Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 17

Ali-İmran surəsi, 26 və 27-ci ayələr

Ali-İmran surəsi, 26 və 27-ci ayələr



قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٦


تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ .٢٧


Ayələrin tərcüməsi



26\. De: "Ey mülklərin maliki olan Allah! Sən istədiyin şəxsə hakimiyyət verir, istədiyindən də geri alırsan; istədiyini ucaldır, istədiyini də xar edirsən. Bütün xeyirlər Sənin əlindədir. Sən hər şeyə qadirsən.

27\. Sən gecəni gündüzə, gündüzü isə gecəyə daxil edirsən; ölüdən diri, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən".

Ayələrin nazilolma səbəbi.



Məşhur təfsirçi Təbərsi "Məcməül-bəyan" kitabında birinci ayə barədə hər ikisi eyni həqiqəti əks etdirən iki nazilolma səbəbi nəql edib.

1\. Həzrət Peyğəmbər (s) Məkkəni fəth edərkən müsəlmanlara tezliklə İran və Rum imperiyalarının da İslam bayrağı altına daxil olacağı müjdəsini verdi. Qəlbləri iman nuru ilə işıqlanmamış və İslamın ruhunu dərk etməyən münafiqlər bunu mübaliğə hesab etdilər və dedilər: "Muhəmməd Mədinə və Məkkə ilə kifayətlənməyib İran və nazil oldu. Ruma tamah salıb". Həmin vaxt birinci ayə nazil oldu”.

2\. Həzrət Peyğəmbər (s) müsəlmanlarla birlikdə Mədinənin ətra fında xəndək qazmaqla məşğul idi. Onlar düşmən qoşunu çatmamış bu müdafiə səngərini qazıb sona çatdırmaq üçün xüsusi intizamla, dəstə dəstə, çox sürətlə və cidd-cəhdlə işləyirdilər. Qəfildən xəndəkdən böyük və sərt ağ daş çıxdı, lakin müsəlmanlar onu parçalaya və yerindən tərpədə bilmədilər. Salman Həzrət Peyğəmbərin (s) yanına gedib məsələni xəbər verdi. Peyğəmbər (s) xəndəyə daxil oldu və külüngü Salmandan alıb daşa möhkəm zərbə endirdi. Külüng daşa dəyərkən daşdan qığılcım çıxdı. Bu zaman Həzrət Peyğəmbər (s) fǝth və zəfər təkbiri dedi. Müsəlmanlar da o Həzrətin səsinə qoşuldular və təkbir səsi hər yeri bürüdü. Peyğəmbər (s) daşa yenidən külüng vurdu, yenə daşdan qığılcım çıxdı və daşın bir hissəsi parçalandı. Həzrət Peyğəmbərin (s) və müsəlmanların qələbə təkbirinin səsi hər yeri bürüdü. Həzrət Peyğəmbər (s) külüngü üçüncü dəfə də daşın qalan hissəsinə vurdu. Daşdan qığılcım qalxdı və ətrafa işıq saldı və daşın qalan hissəsi də parçalandı. Xəndəkdən üçüncü dəfə təkbir səsi ucaldı. Salman dedi: "Bu gün sizi qeyri-adi halda gördüm”.

Peyğəmbər (s) buyurdu: “Birinci qığılcımın arasında Hiyrə və Mədain saraylarını gördüm. Qardaşım Cəbrail mənə onların İslam bayrağı altına daxil olacaqlarını müjdə verdi.

İkinci qığılcımın arasında Rum saraylarını gördüm. Yenə Cəbrail mənə oranın mənim davamçılarımın əlinə keçəcəyini xəbər verdi.

Üçüncü qığılcımın arasında isə Səna sarayları və Yəmən torpaqlarını gördüm. Cəbrail mənə müsəlmanların orada qalib gələcəyini müjdə verdi. Mən həmin vaxt qələbə təkbiri dedim. Müjdə olsun sizə, ey müsəlmanlar!..."

Həqiqi müsəlmanlar bu xəbərdən çox sevindilər və Allaha şükür etdilər. Lakin münafiqlər narahatlıq və etirazla dedilər: "Necə də puç arzu və qeyri-mümkün vəddir! Bunlar canlarının qorxusundan müdafiə olunur, xəndək qazırlar, məhdud saylı düşmənlə vuruşmaq iqtidarında deyillər, lakin fikirlərindən dünyanın böyük ölkələrini fəth etmək keçir”. Həmin vaxt sözügedən ayələr nazil oldu və onlara cavab verildi”.

