Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Məhdi (ə) 05.02.2025

İmam Zaman ağanın (ə.f.) dünyaya gəlişi və qeybə çəkilməsi

https://ia601604.us.archive.org/4/items/imam-zaman-aganin-.f.-dunyaya-glisi-v-qeyb-ckilmsi/İmam%20Zaman%20ağanın%20%28ə.f.%29%20dünyaya%20gəlişi%20və%20qeybə%20çəkilməsi.mp3 Məşhur hədislərə əsasən, İmam Zaman ağa (ə.f.) 255 Hicri ilinin Şəban ayının 15-də cümə gecəsi anadan olmuşdur. Şeyx Mufidin dediyinə görə, atası İmam Həsən Əsgərinin (ə) ondan başqa övladı olmamışdır. Həzrətin anasının adı Nərcis (s.ə.) idi və o, çox iffətli və layiqli bir xanım idi. Onu Süsən, Siqəl, Siqil, Məleykə də adlandırırdılar. O, Roma imperatorunun oğlu Yuşanın qızı idi, Həzrət İsanın (ə) tərəfdaşlarından olan Şəmunun nəvəsi idi və İlahi bir möcüzə nəticəsində on birinci İmamın (ə) həyat yoldaşı olur. O zaman ki, Nərcis xanım (s.ə.) Romada idi, qəribə yuxular görərdi. Bir dəfə yuxuda əziz İslam Peyğəmbəri (s) ilə Həzrət İsanı (ə) görür ki, onun nikahını İmam Həsən Əsgəriyə (ə) bağlayırlar. O, yuxuda başqa qeyri-adi şeylər də görürdü və Həzrət Fatimeyi-Zəhraınn (s.ə.) dəvəti ilə müsəlman olur. Ancaq müsəlman olduğunu ailəsindən və ətrafındakılardan gizlədir. O zaman ki, müsəlmanlar ilə romalılar arasında müharibə başlayır, Roma imperatoru ordusu ilə bir yerdə müharibəyə yollanır. Nərcis xanıma (s.ə.) yuxuda əmr edilir ki, gizlin şəkildə kənizləri ilə bir yerdə sərhədə gedən ordunun ardınca getsin. O, bu cür edir və sərhəddə müsəlmanlar onları əsir tuturlar. Onu başqa əsirlərlə bir yerdə Bağdada aparırlar. Bu hadisə onuncu İmamın (ə) İmamət dövrünün sonlarında baş vermişdir. İmamın roma dilində yazdığı məktubu Bağdadda Nərcis xanıma (s.ə.) verirlər. Məktubu aparan elçi onu qul kimi satın alır və İmam Hadinin (ə) yanına gətirir. İmam onun gördüyü yuxuları Nərcisin (s.ə.) yadına salır və ona müjdə verir ki, o, on birinci İmamın (ə) həyat yoldaşı olacaq və dünyaya elə bir övlad gətirəcəkdir ki, bütün aləmi ədalətə və nura boyayacaqdır. İmam Hadi (ə) Nərcis xanımı (s.ə.) bacısı Həkiməyə (s.ə.) tapşırır ki, ona İslam adət-ənənələrini başa salsın. Bir müddət sonra Nərcis xanım (s.ə.) İmam Həsən Əsgəri ilə (ə) ailə qurur. Təvəllüdün necəliyi Əməvi və Abbasi xəlifələri Peyğəmbərdən (s) onlara çatan hədislərə əsasən bilirdilər ki, gec-tez İmamın (ə) nəslindən elə bir oğlan dünyaya gələcəkdir ki, zülmə qarşı çıxacaq və ədaləti bərqərar edəcəkdir. Ona görə də onlar gözləyirdilər ki, bu körpə dünyaya gələn kimi onu məhv etsinlər. İmam Həsən Müctəbanın (ə) zamanından başlayaraq, Peyğəmbər (s) nəslinə edilən təzyiqlərin sayı artır. İmam Həsən Əsgərinin (ə) zamanında ən son həddinə çatır. O Həzrətin (ə) bütün həyatı xəlifələrin nəzarəti altında idi. O, evə gedənlərə və gələnlərə nəzarət edilərdi. Belə ki, bu cür şəraitdə İmamın (ə) dünyaya gəlməsi aşkar şəkildə ola bilməzdi. Ona görə də onun anasında hamiləliyin heç bir əlaməti görünmürdü və hətta İmamın (ə) ən yaxın adamları belə körpənin dünyaya gəlməsindən xəbərsiz idilər. İmam Həsən Əsgərinin (ə) bibisi Həkimənin dediyinə görə: “Həsən ibni Əli (ə) mənim dalımca gəlmişdi və buyurur ki, iftarı onlarla bir yerdə edim. Çünki bu gecə Şəban ayının on beşidir. Allah bu gecə yer üzərində olan hüccətini aşkar edəcəkdir. Soruşdum: “Anası kimdir?”. Buyurdu: “Nərcis”. Ərz etdim: “Allah məni sizə fəda etsin, ancaq onda hamiləliyin heç bir əlaməti yoxdur”. Buyurdu: “Mövzu, necə demişəmsə, elədir”. Həkimə xanım nəql edir ki, mən İmam Həsənin (ə) evinə getdim və salam verəndən sonra oturdum. Nərcis xanım (s.ə.) mənim yanıma gəldi və ayaqlarımdakı ayaqqabını çıxararaq dedi: “Ey mənim banum! Gecəni necə keçirtmisən?”. Dedim: “Sən mənim və mənim nəslimin xanımısan”. Sözümü inkar etdi və dedi: “Bibi nə olub ki?”. Ona dedim: “Qızım! Allah Təala bu gecə sənə bir oğlan əta edəcəkdir ki, dünya və axirətin səadəti olacaqdır”. Nərcis həya edib, yerində oturdu. İşa namazını qıldım və iftar etdim. Yatağa gedib yatdım, gecənin yarısı namaza qalxdım və namazımı tamamladım. Halbuki, Nərcis yatmışdı və doğumdan heç bir xəbər yox idi. Namazımı qurtarıb, yatdım, ancaq bir az keçməmiş heyrətlənmiş halda yerimdən qalxdım. Bu zaman Nərcis də durub, namaz qılırdı. Həmin vaxt şəkk sorağıma gəlməyə başladı. Ancaq bu zaman Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) oturduğu yerdən dilləndi: “Ey bibi! Tələsmə ki, həmin an yaxınlaşır””. Həkimə davam edir: “Səcdə” və “Yasin” surələrini oxuyurdum ki, Nərcis ağrıyaraq, yuxudan ayılır. Mən tələsik onun yanına getdim və dedim: “Allahın adına and içirəm, nə isə hiss etdin?”. Dedi: “Bəli, bibican”. Dedim: “Özünə hakim ol və sakitliyini qoru ki, bu mənim sənə dediyim şeydir”. Az bir müddət ərzində yuxuladım, elə bu zaman doğum baş verdi və mən körpənin hərəkəti ilə yuxudan ayıldım. Gördüm ki, o, səcdə əzalarını yerə qoyub, səcdə edir. Onu qucağıma götürdüm və gördüm ki, o, tamamilə pak və təmizdir. Bu zaman Əbu Muhəməd (ə) dedi: “Ey bibi! Övladımı yanıma gətir”. Körpənin onun yanına apardım. İmam (ə) əllərini onun belinin altına qoyur və ayaqlarını sinəsinə dirəyir. Dilini körpənin ağzına salır və əllərini onun gözlərinə və qulaqlarına çəkir. Sonra deyir: “Oğlum! Danış”. Körpə dil açır və deyir: “Şəhadət verirəm ki, Allahdan başqa İlah yoxdur, heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın göndərdiyi Rəsuldur”. Sonra Əmirəl-mömininə (ə) və qalan İmamlara salam göndərib, atasına çatır”. Həzrət Məhdinin (ə) dünyaya gəlişini çox az adam bilirdi. Onunla görüşə də çox insan nail olmuşdur. Adı, kunyəsi və ləqəbi Həzrətin (ə.f.) adı və kunyəsi – Peyğəmbərin (s) adı və kunyəsidir. Bəzi hədislərdə deyilir: “O zamana qədər ki, Allah yer üzərində zühuruna və dövlətinin möhkəmlənməsinə zinət bağışlamamışdır, heç kimə rəva deyildir ki, onun adı və kunyəsini dilinə gətirsin”. Buna görə də bəzi fəqihlər onun adını çəkməyi məkruh bilmiş, bəziləri isə bu qadağanın kiçik qeyb dövrünə aid olduğunu söyləmişdilər. Çünki o zaman həyati təhlükə var idi. Ona görə də fəqihlər onu müxtəlif ləqəblərlə çağırmağa başlamışdılar: Hüccət, Qaim, Məhdi, Xələfəl-Salih, Sahibi Zaman, Sahibi-Dar kimi. Kiçik qeyb zamanı Həzrətin tərəfdaşları