Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Dua 20.02.2025

Problem və müşküllərin mənəvi həlli

Ruzinin artması və ruzi qapılarının açılması üçün tövsiyə edilən “xətm”lərdən biri də Təlaq surəsinin 2 və 3-cü ayələrini davamlı oxumaqdır. Ayətullah Şebeyri Zəncani (Allah ömürünü uzun və vücudunu salamat etsin) söhbətlərinin birində namazın “təqibatı” (namazdan sonrakı dua, zikr və münacat) barədə danışaraq buyurub: “Mən özümə lazım etmişəm ki, 1.- hər vacib namazdan sonra “Ayətəl-Kürsi”ni (əliyyil-əzimə qədər) oxuyum, 2. – xanım Fatimeyi-Zəhra (s) zikrini edim, 3.- Üç dəfə Tövhid (İxlas) surəsini oxuyum, 4.- Üç dəfə salavat zikrini deyim, 5.- və üç dəfə də “və mən yəttəqillah yəcəl ləhu məxrəcən” ayəsini oxuyum – (Təlaq, 2-3). 6.- Otuz dəfə “təsbihati-ərbəə”ni zikr edim. 7.- Səcdədə 14 dəfə “ya Vasiu, ya Vəhhab” deyirəm ki, bu zikr birnəfəsə 14 dəfə deyilməlidir. ” Ayətullah Şebeyri Zəncani söhbətinin davamında deyib: Bunları mən bir yerdə oxumamışam, amma elm əhlinin çox etibar etdiyi dua və zikr əhli olan bir nəfər mənə sifariş edib ki, maddi müşküllərimin həlli üçün bunlara əməl edim. Hacı Ağa Rza Sədr də mənə dedi ki, “mənim həll olunmayan bir sıra maddi problemlərim var idi. Tehran ariflərindən olan Ağa Seyyid Əbul-Həsən Mürtəzəvi bu göstərişi mənə verdi. Mən bir müddət bunlara əməl etdikdən sonra problemlərim həll oldu”. Hacı Ağa Rza Sədr də bu göstərişə əməl etməyin icazəsini mənə də verdi. (Cümə gecəsi, 03, 07, 1387 h.ş).

Dua 19.02.2025

Sıxıntılardan nicat duası

İmam Əli (ə) buyurdu: Hər kəs canı, malı, ailəsi və övladı barədə rastlaşdığı çətinlikdən və zalimlərin şərrindən nicat tapmaq və xilas olmaq istəyirsə, bu duaya sığınsın ki, İnşaallah, bu dua qorxduğu problemlər barədə ona kifayət edər: «اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ نَبِيِّ الرَّحْمَةِ وَ أَهْلِ بَيْتِهِ الَّذِينَ اخْتَرْتَهُمْ‏ عَلى‏ عِلْمٍ عَلَى الْعالَمِين. اللَّهُمَ‏ فَذَلِّلْ‏ [لِي‏] صُعُوبَتَهَا وَ حُزُونَتَهَا وَ اكْفِنِي شَرَّهَا فَإِنَّكَ الْكَافِي الْمُعَافِي وَ الْغَالِبُ الْقَاهِرُ». “Əllahummə inni ətəvəccəhu iləykə bi-nəbiyyikə nəbiyyir-rəhməti və əhli-bəytihi, əl-ləzinə ixtərtəhum əla elmin ələl-aləmin. Əllahummə fəzəllil li suubətəha və huzunətəha, vəkfini şərrəha, fə innəkə əl-kafi, əl-muafi, vəl-ğalibil-qahir.” Ravəndi, “Sulvətul-Həzin” (əd-Dəəvat), s.65, hədis:161 və 162.

Dua 12.02.2025

Zil-həccə ayının ilk ongünlüyündə, oxunan dua

Zil-həccə ayının ilk ongünlüyündə,hər gün aşağıdakı duanın on dəfə oxunmasının savabı çoxdur. Bu dua Əmirəlmöminin Əlidən (ə) nəql olunur: لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ اللَّيَالِي وَ الدُّهُورِ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ أَمْوَاجِ الْبُحُورِ لا إِلَهَ إِلا اللَّهُ وَ رَحْمَتُهُ خَيْرٌ مِمَّا يَجْمَعُونَ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ الشَّوْكِ وَ الشَّجَرِ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ الشَّعْرِ وَ الْوَبَرِ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ الْحَجَرِ وَ الْمَدَرِ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ لَمْحِ الْعُيُونِ لا إِلَهَ إِلا اللَّهُ فِي اللَّيْلِ إِذَا عَسْعَسَ وَ [فِي‏] الصُّبْحِ إِذَا تَنَفَّسَ لا إِلَهَ إِلا اللَّهُ عَدَدَ الرِّيَاحِ فِي الْبَرَارِي وَ الصُّخُورِ لا إِلَهَ إِلا اللَّهُ مِنَ الْيَوْمِ إِلَى يَوْمِ يُنْفَخُ فِي الصُّورِ Duanın oxunuşu: La ilahə illəllahu ədədəl-ləyali vəd-duhur, la ilahə illəllahu ədədə əmvacil buhur, la ilahə illəllahu və rəhmətuhu xəyrun mimma yəcməun, la ilahə illəllahu ədədəş-şəvki vəş-şəcər, la ilahə illəllahu ədədəş-şə`ri vəl vəbər, la ilahə illəllahu ədədəl həcəri vəl mədər, la ilahə illəllahu ədədə ləmhil uyun, la ilahə illəllahu fil-ləyli iza əs`əs, vəs-subhi iza tənəffəs, la ilahə illəllahu ədədər-riyahi fil bərari vəs-suxur, la ilahə illəllahu minəl yəvmi ila yəvmi yunfəxu fis-sur.

