Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 43

Ali-İmran surəsi, 72-74-cü ayələr

Ali-İmran surəsi, 72-74-cü ayələr



وَقَالَتْ طَائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنْزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ .٧٢


وَلَا تُؤْمِنُوا إِلَّا لِمَنْ تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللَّهِ أَنْ يُؤْتَى أَحَدٌ مِثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَاجُّوكُمْ عِنْدَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ .٧٣


يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ .٧٤


Ayələrin tərcüməsi



72\. Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: “(Gedin,) günün əvvəlində (üzdə) möminlərə nazil edilənə inanın, günün sonunda isə onu inkar edin, bəlkə, (öz dinlərindən) üz döndərdilər. (Siz kitab əhli və səmavi müjdədən xəbərdar olduğunuz üçün bu hiylə onları şübhəyə salmağa yetər.)

73\. Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!" De: "Yönləndirən, hidayət edən yalnız Allahdır (Onun qarşısında sizin bu hiylənizin heç bir təsiri yoxdur)". (Sonra yəhudilər öz adamlarına dedilər:) "Sizə verilənin bənzərinin (səmavi kitabın) başqasına (müsəlmanlara) veriləcəyinə və yaxud Rəbbinizin hüzurunda onların sizinlə mübahisə edəcəyinə (inanmayın, peyğəmbərlik, məntiq, hər ikisi sizə məxsusdur)!" De: "Həqiqətən, nemət (peyğəmbərlik, ağıl, məntiq neməti heç kəsin deyil,) Allahın əlindədir və onu istədiyi (layiq bildiyi) şəxsə bəxş edər. Allah genişdir (sonsuz nemət sahibidir), (həmin nemətlərin layiq olduğu yerləri) biləndir!"

74\. Rəhmətini istədiyi şəxsə şamil edər. Allah böyük kərəm sahibidir!

Ayələrin nazilolma səbəbi.



Təfsirçilərdən bəzisinin nəql etdiklərinə əsasən, Xeybər və digər bölgə yəhudilərindən on iki nəfər möminlərdə süstlük yaratmaq üçün hiyləgərliklə plan hazırlayır və öz aralarında belə qərara gəlirlər ki, səhər Həzrət Peyğəmbərin (s) yanına gedib zahirdə iman gətirsinlər və müsəlman olsunlar, lakin günün sonunda onu inkar etsinlər. Onlardan bunun səbəbini soruşanda da belə desinlər: “Biz Muhəmmədlə yaxından tanış olduq. Öz kitablarımıza müraciət edəndə və ya din alimlərimizlə məsləhətləşəndə onun sifət və üslubunun bizim kitablarda qeyd edilənlərlə üst-üstə düşmədiyini gördük. Buna görə də ondan çıxdıq".

Onlar bunu bəzilərinin "bunlar səma kitablarını bizdən yaxşı bilirlər, ona görə də nə deyirlərsə, düz deyirlər" demələri və beləcə, süstləşmələri üçün etmək istəyirdilər.

Bu ayə barəsində başqa nazilolma səbəbi də nəql edilib. Lakin qeyd edilən nazilolma səbəbi ayənin mənasına daha yaxındır.

Qeyd edilən ayələr yəhudilərin başqa bir planını ifşa edir. Onlar müsəlmanların imanında süstlük yaratmaq üçün bütün vasitələrdən – hərbi, siyasi, iqtisadi, mədəni hücumlardan istifadə ediblər. Sözügedən ayələr onların müsəlmanların əqidəsini hədəf almış hücumlarının bir hissəsinə işarə edir.

Ayədə belə buyurulur: "Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: "(Gedin,) günün əvvəlində (üzdə) möminlərə nazil edilənə inanın, günün sonunda isə onu inkar edin, bəlkə (öz dinlərindən) üz döndərdilər”.

Bəlkə də, “günün əvvəli və sonu” deyərkən iman gətirməklə kafir olmaq arasındakı fasilənin az olmasını nəzərdə tuturlar. Çünki bu fasilənin qısa olması müsəlmanların “onlar İslamı mühüm şey sayırdılar, lakin yaxından tanış olanda onun başqa cür olduğunu gördülər və dərhal ondan üz döndərdilər” deməsinə səbəb olacaqdı. Nəticədə, bu məkrli plan iradəsi zəif olan şəxslərə ciddi təsir göstərəcəkdi. Xüsusilə ona görə ki, həmin dəstə yəhudi alimlərindən ibarət idi və hamı onların səma kitabı və sonuncu peyğəmbərin nişanələri ilə daha yaxşı tanış olduqlarını bilirdi. Bu, ən azı İslamı yeni qəbul etmiş şəxslərin imanının təməlində süstlük yaradacaqdı. "Bəlkə, üz döndərdilər" ifadəsindən onların həmin planın təsirli olacağına ümid bəslədikləri məlum olur.

Lakin onlar öz ardıcıllarını itirməmək üçün zahirdə iman gətirən həmin şəxslərə imanlarının ancaq formal xarakter daşımalı olduğunu deyirlər: "Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”

Bu tövsiyəni Mədinə yəhudilərinə Xeybər yəhudiləri verib. Onlar Peyğəmbərlə (s) yaxın ünsiyyətdə olanların onun təsiri altına düşməsindən və ona iman gətirmələrindən qorxurdular. Çünki onların bəzisi peyğəmbərliyin yalnız yəhudi soyunda olacağına etiqad bəsləyirdi. Onların nəzərincə, zühur etməli olan peyğəmbər yəhudi olmalı idi.