onu “Nahiyi-Müqəddəsi” çağırırdılar. Kiçik (suğra) qeyb 260-cı Hicri ilində Rəbiül-əvvəl ayının 8-də, yəni o zaman ki, İmam Zaman ağnın (ə.f.) beş yaşı var idi, Abbasi Xəlifəsi Mötəmid İmam Həsən Əsgərini (ə) zəhərləyib, şəhid edir. İmam Əsr (ə.f.) atasının (ə) qəbri üzərində namaz qılır. İmam Həsən Əsgərinin (ə) şəhadəti ilə İmam Zaman ağanın (ə.f.) İmamət zamanı başlayır. Kiçik qeyb zamanı da elə o dövrə təsadüf edir. Yəni 260-ci Hicri ilində başlayır, 329-cu ilə qədər davam edir. Bəziləri bu vaxtın 69 il olduğunu, bəziləri isə 74 il olduğunu söyləyirlər. Böyük (kubra) qeyb 329-cu Hicri ilində İmamın (ə) həyatında başqa bir dövr başlayır. Onu böyük qeyb adlandırırlar. Bu qeyb hələ də davam etməkdədir. Kiçik qeyb dövründə insanlar İmamın (ə.f.) köməkçiləri vasitəsilə onunla əlaqə saxlayır və suallarına cavab tapırdılar. Ancaq böyük qeyb dövründə sualı olan müsəlmanlar fəqihlərə müraciət edirlər. İmam Əsrin (ə.f.) xüsusi köməkçiləri İmamın (ə.f) kiçik qeyb dövründə 4 xas naibi olmuşdur ki, bəzən həmin naiblər vasitəsiylə digər tərəfdarları ilə də Həzrət (ə.f) əlaqə saxlayır, ünsiyyət qururdu. Həmin 4 xas naib bunlardır; 1. Osman ibn Səid. Hicrətin 260-267-ci illərində Həzrətin (ə.f) naibi olmuşdur. 2. Muhəmməd ibn Osman. Birinci naibin oğludur və hicri 267-305-ci illərdə Həzrətə (ə.f) naiblik etmişdir. 3. Huseyn ibn Ruh. Hicri 305-326-cı illərdə İmamın (ə.f) naibi vəzifəsində çalışmışdır. 4. Əli ibn Muhəmməd. 326-329-cu illərdə İmamın (ə.f) naibi olmuşdur.Bu şəxslər- yüksək məqam sahibi, fəzilətli, adil, təqvalı, alim və etibarlı insanlar idi. Əbəs deyil ki, Həzrət (ə.f), onları özünün xas naibləri təyin etmişdir. Allahım! Bizləri İmamın (ə.f.) zühurunu tezləşdirənlərdən qərar ver!

İmam Məhdi (ə) 03.02.2025

İmam Zaman (ə.c.) barəsində şiə və sünni nəzərləri arasında fərqlər varmı?

Həzrət Məhdi (ə.c) Müntəzərə əqidə və məhdəviyyət məsələsi müsəlmanlar arasında böyük əhəmiyyətə malikdir.   Bu məsələ şiəyə məxsus deyil. Əksinə əhli- sünnə bu mövzuda ümumi formada şiə ilə eyni fikirdədirlər. mənəvi təvatora həddinə yetişən çoxlu rəvayətlər, həzrət Məhdi (ə.c.) barəsində nəql edirlər.   Həzrət Məhdi (ə.c) ilə əlaqəli mənəvi təvator həddinə yetişən hədislər yüz hədisi keçir. Bu hədislərin hamısında, Həzrət Məhdi (ə.c)- in zühuruna işarə olubdur. Onlar etiraf edirlər ki, səhabədən iyirmidən çox insan, Peyğəmbər (s)- dən həzrət Məhdi ilə əlaqəli rəvayətlər nəql ediblər ki, onların hamısı, sünəni- ibn Davud, sünəni- Termizi, İbn Macə, Müsnədi Əhməd, səhihi- Hakim, Bəzzaz, möcəmi- Təbrani kimi, sünən, möcəm və müsnədlər kimi, əsas hədis mətnləri və məşhur İslam mənbələrinin çoxunda, gözə çarpır.   Sünni alimlərinin dedikləri və mənbələrindən, Məhdi (ə.c.)- in Fatimə (s)- in olması və zühur edəcəyini nəticə almaq olar.   Sünni alimləri zühur mövzusu barəsində, belə fikir bildiriblər:   Axirəz- zəmanı islah edənin zühuru barəsində, səhabələr və tabein arasında hicrətin birinci əsrindən indiyə kimi heç bir ixtilaf olmayıb və sünni alimlərinin hamısı o həzrətin zühur etməsini qəbul edirlər. Əgər bir şəxs bu hədislərin doğruluğunda və bu müjdəni Peyğəmbər (s)- in verməsində şəkk etsəydi, onun məlumatsızlığı ya möhkəm olmamasını deyərdilər. Ona görə də indiyədək heç kəs məhdəviyyət iddiasında olanları həzrət Məhdi (ə.c.)- in zühurunun əsasını inkar etməklə rədd etməmişdir.   Bu barədə Soveydi deyir: Hamının yekdilliklə dediyi şey budur ki, Məhdi (ə.c.) axirəz- zamanda qiyam edib və yer üzünü ədalətlə dolduran bir şəxsdir.[1]   Sünni alimlərindən digər biri Xeyrəddin Alusi deyir: Alimlərin çoxunun yanında ən doğru sözlərə əsasən, Məhdi (ə.c.)- in zühuru qiyamətin əlamətlərindən biridir. Onun gəlməsini inkar edən bəzi sünni alimlərinin nəzərinin heç bir qiymət və dəyəri yoxdur.[2]   Sünni alimləri tərəfindən o həzrətin zühuru barəsində çoxlu və müxtəlif kitablar yazılıbdır. Belə ki, Şeyx Məhəmməd İrəvani Əl- imamul- Məhdi (ə.c.) kitabında yazır: Əhli- sünnə, imam Məhdi (ə.c.) və axirəz- zamanda Məhdi (ə.c.) adında bir şəxsin zühur edəcəyinə aid olan rəvayətləri toplayaraq müxtəlif kitablar yazıblar. mənim məlumatıma əsasən, Əhli- sünnə otuzdan çox kitab bu barədə yazıblar.[3] Bu məsələnin şiə və sünni arasında qəbul olunmasına baxmayaraq, amma Əhli- sünnənin bəzi alimləri imam Məhdi (ə.c.)- yə aid hədisləri zəif sayırlar. Məsələn İbn Xəldun öz tarix kitabında bu hədisləri zəif sayır[4] və ya Rəşid Rza (əl- mənar təfsirinin müəllifi), məhdəviyyətə aid hədislərin zəif olmasına işarə edir.[5] Əlbəttə, bu iki nəfər öz iddilarına heç bir sübut gətirməyiblər və yalnız əsassız məsələlərə istinad ediblər. Onlar sözləri digər süni alimləri tərəfindən qətiyyətlə inkar edilmişdir. Şiə alimlərinin kitablarında da, o iki nəfərə cavab verilmişdir. İbn Xəldunun özü müsəlmanların əqidəsini açıqlayarkən, imam Məhdi (ə.c.) barəsində yazır: Bütün İslam əhli arasında məşhur nəzər budur ki, axirəz- zamanda Əhli- beytdən (ə) bir nəfər zühur edəcək ki, dini himayə və ədaləti aşkar edəcək. Müsəlmanlar ona itaət edəcəklər və o İslam məmləkətlərinə hakim olacaq. O şəxs Məhdi (ə.c.) adlanır.[6] Buna əsasən, onun hədisləri zəif sayması, Məhdi (ə.c.)- in zühuru barəsində Əhli- sünnənin fikir birliyinə heç bir irad gətirmir. Çünki bu etiqad Əhli- sünnənin nəql etdiyi hədislərin çoxluğundan qaynaqlanır.   Aşağıda belə hədisləri öz kitablarında gətirən bəzi şəxslərin adını qeyd edirik. Baxmayaraq ki, təqribən iddia etmək olar ki, əhli- sünnənin bütün mötəbər kitabları, ən azı imam Məhdi (ə.c.)- ə aid neçə hədis qeyd edblər: 1. İbn Səd (vəfat 230 h), 2. İbn Əbi Şeybə (vəfat 235 h), 3. Əhməd ibn Hənbəl (vəfat 241 h), 4. Buxari (vəfat 273 h), 5. Müslüm (vəfat 261 h), 6. İbn Macə (vəfat 273), 7. Əbu bəkr (vəfat 273 h), 8. Termizi (vəfat 279 h), 9. Təbəri (vəfat 380), 10. İbn Qoteybə Deynəvəri (vəfat 276), 11. Hakim Nişaburi (vəfat 405), 12. Beyhəqi (vəfat 458), 13. Xətib Bağdadi (vəfat 463), 14. İbn Əsir Cəzri (vəfat 606.