuxu aləmində Allahın Rəsulunu (s) gördüm ki, mənə xitab edərək buyurdu: “Ey Həmidə, Nəcməni oğlun Musaya bağışla ki, o, teliklə yer üzünün ən yaxşı insanını dünayaya gətirəcək.”” (4) İmamın dünyaya gəlməsi O həzrətin anasının adından belə nəql edilir: “O həzrətə hamilə olduğum zaman, əsla hamiləliyin ağırlığını özümdə hiss eləmədim və yuxuya getdiyim zaman, öz qarnımda Allaha təsbih və təmcid deməsini və “La ilahə illəllah” (Allahdan başqa, heç bir məbud yoxdur)! zikrini söyləməsini eşidirdim. Elə ki, yuxudan oyanırdım, daha həmin səsləri eşitmirdim. Onu dünyaya gətirdiyimdə, iki əlini yerə qoyaraq başını yuxarı qaldırdı və dodaqlarını tərpətdi, sanki nəsə deyirdi.” (5) Belə bir hadisənin oxşarı digər imamlar və bəzi peyğəmbərlərin dünyaya gəlməsi zamanı da nəql edilmişdir, o cümlədən, həzrət İsa (ə) dünyaya gəldiyi zaman, beşikdə olarkən camaatla danışmışdır və bu macəranın şərhi Quranda qeyd edilmişdir (6) Sonunda hicri 153-cü ilin Rəbiül-əvvəl ayının on biri, cümə axşamı günü,altıncı imamın şəhadətindən beş il keçdikdən sonra, Mədinə şəhərində imam Rza (ə) dünaya göz açdı. Əlbəttə, Şeyx Kuleyni bu sevinc bəxş edən doğulmanın hicri 148-ci ildə baş verdiyini qeyd eləmiş və bu xəbərin daha düzgün olduğunu bildirmişdir. (7) Şeyx Müfid də bu məsələ ilə müvafiqdir. (8) Əllamə Məclisinin “Biharul-ənvar” və Kəfəminin “Misbahul-munir” kitabında belə bir nəzəriyyəsi vardır, amma İbn Şəhr Aşub Mazandarani Sərvi birinc nəzəriyyəni qəbul edir və sözlərinə belə əlavə edir ki, onu Qiyas ibn Ümid Mədinə əhalisindən eşitmişdir. Beləliklə, imam Musa ibn Cəfərin (ə) otuz neçə övladı arasında ən böyük övladı olaraq imam Rza (ə) daha elmli, şərafətli, müqəddəs və zahid kimi Mədinə tarixini özünün mübarək vücudu ilə nur və sevincə qərq eləmişdi. (9) Səkkizinci imam Əli adlandırılmışdır. Əbu Omarə belə deyir: “Mən yeddinci imama “Özünüzdən sonrakı imamı bizə tanıtdırın.” deyə söylədiyim zaman, o həzrət ilahi bir əmr olan imamət mövzusu və onun Allah tərəfindən təyin olunması məsələsi barədə izah verdikdən sonra buyurdu: “Məndən sonra imamət adı həm birinci imam (Əli ibn Əbu Talib (ə)), həm də dördüncü imamla (Əli ibn Hüseyn (ə)) eyni olan oğlum Əliyə yetişəcəkdir.”” (10) Səkkizinci imama “Rza” ləqəbi verildi. (11) O həzrət üçün mötəbər mənbələrdə “Sabir”, “Fazil”, “Vəfiyy”, “Mürtəza” kimi ləqəblər də qeyd edilmişdir. (12) Lüğət kitablarında “Rza” sözünün “dost”, “məhəbbət bəsləyən”, “razılıq” və buna bənzər müxtəlif mənaları qələmə alınmışdır. Amma şiə alimləri bu ləqəbin Allahın razılığına razı olan və ya Allah və onun peyğəmbərinin (s) razı olduğu mənasında olduğunu söyləmişlər. Əllamə Məclisi “Cilaul-uyun” kitabında imam Rzanın (ə) avtobioqrafiyası ilə bağlı yuxarıda o həzrətin ad, ləqəb və künyələri haqda qeyd etdiklərimizdən əlavə, o həzrətə “Qurrətu əynil-muminin” və “Ğeyzul-mulhidin” də deyildiyini bildirmişdir.(13) Saysız-hesabsız fəzilətlər İmamların fəzilətləri barədə söhbət açıldıqda, əql heyrətdə qalır, dil tutulur və qələm yazmaqda acizləşir və hamı o tayı-bərabəri olmayan göy əhlinin fəzilətlərini bəyan etməkdə aciz olmasına etiraf edir və bizimlə birlikdə “Camiə” ziyarətinin bu ifadələrini zümzümə edir: بِاَبی اَنْتُمْ وَ اُمّی وَ نَفْسی وَ اَهْلی وَ مالی، مَنْ اَرادَ اللّه بَدَءَ بِکمْ، وَ مَنْ وَحَّدَهُ قَبِلَ عَنْکمْ، وَ مَنْ قَصَدَهُ تَوَجَّهَ بِکمْ، مَوالِی لا احصی ثنائکم… “Atam, anam, özüm, ailəm və mal-dövlətim sizə fəda olsun! Kim Allahı iradə elədisə (istəsə), sizdən başladı, kim Allahı yeganəliyi ilə tanıdısa, sizdən qəbul elədi və kim Allahı istədisə, sizə diqqət yetirmək sayəsində belə bir işə müvəffəq ola bildi. Ey mənim rəhbərlərim! Sizin kamal sifətlərinizi sayıb qurtara bilmərəm!…” İmamların fəzilət məqamlarının zirvəsi o qədər uca və əlçatmazdır ki, alim və elm əhli o məqamın dərkində aciz və qüdrətsiz, aləmin fəsahət və bəlağətliləri onun bəyanında söz tapmaz və laldırlar. Müəllif aşağıda imkan daxilində onlaran bəzisinə işarə edir: 1. ALİ-MƏHƏMMƏDİN (Ə) ALİMİ Səkkizinci imamın elmi o qədər aşkar və parlaq idi ki, ona Ali-Məhəmmədin (ə) alimi deyirdilər. Məhəmməd ibn İshaq atasından yeddinci imamın öz övladlarına belə buyurduğunu nəql edir: اخوکم علی بن موسی عالم آل محمد فاسالوه عن ادیانکم واحفظوا ما یقول لکم، فانی سمعت ابی جعفر بن محمد غیر مرة یقول لی: ان عالم آل محمد لفی صلبک، ولیتنی ادرکته فانه سمی امیر المؤمنین علی “Qardaşınız Əli ibn Musa Ali-Məhəmmədin (ə) alimidir. Öz dini məsələləriniz barədə ondan soruşun və onun söylədiklərini yadınızda saxlayın. Həqiqətən, atam Cəfər ibn Məhəmməddən (ə) dəfələrlə belə buyurduğunu eşitmişəm: ” Həqiqətən, Ali-Məhəmmədin (ə) alimi sənin sülbündədir, kaş ki, onu görə biləydim! Şübhəsiz, onun adı Əmirəl-möminin Əlinin (ə) adı kimidir.”” (15) İmam Rzanın (ə) elm və biliyi o qıdır seçilən idi ki, əhli-sünnənin təəssübkeş alimlərindn olan İbn Həcər Əsqəlani və Səmani o həzrəti mədh edərək belə demişlər: وکان الرضا من اهل العلم والفضل مع شرف النسب “İmam Rza (ə) elm və fəzilət əhli idi və onun nəsli şərafətli nəslə çatırdı.” (16) 2. BƏNDƏLİK NÜMUNƏSİ Elm və fəzilət baxımından məxluqatdan üstün olan imamƏliyyibni Musər-Rza (ə) Allaha bəndəçilikdə də hamıdan öndəidi, çünki mənəvi məqam və fəzilətlər  əldə etməyin rəmz və sirləri bu məsələdə gizlənmişdir.Hazırda o imamın ibadət nümunələrini xatırlatmaqla həzrətin əməli sünnəsini öz yolumuzun çırağı seçməyə çalışacağıq. A) QURANLA MUNİS OLMAQ İbrahim ibn Abbas deyir: وکان المأمون یمتحنه بالسوال عن کل شیئ فیجیب فیه وکان کلامه کله و جوابه و تمثله انتزاعات من القرآن وکان یختمه فی کل ثلاث ویقول: لو اردت ان اختمه فی اقرب من ثلاثة لختمت و لکنی ما مررت بآیة قط الا فکرت فیها و فی ای شی‏ء انزلت و فی ای وقت، فلذلک صرت اختم فی ثلاثة ایام “Məmun imam Rzanı (ə) yoxlamaq və imtahan etmək məqsədi ilə ona hər şey barəsində suallar verirdi və o həzrətin verdiyi cavablar və çəkdiyi misalların hamısı Qurandan götürülmüşdü. O həzrət hər üç gündə bir dəfə Quranı bir dəfə xətm edər və buyurardı: “Əgər istəsəm, üç gündən də az bir müddətdə quranı əvvəldən sona qədər oxuya bilərəm. Amma oxuduğum hər bir ayə üzərində düşünüb təfəkkür etdiyim və nə üçün və nəyin haqqında onun nazil olmasına diqqət yetirdiyim üçün bu məsələ Quranı üç gün ərzində xətm etməyimə səbəb olur.”” (17) B) UZUN-UZADI SƏCDƏLƏR İmam Rzanın (ə) kənizlərindən biri belə nəql edir: “Kufədən alınmış bir neçə kənizlə birlikdə Məmunun sarayına aparıldıq. Orada sanki cənnətə idik və yaxşı yemək və içməlilərdən istifadə edirdik. Daha sonra Məmun məni imam Rzaya (ə) bağışladı. İmamın evinə gəldiyim zaman, Məmunun sarayında sahib olduğum nemətlərin hamısı əlmindən çıxdı. Həmin gündən sonra hər gecə imam məni Abdullah ibn Abbasa bağışlayana qədər gecə namazı üçün oyanırdıq. Onun evinə gəldiyim zaman, sanki başqa bir cənnətə daxil oldum.” Ravi deyir: “Ondan səkkizinci imam barəsində soruşduqda, belə cavab verdi: کان اذا صلی الغداة – وکان یصلیها فی اول وقتها – ثم یسجد فلا یرفع راسه الی ان ترفع الشمس “İmam sübh namazını həmişə əvvəl vaxtda qılar və səcdəyə getdikdən sonra gün çıxana qədər başını səcdədən qaldırmazdı.”” (18) C) NAMAZLA ÜNSİYYƏT Əba Səlt deyir: “Sərəxsə, imam Rzanın (ə) zindana salındığı evə gedib qapıçıdan imamın yanına getmək üçün icazə istədim. Qapıçı mənə dedi ki, onun yanına gedə bilməzsən. Soruşdum ki, nə üçün onun yanına gedə bilmərəm? O dedi: «لانه ربما صلی فی یومه ولیلة الف رکعة وانما ینتقل من صلاته ساعة فی صدر النهار وقبل الزوال وعند اضطرار الشمس، فهو فی هذه الاوقات قاعد فی مصلاه ویناجی ربه؛ “Ona görə ki, imam gecə və gündüzdə min rükət namaz qılır və yalnız günün başlanğıcında bir saat və zöhrdən əvvəl bir saat və gün batana bir saat qalmış namaz qılır. O, bu vaxtlarda səcdə etdiyi yerdə əyləşərək öz Allahı ilə münacat edir.” Əba Səlt deyir: “Ondan bu vaxtlarda mənim üçün imamdan icazə almasını istədim və o da belə etdi və mən imamın yanına daxil olduqda, o həzrət təfəkkür etməkdə idi.”” (19) 3. TƏVAZÖKARLIQ İmam Rza (ə) sahib olduğu bütün bu məqam və fəzilətlərə baxmayaraq, camaatla tamamilə təvazökarlıqla rəftar edirdi və öz şərafətli ömrünün bir qismini vəliəhd olaraq keçirdiyi üçün, o həzrəti bu əməli üslub və sünnəsi şiələr, xüsusilə də, hökumət məmurları üçün bəyənilən bir nümunə idi. Bir gün imam hamamın içərisində bir kənarda əyləşmişdi. Br nəfər içəri daxil oldu və o həzrətə hörmətsizlik edərək dedi: “Mənim başıma su tök!” O həzrət də kamil bir təvazökarlıqla onun başına su tökdü. Gözlənilmədən imamı tanıyan şəxslərdən biri içəri daxil oldu və həmin