Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 37
Ali-İmran surəsi, 61-ci ayə
Ali-İmran surəsi, 61-ci ayə
فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ .٦١
Ayənin tərcüməsi
61\. (İsa haqqında) sənə çatan məlumatdan sonra səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra nifrin edib yalançılara Allahın lənət etməsini diləyək!"
Ayənin nazilolma səbəbi.
Bu və bundan əvvəlki ayələr Aqib, Seyyid və onları müşayiət edən şəxslərdən ibarət Nəcran nümayəndə heyəti barədə nazil olub. Onlar Həzrət Peyğəmbərin (s) yanına gələrək belə deyiblər: "Heç atasız uşağın dünyaya gəldiyini görmüsən?!" Həmin vaxt "Allah yanında İsa da Adəm kimidir..." ayəsi nazil olub.
Həzrət Peyğəmbər (s) onları "mübahilə"yə dəvət edərkən o Həzrətdən (s) həmin günün səhərisinə kimi möhlət istəyiblər. Onlar Nəcranın böyük şəxsiyyətlərinə müraciət etdikdən sonra yepiskopları (böyük ruhaniləri) onlara belə deyib: “Sabah Muhəmmədə diqqət edin. Əgər mübahiləyə öz övladları və ailəsi ilə gəlsə, onunla mübahilə etməkdən çəkinin. Lakin səhabələri ilə gəlsə, onunla mübahilə edin. Çünki elə olsa, deməli, "boğçasında" bir şey yoxdur”.
Səhəri gün Həzrət Peyğəmbər (s) Əli ibn Əbu Talibin (ə) əlindən tutmuş halda, Həsənlə Hüseyn onların qabağında, Fatimə (ə) isə arxa- larında gəlir. Xaçpərəstlər isə yepiskopları qabaqda olmaqla gəlirlər. O, Həzrət Peyğəmbərin (s) bir neçə nəfərlə gəldiyini görüb onların kimliyini soruşur. Ona deyirlər ki, bu, Peyğəmbərin əmisi oğlu, kürəkəni və Allahın yaratdıqları içində ən çox sevdiyi şəxsdir, o iki oğlan onun qızının Əlidən (ə) olan uşaqlarıdır. O gənc xanım da Peyğəmbərə ən əziz, onun ürəyinə ən yaxın olan şəxs qızı Fatimədir (ə)...
Seyyid yepiskopa deyir: "Mübahilə etmək üçün önə keç”.
O deyir: "Mən mübahiləyə tam cürətlə gəlmiş bir sima görür, onun doğruçu olmasından qorxuram. Əgər o doğruçu olsa, and olsun Allaha, yer üzündə bir il müddətinə bir nəfər də xaçpərəst qalmaz".
Yepiskop İslam Peyğəmbərinə (s) deyir: "Ey Əbülqasim, biz səninlə mübahilə etməyəcəyik, sülh edəcəyik, bizimlə sülh et". Həzrət Peyğəmbər (s) onlarla iki min "hüllə” (bir paltarlıq yaxşı parça) – hər hüllənin minimum qiyməti qırx dirhəm olmaqla və Yəməndə müsəl- manlara qarşı fitnə yaranacağı təqdirdə, müvəqqəti istifadə üçün otuz dəst zireh, otuz ədəd nizə və otuz baş at vermək şərti ilə sülh edir. Həzrət Peyğəmbər (s) müvəqqəti istifadəyə götürülən malların geri qaytarılmasına zəmanət verir və bu barədə əhdnamə yazılır.
Hədislərin birində yepiskopun belə deməsi nəql edilib: “Mən elə bir simalar görürəm ki, əgər onlar Allahdan dağları yerindən qoparmasını istəsələr, qoparar. Heç vaxt onlarla mübahilə etməyin, yoxsa məhv olarsınız və yer üzündə bir nəfər də olsun xaçpərəst qalmaz”.
Ayənin təfsiri.
Nǝcran xaçpərəstləri ilə mübahilə.
