Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Rəcəb 20.02.2025

Bu gecə “Məbəs” bayram‎ını‎n gecəsidir Bu gecənin əməlləri

Bu gecə “Məbəs” bayram‎ını‎n gecəsidir, yəni  Peyğəmbəri -Əkrəmin (s) peyğəmbərliyə seçildiyi günün (Rəcəb ayının 27-ci günü) gecəsidir və həmin gecə bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Kəfəmi “Misbah” kitabında yazır: “İmam Cavaddan (ə) belə nəql olunur: “Rəcəb ayında bir gecə var ki, günəşin saçdığı hər bir şeydən yaxşıdır və o, bu gecədir (Rəcəb ayının 27-ci gününün gecəsi – Yanvarın-27-indən 28-nə keçən gecə)… Həqiqətən, bu gecənin savabı şiələrimiz üçün altmış ilin savabına bərabərdir.” Həzrətdən: “Həmin gecə hansı əməlləri yerinə yetirmək lazımdır?” – deyə soruşduqda, belə buyurdu: “İşa namazını qıldıqdan sonra, gecənin bir vaxtında on iki rükət namaz qılırsan. Hər rükətdə “Həmd” surəsindən sonra Qurani-Kərimin kiçik surələrdən birini (“Muhəmməd” surəsindən sonra hər hansı bir surəni) oxuyursan. Hər iki rükətli namazın salamından sonra oturub, yeddi dəfə “Həmd”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, “Qədr” surələrini və “Ayətül-kürsini”, daha sonra isə bu duanı oxuyursan: Oxunuşu  “Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbira.  Əllahummə inni əsəlukə biməaqidə izzik, əla ərkani ərşik, və muntəhər-rəhməti min kitabik, və bismikəl əzəmil əzəmil əzəm, və zikrikəl ələl ələl əla, və bi kəlimatikət-tammat, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təfələ bi ma əntə əhluh.”  Tərcüməsi  “(Həmd-səna özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! İlahi, Sənin ərşinin sütunları üzərindəki izzətinin həqiqətinə, kitabın və daha böyük, daha böyük və daha böyük adına, daha uca, daha uca və daha uca zikrinə və bitkin kəlamlarına xatir Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən və mənimlə Sənə layiq olduğu kimi rəftar edəsən!) Sonra Allahdan digər hacətlərini diləyirsən!” 2. Bu gecənin müstəhəb əməllərindən biri də qüsl etməkdir. 3. Bu gecənin ən fəzilətli əməllərindən biri də imam Əmirəlmöminin Əlinin (ə) (yaxın və yaxud uzaqdan) ziyarətidir. 4. Şeyx Kəfəmi “Bələdül-əmin” kitabında “Məbəs” gecəsi bu duanın oxunmasını da qeyd etmişdir: Oxunuşu  Əllahummə inni əsəlukə bit-təcəllil (bin-nəclil) əzəmi fi hazihil-ləyləti minəş-şəhril muəzzəm, vəl mursəlil mukərrəm, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təğfirə ləna ma əntə bihi minna ələm, yələmu və la nələm. Əllahummə barik ləna fi ləylətina hazihilləti bişərəfir-risaləti fəzzəltəha, və bikəramətikə əcləltəha, və bil məhəlliş-şərifi əhləltəha. Əllahummə fəinna nəsəlukə bil məbəsiş-şərifi vəs-səyyidil-lətifi vəl unsuril əfif, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təcələ əmaləna fi hazihil-ləyləti və fi sairil-ləyali məqbuləh, və zunubəna məğfurəh, və həsənatina məşkurəh, və səyyiatina məsturəh, və qulubəna bihusnil qəvli məsrurəh, və ərzaqəna min lədunkə bil yusri mədrurəh. Əllahummə innəkə təra və la tura, və əntə bil mənzəril əla, və innə iləykər-ruca vəl muntəha, və innə ləkəl məmatə vəl məhya, və innə ləkəl axirətə