Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 111
Bəqərə surəsi, 221-ci ayə
Bəqərə surəsi, 221-ci ayə
وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ .٢٢١
Ayənin tərcüməsi
221\. Müşrik (və bütpərəst) qadınlar iman gətirməyincə onlarla evlənməyin. (Hətta cariyələrlə evlənməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirmiş bir cariyə, (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) heyran olduğunuz (azad) müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyincə mömin qadınları (onlara) ərə verməyin. (Hətta onları imanlı kölələrə ərə verməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirən bir kölə (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) məftun olduğunuz (azad) müşrik bir kişidən daha yaxşıdır. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırırlar. Allah isə sizi Öz fərmanı ilə Cənnətə, bağışlanmağa doğru səsləyir. O, Öz ayələrini insanlara açıqlayır ki, bəlkə, xatırlasınlar.
Ayənin nazilolma səbəbi.
Həzrət Peyğəmbər (s) Mərsǝd adlı şücaətli bir şəxsi Mədinədən Məkkəyə göndərir ki, oradakı müsəlmanları onun yanına gətirsin. O, Həzrət Peyğəmbərin (s) əmrini icra etmək üçün Məkkəyə daxil olur və orada cahiliyyət dövründən tanıdığı Ənaq adlı gözəl qadınla rastlaşır. Həmin qadın onu keçmişdə olduğu kimi, günaha dəvət edir. Lakin artıq müsəlman olmuş Mərsəd onun istəyini qəbul etmir. Qadın onunla icazəsindən asılı olduğunu deyir. Beləliklə, Mərsǝd ona tapşırılan işi evlənməyi təklif edir. Mərsəd isə bu işin Həzrət Peyğəmbərin (s) yerinə yetirib Mədinəyə qayıdır və baş verən hadisəni Həzrət Peyğəmbǝrǝ (s) danışır. Həmin vaxt bu ayə nazil olur və buyurur ki, müşrik və bütpərəst qadınların müsəlman kişilərlə evlənmək ləyaqəti yoxdur.
Ayənin təfsiri.
Müşriklərlə evlənmək qadağandır.
Öncə qeyd edilən nazilolma səbəbindən də göründüyü kimi, bu ayə müşriklərlə evlənmək barəsindəki suala cavabdır. Buyurur: “Müşrik (və bütpərəst) qadınlar iman gətirməyincə onlarla evlənməyin”.
Sonra onları müqayisə edərək buyurur: "Allaha iman gətirmiş bir cariyə, heyran olduğunuz (azad) müşrik bir qadından daha yaxşıdır”.
Düzdür, ürfdə insanlar gözəl və zəngin müşrik qadınla evlənmək imkanı olan yerdə kənizlə (nə çox gözəlliyi, nə də malı olan kənizlə) evlənməyə elə də maraq və rəğbət göstərmirlər.
Lakin müqayisə zamanı imanın dəyəri tərəzinin kəniz olan gözünü daha ağır edir. Çünki evlənmək yalnız cinsi kam almaq məqsədi daşımır. Qadın insanın həyat yoldaşı, övladlarının tərbiyəçisi və şəxsiyyətinin yarısıdır. Belə olan halda, şirk və onun acı nəticələrini zahiri gözəlliklə, mal və sərvətlə dəyişmək olarmı?!
Sonra bu hökmün başqa bir hissəsinə işarə edərək buyurur: “Həmçinin müşrik kişilər Allaha iman gətirməyincə mömin qadınları (onlara) ərə verməyin. (Hətta onları imanlı kölələrə ərə verməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirən bir kölə (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) məftun olduğunuz (azad) müşrik bir kişidən daha yaxşıdır".
Deməli, mömin kişilərin müşrik və bütpərəst qadınlarla evlənməsi qadağan edildiyi kimi, müşrik kişilərin də mömin qadınlarla evlənməsi qadağandır və imanlı qullar gözəl, zəngin və zahirdə şəxsiyyəti olan kafir kişilərdən üstündürlər. Hökmün bu hissəsi daha çətin və ağırdır. Çünki ərin arvada təsiri arvadın ǝrǝ təsirindən daha çoxdur.
Sonra bu ilahi hökmün məqsədinin düşüncələri işə salmaq olduğunu bəyan edərək buyurur: “Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırırlar. Allah isə sizi Öz fərmanı ilə Cənnətə, bağışlanmağa doğru səsləyir”.
Və ayənin sonunda buyurur: “O, Öz ayələrini insanlara açıqlayır ki, bəlkə, xatırlasınlar”.
İncəliklər:
1\. Müşriklərlə evlənməyin haram edilməsinin fəlsəfəsi Sözügedən ayə qısa bir cümlə ilə bu hökmün fəlsəfəsini bəyan edib. Əgər biz o qısa cümlənin mənasını açmaq istəsək, onun mənası belə olacaq: nəsil artımı, övlad tərbiyə etmək və cəmiyyətin çoxalmasının əsas təməli evlilikdir. Ailədə mövcud olan tərbiyə mühiti övladların taleyinə olduqca böyük təsir göstərir.
Bu məsələdə bir tərəfdən genetikanın inkaredilməz təsirləri, digər tərəfdən də tərbiyənin körpəlikdəki mütləq təsirləri rol oynayır. Çünki körpələr ata-ananın yanında böyüyüb tərbiyə alırlar və təsirə məruz qalıb formalaşmanın ən mühüm illərində onların nəzarəti altında olurlar.