[7] Sünni alimlərindən bizi yazır: Məhdi (ə.c.) barəsində çoxlu rəvayət var ki, təvator həddinə çatır. Bu məsələ əhli- sünnə alimləri arasında məşhur idi. Belə ki, onların etiqad etdikləri şeylərdən sayılır. Həmçinin əhli- sünnə alimlərindən daha biri yazıbdır: Məhdi (ə.c.) barəsində olan hədislər çoxlu və müxtəlif yollarla səhabədən və onlardan sonra tabeindən nəql olubdur. Belə ki, onların hamısından qəti elm əldə olunur. Ona görə də Məhdi (ə.c.)- in zühuruna inanmaq vacibdir. Bu vaciblik elm əhlinin yanında sabit olduğu kimi, əhli- sünnənin əqidində də yazılmışdır.[8] İbn Kəsir də əl- bidayə vən- nəhayə kitabında deyir: Məhdi (ə.c.) axirəz- zamanda gəlib, yeri ədalətlə dolduracaq necə ki, zülmlə dolu olubdur. Biz Məhdi (ə.c.)- ə aid hədisləri ayrıca bir cilddə topladıq, necə ki, Əbu- Davud öz sünənində ayrıca bir kitab ona ayırmışdır.[9] Sünnilərin böyük alimlərindən nəql olunan məsələlərdən, Məhdəviyyət və Məhdi (ə.c.)- in zühuruna etiqad etmək məsələsinin əhli- sünnənin ədaidindən biri olması və o həzrətin zühuruna aid onların arasında olan hədislərin təvatör həddinə yetişməsi məlum olur.   Qeyd olunan məsələlərə əsasən bu nəticəyə yetişirik ki, Məhdəviyyət məsələsində əhli- sünnə və şiə arasında eyni əqidələr var.   Burada şiə və sünni məzhəbləri arasında imam Zaman (əc)- də bağlı eyni olan əqidələrə işarə edirik:   1.             Həzrət Məhdi (ə.c.)- in zühur və qiyamının qəti olması.   2.             Həzrət Məhdi (ə.c.)- in tayfası (nisbəti).   Şiənin jnəzərində həzrət Məhdi (ə.c.)- in tayfası məlumdur. Amma Əhli- sünnə müəyyən yerlərdə ona işarə ediblər.   2- 1. Həzrət Məhdi (ə.c.) əhli- beytdən və Peyğəmbərin övladlarındandır. İbn Macə öz sünənində nəql edir ki, Peyğəmbər (s) buyurdu:   «المهدی ]عج[ منا اهل البیت یصلحه الله عزوجل فی لیلة»[10]   2- 2. Həzrət Məhdi (ə.c.) həzrət Əli (ə)- ın nəslindəndir. Suyuti Urful- vərdi kitabında nəql edir ki, Peyğəmbər (s) Əli (ə)- ın əlini tutdu və buyurdu:   «سیخرج من صلب هذا فتی یملأ الارض قسطاً و عدلاً»[11]   2- 3. Həzrət Məhdi (ə.c.) Fatimə (s)- in nəslindəndir. İbn Macə Ümmi Sələmədən nəql edir ki, o Peyğəmbər (s)- dən belə eşitdi.   «المهدی من ولد فاطمه»[12]   3. Həzrət Məhdi (ə.c.)- in dünyəvi xüsusiyyətləri.   Əhli- sünnə kitablarında imam Məhdi (ə.c.) üçün qeyd olunan xüsusiyyətlər, onların İslam Peyğəmbəri (s)- dən nəql etdikləri hədislərdən əldə olunmuşdur. Ümumi formada şiə alimlərinin qeyd etdikləri xüsusiyyətlərlə heç bir fərqi yoxdur.   3- 1. Zühur zamanı o həzrətin qüdrətli olması. Çoxlu rəvayətlərlə həzrət Məhdi (ə.c.)- in zühur zamanı çox güclü bədənə sahib olmasına təkid olunmuşdur.[13]   3- 2. Nurani sima. Güveyni Peyğəmbər (s)- dən rəvayət edir:   «المهدی ]عج[ من ولدی … کانّ وجهه کوکب درّی»[14]   3- 3. Enli alın və, çəkilmiş burun sənani Peyğəmbər (s)- dən nəql edibdir:   «ان المهدی ]عج[ اقنی اجلی»[15]   3- 4. Yanağında xal. Məhdi (ə.c.)- in sağ yanağında, qara xal var.[16]   3- 5. Qırx yaşında zühur etməsi. Əlbəttə şiə nəzərindən həzrətin zühuru qoca yaşında, amma qırx yaşlı şəxs formasında olacaq.   4. Həzrət Məhdi (ə.c.)- in Peyğəmbər (s)- lə eyni adlı olması.   Əhli- sünnə və şiə həzrət Məhdi (ə.c.)- in Peyğəmbər (s)- lə eyni adlı olmasında həmfikirdirlər.[17]   5. Zühura şərait yaradan şeylər (zühurun səbəbləri).   5- 1. Camaatın tam ümidsizliyi. Davud ibn Kəsir ər- riqqi deyir: Həzrət Sadiq (ə)- a ərz etdim:   Bu mövzu (zühur) o qədər bizim üçün uzandı ki, sinələrimiz daraldı. Həzrət buyurdu: Zühurdan ümidsizlik hər şeydən daha çox olan zaman, səmadan nida edən Qaim adı ilə nida edəcək.[18]   5- 2. Zülmün hər tərəfi bürüməsi. Peyğəmbər (s) bu barədə buyurubdur: “Əgər dünyadan yalnız bir gün qalsa da, Allah o günü o qədər uzadacaq ki, mənim Əhli- beytimdən bir kişi qiyam edib, yeri zülmlə dolu olandan sonra, ədalətlə doldursun.”[19]   6. Zühurun əlamətləri.   6- 1. Səmavi səs. Peyğəmbər (s) buyurdu,: “Məhərrəm ayında səmadan bu məzmunda bir səs gələcək ki, Allahın seçilmiş bəndəsi fulan (Məhdi) adamdır. Ona qulaq asın və ona tabe olun.”[20]   6- 2. Süfyaninin qiyam etməsi.   6- 3. Reydada xusuf. Xusuf kəlməsi batmaq və gizlənmək mənasında və beyda Məkkə və Mədinə arasında bir yerin adıdır. Bundan məqsəd odur ki, Süfyani böyük bir qoşunla, həzrət Məhdi (ə.c.) ilə döyüşmək məqsədi ilə, Məkkəyə yola düşür. Onlar Məkkə və Mədinə arasında Beyda adı ilə məşhur olan bir yerdə möcüzəli şəkildə yerə batacaqlar.[21]   6- 4. Nəfsi zəkiyyənin qətli. Həzrət Məhdi (ə.c.)- in qiyamına yaxın vaxtda rükn və məqam arasında pak və günahsız bir insanın öldürülməsi.[22]   7. Həzrət Məhdi (ə.c.)- in zühuruna aid işlər.   7- 1. Məhdi (ə.c.)- in zühur işinin bir gecədə düzəlməsi.[23]   7- 2. Zühurun yeri: Rəvayətlərin hamısı o həzrətin zühurunun Məkkədən və Kəbənin kənarından başlanacağını bildirirlər.[24]   7- 3. Həzrət Məhdi (ə.c.) ilə beyət. Şiə və sünni kitablarında diqqət olunan mövzulardan biri, zühurun başlanğıcında həzrət Məhdi (ə.c.)- in dostlarının onunla beyət etməsidir.[25]   7- 4. Həzrət Məhdi (ə.c.)- ə kömək etmək üçün mələklərin nazil olması.[26]   7- 5. İsanın nazil olması və həzrət Məhdi (ə.c.)- ə iqtida etməsi. Peyğəmbər (s) buyurdu: “Məhdi (ə.c.) İsanın aşağı endiyini və elə bil tüklərindən su damcıladığını görər. Sonra ona deyər: Qabağa keç və namaza dur. İsa cavab verər: Namaz sənin üçün bərpa olub. Bu zaman Məhdi (ə.c.)- in arxasında namaza durar”.[27]   8-. Məhdi (ə.c.)- in hökumətinin xüsusiyyətləri.   8- 1. Ədalətlilik.[28]   8- 2. Ümumi rahatlıq. Peyğəmbər (s) buyurdu: “Məhdi (ə.c.) mənim ümmətimdə olacaq… Camaat onun zamanında elə yaşayacaqlar ki, heç vaxt ondan qabaq yaşamayıblar”.[29]   8- 3. Məhdi (ə.c.)- in hökumətindən hamının razı qalması.[30]   8- 4. Hər tərəfli əmin- amanlıq.[31]   8- 5. Camaatda ehtiyacsızlıq hissi. Peyğəmbər (s) buyurdu: “Sizə Məhdi (ə.c.)- i müjdə verirəm. O zühur edən vaxt Məhəmmədin ümmətinin qəlblərini Allah ehtiyacsızlıqla dolduracaq”.[32]   8- 6. İslamın digər dinlərə qalib gəlməsi.   8- 7. Həzrət Məhdi (ə.c.)- in hökumətinin dünyəvi olması. İmam Sadiq (ə) buyurdu: “Qaim qiyam edən zaman, hər bir yerdə şəhadəteyn nidası ucalacaq”.   Şiə və əhli- sünnə nəzərindən Məhdəviyyətin fərqləri:   1-             Vilayətdə ixtilaf:   On iki imamçı şiə, imam Məhdi (ə.c.)