Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 36

Ali-İmran surəsi 59, 60-cı ayələr

Ali-İmran surəsi 59, 60-cı ayələr



إِنَّ مَثَلَ عِيسَى عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُنْ فَيَكُونُ .٥٩


الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُنْ مِنَ الْمُمْتَرِينَ .٦٠


Ayələrin tərcüməsi



59\. Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "Mövcud ol!” – dedi, o da dərhal oldu. (Buna görə də İsanın dünyaya atasız gəlməsi onun tanrı olmasına dəlalət etmir.)

60\. Bunlar sənin Rəbbin tərəfindən olan bir həqiqətdir. Buna görə də şübhə edənlərdən olma!

Ayələrin nazilolma səbəbi.



Bu surənin böyük bir hissəsi Nəcran xaçpərəstlərinə cavab olaraq nazil olub. Çünki onlar böyüklərindən bir neçəsinin müşayiəti ilə altmış nəfərlik bir heyətlə İslam Peyğəmbəri (s) ilə danışıqlar aparmaq üçün Mədinəyə gəlmişdilər. Həmin söhbətdə toxunulan məsələlərdən biri də onların Həzrət Peyğəmbərdən: "Bizi nəyə dəvət edirsən?” – deyə soruşduqları sual olub.

Həzrət Peyğəmbər (s) buyurub: “Tək olan, tərəfindən insanlara doğru göndərildiyim və (digər insanlar kimi olan və başqaları kimi yemək yeyən) İsanın (ə) da Onun bəndələrindən biri olduğu Allaha tərəf!”

Xaçpərəstlər Həzrət Peyğəmbərin (s) bu sözünü qəbul etməyiblər və İsanın (ə) atasız doğulmasını onun tanrı olmasına dəlil kimi gətiriblər. Həmin vaxt sözügedən ayə nazil olub və onlara cavab verilib. Onlar verilən bu cavabı da qəbul etməyəndən sonra “mübahilə”yə dəvət ediliblər. Biz tezliklə onun barəsində geniş izah verəcəyik!

Ayələrin təfsiri.



İsanın (ə) tanrı olmasının inkarı.

Bu ayələr Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini onun Allahın övladı, yaxud tanrı olmasının dəlili hesab edənlərə cavabdır. Birinci ayədə belə buyurur: “Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "Mövcud ol!" dedi, o da dərhal oldu.

Quran bu qısa və aydın dəlil ilə onların iddiasına cavab verir ki, İsanın (ə) atasız doğulmasında təəccüblü bir şey yoxdur və bu, onun Allahın oğlu və ya Allahın özü olmasına dəlalət etmir. Çünki Adəmin (ə) yaradılışı ondan da təəccüblü olub. O, dünyaya həm atasız, həm də anasız gəlib. Allahın istək və iradəsi qarşısında istənilən iş asandır və hər hansı bir şeyin mövcud olması üçün Onun bircə "mövcud ol!" deməsi kifayətdir.

Çətin və asan məsələsi məhdud qüdrətə malik yaradılmışlara aiddir. Qüdrəti məhdud olmayan kəs üçün işlərin “çətin” və “asan" kateqoriyalarına bölünməsi mənasızdır. Onun üçün bir yarpaq yaratmaqla minlərlə kilometrlik meşə, yaxud bir toz dənəsi yaratmaqla Günəş sistemini yaratmaq eynidir.

İkinci ayədə əvvəlki ayələrdə deyilənlərə təkid etmək üçün buyurur: "Bunlar (Həzrət İsa (ə), onun necə dünyaya gəlməsi və məqamı barədə deyilənlər) sənin Rəbbin tərəfindən olan bir həqiqətdir. Buna görə də şübhə edənlərdən olma!”

Ayənin ərəbcə orijinalında işlənmiş "Rəbbin tərəfindən olan bir həqiqətdir” ifadəsi barədə təfsirçilər iki ehtimal veriblər. Birinci ehtimal onun mübtəda və xəbərdən ibarət olmasıdır. (Ərəb dili qrammatikası baxımından (ǝl-hǝqq) mübtəda, (min Rəbbikǝ) xəbərdir.) Bu halda onun mənası “haqq həmişə Rəbbin tərəfindəndir” olacaq. Çünki “haqq”ın mənası “gerçəklik"dir və "gerçəklik" varlığın özüdür, varlıqların hamısı Onun vücudundan qaynaqlanır. “Batil” isə "yoxluq"dur və Onun zatına yaddır.

İkinci ehtimal isə həmin ifadənin atılmış mübtədanın “ذلك الأخبار” (zalikəl-əxbaru) (bu xəbərlər) ifadəsinin xəbəri olmasıdır. Bu zaman ayənin mənası belə olur: "Sənə verilən bu xəbərlərin hamısı sənin Rəbbin tərəfindən olan həqiqətlərdir”. Bu mənaların hər ikisi ayə ilə uyğun gəlir.