Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

NƏHCÜL-BƏLAĞƏ 02.02.2025

Nəhcül bəlağə 15-16-cı xütbələr

15-ci xütbə   İmam Əli əleyhis-salamın öz xəlifəliyi dövründə müsəlmanlara qaytardığı torpaqlar barədə kəlamlarındandır. Bu, Osmanın (xəlifəliyi dövründə qohumlarına və ehsana layiq olmayanlara) bağışladığı torpaqlar idi. And olsun Allaha, Osmanın bağışladığını tapsam, onunla qız ərə verib kəniz alsalar belə sahibinə qaytaraca­ğam. Çünki ədalət və düzlükdə (camaat üçün din və dünya işlərində) açılma və genişlik var. Ədalət və düzlük dar gələn şəxsə (ona uyğun rəftar etməkdə aciz olana sözsüz ki,) zülm və sitəm daha dar (daha aciz və gücsüz) olar. 16-cı xütbə İmam Əli əleyhis-salamın Mədinə şəhərinin əhalisinin onunla bey’ət etdiyi zaman buyurduğu xütbələrindəndir. Mənim əhdim dediyim sözlərdədir və onların hamısına zəmanət verirəm. (Sözlərimin doğruluğu şübhəsizdir və onda batildən əsər-əlamət yoxdur.) Ruzigarın hadisələri və ibrətləri qarşıda olan günahın cəzasından və dünyadakı dəyişikliklərdən saxlayan şəxsi təqva və pərhizkarlıq şübhələrə düşməkdən (haqqın batil və halalın haramla səhv salındığı şeylər) saxlayar. Agah olun ki, əzab və bəla (fikir ayrılığı və cahillik) Allahın Peyğəmbərinizi seçdiyi gün (cahiliyyət dövrü) kimi sizlərə qayıtmışdır. And olsun haqq olaraq Peyğəmbəri göndərənə ki, sizlərdən ən aşağıda olan ən yüksək məqama yüksələnə, sizlərdən ən yüksəkdə olan isə ən aşağı məqama düşənə qədər bir-birinə qarışacaqsınız.[1] (İmtahan ələyində) ələnəcək, bir-birinizdən ayrılacaq, (qaynayıb daşan zaman) kəfkirin xörək qazanının dibini qarışdırdığı tək qarışdırılacaqsınız. İslamda qabağa düşən, (Təlhə, Zübeyr və başqaları kimi Peyğəmbərin yanında) qədri və məqamı olmayanlar önə keçəcəklər (irəli düşənlər, hamıdan əvvəl İslama iman gətirənlər Allahın peyğəmbərinin yanında böyük məqam və hörmət sahibi olanlar) əlbətdə dayanacaqlar. Allaha and olsun, heç bir sözü gizlətmədim, (deməli olduğunu dedim) heç vaxt yalan danışmadım. Bu məqam (sizin bey’ətiniz) və bu gün (bey’ət üçün toplaşmanız) barədə mənə xəbər verilmişdi (Allahın Rəsulu mənə xəbər vermişdi). Agah olun ki, günahlar yüyəni qırmış azğın atlara bənzər ki, ona minən günahkarları od-alova atar. Təqva və günahdan çəkinmək isə yüyəni sahibinin əlində olan ram edilmiş dəvələrə bənzər. Onlara minənləri behiştə daxil edərlər. Təqva və günahdan çəkinmə haq və doğru yol, günahkarlıq isə batil və həlakət yoludur. Bu hər iki yolun öz əhli var. Batil yolun yolçuları çox olsalar (qəribə deyil, çünki) əvvəlki dövrlərdə də çox olub və günaha batıblar. Əgər haqq azalarsa onun artmasına ümid var.[2] Haqq zəifləyərsə güclənməsi çətin olar.[3] (Bundan sonra Seyyid Rəzi əleyhir-rəhmə buyurur:) Deyirəm: bu qısa söz (İmam əleyhis-salamın) söz gözəlliklərindən bəzilərini özündə daşıyır. Mədh edənlərin öz dərk etdikləri kimi tərifi ona çatmaz. Bu sözlərin heyranlığından olan xeyir, xudpəsəndliyin xeyrindən çoxdur.[4] Dediklərimizə əlavə olaraq bildirirəm ki, o Həzrətin sözlərində heç bir dilin vəsf etmək gücünə malik olmadığı, heç bir insanın dərinliklərini dərk edə bilmədiyi fəsahət var. Bəyan etdiyim sifətləri dərk etmək bütün ömrünü fəsahətə həsr edib onun kök və əsasını əldə edən şəxslərdən başqa heç kəsə nəsib olmur. Bu sözü alimlərdən başqa kimsə qavraya bilməz.     Bu xütbənin bir hissəsidir   Qarşısında Cənnətlə Cəhənnəm olan[5]  hər bir kəs  asudə deyil.[6] (Birinci, saleh əməllərlə) cəld səy göstərən (İlahi əzabdan) nicat tapmışdır. (İkinci) Haqqı axtaran ki, tənbəldir və (Allahın rəhmət və bağışlamağına) ümid edir. (Üçüncü) Təqsirkar (haqqa göz yuman), ilahi atəş və əzab içində həlak olandır.[7] Yolun sağı və solu ilə getmək azğınlığa gətirib çıxarar. Doğru yol orta yoldur (ondan kənara çıxmaq olmaz. Çünki) qorunmuş kitab (Qur’ani-Kərim) və peyğəmbərliyin nişanələri (Həzrət Rəsulun sünnəsi) onu (şahid) göstərir. Bu doğru yoldan (xalis ədalətdən) Allah Peyğəmbərinin yolu, sünnəsi əldə olunur və işlərin sonu (dünya və axirətdə insanlar) ona doğru qayıdır. Haqdan qeyrisini iddia edən hər kəs həlak oldu, yalan danışan hər kimsə ziyan gördü. Nadan camaatın arasında haqqı bəyan edən hər kimsə həlak olur. (Onların əllərindən və dilindən ziyan görür və ya öldürülür.) Öz məqam və qədrini bilməyən kişiyə cəhalət və nadanlıq bəs edər.[8] Təqva və günahdan çəkinmək üzərində qurulmuş sarsılmaz əsas və möhkəm dayaq məhv olmaz, camaatın əkdiyi onun təsirindən susuz qalmaz.[9] Öz evlərinizdə gizlənin (fitnə-fəsad üçün bayıra çıxmayın) aranızda olan ixtilafları aradan qaldırın, tövbə (Allaha tərəf qayıdaraq pis əməllərdən peşman olmaq) sizin arxanızdadır. (Günahlardan peşman olduğunuz zaman tövbəyə qayıdın, o sizdən ayrı deyil.) Heç bir şükr edən (nemət gördükdə) Pərvərdigarından başqasına həmd və şükr etməsin (çünki bütün nemətlər Ondandır.) Heç bir məzəmmət edən də (bir şər gördükdə) özündən başqasını məzəmmət etməsin.[10] [1] Əgər haqqa göz yumub, Allah və Peyğəmbərin buyurduqlarına itaət etməsəniz aranıza fitnə–fəsad düşəcək. Sizin əzizləriniz xar, xar olanlarınız əziz olana qədər alt–üst olacaqsınız. [2] Bu zühur vaxtında və haqq dövlətinin zamanında olar. [3] Zühurdan başqa vaxt haqqın batili aradan götürməsi çətindir. Buna görə Həzrət bunları buyurmuşdur.) [4] Fəsahət sahiblərinin O Həzrətin bəyanının gözəlliyinə olan heyranlıqları Həzrətin kəlamını dəqiq və incəlikləri ilə dərk edə bilməyində olan xudpəsəndliklərindən çoxdur. Çünki O Həzrətin sözlərində ağlın, bəsirətin nuru ilə dərk etdiyi və dilin bəyan etməkdə aciz qaldığı kifayət qədər yeniliklər var. [5] Hansı əməlin insanı Cənnətə yönəltdiyini, hansı əxlaqın Cəhənnəmə göndərdiyini bilən. [6] Sonra əhalini üç qismə bölür. [7]Bu bölgünü böyük Allah Qur’ani–Kərimdə Fatir surəsinin 32-ci ayəsində buyurmuşdur: فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ «Bəndələrimizdən bəziləri öz nəfslərinə zülmkardırlar və onlar batil yola düşür və pis işlər görürlər. Bəziləri yaxşı və pis işlərində mötədildirlər. Bəziləri də Allahın izni və fərmanı ilə yaxşı işlərdə öndədirlər». [8] Çünki cəhalətin özü mənasız iddialarda bulunmaq, yalan söyləmək və Allaha inanan insanlara əziyyət vermək kimi bir sıra digər nadanlıqlara gətirib çıxarır. [9] Təqvaya əsaslanan etiqad möhkəmdir və düşmənin təbliğatı nəticəsində aradan getməz. Təqvasız olan, kiçicik səbəbdən məhv olan və quruyan əkin və əməldən fərqli olaraq, təqva əsasında edilən əkin, əməl fitnə–fəsadın istisindən qurumayacaqdır. Allah–təala Qur’ani–Kərimin Tövbə surəsinin 109-cu ayəsində buyurur: أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَى تَقْوى مِنَ اللّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىَ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ «Öz dininin bünövrəsini təqva və günahdan çəkinmək üzərində qurub Allahın razılığını istəyən yaxşıdır, yoxsa dininin bünövrəsini axan selin altını boşaltdığı və dağılmaq ərəfəsində olan çayın kənarında qoyan? Deməli, o Cəhənnəm atəşində çöküb məhv olacaqdır.» [10] Çünki şər onun öz tərəfindəndir, özünü ona düçar edib. Allah–təalanın Qur’ani–Kərimin Nisa surəsinin 79-cu ayəsində buyurduğu kimi: مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ «Sənə çatan yaxşılıqlar Allah tərəfindəndir, sənə çatan pisliklər isə sənin tərəfindəndir. Günahların və pis əməllərin buna səbəb olub.»

NƏHCÜL-BƏLAĞƏ 02.02.2025

Nəhcül-bəlağə 10-11-12-13-14-cü xütbələr

10-cu xütbə İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünün səhabələri barəsindəki) xütbələrindəndir. Agah olun ki, şeytan öz dəstəsini və qoşununu (insanları günaha salmaq üçün) toplayaraq (dində fitnə-fəsad yaratmaq üçün) öz ordusunun süvarilərini və piyadalarını yığsa da, (dünya və din işlərində) bəsirətim məndən ayrılmaz. (Heç vaxt qəflət və unutqanlığa düçar olmaram ki, şeytanın və onun kimilərin dəstəsinə daxil olum.) Nə haqqı əynimə (cəhalət və nadanlıq libasında) geymişəm, nə də o mənim üstümə (batil libasında) geyindirilib (Şeytan və ona tabe olanlar haqqı azğınlıq paltarında mənə geyindirməmişlər). Allaha and olsun, onlar (dinin düşmənləri və haqdan əl çəkərək şeytana qoşulanlar) üçün hovuz doldurub suyunu özüm çəkəcəyəm (döyüş meydanı düzəldib onları məhv edəcəyəm). Belə ki, bu hovuza ayaq qoyan hər bir kəs bayıra çıxmayacaq. Bayıra çıxsa belə, bir daha ona doğru qayıtmayacaq (o meydana qədəm qoyan sağ qalmayıb öləcək. Xilas olub qaçan isə bir daha geri dönməyəcək).   11-ci xütbə   İmam Əli əleyhis-salamın «Cəməl» döyüşündə (Aişənin dəvəyə mindiyi döyüşdə) döyüş bayrağını övladı Məhəmməd ibn Hənəfiyyəyə verdiyi vaxt ona xitabən buyurduğu kəlamlarındandır:[1] Dağlar yerlərindən qoparılsa da, sən öz yerindən tərpənmə. (Sən döyüş meydanında dağdan möhkəm olmalı, qaçmamalısan.) Dişlərini bir-birinə sıx (özünü müharibənin çətinliklərinə alışdır). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir və xəyallarını Allaha bağla). Ayağını mismar tək torpağa mıxla (döyüş meydanında möhkəm dayan, düşmənin çoxluğundan qorxma). Qoşunun sonunu görüncəyə qədər bax (bütün düşmənlər məğlub olmayanadək arxayınlaşma və ya öz işində uzaq görən olman üçün onların ən son hiylə və tədbirlərini nəzərdə tut). Gözlərini yum (düşmənlərin hiylə və tədbirlərini bildikdən sonra hər tərəfə baxma və onların qılınclarının parıltısından vahiməyə düşmə). Bil ki, qələbə və fəth pak olan Allahdandır. (Döyüş qaydalarına əməl etdikdən sonra, əgər Allahın istəsə qələbə və zəfər sənə nəsib olacaqdır.)   12-ci xütbə   İmam Əli əleyhis-salamın kəlamlarındandır. «Cəməl» döyüşündə Allah o Həzrətə qələbə nəsib etdikdən sonra Həzrətin yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını görəydi». Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir. (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər).   13-cü xütbə   İmam Əli əleyhis-salamın Bəsrə şəhəri və əhalisini məzəmmət etdiyi kəlamlarındandır: [2] Ey camaat, siz bir qadının (Aişənin) qoşunu idiniz və dilsiz bir heyvana (Aişənin dəvəsinə) tabe olmuşdunuz. Onun səsi ilə (onun ətrafına toplaşıb) idarə olunurdunuz damarları kəsildikdə (öldürüldükdə) isə hamılıqla qaçdınız.[3] Sizin əxlaq və xasiyyətiniz süst, əhd-peymanınız boş, inancınız ikiüzlü, şəhərinizin suyu şor və dadsızdır.[4] Sizlərin arasında yaşamış hər kəs öz günahının girovuna çevrilmişdir.[5] Sizləri tərk edən hər kəs Pərvərdigarının rəhmətini dərk etmişdir. (Çünki sizinlə birlikdə olma günahının cəzasından xilas olmuşdur.) Mən sizin məscidi (suda batan) gəminin sinəsini görürmüş kimi görürəm. Allah-təala bu şəhərin yuxarısından və aşağısından əzab göndərmişdir (göydən yağış, yerdən isə dənizin suyunun daşması) ki, onda olanların hamısı qərq olmuşdur. Başqa bir rəvayətdə deyilir (Həzrət buyurub): Allaha and olsun, sizin şəhəriniz batacaqdır. Onun məscidini (suda batan) gəminin sinəsi və ya sinəsi üstə yatmış dəvəquşu kimi görürəm. Başqa bir rəvayətdə göstərilir ki, (buyurdu: suda batan məscidi) dənizdə batan toyuğun sinəsi kimi (görürəm).[6]   14-cü xütbə   İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri və onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlardır: Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə İlahi rəhmət sizdən uzaqdır.) Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir (öz din və dünyanızın məsləhətini bir qadının əlinə verib dəvəyə itaət etdiyiniz kimi). Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, yeyənlər üçün loxma və hücum edənlər üçün ovsunuz.[7] [1] O Həzrətin oğlu Məhəmməd anası Cə’fər ibn Qeysin qızı Xəvlənin bəni–Hənifə qəbiləsindən olmasına görə ibn Hənəfiyyə kimi məşhurlaşmışdı. [2] Cəməl döyüşündə və Bəsrə fəth edildikdə Həzrət buyurdu ki, carçı şəhər əhalisini cümə namazına çağırsın. Cümə günü hamı toplaşıb O Həzrətlə bir came məsçidində namaz qıldılar. Sonra Həzrət qiblənin divarına söykənərək dayandı. Allaha həmd–səna etdikdən, Həzrət Peyğəmbərə salamdan, mömin kişi və qadınlar üçün istiğfar etdikdən sonra bu kəlamları buyurdu. [3] Cəməl döyüşündə Aişənin kəcavəsini zirehlə örtüb dəvəyə mindirmişdilər, qoşunun arasında bayraq əvəzi kimi saxlayıb ətrafına yığışmışdılar. Aişə onları döyüşə həvəsləndirir, onlar isə kəcavənin başına fırlanaraq meydan oxuyur və həlak olurdular. Böyükləri isə fəxrlə dəvənin cilovunu tutur, hər biri torpağa düşdükcə başqa birisi onun yerini tuturdu. Nəhayət, kəcavə və dəvəyə çoxlu yaralar vuruldu. Dilsiz–ağızsız heyvan hadisənin dəhşətindən və yaralarının yanğısından fəryad edirdi. Onlar, dəvə üç ayağı vurulub artıq ayaq üstə dayana bilməyənə qədər daha da çox toplanıb dəvəni dövrəyə aldılar. Həzrət Əli buyurdu: «Onu şeytan saxlayıb, onu qılınclayın» Qılınc vurulduqca dəvə yerə yıxıldı və camaat qaçdı. Deməli, din və dünyalarının məsləhətini bir qadının ixtiyarına verən, dəvəyə tabe olanlar alcaq insanlardır. [4] Dənizə yaxınlığı çoxlu qorxulu xəstəliklər, mədə pozuntularına səbəb olurdu və bunun nəticəsində də zehni gerilik, düşüncəsizlik və kütlük yaranırdı. [5] Çünki ya sizinlə birlikdə olduğundan, ya da sizləri günahdan çəkindirmədiyinə görə günaha düşər. Hər iki halda özü öz günahının əsirinə çevrilmişdir. [6] Deyirlər ki, bu hadisədən sonra Bəsrə iki dəfə su altında qalmışdır. İlk dəfə əl–Qadir–Billahın xəlifəliyi dövründə, ikinci dəfə isə əl–Qaim–Biəmrillahın dövründə yüksəklikdə tikilmiş came məscidinin çıxıntılarından başqa bütün şəhəri su basmışdı.  Nəql olunur ki, bu xütbənin sonunda Həzrət Bəsrə camaatına ürək–dirək verərək buyurmuşdur: «Məqsədim budur ki, söhbətimdən ibrət alasınız və bir daha zəmanənizin İmamına qarşı qiyam etməyəsiniz.» [7] Düşüncəsizliyiniz və nadanlığınıza görə sizi öz hədəfinə çevirib, malınızı yeyən və sizi çətinliyə salan özgə qoşununu öz diyarınıza buraxdınız.

