Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

SUALLARLA İSLAM 21.02.2025

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?”

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?” Cavab: Tival surələr (uzun) Quranın ən uzun yeddi surəsidir: Bəqərə, Ali-İmran, Nisa, Maidə, Ən’am, Ə’raf, Ənfal, Tövbə. Məsani surələri bir rəvayətə görə Fatiḥə surəsidir. Digər bir rəvayətə görə isə Tival surələrindən sonra gələn yeddi surədir ki, Yunus surəsi ilə başlayır və Nəhl surəsi ilə bitir. Miun surələri təxminən yüz ayə və ya bir qədər çox/az olan surələrə deyilir. Bu surələr yeddidir (Bəni İsrail surəsindən Möminun surəsinə qədər). Mufəssəl surələr, Həvamimdən (“Hə Mîm” ilə başlayan surələr) sonra gələn qısa surələrdir və Quranın sonuna qədər davam edir. Bu surələrin bu adla adlanmasının səbəbi onlar arasında tez-tez “Bismillah” ilə ayrılmalarıdır. Bir hədisdə Peyğəmbər (s.ə.s) buyurur: *”Mənə Tival surələri Tövratın yerinə, Miun surələri İncilin yerinə, Məsani surələri Zəburun yerinə verilmişdir. Mufəssəl surələr isə yalnız mənə xas olan bir üstünlükdür.”* [1] [1]. Əl-Kafi, c. 2, s. 601, h. 10.

SUALLARLA İSLAM 20.02.2025

Uşağı saldırmağın (abort) şəriət baxımından hökmü nədir?s

Sual: Uşağı saldırmağın (abort) şəriət baxımından hökmü nədir? Cavab: Nütfə (rüşeym) bağlanandan sonra onu saldırmaq olmaz. Amma əgər bətndə olan rüşeymin həyatına davam etməsi ananın həyatı üçün təhlükəli olsa və ya elə bir çətinlik yaradarsa ki, adətən dözülməzdir, bu halda əgər ruh daxil olmayıbsa, onu saldırmaq olar. Bu çətinlik doğuşdan sonra uşağı saxlamaq və ona baxmağa da aiddir. Belə bir halda rüşeymə ruh verilməzdən öncə və rüşeym cana gəlməzdən öncə onu salmaq icazəlidir. Amma ruh daxil olduqdan sonra – ehtiyat vacib – rüşeymi saldırmaq mütləq şəkildə (hətta həyatına təhlükə olsa ya da kəskin məşəqqəti olsa belə) icazəli deyildir. 2Sual: Sualımız budur ki, uşaq saldıran insanlara diyə və kəffarə vacib olurmu? Ata-ana nə qədər diyə və kəffarə verməlidir? Uşağı salan həkimə diyə vacib olurmu? Ümumiyyətlə diyə kimə verilməlidir? Cavab: Bu işə görə tövbə etmək və Allahdan bağışlanmaq diləmək lazımdır. Əgər ana öz bətnində olanı saldırsa, diyə vermək ona vacib olur və diyəni uşağın atasına, yaxud digər vərəsələrinə verməlidir. Əgər ata uşağı saldırsa diyə vermək ona vacib olur və onu anasına və yaxud uşağın digər vərəsələrinə verməlidir. Əgər birbaşa həkimin vasitəsi ilə salınarsa ata və ananın istəyi ilə olmasına baxmayaraq diyə həkimə vacib olur, amma əgər vərəsələr ona güzəştə getsələr onda diyə götürülər. Rüşeymə ruh veriləndən sonra – oğlan olduğu təqdirdə – aborta görə 5250 misqal gümüş, əgər qız uşağı olarsa bunun yarsını diyə versələr kifayətdir. Ehtiyat-vacibə əsasən ana bətnində ölən rüşeymin də diyəsi bu qədərdir. Əgər rüşeymin ruhu olmasa və nütfə halında olsa 105 misqal gümüş, əgər qan bağlasa (laxta qan halında olsa) 210 misqal gümüş, əgər ət halında olsa 315 misqal gümüş, əgər sümüyü bağlanıbsa 420 misqal gümüş, əgər bədən üzvləri kamil olsa 525 misqal gümüş, diyə verilməlidir. Ehtiyat vacibə əsasən ruh verilməzdən öncə, oğlanla qızın arasında fərq yoxdur. Uşağa dördüncü ayında ruh verilir. Yeni cihazlar vasitəsi ilə bunun qeyrisi sübut olunsa meyar dəyişməlidir. Eləcə də uşağın salınmasını birbaşa həyata keçirən insana – uşağın bədəninə ruh verilməsə belə – kəffarə vacibdir. Kəffarəsi iki ay ardıcıl şəkildə oruc tutmaq, 60 fəqiri hər birinə 750 qram buğda ya un, ya çörək ya da makaron kimi qidalar verməklə doyuzdurmaqdır. https://www.sistani.org/azari/qa/02681/

SUALLARLA İSLAM 02.02.2025

Allaha inam insanın həyatında nə rol oynayır?