Dua 12.02.2025

İmam Cavadın (ə) qunut duası:

İmam Cavadın (ə) qunut duası: اللّهُمَّ أدِل لِأَولِيائِكَ مِن أعدائِكَ الظّالِمينَ… الَّذينَ… اتَّخَذوا ـ اللّهُمَّ ـ مالَكَ دُوَلاً، وعِبادَكَ خَوَلاً، وتَرَكُوا اللّهُمَّ عالَمَ أرضِكَ في بَكماءَ عَمياءَ ظَلماءَ مُدلَهِمَّةٍ، فَأَعيُنُهُم مَفتوحَةٌ، وقُلوبُهُم عَمِيَةٌ، ولَم تُبقِ لَهُمُ اللّهُمَّ عَلَيكَ مِن حُجَّةٍ. لَقَد حَذَّرتَ اللّهُمَّ عَذابَكَ وبَيَّنتَ نَكالَكَ، ووَعَدتَ المُطيعينَ إحسانَكَ، وقَدَّمتَ إلَيهِم بِالنُّذرِ، فَآمَنَت طائِفَةٌ، فَأَيِّدِ اللّهُمَّ الَّذينَ آمنَوا عَلى عَدُوِّكَ وعَدُوِّ أولِيائِكَ، فَأَصبَحوا ظاهِرينَ وإلَى الحَقِّ داعينَ ولِلإِمامِ المُنتَظَرِ القائِمِ بِالقِسطِ تابِعينَ. “İlahi, dostlarını zülmkar düşmənlərinə qalib et! Onlar… Sənin mülkünü aralarında dolandırır, bəndələrini kölə edir, Sənin yer üzünü – İlahi, – kar, kor edib zülmətə çevirmişlər! Onların gözləri açıq olsa da, qəlbləri kordur! İlahi, daha onlara bir “dəlil”in qalmayıb! İlahi, onları əzabınla qorxutdun, cəzanı aşkar etdin, itaətkarlara yaxşılıq vəd verib öncədən xəbərdarlıq etdin və bu zaman bir qismi iman gətirdi! İlahi, iman gətirənləri Öz düşmənin və dostlarının düşməninin müqabilində təsdiq et ki, zəfər əldə etsinlər, haqqa carçı olsunlar, intizarı çəkilən və haqq-ədaləti bərpa edəcək İmama qoşulsunlar!” (“Muhəcud-dəəvat”, səh.60.)

Dua 11.02.2025

BÖYÜK ÇƏTİNLİKLƏRİN HƏLLİ

BÖYÜK ÇƏTİNLİKLƏRİN HƏLLİ Hz.Peyğəmbər(s.a.s) buyurur: ” Çətinliklərin həlli, bəlaların də’f edilməsi üçün 10 dəfə : “Həsbiyəllahu lə iləhə illə huvə ələyhi təvəkkəltu və huvə rabbul ərşil əzim” Sonra 10 dəfə deyin: Həsbiyəllahu limən bəğiyə ələyyə həsbiyəllahu limən”

Dua 11.02.2025

İSMİ-ƏZƏM AYƏLƏRİ

İSMİ-ƏZƏM AYƏLƏRİ İsmi-əzəm ayələri müxtəlif kitablardan istinad edilmişdir. İsmi-əzəmin mənası «əzəmətli hərflər» deməkdir. “İləyh” (Allah) kəlməsi ilə başlayır, “huvə” (yəni o) kəlməsi ilə qurtarır. İsmi-əzəm hərflərində nöqtə yoxdur. Hərəkələrini (işarə, saitlər) dəyişsən belə, məna dəyişmir. Hər kim gün ərzində 11 dəfə oxusa, bütün işləri asanlaşar. Bu ayələrə Quranın beş fərqli surəsinin beş ayəsində rast gəlinir: Əl-Bəqərə (2:255), Ali-İmran (3:2), Ən-Nisa (4:87), Ta-ha (20:8) və Ət-Təğabun (64:13). Bu beş ayə belədir: 1 – Bəqərə surəsi 255-ci ayə: اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَىُّ الْقَيُّوْمُۚ  لَا تَاْخُذُهٗ سِنَةٌ وَّلَا نَوْمٌ‌ؕ لَهٗ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِ‌ؕ مَنْ ذَا الَّذِىْ يَشْفَعُ عِنْدَهٗۤ اِلَّا بِاِذْنِهٖ‌ؕ يَعْلَمُ مَا بَيْنَ اَيْدِيْهِمْ وَمَا خَلْفَهُمْ‌ۚ وَلَا يُحِيْطُوْنَ بِشَىْءٍ مِّنْ عِلْمِهٖۤ اِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمٰوٰتِ وَالْاَرْضَ‌‌ۚ وَلَا يَئُوْدُهٗ حِفْظُهُمَا ‌ۚ وَ هُوَ الْعَلِىُّ الْعَظِيْمُ‏(255) 2 – Ali-İmran surəsi 2-ci ayə: اَللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَيُّ الْقَيُّوْمُ نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَ اَنْزَلَ التَّوْرَاةَ وَ الْاِنْجِيْلَ مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَ اَنْزَلَ الْفُرْقَانَ 3 – Nisa surəsi 87-ci ayə: اَللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ لَيَجْمَعَنَّكُمْ اِلٰى يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيْهِ وَ مَنْ اَصْدَقُ مِنَ اللّٰهِ حَدِيْثًا 4 – Ta-Ha surəsi 8-ci ayə: اَللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ لَهُ الْاَسْمَاۤءُ الْحُسْنٰى 5 – Təğabun surəsi 13-cü ayə: اَللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ وَ عَلَى اللّٰهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ  