NƏHCÜL-BƏLAĞƏ 02.02.2025

Nəhcül-bəlağə 6-7-8-9-cu xütbələr

6-cı xütbə   (Təlhə və Zübeyr bey’ətlərini pozaraq, qaçdıqları zaman) Təlhə və Zübeyri təqib etməmək, onlara qarşı müharibəyə hazırlıq görülməməsi barədə İmam Əlidən rica edildiyi (İmam Həsən əleyhis-salam xahiş etmişdi) vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlardandır: And olsun Allaha, mən yatmış kaftar kimi deyiləm ki, ovçu bir müddət pusquda duraraq aldatmaq üçün əli və ya çubuğu onu tutana qədər (yuxudan sıçrayıb qalxaraq, heç kəsi görmədən səsin dalınca yuvasından çıxması üçün) yavaş-yavaş yerə vursun. (Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar. Belə isə) nə qədər ki, sağam haqqa üz tutan, itaətkar və məni eşidənlərlə birgə qılınc çalacam, haqqdan üz döndərən, ona şək-şübhə ilə yanaşan günahkarla müharibə edəcəyəm. Allaha and olsun, Həzrət Peyğəmbər vəfat edəndən bu gunə qədər məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuşlar və işimdə tənha qalmışam. 7-ci xütbə   İmam Əli əleyhis-salamın (ona qarşı çıxanların məzəmmət edilməsi haqda olan) xütbələrindəndir. Onlar öz işlərində şeytana etimad etdilər. Şeytan da (başqalarını azdırmaq üçün) onları öz şərikinə və tələsinə çevirdi. Sonra onların köksündə yumurta qoyaraq cücə çıxardı və tədricən (özünə itaət etdirənə qədər) onlarla təmasda oldu. Onların gözləri ilə görür, dilləri ilə danışırdı. (Söz və əməllərində ona tabe olurdular) sonra onları azğınlıq atına mindirərək mənasız sözləri nəzərlərində bəzəkli göstərdi. Onların işləri şeytanın öz qüdrətində şərik edib onun dili ilə öz səhv və batil sözlərini dediyi bir kimsənin işi kimi idi.   8-ci xütbə   İmam Əli əleyhis-salamın müvafiq vaxtda Zübeyri nəzərdə tutaraq buyurduğu kəlamlarındandır.[1] (Həzrət buyurdu:) Zübeyr güman edir ki, Əliyə bey’ət edərək ürəyində əleyhinə olub. Öz bey’ətində qalıb və iddia edir ki, batinində onun əksini gizlətmişdir. Buna görə də (dediklərinin doğruluğu məlum olsun deyə) dəlil və sübut gətirməlidir. Əgər heç bir dəlili olmasa onun bey’əti öz qüvvəsində qalır və müti olmalı, itaət etməlidir.   9-cu xütbə   İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Burada Təlhə, Zubeyr və onların Cəməl döyüşündəki yoldaşları pislənilir, qınanır.) İldırım kimi güruldayaraq qorxutdular və şimşək tək çaxaraq yerlərindən qopdular. (Boş sözlərlə, səs-küylə fitnə-fəsad törətdilər və müharibəyə şərait yaratdılar.) Bu coşqu və gurultuya baxmayaraq, döyüş vaxtı aciz və qorxaq idilər. Biz iş görənə qədər səs salıb qorxutmuruq. (Sözlərimiz əməllərimizlə əlaqəlidir) yağmayana qədər sel axıtmırıq.[2] [1] Zübeyr əhdini pozaraq Həzrətlə müharibə etmək qərarına gəldiyindən Həzrət ona buyurdu: «Sən mənə bey’ət etmisən. Mənə tabe olmağın vacibdir». Cavabında dedi: «Bey’ət zamanı tövriyyə etdim. Yəni, dildə deyib ürəyimdə onun əksini niyyət etdim». [2] Yağış yağmamış selinin gəlməsi mümkün olmadığı kimi, əməli olmasa söz danışan adamın qalib gəlməsi də mümkün deyil.

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 5-ci xütbə

5-ci xütbə   Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatından sonra, Abbas ibn Əbdülmüttəliblə Əbu Süfyan ibn Hərbin bey’ət etmək məqsədilə o böyük şəxsiyyətin hüzuruna müşərrəf olduğu vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlarındandır.[1] Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin.[2] Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun (fitnə-fəsad dalğasından amanda qalmaq üçün Əbu Bəkrin Bəni-Teym və Ömərin Bəni-Ədi tayfaları ilə yola gedin. Çünki) qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu, iylənmiş (təmiz olmayan) su, yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.) Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqqımı tələb etsəm) «padşahlıq və hakimiyyət tamahına görədir» deyəcəklər (necə ki, Ömər bu sözü dəfələrlə demişdir). Sakit oturub, dinməsəm «ölümdən qorxur» deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim. Əslində isə, and olsun Allaha, Əbu Talib oğlunun ölümə meyli südəmər uşağın anasının döşünə olan meylindən daha artıqdır. (Deməli, xəlifəlik məsələsində sükut etməyim ölüm qorxusuna görə deyil.) Sükut etdiyim, qərq olduğum gizli elmə görədir. Bildiklərimi üzə çıxarıb aşkar etsəm sizlər dərin quyuda titrəyən kəndir tək hər an titrəyər və əzab çəkərsiniz. (Buna görə də qəzavü-qədərlə razılaşıb, dözməyim məsləhətdir.) [1] Həzrət Peyğəmbər dünyadan köçdükdən sonra, camaat bəni–Saidənin «Səqifə»sinə, yəni, Ənsarların yığışdığı yerə toplanaraq Əbu Bəkri xəlifə təyin etdilər. Əbu Süfyan daxilən İslam dininin düşməni olduğuna görə müsəlmanlar arasında fitnə salmaq istəyirdi. Bu məqsədlə də bir neçə adamla Abbas ibn Əbdülmüttəlibin yanına gedib dedi: «Mənim narahatlığım və təəccüblənməyim xəlifəliyin bəni–Haşimin əlindən çıxaraq Bəni–Teymə keçməyinə görədir. Qorxuram ki, sabah bu kobud kişi, yəni, bəni Ədidən olan Ömər ibn Xəttab bizə hakim kəsilərək hamımızı özünə tabe etsin. Ayağa qalx, Əlinin yanına gedək, ona bey’ət edək. Sən peyğəmbərin əmisi olduğuna və Qureyş tayfası da mənim sözümü eşitdiyinə görə bizə qarşı çıxanların hamısını öldürərik». Sonra bir dəstə ilə bey’ət etmək üçün o Həzrətin yanına gəldilər. Əmirəl–möminin əleyhis–salam Əbu Süfyanın məqsədinin müsəlmanların arasına ixtilaf salıb, nifaq yaratmaq olduğunu bildiyinə görə bu kəlamları buyurmuşdur. [2] Bizim itaət və tabeçilik gəmimizə minərək özünüzü fitnə–fəsad dənizinin fırtınalarından xilas edin. Sizin din və dünyanızın xeyri bundadır.

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 4-cü xütbə

4-cü xütbə   İmam Əli əleyhis-salamın (Təlhə və Zübeyrin öldürülməsindən sonrakı) xütbələrindəndir. Azğınlığ və nadanlığın zülmətində olduğunuz vaxt bizim səbəbimizə doğru yola qədəm qoydunuz, uca zirvələrə yüksəldiniz (böyüklük və şərəf əldə etdiniz) və bizim vasitəmizlə ayın son gecələrinin qaranlığından (küfr və şirkin ən son həddindən) sübhün nuruna (İslam dininə) çıxdınız. (Bədbəxtlik və sərgərdanlıqdan xilas oldunuz. Deməli, sizin boynunuzda böyük haqqımız var və onun qədrini bilməlisiniz.) Kar olsun yol göstərən fəryaddan nəsihət almayan qulaq.[1] Uca səsdən (Allahın buyurduqları və Həzrət Peyğəmbərin kəlamlarından) ağırlaşaraq kar olan qulaqlar asta səsi (Allahın, Peyğəmbərin moizə və öyüd-nəsihətləri onlara təsir etmədiyi halda, sözsüz ki, mənim çağırış və nəsihətimin də təsiri olmayacaqdır) necə eşidə bilər? Allah xofu və qorxusundan narahat olan qəlblər rahat olsun. (Bu, İlahi əzabdan qorxaraq haqqın yolundan dönməyənlər üçün duadır.) Daima sizlərdən xəyanət, vəfasızlıq və əhdinizi pozmağınızın nəticələrini gözləyirəm. Qiyafələrinizə baxmaqla (şeytanın müjdəçisi olan) aldadıcı bər-bəzəyin sizi aldatdığını anlayıram. (Deməli, mənə göz yumub haqq-ədalətdən heç bir bəhrəsi olmayan başqa birisinə üz tutmağınız təəccüblü deyil.) Təqva libası və dindarlıq köynəyi məni sizlərdən gizlətdi (heç vaxt pozğunluq libası geyinmədiyimə və Allahın istəyinin əksinə heç bir iş görmədiyimə görə məndən əl çəkib başqalarına bey’ət etdiniz), batinimin səfası sizləri tanımaqda gözümü açdı (sizin hiylə, məkr, nifaq və ikiüzlülüyünüzü anladım). Azğınlıq yollarında hamınızın bir-birinizin dövrəsinə toplaşdığı, yolu azdığı, yol göstərəniniz olmadığı zaman (cəhalət və nadanlıq biyabanında elm və biliyə təşnəlikdən ölmək üzrə idiniz) sizə yol göstərmək üçün ayağa qalxdım. Quyu qazırdınız, ancaq su əldə etmirdiniz (sizi həlak olmaqdan və bədbəxtlikdən xilas etdim). Bu gün sizin üçün bəyan sahibinin bağlı dilini açdım (sizin hidayətiniz və əminiliyiniz üçün bu xütbədə mənim halımdan bəhs edən rəmz və sirləri bəyan etdim. Buna görə də) mənim əleyhimə çıxanın (itaətimdən boyun qaçıranın) rəyi uzaq olsun (çünki batil yola qədəm qoymamışam). Haqqı tapdığım gündən ona şəkk-şübhə etməmişəm.[2] (Necə ki,) Həzrəti Musa öz-özündən qorxmurdu (o özünün haq və doğru olduğuna, sehrkar və cadugərlərin məğlub olacaqlarına əmin idi). O, nadanların qələbə çalmasından və azğınlıq ərbablarının qabağa düşməsindən (bunun nəticəsində camaatın yolunu azmasından) qorxurdu.[3] Bu gün biz və siz haqla batil yolda qarşılaşdıq (mən haqq yolunda, siz isə batil yolda), suya əmin olan (mənim sözlərim və əməllərimə tabe olan, heç vaxt) susamaz (küfr, şirk, nifaq vadisində heyran və sərgərdan qalmaz). [1] Onun sözlərinin aqibətini düşünməyən. Bu lənət Təlhə, Zübeyr və Müaviyə kimi haqq yoldan üz döndərib müsəlmanların dininin yolunu kəsərək onları azdıranlara aiddir. [2] Həmişə möhkəm dayanmışam və batil heç vaxt mənə yol tapa bilməmişdir. Təlhə, Zübeyr və s. düşmənlərin qarşıdurma və qələbəsindən qorxmamışam. Mənim qorxum onların öndə olmalarına görə xalqın yolunu azmasından olmuşdur. [3] Musanın sehrkarlarla üzləşdiyi, ona iman gətirən hər kəsin azğınlıqdan qurtulduğu, əleyhinə çıxanların isə dünya və axirətdə Allahın əzabına düçar olduğu kimi.

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 3-cü xütbə

3-cü xütbə   İmam Əli əleyhis-salamın «Şiqşiqiyyə» adlanan xütbəsidir.[1] Agah ol! Allaha and olsun ki, Əbu Quhafənin oğlu (cahiliyyət dövründə Əbu Bəkrin adı Əbdülüzza olmuş, sonra Həzrət Rəsul -səlləllahu əleyhi və alih- onun adını dəyişərək Abdullah qoymuşdur) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) oduğumu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi.[2] Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra (Əbu Quhafənin oğlu xəlifəlik köynəyini haqsız yerə geydiyinə və camaat onu təbrik etdiyinə görə) xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim.[3] Mirasımın tarac olunduğunu görürdüm.[4] (Allah Peyğəmbərinin – səlləllahu əleyhi və alih – vəfatından sonra xəlifəliyi haqsızcasına qəsb edərək xalqı azğınlığa düçar etdikləri vaxt İslamın qorunub saxlanılması, daxili inqilabın baş verməməsi və düşmənlərin ondan sui-istifadə etməmələri üçün xəlifəlikdən çəkinərək dözməyi məsləhət bildim.) Birincisi (Əbu Bəkr) öz yolunun sonuna çatıb (iki il, üç ay, on iki gündən sonra öldü. Ölməmişdən qabaq) xəlifəliyi-özündən sonra-İbn Xəttabın (Ömərin) boynuna atdı. (Seyyid Rəzi əleyhir-rəhmə deyir): Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Ə’şanın şe’rini (Amirin mədhi və Əlqəmənin həcvi barədə olan qəsidəsini) oxudu: شَتَّانَ ما يَوْمِى عَلى كُورِها **** وَ يْوْمُ حَيَّانَ أَخِى جابِرِ (Bu şe’ri iki cür izah etmək olar, birincisi) dəvənin donqar və palanı üstündə səfərin əzab-əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz-nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (İkinci məna isə): və dəvənin belinə minən mənimlə, səfərin məşəqqət və çətinliklərindən azad olan Cabirin qardaşı Həyyanın güzəranı arasında nə qədər fərq var.[5] Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan bey’ətinin geri götürülməsini istəyir.[6] Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə Öməri vəsiyyət edir. Bu iki qarətçi xilafəti dəvənin iki döşü kimi öz aralarında böldülər (dəvənin bir döşünü Əbu Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə ondan məhrum etdilər). (Beləliklə, Əbu Bəkr xilafəti) hamar olmayan, sərt yerdə yerləşdirdi (Öməri özündən sonra xəlifə etdi), halbuki Ömər sərt və acıdil idi, onunla görüş əziyyət verici idi və (dini məsələlərdə) səhvləri, (verdiyi səhv fətvalara görə) etdiyi üzürxahlıqları saysız-hesabsız idi.[7] Onunla ünsiyyət (həm İmamın, həm başqalarının onunla ünsiyyəti) cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına buraxdıqda isə süvarsini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi. Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə (on il altı ay) dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum. Ömər də öz yolunun sonuna yetişdi (və libası tərk etməzdən öncə) xilafət məsələsini, məni də onlardan biri güman etdiyi bir neçə adamın arasında ortaya qoydu.[8] Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni necə Əbu Bəkrə bərabər tutub, mənə şəkk-şübhə ilə yanaşdı? İş o yerə çatdı ki, bu gün belə şəxslərlə (şura üzvü olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə (yenə də səbr edib şurada iştirak etdim) eniş-yoxuşlarda onların ardınca getdim (məsləhətə görə, hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu,[9] başqa birisi Osmanın kürəkəni və qohumu olduğundan məndən üz döndərdi.[10] Başqa iki nəfərinsə (Təlhə ilə Zübeyr rəzalət və alçaqlığına görə) adını çəkmək rüsvayçılıqdır. (Ömərin ölümündən sonra, onun göstərişilə yaradılan şurada) qövmün üçüncüsü (Osman) ayağa qalxdı (haqsız yerə xəlifəlik məqamını qəsb etdi). Yeyib bayıra getməkdən (çox yeyib-içməkdən şişən dəvə kimi) hər iki tərəfini şişirtmişdi (onun işi heyvanlar kimi yeyib peyin tökmək idi və xəlifəliyə aid məsələlərə riayət etmirdi) və onun atalarının övladları da (onun qohumu olan Əməvilər) onunla əlbir idilər. Onun dolaşıq ipi çözülənə qədər (səhabələr əhdlərini pozaraq yan-yörəsindən uzaqlaşana qədər) iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını (müsəlmanların beytulmalını) yeyirdilər (yoxsulları və bu mala haqqı olanları isə məhrum, ac saxlayırdılar). Rəftarı qətlinin tezləşməsinə, qarnının doluluğu devrilməsinə səbəb oldu.[11] (Osmanın öldürülməsindən) sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan, camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (bey’ət etmək üçün) qoyun sürüsü kimi məni dövrəyə aldılar. Bey’ətlərini qəbul edib xəlifəliyə başladıqda isə bir hissəsi (Təlhə, Zübeyr və başqaları) mənimlə olan bey’ətlərini pozdu, bir dəstə (Nəhrəvan Xəvarici və başqaları) bey’ətdən çıxdı, bəziləri isə (Müaviyə və sair şəxslər) Allah-təalanın itaətindən çıxdılar. Sanki, müxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cü ayəsində) «əbədi sarayı məqsədləri yer üzündə ucalıq və fitnə-fəsad törətmək olmayanlar üçün yaratdıq. Gözəl mükafat pərhizkarlar üçündür»-deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dünya onların gözlərini qamaşdırıb və dünyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl çəkərək itaətsizlik etmiş, yer üzündə fitnə-fəsad törətmişlər.) Agah olun! Toxumu ortadan yaran və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə bey’ət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-təalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım[12] xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim. (Əvvəllər də bu işi etmədiyim kimi indi də kənara çəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq içində buraxardım, çünki) bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin asqırığı qədər dəyərsizdir. Deyirlər, Həzrət bu sözləri buyurduqda İraq kəndlilərindən olan bir kişi ayağa qalxaraq ona bir məktub verdi. O Həzrət məktubu oxumağa başladı. Oxuduqdan sonra İbn Abbas dedi: «Ey Əmirəl-möminin, kaş ki, sözünü kəsdiyin yerdən nitqinə davam edəydin. O Həzrət buyurdu: «Heyhat, ey İbn Abbas (belə sözlər bir daha deyilməyəcək, sanki) səslənib, sonra yenidən öz yerində duran dəvənin şiqşiqəsi idi.» İbn Abbas dedi: «Allaha and olsun, mən heç bir sözün kəsilməsinə o Həzrətin öz sözünün istədiyi yerə çatdırmadan kəsilməsi qədər kədərlənməmişdim». (Seyyid Rəzi əleyhirəhmə deyir:) Bu xütbədə Həzrətin (ikinci xəlifə Ömər barədə) كَراكِبِ الصَّعْبَةِ إِنْ أَشْنَقَ لَهاَ خَرَمَ وَ إِنْ أَسْلَسَ لَهاَ تَقَحَّمَ dedikdə məqsədi budur ki, itaətsiz dəvəni minən şəxs hər zaman onun cilovunu bərk tutsa, dəvə itaətsizlik edib burnunu dağıdar, əgər cilovunu boş tutsa onu möhkəm çırpıb tullayar, bir daha sahibinə qayıtmaz. أَشْنَقَ النّاقَةَ dəvəyə minib cilovu vasitəsilə başını yuxarı dartmağa deyilir, وَشَنَقَهَا də deyilər,  İbn Sikkitin «İslahul-məntiq» kitabında deyildiyi kimi, belə ki, Həzrət أَشْنَقَ لَهَا buyurur أَشْنَقَهَا demir, bu iki söz eyni bir mənada işlədilməsinə baxmayaraq, o Həzrətin أَشْنَقَ لَهَا deməsinin səbəbi bu sözün əvvəlki cümlədəki أَسْلَسَ لَها ilə həmvəzn olması üçündür. Sanki, o Həzrət belə buyurub: Dəvəyə minən onun başını cilovuyla yuxarı dartsa, yəni, cilovu dəvənin üstündə möhkəm saxlasa dəvənin burnu dağılar. Hədisdə buyurulur: Allahın Rəsulu dəvənin üstündə olduğu halda camaata xütbə oxuyurdu. قَدْ شَنَقَ لَهَا وَ هِىَ تَقْصَعُ بِجَرَّتِهَا – yəni, dəvənin cilovunu dartıb saxlamışdı, dəvə boğazından çıxardığı bir şeyi çeyniyirdi. (Bu hədisdən məlum olur ki, «شَنَقَ» və «أَشْنَقَ» eyni mənalı sözlərdir.) اَشْنَقَ sözünün شَنَقَ ilə eyni mənada olmasına başqa bir dəlil isə Ədiyy ibn Zeyd İbadinin aşağıdakı beytdə söylədiyi sözdür. سائَهَا ما تَبَيَّنَ فِى الْأَيْدِى                 وَإِشْناقُها إِلَى الْأَعْناقِ Cilovları bizim əlimizdə olmayan itaətsiz dəvələr ram olmurlar, onlar pis dəvələrdir. [1]  Həzrət xütbənin sonunda İbn Abbasa buyurdu: يا ابن عَباسٍ تِلكَ شِقْشِقَةٌ هَدَرَتْ ثُمَّ قَرَّتْ «Burada zülm və sitəm vasitəsilə məndən önə keçən üç xəlifədən şikayət xalqı doğru yola hidayət coşqusuna və şövqünə görə edilmişdir. Bir dəvənin şiqşiqəsi tək səs salıb öz yerində dayanması kimi. Yəni, belə sözlər hər zaman və həmişə söylənilməz». «Şiqşiqə» lüğətdə həyəcanlandıqda və nəfəsi daraldıqda dəvənin ağzından bayıra çıxararaq boğazının alt hissəsində səsləndirdiyi, ilk baxışda dillə səhv salınan qoyunun ağ ciyərinə oxşar maddədir. [2] Dəyirmanın dövr etməsi və fırlanması ortadakı dəmir mismardan asılı olduğu, onsuz dəyirman xüsusiyyətinə malik olmadığı kimi, xilafətin məndən qeyrisinin əlində olmağının da ziyanı vardır, belə olduqda o, bir küncə atılmış, küfr və zəlalətin ayaqları altında tapdanan daşa bənzər. [3] Çox kədərləndim, çünki Əbu Bəkr və qeyrilərinin xəlifəliyində azğınlıqdan başqa bir şey görmürdüm. Tənha və köməksiz olduğumdan söz deyə bilmirdim. [4] Xəlifəiyi qəsb etdilər və bundan törəyən fəsadlar yer üzündə Ali–Məhəmmədin Qaiminin–əleyhis–salam–qiyamına qədər qalacaqdır. [5] Cabirin qardaşı Həyyan Yəmamə şəhərində çoxlu qala, dövlət və sərvət sahibi, qövmünün böyüyü idi, hər il Kəsra ona qiymətli hədiyyələr göndərdiyinə görə xoş güzəran keçirir, heç vaxt səfər çətinliklərinə qatlanmırdı. Şair Ə’şa da Bəni–Qeys tayfasından olub, onun yaxın dostu idi. İmam əleyhis–salamın onun şe’rini misal çəkməkdə məqsədi birinci mənaya görə Rəsulullahın (səlləllahu əleyhi və alih) vəfatından sonra haqqı qəsb olunaraq, ev dustağı və zülm–sitəmlərə məruz qaldığı vaxtla, Həzrət Peyğəmbərin sağlığında camaatın pərvanətək onun başına dolandığı iki gün arasında fərqi; ikinci izaha görə isə möhnət və qəm içində keçirdiyi güzəranla, özlərinin batil məqsədlərinə çatmaqla şad–xürrəm olanlar arasında olan fərqi bəyan etmək idi. Sonra Əbu Bəkrin məkr və şeytançılıqlarını xatırladaraq buyurur. [6] Deyirdi أَقيلونِى فَلَسْتُ بِخَيرِكُمْ وَ عَلِىٌّ فِيكُمْ yəni, «ey camaat, öz bey’ətlərinizi məndən götürərək məni xəlifəlikdən uzaqlaşdırın, mən sizlərdən yaxşı deyiləm və Əli əleyhis–salam sizin aranızdadır. [7] O, cümlədən, hamilə qadının daş–qalaq olunmasını əmr etməsi. Əmirəl–möminin bununla əlaqədar olaraq buyurdu: «Əgər bu qadın günah edibsə, onun uşağının ki, bir günahı yoxdur və o, daş–qalaq olunmamalıdır. Ömər dedi: لَوْ لا عَلىٌّ لَهَلَكَ عُمَرٌ yəni, «Əli olmasaydı Ömər mütləq fətva verməkdə həlak olardı». Bu sözü həmişə təkrar edərdi. [8] Çünki Əbu Lolo ona altı bıçaq zərbəsi vurmuşdu və o, həmin yaralar nəticəsində öləcəyini bilirdi. Xəlifəni təyin etmək üçün Şura məclisi təşkil etdi. Bu o zaman baş verdi ki, qəbilə başçıları onun yanında toplaşıb dedilər: «Yaxşı olar ki, sən razı olduğun bir kəsi özünə canişin və xəlifə təyin edəsən» və Ömər onların cavabında dedi: «Ətrafımda yığışan sizlərdən heç birinizin nə ölüsü, nə də dirisinin xilafət yükünü öz öhdəsinə götürməyini istəmirəm. Dedilər: «Səninlə məsləhətləşirik, məsləhət bildiyini söylə». Dedi: «Bu işə yeddi nəfəri layiq bilirəm. Rəsulallahdan eşitmişəm ki, onlar Behişt əhlidir. Birincisi Sə’d ibn Zeyddir. O, mənimlə qohum olduğuna görə onu çıxardıram. Digər 6 nəfər Sə’d ibn Əbi Vəqqas, Əbdürrəhman ibn Əuf, Təlhə, Zübeyr, Osman və Əlidir. Sə’d ibn Vəqqasın kobudluq və pis əxlaqdan başqa xəlifəlik üçün başqa bir maneəsi yoxdur. Əbdürrəhman ibn Əuf bu ümmətin Qarunu olduğuna görə layiq deyil. Təlhə qürur və təkəbbürünə, Zübeyr paxıllıq və xəsisliyinə, Osman qohum–əqrabasını sevdiyinə, Əli əleyhis–salam isə xəlifəliyə həris olduğuna görə layiq deyil. Sonra dedi: «Soheyb üç gün camaatla namaz qılsın, siz bu altı nəfəri öz içlərindən birini xəlifə seçmələri üçün üç gün bir evdə toplayın. Əgər onlardan beşi müttəfiq, biri onların əleyhinə olarsa, həmin bir nəfəri öldürün. Əgər üç nəfər razılaşıb, üçü onlara qarşı çıxarsa Əbdürrəhmanın da arasında olduğu üç nəfəri seçib digər üç nəfəri öldürün. Onun ölümündən və dəfnindən sonra xəlifəni təyin etmək üçün yığışdılar. Əbdürrəhman dedi: Mən və əmim oğlu Sə’d ibn Əbi Vəqqas bu işin üçdə birini təşkil edirik. Biz ikimiz xəlifəlik istəmirik, sizlərdən ən yaxşısını bu vəzifəyə seçirik. Sonra üzünü Sə’də tutaraq dedi: «Gəl biz bir şəxsi təyin edib ona bey’ət edək ki, camaat da ona bey’ət etsin. Sə’d dedi: «Osman sənin arxanca gəlsə, mən üçüncü olaram. Osmanı təyin etmək istəyirsənsə, mən Əlini istəyirəm. Əbdürrəhman Sə’din razılığını əldə etməkdən məyus olduqda Əbu Təlhəni əlli nəfər ənsarla götürüb onları xəlifə təyin etməyə vadar etdi. Üzünü Əli əleyhis–salama tərəf çevirərək onun əlindən tutub dedi: «Bir halda sənə bey’ət edərəm ki, Allahın kitabı, peyğəmbərin sünnəsi və əvvəlki iki xəlifə Əbu Bəkrlə Ömərin yoluna əməl edəsən. Həzrət buyurdu: «Qəbul edərəm, bir halda ki, Allahın kitabı, Rəsulallahın sünnəsi və öz ictihadım, fikrim əsasında hərəkət edim. Sonra Əbdürrəhman o Həzrətin əlini buraxıb, Osmana üz tutub onun əlini götürüb Əli əleyhis–salama dediyini ona da dedi. Osman qəbul etdi. Sonra Əbdürrəhman üç dəfə bunu Əliyə və Osmana təkrarladı, hər dəfə onların hər birindən eyni cavab eşitdi. Sonra dedi: «Ey Osman, xəlifəlik sənindir». Ona bey’ət etdi və camaat da ona bey’ət etdi. [9] Hətta Osmanın qətlindən sonra belə o Həzrətə bey’ət etməyən Sə’d ibn Vəqqas nəzərdə tutulur, [10] Osmanın ana bir bacısının əri olan Əbdürrəhman ibn Əuf nəzərdə tutulur. [11] İsrafçılıq və beytülmalın qövmünə bəxşiş olunması, yoxsullara və buna haqqı çatanlara isə qadağan edilməsi nəticəsində camaat yığılaraq xəlifəliyi qəsb etməsindən on bir il on bir ay on səkkiz gün sonra onu öldürdü. [12]  Xilafət dəvəsi istədiyi yerə getsin, istədiyi tikanlıqda otlasın, hər zalım və fasiqin azğınlığına tuş gəlsin.

