Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Səccad (ə) 05.02.2025

İmam Səccadın (ə) həyatına qısa bir baxış

https://ia904705.us.archive.org/21/items/imam-seccadin-heyati/İmam%20Seccadin%20heyati.mp3 Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O həzrət 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə), on il də əmisi imam Həsənin (ə) imamət dövrünü görmüşdür. Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada iştirak etmiş, lakin xəstə olduğu üçün döyüşməmişdir. Kərbəla faciəsindən sonra digər əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o həzrət müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O həzrət bu səfərdə öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etmiş və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamışdır. Nəhayət, hicrətin 94, ya da 95-ci ili Hişam ibn Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhadətə yetirilmiş və “Bəqi” qəbristanlığında əmisi imam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur. İMAMIN XƏSTƏLİYİ İLAHİ BİR MƏSLƏHƏT İDİ Bir qrup müsəlman imam Səccadı (ə) həmişə xəstə kimi yad edir və bununla da, camaatın düşüncəsində o həzrət çox zəif, əldən düşmüş, saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində, heç də belə olmamışdır. Çünki o həzrət yalnız Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən, otuz beş il digər imamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz, o həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, imam Səccad (ə) bu vasitə ilə “cihad” vəzifəsindən azad olmuş, müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq imamət xətti davam etmişdir. Əgər imam Səccad (ə) xəstələnməsəydi, cihadda mütləq iştirak etməliydi. Bu təqdirdə, atasının başqa oğul və dostları kimi şəhid olar və beləcə, imamət nuru birdəfəlik sönmüş olardı. Sibt ibn Cuzi yazır: “Əli ibn Hüseyn (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.” (“Təzkirətul-xəvvas”, səh.324.) Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseynin (ə) Aşura günü atası ilə olan zaman iyirmi üç, yaxud iyirmi dörd yaşı var idi. O, həmin gün xəstə olduğundan döyüşdə iştirak edə bilməmişdir.” (Ət-təbəqatul-kubra, c.5, səh.221.) Bəli, dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik ilahi bir məsləhət idi. İMAM SƏCCAD (Ə) – KƏRBƏLA İNQİLABININ CARÇISI İmam Səccad (ə) “Aşura” faciəsindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla “Aşura” inqilabının və imam Hüseynin (ə) şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın düşüncəsini oyatmaqla məşğul olmuşdur. Müaviyənin dövründən etibarən Əməvilər sülaləsinin Peyğəmbər (s) ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını nəzərə almaqla, şübhəsiz, əgər Əhli-beyt əsirləri Əməvilər hakimiyyətinin iç üzünü açaraq camaatın düşüncəsini oyatmasaydılar, İslam düşmənləri və hakim dairələr imam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar, onun simasını dəyişdirərdilər. Ancaq imam Səccadın (ə), eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat imam Hüseynin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

İmam Səccad (ə) 22.01.2025

İmam Səccad (ə)-ın şəhadəti

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O həzrət 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə), on il də əmisi imam Həsənin (ə) imamət dövrünü görmüşdür. Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada iştirak etmiş, lakin xəstə olduğu üçün döyüşməmişdir. Kərbəla faciəsindən sonra digər əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o həzrət müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O həzrət bu səfərdə öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etmiş və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamışdır. Nəhayət, hicrətin 94, ya da 95-ci ili Hişam ibn Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhadətə yetirilmiş və “Bəqi” qəbristanlığında əmisi imam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur. İMAMIN XƏSTƏLİYİ İLAHİ BİR MƏSLƏHƏT İDİ Bir qrup müsəlman imam Səccadı (ə) həmişə xəstə kimi yad edir və bununla da, camaatın düşüncəsində o həzrət çox zəif, əldən düşmüş, saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində, heç də belə olmamışdır. Çünki o həzrət yalnız Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən, otuz beş il digər imamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz, o həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, imam Səccad (ə) bu vasitə ilə “cihad” vəzifəsindən azad olmuş, müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq imamət xətti davam etmişdir. Əgər imam Səccad (ə) xəstələnməsəydi, cihadda mütləq iştirak etməliydi. Bu təqdirdə, atasının başqa oğul və dostları kimi şəhid olar və beləcə, imamət nuru birdəfəlik sönmüş olardı. Sibt ibn Cuzi yazır: “Əli ibn Hüseyn (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.” (“Təzkirətul-xəvvas”, səh.324.) Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseynin (ə) Aşura günü atası ilə olan zaman iyirmi üç, yaxud iyirmi dörd yaşı var idi. O, həmin gün xəstə olduğundan döyüşdə iştirak edə bilməmişdir.” (Ət-təbəqatul-kubra, c.5, səh.221.) Bəli, dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik ilahi bir məsləhət idi. İMAM SƏCCAD (Ə) – KƏRBƏLA İNQİLABININ CARÇISI İmam Səccad (ə) “Aşura” faciəsindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla “Aşura” inqilabının və imam Hüseynin (ə) şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın düşüncəsini oyatmaqla məşğul olmuşdur. Müaviyənin dövründən etibarən Əməvilər sülaləsinin Peyğəmbər (s) ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını nəzərə almaqla, şübhəsiz, əgər Əhli-beyt əsirləri Əməvilər hakimiyyətinin iç üzünü açaraq camaatın düşüncəsini oyatmasaydılar, İslam düşmənləri və hakim dairələr imam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar, onun simasını dəyişdirərdilər. Ancaq imam Səccadın (ə), eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat imam Hüseynin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

İmam Səccad (ə) 22.01.2025

“Ali-Muhəmmədin (ə) Zəburu” müəllifinin mövludu mübarək olsun!

