Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 2

Ali-İmran surəsi

# Ali-İmran surəsi

Bu surə Mədinədə nazil olub və 200 ayədən ibarətdir.

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ



Ali-İmran surəsinin ümumi məzmunu.



Bəzi təfsirçilərin nəzərinə əsasən, bu surə Bədr və Ühüd mühari- bələrinin baş verdiyi illərdə (hicrətin iki və üçüncü illərində) nazil olub və İslamın erkən dövründə müsəlmanların həyatının ən təlatümlü dövrlərinin bir hissəsini əks etdirir.

Ümumilikdə bu surə aşağıdakı mövzuları ehtiva edir:

1\. Onun mühüm bir hissəsi tövhid, Allahın sifətləri, məad və İslam təlimləri barəsindədir.

2\. Surənin digər bir hissəsi cihad və onun mühüm və incə göstərişləri barəsindədir. Həmçinin burada İslamın bu iki mühüm müharibəsində (Bədr və Ühüd müharibələrində) olan ibrət dərslərindən danışılıb, Allahın möminlərə köməyi və Onun yolunda şəhid olanların əbədi həyatı barəsində izahlar verilib.

3\. Bu surənin başqa bir hissəsində müsəlmanların vəhdəti, həmçinin Kəbə evi, həcc, yaxşı işlərə dəvət edib pis əməllərdən çəkinmək, "təvəlla" (Allah dostları ilə dost) və “təbərra" (Allah düşmənləri ilə düşmən olmaq), əmanət, Allah yolunda ianə vermək, yalanın tərk edilməsi, düşmən qarşısında müqavimət göstərmək, çətinliklər və ilahi sınaqlara səbir etmək və təmkinli olmaq barədə bir sıra hökmlər bəyan edilib və bütün hallarda Allahın zikr edilib yada salınmasına dolğun işarələr verilib.

4\. Həmin mövzuların təkmilləşdirilməsi üçün Həzrət Adǝm, Nuh, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin (ə) tarixçəsinin bir hissəsinə, Həzrət Məryəmin (ə) hekayətinə və bu əzəmətli xanımın uca məqamına, Həzrət Musanın (ə) və Həzrət İsanın (ə) üsyankar davamçılarının İslama qarşı məkrli planlarına işarə edilib.

Bu surədə danışılan mövzular bir-biri ilə elə əlaqəli və uyğundur ki, sanki onların hamısı bir yerdə nazil olub.

Ali-İmran surəsini oxumağın fəziləti.



Hədislərin birində Həzrət Peyğəmbərdən (s) belə nəql edilib:

"Kim "Ali-İmran" surəsini oxusa, həmin şəxsə Cəhənnəm körpüsünün üstündə onun ayələrinin sayı qədər əmin-amanlıq verilər”. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:

"Kim "Bəqərə" və "Ali-İmran" surələrini oxusa, həmin surələr Qiyamət günü iki bulud kimi onun başı üstünə kölgə salar”.