Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 33

Ali-İmran surəsi, 52-54-cü ayələr

Ali-İmran surəsi, 52-54-cü ayələr



فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ آمَنَّا بِاللَّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ .٥٢


رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ .٥٣


وَمَكَرُوا وَمَكَرَ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ .٥٤


Ayələrin tərcüməsi



52\. İsa onların küfrünü (qarşı çıxdıqlarını) hiss etdikdə: "Allah yolunda (Onun dininin təbliğində) kim mənim köməkçim olacaq?" - deyə soruşdu. Həvarilər dedilər: "Biz Allahın köməkçiləriyik! Allaha iman gətirmişik. Sən də şahid ol ki, biz müsəlman olmuşuq!

53\. Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbər(in)ə tabe olduq. Artıq bizləri şahid olanlar zümrəsinə yaz!"

54\. (İsanın düşmənləri onu aradan götürmək üçün) plan cızdılar. Allah da (İsanı və dinini qorumaq üçün) tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır.

Ayələrin təfsiri.



İsanın (ə) həvarilərinin müqaviməti.

Bu ayələr də İsanın (ə) dəvəti və onun həyat hekayəti mövzusunu davam etdirir.

Yəhudi cəmiyyəti Musanın (ə) verdiyi xəbər və müjdəyə əsaslanaraq İsanın (ə) zühur edəcəyini gözləyirdi. Lakin o gələndən sonra Bəni-İsrail azğınlarından ibarət bir dəstənin qeyri-qanuni mənafeyi təhlükəyə düşdü və İsanın (ə) ətrafında məhdud bir dəstə qaldı. Onun dininə tabe olmağın mövqe, məqam və mənafelərinə təhlükə yaradacağını güman edənlər onu qəbul etməkdən imtina etdilər.

Birinci ayə həmin məsələni nəzərdə tutaraq buyurur: “İsa onların küfrünü (qarşı çıxdıqlarını) hiss etdikdə: "Allah yolunda (Onun dininin təbliğində) kim mənim köməkçim olacaq?” – deyə soruşdu”.

Həmin çağırışa yalnız azsaylı bir dəstə müsbət cavab verdi. Onlar Quranın "həvarilər" adlandırdığı pak insanlardır. İsanın (ə) xüsusi şagirdləri olan "həvarilər dedilər: “Biz Allahın köməkçiləriyik! Allaha iman gətirmişik. Sən də şahid ol ki, biz müsəlman və haqq dinə tabe olmuşuq!”

Həvarilər Həzrət İsanın (ə) cavabında “biz sənin yavərinik” demirlər, özlərinin tövhid və ixlasın ən yüksək mərtəbəsinə malik olmalarını və sözlərində heç bir şirkin olmadığını sübut etmək üçün belə deyirlər: "Biz Allahın köməkçiləriyik! Allaha iman gətirmişik. Sən də şahid ol ki, biz müsəlman olmuşuq". Sanki onlar da gələcəkdə azğın insanların İsanın (ə) tanrı olması iddiasını edəcəklərini hiss edirdilər.

Sözügedən ayədə "İslam" sözünün işlədilməsi İslamın bütün peyğəmbərlərin dini olmasına dəlalət edir.

Həzrət İsa (ə) həmin vaxt öz xalis dostları ilə düşmən və münafiqləri bir-birindən ayırdı ki, öz işlərini dəqiq proqramlaşdırsın, qaydasına salsın. Buna bənzər işi Həzrət Peyğəmbər (s) də “Əqəbə beyəti"ndə edib.

Sonrakı ayələrdə nəql edilən cümlələr həvarilərin son dərəcə ixlasa malik olmalarından xəbər verir. Onlar Həzrət İsanın (ə) çağırışını qəbul etdikdən və ona kömək etməyə hazır olduqlarını elan edəndən sonra öz imanlarını Allaha təqdim edərək belə deyirlər: “Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbər(in)ə tabe olduq. Artıq bizləri şahid olanlar zümrəsinə yaz.”

Onlar əvvəlcə nazil olana imanlarını izhar edirlər. Lakin yalnız iman yetərli olmadığı üçün ilahi göstərişlərə əməl etmək və Həzrət İsaya (ǝ) tabeçilik məsələsini də qeyd edirlər. Çünki iman insanın ruhuna və canına hopandan sonra özünü əməldə büruzə verir. Əməlsiz iman həqiqi deyil, xəyali iman ola bilər. Sonra Allahdan onların adını şahidlərin bu dünyada ümmətlərə rəhbərlik, axirətdə şəfaət və əməllərə şahidlik məqamına malik şəxslərin sırasına yazmasını istəyirlər.

Həvarilərin imanı barədə izah verəndən sonra yəhudilərin şeytani planlarına işarə edərək belə buyurur: “(Yəhudilər və İsanın düşmənləri onu aradan götürmək və dininə son qoymaq üçün) plan cızdılar. Allah da (İsanı və dinini qorumaq üçün) tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır”.

