Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 28
Bəqərə surəsi, 61-ci ayə
Bəqərə surəsi, 61-ci ayə
وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نَصْبِرَ عَلَى طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الْأَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُوا مِصْرًا فَإِنَّ لَكُمْ مَا سَأَلْتُمْ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ .٦١
Ayənin tərcüməsi
61\. Onda siz dediniz: "Ya Musa! Biz bir növ təama heç vaxt dözməyəcəyik! Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən göyərtisindən, xiyarından, sarımsağından, mərcisindən və soğanından yetirsin! (Musa da cavabında) dedi: "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (İndi ki belədir, çalışın, bu səhradan) şəhərlərdən birinə enin, çünki orada sizin üçün istədiyiniz hər şey var". Onlara zəlillik, miskinlik (damğası) vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (həm də) onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına görə idi.
Ayənin təfsiri.
Cürbəcür yeməklər istəmək.
Bu ayədə Allah-taala Bəni-İsrailə bəxş etdiyi nemətlər qarşılığında onların necə nankorluq etməsini bəyan edir. Onlar, bəlkə də, tarixdə misli görünməmiş inadkar bir millət olmuşdur. Allahın bu qədər naz- nemətinə qərq olmuş insanlar axı necə bu həddə nankorluq edirlər!
Onların eyni yeməyi yeyə bilməməsi, Musadan (ə) Allahdan onlar üçün müxtəlif yeməklər göndərməsini tələb etməsi və sair məsələlərə, nəhayət, bir sıra əməllərinə görə Allahın onlara zəlillik damğası vurduğu ayədə belə ifadə edilmişdir: "Onda siz dediniz: "Ya Musa! Biz bir növ təama heç vaxt dözməyəcəyik! Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən - göyərtisindən, xiyarından, sarımsağından, mərcisindən və soğanından yetirsin! (Musa da cavabında) dedi: "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (İndi ki belədir, çalışın, bu səhradan) şəhərlərdən birinə enin, çünki orada sizin üçün istədiyiniz hər şey var". Onlara zəlillik, miskinlik (damğası) vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (həm də) onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına görə idi”.
İncəliklər:
Ayənin mənasını başa düşmək üçün aşağıdakı məsələləri izah etməyi lazım bilirik:
1\. Ayədə (misrǝn) deyildikdə hara nəzərdə tutulmuşdur?
Bəzi təfsirçilərin fikrincə, bu ayədə (misrǝn) deyildikdə “şəhər" nəzərdə tutulmuşdur. Allah-taala bununla demək istəmişdir ki, indi siz sınaq müddətindəsiniz, burada islah olunursunuz. Səhra həyatı yaşayırsınız, bura cürbəcür yeməklər meydanı deyil. Müxtəlif yeməklər istəyirsinizsə, şəhərə gedin. Lakin orada islah oluna bilməyəcəksiniz. (Deməli, burada Misir ölkəsi nəzərdə tutulmayıb.)
Bu mülahizəni yürütmüş təfsirçilər öz iddialarını onunla əsaslandırmışlar ki, Bəni-İsrail heç vaxt Misirə qayıtmağı arzulamamış, heç vaxt da oraya geri dönməmişdir.
Başqa bir qrup təfsirçi də bu fikirlə razılaşmış, lakin əlavə edərək demişlər: “Burada o nəzərdə tutulmuşdur ki, sizin bu səhrada qalıb eyni yeməyi yeməyiniz sizin zəlilliyinizi göstərir. Güclənin, düşmənə qarşı mübarizə apararaq Şam ərazisini və müqəddəs torpaqları onların əlindən alın. Orada sizin istədiyiniz bütün yeməklər olacaq".
Bu barədə olan üçüncü təfsirə görə isə bu ayədə Misir ölkəsi nəzərdə tutulmuşdur. Allah-taala Bəni-İsrailə demək istəmişdir ki, siz bu səhrada eyni yeməyi yeyib cürbəcür yeməklərdən məhrum olsanız da, əvəzində imanınız var, həm də azadsınız. Əgər bunu istəmirsinizsə, onda yenidən Misirə qayıdıb köləliyinizə davam edin. Belə olduqda qibtilərin qabağından qalan müxtəlif yeməklərdən yeyərsiniz. Siz təkcə yeyib-içməyi fikirləşirsiniz, ancaq heç düşünmürsünüz ki, o vaxt kölə idiniz, indi isə azadsınız. Bu kiçik çatışmazlığın əvəzində siz böyük azadlıq neməti əldə etmisiniz.
