Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 15

Ali-İmran surəsi, 21 və 22-ci ayələr

Ali-İmran surəsi, 21 və 22-ci ayələr



إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ .٢١


أُولَئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ .٢٢


Ayələrin tərcüməsi



21\. Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənləri ağrılı əzabla müjdələ.

22\. Onların əməlləri (bu böyük günahlarına görə) həm bu dünyada, həm də axirətdə puça çıxacaq, yardımçıları (şəfaətçiləri) olmayacaqdır.

Ayələrin təfsiri.



Onların itaətsizliklərinin nişanəsi.

İslam Peyğəmbəri (s) ilə mübahisə edən yəhudi, xaçpərəst və müşriklərin haqqa təslim olmadığını bildirən əvvəlki ayənin davamı olaraq bu ayədə bunun bəzi nişanələrinə işarə edərək buyurur: “Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənləri ağrılı əzabla müjdələ”.

Bu ayədə əvvəlcə onların üç böyük günahına (Allahın ayələrini inkar etmək, peyğəmbərləri haqsız yerə qətlə yetirmək və peyğəmbərləri himayə edib insanları ədalətə dəvət edən kəsləri öldürmək) işarə edilib. Bu günahların hər biri öz-özlüyündə onların haqqa təslim olmadığını və haqq söz danışanların səsini boğduqlarını sübut etmək üçün yetərlidir.

Ayənin ərəbcə orijinalında (inkar edirlər) və (qətlə yetirirlər, öldürürlər) feillərinin indiki-gələcək zamanda işlədilməsi onların inkarlarının, peyğəmbərləri və ədalət carçılarını öldürmələrinin sanki həyatlarının bir hissəsi olmasına, bu işləri davamlı şəkildə görmələrinə və görəcəklərinə işarədir. (Ərəb dilində indiki-gələcək zaman feili həmin işin davamlılığına dəlalət edir.)

Bu daha çox yəhudilərin davranış metodu olub və başqa şəkillərdə bu gün də davam edir. Lakin bu, ayənin mənasının ümumi olmasına mane olmur.

Sonra sözügedən ayələrdə onların üç cəzasına və bədbəxt aqibətinə işarə edilir. Onlardan biri öncə qeyd edilən şiddətli və ağrılı əzabdır. İkincisi cəza "Onların əməlləri (bu böyük günahlarına görə) həm

bu dünyada, həm də axirətdə puça çıxacaq"dır.

Onların gördüyü yaxşı işler böyük günahları naticasində öz təsirini itirəcək.

Üçüncü cəza isə Allahın ağır cəzası qarşısında onların “yardımçıları (şəfaətçiləri) olmayacaqdır".

"Bəqərə" surəsinin 61-ci ayəsinin təfsirində də qeyd etdiyimiz kimi, yəhudilərin hadisələrlə dolu tarixindən məlum olur ki, onlar Allahın ayələrini inkar etməkdən əlavə, peyğəmbərləri və haqq carçılarını öldürməkdə olduqca rəhmsiz olublar, onları müdafiə etmək istəyən mücahidləri də amansızcasına qılıncdan keçiriblər. Şübhəsiz, yuxarıda qeyd edilən üç cəza onlar kimi davranan kəslərin hamısına şamil olur.

İncəliklər:



1\. Ədalət carçıları peyğəmbərlərlə eyni sıradadırlar.

Birinci ayədə ədalət carçıları, insanları yaxşı işlərə və haqqa dəvət edənlər peyğəmbərlərlə eyni sırada qeyd ediliblər. Belə insanların öldürülməsi Allaha kafir olmaq və peyğəmbərləri öldürməklə bir sayılıb. Bu, İslamın cəmiyyətdə ədalətin yayılmasına son dərəcə diqqət göstərməsindən xəbər verir.

İkinci ayədən həmin saleh insanları öldürənlərin cəzasının ağır olması məlum olur. Çünki (həbt) sözü (əməllərin puça çıxması) bütün günahlara deyil, yaxşı işləri puç edən böyük günahlara aiddir. Bütün bunlardan əlavə, həmin şəxslərə şəfaət edilməyəcəyinin qeyd edilməsi onların günahlarının böyüklüyünə dəlalət edir.

2\. Ayədəki "haqsız yerə” ifadəsinin mənası peyğəmbərlərin haqlı yerə öldürülməsinin caiz olması deyil. Peyğəmbərlərin öldürülməsi birmənalı şəkildə haqsızlıq və zülmdür, ayədəki “haqsız yerə” ifadəsi təkid üçün qeyd edilmiş izahdır.

3\. Başqalarının əməlinə razı olmaq.

Ayədəki "ağrılı əzabla müjdələ” ifadəsindən belə məlum olur ki, Həzrət Peyğəmbərin (s) müasiri olan kafirlər heç bir peyğəmbəri qətlə yetirməsələr də, bu ayə onlara da şamil olur. Çünki hər hansı bir dəstənin təlim, ideologiya və əməlinə razı olan kəs onların yaxşı və pis əməlinə şərik sayılır. Həmin kafirlər (xüsusilə yəhudilər) öz sələflərinin təlimlərinə və əyri əməllərinə bərk bağlı olduqları üçün həmin aqibət onlara da aiddir.

4\. Ayənin ərəbcə orijinalında işlənmiş (bəşarət) (müjdə) sözünün mənası "insanın sevincinə, üzündə təbəssüm yaranmasına səbəb olan xəbərlər”dir. Bu ayədə həmçinin Quranın digər ayələrində əzab barəsində “bəşarət” (müjdə) sözündən istifadə edilməsi bir növ təhdid və günahkarların düşüncəsinə istehza hesab edilir. Bu cür ifadələr insanlar arasında da geniş yayılıb və biz pis bir iş görmüş şəxsi təhdid etmək istəyərkən istehza ilə ona "səni mükafatlandıracağıq” deyirik.

5\. Əbu Übeydə Cərrahdan nəql edilmiş hədislərin birində belə deyilir: “Həzrət Peyğəmbərdən (s) soruşdum: "Qiyamət günü insanların hansının əzabı daha çox olacaq?" O Həzrət (s) buyurdu: "Hər hansı bir peyğəmbəri və ya yaxşı işlərə dəvət edib pis əməllərdən çəkindirən şəxsi öldürən kəsin!" O (s) daha sonra "peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənləri..." ayəsini oxudu və belə buyurdu: "Ey Əbu Übeydə! Bəni-İsrail günün əvvəlində bir saatın içində 43 peyğəmbəri qətlə yetirdi. Həmin vaxt Bəni-Israilin 112 abidi qiyam etdi və qatilləri yaxşı işə dəvət edib pis əməldən çəkindirdi. Həmin abidlər də həmin gün öldürüldülər. Buna görə də Allah-taala buyurur ki, onları “ağrılı əzabla müjdələ”.