- in imam Həsən Əsgəri (ə)- ın övladı olmasına və indi də diri olub və qeybdə olmasına etiqadlıdırlar. Əhli sünnə hamılıqla Məhdəviyyətə etiqadlı olsalar da, və mütəvatir rəvayətlər səbəbindən həzrət Məhdi (ə.c.)- in axirəz- zamanda özlərinin qəti etiqadlarından bilsələr də, amma o həzrətin tayfası və ondan olması barəsində neçə qismə bölünürlər:   Əhli- sünnənin bir dəstəsi Məhdi (ə.c.)- in İsa ibn Məryəm olmasını iddia edirlər. bu barədə Ənəs ibn Malikdən olan vahid xəbərə istinad edirlər.[33]   Az bir dəstəsi də, Məhdi (ə.c.)- in Abbas ibn Əbdül- müttəlibin övladlarından olmasını iddia edirlər. Onlar Kənzul- ummalda qeyd olunan vahid xəbərə istinad edirlər.[34]   Bir dəstə də Məhdi (ə.c.)- in İmam Hüseyn (ə)- ın deyil, imam Həsən Müctəbanın övladlarından olmasına inanırlar.[35]   Başqa bir dəstə deyirlər: İmam Məhdi (ə.c.)- in atası Peyğəmbər (s)- in atasının adı ilə eyni adlı olmasıdır.   Həzrət Məhəmməd (s)- in atasının adı Abdullah olduğuna görə, deməli Məhdi (ə.c.) ibn Həsən Əsgəri (ə) vədə verilmiş Məhdi (ə.c.) ola bilməz. Bu ehtimalın istadı da, yenə Kənzul- ummalda qeyd olunan bir xəbərdir.[36]   Onların bir dəstəsi on iki imamşı şiə kimi, imam Məhdi (ə.c.)- in Peyğəmbər (s) və Fatimə (s)- in övladlarından olmasına və həzrət İsanın da imam Məhdi (ə.c.) zühur edən zaman ona kömək edəcəyinə və namazda o həzrətə iqtida edəcəyinə etiqadlıdırlar.   Müxtəlif rəvayətlərdə gəldiyi kimi, Ümmü Sələmədən nəql olubdur ki, Peyğəmbər (s) buyurdu: ” المهدی (عج) من عترتی من ولد فاطمه(س)”[37] “Məhdi mənim nəslimdən və Fatimənin övladlarındandır.”   Cabir ibn Abdullah Peyğəmbər (s)- dən nəql edir ki, həzrət İsa Məhdi (ə.c.) zühur edən zaman nuzul edəcək.[38] Abdullah ibn Ömər deyir:   «المهدی (عج) الذی ینزل علیه عیسی بن مریم و یصلی خلفه عیسی (ع)» [39]   Məhdi (ə.c.) o şəxsdir ki, İsa ibn Məryəm ona nazil olar və onun arxasında namaz qılar. Bu dəstə ” Məhdi (ə.c.) Abbas ibn Əbdül- müttəlibin övladlarındandır” deyən hədisi qəbul etmirlər. Zəhəbi deyir: bu xəbəri yalnız Məhəmməd ibn vəlid nəql edib və (saxta) hədis düzəldənlərdəndir.[40]   Əlbəttə bu dəstə də həzrət Məhdi (ə.c.)- in anadan olmasını və onun qeybətini qəbul etmirlər. İbn Həcər iddia edir:   İmamiyyədən başqa müsəlmanların hamısı Məhdi (ə.c.)- in höccət olmadığına etiqad bəsləyirlər. Çünki bir şəxsin qeybəti özü də bu qədər uzun müddətdə qeyri- adi işlərdəndir…[41]   Sonuncu dəstənin cavabında deməliyik:   Birinci: Peyğəmbərdən çoxlu rəvayətlər var ki, on iki imamı onların adları ilə açıq şəkildə tanıtdırıblar.   Deməli onun sözü batildir. İbn Abbasdan rəvayət olub ki, Nəsəl yəhudi bir şəxs Peyğəmbər (s)- in yanına gəlib, çoxlu suallar verdi. O vəsilər barəsində də soruşdu. Həzrət cavabında buyurdu: “Mənim birinci vəsim Əli, ondan sonra Həsən, Hüseyn (ə) və onun övladlarından doqquz imamdır.” Nəsəl soruşdu: Onların adı nədir? Həzrət on ikinci imamadək (əc) onların hər birinin adını saydı. Peyğəmbər (s) Cabir ibn Ənsarinin Əli (ə)- dan sonrakı imamlar barəsində etdiyi sualın cavabında buyurdu: “Əlidən sonra, Həsən, Hüseyn (ə) imamdırlar. Sonra Seyyidül- abidin, sonra Məhəmməd ibn Əli Baqir, sən onu görəcəksən. Onu görən zaman mənim salamımı ona çatdır. Sonra Cəfər ibn Məhəmməd Sadiq, sonra Musa ibn Cəfər Kazim, sonra Əli ibn Musa Ər- Riza, sonra Məhəmməd ibn Əli Cavad, sonra Əli ibn Məhəmməd Nəqi, sonra Həsən ibn Əli Zəki, ondan sonra isə mənim ümmətimin haqq qaimi Məhdi (ə.c.) (Məhəmməd ibn Həsən) Sahibəz- Zəman imamdır. O yer üzünü zülmlə dolduqdan sonra, ədalətlə dolduracaq.”[42]   İkinci: Mövcud çoxlu tarixi sübutlar və xəbərlər onun anadan olmasını və uşaqlıq çağlarını nəql ediblər. Nümunə olaraq Əhli- sünnədən neçə rəvayətə işarə edirik:   1.             Hafiz Süleyman Hənəfi deyir: Araşdırıcılar və tarixçilərin yanında məlum xəbər budur ki, Qaim (ə.c.) şabanın on beşinci gecəsi (255 q) Samerra şəhərində dünyaya gəlmişdir.[43]   1.             Xacə Məhəmməd Parsa Fəslul- xitab kitabında deyir: Əhli beytdən biri də Əbu Məhəmməd ibvn Əsgəridir ki, Qaim, höccət, Məhdi (ə.c.) və Sahibəz- Zaman adlanan yalnız Əbul- Qasim övladı olmuşdur. O hicri 255- cil şabanın ortalarında anadan oldu. Anasının adı Nərgisdir. Atası şəhid olan zaman beş yaşı var idi.[44]   2.             İbn Xəlkan vəfayətul- əyan kitabında yazır: Əbul- Qasim Məhəmməd Həsən Əskərinin oğlu, (o da) Əli Hadinin oğlu, ( o da) Məhəmməd Cavadın oğlu… şiələrin on ikinci imamıdır ki, “Höccət” adı ilə məşhurdur. O h, q 255- ci il şabanın on beşi cümə günü dünyaya gəlmişdir.[45]   3.             Zəhəbi də kitablarının üçündə İmam Məhdi (ə.c.)- in dünyaya gəlməsinə işarə edibdir. O Əl- ibər kitabında 255 h, q ilinin hadisələri barəsində yazır: Bu ildə Məhəmməd ibn Həsən li Əl- hadi Məhəmməd Cavadın övladı (o da) Əli ər- Rizanın övladı, (o da) Musa Əl- Kazimin övladı, (o da) Cəfər əs- Sadiq övladı Ələvi Hüseyni dünyaya gəldi. Künyəsi əbul- Qasimdir.   Rafizilər ona əl- xələful- höccət Məhdi (ə.c.) müntəzər və Zahibəz- Zəman deyirlər. O, on iki imamın sonuncu imamıdır.[46]   4.             Müasir sünni alimlərindən Xeyruddin Zərhəki (vəfat 1369 h, q) də əlam kitabında yazır: O Samirrada dünyaya gəldi. Atası vəfat edən zaman beş yaşı var idi. 255- ci ilin Şabanın on beşinci gecəsində dünyaya gəlib və 255- ci h, q ilində qeybə çəkildiyini deyirlər:[47] Ayətullah Əl- üzma Safi Məhdəviyyət kitabında sünni alimlərindən yetmiş yeddidən çoxunun adını çəkir ki, onların hər biri bir formada, o həzrətin anadan olmasını bəyan ediblər.[48] Buna əsasən, əhli- sünnənin dediyi, həzrət Məhdi (ə.c.) dünyaya gəlməyibdir, fikri əsassız bir iddiadır ki, hətta onların böyük alimlərinin dedikləri və yazdıqları ilə də uyğun deyil. Bəlkə ibn Həcər Heysəmi kimi əhli- sünnənin bəzisi ömrün uzun olmasını İmam Məhdi (ə.c.)- in vilayətinin olmamasına sübut bilsələr də, amma demək lazımdır: İsa ibn Məryəmi Məhdi (ə.c.)-ə iqtida etmək üçün diri saxlayan, Yunusu balığın qarnında qoruyan və ya Nuh Peyğəmbərə doqquz yüz il ömür verən Allahın Məhdi (ə.c.)- yə uzun ömür verməyə qüdrəti yoxdurmu?[49] Əhli- sünnənin özü də İsa, Xızır, Saleh… diri olmalarına etiqadlıdırlar. Nəticə budur ki, həzrət Məhdi (ə.c.)- in dünyaya gəlməsi qəti bir məsələdir və əhli- sünnənin özü də ondan xəbərdardırlar.   