Həzrət İsanın (ə) tanrılığını inkar edən ayələrin davamı olaraq bu ayədə Həzrət Peyğəmbərə (s) belə göstəriş verilir: “(İsa haqqında) sənə çatan məlumatdan sonra (yenə) səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü (canımız yerində olanları), siz də özünüzü çağıraq! Sonra nifrin edib yalançılara Allahın lənət etməsini diləyək!”
Burada "mübahilə" deyilərkən həmin şəxslərin bir yerə toplaşıb bir- birinə nifrin edərək ayrılması nəzərdə tutulmur. Çünki öz-özlüyündə bu əməlin heç bir faydası olmaz. Onda məqsəd həmin nifrinin öz təsirini göstərməsi və onun təsirinin zahir olması ilə yalançıların əzaba düçar olması və tanınmasıdır. Bu ayədə mübahilənin təsir və nəticələrinə toxunulmasa da, ondan məntiq və dəlilin heç bir təsiri olmadıqdan sonra son həll yolu kimi istifadə edilməsindən məlum olur ki, məqsəd sadə nifrin deyil, bu nifrinin real təsirinin zahir olmasıdır.
İncəliklər:
1\. Mübahiləyə dəvət İslam Peyğəmbərinin (s) haqq olmasının aydın dəlilidir.
Allah-taala bu ayədə Öz Peyğəmbərinə göstəriş verir ki, əgər qeyd edilən aydın dəlillərdən sonra kimsə səninlə İsa (ə) barəsində mübahisə etsə, ona mübahilə etməyi təklif et, qoy öz övlad və qadınlarını gətirsin, sən də öz övlad və qadınlarını apar, sonra dua edin və Allah yalançını rüsvay etsin.
Bəlkə də, həmin vaxta kimi ərəblər arasında mübahilə ənənəsi olmayıb və o, Həzrət Peyğəmbərin (s) iman və dəvətinin haqq olmasından xəbər verən nişanə olub.
Allah ilə əlaqəsinə bütün vücudu ilə imanı olmayan şəxs belə bir meydana daxil ola, öz müxaliflərini birlikdə Allah dərgahına üz tutmağa və ondan yalançını rüsvay etməsini istəməyə dəvət edə bilərmi? Belə əminliyi olmayan şəxs həmin əməlin nəticəsinin tezliklə üzə çıxacağını və Allahın yalançıları rüsvay edəcəyini iddia edə bilərmi? Şübhəsiz, belə bir meydana daxil olmaq təhlükəlidir. Çünki onun duası qəbul olmasa və müxaliflər cəzalanmasa, təşəbbüskarın rüsvay olmasından başqa bir şeylə nəticələnməyəcək. Nəticədən əmin olmayan ağıl sahibi belə bir mərhələyə qədəm basa bilərmi?
Buna görə də mübahilənin sonrakı nəticələrindən əlavə, Həzrət Peyğəmbərin (s) mübahiləyə dəvət etməsi onun dəvətinin doğruluğunun və möhkəm imanının nişanələrindəndir.
Mübahilə söhbəti yaranandan sonra Nəcran xaçpərəstlərinin nümayəndələri o Həzrətdən (s) bu barədə fikirləşmək və öz böyükləri ilə məsləhətləşmək üçün möhlət istədilər. Onların məsləhətləşməsinin psixoloji amildən qaynaqlanan nəticəsi bu oldu ki, “Əgər Muhəmməd mübahiləyə səs-küylə, kütlə ilə, hay-həşirlə gəlsə, qorxmayın, onunla mübahilə edin. Çünki o, hay-küyə əl atıbsa, deməli, ortada heç bir həqiqət yoxdur. Lakin görüş yerinə öz qohumlarından və azyaşlı övladlarından ibarət çox məhdud sayda xas dəstə gəlsə, bilin ki, o, peyğəmbərdir və onunla mübahilə etməkdən çəkinin. Çünki bu, çox təhlükəlidir".
Beləliklə, onlar əvvəldən razılaşdıqları görüş yerinə getdilər və Həsənlə Hüseynin (ə) qabaqda, Peyğəmbərin (s) də Əli və Fatimə (ə) ilə birlikdə onların arxasınca gəldiyini və yanındakılara dua edərkən "amin” deməyi tapşırdığını gördülər.
