Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 39

Ali-İmran surəsi, 64-cü ayə

Ali-İmran surəsi, 64-cü ayə



قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ .٦٤


Ayənin tərcüməsi



64\. De: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan "Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: "Şahid olun ki, biz müsəlmanıq!"

Ayənin təfsiri.



Vəhdət çağırışı.

Quran əvvəlki ayələrdə əvvəl xaçpərəstləri düşünməyə, sonra onların razılaşmadığını görüb mübahiləyə dəvət edir. Mübahilə çağırışı onların ruhiyyəsinə böyük təsir göstərir. Quran onların mübahilə etməyə razı olmayıb "zimmə" şərtlərini qəbul etdiklərini görür və onların ruhiyyəsində yaranmış bu münasib şəraitdən istifadə edərək yenidən dəlil gətirir. Lakin bu dəlillər əvvəki dəlillərdən çox fərqlidir.

Əvvəlki ayələrdə onlar tam mənada İslama dəvət edilirdilər, lakin bu ayədə onlar İslamla kitab əhlinin dinində olan ortaq cəhətlərə dəvət edilirlər.

Ayə Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan "Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin!"

Quran bu əsaslandırma ilə bizə öyrədir ki, əgər bəzi şəxslər sizinlə bütün müqəddəs hədəflərdə əməkdaşlıq etməsələr, çalışın mühüm ortaq hədəflərdə onları əməkdaşlığa cəlb edin və bundan öz müqəddəs hədəflərinizin gerçəkləşməsi istiqamətində istifadə edin.

Sözügedən ayə bütün səma dinləri ilə vəhdət nidası ucaldır. Xaçpərəstlərə buyurur ki, siz tövhid iddiası edir, hətta üç üqnuma etiqadının (üç tanrıya etiqadın) tövhid ilə ziddiyət təşkil etmədiyini deyir və buna görə də üç üqnuma etiqadında vəhdətə inanırsınız.

Həmçinin yəhudilər Üzeyri Allahın oğlu hesab etmək kimi şirk etiqadında tövhid iddiası edirlər.

Quran onların hamısına bildirir ki, biz sizinlə tövhid etiqadında şərikik, gəlin əl-ələ verib bu ortaq prinsipi heç bir əlavəsiz yaşadaq və nəticəsi şirk və tövhiddən uzaqlıq olan yersiz təfsirlərdən çəkinək.

Bu ayədə Allahın tək olmasına üç müxtəlif ifadə ilə təkid edilib. Onlardan biri "Allahdan başqasına ibadət etməyək”, ikincisi "heç nəyi ona tay tutmayaq", üçüncüsü “Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək" ifadələridir. Həmçinin sonuncu ifadə incəliklə Həzrət İsanın (ə) bizim kimi adi insan olmasına və onun tanrı hesab edilməməsinə işarə edir.

Ehtimallardan biri də kitab əhlinin bəzi azğın alimlərinin öz məqamlarından sui-istifadə etməsi, Allahın halal-haramını ürəkləri istəyən kimi dəyişdirməsi və başqalarının da bu işdə onlara tabe olmalarıdır.

Kitab əhli alimləri arasında Allahın hökmlərini öz mənafelərinə uyğun və təəssübkeşliklə təhrif edənlər olub. İslam baxımından bilərək- dən qeyd-şərtsiz həmin şəxslərə tabe olanlar onlara ibadət etmiş sayılırlar.

Bunun səbəbi də aydındır. Çünki halal və haram barədə hökm vermək Allaha aiddir. Kim bu məsələdə başqasını ixtiyar sahibi hesab etsə, onu Allaha şərik qoşub.

Təfsirçilər bu #### Ayənin təfsirində belə nəql ediblər: Əvvəl xaçpərəst olub sonra İslamı qəbul etmiş Üdeyy ibn Hatəm bu ayə nazil olandan sonra ondakı “Rəbb qəbul etmək” sözünü kitab əhlinin öz alimlərinə ibadət etməsi kimi başa düşür. Buna görə də o, Həzrət Peyğəmbərə (s) belə deyir: “Biz əvvəllər heç vaxt öz alimlərimizə ibadət etməmişik”.

