Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İbrətamiz hekayələr 11.09.2026

Hеyranedici mühakimə

Birinci hissəDaşqalaq hökmüHicri 23-cü ilMiladi 643-cü il​— Ata! bizdən ötrü çox zəhmət çəkmisən. Haqqını bizə halal et!​— İlahi, atama xeyirli mükafat nəsib et!​— Qardaşlarım! Qalxın, dəfn fürsətini əldən verməyək.​Növbəti günün səhəri qoca kişini dəfn edib qəbir evinə tapşırdılar.​— İlahi! Həyat yoldaşımın varislərinə necə deyim ki, bəlkə də mən hamiləyəm?!​Bir müddət keçdi və həmin gənc qadın bir oğlan uşağı dünyaya gətirdi. Qoca kişinin övladları həmin oğlan uşağını qəbul etmədilər və irsdən pay almasın deyə, qadına zina böhtanı atdılar. Hökm çıxarılması və icra olunması üçün birlikdə dövrün hakiminin yanına getdilər.​— Cənab hakim! Bu qadın iddia edir ki, bu oğlan atamızın sağlığında vücuda gəlib.Atamız o qədər qoca idi ki, artıq belə bir qabiliyyəti və gücü yox idi.​— Özünü müdafiə etmək üçün bir sözün varmı?​— Allaha and içirəm ki, mən bu günaha qurşanmamışam. Doğru deyirəm, bu oğlan uşağı sizin atanızındır.​Hakim bir qədər düşünüb dedi:— Məncə, bu qadının təqdim etdiyi dəlillər və qoca kişinin fiziki vəziyyəti mənə aydınlaşdırır ki, bu qadın zinakardır və uşaq o qoca kişidən deyil. Bu oğlan uşağı irsdən pay almayacaq, anasının hökmü isə daşqalaqdır.​Daşqalaq hökmü elan edildikdən sonra qadının əllərini bağlayıb icra üçün şəhər meydanına gətirdilər. Hökmün icrası üçün hər şey hazır idi ki, qəfil Əmirəlmöminin Əli (ə) gəlib çatdı.​Ardı var...​İkinci hissəni izləmək üçün səhifəmi mütləq izləyin..