Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Könül oxşayan Hədislər 19.09.2026

✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

«أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر وَ طُولُ السُّجُودِ وَ حُسْنِ الْجَوارِ. فَبِهذا جاءَ مُحَمَّدٌ(صلى الله عليه وآله وسلم) صَلُّوا فى عَشائِرِهِمْ وَ اشْهَدُوا جَنائِزَهُمْ وَ عُودُوا مَرْضاهُمْ وَ أَدُّوا حُقُوقَهُمْ، فَإِنَّ الرَّجُلَ مِنْكُمْ إِذا وَرَعَ فى دينِهِ وَ صَدَقَ فى حَديثِهِ وَ أَدَّى الاَمانَةَ وَ حَسَّنَ خُلْقَهُ مَعَ النّاسِ قيلَ: هذا شيعِىٌ فَيَسُرُّنى ذلِكَ. إِتَّقُوا اللّهَ وَ كُونُوا زَيْنًا وَ لا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنا كُلَّ مَوَدَّة وَ ادْفَعُوا عَنّا كُلَّ قَبيح، فَإِنَّهُ ما قيلَ فينا مِنْ حَسَن فَنَحْنُ أَهْلُهُ وَ ما قيلَ فينا مِنْ سُوء فَما نَحْنُ كَذلِكَ لَناحَقٌّ فى كِتابِ اللّهِ وَ قَرابَةٌ مِنْ رَسُولِ اللّهِ وَ تَطْهيرٌ مِنَ اللّهِ لا يَدَّعيهِ أَحَدٌ غَيْرُنا إِلاّ كَذّابٌ. أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ (ص) فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُوا ما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ».✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün cəhəti təqvalı olmalarıdır – (Hücurat/13).Quran-Kərim buyurur: "Allah yanında ən sevimli məqam təqvalı olmaqdır". (Ali-İmran,76; Tövbə, 4 və 7). Quran-Kərim ayələrinə görə "təqva" həm günahdan qorunmağa, həm dünyada Allahdan, günaha düşməmək üçün kömək diləməyə və həm də axirətdə dünyada səhvən etdiyi günahların əzabına düçar olmamağı istəməyə deyilir. (Bəqərə, 201).Qurani-Kərim "təqva"lı insan üçün aşağıdakı xüsusiyyətləri də sayıb:Yalan və nahaqq və dəqiq bilmədiyini danışmır – (Nisa, 9). Kafir və münafiqlərə aldanıb onlara itaət etmir – (Əhzab,1).Təqvalı insan ictimai hüquqları qoruyur, digərlərinin hüquqlarını pozmur, digərlərini aldatmır  – (Bəqərə, 119; Mütəffifin, 1).Məsumlardan (ə) nəql olunan hədislərdə "təqva" əxlaqın rəisi sayılır. Çünki İlahidən qorxu olduqda və Onun hər bir zaman insanın işlərini gördüyünü bildikdə, insan çalışır ki, Allahın xoşuna gələn işləri görsün və Onu qəzəbləndirən işlərdən çəkinsin. Bununla da bütün yaxşı rəftarlar İlahi Təqvadan doğur.İmam Əli (ə) buyurur: "Təqvanın dörd əlaməti var: Allahdan qorxmaq, Qurana əməl etmək, aza qane olmaq və axirət səfəri üçün azuqə hazırlamaq".İmam Sadiq (ə) təqvanın nə olduğu barədə buyurur: "Allah əmr etdiyi və istədyi yerlərdə görünəsən və nəhy (qadağan) etdiyi yerlərdə olmayasan".✅2). Haramlardan çəkinin (vərə(;İmam Sadiq (ə) buyurur: "Dininizi haramlardan çəkinməklə qoruyun ki, haramdan uzaq olmaq dinin ən yuxarı dərəcəsidir".✅3). Allah yolunda çalışın;İmam Sadiq (ə) buyurur: "Səfillikdən (dünya malı üçün başqalarına boyun əymək, zəlil olmaq, alçalmaq) uzaq olun ki, Əlinin (ə) şiəsi o kəsdir ki, qarnı və cinsi üzvləri iffətlidir, özü çox çalışan".İmam Sadiq (ə) başqa hədisdə buyurur: "Cavan, sağlam, güclü, təravətli olduğun zaman və şad və boş vaxtlarında axirət üçün çalışmağı unutma".✅4). Doğru danışın və ✅(5) xəyanət etməyin;.Sizə inanıb etibar edənin kafir, facir ya müsəlman olduğuna fərq qoymadan əmanəti sahibinə qaytarın.Allah-Taala Quran-Kərimdə xainləri sevmədiyini bildirir – (Ənfal, 58).✅6). Rükuda və Səcdədə çox qalın;Rüku və səcdəni uzatsanız İblis fəryad edəcək ki, vay olsun mənə, bu kişi itaət etdi, mən üsyan etdim, bu kişi səcdə etdi, mən təkəbbür etdim.✅7). Qonşularla yaxşı davranın;  ✅8). Müsəlmanlarla vəhdət edin, dostcasına və sülhamiz yaşayın; - Bu Həzrət Məhəmmədin (s) gətirdiyi dindir: - Sizinlə yaşayan əhli-sünnə və digərlərini yoxlayın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, onların hüquqlarına riayət edin, haqlarını əda edin.❇️ İmam Həsən Əskəri (ə) başqa bir vəhdət yönlü kəlamında buyurur:قبری أمان لاهل الجانبین"Mənim qəbrim hər iki tərəf (şiə və sünni) üçün pənahgahdır, təhlükəsizlik yeridir".✅ İmam Həsən Əskəri (ə) hədisin davamında buyurur:"Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! Bu söz Bizi (Əhl-Beyt) sevindirəcək.Allahdan qorxun və bizə zinət və yaraşıq olun. Bizə utanc gətirməyin. Bizi (öz əməlləriniz və gözəl əxlaqınızla) insanlara sevdirin). Onları (öz pis əməllərinizlə) bizə düşmən etməyin.Bizim üçün insanların dostluğunu qazanın. Yaxşılıqları bizə tərəf çəkin, pislikləri bizdən uzaqlaşdırın.Bizim haqqımızda deyilən bütün gözəlliklər bizdə var. Haqqımızda deyilən bütün pisliklərdən uzağıq. Həmd olsun aləmlərin Rəbbinə!Bizim üçün Allah kitabında haqq vardır və Allah Rəsulunun (s) yaxınlarıyıq. Bizim paklığımız Allah tərəfindəndir. Bunu bizdən başqa hər kəs iddia etsə yalançıdır.Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun. Quran çox oxuyun. Peyğəmbərə (s) çox salavat deyin. Həqiqətən də Peyğəmbərə (s) salavat deməkdə on gözəllik var.✳️Vəsiyyətimi yadda saxlayın. Sizi Allah əmanət edir və sizə salam deyirəm".📚Əllamə Məclisi, "Biharul-Ənvar", c.75, s.372, bab.29.P.S: Bu hədis məsumlardan oxşar mətnlərlə və az fərqlə rəvayət edilib.Qeyd edim ki, hədisin mətni bizim şərhimizlə verilib.@mirmehemmed_beshir