Dua 11.02.2025

İmam Sadiqin (ə) öyrətdiyi çox təsirli ruzi duası

Əbu Bəsir rəvayət edir ki, İmam Sadiqə (ə.s) ehtiyaclıqdan və yoxsulluqdan şikayət etdim və ondan xahiş etdim ki, ruzi üçün mənə bir dua təlim etsin: “Beləcə, mənə bir dua öyrətdi ki, onu oxuduqdan sonra (təsirini gördüm və) daha ehtiyaclı olmadım”. (Kuleyni. əl-Kafi. c.2, s.551-552) يَا خَيْرَ مَدْعُوٍّ وَ يَا خَيْرَ مَسْئُولٍ وَ يَا أَوْسَعَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مُرْتَجًى، ارْزُقْنِي وَ أَوْسِعْ عَلَيَّ مِنْ رِزْقِكَ، وَ سَبِّبْ لِي رِزْقاً مِنْ قِبَلِكَ‏، إِنَّكَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ Oxunuş qaydası: “Ya xəyrə məd`uvv və ya xəyrə məs`ul və ya əvsə`ə mən ə`ta və ya xəyrə murtəca, urzuqni və əvsi` ələyyə min rizqikə və səbbib li rizqən min qibəlikə, innəkə əla kulli şəy`in qədir”. Tərcüməsi: “Ən iltimas olunanların ən yaxşısı, ey istəklərin bildirildiyi ən yaşı varlıq, ey ən çox əta edən, ey ən yaxşı ümid yeri, mənə ruzi ver! Mənə verdiyin ruzini artır! Öz tərəfindən mənə ruzinin gəlməsinə səbəb ol! Sən hər şeyə qadirsən”

Dua 10.02.2025

DÜNYA VƏ AXİRƏT HACƏTLƏRİ ÜÇÜN ZİKRLƏR VƏ DUALAR ZİKRLƏR:

DÜNYA VƏ AXİRƏT HACƏTLƏRİ ÜÇÜN ZİKRLƏR VƏ DUALAR ZİKRLƏR: 1 Salavat   100 2 Əstəğfirullahə Rabbi və ətubiləyh  100, Əstəğfirullah  100 3  Bismilləhir Rahmənir Rahim  100 4 Subhənallahi Vəlhəmdulillahi və la ilahə illəllahu Vallahu Əkbər 100 5 Lə ilahə illəllahul məlikul həqqul mubin  100 6 Lə həvlə vəla qüvvətə illa billahil əliyul əzim 100 7 Lə həvlə vəla qüvvətə illa billah 100 8 Bikə ya Allah 100,   Allahu Əkbər 100,  Lə ilahə illəllah 100,  Subhənallah 100, Əlhəmdulillah 100,  Təvəkkəltu Əlallah 100, İtəsəmtu  billah 100, Həsbiyyəllah 100,  MəşaAllah 100,  Şükrənillah 100 9 Əuzi billəhi minəş şəytanir rəcim 100, Ya ğiyasəl mustəğisun 100, Ya Zəl-Cəlali vəl ikram  100, Ya qaziyəl hacət  100, Subhanəllahi və bihəmdihi 100, Ya Rabbəl aləmin 100 QURANİ KƏRİM AYƏLƏRİ: 10 Əmmən yucib duası: Əmməy yucibul muztərra izə dəahu yəkşifus su  100 11 Yunisiyyə zikri: Lə iləhə illə əntə subhanəkə inni kunti minnəz zalimin 100 12 Həsbiyyəllahu lə iləhə illa huvə əleyhi təvakkəltu və huvəl Rabbul arşil azim 100 13 Hasbinəllahu və niməl vəkil 100 14 Və Huvəl Qaviyyul Əziz 100 15 Ufəvvizu əmri iləllah innəllahə bəsirun bil ibəd 100 16 Maşaallah la həvlə və la qüvvətə illa billah 100 17 İnna lillah və inna iləyhi raciun 100 18 Bismilləhir Rahmənir Rahim.Əllahu la ilahə illa huvəl həyyul-Qəyyum  100 DİQQƏT BURDA DEYİLƏN HƏR HANSİ BİR ZİKRİN BİRİNDƏN İSTİFADƏ ETMƏK OLAR HACAT VƏ MÜŞGÜL ÜÇÜN..