Həzrət Peyğəmbər (s) buyurur: "Onların Allahın hökmlərini istədikləri kimi dəyişdirdiklərini bilir və buna baxmayaraq, onlara tabe olurdunuzmu?"

Üdeyy deyib: “Bəli”.

Peyğəmbər (s) buyurub: “Elə bu həmin ibadətdir”.

İslam köləliyi və beyinlərin işğalını bir növ ibadət və bəndəlik hesab edir və şirk və bütpərəstliklə mübarizə apardığı kimi bütpərəstliklə bir sayılan beyin və düşüncələrin işğalı ilə də kəskin mübarizə aparır.

Ayənin ərəbcə orijinalında işlənmiş (ərbab) (rəblər) sözü ismin cəm şəklindədir. Buna görə də bu ayədən yalnız Həzrət İsaya (ə) ibadət edilməsinin qadağan edilməsi mənasını çıxarmaq olmaz. Lakin, ola bilər ki, ayənin məqsədi həm Həzrət İsaya (ə), həm də azğın alimlərə ibadətdən çəkindirmək olsun.

Ayənin sonunda buyurur: “Əgər onlar (ortaq cəhətə, yəni tövhidə tərəf olan bu məntiqi çağırışdan sonra yenə) üz döndərsələr, o zaman deyin: "Şahid olun ki, biz müsəlmanıq (biz haqqa təslimik, amma siz təslim deyilsiniz).

Buna görə də sizin haqdan uzaqlığınız bizim ruhumuza zərrəcə təsir etmir və biz öz yolumuzu, yəni İslam yolunu davam etdirəcəyik. Biz yalnız Allaha ibadət edir və ancaq Onun qanunlarını mötəbər sayırıq. Bizim aramızda insana pərəstiş etməyin heç bir forması mövcud olmayacaq.

İncəlik:



Həzrət Peyğəmbərin (s) dünya liderlərinə məktubu.

İslam Hicaz torpağında kifayət qədər nüfuz qazanandan (xüsusilə yuxarıdakı ayə nazil olandan və bütün səma dinlərinin ortaq cəhəti olan tövhiddə əməkdaşlığa dəvət edəndən) sonra Həzrət Peyğəmbər (s) həmin dövrün böyük liderlərinə müxtəlif məktublar yazıb və həmin məktublarda sözügedən ayəyə xüsusi təkid edib. Biz mövzunun əhəmiyyətini nəzərə alaraq və bu ortaq cəhətə dəvətin necə olmasına aydınlıq gətirmək üçün həmin məktublardan ikisinə işarə edəcəyik.

1\. Muqauqisə məktub.

Bismillahir rəhmanir rəhim Ten Abdullahın oğlu Muhəmməddən qibtilərin böyük rəhbəri Muqauqisǝ! Salam olsun haqqa tabe olanlara! Mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan və Allah səni ikiqat mükafatlandırsın (biri özün iman gətirdiyin üçün, biri də sənə tabe olub iman gətirənlərə görə). Əgər İslamı qəbul etməkdən boyun qaçırsan, qibtilərin günahı da sənin boynuna düşəcək. "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan “Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: "Şahid olun ki, biz müsəlmanıq!"

İslam Peyğəmbəri (s) dünyanın böyük liderlərinə məktub yazıb onları İslama dəvət edərkən Hatib ibn Əbi Bəltəəh vasitəsi ilə həmin vaxt Misirin hökmdarı vəzifəsini icra edən Muqauqisə də məktub göndərib. Həzrət Peyğəmbərin (s) qasidi Misirə gedərkən ölkənin hökmdarının İsgəndəriyyədə olduğunu eşidir. O, həmin dövrün nəqliyyat vasitələri ilə İsgəndəriyyəyə gedir və özünü saraya çatdırıb məktubu ona verir.