Könül oxşayan Hədislər 18.09.2026

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir:بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ إِقَامِ الصَّلَاةِ وَ إِيتَاءِ الزَّكَاةِ وَ حِجِّ الْبَيْتِ وَ صَوْمِ شَهْرِ رَمَضَانَ وَ الْوَلَايَةِ لَنَا أَهْلَ الْبَيْتِ فَجُعِلَ فِي أَرْبَعٍ مِنْهَا رُخْصَةٌ وَ لَمْ يُجْعَلْ فِي الْوَلَايَةِ رُخْصَةٌ مَنْ لَمْ يَكُنْ لَهُ مَالٌ لَمْ يَكُنْ عَلَيْهِ الزَّكَاةُ وَ مَنْ لَمْ يَكُنْ عِنْدَهُ مَالٌ فَلَيْسَ عَلَيْهِ حَجٌّ وَ مَنْ كَانَ مَرِيضاً صَلَّى قَاعِداً وَ أَفْطَرَ شَهْرَ رَمَضَانَ وَ الْوَلَايَةُ صَحِيحاً كَانَ أَوْ مَرِيضاً أَوْ ذَا مَالٍ أَوْ لَا مَالَ لَهُ فَهِيَ لَازِمَةٌ وَاجِبَةٌ.      “İslam beş sütunun üzərində qurulmuşdur: namaz qılmaq, zəkat vermək, Evi həcc etmək, Ramazan ayında oruc tutmaq və biz – Əhli-Beytin vilayəti. Onlardan dördündə rüxsət var, lakin vilayətdə rüxsət (və bəhanəyə yer) yoxdur. Belə ki, malı olmayana zəkat və həcc vacib deyil. Kim xəstə olsa, oturan halda namaz qılacaq və Ramazan ayının orucunu tutmayacaq. Lakin sağlam və ya xəstə, eləcə də var-dövlət sahibi və ya fəqir olduqda belə, vilayət lazım və vacibdir”.[1][1] əl-Xisal, s. 278