kişinin üstünə qışqıraraq dedi: هلکت واهلکت، اتستخدم ابن بنت رسول الله صلی الله علیه و آله و امام المسلمین “Həlak oldun və həlak elədin (həmin cümlə “bu işin bizim də həlak olmağımıza səbəb olacağı”na dair bir kinayədir)! Sən Allah Rəsulunun (s) qızının övladını və müsəlmanların imamını özünə xidmətçi götürmüsən?!” İmamı yenicə tanıyan şəxs özünü imamın ayaqlarına atıb o həzrətin ayaqlarından öpdü və dedi: “Nə üçün sizə belə dediyim zaman, nə üçün sözlərimə qulaq asdınız?” İmam buyurdu: انها مثوبة ومااردت ان اعصیک فیما اثاب علیه “Bu əməlin savabı var və mənə savab veriləcək əməli tərk etmək istəmədim.” (20) 4. KƏRİMLİK EDİLƏN BƏXŞİŞ VƏ EHSANLAR Yəqub ibn İshaq Novbəxti deyir: “”Günlərin biriƏli ibn Musanın (ə) yanına bir şəxs gəldi və dedi: اعطنی علی قدر مروتک “Mənə öz mərdanəliyinə layiq olan qədər bəxşiş ver!” İmam buyurdu: لایسعنی ذلک “Bu qədərini verə bilmərəm.” Həmin şəxs dedi: علی قدر مروتی “Onda mənə mənə layiq olan qədər ver!” İmam buyurdu: “Bu qədərini qəbul edirəm. Sonra qulamına həmin şəxsə iki yüz dinar verməsinə göstəriş verdi.” (21) Həmçinin, Yəsə ibn Həmzə nəql edir: “Bi şəxs Əli ibn Musər-Rzanın (ə) yanına gəldi və dedi: “Salam olsun sizə, ey Allah Rəsulunun (s) övladı! Mən sizə və ata-babalarınıza məhəbbət bəsləyənlərdənəm. Həcc səfərindən gəlirəm. Pulum və ehtiyatım məni vətənə çatdıra bilməyəcək qədər azdır Əgər məsləhət bilirsinizsə, mənə yardım edin ki, öz vətənim və şəhərimə qayıdım. Allah mənə o qədər nemət və imkan vermişdir ki, əgər qayıtsam, mənə bəxş etdiyiniz qədər sizin adınızdan sədəqə verərəm və mənə sədəqə verməyinizə ehtiyac yoxdur.” Bu zaman imam evə daxil oldu və bir müddətdən sonra qayıtdı və əllərini özü görsənməyəcək şəkildə qapıdan çölə uzatdı və buyurdu: “Bu iki yüz dinarı götür və ondan istifadə elə və mənim tərəfimdən onu sədəqə verməyinə ehtiyac yoxdur, gedə bilərsən, nə mən səni görürən, nə də sən məni görürsən.” Həmin macəradan sonra həzrət evdən çölə çıxdı və o həzrətdən soruşdular ki, nə üçün ona bu şəkildə kömək etdiniz (öz simanızı ondan gizlədiniz)? O həzrət buyurdu: مخافة ان اری ذل السؤال فی وجهه لقضاء حاجته . اما سمعت‏حدیث رسول الله (صلی الله علیه و آله) المستتر بالحسنة تعدل سبعین حجة والمذیع بالسیئة مخذول والمستتر بها مغفور “Onun simasında ehtiyacını aradan qaldırmaqla bağlı kömək istəmək xarlığını görmək qorxusundan belə etdim. Peyğəmbərdən (s) belə buyurduğunu eşitməmisinizmi: “Kim gizlində yaxşı bir iş görsə, ona yetmiş həccin savabı verilər və kim aşkarda günah eləsə, xar və zəlil olar və ki öz günahlarını digərlərindən gizləsə, bağışlanar.”” (22) İmam Rza (ə) ilə müasir olan xəlifələr O həzrətin imamət müddəti iyirmi il olmuşdur və onun on ili Harun Ər-Rəşidin və beş ili Məhəmməd Əmin və sonuncu beş ili də Abdullah Məmunun xilafət illərinə təsadüf edir. İmam Məmunun xilafətinin başlanğıcına qədər öz doğulduğu şəhərində, Mədinədə məskunlaşmışdı, amma Məmun hakimiyyətə gəldikdən sonra, Məmun onu Xorasan şəhəriə dəvət elədi və sonunda hicri 203-cü ildə (55 yaşında) şəhadətə çatdırıldı və həmin yerdə də dəfn edildi. (23) İmam Rza (ə) Harunun zamanında Hicri 183-cü ildə yeddinci imam Musa ibn Cəfər (ə) Bağdad zindanında Harunun göstərişi ilə zəhərlənib şəhadətə çatdıqdan sonra, səkkizinci imamın on illik imaməti Harunun dövründə başa vuruldu. Harunun istibdad və zülm və öz mənfəətlərini güdməsi və qarışıqlıq əsri olan bu dövrü imam Rzanın (ə) nisbi azadlıq və mədəni və elmi sahədə o həzrətin fəaliyyət dövrü hesab etmək olar. Ona görə ki, bu dövrdə Harun imam Rzaya (ə) maeçilik törətmir və o həzrət də azad şəkildə fəaliyyət göstərirdi. Həmin səbəbdən, imamın tərbiyə edib yetişdirdi şagirdlər, elm və İslam maarifi və Quran həqiqətlərinin İslam sahəsində təlim və yayılması bir qayda olaraq bu dövrdə həyata keçmişdi. Bəlkə də, bunun ən mühüm səbəbi Harun tərəfindən təzyiqlərin azaldılması və onun imam Musa ibn Cəfərin (ə) qətlindən narahat olması idi, çünki Harun bu məsələni gizlətməyə həddən artıq çox çalışmasına baxmayaraq, sonunda məsələnin üstü açıldı və camaatın nifrət və əzab-əziyətinə səbəb oldu. Harun çalışırdı ki, bu cinayətdən özünə bəraət qazansın. Bu məsələnin şahidi Harunun zalım məmurlarının əlindən o həzrətin cənazəsini alan və ehtiramla dəfn edən öz əmisi Süleyman ibn Əbi Cəfərə belə bir xəbər göndərməsidir:”Allah Sindi ibn Şahəkə lənət eləsin, o, bu işi mənim icazəm olmadan yerinə yetirib.” (24) Bu məsələni təsdiqləyən digər məsələ Harunun Yəhya ibn Bərməkinin Əli ibn Musa (ə) barəsindəki cavabında söylədikləridir. Əvvəllər də imam Kazim (ə) barəsində nalayiq sözlər deyən Yəhya ibn Bərməki Haruna dedi: “Musa ibn Cəfərdən (ə) sonra, indi onun oğlu onun yerində oturub və imamət iddiası edir.” Yəni, onun məqsədi bu idi ki, elə indidən Əli ibn Musanı (ə) xəlifənin məmurların nəzarəti altında saxlamaq lazımdır. İndiyə qədər Musa ibn Cəfərin (ə) qətlini unutmayan və onun nəticələrindən narahat olan Harun isə cavabında dedi: “Onun atası ilə etdiklərim kifayət deyilmi? İstəyirsən əlimə qılınc alıb ələvilərin hamısını qırım?!” (25) Harunun qəzəblənməsi saray camaatını sakitləşdirdi və bundan sonra kimsə o həzrət barədə bir söz danışmağa cürət eləmədi. İmam Rzanın (ə) Əmin zamanında nisbi azadlığı Əminin hakimiyyəti və Harunun ölümü ilə Məmunun hakimiyyəti arasındakı fasilə illərində imamla Abbasi hökumətinin məmurlarıarasında hansısa bir rəftar nəzərə çarpmır. Məlum məsələdir ki, Abbasi xilafət aparatı daxili ixtilaflar və Əminlə Məmunun çəkişmələri və Məmunun vəliəhdlikdən uzaqlaşdırılaraq onun Əminin oğlu Musaya verilməsindən ibarət olan bu qısa müddətli illərdə, ələvilər üçün ümumən və imam Rza (ə) üçün də xüsusən hansısa bir tədbir tökməyə imkan və fürsət qoymamışdı. Biz bu illəri (hicri 193-198-ci illər) imam Rza (ə) üçün nisbi azadlıq və o həzrətin mədəni sahədəki fəaliyyətləri üçün münasib fürsətin yaranması dövrü adlandıra bilərik. (26) İmam Rza (ə) Məmunun dövründə Məmunun hakimiyyətə gəlməsi ilə imamın (ə) həyat kitabı dəyişildi və yeni bir səhifə açıldı. İmam Əliyyibni Musər-Rza (ə) bu yeni bir səhifədə uzun illəri həddən artıq qəm-kədər və narahatçılıqlarla keçirdi. İstər qəsbkar Əməvi xəlifələri olsun, istərsə də, Abbasi xələifələri ən çox qorxu və vəhşəti camaatın, ya da camaatın əksər bir qupunun xilafətin onların aşkar haqqı olduğunu bildiyi və bundan əlavə, hər bir fəziləti onların vücundunda gördüyü bu kəslərdən – həzrət Əli (ə) xanədanından – hiss edir və ondan nigaran idilər. Həmin səbəbdən, həzrət Əlinin (ə) böyük şəxsiyyətli övladları dövrün xəlifələri tərəfindən əziyyət və işkəncəyə məruz qalır və sonunda da onların əli ilə şəhadətə çatdırılırdı. Amma Məmun adətən, şiəliyə maraq göstərir və onun xilafət aparatındakı məmurlar da əksərən iranlılardan ibarət olduqlarından, onlar Ali-Əliyə (ə) və şiə imamlarına nisbətdə xüsusi məhəbbət və marağa malik idilər. Bu səbəbdən, Məmun öz atası Harun və babası Mənsur kimi imamı zindana saldıra və ona əzab-əziyyət və işkəncə edə bilmirdi. Beləliklə, o, yeni bir metoda əl atdı ki, o qədər də bənzərsiz deyildi və keçmiş xəlifələr dövründə də təcrübədən keçirilmişdi. Bununla yanaşı, həmin metod bir qədər xoşagəln və əziyyət edilməyən metod idi. Həmin səbəbdən, özündən sonrakı xəlifələr də bu metodu özləri üçün əsas metod olaraq seçdilər. Məmun imamı Mərvə öz hökumətinin mərkəzinə gətirmək və o həzrətlə dostluq münasibətləri yaratmaq və onun elmi və ictimai mövqeyindən istifadə edərək həzrətin bütün işlərinə kamil şəkildə nəzarət etmək qərarına gəldi. Məmunun imamı Xorasana dəvət etməsi Məmun əvvəlcə imamı ehtiramla Ali-Əli (ə) xanədanının böyükləri ilə xilafətin paytaxtına gəlməyə dəvət etdi. İmam Məmuun dəvətini qəbul etməkdən imtina eləsə də, digər tərəfdən Məmun o həzrətə çoxlu təkid və israrlar edirdi. Onlar arasında çoxlu sayda yazışma və məktublaşmalar həyata keçdi  və sonunda imam Ali-Əli (ə) xanədanının bir sıra böyük şəxsiyyətləri ilə Mərvə tərəf hərəkət etdi. (27) Məmun imamın karvanını müşayiət etmək və imamı gətirməklə vəzifələndirilmiş Culudiyə və ya başqa bir nəqlə əsasən, Rəca ibn Əbi Zəhhaka tapşırmışdı ki, karvandakılar və xüsusən də, imam Rzaya (ə) ehtiram etməkdə qüsura yol verməsin. Amma imam bu səfərdən camaatı agah etmək üçün onlara öz narazılığını bildimişdi. Mədinədən hərəkət etmək istədiyi gün öz xanədanını bir yerə topladı və onlardan ona ağlamalarını istədi və belə buyurdu: “Mən bundan sonra ailəmin yanına qayıtmayacağam.” (28) Daha sonra Peyğəmbər (s) məscidinə daxil