Ayələrin təfsiri.



Hər şey Onun əlindədir!

Əvvəlki ayələrdə kitab əhlinin (yəhudi və xaçpərəstlərin) özlərinə aid etdiyi imtiyazlardan və özlərini Allahın seçilmiş xas bəndələri hesab etmələrindən danışıldı. (Onlar hakimiyyət və mülkiyyətin də özlərinə məxsus olduğunu iddia edirdilər.) Allah-taala bu iki ayədə onların batil iddiasını rədd edərək buyurur: "De: "Ey mülklərin maliki olan Allah! Sən istədiyin şəxsə hakimiyyət verir, istədiyindən də geri alırsan; istədiyini ucaldır, istədiyini də xar edirsən".

Bir sözlə, "bütün xeyirlər Sənin əlindədir. Sən hər şeyə qadirsən".

Allahın bu ayədə qeyd edilən istəyində məqsəd Onun bir şeyi heç bir hesab-kitab və dəlil olmadan birinə verməsi və ya ondan geri alması deyil. Əksinə, Onun istəyi hikmətə, qaydaya, məsləhətə, yaradılış və insanlıq aləminin fəlsəfəsinə əsaslanır. Bu hakimiyyətlər bəzən ləyaqətlərə görə, bəzən də (zalımların hakimiyyəti) ümmətlərin ləyaqətsizliyinə görədir.

Ayənin ərəbcə orijinalında işlənmiş (xǝyr) (xeyir) sözü sifətin üstünlük dərəcəsidir və mənası "daha yaxşı"dır. O, bir şeyin başqasından daha üstün olmasını bildirmək üçün işlədilir. Lakin çox vaxt o, "yaxşı” mənasında (sifətin üstünlük dərəcəsi mənası ifadə etmədən) işlədilir. Zahirən ayədə o, ikinci mənada işlədilib. Yəni bütün xeyirlərin mənbəyi Allahdır və bütün xeyirlər Onun əlindədir.

Ayənin ərəbcə orijinalında (biyədikǝl-xəyr) ifadəsindəki (əl-xəyr) sözünün əvvəlində “bütün” mənası verən “əlif və lam” artiklinin işlədilməsindən və xəbərin mübtədadan əvvələ keçməsindən (əl-xəyru biyədikə) deyil, (biyədikəl-xəyr) deyilməsindən) məlum olur ki, bütün xeyirlər, bərəkətlər, yaxşılıqlar və gözəlliklər Allahın əlindədir. Həm ucalıq, həm də xarlıq, həm hakimiyyətin verilməsi, həm də geri alınması öz yerində xeyirdir, ədalətə əsaslanır və onda şər yoxdur. Cinayətkarlar və pislərin xeyri həbsxanada, imanlı əməlisaleh insanların xeyri isə azadlıqda olmaqdır.

Başqa sözlə desək, varlıq aləmində şər mövcud deyil, əslində, xeyirləri şərə çevirən biz özümüzük. Ayədə “bütün xeyirlər Sənin əlindədir” deyib şərdən danışılmamasının səbəbi şərin Onun pak zatından yaranmamasıdır.

"Sən hər şeyə qadirsən” cümləsi bu ayədə deyilənlərin hamısının dəlilidir. Çünki O, hər şeyə qadirdirsə, deməli, hakimiyyət, ucalıq və xeyirlər də Onun əlindədir.

Sual:

Allah zalımlara hakimiyyət bəxş edirmi?

Bəziləri sözügedən ayədən belə bir nəticəyə gələ bilər ki, kim hakimiyyətə gəlirsə və ya hakimiyyətdən gedirsə, bu, Allahın istəyi ilə baş verir. Bunun da nəticəsi tarix boyu mövcud olmuş bütün zalım hakimiyyətlərin (məsələn, Çingiz xan, Hitler və başqalarının hakimiyyətlərinin) Allah tərəfindən təsdiqlənməsidir. Tarixin yazdığına əsasən, Yezid ibn Müaviyə də öz alçaq və zülmkar hakimiyyətinə haqq qazandırmaq üçün bu ayəyə istinad edib.

Təfsirçilər bu məsələyə aydınlıq gətirmək üçün ona müəyyən izahlar veriblər. O cümlədən bəziləri ayənin ilahi hakimiyyətlər, yaxud Həzrət Peyğəmbərin (s) hakimiyyəti və Qüreyş zalımlarının hakimiy- yətinə son qoymaq barəsində olduğunu deyiblər.

