Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Xanım Fatimeyi-Zəhra (s.ə) 09.02.2025

İmam Əli (ə) ilə xanım Zəhranın (s) evlənməsi

İmam Əli (ə) Allahın əmri və İslamın gözəl qanunlarına əsasən, gəncliyinin tufanlı dövründə öz həyat gəmisinə sakitlik və aramlıq bəxş etmək qərarına gəlir. Amma onun kimi bir şəxsiyyət həyat yoldaşı seçərkən heç vaxt nisbi və müvəqqəti rahatlıqla kifayətlənib, həyatının digər üfüqlərini nəzərindən yayındıra bilməzdi. Buna görə də, elə bir həyat yoldaşı tapmaq istəyirdi ki, iman, təqva, elm, bilik, dünyagörüş, nəciblik və əsil-nəsəb baxımından misilsiz olsun. O həzrət üçün belə bir həyat yoldaşı anadan olduğu dövrdən o vaxta kimi bütün xüsusiyyətlərindən tam agah olduğu şəxsdən – Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (s)-dan başqa heç kəs ola bilməzdi. XANIM ZƏHRANIN (S) ElÇİLƏRİ  https://youtu.be/rSVR5C_UMSo İmam Əli (ə)-dan qabaq Əbu Bəkr və Ömər Peyğəmbər (s)-in qızı ilə evlənmək üçün elçilik etmiş, lakin hər ikisi Peyğəmbərdən (s) bu cavabı eşitmişdilər: “Zəhranı ərə vermək üçün ilahi vəhyi gözləyirəm.” O iki nəfər həzrət Zəhra (ə) ilə evlənməkdən ümidsiz olduqda, Ovs qəbiləsinin rəisi Səd-Məaz ilə söhbət edərək anladılar ki, imam Əli (ə)-dan başqa, heç kim xanım Zəhra (ə) ilə evlənməyə layiq deyil, həm də Peyğəmbər (s)-in nəzərdə tutduğu şəxs ondan başqası deyil! Buna görə də, birlikdə Əlini (ə) axtarmağa başladılar və nəhayət, o həzrəti “ənsar” zümrəsindən bir nəfərin bağında tapdılar. Əli (ə) öz dəvəsi ilə xurma ağaclarını suvarırdı. Onlar Əliyə (ə) dedilər: “Qüreyşin əyan-əşrafı Peyğəmbər (s)-in qızına elçiliyə gediblər. Peyğəmbər (s) onlara cavab verib ki, Zəhranın evlənməsi Allahın iznindən asılıdır. Biz ümidvarıq ki, əgər sən Fatimə üçün elçilik etsən, münasib cavab eşidəcəksən. Əgər sənin evlənmək üçün mal-dövlətin az olarsa, biz sənə kömək etməyə hazırıq. Bu sözləri eşidən Əli (ə)-ın gözləri sevinc yaşları ilə dolub deyir: “Mənim Peyğəmbər (s)-in qızına meyil və məhəbbətim var.” Bunu deyib işindən əl çəkir və Peyğəmbərin (s) evinə tərəf yollanır. Evin qapısını döyəndə, Peyğəmbər (s) Ümmü-Sələməyə deyir: “Qalx ayağa və qapını aç. Bu, Allahın və Onun Rəsulunun sevdiyi bir şəxsdir.” Ümmü-Sələmə deyir: “Peyğəmbər (s)-in təriflədiyi bu şəxsi görmək şövqü mənə elə təsir etmişdi ki, qapını açmaq istəyərkən az qaldı ki, ayaqlarım büdrəsin. Mən qapını açdım və Əli (ə) evə daxil olub Peyğəmbər (s)-in hüzurunda əyləşdi. Amma həyası və Peyğəmbərin məhzərinin əzəməti onun bir söz deməsinə mane oldu. Ona görə də, başını aşağı salmışdı. Otağa sükut çökmüşdü. Nəhayət, Peyğəmbər (s) sükutu pozub dedi: “Elə bil, bir iş üçün gəlmisən?” Əli (ə) cavab verdi: “Mənim risalət ailəsi ilə qohumluğum, həmçinin bu din yolunda sabitqədəm olmağım, İslamın inkişaf üçün etdiyim cihad və səylərim sizə məlumdur.” Peyğəmbər buyurdu: “Sənin məqamın deyilənlərdən də yüksəkdir.” Əli (ə) dedi: “Məsləhət görürsünüzmü ki, Fatiməni mənimlə evləndirəsiniz?” Əli (ə) evlənmə təklifini irəli sürdükdə, öz təqvası və parlaq xidmətlərinə arxalanır və bu yolla hamıya öyrədir ki, üstünlük meyarı gözəllik, sərvət və mənsəb yox, yalnız təqvadır. Peyğəmbəri-Əkrəm (s) qadının da azad şəkildə özünə həyat yoldaşı seçmə haqqını bəyan edərək Əliyə (ə) belə cavab verir: “Sizdən öncə başqaları da qızıma elçiliyə gəlmişdilər. Mən onların istəkləri barəsində qızımla məsləhətləşdim, amma qızımın üzündə onlara qarşı narazılıq hiss etdim. İndi istəyiniz barədə onunla məsləhətləşib, sonra nəticəni sizə xəbər verərəm.” Peyğəmbər (s) Zəhranın (ə) otağına daxil olur. Zəhra (ə) ayağa qalxıb əbanı atasının çiynindən götürür və Peyğəmbərin ayaqqabılarını çıxarıb mübarək ayaqlarını yuyur. Sonra Peyğəmbər (s) öz qızı ilə söhbətə belə başlayır: “Əlinin (ə) İslamdakı fəzilət və məqamı bizə aydındır. Mən Allahdan istəmişdim ki, səni Öz məxluqunun içində ən yaxşı insana qismət etsin. Hal-hazırda o, sənə elçiliyə gəlib. Bu barədə nə deyirsən?” Zəhra (ə) dərin sükuta dalır, amma üzünü Peyğəmbər (s)-dən döndərmir və hətta azacıq narazılıq belə onun üzündən görünmür. Rəsuli-Əkrəm (s) ayağa qalxıb buyurur: “Allahu-əkbər! Qızımın sükutu onun razılıq əlamətidir.” İZDİVAC VƏ NİKAIN XƏRCİ O zaman Əli (ə)-ın varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Onunla Allah yolunda cihad edirdi. Bir dəvəsi də var idi ki, onunla Mədinə bağlarında işləyirdi. Elçilik və nikah mərasimindən sonra əziz həyat yoldaşı üçün zəruri mənzil avadanlığı təşkil etməyin və Peyğəmbərin qızı ilə müştərək həyata başlamağın yollarını araşdırdı. Peyğəmbər (s) razılaşdı ki, Əli (ə) öz zirehli paltarını satıb onun bir hissəsini Fatimənin (ə kəbin haqqı kimi Peyğəmbərin (s) ixtiyarında qoysun. Zireh dörd yüz dirhəmə satılır. Peyğəmbər (s) onun bir qədərini Bilala verir ki, Zəhra (ə) üçün ətir alsın. Qalanını isə Əmmar Yasir və öz dostlarından bir neçəsinə verir ki, Əli (ə) və Zəhra (s) üçün ev əşyaları alsınlar. Zəhranın (ə) cehizlərindən İslamın böyük qadınının həyat şəraitini yaxşıca dərk etmək olar. Peyğəmbər (s)-in göndərdiyi adamlar bazardan qayıdırlar. İmam Əli (ə) ilə xanım Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz başlayır. İslamın nümunə qadınının gəlinlik cehizinə bir nəzər salaq: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi də xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri su tuluğu, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbağı, bir mis qab. Peyğəmbərin (s) dostları aldıqları əşyaları gətirib təqdim etdikdə, o həzrət qızının ev vəsaitlərinə baxıb buyurur: “İlahi, qab-qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et!” Peyğəmbəri-Əkrəm (s)-in əziz qızının toy mərasimi çox sadə keçirilir. Nikahdan bir ay keçəndən sonra Peyğəmbərin (s) zövcələri həzrət Əliyə (ə) deyirlər: “Niyə həyat yoldaşını öz evinə aparmırsan?!” Əli (ə) bu iş üçün hazırlaşdığını bildirir. Ümmü-Əymən Peyğəmbərin (s) hüzuruna gedib deyir: “Əgər Xədicə sağ olsaydı, qızı Fatimənin toy mərasimində çox sevinər, şad olardı.” Peyğəmbər (s) Xədicənin adını eşitdikdə kövrəlir, gözləri yaşla dolub buyurur: “Hamı məni təkzib edən bir vaxtda o məni təsdiq etdi, Allahın dinini yaymaqda mənə kömək etdi və öz mal-dövləti ilə İslamın genişlənməsinə yardımçı oldu.” Ümmü-Əymən deyir: “Fatiməni bəxt evinə yola salmaqla hamını sevindirin!” Rəsuli-Əkrəm (s) göstəriş verir ki, otaqlardan birini Zəhranın (s) toy gecəsi üçün hazırlayıb bəzəsinlər. Gəlini bəy evinə aparmağın vaxtı gəlib çatır. Peyğəmbəri-Əkrəm (s) Zəhranı yanına çağırır. Həzrət Zəhra (ə) üzündən xəcalət təri axan bir halda atasının hüzuruna gəlir. Xəcalətin şiddətindən ayaqları əsir və az qalırdı ki, yerə yıxılsın. Bu vaxt Peyğəmbər (s) onun üçün belə dua edir: “Allah dünya və axirətdə səni xətalardan hifz etsin!” Sonra Zəhranın (s) üzünü açaraq onun əlini həzrət Əlinin (ə) əlinə verib təbrik edir və buyurur: “Ey Əli, Allah sənin Rəsulullahın qızı ilə izdivacını mübarək etsin. Fatimə necə də yaxşı həyat yoldaşıdır!” Sonra üzünü Fatiməyə tutub buyurur: “Əli çox gözəl həyat yoldaşıdır!” Bunu deyib hər ikisinə göstəriş verir ki, Allah evinə tərəf yollansınlar. Ondan sonra bəylə-gəlin bəy otağına daxil olduqda, Peyğəmbər (s) də otağa daxil olur və əlində olan qabdakı sudan təbərrük olaraq qızının başına səpib hər ikisinə belə dua edir: “Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz bir şəxsdir. İlahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!”