Allaha inam insanın həyatında nə rol oynayır? Cavab: Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur. Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.  

SUALLARLA İSLAM 01.02.2025

” ”QARİƏ SÜRƏSİNİN AYƏLƏRİNDƏ QİYAMƏTİN TƏSVİRİ

” ”QARİƏ SÜRƏSİNİN AYƏLƏRİNDƏ QİYAMƏTİN TƏSVİRİ Sual : Qurani-kərimin “Qariə” surəsinin 1-5-ci ayələrində Qiyamət necə təsvir olunur? Qısa cavab: Sözü gedən ayələrdə qiyamət günü belə təsvir olunur: “Döyəcləyən hadisə! Nə qədər döyəcləyən hadisə! Sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.” Ətraflı cavab: Qurani-kərim “Qariə” surəsinin 1-5-ci ayələrində Qiyamət günündən söhbət açaraq, ilk ayədə buyurur: الْقارِعَهُ “Döyəcləyən hadisə!” مَا الْقارِعَهُ “Nə qədər döyəcləyən hadisə!” وَ ما اَدْراکَ مَا الْقارِعَهُ “Sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir?” “Qariə” sözü “qər” kökündən götürülmüş, “bir şeylə başqa bir şeyi döyəcləmək” mənasında işlənir. Belə ki, döyəcləyən zaman ondan şiddətli səs çıxır. Şallaq və çəkici də həmin səbəbə görə “miqrəə” adlandırırlar. Hətta bütün əhəmiyyətli və çətin hadisələrə də “qariə” deyilir. (Burada qadın cinsini çatdıran “ta” təkid üçün ola bilər.) İkinci və üçüncü ayələrdə hətta həzrət peyğəmbərə (s) :“Sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir?” – deyə müraciət olunur. Aydın olur ki, sözügedən bu hadisə heç kəsin təsəvvür edə bilməyəcəyi qədər dəhşətlidir. Yaxud da məqsəd ikinci mərhələ, yəni “ölülərin diriləcəyi mərhələ” –varlıq aləminin yeni düzümüdür. Onun “döyəcləyən” adlandırılması həmin günün dəhşət və qorxusunun ürəkləri döyəcləyəcəyindən, təlatümə gətirməsindən xəbər verir. Daha sonra yer alan ayələrin bəzisi dünyanın dağılması hadisəsi ilə bağlıdır. Bəzisi isə ölülərin dirilməsi haqqındadır. Üst-üstə toplasaq, birinci ehtimal daha mütənasib görünür. Baxmayaraq ki, sözügedən ayələrdə (Quranın Qiyamətdən söz açan digər ayələrində olduğu kimi) hər iki hadisə bir-birinin ardınca qeyd olunur. Bu yerində həmin heyrətamiz gün belə təsvir olunur: یَوْمَ یَکُونُ النّاسُ کَالْفَراشِ الْمَبْثُوثِ “O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.” “Fəraş” sözü “fəraşə” sözünün cəm formasıdır. Çoxları onun kəpənək mənasında olduğuna inanırlar. Bəziləri isə onu çəyirtkə mənasına təfsir etmişlər. Bəlkə də bu məna “Qəmər” surəsinin 7-ci ayəsində insanların həmin gün ətrafa səpələnən çəyirtkələrə bənzədilməsindən irəli gəlmişdir. کَاَنَّهُمْ جَرادٌ مُّنْتَشِرٌ “Gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar.” Çünki bu sözün lüğəvi mənası “kəpənək”dir. Söz yox ki, onların kəpənəyə bənzədilməsi adətən kəpənəklərin özlərini divanə kimi oda atıb yandırmalarına görədir. Pis əməl sahibləri də özlərini cəhənnəm atəşinə atacaqlar. Bu ehtimalı da etmək olar ki, bu formada kəpənəyə bənzətmə həmin gün bütün insanlara hakim olan özünə məxsus heyrət və sərgərdanlığa işarədir. Amma “fəraş” sözünün çəyirtkə mənasında işlənməsində məqsəd, uçan heyvanların əksəriyyətinin kollektiv hərəkət zamanı eyni istiqamətdə uçarkən, çəyirtkələrin birlikdə uçarkən müəyyən dağınıq şəkildə hərəkətinə işarədir. Daha sonra həmin günün daha bir hadisəsini açıqlayaraq buyurur: وَ تَکُونُ الْجِبالُ کَالْعِهْنِ الْمَنْفُوشِ “Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.” “İhn” sözü rəngarəng yun deməkdir. “Mənfuş” isə “nəfş” kökündən götürülmüşdür və yunu açmaq mənasında işlənir. Adətən yun çırpmaqla və xüsusi alətlərlə didilərək açılır. Bildiyimiz kimi, Quranın müxtəlif ayələrində dağlar Qiyamət astanasında ilk öncə hərəkətə gələr, sonra parçalanaraq tamamilə dağılarlar. Sonra havada toz şəklinə düşərlər. Sözügedən ayədə isə dağlar rəngli, didilmiş yuna bənzədilir. Bu yunlar küləklə birlikdə hərəkət edir və onların yalnız rəngi gözə dəyir. Bu, dağların dağılmasının son mərhələsidir. Bu ibarə dağların müxtəlif rənglərinə də işarə ola bilər. Belə ki, yer üzündə olan dağların hər birinin özünə məxsus rəngi var. Hər halda bu cümlə təsdiq edir ki, yuxarıdakı ayələr Qiyamətin ilk mərhələsindən, yəni, dünyanın dağılıb sona çatmasından bəhs edir. (1) 1. “Nümunə” təfsiri, cild 27, səh 285.