Muqauqis məktubu açıb oxuyandan sonra bir qədər fikrə dalır, daha sonra deyir: “Əgər Muhəmməd həqiqətən Allahın elçisidirsə, nə üçün müxalifləri onu öz doğma vətənindən çıxara bildilər və o, Mədinədə məskunlaşmaq məcburiyyətində qaldı? Niyə məhv olmaları üçün onlara nifrin etmədi?"

Həzrət Peyğəmbərin (s) qasidi onun cavabında belə deyir: “İsa (ə) Allahın elçisi idi və onun haqq olmasını siz də təsdiqləyirsiniz. Bəs nə üçün yəhudilər onu öldürmək planı cızanda onlara nifrin etmədi ki, Allah onları məhv etsin?"

Muqauqis bu məntiqin qarşısında aciz qalır və onu alqışlayaraq belə deyir:

"Əhsən sənə! Sən müdrik şəxsin yanından gəlmiş müdrik şəxssən”. Hatib daha sonra deyir: "Sizdən əvvəl bu məmləkətdə insanlara allahlıq iddiası edən bir şəxs (Firon) hökmranlıq edirdi. Allah onu məhv etdi ki, həyatı sizin üçün ibrət olsun. Lakin siz çalışın ki, həyatınız başqaları üçün ibrət olmasın.

İslam Peyğəmbəri (s) bizi paklıq dininə dəvət etdi və Qüreyş onunla amansız mübarizəyə qalxdı, yəhudilər xüsusi kinlə onunla mübarizə apardı. İslama ən yaxın şəxslər xaçpərəstlərdir. And olsun Allaha, Musa (ə) İsanın (ə) peyğəmbərliyinə müjdə verdiyi kimi, İsa da Muhəmmədin (s) müjdəsini verib. Siz Tövrat ardıcıllarını İncilə dəvət etdiyiniz kimi, biz də sizi İslama dəvət edirik. Haqq peyğəmbərin dəvətini eşidən hər bir millət ona tabe olmalıdır. Mən Muhəmmədin (s) çağırışını sizin diyara çatdırdım. Yaxşı olar ki, siz və Misir xalqı bu çağırışa müsbət cavab verəsiniz”.

Hatib ibn Əbi Bəltəǝh Həzrət Peyğəmbərin (s) məktubunun cavabını almaq üçün bir müddət orada qalır. Bir neçə gün keçir. Bir gün Muqauqis Hatibi öz sarayına çağırıb ondan İslam barəsində ona daha çox məlumat verməsini istəyir. Hatib ona belə cavab verir: "Muhəmməd (s) bizi tək olan Allaha ibadətə dəvət edir, insanlara gün ərzində beş dəfə Öz Rəbbi ilə yaxından ünsiyyətdə olmaq, namaz qılmaq, ildə bir ay oruc tutmaq, Allahın evini (tövhid mərkəzini) ziyarət etmək, öz əhdinə vəfalı olmaq, qan və leş əti yeməkdən çəkinmək göstərişi verir”. O, sonra İslam Peyğəmbərinin (s) həyatının bəzi xüsusiyyətlərini izah edir.

Muqauqis deyir: "Bunlar yaxşı əlamətlərdir. Mən peyğəmbərlərin sonuncusunun peyğəmbərlər torpağı olan Şamda zühur edəcəyini düşünürdüm. Lakin indi mənə aydın oldu ki, O, Hicaz torpağına göndərilib".