Könül oxşayan Hədislər 07.09.2026

Gündəlik beş namazın əhəmiyyəti

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:يا عَلىُّ! إنّما مَنزِلَةُ الصَّلواتِ الخَمسِ لِاُمَّتى كَنَهرٍ جارٍ عَلى بابِ أَحَدِكُم لَو كانَ فِى جَسَدِهِ دَرَنّ ثُمَّ اغتَسَلَ فِى ذلِكَ النَّهرِ خَمسَ مَرَاتٍ فِى اليَومِ أَكانَ يَبقى فِى جَسَدِهِ دَرَنُ فَكَذلِكَ وَاللهِ الصَّلواتُ الخَمسُ لِاُمَّتى“Ey Əli! Ümmətim üçün (gündəlik) beş namaz evinizin kənarından axan çayı xatırlayır. Elə təsəvvür edirsiniz ki, bədəni çirkli olan şəxs gündə beş dəfə həmin çayda yuyunsa, onun bədənində çirk qalarmı? Allaha and olsun, ümmətim üçün (gündəlik) beş namaz da belədir!” (“Biharul-ənvar”, c.82, səh.220.)

Könül oxşayan Hədislər 02.09.2026

Dörd bәdbәхtlik nişаnәsi

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:يَا عَلِيُّ، اَربَعُ خِصالٍ مِنَ الشَّقاوَةِ جُمُودُ العَينِ وَقَساوَةُ الْقَلبِ وَبُعدُ الاَمَلِ وَحُبُّ البَقاءِ“Еy Әli! Dörd şеy bәdbәхtlik nişаnәsidir: 1. göz yаşının qurumаsı; 2. qәlbin qәsаvәt bаğlаmаsı (daşlaşması); 3. аrzulаrın uzun-uzadı olması; 4. dünyаdа dаimi qаlmаq sevgisi. (“Mәn lа yәhzuruhul-fәqih”, c.4, sәh.360.)

115 Oxu
Könül oxşayan Hədislər 30.08.2026

Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir

Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur:يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ تَعْفُو عَمَّنْ ظَلَمَكَ“Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir: səni məhrum edənə yaxşılıq etmək, səninlə əlaqəsini kəsənlə əlaqə yaratmaq və sənə haqsızlıq edəni bağışlamaq!” (“Əl-xisal”, Şeyx Səduq, səh.125.)Qeyd etdiklərimiz Peyğəmbərin (s) öz ümmətinə əxlaqlarını zinətləndirib gözəlləşdirmək, üstün sifətlərə malik olmaqla dünyanın başqa millətlərinə nümunə olmaq üçün buyurduğu bəzi hədislər idi.O həzrət həm də müsəlmanları öz aralarında düşmənçilik doğurub pis münasibət yaradan və bir-biri ilə əlaqələrini kəsməyə səbəb olan nalayiq xasiyyətlərdən çəkindirmişdir.

108 Oxu
Könül oxşayan Hədislər 30.08.2026

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

 Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur:يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”İmam Əli (ə) buyurdu: “Bəli, ya Rəsuləllah (s)!”Həzrət (s) buyurdu:أحسنكُم خُلقاً ، وأعظمُكم حلماً ، وأبرُّكم بقرابتِه ، وأشدُّكم من نفسِه إنصافاً.“Ən gözəl əxlaqı və ən böyük həlimliyi olanınız, yaxınlarına ən çox yaxşılıq edəniniz və insaf baxımından daha çox öz nəfsinə qarşı çıxanınızdır.” (“Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.340.)Doğrudan da, gözəl xasiyyət ən üstün sifətlərdəndir. Kimdə bu sifət və həlimlik olsa, deməli, o, Peyğəmbərə (s) oxşamışdır.