vəl ula. Əllahummə inna nəuzu bikə ən-nəzillə və nəxza, və ən-nətiə ma ənhu tənha. Əllahummə inna nəsəlukəl cənnətə birəhmətikə və nəstəizu bikə minən-nar, fəəizna minha biqudrətikə və nəsəlukə minəl huril iyn, fərzuqna biizzətikə vəcəl əvsəə ərzaqina ində kibəri sinnina, və əhsənə əmalina indəqtirabi acalina, və ətil fi taətik, və ma yuqərribu iləykə və yuhzi indək, və yuzlifu lədəykə əmarəna, və əhsin fi cəmii əhvalina və umurina mərifətəna, və la təkilna ila əhədin min xəlqikə fəyəmunnə ələyna və təfəzzəl ələyna bicəmii həvaicina lid-dunya vəl axirəh, vəbdə biabaikə və əbnaina və cəmii ixvaninəl mu`min, fi cəmii ma səəlnakə liənfusina ya ərhəmər-rahimin. Əllahummə innə nəsəlukə bismikəl əzim, və mulkikəl qədim, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təğfirə lənəz-zənbəl əzim, innəhu la yəğfirul əzimə illəl əzim, Əllahummə və haza rəcəbul mukərrəmulləzi əkrəmtəna bihi əvvəlu əşhuril hurum, əkrəmtəna bihi min bəynil uməm, fələkəl həmdu ya zəl cudi vəl kərəm, fə əsəlukə bihi və bismikəl əzəmil əzəmil əzəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərru fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusəlliyə əla Muhəmmədin və əhli-bəytihit-tahirin, və ən təcələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi lişəfaətik. Əllahumməhdina ila səvais-səbil, vəcəl məqiləna indəkə xəyrə məqilin fi zilli zəlil, və mulkin cəzil, fəinnəkə həsbuna və niməl vəkil. Əllahumməqlibna muflihinə muncihin, ğəyrə məğzubin ələyna və la zallin, birəhmətikə ya ərhəmər-rahimin. Əllahummə inni əsəlukə biəzaimi məğfirətik, və bivacibi rəhmətikəs-səlamətə min kulli ism, vəl ğərimətə min kulli birr, vəl fəvzə bil cənnəti vən-nəcatə minən-nar. Əllahummə dəakəd-daun, və dəəvtukə və səələkəs-sailun, və səəltukə və tələbə iləykət-talibunə və tələbtu iləyk. Əllahummə əntəs-siqətu vər-rəca, və iləykə muntəhər-rəğbəti fid-dua. Əllahummə fəsəlli əla Muhəmmədin və alih, vəcəlil yəqinə fi qəlbi vən-nurə fi bəsəri, vən-nəsihətə fi sədri və zikrəkə bil-ləyli vən-nəhar, əla lisani və rizqən vasiən ğəyrə məmnun, və la məhzurin fərzuqni və barik li fima rəzəqtəni, vəc`əl ğinayə fi nəfsi, və rəğbəti fima indək, birəhmətikə ya ərhəmər-rahimin. Tərcüməsi  (İlahi, (bu) böyük ayın bu gecəsində əzəmətli təcəllin və kəramətli elçinin vasitəsilə Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən, bizim, özümüzdən də yaxşı xəbərdar olduğun günahlarımızı bağışlayasan. Ey hər şeydən xəbərdar olan Allah, biz nadanıq! İlahi, risalət şərəfi ilə fəzilətli etdiyin, öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gecədə bizə bərəkət ver! İlahi, şərafətli “Məbəs”, (həzrət Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyə seçildiyi gün) mərhəmətli ağa və iffətli-təqvalı şəxsiyyətin vasitəsilə Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən, həm bu gecə, həm də sair gecələrdəki əməllərimizi qəbul edəsən, günahlarımızı bağışlayasan, xeyir işlərimizi yaxşı mükafatlandırasan, günahlarımızın üstünü örtəsən, qəlblərimizə gözəl sözlə (behişt müjdəsi ilə) sevinc bəxş edəsən və ruzimizi Öz tərəfindən