oldu ki, o həzrətlə vidalaşsın. O həzrət bir neçə dəfə vidalaşdı və bir daha Peyğəmbərin (s) qəbrinə yaxınlaşaraq uca səslə ağlamağa başladı. Muxəvvəl Sistani nəql edir:”Bu halda imamın yanına daxil oldum və salam verdim və o həzrətə xeyirli səfər arzuladım. İmam buyurdu: “Ey Muxəvvəl! Mənə yaxşı nəzər sal, mən cəddimin yanından uzaqlaşacam və qürbətdə can verəcəm və Harunun kənarında dəfn ediləcəm.”” (29) İmamın Mədinədən Mərvə hərəkəti Məmunun göstərişinə əsasən, Bəsrə və Əhvaz və Fars yolundan idi. Bəlkə də, bu məsələ şiələrin toplaşmış olduğu yerlərdən – Cəbəldən (İranın qərbindəki dağlıq ərzilərdən Həmədan və Qəzvinə qədərki məntəqə) və Kufə, Kirmanşah və Qumdan keçməmək səbəbi ilə idi. (30) Paytaxda daxil olmaq İmamın karvanı Şəvval ayının onunda Mərvə yetişdi. Şəhərə bir neçə fərsəng (məsafə vahidi) qalmış şəxsən Məmun, Fəzl ibn Səhl və Abbasilərin böyük şəxsiyyətləri, vəzir və əyan-əşrafı imamı qarşılamaq üşün o həzrətin yanına gəldilər. İmam böyük bir ehtiramla şəhərə daxil oldu və Məmunun göstərişi ilə imamın məskunlaşması və rifahı üçün hər cür şərait o həzrətin ixtiyarında qoyuldu. İmamın istirahəti və yorğunluğunu aradan aldırılması üçün bir neçə gün keçdikdən sonra, Məmunla o həzrət arasında müzakirələr başlandı və Məmun xilafəti tamamilə o həzrətin ixtiyarında qoymağı təklif elədi. İmam bu təklifi qəbul etməkdən ciddi şəkildə imtina elədi. Fəzl ibn Səhl dedi: “Həmin gündəki kimi xilafətin bu qədər dəyərsiz və xar bir şey olduğunu görməmişdim. Məmun xilafəti Əli ibn Musanın (ə) ixtiyarında qoydu, amma o həzrət onu qəbul etmədi.” (31) Bəlkə də, əvvəlcədən imamın xilafəti qəbul etməyəcəyini ehtimal edən Məmun dedi: “İndi ki, belədir, onda vəliəhdliyi qəbul edin.” İmam buyurdu: “Məni bu işdən üzürlü hesab elə.” Məmun imamın üzrünü qəbul etmədi və imama sərt və qəzəblə elə bir cümlə dedi ki, o həzrəti təhdid etmək kimi idi. O, belə dedi: “Ömər ibn Xəttab dünyadan gedəcəyi zaman, altı nəfərin arasında şura təyin elədi və onlardan biri Əmirəl-möminin Əli (ə) idi və belə tövsiyə elədi ki, kim müxalifətçilik eləsə, onun boynunu vursunlar…Siz də mənim təklifimi qəbul etməlisiniz, çünki mən də bundan başqa, digər bir çarənin olduğunu bilmirəm.” (32) O, bundan da daha aşkar və aydın şəkildə imamı təhdid elədi və dedi: “Daima mənim istəyimi əleyhinə çıxır və özünüzü mənim qüdrətimdən amanda hesab edirsiniz. Allaha and olsun, əgər vəliəhdliyk təklifini qəbul etməsəniz, sizi buna məcbur edəcəyəm, əgər yenə də qəbul etməsəniz, sizi öldürəcəyəm!” (33) İmam məcbur olaraq Məmunun təklifini qəbul etdi və belə dedi: “Mən bu şərtlə xülafəti qəbul edirəm ki, hökumət və ölkənin işlərindən heç birinə dəxalət etməyim, hakim və ya qazilərin təyin edilməsi və ya vəzifədən azad edilməsi, yaxud fətva verilməsi il bağlı heç bir hökm verməyim.” (34) Ramazan ayının yeddisi bazar ertəsi günü Məmunun xətti ilə vəliəhdlik məsələsi yazıldı və həmin kağızın arxasına Əliyyibni Musər-Rza (ə) öz şərtlərini həddən artıq çox işarə və eyhamlarla yazdıqdan sonra elan etdi və xatırlatdı ki, bu iş həyata keçməyəcək. Daha sonra həmin yazının kənarında ölkənin böyükləri və qoşun başçılarından Yəhya ibn Əksəm, Abdullah ibn Tahir, Fəzl ibn Səhl bu əhdnaməyə şahid olduqlarını bildirdilər. Daha sonra Ramazan ayının onunda əzəmətli şəkildə olan bir beyət mərasimi tşkil olundu və imam vəliəhdlik taxtına əyləşdi. Xəlifənin göstərişi ilə beyət etmək üçün əlini imam Rzaya (ə) uzadan ilk şəxs Məmunun oğlu Abdullah oldu. Ondan sonra baş vəzir Fəzl ibn Səhl, sarayın müftisi Yəhya ibn Əksəm, qoşun başçısı Abdullah ibn Tahir və daha sonra Bəni-Abbasdan olan əyan-əşraflar o həzrətlə beyət etdilər. (35) Təbii olaraq, səkkizinci imamın vəliəhdlik məsələsi şiələr və o həzrətin dostları üçün şadlıq və sevincə səbəb oldu, amma o həzrətin özü bu məsələdən qəmgin və pərişan idi və həddən artıq xoşhal olan bir şəxsi gördüyü zaman, onu öz yanına çağırdı və buyudu: “Bu işə bel bağlama və sevinmə, çünki davamı yoxdur.” (36) İmam Rzanın (ə) şəhadəti O həzrətin şəhadəti barədə təqribən, bütün şiə alimləri və əhli-sünnə alimlərinin çoxu imamın zəhərləndirilərək şəhadətə çatması məsələsinə etiqadlıdırlar. O həzrətin şəhadətə Çatdiranin kimliyi barədə müxtəlif nəzəriyyələr vardır və onları diqqətinizə çatdıracağıq Məşhur nəql budur ki, o həzrət Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənərək şəhadətə çatmışdır. Bəzi əhli-sünnə alimləri Məmunun imam Rzanı (ə) zəhərləmədiyi etiqadına malikdirlər. Özlərinin bu sözlərinə dəlillər də gətirmişlər. O cümlədən, onların dəlillərindən biri Məmunun öz qızını imam Cavada (ə) verməsi məsələsidir. Həmçinin, Məmun imam Rzanın (ə) üstünlüyünə alimlərin hüzurunda etiraf edirdi. İmam Rzanın (ə) vəfatından sonra həddən artıq qəmgin və narahat idi…Bəhsimizin davamında bildirəcəyik ki, bu dəlillərdən heç birinə istinad etmək olmaz. Əhli-sünnə alimlərindən bir qrupu imamın zəhərləndirilməsi və bu cinayətin (Məmundan başqa,) digər Abbasilər tərəfindən törədilməsi inancına malikdir. Misal olaraq İbn Covzi deyir: Abbasilər xialfətin onların əlindən çıxdığını və vəliəhd və ələvilərin əlinə keçdiyini  gördükləri zaman, imam Rzanı (ə) zəhərlədilər. (37) Bu nəql o qədər də düzgün nəzərə çarpmır, ona görə ki, tarixçilərin əksəriyyəti və ravilər başqasının deyil, məhz Məmunun o həzrətə zəhər verməsi məsələsi baərədə fikir birliyinə malikdirlər. (38) Bundan əlavə, Məmunun özünün də bu məsələdə hədəf və marağının olmasına iaşrə edəcəyik. İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə o həzrət öz şəhadəti barədə öncədən xəbər vermiş və həmin cinayəti törədənin Məmun olacağını vurğulamışdır. İmam Rza (ə) Hərsəmə ibn Əyuna buyurur: “Mənim ölümüm yaxınlaşıb. Bu zalım (Məmun) məni zəhərləmək qərarına gəlib…” (39) Şəhid Mütəhhəri deyir: “Şahidlər imam Rzanın (ə) zəhərləndiyini nişan verir və onun əsas səbəblərindən biri də Bağdadda Bəni-Abbasın Məmumun əleyhinə baş verən qiyamı idi. O, imam Rza (ə) Xorasandan Bağdada hərəkət etdiyi zaman həzrəti zəhərləmişdi və ona daim Bağdadd barədə məlumat verilirdi. Məmun gördü ki, imam Rzanı (ə) vəliəhdlikdən azad edə bilmir və bu vəziyyətlə ora (Bağdad) getsə, iş həddən artıq çətinləşəcək. Həmin səbəbdən, ora getmək zəminəsini yaratmaq və Bəni-Abbasa məsələnin bitdiyini söyləmək üçün imam Rzanı (ə) zəhərlədi. Söylənilən və qəbul edilən, eyni zamanda, tarixlə də uyğunluq təşkil edən əsas səbəb bu olmuşdur.” (40) Təbəri yazır: “Məmun Bəni-Abbasa Bağdadda bir məktub yazdı və onlara Əliyyibni Musanın (ə) ölüm xəbərini onlara elan elədi və onlardan ona itaət etməsini tələb elədi. Belə ki, onların Məmunla düşmənçiliyi Əliyyibni Musər-Rza (ə) ilə beyətdən başqa bir şeyə görə olmamışdı.” (41) İmam Rzanın (ə) qətlə yetirilməsi barədə tarixçilərin qeyd etdikləri mühüm məsələlərdən biri də Məmunun o həzrətə qarşı qəlbində kininin yaranması idi. Təbərsi belə yazır: “Məmunun imam Rzanı (ə) şəhadətə çatdırmasının ən əsas səbəblərindən biri də o həzrətin qorxub çəkinmədən Məmunun qarşısında haqqı elan etməsi idi. Əksər hallarda Məmuna qarşı çıxırdı ki, bu da onun əsəbləşməsi və qəlbində kinin yaranmasına səbəb olurdu…” (42) Bəyan etdiyimiz kimi, şiə rəvayətləri baxımından, Məmunun o həzrəti zəhərləməsi barədə heç bir şəkk-şübhə yoxdur. (43) Amma  bu məsələnin keyfiyyəti haqda bir neçə rəvayət mövcuddur və onlara işarə edəcəyik. Şeyx Müfid Abdullah ibn Buşeyrdən belə bir rəvayət nəql etmişdir: “Məmun mənə göstəriş verdi ki, öz dırnaqlarımı uzadım. Sonra mənə hind xurmasına oxşayan bir şey verib mənə dedi: “Bunları hər iki əllərinə sürt…” Daha sonra imam Rzanın (ə) yanına getdi və göstəriş verdi ki, bizim üçün nar gətir.. Mən bir neçə nar gətirdim və Məmun dedi: “Öz əllərinlə onları sıx!” Mən narı sıxdıqdan sonra,onun suyunu Məmun öz əlləri ilə imama içirtdi və həmin məsələ o həzrətin ölümünə səbəb oldu və nar suyunu içdikdən sonra, o həzrət iki gündən artıq yaşamadı.” (44) Digər bir rəvayəti Şeyx Müfid Məhəmməd ibn Cəhmdən nəql edir: ” İmam Rza (ə) üzümü sevirdi. O həzrətə bir qədər üçüm gətirdilər. Onun dənlərinə bir neçə gün müddətində zəhərli iynə batırdılar. Daha sonra zəhərli iynələri çəkdilərvə o həzrətin yanına apardılar…. O həzrət həmin zəhərli üzümlərdən yedi və bu, onun şəhadətinə səbəb oldu.” (45) Əba Səlt Hərvi deyir: “Mən imam Rzanın (ə) xidmətində idim. Mənə belə buyurdu: “Ey Əba Səlt! Mən sabah bu günahkar şəxsin yanına gedəcəm. Onun yanından xaric olduğum zaman, əgər başımı əba ilə örtmüş olsam, onda mənimlə danışma və bil ki, məni zəhərləmişdir.” Sabah sübh imam öz mehrabında oturub gözləməkdə idi. Bir müddət sonra Məmun öz qulamını göndərdi ki, gəlib imamı Məmunun yanına aparsın. İmam Məmunun məclisinə getdi və mən də o həzrətin ardınca yollandım. Onun qarşısında xurmaya oxşar meyvələr və digər meyvə növləri vardı.  