Könül oxşayan Hədislər 22.08.2026

Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır,

İmam Əli (ə): "Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır, belə isə daha çox əhəmmiyyətli olanından öyrənməyə başla".«العمر أقصر من‏ أن تعلم كل ما يحسن بك علمه فتعلم الأهم فالأهم»"Həqiqətən sənin fikrin və zehnin hər şeyi (hər fikri və elmi) özündə yerləşdirə bilməz, belə isə onu daha mühüm şeylər üçün saxla. Və sənin malın bütün insanları varlandıra bilməz, belə isə onu daha çox haqlı - (yardım göstərilməyə ehtiyacı) olana ver".«إِنَّ رَأْيَكَ لَا يَتَّسِعُ‏ لِكُلِ‏ شَيْ‏ءٍ فَفَرِّغْهُ لِلْمُهِم من أمورك و مالك لا يغني الناس كلهم فاخصص به أهل الحق»‏ ("Üyunul-hikəm vəl-məvaiz", Leysi, s.156, hədis:3385; İbn Əbil Hədid, "Şərhu Nəhcul-Bəlağə", İmam Əliyə (ə) mənsub hikmətli sözlər, c.20, s.262, hədis:60 və c.20, s.314, hədis:601).

Könül oxşayan Hədislər 17.08.2026

“Şübhəsiz ki, hər bir İmamın öz dostlarının (ardıcıllarının) və şiələrinin öhdəsində (boynunda) ilahi bir əhd-peymanı vardır.

“Şübhəsiz ki, hər bir İmamın öz dostlarının (ardıcıllarının) və şiələrinin öhdəsində (boynunda) ilahi bir əhd-peymanı vardır. Həmin əhd-peymana tam vəfalı olmanın və bu vəzifəni ən gözəl şəkildə yerinə yetirməyin şərtlərindən biri də onların qəbirlərini ziyarət etməkdir. Hər kim (bu imamlara olan sevgidən doğan) şövq və rəğbətlə, eləcə də onların rəğbət bəslədikləri şeyləri (həqiqət və dəyərləri) təsdiq edərək onların müqəddəs qəbirlərini ziyarət edərsə, İmamları Qiyamət günündə onların şəfaətçiləri olar”. «إِنَّ لِكُلِ‏ إِمَامٍ‏ عَهْداً فِي‏ عُنُقِ‏ أَوْلِيَائِهِ‏ وَ شِيعَتِهِ‏، وَ إِنَّ مِنْ تَمَامِ الْوَفَاءِ بِالْعَهْدِ وَ حُسْنِ الْأَدَاءِ زِيَارَةَ قُبُورِهِمْ، فَمَنْ زَارَهُمْ رَغْبَةً فِي زِيَارَتِهِمْ‏ وَ تَصْدِيقاً بِمَا (لما) رَغِبُوا فِيهِ، كَانَ أَئِمَّتُهُمْ شُفَعَاءَهُمْ يَوْمَ الْقِيَامَةِ» İmam Rza (ə) Cəfər ibn Məhəmməd ibn Qəuləvəyh, “Kamiluz-ziyarat”, s.121. – (Nəcəful-Əşrəf, 1356 h, birinci çap).

Könül oxşayan Hədislər 15.08.2026

“Namazın (və digər əməllərin) qəbul olunma səbəbi (şərti) nədir?»

İmam Əli ibn Hüseyn Zeynülabidindən (ə) soruşdular: “Namazın (və digər əməllərin) qəbul olunma səbəbi (şərti) nədir?»İmam Səccad (ə) buyurdu: “Bizim vilayətimizi (rəhbərliyimizi) qəbul etmək və düşmənlərimizdən bərat etməkdir (uzaqlaşmaqdır)”.«... قَالَ: «مَا سَبَبُ‏ قَبُولِهَا؟». قَالَ (ع): «وَلَايَتُنَا وَ الْبَرَاءَةُ مِنْ أَعْدَائِنَا».Əllamə Məclisi, “Biharul-ənvar”, c. 81, s. 244, hədis: 35.“əl-Usul əs-Sittətə Əşər”, (Dar əl-Şəbustəri çapı), s.71.İbn Şəhraşub, “əl-Mənaqib”, c.4, s.130. 