asanlıqla bol edəsən! İlahi, Sən (hər şeyi) görür, Özün isə görünmürsən, Sən ən uca məqamdasan, qayıdış yeri və işlərin sonu Sənə doğrudur, ölüm və həyat Sənin əlindədir, axirət və dünya Sənə məxsusdur! İlahi, biz zəlil və xar olmaqdan, Sənin qadağan etdiyin işləri görməkdən Sənə sığınırıq! İlahi, biz Sənin rəhmətin vasitəsilə behişti istəyir, cəhənnəm odundan Sənə pənah aparırıq, Öz qüdrətinlə bizi ondan qoru! Səndən (behiştdə) huri istəyirik, belə isə, öz izzətinlə onu bizə nəsib et, ən bol ruzimizi qocaldığımız zaman, ən gözəl əməlimizi əcəlimiz yaxınlaşan zaman qərar ver, ömrümüzü Sənə itaət, bizi Sənin dərgahına yaxınlaşdıran əməlləri yerinə yetirmək, Sənin dərgahında bəhrələnmək və Sənə yaxın olmaq üçün artır! Bütün hallar və işlərimizdə mərifətimizi kamilləşdir, bizi bəndələrindən heç birinə həvalə (möhtac) etmə ki, bizə minnət qoysun! Bütün dünya və axirət hacətlərimizi rəva et, özümüz üçün Səndən istədiklərimizi öncə əcdadımız, övladlarımız və mömin qardaşlarımıza əta et, ey mehribanların ən mehribanı! İlahi, Səndən istəyir və Sənə Sənin böyük adını və qədim (əbədi) mülkünü and veririk ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetirəsən və böyük günahlarımızı bağışlayasan. Həqiqətən, böyük günahları böyükdən başqası bağışlamaz. İlahi, bu əziz Rəcəb ayıdır ki, onunla bizi də əziz etmisən. O, hörmətli ayların birincisidir və bizi ümmətlər arasından həmin ayın vasitəsilə əziz etmisən. Həmd yalnız Sənə məxsusdur, ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Mühəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! İlahi, bizi nicat əhli, xilaskar, qəzəb olunmayan və zəlalətə düşməyənlərdən et! Sənə and verirəm öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! İlahi, məğfirətinin səbəbləri və Özünə vacib etdiyin rəhmətinə xatir məni günahlardan qoru, yaxşı işlərlə faydalandır, behiştə çatdır və cəhənnəm odundan nicat ver! İlahi, Səni çağıranlar çağırdı, mən də çağırdım, Səni istəyənlər istədi, mən də istədim və hacət istəyənlər Səndən hacətini istədi, mən də Səndən hacət istədim! İlahi, Sən mənim etimadım və ümidimsən, dua və arzuların sonu Sənə doğrudur! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, qəlbimə yəqinlik, gözümə nur və sinəmə xeyirxahlıq bəxş et və dilimə gecə və gündüz zikrni cari et, mənə minnətsiz və maneəsiz bol ruzi ver, ruzi verdiklərini bərəkətli et, nəfsimə zənginlik bağışla və məni öz yanında olanlara rəğbətləndir! Sənə and verirəm öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!) Sonra səcdəyə gedib, yüz dəfə deyirsən: Oxunuşu  Əlhəmdu lillahilləzi hədana bimərifətih, və xəssəna bivilayətih, və vəffəqəna litaətih, şukrən şukra. Tərcüməsi (Həmd-səna bizi Öz mərifəti ilə hidayət, Öz vilayətinə məxsus və itaətinə müvəffəq edən Allaha məxsusdur. Ona şükürlər olsun!) Sonra səcdədən başını qaldırıb de: Oxunuşu  Əllahummə inni qəsədtukə bihacəti, vətəmədtu ələykə biməsələti, və təvəccəhtu iləykə biəimməti və sadəti. Əllahummənfəna bihubbihim, və əvridna məvridəhum, vərzuqna murafiqətəhum, və ədxilnəl cənnətə fi zumrətihim, birəhmətikə