Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əliyyən Nəqi (ə) 03.02.2025

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi  qeyd edilir. İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İMAM HADİNİN (Ə) İMAMƏTİ İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi. (“Üsuli-kafi”, c.1, s.323) İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ Şiənin son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı.https://ia804706.us.archive.org/11/items/imam-hadi-in-hyati-bard-qisa-mlumat/İmam%20Hadi%20%28ə%29-ın%20Həyatı%20barədə%20qısa%20məlumat.mp3

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İmam Əliyyən-Nəqinin (ə) şəhadəti

O Həzrətin (ə) mübarək adı Əli əleyhissəlamdır. Nəqi o həzrətin ləqəbidir. Atası İmam Məhəmməd Təqi əleyhissəlam anası Susən xanımdır. İmam Əliyyən Nəqi əleyhissəlam hicrətin 214-cü ilində zilhəccə ayının on beşində Məmun ər-Rəşidin xilafəti zananı Mədinədə dünyaya gəlib. Künyəsi-Əbülhəsəndir, bəzən də ona Əbülhəsən-Salis,yəni üçüncü Əbül-Həsən deyirlər. Bu mənada ki, birinci Əbül-həsən-İmam Musa əleyhissəlam, ikinci İmam Rza əleyhissəlam cənablarıdır. O həzrət (ə) orta boylu, qırmızıya mayil ağ üzlü, yanaqları bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı idi. Qəmli adamlara o cənab (ə) baxanda, onların dərdi-qəmi azalardı. O cənabı (ə) görən hər kəsin qəlbində ona qarşı məhəbbət yaranardı. Bununla belə, onun heybəti də çox böyük idi. Düşmənləri onun qarşısında təməllüq edərdilər. O cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüm əlaməti görünərdi, daim Allah-Taalanın zikrini edərdi. Yol gedəndə kiçik addımlar atardı və çox vaxt piyadə gedəndə tərlərdi. Yerişi vüqarlı,özü təmkinli və həyalı idi. Danışanda öz həmsöhbətinin üzünə baxmazdı, ucadan danışmazdı, məclislərdə yuxarıda oturmağa meyl göstərməzdi, amma onu hər məclisin sədrində əyləşdirərdilər. O cənab (ə) Məmunun xilafəti zamanında dünyaya gəlib. Ondan sonra Məmunun qardaşı Mütəsim, onun oğlu Vasiq, onun qardaşı Mütəvəkkil, onun oğlu müntəsir, onun da oğlu Müstəin və Mütəvəkkilin o biri oğlu Mütəz xilafət edən zamanlarda yaşamışdır. Bu yeddi Abbasi xəlifələrindən o həzrətə (ə) çox böyük zülmlər, ihanətlər və hörmətsizliklər varid olmuşdur. Xüsusilə, mütəvəkkil onun ən qəddar düşməni idi. O zəmanədən şikayət etməyi sevməzdi. Hər dəfə ona edilən təzyiqlərin, əzab-əziyyətin acı dadını hiss etsə də yenə öz təmkinini itirməz, sakit, mədəni bir görkəmdə durar, həmişə belə vaxtlarda əlini o uca göylərə uzadıb ilahi kəlmələrini pıçıldayardı. Bəzən pıçıltılar, bu Allah kəlamları da onu əhatə edən zalım adamları, hökumət idarələrində çalışan məmurları qıcıqlandırır, İmam Əli Nəqiyə (ə) qarşı ciddi cəza tədbirləri görmək üçün hiyləyə əl atırlar. İmam saf adam idi. Əbəs yerə ona Nəqi ləqəbi verməmişdilər. Onun bi saflığı, təmizliyi xilafəti qorxudurdu. Bu bədxah niyyətli adamlar İmamın sakit, təvazökar görkəmdə durmasından da arxayın ola bilmirdilər. Nəhayət, hiylə yolu tutmuş bu adamlar mütəzzin xilafəti zamanında ona zəhər verdilər. Ölümünün yaxınlaşdığını hiss edən İmam Əli əleyhissəlam öz oğlu İmam Həsən Əskəri əleyhissəlamı çağırıb Rəsuli-Əkrəmin Allahın salamı olsun ona və başqa peyğəmbərlərin mirasını, nuru, hikməti və İsmi-Əzəmi ona təslim etdi. Bu zəhərin təsirindən o cənab (ə) 254-cü hicri ilində rəcəb ayının 3-də 40 yaşında Samirədə şəhid edilddi. Onun oğlu İmam Həsən Əskəri əleyhissəlam ona qüsl və kəfən edib, namaz qıldı və on ildən artıq öz ailəsi ilə birlikdə yaşadığı evdə dəfn etdi. Səhih rəvayətə görə, o həzrətin dörd oğlu, bir qızı olub.