Xanım Fatimeyi-Zəhra (s.ə) 31.01.2025

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ رَسولِ اللّهِ (ص) فَقالَ: السَّلامُ عَلَيكَ يا رَسولَ اللّهِ عَنّي، وَالسَّلامُ عَلَيكَ عَنِ ابنَتِكَ وزائِرَتِكَ وَالبائِتَةِ فِي الثَّرى بِبُقعَتِكَ وَالمُختارِ اللّهِ لها سُرعَةَ اللَّحاقِ بِكَ، قَلَّ يا رَسولَ اللّهِ عَن صَفِيَّتِكَ صَبري، وعَفا عَن سَيِّدَةِ نِساءِ العالَمينَ تَجَلُّدي، إلاّ أنَّ لي فِي التَّأَسّي بِسُنَّتِكَ في فُرقَتِكَ مَوضِعَ تَعَزٍّ، فَلَقَد وَسَّدتُكَ في مَلحودَةِ قَبرِكَ، وفاضَت نَفسُكَ بَينَ نَحري وصَدري. بَلى، وفي كِتابِ اللّهِ (لي) أنعَمُ القَبولِ، إنّا للّهِ وإنّا إلَيهِ راجِعونَ، قَدِ استُرجِعَتِ الوَديعَةُ واُخِذَتِ الرَّهينَةُ، واُخلِسَتِ الزَّهراءُ، فَما أقبَحَ الخَضراءَ وَالغَبراءَ يا رَسولَ اللّهِ! أمّا حُزني فَسَرمَدٌ، وأمّا لَيلي فَمُسَهَّدٌ، وهُمٌّ لا يَبرَحُ مِن قَلبي أو يَختارَ اللّهُ لي دارَكَ الَّتي أنتَ فيها مُقيمٌ، كَمَدٌ مُقَيِّحٌ، وهَمٌّ مُهَيِّجٌ، سَرعانَ ما فُرِّقَ بَينَنا وإلَى اللّهِ أشكو، وسَتُنَبِّئُكَ ابنَتُكَ بِتَظافُرِ اُمَّتِكَ عَلى هَضمِها، فَأَحفِهَا السُّؤالَ وَاستَخبِرهَا الحالَ، فَكَم مِن غَليلٍ مُعتَلِجٍ بِصَدرِها لَم تَجِد إلى بَثَّهِ سَبيلاً، وسَتَقولُ ويَحكُمُ اللّهُ وهُوَ خَيرُ الحاكِمينَ. سَلامَ مُوَدِّعٍ لا قالٍ ولا سَئِمٍ، فَإِن أنصَرِف فَلا عَن مَلالَةٍ، وإن أقُم فَلا عَن سوءِ ظَنٍّ بِما وَعَدَ اللّهُ الصّابِرينَ. “Əmirəlmöminin Əli (ə) Fatiməni (ə.s.) gizli dəfn etdi, qəbrinin yerini hamarlayıb gizlətdi və sonra ayağa qalxıb, üzünü ey Allahın Rəsulunun (s) qəbrinə tutaraq dedi: “Məndən sənə salam olsun, ey Allahın Rəsulu və qızın tərəfindən də salam yetirirəm! Elə indi sənin görüşünə gəlir. Artıq məndən ayrıldı və sənin dəfn olunduğun yerdə torpağa yatdı və Allahın istəyi bu oldu ki, sənə tez qovuşsun. Ey Allahın Rəsulu! Layiqli qızının ayrılığına səbrim çatmır, aləm qadınlarının xanımının ayrılığına taqətim yoxdur! Yalnız sənin sünnənə itaətim bu ayrılığa təsəllidir. Hələ o zaman mən özüm səni qəbrinə qoydum, başın sinəmdə can verdin! Bəli, Allahın kitabında bunların (müsibətlərə dözüm) gözəl əvəzi vardır: “Hamımız Allah tərəfindənik və Ona doğru qayıdacağıq!” Axır, əmanət qaytarıldı, girov geri alındı və Zəhra əlimdən çıxdı. Ey Allahın Rəsulu, daha bu göy səma və qara torpağın nə qiyməti var! Qəm-qüssəm daimi, gecələri oyaq və Allah sənə verdiyi evə məni qovuşdurmayınca, qəm-qüssəm qəlbimdən çıxmayacaq! Qüssə məni yandırır və kədər rahatlığımı alıb! Bizim aramızda nə tez ayrılıq düşdü! Daha Allaha şikayətlənirəm! Qızın özü ümmətinin ona qarşı zülmdə əlbir olması haqda sənə xəbər verəcək, bütün hadisəni ondan soruşar və vəziyyəti öyrənərsən. Çünki qəm-qüssə ilə dolu ürəyini açmağa bir fürsət tapmırdı. İndi isə onu (sənə) deyər və Allah Özü hökm kəsər. O, hökm kəsənlərin ən yaxşısıdır! Artıq, səninlə nə qəzəb, nə də yorğunluq üzündən vidalaşıram. Buradan məni ayıran yorğunluq olmadığı kimi, qalsam da Allahın səbirlilərə verdiyi vədə pis güman üzündən deyil!” (“Əl-kafi”, c.1, səh.458, hədis 3.)

Xanım Fatimeyi-Zəhra (s.ə) 18.01.2025

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

Həzrət Fatimeyi-Zəhra (s.ə) Peyğəmbərin (s) yeganə övladıdır ki, ondan sonra sağ qaldı və onun nəslinin davamçısı oldu. Bu Allahın təqdiri idi ki, imamlar anası məhz o olsun. Əhli-beytin (ə) qadını, həzrət Əlinin (ə) həyat yoldaşı haqda çoxlu sayda kəramətlər nəql edilib ki, onlardan birini sünni alimlərin dilindən nəql edirik. Əhli-sünnə mənbələrində var ki, Peyğəmbər (s) ona “Ümmü Əbiha” atasının anası deyərdi və müşriklərin min növ əzab əziyyətindən sonra kiçik qızı Fatimeyi Zəhraya (s.ə) baxar, Allaha güvənərək təsəlli tapardı. Tanınmış sünni alimi İbni Həcər Əsqəlani (773-852 h.q) Lisanul-Mizanda belə nəql edir: “Peyğəmbərin (s) zövcəsi Meymünə deyir ki, o həzrət mənə biraz buğda verib, Fatimə bint Məhəmmədin (s.ə) yanına göndərdi ki, onu üyüdüb un edək. Daha sonra yenidən məni həzrət Fatimənin (s.ə) yanına göndərdi ki, gedib unu alım. Çatanda gördüm həzrət Fatimə (s.ə) ayaq üstə durub, amma əl dəyirmanı öz-özünə fırlanır. Qayıdıb bu məsələni Peyğəmbərə (s) dedim və o buyurdu: Allah öz kənizinin (azyaşlı olduğuna görə fiziki baxımdan) zəif olduğunu bilir və buna görə əl dəyirmanına fırlanmağa əmr edir” (Lisanul-Mizan, İbni Həcər Əsqəlani, cild-5, səh-64) Sünni alimi Məhəmməd ibni Cureyr Təbəri də Dəlailul-İmamə əsərinin 139-cu səhifəsində bu hədisi gətiribdir. (İslaminSesi.info)

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

İki dünya Xanımının (s.ə) mövludu

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi,Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir. Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.Hələ ana bətnində olarkən belə Peyğəmbər xanım Xədicənin kiminləsə danışdığını və bunun sirrini soruşarkən xanım Xədicə bətnindəki körpənin ona həmsöhbət olduğunu bildirmiş, bunu eşidən Peyğəmbər(s): “Ey Xədicə, Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi. Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək və məsum İmamlar onun nəslindən olacaqlar. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi”. Xanım Fatimə öz fəziləti  ilə insanlığın bütün həqiqətini, kamilliyini bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir”. “Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir”. “

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Fatimeyi-Zəhranın (s.ə.) Qısa olaraq həyatı

Əgər insan səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və həyatında gerçəkləşdirməlidir. Həmin nümunəvi insanlardan biri də Peyğəmbəri-Əkrəmin (s) sevimli qızı, xanımlar xanımı və analar anası həzrət Fatimeyi-Zəhradır (s.ə.). Bir xanım ki, bəşəriyyətə hərtərəfli örnək və nümunədr. O xanımın doğum günü Cəmadius-sani ayının 20-inə təsadüf edir. Elə bu münasibətlə Əhli-beyt (ə) tərəfdarlarını təbrik edirik və bu fürsətdən istifadə edərək, xanım Fatimeyi-Zəhranın (s.ə.) Qısa olaraq həyatını diqqətinizə çatdırırıq. FatİMeyİ-Zəhra (salamullahİ əleyha)   Ləqəbi: Zəhra. Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar. Atası: Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm). Anası: Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha). Anadan olduğu gün: 20 Cəmadiüs-sani. Doğulduğu yer: Məkkeyi-Mükərrəmə. Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əввəл). Şəhid olduğu gün: 3 Cəmadiüs-sani. Şəhid olduğu il: 11-ci hicri ili. Ömrü:18 il. Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər. Dəfn olunduğu yer: Mədinə. Övladlarının sayı: 4 – (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız. Oğlanları: 1. Həsən (əleyhissalam). 2. Hüseyn (əleyhissalam). Qızları: 1. Zeynəbi-Kübra. 2. Zeynəbi-Suğra (Ümmü Gülsüm) Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