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 2-ci xütbə

2-ci xütbə   İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra oxuduğu xütbələrdəndir: (Siffeyn Fəratın Şama tərəf olan qərb istiqamətində yerləşən ərazidir. Burada o Həzrətlə Müaviyə arasında olan məşhur döyüş baş vermişdir.) Verdiyi nemətini tamamladığına, izzəti müqabilində itaət etdiyimə və məni günahlardan saxladığına görə Allaha həmd edirəm. (Hər bir nemətin müqabilində şükür etmək neməti artırmaqdan əlavə, günah etməmək və bəndəlik üçün də bir vasitədir.) Möhtaclıqdan qurtarmaq üçün Ondan kömək diləyirəm, çünki Onun hidayət etdiyi şəxs azmaz və Onunla düşmənçilik edib Ona itaət etməyən şəxs isə nicat tapmaz. Onun ehtiyacdan qurtardığı kəs möhtac olmaz, çünki Onun ehtiyacdan qurtarmağı (əgər əql tərəzisi ilə ölçülsə) eyni çəkidə və bərabərində olan hər bir şeydən daha artıqdır, saxlanıb, qorunan hər şeydən (xəzinələrdəki cəvahirlərdən) daha yaxşıdır. Şəhadət verirəm ki, bütün kamal sifətləri özündə cəmləşdirən Allahdan başqa heç bir mə’bud yoxdur və şəriki olmayan yalnız Odur. Şəhadət verirəm, doğru və ixlaslı bir şəhadətlə (dildə deyib qəlbdə inanmadan deyil), diri olduqca özümüzü onunla (kəlmeyi-şəhadətlə) günahlardan qoruyur, qiyamətdə bizi gözləyən qorxular və çətinliklər üçün ona olan imanı azuqə saxlayırıq. Çünki kəlmeyi-şəhadət imanın şərti, ilahi ehsanı vüsətləndirən, Allah-təalanın razılığına, şeytanın isə uzaqlaşmasına səbəbdir.[1] Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Allahın bəndəsi və Onun elçisidir. Allah onu, şöhrəti bütün dünyanı bürümüş dinlə, çatan nişanələrlə (o Həzrətin möcüzələri), gətirdiyi kitabla (ki, xalqın arasındadır), parlaq nur və işıq saçan aydınlıqla (əqli və nəqli dəlillərlə), haqla batili bir-birindən ayıran fərmanla batil şübhələri (küfr və şirki) aradan götürüb, xalqla dəlillər əsasında söhbət etmək, öz möcüzələrini göstərmək, onları Qur’an ayələriylə tənbeh edərək əvvəlki ümmətlərə verilmiş əzablarla (ibrət götürərək günah və itaətsizlikdən əl çəkmələrindən ötrü) qorxutmaq üçün göndərdi. Onu insanların (müxtəlif inanclara, fikir ayrılığı və azğınlığa görə) çoxsaylı fitnələrə mübtəla olduğu bir vaxtda göndərdi. O zaman dinin kəndiri qırılmış, imanın dirəkləri sarsılmışdı, dinin əsası ixtilaflı idi, işi (əhkamı) isə bir-birinə qarışmışdı, bu fitnələrdən qurtulmaq üçün yol daralmışdı (ondan qaçmaq qeyri-mümkün olmuşdu), doğru yola yönəlmək üçün heç bir vasitə yox idi. Beləliklə, doğru yol göstərmə və hidayət itib-batmış, korluq və azğınlıq yayılmışdı. Allaha asi, şeytana isə köməkçi olmuşdular. İman zəlil, onun dayaqları viran olmuş, iz və nişanələri dəyişmiş, yolları dağılıb məhv olmuşdu. İnsanlar şeytana tabe olaraq, onun yolu ilə gedir, şeytanın bulağından su içirdilər (azğınlıq suyu içirdilər. Yəni, onun göstərişlərini qəbul edirdilər. Beləliklə, o gücləndi və) onların köməyilə hiylələri işə düşdü və onun küfr və azğınlıq bayrağı dalğalandı. Öz fitnələrilə (dördayaqlılar ayaqlarının altındakı hər şeyi tapdaladıqları kimi), insanları tapdalayıb əzdiyi hamının sərgərdan, nadan, giriftar olduğu vaxt, dünyanın ən yaxşı yerində (Məkkeyi Müəzzəmədə) yuxuları yuxusuzluq, gözlərinin sürməsi ağlamaq olan ən pis qonşuların (Məkkə əhalisi) arasında (fitnəkarlığa, qantökməyə və çətinliyə elə düçar olmuşdular ki, bir an belə istirahət etmirdilər), düşüncəlisinin ağzının bağlandığı, zəlil olduğu, nadanının isə cilovu qırılmış və möhtərəm sayıldığı bir əraziyə onu (Həzrət Məhəmmədi səllallahu əleyhi və alih) göndərdi.   Bu xütbənin Peyğəmbər (salavatullah) nəslinin (on iki İmamın) kamalı barədə olan hissəsində buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alih) nəsli o Həzrətin gizli sirrinin qoruyucusu, fərmanının pənahı (o böyük şəxsiyyətin Haqq-təala tərəfindən əmr etdiyinə itaət göstərdilər), o hörmətli vücudun elm xəzinəsi (Həzrətin bildiyini onlar da bilirdilər), o cənabın (xalqın onlara müraciət edib bilmədiklərini soruşması üçün) hikmətlərinin mərcəyi, kitablarının (Qur’an və sünnənin) hafizi və dininin (müxalif küləklərdən və düşmənlərin dağıntılarından sarsılmaması və onlara görə qorunub, saxlanılması üçün) arxasında dayanan dağlar kimidirlər. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) onların köməyilə qamətini düzəltdi (əvvəlcə zəif və gücsüz olan dinini onların yayması sayəsində maarifi bütün dünyanı bürüyəcək səviyyəyə qədər gücləndirdi), bədəninin titrəyişlərinə sakitlik gətirdi (pak İmamlar əleyhimus-salamın xidmətləri sayəsində İslam dininin düşmənlərindən olan iztirab və narahatlıqları özündən uzaqlaşdırdı).    Bu xütbənin bir hissəsi haqdan əl çəkərək batil yola qədəm qoyanlar barəsində buyurulmuşdur (və sonra isə yenidən Peyğəmbərin Əhli–Beytini mədh etmiş, öymüşdür): (Xəvaric, ya münafiqlər və ya Müaviyənin tərəfdarları və ya başqaları ürəklərində) itaətsizlik (toxumu) əkərək onu yalan və qəflətlə suvarıb həlakət biçdilər.[2] (Deməli,) bu ümmətdən heç kim Məhəmməd (səlləllahu əleyhi və alih) Əhli-Beyti ilə müqayisə oluna bilməz və həmişə onların nemət və bəxşişindən (elm və maariflərindən) bəhrələnənlər, onlarla eyni deyildirlər (belə isə, necə özlərini onlardan üstün bilərək xalqı öz tərəflərinə çağırırlar, halbuki) Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti dinin əsası və təməli, iman və yəqinliyin dirəyidir. (Çünki onların hidayəti və yol göstərmələri sayəsində İslam dini mövcuddur və Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti onlardır ki,) Haq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara qoşularlar. İmamətin xüsusiyyətləri (haq elmlər, ayələr və möcüzələr) onlarda cəm olmuşdur və onların haqqıdır. Onlar barəsində (Allah Rəsulunun) vəsiyyəti və (O hörmətli vücuddan) irs aparmaq sabit olmuşdur (Onlar hər bir baxımdan o Həzrətə daha yaxın və layiqlidirlər. Buna baxmayaraq, ümmətdən bəziləri o böyük şəxsiyyətin vəsiyyətinə əməl etməyərək onun irsini tapdalamış, yer üzündə fəsad toxumu səpmişlər.) İndi haqq öz əhlinə tərəf qayıtmış, tərk etmiş olduğu yerə dönmüşdür (çünki bundan əvvəl əmirlik və xilafəti qəsb, bu mənsəbə layiqli olanı isə dustaq etmişdilər). [1] Şeytan həmişə Adəm övladını Allaha şərik qoşması üçün aldadır, beləliklə, kəlmeyi-şəhadət demək və ona etiqad bəsləmək şeytanın işinin qarşısını almağa və onu uzaqlaşdırmağa səbəb olar.   [2] Dünya və axirət səadətini əldən verdilər. Rəsulullahın (səlləllahu əleyhi və alih)Əhli–Beyti isə yolunu azmışları doğru yola yönəldir, həlak olmaqdan və bədbəxtlikdən xilas edirlər.