Həzrət Əli ibn Hüseyn (ə) 38-ci hicri ilinin Şəban ayının 5-də Mədinədə dünyaya gəlmişdir. 95-ci Hicri ilinin məhərrəm ayının 25-də şəhid edilmişdir. Müqəddəs qəbri Bəqi qəbiristanlığındadır.   Tarixi mənbələrə görə mübarək anasının adı Şəhribanu və ya Şəhrinaz olmuşdur. İmam Səccad (ə) ən ağır siyasi dövrdə yaşamış İmamlardandır. İmam Əli (ə) şəhid olan zaman onun 3 yaşı var idi. Sonra da atası ilə bir yerdə Kərbəla hadisəsinin müsibətləri və bəlaları ilə üzləşmişdi. (Tebyan) İmamın (ə) möhnəti və əziyyəti o zaman daha çox artır ki, Yezid (lən) ordusu Mədinəyə və o cümlədən Həzərt Peyğəmbərin (s) məscidinə daxil olur. Bu azgın ordu belə bir müqəddəs məkanda da qətl törədir.   İmamın (ə) bütün həyatı mübarizədə keçmişdir. Gözünü açan gündən babası İmam Əlini (ə) Cəməl döyüşünə qərq olan halda görmüşdü. Cavanlıq dövründə həyatının ən ağır hadisəsi olan Kərbəla hadisəsi ilə rastlaşmış və dözülməz acılar və qəmlərlə üzləşmişdir. Atasını, qardaşlarını, yaxınlarını gözünün önündə itirmiş və əsirlik kimi bir imtahanla qarşılaşmışdır. Ancaq İmam (ə) bu imtahanların heç birində məğlib olmamışdır. Əksinə, onların hamısından başıuca və alnıaçıq çıxaraq ardıcılları üçün örnək olmuşdur.   İmam (ə) hər fürsətdə insanları Əməvilərə qarşı ayıldırdı. İmam (ə) nəzarət altında olduğu üçün risalətini dua vasitəsilə öz davamçılarına çatdırırdı.     Dualarını torladığı “Səhifeyi-Səccadiyə” kitabı “Ali-Muhəmmədin (ə) Zəburu” adı ilə məşhur olmuşdur. Qurandan və “Nəhcul-bəlağə”dən sonra ən əzəmətli və ən dəyərli kitab hesab olunur.   İmam (ə) da ataları kimi Mədinənin bir çox yoxsul ailəsinə gizli şəkildə yardım edirdi. Mədinənin yüz ailəsi İmamın (ə) sayəsində aclıqdan əziyyət çəkmirdi, ancaq onlara kimin yardım etdiyini bilmirdilər. İmam Səccad (ə) vəfat edəndən sonra başa düşdülər ki, bu İmam Səccad (ə) imiş. İmam (ə) buyurardı: “Gizli sədəqə Allahın qəzəb atəşini yatızdırar”.   İmamın ibadət və səcdə əhli olması hamıya məlumdur. Məhz buna görə İmama (ə) “Səccad” ləqəbini vermişdilər. İmam (ə) Kərbəla hadisəsindən sonra heç bir zaman gülmədi, şənlənmədi. Nə zaman su görsə idi, ağlayardı. Bu ağır hadisənin qəmi heç bir zaman nəcib qəlbindən çıxmadı. O, hər fürsətdə insanlara bu hadisəni yada salmağa çalışır və Əməvi zülmünü ifşa edirdi./Deyerler.org/   Salam olsun sənə, ey Zeynəl-abidin (ə)! Mövludun mübarək, ey İmam Səccad (ə)!