FATİMEYİ ZƏHRA – PEYĞƏMBƏRİN QIZI

Həzrət Mühəmməd Peyğəmbərin (s) yaşca ən kiçik qızı. Anası ümmül-möminin Xədicədir. Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin 5-ci ilində, cəmadiyüs-sani ayının 20-də (m. 614-cü il) Məkkədə doğulmuşdur. Bəzi mənbələrdə peyğəmbərlikdən 5 il əvvəl (m. 605-ci) doğulduğu bildirilir. Bəzi tədqiqatçılar isə Həzrət Mühəmməd Peyğəmbərin (s) qızlarından yalnız Fatiməni (ə) o həzrətin doğma övladı bilir, qalan üç qızın isə Xədicənin keçmiş ərlərindən olduqlarını və Peyğəmbərin onları qızlığa götürdüyünü yazırlar. “Fatimə” sözünün mənşəyi barədə məlumatlar da maraqlıdır. Ərəblər köşəyini süddən ayırmış dişi dəvəyə “fatimə” deyirlər. Ananın öz uşağını süddən uzaqlaşdırmasını da ərəblər eyni kökdən olan fellə ifadə edirlər. İslam Peyğəmbərindən (s) rəvayət edilən hədislərdə isə bu adın mənası “cəhənnəm alovundan uzaqlaşdırılmış” kimi izah edilir. Çünki Allah-təala qiyamət günündə cəhənnəm atəşini Fatimədən (ə) və Onun nəslindən uzaqlaşdıracağını vəd etmişdir. Fatimənin (ə) məşhur ləqəbləri bunlardır: zəhra (parlaq), bətul (iffətli və ya özünü Allaha həsr etmiş), tahirə (pak), mərziyyə (Allahın razılığını qazanmış), siddiqə (doğrucul), zəkiyyə (təmizlənmiş), seyyidətün-nisail-aləmin (dünya qadınlarının xanımı), ümmi əbiha (atasının anası; bu ləqəbi Ona Peyğəmbər vemişdi) və s. İslam mənbələrindəki məlumatlar yekdilliklə təsdiq edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz övladları arasında Fatiməni (ə) hamıdan artıq sevirdi. Aşağıdakı hədislər mötəbər mənbələrdə təvatür səviyyəsində qeyd edilmişdir: “Fatimə bədənimin bir parçasıdır. Kim Onu qəzəbləndirsə, məni qəzəbləndirmiş kimidir”. “Fatimənin qəzəbi ilə Allah qəzəblənər, Fatimənin razılığı ilə Allah razı olar”. “Fatimə dünya qadınlarının xanımıdır”. Həzrət Mühəmməd Peyğəmbər (s) səfərə gedəndə ən axırda Fatimə (ə) ilə vidalaşar, səfərdən qayıdanda hamıdan əvvəl Onun görüşünə gələrdi. “Həzrət Fatimənin (ə) təsbihi” kimi tanınan məşhur zikri də Ona Peyğəmbər öyrətmişdi. Həzrət Mühəmməd Peyğəmbər (s) Məkkədə son dərəcə ağır bir şəraitdə İslamı təbliğ etdiyi zaman Fatimə (ə) Ona mənəvi cəhətdən yardım göstərir, təhqir və istehzaları o həzrətdən uzaqlaşdırmağa çalışırdı. Hicrət zamanı Fatimə (ə) öz atasından qabaq Məkkəni tərk etməyə müvəffəq olmamış və şəhərdə qalmış, daha sonra Əli ibn Əbu Talibin (ə) müşayiəti ilə Mədinəyə gəlmişdi. Peyğəmbərin müasiri olan məşhur müsəmanlardan bir neçəsi Fatimə (ə) ilə evlənmək arzusunda olsa da, nə Peyğəmbər, nə də Fatimənin (ə) özü buna razılıq verməmişdi. Yalnız Əli ibn Əbu Talibin (ə) elçiliyi onların hər ikisinin razılığı ilə qarşılandı. Əli (ə) ilə Fatimənin (ə) toyu hicrətin ikinci ilində, Bədr döyüşündən sonra (m. 624-cü il) baş verdi. Fatimənin (ə) mehriyyəsi 500 dirhəm idi, Peyğəmbər tərəfindən Ona həmin dövrün dəbinə uyğun olaraq, bir neçə əşyadan ibarət cehiz də verilmişdi. İmam Əli (ə) ilə Fatimənin (ə) ailəsi 9 ilə yaxın (Fatimənin (ə) vəfatına kimi) mövcud olmuşdur. Fatimə (ə) həyat\da ikən Əli ibn Əbu Talib (ə) başqa bir qadınla evlənməmişdi. Bu ailə İslam tarixində ən mehriban, ən ülvi və ən möhkəm ailə sayılır. Bu izdivacdan Həsən (ə) və Hüseyn (ə) adlı iki oğul, Zeynəb və Ümmi-Külsum adlı iki qız doğuldu. Əli (ə) ilə Fatimənin (ə) daha bir oğlunun ana bətnində tələf olduğu barədə məlumatlar mövcuddur. Şiə mənbələrində Peyğəmbərin vəfatından qısa bir müddət sonra Fatiməyə (ə) qarşı həyata keçirilmiş fiziki təzyiqlərin nəticəsində Möhsin adlı həmin körpənin bətndə ikən tələf olduğu bildirilir. Fatimə (ə) İslam tarixində hədsiz imanlı, son dərəcə iffətli, səxavətli, elmli bir qadın kimi yad edilir. Qısa ömrü ərzində dini və dünyəvi məsələlərdə Mədinə qadınları üçün əsl müəllimə rolunu oynamış, müraciət edən hər kəsə mənəvi və maddi yardım göstərmişdir. Fatimə (ə) Qurani-kərimdə çirkinlikdən təmizləndiyi elan edilmiş (Əhzab, 33) Əhli-beytin bir üzvüdür. Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra dünyasını dəyişmiş ilk Əhli-beyt üzvü də Fatimədir (ə). Rəvayətə görə, Peyğəmbər ölüm yatağında ikən Fatimənin (ə) üzüntüsünü görüncə, bu barədə Ona müjdə vermiş və tezliklə o biri dünyada görüşəcəklərini söyləmişdi. Atasının vəfatından sonra bu itkiyə dözə bilməyən Fatimə (ə) Həzrət Əlinin (ə) tikdiyi beytül-əhzan (hüzn, kədər evi) adlı otaqda vaxtını ağlamaqla keçirirdi. Şiə rəvayətlərinə görə, Peyğəmbərin vəsiyyətinə rəğmən Həzrət Əlinin (ə) hak¬miyyətdən uzaqlaşdırılması, Peyğəmbər tərəfindən Əhli-beytə hədiyyə olaraq verilmiş Fədək bağının birinci xəlifə Əbu Bəkrin göstərişi ilə Əhli-beytdən alınması, eləcə də, Həzrət Fatimənin (ə) özünə qarşı edilmiş fiziki və mənəvi təzyiqlər Onun səhhətini pozmuşdu (məlumat üçün bax: Şeyx Abbas Qummi. Beytül-əhzan). Fatimeyi-Zəhra (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – h. 11-ci il cəmadiyül-əvvəl ayının 13-də və ya eyni ilin cəmadiyüs-sani ayının 3-də (m. 632-ci il) Mədinədə dünyasını dəyişdi. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) başçılığı altında məhdud saylı şəxslərin müşayiəti ilə gecəyarı naməlum yerdə torpağa tapşırılmışdır. Məzarının harada olması bu gün də mübahisəlidir. Bəziləri Onun Məsci¬dün-nəbəvidə, bəziləri isə Bəqi qəbristanlı¬ğında dəfn olunduğunu iddia edirlər. Həzrət Mühəmməd Peyğəmbərin (s) nəsli yalnız Fatimənin (ə) vasitəsilə davam etmişdir; Peyğəmbərin o biri üç qızının nəsli qalmamışdır. Şiə inancına görə, Fatimə (ə) 14 məsum (günahsız) şəxsdən biridir. Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməni (ə) “dünya qadınlarının xanımı” adlandırmışdı. Abdullah ibn Abbas rəvayət edir ki, Peyğəmbər buyurmuşdur: “Gündəlik beş namazını qılan, ramazan ayında oruc tutan, Allahın evinə həccə gedən, malının zəkatını verən, ərinə tabe olan və məndən sonra Əliyə (ə) imam kimi itaət edən hər bir qadın qızım Fatimənin (ə) şəfaəti ilə cənnətə girəcək, çünki o, dünya qadınlarının xanımıdır”. Soruşdular: “Məgər Fatimə öz zəmanəsində ki qadınların xanımı deyilmi? ”. Peyğəmbər cavab verdi: “Öz zəmanəsinin qadınlarının xanımı İmran qızı Məryəm idi. Fatimə isə dünyanın əvvəlindən axırına kimi bütün qadınların xanımıdır” (Şeyx Səduq. Əmali, LXXIII məclis, 18-ci hədis; XXVI məclis, 7-ci hədis; Həvizi. Təfsirü Nurüs-səqəleyn, I, 338).