Məmunun özü əlində bir dənə üzüm salxımı saxlamışdı və onlardan bir qədərini yemiş və bir qədəri qalmışdı. İmamı görən kimi, yerindən qalxdı və o həzrəti qucaqladı, həzrətin alnından öpdü və öz yanında oturtdu. Sonra əlindəki üzümdən imama da təklif edərək dedi: “Mən bu üzümdən daha yaxşısını görməmişəm.” İmam buyurdu: “Cənnət üzümləri nə qədər də gözəldir!” Məmun dedi: “Bu üzümlərdən yeyin.” İmam buyurdu: “Məni üzürlü say!” Məmun dedi: “Heç bir çarəsi yoxdur, yoxsa, bizi ittiham etmək istəyirsiniz?, Xeyr, hökmən yeyin!” Sonra özü üzüm gilələrindən götürüb yedi və onu imama verdi. İmam üç üzüm dənə si yedi və yerdə qalanlarını yerə tullayıb dərhal ayağa qalxdı. Məmun soruşdu: “Hara gedirsiniz?” İmam buyurdu: ” Məni göndərdiyin yerə gedirəm.” Daha sonra əbasını başına atdı və evə getdi və mənə buyurdu: “Qapını bağla!” Sonra yatağa düşdü. Mən evin ortasında kədərli halda ayaq üstə dayanmışdım ki, birdən həddən artıq gözəl bir cavanın mənim qarşımda dayandığını gördüm. O, imam Rzaya (ə) ən çox oxşayan kəs idi. Qabaga gedib dedim: “Qapılar bağlı olduğu halda, siz içəri haradan daxil oldunuz?” Buyurdu: “Məni Mədinədən buraya gətirən kəs məni qapısı bağlı evə daxil elədi.” Soruşdum: “Siz kimsiniz?” Buyrdu: “Mən sənə Allahın höccətiyəm, ey Əba Səlt! Mən Məhəmməd ibn Əliyul-Cavadam.” Sonra atasınıa tərəf getdi və mənə buyurdu ki, sən də içəri daxil ol! İmam Rzanın (ə) mübarək gözləri oğluna sataşdıqda, onu qucağına tərəf çəkdi və alnından öpdü. İmam Cavad (ə) özünü imam Rzanın (ə) üstünə atdı və onu öpdü. Sonra yavaşca danışmağa başladılar ki, mən heç bir şey eşitmədim. O həzrətlə oğlu arasında həzrətin ruhu mələkut aləminə pərvaz edənə qədər sirli bir danışıq oldu. İmam Rzanın (ə) cənazəsinə imam Cavadın (ə) qüsl verməsi İmam Cavad (ə) buyurdu: “Ey Əba Səlt, içəri gedib oradakı taxtın içindən su və qüsl üçün lazım olan əşyaları gətir.” Mən dedim: “Orada belə bir əşya yoxdur.” Buyurdu: “Nə deyirəmsə, onu elə!” Mən xəzanənin (anbarın) içinə daxil oldum və gördüm ki, bəli, hərşey var. Mən onların hamısını gətirdim və imamın qüslündə kömək etmək üçün qollarımı çırmaladım. İmam Cavad (ə) buyurdu: “Ey Əba Səlt! Kənara çəkil! Mənə kömək edənlər səndən başqalarıdır!” Sonra sevimli atasına qüsl verdi və buyurdu: “Xəzanənin içində bir zənbil və onun da içində kəfən və hənut var. Onları gətir.” Mən getdim və indiyə qədər görmədiyim zənbilin içindən kəfən, kafur və hənutu gətirdim.İmam Cavad (ə) atasını kəfənlədi və ona namaz qıldıqdan sonra yenə də buyurdu: “Tabutu gətir.” Mən soruşdum: “Dülgərdən gedim alım?” Buyurdu: “Xəzanədə tabut var.” Daxil olduqda, gördüm orada tabut var. Onu gətirdim. İmam Cavad (ə) atasını tabuta qoydu və daha sonra namaza dayandı. Məmun qulamları ilə birlikdə ağlar və yaxasını cırdığı halda imamın hücrəsinə daxil oldu. Əlini başına vurduğu halda, imam rzanın (ə) mübarək başı tərəfində oturdu və imam Rzanın (ə) dəfn edilməsinə göstəriş verdi. İmam Rzanın (ə) mənə söylədiyi şeylərin hamısı həyata geçdi. (46) İmam Rzanın (ə) şəhadətindən sonra şiələr o həzrətin mübarək bədənini torpağa tapşırdılar və onun dəfnində camaatın izdihamı o qədər çox idi ki, həmin zamanda onun tayı-bərabəri görünməmişdi. Camaatın bütün təbəqələri imamın dəfnində iştirak edirdi. (47) İmam rza (ə) hicri-qəməri 203-cü ildə tus şəhərində dəfn edilmişdir. İstifadə edilən mənbələr 1. Yaqut Həmuvi, “Mucəmul-buldan”, Mərsi sözünün altındakı izahlar. 2. Cavad Fazil, Doqquzuncu məsum, səh. 62. 3. “Həsəni” kimi məşhur olan Hişam, “Əl-Əimmətu isna əşərə”, c.2, səh. 359. 4. Əli ibn İsa İrbili, “Kəşful-ğummə fi mərifətil-əimmə”, Fəxrəddin Əi ibn Həsən Zəvvarinin “Əl-Mənaqib” adı ilə tərcüməsi, c.3, səh. 131. 5. “Uyuni-əxbarir-Rza”, c.1, səh. 14, “Məxəze qəbl”, səh. 459. 6. “Məryəm” surəsi, ayə 30. 7. “Üsuli-kafi”, c.6, səh. 238. 8. İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 360. 9. “Üsuli-kafi”, c.5, səh. 288. 10. “Üsuli-kafi”, c.1, səh. 316; “Elamul-vəra”, səh. 305. 11. İbn xəraz Qumi, “Kifayətul-əsər”, səh. 306; Əllamə Müqərrim, “Əl-İmamur-Rza”, səh. 26. 12. İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 366. 13. Əllamə Məclisi, “Cəlalul-uyun”, səh. 542. 14. “Məfatihul-cinan”, “Camiə” ziyarəti. 15. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 100; İrbili, “Kəşful-ğummə”, “Məktəbətu Bəni-Haşim” nəşriyyatı, c.3, səh. 107. 16. (Əhli-sünnə alimi) İbn Həcər Əsqəlani, “”Təhzibut-təhzib, Darul-kutubil-elmiyyə nəşriyyatı, c.7, səh. 328; (Əhli-sünnə alimi) Səmani, “Əl-İnsab”, c.3, səh. 74. 17. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 90. 18. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 89-90. 19. Şeyx Səduq, “Uyuni-əxbarir-Rza”, c.2, səh. 183-184; Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 91. 20. Əs-Səfdiyy, “Əl-Vafi bil-vəfiyyat”, c.22, səh. 251. 21. İbn Şəhr Aşub, “Mənaqibu Ali-ƏbiTalib”, c.3, səh. 470. 22. İbn Şəhr Aşub, “Mənaqibu Ali-ƏbiTalib”, c.3, səh. 470. 23. Kuleyni, “Əl-Usulu minəl-kafi”, səh. 486; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 304. 24. Əllamə Məclisi, “Biharul-ənvar”, Tehran, “Əl-Məktəbətul-islamiyyə” nəşriyyatı, qəməri 1385, c.48, səh. 227; Səduq, “Uyuni-əxbarir-Rza”, Tehran, “Darul-kutubil-islamiyyə”, nəşriyyatı, c.1, səh. 100. 25. Səduq, “Uyuni-əxbarir-Rza”, Tehran, “Darul-kutubil-islamiyyə”, nəşriyyatı, c.2, səh. 226, Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 105. 26. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan nəşriyyatı”, səh. 60. 27. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 65; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 309; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 247. 28. Əllamə Məclisi, “Biharul-ənvar”, Tehran, “Əl-Məktəbətul-islamiyyə” nəşriyyatı, qəməri 1385, c.49, səh. 117; Həmçinin, müraciət edin: Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 95; 29. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 117. 30. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan” nəşriyyatı, səh. 70-74. 31. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 66; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 248. 32. Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310; Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 65; Təbərsi, “Əlamul-vəra bi əlamul-huda”, 3-cü çap, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, səh. 333; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 248. 33. Şeyx Səduq, İləluş-şəraye, Qum, təbatəbai nəşriyyatı, c.1, səh. 266; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 247. 34. Təbərsi, “Əlamul-vəra bi əlamul-huda”, 3-cü çap, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, səh. 334; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310 35. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan” nəşriyyatı, səh. 82-87. 36. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 67; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 312; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 249. 37. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 371. 38. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 371. 39. Məhəmməd ibn Cərir ibn Rüstəm Təbəri, “Dəlailul-əimmə”, Qum, “Rza” nəşriyyatı, 1363-cü il, səh. 178. 40. Mürtəza Mütəhhəri, “Seyri dər sireye əimmeye əthar”, Tehran, “Sədra” nəşriyyatı, 27-ci çap, 1384-cü il, səh. 210. 41. Məhəmməd ibn Cərir ibn Rüstəm Təbəri, “Təbəri tarixi”, Əbülqasim Payandenin tərcüməsi, Tehran, 1364-cü il, c.13, səh. 5676. 42. Fəzl ibn Həsən Təbərsi, “Elamul-vəra”, Qum, “Alul-Beyt müəssissi” nəşriyyatı, 1417-ci il, c.2, səh. 80; Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 260. 43. Mürtəza Mütəhhəri, “Seyri dər sireye əimmeye əthar”, Tehran, “Sədra” nəşriyyatı, 27-ci çap, 1384-cü il, səh. 211. 44. Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 261-262. 45. Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 262. 46. Biharul-ənvar, c.49, səh. 300; 10-cu hədis; Uyuni-əxbarir-Rza, c.2, səh. 242; Fəzl ibn Həsən Təbərsi, “Elamul-vəra”, Qum, “Alul-Beyt müəssissi” nəşriyyatı, 1417-ci il, c.2, səh. 82-83. 47. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 375.