ya ərhəmər-rahimin! Tərcüməsi  (İlahi, hacətimə görə Səni qəsd etdim, istəyimə görə Sənə etimad bəslədim, imamlarım və sərvərlərim vasitəsilə Sənə üz tutdum. İlahi, onlara məhəbbətlə bizi faydalandır, onların daxil olduğu yerə bizi də daxil et, onlarla yoldaş olmağı bizə nəsib et, bizi onların zümrəsində (onlarla birgə) cənnətə daxil et! Sənə and veririk öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!) (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)

Rəcəb 03.02.2025

‘Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

https://ia904700.us.archive.org/15/items/regayib-gecesi/reğayib%20gecesi.mp3 Rəcəb ayının ilk cümə axşamı “Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən, həmin gecəyə məxsus əməlləri yerinə yetirən şəxsə çoxlu bərəkət və savablar əta olunar. İslam Peyğəmbərindən (s) nəql olunur ki, Rəcəb ayının ilk cümə axşamından qafil olmayın ki, bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar. Rəcəb ayının ilk cümə axşamını ehya saxlamaq, dua, münacat və raz-niyazla məşğul olmağın, eləcə də, həmin günü oruc tutmağın fəzilət və savabı olduqca çoxdur. Ən mühüm əməl isə (İslam Peyğəmbərindən (s) nəql olunduğu kimi) “Şam” və “Xiftən” namazlarının arasında (iki rükətli) on iki rükət namaz qılmaqdır. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surələri deyilir və namazdan sonra aşağıdakı zikr yetmiş dəfə deyilir: اللهم صل علی محمد النبی الامی و علی آله “Əllahummə səlli əla Muhəmmədinin-nəbiyyil ummiyyi və əla alihi!” Ondan sonra səcdəyə gedilir və səcdədə yetmiş dəfə bu zikr deyilir: سبوح قدوس رب الملائکة والروح “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!” Səcdədən qalxıb yenidən səcdəyə gedərək bu zikr yetmiş dəfə deyilir: رب اغفر وارحم و تجاوز عما تعلم انک انت العلی الاعظم “Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləm, innəkə əntəl əliyyul əzim!” Bu dəfə də səcdədən qalxıb, yenidən səcdəyə gedədək aşağıdakı zikr 70 dəfə deyilir: سبوح قدوس رب الملائکة والروح “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!” Sonra Allah-Taaladan hacətlərin dilə gətirilməsi tövsiyə olunur! İslam Peyğəmbərindən (s) bu namazın fəziləti ilə bağlı belə nəql olunur: “Hər kim “Rəğaib” (istəklər) gecəsi bu namazı qılsa, qəbrin birinci gecəsində həmin namazın savabı onun müqabilində gözəl, gülərüz və parlaq simada zahir olar və şirin dillə ona deyər: “Ey mənim dostum! Sənə müjdə verirəm ki, hər bir çətinlik və ağrı-acılardan nicat tapdın.” Namaz qılan şəxs deyər: “Sən kimsən? Mən indiyə qədər belə gözəl sima görməmişdim, sözündən şirin bir söz eşitməmişdim, qoxundan da ətirli bir qoxu duymamışdım.” Cavabında deyər: “Mən, sənin “Rəğaib” gecəsi qıldığın namazam. Bu gecə sənin haqqını ödəmək, sənə tənhalığında həmdəm olmaq, vəhşət və qorxunu səndən uzaqlaşdırmaq üçün gəlmişəm. Qiyamət “sur”u (sədası) çalındığı zaman mən qiyamət səhnəsində sənin üzərinə kölgə salaram. Elə isə şad ol ki, xeyir-bərəkət səndən uzaq düşməyəcək.” (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)

Rəcəb 03.02.2025

Rəcəb ayında oruc tutan, yenidən dünyaya gəlir!