Dua 06.02.2025

Üçüncü münacat: Qorxanların münacatıd

Üçüncü münacat: Qorxanların münacatı Ərəbcə بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِلَهِي أَ تَرَاكَ بَعْدَ الْإِيمَانِ بِكَ تُعَذِّبُنِي أَمْ بَعْدَ حُبِّي إِيَّاكَ تُبَعِّدُنِي أَمْ مَعَ رَجَائِي لِرَحْمَتِكَ وَ صَفْحِكَ تَحْرِمُنِي أَمْ مَعَ اسْتِجْارَتِي بِعَفْوِكَ تُسْلِمُنِي حَاشَا لِوَجْهِكَ الْكَرِيمِ أَنْ تُخَيِّبَنِي لَيْتَ شِعْرِي أَ لِلشَّقَاءِ وَلَدَتْنِي أُمِّي أَمْ لِلْعَنَاءِ رَبَّتْنِي فَلَيْتَهْا لَمْ تَلِدْنِي وَ لَمْ تُرَبِّنِي وَ لَيْتَنِي عَلِمْتُ أَ مِنْ أَهْلِ السَّعَادَةِ جَعَلْتَنِي وَ بِقُرْبِكَ وَ جِوَارِكَ خَصَصْتَنِي فَتَقَرَّ بِذَلِكَ عَيْنِي وَ تَطْمَئِنَّ لَهُ نَفْسِي إِلَهِي هَلْ تُسَوِّدُ وُجُوها خَرَّتْ سَاجِدَةً لِعَظَمَتِكَ أَوْ تُخْرِسُ أَلْسِنَةً نَطَقَتْ بِالثَّنَاءِ عَلَى مَجْدِكَ وَ جَلالَتِكَ أَوْ تَطْبَعُ عَلَى قُلُوبٍ انْطَوَتْ عَلَى مَحَبَّتِكَ أَوْ تُصِمُّ أَسْمَاعا تَلَذَّذَتْ بِسَمَاعِ ذِكْرِكَ فِي إِرَادَتِكَ أَوْ تَغُلُّ أَكُفّا رَفَعَتْهَا الْآمَالُ إِلَيْكَ رَجَاءَ رَأْفَتِكَ أَوْ تُعَاقِبُ أَبْدَانا عَمِلَتْ بِطَاعَتِكَ حَتَّى نَحِلَتْ فِي مُجَاهَدَتِكَ أَوْ تُعَذِّبُ أَرْجُلا سَعَتْ فِي عِبَادَتِكَ إِلَهِي لا تُغْلِقْ عَلَى مُوَحِّدِيكَ أَبْوَابَ رَحْمَتِكَ وَ لا تَحْجُبْ مُشْتَاقِيكَ عَنِ النَّظَرِ إِلَى جَمِيلِ رُؤْيَتِكَ إِلَهِي نَفْسٌ أَعْزَزْتَهَا بِتَوْحِيدِكَ كَيْفَ تُذِلُّهَا بِمَهَانَةِ هِجْرَانِكَ وَ ضَمِيرٌ انْعَقَدَ عَلَى مَوَدَّتِكَ كَيْفَ تُحْرِقُهُ بِحَرَارَةِ نِيرَانِكَ إِلَهِي أَجِرْنِي مِنْ أَلِيمِ غَضَبِكَ وَ عَظِيمِ سَخَطِكَ يَا حَنَّانُ يَا مَنَّانُ يَا رَحِيمُ يَا رَحْمَانُ يَا جَبَّارُ يَا قَهَّارُ يَا غَفَّارُ يَا سَتَّارُ نَجِّنِي بِرَحْمَتِكَ مِنْ عَذَابِ النَّار وَ فَضِيحَةِ الْعَارِ إِذَا امْتَازَ الْأَخْيَارُ مِنَ الْأَشْرَارِ وَ حَالَتِ الْأَحْوَالُ وَ هَالَتِ الْأَهْوَالُ وَ قَرُبَ الْمُحْسِنُونَ وَ بَعُدَ الْمُسِيئُونَ وَ وُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَ هُمْ لا يُظْلَمُونَ Oxunuşu Bismillahir rəhmanir rəhim Ilahi ətərakə bə`dəl imani bikə tuəzzibuni, əm bə`də hubbi iyyakə tubə`iduni, əm məə rəcai lirəhmətikə və səfhikə təhrimuni, əm məə isticarəti biəfvikə tuslimuni, haşa livəchikəl kərimi ən tu-xəyyibəni, ləytə şi`ri əliş şəqai vələdətni ummi, əm lil ənai rəbbətni, fələytəha ləm təlidni və ləm turəbbini, və ləytəni əlimtu əmin əhlis səadəti cəəl-təni, və biqurbikə və civarikə xəsəstəni fətəqərrə bizalikə əyni, və tətməinnə ləhu nəfsi, ilahi həl tusəvvidu vucuhən xərrət sacidətən liəzəmətik, əv tuxrisu əlsinətən nətəqət bis sənai əla məcdikə və cəlalətik, əv tətbəu əla qulubinintəvət əla məhəbbətik, əv tusimmu əsmaən tələzzəzət bisəmai zikrikə fi iradətik, əv təğullu əkuffən rəfəəthəl amalu iləykə rəcaə rə`fətik, əv tuaqibu əbdanən əmilət bi taətikə hətta nəhilət fi mucahədətik, əv tuəz-zibu ərculən səət fi ibadətik, ilahi la tuğliq əla muvəhhidikə əbvabə rəhmətik, və la təhcub muştaqikə ənin nəzəri ila cə-mili ru`yətik, ilahi nəfsun ə`zəztəha bitəvhidikə kəyfə tuzilluha biməhanəti hicranik, və zəmirun in`əqədə əla məvəd-dətik, kəyfə tuhriquhu bihə-rarəti niranik, ilahi əcirni min əlimi ğəzəbikə və əzimi səxətik, ya hənnanu ya mənnan, ya rəhimu ya rəhman, ya cəbbaru ya qəhhar, ya ğəffaru ya səttar, nəccini birəhmətikə min əzabin nari və fəzihətil ar, i-zəmtazəl əxyaru minəl əşrar, və halətil əhvalu və halətil əh-val, və qərubəl muhsinunə və bəudəl musiun, və vuffiyət kul-lu nəfsin ma kəsəbət, vəhum la yuzləmun. Tərcüməsi Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, Sənə iman gətirdikdən sonra mənə əzab verər və Sənə olan məhəbbətimdən sonra məni (dərgahından) uzaqlaşdırarsanmı? Sənin rəhmətinə (məni bağışlamağına) ümid bəslədikdən sonra məni məhrum edərsənmi? Sənin əfvinə sığındıqdan sonra məni cəhənnəm oduna təslim edərsənmi? Xeyr, bunlar (məni naümid və məyus etməyin) Sənin böyük zatından çox-çox uzaqdır. Kaş, anamın məni bədbəxtlik üçünmü dünyaya gətirdiyini, yoxsa məşəqqət üçünmü tərbiyə etdiyini biləydim! Kaş, o, məni doğub-böyütməyəydi! Kaş, Sənin məni səadət əhli və xoşbəxtlərdən edərək Öz dərgahına məxsus etdiyini və bununla ürəyimin şad, qəlbimin aram və gözlərimin aydın olduğunu biləydim.! İlahi, Sənin böyüklüyündən səcdəyə düşüb xar olan üzləri qaraldar və ya Sənin əzəmət və calalına həmd-səna ilə tərif deyən dilləri lal edər, yaxud Sənin məhəbbətinlə dolan qəlbləri möhürləyərsənmi? Sənin iradən və istəyinlə zikrini eşitməkdən ləzzət alan qulaqları kar edərsənmi? Mərhəmətinə ümid etdiyi halda, Sənin dərgahına qaldırılan əlləri qıfıllayaraq zəncirləyərsənmi? Sənə itaət yolunda zəhmətlərə qatlaşan və ibadətdə səy edərək arıqlayan (zəifləyən) bədənlərə əzab verərsənmi? Sənə ibadət etməkdə çalışan ayaqlara əzab verərsənmi? İlahi, rəhmət qapılarını Sənə imanlı olan bəndələrinin üzünə bağlama! Sənin camalını (qəlb gözü ilə) müşahidə etmək müştağında olanları Səni görməkdən məhrum etmə! İlahi, tövhid izzəti bəxş etdiyin canları (bədənləri) öz hicranınla bir daha xar və zəlil edərsənmi? İlahi, eşq və məhəbbətinlə ovladığın qəlbi qəzəb alovunun hərarətində (cəhənnəmdə) yandırarsanmı? İlahi, hədsiz dərəcədə şiddətli olan qəzəbindən məni pənahında saxla! Ey bəndələrinə çoxlu ehsan edən və məhəbbət göstərən, ey bağışlayan və mehriban olan, ey çatışmazlıqları aradan qaldıran və qalib, ey bağışlayan və eyibləri örtən! Yaxşılarla pislərin bir-birindən ayrılacağı, məqam və dərəcələrin yetişəcəyi, əzabın aşkar olacağı, yaxşıların (xeyirxahların) sənə yaxın olmaq məqamına yetişəcəyi, pislərin (bədxahların) rəhmət və lütfündən uzaq olacağı, hamının kamil şəkildə etdiyi əməllərin mükafatını alacağı və kimsəyə zərrə qədər zülm olunmayacağı bir gündə mənə rəhmətinə xatir cəhənnəm atəşindən nicat ver və məni rüsvayçılıq və zəlillikdən qoru! Kitabın adı: Məfatihul Cinan