NƏHCÜL-BƏLAĞƏ 01.02.2025

Nəhcül-bəlağə 1-ci xütbə

1-ci xütbə   İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının, Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir. Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun![1] Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.[2] Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər.[3] O, elə bir mə’buddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?) O, elə bir mə’buddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır.[4]  Onun üçün müəyyən edilmiş zaman da yoxdur.[5] Nə də Onun üçün uzun müddət vardır.[6] Məxluqatı Öz qüdrəti ilə yaratdı.[7] Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi.[8] Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.[9] Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.[10] İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir.[11] Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar[12] Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.) «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.[13] Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil.[14]  Yoxdan var olmayan bir varlıq və mövcuddur.[15] Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir. Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.) Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.[16] İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət[17] və nə də alət mənasında deyil. (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir. Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki, Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən,[18] heç bir təcrübə və sınaqdan faydalanmadan,[19] Özündə heç bir hərəkət yaratmadan[20] və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı.[21] Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi[22] halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi (bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi). (Allah-təalanı tanıdıqdan və aləmlərin yaranma tərzi barədə ümumi anlayışın olduqdan) Sonra (deyilənlərin ardı olaraq, indi müfəssəl şəkildə bil ki, Allah-təala öz güc və qüdrətiylə) ucsuz-bucaqsız səmaları yardı, onun ətraf və kənarlarını açdı, fəzanın yuxarısında hava və boşluq yaratdı. Daha sonra isə arasıkəsilməyən təlatümlü dalğaları olan və çoxluqdan bir-birinin üzərinə sıx yığılan suyu axdırdı. O, suyu möhkəm uğultu ilə əsən şiddətli və bərk küləyin belinə yüklədi, sonra isə küləyə o suyu (bir-birindən ayrılıb qopmaması üçün hər tərəfdən) qaytarmağı və möhkəm saxlamağı əmr etdi, küləyi suyun sərhədlərində saxladı və o suyun məkanında yerləşdirdi. Hava geniş və açıq küləyin altında, axan su isə yuxarısında (hərəkətdə idi). Bu zaman başqa bir külək yaratdı və onun əhatəsini məhdud etdi (O, küləyi başqa bir şey üçün deyil, yalnız su dalğası üçün yaratdı). Onu daima suyu hərəkət etdirməsi üçün yaratdı, onu möhkəm əsdirdi, onun yaranma mənşəyini (əsmə yeri öyrənilə bilinməyən hissəsini) əlçatmaz etdi. Sonra isə ona bol olan suyu hərəkətə gətirib bir-birinə qarışdırmaq və dənizlərin dalğasını təlatümləndirib qaldırmaq əmri verdi (dənizin özündən olan suyun hər bir hissəsini dalğalandırmağı əmr etdi). Sonra külək də suyu nehrə kimi çalxalayıb qarışdırdı, külək boş və geniş ərazidə əsirmiş kimi şiddətlə ona (doğru) əsdi. (O suyu elə çalxaladı ki,) suyun əvvəlini axırına qaytardı və hərəkətsizini, böyük su kütləsini yuxarı qalxıb, bir-birinin üzərinə sıx yığılmış su hissəsini köpükləndirəcəyi həddə qədər hərəkətə gətirdi. Sonra Allah-təala o köpükləri boş və geniş yerdə, açıq fəzada yuxarı qaldırdı, yeddi səmanı (O köpüklərdən heç bir əyrilik olmadan yaratdı). O, səmaların altında axıb tökülməsin deyə dalğa yaratdı, onların üstündə isə saxlayıcı sütunları olmadan, onları nizamlayan mıx (və ya kəndir) olmadan qorunan tavan yaratdı. Bu zaman O, səmaları ulduzlar və nur ələyənlərin işığı ilə zinətləndirdi. Onda günəşin nursaçan çırağını və parlaq ayı, dövr edən üfüqdə, seyr edən tavanda və hərəkətli lövhədə yerləşdiyi halda (ulduzların, günəşin və ayın hər birini) hərəkətə gətirdi. Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə doldurdu (Onların birinci dəstəsi elə mələklərdilər ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edəndirlər. (Mələklərin heç bir növü maddi olmadığına görə) onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər. Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri uçün danışıq vasitəsi və tərcumanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə (üçüncü hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər. Onların başqa bir hissəsinin (mələklərin dördüncü dəstəsinin) ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına bürüyüblər.[23] O mələklər və onlardan daha aşağıdakılar arasında izzət hicabları və qüdrət pərdələri çəkilib.[24] (O mələklərin Allahı tanımağı və mərifəti elə bir səviyyədədir ki,) Allahı xəyallarında canlandırmaz, məxluqatın sifətlərini Ona aid etməzlər, Onu məkanla məhdudlaşdırmazlar, bənzər və misli olanlarla Ona işarə etməzlər.[25]   Bu xütbənin bir hissəsi Adəm əleyhis–salamın xəlq olunması barəsindədir (Böyük Allah yeri, göyü, günəşi, ayı və ulduzları yaratdıqdan) sonra daşlıq ərazidən, torpağın hamar, əkin-səpinə yararlı yerindən və şoran torpaqdan bir qədər torpaq yığaraq onun üstünə təmizlənib saflaşana qədər su tökdü və bir-birinə yapışana qədər su ilə qarışdırdı. Yoğrulmuş torpaqdan ətrafları, üzvləri, birləşmələri və kəsişmələri olan surət yaratdı. Bir-birindən qopmaması üçün onu bərkitdi, möhkəmləndirib yumşaltdı, palçıq quruduqda müəyyən zaman üçün (onu öz ixtiyarına buraxdı. Bu vaxt ona ruh və həyat verilməsi üçün zəruri idi). Sonra qurumuş palçığa can verdi, insan şəklində ayağa qaldırdı. O, dərk oluna bilənlərin idrakında istifadə üçün idrak qüvvəsinə, işlərə yiyələnmək üçün düşüncəyə, özünə xidmət göstərmək üçün əzalara, işlərində hərəkət etdirmək üçün (əl və ayaq kimi) haqla batili, dadına baxılanlarla qoxulanları rənglərlə cinsləri bir-birindən ayırd etmək üçün fəhmə malik oldu. (Qurumuş palçıq elə bir insan oldu ki,) onun xilqəti və təbiəti müxtəlif rənglərlə qarışdı,[26] bir-birinə bənzər şeylərə (sümük və diş kimi) biri digərinə zidd halətlərə, bir-birindən ayrı təbiətlərə sahib oldu (həmin təbiətlər bundan ibarətdir:) istilikdən (səfra), soyuqluqdan (bəlğəm), rütubətdən (qan), quruluqdan (sovda) və (təzadlı hallar isə bunlardır) sevinc və qəm (yuxu və oyaqlıq, aclıq və toxluq kimi hallar). Böyük Allah (insanı yaratdıqdan və onu Adəm adlandırdıqdan sonra) öz əmanətini mələklərdən istəyərək onlarla bağladığı əhd-peymanı yerinə yetirmələrini, (mələklərlə bağlanan əhd-peyman, onlara verilən əmanət bu idi:) Adəmə səcdə etmək üçün hazır olmalarını, onun böyüklük və əzəməti qarşısında təvazökarlıq göstərmələrini istədi.[27] Beləliklə, Allah-təala onu xəlq etdikdə Adəmə səcdə etmələrini buyurdu. Şeytandan başqa hamı səcdə etdi. Şeytan qürurlandı və lovğalandı, bədbəxtlik ona qalib gəldi, təkəbbür etdi. Oddan yaradıldığına görə özünü böyük sayaraq bir parça quru torpaqdan yaranmış Adəmi özündən aşağı sandı.[28] Beləliklə, Allah qəzəbinin ona şamil olması üçün Şeytana möhlət verdi.[29] Və (şeytana da möhlət verdi) onun imtahan və sınağının tamamlanması, ona verdiyi vədin başa çatması üçün buyurdu: «Sən məlum günə qədər möhlət verilmişlərdənsən» (müəyyən olunmuş günə qədər həyatdan bəhrələn). (Şeytanın İlahi əmrin əleyhinə çıxaraq, Adəmi öz qibləsinə çevirməməsindən, mələklər etdiyi kimi ona təzim etməməsindən) sonra Allah-təala Adəmə azad və xoş güzərana şərait olan məkanda yer verdi və onun məkanını (bütün hadisələrdən) amanında saxladı.[30] Şeytandan və onun düşmənçiliyindən qorxutdu.[31] Sonra düşməni onu aldatdı (Qur’ani-Kərimin Taha surəsinin 120-ci ayəsində buyurulduğu kimi: فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى «Şeytan Adəmə vəsvəsə edərək dedi: «Ey Adəm! Səni əbədiyyət ağacı və zavalsız mülkə tərəf yönəltməyimi istəyirsənmi?» Belə sözlərlə Adəmi aldatdı). Sonra düşməni o Həzrətin əbədi sarayda olmasının və xeyir əməl sahiblərilə ün­siyyətinin paxıllığını çəkdiyinə görə onu aldatdı, beləliklə, (Adəm şeytanın vəsvəsəsinin təsirindən) öz yəqinliyini itirərək şəkk və tərəddüdə düşdü.[32] (Qadağan olunmuş ağacın meyvəsindən yeməmək barədə) öz qərarını (Allahın əmrinə itaətdə) süstlük və səhlənkarlığa dəyişdi (və meyvədən yedi). Şadlıq və sevinc yerinə xofa və qorxuya mübtəla oldu (şeytana aldandığını görüb öz əməlindən xəcalət çəkdi) və peşmançılığını bildirdi. Beləliklə, Haqq-təala tövbənin yolunu öyrədərək rəhmət kəlməsini ona təlim etdi[33] və yenidən Behiştə (əvvəlcə olduğu yerə) qaytaracağına söz verdi. Sonra onu dərd-qəmli, bəla ilə dolu olan dünyaya, nəsilartırma və övladlarının doğum yerinə göndərdi. Və[34] böyük Allah onun övladları arasından peyğəmbərlər seçdi, onlardan vəhy və risalətin təbliği üçün əhd-peyman aldı (ki, Haqq-təala tərəfindən onlara çatdırılanların hamısını yerinə yetirəcəklər və xalqı Allahı tanımağa dəvət edərək bu yolda heç nədən çəkinməyəcəklər).[35] Halbuki insanların çoxu (onlarda fitri olan) ilahi əhd-peymana vəfa etmədilər.[36] Beləliklə, Onun haqqını bilmədilər (və Onu vahid saymadılar) və Ona bənzərlər, şəriklər qoşdular. Şeytanlar onları ilahi mərifətdən (ki, əsas və fitri məqsəd idi) daşındırdılar (aldatdılar) və Allaha sitayişdən çəkindirdilər. Beləliklə, Allah-təala onların arasından Öz peyğəmbərlərini seçərək onlarda fitri olan Tanrının əhd-peymanını tələb etmək və unudulmuş neməti (fitri tovhidi) xatırlatmaları, təbliğ yolu ilə onlarla söhbət etmələri (dəlillərlə danışmaları), gizlənmiş ağılları (ki, küfrün tozu altında gizlənmiş və zəlalətin, günahların qaranlığının təsirindən örtülmüş idi,) üzə çıxararaq işə salmaları və Allahın qüdrət nişanələrini onlara (insanlara) göstərmələri üçün onları bir-birinin ardınca göndərdi. (Və onun qüdrət nişanələri bunlardan ibarətdir:) Başlarının üstündə ucaldılmış səma, ayaqlarının altında sərilmiş yer, məişət güzəranları, məhv edən əcəllər, qocaldan və əldən salan xəstəliklər, dalbadal üzləşdikləri hadisələr. Allah-təala bəndələri göndərilmiş peyğəmbərlərdən, ya nazil edilmiş kitabdan, ya qəti dəlillərdən və ya möhkəm yoldan məhrum etmədi (və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbliğindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmişdi və ya ondan əvvəlki peyğəmbər onu tanıtdırmışdı.[37] (Şeytan insanların çoxunu aldatdığına və elə buna görə də fitri əhd-peymanlarına vəfa etmədiyinə, Haqqın haqqını dandığına görə, böyük Allah da hüccətin tamam olması və insanların doğru yola yönəlməsi üçün bir-birinin ardınca peyğəmbərlər göndərdi.) Beləliklə də, əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi. Nöqsan sifətlərdən münəzzəh olan Allah Öz vədini yerinə yetirmək, peyğəmbərliyi o Həzrətlə yekunlaşdırmaq üçün (ondan sonra peyğəmbər göndərməyəcəkdir) Allahın Rəsulunu (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. (Çünki o böyük insanı sonuncu peyğəmbər seçəcəyini əvvəlki peyğəmbərlərə vədə vermişdi.) Peyğəmbərlərdən əhd-peyman almışdı,[38] onun əlamət və nişanələri məşhurlaşdı. Anadan olduğu vaxt əziz və bəyənilmiş (vaxtların ən yaxşısı) idi və o vaxtlar camaat arasında dağınıq məzhəblər, çoxsaylı bid’ətlər, müxtəlif təriqətlər yayılmışdı. Bir dəstə Allah-təalanı Öz yaratdıqlarına bənzədirdi[39] bəziləri Onun adında təsərrüf edirdilər.[40] Bir dəstə isə Ondan qeyrisinə işarə edirdilər.[41] Beləliklə, Allah-təala o Həzrətin vasitəsilə həmin insanları azğınlıqdan xilas etdi və onun şəxsiyyətinə görə onlara nadanlıqdan nicat verdi. Sonra (o Həzrət xalqı doğru yola yönəltdi, onları ilahi maariflə tanış etdi və xeyir-ziyanlarını bəyan etdi) Haqq-təala o böyük şəxsiyyətə öz yaxınlıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi. Onu müsibət və bəlalardan qurtararaq ruhunu Öz dərgahına götürdü. Ona və Əhli-beytinə Allahın salamı olsun! (Camaatın qiyamət gününə qədər doğru yola yönəldilməsi üçün özünün dünyadan köçməsindən əvvəl) sələfi olan peyğəmbərlərin öz ümmətləri arasında qoyduğunu sizin aranızda qoydu. Çünki peyğəmbərlər onları aydın yolsuz və aşkar nişanəsiz özbaşına buraxmamışlar. O Həzrət də Allahınızın Kitabını sizin ixtiyarınızda qoydu. Onun halal-haramını, vacib-müstəhəblərini, nasix-mənsuxunu, ruxsət və əzaimlərini, ümum və xüsusunu, ibrət və məsəllərini, mütləq və müqəyyədini, möhkəm və mütaşabehini bəyan etməklə mucməllərini təfsir, müşküllərini aşkar etmişdir.[42] Və o kitabın mətləbləri bilmək və öyrənmək vacib olandan[43] onu bilməməyin maneəsi olmayandan[44] vacibliyi sübuta yetirilmiş, sünnədə isə nəsx edilib aradan qaldırıldığı məlum olandan[45] əməl edilməsi sünnədə vacib olan və ona əməl edilməməsinə də icazə veriləndən[46] xüsusi bir vaxtda vacib olan, başqa vaxtlarda isə vacib olmayandan[47] ibarətdir. O kitab haram olmuşlar arasında fərq qoymuşdur: Belə ki böyük günah törədənə atəş və əzab vədəsi vermiş,[48] kiçik günaha batan kəs üçün isə bağışlanmaq hazırlamışdır.[49] Və (yenə də o kitabın mətləbləri) azının qəbul edildiyi, çoxunun isə daha layiqli, bəyənilən olan və ilzami olmayan şeylərdən (ibarətdir).[50]   Bu xütbənin bir hissəsi də Həcc barəsindədir   (Kə’bənin tikilməsinin bəzi sirləri, Həcc ziyarətini yerinə yetirənlərin əməlləri və imkanı olanın onu ziyarət etməsinin vacibliyi xatırlanmışdır) Böyük Allah Beytül-Həramın ziyarətini sizə vacib etdi (elə bir Evin həccini ki, ora daxil olanlara bir çox şey haram edilmişdir) və onu xalqın qibləsi etdi. Həcc ziyarətini yerinə yetirənlər oraya dördayaqlılar kimi daxil olar,[51] göyərçinlərin (öz yuvalarına olan) şövqü kimi ora gəlməyə şövqlə can atarlar. Pak olan Allah xalqın Onun əzəmət və böyüklüyü qarşısında baş əyməsi, izzət və səltənətinin onlar tərəfindən təsdiqi üçün o evi bir əlamət və nişanə etdi. Öz bəndələrindən dəvətini eşidib qəbul edənləri seçdi[52] və fərmanını təsdiqləyərək yerinə yetirər. Onlar peyğəmbərlərin yerində dayanıb özlərini Allah-təalanın ərşini təvaf edən mələklərə oxşadırlar və Allaha bəndəlik, sitayiş müamiləsindən (imanın sərmayəsi ilə) böyük qazanc götürürlər. Onun, günahları bağışlayacağını vədə verdiyi yerə (çatmaq üçün) tələsir, bir-birindən önə keçirlər. Pak Allah o Evi İslamın əlamət və nişanəsi, pənah gətirənlərin pənahgahı etdi, onun həccini vacib, ehtiramının qorunmasını lazım bilib ora getməyi əmr etdi. Sonra (Qur’ani-Kərimin Ali-İmran surəsinin 97-ci ayəsində) buyurdu: «Beytül-Həramın ziyarəti insanlardan, ora getmək iqtidarında olanın üzərində Allahın haqqıdır. (Bu haqqı yerinə yetirmək vacibdir.) Haqq-təalaya kafir olan hər kəs (ora getməyə iqtidarı olduğu halda İlahi əmri yerinə yetirməzsə) Allah-təalaya heç bir ziyan vurmayıb, çünki Allahın dünya əhalisinə ehtiyacı yoxdur (bəndələrin ibadət və imanına möhtac deyil. Deməli, itaətsizlik edən özü ziyana uğramış olar). [1] Onun zatına layiq olan tərif və mədh etmək gücündə deyillər. Buna gö­rə də Həzrəti Seyyid-ul-mürsəlin buyurmuşdur: لا أُحْصِى ثَنَاءً عَلَيْكَ *** أَنْتَ كَمَا أَثْنَيْتَ عَلى نَفْسِكَ «Mən Səni mədh etmək qüdrətində deyiləm. Gərək Sən Özün müqəddəs zatını mədh edəsən». [2] Haqq-təalanın əta etdiyi nemətlər saysız-hesabsızdır və onların sonunu təsəvvür etmək mümkün deyil. Qur’ani-Kərimin İbrahim surəsinin 34-cü ayəsində buyurulur: وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها «Allahın nemətlərini saymaq istəsəniz buna qüdrətiniz çatmaz.» Elə isə Yaradanın nemətlərini saya bilməyən kimsə, Onun haqqını necə ödəyə və Ona necə şükr edə bilər? [3] Belə isə, şükür etməyin ən yüksək dərəcəsi bəndənin Onun nemətlərinin haqqını ödəməkdə aciz olduğunu etiraf etməsidir. [4]Məhdudlaşma və ehtiva olunma vücudu mümkün olanlara xasdır. Vücudu vacib olan Allah-təala bundan münəzzəhdir. [5] Onun barəsində «xeyli vaxt öncədən mövcud olduğu» söylənilə bilməz. Çünki O, zamanın yaradıcısıdır və zamanın içində olmağa ehtiyacı yoxdur ki, zaman onu əhatə edə bilsin. [6]  Onunla tamamlansın. Yəni, Onun müddəti yoxdur, əzəli və əbədi olan Odur. Zamanı yoxdur ki, sonu və müddəti olsun. Belə ki, zaman hərəkətin ölçüsüdür. Hərəkət isə maddənin xassələrindəndir. O isə materiyadan uzaqdır. Deməli, Onun zaman içində olması qeyri-mümkündür. [7] Qur’ani–Kərimin İsra surəsinin 51-ci ayəsində buyurulur: «فَسَيَقُولُونَ مَنْ يُّعِيدُنا قُلِ الَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ» Deyərlər bizi ölümdən sonra kim qaytarıb dirildəcəkdir? Ey Peyğəmbər, onların cavabında de ki, sizləri ilk dəfə yaradan yenidən dirildəcək. [8] Qur’ani–Kərimin Ə’raf surəsinin 57-ci ayəsində buyrulduğu kimi: َوهُوَ الَّذِى يُرْسِلُ الرِّياَحَ بُشْراً بَيْنَ يَدَىْ رَحْمَتِهِ «Rəhməti olan yağışı yerə yağdırmazdan öncə küləkləri müjdə kimi göndərən Odur. [9] Sizin rahat yaşamanız üçün tərpənib silkələnməsin. Qur’ani–Kərimin Nəhl surəsinin 15-ci ayəsində buyurulduğu kimi: وَأَلْقَى فِي الْأَرْض رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ «Böyük Allah yeri, tərpənib sizi bir tərəfdən başqa tərəfə atmaması üçün nəhəng dağlarla möhkəmləndirdi. [10] Çünki tovhid ixlasdan başqa bir yolla kamilləşə bilməz. Yəni, Allahı tanıyanın hər bir sözü, hər bir əməli Ona xatir olmalıdır, heç bir dünyəvi məqsədlərə qarışmamalıdır. [11] Məsələn, «Haqq–təalanın elmi Onun zatına artırılmış, özündən xaric bir sifətdir» deyilməsin. Belə düşüncə təkallahlılığa və tovhidə ziddir. [12]Bölünüb–parçalana bilən hər bir şey isə tərkibdən təşkil olunub və hər tərkib də hissələrdən ibarətdir.  [13] «Harada deyil», «nəyin üstündədir» deyərsə Onu materiya və tərkibdən ibarət sanmış olar. Bundan isə belə çıxar ki, O sonradan əmələ gəlmiş, yeni yaranmışdır. [14] Bu cümlədə O Həzrət müəyyən zamanda yaranışı Haqq–təaladan istisna edir. [15] Onun varlığı zatən sonradan yaradılmış deyil. Bu cümlədə də Onun zatının yoxdan var olması istisna olunur. [16] Belə ki, hər hansı bir şeydən kənara çəkilsə, ondan bir şey qalmaz. Çünki hər şeyi saxlayan Odur. [17] Çünki hərəkət materiyanın xassəsidir. O isə, materiyadan uzaqdır. [18] Çünki hər bir işdə düşünmək, olmamış bir işin baş tutması üçündür. Belə ki, hər şey zat məqamında Allah–təala üçün əzəli və əbədi olaraq sabitdir. [19]Çünki təcrübə sınaq vasitəsilə elm əldə etmək istəyənlərə aiddir, elmi zatı ilə eyni olan Allah–təala üçün deyil. [20]Onun yaratması hərəkətə əsaslanmır. Çünki hərəkət dəyişiklik deməkdir. Dəyişiklik isə, imkan aləminin xassələrindəndir. [21]Gördüyü işin düzgün olub–olmaması barədə narahatlıq keçirmədən. Belə ki, iztirab və narahatlıq işlərin sonunu bilməməkdən irəli gəlir. Nadanlıq və cəhalət isə, zatı ilə elmi eyni olana rəva deyil. [22]Belə ki, onların arasında ayrılıq mümkün deyil; Şücaət igid insanın ayrılmaz xüsusiyyəti, səxavət kəramətli insanın ayrılmaz sifəti olduğu kimi bir sözlə məxluqatı yaratdı, [23] İki qanadı ilə bacardığı qədər havada uça bilən quş tək, İlahi maarifin sonsuz aləmlərində seyr edə biləcək həddə öz elm və mərifətlərinə qərq olublar. [24] O pərdənin arxasına peyğəmbərlər, onların vasiləsi və Allahın xüsusi bəndələrindən başqa heç kəsin elmi yolu yoxdur. [25] Çünki mələklər elmli və Allahı tanıyandırlar. Allahı bir şəkildə təsəvvür edən, məxluqatın sifətlərini Ona aid edən, Onu məhdudlaşdıran və Ona tərəf işarə edən nadandır; bundan əvvəl Allahı tanıma və mərifət fəslində bəyan olunduğu kimi. [26] Sümüyünün ağlığı, qanının qırmızılığı və tükünün qaralığı kimi, əzasının hər bir üzvü hikmətə uyğun olaraq bir rəngdə oldu. [27] Qur’ani-Kərimin Sad surəsinin 71-ci və 72-ci ayələrində buyurulduğu kimi: إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ «Sənin Allahının mələklərlə «Mən Adəmi torpaqdan xəlq edəcəyəm, yaradıb ruh verildikdə onun müqabilində əyilərək səcdə qılarsınız» dediyi günü yada sal. Yəni, ona təzim edin və ya onu öz qiblənizə çevirin». [28] Həzrəti Rəbbil–Aləminə qarşı çıxaraq dedi: «Mən ondan daha üstün olduğuma görə Adəmə səcdə etmədim. Çünki məni oddan, onu isə torpaqdan xəlq etmisən». Bu iddiada olduğuna görə, Allah ona mələklərin sırasından çıxmasını əmr etdi: «Sən Mənim rəhmətimdən qovuldun. Qəzəb və lənətim cəza gününə qədər səninlədir». Bu vaxt Şeytan dedi: (Qur’ani–Kərimin Sad surəsinin 79-cu ayəsində buyurulduğu kimi🙂 رَبِّ فَأَنْظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ «Ey Allah, insanların diriləcəyi günə qədər mənə möhlət ver» Bəlkə də məqsədi ölümdən xilas olaraq daima diri qalmaq olmuşdur. [29]Necə ki, Qur’ani–Kərimin Ali–İmran surəsinin 178-ci ayəsində kafirlər barəsində buyurur: وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ «Kafir olanlara möhlət verməyimizin onlar üçün yaxşı olduğunu güman etməsinlər. Möhlət verməyimiz daha çox günah edib rüsvayedici əzaba mübtəla olmalarından başqa bir şey deyil». [30] Qur’ani–Kərimin Bəqərə surəsinin 35-ci ayəsində buyurulduğu kimi: وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ «Dedik: Ey Adəm! Sən və zövcən Həvva cənnəti öz məkanınıza çevirin, onun nemətlərindən istədiyiniz qədər tam şadlıqla yeyin və bu ağaca yaxınlaşmayın. Əgər yaxın gəlsəniz, zülümkarlardan olmuş olarsınız». [31] Qur’ani–Kərimin Taha surəsinin 117-ci ayəsində buyurulur: فَقُلْنَا يَآ ادَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى «Dedik: Ey Adəm! Bu səninlə və zövcənlə düşməndir. Diqqətli olun ki, sizi cənnətdən çıxardaraq, bədbəxtliyə düçar eimək üçün bir iş görməsin». [32] Həmin ağacın meyvəsini yeməmək ona əmr edilsə də, xeyrinin, meyvəni yeməkdə olduğunu güman etdi. [33] Tövbəsini qəbul etmək istədiyinə görə, rəhmət kəlməsini ona öyrətdi ki, tövbəsinin qəbul olunması üçün Allah–təalanı onunla səsləsin. [34] Həzrəti Adəm dünyada məskunlaşdıqdan və ondan çoxlu övladları və nəsli dünyaya gəldikdən sonra. [35] Qur’ani–Kərimin Əhzab surəsinin 7-ci ayəsində buyurulur: وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى ابْنِ مَرْيَمَ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا «Peyğəmbərlərdən vəhy və risalətin təbliği haqda əhd–peyman aldığımızı yada sal. Səndən, Nuh və İbrahimdən, Musa və İsa ibn Məryəmdən möhkəm əhd–peyman aldıq». [36] Necə ki, Qur’ani–Kərimin Ə’raf surəsinin 172-ci ayəsində buyurulur: وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قالُواْ بَلى شَهِدْنَا «Sənin Allahının Adəm övladlarından onlar atalarının belində olduqları vaxt peyman aldığını və onlarda fitri olan Allahı tanımağı və tovhidi etiraf etmələri üçün onları özlərinə şahid tutduğunu yada sal. Sonra dedi: «Mən sizin Tanrınız deyiləmmi?» Dedilər: «Bəli, şəhadət veririk ki, sən bizim Tanrımızsan». Lakin öz fitri əhd–peymanlarına vəfa etmədilər. [37] Öz ümmətinə onun peyğəmbərliyinin müjdəsini vermişdi. Qur’ani-Kərimin Səff surəsinin 6-cı ayəsində buyurulduğu kimi: وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ  İsa ibn Məryəmin «Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi elçi və məndən əvvəlki Tövratı təsdiqləyənəm, məndən sonra adı «Əhməd» (səlləllahu əleyhi və alih) olacaq peyğəmbərin müjdəsini verirəm» dediyini yada sal». [38] Peyğəmbərlər də onun risalətini izhar etməli və onun seçilməsini, sonuncu peyğəmbər olmasını və peyğəmbərliyin onunla sona çatmasını öz ümmətlərinə xəbər verməli idilər. [39] Onun xəlq edilmişlər kimi bədən üzvləri və məkanı olduğunu sanan «mucəssimə» tayfası kimi. [40] Allahın adlarını seçərək öz bütlərinə qoymuşdular. Bütpərəst ərəblər Allahdan Latı, Əzizdən Uzzanı, Mənnandan Mənatı götürərək onları öz mə’budları hesab edirdilər. [41] Təbiəti və planetlərin hərəkətinin, vaxtın ötməsinin bütün işlərin səbəbi olduğuna inanan materialistlər kimi. Bir sözlə, bu kimi batil din və inanclar dünyanı zülmətə qərq etmişdi. [42] O Kitabın halalı: Maidə surəsinin 1-ci ayəsində olduğu kimi, أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ yəni, «dili bağlı dördayaqlıların əti sizə halaldır və onda heç bir qadağa yoxdur». Onun haramı isə Maidə surəsinin 3-cü ayəsində göstərildiyi kimi حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ «ölmüş heyvanın əti, qan və donuz əti sizə haram və qadağan olmuşdur». Onun vacibi, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi أَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ «namaz qılın və zəkat verin», müstəhəbbi isə İsra surəsinin 79-cu ayəsindəkiوَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً «nafilə namazı üçün gecənin bir vaxtı oyan», nasixi Tövbə surəsinin 5-ci ayəsindəki kimi فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ «müşrikləri harda görsəniz öldürün». Bu ayə sülh barəsində olan ayənin nasixidir, məsələn Kafirun surəsinin 6-cı ayəsi لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ  «İndi ki, öz şirkinizdən əl çəkmirsiniz, sizin, din və ayinləriniz sizin, tovhid isə mənim dinim olsun», bu ayənin mənsuxudur; ruxsətləri, yəni, bəndələrin işlərinin yüngülləşməsi üçün yaradılmış əhkamları, məsələn Bəqərə surəsinin 184-cü ayəsindəki kimi فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَر «Sizlərdən Ramazan ayında xəstə və ya səfərdə olanlar, Ramazandan qeyri aylarda, xəstə və müsafir olarkən tutmadığınız günlər qədər oruc tutsun», onun əzaimləri, yəni, keçilməsi mümkün olmayan əhkamları Bəqərə surəsinin 185-ci ayəsində olduğu kimi فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ «Səfər etməyən və vətənində olan hər bir şəxs ayı gördükdə oruc tutmalıdır», onun xassı, yəni, xüsusi halallar barəsində deyilən, amma mənası ümumi hallara da aid olan sözlər; Maidə surəsinin 32-ci ayəsində deyildiyi kimi مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْض فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا «Adəmin oğlu Qabil qardaşı Habili öldürdüyünə görə peşman olduğundan Bəni–İsrailə göstəriş verdik ki, hər kəs heç kəsi qətlə yetirməyən və yer üzündə ölümlə nəticələnən bir fəsad törətməyən bir kəsi öldürərsə, bütün camaatı öldürmüş kimidir. Bir kəsin həyat və yaşayışına səbəb olan kimsə isə sanki bütün camaatı diriltmişdir». Bu ayə Bəni–İsrail barəsində nazil olsa da mənası bütün insanlara şamildir. Onun ümumu isə Bəqərə surəsinin 47-ci ayəsində deyildiyi kimi يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ  «Ey Bəni–İsrail, sizlərə bəxş etdiyim nemətlərimi və sizi dünya əhlindən üstün etdiyimi yada salın». Burada dünya əhli sözü ümumi məna daşıyır və bütün dünya əhalisinə şamil edilir. Lakin onun mənası Bəni–İsrail dövrünün insanlarına məxsusdur. Onun ibrətləri isə heyrətamiz və bir növ öyüd–nəsihətdir, Naziat surəsinin 25 və 26 –cı ayələrindəki kimi: فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَى إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشى  «Böyük Allah Fironu axirət əzabı olan odda yanmağa və dünya əzabı olan suda batmağa mübtəla etdi, onun batması qorxan hər kəs üçün hər zaman ibrətdir. Onun məsəlləri, yəni, təşbihlərə şamil olan ayələri, məsələn Cumə surəsinin 5-ci ayəsində olduğu kimi, مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا  «Tövratı oxuyub–öyrənməyə məmur olunan, lakin ona əməl etməyənlər böyük kitabları daşıyan uzunqulaq kimidir», onun mütləqi, yəni, qeyd vurulmamış kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi:  يَآ أَيُّهَا الَّذِينَ امَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِِ فاغْسِلُواْ وُجُوهَكُمْ «Ey iman gətirənlər, namaza dayandıqda, üzlərinizi yuyun», onun müqəyyədi, yəni, qeyd vurulan kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ «Dəstəmaz alarkən əllərinizi dirsəklərinizlə (birlikdə) yuyun», onun möhkəmi, yəni, mənasında səhv və şübhə yeri olmayan kəlmələri, Bəqərə surəsinin 231-ci ayəsindəki kimi: وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ «Bilin ki, Allah hər şeydən agahdır», onun mütəşabihi, yəni, mənası aydın olmayan kəlmələri, Bəqərə surəsinin 228-ci ayəsində olduğu kimi وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوءٍ «Təlağı verilmiş qadınlar iki heyzdən ibarət olan üç paklanma dövrü və ya üç heyz müddəti gözləsinlər», çünki ərəb dilində «قُرُوء» kəlməsinin tək forması olan «قُرْء» kəlməsi hicazlılar arasında «طهر» paklanma, iraqlılar arasında isə «heyz» mənasındadır. Onun mucməli, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi: أَقِيمُواْ الصَّلوةَ «Namaz qılın», onun müşkülü Məryəm surəsinin 1-ci ayəsi kimi; كهيعص  «Kaf, hə, yə, əyn, sad». [43] Böyük Allahın vahidliyini bilmək kimi, necə ki, İbrahim surəsinin 52-ci ayəsində buyurulur: لِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ  «Bilməlisiniz ki, odur vahid olan Allah», [44] Fussilət surəsinin 1-ci ayəsi olan حم «ha, mim»in mənasını bilməmək kimi, [45] Nisa surəsinin 15-ci ayəsində olduğu kimi وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً  «Sizin qadınlarınız arasında zina edən ərli arvadların pis işlərinə öz içinizdən həddi–buluğa çatmış, ağıllı, ədalətli, dörd mömin kişini şahid tutun. Onlar şəhadət versələr, o qadınları öz evlərində ölüncəyə və ya Allah onları həbsdən azad edincəyə qədər saxlayın». Deməli, bu ayənin məzmununa görə, zinakar qadınların hökmü ölüncəyə qədər öz evlərində saxlanaraq, həbs olunmaları idi. Sünnədə həbs hökmü nəsx olaraq, daşqalaq edilmə ilə dəyişdi, [46] İslamın ilk dövrlərində Beytül–Müqəddəsə doğru namaz qılmaq sünnəyə görə vacib idi. Qur’anda isə nəsx olundu. Bəqərə surəsinin 144-cü ayəsində buyurulur: فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ «Kə’bə evi olan, Beytül–Hərama tərəf namaz qılın, harada olursunuz–olun, üzlərinizi ona tərəf döndərin», [47] Cumə surəsinin 9-cu ayəsində buyurulduğu kimi: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِىَ لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ «Ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman namaz qılmağa tələsin»; Beləliklə, cümə namazı yalnız cümə gününə məxsusdur, başqa günlərdə isə vacib deyil. [48] Nisa surəsinin 93-cü ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا «Qəsdən mömin öldürənin cəzası cəhənnəmdir və əbədi olaraq orada qalacaqdır»; [49] Rə’d surəsinin 6-cı ayəsində buyurulur: وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَى ظُلْمِهِمْ «Sənin Rəbbin camaatın etdiyi zülm və sitəmə görə bağışlayandır». Bağışlanan zülm dedikdə, kiçik günahlar nəzərdə tutulur. [50] Muzzəmmil surəsinin 20-ci ayəsində olduğu kimi فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ1  «Mümkün olan qədər Qur’an oxuyun». Deməli, onun az oxunmasını da qəbul edir, çox oxunmasını isə bəndələrin öz ixtiyarına qoyub və  bunu etməyən kəsin boynuna bir şey gəlməz. [51] Onların savaba çatmaq üçün həmin Evdə izdihamlı hərəkətləri, təşnə dördayaqlıların su başına toplaşması kimidir. [52] Ora getmək üçün Qur’ani–Kərimin Həcc surəsinin 27-ci ayəsində buyurulduğu kimi: وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ «Ey İbrahim, xalqı səslə və onu həccə dəvət et. Xalq sənin tikdiyin Evə minikləri zəif, arıq dəvə olsa da belə hər uzaq yoldan atlı–piyada gələr,