141 Oxu
Könül oxşayan Hədislər 14.08.2026

İmam Rza (ə) Əbdüləzim Həsəninin nəsihəti

İmam Rza (ə) Əbdüləzim Həsəniyə buyurdu: “Ey Əbdüləzim! Mənim dostlarıma məndən salam çatdır və onlara de ki, şeytana özlərinə qarşı yol verməsinlər. Onlara doğru danışmağı və əmanətə riayət etməyi əmr et. Onlara sükut etməyi, özlərinə aid olmayan məsələlərdə mübahisə və çəkişməni tərk etməyi, bir-birlərinə üz tutmağı və bir-birlərini ziyarət etməyi tövsiyə et. Çünki bunlar məni razı salan və mənə yaxınlaşdıran əməllərdir. Onlar bir-birlərini parçalamaqla, bir-birlərinə qarşı düşmənçilik etməklə məşğul olmasınlar. Çünki mən özümə and içmişəm ki, kim belə edər və mənim dostlarımdan birini qəzəbləndirərsə, Allahdan onun dünyada ən şiddətli əzaba düçar edilməsini diləyərəm və axirətdə də ziyana uğrayanlardan olar. Onlara bildir ki, Allah onların yaxşı əməl sahiblərini bağışlamış, pis əməl sahiblərindən də keçmişdir. Lakin Allaha şərik qoşan, mənim dostlarımdan birinə əziyyət edən və ya ona qarşı qəlbində pis niyyət bəsləyən şəxs istisnadır. Həqiqətən, Allah həmin şəxsi bu əməldən əl çəkənə qədər bağışlamaz. Əgər bundan əl çəkərsə, bağışlanar. Əks halda, iman ruhu onun qəlbindən çıxar, mənim vilayətimdən xaric olar və bizim vilayətimizdən heç bir payı qalmaz. Mən belə bir vəziyyətdən Allaha pənah aparıram.”

115 Oxu
Könül oxşayan Hədislər 12.08.2026

Çağdaş dünyamızın bütü

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ، وَ لايَبْقى‏ مِنَ الْايمانِ الّا اسْمُهُ“Bir zaman gələcək ki, insanların qarınları tanrıları, qadınları qiblələri, pulları dinləri və şərəfləri matahları olacaq və imanın adından başqa bir şey qalmayacaqdır.”Soruşdular:يا رَسُولَ اللَّه! ايَعْبُدُونَ الْاصْنامَ“Ey Allahın Rəsulu! (Müsəlmanlar) bütlərəmi pərəstiş edəcəklər?”Həzrət buyurdu:نَعَمْ، كُلُّ دِرْهَمٍ عِنْدَهُمْ صَنَمٌ“Bəli, onların bütü pul olacaq (və bu, onları Allahdan qafil edəcək).” (“Biharul-ənvar”, c.22, səh.453.)axil edin...

109 Oxu
Könül oxşayan Hədislər 24.02.2025

Üç əməl möminin nicаtınа sәbәb оlаr

İmam Zeynəlabidin (ə) buyurmuşdur: ثَلَاثٌ مُنْجِيَاتٌ لِلْمُؤْمِنِ كَفُّ لِسَانِهِ عَنِ النَّاسِ وَ اغْتِيَابِهِمْ وَ إِشْغَالُهُ نَفْسَهُ بِمَا يَنْفَعُهُ لآِخِرَتِهِ وَ دُنْيَاهُ وَ طُولُ الْبُكَاءِ عَلَى خَطِيئَتِهِ “Üç əməl möminin nicаtınа sәbәb оlаr: 1. dilini pis sözlәrdәn vә insanların qеybәtindәn qorumаq; 2. dünyаsı vә ахirәtinә fаydаsı оlаn işlәrlә mәşğul оlmаq; 3. öz xətalаrınа görә çox аğlаmаq. “Tuhәful-uqul”, sәh. 290.

1 2 3 4

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...