Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 44

Ali-İmran surəsi, 75 və 76-cı ayələr

Ali-İmran surəsi, 75 və 76-cı ayələr



وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِنْ تَأْمَنْهُ بِقِنْطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُمْ مَنْ إِنْ تَأْمَنْهُ بِدِينَارٍ لَا يُؤَدِّهِ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَائِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لَيْسَ عَلَيْنَا فِي الْأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ .٧٥


بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ .٧٦


Ayələrin tərcüməsi



75\. Əhli-kitab arasında elələri var ki, əgər onlara külli miqdarda sərvət əmanət etsən, onu sənə qaytararlar; elələri də var ki, onlara bir dinar da əmanət versən, başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar. Səbəb də budur ki, onlar: "Biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq” – deməklə bilə-bilə Allaha böhtan atırlar.

76\. Bəli, kim öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, (Allah onu sevər, çünki) Allah müttəqiləri sevir.

Ayələrin nazilolma səbəbi.



Bu ayə iki yəhudi barəsində nazil olub. Onlardan biri Abdullah ibn Səlam adlı etibarlı və əmanətdar, ikincisi isə Fəhnas ibn Azura adlı xain və alçaq şəxs olub. Bir zəngin şəxs Abdullahın yanına 1200 uqiyyə qızıl əmanəti qoyub. Abdullah vaxt çatanda onun hamısını sahibinə qaytarıb və əmanətdar olduğuna görə Allah-taala sözügedən ayədə onu mədh edib.

Qüreyşdən olan bir kişi Fəhnasa bir dinar əmanət tapşırıb. Fəhnas isə həmin əmanətə xəyanət edib. Allah-taala bu xəyanətinə görə onu məzəmmət edib.

Lakin bəzilərinə görə, birinci şəxsdə məqsəd xaçpərəstlərin bir dəstəsi, əmanətə xəyanət edənlər isə yəhudilərdir.

Ayənin hər iki nazilolma səbəbini ehtiva etməsi də mümkündür. Çünki Quran ayələrinin çoxu hansısa konkret hadisə haqda nazil olsa da, ümumi xarakterlidir və o, ancaq nazil olduğu hadisədə məhdudlaşmır.

Ayələrin təfsiri.



Kitab əhlinin xain və əmanətdarları.

Sözügedən ayələr kitab əhlinin başqa bir surətini təsvir edir. Çünki bəzi yəhudilər başqalarının əmanətlərini qorumaq məsuliyyətini daşımadıqlarını, hətta həmin əmanətləri mənimsəmək haqqına malik olduqlarını düşünürdülər. Onların məntiqi bu idi ki, biz kitab əhliyik və Allahın peyğəmbəri və kitabı bizim aramızda olub, buna görə də başqalarının malını mənimsəmək bizə haram deyil. Lakin kitab əhlinin hamısı bu qeyri-insani təfəkkür tərzi ilə razılaşmırdı və onların bəzisi özünü başqalarının haqlarını geri qaytarmağa borclu hesab edirdi.

Quran sözügedən ayələrin birincisində hər iki dəstəyə işarə edərək buyurur: "Əhli-kitab arasında elələri var ki, əgər onlara külli miqdarda sərvət əmanət etsən, onu sənə qaytararlar; elələri də var ki, onlara bir dinar da əmanət versən, başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar”.

Bu surənin 14-cü ayəsinin təfsirində də qeyd etdiyimiz kimi, ayənin ərəbcə orijinalında işlənmiş (qintar) sözünün mənası "möhkəm şey"dir. Sonra o, "çoxlu mal" barəsində də işlədilib. Körpüyə (qəntərə), ağıllı şəxslərə (qintir) deyilməsinin səbəbi körpünün bünövrəsinin, ağıllı adamın isə düşüncəsinin möhkəm olmasıdır.

Bu ayədə (qintar) sözündə məqsəd "çoxlu sərvət”, (dinar)da məqsəd isə “az mal”dır. Qurani-Kərim bəzisinin əyri işinə görə onların hamısını pisləmir və bu, bütün müsəlmanlar üçün mühüm əxlaq dərsidir.

Özlərini başqalarının malını mənimsəməkdə ixtiyar sahibi hesab edənlər zor və güc məntiqindən başqa heç bir məntiq qəbul etmirlər. Biz bu gün dünya səviyyəsində bunun ən bariz nümunəsini sionist rejimdə görürük. Onlar başqalarının haqqını özünə qaytarmaq üçün "qol gücü"ndən başqa yol başa düşmürlər. Onlar üçün beynəlxalq qətnamələr, dünya əhalisinin nəzəri və haqq-ədalət kimi məfhumlar mənasızdır. Bu, Qurani-Kərimdə sözügedən ayədə əvvəlcədən xəbər verilmiş həqiqətlərdəndir. Buna görə də müsəlmanların onlardan öz haqlarını geri almaq üçün güc əldə etməkdən başqa çarəsi yoxdur.