NƏHCÜL-BƏLAĞƏ 24.12.2024

«Nəhcül-bəlağə»də qadın

«Nəhcül-bəlağə»də qadın «…Həqiqətən, qadınların iman, irs və ağıldan payları azdır…» («Nəhcül-bəlağə», 79-cu xütbə) Qurana əsasən qadın bir insan olaraq, Allahın öz bəndələrinə verdiyi bütün insani keyfiyyətlərə malikdir və kamillik məqamına çatmaqda qadınla kişi arasında heç bir fərq qoyulmayıb. Müsəlman qadınlar öz şəxsiyyətinin belə bir təsvirini «Nəhcül-bəlağə»də aradıqda, barələrində deyilmiş «ağıldan payları az», «imanda zəif», «əqrəb», «şərr» və s. kimi ifadələrlə rastlaşır və onlarda belə bir sual yaranır – həqiqətənmi qadınlar bəndəlik, kamillik məqamına çatmaqda, ağıl və düşüncədə kişilərdən naqisdirlər?! Təəssüf ki, «Nəhcül-bəlağə»nin bu barədə olan şərhləri arasındakı ziddiyyətlər Əlinin (ə) sözlərinin həqiqətini olduğu kimi dərk etməyə imkan verməyib. Şərhçilər «Nəhcül-bəlağə»də qadınlar barəsində olan ifadələri bəzən fəlsəfi dillə, bəzən tarixi, yaxud psixoloji baxımdan əsaslandırmağa çalışsalar da, bu fikirlər arasındakı fərqlər hər dəfə «müsəlman qadın»ın fikri kimi daha artıq dolaşmışdır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Əli (ə) ədalətin məzhəridir. Malik Əştəri Misirə vali təyin edərkən O Həzrətin (ə) yazdığı məktub bu günədək öz aktuallığını qoruyan ən kamil, misilsiz hüquqi sənəddir. Məsihi Corc Cordaq Əlinin (ə) ədalət nidası qarşısında diz çökərək «Həqiqi ədaləti ondan öyrənmək lazımdır» – deyir. Mötəzilə əqidəsində olan ibn Əbil Hədid «Nəhcül-bəlağə»yə yazdığı şərhin sonunda Əlinin (ə) nurani kəlamları qarşısında öz acizliyini etiraf edərək deyir: «Vadinin seli axdı-daşdı, amma sona çatmadı, torpağa getdi». İmam Əli (ə) həmin xəlifədir ki, öz hakimiyyəti dövründə müsəlmanların zimməsində yaşayan bir yəhudi qadının ayağında xalxalın qoparıldığını eşitdikdə: «Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə, bu ona ar sayılmaz. Ölüm onun üçün yaşamaqdan daha yaxşıdır» – deyir. İmam Əli (ə) elə bir qadın hüquqlarının müdafiəçisidir ki, onun yanına gəlib öz şəhərinin valisindən şikayət edən qadının şikayətini dinləyib, həmin valini işdən kənarlaşdırır. Bəs, belə bir şəxsin «qadınların məzəmməti» adlı xütbəsi nə ilə izah edilə bilər? Xütbəni araşdırmazdan əvvəl bir neçə məsələyə xüsusi diqqət yetirmək lazımdır: 1. «Nəhcül-bəlağə»nin Quranla olan sıx bağlılığı; 2. Həmin dövrdə baş vermiş tarixi hadisələr; 3. Xütbənin mətninin elmi-məntiqi təhlili; 4. Xütbədə Əlinin (ə) istifadə etdiyi üslub. 1. «Nəhcül-bəlağə»nin Quranla sıx bağlılığı «Nəhcül-bəlağə» Quranla sıx şəkildə bağlıdır. «Nəhcül-bəlağə» Quranın tərcümanıdır. Quran ən ali qanunları ümumi formada təqdim edir, «Nəhcül-bəlağə» isə bu qanunların bir cəmiyyətin, xalqın həyatında əks olunmasından bəhs edir. «Nəhcül-bəlağə» bizə, Quranın cəmiyyətin həyatında necə tətbiq olunmasını öyrədir. «Nəhcül-bəlağə»ni Quranı nəzərə almadan araşdırmaq, bədənə ruhu nəzərə almadan baxmaq kimidir. Buna görə də, «Nəhcül-bəlağə»də qadın şəxsiyyətini və simasını anlamaq üçün Qurana müraciət etmək lazımdır. Quran yaradılışın mahiyyəti baxımından qadınla kişi arasında heç bir fərq qoymur və həqiqətdə onların eyni gövhərdən yaradıldığını bəyan edir. «Nisa» surəsinin ilk ayəsində buyurulur: …يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا «Ey insanlar, sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini də yaradan Rəbbinizdən qorxun…» Bu ayədə «nəfs» dedikdə, insanın zati gövhəri və həqiqəti nəzərdə tutulur. Burada məqsəd insanın ruhu, canı, yaxud bədəni deyil. Beləliklə, ayə bütün insanların – istər qadın olsun, istər kişi – eyni bir gövhərdən yaradıldığını bildirir. Hikmət sahibi olan Allah, xüsusi əhəmiyyətinə görə və hər cür şübhəni zehnlərdən silmək üçün müxtəlif ayələrdə bu məsələyə toxunmuşdur. Quran yalnız bəyanla kifayətlənməyib, qadının insani keyfiyyətlərinin hər biri üçün bir nümunə də göstərmişdir. Qadının həssaslığından və duyğularına tabe olmağından söhbət açmazdan əvvəl, Bilqeysin dərin düşüncəsindən, uzaqgörənliyindən danışır. Onun tədbirini və sözünün nüfuzunu tərifləyir. Qadının zəifliyini düşüncə və əqidə azadlığının olmadığını iddia edənlərin əksinə, qadının əqidə azadlığının ən bariz nümunəsindən – Fironun həyat yoldaşı Asiyədən bəhs edir, onu mədh edir. Quran Şüeybin qızının təfəkkür tərzini, onun atasına verdiyi məsləhəti bəyan edir. Bütün bunlar və buna bənzər ayələr qadının müstəqil düşüncə tərzinə malik olduğunu, ağıl nemətindən bəhrələndiyini göstərir. Demək, Əlinin (ə) qadınlar barəsində işlətdiyi «ağıldan naqis», «imandan naqis» kimi ifadələrinin altında başqa bir mənanın gizləndiyi məlum olur. Bu hədisə aydınlıq gətirmək üçün ilk növbədə «iman»ın tərifini bilməliyik: İmanın bir neçə mənası vardır: 1. Qəlbi etiqad və inama iman deyilir (Amma Həzrət Əlinin (ə) xütbəsində bu məna nəzərdə tutulmur). 2. Şəriətin tələb etdiyi hökmləri yerinə yetirməyə iman deyilir. İnsanın imanı onun əməllərilə ölçülür və əməldə naqislik olarsa, təbii ki, bu imanın zəifliyinə dəlalət edir. Həzrət Əli (ə) də öz xübədində qadın imanının naqisliyi dedikdə, bu mənanı nəzərdə tutmuşdur. Belə ki, xütbənin davamında o Həzrət (ə) belə buyurur: «…İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir…» Yəni qadın öz adət günlərində şəriətdə buyurulan əməlləri yerinə yetirmədiyi üçün onun əməlləri, yəni imanı naqis sayılır. Amma bu naqislik qadın məqamının və şəxsiyyətinin kiçilməsi mənasında deyil və bu dövrdə qadının qəlbindəki iman və etiqadından da bir şey azalmır. Çünki namaz və oruc İlahi əmrə tabe olmamaq məqsədilə tərk edilərsə, itaətsizlik hesab olunur və bu itaətsizlik qəlbi qaraldaraq imanı məhv edir. Amma qadının adət günlərində namaz və orucu tərk etməsi əslində ibadət sayılır. Çünki onun bu günlərdə namaz və orucdan çəkinməsi Allahın öz əmridir və bu, heç də Allahla qadın arasındakı rabitənin qırılması mənasında deyil. Qadın öz adət günlərində şəriətin icazə verdiyi dua, zikr və başqa ibadətlərlə məşğul olaraq, Allahla öz rabitəsini saxlaya bilər. Digər tərəfdən kəmiyyət baxımından qadın kişidən 6 il tez mükəlləf olaraq, kişidən 2190 gün daha artıq Allaha ibadət etmək hüququna malik olur və ilin hər ayında adət olaraq minimum 36 gün, maksimum 120 gün namaz və orucu tərk edir. Bundan əlavə, hamiləlik, süd vermə və yaisəlik dövründə heç bir üzvü olmadan öz ibadətini yerinə yetirir. Bununla da, kişi ilə qadının ömürləri boyu etdiyi ibadətlər bərabərləşir və qadının bu ibadətlərdən qazandığı savab kişinin qazandığı savabdan heç də az olmur.