İmam Rza (ə) 27.01.2025

İmam Rzanın (ə) həyat tərzi: insanların hüquqlarının riayət edilməsi

İmam Rzanın (ə) həyat tərzi: insanların hüquqlarının riayət edilməsi Müsəlmanların 8-ci məsum rəhbəri və Allah-Taala tərəfindən təyin edilmiş imamı Həzrət Əli ibn Musa Rzanın (ə) evində xidmətçi işləyən Yasir və Nadir hər ikisi belə nəql edirlər: «ياسِرٌ الخادِمُ ونادِرٌ جَميعًا قالا :قالَ لَنا أبُو الحَسَنِ الرضاء عليه السلام: إن قُمتُ عَلى رُؤوسِكُم وأنتُم تَأكُلونَ فَلا تَقوموا حَتّى تَفرُغوا. ولَرُبَّما دَعا بَعضَنا فَيُقالُ لَهُ: هُم يَأكُلونَ ، فَيَقولُ : دَعهُم حَتّى يَفرُغوا» “Mövlamız Həzrət İmam Rza (ə) bizə tapşırıq vermişdi ki, siz yemək yeyərkən və süfrədə olanda mən (bir iş üçün) sizin yanınıza gəlsəm, yeməyinizi tamamlamadan heç vaxt ayağa qalxmayın. Çox vaxtlar elə olurdu ki, mövlamız İmam Rza (ə) bizdən birini çağırarkən deyirdik yemək yeyir. Buyurardı: Narahat etməyin, icazə verin yeməyini tamamlasın. (Şeyx Kuleyni, “əl-Kafi”, c.6, s.298, hədis:10). P.S: Bu gün biz bu əxlaqı bir neçə yerdə qorumalıyıq. Çünki baxmayaraq ki, dildə inkişaf, tərəqqidən danışırıq, orta əsirlərə ağız büzürük, amma texnoloji inkişafın içində olmağımıza və tam elektronlaşmış bir gələcəyə (!?) doğru getməyimizə baxmayaraq insanların iqtisadi vəziyyəti hər gün ağırlaşır. Orta təbəqə və ondan aşağısı üçün gündəlik dolanışıq əldə etmək çətinləşir. Bunun da nəticəsində bir çoxları birbaşa və ya şirkətlər vasitəsi ilə evlərdə işləməyə gedirlər. Həmçinin dükanda, böyük şirkətlərdə və ya istənilən bir işdə kimlərsə kimlərinsə əlinin altında işləyir. Diqqət etmək lazımdır ki, özünün və ailəsinin xərclərini təmin etmək üçün sənin əlinin altında işləyən hər bir cəhətdən səninlə bərabər hüquqa malikdir. Sənin ondan heç bir üstünlüyün yoxdur. O öz əməyi ilə pulunu qazanır və sən də pulun ilə işini gördürürsən. Sırf bu ki, sən iş gördürürsən və pul verirsən və maddi baxımdan o sənə daha ehtiyaclıdır deyə, onun insani və hüquqi haqlarını tapdalaya bilməzsən. Sənin onun pulunu kəsməyə, günün bütün çoxunu sənin üçün işləməyə, onun gün ərzində rahat yemək yeməsi, ailəsi ilə danışması və ibadət etməsi kimi hüquqlarını əlindən almağa haqqın yoxdur. Və həmçinin işçi üçün rahat iş şəraiti yaratmalısan, onları canları və sağlamlıqlarını və mallarını təhlükəyə salacaq bir şəraitdə işlətməməlisən. Qeyd edim ki, bəzi ehtiyaclı insanlar ehtiyacları üzündən hər bir işdə işləməyə razılıq verirlər. Yenə də işəgötürənin həm hüquqi və həm də insani vəzifəsidir ki, insanların ehtiyacından sui-istifadə etməsin və onlara az pul müqabilində çox iş saatı və çox iş yükləməsin. Bundan əlavə bu hədis ailədəki davranışlarımıza da aiddir. Kişilər çox vaxt xanımları ilə tam bir kəniz kimi rəftar edirlər. Bəzən ailə hamısı süfrə başında oturur, süfrədə nəsə çatışmırsa, evin kişisi və bəzən də özünü evdə atasının “zam”ı hesab edən “oğul” çığırır ki, durun gətirin filan. Bu zaman ya xanım (ana) durmalıdır, ya da qız uşağı. Halbuki hamı eyni hüquqa malikdir. Hamı qarşısında xörəyini yeyirsə, kimsənin haqqı yoxdur digərini yeməyindən saxlayıb ona iş buyursun. Hər kəs zəhmət çəkib durub özünə lazım olan şeyi götürməlidir…. hər kəs özü öz işi üçün ayağa durmağı bacarmalıdır… amma… Və əlbəttə! Bizim milli və dini ailə dəyərlərimiz var. Əgər süfrədə ata və anamız əyləşibsə, nəsə lazımdırsa, övladın əxlaqi vəzifəsi cəld tərpənib həmin lazım olan şeyi valideyn üçün gətirməsidir. Ər işdən gəlib, yorğundur, süfrəyə lazım olan şeyləri xanım hazır edir və ortada nəsə çatışmırsa, xanımın əli həmişə mətbəxə yaxın olur və lazım olan şeyi təmin edir və sair… Bunlar hamısı bizim milli və dini kimliyimizdən doğan dəyərlərdir, gözəldir və qorunmalıdır. Amma sevgi və izzətlə, zor və zillətlə deyil! Teligram:@mirmehemmed_beshir

İmam Rza (ə) 27.01.2025

İmam Rza (ə) öz dövründə 3 islahat aparmışdır: etiqad, rəftarlar və rabitələr ilə bağlı.

İmam Rza (ə) öz dövründə 3 islahat aparmışdır: etiqad, rəftarlar və rabitələr ilə bağlı. İmamın (ə) zamanında elə etiqadlar mövcud idi ki, onların ən öndə gedənləri cəbriyyunlar idilər. Onların etiqadına görə, insan hər işində məcburidir. Onların əqidəsinə görə, insanlar bitki kimidirlər. Yəni, heç bir ixtiyarı yoxdur.   İmam (ə) onların bu yanlış əqidəsini aradan aparmaq üçün elmi məclislər təşkil edir və müzakirələr aparırdı. O, cəbriyyunları kafir adlandırırdı.   İmamın (ə) apardığı başqa bir islahat rəftarla bağlı idi. İmam (ə) buyururdu ki, yanlış rəftar görən zaman onları əmr-be-məruf və nəhy-əz-munkər etmək lazımdır. Qurani-Kərimdə bunun əhəmiyyəti haqqında buyurulmuşdur: “O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun Kitabına) tabe olanlar – həmin nicat tapanlardır!”. (“Əraf” 157).   Ona görə də İmamın (ə) dövründə nəhy-əz-munkər mədəniyyəti inkişaf edir.   İmamın (ə) apardığı üçüncü islahat cəmiyyətdə olan rabitələr ilə bağlı idi. İmam (ə) buyurur: “7 şey, 7 şey olmadan məsxərə olunasıdır. 1. Hər kim dili ilə istiğfar edər, ancaq qəlbində peşman olmaz. 2. İnsan Allahdan tövfiq istəyər, ancaq səy göstərməz. 3. İnsan ehtiyat istəyində olar, ancaq günah etməkdən qorxmaz. 4. Hər kim Allahdan behişt istəyər, ancaq giriftarlıqlara səbir etməz. 5. O kəs ki, cəhənnəm atəşindən Allaha pənah aparar, ancaq dünya şəhvətini tərk etməz. 6. Hər kim Allahı yada salar, ancaq Allahla görüşmək üçün tələsməz. 7. O kəs ki, ölümü yada salar, ancaq özünü onun üçün hazırlamaz”. (Tebyan/Deyerler.org/)

İmam Rza (ə) 27.01.2025

İmam Rza (ə) imamətin fəlsəfəsi haqqında nə buyurmuşdur?

İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur: “Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir… İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır… İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir… İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir… İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir. ” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)

İmam Rza (ə) 27.01.2025

İmam Rzanın (ə) bizlərə salamı və tövsiyələri

İmam Rza (ə) Əbdüləzim Hüseyni (ə) vasitəsilə insanlara bu xəbəri çatdırır və buyurur: “Bizim davamçılarımıza və dostlarımıza salam çatdır. Özlərinə şeytanın yolunu açmasınlar… ” Bu şeytan televizor da ola bilər, internet də, dost da, hansısa kitab da, nəfsani meyllər də… İmam Rza (ə) buyurur ki, şeytanı qoymayın ki, ruhunuza nüfuz etsin. Şəxsi əlaqənizdən tutmuş mütaliə etdiyiniz kitablara qədər. Haram mal, haram qazanc kimi. Bu haram mal şeytan üçündür. Çünki haram mal həm insanı məhv edər və həm nəslini. Şeytanın yollarından biri – yalan danışmaqdır. Düz danış, müəllim düz danışsın, tacir düz danışsın, həkim düz danışsın. Əgər bir şeyi bilmirsənsə, de ki, bilmirəm. Heç bir eybi yoxdur. Necə ki, Allah Peyğəmbərə buyurur ki, belə desin: “De: «Mən bilmirəm”. (“Cinn” 25). İmam Rza (ə) buyurur: “İnsanlara de ki, xəyanət etməsinlər”. İmamın bizlərə tövsiyə etdikləri: 1. Şeytanın yolunu açmayaq. 2. Danışan zaman düz danışaq. 3. Əmanətə xəyanət etməyək. 4. Sükut etmək və yersiz söz danışmamaq. 5. Bir-birimizi görməyə gedək. İmam (ə) bizlərə tövsiyə edir ki, bir-birimizi görməyə gedək və bir-birimizdən küsməyək. İmam (ə) buyurur: “Nə zaman bir-birinizi görməyə gedirsiniz, mənə yaxın olursunuz. Bir-birinizin yanında əyləşəndə mən ləzzət alıram”. 6. İmam (ə) insanlara tövsiyə verməklə yanaşı, bəzilərini nifrinləyir və buyurur: “Mən nifrin edirəm o kəsə ki, Əhli-beyt (ə) davamçılarının abrını aparar. Öhdəmə götürmüşəm ki, əgər kimsə möminin abrını tökərsə, dua edərəm ki, dünyada bədbəxtliyə düçar olsun”. 7. İmam (ə) buyurur: “Allah Əhli-beyt (ə) davamçılarından iki dəstəni bağışlamaz: müşrik olanı və ürəyi bədbin olanı”. Bədbin – yəni, ürəyində istəyir ki, həmin insan məhv olsun. Allah bu cür insanı bağışlamaz. Hər kim möminə əziyyət verər, Allah iman ruhunu ürəyindən alar. Əgər İmamın (ə) bu tövsiyələrinə əməl etsək, cəmiyyətimizdəki çox sayda problemlərin qarşısını alar və daha xoşbəxt bir həyatda yaşa bilərik.

İmam Rza (ə) 27.01.2025

İmam Rzanın (ə) misilsiz əxlaq nümunəsi

Son illərdə alimlərin nəzərini çəkən ən mühüm mövzulardan biri də sadə yaşam və gözəl əxlaqa malik olmaqdır. Qərb mədəniyyətinin hücumu, lazımsız şeylərə çox diqqət etmək sadə yaşamağın və əxlaqi dəyərlərə diqqət etməyin nə qədər mühüm mövzu olduğunu bir daha xatırladır. Əgər Məsumların (ə) həyatlarına nəzər salsaq, onlardan çoxlu ibrət dərsləri alarıq. İbrahim ibn Abbas İmam Rzanın (ə) əxlaqı barəsində belə deyir: “Heç vaxt görmədim ki, Həzrət (ə) sözləri ilə kiminsə haqqında cəfa etsin. Ya kiminsə sözünü bitməmiş kəssin. Ehtiyaclıların ehtiyacını yerinə yetirərdi. Heç bir zaman hacətini yerinə yetirməyə qadir olduğu hacəti rədd etməzdi. Ayaqlarını heç kəsin yanında uzatmazdı. Başqalarının yanında nəyəsə söykənməzdi. Heç vaxt görmədim ki, xidmətçilərini təhqir etsin. Heç vaxt görmədim ki, ağzının suyunu atsın və cəm içində heç vaxt görmədim ki, yüksək səslə gülsün. Gülüşü təbəssüm idi. O zaman ki, süfrə açılardı qullar, xidmətçilər, hətta gözətçilər belə onunla bir süfrədə əyləşərdilər. Gecələri az yatar və çox oyaq olardı. Gecələrin çoxunda gecənin əvvəlindən sübhə qədər oyaq olardı. Çoxlu oruc tutar və hər ay üç gün oruc tutardı. Buyurardı ki, bu üç gün oruc bütün ömrümün orucudur. Çox kömək edər və sədəqə verərdi. Gecələrin qaranlığında gizli şəkildə bu işi görərdi. Əgər kimsə desə ki, onun kimi şəxsiyyəti görmüşdür, inanmayın”.

İmam Rza (ə) 27.01.2025

Qərib İmam Rzanın (ə) müsibətli şəhadət gecəsi

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid olan zaman İmamın (ə) 55 yaşı var idi. Əba Sələt Hərəvi İmamın (ə) ən yaxın dostlarından idi və o, bizə şəhadətin keyfiyyətindən xəbər vermişdir.   Məmunun (lən) İmamı (ə) Xorasana gətirməkdəki məqsədi hakimiyyətini möhkəmləndirmək və Əhli-Beyt (ə) davamçılarının rəğbətini qazanmaq olmuşdur. Ancaq bu xəbis düşmən İmamın (ə) misilsiz elmini və əxlaqını gördüyü üçün çox məyus olur və İmamın (ə) insanlar arasında günü-gündən artan hörməti onu özündən çıxardır. Əsil hədəfinin alt-üst olduğunu görən Məmun, İmamı (ə) aradan aparmağı qərara alır və bunu elə etmək istəyir ki, sanki İmam (ə) öz ölümü ilə dünyasını dəyişmişdir.   Bizə çatan hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam (ə) ya zəhərli nar, ya da zəhərli üzüm suyu ilə zəhərlənmişdir. Məmunun xidmətçilərindən olan Abdullah ibni Bəşər nəql edir: “Məmun mənə əmr etmişdi ki, dırnaqlarımı tutmayım və bunu heç kəsə söyləməyim. Mən də belə etdim və sonra məni çağırtdırdı və mənə hind qozu kimi bir şey verdi və dedi ki, bunu əlinlə yumşalt. Mən də elə etdim və sonra ayağa qalxıb, İmamın (ə) yanına getdi və ona dedi: “Halın necədir?”.   İmam (ə) buyurdu: “Ümid edirəm ki, yaxşı olacaq”.   Məmun dedi: “Mən də, Allaha həmd olsun, bu gün yaxşıyam. Bu gün xidmətçilərdən kimsə bura gəlibdirmi?”.   İmam (ə) buyurdu: “Xeyr”.   Məmun qəzəbləndi və xidmətçilərinə əmr etdi ki, nar gətirsinlər. Sonra məni çağırdı və dedi: “Bir dənə nar gətir” və mən də gətirdim. Dedi: “Öz əlinlə onu sıxıb, suyunu çıxart”. Narın suyunu sıxan kimi, Məmun onu İmama (ə) içizdirdi. Bu nar suyu onun şəhadətinə səbəb oldu. Ondan iki gün sonra vəfat etdi”.   O zaman ki, Məmun İmamın (ə) yanından çıxıb gedir, Əba Sələt gəlir və İmam (ə) ona buyurur ki, Məmun öz işini gördü və sonra Allaha həmd etməyə başladı.   Məmun çalışırdı ki, heç kəs İmamın (ə) şəhadətindən xəbərdar olmasın. Məmun (lən) insanları, etdiyi cinayətdən xəbərsiz buraxmağa çalışırdı. Deyirdi ki, İmam (ə) öz ölümü ilə vəfat etmişdir. Ancaq həqiqət gizli qalmadı və İmamın (ə) yaxın dostları baş verən cinayətdən agah oldular.   İmam Rza (ə) şəhid olan zaman Məmun bu xəbəri elan etmədi və Həzrətin (ə) cənazəsini bir gün və bir gecə saxladı. Sonra Həzrət Əli ibn Əbutalibin (ə) nəslindən olanları çağırtdırıb, cənazəni onlara verdi və ağlamağa başladı.   O, deyirdi: “Ey qardaşım! Mənə çətindir ki, səni bu halda görüm. Halbuki arzu edirdim ki, mən səndən qabaq öləm. Ancaq Allah istədiyini edir”.   Məmun çox ah-vay edir və İmamın (ə) cənazəsini özü öz çiynində aparır.   Qəbir qazılmazdan əvvəl Məmun gəlib çatır və əmr edir ki, Həzrəti (ə) atasının yanında dəfn etsinlər. Sonra demişdi: “Bu qəbrin sahibi mənə demişdi ki, qəbrimdən su çıxacaq və orada balıq görünəcəkdir”.   Qəbri qazan zaman oradan su qaynamağa başladı və içində balıq göründü. Sonra su aşağı yatdı və İmamı (ə) orada dəfn etdilər”.   Allahım, bizləri İmam Rzanın (ə) şəfaətindən məhrum etmə!   /Deyerler.org/

