Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 11

Ali-İmran surəsi, 15-17-ci ayələr

Ali-İmran surəsi, 15-17-ci ayələr



قُلْ أَؤُنَبِّئُكُمْ بِخَيْرٍ مِنْ ذَلِكُمْ لِلَّذِينَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُطَهَّرَةٌ وَرِضْوَانٌ مِنَ اللَّهِ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ .١٥


الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ .١٦


الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنْفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ .١٧


Ayələrin tərcüməsi



15\. De: "Sizə bundan (maddi sərmayələrdən) daha yaxşısı barədə xəbər verimmi? Təqvalılar üçün Rəbləri yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları bağlar, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarının (əməllərini) görür.

16\. "Ey Rəbbimiz! Biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi (Cəhənnəm) odun(un) əzabından qoru!” – deyənlər –

17\. (çətinliklər qarşısında, itaət və günahı tərk etmək yolunda) əzmkarlıq göstərən, doğru danışan, (Allaha) müti olan, (malından Allah yolunda) xərcləyən və sübh vaxtı bağışlanma diləyən kimsələrdir.

Ayələrin təfsiri.



Təqvalıların mükafatı.

Əvvəlki ayədə insanın maddi dünya həyatında maraq göstərdiyi şeylər barədə danışıldı. Burada isə müqayisə üçün Allahın axirət aləmindəki nemətlərinə və insanın təkamül yolu istiqamətindəki yüksəlişinə işarə edərək buyurur: “De: "Sizə bundan (maddi sərmayələrdən) daha yaxşısı barədə xəbər verimmi?”

Sonra məsələnin təfsilatına keçərək buyurur: “Təqvalılar üçün Rəbləri yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları bağlar, pak zövcələr və Allahın rizası vardır". Allah qullarının (əməllərini) görür”.

Dünya bağlarından fərqli olaraq, Cənnət bağlarından axan su heç vaxt kəsilmir.

Dünyanın ötəri və müvəqqəti maddi nemətlərindən fərqli olaraq, axirət nemətləri əbədi və daimidir.

Dünya gözəllərindən fərqli olaraq, axirət zövcələrinin vücud və ruhunda heç bir mənfi cəhət yoxdur və onlar bütün eyib və nöqsanlardan pakdırlar.

Bunların hamısı bir tərəfə, mənəvi nemətlərin ən üstünü olan “Allahın rizası" bir tərəfə! Bəli, təsəvvürdən xaric bu mənəvi nemət də təqvalıların intizarındadır.

(əunəbbiukum) (sizə xəbər verimmi?) ifadəsi sual cümləsidir və onun verilməsində məqsəd insanın ağıl, fitrət və düşün- cəsindən cavab almaq və dinləyiciyə daha çox təsir göstərməkdir. Digər tərəfdən (əunəbbiukum) (sizə ... xəbər verimmi?) ifadəsinin kökü (inba) sözüdür və ondan adətən mühüm xəbərlərdə istifadə edilir.

Qurani-Kərim bu ayədə imanlı şəxslərə buyurur ki, əgər halal dünya həyatı ilə qane olsalar, qeyri-qanuni ləzzətlərdən, üsyankar nəfsi istəklərdən, başqalarına zülm və sitəm etməkdən çəkinsələr, Allah- taala onlara bütün eyib və nöqsanlardan pak, üstün maddi və mənəvi ləzzətlər nəsib edər.

Görəsən, Cənnətdə maddi nemətlər də vardırmı?

Bəziləri elə güman edirlər ki, maddi ləzzətlər ancaq bu dünyaya aiddir, axirətdə isə belə ləzzətlər mövcud deyil. Quran ayələrində Cənnət bağları, müxtəlif meyvələr, axar sular və gözəl zövcələr barəsindəki ifadələrin hamısı mənəvi məqamlar, nemətlər barədə məcazi ifadələr və “camaatla ağılları səviyyəsində danış” qismindəndir.

Lakin bu yanlış təsəvvürdür. Əgər biz Quranın aşkar ayələrinə əsasən, məadın cismani olmasını qəbul ediriksə, bu zaman onların hər ikisinə (cisim və ruha) uyğun, lakin daha yüksək səviyyədə nemətlər olmalıdır. Bu ayədə onların hər ikisinə - həm cismani, həm də ruhi məada uyğun olanlara işarə edilib.

Əslində, axirətin bütün maddi nemətlərini mənəvi nemətlər barədə məcaz hesab edənlər Quran ayələrinin zahirini heç bir səbəb olmadan başqa cür yozaraq cismani mǝad və onun zərurətlərini unutmaqdan və inkar etməkdən əlavə, həm də eklektik məktəblərin təsiri altına düşüblər.

