Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 18

Ali-İmran surəsi, 28-ci ayə

Ali-İmran surəsi, 28-ci ayə



لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ وَمَنْ يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَنْ تَتَّقُوا مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ وَإِلَى اللَّهِ الْمَصِيرُ .٢٨


Ayənin tərcüməsi



28\. Möminlər möminləri qoyub kafirləri özlərinə dost va hami seçməsinlər! Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur. (Onun Allahla olan əlaqəsi tamamilə kəsilər.) Ancaq onlardan ehtiyat etməyiniz (daha mühüm hədəflər üçün təqiyyə etməyiniz) istisnadır. Allah sizi Özündən (Ona itaətsizlik göstərməkdən) çəkindirir. Dönüş yalnız Allahadır.

Ayənin təfsiri.



Düşmənlərlə dostluq etməyin!

Əvvəlki ayələrdə ucalıq, xarlıq və bütün xeyirlərin Allahın əlində olmasından bəhs edildi. Bu səbəbdən sözügedən ayədə möminlər qətiyyətlə kafirlərlə dostluq etməkdən çəkindiriliblər. Əgər bu dostluqlar qüdrət, sərvət və ucalıq əldə etmək məqsədi daşıyırsa, bunların hamısı Allahın əlindədir.

Ayə belə buyurur: "Möminlər möminləri qoyub kafirləri özlərinə dost və hami seçməsinlər!”

"Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur".

O, Allahla əlaqəsini kəsmiş hesab edilir.

Bu ayə müsəlmanlarla müşriklər, yəhudilər və xaçpərəstlər arasında əlaqənin mövcud olduğu zamanda nazil olub. Bu əlaqələrin davam etdirilməsi müsəlmanların ziyanına olduğu üçün onlar bu işdən çəkindiriliblər.

Bu ayə müsəlmanlara mühüm siyasi-ictimai dərs verir ki, heç vaxt yadları özlərinə dost, hami, yoldaş və yavər seçməsinlər, onların cəzb- edici sözlərinə, zahirdə səmimi məhəbbət göstərmələrinə aldanmasınlar. Çünki tarix boyu möminlərə və müəyyən məqsədi olan şəxslərə ağır zərbələr bu səbəbdən dəyib.

Müstəmləkəçilik tarixində istismarçı zalımların həmişə ürəyiyanan dost şəklində, quruculuq və abadlaşdırma adı ilə meydana çıxdıqları qeyd edilib. Müstəmləkəçilər əvvəlcə abadlaşdırma adı ilə gəlir, özlərinə "yer edəndən” sonra rəhmsizcə cəmiyyətin hər şeyini qarət edirlər.

"Möminləri qoyub" ifadəsindən ictimai həyatda hər bir kəsin dost və yardımçıya ehtiyacı olduğu məlum olur. Lakin möminlər öz dost və hamilərini imanlı şəxslərin arasından seçməlidirlər. İmanlı şəxsin olduğu yerdə rəhmsiz və zalım kafirlərə ehtiyac yoxdur. "İman" və “küfr” sifətlərinin qeyd edilməsi bu iki sifət sahiblərinin bir-birinə yad olmasına işarədir.

"Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur” cümləsindən belə məlum olur ki, Allahın düşmənləri ilə dostluq və əməkdaşlıq edənlərin Allah və Allaha ibadət edənlərlə əlaqəsi kəsilib.

Sonra bu ümumi qanundan istisna çıxaraq deyir: "Ancaq onlardan ehtiyat etməyiniz (daha mühüm hədəflər üçün təqiyyə etməyiniz) istisnadır”.

Bu, qüvvələri qorumaq, itkilərin qarşısını almaq, mövcud imkanların hədərə getməsinə yol verməmək və sonda düşmənə qalib gəlmək məqsədi daşıyan təqiyyədir. Belə olan halda, müsəlmanların öz canları və sairəni qorumaq üçün imansız şəxslərlə dostluq əlaqəsi qurmasına icazə verilir.

Ayənin sonunda bütün müsəlmanlara xəbərdarlıq edərək buyurur: "Allah sizi Özündən (Ona itaətsizlik göstərməkdən) çəkindirir. Dönüş yalnız Allahadır”.

Bu cümlə Allah düşmənləri ilə dostluğun haram olmasına təkid məqsədi daşıyır. Bir tərəfdən Allahın cəza və qəzəbindən çəkinmək göstərişi verir, digər tərəfdən də buyurur ki, əgər itaətsizlik göstərsəniz, hamınızın dönüşü Ona tərəfdir və əməllərinizin qarşılığını görəcəksiniz.