Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 12

Ali-İmran surəsi, 18-ci ayə

Ali-İmran surəsi, 18-ci ayə



شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ .١٨


Ayənin tərcüməsi



18\. Allah ədaləti bərqərar edərək (yaranış aləmində vahid nizam yaratmaqla) Özündən başqa heç bir məbudun olmadığına şahidlik edir. Mələklər, elm sahibləri də (buna ayrı-ayrı şəkillərdə) şahidlik edirlər. Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur, həm qüdrət, həm də hikmət sahibidir.

Ayənin təfsiri.



Hamı Onun təkliyinə şahidlik edir.

Bu ayədə tövhid və Allahı tanımağın bəzi dəlillərinə və bu yolun aydınlığına işarə edərək buyurur: "Allah ədaləti bərqərar edərək (yaranış aləmində vahid nizam yaratmaqla) Özündən başqa heç bir məbudun olmadığına şahidlik edir. Mələklər, elm sahibləri də (buna ayrı-ayrı şəkillərdə, dəlil, ayə və nişanələrə istinad edərək) şahidlik edirlər”.

Bütün bunları nəzərə aldıqdan sonra bir daha məlum olur ki, "Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur, həm qüdrət, həm də hikmət sahibidir”.

Buna görə də gərək, siz də Allah, mələklər və alimlərlə səs-səsə verə və tövhid "nəğməsi" oxuyasınız.

İncəliklər:



1\. Allah Öz təkliyinə necə şahidlik edir?

Allahın şahidlik etməsi deyildikdə Onun sözlə deyil, əməl ilə şahidlik etməsi nəzərdə tutulur. Yəni Allah-taala vahid sistemin hakim olduğu, hər yerində eyni qanunların hökm sürdüyü, eyni proqram əsasında idarə olunan, əslində, bir-birinə birləşmiş və vahid sistem təşkil edən aləm yaratmaqla əməli olaraq sübut edib ki, dünyada bir yaradan və məbud var və onların hamısı bir mənbədən qaynaqlanır. Bu vahid sistemin yaradılması Allahın Öz zatının birliyinə şahidlik etməsidir.

Lakin mələk və alimlərin şahidliyi söz xarakterlidir. Çünki onların hər biri bu həqiqəti özünə layiq sözlə etiraf edir. Quran ayələrində bu cür fərqlər çoxdur. Məsələn, “Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər” ayəsində Allah tərəfindən göndərilən salavat ilə mələklər tərəfindən göndərilən salavat fərqli şeylərdir. Allah tərəfindən salavat göndərilməsi deyilərkən Onun rəhmət göndərməsi, mələklər tərəfindən salavat göndərilməsi deyilərkən isə mələklərin Allahdan Peyğəmbərə rəhmət diləməsi nəzərdə tutulur.

Əlbəttə, mələklərin və alimlərin şahidlik etməsinin əməli tərəfi də var. Çünki onlar yalnız Ona ibadət edir və Ondan başqa heç bir məbud qarşısında baş əymirlər.

2\. "Ədaləti bərqərar edərək” ifadəsində məqsəd nədir? Ayənin ərəbcə orijinalında işlənmiş "ədaləti bərqərar edərək” ifadəsi qrammatik cəhətdən (şəhidə) feilinin subyektinin, yəni “Allah” sözünün tərzi-hərəkət zərfliyidir. Yəni Allah-taala varlıq aləmində ədaləti bərqərar edərək Özünün təkliyinə şahidlik edir.

Bu cümlə Onun şahidlik etməsinin dəlilidir. Çünki ədalətin həqiqəti orta və düz yolu seçmək, hər hansı ifrat, tǝfrit və sapıntıdan uzaq olmaqdır. Orta və düz yol həmişə bir olur, birdən çox olmur. “Ənam” surəsinin 153-cü ayəsində belə buyurur:

"Bu. Mənim düz yolumdur. Onu tutub gedin. Sizi haqq yoldan sapdıracaq ayri yollarla getməyin".

Bu ayədə Allahın yolunun bir, Allahdan uzaq əyri yolların isə çox olduğu bildirilib. Çünki ayədə “düz yol" ifadəsi tək, "əyri yollar" ifadəsi isə cəm şəklində gətirilib.

Bütün bunlardan belə nəticə çıxır ki, ədalət həmişə vahid sistemlə birgə olur və vahid sistem vahid başlanğıcın göstəricisidir. Buna görə də yaradılış aləmində həqiqi ədalətin mövcud olması yaradanın birliyinə dəlalət edir. (Diqqət edin!)

3\. Alimlərin məqamı.

Bu ayədə həqiqi alimlər mələklərlə eyni sırada dayanır və bu, alimlərin başqalarından üstün olmasının göstəricisidir. Alimlərin üstün olmasının səbəbi onların öz elmləri sayəsində həqiqətləri bilib ən böyük həqiqəti – Allahın təkliyini etiraf etmələridir.

Ayə bütün alimlərə şamil olur. Ayənin təfsiri barəsində nəql edilmiş bəzi hədislərdə ayədəki "elm sahibləri” ifadəsinin məsum İmamlar (ə) mənasında təfsir edilməsinin səbəbi onların "elm sahibləri" ifadəsinin ən bariz nümunəsi olmalarıdır.

Mərhum Təbərsi "Məcməül-bəyan" kitabında Cabir ibn Abdullah Ənsaridən, o da Həzrət Peyğəmbərdən (s) belə nəql edib: “Yatağına söykənib öz elmi barədə fikirləşən alimin bir saatı abidin yetmiş il ibadətindən yaxşıdır”

4\. Ayədə (Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur) cümləsi təkrar edilib. Bəlkə də, bu təkrar Allahın, mələklərin və alimlərin şahidlik etməsini eşidən hər bir kəsin onların şahidliyinə qoşulmasının və məbudun bir olmasına şəhadət verməsinin gərəkliliyinə işarədir.

"Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur" cümləsi Allaha təzim haqqının ödənməsi və tövhidin izhar edilməsi məqsədi daşıdığı üçün o, Allahın qüdrət və hikmət sahibi olmasını ifadə edən (əl- əziz) və (əl-həkim) sifətləri ilə sona çatdırılmışdır. Çünki ədalətin bərqərar edilməsi üçün qüdrət və hikmət lazımdır. Varlıq aləmində ədaləti yalnız hər şeyə qadir və hər şeydən xəbərdar olan Allah bərqərar edə bilər.

5\. Bu ayə Həzrət Peyğəmbərin (s) həmişə xüsusi önəm verdiyi və dəfələrlə müxtəlif yerlərdə oxuduğu ayələrdəndir. Zübeyr ibn Əvam belə nəql edib: "Ərəfə gecəsi Həzrət Peyğəmbərin (s) yanında idim və onun bu ayəni təkrar-təkrar oxuduğunu gördüm”.