Dua 06.02.2025

İkinci münacat: Şikayət edənlərin münacatı

Ərəbcə بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِلَهِي إِلَيْكَ أَشْكُو نَفْسا بِالسُّوءِ أَمَّارَةً وَ إِلَى الْخَطِيئَةِ مُبَادِرَةً وَ بِمَعَاصِيكَ مُولَعَةً وَ لِسَخَطِكَ مُتَعَرِّضَةً تَسْلُكُ بِي مَسَالِكَ الْمَهَالِكِ وَ تَجْعَلُنِي عِنْدَكَ أَهْوَنَ هَالِكٍ كَثِيرَةَ الْعِلَلِ طَوِيلَةَ الْأَمَلِ إِنْ مَسَّهَا الشَّرُّ تَجْزَعُ وَ إِنْ مَسَّهَا الْخَيْرُ تَمْنَعُ مَيَّالَةً إِلَى اللَّعِبِ وَ اللَّهْوِ مَمْلُوَّةً بِالْغَفْلَةِ وَ السَّهْوِ تُسْرِعُ بِي إِلَى الْحَوْبَةِ وَ تُسَوِّفُنِي بِالتَّوْبَةِ إِلَهِي أَشْكُو إِلَيْكَ عَدُوّا يُضِلُّنِي وَ شَيْطَانا يُغْوِينِي قَدْ مَلَأَ بِالْوَسْوَاسِ صَدْرِي وَ أَحَاطَتْ هَوَاجِسُهُ بِقَلْبِي يُعَاضِدُ لِيَ الْهَوَى وَ يُزَيِّنُ لِي حُبَّ الدُّنْيَا وَ يَحُولُ بَيْنِي وَ بَيْنَ الطَّاعَةِ وَ الزُّلْفَى إِلَهِي إِلَيْكَ أَشْكُو قَلْبا قَاسِيا مَعَ الْوَسْوَاسِ مُتَقَلِّبا وَ بِالرَّيْنِ وَ الطَّبْعِ مُتَلَبِّسا وَ عَيْنا عَنِ الْبُكَاءِ مِنْ خَوْفِكَ جَامِدَةً وَ إِلَى مَا يَسُرُّهَا طَامِحَةً إِلَهي لا حَوْلَ لِي وَ لا قُوَّةَ إِلا بِقُدْرَتِكَ وَ لا نَجَاةَ لِي مِنْ مَكَارِهِ الدُّنْيَا إِلا بِعِصْمَتِكَ فَأَسْأَلُكَ بِبَلاغَةِ حِكْمَتِكَ وَ نَفَاذِ مَشِيَّتِكَ أَنْ لا تَجْعَلَنِي لِغَيْرِ جُودِكَ مُتَعَرِّضا وَ لا تُصَيِّرَنِي لِلْفِتَنِ غَرَضا وَ كُنْ لِي عَلَى الْأَعْدَاءِ نَاصِرا وَ عَلَى الْمَخَازِي وَ الْعُيُوبِ سَاتِرا وَ مِنَ الْبَلاءِ [الْبَلايَا] وَاقِيا وَ عَنِ الْمَعَاصِي عَاصِما بِرَأْفَتِكَ وَ رَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ Oxunuşu Bismillahir rəhmanir rəhim İlahi iləykə əşku nəfsən bissui əmmarəh, və iləl xətiəti mubadirəh, və biməasikə mu-ləəh, və lisəxətikə mutəərrizəh, təsluku bi məsalikəl məhalik, və təc`əluni indəkə əhvənə halik, kəsirətəl iləli təvilətəl əməl, in məssəhəş şərru təczə`, və in məssəhəl xəyru təmnə`, məyyalətən iləl ləibi vəl ləhv, məmluvvətən bil ğəfləti vəs səhv, tusriu bi iləl həvbəh, və tusəvvifuni bit təvbəh, ilahi əşku iləykə əduvvən yuzilluni, və şəytanən yuğvini, qəd mələə bil vəsvasi sədri, və əhatət həvacisuhu biqəlbi, yuazidu liyəl həva, və yuzəyyuni li hubbəd dunya, və yəhulu bəyni və bəynət taəti vəz zulfa, ilahi iləykə əşku qəlbən qasiyən məəl vəsvasi mutəqəlliba, və bir rəyni vət təb`i mutələbbisa, və əynən ənil bukai min xovfikə camidəh, və ila ma yəsurruha tamiəh, ilahi la həvlə li və la quvvəti illa biqudrətik , və la nəcatə li min məkarihid dunya illa biismətik, fəəs`əlukə bibəlağəti hikmətikə və nəfazi məşiyyətik, ən la təc`ələni liğeyri cudikə mutəərriza, və la tusəyyirəni lil fitəni ğərəza, və kun li ələl ə`dai nasira, və ələl məxazi vəl uyubi satira, və minəl bəlai vaqiya, və ənil məasi asima, birə`fətikə və rəhmətikə ya ərhəmər rahimin. Tərcüməsi Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, daim məni pis işlərə əmr edən, xətalara sürükləyən, əmr və fərmanların qarşısında günah və üsyankarlığa həddən artıq həris, qəzəbinə səbəb olan işləri yerinə yetirən nəfsdən Sənə şikayət edirəm. Həmin nəfs məni həlakət yollarına apararaq məni Sənin nəzərində həlak olanların ən zəlil və xarı edir. Onun bəhanələri həddən artıq, arzuları tükənməzdir. Ona pis (şər) iş üz versə, ah-nalə qoparar, mənfəət çatsa, (onun başqalarına da çatmasına) mane olar; əbəs işlərə çox meyil edən, qəflət və yanlışlıqlarla dolu məni günah və həlakətə sürətlə tələsdirən və tövbə etməyimi hər gün yubandırandır. İlahi, məni azdıran düşmən, zəlalətə yönəldən şeytandan və nəfsə pərəstiş etmək, dünya məhəbbətini gözümdə cilvələndirmək və mənimlə itaət və Sənə yaxınlıq arasında fasilə və ayrılıq salmaqda yardımçı olan şeytanın qəlbimi dolduran vəsvəsələri və qəlbimi əhatə edən batil fikirlərindən Sənə şikayət edirəm! İlahi, bərkiyən, vəsvəsələr və günah pası ilə örtülən bir qəlbdən, Sənin xofundan ağlamayan və xoşladığı hər bir şeyə nəzər salan gözdən Sənə şikayət edirəm! İlahi, Sənin qüdrətindən başqa, mənim üçün onların qarşısında maneə olacaq heç bir güc və qüvvət, dünyanın hiylə və xoşagəlməz hadisələri müqabilində Sənin qorumağından başqa, mənə hansısa bir nicat yolu yoxdur! Səndən tükənməz hikmət, qarşısıalınmaz iradə və istəyin vasitəsilə məni Öz ehsanından başqa, heç bir şeyə ehtiyaclı, imtahan və bəla selinə giriftar və tuş etməməyini, düşmənlərim qarşısında mənə yardımçı olmağın, günah və zəlilliyimin (rüsvayedici əməllərimin) üstünü örtməyin, bəlalardan qorumağın, günahlardan amanda saxlamağını diləyirəm, ey haqq və rəhməti uca, ey mehribanların ən mehribanı! Kitabın adı: Məfatihul Cinan