İmam Səccad (ə) 22.01.2025

İmam Səccadın (ə) şəhadət günü: Kərbəladan şəhadətə qədər İmamın (ə) həyatı

İmam Səccadın (ə) həyatında bəhs və tədqiq ediləsi nöqtələr çoxdur. İmamın Kərbəladan şəhadətə qədər getdiyi yollara bir nəzər salaq:   1. İmam Səccadın (ə) xəstəliyi. 2. O Həzrətin Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu. 3. Onun Əhli-Beyt (ə) əsirlərinin arasında olması. 4. Həzrətin Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr. 5. İmamın (ə) şəhadəti.   1. İmamın xəstəliyi Bəzi tarixçilər bu fikirdədirlər ki, İmam Zeynəlabidin (ə) qanlı Kərbəla hadisəsində 24 yaşında idi. Bəziləri isə 22 yaş deyirlər. Muhəmməd ibni Səyid kitabında yazır: “Əli ibni Hüseyn (ə) Kərbəla hadisəsində İmam Hüseynlə (ə) bir yerdə idi. Onun 23 yaşı var idi. Onun övladı İmam Baqir (ə) Kərbəla hadisəsindən İmamın şəhadətinə qədər atası ilə bir yerdə olmuşdur. 3 və ya 4 yaşı var idi. İmam Səccad (ə) xəstəliyinə görə cihadda iştirak edə bilmədi. Allah onu insanları hidayət etməsi üçün qorudu. Peyğəmbərin (s) Həzrət Fatimədən (s.ə) olan nəsli İmam Hüseyn (ə) vasitəsilə İmam Səccada (ə) çatmışdı”. Şeyx Müfid bu haqda yazır: “O zaman ki, İmam Hüseyn (ə) şəhadət şərbətini içir, Şimr (lən) İmam Səccadı (ə) öldürmək üçün hücum edir. İmam Səccad (ə) xəstə yatağında idi. Həmid ibni Müslim ona müdafiə etdi və Şimrin hücumunu dəf etdi. Ömər ibni Səd xəstə olmağına baxmayaraq, onu Əhli-Beytlə (ə) bərabər Kufəyə aparır”. İmam Səccad (ə) Kərbəlada yalnız məhdud bir müddətdə xəstə olmuşdu. Sağalandan sonra 35 il müddətində müsəlmanlara imamlıq edir. Bəziləri onun daima xəstə olduğunu söyləyirdilər, bu məsələ insanların zehnində o qədər uzun müddət qaldı ki, dördüncü İmama (ə) və onun fədakarlıqlarına qarşı diqqətsizlik edirdilər.   2. O Həzrətin Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu İmam Hüseynin (ə) və onun tərəfdaşlarının şəhadəti Bəni-Uməyyə hökuməti üçün viranedici xarakter daşıyırdı. Bu xəlifəliyin dini olmasını sual altına alırdı. Bu şəhidlərin fədakarlıqlarının unudulmaması üçün İmam Səccad (ə) həm şəhidlərə göz yaşı tökür, həm də atasının hədəfini davam etdirirdi. Cavidan Aşura hadisəsi o qədər qəmgin və ürəkürpədici idi ki, onun müşahidə edənlər ölənə qədər bu hadisəni yaddan çıxartmadılar. İmam (ə) o zaman ki, su içmək istəyərdi, gözü suya dəyəndə ağlamağa başlayardı. Həzrətin ağlamağının səbəbini soruşanda buyurardı: “Necə ağlamayım? O zaman ki, yezidlilər suyu vəhşi heyvanlara açıq buraxmışdılar, ancaq atamın üzünə bağlamışdılar. Onu susuz şəhid etdilər”. İmam Səccad (ə) öz xütbələri ilə insanların bu məsələdə yollarını azmasına imkan vermədi və 14 əsr keçməsinə baxmayaraq, bu hadisə hələ də canlı və cavidandır.   3.Onun Əhli-Beyt (ə) əsilərinin arasında olması Aşura hadisəsindən sonra İmam Səccad (ə) Əhli-Beyt (ə) ilə Kufəyə hərəkət etdi. Əsirlərin dəqiq sayı haqqında məlumat yoxdur. Bəziləri qadınların sayının 64 nəfərdən 84 nəfərə qədər olduğunu və oğlan uşaqların sayının 12-dən 14-ə qədər olduğunu yazırlar. Onları 40 dəvə ilə aparırdılar. Hamısını zəncirə vurmuşdular. Bu karvanın tək kişisi İmam Səccad (ə) idi. Düşmən onlara qarşı çox sərt rəftar edirdi. Tarixçilərin yazdığına görə İmam Səccadı (ə) palansız dəvənin üzərinə otuzdurmuşdular. Həzrətin mübarək əllərini boynundan asmış, ayaqlarının hər ikisini dəvənin qarnına bağlamışdılar. Bəzi tarixçilər karvanın Kufəyə daxil olma tarixini Məhərrəm ayının 12-si olduğunu və bəziləri də 16 və 17-si olduğunu yazırlar.   4. Həzrətin Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr İmam Səccad (ə) Kufədə olan zaman iki dəfə xütbə demişdi. Birinci xütbəni carçıların Kufə xalqını əsirlərə baxmağa dəvət etdiyi zaman etmişdi. Kufənin kənarında əsirlər üçün xeymə qurmuşdular. İmam Səccad (ə) xeymədən bayıra çıxdı və insanlara işarə etdi ki, sakit olsunlar. İmam Səccad (ə) çıxışını Allaha sitayiş etməklə başladı. Peyğəmbərə (s) salavat göndərdi və buyurdu: “Ey insanlar! Kim ki, məni tanıyırsa, tanıyır və tanımırsa, mən – Hüseynin (ə) oğlu Əliyəm (ə). O Hüseynin (ə) ki, Fərat sahilində günahı olmadan və haqsız olaraq, müqəddəs başını bədəninidən ayırdılar. Mən o ağanın oğluyam ki, hərəminə hörmətsizlik edildi, rahatlığı aradan aparıldı. Malı qarət edildi və ailəsi əsir oldu. Mən o insanın oğluyam ki, (düşmənlər onu mühasirəyə aldılar, halbuki o, tək idi və yardımına tələsən kimsə yox idi) şəhid etdilər. Əlbəttə, bu cür şəhadət bizim iftixarımızdır. Ey insanlar! Sizi Allaha and verirəm, Həzrətə yazdığınız məktublar yadınızdadırmı? Onunla əhd və peyman bağlamışdınız, onunla beyət etmişdiniz? Siz onunla döyüşə girdiniz və ona yardım etməkdən əl çəkdiniz. Vay olsun sizə! Axirətiniz üçün tədarük gördüyünüz şey necə çirkindir və Peyğəmbərin (s) üzünə necə baxacaqsınız?”