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Həzrət Zəhranın (ə) gecə dəfn edilməsinin səbəbi

Ətraflı cavab: Həzrət Zəhranın (s) cənazəsinin gecə dəfn olunması tarixin inkaredilməz faktlarındandır ki, həm şiə və həm əhli-sünnət alimləri bu hadisəni nəql etmişlər. Burada biz hər iki məzhəbin hədis mənbələrində nəql olunan hədislərə toxunuruq: Gecə dəfni əhli-sünnət hədislərində: Məhəmməd ibn İsmayıl Buxari yazır: وَ عَاشَتْ بَعْدَ النبی صلى الله علیه وسلم سِتَّهَ اَشْهُرٍ فلما تُوُفِّیَتْ دَفَنَهَا زَوْجُهَا عَلِیٌّ لَیْلًا ولم یُوْذِنْ بها اَبَا بَکْرٍ وَصَلَّى علیها   “Fatimə (s) peyğəmbərdən (s) sonra altı ay yaşadı. Vəfat edəndə əri Əli onu gecə dəfn etdi, özü ona namaz qıldı və Əbubəkrə bu barədə heç bir söz demədi.” (1) İbn Quteybə Deynəvəri “Təvilu muxtələf əl-hədis” kitabında yazır:   وقد طالبت فاطمه رضی الله عنها ابا بکر رضی الله عنه بمیراث ابیها رسول الله صلى الله علیه وسلم فلما لم یعطها ایاه حلفت ان لا تکلمه ابدا واوصت ان تدفن لیلاً لئلّا یحضرها فدفنت لیلاً   “Fatimə Əbubəkrdən atasının irsini tələb etdi… Əbubəkr irsini ona verməkdən imtina etdi. Fatimə and içdi ki, bir daha onunla (Əbubəkrlə) danışmasın. O, vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və Əbubəkr onun dəfnindən iştirak etməsin. Beləliklə o gecə dəfn olundu.” (2) Əbdürrəzzaq Sənani yazır: Həsən ibn Məhəmməd nəql edir: “Əli, peyğəmbərin qızı Fatiməni gecə torpağa tapşırdı ki, Əbubəkr onun cənazəsinə namaz qıla bilməsin. Çünki onlar arasında hadisələr baş vermişdi.” Müəllif davamında yazır:   عن ابن عیینه، عن عمرو بن دینار، عن حسن بن محمد، مثله؛ الاّ انه قال اوصته بذلک   “İbn Uyeynədən də buna bənzər hədis nəql olunmuşdur. Amma həmin hədisdə qeyd olunur ki, Fatimənin özü belə vəsiyyət etmişdi.” (3)   İbn Bəttal isə “Səhihi-Buxarinin şərhi” kitabında yazır: “Alimlərin əksəriyyəti cənazənin gecə dəfn olunmasını mümkün saymışlar… Əli ibn Abutalıb zövcəsi Fatiməni gecə ikən dəfn etdi. Bu, onun üçün idi ki, Əbubəkr onun cənazəsinə namaz qıla bilməsin. Çünki onların arasında hadisələr baş vermişdi.” (4) İbn Əbul-hədid Cahizdən nəqlən yazır:   ابن ابی‌الحدید به نقل از “جاحظ ” مى‌نویسد: و اما اخفاء القبر، وکتمان الموت، وعدم الصلاه، وکل ما ذکره المرتضى فیه، فهو الذی یظهر ویقوی عندی، لان الروایات به اکثر واصح من غیرها، وکذلک القول فی موجدتها وغضبها.   “Fatimənin (s) ölümünün və qəbrinin yerinin məxfi saxlanması, Əbubəkr və Ömərin ona namaz qıla bilməməsi kimi hadisələr, həmçinin Seyid Mürtəzanın bu haqda yazdıqları mənim üçün öz təsdiqini tapıb. Çünki bu hadisələri təsdiqləyən hədislər daha səhih və sayca daha çoxdur. Həmçinin Fatimənin iki xəlifədən incikliyi haqda olan hədislər mənim üçün digər zidd hədislərdən daha çox mötəbərdir. (5)   Gecə dəfni şiə hədislərində: Həzrət Fatimənin (salamullahi əleyha) gecə dəfn olunması və onun özünün bu haqda vəsiyyəti şiə alimləri arasında yekdilliklə qəbul olunmuş bir məsələdir. Hədislərin birinə işarə edək: Mərhum Şeyx Səduq “İləluş-şəraye” kitabında həzrətin gecə dəfn olunmasının səbəbini açıqlayarkən belə bir hədisə istinad edir:   عَنِ الْحَسَنِ بْنِ عَلِیِّ بْنِ اَبِی حَمْزَهَ، عَنْ اَبِیهِ، قَالَ سَاَلْتُ اَبَا عَبْدِ اللَّهِ علیه السلام لِاَیِّ عِلَّهٍ دُفِنَتْ فَاطِمَهُ (علیها السلام) بِاللَّیْلِ وَ لَمْ تُدْفَنْ بِالنَّهَارِ؟ قَالَ: لِاَنَّهَا اَوْصَتْ اَنْ لا یُصَلِّیَ عَلَیْهَا رِجَالٌ (الرَّجُلانِ) Əli ibn Əbuhəmzə İmam Sadiqdən (əleyhis-salam) soruşur: “Nə üçün Fatiməni gündüz yox, gecə dəfn etdilər?” İmam dedi: “O, vəsiyyət etmişdi ki, gecə basdırılsın və bir neçə nəfər onun cənazəsinə namaz qıla bilməsin.” (6) Mövcud olan faktlardan və əhli-sünnət alimlərinin etirafından məlum olur ki, Həzrət Fatimənin (salamullahi əleyha) gecə dəfn olunmasının səbəbini həzrətin vəsiyyətində axtarmaq lazımdır. Həzrət ona zülm etmiş bir neçə nəfərin onun cənazəsinə namaz qılmasını istəmirdi və bu addımla xilafəti qəsb edənlərə olan etirazını nümayiş etdirirdi. (7)   Qeydlər: 1. “Səhihi Buxari”, cild 4, səh. 1549, hədis 3998. 2. Abdullah ibn Müslim ibn Qüteybə, “”Təvilu muxtələf əl-hədis”, cild 1, səh. 300. 3. “Əl-musənnəf”, cild 3, səh. 521, hədis 6554 və hədis 6555. 4. İbn Bəttal Qurtubi, “Səhihi-Buxarinin şərhi”, cild 3, səh. 325. 5. İbn Əbul-hədid, “Nəhcul-bəlağənin şərhi”, cild 16, səh. 170. 6. Şeyx Səduq, “İləluş-şəraye”, cild 1, səh. 185. 7. “Həzrət Vəliəsr” tədqiqat müəssisəsi. Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi  

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

İBN TEYMİYYƏNİN HƏZRƏT ZƏHRANIN ƏBUBƏKİRDƏN İNCİKLİYİNƏ ETİRAZI

Ətraflı cavab: İbn Teymiyyə yazır: “Fatimənin (s) Əbubəkrdən küsüb kənara çəkilməsi ona yaraşan iş deyildi. Buna görə hökumət rəhbərini qınamaq olmaz. Bu əmələ görə Fatiməni (s) mədh etməkdənsə, onu qınamaq daha doğru olar. (1)   Cavabında deyilir: Əvvəla, Həzrət Fatimə (s) Quran ayələrinə və mötəbər hədislərə görə məsum insandır. Onun qəzəbi ilə Allah və peyğəmbər qəzəblənir. Belə ki, peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:   یا فاطمه! انّ الله یغضب لغضبک و یرضى لرضاک “Ya Fatimə! Həqiqətən, Allah-taala sənin qəzəbinlə qəzəblənər və sənin razılığınla razı olar.”   Bu hədisi əhli-sünnə alimlərindən bir çoxu öz hədis kitablarında nəql etmişdir.Məsələn: 1. İbn Əbu Asim (2). 2. Hakim Nişapuri (3). 3. Əbülqasım Təbərani (4). 4. Dulabi (5). 5. İbn Əsakir. (6) 6. Muhibiddin Təbəri (7). 7. İbn Həcər Heysəmi. (8). İkincisi, “Ya Fatimə! Allah-taala sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razı olur” cümləsi əhli-sünnətin altı “səhih” kitabında olmasa da, Səhihi-Buxaridə ona bənzər ifadələr gözə dəyir. Buxari öz sənədi ilə Müsəvvər ibn Məxrəmədən nəql edir ki, Allahın rəsulu (sallallahu əleyhi və alih) buyurdu:   فاطمه بضعه منّی فمن اغضبها فقد اغضبنی Fatimə canımın bir parçasıdır. Onu incidən məni incitmişdir. (9) Demək, peyğəmbər (s) qızı Fatimənin (s) incikliyi onun incikliyidir. Qurani-Kərimdə deyilir:   اِنَّ الَّذِینَ یُوْذُونَ اللهَ وَ رَسُولَهُ لَعَنَهُمُ اللهُ فِی الدُّنْیا وَالآْخِرَهِ وَ اَعَدَّ لَهُمْ عَذاباً مُهِیناً   Allahı və Onun Rəsulunu incidənləri Allah dünyada və axirətdə Öz rəhmətindən uzaqlaşdırmış və onlar üçün xaredici bir əzab hazırlamışdır.(11) Qeydlər: 1. “Minhac əs-sunnə”, cild 4, səh. 244. 2. “Əl-ahad vəl-Məsani” cild 5, səh. 363. 3. “Müstədrək əla əs-səhiheyn”, cild 3, səh. 167. 4. “Əl-mocəm əl-kəbir”, cild 1, səh. 108 və cild 22, səh. 401. 5. “Əz-zəriətu tahirə”, cild 1, səh. 120. 6. ” Tarixi Dəməşq”, cild 3, səh. 156. 7. ” Zəxair əl-uqba”, cild 1, səh 39. 8. “Məcməuz-zəvaid”, cild 9, səh. 203. 9. “Səhihi Buxari”, cild 3, səh. 1361. 10. “Əhzab” surəsi, ayə 57. 11. Əli Əsgər Rizvani, “Sələfigəri və pasox be şübəhat”, səh. 112.   Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