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İmam Hadi (ə)-ın Həyatı barədə qısa məlumat

İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü. O Həzrətin (ə) mübarək adı Əli əleyhissəlamdır. Nəqi o həzrətin ləqəbidir. Atası İmam Məhəmməd Təqi əleyhissəlam anası Susən xanımdır. İmam Əliyyən Nəqi əleyhissəlam hicrətin 214-cü ilində zilhəccə ayının on beşində Məmun ər-Rəşidin xilafəti zananı Mədinədə dünyaya gəlib. Künyəsi-Əbülhəsəndir, bəzən də ona Əbülhəsən-Salis,yəni üçüncü Əbül-Həsən deyirlər. Bu mənada ki, birinci Əbül-həsən-İmam Musa əleyhissəlam, ikinci İmam Rza əleyhissəlam cənablarıdır. O həzrət (ə) orta boylu, qırmızıya mayil ağ üzlü, yanaqları bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı idi. Qəmli adamlara o cənab (ə) baxanda, onların dərdi-qəmi azalardı. O cənabı (ə) görən hər kəsin qəlbində ona qarşı məhəbbət yaranardı. Bununla belə, onun heybəti də çox böyük idi. Düşmənləri onun qarşısında təməllüq edərdilər. O cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüm əlaməti görünərdi, daim Allah-Taalanın zikrini edərdi. Yol gedəndə kiçik addımlar atardı və çox vaxt piyadə gedəndə tərlərdi. Yerişi vüqarlı,özü təmkinli və həyalı idi. Danışanda öz həmsöhbətinin üzünə baxmazdı, ucadan danışmazdı, məclislərdə yuxarıda oturmağa meyl göstərməzdi, amma onu hər məclisin sədrində əyləşdirərdilər. O cənab (ə) Məmunun xilafəti zamanında dünyaya gəlib. Ondan sonra Məmunun qardaşı Mütəsim, onun oğlu Vasiq, onun qardaşı Mütəvəkkil, onun oğlu müntəsir, onun da oğlu Müstəin və Mütəvəkkilin o biri oğlu Mütəz xilafət edən zamanlarda yaşamışdır. Bu yeddi Abbasi xəlifələrindən o həzrətə (ə) çox böyük zülmlər, ihanətlər və hörmətsizliklər varid olmuşdur. Xüsusilə, mütəvəkkil onun ən qəddar düşməni idi. O zəmanədən şikayət etməyi sevməzdi. Hər dəfə ona edilən təzyiqlərin, əzab-əziyyətin acı dadını hiss etsə də yenə öz təmkinini itirməz, sakit, mədəni bir görkəmdə durar, həmişə belə vaxtlarda əlini o uca göylərə uzadıb ilahi kəlmələrini pıçıldayardı. Bəzən pıçıltılar, bu Allah kəlamları da onu əhatə edən zalım adamları, hökumət idarələrində çalışan məmurları qıcıqlandırır, İmam Əli Nəqiyə (ə) qarşı ciddi cəza tədbirləri görmək üçün hiyləyə əl atırlar. İmam saf adam idi. Əbəs yerə ona Nəqi ləqəbi verməmişdilər. Onun bi saflığı, təmizliyi xilafəti qorxudurdu. Bu bədxah niyyətli adamlar İmamın sakit, təvazökar görkəmdə durmasından da arxayın ola bilmirdilər. Nəhayət, hiylə yolu tutmuş bu adamlar mütəzzin xilafəti zamanında ona zəhər verdilər. Ölümünün yaxınlaşdığını hiss edən İmam Əli əleyhissəlam öz oğlu İmam Həsən Əskəri əleyhissəlamı çağırıb Rəsuli-Əkrəmin Allahın salamı olsun ona və başqa peyğəmbərlərin mirasını, nuru, hikməti və İsmi-Əzəmi ona təslim etdi. Bu zəhərin təsirindən o cənab (ə) 254-cü hicri ilində rəcəb ayının 3-də 40 yaşında Samirədə şəhid edilddi. Onun oğlu İmam Həsən Əskəri əleyhissəlam ona qüsl və kəfən edib, namaz qıldı və on ildən artıq öz ailəsi ilə birlikdə yaşadığı evdə dəfn etdi. Səhih rəvayətə görə, o həzrətin dörd oğlu, bir qızı olub.

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) DUA VƏ MÜNACAT VASİTƏSİLƏ DİNİ TƏBLİĞATI