Lakin ayənin mənası ümumi və genişdir və yaxşı və pis olmasından asılı olmayaraq, bütün hakimiyyətlər Allahın istəyinə əsaslanır.

Belə ki Allah-taala bu dünyada inkişaf etmək və qələbə qazanmaq üçün bir sıra amil və səbəblər yaradıb və həmin səbəblərin nəticələrindən istifadə etmək “Allahın istəyi”dir. Buna görə də “Allahın istəyi”nin mənası həmin amil və səbəblərdə qoyulmuş nəticələrdən istifadə etməkdir. Əgər həmin vasitələrdən zalım şəxs (məsələn, Çingiz xan, Yezid, Firon və başqaları) istifadə etsə, zəif, xar və qorxaq xalqlar onlara boyun əysə və onların alçaq hakimiyyətini qəbul etsə, bu, onların öz əməllərinin nəticəsidir. Məşhur deyimdə qeyd olunduğu kimi, "Hər bir xalq malik olduğu hakimiyyətə layiqdir”.

Əgər xalqlar ayıq-sayıq olsaydılar, həmin vasitələri zalımların əlindən alıb əməlisaleh insanlara tapşırsaydılar və ədalətli hökumət qursaydılar, bu da onların öz əməlinin nəticəsi olardı. Bu, onların həmin amil və səbəblərdən necə istifadə etməsindən asılıdır.

Ayə bütün fərd və cəmiyyətlər üçün bir xəbərdarlıqdır və onları ayıq olmağa, zəfər amillərindən istifadə etməyə, zalım insanlar onlara hakim olmamışdan və cəmiyyətin mühüm və həssas vəzifələrini ələ keçirməmişdən əvvəl hərəkət edib həmin vəzifələri tutmaq istiqamətində səy göstərməyə çağırır.

Xülasə, Allahın istəyi səbəblər aləmində yaratdıqlarıdır və hər şey bizim həmin səbəblərdən necə istifadə etməyimizdən asılıdır.

Sonrakı ayədə bu mənanı təkmilləşdirmək və Allahın bütün varlıq aləminə hakim olmasını göstərmək üçün buyurur: "Sən gecəni gündüzə, gündüzü isə gecəyə daxil edirsən; ölüdən diri, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən".

Beləliklə, gecə ilə gündüzün tədricən dəyişməsi, ilin bir yarımilində gecənin qısalması (onun barəsində gecənin gündüzə daxil olması ifadəsi işlədilib), digər yarımildə isə gecənin uzanması (gündüzün gecəyə daxil olması), həmçinin ölüdən canlı varlıqların, diridən isə ölü varlıqların çıxması, bəzilərinə nəsib olan saysız-hesabsız ruzilər bunların hər biri Allahın mütləq qüdrətinin nişanələrindəndir.

İncəliklər:



1\. Gecə ilə gündüzün dəyişməsi.

(vuluc) sözünün leksik mənası “daxil olmaq"dır. Ayə buyurur ki, Allah gecəni gündüzə və gündüzü gecəyə daxil edir. (Quranın daha səkkiz ayəsində bu mənaya işarə edilib.)

Bu cümlənin mənası gecə ilə gündüzdə il ərzində baş verən və hiss olunan tədrici dəyişiklikdir. Bu dəyişikliyin səbəbi Yerin xəyali oxunun ucu onun tropikinə nisbətdə 23 dərəcədən bir az artıq dəyişməsi və Günəş şüalarının düşmə bucağının fərqli olmasıdır. Buna görə də biz şimal ölkələrində (ekvatordan yuxarıda yerləşən ölkələrdə) qışın əvvəlində günlərin tədricən uzanmasının, gecələrin isə qısalmasının şahidi oluruq. Bu, yayın əvvəlinə kimi davam edir. Sonra bunun ǝksi baş verir, gecələr uzanır və gündüzlər qısalmağa başlayır və bu, qışın əvvəlinə kimi davam edir. Lakin cənub ölkələrində (ekvatordan aşağıda yerləşən ölkələrdə) bunun tam əksi baş verir. Allah-taala gecə ilə gündüzü daim bir-birinə daxil edir, yəni birindən kəsib digərinə əlavə edir.

Burada kimsə deyə bilər ki, həqiqi ekvator xəttində, həmçinin şimal və cənub qütbünün əsas nöqtəsində gecə ilə gündüz bütün il boyu bərabər olur və onda heç bir dəyişiklik baş vermir. Ekvator xəttində gecə ilə gündüzün hər biri bütün il boyu on iki saat, qütb nöqtəsində isə bir gecə 6 ay və bir gün 6 ay olur. Buna görə də ayə ümumi xarakter daşımır.