Xaçpərəstlər bərk qorxuya düşdülər və mübahilə etməkdən çəkinib sülh etməyə, “zimmə” şərtlərini qəbul edib "cizyǝ" vergisi ödəməyə razılı verdilər.
2\. Mübahilə Əhli-beytin (ə) əzəmətinin həmişəyaşar dəlilidir Həm şiə, həm də sünni təfsirçilərin əksəriyyəti mübahilə ayəsinin Əhli-beyt haqqında nazil olduğunu və Peyğəmbərin (s) özü ilə həmin görüş yerinə ancaq oğlanları Həsənlə Hüseyni (ə), qızı Fatiməni (ə) və Əlini (ə) apardığını yazır.
Buna görə də ayədəki “oğlanlarımızı" sözündə məqsəd yalnız Həsənlə Hüseyn (ə), “qadınlarımızı” ifadəsində məqsəd yalnız Həzrət Fatimə (ə), “özümüzü” sözündə məqsəd isə yalnız Əlidir (ə). Bu barədə çoxsaylı hədislər də nəql edilib.
Lakin əhli-sünnənin azlıq təşkil edən bəzi təfsirçiləri bu barədə hədis nəql edilməsini inkar etməyə çalışıblar. Məsələn, “Əl-Mənar” təfsirinin müəllifi sözügedən #### Ayənin təfsirində belə yazıb: "Bu hədislərin hamısı şiələr tərəfindən nəql edilib və onların məqsədinin nə olduğu aydındır. Onlar bu hədislərin yayılması istiqamətində o qədər çalışıblar ki, hətta əhli-sünnə alimlərinin çoxunun bu barədə çaşbaş qalmasına səbəb olublar".
Lakin əhli-sünnənin əsl mənbələrinə müraciət edərkən "Əl-Mənar" təfsirinin müəllifinin təəssübkeşlikdən doğan iddialarının əksinə olaraq, həmin hədislərin çoxunun mənbəyinin yalnız şiə kitablarından ibarət olmadığını görürük. Əgər biz həmin hədislərin əhli-sünnə yolu ilə nəql edilməsini inkar etsək, o zaman onların digər hədis və kitabları da öz etibarını itirər.
Həqiqətin daha aydın olması üçün onların bu barədə nəql etdiyi hədislərin bir hissəsini mənbəyi ilə qeyd edəcəyik.
Qazi Nurullah Şüştəri özünün “Ehqaqul-həqq” kitabının üçüncü cildində (yeni çap, səh.46) belə yazıb: "Bu ayədə "oğlanlarımızı” ifadəsi- nin Həsənlə Hüseynə (ə), “qadınlarımızı” sözünün Həzrət Fatiməyə (ə), “özümüzü" ifadəsinin isə Əliyə (ə) işarə olması barədə təfsirçilər arasında yekdillik var".
Sözügedən kitabın haşiyəsində əhli-sünnənin böyük alimlərindən təxminən 60 nəfərin adı çəkilib və onların mübahilə ayəsinin Əhli- beyt (ə) barədə nazil olmasını vurğulamaları qeyd edilib. Həmin alimlərin adı və kitablarının xüsusiyyətləri 46-76-cı səhifələrdə müfəssəl şəkildə qeyd edilib.
Həmin məşhur şəxslərin bəziləri bunlardır:
1\. Əhli-sünnənin mötəbər hesab etdiyi altı kitabdan biri - məşhur "Səhih” kitabının müllifi Müslim İbn Həccac Nişapuri.
2\. Əhməd ibn Hənbəl özünün "Müsned" kitabında.
3\. Təbəri özünün məşhur təfsirində, sözügedən #### Ayənin təfsirində.
4\. Hakim "Müstədrək" kitabında.
5\. Hafiz Əbu Nəim İsfahani "Dəlailun-nübuvvət” kitabında"
6\. Vahidi Nişapuri "Əsbabun-nüzul" kitabında
7\. Fəxr Razi özünün məşhur təfsirində
8\. İbn Əsir "Camiul-üsul" kitabında
9\. İbn Cövzi "Təzkirətul-xəvass" kitabında"
10\. Qazi Beyzavi öz təfsirində
11\. Alusi "Ruhul-məani" təfsirində"
12\. Məşhur təfsirçi Tǝntavi "əl-Cəvahir" təfsirində
13\. Zəməxşəri "Kəşşaf” təfsirində
14\. Hafiz Əhməd ibn Həcər Əsqǝlani “əl-İsabə” kitabında
15\. İbn Sǝbbağ "əl-Füsulul-mühummə” kitabında"
16\. Əllamə Qurtubi “əl-Came li-ehkamil-Quran" təfsirində".