Şiə çox zəngin dua, münacat və ziyarət mədəniyyətinə malikdir ki, islami təriqətlərin heç birində bu qədər dua, münacat və ziyarətnamələr yoxdur. Elə bu da şiə mədəniyyəti və cəmiyyətində dini ixlas, nəfsin saflaşması və paklanmasını gücləndirən şiəliyin mənəvi çöhrəsinin əlamətidir. Şiə imamları arasında duanın çox önəmli və uca yeri vardır. Onlardan bəziləri dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar. İmam Əliyyən-Nəqi (ə) öz proqramında dua və münacata çox əhəmiyyət vermiş, şiələri tərbiyə etməkdə, şiə mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və münacat qəliblərindən geniş surətdə istifadə etmişdir. Bu dualarda Allahla raz-niyaz etməklə yanaşı, bəzi siyasi-ictimai məsələlərə də müxtəlif şəkillərdə işarə olunmuşdur. Elə bu işarələr şiənin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları onların cəmiyyətinə təlqin etmişdi. İndi bu dualarda bəhs edilən bəzi məsələlərə işarə edirik: 1. Camaatla Əhli-beyt (ə) arasında rabitə yaratmaq: Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) tez-tez salavat göndərməyin kənarında ümmətlə Ali-Mühəmməd (ə) arasında möhkəm və qırılmaz bağlılıq yaratmağa xüsusi təkid edilmişdir. Nümunə olaraq, bu duanın bir hissəsinə diqqət yetirək: “İlahi, Mühəmmədə (s) və Əhli-beytinə salam və salavat göndər, mənimlə onlar arasında olan əlaqəni dünya və axirətdə kəsmə, mənim əməllərimi onların hörmətinə xatir qəbul et!” (“Misbahul-mutəhəccid”, s.239.) 2. Əhli-beytin (ə) uca məqamı və rəhbərliyinə təkid etmək: İmam Əliyyən-Nəqidən (ə) nəql edilən və əlimizə çatmış ziyarətnamələrdə Əhli-beytin üstünlüyü, onların İslam ümmətinin rəhbəri olduğuna tez-tez təkid edilmiş və Rəsulullahın (s) xüsusi mənada Əhli-beyti “rəhmət mədənləri”, “elm xəzinədarları”, “ümmətin qüdrətliləri”, “Allahın əmanətdarları”, “hidayət imamları”, “peyğəmbərlərin varisləri”, “dünya və axirət əhlinin höccətləri” və s. kimi təbirlərlə vəsf edilmişdir. (“Mən la yəhzuruhul-fəqih”, c.2, s.60) Həmin ziyarətnamədə hidayət imamlarına xitab olunaraq belə deyilir: “Şəhadət verirəm ki, siz,hidayət edən, hidayət olmuş, məsum, fəzilətli, Allaha yaxın, təqvalı, sadiq, Allah tərəfindən seçilən və Ona itaət edən imamlarsınız.” Burada imamların (ə) spesifik xüsusiyyət və fəzilətlərini qeyd etməklə yanaşı, imam Əliyyən-Nəqi (ə) şiələrə “imam” sözünə dəqiq şəkildə tərif vermiş və imamda zəruri xüsusiyyətləri bildirmişdir. 3. Əhli-beyt (ə) məktəbinə təkid etmək: “Dua” və “ziyarətnamə”lərin başqa bir hissəsində o həzrət şiələrə imamların uca məqamını öyrədir. Onlar barədə şəhadət verərkən deyir: “Allah yolunda lazım olduğu kimi cihad etdiniz, dəvətini elan, ilahi hökmləribəyan etdiniz və sərhədlərini canlandırdınız. Allahın hökmlərini yaydınız və ilahi adət-ənənələri qorudunuz. Quranın “təvil” və “tənzil”i, Allahın ayələri, nuru, açıq-aşkar dəlili sizin yanınızdadır və ixtilaflar sizinlə həll edilir.” Beləliklə, imam Əliyyən-Nəqinin (ə) nəzərində ilahi maarif və təlimləri yalnız Peyğəmbərin (s) və onun Əhli-beytinin məktəbində axtarmaq lazımdır. Yalnız Əhli-beytin məktəbi və təlimlərinə itaət edənlər haqq yoldadırlar; “Sizdən üz çevirən dindən çıxar, sizə itaət edənlər isə düz yolda olarlar.” (“Müsnədi-imam Hadi (ə)”, Əzizullah Ətarudi, səh.249.) 4. Zülm və sitəmlə mübarizə: Şiənin qəbul etdiyi ən aşkar məsələlərdən biri zülm və haqsızlıqla mübarizədir. İmam Əliyyən-Nəqidən (ə) nəql edilən dualarda bu mətləb tamamilə müşahidə olunur. Bu dualardan biri də “məzlumun duası”dır. (“Müsnədi-imam Hadi (ə)”, Əzizullah Ətarudi, səh.189-190.) Bu duada zalım və qəddarların zülmünün aradan qaldırılması üçün Allahdan kömək istənilir və zülmün aradan qaldırılması Allahın öhdəsinə qoyulsa da, lakin onda məqsəd camaata tətbiq olunan zülm və haqsızlıqdan xəbərdar etməkdir. Zülmün aradan qaldırılmasında ən zəruri məsələ elə budur. Bu dua dövrün xəlifəsi Mütəvəkkilin imam Əliyyən-Nəqiyə (ə) rəva gördüyü zülm və xəyanətdən sonra o həzrətin dilində cari olmuş və siyasi məna daşıdığı gün kimi aydındır: İlahi! Tezliklə möminləri əzabdan qurtar və onu (əzabı) açıq bir şəkildə zalımlara göndər. İlahi! Əzabı sığınacaq istəyənlərdən uzaqlaşdır və onu məğrurlara və təkəbbürlülərə yağdır. Ey mənim Allahım! Tezliklə haqq tərəfdarlarına kömək et və zülm tərəfdarlarını öldürücü zərbə ilə məhv et. Ey mənim Allahım! Zalımları məhv et. İftira yaxanlara qəzəbli ol. İmam Hadi (ə) Mütəvəkkilin etdiyi əzab-əziyyətlərdən təngə gəlir, Allah-taalaya yalvarıb, onu bu əzabdan qurtarmağını istəyir. Bunun üçün də belə dua edir: “…Ey mənim mövlam! Dəqiq bilirəm ki, sənin zalımlardan intiqam alıb məzlumun haqqını qaytaracaq bir günün vardır. Yəqin ki, qəsbkarın cəzasını verib qəsb olunmuşun haqqını qaytaracaq bir zamanın vardır. Çünki heç bir inadkar təkəbbürlü Səndən qabağa keçə bilməz, Sənə qarşı çıxan heç bir şəxs əlindən qaça bilməz… Lakin mənim dözümsüz və taqətsiz olmağım Sənin təqdirinə səbir etməyə və hökmünü gizləməyə qoymur. Sənin üzərimdə olan qüdrətin, ey sərvərim və mövlam, bütün qüdrətlərdən üstündür, səltənət və hakimiyyətin bütün səltənətlərə qalibdir. Möhlət versən də, hər kəsin qayıdışı Sənə tərəfdir. Fürsət versən də, hər bir zalım Sənə tərəf qayıdacaq. Sənin filankəsin oğlu filankəslə yaxşı rəftarın, onun üçün təyin etdiyin təqdirin uzun çəkməsi və ona möhlət verməyin artıq mənə zərər verir, əgər Sənə olan inamım və verdiyin vədə yəqinim olmasaydı, məyusluq mənə güc gələrdi. …Ey məzluma və haqqı pozulmuşa kömək edən! Səndən duamı qəbul etməyi diləyirəm.”