Şübhəsiz, Allahın tökdüyü tədbirlər bütün planlardan üstündür. Çünki onların məlumatı az və məhdud, Allahın elmi isə sonsuzdur. Həmçinin onların öz planlarını həyata keçirmək gücləri az, Allahın qüdrəti isə sonsuzdur.

İncəliklər:



1\. Həvarilər kimlər idilər?

Ayənin ərəbcə orijinalında işlənmiş (havariyyun) sözü "hǝvariyy" sözünün cəmidir. Onun kökü (həvər) sözü, mənası isə "yuyub ağartmaq"dır. Bəzən o, hər hansı bir ağ şey barǝsində də işlədilir. Buna görə də ərəblər ağ rəngli yeməklərə “həvari” deyirlər. Cənnət hurilərinə "huri” deyilməsinin səbəbi də onların dərilərinin ağ olması və ya gözlərinin ağlığının çox parlaq (gözlərinin qaralığının çox qara) olmasıdır.

Həzrət İsanın (ə) şagirdlərinin belə adlandırılmasının səbəbi barədə müxtəlif ehtimallar verilib. Lakin onların arasında daha münasib görünəni və imamlardan nəql edilmiş hədislərdə də qeyd ediləni onların pak qəlb və təmiz ruha malik olmalarından əlavə, başqalarını paklaşdırmaq, düşüncələrə aydınlıq gətirmək, insanları günahlardan uzaqlaşdıraraq təmizliyə çıxarmaq istiqamətində çox çalışmaları olub.

“Üyuni əxbar ər-Rza” kitabında belə nəql edilib: İmam Əli ibn Musa Rzadan (ə) həvarilərin nə üçün belə adlandırılmasının səbəbi soruşulub və o Həzrət (ə) belə buyurub: “Bəziləri elə bilir ki, onlar paltar yumaqla məşğul olublar. Lakin bizim nəzərimizcə, onların belə adlandırılmasının səbəbi onların həm özlərini günahdan pak saxlamaları, həm də başqalarını paklaşdırmaq istiqamətində çalışmaları olub".!

2\. Quran və İncildə həvarilərin təsviri.

Quran "Sǝff" surəsinin 14-cü ayəsində həvarilərdən və onların imanından bəhs edib. Lakin İncildə həvarilər barədə işlədilmiş cümlələrdən onların hamısının İsa barəsində xətaya yol verdikləri məlum olur.

Matvey və Luka incillərinin 6-cı fəslində həvarilərin adı belə qeyd edilir: 1. Pyotr, 2. Andrey, 3. Yaqub, 4. İohan, 5. Filip, 6. Bartalmay, 7. Tomas, 8 Matvey, 9. Halfay oğlu Yaqub, 10. "Təəssübkeş" ləqəbli Şimon, 11. İsaya xəyanət edən Yəhuda İskaryot.

Məşhur təfsirçi Təbərsi "Məcməül-bəyan” təfsirində belə yazıb: "Həvarilər Həzrət İsa (ə) ilə səfərlərə gedərdilər və onlar acanda və ya susayanda Allahın əmri ilə onlara hazır yemək və su gələrdi. Onlar bunu özləri üçün böyük şərəf hesab edərdilər. Onlar Həzrət İsadan soruşurlar: "Görəsən, bizdən üstün adam var?” Həzrət İsa belə deyir: "Bəli, sizdən üstün öz əli ilə işləyən və öz qazancını yeyən kəsdir”. Bundan sonra onlar paltar yuyub bunun qarşılığında pul almaqla məşğul olmağa başlayıblar (və əməli şəkildə işləmək və çalışmağın eyib olmadığını hamıya göstəriblər)”.

3\. Ayənin ərəbcə orijinalında Allah barəsində işlənmiş “məkr” sözünün mənası nədir?

Ərəb dilində (məkr) sözünün mənası Azərbaycan dilində işlənən “məkr” sözündən fərqlidir. Azərbaycan dilində “məkr” deyilərkən şeytani və ziyanverici planlar nəzərdə tutulur. Halbuki ərəb dilində hər hansı bir işə çarə qılmağa “məkr” deyirlər və o, xeyirli də ola bilər, zərərli də. Rağib “Müfrədat” kitabında belə yazır: “Məkr birini məqsədindən (istər məqsədi yaxşı olsun, istərsə də pis) daşındırmaqdır".

Qurani-Kərimdə də (makir) (məkr edən) sözü bəzən (xeyir), bəzən də (səyyi) (pis) sözü ilə birgə işlədilib. Məsələn, buyurur: “Allah tədbir görənlərin ən yaxşısıdır”.

Həmçinin “Pis plan və fikirlər yalnız öz sahiblərini yaxalayar".

Buna görə də "məkr" sözünün Allah barəsində işlədildiyi sözü- gedən ayədə və digər çoxsaylı ayələrdə məqsəd budur ki, İsanın düşmənləri öz şeytani planları ilə bu ilahi dəvətin qarşısını almaq istəyirdilər, lakin Allah-taala Öz elçisinin canını qorumaq və onun dininin inkişafı üçün tədbir tökdü və onların planlarını puç etdi. "Məkr" sözünün Allah barəsində işləndiyi digər yerlərdə də buna bənzər məna nəzərdə tutulur.