"Ğayətul-məram” kitabında “Səhihi-Müslim”in “fəzailu Əli ibn Əbu Talib" babından belə nəql edilib: "Bir gün Müaviyə Səd ibn Əbu Vəqqasa dedi: “Nə üçün Əbu Turabı (Əlini) söymürsən?”
Sǝd dedi: "Həzrət Peyğəmbərin (s) Əli barəsində buyurduğu üç şey yadıma düşəndən sonra bu işdən daşınmışam.... (Onlardan biri) Mübahilə ayəsi nazil olarkən Həzrət Peyğəmbər (s) yalnız Fatimə.
Həsən, Hüseyn və Əlini çağırdı və sonra buyurdu: “Allahım, bunlar mənim xas yaxınlarımdır".!
"Kəşşaf"" təfsirinin müəllifi sözügedən #### Ayənin təfsirində belə yazıb: "Bu ayə "əba əhli"nin fəzilətini sübut edən ən güclü dəlillərdəndir".
Şiə təfsirçi, hədis və tarix alimləri də bu ayənin Əhli-beyt (ə) barəsində nazil olması haqda yekdil fikirdədirlər. “Nurus-səqəleyn” təfsirində bu barədə çoxsaylı hədislər nəql edilib.
O cümlədən “Üyuni axbar ər-Rza (ə)” kitabında Məmunun öz sarayında təşkil etdiyi məclis barəsində belə yazılıb: “İmam Əli ibn Musa Rza (ə) buyurdu: “Allah- taala mübahilə ayəsində Öz bəndələrinin pak olanlarını müəyyənləşdirib və Öz Peyğəmbərinə belə buyurub: “(İsa haqqında) sənə çatan məlumatdan sonra səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı...." Bu ayə nazil olandan sonra Həzrət Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni özü ilə mübahiləyə aparıb... Bu, Əhli- beytin (ə) heç kəsin qabaqlaya bilmədiyi məziyyət, heç bir insanın çata bilmədiyi fəzilət, onlardan qabaq heç kəsin nail ola bilmədiyi şərəfdir".
3\. Bir suala cavab.
Fəxr Razi və başqaları bu ayənin Əhli-beyt (ə) barəsində nazil olması haqda məşhur bir sual irəli sürüblər. Onlar deyirlər: Ayənin ərəbcə orijinalında işlənmiş (əbnaəna) (oğlanlarımızı) ifadəsində məqsəd necə Həsən və Hüseyn ola bilər? Halbuki (əbna) sözü cəmdir və cəm iki nəfər barədə işlədilmir. Həmçinin cəm mənası ifadə edən (nisaəna) (qadınlarımızı) sözü tək olan Həzrət Fatimə (ə) barədə necə işlədilə bilər? Əgər (ənfusəna) (özümüzü) sözündə məqsəd yalnız Əlidirsə, nə üçün o, cəm şəkildə işlədilib?
Cavab:
Birincisi, İslam alimlərinin yekdil fikri, həm şiə, həm də əhli- sünnənin məşhur və mötəbər mənbələrinin çoxunda bu ayənin Əhli- beyt (ə) barəsində nazil olması və Həzrət Peyğəmbərin (s) mübahiləyə Əli (ə), Fatimə (ə), Həsən və Hüseyndən (ə) başqa heç kəsi aparmaması barədə nəql edilmiş çoxsaylı hədislər ayənin təfsir edilməsi üçün aydın nişanədir. Çünki Quran ayələrini təfsir edən dəlillərdən biri sünnə və qəti nazilolma səbəbləridir. Buna görə də qeyd edilən irad yalnız şiəyə ünvanlanmır və ona İslam dünyasının bütün alimləri cavab verməlidirlər.