https://ia904702.us.archive.org/23/items/rcb-ayinda-oruc-tutan-yenidn-dunyaya-glir/Rəcəb%20ayında%20oruc%20tutan%2C%20yenidən%20dünyaya%20gəlir.mp3 Rəcəb ayında oruc tutan, yenidən dünyaya gəlir! İmam Baqir (ə) buyurub: “Hər kəs Rəcəb ayının əvvəli ya ortası və ya axırından bir gün oruc tutarsa Allah-Taala Cənnəti ona vacib edəcək və onu Qiyamət günü Bizimlə bir yerdə məşhur edəcəkdir. Hər kəs Rəcəb ayında iki gün oruc tutarsa (Allah tərəfindən) ona deyilər: Bu gün yenidən həyatına başla (və yaxşı əməllər et) ki, sənin keçmiş günahların bağışlandı. Və hər kəs Rəcəb ayında üç gün oruc tutarsa ona deyilər: Sənin keçmiş və gələcək (səhvən edəcəyin) günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsən (Allahın izni ilə) şəfaət et! Və hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır. Və hər kəs Rəcən ayında səkkiz gün oruc tutarsa, səkkiz Cənnətin qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə daxil olacaqdır”. «عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ (ع) قَالَ مَنْ صَامَ مِنْ رَجَبٍ يَوْماً وَاحِداً مِنْ أَوَّلِهِ أَوْ وَسَطِهِ أَوْ آخِرِهِ أَوْجَبَ اللَّهُ لَهُ الْجَنَّةَ وَ جَعَلَهُ مَعَنَا فِي دَرَجَاتِنَا [دَرَجَتِنَا] يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ رَجَبٍ قِيلَ لَهُ اسْتَأْنِفْ فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ رَجَبٍ قِيلَ لَهُ غُفِرَ لَكَ مَا مَضَى وَ مَا بَقِيَ فَاشْفَعْ لِمَنْ شِئْتَ مِنْ مُذْنِبِي إِخْوَانِكَ وَ أَهْلِ مَعْرِفَتِكَ [مَغْفِرَتِكَ‏] وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ رَجَبٍ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجِنَانِ الثَّمَانِيَةُ فَيَدْخُلُهَا مِنْ أَيِّهَا شَاءَ»؛ Şeyx Səduq, “Fəzailu-Əşhurussəlasə”, Rəcəb, 4-cü hədis.

Rəcəb 03.02.2025

Mübarək Rəcəb ayının müştərək əməlləri

https://ia804704.us.archive.org/16/items/yt-1s.com-rcb-ayinin-mustrk-mllri/yt1s.com%20-%20Rəcəb%20ayının%20müştərək%20əmlləri.mp3 Bu il Yanvar ayının 22 Rəcəb ayının birinci gecəsi, 23 isə birinci günüdür Mübarək Rəcəb ayının müştərək əmlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə yetirilməsi, duaların oxunması tövsiyə olunur: 1. Oruc tutmaq; 2. Qüsl etmək; Rəcəb ayının əvvəli, ortası və axırında qüsl etmək bu ayın müstəhəb əməllərindəndir. 3. İmam Hüseyn (ə) və imam Rzanı (ə) ziyarət etmək; 4. Ümrə həccinə getmək; 5. Rəcəb ayının hər günü imam Zeynəlabidindən (ə) nəql olunan bu duanın oxunması: یَا مَنْ یَمْلِكُ حَوَائِجَ السَّائِلِینَ وَ یَعْلَمُ ضَمِیرَ الصَّامِتِینَ لِكُلِّ مَسْأَلَةٍ مِنْكَ سَمْعٌ حَاضِرٌ وَ جَوَابٌ عَتِیدٌ اللَّهُمَّ وَ مَوَاعِیدُكَ الصَّادِقَةُ وَ أَیَادِیكَ الْفَاضِلَةُ وَ رَحْمَتُكَ الْوَاسِعَةُ فَأَسْأَلُكَ أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِىَ حَوَائِجِى لِلدُّنْیَا وَ الْآخِرَةِ إِنَّكَ عَلَى كُلِّ شَىْ‏ءٍ قَدِیرٌ (Ya mən yəmliku həvaicəs-sailin, və yə`ləmu zəmirəs-samitin, likulli məs`ələtin