SUALLARLA İSLAM 30.12.2024

Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?

Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur. Bəzi rəvayətlər onun həqiqət olduğunu təsdiqləyir. “Durrul- mənsur” kitabında Peyğəmbərdən (s) rəvayət olmuşdur ki, o həzrət buyurdu: Göz dəymə məsələsi həqiqətdir. Və yenə buyurdu: Göz dəymə (nəzər) sağlam insanı qəbrə və sağ dəvəni isə qazanda qərar verir.[1] Əmirəl- möminin Əli (ə) buyurur: Allahıpn rəsulu (s) imam Həsən (ə) və imam Hüseyn (ə) üçün “riqyə” (məqsəd o dualardır ki, yazılır və insanlar nəzərdən amanda qalmaq üçün özlərində saxlayırlar; ona təviz də deyilir). Tutub bu duanı oxudu: «أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» Yəni: Sizin üçün pənah aparıram Allahın kamil sözlərinə və onun gözəl adlarına o hər bir şərdən nicat verən və şərrin böyüklərindən (rəhbərlərindən) ki, bir varlıqdırlar gözlə görünməyirlər; və hər bir pis (bəd nəzər) gözün şərrindən ki, insana ziyan vurur və həsəd edən şəxslərin həsədindən ki, insana həsəd aparır… sonra Peyğəmbər (s) buyurdu: İbrahim (ə), İshaq və İsmayıl (ə) üçün bu cür təviz (pənah aparmaq) etmişdi.[2] Nəhcül- bəlağə hikmət- 400- də gəlmişdir: Nəzər həqiqətdir və ondan amanda qalmaq üçün dualardan istifadə etmək də həqiqət və haqqdır.[3] Bu rəvayətdən məlum olur ki, nəzər və göz dəymə xurafat olan bir şry deyil, bəlkə bir həqiqətdir ki, zahirdə baş verir və onun qarşısını almaq üçün də yolları vardır. Məşhurdur ki, Qələm surəsinin 51- ci ayəsi gözdəymə amanda qalmaq üçün çox təsiri vardır. Bu ayədə Allah- Taala Peyğəmbərə (s) buyurur: Az qalır ki, kafirlər Quran ayələrini eşitdikdə, nəzərlə səni aradan aparsınlar və deyirlər: “o dəlidir!”[4] Bu ayənin nazil olması barəsində gəlmişdir: Bəni Əsəd qəbiləsindən bir nəfər, bəzi vaxtlar üç günlərlə aclıq çəkirdi və ondan sonra hər bir şeylə qarşılaşırdısa deyirdi: onun kimisini bu günə kimi görməmişəm və bu zaman o əşyaya ziyan dəyirdi. Bəziləri istəyirdilər bu işi Peyğəmbərin (s) haqqında da həyata keçirsinlər. Amma Allah- Taala Peyğəmbəri ondan amanda saxladı.[5] Əllamə Təbatəbai bu ayənin tozihində buyurur: “Gözdəymə ilə nəzər etmək”- dən məqsəd, bütün təfsir alimlərinin nəzərində göz dəymədir ki, özü nəfsin təsir qoyduğu əlamətdir və onu rədd etməyə ağıl dərk edən heç bir dəlilimiz yoxdur. Bəlkə bir çox hadisələr müşahidə olunmuşdur ki, gözdəymə və nəzər nəticəsində baş vermişdir. Beləliklə heç bir dəlil yoxdur ki, biz onu inkar edib deyək bu xurafat olan bir əqidədir.