Dua 05.02.2025

Birinci münacat: Tövbə edənlərin münacatı

Birinci münacat: Tövbə edənlərin münacatı Ərəbcə ِبسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِلَهِي أَلْبَسَتْنِي الْخَطَايَا ثَوْبَ مَذَلَّتِي وَ جَلَّلَنِي التَّبَاعُدُ مِنْكَ لِبَاسَ مَسْكَنَتِي وَ أَمَاتَ قَلْبِي عَظِيمُ جِنَايَتِي فَأَحْيِهِ بِتَوْبَةٍ مِنْكَ يَا أَمَلِي وَ بُغْيَتِي وَ يَا سُؤْلِي وَ مُنْيَتِي فَوَعِزَّتِكَ مَا أَجِدُ لِذُنُوبِي سِوَاكَ غَافِرا وَ لا أَرَى لِكَسْرِي غَيْرَكَ جَابِرا وَ قَدْ خَضَعْتُ بِالْاِنَّابَةِ إِلَيْكَ وَ عَنَوْتُ بِالاسْتِكَانَةِ لَدَيْكَ فَإِنْ طَرَدْتَنِي مِنْ بَابِكَ فَبِمَنْ أَلُوذُ وَ إِنْ رَدَدْتَنِي عَنْ جَنَابِكَ فَبِمَنْ أَعُوذُ فَوَا أَسَفَاهْ مِنْ خَجْلَتِي وَ افْتِضَاحِي وَ وَا لَهْفَاهْ مِنْ سُوءِ عَمَلِي وَ اجْتِرَاحِي أَسْأَلُكَ يَا غَافِرَ الذَّنْبِ الْكَبِيرِ وَ يَا جَابِرَ الْعَظْمِ الْكَسِيرِ أَنْ تَهَبَ لِي مُوبِقَاتِ الْجَرَائِرِ وَ تَسْتُرَ عَلَيَّ فَاضِحَاتِ السَّرَائِرِ وَ لا تُخْلِنِي فِي مَشْهَدِ الْقِيَامَةِ مِنْ بَرْدِ عَفْوِكَ وَ غَفْرِكَ وَ لا تُعْرِنِي مِنْ جَمِيلِ صَفْحِكَ وَ سَتْرِكَ إِلَهِي ظَلِّلْ عَلَى ذُنُوبِي غَمَامَ رَحْمَتِكَ وَ أَرْسِلْ عَلَى عُيُوبِي سَحَابَ رَأْفَتِكَ إِلَهِي هَلْ يَرْجِعُ الْعَبْدُ الْآبِقُ إِلا إِلَى مَوْلاهُ أَمْ هَلْ يُجِيرُهُ مِنْ سَخَطِهِ أَحَدٌ سِوَاهُ إِلَهِي إِنْ كَانَ النَّدَمُ عَلَى الذَّنْبِ تَوْبَةً فَإِنِّي وَ عِزَّتِكَ مِنَ النَّادِمِينَ وَ إِنْ كَانَ الاسْتِغْفَارُ مِنَ الْخَطِيئَةِ حِطَّةً فَإِنِّي لَكَ مِنَ الْمُسْتَغْفِرِينَ لَكَ الْعُتْبَى حَتَّى تَرْضَى إِلَهِي بِقُدْرَتِكَ عَلَيَّ تُبْ عَلَيَّ وَ بِحِلْمِكَ عَنِّي اعْفُ عَنِّي وَ بِعِلْمِكَ بِي ارْفَقْ بِي إِلَهِي أَنْتَ الَّذِي فَتَحْتَ لِعِبَادِكَ بَابا إِلَى عَفْوِكَ سَمَّيْتَهُ التَّوْبَةَ فَقُلْتَ تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحا فَمَا عُذْرُ مَنْ أَغْفَلَ دُخُولَ الْبَابِ بَعْدَ فَتْحِهِ إِلَهِي إِنْ كَانَ قَبُحَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ إِلَهِي مَا أَنَا بِأَوَّلِ مَنْ عَصَاكَ فَتُبْتَ عَلَيْهِ وَ تَعَرَّضَ لِمَعْرُوفِكَ فَجُدْتَ عَلَيْهِ يَا مُجِيبَ الْمُضْطَرِّ يَا كَاشِفَ الضُّرِّ يَا عَظِيمَ الْبِرِّ يَا عَلِيما بِمَا فِي السِّرِّ يَا جَمِيلَ السِّتْرِ [السَّتْرِ] اسْتَشْفَعْتُ بِجُودِكَ وَ كَرَمِكَ إِلَيْكَ وَ تَوَسَّلْتُ بِجَنَابِكَ [بِجِنَانِكَ]‏ وَ تَرَحُّمِكَ لَدَيْكَ فَاسْتَجِبْ دُعَائِي وَ لا تُخَيِّبْ فِيكَ رَجَائِي وَ تَقَبَّلْ تَوْبَتِي وَ كَفِّرْ خَطِيئَتِي بِمَنِّكَ وَ رَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ Oxunuşu Bismillahir rəhmanir rəhim İlahi əlbəstənil xətaya səvbə məzəlləti, və cəllələnit təbaudu minkə libasə məskənəti, və əmatə qəlbi əzimu cinayəti, fəəhyihi bi təvbətin minkə ya əməli və buğyəti və ya su`li və munyəti, fəvəizzətikə ma əcidu li zunubi sivakə ğafira, və la əra likəsri ğəyrəkə cabira, və qəd xəzə`tə bil inabəti iləykə və ənəvtu bil istikanəti lədəyk, fəin tərədtəni min babikə fə bi-mən əluz, və in rədədtəni ən cənabik, fəbimən əuzu fəva əsəfahu min xəcləti vəftizahi, vəva ləhvahu min sui əməli vəctirahi, əs`əlukə ya ğafirəz zənbil kəbir və ya cabirəl əzmil kəsir, ən təhəbə li mubiqatil cərair, və təsturə ələyyə fazihatis sərair, və la tuxlini fi məşhədil qiyaməti min bərdi əfvikə və ğəfrik, və la tu`rini min cəmili səfhikə və sətrik, ilahi zəllil əla zunubi ğəmamə rəhmətik, və ərsil əla uyubi səhabə rə`fətik, ilahi həl yərciul əbdul abiqu illa ila məvlah, əm həl yuciruhu min səxətihi əhədun sivah, ilahi in kanən nədəmu ələz zənbi təvbəh, fəinni və izzətikə minən nadimin, və in kanəl istiğfaru minəl xətiəti hittəh, fəinni ləkə minəl mustəğfirinə ləkəl utba hətta tərza, ilahi