Məhəmməd ibn Əli Həmzə deyir: Həzrət Əskəri (ə)- dan belə buyurduğunu eşitdim: Allahın vəlisi, onun bəndələrə höccət və mənim xəlifəm 255- ci ilin şaban ayının on beşində sübh azanına yaxın vaxtda dünyaya gəldi”.[50]   2.             İmam Zamanın isməti məsələsində ixtilaf:   Əhli- sünnə alimlərinin çoxu həzrətin məsum olmasına etiqaflı deyil və o həzrəti adi bir insan sayırlar ki, hər bir insan kimi onun da bəzi səhv və günahlar etmək ehtimalı var. Bu əqidəni İbn Kəsir və əhli- sünnə alimlərinin çoxu bunu qəbul ediblər.[51] Əhli sünnə bu inanclarında Peyğəmbər (s)- dən nəql olunan bir hədisə istinad edirlər ki, buyurdu: “Məhdi (ə.c.) biz Əhli- beytdəndir və Allah onu bir gecədə islah edəcək.”[52] Amma şiənin nəzərindən imamların hamısı məsumduqlar və onlar barəsində səhv və xəta ehtimalı varilmir.   3.             İxtilaflardan biri də qeybətin inkarıdır:   Şiə alimlərinin hamısı bu fikirdədirlər ki, Məhdi (ə.c.)- in qeyb olduğu il, 329- cu hicri, qəməri ilidir. Onlar bu inancdadırlar ki, Allah- Taala ona zühur icazəsi verənə qədər diri qalacaqdır. Bu inanc Peyğəmbər (s) və Əhli9- beyt (ə)- dan nəql olunan rəvayət və hədislərə əsaslanır. Həmin rəvayətlər qeybət baş verməmişdən qabaq və ya onların bəzisi həzrət Məhdi (ə.c.)- in viladətindən yüz il və ya iki yüz il qabaq deyilmişdir.   Amma Əhli- sünnənin alimlərinin çoxu, imam Zaman (ə.c.)- in qeybətinə etiqadlıdırlar. Burada sübutları və onların cavabını müxtəsər almaq üçün açıqlamırıq.   Bu qısa qeyd etdiklərimiz Əhli- sünnənin imam Zamanla əlaqəli nəzərləri barəsində məsələlər idi. Sonda imam Zaman barəsində Əhli- sünnənin dilindən açıqlaya biləcəyimiz ən mühüm məsələ, imam Məhdi (ə.c.)- in zühuruna etiqadı inkar edən şəxs barəsində verilən dörd nəfərin fətva məsələsidir.   Bu şəxslər bunlardan ibarətdirlər:   1. İbn Həcər Heysəmi Şafei.   2. Şeyx Əhməd Əbu Surur ibn Səba Hənəfi.   3. Şeyx Məhəmməd ibn Məhəmməd Xətabi Maliki.   4. Şeyx Yəhya ibn Məhəmməd Hənbəli.   Bu şəxslərin hamısı zühura etiqadı inkar edən şəxsin cəzalanmasının fikirindədirlər. Onlar deyirlər ki, belə bir şəxsi ədəblənmək və haqqa üz tutmaq üçün vurub və təhqir etmək vacibdir. Belə olmadıqda qətli vacib və qanı hədərdir.[53]   [1] – Səbaikuz- zəhəb, səh 78.   [2] – İslam və dünyanın gələcəyi kitabından istifadə olunubdur. Mustafa Mühəqqiqrad.   [3] – İrəvani, Məhəmməd Baqir, Əl- imamul- Məhdi (ə), səh 11.   [4] – İbn Xəldunun tarixi, cild 1, səh 199.   [5] – Əl- mənar təfsiri, cild 10, səh 393, cild 9, səh 499, 507.   [6] – İbn Xəldunun tarixi, cild 1, səh 555, fəsl 52.   [7] – İmam Məhdi (əc)- ə aid hədisləri yazan şəxslər barəsində, əl- Məhdiyyul- muntəzər fil- fikril- İslami, səh 2926- ya müraciət edin.   [8] – Nəzmul- mütənasir fil- hədisil- mutəvatir, səh 226, (Ət- təriq ilil- məhdil- muntəzər səh 91- dən nəql olunub).   [9] – Əl- bidayə vən- nihayə, cild 6, səh 281.   [10] – Sünəni ibn Macə, səh 699, h 4085.   [11] – Suyuti, Urful- (urifəl)- vərdi, səh 76 və 88.   [12] – Sünəni İbn Macə, səh 699, h 4086.   [13] – Fəraidus- səməteyn, cild 2, səh 327, h 589.   [14] – Həmin, h 565.   [15] – Sənami, Əl- musənnif, cild 3, səh 2077.   [16] – Gənci Şafei, Əl- bəyan fi əxbari Sahibəz- zəman, bab 8, h 51.   [17] – Müqəddəs Şafei, Əqdul- dürər, səh 45- 55.   [18] – Nomani, l- qeybə, səh 186.   [19] – Sünəni İbn Davud, h 4282, Əl- qeybə lin- Nomani, səh 187- də belə gəlib:   «حدثنا محمد بن یعقوب الکلینی قال حدثنا محمد بن یحیى عن أحمد بن إدریس عن محمد بن أحمد عن جعفر بن القاسم عن محمد بن الولید الخزاز عن الولید بن عقبة عن الحارث بن زیاد عن شعیب عن أبی حمزة قال دخلت على أبی عبد الله ع فقلت له أنت صاحب هذا الأمر فقال لا فقلت فولدک فقال لا فقلت فولد ولدک فقال لا قلت فولد ولد ولدک قال لا قلت فمن هو قال الذی یملأها عدلا کما ملئت ظلما و جورا لعلى فترة من الأئمة یأتی کما أن النبی ص بعث على فترة من الرسل.»   [20] – Nəim ibn Həmmad, Əl- fitən, səh 93.   [21] – Sənani, Əl- müsənnif, cild 11, səh 371.   [22] – İbn Əbi Şeybə, Əl- müsənnif, cild 8, səh 679.   [23] – Əl- bəyan fi əxbari Sahibəz- zəman, səh 31, h 11.   [24] – Nomani, Əl- qəblə, səh 313, h 4.   [25] – Gənci Şafei, Əl- bəyan fi- əxbari Sahibəz- zəman, səh 35, h 15.   [26] – Əqdud- dürər, səh 46, səh 117- 185.   [27] – Müqəddəs Şafei, Əqdüd- dürər, səh 292.   [28] – Müsənnif ibn Əbi Şeybə, h 19484, sünəni Əbi Davud, h 4282.   [29] – İbn Əbi Şeybə, l- müsənnif, cild 7, hədis 19484   [30] – Sənani, Əl- müsənnəf, hədis 20770.   [31] – Əhməd ibn Hənbəl, Müsnəd cild 3, səh 37.   [32] – Əgdud- dürər, səh 95.   [33] – Sünəni İbn Macə, Kitabul- fitən, hədis 4029.   [34] – Kənzul- ummal, cild 14, səh 264, hədis 38663.   [35] – Əl- əmalul- munif, İbn Qəyyim Cozəvi, səh 151 (Əl- imamul- Məhdi, Milani səh 21- dən nəql olunub).   [36] – Kənzul- ummal, cild 14, səh 268, hədis 38678.   [37] – Əs- sünənul- varidə fil- fitən və qəvailuha, vəs- saə və işratuha, Osman ibn Səidul- Muqirri, cild 5, səh 1057, Darul- nəşriyyatı, Riyaz, çap birinci, 1416 h.   [38] – Həmin, cild 6, səh 1237.   [39] – Əl- fitən, cild 1, səh 373, Nəim ibn Həmmadul- Məruzi, Məktəbətut- tövhid, Qahirə, çap birinci, 1412.   [40] – ” تفرد به محمد بن الولید مولی بنی هاشم و کان یضع الحدیث” Əs- səvaiqul- muhriqə, İbn Həcər Heysəmi, cild 2, səh 478, Muəssisətur- risalə, Beyrut, çap birinci, 1997.   [41] – Həmin, cild 2, səh 482.   [42] – Əl- ehticac, Əhməd ibn Əli Təbərisi, araşdırma İbrahim Bəhaduri, və…. cild 1, səh 68- 69, Üsvə nəşriyyatı, çap ikinci, 1416, Həmçinin İmamların adını qeyd edən hədislər barəsində, Səhihi Müslim, cild 6, səh 3- və 4, Babul- imarə- yə müraciət edin.   [43] – Yənabiul- məvəddət, Şeyx Süleyman Qunduzi Hənəfi, səh 179.   [44] – Həmin sənəd.   [45] – Cəfayətul- əyan, İbn Xəlqan, cild 4, səh 562.   [46] – Əl- ibər xəbəri mən qəbər, cild 3, səh 31.   [47] – Əl- əlam, cild 6, səh 80.   [48] – İmamət və məhdəviyyət, cild 2, səh 56- 241, çap Bəhmən, Növbə birinci.   [49] – Biharul- ənvar, cild 51, səh 99- 102- yə müraciət edin.   [50] – İmamət və vilayət günəşi, Məhdi Kamrani, götürülüb.   [51] – Şarihi sünəni İbn Macə, cild 2, səh 519.   [52] – Sünəni İbn Macə, cild 2, səh 4087.   [53] – Əl- burhan əlamati Məhdi axirəz- zəman, səh 183- 187.