Bəlkə də, ayənin sonundakı “Allah qullarının (əməllərini) görür” cümləsi həmin həqiqətə işarə edir. Yəni insanın cisim və ruhunun hər birinin nə istədiyini bilən və hər ikisinin istəklərini ali şəkildə təmin edən Odur.

Sonrakı iki ayədə əvvəlki ayədə qeyd edilən bəndələrin xüsusiyyətlərini sadalayır və onların altı bariz sifətini qeyd edir:

1\. Onlar bütün vücudları ilə öz Rəbbinə üz tutublar, iman onların qəlbini işıqlandırıb. Buna görə də onlar öz əməlləri barədə böyük məsuliyyət hiss edirlər. Buyurur: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi (Cəhənnəm) odun(un) əzabından qoru” deyənlər.

2\. "Səbr və əzmkarlıq göstərən..." Onlar Allaha itaət yolunda qarşıya çıxan çətinliklər və günahlar qarşısında, fərdi və ictimai sıxıntılarla üzələşən zaman təmkin və dözümlülük nümayiş etdirirlər.

3\. "Doğru danışan...". Həm sözdə, həm də əməldə doğruçudurlar, batində etiqad bəslədiklərinə zahirdə əməl edirlər, ikiüzlülük, yalan, saxtakarlıq və xəyanətdən uzaqdırlar.

4\. “(Allaha) müti olan...". Allaha bəndəlik yolundadırlar və daim Ona bəndəlik edirlər.

5\. "(Malından Allah yolunda) xərcləyən..."

Onlar yalnız mallarından deyil, malik olduqları bütün maddi va mənəvi nemətlərdən ehtiyacı olanlara bağışlayırlar.

6\. “Və sübh vaxtı bağışlanma diləyən kimsələrdir”.

Onlar qafil və nadanların yuxuda olduğu, maddi aləmdə olan çaxnaşmanın yatdığı və möminlərin qəlbində həqiqi dəyərlərə xüsusi diqqətin yarandığı həmin vaxt Allah qarşısında səcdəyə qapanar, Onun əzəmət və calal nurunda qərq olar, bütün vücudları tövhid zümzüməsi edər və günahlarının bağışlanmasını diləyərlər. Səhərin açılması ilə gecənin zülməti yox olur və Allahın ümumi mərhəməti dünyaya yayılır. Aşiqanə səhər zümzümələrinin ardınca səhərin açılması ilə onların da qəlbindən qəflət və günah pərdələri kənara çəkilər, qəlblərinə Allahın rəhmət, bağışlanma və dərkedilmə nuru işıq saçar.

İncəliklər:



1\. Hədislərin birində son ayənin təfsiri barədə İmam Sadiqdən (ə) belə nəql edilib: "Kim "vitr namazı'nda (gecə namazının son rükətində) yetmiş dəfə "əstəğfirullahə Rəbbi və ətubu iləyh" desə və bu işi bir il davam etdirsə, Allah-taala onu "sübh vaxtı bağışlanma diləyən”lərin sırasına daxil edər, Öz əfv və mərhəmətini ona şamil edər”.

2\. Ayənin ərəbcə orijinalında işlənmiş (səhər) sözünün mənası “örtülü və gizli olmaq"dır. Gecənin son saatlarında hər şeyin üzərinə örtük çəkildiyi üçün ona “səhər” deyiblər. (sehr) sözü də həmin kökdəndir. Çünki sehrbaz sirri başqalarına gizli olan işlər görür. Ərəblər bəzən ağ ciyərə də (səhər) deyirlər və bunun səbəbi onun daxilinin örtülü olmasıdır.

Allahdan bağışlanma diləmək günün bütün saatlarında yaxşı olduğu halda, nə üçün ayədə günün müxtəlif vaxtları arasından ancaq səhərə işarə edilib?

Bunun səbəbi səhərin aramlıq və sakitliyinin, maddi işlərə ara verilməsinin, yuxu və istirahətdən sonra insanda yaranan ruh yüksəkliyinin insanın Allaha daha diqqətlə üz tutmasına zəmin yaratmasıdır. Bunu təcrübə ilə də asanlıqla başa düşmək mümkündür. Hətta bir çox alimlər öz elmi problemlərinin həll edilməsi üçün həmin vaxtdan istifadə ediblər. Çünki həmin vaxt insanın düşüncə və ruhunun çırağı digər vaxtlardan daha işıqlı olur. İbadətin ruhu istiğfar, diqqət və fikrin cəmlənməsi olduğu üçün həmin vaxt ibadət etmək və Allahdan bağışlanma diləmək bütün digər vaxtlardan daha qiymətlidir.