Bu sətirlərin müəllifi olaraq belə hesab edirik ki, birinci təfsir daha məqsədəuyğun görünür.
2\. Çoxçeşidlilik istəyi insanın təbiətindədirmi?
Heç şübhə yoxdur ki, çoxçeşidlilik insan təbiətinin bir hissəsidir. Müəyyən müddət eyni yeməyi yedikdən sonra insanın ondan bezməsi təbii haldır. Belə olduğu halda, bəs onda nə üçün Bəni-İsrail sözügedən ayədə tənqid edilmişdir?
Bir məsələni qeyd etməklə bu sualın cavabı aydın olacaq. İnsanın həyatında bir sıra həqiqətlər vardır ki, onlar yaşayışın əsasını təşkil edir. Onları müxtəlif yeyib-içməyə, istirahətə, cürbəcür əyləncəyə qurban vermək olmaz. Bəzi vaxtlar elə hallar yaranır ki, sadaladığımız amillər insanı əsas məqsədindən - iman, paklıq, təqva və azadlıqdan uzaqlaş- dırır. Məhz həmin anda qeyd etdiyimiz amillərdən uzaq olmaq lazımdır.
Çoxçeşidlilik, əslində, dünənin və bu günün imperialistlərinin böyük bir tələsidir. Onlar insanları müxtəlif növ yeyib-içmək, pal-paltar, minik və yaşayış vasitələri ilə bu tələyə elə salırlar ki, insanlar artıq Öözlərini də unudaraq onların əsirinə çevrilirlər.
3\. "Mənn" və "səlva" bütün yeməklərdən üstünmü idi?
Təbii ki, Bəni-İsrailin Musadan (ə) istədiyi müxtəlif tərəvəzlər olduqca faydalıdır. Lakin məsələyə yalnız bir tərəfdən baxmaq olmaz. İş burasındadır ki, insanın cürbəcür yeməklərə görə özünü əsarət altına salması nə dərəcədə düzgündür? Xüsusilə də nəzərə almaq lazımdır ki, "mənn" kifayət qədər kalorisi olan şirə, yaxud təbii dağ balı olmuşdur. Bu isə öz növbəsində ən gözəl qida vasitələrindən biridir. Təzə ətin ("səlva" göyərçinə bənzər quş olmuşdur) tərkibindəki protein bəzi cəhətlərə görə tərəvəzdəki proteindən daha faydalıdır. Çünki ətin tərkibindəki proteini həzm etmək tərəvəzdəki proteini həzm etməkdən daha rahatdır. Göyərtinin həzmi üçün həzm orqanı daha çox çalışmalıdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, ayənin ərəbcə mətnindəki “فوم” sözünü bəzi təfsirçilər “buğda”, bəziləri isə “sarımsaq” mənasına izah etmişlər. Bunların hər ikisinin özünəməxsus faydaları vardır. Bəzi təfsirçilər Bəni-İsrailin tərkibində buğda olmayan yemək istəməsini inandırıcı hesab etməyib, "فوم" sözünün mənasının məhz "buğda" olduğunu bildirmişlər.
4\. Nə üçün Bəni-İsrailə zəlillik damğası vuruldu?
Haqqında danışdığımız ayədən belə məlum olur ki, iki cəhətə görə Bəni-İsrailə zəlillik damğası vurulmuşdur:
1-Allahın əmrlərindən çıxıb, tövhiddən şirkə doğru getdiklərinə görə.
2-Peyğəmbərləri öldürdüklərinə görə.
Allahın qanunlarına olan etinasızlıq, hətta bəzi yəhudilərdə bu gün də davam edən bu daşürəklilik və bütün humanizm qanunlarına olan etinasızlıq onlara zillət damğası vurulmasına səbəb olmuşdur.
Yəhudilərin aqibəti və acınacaqlı həyatı barədə, inşallah, “Ali- İmran" surəsinin 112-ci ayəsini təfsir edərkən ətraflı məlumat verəcəyik.