Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 30

Ali-İmran surəsi, 47-ci ayə

Ali-İmran surəsi, 47-ci ayə



قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ .٤٧


Ayənin tərcüməsi



47\. (Məryəm:) "Ey Rəbbim! Mənə heç bir insan toxunmadığı halda, necə uşağım ola bilər?" - dedikdə, (Allah) buyurdu: "Belədir, Allah hər istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o da dərhal olar".

Ayənin təfsiri.



Həyat yoldaşım olmadan necə övladım ola bilər?!

Bu ayədə də Həzrət Məryəmin (ə) hekayəti davam etdirilir. O, İsanın (ə) təvəllüd müjdəsini eşidəndə belə deyir: "Ey Rəbbim! Mənə heç bir insan toxunmadığı halda, necə uşağım ola bilər?”

Bu dünya səbəblər dünyasıdır və Allah-taala yaradılışı elə nizama salıb ki, hər bir varlıq bir sıra səbəb və amillər nəticəsində meydana gəlir. Məsələn, uşağın olması üçün cinsi yaxınlıq, ovosit ilə spermatozoidin bir-biri ilə birləşməsi lazımdır. Buna görə də Məryəmin tezliklə uşağının olması xəbərini eşidəndə heyrətlənməsi təəccüblü deyil. Lakin Allah- taala onun bu təəccübünə son qoymaq üçün buyurur: “(Allah) buyurdu: “Belədir, Allah hər istədiyini yaradır”.

Təbiət aləminin nizamı Allah tərəfindən yaradılıb və Onun əmrinə tabedir. Buna görə də O, istəyəndə həmin nizamı dəyişdirə və qeyri- adi səbəblər vasitəsi ilə varlıqlar yarada bilər.

Sonra deyilənləri daha da təkmilləşdirmək üçün buyurur: “O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da dərhal olar.

Şübhəsiz, “ol!” sözü Allahın qəti istəyini bəyan etmək üçündür. Yəni O, bir şeyi istəyən və yaradılış əmri verilən kimi həmin şey dərhal olur.

Bu ayədə Həzrət İsanın (ə) yaradılması barəsində (yəxluqu) (yaradır) ifadəsi işlədilib, lakin Yəhyanın (ə) yaradılması barədə (yǝfǝlu) (edir, yerinə yetirir) ifadəsi işlədilmişdi. Bəlkə də, ifadələrdə olan bu fərqin səbəbi bu iki peyğəmbərin yaradılışı arasında olan fərqə görədir. Çünki onların biri adi, digəri isə qeyri-adi yolla yaradılıb.

Bu ayələrin əvvəlində Məryəm mələklərlə, burada isə Öz Allahı ilə danışır, Ondan cavab eşidir. Sanki o, Allahın pak zatına elə qərq olur ki, Allah-taala vasitələri aradan qaldırır və o, birbaşa yaradılış aləminin mənbəyi ilə əlaqə qurur, heç bir vasitə olmadan istədiyini deyir, istədiyini eşidir. Peyğəmbərlərdən başqasının Allahla danışmasında – əlbəttə, peyğəmbərlik vəhyindən başqa bir şəkildə – heç bir problem yoxdur.