Buna cavab olaraq qeyd etmək lazımdır ki, həqiqi ekvator xətti xəyali xətdən başqa bir şey deyil və insanların real həyatı ekvator xəttinin ya bu, ya da o biri tərəfində davam edir. Həmçinin qütb nöqtəsi olduqca kiçik bir nöqtədir və qütb nöqtəsinin sakinləri, (əgər varsa) şübhəsiz, həqiqi qütb nöqtəsindən daha geniş ərazidə yaşayırlar. Buna görə də qeyd edilən hər iki dəstənin gecə ilə gündüzündə fərq var. Bundan əlavə, ayənin başqa mənası da ola bilər. Belə ki Yer kürəsinin ətrafını atmosfer təbəqəsi əhatə etdiyi üçün onda gecə ilə gündüz qəfildən baş vermir. Gündüz tədricən dan yerində başlayaraq genişlənir və gecə Günəş batarkən şərqdə yaranan şəfəqdən başlayır və tədricən hər tərəfi bürüyür.

Gecə ilə gündüzün tədrici olmasının insanların və yer üzündə yaşayan digər varlıqların həyatına müsbət təsirləri var. Çünki bitki və canlıların əksəriyyətinin inkişafı Günəşin tədrici hərarəti sayəsində baş verir. Belə ki (hər yerdə) baharın əvvəlindən başlayaraq işıq və hərarət gündən-günə artır, bitkilər və əksər heyvanlar hər gün öz təkamülünün yeni mərhələsini qət edir. Zaman keçdikcə onların daha çox işıq və istiliyə ehtiyacı olur. Bu, gecə ilə gündüzün tədrici dəyişməsi ilə təmin olunur və onlar öz təkamüllərinin son mərhələsinə çata bilirlər.

Əgər gecə ilə gündüz həmişə eyni olsaydı, əksər bitki və heyvanların inkişafı pozular, gecə ilə gündüzün fərqli olmasından və Günəş şüasının necə düşməsindən yaranan dörd fəsil olmaz və insan fərqli fəsillərin faydalarından məhrum olardı.

Həmçinin əgər ayənin təfsirində ikinci mənanı gecə ilə gündüzün qəfil deyil, tədrici olmasını, şəfəq və Günəşin doğub batmasının onların arasında olduğunu nəzərə alsaq, gecə ilə gündüzün tədrici olmasının yer üzü sakinləri üçün böyük bir nemət olması məlum olar. Çünki onlar qaranlıq və ya işıqlıqla tədricən tanış olurlar və onların fiziki gücü və ictimai həyatı onlarla tədricən uyğunlaşır. Əks-təqdirdə, bir sıra narahatlıqlar yaranardı.

2\. Ölüdǝn diri və diridən ölü çıxarmaq.

“Ölüdən diri, diridən isə ölü çıxarırsan” cümləsi və ona bənzər bir neçə cümlə Qurani-Kərimin bir çox ayəsində təkrar olunub. Ayə buyurur ki, Allah ölüdən diri, diridən isə ölü çıxarır.

Ölüdən diri çıxarmaq deyilərkən cansız varlıqlardan həyatın meydana gəlməsi nəzərdə tutulur. Bildiyimiz kimi, yer üzündə həyata zəmin yaranan gün canlı varlıqlar cansız maddələrdən yaradılıblar. Bundan əlavə, cansız maddələr həm bizim, həm də varlıq aləmində olan bütün canlıların bədənində hüceyrəyə və canlı varlıqlara çevrilirlər. Canlı varlıqlardan ölülərin yaranması da daim gözümüzün önündə baş verir.

Əslində, ayə ölüm ilə həyatın daim bir-birini əvəz etməsinə işarədir. O, bizim həyatımıza hakim olan ən ümumi, ən mürəkkəb, eyni zamanda da ən qeyri-adi qanundur.

Bu ayənin mənəvi həyat və mənəvi ölüm məsələsinə aid olan başqa təfsiri də var və o, öncə qeyd edilən təfsirlə ziddiyyət təşkil etmir. Çünki bəzən həqiqi ölü olan imansız şəxslərdən həqiqi diri olan imanlı şəxslər əmələ gəlir. Bəzən də bunun əksi baş verir və imanlı şəxslərdən imansız şəxslər dünyaya gəlir.

