Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 14
Ali-İmran surəsi, 20-ci ayə
Ali-İmran surəsi, 20-ci ayə
فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ وَقُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ .٢٠
Ayənin tərcüməsi
20\. Əgər səninlə mübahisəyə qalxsalar, (onlarla mübahisə etmə,) de: "Mən və ardıcıllarım özümüzü Allaha təslim etmişik!” Kitab göndərilmişlərə (yəhudi və xristianlara) və savadsızlara (müşriklərə) isə de: "Siz də təslim olursunuzmu?” Əgər (Haqqın fərmanı və məntiqi qarşısında) təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (narahat olma, çünki) sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah bəndələrini görür.
Ayənin təfsiri.
Mübahisə və çəkişmədən çəkin!
Əvvəlki ayədə toxunulan dini ixtilaflar mövzusunun ardınca bu ayədə həmin ixtilafların bəzilərinə - yəhudi və xaçpərəstlərin İslam Peyğəmbəri (s) ilə mübahisə etməsinə işarə edərək buyurur: "Əgər səninlə mübahisəyə qalxsalar, (onlarla mübahisə etmə,) de: "Mən və ardıcıllarım özümüzü Allaha təslim etmişik!”
Ayənin ərəbcə orijinalında işlənmiş (haccukə) sözünün kökü (muhaccət)dir və onun mənası “bir əqidə və ya məsələ barədə mübahisə etmək, ona dəlil gətirmək və onu müdafiə etmək”dir.
Təbii ki, hər hansı bir din tərəfdarları öz əqidələrini müdafiə edir və özlərini haqq tərəfdarı kimi göstərirlər. Buna görə də Quran İslam Peyğəmbərinə (s) buyurur ki, ola bilər kitab əhli (yəhudi və səninlə mübahisə etsin və özünün haqq qarşısında təslim olduğunu xaçpərəstlər) desin, hətta Nǝcran xaçpərəstləri kimi bu işdə israrlı olsun.
Allah-taala bu ayədə Öz Peyğəmbərinə (s) göstəriş verir ki, onlarla mübahisə etməkdən çəkin və onları doğru yola istiqamətləndirmək və mübahisəyə son qoymaq üçün belə de: “Kitab göndərilmişlərə (yəhudi və xristianlara) və savadsızlara (müşriklərə) isə de: "Siz də təslim olursunuzmu?”
"Əgər (Haqqın fərmanı və məntiqi qarşısında) təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (narahat olma, çünki) sənin öhdənə düşən ancaq təbliğ etməkdir”.
Məqsəd dildə təslim olmaq və bunun iddiasını etmək deyil, Haqq qarşısında həqiqi və əməli şəkildə təslim olmaqdır. Əgər onlar sənin dəvətinin aydın olmasını, dəlil və sübuta əsaslanmasını nəzərə alıb haqq söz qarşısında təslim olsalar, şübhəsiz, iman gətirəcəklər. Əgər iman gətirməsələr, haqqa təslim olmayıblar, sadəcə, dildə İslam və haqq qarşısında təslim olmaq iddiası edirlər. Sənin vəzifən dəlil-sübutla ilahi tapşırıqları çatdırmaqdır. Əgər onlarda haqpərəstlik ruhu olsa, onu qəbul edəcəklər. Əgər qəbul etməsələr, sən vəzifəni yerinə yetirmiş sayılırsan.
Ayənin sonunda buyurur: "Allah bəndələrini görür”.
O, yalandan təslim olmaq iddiası edənləri həqiqi təslim olanlardan ayırd edə bilir, mübahisə edənlərin hansı məqsədlə mübahisə etmələrindən xəbərdardır, hamının yaxşı və pis əməlindən agahdır və hər kəsə özünə münasib əvəz verəcək.
İncəliklər:
1\. Bu ayədən dolayısı ilə belə məlum olur ki, düzgün məntiqə təslim olmayan inadkar insanlarla mübahisə etməkdən çəkinmək lazımdır.
2\. Ayənin ərəbcə orijinalında işlənmiş (yazıb-oxumaq bilməyənlər) sözündə məqsəd müşriklərdir. Müşriklər barəsində belə ifadə işlədilməsinin səbəbi müşriklərin səma kitabının olmaması və bu səbəbdən yazıb-oxumağı öyrənmək məcburiyyətində qalmalarıdır.
3\. Həzrət Peyğəmbərin (s) dəvət metodu heç vaxt hansısa bir fikir və ya əqidəni məcbur qəbul etdirmək olmayıb. O Həzrət (s) həqiqətləri camaata aydınlaşdırmağa çalışıb və sonra onları haqqa tabe olmaq barədə qərar qəbul etmələri üçün sərbəst buraxıb.