minkə səm`un hazirun və cəvabun ətid. Əllahummə və məvaidukəs-sadiqətu və əyadikəl fazilətu və rəhmətukəl vasiəh, fə-əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təqziə həvaici lid-dunya vəl-axirəh, innəkə əla kulli şəy`in qədir.) “Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən! Sən hər bir istəyi həmin anda eşidən və cavab verənsən! İlahi, Sənin bütün vədlərin doğru, nemətlərin çox və rəhmətin genişdir! İlahi, Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki Sən hər şeyə qadirsən!” 6. İmam Sadiqdən (ə) nəql olunan bu duanın oxunması: خَابَ الْوَافِدُونَ عَلَى غَیْرِكَ وَ خَسِرَ الْمُتَعَرِّضُونَ إِلا لَكَ وَ ضَاعَ الْمُلِمُّونَ إِلا بِكَ وَ أَجْدَبَ الْمُنْتَجِعُونَ إِلا مَنِ انْتَجَعَ فَضْلَكَ بَابُكَ مَفْتُوحٌ لِلرَّاغِبِینَ وَ خَیْرُكَ مَبْذُولٌ لِلطَّالِبِینَ وَ فَضْلُكَ مُبَاحٌ لِلسَّائِلِینَ وَ نَیْلُكَ مُتَاحٌ لِلْآمِلِینَ وَ رِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصَاكَ وَ حِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ نَاوَاكَ عَادَتُكَ الْإِحْسَانُ إِلَى الْمُسِیئِینَ وَ سَبِیلُكَ الْإِبْقَاءُ عَلَى الْمُعْتَدِینَ اللَّهُمَّ فَاهْدِنِى هُدَى الْمُهْتَدِینَ وَ ارْزُقْنِى اجْتِهَادَ الْمُجْتَهِدِینَ وَلا تَجْعَلْنِى مِنَ الْغَافِلِینَ الْمُبْعَدِینَ وَ اغْفِرْ لِى یَوْمَ الدِّینِ (Xabəl-vafidunə əla ğəyrik, və xəsirəl mutəərrizunə illa lək, və zaəl mulimmunə illa bik, və əcdəbəl muntəciunə illa mənintəcəə fəzlək, babukə məftuhun lir-rağibin, və xəyrukə məbzulun lit-talibin, və fəzlukə mubahun lis-sailin, və nəylukə mutahun lil-amilin, və rizqukə məbsutun limən əsak, və hilmukə mu`tərrizun limən navak, adətukəl ihsanu iləl musiyyin, və səbilukəl ibqau ələl mu`tədin. Əllahummə fəhdini hudəl muhtədin, vərzuqni ictihadəl muctəhidin, və la təc`əlni minəl ğafilinəl mub`ədin, vəğfir li yəvməd-din.) “Səndən başqasına daxil olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqasından istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah (azad), hədiyyən arzu edənlərə hazır, ruzin hətta Sənə asi olanlara firavan, səbrin hətta Səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun dikbaşlılarla mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət, mənə (itaətinə) çalışanların çalışqanlığını ruzi et, məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla!” 7. Yenə imam Sadiqdən (ə) nəql olunur ki, Rəcəb ayında bu dua oxunsun: اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِینَ لَكَ وَ عَمَلَ الْخَائِفِینَ مِنْكَ وَ یَقِینَ الْعَابِدِینَ لَكَ اللَّهُمَّ أَنْتَ الْعَلِىُّ الْعَظِیمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِیرُ أَنْتَ الْغَنِىُّ الْحَمِیدُ وَ أَنَا الْعَبْدُ الذَّلِیلُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِى وَ بِحِلْمِكَ عَلَى جَهْلِى وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِى یَا قَوِىُّ یَا عَزِیزُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِیَاءِ الْمَرْضِیِّینَ وَ اكْفِنِى مَا أَهَمَّنِى مِنْ أَمْرِ الدُّنْیَا وَ الْآخِرَةِ یَا أَرْحَمَ الرَّاحِمِینَ (Əllahummə inni əs`əlukə səbrəş-şakirinə lək, və əmələl xaifinəi mink, və yəqinəl abidinə lək. Əllahummə əntə əliyyul-əzim, və ənə əbdukəl baisul fəqiru əntəl ğəniyyil-həmid, və ənəl əbduz-zəlil. Əllahummə səlli əla Muhəmmədin və alih, vəmnun biğinakə əla fəqri və bihilmikə əla cəhli, və biquvvətikə əla zə`fi, ya qəviyyu ya əziz. Əllahummə səlli əla Muhəmmədin və alihil əvsiyail mərziyyin, vəkfini ma əhəmməni min əmrid-dunya vəl-axirəh, ya ərhəmər-rahimin.) “İlahi, Səndən, Sənə şükür edənlərin səbrini, Səndən qorxanların əməlini və ibadət edənlərin yəqinini istəyirəm! İlahi, Sən uca və böyüksən, mən isə Sənin möhtac və yoxsul bəndən, Sən ehtiyacsız və tərifəlayiqsən, mən isə zəlil bəndənəm! İlahi, Mühəmməd və onun Əhli-beytinə salam göndər, ehtiyacsızlığınla yoxsulluğuma, səbrinlə nadanlığıma, qüdrətinlə zəifliyimə minnət qoy, ey qüdrətli, ey izzətli! İlahi, Mühəmməd və onun bəyənilmiş vəsiləri olan Əhli-beytinə salam yetir, mənim dünya və axirətlə bağlı mühüm işlərimə yetərli ol, ey mehribanların ən mehribanı!” 8. Məhəmməd ibn Zəkvan nəql edir ki, imam Sadiqə (ə) dedim: “Canim sənə fəda olsun, indi Rəcəb ayıdır, mənə elə bir dua öyrət ki, Allah-Taala onunla mənə xeyir versin.” Həzrət buyurdu: “Rəcəb ayında gecə-gündüz namazlardan sonra bu duanı oxu: يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ “Ya mən ərcuhu likulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti məl-ləm yəs`əlhu, və məl-ləm yə`rifhu təhənnunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid-dunya və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim!” (Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!) Ravi deyir: “Sonra Həzrət mübarək saqqalını sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxumağa başladı: يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ “Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl, hərrim şəybəti ələn-nar.” (Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalı‎mı‎ (üzümü) oda – cəhənnəm oduna!) 9. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur ki, hər kim aşağıdakı duanı yüz dəfə oxuyub həmin gününü sədəqə ilə başa vursa, Allah-Taala Öz rəhmət və məğfirət qapılarını onun üzünə açar və hər kim dörd yüz dəfə oxusa, ona yüz şəhidin savabı verilər: أَسْتَغْفِرُ اللَّهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِیكَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ (Əstəğfirullahəlləzi la ilahə illa hu, vəhdəhu la şərikə ləhu və ətubu iləyh.) “O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mən Ona tərəf qayıdıb tövbə edirəm.” 