İbn Teymiyyənin Həzrət Zəhranın (s) gecə dəfn olunması ilə bağlı vəsiyyətinə etirazı həqiqətdirmi?

Ətraflı cavab: İbn Teymiyyə yazır: “… Hillinin nəqlinə görə Fatimə vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və heç kəs ona namaz qılmasın. Bu məsələni heç kəs Fatimədən nəql etməyib və cahil insanlardan başqa heç kəs ona istinad etməyib. O, Fatimənin adından əsla ona layiq olmayan sözlər yazır. Yazdıqları – doğru olduğu təqdirdə – təqdirəlayiq bir işdənsə, bağışlanmış günaha daha çox uyğun gəlir. Çünki bir müsəlmanın digərinə qıldığı cənazə namazı ona yetişən əlavə xeyirdir…” (1) Cavabında demək lazımdır: Həzrət Zəhra (əleyha-salam) yersiz olaraq belə bir vəsiyyət etməyib. O, hakim qurumla siyasi mübarizə aparmaq və insanları onların ədalətsizliyindən xəbərdar etmək üçün belə bir vəsiyyətə əl atdı. O, bu addımı ilə zehinlərdə peyğəmbərin (s) qızının nə üçün gecə dəfn olunduğu haqda sual yaratmaq istəyirdi. Ümmət bu vəsiyyətin sirrini başa düşsə, hazırkı xilafətin qeyri-qanuni olmasını və onların ədalətsizliyini anlayacaqdı. Həmçinin, onlar dəfndə iştirak etməklə ilə xalqa müsəlmanların haqq xəlifəsi olduqlarını və peyğəmbərin (sallallahu əleyhi və alih) əhli-beyti ilə bağlı heç bir problemin olmadığını nümayiş etdirmək istəyirdilər. Siyasətdən məlumatı olan hər bir insan bu vəsiyyətin xilafətə vurduğu ziyanları başa düşə bilər. Digər tərəfdən hər kəsin cənazəyə qıldığı namaz onun üçün əlavə xeyir-bərəkət sayılmır. Həzrət Zəhra (salamullahi əleyha) “Təthir” ayəsinə və digər hədislərə əsasən məsum insan sayılır, o, hər hansı səhv və xətadan uzaqdır. Peyğəmbər (sallallahu əleyhi və alih) onun haqqında belə demişdir: فاطمه بضعه منّی من اغضبها فقد اغضبنی Fatimə canımın bir parçasıdır, onu incidən hər kəs məni incitmişdir. Bu şəkildə vəsiyyət edən bir insan sözsüz ki, hakim qurum və hökumət başçılarından narazı idi. Demək, onlar peyğəmbərin (s) də narazılığına səbəb olmuşlar. Sözü gedən hədis Həzrət Zəhranın (əleyha-salam) məsumluğundan hekayət edir. Yəni, həzrət bütün hallarda, o cümlədən narahat vaxtında da məsum idi. Belə olmasaydı, Allah-taala həzrətin bütün qəzəb hallarında qəzəb etməzdi. Qısa desək, həzrət Zəhra (s) bu vəsiyyəti ilə qiyamət gününəcən birinci xəlifənin hakimiyyətinə dəyər verən bütün kəslər üçün dəlili tamamladı….. Daha əhəmiyyətlisi budur ki, İbn Teymiyyə belə bir vəsiyyətin olmasını kökündən rədd edir və Zəhranın (salamullahi əleyha) gecə dəfn edilməsi ilə bağlı fikirləri sual altına alır. Halbuki hər iki təriqətin mötəbər mənbələrinə əsasən həzrətin gecə dəfninə dair vəsiyyəti və gecə dəfn olunması aydın bir məsələdir. Buxarı öz silsilə-sənədi ilə Ayişədən belə nəql edir: “Peyğəmbərin (s) qızı Fatimə Əbubəkrin yanına peyğəmbərdən qalmış irsdən öz səhmini tələb etmək üçün qasid yolladı. Bu irs Fədək və Mədinə qənimətindən, eləcə də Xeybərin xümsündən qalmışdı…  Əbubəkr bu əmlakı ona verməkdən imtina etdi. Fatimə Əbubəkrdən incidi və ömrünün sonunadək onunla danışmadı. O, peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra altı ay yaşadı. Vəfat edəndə həyat yoldaşı Əli onu gecə dəfn etdi və Əbubəkrə bu barədə heç bir söz demədi.” (3) Müslim də Həzrət Zəhranın (ə) Əbubəkrə etirazı və vəfatı haqqında hədis nəql edir: “Əli (əleyhis-salam) Həzrət Fatimənin (əleyha-salam) ölümü ilə bağlı Əbubəkrə heç nə demədi və özü ona cənazə namazı qıldı.” (4) Yəqubi nəql edir: “… Fatimə əri Əliyə vəsiyyət etdi ki, ona qüsl versin… və onu gecə torpağa tapşırsın. Nəqllərə görə Salman, Əbuzər, (bir nəqlə görə) Əmmardan başqa heç kəs onun dəfn mərasimində iştirak etmədi.” (5) İbn Əbulhədid yazır: “Səhih hesab etdiyimiz hədisdə deyilir ki, Fatimə (s) dünyadan köçərkən Əbubəkr və Ömərdən incikli getdi. O, vəsiyyət etdi ki, bu iki nəfər onun cənazəsinə namaz qılmasın. (6) (7 Qeydlər: Minhac əs-sunnə”, cild 4, səh. 247, 248. 2. “Səhihi Buxari”, bab Mənaqib Fatimə (əleyha-salam). 3. “Səhihi Buxari”, cild 5, səh. 177. 4. “Səhihi Müslim”, cild 3, səh. 1380, hədis 1759. 5. “Tarixi Yəqubi”, cild 2, səh. 115. 6. İbn Əbulhədid, Nəhcül-bəlağənin şərhi, cild 6, səh. 50. 7. Əli Əsgər Rizvani, “Sələfigəri və pasox be şübəhat”, səh. 115.  Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Həzrət Fatimə (s.ə) – nübuvvət ağacının səmərəsi, Məsum İmamların (ə) anası, nümunəvi insan