Sonra öz katibinə göstəriş verir ki, ərəb dilində Həzrət Peyğəmbǝrǝ (s) belə bir məktub yazsın: "Abdullahın oğlu Muhəmmədə qibtilərin böyük rəhbəri Muqauqisdən! Salam olsun sənə! Sənin məktubunu oxudum və məqsədindən xəbərdar oldum, dəvətinin həqiqətini başa düşdüm. Mən bir peyğəmbərin zühur edəcəyini bilirdim, amma onun Şam bölgəsindən zühur edəcəyini güman edirdim. Mən sənin qasidini ehtiramla qəbul etdim”. Sonra o, öz məktubunda Peyğəmbərə göndərdiyi hədiyyələrə işarə edir və məktubunu "salam olsun sənə!" cümləsi ilə sona çatdırır. Tarix kitablarında yazılanlara əsasən, Muqauqis Həzrət Peyğəmbərə təxminən on bir növ hədiyyə göndərib. İslam tarixi kitablarında həmin hədiyyələrin xüsusiyətləri qeyd edilib.

Həmçinin Həzrət Peyğəmbərin (s) yanına müsəlman xəstələri müalicə etmək üçün bir təbib də göndərib.

Həzrət Peyğəmbər (s) hədiyyələri qəbul edir, lakin təbibi qəbul etmir və buyurur ki, "Biz acmamış yemək yeməyən və yeməkdən doymamış əl çəkən insanlarıq. Bu, bizim sağlamlığımız üçün yetərlidir”. (Bəlkə də, təbibin geri qaytarılmasının səbəbi bu böyük sağlamlıq düsturundan əlavə, o Həzrətin (s) təəssübkeş xaçpərəst olan həmin təbibdən xatircəm olmaması, özünün və müsəlmanların canını ona tapşırmaq istəməməsi olub.)

Muqauqisin Həzrət Peyğəmbərin (s) qasidinə ehtiram göstərməsi, o Həzrətə çoxlu hədiyyə göndərməsi, məktubda Muhəmməd (s) adını öz adından əvvəl yazması onun Peyğəmbərin dəvətini qəlbində qəbul etməsindən və ya ən azı ona meyilli olmasından xəbər verir. Lakin o, ictimai mövqeyinin zəifləməməsi üçün İslama meylini büruzə verməyib."

2\. Həzrət Peyğəmbərin (s) Bizans imperatoruna məktubu.

Bismillahir rəhmanir rəhim.

Abdullahın oğlu Muhəmməddən Bizans imperatoru I İrakliyǝ! Salam olsun haqqa tabe olanlara! Mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, amanda və salamat qalasan və Allah səni ikiqat mükafatlandırsın (biri özün iman gətirdiyin üçün, biri də sənə tabe olub iman gətirənlərə görə). Əgər İslamı qəbul etməkdən boyun qaçırsan, əriysilərin (roman xalqları və fəhlə sinfinin) günahı da sənin boynuna düşəcək. "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan "Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: "Şahid olun ki, biz müsəlmanıq”.

Həzrət Peyğəmbərin (s) məktubunu Bizans imperatoruna Dihyə Kəlbi aparıb. Həzrət Peyğəmbərin (s) qasidi Bizansa yollanır, lakin Bizans imperiyasının mərkəzi Konstantinopola çatmamış imperatorun Beytül-müqəddəsi ziyarət etmək üçün Konstantinopoldan çıxdığını eşidir. Buna görə də Busra valisi Haris ibn Əbi Şimr ilə əlaqə saxlayıb öz məmuriyyəti barədə ona məlumat verir.

Zahirən Həzrət Peyğəmbər (s) Dihyəyə məktubu imperatora çatdırması üçün Busra hakiminə vermək icazəsi veribmiş. Peyğəmbərin (s) qasidi hakimlə əlaqə saxlayır. Vali Ədiyy ibn Hatəmi çağırtdırıb ona göstəriş verir ki, Dihyə ilə Beytül-müqəddəsə getsin və məktubu imperatora çatdırsın.

Qasid imperatorla Hims şəhərində görüşür. Görüşdən əvvəl saray tədarükçüləri ona imperatorun qarşısında səcdə etməlisən və əgər səcdə etməsən, sənə etina etməycək deyirlər.