İmam Məhdi (ə) 02.02.2025

HƏZRƏT MEHDI (Ə) NƏHCÜL-BƏLAĞƏDƏ

HƏZRƏT MEHDI (Ə) NƏHCÜL-BƏLAĞƏDƏ İmam tanıma və xilafət məqamına itaət etmək təkcə şiələrə məxsus deyil. Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçildikdən sonra bu əqidəyə şiddətli şəkildə təkid edir və bunun lüzumunu müxtəlif kəlamlarla bəyan edirdi. Nümunə olaraq bir hədisə diqqət yetiririk: “Öz dövrünün imamını tanımadan ölən şəxs, cahiliyyət dövründə ölən insanlar kimidir.” İmam peyğəmbər kimi Allahla məxluqat arasında olan bir vasitədir. Bu əqidə açıq-aydın “Kitab” və “Sünnə”də öz əksini tapmışdır. Bu həqiqət İslamın ayrılmaz bir hissəsidir. Quranın bəzi ayələri və bir çox rəvayətlər bu həqiqəti dəqiq şəkildə vurğulamışdır. Belə ki, bəzi rəvayətlərə əsasən onun inkarı (nübüvvətin inkarı kimi) küfr hesab edilmişdir. Deməli, zamanın imamını tanımayan insan cahiliyyət zamanı yaşayan insanlar kimi kafirdir. Çünki, o dövrdə yaşayan insanlar da haqq yoldan azaraq müxtəlif dünya mənşəli fikirlərə yiyələnmişdilər. Hazırkı dövrün imamı həzrət Məhdidir (ə). Şübhəsiz, Məhdinin (ə) zühuruna inam İslam əqidələrindəndir. Həzrət Məhdinin (ə) zühuru məsələsi, həzrət Peyğəmbərin (s) zamanından bu günümüzə qədər bütün on dörd əsr boyu inkar edilməz bir həqiqət kimi qəbul edilmişdir. Tarix boyu səhabələr, alimlər, mühəddislər, ədiblər, şairlər və xəlifələr bu məsələni qəbul etmiş və ona etiqad bəsləmişlər. Dünyaya bir islahatçı ruhani şəxsiyyətin gəlişi, onun bu dünyanın çöhrəsini dəyişdirəcəyi, zülm və sitəm dolu bir dünyada ədalət və insaf aləmi yaradacağı məsələsi bütün səmavi kitablar və dini əqidələrdə qeyd edilmişdir. İslam peyğəmbəri (s) şiə və əhli-sünnə rəvayətlərinin bir çoxunun təsdiq etdiyi kimi belə buyurmuşdur: “Dünya zülm və sitəmlə dolu olan bir dövrdə (bəşər cəmiyyəti vəhşi bir icmaya çevrilən zaman) mənim on birinci övladım zühur edəcəkdir. Onun adı və künyəsi mənimlə eynidir, yəni “Məhəmməd Əbülqasim”dir. Onun zühur etməsilə bütün bədbəxtliklərə son qoyulacaq və İslam öz həqiqi mənasında bütün dünyada yayılacaqdır”. Bu xüsusiyyət məsum imamlara Peyğəmbərdən (s) irs olaraq çatmışdır. İmam zühur etdiyi bir vaxtda zəif insanlar güclülərə qələbə çalacaq. Bu isə Allah-taalanın Quranda bizə vəd etdiyi inkar olunmaz bir həqiqətdir: “Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək.”(1) Bəli, şiə və əhli-sünnə tədqiqatçılarının fikrincə bu geyim həzrət Məhdinin qamətinə ölçülüb-biçilmişdir. Odur bəşərin qurtuluşu və bu məsuliyyət məhz onun öhdəsinə qoyulmuşdur. Saleh bəndələrin müqəddəs yerə daxil olmaları yalnız O həzrətin rəhbərliyi sayəsində həyata keçəcək. Qurani-kərim bu barədə buyurur: “Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.”(2) Bu yazıda Həzrət Əlinin (ə) imam Məhdi (ə) barəsində buyurduğu kəlamlara işarə edəcəyik. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də imam Məhdi (ə) barəsində qabaqcadan xəbər verməklə O həzrətin rəhbərliyini birdaha təsdiqləyib: 1)…Allah-taala istədiyi bir vaxt sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni aşkar edənə qədər ləngiyəcəksiniz. Dünyaya üz tutmayan aranızdakı İmama tamah salmayın və qeybdə olan İmam-Zamandan ümidinizi üzməyin…(3) 2) “…Ey zəmanə camaatı, hər vəd olunmuş gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır. Agah olun, bizdən fitnələri görən kimsə (Sahib əz-zaman əccələllahu fərəcəh) həmin fəsadların zülmətindən aydın çıraqla (imamət və vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın və bir əsiri (cəhalət və nadanlığın buxovlarından) azad etsin. (Kafirlərin) Birliyini dağıdıb dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, nişanəsini görməz…”(4) 3) İmam Əli (ə) 138-ci xütbədə baş verəcək ağır hadisələrə (və on ikinci imamın zühuruna) işarə edərək buyurur: “Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu azmışları doğru yola gətirəcək). Camaatın Quranı öz düşüncə və rəyinə çevirdiyi vaxt rəyi Qurana qaytaracaq… Həzrətin zühurundan əvvəl çox cinayətlər olacaq. Agah olun, (xəbər verdiyim) sabah baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman) onların işlərini idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək. Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş və s. mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk edilmişlərini (qanunlarını) dirildəcək (Quranın hökmlərini və Həzrət Peyğəmbərin (s) sünnəsini icra edəcək). 