biqudrətikə ələyyə tub ələyy, və bi həmlikə ənni və bi ilmikə bi irfəq bi, ilahi əntəlləzi fətəhtə liibadikə babən ila əfvik, səmməytəhut təvbətə fəqultə tubu iləllah təvbətən nusuha, fə ma uzru mən əğfələ duxuləl babi bə`də fəthih, ilahi in kanə qəbuhəz zənbu min əbdikə fəlyəhsunil əfvu min indik, ilahi ma ənə bi əvvəli mən əsakə fə tubtu ələyh, və təərrəzə li mə`rufikə fə cudtə ələyhi ya mucibəl muztərr, ya kaşifəz zurri ya əziməl bərri ya əlimən bi ma fis sirr, ya cəmiləs sətristəşfə`tu bicudikə və kərəmikə iləyk, və təvəssəltu bi cənabik (bi cənanik), və tərəhhumikə lədəykə fəstəcib duai və la tuxəyyib fikə rəcai, və təqəbbəl təvbəti və kəffir xətiəti, bimənnikə və rəhmətikə ya ərhəmər rahimin. Tərcüməsi Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, xətalarım mənə zillət və xarlıq paltarı geyindirmiş, Səndən uzaqlıq məni zəlil etmiş və böyük cinayətlərim (nəfsə itaət) qəlbimi öldürmüşdür. Öz tərəfindən (qəbul olunan) bir tövbə ilə onu dirilt, ey mənim ümid və istəyim! And olsun Sənin izzətinə, Səndən başqa günahlarımı bağışlayacaq, işlərimin dolaşıqlığını açıb aradan qaldıracaq bir kəsi tanımıram. Həqiqətən, kamil bir təvazökarlıq və ah-nalə ilə Sənin dərgahına üz tutmuşam. Əgər məni öz qapından uzaqlaşdırsan, kimə üz tutaram?! Əgər Öz dərgahından qovsan, kimə sığınaram?! Təəssüflər olsun xəcalət və rüsvayçılığımdan! Günah və pis işlərin qəm-kədəri və xoşagəlməz əməllərimdən vay mənim halıma! Ey böyük günahları bağışlayan, ey sınmış sümükləri birləşdirən. Səndən həlakətə yetirən xəta və günahlarımı bağışlamaq və gizli rüsvayçılığımı örtməyini diləyirəm. (İlahi,) qiyamət səhnəsində məni Öz əfv və məğfirətinin sərinliyi, bağışlamağın və günahları örtməyindən məhrum etmə! İlahi, yandırıcı günahlarımın üzərinə rəhmətinlə kölgə sal və eyiblərimin üzərinə Öz rəhmət yağışını yağdır! İlahi, ağasının yanından fərar edən bir qulun yalnız öz ağacının yanına qayıtmaqdan başqa çarəsi varmı? Yaxud ağasının ona qəzəbi tutsa, qula ağasından başqa, kimsə nicat verə bilərmi? İlahi, əgər günah əməllərdən peşman olmaq tövbədirsə, onda izzətinə and olsun ki, mən peşman olanlardanam. Əgər xətaları bağışlamağını diləmək günahların məhv olmasına səbəbdirsə, onda, mən həqiqətən də (məndən) razı olana qədər Səndən bağışlanmaq diləyənlərdənəm. İlahi, Sənə and verirəm mənim üzərimdəki qüdrətini (mənə cəza verməyə qadir olmağını), tövbəmi qəbul et! Sənə and verirəm günahlarım müqabilindəki helmini, məni əfv et və Sənə and verirəm mənim barəmdəki elmini, mənə mərhəmətlə nəzər sal! İlahi, Bəndələrin üçün bağışlanmaq qapısı açan, onu \”tövbə” adlandıran və sonra \”Xalis bir tövbə ilə Allaha tərəf qayıdın!” – deyə buyuran Sənsən. Belə isə, bu qapı açıldıqdan sonra bağışlanmaq üçün içəri daxil olmaqdan qafil olanın üzr və bəhanəsi nədir?! İlahi, Sənin bəndəndən baş verən günah qəbahətli olsa da, Sənin tərəfindən olan əfv daha bəyəniləndir! İlahi, mən Sənə qarşı üsyan edən və Sənin bağışladığın və təyin etdiyin hədlərini aşmasam da, ona ehsan etdiyin birinci şəxs deyiləm. Ey çarəsizlərin duasını qəbul edən, ey qəm-kədər, çətinlik və zərərləri aradan qaldıran, ey ehsanı böyük olan, ey gizlində olanlara alim, ey eyib və günahları gözəl şəkildə örtən! Sənin tükənməz ehsan və rəhmətini (dərgahında) şəfaətçi tutaraq Sənə və rəhminə təvəssül etmişəm. Belə isə, mənim duamı qəbul et və rəhmətinə olan ümidimi boşa çıxarma! Tövbəmi qəbul et, xəta və günahlarımı rəhmət və mərhəmətinlə bağışla, ey mehribanların ən mehribanı! Kitabın adı: Məfatihul Cinan