NƏHCÜL-BƏLAĞƏ 24.12.2024

“Nəhcül-bəlağə”nin İslam dünyasında rolu

“Nəhcül-bəlağə”nin İslam dünyasında rolu Müsəlmanların sayının çox, İslam dünyasının geniş coğrafi əraziyə malik olduğu və müxtəlif əqidələrin və məktəblərin müsəlmanların təfəkkür və ruhlarına hakim kəsildiyi indiki dövrdə əgər biz ilk İslam mənbələrini yenidən dirildə bilsək, bu müxtəliflik üçün bir mehvər və mərkəz təyin etməyə kömək etmiş olarıq. “Nəhcül-bəlağə”yə bu baxımdan nəzər salaq. Bu kitab hicrətdən əlli, altmış, yüz və ya 140 il sonra yaşamış filan səhabənin və ya tabeinin hədis kitabı ilə müqayisə edilə bilməz. “Nəhcül-bəlağə” yalnız bizim ölkəyə məxsus deyil, o həm də bütün müsəlman dünyasınındır. İslam dünyası da bu gün İslamın yenidən oyanışına çatmaqdadır. Bu gün İslam ölkələrində olan bəzi İslam iddiaçıları dinimizin ən aşkar və aydın həqiqətlərinə göz yumurlar. Bu gün şüarların vahid, lakin yönəlmələrin şiddətli dərəcədə bir-birindən fərqləndiyi o gündür. Bu günün şəraiti Əmirəl-möminin (ə) dövrünün şəraitidir. Deməli, dövran, “Nəhcül-bəlağə” dövranıdır. Bu gün  İmam Əlinin (ə) dəqiq və cəlbedici baxışı ilə dünyanın və cəmiyyətlərin həqiqətlərinə nəzər salsaq, çoxlu həqiqətləri görmək, tanımaq və mövcud xəstəliklərə çarə tapmaq olar. Elə buna görə də zənnimcə, biz həmişəkindən daha çox “Nəhcül-bəlağə” möhtacıq. «Nəhcül-Bəlağə» nədir? «Nəhc» yol və üslub, «bəlağə» isə sözü çatdırmaq mə’nasındadır. Ədəbiyyat terminolagiyasında «bəlağət, fəsahətli sözün şəraitə uyğun olması» deməkdir. Yəni «dinləyicinin və ya oxucunun vəziyyətini onun idrak və məlumatının səviyyəsi baxımından nəzərə almaq, həmçinin söz və ya yazının dinləyici və ya oxucuya istənilən tə’siri göstərməsi üçün zaman, məkan və digər xüsusiyyətlərə riayət etməkdir.» «Nəhcül-Bəlağə» İmam Əmirəl-mö’minin Əli əleyhis-salamın xütbə, moizə, məktub, hikmətli kəlamlar və öyüd-nəsihətləri külliyatı¬na onları toplamış böyük İslam alimi Seyyid Rəzi tərəfindən verilmiş addır. Bundan əvvəl dediyimiz müqəd¬di¬mə¬dən mə’lum olduğu kimi, «Nəhcül-Bəlağə»nin içindəkilər Əli əleyhis-salamın kəlam və sözləridir ki, sözlərin ən üstünüdür və Qur’ani-Kərim və Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəlamından sonra müqəddəs İslam dini maarifi və əqidəsinin ikinci mənbə və sənədidir. «Nəhcül-Bəlağə» İslam mədəniyyətinin ensiklopediyasıdır ki, onda Allahı tanımaq, mələklər aləmi, dünyanın yaradılışı, insanın təbiəti, ümmətlərin sərgüzəştləri, saleh və ya zalım hökumətlər, dünyanın mahiyyəti, dünyatələblik, dünyatələbliyin aqibəti, Allah övliyalarının mə’nəvi hərəkət yolu, yaxşı əməl sahiblərinin davranış üsulu, zahidlik, iman və yüzlərlə digər mövzular barəsində söhbətlər açılır. Daha mühümü isə budur ki, həmin mövzular haqq, həqiqət, yəqinlik və inamın son həddinin dayaq nöqtəsi olan bir kəsin dilindən bəyan edilir. Buna görə də onun bəyan, nəzər və düşüncəsi həqiqət axtarışında olan sərgərdan şəxs üçün arxalanmalı yerdir. Amma əsas nöqtə budur ki, İmam əleyhis-salamın bütün bu sözlərdən məqsədi təbiətşünaslıq, zoologiya elmlərini tədris etmək və ya fəlsəfi, tarixi və digər məsələləri başa salmaq deyil. Əli əleyhis-salamın kəlamları bu cür məsələləri irəli sürməkdə Qur’ani-Kərim kimidir ki, dinləyicinin gözü önündə hiss olunan və ya ağıl ilə dərk edilən şeylərdən bir nümunə qoyur, sonra yavaş-yavaş onu çatmalı olduğu mənzil başına, yəni Allah dərgahına və tək olan Rəbbin hüzuruna aparır. «Nəhcül-Bəlağə»nin mövzusu barəsində məsələnin qısa şəkildə bəyan edilməsi üçün bu müqəddəs kitabın müasir şərhçilərindən olan böyük əhli-sünnə alimlərindən biri, Misirin keçmiş müftisi Şeyx Məhəmməd Əbduhun sözlərinin bir hisəssini nəql etməklə kifayətlənirik. Şeyx öz müqəddiməsində deyir: “Mən “Nəhcül-Bəlağə”ni oxuyanda, bir ibarədən digər ibarəyə keçəndə düşüncə cövlangahı və bəsirət baxışının dəyişməsini görürdüm. Bə’zən özümü nurani və heyrətləndirici kəlmələrə bükülmüş halda pak ruhların ziyarətinə gələn və çirkinliklərdən təmizlənmiş qəlblərdə yurd salan çox yüksək mə’nalar aləmində hiss edirdim.….Cümlə və ibarələr bə’zən də belə olurdu ki, sanki qaşqabaqlı üzlər, bir-birinə qıcanmış dişlər və hücum etməyə hazırlanmış qəzəbli qartalllarla üz-üzəyəm. Bə’zən də öz cismani qəlibi ilə heç bir oxşarlığı olmayan nurani bir ağılı görürdüm ki, ilahi karvandan ayrılaraq insan ruhuna qoşulub və onu çirkinlik və vəsvəsələrdən təmizlədikdən sonra ona təbiət aləmindən gözəllik verib və daha sonra özü ilə uca mələklər aləminə aparıb, ilahi nurun saçdığı məkana kimi çatdırıb və Rəbbin müqəddəs dərgahında məskunlaşdırıb. Bə’zən də ümmətin valilərinə xitab edərək uca səslə onlara tə’lim verən, doğru və səhv yolu göstərən, ölkə idarəçiliyinin incəliklərini öyrədən və azğınlıq uçurumuna aparan yol ilə getməkdən çəkindirən bir xətib görürdüm”. NƏHCÜL-BƏLAGƏ” NƏ KİTABDIR? İlahi səfirlər iki cür möcüzəyə malik idilər. Əməli möcüzə və söz möcüzəsi. Əməli (fel) möcüzə, Allahın izni ilə insana xas olan təkvini vilayətin qüvvəsi sayəsində kainatı ram etmək və ona təsir göstərməkdir. Məsələn, Ayın yarılması (şəqqül-qəmər), dənizin yarılması, yerin yarılması, ağacın yerdən qopması, anadangəlmə kor və cüzam xəstəliyinə tutulanların sağaldılması, ölünün dirilməsi və mötəbər İslam mənbə¬lərində qeyd olunan digər möcüzələr kimi. Ayın yarılması və ağacın yerindən qopması möcüzələrinin hər ikisi  böyük İslam Peyğəmbərinin (s)  möcüzələrindəndir. Ayın yarılması möcüzəsi belə baş vermişdir: Müşriklər o Həzrəti cadugər adlandırır və deyirdilər: “O sehr edir”. Onlar Peyğəmbərdən (s) istəmişdilər ki, əgər o həzrət ayı iki yerə bölsə, onlar iman gətirəcəklər. Peyğəmbər (s) də mübarək əli ilə göyə tərəf işarə edərək ayı ikiyə bölmüşdür. Ağacın yerdən qopması isə belə baş vermişdir: Bir ağac Allahın Rəsulunun (s) əmri ilə öz yerindən qopub toyuq kimi qanad çalaraq o Həzrətə tərəf yürüdü və gəlib onun yanında durdu. Dənizin və yerin yarılması möcüzələri isə Həzrət Musanın (ə) möcüzələrindəndir. Belə ki, dənizin yarılması Firon və onun qoşununun, yerin yarılması isə Qarun və onun tərəfdarlarının həlak edilməsi üçün Musa peyğəmbər (ə) tərəfindən həyata keçirilmişdir. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaltmaq və Allahın iznilə ölüləri diriltmək İsa peyğəmbərin (ə) möcüzələrindəndir. Xeybər qalasının darvazasının Həzrət Əlinin (ə) mübarək əlləri ilə yerindən çıxardılması o Həzrətin əməli möcüzələrindən və onun həqiqi vilayət qüdrətindəndir. İmam Əli (ə) özü buyurub: والله ما قلعت باب خیبر و قذفت به اربعین ذراعاً لم تحسّ به اعضائی بقوة جسدیة ولا حرکة غذائیة و لکن ایّدت بقوة ملکوتیة و نفس بنور ربّها مستضیتة “Allaha and olsun ki, mən yerindən qopardıb uzağa tulladığım Xeybər qalasının darvazasını özümün cismani qüdrətimlə etmədim, bu işi özümdə hiss etdiyim mənəvi bir qüdrət və İlahi bir nur vasitəsilə yerinə yetirdim”. Söz möcüzəsi  mütəal Allahın uca və dolğun kəlamlarıdır ki, öz sevimli peyğəmbərlərinə nazil etmişdir. Zəmanəmizin böyük irfan alimlərində olan Həzrət Əllamə Həsənzadə Amolinin sözləri ilə desək, “Söz möcüzələri – vəhy əmanətçiləri olan mələklərdən peyğəmbərlərə nazil olan elm, maarif və həqiqətlərdir”. Söz möcüzələrinin başında Qurani-Kərim durur. İsmətli Əhli-Beytin (ə) buyurduğu kəlamlar, “Nəhcül-Bəlağə” və “Səhifeyi-Səccadiyyə” kimi kitablarda toplanan hikmətli sözlər və digər dualar hərçənd Quranın sirrini və batinini izah edirlər, amma onlar ikinci dərəcəli söz möcüzələri hesab olunurlar. Əməli möcüzə ilə söz möcüzələrinin fərqlərini aşağıdakı kimi sadalamaq olar: 1. Əməli möcüzə müvəqqəti olub müəyyən zaman və məkan daxilindədir və ötüb keçəndir. Bu növ möcüzə baş verdikdən sonra yalnız tarixə və xəbərə çevrilir, söz möcüzəsi isə bunun əksinə olub bütün əsrlərdə möcüzə olaraq qalır. 2. Əməli möcüzə daha çox xarici (hissi) aləmlə tanış olan və onlara adət edən adi insanlar üçündür. Belə ki, avam insanlar yalnız hissi idrak¬la, xüsusən də gözləri ilə görməklə bir şeyə inanırlar. Belə insanlar mənəvi və ruhi ləzzəti dərk etməkdə acizdirlər, hətta onlar ibadətlərini də özlə¬ri¬nin naqis xəyallarına ümüdvar olduqları halda yerinə yetirirlər. Bu insanlar azad və arif insanların ibadətdən aldıqları zövqlərdən bəhrə¬sizdirlər. Onlar maddi həyatda kim olmaqlarına baxmayaraq avamdırlar. Həzrət Əli (ə) buyurur: “Allaha ibadət edən bəndələr üç növdür: Bir dəstə Allaha Cənnət əldə etmək üçün ibadət edər, bu, tacirlərin ibadətidir. İkinci dəstə Cəhənnəm əzabından qorxduqları üçün Allaha ibadət edər , bu qulların ibadətidir. Üçüncü dəstə isə Allahın zati ləyaqətinə görə, Ona öz məhəbbətlərini bildirmək və İlahi lütfkarlığa təşəkkür etmək üçün ibadət edərlər. Belə ibadət isə azad insanların ibadətidir. Xüsusi insanlara (ki, bəşəriyyət şəhərinin mütəfəkkir hissəsidirlər) lazım olan elm və mərifətdir. Bu növ insanlar göy süfrəsi və ruhani ədəblər sayılan söz möcüzələri tələb edir, hər bir şeyi lazımınca qiymətləndiməyi bacarır, dərrakəli və müdrikdirlər. Onlar bilirlər ki, elm nədir və  haradan gəlib. Əslində insan öz insaniyyətliyini hifz edərsə, elm və mərifətin, saleh əməl və yaxşı əxlaqın özüdür. Əgər belə olmasa, fani olan boş bir sərmayədir. Arif Haqqın gözəlliyində məhv olduğu kimi, aqil insan da sonsuz kəmalın həyatverici suyunun təşnəsidir. Seyyid Rəzi kimdir? Seyyid Rəzi və ya Şərif Rəzi ləqəbi ilə tanınan Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd alim, fəzilət sahibi və ədib şəxs¬lər¬dən, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəs¬linin ən yaxşı şairlərindən olub. O, on yaşından şer deməyə baş¬layıb və otuz yaşında çox az bir müddət ərzində Qur’anı əz¬bər¬ləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hə¬diyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yax¬şılıqlardan paya malik olub. Seyyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alim¬lə¬rin-dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nö’man bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məsci¬din¬də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır. Bundan sonra Şeyx Müfid həmin iki uşağın tərbiyəsini öhdəsinə götürür. Seyyid Rəzi 359 h.q. ilində Bağdadda dünyaya gəlib və 404 və ya 406 h.q. ilinin məhərrəm ayının altısı, bazar günü səhər tezdən dünyadan köçüb. Onun məzarı Bağdadın Kərx mələlləsində yerləşir və hamı tərəfindən ziyarət edilir. Seyyid Rəzinin «Nəhcül-Bəlağə»dən başqa əldə on üç kitabı var ki, «Təlxisul-bəyan ən məcazatil-Qur’an» da onlardan biridir.

NƏHCÜL-BƏLAĞƏ 24.12.2024

NƏHCÜL- BƏLAĞƏ ƏXÜL- QURAN

NƏHCÜL- BƏLAĞƏ ƏXÜL- QURAN Bildiyiniz kimi, müsəlman aləminin ən müqəddəs kitabı Qurani- kərim və bu kitabdan sonra ikinci qiymətli kitab İmam Əlinin (ə) “Nəhcül- bəlağə” əsəridir. Bu əsər böyük şəxsiyyət və alimlər tərəfindən bəyənilmiş, ona “Əxül- Quran” yəni, Quranın qardaşı adı verilmişdir. Sünni alimi İbn Əbil- Hədid Mötəzili bu kitab haqqında belə demişdir: “Təhtə kəlamil- Xaliq və fövqə kəlamil- məxluq”, yəni Nəhcül- bəlağə, Allah kəlamından aşağı və məxluq sözlərindən üstündür”. Beləliklə, Nəhcül- bəlağə haqqında ümumi məlumatı müxtəsər şəkildə nəzərinizə çatdırırıq. Nəhcül- bəlağənin lüğəti mənası bəlağətin yolu yaxud açıq və gözəl danışmağın yolu deməkdir. Bu kitabın məzmunu isə, həzrət Əlinin (ə), söylədiyi xütbə, yazdığı məktub və hikmətli kəlamlarından ibarətdir. Böyük alim Seyid Rəzi Məhəmməd ibn Əhməd (təvəllüdü h.q. ilə 359, vəfatı 405) hicri qəməri tarixi ilə 400- cü ildə (1000- ci il) həzrət Əlinin (ə) xütbə, kəlam və məktublarını toplayıb adını “Nəhcül- bəlağə” qoymuşdur. O, bu kitabı Nəhcül- bəlağə adlandırmasının səbəbini belə açıqlayır; “Yaxşı olar, ki, mən bu kitaba “Nəhcül- bəlağə” adını verim, çünki, bu qiymətli, gövhər kəlamlar, bəlağətin yolunu oxucuların üzünə açır və bu məharəti, hünəri axtaranları özünə yaxınlaşdırır, habelə müəllim, şagird və zahidlərin istək və arzularını yerinə yetirir”. Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful- Ğita “Müstədrəkün- Nəhcül- bəlağə” və Rza Ustadi ”Mədarike- Nəhcül- bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül- bəlağənin 3- cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş- şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır. Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.- i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96- cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9- cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.- i ilə 173- cü il, vəfatı 252- ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu- Əmiril- Möminin” adlı kitab yazmışlar. Nəhcül- bəlağənin məzmun və mətni üç hissədən ibarətdir: 1- ci hissə 241- 242 xütbədən ibarətdir. Xütbələr, həzrət Əlinin (ə) müxtəlif hadisə və şəraitilə bağlı etdiyi söhbətlərdən ibarətdir. O cümlədən, birinci xütbə yer, göy, mələklər və Adəmin (ə) xilqəti, 184- cü xütbə “Müttə- qin” yaxud “Həmmam” xütbəsi ilə məşhur olub, mö- minlərin xüsusiyyətlərindən bəhs edir. 2- ci hissə 78- 79 Məktubdan ibarətdir. Həzrət Əli (ə) bu məktubları, müxtəlif şəxslərə yazmış və onlara düzgün yolu, əmanətə xəyanət etməməyi və gözəl işləri tövsiyə etmişdir. O cümlədən, Azərbaycanın hakimi Əşəs ibn Qeysə (5- ci mək.), Bəsrənin Hakimi Osman ibn Hüneyfə (4- 45- ci mək.), Bəhreyn hakimi Ömər ibn Əbu Sənəməyə (42- ci mək.) və Şamın qanunsuz hakimi Müaviyəyə (6- cı mək.) də məktub yazmışdır. 3- cü hissə 480- 489 hikmətamiz sözdən ibarətdir. Burada həzrətin (ə) müxtəlif yerlərdə söylədiyi əxlaqi, elmi, siyasi- ictimai, tarixi, psixoloji və digər hədislər yığılmışdır. Nəhcül- bəlağə həzrət Əmirəl- möminin Əlinin (ə) qiymətli bir kitabı olaraq, bizi müxtəlif elmlərdən agah edir. Bu kitabda üsulid- din, firuid- din, Quran, sünnə, şəri hökmlər, kainat və məxluqatın sirləri, fəlsəfə, astronomiya, coğrafiya, siyasət, peyğəmbərlər, İslam tarixi, əxlaq, adət və ənənələr və başqa mövzular haqqında danışılır. Nümunə olaraq bu kitabdan bir neçə cümləni nəzərinizə çatdırırıq: Həzrət Əli (ə) tarix fəlsəfəsini belə açıqlayır: Xütbə 182: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir ibrət vardır. Haradadır Əmaliqə və onların övladları? Hardadır Fironlar və onların sülaləsi?” Xütbə 192: “İbrət götürün keçmiş zaman- larda yaşayan zülmkar və təkəbbürlü ümmət- lərdən ki, necə Allahın əzabına düçar oldular!” Məktub 31: Həzrət Əli oğlu İmam Həsənə (ə) belə buyurur: “Oğlum! Doğrudur ki, mən keçmişdəkilər kimi uzun ömür sürməmişəm, amma onların etdiyi əməlləri nəzərdən keçirib, baş verən hadisələr haqqında fikirləşib, onların qoyduğu izləri seyr edib, sanki onlardan biri olmuşam”. Nəhcül- bəlağə öz gözəllik və ecazkarlığı ilə bütün böyük dahiləri heyran qoymuşdur. Belə ki, bir çox şəxsiyyətlər bu qiymətli əsərə çoxlu şərh və tərcümələr yazmış, müxtəlif dillərə tərcümə etmişlər. O cümlədən, ilk dəfə Nəhcül- bəlağəyə şərh yazan Seyyid Fəzlullah Ravəndi və onu birinci dəfə fars dilinə tərcümə edən Hüseyn Ərdəbili (h.q. t. ilə 10- cu əsrdə ) olmuşdur. Nəhcül- bəlağəyə ən böyük şərhi 27 cilddə fars dilində Məhəmmədtəqi Cəfəri (o, yalnız 185 xütbəyə şərh yazmışdır), ərəb dilində isə sünni alimi olan İbn Əbil- Hədid Mötəzili (20 cilddə) yazmışdır. Habelə məsihi alim Corc Cordaq “Rəvayiu Nəhcül- bəlağə” adlı kitabında həzrətin heyrətamiz və qəribə kəlamlarını toplamışdır. Nəhcül- bəlağənin ən qədim nüsxəsi h. q. t. ilə 421- ci ilə (10 əsr əvvələ) aid olaraq, Qum şəhərində Ayətullah Həsənzadə Amulinin şəxsi kitabxanasında saxlanılır. Allah bizə öz milli- dini irsimizə sahib çıxmaqda, onu dəqiq öyrənib, düzgün şəkildə yaşatmaqda yardım etsin!