10. Nəql olunur ki, Rəcəb ayında hər gün həm sübh, həm də axşam yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyib, əllərini göyə qaldıraraq “Əllahumməğfir li və tub ələyyə” (İlahi məni bağışla və tövbəmi qəbul et!) deyən şəxs Rəcəb ayında dünyadan köçərsə, Allah-Taala ondan razı olar və Rəcəb ayının ehtiramına cəhənnəm odundan amanda qalar. 11. İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və Allahdan bağışlanmağınızı diləyin) ki, Allah bağışlayan və mehribandır. Bu aya “Əsəbb” (çox tökülən) deyilir, çünki bu ayda Allahın geniş rəhməti mənim ümmətimə nazil olar. Elə isə çoxlu deyin: “Əstəğfirullahə və əs`əluhut-tovbə!” Qeyd edək ki, Rəcəb ayına məxsus digər dualar da vardır ki, əlavə məlumat əldə etmək istəyənlər “Məfatihul-cinan” kitabının “Rəcəb ayının əməlləri” bölümünə müraciət edə bilərlər.c

Rəcəb 03.02.2025

Rəcəb ayında üzürlü səbəbdən oruc tuta bilməyənlərə tövsiyə

Əbu Səid Xudri nəql edir: Peyğəmbərdən (s) soruşdular: يَا نَبِيَّ اللَّهِ فَمَنْ عَجَزَ عَنْ صِيَامِ رَجَبٍ لِضَعْفٍ أَوْ لِعِلَّةٍ كَانَتْ بِهِ أَوِ امْرَأَةٌ غَيْرُ طَاهِرَةٍ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ قَالَ يَتَصَدَّقُ فِي كُلِّ يَوْمٍ بِرَغِيفٍ عَلَى الْمَسَاكِينِ وَ الَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهُ إِذَا تَصَدَّقَ بِهَذَا الصَّدَقَةِ فَيَنَالُ مَا وَصَفْتُ وَ أَكْثَرَ إِنَّهُ لَوِ اجْتَمَعَ جَمِيعُ الْخَلَائِقِ عَلَى أَنْ يُقَدِّرُوا قَدْرَ ثَوَابِهِ مِنْ أَهْلِ السَّمَوَاتِ وَ الْأَرَضِينَ مَا بَلَغُوا عُشْرَ مَا يُصِيبُ فِي الْجِنَانِ مِنَ‏ الْفَضَائِلِ وَ الدَّرَجَاتِ قِيلَ يَا رَسُولَ اللَّهِ (ص) فَمَنْ لَمْ يَقْدِرْ عَلَى هَذِهِ الصَّدَقَةِ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ قَالَ فَيُسَبِّحُ اللَّهَ عَزَّ وَ جَلَّ كُلَّ يَوْمٍ مِنْ رَجَبٍ إِلَى تَمَامِ ثَلَاثِينَ يَوْماً بِهَذَا التَّسْبِيحِ مِائَةَ مَرَّةٍ سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏؛ “Ey Allahın Rəsulu (s)! Rəcəb ayında zəiflik və ya xəstəlik ucbatındanə oruc tutmağa aciz olan, eləcə də şəri üzrü olan (aylıq peryod) qadın bu savaba çatmaq üçün nə etsin?”Peyğəmbər (s) buyurdu: “Hər gün miskinlərə (yoxsullara) bir çörək versin. And olsun canımın sahibinə, əgər bu sədəqəni versə, Rəcəb ayında oruc tutana verilən savaba, hətta daha artığına nail olacaqdır. Belə ki, bütün yaranmışlar onun savabını saymaq üçün bir yerə toplansalar da, cənnətdə ona veriləcək fəzilət, məqam və dərəcələrin ondan biri qədərini hesab edib sona çatdıra bilməzlər.”Soruşdular: “Ey Allahın Rəsulu (s) əgər bir kəs bu sədəqəni də verə bilməsə, nə etsin ki, bu savaba çatsın?”Peyğəmbər (s) buyurdu: “Hər gün (Rəcəb ayının 30 gününü) yüz dəfə aşağıdakı zikri desin:سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏”Sübhanəl ilahil cəlil. Sübhanə mən la yənbəğit-təsbihu illa ləhu. Sübhanəl əəzzil əkrəm. Sübhanə mən ləbisəl izzə və huvə ləhu əhlun.””Əl-Əmali”, Şeyx Səduq, səh.539, məclis 80; “Səvabul-əmal və iqabul-əmal”, Şeyx Səduq, səh.58, “Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq.@mirmehemmed_beshir