İmam Rza (ə) 27.01.2025

Qərib İmam Rzanın (ə) müsibətli şəhadət günü

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid olan zaman İmamın (ə) 55 yaşı var idi. Əba Sələt Hərəvi İmamın (ə) ən yaxın dostlarından idi və o, bizə şəhadətin keyfiyyətindən xəbər vermişdir. Məmunun (lən) İmamı (ə) Xorasana gətirməkdəki məqsədi hakimiyyətini möhkəmləndirmək və Əhli-Beyt (ə) davamçılarının rəğbətini qazanmaq olmuşdur. Ancaq bu xəbis düşmən İmamın (ə) elmini və əxlaqını görməməzliyə vurduğu üçün çox məyus olur və İmamın (ə) insanlar arasında günü-gündən artan hörməti onu dəli edir və özündən çıxardır. Əsl hədəfinin alt-üst olduğunu görən Məmun, İmamı (ə) aradan aparmağı qərara alır və bunu elə etmək istəyir ki, sanki İmam (ə) öz ölümü ilə ölmüşdür. Bizə çatan hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam (ə) ya zəhərli nar, ya da zəhərli üzüm suyu ilə zəhərlənmişdir. Məmunun xidmətçilərindən olan Abdullah ibni Bəşər nəql edir: “Məmun mənə əmr etmişdi ki, dırnaqlarımı tutmayım və bunu heç kəsə söyləməyim. Mən də belə etdim və sonra məni çağırtdırdı və mənə hind qozu kimi bir şey verdi və dedi ki, bunu əlinlə yumşalt. Mən də elə etdim və sonra ayağa qalxıb, İmamın (ə) yanına getdi və ona dedi: “Halın necədir?”. İmam (ə) buyurdu: “Ümid edirəm ki yaxşı olacaq”. Məmun dedi: “Mən də Allaha həmd olsun bu gün yaxşıyam. Bu gün xidmətçilərdən kimsə bura gəlibdirmi?”. İmam (ə) buyurdu: “Xeyr”. Məmun qəzəbləndi və xidmətçilərinə əmr etdi ki, nar gətirsinlər. Sonra məni çağırdı və dedi: “Bir dənə nar gətir” və mən də gətirdim. Dedi: “Öz əlinlə onu sıxıb, suyunu çıxart”. Narın suyunu sıxan kimi, Məmun onu İmama (ə) içizdirdi. Bu nar suyu onun şəhadətinə səbəb oldu. Ondan iki gün sonra vəfat etdi”. O zaman ki, Məmun İmamın (ə) yanından çıxıb gedir, Əba Sələt gəlir və İmam (ə) ona buyurur ki, Məmun öz işini gördü və sonra Allahı həmd etməyə başladı. Məmun çalışırdı ki, heç kəs İmamın (ə) şəhadətindən xəbərdar olmasın. Məmun (lən) insanları, etdiyi cinayətdən xəbərsiz buraxmağa çalışırdı. Deyirdi ki, İmam (ə) öz ölümü ilə vəfat etmişdir. Ancaq həqiqət gizli qalmadı və İmamın (ə) yaxın dostları olan hadisədən agah oldular. İmam Rza (ə) şəhid olan zaman Məmun bu xəbəri elan etmədi və Həzrətin (ə) cənazəsini bir gün və bir gecə saxladı. Sonra Həzrət Əli ibn Əbutalibin (ə) nəslindən olanları çağırtdırıb, cənazəni onlara verdi və ağlamağa başladı. O, deyirdi: “Ey qardaşım! Mənə çətindir ki, səni bu halda görüm. Halbuki arzu edirdim ki, mən səndən qabaq öləm. Ancaq Allah istədiyini edir”. Məmun çox ah-vay edir və İmamın (ə) cənazəsini özü öz çiynində aparır. Qəbir qazılmazdan əvvəl Məmun gəlib çatır və əmr edir ki, Həzrəti (ə) atasının yanında dəfn etsinlər. Sonra demişdi: “Bu qəbrin sahibi mənə demişdi ki, qəbrimdən su çıxacaq və orada balıq görünəcəkdir”. Qəbri qazan zaman oradan su qaynamağa başladı və içində balıq göründü. Sonra su aşağı yatdı və İmamı (ə) orada dəfn etdilər”. Allahım, bizləri İmam Rzanın (ə) şəfaətindən məhrum etmə!//Deyerler.org   www.ahliman.info

İmam Rza (ə) 27.01.2025

Məşhədin sönməz ulduzunun mövludu

Əhli-beytin (ə) səkkizinci günəşi olan İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. Həzrətin adı Əli, ləqəbi Rza, kunyəsi Əbul-Həsəndir. Atası İmam Kazım (ə), anası isə Nəcmə xanım olmuşdur ki, ona Ummul-bənin deyə müraciət edərdilər. İmam Rza (ə) atasının şəhadətindən sonra 35 yaşında ikən İmamətlik məqamına çatır. İslam ümmətinin rəhbərliyini öhdəsinə götürür. Həzrət (ə) 55 yaşında lənətlik Məmun tərəfindən zəhərləndirilib, şəhadətə yetişir. (Havzəh)   İmam Rza (ə) öz zəmanəsinin ən fəzilətli, ən abid və ən alim insanı olmuşdur. Bütün ali insani sifətlərə və kamallara malik idi. Rica ibni Əbi Zəhak deyir: . Həmin şəxs nəql edir ki, İmam Rza (ə) yatağına getməzdən əvvəl Quran oxuyardı və nə zaman behiştlə cəhənnəm sözünə çatardı, ağlayardı. Allahdan behişt istəyər və cəhənnəmdən Ona pənah aparardı.   İmamın (ə) nəzərinə görə zahid o şəxsdir ki, dünyaya olan meyli, onun Allahdan qəflət bəsləməsinə səbəb olmaz, onu haqq yolundan azdırmaz. Ona görə də halal İlahi nemətlərdən düzgün şəkildə bəhrələnməyin zahidliklə heç bir ziddiyyəti yoxdur. İbni Əbad nəql edir ki, İmam Rza (ə) yayda həsirin üzərində, qışda palazın üzərində əyləşər, sadə və parçası sərt olan paltar geyinərdi. Nə zaman insanların arasına getsə idi, geyiminin səliqəli və bəzəkli olmasına xüsusi diqqət edərdi.   Məsum İmamlara (ə) verilən İlahi nemətlərdən biri də elmdir. İmamlar (ə) elm susuzlarını öz sonsuz mərifətləri ilə sirab edərdilər. Hətta düşmənləri belə onların sonsuz elmini etiraf edərdilər. Abbasi xəlifəsi olan qəsbkar Məmun nəql edir: “Mən yer üzərində bu kişidən daha bilikli heç kəsi tanımıram”.   İbrahim ibni Abbas nəql edir: .   İmam Rza (ə) öz danışığı və rəftarı ilə insanlara göstərmək istəyirdi ki, kəramət və şərafətdə hamı eyni və bərabərdir. İnsanı başqalarından ayıran tək meyar – təqva və saleh əməldir. İmam Rza (ə) qara dərili insana işarə edərək buyurmuşdu: “Əgər kimsə güman edirsə ki, mən ondan yaxşıyam – düzgün deyildir. Məgər o halda ki, saleh əməlim olsun”İmam (ə) həmişə yoxsullara və kasıblara əl tutardı. Nə zaman yoxsula bir şey versəydi, onu elə edərdi ki, həmin şəxsin izzəti zədələnməsin. Süleyman Həzrətə (ə) belə bir sual verir: “Niyə bağışlayan zaman üzünüzü əlinizlə örtürsünüz?”. Həzrət (ə) buyurur: “İstəmədim ki, xahiş zillətini üzündə görüm”İmam Rza (ə) 20 il imamətlik etdi. Bu dövrdə çox sayda zalım hakimlər və xəlifələrlə mübarizə aparardı. Harun ər-Rəşidin dövründə belə, Həzrət (ə) bir an da olsun amanda olmadığını bilərək, yenə də məzlumların tərəfini saxlayır və onları müdafiə edərdi. Məmunun zamanında isə Həzrət (ə) Xorasana gəlməli olur. Məmunun hiylələri və fırıldaqları İmama (ə) çox əziyyət verirdi.   Məmun öz qardaşı Əmini öldürəndən sonra hökumətini möhkəmləndirmək üçün İmamı (ə) Xorasana gətirir və hökuməti ona təklif edir. İmam (ə) Məmunun siyasi hiyləsindən xəbərdar olduğu üçün bu təklifi qəbul etmir. Məmun sonra vəliəhd mövzusunu açır və İmamı (ə) öz vəliəhdi elan edir. İmam (ə) buna qarşı çıxan zaman isə Məmun onu öldürəcəyi ilə hədələyir. İmam (ə) Məmunun bu təkidi ilə, İslamın maraqlarını nəzərər alaraq, vəliəhd olmağı qəbul edir. Lakin xəlifədən narazı olduğunu göstərmək üçün şərt kəsir ki, hökumət işlərinə qarışmayacaq və heç kəsi işdən çıxartmayacaqdır. Sadəcə məsləhətçi kimi fəaliyyət göstərə bilər.     Məmun dəfələrlə elmi məclislər təşkil edir və İmamı (ə) da bura dəvət edərdi. Əslində niyyət İmamı (ə) rüsvay etmək və elmi mübahisələrdə məğlub olmasını izləmək olardı. Lakin hər dəfə məclisdə iştirak edən alimlər İmamın (ə) sonsuz elmini etiraf edər və ona baş əyərdilər. Bu da Məmunu çox qəzəbləndirərdi.   İmamın (ə) xoş rəftarlı olması bütün insanların dilində əzbər idi. O, bütün insanlara hörmət edərdi. İnsanları alçaltmaqdan həmişə çəkinərdi. O, müsəlmanlara öyrədərdi ki, bir insanın şərafətli olması o demək deyildir ki, başqalarını həqir görsün və təhqir etsin. İnsanın izzəti ondadır ki, başqalarının abrını qorusun və insanların şəxsiyyətini alçalda bilən əməldən çəkinsin.   Bəli, İmam Rza (ə) öz elmi səviyyəsi, əxlaqı, danışığı və rəftarı ilə hamını özünə heyran etmişdi. Hətta o dövrün şairləri belə bunu etiraf edir və şeirlərində bəyan edirdilər. Bu şairlərdən biri də Əbu Nəvas idi. O, bir gün İmamı (ə) görür və ondan icazə alır ki, şeir desin. İmam (ə) da ona icazə verir. O, öz şeirində İmamın (ə) məqamını və nəslini mədh edir, onu yaranmışların ən üstünü adlandırır.   Salam olsun sənə, ey İmam Rza!   Salam olsun sənə, ey Məşhədin sönməz ulduzu!   Salam olsun sənə, ey Əbül-Həsən!   /Deyerler.org/

İmam Rza (ə) 27.01.2025

Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar – İmam Rzanın (ə) buyuruşları

Həzrət İmam Rza (ə) nəbəvi məktəbinin bir nümayəndəsi kimi insan tərbiyəsində böyük rola malik olmuşdur. Onun bizə qoyub getdiyi nəsihətlər və moizələr hər birimiz üçün insanlıq dərsidir. Hər kim bu nəsihətlərə qulaq veridiqqət edib, əməl edərsə ubudiyyətin yüksək mərtəbələrinə çatmaq şansını artırar. (Tebyan)   Bəs İmam (ə) bizə hansı dərsləri vermişdir?   1. Saleh əməl sayəsində Əhli-Beytə (ə) dostluğunu nümayiş etdirmək. İmam Rza (ə) buyurur: “Məbada, yaxşı əmələ söykəndiyiniz üçün Ali-Muhəmmədə (s) dostluğu tərk edəsiniz. Məbada Ali-Muhəmməd (ə) dostluğuna söykəndiyiniz üçün saleh əməli əldən verəsiniz. Çünki bu ikisindən heç biri tənha halda qəbul olmayacaqdır”.   2. İmam (ə) buyurur: “Beş sifət vardır ki, hər kimdə olmazsa, dünya və axirətdən bir şeyə çatacağına görə ümid bəsləməyin: a) O kəsin ki, təbiətində etimad görməyəsiniz. b) O kəsin ki, fitrətində kərəm tapmayasınız. c) O kəsin ki, xəlqində mətanət görməyəsiniz. d) O kəsin ki, nəfsində nəcabət görməyəsiniz. e) O kəs ki, Allahından qorxmaz”.   3. İmam (ə) buyurur: “Əmir və hakim ilə ehtiyatla yoldaşlıq et. Dostunla təvazökarcasına, düşməninlə duaya (səni qoruyacaq) pənah apararaq, insanlarla xoş üzlə rəftar et”.   4. İmam (ə) buyurur: “Bir-birinizi görməyə gedin ki, bir-birinizi sevəsiniz. Bir-birinizin əlini sıxın və bir-birinizə qəzəblənməyin”.   5. İmam (ə) buyurur: “Vacibatı yerinə yetirdikdən sonra, Allah yanında mömini sevindirməkdən üstün əməl yoxdur”.   6. İmam (ə) buyurur: “Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar”.   7. İmam (ə) buyurur: “Mömin həqiqi mömin deyildir, məgər o halda ki, onda bu 3 sifət olsun: a) Allahından olan sünnət. b) Peyğəmbərindən (s) olan sünnət. c) İmamından (ə) olan sünnət. Allahından olan sünnət – öz sirrini gizlətməkdir. Peyğəmbərdən (s) olan sünnət – insanlarla mülayim rəftar etməkdir. İmamından (ə) olan sünnət – yoxsulluq və pərişanlıq zamanı səbir etməkdir”.   /Deyerler.org/