NƏHCÜL-BƏLAĞƏ 20.12.2024

NƏHCÜL- BƏLAĞƏ HAQQINDA ÜMUMİ MƏLUMAT

NƏHCÜL- BƏLAĞƏ HAQQINDA ÜMUMİ MƏLUMAT “Nəhcül-bəlağə” haqqında ümumi məlumatı müxtəsər şəkildə nəzərinizə çatdırırıq. “Nəhcül-bəlağə”nin lüğət mənası bəlağət yolu, yaxud açıq və gözəl danışmaq yolu deməkdir. Bu kitabın məzmunu isə həzrət Əlinin (ə) söylədiyi xütbə, yazdığı məktub və hikmətli kəlamlarından ibarətdir. Böyük alim Seyid Rəzi Məhəmməd ibn Əhməd (təvəllüdü h.q. ilə 359, vəfatı 405) hicri qəməri tarixi ilə 400-cü ildə (1000-ci il) həzrət Əlinin (ə) xütbə, kəlam və məktublarını toplayıb adını “Nəhcül-bəlağə” qoymuşdur. O, bu kitabı Nəhcül-bəlağə adlandırmasının səbəbini belə açıqlayır; “Yaxşı olar, ki, mən bu kitaba “Nəhcül-bəlağə” adını verim, çünki, bu qiymətli, gövhər kəlamlar, bəlağətin yolunu oxucuların üzünə açır və bu məharəti, hünəri axtaranları özünə yaxınlaşdırır, habelə müəllim, şagird və zahidlərin istək və arzularını yerinə yetirir”. Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful-Ğita “Müstədrəkün-Nəhcül-bəlağə” və Rza Ustadi ”Mədarike-Nəhcül-bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül-bəlağənin 3-cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş-şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır. Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.-i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96-cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9-cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.-i ilə 173-cü il, vəfatı 252-ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu-Əmiril-Möminin” adlı kitab yazmışlar. Nəhcül-bəlağənin məzmun və mətni üç hissədən ibarətdir: 1-ci hissə 241-242 xütbədən ibarətdir. Xütbələr, həzrət Əlinin (ə) müxtəlif hadisə və şəraitilə bağlı etdiyi söhbətlərdən ibarətdir. O cümlədən, birinci xütbə yer, göy, mələklər və Adəmin (ə) xilqəti, 184-cü xütbə “Müttə-qin” yaxud “Həmmam” xütbəsi ilə məşhur olub, mö-minlərin xüsusiyyətlərindən bəhs edir. 2-ci hissə 78-79 Məktubdan ibarətdir. Həzrət Əli (ə) bu məktubları, müxtəlif şəxslərə yazmış və onlara düzgün yolu, əmanətə xəyanət etməməyi və gözəl işləri tövsiyə etmişdir. O cümlədən, Azərbaycanın hakimi Əşəs ibn Qeysə (5-ci mək.), Bəsrənin Hakimi Osman ibn Hüneyfə (4-45-ci mək.), Bəhreyn hakimi Ömər ibn Əbu Sənəməyə (42-ci mək.) və Şamın qanunsuz hakimi Müaviyəyə (6-cı mək.) də məktub yazmışdır. 3-cü hissə 480-489 hikmətamiz sözdən ibarətdir. Burada həzrətin (ə) müxtəlif yerlərdə söylədiyi əxlaqi, elmi, siyasi-ictimai, tarixi, psixoloji və digər hədislər yığılmışdır. Nəhcül-bəlağə həzrət Əmirəl-möminin Əlinin (ə) qiymətli bir kitabı olaraq, bizi müxtəlif elmlərdən agah edir. Bu kitabda üsulid-din, firuid-din, Quran, sünnə, şəri hökmlər, kainat və məxluqatın sirləri, fəlsəfə, astronomiya, coğrafiya, siyasət, peyğəmbərlər, İslam tarixi, əxlaq, adət və ənənələr və başqa mövzular haqqında danışılır. Nümunə olaraq bu kitabdan bir neçə cümləni nəzərinizə çatdırırıq: Həzrət Əli (ə) tarix fəlsəfəsini belə açıqlayır: Xütbə 182: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir ibrət vardır. Haradadır Əmaliqə və onların övladları? Hardadır Fironlar və onların sülaləsi?” Xütbə 192: “İbrət götürün keçmiş zaman-larda yaşayan zülmkar və təkəbbürlü ümmət-lərdən ki, necə Allahın əzabına düçar oldular!” Məktub 31: Həzrət Əli oğlu İmam Həsənə (ə) belə buyurur: “Oğlum! Doğrudur ki, mən keçmişdəkilər kimi uzun ömür sürməmişəm, amma onların etdiyi əməlləri nəzərdən keçirib, baş verən hadisələr haqqında fikirləşib, onların qoyduğu izləri seyr edib, sanki onlardan biri olmuşam”. Nəhcül-bəlağə öz gözəllik və ecazkarlığı ilə bütün böyük dahiləri heyran qoymuşdur. Belə ki, bir çox şəxsiyyətlər bu qiymətli əsərə çoxlu şərh və tərcümələr yazmış, müxtəlif dillərə tərcümə etmişlər. O cümlədən, ilk dəfə Nəhcül-bəlağəyə şərh yazan Seyyid Fəzlullah Ravəndi və onu birinci dəfə fars dilinə tərcümə edən Hüseyn Ərdəbili (h.q. t. ilə 10-cu əsrdə ) olmuşdur. Nəhcül-bəlağəyə ən böyük şərhi 27 cilddə fars dilində Məhəmmədtəqi Cəfəri (o, yalnız 185 xütbəyə şərh yazmışdır), ərəb dilində isə sünni alimi olan İbn Əbil-Hədid Mötəzili (20 cilddə) yazmışdır. Habelə məsihi alim Corc Cordaq “Rəvayiu Nəhcül-bəlağə” adlı kitabında həzrətin heyrətamiz və qəribə kəlamlarını toplamışdır. Nəhcül-bəlağənin ən qədim nüsxəsi h. q. t. ilə 421-ci ilə (10 əsr əvvələ) aid olaraq, Qum şəhərində Ayətullah Həsənzadə Amulinin şəxsi kitabxanasında saxlanılır. Allah bizə öz milli-dini irsimizə sahib çıxmaqda, onu dəqiq öyrənib, düzgün şəkildə yaşatmaqda yardım etsin! De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (“əl-Ənam”, 162)   إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ Fəsahət və bəlağətdə həqiqətən də bərabəri olmayan, mövzu baxımından İslam dininin əsaslarına, o əsasların vacib saydığı hökmlərə, hökmlərin təşrihi səbəblərinə toxunan, bunları islam Peyğəmbərindən (s.ə.v.v.) əxz etdiyi hududsuz elm qudrətilə açıqlayan, içtimai və iqtisadi məsələlərə, İslam dininin insani göruşunə aydınlaşdırıçı işıqlar tutan «Nəhcul-bəlağə» Əmir-əl-möminin Əli ibni Əbu Talibin (ə) xütbələrinin, sözlərınin, öyudlərinin, vəsiyyətlərinin, məktublarının və hikmətli sözlərinin toplanmasından meydana gəlmişdir. Bunları Şərif Rəzi Məhəmməd ibni Hüseyn toplayıb kitab halına salmış və üç bölumə ayırmışdır. Birinci bölumə xütbələri, ikinci bölumə əsasən məktubları, üçüncu bölumə isə hikmətli sözləri daxil edilmişdir. Şərif Rəzi adı ilə tanınan Əbulhəsən Məhəmməd ibni Əbu Əhmədil-Hüseyn Əli ibni Əbu Talibin (ə) nəslindən olub, imam Museyi-Kazimin oğlu İbrahimin nəticəsi Əhməd Hüseynin oğludur. Ana tərəfdən də Fatimə vasitəsilə imam Hüseynə (ə) qohumluğu çatır və ata tərəfdən siyadət şərəfinə sahibdir («Ümdətüt-talib fi ənsabi Əli ibn Əbu Talib», Nəcəful-əşrəf, h. 1337, M.1918, səh. 193-200; Məhəmməd Əbduh: «Şərhi-Nəhcül-bəlağə», Beyrut, Muəssisətul-aləmi nəşri, M.Əbduhun ön sözü, səh.6). Şərif Rəzi hicri 359-cu ildə (969-970) anadan olmuş, usul və ədəbiyyatda çox yuksək mövqe qazanmış, 383-cu ildə (993) Bağdadda seyyidlərin hakimiyyət xidmətini öz uzərinə göturmuşdur. «Kitabul-mutəşahib fil-Quran», «Məcazatul-asareyni-nəbəviyyə», «Təlxisul-bəyan ən məcazatil-Quran» «Kitabul-Həsaıs» «Əxbari-quzati-Bağdad» adlı əsərləri, atası haqqında bir kitabı, uç cild risaləsi, Əbu Əddullah Huseyn ibni Əhməd ibni Həccacın (h.391, m.1000-ci ildə vəfat etmişdir) şerlərindən seçmələri və divanı vardır. Rəzinin ən məşhur əsəri Həzrət Əlinin (ə) xutbə, məktub və sözlərini topladığı «Nəhcul-bəlağə»dir. («Ümdatul-Talib», səh. 196-197). Hicrətin 406-cı ilinin məhərrəm ayının 6-da (aprel, 1015) Bağdadda vəfat etmiş, Kərhdəki evində dəfn edilmişdir (Hacı Şeyx Əbdullahil-Məmakani: «Tənqiyhul-məqal fi əhvalir-rical» Nəcəf, Murtəzaviyyə mətbəəsi, h.1352, III cild, səh.107). Seyyid Rəzi bu xutbə, məktub və hikmətli sözləri toplayarkən bir xeyli qaynağa sahib idi. Əbu Cəfər Məhəmməd ibni Həsən ibni Əli ət-Tusinin (h.460/1067) rəvayətindən aydınlaşır ki, Həzrət Əmirin (ə) oxuduğu xütbələri ilk dəfə kufəli Zeyd ibni Vəhəbul-Cuyheyni qələmə almışdır. O, Əmir-əl-möminin (ə)-ın əshablarından idi. Nəhrivana gedərkən Həzrət Əmir Zeydi də özu ilə göturmuşdu. (Yenə həmin mənbə, I cild, səh. 471-472). Tusi bu kitabı Əbu Mehnəf Lut ibni Yəhyadan, o, Əbu Mənsur Cuheynidən, o da Zeyd ibni Vəhəbdən rəvayət etmişdir. Zeyd isə rəvayət etdiyi xütbələri şəxsən Əmir-əl-möminin əleyhissəlamın özundən eşitmişdir. İbni Hacər Zeyd ibni Vəhəbin, cahiliyyə dövrunu və əsri-səadəti (peyğəmbər zamanı) görduyunu, lakin Həzrət Rəsuli-Əkrəmlə (s.ə.v.v.) göruşmədiyini, Kufədə yaşadığını, hicrətin 96-cı ilində (m.714) vəfat etdiyini göstərir. Zeydin Peyğəmbərin (s.ə.v.v.) besətindən əvvəli görməsi onun yüz ildən artıq yaşadığını göstərir. Həzrət Əmirin (ə) xütbələrini yazanlardan biri də İbrahim ibni Həkəm ibni Zuheyril-Fəzaridir. Həkəm ibni Zuheyr hicrətin 127-ci ilində (m.741) vəfat edən İsmail ibni Əbdurrəhmanus-Suddəinin təfsirini rəvayət etmişdir. Elə bir təfsir yoxdur ki, onun təfsirindən rəvayət etməsin. Tirmızi də «Səhih» əsərində ondan faydalanmışdır. Həkəm ibni Zuheyr hicrətin 180-cı ilində (m.796) vəfat etmişdir. Oğlu İbrahimin isə Həzrət Əmirin (ə) xütbələrini əhatə edən bir kitabı vardır («Tənqiyh…», I cild, səh. 15). Xütbələri toplayanlardan biri də İsmail ibni Mehranis-Səkunidir. O, imam Cəfər Sadiqin (H.148, m.765) imam Əliyyur-Rizanın (h.202, m.817) zamanlarında yaşamış, onlarla muşərrəf olmuş, bir sıra kitablar yazmış və Həzrət Əmirin (ə) xütbələrini toplamışdır. Həzrət Əmirin (ə) əshabından nufuz sahibi kimi tanınan və imam Həsən (ə) zamanında da ömur surmuş Əsbəq ibni Nubatə Həzrətin Malik-ul-Əştəri Misirə vali təyin edərkən ona yazdığı «Əhdnamə»ni və Məhəmməd-ul-Hənəfiyyəyə vəsiyyətlərini rəvayət etmişdir. Malik-ul-Əştərlə göndərilən və misirlilərə xitabən yazılan məktublarını isə Cəməl cihadında Həzrət Əlinin (ə) yanında olan Səsəə ibni Suhan rəvayət etmişdir. İmam Əlıyyən-Nəqinin (ə) zamanında yaşayan (h.254, m.868) Saleh ibni Əbu Həmmad Əbul-Xeyri Razi də xütbələri ehtiva edən bir kitab tərtib etmişdir. Bunlardan başqa 238-ci ildə (m.896) vəfat edən və Muxtar ibni Əbu Übeydətus-Səqəfinin əmisı Sədin nəslindən olan İbrahim ibni Muhəmməd ibni Səidi Səqəfi, 330-cu ildən (m.844) sonra vəfat etmiş, iki yuzə qədər kıtabın muəllifi olan Əbduləziz ibni Yəhyail-Cəludiyyil-Bisri, 260-ci ildə (m.873) vəfat edən və atası imam Sadiqin (ə) dövrunu görmuş Hişam ibni Muhəmməd ibni Səid də xütbələri toplayanlardandır. Hişamın tarix və ənsaba dair bir sıra kitabları vardır. İmam Əliyyən-Nəqinin (ə) zamanında yaşayan və «Kitabi-Məhasin» sahibi Əhmədin babası olan Məhəmməd ibni İsa ibni Əbdullah ibni Səidul-Əşərinin, fıqhə dair bir sıra əsərlərın muəllifi Məhəmməd ibni Əhmədil-Cufinin də Həzrət Əmirin (ə) xütbələrindən ibarət kitabları vardır. Bunlardan əlavə şiəliklə əlaqəsi olmayan, məşhur muvərrix Əbulhəsən Əli ibn Muhəmmədi Mədaini də (h.225, m.839) Əmir-əl-möminin Əlinin (ə) xütbələrini və amillərinə yazdığı məktubları bir kitab halında toplamışdır (İbnun-Nədim, «Əl-fehrest», Misir, Rəhmaniyyə mətbəəsi, 1345, səh.149). Görunduyu kimi, Seyyid Rəzi Həzrət Əlinin (ə) xütbələrini, məktublarını, hikmətli sözlərini toplayarkən dövrundən əvvəlki bir çox qaynaqlarla tanış idi. Şərif Rəzinin qardaşı Ələmul-huda Seyyid Murtəzanın (h.436, m.1044) kitabxanasında səgsən min cild kitab vardı. «Möçuzətul-Buldan» bu kitabxananın dunyada misilsiz olduğunu, kitabların hamısının elmi biliklərlə zənginliyini göstərməkdədir (Misir, 2. 1323, II cild, Bey-nəs-sureyn mətbəəsi, səh. 343). Doğrudan da, Seyyid Rəzinin bu sahədəki xidmətləri əvəzsizdir. Çunki o, «Nəhcul-bəlağə»ni tərtib etməsəydi, bəlkə də bu xütbələrin, məktubların və hikmətli sözlərin çoxu bizə gəlib çatmazdı. «Nəhcul-bəlağə»də rast gəlmədiyimiz bəzi xütbələr də Həzrət Əmirə (ə) aid edilir ki, «Əl-lölö», «Əl-iftixar», «Əl-vəsilə» bunlardandır. İbni Şəhraşub (h.588, m.1192) da öz «Mənaqib» əsərində adını çəkdiyimiz xütbələrdən bəhs açır. Şubhə yox ki, Həzrət Əlinin (ə) «Nəhcul-bəlağə»yə duşməmiş xutbə və məktubları da vardır. Məlumdur ki, Amidinin «Qurərul-hikəm» indəki qısa və hikmətli sözlərin sayı 11.050-yə çatır. Ancaq «Xütbətül-bəyan» kimi bəzi xütbələrdə quluvvə qaçanların etiqadlarını əks etdirən sözlərin olması, bu xütbələrin Həzrət Əliyə (ə) aidliyinə haqlı şubhələr yaradır (Bax: Bozorgi Tehrani Məhəmməd Möhsin, «Əz-zəriə», VII cild, səh. 187-193). «Nəhcul-bəlağə»yə çox ətraflı bir şərh yazan və bu baxımdan da dəyərli bir tarixi əsər meydana gətirən İbni Əbilhədid Əbdulhəmid (h.655, m.1275) «Nəhcul-bəlağə»dəki sözlərin Həzrət Əliyə (ə) aidlıyində şübhə olmadığını, çoxunun təvatürlə sabitliyini, uslub eyniliyni qeyd edir. «Nəhcul-bəlağə»nin Seyyid Rəzi tərəfindən meydana gətirildiyini, yəni ki, bu kitabdakı xütbələrin, sözlərin Seyyid Rəziyə aid olduğu haqqındakı şubhə barəsində nəhv, luğət, şer, təfsir, hədis, fiqh, ənsab, qiraət, hətta hesab, həndəsə və hikmətdə zamanəsinin körkəmli elm sahibı olan İbni Həşşab Əbdullahdan (h. 567, m 1172) soruşularkən, o, demişdi: «Seyyid Rəzi, yaxud bir başqası bu xütbələrə necə sahıb ola bilər? Biz Seyyid Rəzinın risalələrini görmuşuk, mənsur sözlərindəki uslubunu da bilirik». İbni Həşşabın «Xütbeyi-Şikşikiyyə»ni Seyyid Rəzinin anadan olmasından hələ iki yüz ıl əvvəlki kitablarda gördüyünü İbnı Əbılhədid ustadı Müsəddiq ibni Şəbibdən rəvayət edir. («Reyhanətul-ədəb», V cild, səh. 216-218). Bəziləri heç bir dəlilə əsaslanmadan bu sözlərın sonradan uydurulduğunu, hətta bu qədər xütbələrin əzbərlənib yazılmasına, dörd yuz ilə yaxın bir muddət sonra isə Seyyid Rəziyə çatmasına şübhə ılə yanaşsalar da, onların ərəblərin xususiyyətlərini bilməməsi göz qabağındadır. Ərəb müvərrixlərindən Həccac, Səhban, Vail və b. Cahiliyyə və islam dövrü xətiblərinin sözlərini, Xalid ibni Əbdullah, Mötəsim və Ziyad xəlifə və əmirlərin xütbələrini nəql etmişlər ki, bunlar tarix kitablarında mövcuddur. Bundan əlavə ərəblər fəsahət və bəlağətə aşiqdir. Fəsahət və bəlağətdə örnək olan şerləri, sözləri əzbərləmək ərəblərdə bir ənənə idi. Hətta hicrətin 132-ci ilində (m.570) son Əməvi xəlifəsi Mərvan tərəfindən öldurulən məşhur Əbdulhəmidi Katibdən bu bəlağəti necə əldə etmisən, – deyə soruşulduqda o, cavab vermişdi ki, başının ön hissəsində saç olmayanın (Həzrət Əlınin) xütbələrindən yetmiş xutbə əzbərlədim və onların köməyi ilə bu bəlağəti əldə etdim. Əbdulhəmid haqqında: «Yazı onunla başlamış, İbnıl-Amidlə tamamlanmışdır», – sözlərı məşhurdur. «Nəhcul-bəlağə»dəki xütbələrdə «əzəl, əzəliyyət, məlul» kimi dövrundə istifadə olunmayan, daha çox fəlsəfi duşuncədən doğmuş olan sözlərın mövcudluğuna əsaslanıb xütbələrin Həzrəti Əliyə (ə) aid olmadığını söyləyənlər də olmuşdur. Belə ki, «əzəl» sözu «Sihah», «Əsasul-luğa», «Lisanül-ərəb» müəlliflərinin və dıgərlərinin yazdıqları kimi, «ləmyəzəl»dən törəmiş, vaxtilə «ləm»siz, sadəcə olaraq, «əzəl» şəklində işlədilmişdir. Fəlsəfi termınlərə gəldikdə bilmək lazımdır ki, Həzrət Əlinin (ə) elmi xaceyi-kainatdandır (s); Əli onun elm qapısıdır. O isə «Şədidul-quva»dan təəllüm etmişdir (Qurani-Kərim, «Ən-nəcm» surəsi, 5-ci ayə). Bu baxımdan o, həm tövhidin, həm xilqətin, həm də dunyəvi işlərin dərinliyinə varmış, səbəblərini, nəticələrini təhlil və izah etmiş bir murəbbiyi-aləm, bir xaceyi-külldür. Mövlananın: Rahi-istidlaliyan çupin bovəd, Rahi-çupin səxt bitəmkin bovəd.* dediyi kimi, onun elmi dəlılə yox, yəqinə əsaslanır. *Dəlillərlə hərəkət edənin yolu taxtadandır. Taxta yol isə çox etibarsızdır. Onu, onun elmini bilmək uçun yenə Mövlanaya müraciət edək: Əz Əli amuz ixlasi-əməl, Şiri-həqra dan münəzzeh əz dəğəl. Çon to babi an mədini-elmra, Çon şoayi afitabi-helmra. Baz baş, ey babi-rəhmət ta əbəd, Barqahi-ma ləhu küfvən əhəd. Dər şocaət şiri-Rəbbanisti, Dər morovvət xod ki danəd kisti?* *İxlası da, əməli də Əlidən öyrən; Haqqın şirini hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan: Sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan Allah barikahı, bağlanma, əbədi olaraq açıq qal. İgidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilər? Bu daxımdan da o filosoflara deyil, filosoflar ona möhtacdır. «Nəcul-bəlağə»nin bəzi nusxələrində ola bilsin ki, xütbələrdən ixtisar olunanı vardır. Tərtibçilər öz zövqlərinə, ehtiyac və luzuma görə bəzi cumlələri bəlkə də çıxarmışlar. Buna görə də bir kitabın bir neçə nusxəsində bu cur naqislik və artırmalara həmişə rast gəlmək olur. Bu, artıq cumlələrin sonradan əlavə edildiyinə deyil, bəzi sözlərin tərtibçi tərəfindən yazılmadığına dəlalət edir. Bir də əzbərlənən sözlərdə, əzbərləyənlərin mənanı deyil, lakin bəzi kəlmələri dəyişdirməsi, katiblərin bəzi sözləri zamana uyğunlaşdırması və eyni mənanı verən digər sözlərlə əvəz etmələri mümkündür… Hədısləri nəql edənlər belə, «Həzrət Peyğəmbər belə buyurdu, yaxud buna bənzər bir sözlə buyurdu ki,» – deyə rəvayət edirlər. Yalnız Qurani-Məciddə qiraət xüsusiyyətlərı istisna olmaqla belə fərqlər yoxdur və bütün musəlmanlar tam əmindirlər ki, bir sözu, ifadəsi belə dəyişdirilməyən yeganə kitab Qurandır, Allahın kitabıdır. «Nəhcül-bəlağə»dəki bəzi xütbələrin, vəsiyyətlərin, qısa sözlərin bir qismi ayrıca şərh edilmişdir. Təkcə «Xütbətüş-şikşikiyyə»nin on altı tərcümə və şərhi vardır (Əz-zəriə ilə təsanifiş-şıə, IV cild, Tehran, 1320-1322, səh. 99-100…) İmam Həsənə (ə) vəsiyyətləri orijinalı ilə və digər iki vəsiyyətlə 1329-cu ildə İstanbulda fars dilində nəşr olunmuşdur. Həmin nəşr «Hədiyyətül-üməm» adı ilə 1381-ci ildə Nəcəfül-əşrəfdə, 1961-ci ildə «Mənşurul-ədəbiye-ilahi və düstürül-əməliye və karqahi», «Kitabul-əxlaqeyn nəfisə fi şərhi xütbətül-vəsiyyə» və «Nazimül-vəsiyyə» adları ilə İranda təkrar nəşr edılmişdir. Bu vəsıyyətin turkcəsindən başqa altı şərhi vardır. Əbu Çəfər Mühəmməd ibini Yəqubi Küleyni də bu vəsiyyəti rəvayət etmişdir. Həzrətin Malik Əştərə yazdığı Əhdnamə, «Adabul-müluk», «Töhfeyi-Süleymani», «Düsturi-hikmət», «Ünvanur-riyasə, ər-rayi vər-raiyyə», «Şərhül-əhd», «Nəsayihül-müluk», «Nəzmül-əhd», «Hidayətül-hüsam fi əcaibil hidayəti vəl hükkam», «Töhfətul-vəli», «Tərcümətül-əhd», «Şərhi-əhdnamə», «Əsasüs-siyasə fi təsisir-riyasə», «Dirasatün nəhc», «Rümuzül-imarə» kimi adlarla şərh edilmişdir. Onların sayı 20-dən artıqdır. «Həmmam xutbəsi» kimi tanınan xütbələrin on beş şərhi vardır. Bunlardan başqa Həzrət Əlinin (ə) hikmətli və qısa sözlərini məşhur Cahiz (h. 225, m. 869) «Miə kəlimə» (yüz söz) adı ilə toplamışdır ki, bu əsəri Səfəviyyə dövru şairlərindən Adil və həmin dövrün adamlarından Məhəmməd ibni Əbu Talibi Astrabadi farscaya çevirmişlər. Adilin əsəri Tehranda 1304-cu ildə nəşr olunmuşdur. Əbu Əliyyi Təbərsi, yaxud Əliyyibni Seyyid Fəzlullahi Ravəndi (h.573, m.1178) «Yüz kəlmə»ni əlifba sırası ılə otuz fəslə ayırmış və adını da «Nəsrul-Ləali» qoymuşdur. Bu kitab h. 1312-ci ildə nəşr olunmuşdur. Rəşidəddin Məhəmməd ibini Məhəmmədil-Vətvat (h.552, m.1157) «Töhfətus-siddiq», «Fəslül-xitab», Ünsul-ləhfan» adları ilə ilk üc xəlifənin sözlərini topladığı kimi «Mətlubu külli talib» adı ilə Həzrət Əlinin (ə) də yüz sözunu toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir. Bunlardan və Seyyid Rəzinin «Nəhcül-bəlağə» kitabının sonuna daxil etdiyi qısa sözlərdən başqa Həzrətin daha on mənzum, mənsur, ərəbcə və farsca, hətta fransızca qısa və hikmətli sözlərinin şərh və tərcümələri vardır. Həzrət Əlinin (ə) qısa sözlərini, xususilə «Qurərül-hikəm və dürərül-kəlim» adıyla toplayan Nasihuddin Əbdülvahid ibni Məhəmmədi Təmimiyyi Amididir. Hicri 588-ci ildən on gün əvvəl vəfat edən (m.1192) İbni Şəhraşubun rəvayətinə görə, Amidi onun ustadı olmuşdur. Amidi «Qurərul-hikəm»də Əmir-əl-möminin əleyhissəlamın 11.050 sözünü toplamışdır. Hicri 738-ci ildə (1337) vəfat edən Savcızadə «Nəsrül-ləsali»ni «Budrətül-məali fi tərcümətül-ləali» adı ilə və hər sözu «məfailun, məfailun, fəulun» vəznində farsca bir beytlə tərcumə etmişdir. Supahizadə Əli Qalib farsca beytləri bir-bir turkcəyə tərcumə etmişdir ki, bu kitab Naxçıvanizadə Məhəmmədin yazısı ilə daşbasması olaraq 1315-ci ildə Osmaniyyə mətbəəsində nəşr olunmuşdur. Naxçıvanizadənin Savcızadə olmasını ehtimal edə bilmədik. 953-cü ildə (1546) yazdığı «Təzkirə»sində Əbdullətif Lətifi də (h.990, m.1582) «Nəsrül-ləali»ni «Nəzmül-cəvahir» adı ilə nəzmlə turk dilinə cevirmişdir. 1940-ci ildə Həzrət Əlinin (ə) anadan olmasından şəhadətinə qədərki dövru əhatə edən tərcumeyi-halı ilə birgə 54 xutbə və xitabələrini, imam Həsənə (ə) vəsiyyətini, Malik Əştərə «Əhdnamə»sini, 17 məktubunu, əmr və vəsiyyətlərini, 44 hikmət və nəsihətini, «Divan»ından 48 şeri tərcümə edilmişdir. Ankarada Əmək Basım Yayınevi tərəfindən «İmam Əli buyruğu» adı ilə nəşr olunmuşdur. İndi də oxuculara təqdim olunan bu əsər haqqında: Qeyd olunduğu kimi, Seyyid Rəzi «Nəhcül-bəlağə»ni iki qismə və üç bölümə ayırmış, ilk bölumə əsasən xütbələrini, ikinci qismin birinci bölumünə məktublarını, ikinci bölumunə ısə hikmətli sözlərini daxil etmişdir. Burada da buna eyni ilə riayət olunub. Ancaq bu bölümlər içində mümkün ola biləcəyi qədər mövzu xüsüsiyyətinə və xronoloji tərtibə riayət gözlənilib. Tərcümədə Şeyx Məhəmməd Əbduhun «Nəhcül-bəlağə» şərhinin son nəşri olan və Beyrutda yayınlanan nəşri əsas götürülüb. Bu nəşr dörd qismə ayrılmışdır. Birinci və ikinci qisimdə xütbələr, muxtəlif hadisələrlə bağlı söylənən sözlər, ücüncü qisimdə məktublar, dördüncü qisimdə isə hikmətli sözlər və nəsihətlər var. Tərcümə uç qismə ayrılıb. Birinci qisimdə xütbə və xitabələri, ikinci qisimdə məktubları, ücünçü qisimdə isə hikmət və nəsihətləri verilib. Birinci qisim beş bölumə ayrılır: 1-ci bölumdə «Allah, Həzrət Mühəmməd (s.ə.v.v.), iman, İslam və Qurani-Məcid», 2-ci bölümdə «Özü və Əhli-beyt», 3-cü bölümdə «Dünya-axirət», 4-cü bölümdə «İctimai-iqtisadi xütbələri 5-ci bölümdə «İlk üç xəlifə və özünün zamanına aid xütbələr» və tarixlə baqlı olan xütbə və xitabələrini dərc etdik. Bu qisimdəki xütbə və xitabələrin sayı 192-dir. II qismə məktublarını, əmrnamə və vəsiyyətlərini daxil etdik. Bu qisimdə də xronoloji ardıcıllığı gözlədik və onu dörd bölumə təqsim elədik: 1-ci bölumü Cəməl cihadından əvvəlki və sonrakı dövrlərə aid xütbələrinə, 2-ci bölumu Müaviyəyə göndərdiyi məktublara, 3-cü bölümü cihad zamanı söylədiyi xütbələrə və vəsiyyətlərə, 4-cu bölümü idari məktublarına, əmrnamə və əhdnamələrinə verdik. Buradakı xitabə, məktub, əmrnamə və vəsiyyətlərin ümumi sayı 63-dür. Üçüncü qisimdə qısa sözləri, hikmət və nəsihətləri yerləşdirilib. Bu qisimdə də mövzuya dair bir təsnif aparmağa çalışdıq. 1-ci bölumə «Din, iman, mömin, müslim, Quran və ibadət», 2-ci bölümə «Həzrət Mühəmməd (s.ə.v.v.) özü və Əhli-beyt», 3-cü bölümə «Dünya-axirət», 4-cü bölümə «Ağıl-elm», 5-ci bölümə müxtəlif mövzulara aıd hikmətlər, 6-ci bölümə tarixlə bağlı sözlər, 7-ci bölumə isə «Həqiqət, ədalət, güzəran, insanlıq və cihad» haqqındakı sözlərini daxil etdik. Bu qismin hər bölümünün sonuna «Nəhcül-bəlağə»də olmayan, lakin «Qürərül-hikəm»də yer almış sözlərindən də qatdıq və 325 söz seçdik. Beləliklə, xütbələr 192, Məktub, əmrnamə və vəsiyyətlər 63, hikmətli sözlər 325 olmaqla, 580-ə çatdı. Bunu da qeyd edək ki, bu bölgü sözlərdəki üstün xarakterə görədir. Yoxsa məsələn, iman və Qurandan bəhs edilən bir xütbədə dünyadan, axirətdən, dünya və axirətdən bəhs edilən digər bir xütbədə Həzrət Mühəmməddən (s.ə.v.v.), Əhli-beytdən, ictimai-iqtisadi bölumə aid bir xütbədə tarixi bir hadisədən, yaxud İslamdan bəhs edilmişdir. Yəni xütbələrdə, hətta məktublarda və hikmətli sözlərdə olan təsnif, üstün xarakterə görədir. Xütbələrdə, xitabələrdə, məktublarda, əmr və vəsiyyətlərdə, hətta hikmətli sözlərdə bir ayəyə, hədisə, hadisəyə işarə edilmişsə, yaxud birisinə xitabsa, birisindən bəhs varsa, o xütbə və xitabənin, o sözün axırına qoyulmuş nömrələrlə o ayə, o hədis, o hadisənin izahı yazılmış, qaynağı göstərilmişdir ki, bu da olduqca ətraflı bir şərh mahiyyəti daşıyır. Seyyid Rəzinin topladığı xütbə və xitabələrin sayı 233-ə qədərdir. Bunların bir qismi müxtəlif rəvayətlərdən meydana gəlmişdir. Bir qismi isə Həzrətin dualarını, bir ayəni və ya surəni oxuduqdan sonrakı sözünü, yağmur dualarını, əshabını məkarimi-əxlaqa, ibadət və itaətə təşviqini əhatə edir və çoxu da bir-birini tamamlayır. Bir xütbədə zikr edilənlər başqa bir xutbədə, lakin digər bir tərzdə təkrarlanır. Həzrət Əlinin (ə) xütbələrinin özünü 192 xütbədə bulunduğu üçün onları tərcümə etmək məsləhət oldu. S. Rəzinin 2-ci bölümündə 76 məktub, vəsiyyət və söz vardır. Bunların bir qismi ayrı rəvayətlərlə gəlmişdir. Bu tərcümədə ikinci qisimdəki son vəsiyyətləri birinci qismə daxil edilmişdir. Bu qisimdə 72 xitabə, məktub, əmrnamə və vəsiyyət var ki, demək olar hamısı yerindədir. Üçüncü qisimdəki sözlər və vəcizələr isə «Qurərul-hikəm»dən seçilməklə, deyə bilərik ki, mənada təkrar olmamaq baxımından tamdır. De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (“əl-Ənam”, 162)