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü

Allahın adı ilə O Həzrətin (ə) mübarək adı Əli, Nəqi isə ləqəbidir. Atası İmam Məhəmməd Təqi (ə) anası Susən. İmam Əli Nəqi (ə) hicrətin 214-cü ilində zilhəccə ayının on beşində Məmun ər-Rəşidin xilafəti zananı Mədinədə dünyaya gəlib. Künyəsi-Əbülhəsəndir, bəzən də ona Əbülhəsən-Salis,yəni üçüncü Əbül-Həsən deyirlər. Bu mənada ki, birinci Əbül-həsən-İmam Musa (ə), ikinci İmam Rza (ə) cənablarıdır. Ləqəbləri ondur: 1. Nəqi-pak deməkdir. 2. Təyyib, 3. əmin, 4.Hadi- rəhbər deməkdir, 5. Nasih-nəsihətşi deməkdir, 6. Fəttah-fəth edən, müşkülləri açan,7.-mürtəza, 8. Fəqih,9. Alim, 10. Mütəvəkkil. Bu sonuncu ləqəb həmişə məxfi saxlanılırdı, çünki o o zaman xilafət və səltənət Abbasi xəlifəsi mütəvəkkilin əlində idi. Əgər o bu ləğəbdən xəbərdar olsaydı, yəqin ki, o cənaba (ə) əziyyət edərdi. Bəzən ona Əskəri ləğəbi də istinad edirlər, lakin o cənabın (ə) ən məşhur ləğəbi Nəqidir. O həzrət (ə) orta boylu, qırmızıya mayil ağ üzlü, yanaqları bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı idi. Qəmli adamlara o cənab (ə) baxanda, onların dərdi-qəmi azalardı. O cənabı (ə) görən hər kəsin qəlbində ona qarşı məhəbbət yaranardı. Bununla belə, onun heybəti də çox böyük idi. Düşmənləri onun qarşısında təməllüq edərdilər. O cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüm əlaməti görünərdi, daim Allah-Taalanın zikrini edərdi. Yol gedəndə kiçik addımlar atardı və çox vaxt piyadə gedəndə tərlərdi. Yerişi vüqarlı,özü təmkinli və həyalı idi. Danışanda öz həmsöhbətinin üzünə baxmazdı, ucadan danışmazdı, məclislərdə yuxarıda oturmağa meyl göstərməzdi, amma onu hər məclisin sədrində əyləşdirərdilər. O cənab (ə) Məmunun xilafəti zamanında dünyaya gəlib. Ondan sonra Məmunun qardaşı Mütəsim, onun oğlu Vasiq, onun qardaşı Mütəvəkkil, onun oğlu müntəsir, onun da oğlu Müstəin və Mütəvəkkilin o biri oğlu Mütəz xilafət edən zamanlarda yaşamışdır. Bu yeddi Abbasi xəlifələrindən o həzrətə (ə) çox böyük zülmlər, ihanətlər və hörmətsizliklər varid olmuşdur. Xüsusilə, mütəvəkkil onun ən qəddar düşməni idi. O zəmanədən şikayət etməyi svməzdi. Hər dəfə ona edilən təzyiqlərin, əzab-əziyyətin acı dadını hiss etsə də yenə öz təmkinini itirməz, sakit, mədəni bir görkəmdə durar, həmişə belə vaxtlarda əlini o uca göylərə uzadıb ilahi kəlmələrini pıçıldayardı. Bəzən pıçıltılar, bu Allah kəlamları da onu əhatə edən zalım adamları, hökumət idarələrində çalışan məmurları qıcıqlandırır, İmam Əli Nəqiyə (ə) qarşı ciddi cəza tədbirləri görmək üçün hiyləyə əl atırlar. İmam saf adam idi. Əbəs yerə ona Nəqi ləqəbi verməmişdilər. Onun bi saflığı, təmizliyi xilafəti qorxudurdu. Bu bədxah niyyətli adamlar İmamın sakit, təvazökar görkəmdə durmasından da arxayın ola bilmirdilər. Nəhayət, hiylə yolu tutmuş bu adamlar mütəzzin xilafəti zamanında ona zəhər verdilər. Ölümünün yaxınlaşdığını hiss edən İmam Əli (ə) öz oğlu İmam Həsən Əskərini (ə) çağırıb Rəsuli-Əkrəmin (s) və başqa peyğəmbərlərin mirasını, nuru, hikməti və İsmi-Əzəmi ona təslim etdi. Bu zəhərin təsirindən o cənab (ə) 254-cü hicri ilində rəcəb ayının 3-də 40 yaşında Samirədə vəfat etdi. Onun oğlu İmam Həsən Əskəri (ə) ona qüsl və kəfən edib, namaz qıldı və on ildən artıq öz ailəsi ilə birlikdə yaşadığı evdə dəfn etdi. Səhih rəvayətə görə, o həzrətin dörd oğlu, bir qızı olub. Qızının adı ayişə olub.