. İmamın (ə) çıxışı bu yerə çatanda kufəlilər ağlamağa başladılar. Yatmış vicdanları oyandı. Onlar bir-birini danlamağa başladı. İmam Səccad (ə) davam edərək, buyurur: “Allah mənim nəsihətimi qəbul edən hər kəsi bağışlasın. Allah və Peyğəmbərə (s) xatir hər nə desəm, əməl etsin. Çünki Peyğəmbəri-Əkrəmin (s) yolu bizim üçün nümunədir”. İmamın (ə) sözləri sona çatmamış kufəlilər bir səslə dedilər: “Ey Rəsulun (s) övladı! Biz sənin əmrinə qulaq asırıq və sənə vəfadarıq. Bundan sonra əmrinin quluyuq. Hər kimlə desən, vuruşarıq. Hər kimlə desən sülh bağlayarıq. Biz sənin və özümüzün haqqını düşməndən alarıq”. İmam (ə) kufəlilərə buyurdu: “Sizə heç vaxt etimad bəsləməyəcəm. Ey xəyanətkarlar! Ey şəhvət əsirləri! Atama etdiyiniz xəyanəti mənə də etmək istəyirsiniz? Xeyr, Allaha and olsun ki, hələ də vurduğunuz yaradan qan axır. Ürəyim ata və qardaş dağı ilə yanır. Müsibətin acı dadı hələ də getməyib. Mənim qəmim təskinedici deyil. Siz kufəlilərdən istəyirəm ki, nə bizimlə olun və nə bizim əleyhimizə”. İmam Səccad (ə) bu sözləri ilə onların vəfasızlığını və etibarsız olduqlarını üzlərinə vurdu və həsrət atəşini qəlblərinə saldı. Sonra buyurdu: “Əgər Hüseyn (ə) öldürülübsə, elə də qəribə deyildir. Onun da atası ondan qabaq bu kəramət və dəyərlərlə şəhid edilmişdi. Ey kufəlilər! O şeyi ki, İmam Hüseynə (ə) rəva bildiniz, şad olmayın. Bu, böyük hadisə idi. Canım ona fəda olsun ki, Fərat çayının kənarında şəhid oldu. Cəhənnəm atəşi o insanların cəzasıdır ki, onu şəhid etdilər”.   Ubeydullah ibni Ziyadın məclisindəki xütbəsi İmam Səccadın (ə) Kərbəla əsirləri içərisindəki hüzuru nəzərə çarpan idi. Əsirlər karvanı Ubeydullahın məclisinə daxil olanda burada Ubeydullahın nəzərini cəlb edən şəxs İmam Səccad (ə) oldu. Çünki o, belə təsəvvür edirdi ki, Kərbəlada bir kişi belə sağ qalmamışdır. Onların hamısını qətlə yetirdiyini düşünürdü. Buna görə sorgu-sual edir və İmam Hüseynin (ə) nəslindən kiminsə sağ qalmasına şahid olmaq istəmədiyini bildirirdi. Karvan məclisə daxil olanda Ubeydullah üzünü İmam Səccada (ə) tutub, deyir: “Adın nədir?” İmam buyurdu: “Əli ibni Hüseyn (ə)”. Ubeydullah dedi: “Məgər Allah Əli ibni Hüseyni (ə) Kərbəlada öldürmədimi?” İmam (ə) bir anlıq susur. Ubeydullah (lən) deyir: “Niyə susursan?” İmam (ə) buyurur: “Allah ölüm zamanı canları alar. Heç bir insan Allahın izni olmadan ölmür”. Ubeydullah bu sözlərdən o qədər əsəbləşir ki, əmr edir, onu da şəhid etsinlər. Ancaq Həzrət Zeynəb (s.ə) fəryad çəkir: “Ey ibni Ziyad! Bu qədər qanımızı tökmüsən, sənin üçün kifayət deyilmi? Allaha and olsun ki, əgər onu öldürmək istəyirsənsə, məni də onunla bir yerdə öldür”. Zeynəbi-Kubranın (s.ə) sözləri ona təsir etdi və İmaını (ə) öldürməkdən əl çəkdi. Əsirlər karvanı lənətlik Yezidin məclisinə daxil olur, İmam (ə) Yezidi görəndə buyurur: “Ey Yezid! Allaha and olsun ki, əgər Allahın Rəsulu (s) bizi bu halda müşahidə etsəydi, səninlə nə edərdi?” Şam əhalisi Yezidi Peyğəmbərin (s) xəlifəsi hesab edirdilər. İmamın (ə) bu sözlərindən sonra özlərindən soruşdular ki, məgər bu insanların Peyğəmbərlə (ə) rabitələri varmı? Bununla Yezid rüsvay oldu. Əmr edir ki, İmamın (ə) əl və ayaqlarında olan zəncirləri açsınlar. İmam (ə) irəli gəlib, Yezidə (lən) buyurdu: “Belə düşünməyin ki, siz bizi xar edəsiniz və biz sizi dəyərləndirək. Siz bizə əziyyət verərsiniz və biz də sizə əziyyət verməkdən əl çəkərik. Allah bilir ki, biz sizi sevmirik, əgər siz də bizi sevmirsinizsə, sizi məzəmmət etmərik”. Yezid dedi: “Düz deyirsən, ancaq sənin atan və cəddin əmir olmaq istəyirdilər. Allaha həmd olsun ki, onları öldürdü və qanlarını tökdü. Atan qohumluğa riayət etmədi. Bizim haqqımızı görməməzliyə vurdular. Mənim səltənətliyimə görə mənimlə döyüşə qalxdı və axırı da gördüyün kimi oldu. İmam (ə) buyurdu: “Ey Müaviyə ilə Hindin oğlu! Dünyaya gəlməmişdən qabaq peyğəmbərlik və hökumət mənim atama və nəslimə aid idi. Bədr, Ühud döyüşlərində Peyğəmbərin (s) bayrağı atamın əlində olurdu. Ancaq sənin atan, atasının və cəddinin bayrağını gəzdirirdi. Ey Yezid! Əgər bilsəydin ki, nə etmisən, atamın, qardaşımın, əmim oğlunun və ailəmin başına nə gətirmisən, dağlara qaçardın. Çınqıllıqda gizlənər və fəryad çəkərdin”. Sonra Yeziddən istədi ki, minbərə çıxsın. Yezid (lən) əvvəl icazə vermir. Ancaq sonra razı olur və Həzrət (ə) minbərə çıxır. İmamın (ə) xütbəsindən sonra hamı ağlayır və Yezid (lən) rüsvay olur. Yezid də onun bu yanğılı çıxışı qarşısında heç nə deyə bilmir. Üzr istəyir və bütün bu olanların günahını Ubeydullah ibn Ziyadın (lən) üzərinə atır. Sonra İmamdan (ə) nə istədiyini soruşur və İmam da əsirlərin azad edilməsini, şəhidlərin basdırılmasını və Mədinə şəhərinə getməyi istəyir. Şamda bir müddət qalandan sonra İmam (ə) və ailəsi Mədinəyə qayıdır.   5. İmamın (ə) şəhadəti İmam 35 il müsəlmanlara rəhbərlik edir. Xilafətin növbəti qəsbkarı olan Vəlid ibni Əbdulməlik (lən), İmamı 95-ci hicri ilində Məhərrəm ayının 25-də zəhərləyir və şəhadətə yetirir. Həzrət İmam Səccadı (ə) Bəqi qəbiristanlığında, əmisi İmam Həsən Müctəbanın (ə) qəbrinin yanında torpağa tapşırırlar. (Erfan saytına istinadən Deyerler.org)