[6] Zəməxşəri bu ayəni nəzərdən amanda qalmaq üçün (Əhli sünnətin böyüklərindən birindən) gətirmişdir.[7] Mərhum Şeyx Abbas Qumi, Məfatih- ul- cinan kitabının müəllifi bu kitabda pənah aparmaq mövzusunda nəzərdən amanda qalmaq üçün deyir: nəzərdən amanda qalmaq üçün rəvayət olunmuşdur ki, «ان یکاد…» oxunsun.[8] Əlbəttə o rəvayətlər ki, müxtəlif təfsirlərdə bu ayənin təfsirində gəlmişdir heç bir rəvayət qeyd olunmuş ayəni nəzərin qarşısını almaq üçün dəlalət etmir.[9] Tanınmış hədis alimi Əllamə Məclisi gözdəyməni açıqldıqda, Durrul- mənsur kitabında olan rəvayətə işarə etdikdən sonra, başqa bir hədisi İmam Sadiq (ə)- dan rəvayət edir ki, o həzrət buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin: «ماشاء الله لاقوة الا بالله العلی العظیم» Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim. Və ya buyurur: Qul əuzu birəbbin- nas və Qul əuzu birəbbil- fələq surəsini oxusun; başqa rəvayətlərdə həmd və tövhid surələri də ona əlavə olunmuşdur. Amma nəzərdən amanda qalmaq üçün qeyd olunmuş ayəyə heç bir işarə etmir.[10] Bunun üçün də həqiqəti olan məsələ nəzərin zahirdə olması və onun uzaqlaşdırılması üçün bəzi iddialardır. əlavə məlumat əldə etmək üçün müraciət olunsun Nümunə təfsiri, cild 24, səh 426.   [1] – Durrul- mənsur, səh 651. [2] – Əl- kafi, cild 2, səh 569, hədis 3. «عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ أَبِیهِ عَنْ بَعْضِ أَصْحَابِهِ عَنِ الْقَدَّاحِ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ قَالَ أَمِیرُ الْمُؤْمِنِینَ ع رَقَى النَّبِیُّ ص حَسَناً وَ حُسَیْناً فَقَالَ أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ثُمَّ الْتَفَتَ النَّبِیُّ ص إِلَیْنَا فَقَالَ هَکَذَا کَانَ یُعَوِّذُ إِبْرَاهِیمُ إِسْمَاعِیلَ وَ إِسْحَاقَ» [3] – Nəhcül- bəlağə, səh 547. «العین حق والرقی حق» [4] – Qələm surəsi, ayə 51. «وَ إِن یَکاَدُ الَّذِینَ کَفَرُواْ لَیزُْلِقُونَکَ بِأَبْصَارِهِمْ لَمَّا سمَِعُواْ الذِّکْرَ وَ یَقُولُونَ إِنَّهُ لمََجْنُونٌ» Əl- mizan təfsiri, Əllamə təbatəbayi, cild 19, səh 636. [5] – Əl- Kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1278. çap darul- hədis. [6] – Əl- mizan, cild 19, səh 648. [7] – Əl- kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1279. [8] – Məfatihul- əl- cinan, Şeyx Abbas Qumi, səh 319. Baxmayaraq ki, mərhum Qumi qeyd olunmuş ayəni nəzər üçün olduğunu Səfinərul- bihar kitabında gətirməmişdir. [9] – Əl- mizan təfsiri, cild 19, səh 651; Nəsimi rəhnət təfsiri, səh 72; Nurus- səqəleyn təfsiri, cild 5, səh 400; Nümunə təfsiri, cild 24, səh 426. [10] – Hilyətul- muttəqin, Əllamə Məclisi, səh 319. hicrət çapı.