İmam Əliyyən Nəqi (ə) 30.01.2025

İmam Əliyyən-Nəqinin (ə) həyatı

İmam Əliyyən-Nəqinin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq: İmam Əli ibn Muhəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin məşhur ləqəbləri Hadi və Nəqidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı İmam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da vəfat etdiyi qeyd edilir. “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblər də İmam Hadiyə (ə) məxsusdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və İmam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, İmam Kazimə (ə) birinci Əbülhəsən, İmam Rzaya (ə) ikinci Əbülhəsən və İmam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, İmam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri İmam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İMAM HADİNİN (Ə) İMAMƏTİ İmam Əliyyən-Nəqi (ə) 220-ci hicri ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamət məqamına çatmışdır. Şiələr İmamın həddi-büluğa çatmamışdan öncə imamətə çatması məsələsini İmam Cavadın (ə) üzərində təcrübə və həll etdiklərindən İmam Əliyyən-Nəqinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Şeyx Müfid və Növbəxtinin qeydlərinə görə, İmam Cavadın (ə) şiələrindən bir neçəsindən başqa, hamısı İmam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. İmam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etməyən az bir qrup isə, yalnız qısa bir müddət “Musa Mübərqə” adı ilə məşhur olan və Qum şəhərində dəfn edilən Musa ibn Məhəmmədin (vəfat tarixi: 296-cı h.q. ili) imamətinə inandılar. Amma bir müddət keçdikdən sonra onun imamətindən üz çevirib İmam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. Səd ibn Abdullah onların İmam Əliyyən-Nəqiyə (ə) üz tutmasına səbəb kimi, Musanın özünün onlardan yorulması və onları öz ətrafından qovmasını göstərmişdir. (“Əl-məqalatu vəl-firəq”, s. 99.) O həzrət otuz iki il imamət etmiş, qırx bir il və bir neçə ay həyat sürmüş, hicrətin 254-cü ilinin Rəcəb ayında, iyirmi il doqquz ay Samirra şəhərində yaşadıqdan sonra Abbasi xəlifəsi Mötəzzin vasitəsilə şəhadətə yemiş və öz evində də torpağa tapşırılmışdır. İMAM HADİNİN (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında İmam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun İmam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, İmam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, İmam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI Mütəvəkkil İmam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə İmam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil İmam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, İmam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ Son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra İmam Cavad (ə) və daha sonra İmam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı. (“Məsum imamların istimai-siyasi tarixi”, Ustad Rəsul Cəfəryan, “İmam Hadinin (ə) həyatı” bölümü, ixtisarla.) Maide.az

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

Evində 20 il həbsdə olan mübariz İmam (ə)