İmam Səccad (ə) 22.01.2025

Haqqı demək, ədalətlə hökm etmək və əhdə vəfa – İmam Səccaddan (ə) İslam qanunlarının xülasəsi

Bir nəfər İmam Səccadın (ə) yanına gəlir və deyir ki, dinin bütün qanunlarını elə bu məclisdə bizim üçün bəyan edin. Həzrət Zeynəlabidin (ə) buyurur: “Bütün şəriət – Allahın dinidir. Haqq sözü demək – əlac edən yollardan biridir. Yəni, bu ağzınızı açan zaman ki, söz deyəsiniz, dediyinizi ölçün və dediyiniz sözü Quran və Əhli-Beytin (ə) dedikləri ilə həmahəng edin ki, dediyiniz söz haqq söz olsun. Ondan sonra azad qoyun ki, ağzınızdan bayıra çıxsın. Əgər ölçməsəniz və fikirləşməsəniz, həmahəng olmasanız – yalan, qeybət, töhmət, təhqir, məsxərə, istehza, batil, söyüş ağzınızdan bayıra çıxacaqdır. Ürəkləri yandıracaqsınız və ya insanları yolundan azdıracaqsınız. Bu zaman sizin sözünüzün hamısı batildir. Ona görə də haqq söz dilə aid olan bütün məsələlərin köküdür”. İmamın (ə) buyurduğu bu yol – həqiqətlərdən birincisi idi. İkinci həqiqət – ədalətlə hökm etməkdir. İmamın (ə) buyurduğu bu həqiqət həm bizlərə, həm məhkəmə sisteminə və həm də dövlətə aiddir. Əgər hökm vermək istəyirsinizsə, hökmünüz ədalət üzərindən olmalıdır. “Bu hökm verməkdə darı dənəsindən də az haqqı belə, tapdalamaq olmaz”. (Erfan)   Əgər tarixə nəzər salsaq və Məsum İmamların (ə) Bəni-Üməyyə və Bəni-Abbasla bağlı hökmlərinə baxsaq, görərik ki, haqqına hökm veriblər. Hökm verən əsəbi olmamalıdır, hökm verən gərək zənginin və güclünün tərəfini tutmasın. Məsum İmamların (ə) verdiklləri hökmdə bir qarışqanın haqqı belə tapdalanmamışdır.   İmamın (ə) buyurduğu üçüncü həqiqət – əhdə vəfa etməkdir. İmam (ə) buyurur: “Əhdə vəfa edin”. Özümüzlə, insanlarla, Allahla, ailəmizlə və dostlarımızla bağladığımız müsbət əhdlərə vəfalı olaq. Hətta əgər bu əhdə vəfa etməkdə sərvətiniz əldən getsə, sizin bu əhdi pozmağa haqqınız yoxdur. Bəli, həqiqi mömin olmaq istəyiriksə, İmamın (ə) buyurduğu bu üç həqiqətə hər birimiz diqqət edib, onlara əməl etməliyik.   /Deyerler.org/