4) …(Agah olun) günəş (İmamın xilafəti zahirən) şəfəq saçaraq aşkarlandı və parıldayan (haqq və ədalət) parladı, üzə çıxan (Həzrətin dövründə baş verən fitnə və döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük (nadanlıq və azğınlıq) düzəldi (aradan getdi). Allah-taala bir dəstəni (xəlifə və yoldaşlarını) başqa bir dəstəyə (İmam və ardıcıllarına), bir günü isə başqa bir günə döndərdi. Biz qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin yayılması üçün) vəziyyətin ruzigarın dəyişməsini gözləyirdik. (Haqq İmam ümmətin işləri üçün qiyam etməlidir və ümmətə də onu sevib tabe olmaq vacibdir. Çünki) Rəhbərlər (on iki İmam) yaradılmışlara (yol göstərmək) üçün Allaha (əmr və qadağalarına) tabe olub Onu bəndələrinə tanıtdırırlar. (Onların vasitəsi ilə Allah-taala tanınır və Ona sitayiş olunur. Buna görə də) Onları tanıyandan başqa kimsə cənnətə daxil olmaz…(5) 5) (İmami-Zaman) Hikmət (şeylərin həqiqətləri barəsindəki elm, zahidlik və ibadət) qalxanını geyinib və onu ona üz tutmaq, tanımaq və özünü (dünyaya bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin axtardığı itki və istədiyi arzudur. O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib (zəif) düşəndə və (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə çəkilər. O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət və nicat İmamları) yerdə qalanı və peyğəmbərlərin canişinlərinin canişinidir. اللّهُمَّ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ وَانْصُرْ ناصِرِيهِ وَ اخْذُلْ خاذِلِيهِ وَ اقْصِمْ قاصِمِيهِ وَ اقْصِمْ بِهِ جَبابِرَةَ الكُفْرِ وَ اقْتُلْ بِهِ الكُفّارَ وَالْمُنافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ امِينَ يا أَرْحَمَ الرّاحِمينَ “Allahım! Onun vasitəsilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona kömək edənə kömək et və onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları sındır. Onun vasitəsilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri, münafiqləri və bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!” (6) 6) Həzrət Əli (ə) buyurur: “Bilin! Atam anam o kəslərə fəda olsun ki, (məndən sonra yolunu azmışlara bələdçi və xalqın imamıdırlar və) onlar, adları göydə (mələklərin yanında) məşhur, yerdə (insanların çoxunun azğınlığına görə onların yanında) isə naməlum olan bir dəstədəndirlər. İşlərinizin dağınıqdan, (dini və dünyəvi) əlaqələrinizin kəsilməsindən, azyaşlı uşaqları iş başına gətirməyinizdən və (onları böyüklərə və qocalara) rəhbər etməyiniz səbəbindən üz verəcək hadisələrdən xəbərdar olun və gözləyin. Bu hadisələr o vaxt baş verəcək ki, (haram halala qalib gəldiyi üçün) möminə qılınc vurmaq halal yol ilə bir dirhəm qazanmaqdan daha asan olacaq… Məcburiyyət və naçar olmadan and içəcək və sıxıntıya düşmədən yalan deyəcəksiniz… Bu çətinlik nə qədər də uzun və bu arzu və ümidvarlıq (həmin çətinliklərdən qurtulmaq arzusu) necə də uzaqdır! Belə bir zamanda öz imamınızdan uzaqlaşmayın…” (7) 7) …(Yuxarıda xatırlanan məsələlərdə fikrə dalıb düşündükdən sonra) Öz yerinizdə oturun, bəla və çətinliyə səbirli olun, əl və qılınclarınızı dillərinizin istəklərində işə salmayın. Həmçinin Allahın yerinə yetirilməsini vəzifə kimi təyin etmədiyi şeyə tələsməyin.(8) 8) Allahım, bəli, yer üzü Allahın dinini dəlil və sübut ilə bərqərar edən şəxsdən boş olmaz. (Həmin şəxs) Ya (on bir imam kimi) aşkar və məşhurdur, ya da (fitnə-fəsada görə on ikinci imam – “Allah onun zuhurunu tezləşdirsin” – kimi) qorxu içində və məxfidir ki, Allahın aydın sübut və dəlilləri (peyğəmbərliyin nişanələri, dinin hökmləri, elm və mərifət) aradan getməsin. Onlar neçə və haradadırlar? (Yaxud nə vaxta kimi qorxu içində və məxfidirlər?) Allaha and olsun ki, onlar sayca çox az, Allah yanında məqam və böyüklük baxımından isə çox əzəmətlidirlər. Allah Öz aşkar dəlil və sübutlarını, onlar (dünyanın din, elm və hikmətdən boş qalmaması üçün) həmin dəlilləri öz bənzərlərinə tapşırana və qəlblərində əkənə qədər onların vasitəsilə qoruyur. Elm və bilik həqiqi bəsirətlə birdən onlara üz tutub və onlar asudəlik və sevinclə yəqinlik və inam əldə ediblər. Naz-nemət içində böyüyən insanlara çətin və ağır olan şeyləri yüngül və asan qəbul edərlər; (Onlar Allahın razılığını əldə etmək üçün dünyanın bütün çətinlikləri ilə keçinir və pəhrizkarlıq edərək dünyaya ürək bağlamırlar;) nadanların (kimsəsizlik, çətinlik, yoxsulluq və giriftarlıq kimi) qaçdıqları şeylərə adət ediblər və dünyada ruhları çox yüksək yerdən (Allahın rəhmətindən) asılmış bədənlərlə yaşayır. Allahın yer üzündəki xəlifə və canişinləri onlardırlar ki, (xalqı) Onun dininə dəvət edirlər. Ah, ah, onlarla görüşməyin çox həsrət və arzusundayam…(9) 9) İmam Əli (ə) (Məhəmməd Əhli-Beyti haqq dövlətinin zühuru barəsində) buyurmuşdur: “Dünya pis xasiyyətli və dişləyən dəvənin öz balasına tərəf qayıtması kimi bizə (Məhəmməd Əhli-Beytinə) qayıdaraq mehribanlıq edəcək.”(10) (O Həzrət) bunun arxasınca bu ayəni (“Qəsəs” surəsinin 5-ci ayəsi) oxudu: وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ “Yer üzündə zəif hesab olunanlara minnət qoyub (onlara qüdrət və əzəmət verib) onları imam və varislər (din və dünya başçıları) etmək istəyirik.” Əmirəl-möminin (ə) öz övladı həzrət Məhdi (ə) barəsində çoxlu sayda dəyərli sözlər buyurmuşdur. Qeyd etdiyimiz kəlamlar isə o sözlərin bir hissəsidir. Allah Onun zühurunu tezləşdirsin, Amin! Istifadə olunan ədəbiyyat: 1- “Qəsəs” surəsi, 5-ci ayə 2- “Ənbiya” surəsi, 105-ci ayə 3- “Nəhcül-bəlağə”, 100-cü xütbə 4- “Nəhcül-bəlağə”, 150-ci xütbə 5- “Nəhcül-bəlağə”, 152-ci xütbə 6- “Nəhcül-bəlağə”, 182-ci xütbə 7- “Nəhcül-bəlağə”, 187-ci xütbə 8- “Nəhcül-bəlağə”, 190-cı xütbə 9- “Nəhcül-bəlağə”, 147-ci hikmət 10- “Nəhcül-bəlağə”, 209-cu hikmət “Məhdiye muntəzər (ə) dər Nəhcül-bəlağe” Məhde Fəqih İmani  

İmam Məhdi (ə) 22.12.2024

İmam Məhdinin (ə.f) qiyamından əvvəl qiyam etmək və İslam dövləti qurmaq olarmı?