İkincisi, sözün cəm modelinin bir və ya iki nəfər barəsində işlədilməsi yeni deyil və həm Quranda, həm ərəb, həm də qeyri-ərəb ədəbiyyatında buna bənzər çoxsaylı nümunələr tapmaq mümkündür. Belə ki hər hansı bir qanun bəyan edilərkən və ya hansısa bir əhdnamə hazırlanarkən hökmün ümumi halda verilməsi və cəm halda qeyd edilməsi hallarına çox rast gəlinir. Məsələn, əhdnamədə belə yazırlar: "Bu əhdnamənin icraçı məsulu onu imzalayanlar və ya onların övladlarıdır". Halbuki ola bilər tərəflərdən birinin bir və ya iki övladı olsun. Bu, qanun və ya əhdnamənin sözlərinin cəm modelində tənzimlənməsi ilə ziddiyyət təşkil etmir.
Xülasə, biz iki mərhələ – müqavilə mərhələsi və icra mərhələsi ilə qarşı-qarşıyayıq. Müqavilə mərhələsində bəzən sözlər bütün nümunələri ehtiva etməsi üçün cəm şəkildə qeyd edilir. Lakin, ola bilər ki, icra mərhələsində onun nümunəsi yalnız bir nəfər olsun. Nümunənin yalnız bir nəfərdə məhdudlaşması məsələnin ümumi olması ilə ziddiyyət təşkil etmir.
Başqa sözlə desək, Həzrət Peyğəmbər (s) Nəcran xaçpərəstləri ilə bağladığı müqaviləyə əsasən, bütün oğullarını, ailəsinin ən xas qadınlarını və öz canı kimi olan şəxslərin hamısını mübahiləyə aparmalı idi. Lakin həmin müqavilə razılaşmasının iki oğul, bir qadın və bir kişidən başqa nümunəsi yox idi. (Diqqət edin!)
Bundan əlavə, Quranda söz cəm şəkildə gətirilsə də, müəyyən səbəblərdən nümunəsi birdən artıq olmayan ifadələr çoxdur. Məsələn, bu surənin 173-cü ayəsində belə oxuyuruq:
"Bunlar o adamlardır ki, insanlar onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə...”
Təfsirçilərdən bəzisinin qeyd etdiyinə əsasən, ayədəki “insanlar” ifadəsində məqsəd Nəim ibn Məsuddur. O, müsəlmanları müşriklərin gücündən qorxutmaq üçün Əbu Süfyandan bir sıra mallar almışdı”.
Həmçinin 181-ci ayədə belə buyurur:
“Allah kasıbdır, biz isə ehtiyacsızıq!" - deyənlərin sözlərini Allah eşitdi".
Halbuki bəzi təfsirçilərə görə, ayədəki “deyənlərin” sözündə məqsəd Hüyəyy ibn Əxtəb və ya Fihnas olub.
Bəzən də cəm şəklində olan sözün bir nəfər barəsində işlədilməsi hörmət məqsədi daşıyır. Məsələn, Quran Həzrət İbrahim (ə) barəsində belə buyurur:
"İbrahim (təklikdə) Allahın fərmanına müti bir ümmət idi”. Burada “ümmət” sözü toplu isimdir, lakin bir nəfər barəsində işlədilib.
4\. Qız nəvələrimiz bizim övladlarımızdır.
Həmçinin mübahilə ayəsindən insanın qızından olan nəvəsinə də həqiqi mənada “oğul" deyilməsi məlum olur. Lakin cahiliyyət dövründə yalnız oğuldan olan nəvələri "oğul" hesab edirdilər.
Yəni Bizim oğullarımız yalnız oğullarımızın oğullarıdır, qızlarımızın övladları bizim deyil, yadların övladı sayılırlar.
Bu təfəkkür tərzi cahiliyyət dövründə ərəblərin qadını insan cəmiyyətinin əsas üzvü hesab etməmələrindən və onları oğlanları saxmalaq üçün “qab” saymalarından qaynaqlanırdı.
Ərəb şairlərindən biri belə deyir:
Yəni İnsanların anası onların yetişməsi üçün qab kimidir, nəsəb üçün ancaq atalar tanınır.