İmam Səccad (ə) 22.01.2025

4-cü İmam Zeynul Abidin əleyhissalamın mövlud günü

İmam Zeynul Abidin əleyhissalam buyurur: قال علي بن الحسين ( عليهما السلام ) : ” إن دين الله لا يصاب بالعقول الناقصة ، والآراء الباطلة ، والمقاييس الفاسدة ، ولا يصاب إلا بالتسليم ، فمن سلم لنا سلم ، ومن اهتدى بنا هدي ، ومن دان بالقياس والرأي هلك “Naqis və qüsurlu agıl ilə, batil nəzəriyyələr ilə, eləcə də puç və əsassız müqayisələr vasitəsilə Allah Taalanın Dinini dərk etmək və tanımaq mümkün deyil. Həqiqi Dinə qovuşmağın yeganə yolu saf və səmimi-qəlbdən itaət etmək vasitəsilə olur. Kim Bizə -Əhli-beytə təslim olarsa hər bir yanlışlıq və uçurumdan amanda qalar. Kim Biz -Əhli-beytin vasitəsilə hidayət olunarsa xoşbəxt olacaqdır. Müqayisə etməklə, şəxsi nəzərləri və rəyi ilə Dini(n həqiqətini) tapmaq istəyən şəxs mütləq həlak olacaqdır!” . Müstədrəkul Vəsail 17-ci cild 262-ci səhifə Kəmalud-din və tamamun nimə 324-cü səhifə Biharul ənvar 2-ci cild 303-cü səhifə . Hədisin qısa şərhi: İmam Zeynul Abidin əleyhissalamın bu sözlərində çox böyük dərslər və mühüm incəliklər vardır, o cümlədən: . 1- Allahı və İslam dininin həqiqətini, yəni siratul-müstəqim (düz-doğru yol) olan Əhli-beyt (onların hamısına salam olsun) yolunu başa düşmək və anlamaq istəyən insan “kamil ağıla” , “məntiqi düşüncəyə” və “həyat qanunlarını düzgün dərk edə bilmək” xüsusiyyətinə malik olmalıdır. Əks halda, yəni naqis ağıl, batil nəzəriyyə və əsassız – puç müqayisələr ilə Allahı və Əhli-beyt yolunu dərk etmək mümkün deyil. Odur ki, Əhli-beyt yolunu dərk edə bilməyən, Məhərrəmliyin xristianlıqdan gəlmə adət olduğunu sanan, şiəlik ilə vəhhabilik arasındakı fərqi qanmayan, müctehidlərin varlığının əhəmiyyətinin başa düşməyən … adamlar “kamil ağıl” , “məntiqi düşüncə” və “həyat qanunlarını düzgün dərk edə bilmək” xüsusiyyətindən məhrum olanlardırlar. Nadan və cahil olduqları halda özlərini bilikli və savadlı kimi təsəvvür edən belə insanların ağılları naqis, qərarları məntiqsizdir, həyatı dərk edə bilmədikləri üçün isə həyat qanunlarını başa düşməyə acizdirlər. . 2- Halbuki Allahı, İslam dinini və Əhli-beyt (ə) yolunu dərk edə bilmək üçün səmimiyyət, ixlas, ürəyitəmizlik, qərəzsizlik, riyakarlıqdan uzaq olmaq, həqiqəti bilmək həvəsində olmaq, axirətin və Qiyamətin varlığına inanmaq … lazımdır. . 3- Ali insanlaq dəyərlərinə malik olmaq, həyatda ucalmaq və təkamülə çatmaq istəyən insanlar a) Əhli-beyti tanıyaraq b) Onlarla dostluq etmək, beləliklə də c) Onların vasitəsilə hidayət yollarına yüksələ bilərlər. Bu üç məqama nail olduqdan sonra həmin şəxslər İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbinin layiqli şagirdi ola bilərlər. Onda Allahı, İslam dinin həqiqətini, Əhli-beyt yolunu dərk edə bilərlər. . 4- Çirkin və bulaşıq qəlb ilə, batil əhlinin (kafirlərin) qanunlarını özünün həyat qanunu sanmaq ilə, günahların içində batdığı halda, həmiçinin halal ilə haramın arasındakı fərqi anlamayınca Allahı, İslam dinin həqiqətini, Əhli-beyt (ə) yolunu dərk etmək mümükün deyil. Mövləvinin yaxşı sözü var, deyir: تو علی را در تاریکی دیده ای ز آن جهت غیر بر او ب‍ذیده ای Sən Əlini (ə) qaranlıqda görmüsən Odur ki, başqasını ondan üstün bilmisən. , Dostlar, baxın, sizcə Lerik dağlarının suyunu kanalizasiya vasitəsilə evlərə gətirsələr, krantlardan axan suyu içən hər bir kəsin ürəyi bulanıb qaytararsa günah kimdədir?! Günah Lerik dağlarının suyundadır yoxsa əvvəlcə təmiz olmuş və sonra nəcislə murdarla bulaşmış borulardadır?? Nəsicə bulaşaraq murdar olmuş borular təmizlənməyincə Lerik dağlarının sularını dərk edə bilməzlər. Odur ki, niyyət, məqsəd və məramlar təmiz və pak olmayınca həqiqətləri görmək və dərk etmək mümkün olmaz.   RZA ƏZİZOĞLU İRƏVANİ