Dua 04.02.2025

Ziyil üçün oxunan dua 

Ziyil üçün oxunan dua  “Tibbul-Əimmə” (s.109) kitabında nəql edilən və İmam Rzaya (ə) nisbət verilən bir hədisdə deyilir: Əli ibn Nöman adlı bir şəxs İmam Rzadan (ə) onun bədənini narahat edən ziyillər barədə kömək istəyib və İmam (ə) ona belə bir məsləhət verib: “Ziyilin hər biri üçün yeddi dənə arpa götürüb, onun hər bir dənəsinə “Vaqiə” surəsinin (56-cı surə) ilk beş ayəsini və həmçinin “Taha” surəsinin (20-ci surə) 105, 106 və 107-ci ayələrini yeddi dəfə oxu. Sonra arpa dənələrinin hər birini bir ziyilə sürtüb onu paçra ilə bağla. Daha sonra həmin parçanın içinə dağ bağlayıb quyuya at. Ziyilə sürtülmüş arpa dənələrini daş bağlanmış parçanın arasında quyuya atdıqdan sonra isə Ənbiya surəsinin 30-cu ayəsini tilavət et. Bu işin (qəməri) ayın axır günlərində edilməsi daha məsləhətlidir. (56-cı surə) ilk beş ayəsi (Bismillahir rəhmanir rəhim İza vəqəətil vaqiəh 1. Ləysə ləvəq`ətiha kazibəh 2. Xafizə-tun rafiəh 3. İza ruccətil ərzu rəcca 4. Və bussətil cibalu bəs-sa 5. Fəkanət həbaən munbəssa) “Taha” surəsinin (20-ci surə) 105, 106 və 107-ci ayələri Bismillahir rəhmanir rəhim Yəs`əlunəkə ənil cibali fəqul yənsifuha rəbbi nəsfa, fəyəzə-ruha qaən səfsəfa, la təra fiha ivəcən və la əmta. Ənbiya surəsinin 30-cu ayəsi Bismillahir rəhmanir rəhim Əvələm yəral ləzinə kəfəru ənnəs səməvəti və l ərza kənətə  ratqan fəfətəqnə humə və cəəlnə minəl mə i kullə şəyin həyyin əfələ yu min Ziyil üçün başqa dua Başqa rəvayətə görə isə bədənində zigil xalları olan şəxs, duz götürsün, duzu zigilə sürtərək Həşr surəsinin 21, 22, 23 və 24-cü ayələrini üç dəfə oxusun və duzu təndirə atsın. Həşr surəsinin 21, 22, 23 və 24-cü ayələri Bismilləhir Rahmənir Rahim Ləv ənzəlnə həzəl Quranə alə cəbəlin ləraəytəhu xaşiən mutəsaddiən min xaşyətilləh. Və tilkəl əmsəlu nədribuhə linnəsi ləalləhum yətəfəkkərun. Huvallahulləzi lə iləhə illə hu. Alimul ğaybi və şəhədəh. Huvər Rahmənur Rahim. Huvallahulləzi lə iləhə illə hu. Əl Məlukul Quddusus Sələmul Muminul Muhəyminul Azizul Cəbbərul Mutəkəbbir. Subhanəllahi ammə yuşrikun. Huvəllahul Xaliqul Bəriul Müsəvvirul ləhul əsməul hüsnə. Yusəbbihu ləhu mə fis səməvəti vəl ərd. Hə huvəl Azizul Hakim.

1 2