Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 4
Ali-İmran surəsi, 5 və 6-cı ayələr
Ali-İmran surəsi, 5 və 6-cı ayələr
إِنَّ اللَّهَ لَا يَخْفَى عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ .٥
هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ .٦
Ayələrin tərcüməsi
5\. Göydə və yerdə heç nə Allahdan gizli qalmaz. (Buna görə də onları idarə etmək Ona çətin deyil.)
6\. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa məbud yoxdur.
Ayələrin təfsiri.
Allahın sonsuz elm və qüdrəti.
Əslində, bu ayə əvvəlki ayələrdə oxuduğumuz Allah "Həyy” və "Qəyyum"dur, varlıq aləminin idarəçiliyi Onun əlindədir və O, inadkar və tərs kafirləri (hətta onlar öz küfr və imansızlığını aşkar etməsələr belə,) cəzalandıracaq kimi ayələri təkmilləşdirir. Şübhəsiz, bu iş üçün yüksək elm və qüdrətə ehtiyac var. Buna görə də danışılan ilk ayədə Onun elminə, ikinci ayədə isə Onun qüdrətinə işarə edilir.
Əvvəl belə buyurur: "Göydə və yerdə heç nə Allahdan gizli qalmaz”.
O, hər yerdə mövcud olub hər şeyə nəzarət etdiyi, vücudu bütün cəhətlərdən sonsuz olduğu üçün Onsuz yer tapmaq mümkün olmadığı və bizə özümüzdən yaxın olduğu halda, hər hansı bir şey Ona necə gizli qala bilər?! Məkana malik olmamasına baxmayaraq, O, hər yeri əhatə edib. Onun hər yeri əhatə etməsinin, hər bir şeyin yanında və hər yerdə mövcud olmasının mənası hər şeydən xəbərdar olmasıdır. Onun elmi "elmi-hüsuli” deyil, “elmi-hüzuri”dir.
Sonra Özünün elm və qüdrətinin nümunələrindən birinə – əslində, yaradılış aləminin şah əsərlərindən və Allahın elm və qüdrətinin bariz nümunələrindən olan məsələyə toxunaraq buyurur: “Bətnlərdə sizə istədiyi surəti verən Odur”.
“Qüdrətli və hikmət sahibi olan Allahdan başqa məbud yoxdur”.
Zülmət ana bətnində insana surət verilməsi heyrətamiz və davamlı surət verilməsi, həqiqətən, heyrət doğurur. özü də misilsiz, Forma, surət, cinsiyyət, istedad, xüsusiyyət və istəklər baxımından mövcud olan rəngarəngliyi də nəzərə alsaq, bu heyrət daha da artır. Ondan başqa bir məbudun olmamasının səbəbi də budur. Çünki Onun pak zatından başqa ibadətə layiq olan bir kəs yoxdur. Belə olan halda, nə üçün İsa kimi yaradılmışlara ibadət edilməldir?! Sanki bu ifadə surənin əvvəlində qeyd edilən nazilolma səbəbinə işarədir. Həzrət İsanın (ə) Məryəmin bətnində olmasını xaçpərəstlər özləri də qəbul edirlər. Deməli, o, yaradan deyil, yaradılandır. Belə olan halda, o, necə məbud ola bilər?!
İncəliklər:
1\. Rüşeymin müxtəlif inkişaf mərhələlərində Allahın qüdrət və əzəmət nişanələri.
Bu ayənin mənası bu gün embriologiya elminin inkişaf etməsi nəticəsində daha yaxşı aydın olur. Əvvəl təkhüceyrəli varlıq olan rüşeymdə heç bir şəkil, əndam, orqan və sistem müşahidə olunmur və o, heyrətamiz sürətlə ana bətninin gizlinliklərində hər gün yeni şəklə düşür. Sanki bir qrup mahir rəssam onun yanında oturub və gecə-gündüz onun üstündə işləyərək qısa müddət ərzində bu dəyərsiz zərrəcikdən gözəl, vücudunun daxilində çox incə, mürəkkəb və dəqiq sistemlər olan insan yaradır.
Əgər rüşeymin inkişaf mərhələlərinin şəkli çəkilsə (indi bu, mümkündür) və həmin şəkillər bir-birinin ardınca insanın gözü qarşısından keçsə, insan yaradanın yaradılış əzəmət və qüdrətini yenidən dərk edər və ixtiyarsız bu şeiri zümzümə edər:
Yǝni: Sitayişə O yaradan layiqdir ki, su və torpaqdan belə gözəl və ürəyǝyatan təsvir yaradır.
Ən maraqlısı isə həmin təsvirlərin üzərində heç bir təsvir çəkməyin mümkün olmadığı suyun üzərində çəkilməsidir. "Su üzərində kim təsvir çəkə bilər?!"
Mayalanma baş verdikdən və rüşeym ilk şəklini aldıqdan sonra yüksələn sürətlə bölünməyə və artmağa başlayır və dənələri bir-birinə birləşmiş tut şəklinə düşür. Ona "morula" deyirlər. Bu inkişafla yanaşı, onun kənarında "cift" adlı qan laxtası da yaranır. Ciftin bir başı iki arteriya və bir vena ilə ananın ürəyinə birləşir, digər başı isə göbək ciyəsi vasitəsi ilə rüşeymə bağlı olur. Rüşeym ciftin qanında olan qida maddələri ilə qidalanır. Qidalanma, təkamül və hüceyrələrin üzə Çıxması nəticəsində morulanın içi boşalır və bu zaman ona "blastula" deyirlər. Çox keçmədən blastulanın hüceyrələrinin sayı çoxalır və o, iki divarlı kisə yaradır, sonra onda batıq əmələ gəlir və nəticədə, rüşeym iki hissəyə - sinə və qarına bölünür.
Bu mərhələyə kimi bütün hüceyrələr bir-birinə oxşayır və onların arasında zahiri fərq olmur. Lakin bu mərhələdən sonra rüşeymə surət verilməsi başlayır və onun hissələrində gələcəkdə görməli olduqları işə uyğun dəyişikliklər baş verir, müxtəlif toxuma və sistemlər yaranır. Hüceyrələrin hər bir dəstəsi bədənin bir sistemini, məsələn, sinir sistemi, qan dövranı sistemi, həzm sistemi və sairəni yaratmaqla məşğul olur.
Nəticədə, rüşeym bu mərhələlərdən sonra ana bətninin qaranlıqlarında mütənasib insan şəklinə salınır. (Rüşeymin təkamülü və digər mərha lələri barədə “Muminun" surəsinin 12-ci ayəsinin təfsirində geniş danışacağıq.)
2\. Ayənin ərəbcə orijinalında işlənmiş (ərham) sözü (rəhim) sözünün cəmidir və onun mənası “ananın qarnında uşağın formalaşdığı yer"dir. Sonradan bu söz bir anadan dünyaya gəlmiş bütün qohumlar barəsində işlədilməyə başlayıb. Onların arasında sevgi va məhəbbət bağlılığı olduğu üçün bu söz birinə sevgi və məhəbbət göstərmək barəsində də işlədilir.
Bəziləri isə bunun əksini düşünür. Onlar bu sözün əsl mənasının "şəfqət, sevgi və məhəbbət" olduğunu və yaxın qohumlar arasında da belə bir sevgi olduğu üçün uşağın ana qarnında formalaşdığı yerǝ "rǝhim" deyilməsini qeyd edirlər.