Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Şəri hökmlər (Fiqh) 03.02.2025

Qəza orucunu batil etməyin hökmü

Qəza orucunu batil etməyin hökmü Hazırda mübarək Rəcəb ayındayıq və möminlərin əksəriyyəti bu ayda oruc tuturlar. İnsanların bir çoxu qəza oruclarını da Rəcəb və Şəban ayında tuturlar ki, həm qəzalarını yerinə yetirsinlər və həm də bu ayların oruc savabını qazanmış olsunlar. Qeyd edim ki, boynunda qəza orucu olan kəs, müstəhəbb oruc tuta bilməz. Buna görə də qəzası olanlar Rəcəb və Şəban ayında təkcə qəza niyyəti ilə oruc tutmalıdırlar, İnşaallah ki, bu ayların orucuna verilən savabı da qazanmış olarlar. Bəzən möminlər ehtiyatsızlıq edir və qəza orucunu gün ərzində pozur və fikirləşir ki, hələ vaxt var, bu gün yeyim, sonra tutaram, İnşaallah. Diqqətiniz olsun ki, vaxtı geniş olan qəza oruclarında Zöhr azanından öncə orucu pozmağın problemi yoxdur. Amma Zöhr azanından sonra orucu qəsdən pozan adam kəffarə olaraq 10 fəqirin qarnını doyurmalıdır. Əgər 10 fəqirin qarnını doyurmağa maddi imkanı yoxdursa, 3 gün ardıcıl oruc tutmalıdır. Bu, vaxtı geniş olan qəza orucunun hökmü idi. “Vaxtı geniş qəza orucu”nun mənasını belə izah edə bilərik: Məsələn, mənim keçən il Ramazan ayından 5 gün qəza orucum var və indi də Ramazan ayına hələ bir aydan çox zaman qalıb. Amma “vaxtı dar qəza orucu”nda, yəni Ramazan ayınadək qalan vaxt mənim qəza günlərimin sayına bərabərdirsə, başqa sözlə, mənim keçən il Ramazan ayında 10 gün oruc qəza varımdır və indi də Ramazan ayına təkcə 10 gün qalıbsa, qəza orucunu Zöhrdən öncə və ya sonra pozmaq olmaz. Belə halda orucu Zöhrdən öncə pozarsa, ona “qəzanı təxirə salmaq” kəffarəsi düşür, yəni həm həmin günün qəzasını tutmalıdır, həm də gecikdirdiyi hər gün üçün bir fəqirin qarnını doyurmalıdır. Əgər Zöhrdən sonra pozarsa, hər gün üçün 10 fəqirin qarnını doyurmalı, buna imkanı çatmazsa, 3 gün ardıcıl oturc tutmalıdır. @mirmehemmed_beshir

Şəri hökmlər (Fiqh) 31.12.2024

Kriptovalyutanın İslam fiqhi baxımından hökmü

Kriptovalyutanın İslam fiqhi baxımından hökmü Kriptovalyutanın (“rəqəmsal pul vahidi” ilə “rəqəmsal ticarət”) barəsində bir çox dostlar soruşurlar və İslami fiqhin məsələyə münasibətini və müctəhidlərin bu barədə fikirlərini bilmək istəyirlər. Mən şəxsən özüm bu məsələdən tam agah deyiləm, bilmirəm nə baş verir və kim necə qazanır və ya itirir bu oyunda, amma müctəhidlərimizin sözügedən məsələyə münasibətlərini aşağıda qeyd edirəm. Ayətullah Seyid Əli Xamenei: “Kriptovalyutaların istehsalı, alışı və satışı İran İslam Cümhuriyyətinin idarəetmə sisteminin qanun və qaydalarına tabedir”. Ayətullah Məkarim Şirazi: “Bu məsələdə mövcud olan çoxsaylı qeyri-müəyyənliklərə, o cümlədən bu vasitə ilə dövrüyyədə olan pulun mənşəyinin bəlli olmaması, bu ticarət növünün dövlətlər tərəfindən rəsmi tanınmaması və bundan sui-istifadə edilməsini nəzərə alaraq kriptovalyutaların ticarəti icazəli deyil və onunla ticarət etmək problemlidir.” Ayətullah Safi Gülpayqani:  “Kriptovalyutaların ticarəti haramdır və bu, batil yol ilə sərvət mənimsəməyin bir nümunəsidir.” Ayətullah Nuri Həmədani: Bu ticarətə girməkdə problem var. Ayətullah Vəhid Xorasani: Kriptovalyutalarla alış-veriş batildir. Ayətullah Şübeyri Zəncani: Kriptovalyutaların ticarəti iqtisadi korrupsiya sayılırsa və ya qanuna ziddirsə, onunla alış-veriş (fiqhi baxımdan) problemlidir. Ayətullah Seyid Əli Sistani: Kriptovalyutaların ticarəti icazəli deyil. * Qeyd edək ki, sual və cavablar “islamquest.net” saytından götürülərək tərcümə edilmişdir. https://t.me/mirmehemmed_beshir

Şəri hökmlər (Fiqh) 25.12.2024

Qüsl verilməsi qaydası

Qüsl verilməsi qaydası   İki şey insanın “cünub” olmasına, yəni boynuna Cənabət qüslünün gəlməsinə səbəb olur: Cinsi əlaqə. Spermanın (məəni) hər hansı bir səbəblə insandan xaric olması.   Cənabətli insan ibadət etmək üçün mütləq qüsl verməlidir.   Cənabət qüslünün verilməsi qaydası: Niyyət – “Cənabət qüslü verirəm, qürbətən iləllah”. Başı və boyunu yumaq. Bədənin sağ tərəfini çiyindən ayağın altınadək yumaq. Bədənin sol tərəfini çiyindən ayağın altınadək yumaq.   Diqqət: Qüsl verərkən suyu bədənin bütün hissələrinə çatdırmaq vacibdir. İnsan arxayın olmalıdır ki, bədənində quru yer qalmayıb. Qüsl verməzdən öncə bədənə suyun çatmasına mane olacaq (mazot, rəng və sair) şeylər təmizlənməlidir. Bütün qüsllər eyni ilə Cənabət qüslü kimi verilir. Təkcə qüslün vacib olma səbəbi və niyyəti fərqlidir. Məsələn, əlini cənazəyə vuran insan “məshi-meyyit qüslü” niyyəti edərək qüsl verir, dünyaya yeni övlad gətirmiş ana “nifas qüslü” niyyət edərək qüsl verir və sair.