Quran bir neçə ayədə mənəvi ölüm və həyat haqqında “küfr” və "iman" sözlərindən istifadə etmişdir.

Bu təfsirə əsasən, Quran bəzi alimlərin təbiətin qəti qanunların- dan hesab etdiyi irsiyyət qanununu etibarsız sayır. Çünki insan iradə azadlığına malik olduğu üçün təbiətin cansız varlıqları kimi deyil, müxtəlif amillərin məcburi təsirinə məruz qalmır. Bunun özü Allahın qüdrət nişanələrindəndir. O, kafirlərin (həqiqətən mömin olmaq istəyən) övladlarının vücudundan küfr izlərini, həmçinin möminlərin (həqiqətən kafir olmaq istəyən) övladlarının vücudundan iman izlərini silib təmizləyir. Münasib və münasib olmayan irsi şəraitlərə qalib gələ bilən bu iradə azadlığı Onun tərəfindəndir.

Bu məna İslam Peyğəmbərindən (s) nəql edilmiş hədislərdə də qeyd edilmişdir. "Əd-Durrul-mənsur" təfsirində Salman Farsidən Həzrət Peyğəmbərin (s) “ölüdən diri çıxarırsan..." ayəsinin təfsirində belə buyurması nəql edilib: "Yəni kafirin belindən mömin və möminin belindən kafir çıxarır".

3\. Hesabsız ruzi vermək

"Sən istədiyin kəsə hesabsız ruzi verirsən" cümləsi bir şeyin konkret nümunəsi qeyd edildikdən sonra onun ümumi nümunəsinin qeyd edilməsi qismindəndir. Çünki əvvəlki cümlələrdə Allahın bəndələrinə verdiyi ruzilərdən nümunələr qeyd edilmişdi. Bu cümlədə isə məsələyə ümumi və daha geniş çərçivədə işarə edilib. Yəni yalnız ucalıq, hakimiyyət, həyat və ölüm deyil, ümumiyyətlə, bütün nemət və ruzilər Onun tərəfindəndir.

"Hesabsız" sözü Allahın nemət xəzinələrinin olduqca böyük və geniş olmasına işarədir. Bu səbəbdən Onun kiməsə çox nemət bağışlaması Ona zərrəcə təsir etməz, eləcə də verilənlərin hansısa həddə saxlamasına lüzum olmaz. Çünki verdiyi bəxşişləri hansısa həddə saxlayanlar sərmayəsi məhdud olan şəxslərdir. Çünki onların sərmayələrinin azalmaq və qurtarmaq ehtimalı var. Belə şəxslər sərmayələrinin əllərindən çıxmaması üçün daim verdiklərini hesab-kitab edirlər. Lakin sonsuz varlıq və kamal dəryası olan Allahın nə sərmayəsinin azalma qorxusu var, nə kimsə Onunla haqq-hesab çəkə bilər, nə də onun hesab-kitab aparmağa ehtiyacı var.

Bu cümlə Allahın bəndələr üçün müəyyənləşdirdiyi müqəddərat- dan, fərdlərin ləyaqətindən, yaradılışın hikmət və idarə olunmasından bəhs edən ayələrlə ziddiyyət təşkil etmir.

4\. İnsanın azadlığı ilə hər şeyin Allahın əlində olması arasındakı əlaqə.

Yaradılış qanunu, ağılın hökmü və peyğəmbərlərin dəvəti baxımından hər bir kəs xoşbəxtlik, səadət, ucalıq, xarlıq, çalışıb ruzi əldə etmək və sairədə azad və ixtiyar sahibidir. Belə olan halda, nə üçün sözügedən ayədə bunların hamısı Allaha isnad edilib?

Çünki yaradılış aləminin, insanların ixtiyarında olan bütün nemət və qüdrətlərin əsl mənbəyi Allahdır. Ucalıq və xoşbəxtlik əldə etmək üçün lazım olan bütün vasitələri bəndələrin ixtiyarına O qoyub. O, bu aləmdə bir sıra qanunlar müəyyənləşdirib və həmin qanunlara əməl edil- məməsi insanın xar olması ilə nəticələnir. Buna görə də qeyd edilənlərin hamısı Ona isnad edilir. Bu isnad insanın iradə azadlığı ilə ziddiyyət təşkil etmir. Çünki həmin qanun və nemətlərdən, güc və qüdrətlərdən müsbət və ya mənfi istiqamətdə istifadə edən insanın özüdür.