Bəzi təfsirçilər (la tuminu) sözünün kökünün (iman) sözündən və mənasının "xatircəm olmaq, etimad etmək” olduğunu deyiblər. (Bu kökdən olan sözlər bu mənada da işlədilir.)

Sözügedən cümlədə məqsəd həmin məkrli planın tam gizli həyata keçirilməsi, ondan yəhudilərdən başqa heç kəsin, hətta müşriklərin belə xəbərdar olmamasıdır. Məbada bu plan faş olsun və puça çıxsın. Lakin hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah onların sirlərini faş və onları rüsvay edib ki, möminlərə ibrət, kafirlərə hidayət vasitəsi olsun.

Sonra buyurur: "De: "Yönləndirən, hidayət edən yalnız Allahdır".

Onun qarşısında sizin bu hiylənizin heç bir təsiri yoxdur.

Yəhudilərin sözünün arasında yerləşən bu əlavə cümlədə Allah- taala onlara qısa, lakin çox mənalı cavab verir. Birincisi, hidayət Allah tərəfindəndir, hansısa qövm və ya tayfanın inhisarında deyil və Peyğəmbərin (s) yalnız yəhudi tayfasından olmasına lüzum yoxdur.

İkincisi, ilahi hidayətin şamil olduğu kəslər bu məkrli planlar vasitəsi ilə süstləşən deyildirlər.

Sonra yenidən yəhudilərin sözlərinin davamını nəql edərək buyurur: "(Sonra yəhudilər öz adamlarına dedilər:) "Sizə verilənin bənzərinin (səmavi kitabın) başqasına (müsəlmanlara) veriləcəyinə və yaxud Rəbbinizin hüzurunda onların sizinlə mübahisə edəcəyinə (inanmayın, peyğəmbərlik, məntiq, hər ikisi sizə məxsusdur)!"

Onlar özlərini üstün hesab etmək xəstəliyinə tutulmuşdular. Onlar özlərini dünyanın ən yaxşı soyu sayır, peyğəmbərlik, idrak, məntiq və dəlil-sübutun özlərinə məxsus olduğunu düşünür və bu puç gümanla hər iki cəhətdə özlərini üstün sayırdılar.

Ayənin sonunda Allah-taala onlara tutarlı cavab verir və onlara etinasızlıq göstərərək üzünü Peyğəmbərə tutub buyurur: "De: "Həqiqətən, nemət (peyğəmbərlik, ağıl, məntiq neməti heç kəsin deyil,) Allahın əlindədir və onu istədiyi (layiq bildiyi) şəxsə bəxş edər. Allah genişdir (sonsuz nemət sahibidir), (həmin nemətlərin layiq olduğu yerləri) biləndir.

Yəni ilahi nemətlərin hamısı – istər yüksək peyğəmbərlik məqamı olsun, istər ağıl, məntiq və digər iftixar mənbələri Onun tərəfindəndir və Allah onları ləyaqəti olan şəxslərə verir.

Ondan nə kimsə əhd-peyman alıb, nə də kiminsə Onunla qohumluq əlaqəsi var. Həmçinin O, Öz nemətlərini hansısa dəstədə məhdudlaşdırmayıb.

Sonuncu ayədə daha artıq təkid etmək üçün buyurur: “Rəhmətini istədiyi şəxsə şamil edər. Allah böyük kərəm sahibidir". Heç kəs Onun nemətlərini məhdudlaşdıra bilməz.

Allahın lütf və nemətlərinin insanların bəzisinə şamil olub bəzisinə şamil olmamasının səbəbi onun məhdud olmasına görə deyil, insanların ləyaqətinin fərqli olmasına görədir.

İncəlik:



Köhnə məkrli planlar.

Quranın möcüzəvi ayələrindən olan və yəhudilərin və İslam düşmənlərinin sirlərinin üstünü açan sözügedən ayələr onların İslamın erkən dövrünün müsəlmanlarının imanında süstlük yaratmaq üçün məharətlə cızdıqları planı faş edib. Müsəlmanlar onun sayəsində düşmənin azdırıcı vəsvəsələrindən çəkiniblər.

Lakin diqqət etsək, həmin planların başqa şəkillərdə yaşadığımız əsr və zamanda da həyata keçirildiyinin şahidi olarıq. Belə ki düşmən bu istiqamətdə dünyanın ən mükəmməl təbliğat vasitələrindən istifadə edir. Onlar müsəlmanların, xüsusilə gənc nəslin zehnindən İslam etiqadının təməl prinsiplərini silməyə çalışırlar. Onlar bu yolda bütün vasitələrdən, alim, şərqşünas, tarixçi, təbiət elmləri mütəxəssisi, jurnalist, hətta aktyorlardan da istifadə edirlər.

Onlar bu işdə heç məqsədlərini də gizlətmirlər. Bu təbliğatlarda məqsəd müsəlmanları xaçpərəst və ya yəhudi etmək deyil. Məqsəd gənclərin zehnində İslam etiqadının prinsiplərini süstləşdirmək və onları öz din və mədəniyyətlərinin böyük şəxsiyyətlərinə qarşı laqeydləşdirməkdir. Quran bu gün də müsəlmanlara həmin planlar qarşısında diqqətli olmaq barədə xəbərdarlıq edir.