Digər tərəfdən, şirk müxtəlif sapmaların mənbəyi, insanı həm dünyada, həm də axirətdə yandıran oddur. Buna görə də Quran müsəlmanlara nə özlərini, nə də övladlarını bu odun içinə atmaq icazəsi vermir.
Bundan əlavə, İslama yad hesab edilən müşriklər evlənməklə müsəlmanların ailələrinə daxil olsalar, İslam cəmiyyəti hərc-mərcliyə, daxili düşmənlərin nüfuzuna məruz qalar. Əlbəttə, bu, onların öz şirk və bütpərəstlik etiqadında qaldıqları zamana qədərdir. Lakin iman gətirərək müsəlmanların sırasına qoşula və evlənmək üçün müslman- lara layiq olmaq imkanı əldə edə də bilərlər.
Ayənin ərəbcə orijinalında işlənmiş (nikah) sözü həm “cinsi yaxınlıq” həm də “evlənmək” mənasında işlənir. Burada məqsəd evlənməkdir. Rağib özünün “Müfrədat” kitabında yazır: (nikah) sözünün əsl mənası "kəbin"dir və sonradan o, məcazi olaraq "cinsi yaxınlıq" barəsində işlədilmişdir.
2\. Müşrik kimdir?
"Müşrik" sözü Quranda adətən bütpərəstlər barəsində işlədilmişdir. Lakin bəzi təfsirçilərin nəzərincə, "müşrik" sözü yəhudi, xaçpərəst və zərdüştiliyə (ümumilikdə kitab əhlinə) də şamil olur. Çünki bu dinlərin nümayəndələrinin hər biri Allaha şərik qoşur. Xaçpərəstlər üç tanrıya (üç üqnuma), zərdüştilər isə iki tanrıya - Hörmüz və Əhrimənə etiqad bəsləyirlər. Həmçinin yəhudilər Üzeyri Allahın oğlu hesab edirlər.
Bu etiqadlar şirkə səbəb olsa da, Quranın bir çox ayələrində müşriklər kitab əhli ilə qarşı-qarşıya qoyulduğu, həmçinin yəhudilik, xaçpərəstlik və zərdüştilik həqiqi peyğəmbər və səma kitabına malik olduğu üçün Quranın “müşrik” sözündən məqsədinin bütpərəstlər olması məlum olur.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş məşhur hədisdə o Həzrətin vəsiyyət edərkən: “Müşrikləri Ərəbistan yarımadasından çxarın!" -deyə buyurması da bizim bu iddiamıza dəlalət edir. Çünki kitab əhli Ərəbistan yarımadasından çıxarılmayıb və onlar Quranın göstərişinə əsasən, dini azlıq kimi cizyə ödəməklə İslam hökumətinin amanında yaşayıblar.
3\. Bu ayə nəsx edilməyib.
Bəzi təfsirçilər sözügedən ayədəki hökmün “...həmçinin sizdən əvvəl kitab verilmişlərdən olan azad və ismətli qadınlar..." ayəsi ilə nǝsx edildiyini və kitab əhli ilə evlənməyə icazə verildiyini deyiblər.
Həmin təfsirçilərdə belə bir təsəvvürün yaranmasının səbəbi onların sözügedən ayənin bütün kafirlərlə evlənməyi haram etdiyini güman etmələri olub. Buna görə də onlar kitab əhlindən olan kafirlərlə evlənməyə icazə verən "Maidə” surəsinin 5-ci ayəsinin həmin ayəni nəsx etdiyini (və ya onun mənasını məhdudlaşdıraraq ona istisna qail olduğunu) zənn ediblər. Lakin #### Ayənin təfsirində qeyd edilənlərdən belə məlum olur ki, sözügedən ayə yəhudi və xaçpərəst kimi kitab əhlindən olan kafirlərlə evlənməyi deyil, yalnız bütpərəstlərlə evlənməyi nəzərdə tutur. (Əlbəttə, kitab əhlindən olan kafirlərlə evlənmək deyəndə ayədə mövcud olan nişanələrdən, həmçinin Əhli-beyt (ə) hədislərindən belə məlum olur ki, yalnız müvəqqəti nikah nəzərdə tutulur.)
4\. Ailə quranda diqqətli olmaq, araşdırma aparmaq lazımdır Bəzi müasir təfsirçilər burada incə bir məqama işarə ediblər. Sözügedən ayədə və ondan sonra gələn 21 ayədə ailə qurmağa aid hökmlərin müxtəlif cəhətləri barədə on iki hökm bəyan edilib:
1\. Müşriklərlə evlənməyin hökmü
2\. Heyz zamanı cinsi yaxınlıq etməyin haram olması
3\. “İla” məsələsinin müqəddiməsi kimi and içməyin hökmü
4\. "İla" və onun ardınca talağın hökmü
5\. Talağı verilmiş qadınların “iddə" saxlaması
6\. Talaqların sayı
7\. Həyat yoldaşını ya yaxşı saxlamaq, ya da yaxşılıqla boşamaq
8\. Körpələrə süd verməyin hökmü
9\. Əri vəfat etmiş qadının iddəsi
10\. İddəsi qurtarmamış qadına elçilik etmək
11\. Cinsi yaxınlıqdan əvvəl boşanan qadının mehriyyəsizl
12\. Qadına həyat yoldaşı vəfat etdikdən və ya boşandıqdan sonra hədiyyə verməyin hökmü.
Ümumilikdə bu hökmlər barəsindəki əxlaqi tövsiyələrdən işlədilən ifadələrdən məlum olur ki, ailə qurmaq Allaha ibadətin bir növüdür və o, fikir və düşüncə ilə həyata keçirilməlidir.