Həzrət Zəhranın (s.ə) əxlaqı hər bir insan üçün bir örnək və nümunədir. Bu, elə bir əxlaqdır ki, onunla kamil insan və şəxsiyyət yetişdirmək olar. Bir insanda təsəvvür oluna bilən bütün ən gözəl sifətlər Həzrət Zəhrada (s.ə) mövcuddur. Bu gün cavan nəsil özlərinə nümunə seçən zaman Həzrət Zəhranı (s.ə) seçsələr, onlar üçün hidayət yolunun çırağı olar. (Tebyan)   Atasının evində. Həzrət Fatimə (s.ə) elə bir insan idi ki, Həzrət Peyğəmbərin (s) buyurduğuna görə, Allahın əzəmətli nurundan xəlq olmuşdur. Həzrət Peyğəmbər (s) əziz qızını çox sevərdi və buyurardı: “Mən nə zaman behiştə müştaq oluram, Fatiməni (s.ə) öpürəm”. “Fatimə (s.ə) – mənim bədənimin bir parçasıdır”.   Həzrət Fatimə (s.ə) – nübuvvət ağacının səmərəsi və Məsum İmamların (ə) anasıdır. O zaman ki, Məkkə müşrikləri Həzrət Peyğəmbəri (s) incidir və üstünə torpaq atırlar, Həzrət Fatimə (s.ə) atasının üzünə düşmüş torpağı təmizləyir və ona sevgi göstərirdi. Ona görə də onu Ümmi-əbiha adlandırırdılar. Yəni, bu qız atasına ana kimi idi.   Aişə deyir: “Fatimə (s.ə) söz deməkdə Peyğəmbərə (s) ən çox bənzəyən insan idi. Peyğəmbərin (s) yanına gələn zaman Həzrət (s) onun əlindən tutar və öpərdi. Öz yerində əyləşdirərdi. Nə zaman Peyğəmbər (s) Fatimənin (s.ə) yanına gedərdi, Fatimə (s.ə) atasına hörmət əlaməti olaraq yerindən qalxar və Həzrətin (s) əlindən öpüb? öz yerində əyləşdirərdi”. Həyat yoldaşının evində. İmam Rza (ə) Əmirəl-möminindən (ə) nəql edir ki, buyurub: “Peyğəmbər (s) mənə buyurdu: “Ey Əli! Qureyşin bəziləri məni Fatimə (s.ə) ilə bağlı məzəmmət edib deyirlər: “Biz Fatiməni (s.ə) səndən istədik, razı olmadın. Onu Əliyə (ə) verdin”. Onlara dedim: “Allaha and olsun ki, mən onu öz nəzərimə görə Əlinin (ə) həyat yoldaşı etmədim. Allah sizin evliliyinizlə müxalif və Əlinin (ə) evliliyinə razı idi. Cəbrayil (ə) mənə nazil oldu və dedi: “Ey Muhəmməd! Həqiqətən Allah Təala buyurur: “Əgər Əlini (ə) yaratmasaydım, qızın Fatimə (s.ə) üçün yer üzündə həyat yoldaşı mövcud olmazdı. Adəmdən tutmuş ondan aşağıya qədər”””. Həzrət Fatimə (s.ə) həyat yoldaşına nəinki həmdəm, həm də sirdaş və dayaq olmuşdu. Heç bir zaman ona itaətsizlik etməz və sözündən çıxmazdı. Şikayət edib gileylənməzdi. Ağır günlərdə İmam Əliyə (ə) təskinlik verər və onun həqiqi dostu olardı. Nümunəvi ana. Həzrət Zəhra (s.ə) övlad tərbiyəsində də hər birimiz üçün nümunə ola bilər. Rəhmətlik İmam (r) onun haqqında buyurur: “O, kiçik hücrədə elə insanlar tərbiyə etdi ki, nurları yerdən kainata qədər, mələklərin aləmindən Əlayi mələkuta qədər parlayardı. Allahın salamı olsun bu hücrəyə ki, İlahi əzəmət nurunun cilvəgahı olmuşdur”. Bu nümunəvi banunun əxlaqi dəyərlərindən faydalanaq və ondan ibrət alaq. /Deyerler.org/

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Xanım Fatiməyi Zəhranın(sə) cənnət libası

Bir gün yəhudilər toy keçirmək qərarına gəlirlər. Onlar Peyğəmbərin(s) yanına gəlib dedilər: Biz sizin qonşularınızıq və qızınız Fatiməni toya dəvət edirik. Yəhudilər çox təkid edirdilər və onlara imtina etməməyi istəyirdilər. Allah Rəsulu(s) buyurdu: O(sə) – Əli ibn Əbu Talibin həyat yoldaşıdır( Əlidən icazə alın). Bu zaman yəhudilər Peyğəmbərdən istədilər ki, O onlarla Əli arasında vasitəçi olsun və Əlidən razılıq alsın. Yəhudilər bu toy üçün hər şeyi yüksək səviyyədə təşkil etmişdilər. Onlar düşünürdülər ki, Peyğəmbər qızı Fatimə şənliyə öz sadə libası ilə gəlib, ən gözəl libaslarını və zinətlərini geyinən yəhudi qadınlarından seçiləcək. Bu zaman Cəbrail(ə) Fatiməyə(sə) gözəllikdə heçnə ilə müqayisə olunmayan cənnət libası gətirdi. Fatimə(sə) rəngi və gözəlliyi vəsfə gəlməz dərəcədə olan libası geyindi. Qadınların məclisinə daxil olarkən yəhudi qadınları gördükləri əzəmət və gözəllikdən Fatimənin(sə) qarşısında diz çökərək, secdə edirdilər və Fatimənin(sə) gedəcəyi yerdən öpürdülər. O zaman çoxlu sayda yəhudi islamı qəbul edib müsəlman oldular. (Biharul-ənvar, cild 43, səh 30.)

1 2 3 4 5