İmam Rza (ə) 26.01.2025

Günəşlər günəşi imam Rza əleyhissalam

Bizim hamımızın qəlbində imam Rza əleyhissalama özünəməxsus sevgi və məhəbbət vardır. O həzrətin adı çəkiləndə hər kəsin fikrində imam Rzanın (ə) müəyyən bir xüsusiyyəti və ya onun başına gələn mühüm hadisələrdən biri canlanır. Məsələn, İmamın Xorasana sürgün edilməsi, qəribçiliyi, vəliəhd olması, bacısı barədə tövsiyələri, qeyri-müsəlman alimləri ilə mübahisələri, qərib yerdə şəhid edilməsi və ilaxır. Lakin o xüsusiyyət və hadisələrin heç biri imam Rzanın (ə) həyatındakı ən mühüm səciyyə deyil, düzdür bizim qəlbimizdə özünə yer etmiş xüsusiyyət və əməllərin hamısı imam Rzanın (ə) həyatının mühüm hdisələrindəndir, bununla belə ən mühüm xüsusiyyət deyil. Məsum imamların (onların hamısına salam olsun) hamısı mənəviyyat və risalət səmanının günəşidirlər, ancaq imam Rzanın (ə) günəşlər günəşi ləqibi ilə tanınmasına səbəb o həzrətin İslam dininə iki böyük xidmətinə görə olmuşdur. Birinci uğur, “imamtanıma” şüurunu ümumxalq inamına çevirməsi idi. O vaxta qədər imamtanıma xüsusi şəkildə idi, yəni zamanın İmamını çox az insan tanıya bilirdi. Məsəslən, həcc mövsümlərindən birində imam Cəfər Sadiq (ə) bir neçə yaxın səhabəsi ilə Məkkəyə həccə getmişdi. İmam Cəfər Sadiq (ə) Kəbə evini təvaf etdikdən və İbrahim (ə) məqamının arxasında iki rükət namaz qıldıqdan sonra kənara çəkilib zəmzəm quyusunun yanında oturdu. Səhabələrdən biri dedi: Ey Peyğəmbərin övladı! Kəbədəki qara daşı öpərək ona əl sürtməyə necə baxırsınız? İmam Cəfər Sadiq (ə) buyurdu: “Qara daşa əl sürtmək və onu öpmək müstəhəbdir. Həzrət Muhəmməd (s) təvaf edib iki rükət namaz qıldıqdan sonra qara daşı öpər və ona əl sürtərdi.” Həmin səhabə dedi: -elə isə bəs siz o əməli niyə etmədiniz? İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “İnsanlar həzrət Muhəmmədi (s) peyğəmbər olaraq tanıyıtdılar, ona görə də o həzrət qara daşa sarı hərəkət etdikdə insanlar kənara çəkilərək Allahın Rəsulu (s) üçün dəhliz yaradırdılar və o həzrət rahatlıqla gedib qara daşa əlini vururdu. Lakin insanlar məni (zamanın İmamı olaraq) tanımırlar, ona görə də mənə qara dası ziyarət etməyə imkan vermirlər…” Bəli, imam Rzanın (ə) zamanına qədər imamtanıma yalnız bəzi insanlara nəsib olmuşdu, hər imamın imamlığı dövründə az dəstə adam bu mərifətə malik idilər. Bu da məhz imam Rzanın (ə) Xorasana gəlişi ilə baş tutdu, belə ki o həzrət ömrünün son iki ilində imamtanıma mərifətini xüsusilikdən çıxararaq ümumxaql və ümumümmət inamına çevirdi. Zamanın imamını tanıyanların sayı bir neçə nəfərdən yüzminlərlə insanın inancına çevrildi. Baxın, imam Rza (ə) Xorasana təzə ayaq qoyduğu və xilafətin Mərkəzi olan Mərv şəhərinə çatmamış o yolun üstündə yerləşən Nişabur şəhərindən keçərkən iyirmi min (20.000) nəfərə yaxın insan o həzrətin olduğu karvanın qarşısına çıxaraq imamdan xahişlə Allahın Rəsulundan (s) mühüm bir dini mərifəti açıqlayan bir hədis eşitmək istədiklərini bildirirlər. Onların dörd minə yaxını əllərində qələm və kağız tutaraq İmamın sözlərini qələmə alırlar. Həmin zaman imam Rza (ə) ata babalarının (onların hamısına Allahın salamı olsun) vasitəsilə nəql edilmiş hədisi onlara buyurur: “… Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: Allah Taala buyurur: – La ilahə illAllah (Allahdan başqa tanrı yoxdur şüarı) Mənim qalamdır. Kim Mənim qalama daxil olarsa Mənim əzabımdan amanqa olar.” İmam Rza (ə) bu sözləri deyib dayandı, əslində bu sözlər camaat üçün yeni bir söz deyildi, çünki həzrət Muhəmməd (s) peyğəmbərlik dəvətinin ilk çağlarından insanlara “la ilahə illAllah deyin və xoşbəxt olun” deyə buyurmuşdu. Karvanın qarşısında dayanmış minlərlə insan təəccüb dolu baxışlarla imama baxdı, sanki baxışları ilə o hədisin batini və sirlərindən birini eşitmək istəyirdilər. Bu vaxt karvana hərəkət göstərişi verildi, insanları heyrəti birə min çoxaldı, bu an imam Rza (ə) bir cümlə ilə dünya dolu söz dedi. O həzrət buyurdu: Lakin (la ilahə illAllahın) şərtləri vardır, o şərtlərdən biri də mənəm (zamanın imamıdır).” Yəni siz la ilahə illAllah deməyinizlə o vaxt Allahın qalasına sığınmış olarsınız ki, biz Əhli-beytin (ə) imamət və vilayətini qəbul etmiş olasınız. Əslində imam Rza (ə) bu hədisdə nəticəni əvvəldə demişdi, necə ki sevimli Peyğəmbərimiz (s) də “la ilahə illAllah deyin və xoşbəxt olun” kəlamında yalnız nəticəni bildirmişdi. İmam Rza (ə) bu sözləri əksəriyyəti şiə olmayan və tanımadığı adamların qarşısında söyləmişdir, bu sözləri imamətə etiqadı olmayan insanların qarşısında söyləmək böyük cəsarət və şücaət tələb edir. Çünki bu sözləri deyən şəxs camaatın bu sözlərə dözə bilməyərək əksüləməl göstərə biləcəkləri də ehtimal etməlidir. İmam Rza (ə) çoxlu sayda dini maarififdən hansınısa açıqlamaq əvəzinə Əhli-beytin (ə) vilayətindən söz açır. Bu sözlər hətta şiələrin arasında deyilsəydi belə onların bir çoxları bu mənaya dözəməyə bilərdi. Qurani-kərimdə on bir yerdə İlahi Peyğəmbərlər (onların hamısına Allahın salamı olsun) insanlara dəvət zamanı “Allahdan qorxun və mənə itaət edin” (Şüəra surəsi 108-ci ayə və sair) deyə buyurmuşlar. Qurani-kərimin ayələri bildirir ki, Peyğəmbərlərin (ə) bu sözləri camaatın əksəriyyətinə ağır gəlirdi və onlar Peyğəmbərlər (ə) ilə müxalifətçilik edirdilər. İnsanlar Peyğəmbərlərin (ə) gətirdiklərindən daha çox onların özləri ilə düşmənçilik edirdilər. Məsələn, Nuh peyğəmbər (ə) barədində kafirlər deyirdilər: فَقَالَ الْمَلَؤُاْ الَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِ مَا هَاذَا إِلَّا بَشَرٌ مِّثْلُكمُ‏ْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ “(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: ‘Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir.” Möminun surəsi 24-cü ayə Onlar nə üçün belə deyirdilər? Çünki Peyğəmbərlər (ə) mənə itaət edin, deyə buyururdular. Bu söz isə camaata ağır gəlirdi. Bəli, orası elədir ki, İlahi Peyğəmbərlərin (ə) insanları itaətə dəvət etməkdən məqsədləri insanları Allaha sarı, yəni Allahın itaətinə dəvət etmək idi. Lakin insanların Allaha itaət etmələri üçün Onun göndərdiyi peyğəmbərlərə itaət etmək dinin tövhiddən sonrakı birinci şərtidir. Qurani-kərim Nisa surəsinin 80-ci ayəsində buyurur: مَّن يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ وَ مَن تَوَلىَ‏ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.” İnsan necə dindar ola bilər ki, zamanın höccətinə itaət etməsin? Allahın vəlisinə itaət etmək Allahın özünə itaət etməkdir. Məhz elə buna görə də imam Rza (ə) insanlara anlatdı ki, zamanın imamı Allah Taala ilə birbaşa rabitəsi olan şəxsdir, onu qəbul etmədən dindarlıq etmək səmərəsiz olacaqdır. Odur ki, Allah Taala Qurani-kərimin Ali-İmran surəsinin31-ci ayəsində buyurur: قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونىِ يُحْبِبْكُمُ اللَّهُ وَ يَغْفِرْ لَكمُ‏ْ ذُنُوبَكمُ‏ْ “(Ey Muhəmməd!) De: Əgər Allahı sevirsinizsə mənə tabe olsun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” Deməli, imam Rzanın (ə) “şərtlərdən biri də mənəm” deməsi və öz üstünlüyünü bildirməsi bir çox insanlara ağır gələ və onların əksüləməllərinə səbəb ola bilərdi, ancaq bu ehtimal olunan təhlükə imam Rzanın (ə) həqiqəti açıq deməsinə mane ola bilmədi. Allahdan istəyək ki, zamanın imamı həzrət Mehdi əleyhissalam zühur edərkən “ənəl Məhdi fəttəbiuni (mən Mehdiyəm elə isə mənə tabe olun)” deyə nida etdikdə o həzrətin çağırışına heç bir tərəddüd etmədən ləbbeyk (tabeyik) deyə bilək.   Rza Əzizoğlu İrəvani

1 2