Evində 20 il həbsdə olan mübariz İmam (ə) Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid olmuşdur. O Həzrətin (ə) ləqəbi Hadi idi. Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samirra şəhərinə aparılmışdır. Ömrünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır. İmam Hadinin (ə) imaməti də atası kimi uşaq yaşlarından başlamışdır. Əhli-Beyt (ə) cəmiyyəti haim Həzrətin (ə) xidmətinə hazır idi. İmam Hadi (ə) bir neçə Abbasi xəlifəsinin dövründə imamlıq etmişdir. Daha çox Mütəvəkkil Abbasinin dövründə yaşamışdır. Mütəvəkkilin xilafətinin ilk illərində yəni, 233-cü ildə İmamı (ə) Samirraya göndərir. O zaman Samirra Abbasi xilafətinin mərkəzi idi. Xəlifənin hədəfi əziz İmamı (ə) nəzarəti altında saxlamaq idi. Mütəvəkkil başqa xəifələr kimi Əli (ə) ardıcıllarının qiyamından qorxurdu. Həzrəti (ə) Samirraya gətirməklə bu qiyamın qarşısını almış oldu. Mütəvəkkil zahirdə İmama (ə) hörmət etdiyini göstərməyə çalışırdı. Ancaq əslində bütün hədəfi İmamın (ə) Əhli-Beyt (ə) davamçıları ilə əlaqəsini kəsmək olmuşdur. Bəzən əsgərlər hətta İmamın (ə) evini axtarırdılar. Bir gün hətta gecə yarısı İmamın (ə) evinə girərək, onu ibadət halında gördülər və Mütəvəkkilin yanına apardılar. İmam (ə) elə bir şeir zümzümə etdi ki, xəlifə fikrə gedir. Bu şeir, axirətlərini fikirləşməyən hegemon insanlar haqqında idi. “Elə bilirlər ki, həmişə bu dünyada qalacaqlar”. Mütəvəkkil o qədər qatı düşmən idi ki, hətta aşkarda İmama (ə) düşmənçiliyini bəzən göstərməyə cürət edirdi. 237-ci ildə Mütəvəkkil İmam Hüseynin (ə) Kərbəladakı hərəmini dağıtmağı əmr etdi. Əmr etdi ki, hərəmə gedən suyu bağlasınlar və qəbri yerlə yeksan edərək, şumlasınlar. Mütəvəkkil (lən) ölməmişdən qabaq İmamın (ə) qətlinə əmr edir, amm əmri yerinə yetməmiş özü yatağında öldürülür. Ən üstün Əhli-Beyt (ə) alimləri, hədis yazanları hər bir şəhərdə İmam (ə) tərəfindən vəkil seçilirdilər. İnsanların İmamla (ə) aralarında olan yazışmalarına kömək edirdilər. Bu məsələ elmi və maliyyə cəhətindən olurdu. İnsanlar İmamın (ə) əmri ilə mali haqlarını (xüms, zəkat) vəkilə verirdilər. Vəkil də bu pulu İmama (ə) çatdırırdı. Suallara cavab vermək də onların vasitəsilə həyata keçirilirdi. İmam Hadidən (ə) bizə çox sayda hədis çatmışdır. Bu hədislərin bir çoxu Əhli-Beyt (ə) davamçılarının düşüncələrinin islah olmasına aiddir. İmamın (ə) başqa bir mirası – dua, Allahla münacatdır. İmamın (ə) dualarda irəli sürdüyü hədəf – insanların arasında vahid rabitənin olması və Əhli-Beyt (ə) davamçılarının birləşməsidir. Buna misal – “Cameyi-kəbirə”dir. Bu ziyarətdə İmam (ə) Əhli-Beytin (ə) kamalından və fəzilətindən bəhs etmişdir. Bu ziyarət həqiqətdə imamşünaslıqdır. (abna Deyerler.org) İmamın (ə) tərəfdaşları arasında Əli ibni Cəfər Minavi kimi şəxsiyyətlərə rast gəlirik. O, Mütəvəkkil tərəfindən zindana atılmışdı. Xəlifə onu öldrümək istəyirdi. Başqa bir tanınmış isim – İbni Səkiyyətdir ki, xəlifə onu şəhid edir. Bu qətlin səbəbini belə izah edirlər ki, Mütəvəkkil övladlarının ikisini İbni Səkiyyətin yanına göndərir ki, onlara dərs versin. Sonralar başa düşür ki, İbni Səkiyyət İmam Hadinin (ə) tərəfdarlarındandır, onu çağırıb, deyir: “Mənim övladlarımın fəziləti vardır, yoxsa, Həsənlə Hüseynin?”. İbni Səkiyyət çəkinmədən cavab verir: “Sənin iki övladın, iki cənnət seyyidi olan İmam Həsən (ə) və İmam Hüseynlə (ə) müqayisə edilə bilməz. Sənin övladların hətta İmam Əlinin (ə) nökəri Qənbərlə müqayisə edilə bilməz”. Mütəvəkkil bu sözlərdən çox əsəbiləşir və əmr edir ki, onun dilini başının arxasından çıxartsınlar. İmam Hadinin (ə) tərəfdaşlarından biri də Həzrət Əbdüləzim Hüseyni idi. Onun nəsli İmam Həsən Müctəbaya (ə) çatır. O, məşhur hədis yazan, zamanının abidi idi. Həzrət Cavadın (ə) və Həzrət Hadinin (ə) xüsusi səhabələrindən idi. İmam (ə), Abbasi xəlifəsi Mötəmid Abbasinin dövründə 254-cü ildə Samirrada zəhərlənib, şəhid edilmişdir. İmam Hadi (ə) 20 il həbsdə olduğu elə həmin evdə də dəfn edilmişdir.

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İmam Əliyyən-Nəqinin (ə) şəhadəti

İmam Əli ibn Muhəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi qeyd edilir. İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. ~ İMAM HADİNİN (Ə) İMAMƏTİ ~ İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi. (“Üsuli-kafi”, c.1, s.323) ~İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ ~ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. ~ İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ ~ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahı n (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. ~ MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI ~ Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. ~ İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ ~ Şiənin son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı.

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi

Şeyx Ərbəli nəql edir: “Bir gün İmam Hadi (ə) bir iş üçün Samirradan kəndlərin birinə gedir. Bir ərəb gəlir və İmamı (ə) görmək istədiyini bildirir, ancaq ona kəndə getdiyini söyləyirlər. O, da İmamı (ə) tapmaq üçün həmin kəndə gedir və İmamla (ə) görüşür. (Tebyan) İmam (ə) soruşur: “Nə hacətin vardır?”. Deyir: “Mən cəddin Əmirəl-möminin (ə) vilayətinin davamçılarındanam ki, böyük bir borca girmişəm. Səndən savayı heç kəs onu ödəyə bilməz”. İmam (ə) buyurur: “Xoş ol və şad ol”. Ərəb İmamın (ə) yanında qalır və səhər olan kimi Həzrət (ə) ona buyurur: “Mənim də sənə bir hacətim vardır ki, onun əksini yerinə yetirmə”. Ərəb deyir: “Müxalif deyiləm”. İmam (ə) bir məktub yazır və orada yazır ki, bir ərəbə borcu vardır və miqdarını ərəbin borcundan daha çox yazır. Buyurur: “Bu məktubu al və mən Samirraya gələn zaman mənim yanıma o zaman gəl ki, çoxlu cəmiyyət olsun. Bu borcu məndən tələb et və mənə qarşı kobudluq et. Səni Allaha and verirəm ki, bunun əksini etməyəsən”. Ərəb deyir: “Belə edəcəyəm və gedir”. Həzrət (ə) Samirraya geri qayıdır. Həzrətin (ə) yanına çoxlu insanlar gəlirlər ki, içərisində xəlifənin adamları da var idi. Ərəb gəlir və məktubu çıxardıb borcunu tələb etməyə başlayır. İmamla (ə) ona əmr etdiyi kimi rəftar edir. İmam (ə) da onunla mülayim dillə danışır və üzr istəyir. Vədə verir ki, yerinə yetirəcəyəm və səni sevindirəcəyəm. Bu xəbər xəlifəyə çatır. Əmr edir ki, İmama (ə) 30 min dirhəm aparsınlar. O zaman ki, bu pulu İmamın (ə) yanına gətirirlər, həmin ərəb gəlir. İmam (ə) buyurur: “Bu pulu götür və borcunu qaytar. Qalanını isə ailənə xərclə və bizi üzrlü bil!”. Ərəb deyir: “Ya ibni Rəsulallah! Allaha and olsun ki, mənim arzu bu malın üçdə birindən də az idi”. Bu pulu alır və gedir.   /Deyerler.org/

