Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 35
Bəqərə surəsi, 80-82-ci ayələr
Bəqərə surəsi, 80-82-ci ayələr
وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ .٨٠
بَلَى مَنْ كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ .٨١
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ .٨٢
Ayələrin tərcüməsi
80\. (Onlar): "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz" dedilər. (Onlara) de: "Allahdan belə bir əhdmi almısınız? - Allah heç vaxt Öz əhdindən dönməz - Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?"
81\. Bəli, günah edən və günahlarının təsiri bütün varlığını bürüyən şəxslər od əhlidirlər və onlar orada əbədi qalacaqlar.
82\. İman gətirənlər və yaxşı işlər görənlər isə Cənnət əhlidirlər və onlar orada əbədi olacaqlar.
Ayələrin təfsiri.
Əsassız iddialar.
Allah-taala bu ayələrdə yəhudilərin təkəbbürünə səbəb olmuş və bəzi azğınlıqlarına yol açmış əsassız iddialarından birinə işarə edərək cavab verir: "(Onlar): "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz" - dedilər. (Onlara) de: "Allahdan belə bir əhdmi almısınız? Allah heç vaxt Öz əhdindən dönməz - Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz”.
Yəhudilərin üstün bir millət və Allahın seçilmiş bəndələri olduğunu, günahkarlarının yalnız bir neçə gün Cəhənnəm əzabı görəcəyini, sonradan əbədi olaraq Cənnətdə məskunlaşacağını düşünmək onların necə də özündənrazı və eqoist bir millət olduğunu göstərən bariz dəlillərdəndir.
Yəhudilərin özlərini bu cür üstün hesab etməsi heç bir məntiqə əsaslanmır. Çünki Allah dərgahında bəndələr əməllərinə görə mükafat və ya cəza baxımından qətiyyən fərqlənmirlər. Məgər yəhudilərin hansı özəlliyi olmuşdur ki, ümumi qanunda onların xeyrinə bir istisna hal nəzərdə tutulsun?
Yuxarıdakı ayə məntiqi bir izahla bu yanlış düşüncənin üzərindən xətt çəkərək bildirir ki, sizin bu iddianız iki haldan xaric deyil: ya bu barədə Allahdan əhd almısınız (ki, belə bir əhd almamısınız), ya da Allaha yalan aid edirsiniz.
Növbəti ayədə bütün cəhətlərinə görə məntiqə əsaslanan ümumi bir qanun irəli sürülür: "Bəli, günah edən və günahlarının təsiri bütün varlığını bürüyən şəxslər od əhlidirlər və onlar orada əbədi qalacaqlar".
Bu, milliyyətindən asılı olmayaraq bütün günahlara şamil olan bir qanundur. Möminlərə gəldikdə isə növbəti ayədə onların da barəsində ümumi bir qanun verilərək iman gətirib yaxşı iş görənlərin Cənnət əhli olub orada əbədi qalacağı bildirilmişdir: "İman gətirənlər və yaxşı işlər görənlər isə Cənnət əhlidirlər və onlar orada əbədi olacaqlar".
İncəliklər:
1\. Günah qazanmaq.
(kəsb) və (iktisab) sözləri "hər hansı bir şeyi ixtiyari olaraq əldə etmək, qazanmaq” mənasını bildirir. Deməli, ("günah edən") ifadəsi gördüyü işin günah olduğunu bilə-bilə onu ixtiyari şəkildə həyata keçirən şəxslərə aiddir. Burada (kəsəbə) feilindən, bəlkə də, ona görə istifadə edilmişdir ki, günah edən şəxs günah edərkən həmin işin onun xeyrinə olduğunu düşünür, bu işi görmədikdə isə elə fikirləşir ki, ziyana uğrayıb. Allah-taala bir neçə ayə sonra belə insanların axirəti dünya həyatına satmış insanlar olduğunu bildirərək onların cəzasında heç bir güzəştə yol verilməyəcəyini buyurmuşdur.
2\. Günahların təsirinin bütün varlığı bürüməsi nə deməkdir?
"Xətiəh" sözü adətən qəsdən edilmədən günaha deyilir. Lakin sözügedən ayədə “böyük günah" və ya "böyük günahın insanın vücudunda qoyduğu təsir" mənasında işlədilmişdir. Günahların təsirinin bütün varlığı bürüməsi o deməkdir ki, insan həddən artıq günah etmək nəticəsində, sanki özünü heç bir çıxışı olmayan zindana salır.
Kiçik və böyük günahlar əvvəlcə adi bir iş olur. Getdikcə isə adət halını alır. Bu adət halı davam etmək nəticəsində intensivləşərək insanın bütün varlığını bürüyür. Belə olduqda günah, sanki insanın vücudunun ayrılmaz tərkib hissəsinə çevrilir. Onda artıq heç bir öyüd-nəsihət insana təsir etmir. O, öz əli ilə qəlbini möhürləyir. Belə insan ipək toxuyub özü içərisində qalan baramaqurduna bənzəyir.
Quranda "Allah şirki əsla bağışlamır, amma istədiyi şəxsin bundan kiçik günahlarını bağışlayar" məzmunlu ayələrin olduğunu, digər tərəfdən də haqqında danışdığımız ayələrdə bəzi insanların Cəhənnəmdə əbədi qalacağından söhbət getdiyini nəzərə alsaq, belə nəticəyə gəlirik ki, bu ayələrdə sözügedən insanlar etdikləri günahların nəticəsində imanlarını əldən vermiş, beləliklə də, ölərkən dünyadan müşrik olaraq köçmüşlər.
3\. Yəhudilərin irqi ayrıseçkiliyi.
Haqqında danışdığımız ayələrdən aydın şəkildə görünür ki, bu gün dünyada bir çox problemlərə səbəb olmuş və özləri üçün imtiyazlar nəzərdə tutan yəhudilərin irqi ayrıseçkiliyi onlarda hələ o vaxtdan mövcud olmuşdur. Təəssüflər olsun ki, üstündən əsrlər keçməsinə baxmayaraq, indi də bu yanlış düşüncə tərzi davam edir. Üstəlik, onlar bu imtiyazın təkcə dünyada deyil, axirətdə də olacağını iddia edərək deyirlər ki, Cəhənnəm odu digər millətlərin günahkarlarından fərqli olaraq günahkar yəhudilərə yalnız bir neçə gün toxunacaq. Bu cür yanlış düşüncələri onlara saysız-hesabsız cinayətlər və fitnə-fəsad törətməyə şərait yaratmışdır.