İmam Məhdinin (ə.f) qiyamından əvvəl qiyam etmək və İslam dövləti qurmaq olarmı? İmam Sadiqin (ə) əshabından biri belə bir rəvayət nəql edib ki, «اَلْزِمْ بَيْتَكَ وَ كُنْ حَلَساً مِنْ اَحْلاسِهِ وَ اسْكُنْ ما سَكَنَ اللَّيْلُ وَ النَّهارُ فَاِذا بَلَغَكَ اَنَّ السُّفْيانى قَدْ خَرَجَ فَارْحَلْ اِلَيْنا وَ لَوْ عَلى رِجْلِكَ» “Evinizdə olun və evin xalçalarından biri kimi olun! Gecə ilə gündüz sakin qaldığı kimi siz də sakin olun. Amma Süfyaninin xüruc xəbəri sizə çatdıqda, piyada da olsa bizə tərəf gəlin.” Buna bənzər başqa rəvayətlərimiz də var ki, Həzrət Məhdinin(ə.f) zühur nişanələri aşkar olmayana qədər qiyam etməyin! Bu rəvayətləri araşdırarkən diqqətinizi bir neçə mətləbə çəkmək istəyirəm. Müqəddəs İslam şəriətində pozulmağa icazə verilməyən müəyyən prinsiplər silsiləsi var, o cümlədən “əmr bil məruf əmr və nəhy ənil munkər” hansı ki, şübhə doğurmayan məsələlərdəndir. (Bu badədə çoxlu ayə və hədislərimiz var) İndi ilahi əmrlərin tapdalandığı, nəhylərin olunduğu və mərufların unudulduğu, zülm və fəsadın hər yerə yayıldığı bir mühitdəyiksə, təsirli bir qiyamla fəsad sistemini alt-üst edib, yerinə ilahi qanunlarla idarə ediləcək bir dövlət qururuqsa, belə bir fərziyyədə kimsə bunun haram olduğunu iddia edə bilərmi? Qısacası, fərz etsək ki, yuxardakı rəvayət (və ona bənzər rəvayətlər) İmam Məhdinin (ə.f) qiyamından əvvəlki qiyamların hər birini zəlalət hesab edir, əvvəla biz “xəbəri vahid”-lə əqidəmizi qura bilmərik. İkincisi isə bu Quranın və Əimmənin (ə) sirəsinə zidd bir şeydir. (Həzrət Peyğəmbərin (s) və Əimmənin (ə) həyatı ilə tanış olan hər bir kəs bunu rahatlıqla başa düşər.) Üçüncüsü bu rəvayətlərin müqabilində əlimizdə başqa rəvayətlər də var ki, hidayət çırağı olan İmamlarımız (ə) öz dövrlərində baş vermiş bəzi qiyamları tərifləmişlər, baxmayaraq ki, bu qiyamlar əsas hədəflərinə çatmamışdılar. Bu qiyamları necə haram etmək olar? Məsələn: “Zeyd ibn Əlinin (ə) qiyamı” müqəddəs qiyam kimi qeyd olunur; Mərhum Şəhid (r) öz “Qəvaidində” əmr be məruf və nəhy əz münkər bölməsində buyurur: “Zeydin xürucu İmamın (ə) icazəsi ilə olmuşdur” və Şeyx Müfid “İrşadda” buyurur: “ Zeyd İmam Baqirdən (ə) sonra İmam Səccadın (ə) ən üstün övladı idi. Təqvalı, alim, abid, səxavətli və cəsur biri idi. Qılıncla yaxşılıqları əmr edib, pislikdən çəkindirməyə və Kərbəla şəhidlərinin qanını almaqdan ötrü qiyam etdi”. Mərhum Əllamə Maməqani Zeyd ibn Əlinin fəziləti və mədhinə dair çoxlu rəvayətlər gətirir və onun məzəmmətinə daxil edilmiş bəzi zəif rəvayətləri mədh rəvayətləri ilə müqayisədə əhəmiyyətsiz və əsassız hesab edir. Mərhum Əllamə Məclisi Zeyd və onun qiyamı ilə bağlı xəbərlərdəki ixtilafları qeyd etdikdən sonra deyir: “Əksər əshab Zeydin məqamının böyüklüyünü və əzəmətini etiraf edirlər”. Əgər Həzrət Məhdidən (ə.f) əvvəlki qiyamlar səhv və müşriklərin qiyamıdırsa; Zeyd ibn Əlinin qiyamını necə tərifləmək olar?! Başqa bir misal olaraq, “Huseyn bin Əli”-nin (Fəx şəhidi) mədhinə olan rəvayətləri gətirmək olar. Hansı ki, İmam Həsən Müctəbanın (ə) nəvələrindən idi. Məkkə yaxınlığında Abbasilərlə olan döyüşdə özü və yaxın dostları şəhid olur. O həmin şəxsdir ki, Deybəl Xozai İmam Rzanın (ə) yanında “mədarise ayat” şeirində onu Əhli-Beytin (ə) böyük şəhidi kimi qələmə verir və İmam Rza (ə) etiraz etmir, əksinə əlavə edir: قُبُور بِكرُ فان و اُخرى بِطَيْبة * و اُخرى بِفَخٍّ نالَها صَلَواتى “Kufanda olan qəbirlər və digərləri Taybədə(Mədinədə) və digərləri isə Fəxxdə onlara salavatım yetişibdir” İmam Cavaddan (ə) gələn bir hədisdə oxuyuruq: “Peyğəmbər (s) Fəx torpağından keçirdi, minikdən düşdü və namaz qıldı. Elə ki, ikinci rükətə çatdı, namazda ağlamağa başladı. Ela ağladı ki, camaat da Həzrətə (s) baxıb ağladılar. Namazın salamından sonra Həzrətdən (s) niyə ağladığını soruşdular. Buyurdu: Cəbrayıl yanıma endi və mənə xəbər verdi: اِنَّ رَجُلا مِنْ وُلْدِكَ يُقْتَلُ فى هذا الْمَكانِ، اَجْرُ الشَّهيدِ مَعَهُ، اَجْرُ شَهيدَيْنِ “Sizin övladlarınızdan bir kişi bu torpaqda öldürüləcək, onunla şəhid olanın savabı iki şəhidin savabı qədərdir” Hətta İmam Cavad (ə) buyurub: لمْ يَكُنْ لَنا بَعْدالطَّفِّ مَصْرَع اَعْظَمُ مِنْ فَخٍّ “Kərbəla hadisəsindən sonra heç bir qətliam bizim üçün Fəx qırğını kimi olmadı” Huseyn ibni Əlinin (Fəx şəhidi) özündən rəvayət olunub ki, ما خَرَجْنا حَتى شاوَرْنا مُوسى بنِ جَعْفَر فَاَمَرْنا بِالْخُرُوجِ “Biz Musa bin Cəfərlə (ə) məsləhətləşmədən və O (ə) da bizə qiyam əmri vermədən biz qiyam etmədik” Bundan əlavə rəvayət varımızdır ki, Həzrət Məhdinin (ə.f) qiyamından əvvəl bir dəstə qiyam edəcək və Həzrətin (ə.f) qiyamı üçün zəminə yaradacaq. Tarixə nəzər saldıqda bu şəxslər haqqında ancaq xoş sözlər görürük. Baxmayaraq ki, bu cür hədislərimiz çoxdur, lakin biz yazının həcmini nəzərə alaraq bir rəvayət gətirməklə kifayətlənirik. İmam Kazim (ə) buyurub: رَجُلُّ مِنْ اَهْلِ قُمْ يَدْعُوا النّاسَ اِلَى الْحَقِّ يَجْتِمِعُ مَعَهُ قَوْم كَزُبُرِ الْحَديدِ لاتَزِلُّهُم الرِّياحُ الْعَواصِفُ وَ لايَمِلُّونَ مِنَ الْحَرْبِ وَ لايَجْبُنُونَ وَ عَلَى اللهِ يَتَوَكَّلُوْنَ وَ الْعاقِبَةُ لِلْمُتَّقينَ “Qum əhlindən bir nəfər qiyam edər və insanları haqqa tərəf dəvət edər, ətrafına dəmir parçaları kimi möhkəm bir izdiham toplanar. Şiddətli tufanlar onları sarsıtmaz və döyüşdən yorulmaz və qorxuya yol verməz və Allaha təvəkkül edərlər və aqibət əməlisalehlərindir!” Quranın zahirindən, Peyğəmbər (s) və Əimmənin (ə) sirəsindən və rəvayətlərdən bu qənaətə gəlirik ki, Həzrət Məhdinin (ə.f) qiyamından əvvəlki qiyamların bəziləri məşrudur (icazəlidir). Həzrətin (ə.f) qiyamından əvvəlki qiyamları məzəmmət edən azsaylı rəvayətləri isə aşağıda qeyd etdiyimiz yollarla həll etmək olar. 1) O rəvayətlərdən məqsəd İmamların (ə) və ya naiblərinin, onlar olmadıqda dinin böyüyü sayılan məracenin izni olmadan edilən qiyamlar batildir. 2) Məzəmmət edilən qiyamlar ona görə məzəmmət edilib ki, qiyam edənlərin məqsədi camaati özlərinə tərəf çəkmək olub, nəinki Ali Muhəmmədin (s) hədəflərinə doğru. Bu səbəbdən də məzəmmət olunublar. ( çoxsaylı hədislərimizdə buna işarə olunub) 3) Müəyyən vaxtlarda baş verən və bu cür qiyamlara hazırlıq olmadığı qiyamlara aiddir və İmamlarımız (ə) bu vaxtından əvvəl və yetişməmiş qiyamların qarşısını almaq üçün bu sözləri söyləmiş və onları qadağan etmişlər. Sonda İslam ümmətini zalımlara qarşı ayağa qalxmağa, məzlumları dəstəkləməyə və ədaləti bərqərar etməyə çağıran Quranın ümumi dəvətlərinə nəzər salırıq. Nisa surəsinin 75-ci ayəsində oxuyuruq: وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ وَلِيًّا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ نَصِيرًا “Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) – həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!” Aydındır ki, ədalət və ədaləti bərqərar etməkdən və ya məzlumları müdafiə etməkdən və zalımlarla mübarizədən bəhs edən bu ayə və buna bənzər ayələr müəyyən bir zaman və məkanla məhdudlaşmır və İslamın əsas prinsiplərindən biridir və harada olursa olsun, bu müqəddəs hədəfin zəminələri hazır olsa, vaxt itirmədən onu icra etmək lazımdır. İltimasi dua.