Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 32

Ali-İmran surəsi, 50 və 51-ci ayələr

Ali-İmran surəsi, 50 və 51-ci ayələr



وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُمْ بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ .٥٠


إِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ .٥١


Ayələrin tərcüməsi



50\. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edirəm. (Etdiyiniz zülm və günah nəticəsində) sizə haram edilmiş şeyləri (bəzi heyvanların və balıqların ətini) halal etmək üçün (gəlmişəm). Sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirmişəm. Buna görə də Allahdan qorxun və mənə itaət edin!

51\. Allah mənim də Rəbbimdir, sizin də. Ona ibadət edin! Budur doğru yol!

Ayələrin təfsiri.



Budur doğru yol!

Bu ayələr də Həzrət İsanın (ə) sözlərinin davamıdır. O, burada peyğəmbərliyinin bəzi məqsədlərini açıqlayaraq buyurur: “Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edirəm”. Həmçinin “(etdiyiniz zülm və günah nəticəsində) sizə haram edilmiş şeyləri (məsələn, haram edilmiş dəvə ətini, bəzi heyvanların piyini, bəzi quş və balıqların ətini) halal etmək üçün (gəlmişəm).

Bu cümlə "Nisa" surəsinin 160-cı ayəsində qeyd edilən hökmə işarədir. Orada buyurur:

"Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə onlara halal edilmiş gözəl (təmiz, halal) nemətlərin bir hissəsini haram etdik".

Lakin Həzrət İsanın (ə) zühuru ilə bu böyük peyğəmbərə iman gətirməyin mükafatı olaraq həmin qadağalar aradan qalxdı.

Sonra buyurur: “Sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirmişəm”.

Bu cümlə əvvəlki ayədə Həzrət İsanın (ə) möcüzələri barədə nəql edilənlərə təkiddir və xırdalıqları ilə qeyd edilmiş həmin məsələyə ümumi işarə edir.

Ayənin sonunda belə buyurur: “Buna görə də Allahdan qorxun və mənə itaət edin!”

Sonrakı ayədə hər hansı bir qaranlıq məqamın qalmaması, hansısa yanlışlığa yol verilməməsi və onun istisnai təvəllüdünün tanrı hesab edilməsinə bəhanə edilməməsi üçün Həzrət İsanın (ə) dilindən belə nəql edilir: "Allah mənim də Rəbbimdir, sizin də. Buna görə də (nə mənə, nə də başqasına deyil,) Ona ibadət edin! Budur doğru yol (şirk, dualizm, politeizmdən uzaq tövhid və monoteizm yolu)!"

Quranın digər ayələrində də Həzrət İsanın (ə) özünün Allaha bəndə olması məsələsinə təkid etməsinə çox rast gəlmək mümkündür. Bundan fərqli olaraq, təhrif edilmiş mövcud incillərdə İsanın (ə) Allah barəsində çox vaxt "ata” sözündən istifadə etdiyi deyilir. Lakin Quran onun dilindən Allah barəsində "Rəbb" və ona bənzər sözlər nəql edir. Bu da o Həzrətin şirk və onun tanrı hesab edilməsi ilə mübarizə məsələsinə olduqca çox diqqət yetirməsinə dəlalət edir. Buna görə də İsa (ə) insanların arasında olduğu müddətcə heç kəs onu tanrılardan biri kimi təqdim etməyə cürət etməyib. Hətta İsanın (ə) tövhid barəsindəki təlimləri azğınlara ondan sonrakı iki əsr müddətində şirkə bulaşmış etiqadlar izhar etmək icazəsi verməyib. Xaçpərəst tədqiqatçıların nəzərincə, üç üqnuma və üç tanrı etiqadı milad təqvimi ilə üçüncü əsrdən sonra yaranıb. ("Nisa" surəsinin 171-ci ayəsinin təfsirində bu barədə daha ətraflı izah veriləcək.)