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ

İmam Hadinin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: Həzrət Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir.( “Üsuli-kafi”, c. 1, s. 497; “Əl-kamilu fit-tarix”, İbn Əsir, 7, s. 189.) Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri ilində şəhid edilib. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da vəfat etdiyi qeyd edilir. İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c. 12, s. 56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir.( “Əl-mənaqib”, c. 2, s. 442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İMAM HADİNİN (Ə) İMAMƏTİ İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi. (“Üsuli-kafi”, c. 1, s. 323; “Biharul-ənvar”, c. 50, s. 118.) İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s. 3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayəsi altına alaraq onları şiənin əleyhinə qaldırdı. İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s. 228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona çatdırdım. O, belə dedi: Əgər bu şəxsin başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s. 359.) Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar.( “Əl-irşad”, Şeyx Müfid, s. 334.) Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s. 438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c. 2, s. 447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi.( “Biharul-ənvar”, c. 50, s. 140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ Şiənin son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı. Bu məqalə Ustad Rəsul Cəfərinin “Məsum imamların fikri-siyasi tarixi” adlı dəyərli əsərindən iqtibas edilmişdir. Rza Şükürlü (Maide.Az)

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günü

Zilhiccə ayının 15-də müsəlmanların onuncu İmamı – İmam Əliyyən-Nəqinin (ə) mövlud günüdür. İmam Əliyyən-Nəqi (ə) hicrətin 212-ci ili zilhiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə  dünyaya gəlmişdir. Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. Onuncu İmamın (ə) ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə (ə) “üçüncü Əbülhəsən” də deyirdilər. İmam Hadi (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı. O, hələ uşaq olmasına baxmayaraq, bütün möminlərin  diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. O Həzrətin (ə) İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin 254-cü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur. Çətin dövr İmamların (ə) öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri İslam tarixinin ən parlaq səhifələrindən sayılır. Müstəbidlərin zülmü ilə barışmamaları və yoxsulların tərəfini saxlamaları zülmkarları qəzəbləndirirdi. Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o Həzrətin (ə) yaşadığı ən ağır dövr Mütəvəkkilin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir adam idi. Zahirdə özünü dindar göstərsə də, bu oyun yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil hicrətin 236-cı ilində əmr verdi ki, şəhidlər ağası İmam Hüseynin (ə) məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək, əkin sahəsinə çevrilsin. Eyni zamanda o Həzrətin (ə) ziyarətinin qarşısını almaq məqsədilə yaxınlıqda gözətçilər saxlanılsın. İmam Hüseynin (ə) hərəmini heç bir müsəlman sökməyə hazır olmadığı üçün, bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseynin (ə) qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq. O, qorxurdu ki, İmam Hüseynin (ə) məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib, o Həzrətin (ə) şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın. Ancaq o Həzrətin (ə) şiələri və dostları, onu sevənlər bir an olsun belə, o müqəddəs qəbrin ziyarətindən qalmır və min bir müsibətə, əzab-əziyyətə qatlaşaraq, yenə oranı ziyarət etməyə gedirdilər. Mütəvəkkilin ölümündən sonra Əhli-Beyt (ə) yolunun davamçıları əl-ələ verib, İmam Hüseynin (ə) məqbərəsini yenidən bərpa etdilər. İmam Hüseynin (ə) məqbərəsinin sökülməsi müsəlmanları bərk qəzəbləndirdi. Bağdad əhalisi bütün küçələrə, divarlara, məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazmağa, mübariz şairlər isə onun əleyhinə şeirlər yazaraq, onu tənqid etməyə başlayırlar. İmam Hadinin (ə) kəraməti Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: «Siz nə üçün məmurlarınıza İmam Hadiyə (ə) hörmət etmələrini və o, içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy İmam (ə) da başqa adamlar kimi gəlib-getsin ki, xalqın gözündə nüfuzdan düşsün”. Mütəvəkkil onun istəyini qəbul edib, məmurlarına əmr etdi ki, İmam (ə) gələndə pərdələri qaldırmayıb, qapıları açmasınlar. Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: «İmam (ə) gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, İmamın (ə) dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcək». Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, İmamla (ə) əvvəllər olduğu kimi davranaraq, o Həzrətə (ə) daha artıq hörmət etsinlər. Haqq yolunda şəhadət Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan ibn Sikkitdən «Mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki övladı Həsən və Hüseyni?» – deyə soruşdu. O, dərhal və cəsarətlə belə cavab verdi: «Həzrət Əlinin (ə) qulu olan Qənbəri də səndən və sənin uşaqlarından daha artıq sevirəm!». Bu zaman Mütəvəkkil yerində ilan kimi qovrularaq, dərhal əmr etdi ki, bu böyük şəxsiyyətin dilini boxazından çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər. İmamın (ə) elmi məqamı Həzrət Hadinin (ə) elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq, onu yaradılış sirrindən xəbərdar edirdi. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: «İncildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu İncildə tapa bilmədik». Abbasi xəlifəsi bütün alimləri toplayaraq, bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə İmam Hadini (ə) də dəvət edərək, həmin məsələni ondan da soruşdu. İmam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz üstə oxuduğu “Həmd” surəsidir». Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək, bütün alimləri heyrətdə qoydu. İmamın (ə) verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi. /Deyerler.org/