Lakin İslam bu təfəkkür tərzini alt-üst edərək “oğul” hökmünü həm qız, həm də oğuldan olan övladlara bərabər tətbiq edib.
"Ənam" surəsinin 84-85-ci ayələrində Həzrət İbrahimin (ə) övladları barədə belə buyurulur:
"Onun övladlarından olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da haqq yola yönəltmişdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (haqq yola yönəltdik). Onların hamısı əməlisalehlərdən idi”.
Bu ayədə Həzrət İsa (ə) Həzrət İbrahimin (ə) övladlarından hesab edilib, halbuki o, qız övladı olub və Həzrət İsanın (ə) atası olmayıb.
Həm şiə, həm də sünni mənbələr tərəfindən İmam Həsənlə İmam Hüseyn (ə) barəsində nəql edilmiş hədislərdə “Peyğəmbərin oğlu” ifadəsi dəfələrlə təkrar edilib. Həmçinin evlənmək haram olan qadınlar barəsindəki ayələrdə “oğullarınızın arvadları" ifadəsi işlədilib. İslam alimləri tam qətiyyətlə bildirirlər ki, insanın öz oğlunun və nəvəsinin istər qız nəvəsi olsun, istər oğul - arvadı ilə evlənməsi haramdır və qeyd edilən ayə onlara da aiddir.
5\. Mübahilə ümumi hökmdürmü?
Şübhəsiz, sözügedən ayə müsəlmanlara mübahilə etmək barədə ümumi hökm vermir və o, Həzrət Peyğəmbərə (s) xitabdır. Lakin bunun mənası müxaliflər qarşısında mübahilə etməyin ümumi hökm olması və kamil iman və təqvaya malik şəxslərin düşmən qarşısındakı məntiqi dəlilləri düşmənin inadkarlıq və tərsliyi üzündən bir fayda verməyəndə onları mübahilə etməyə dəvət etməsi ilə ziddiyyət təşkil etmir.
İslami mənbələrdə nəql edilmiş hədislərdən də bu hökmün ümumi hökm olması məlum olur. "Nurus-səqəleyn" təfsirində (c.1, səh.351) İmam Sadiqdən (ə) nəql edilmiş hədisdə belə deyilir: “Əgər müxaliflər sizin haqq sözünüzü qəbul etməsələr, onları mübahiləyə dəvət edin".
Ravi deyir: "Mən İmamdan (ə) soruşdum ki, “Onlarla necə mübahilə edim?"
İmam buyurdu: “Özünü üç gün əxlaq baxımından islah et”. Deyəsən, İmam (ə) buyurdu ki, oruc tut, qüsl ver, sonra mübahilə etmək istədiyin şəxslə səhraya get, orada sağ əlinin barmaqlarını onun sağ əlinin barmaqlarına keçirt, sonra belə de: "Allahım, Sən yeddi göy və yeddi yerin Rəbbisən, gizli sirlərdən xəbərdarsan, rəhman və rəhimsən. Əgər mənim müxalifim haqqı inkar edib batil iddia edirsə, göydən bəla nazil et və onu ağrılı əzaba düçar et!"
Sonra bu duanı bir daha təkrar et və de: "Əgər bu şəxs haqqı inkar edib batil iddia edirsə, göydən ona bəla nazil et və onu əzaba düçat et!"
İmam (ə) daha sonra buyurdu: "Çox keçmədən bu duanın nəticəsi özünü büruzə verər. And olsun Allaha, mənimlə bu cür mübahilə edən birinə rast gəlmədim".
Həmçinin bu ayədən belə məlum olur ki, "İslam kişi dinidir və onda qadınlar saya salınmırlar” deyənlərin iddialarının əksinə olaraq, qadınlar həssas anlarda İslamın hədəflərinin inkişafı istiqamətində kişilərlə çiyin-çiyinə öz vəzifələrini yerinə yetirərək düşmən qarşısında dayanıblar. Həzrət Fatimənin (ə), onun qızı Zeynəbi-Kübranın (ə) və İslam tarixində ayaqlarını onların ləpirinə qoyan digər qadınların parlaq həyat tarixi bu həqiqətin canlı şahididir.