İmam Səccad (ə) 22.01.2025

Axirət səfəri üçün azuqə

Mənim qurtuluşuma səbəb olacaq və səfərimi asanlaşdıracaq bir zəhməti… İmam Səccadın (ə) dostlarından biri deyir: Soyuq və qaranlıq qış gecələrinin birində gördüm ki, həzrət Zeynül-Abidin (ə) çiyninə bir qədər odun götürüb yavaş-yavaş harasa gedir. Öz qulamımla irəli gedib, salam verdim və soruşdum: – Ey Peyğəmbərin övladı! Bu ağır yüklə hara gedirsiniz? İmam buyurdu: Səfərə gedirəm. Səfər azuqəsi hazırlamışam ki, onu bir yerə çatdırım. – İcazə verin, bu yükü qulamım sizin üçün aparsın. – Xeyr. – Onda icazə verin, mən onu aparım. – Mənim qurtuluşuma səbəb olacaq və səfərimi asanlaşdıracaq bir zəhməti başqasına tapşıra bilmərəm. İmamdan ayrılıb getdim. Bir neçə gündən sonra həzrəti yenə gördüm. Dedim: – Bəs, siz səfərə getməmişdinizmi? Buyurdu: – O səfər, sənin güman etdiyin (dünya üçün) səfər deyildi. Mənim məqsədim axirət səfəri idi. İmam Səccadın (ə) belə səfərləri çox olurdu və həzrət yoxsullar üçün lazım olan un, odun və s. kimi şeyləri öz ciyinlərində aparıb onlara çatdırırdı.

İmam Səccad (ə) 22.01.2025

“Bаbаm Hüsеyni (ә) хаtırlаdım”

İkinci dәfә bu işi görmәk istәdikdә yеnә Pеyğәmbәri (s) qаrşısındа gördü Bir gеcә Mәnsurun әmri ilә İmаm Sаdiqi (ә) аyаqyаlın vә әbаsız оnun hüzurunа gәtirdilәr. Mәnsur qәzәblә Hәzrәtә dеdi: Еy Cәfәr! Bu yаşlı vахtındа utаnmırsаn, hаkimiyyәt üçün çаlışır vә müsәlmаnlаr аrаsındа fitnә yаrаtmаq istәyirsәn? Sоnrа qılıncını qınındаn çıхаrıb İmаmın bоynunu vurmаq istәdikdә, birdәn Pеyğәmbәri (s) qаrşısındа görüb оnu qınınа qоydu. İkinci dәfә bu işi görmәk istәdikdә yеnә Pеyğәmbәri (s) qаrşısındа gördü. Nәhаyәt, üçüncü dәfә Hәzrәti öldürmәk fikrindә оlsа dа bu işdәn dаşındı. Sоnrаlаr о, İmаmı zәhәrli üzümlә şәhid еtdi. (“Süqnаmеyi-Аli-Mühәmmәd”, sәh. 85.) Hәdislәrin birindә dеyilir ki, Mәnsur Dәvаniqinin әmri ilә İmаmın еvi yаndırılаndаn sоnrа şiәlәrdәn biri İmаmın hüzurunа gәlmişdi. О, İmаmı qәmgin vә аğlаr görüb bunun sәbәbini sоruşduqdа, Hәzrәt buyurmuşdu: “Yаnğın zаmаnı mәn еvdә idim. Birdәn аilәm qоrхudаn şivәn qаldırdı. Оnlаrın оddаn qоrunmаq üçün о tәrәf-bu tәrәfә qаçdıqlаrını gördükdә, bаbаm Hüsеyni (ә) хаtırlаdım. Аşurа günü dә оnlаrın хеymәlәrinә hücum еdilәrәk yаndırılmışdı…” (“Süqnаmеyi-Аli-Mühәmmәd”, sәh. 85.)