Sonra həmin ayənin davamında onların başqalarının malını qəsb etmək məntiqini bəyan edərək buyurur: "Səbəb də budur ki, onlar: "Biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq" — deyirlər.

Ayənin ərəbcə orijinalında işlənmiş (ummiyyin) sözünün mənası “dərs oxumamış şəxslər”dir. Lakin yəhudilərin həmin sözdə məqsədi ya ümumilikdə yazıb-oxuya bilməyən müşrik ərəblərdir, ya da Tövrat və İncili oxuya bilməyən şəxslər.

Onlar özlərini bu cür üstün hesab etmək və müxtəlif adlar altında yalançı imtiyazlarla başqalarının malını mənimsəmək haqqına etiqad bəsləyirdilər. Onların bu məntiq və yanaşma tərzi əmanətə xəyanət etmələrindən qat-qat təhlükəli idi. Çünki xain şəxslər öz işlərini səhv hesab edəndə bir günah etmiş olurlar. Lakin onlar bu işdə özlərini haqlı hesab edəndə daha böyük günaha mürtəkib olurlar.

Qurani-Kərim bu ayənin sonunda onlara cavab olaraq aydın şəkildə belə buyurur: “Bilə-bilə Allaha böhtan atırlar".

Onlar çox yaxşı bilirdilər ki, səma kitablarında onlara başqalarının əmanətinə xəyanət etmək icazəsi verilməyib. Lakin onlar öz alçaq əməllərinə haqq qazandırmaq üçün özlərindən belə şeylər uydurur və onu Allaha isnad edirdilər.

Sonrakı ayə kitab əhlindən "biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq" deyən və buna görə də özlərini azad hesab edənlərin biz bunun nümunəsini bu gün də onların çoxunun əməlində və başqalarının haqqını tapdamasında görürük – sözlərini inkar edərək buyurur: "Bəli, kim öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, (Allah onu sevər, çünki) Allah müttəqiləri sevir".

Yəni insanın üstünlük, şəxsiyyət və dəyər meyarı əhdə vəfalı olmaq, əmanətə xəyanət etməmək, təqvalı olmaq və günahlardan çəkinməkdir. Allah-taala özünü başqalarının haqqını tapdamaqda haqlı hesab edən və hətta bu işdə Allaha isnad edən yalançı xəyanətkarları deyil, belə şəxsləri sevir.

İncəliklər:



1\. İrad:

Burada belə bir irad tutula bilər ki, İslamda da başqalarının malı barəsində belə bir hökm mövcuddur. Çünki İslam da müsəlmanlara onların malını mənimsəmək icazəsi verir.

Cavab:

sban İslam barəsində belə bir söz danışmaq böhtandır. Çünki İslamın çoxsaylı hökmlərindən biri əmanətə xəyanət etməyin caiz olmamasıdır. Həmin əmanətin müsəlmana və ya qeyri-müsəlmana, hətta müşrikə aid olmasının fərqi yoxdur. İmam Səccad (ə) məşhur hədislərinin birində belə buyurub:

“Əmanəti sahibinə qaytarın (ona xəyanət etməyin)! And olsun Muhəmmədi haqq olaraq peyğəmbər göndərən Allaha, əgər atam Hüseyn ibn Əli ibn Əbu Talibin (ə) qatili atamı öldürdüyü qılıncı mənə əmanət tapşırsa, onu ona geri qaytararam”.!

Başqa bir hədisdə İmam Sadiqdən (ə) belə nəql edilib:

“Doğruçuluq və əmanətin qaytarılması Allah-taalanın göndərdiyi bütün peyğəmbərlərin təlimlərinin bir hissəsi olub və buna həm yaxşı, həm də pislər barəsində riayət edilməlidir”?

İslam müsəlmanlara ayədə yəhudilərin əmanətə xəyanət etməsi və öz əməllərinə haqq qazandırmaları barədə deyilənləri etmək icazəsi verməyib və onlar istisnasız olaraq əmanətə xəyanət etməmək məsuliyyəti daşıyırlar.

2\. Ərəb dilində (bǝla) (bəli) sözü hər hansı bir məsələni təsbit etmək üçün işlədilir. Lakin ondan adətən sualın mənfi şəkildə verildiyi yerlərdə istifadə edilir. Məsələn, Allah-taala buyurur:

"Mən sizin Rəbbiniz deyiləmmi?” Dedilər: “Bəli”.

“Bəli” mənası verən (nəəm) sözü isə müsbət sualın cavabında işlədilir. Məsələn, buyurur:

"Siz də Rəbbinizin sizə verdiyi vədin gerçək olduğunu gördünüzmü?” Dedilər: “Bəli".