Ağıllı şəxs olan Dihyə belə deyir: "Mən bu qədər yolu bu yersiz ənənələri aradan qaldırmaq üçün gəlmişəm". Mən bu məktubun sahibi tərəfindən imperatora insana pərəstişin aradan getməli olduğunu və tək olan Allahdan başqa heç kəsə ibadət edilməməsini çatdırmaq üçün gəlmişəm. Bu əqidə ilə mən Allahdan başqasına necə səcdə edə bilərəm?!

Peyğəmbərin (s) qasidinin güclü məntiqi onların təəccübünə səbəb olur. Saray adamlarından biri deyir: "Məktubu imperatorun stolunun üstünə qoyub qayıda bilərsən. Stolun üstündəki məktublara imperatordan başqa heç kəs əl vurmur”. Dihyə ona təşəkkür edir və məktubu sotulun üstünə qoyub qayıdır.

İmperator məktubu açır. Məktubun əvvəlindəki “bismillah” onun diqqətini cəlb edir. O deyir: “Mən indiyə kimi Süleymanın məktubundan başqa belə bir məktub görməmişəm”. O, sonra məktubu oxuyub tərcümə etməsi üçün öz tərcüməçisini çağırır.

Bizans imperatoru məktubun müəllifinin İncil və Tövratda vəd edilmiş peyğəmbər olması ehtimalını verdiyi üçün onun həyatı barədə məlumat əldə etmək istəyir. Buna görə də Muhəmmədin (s) yaxınlarından və ya onun haqqında məlumatı olanlardan kimisə tapmaları üçün bütün Şamı gəzmək göstərişi verir.

Təsadüfən həmin vaxt Əbu Süfyan və Qüreyşdən olan bir dəstə tacir ticarət etmək üçün Bizans imperiyasının tərkibində olan Şama gedibmiş. İmperatorun məmuru onlarla əlaqə saxlayır və onları Beytül- müqəddəsə aparır.

İmperator onlardan soruşur: "Sizin aranızda Muhəmmədlə qohum olan varmı?"

Əbu Sufyan deyir: "Mən Muhmmədlə eyni tayfadanam, dördüncü babamız birdir". Sonra imperator ondan bəzi suallar soruşur və o, da suallara cavab verir.

1\. Mühəmmədin əsil-nəsəbi necədir?

Əbu Sufyan deyir: "O, ǝsil-nəcabətli ailələrdəndir".

2\. Onun babaları arasında insanlara hökmranlıq etmiş şəxslər olubmu?

\- Xeyr.

3\. O, peyğəmbərlik iddiası etməmişdən əvvəl yalan danışmaqdan çəkinibmi?

\- Bəli, Muhəmməd doğruçu şəxs olub.

4\. Cəmiyyətin hansı təbəqəsi ona qarşı çıxır və hansı təbəqə onun tərəfdarıdır?

\- Zadəgan təbəqə ona qarşıdır, adi və orta sinif onu istəyir.

5\. Onun davamçılarından kimsə mürtəd olub onun dinindən çıxıbmı?

\- Xeyr.

6\. Onun ardıcıllarının sayı artırmı?

\- Bəli.

İmperator sonra Əbu Süfyan və onun yoldaşlarına belə deyib: "Əgər bu məlumatlar düzdürsə, o, şübhəsiz, vəd edilmiş peyğəmbərdir. Mən belə bir peyğəmbərin zühur edəcəyini bilirdim, lakin onun Qüreyş- dən olacağını bilmirdim. Mən onun qarşısında baş əyməyə və hörmət əlaməti olaraq onun ayaqlarını yumağa hazıram. (Bu, həmin vaxt ehtiram üçün edilən adi iş olub.) Mən onun dininin Bizans torpaqlarını tutacağını ehtimal edirəm".

Sonra imperator Dihyəni çağırıb ona ehtiram göstərib, Peyğəmbərin (s) məktubuna cavab yazıb və məktubla birlikdə o Həzrətə hədiyyə göndərib, məktubunda İslam Peyğəmbərinə (s) rəğbətini izhar edib.