Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 28

Ali-İmran surəsi, 44-cü ayə

Ali-İmran surəsi, 44-cü ayə



ذَلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ .٤٤


Ayənin tərcüməsi



44\. Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Məryəmi kimin himayəyə götürəcəyini müəyyən etmək üçün qələmlərini suya (püşk) atdıqları zaman, həmçinin (Bəni-İsrail alimlərinin ona qəyyumluq etmək şərəfinə nail olmaq üçün) bir- biri ilə mübahisə etdikləri zaman sən onların yanında deyildin.

Ayənin təfsiri.



Məryəmin qəyyumluğu.

Bu ayə Məryəm barəsində başqa bir hadisəyə işarə edərək buyurur: "Bunlar (Məryəm ilə Zəkəriyyanın hekayəti barədə sənə dediklərimiz) qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik".

Çünki bu hekayətlər təhrif edilmiş keçmiş kitabların heç birində bu cür (düzgün və xurafata bulaşmadan) nəql edilməyib və onun mənbəyi ilahi vəhydir.

Daha sonra buyurur: “Məryəmi kimin himayəyə götürəcəyini müəyyən etmək üçün qələmlərini suya (püşk) atdıqları zaman, həmçinin (Bəni-İsrail alimlərinin ona qəyyumluq etmək şərəfinə nail olmaq üçün) bir-biri ilə mübahisə etdikləri zaman sən onların yanında deyildin".

Bunların hamısını biz sənə vəhy yolu ilə bildirmişik.

Əvvəlki ayələrin təfsirində də qeyd edildiyi kimi, Məryəmin anası körpəsini dünyaya gətirdikdən sonra onu parçaya büküb məbədə gətirdi və üzünü Bəni-İsrailin alim və böyüklərinə tutaraq dedi: "Bu körpə Allah evində xidmət etmək üçün nəzir edilib. Onun qəyyumluğunu öhdənizə götürün”. Məryəm alicənablıq, paklıq və dürüstlükdə məşhur olan ailədən (İmran ailəsindən) olduğu üçün Bəni-İsrail abidləri ona qəyyumluq etməkdə bir-birini qabaqlamağa çalışırdı. Buna görə də püşk atmaqdan başqa çarə qalmadı. Onlar bir çayın kənarına gəldilər və püşk çubuqlarının hər birinə onların birinin adı yazıldı və suya atıldı. Suda batan çubuq qələmin sahibi qalib sayılmırdı. Suyun üstündə ancaq üzərinə Zəkəriyyanın adı yazılmış qələm qaldı. Beləcə, Zəkəriyyanın Məryəmin qəyyumu olması qətiləşdi. Əslində, o, hamıdan layiqli idi. Çünki o, peyğəmbərlik məqamına malik olmaqdan əlavə, həm də Məryəmin xalasının əri idi.

Püşk - ixtilafların son həll yolu!

Bu ayədən, həmçinin "Saffat" və "Yunus" surələrinin ayələrindən belə məlum olur ki, mübahisə zamanı və iş tamamilə dalana dirəndikdə problemin həll edilməsi üçün heç bir yol qalmayanda püşk atmaq olar.

Bu ayələr, həmçinin İslam rəhbərlərindən (ə) nəql edilmiş hədislər İslam mənbələrində “püşkün qaydası”nın İslam hüququnun qanunlarından biri kimi tanınmasına səbəb olub. Lakin püşk işin dalana dirəndiyi hallara aiddir. Əgər problemin həlli üçün başqa yol varsa, püşkdən istifadə etmək olmaz.

İslamda püşk atmağın xüsusi yolu yoxdur. Buna görə də püşk atmaq üçün gizli sövdələşmə və hiylə-kələyə yol vermədən ox, xırda daş, kağız və sairədən istifadə etmək olar.

İslam baxımından püşk atmaqla udub-uduzmaq olmaz. Çünki o, həll edilməsi üçün püşk atmağa məcbur qaldığımız problemli məsələlərdən deyil və həmin yolla əldə edilən qazanc haramdır.

Püşk yalnız insanlar arasındakı mübahisə və ixtilafların həll edilməsi üçün deyil, onunla başqa “düyünlər”i də açmaq mümkündür.

Məsələn, hədislərdə də qeyd edildiyi kimi, əgər azğın bir şəxs qoyunla cinsi əlaqəyə girsə, sonra həmin qoyunu sürünün arasına buraxsa və sürünün arasından həmin qoyunu tapmaq mümkün olmasa, püşk atmaqla qoyunlardan biri sürüdən çıxarılmalıdır. Həmin qoyunun ətini yemək olmaz. Bu kimi hallarda püşk atılmasının səbəbi bütün sürünün kənara qoyulmasının böyük ziyana səbəb olmasıdır, onların hamısının ətini yemək də caiz deyil. Burada püşk atmaq problemi həll edir.