Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 38

Ali-İmran surəsi, 62 və 63-cü ayələr

Ali-İmran surəsi, 62 və 63-cü ayələr



إِنَّ هَذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَهٍ إِلَّا اللَّهُ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ .٦٢


فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ .٦٣


Ayələrin tərcüməsi



62\. Bu, (İsa barəsində) həmin doğru olan hekayədir. (Onun tanrı və ya Allahın oğlu olması kimi iddiaların heç bir əsası yoxdur.) Tək olan Allahdan başqa heç bir məbud yoxdur. Allah yenilməz qüvvət, hikmət sahibidir!

63\. Əgər onlar (bütün bu dəlillərə baxmayaraq, yenə də haqqı qəbul etməkdən) üz döndərsələr, (bil ki, haqq axtarışında deyildirlər və) Allah fitnə-fəsad törədənlərdən xəbərdardır!

Ayələrin təfsiri.



Həqiqi hekayətlər.

Həzrət İsanın (ə) həyat hekayəsi barədə bəzi izahlar veriləndən sonra bu ayələrdə daha çox təkid etmək üçün buyurur: “Bu, (İsa barəsində) həmin doğru olan hekayədir".

Nə onun tanrı olması iddiasını edənlərin sözü, nə də onu Allahın qeyri-qanuni oğlu sayanların – bu iddiadan Allaha sığınırıq – iddiaları düzdür. Haqq sənin gətirdiklərin və sənin dediklərindir. O, Allahın ilahi möcüzə ilə atasız, pak anadan dünyaya gəlmiş bəndəsi və elçisidir.

Daha artıq təkid etmək üçün bir daha buyurur: “Tək olan Allahdan başqa heç bir məbud yoxdur”.

“Allah yenilməz qüvvət, hikmət sahibidir!” Atasız uşağın doğulması Onun qüdrəti müqabilində elə də mühüm məsələ deyil.

Şübhəsiz, başqası deyil, məhz belə olan kəs ibadətə layiqdir.

Ayənin ərəbcə orijinalında işlənmiş (qəsəs) sözü tək isimdir və onun mənası “hekayət”dir. Onun kökü (qəssə) sözüdür və onun mənası “bir şeyi axtarmaq”dır. Məsələn, Musa ibn İmranın (ə) hekayətində belə oxuyuruq:

"(Anası Musanın) bacısına: “Onun dalınca get!" - dedi".

Birinin qanının alınmasına (qisas) deyilməsinin səbəbi onda qan sahibinin haqqının axtarılmasıdır. Ərəblər keçmişdəkilərin vəziyyət və həyat macəralarının axtarılıb araşdırılmasından ibarət hekayət və tarixə də (qissə) deyirlər.

Ayədəki "bu" işarə əvəzliyi Qurani-Kərim və ya peyğəmbərlərin tarixinə deyil, Həzrət İsanın (ə) hekayətinə işarədir.

Sonrakı ayədə həqiqətləri qəbul etməkdən boyun qaçıran şəxsləri təhdid edərək buyurur: "Əgər onlar (bütün bu dəlillərə baxmayaraq, yenə də haqqı qəbul etməkdən) üz döndərsələr, (bil ki, haqq axtarışında deyildirlər və) Allah fitnə-fəsad törədənlərdən xəbərdardır!”.

Əlbəttə, Quranın Həzrət İsa (ə) barəsindəki bu qədər məntiqi dəlilindən, həmçinin mübahilə çağırışından geri çəkiləndən sonra yenə haqqa təslim olmayıb inadkar söhbətlərini davam etdirən şəxslər haqq axtarışında deyildirlər, fitnəkardırlar və onların məqsədi insanların düzgün etiqadında süstlük yaratmaqdır. Şübhəsiz, Allah onları tanıyır, niyyətlərindən xəbərdardır və vaxtı çatanda onları cəzalandıracaq.