İmam Səccad (ə) 21.01.2025

İmаm Sәccаddan (ә) 10 hәdis

Qеybәtdәn uzаqlаşın, çünki qеybәt, insаn әti yеyәnlәrin хuruşudur “Hәr kimin hәddindәn аrtıq pаltаrı оlsа vә bilsә ki, bir möminin оnlаrа еhtiyаcı vаr, аmmа оnа pаltаr vеrmәsә, Аllаh-tәаlа о şәхsi cәhәnnәmә аtаr.” (“İqаbul-әmаl”, sәh. 538.) “Аllаh möminin bütün günаhlаrını bаğışlаyır, оnun dünyа vә ахirәtdә günаhlаrını pаk еdir. Аmmа iki günаhı bаğışlаmır: 1. Tәqiyyәni tәrk еtmәyi; 2. Din qаrdаşlаrının hаqlаrını zаy еtmәyi.” (“Vәsаilüş-şiә”, c. 16, sәh. 223.) “Әgәr bütün insаnlаr ölsә, yаlnız Qurаn mәnimlә оlsа, hеç nәdәn qоrхmаrаm.” (“Vәsаilüş-şiә”, c. 5, sәh. 331.) “Üç şеy möminin nicаtınа sәbәb оlаr: Dili pis sözlәrdәn vә qеybәtdәn sахlаmаq, dünyаsınа vә ахirәtinә fаydаsı оlаn işlәrlә mәşğul оlmаq, öz günаhlаrınа görә аğlаmаq.” (“Tuhәful-uqul”, sәh. 290.) “Möminin öz mömin qаrdаşının üzünә mәhәbbәtlә bахmаsı vә оnа mәhәbbәt bәslәmәsi ibаdәtdir.” (“Tuhәfül-üqul”, sәh. 290.) “Möminin duаsının üç fаydаsı vә nәticәsi vаr. Оnun sаvаbı ахirәtdә, yа dа dünyаdа hәmin şәхs üçün zәхirә оlunаr vә yахud Аllаh-tәаlа insаnı tәqib еdәn bәlаnı duаyа görә оndаn uzаqlаşdırаr.” (“Müstәdrәkül-vәsаil”, c. 9, sәh. 113.) “Әgәr аtаmın qаtili mәnә еtimаd еdib аtаmı öldürdüyü qılıncını mәnә әmаnәt vеrsә, mütlәq о qılıncı оnа qаytаrаrаm.” (“Әvаlil-Lәаli”, c. 3 sәh. 251.) “Аllаh yаnındа әn üstün әmәl (vаciblәrdәn sоnrа) müstәhәblәri yеrinә yеtirmәkdir.” (“Üsuli-kаfi”, c. 1, sәh. 70.) (аz оlsа dа bеlә) “Qеybәtdәn uzаqlаşın, çünki qеybәt, insаn әti yеyәnlәrin хuruşudur.” (Хuruş – аşlа yеyilәn qаrа. ) “Vаy оlsun о kәsin hаlınа ki, оnun birlәri оnlаrınа qаlib gәlә. Birlәrdә mәqsәd pis әmәllәr, оnlаrdаn dа mәqsәd yахşı әmәllәrdir. Çünki hәr kәs bir yахşı әmәli yеrinә yеtirsә, оnun оn mükаfаtı vаrdır!” (“Әnаm” surәsi, 160-cı аyә.)

İmam Səccad (ə) 21.01.2025

İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti

BİR QOCA ŞAMLI Ravi deyir: Əhli-beytəsirlərini şəhərin ən böyük məscidinin yanına gətirdilər. Bu vaxt qoca bir kişi əsirlərini yanına gəəlib dedi: Allaha şükür olsun ki, sizi öldürdü, həlak etdi; sizin kişilərinizin ölümü ilə bütün şəhərlərdə əmin-amanlıq yaratdı və əmirəl- möminin Yəzidi sizə hakim etdi. Əli ibn Hüseyn (ə) (İmam Zəynəlabidin) ona dedi: Ey qoca! De görüm Quran oxuyubsanmı? Dedi: Bəli. İmam (ə) buyurdu: De görüm bu ayani oxumusanmı? قُلْ َ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. ” Şura” surəsinin 23-cü ayəsi Dedi: Bəli, oxumuşam. İmam (ə) buyurdu: Peyğəmbərin (s) ən yaxın adamları bizik. De görüm «Beni-İsrail» surəsindəki وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ » Qohum-əqrəbaya da haqqını ver .” Əl-İsra” surəsinin 26-cı ayəsi ayəsini oxumusanmı? Dedi: Bəli, oxumuşam. İmam (ə) buyurdu: Rəsulullahın (s) ən istəkli adamları bizik. De görüm إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا «Həqiqətən Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib.» (Əhzab-33). ayesini oxumusanmı? Dedi: Bəli, oxumuşam. İmam (ə) buyurdu: Əhli-beyt bizik və bu ayə yalnız bizə aiddir. Qoca kişi bu sözləri eşidəndən sonra susdu və dediklərinə peşman oldu. Sonra o, İmama (0ə) dedi: Sizi Allaha and verireəm, deyin görüm doğrudanmı Qurandakı bu ayələr sizin barənizdədir? İmam (ə) buyurdu: Allaha, ceddimRasulullahın (s) haqqma and olsun, bu ayalar bizim haqqımızdadır. Qoca kişi ağladı, Əmmaməsini çıxardıb yerə vurdu, başını göyə qaldıraraq dedi: Ya Allah, mən Ali-Muhəmmədin (s) düşmənlərindən sənə şikayət edirəm! Sonra qoca kişi İmam Zeynəlabidin (ə)-a dedi: Mənim tövbəm qəbul olarmı? Həzrət buyurdu: Bəli, əgər tövbə etsən, Allah-taala qəbul edər və sən bizdən olarsan. Qoca kişi dedi: Mən tövbə etdim. O qoca kişinin başına gələn bu hadisəni Yezid eşidəndən sonra ona ölüm hökmü verdi. Mənbə: Seyid Ibn Tavus “Əl-Luhuf” s 125 Hazırladı:Vüsal Əli v.vusal@gmail.com