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İmam Əliyyən-Nəqinin (ə) 12- tövsiyəsi

1. Həyatda uğur və müvəffəqiyyətin rəmzi: مَنِ اتَّقَی اللَّهَ یُتَّقَی وَ مَنْ أَطَاعَ اللَّهَ یُطَاعُ وَ مَنْ أَطَاعَ الْخَالِقَ لَمْ یُبَالِ سَخَطَ الْمَخْلُوقِینَ وَ مَنْ أَسْخَطَ الْخَالِقَ فَلْیَیْقِنْ أَنْ یَحِلَّ بِهِ سَخَطُ الْمَخْلُوقِین “Allahdan qorxandan qorxarlar, Allaha itaət edənə itaət olunar, Xaliqə itaət edən (Onun əmrlərinə təslim olan) məxluqatın qəzəbindən əsla qorxmaz və Xaliqi qəzəbləndirən bilməlidir ki, məxluqatın (xalqın) qəzəbindən amanda olmayacaqdır.” (Tuhəful-uqul”, səh.361.) 2. Dünya bazardır: الدُّنْيا سوقٌ رَبِحَ فيها قَوْمٌ، وَخَسِرَ فيها آخَرون “Dünya elə bir bazardır ki, bir qrup orada (qiyamət üçün) xeyir qazanır, digər bir qrup isə ziyana uğrayır.” 3 Helm: الْحِلْمُ أَنْ تَمْلِكَ نَفْسَكَ، وَ تَكْظِمَ غَيْظَكَ مَعَ الْقُدرَةِ عَلَيْهِ “Helm odur ki, nəfsinə sahib olasan və qüdrətin ola-ola hirsini boğasan.” 4. Yaxşılıqlar: خَيْرٌ مِنَ الْخَيْرِ فَاعِلُهُ، وَأَجْملُ مِنَ الْجَمِيلِ قائِلُهُ، وَأَرْجَحُ مِنَ الْعِلْمِ عَامِلُهُ “Yaxşılıqdan yaxşı onu yerinə yetirən, gözəllikdən gözəl onu deyən və elmdən üstün ona əməl edəndir.” 5. İmam Hadinin (ə) Abbasi xəlifəsi Mütəvəkkilə nəsihəti: “Narahat etdiyin şəxsdən səfa və səmimiyyət gözləmə, xəyanət edib aldatdığın şəxsdən sədaqət gözləmə, sui-zənn etdiyin (bədgümanda olduğun) şəxsdən nəsihət gözləmə…” 6. Pis əxlaq: شَرُّ الرَّزِيَّةِ سُوْءُ الْخُلُقِ “Ən pis fəlakət pis əxlaqdır.” 7. Həsəd və xudbinlik: الْحَسَدُ ماحِقُ الْحَسَناتِ، وَالزَّهْوُ جالِبُ الْمَقْتِ “Həsəd yaxşılıqları məhv edir, xudbinlik isə nifrət qazandırır.” 8. Pis adamlarla dostluq etmək: مُخالَطَةُ الاْ شْرارِ تَدُلُّ عَلى شِرارِ مَنْ یُخالِطُهُمْ “Pis adamlarla dostluq etmək insanın pisliyinə dəlalət edir.” 9. İstehza: الْهُزْءُ فَكاهَةُ السُّفَهاءِ وَ صِناعَةُ الْجُهّالِ “İstehza və masqara etmək səfehlərin xasiyyəti və nadanların peşəsidir.” 10. Cahillik və paxıllıq: الْجَهْلُ وَالْبُخْلُ أَذَمُّ الْأَخْلَاقِ “Cahillik və paxıllıq ən pis əxlaqdır.” (“Əl-məsdərul-mütəqəddim”, səh.164.) 11. Qəzəb: الْغَضَبُ عَلى مَنْ لا تَمْلِكُ عَجْزٌ، وَ عَلى مَنْ تَمْلِكُ لُؤْمٌ “Gücün çatmadığın insanın üstünə qəzəblənmək acizlik, gücün çatdığın insanın üstünə qəzəblənmək isə alçaqlıqdır.” (Biharul-ənvar”, 75-ci cild, səh.371.) 12. Tamahkarlıq: مَا اسْتَراحَ ذُو الْحِرْصِ “Tamahkarın istirahəti olmaz.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 2-ci cild, səh.336, hədis 11.) (“Əxlaqun-Nəbiyyi (s) və Əhli-bəytihi (ə)”, Ustad Baqir Şərif əl-Qüreyşi, “İmam Hadinin (ə) həyatı” bölümü.)

1 2