Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 48
Ali-İmran surəsi, 81, 82-ci ayələr
Ali-İmran surəsi, 81, 82-ci ayələr
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُمْ مِنْ كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُصَدِّقٌ لِمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنْصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُوا أَقْرَرْنَا قَالَ فَاشْهَدُوا وَأَنَا مَعَكُمْ مِنَ الشَّاهِدِينَ .٨١
فَمَنْ تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُولَئِكَ هُمُ الْفَاسِقُونَ .٨٢
Ayələrin tərcüməsi
81\. Allahın peyğəmbərlərdən (və onların davamçılarından): "Sizə kitab və elm verildikdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq iman gətirin və yardım edin" - deyə əhd aldığı zaman(ı yada salın). Sonra (Allah-taala onlara) dedi: "Bunu təsdiq edib möhkəm əhd-peyman bağlayırsınızmı?" Onlar da: "Təsdiq etdik!" - deyə cavab verdilər. (Bu zaman Allah-taala) buyurdu: "Elə isə şahid olun! Mən də sizinlə birlikdə şahid olanlardanam!"
82\. Bundan sonra kim üz döndərsə, fasiqdir.
Ayələrin təfsiri.
Müqəddəs əhd-peyman.
Keçmiş peyğəmbərlərin kitabında İslam Peyğəmbərinin (s) nişanələrinin olmasına işarə edilən əvvəlki ayələrin ardınca bu ayələrdə ümumi bir qaydaya işarə edilib. Həmin qayda keçmiş peyğəmbərlərin (və onların davamçılarının) Allahla özlərindən sonra gələn peyğəmbərlərə tabe olmaq barədə əhd bağlamalarından ibarətdir. Buyurur: "Allahın peyğəmbərlərdən (və onların davamçılarından): "Sizə kitab və elm verildikdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq iman gətirin və yardım edin" - deyə əhd aldığı zaman(ı) yada salın.
Sonrakı peyğəmbərlər və ümmətlər keçmiş peyğəmbərlərə və dinlərə hörmət etməli və onların prinsiplərinə hörmətlə yanaşmalı olduqları kimi, keçmiş peyğəmbər və ümmətlər də özlərindən sonrakı peyğəmbərlər haqda belə bir məsuliyyət daşıyırlar. Quran ayələrində peyğəmbərlərin məqsədinin vahid olmasına dəfələrlə işarə edilib və bu ayə də onun bariz nümunələrindəndir.
Ayənin ərəbcə orijinalında işlənmiş (misaq) sözünün kökü (vusuq) sözüdür və onun mənası “inanmaq və etimad etmək”dir. Buna görə də etimad ediləsi ǝhd-peymanalara (misaq) deyirlər.
Peyğəmbərlərlə yanaşı, onların davamçılarından da əhd-peyman alınıb. Həmin əhd-peymana görə, əgər dəvəti onların dəvəti ilə, nişanələri onların səma kitbalarında qeyd edilənlərlə üst-üstə düşən bir peyğəmbər gəlsə (və onun haqq olması sübuta yetsǝ), onlar ona iman gətirməkdən əlavə, həm də ona yardım göstərməlidirlər.
Sonra təkid etmək üçün əlavə edir: "Sonra (Allah-taala onlara) dedi: "Bunu təsdiq edib möhkəm əhd-peyman bağlayırsınızmı?" Onlar da: "Təsdiq etdik!" - deyə cavab verdliǝr. (Bu zaman Allah-taala) buyurdu: "Elə isə şahid olun! Mən də sizinlə birlikdə şahid olanlardanam!”
Qurani-Kərim sonrakı ayədə əhdini pozanları məzəmmət və təhdid edərək buyurur: "Bundan (bu qədər təkiddən və möhkəm əhd- peymandan) sonra kim üz döndərsə (və zühur müjdəsi nişanələrlə birlikdə keçmiş kitablarda qeyd edilmiş İslam Peyğəmbərinə (s) iman gətirməsə), fasiqdir (və Allaha itaətdən çıxmış sayılır)".
Allah-taala bu cür inadkar və tərs fasiqləri doğru yola yönəltmir. "Tövbə" surəsinin 80-ci ayəsində buyurur:
"Allah fasiq tayfanı doğru yola yönəltməz”.
Allahın hidayətinin şamil olmadığı şəxsin sonu Cəhənnəm odu və şiddətli əzabdır.
İncəliklər:
1\. Peyğəmbərlərin təsdiq edilməsi barədə əhd-peyman Görəsən, sözügedən ayə yalnız əvvəlki peyğəmbərlərin İslam Peyğəmbəri (s) barəsindəki əhd-peymanı barədədir, yoxsa o, bir-birindən sonra gələn peyğəmbərlərin hamısına aiddir?
Peyğəmbərlərin sonuncusu onun bariz nümunəsi olsa da, ayədəki cümlələrdən onun mənasının ümumi olması başa düşülür. Buna görə də hədislərdə onda məqsədin İslam Peyğəmbəri (s) olmasının deyilməsi #### Ayənin təfsiri və bariz nümunəsinin göstərilməsi qismindəndir və ayənin mənası yalnız onunla məhdudlaşmır.
Fəxr Razi öz təfsirində İmam Əlidən (ə) belə nəql edib: "Allah- taala Adəm (ə) və digər peyğəmbərləri yaradanda onlardan əhd-peyman aldı ki, Muhəmməd (s) göndəriləndə ona iman gətirsinlər və yardım etsinlər".
2\. Bir peyğəmbərin zamanında başqa bir peyğəmbərin göndərilməsi.
Hansısa bir "ulul-əzm" peyğəmbərin zamanında başqa bir “ulul- əzm” peyğəmbər gələ və birinci peyğəmbər o birinə tabe olmaq məsuliyəti daşıya bilərmi?
Bu sualın cavabında qeyd etmək lazımdır ki, həmin əhd-peyman yalnız peyğəmbərlərdən deyil, onların davamçılarından da alınıb. Əslində, “peyğəmbərlərdən əhd-peyman alınması" deyilərkən onların ümmətlərindən, onlardan sonra dünyaya gələcək və sonrakı peyğəmbərin dövrünü görəcək nəsillərdən əhd-peyman alınması nəzərdə tutulur. Bundan əlavə, əgər peyğəmbərlər sonrakı peyğəmbərlərin zamanını görsələr, (belə bir halın baş verdiyini fərz etsək) ona iman gətirəcəklər. Yəni Allah elçilərinin dəvət və məqsədləri bir-birindən ayrı deyil və onların arasında mübahisə və çəkişmə yoxdur.
3\. Şahidlikdə peyğəmbərlərin canişinləri də özləri kimidirlər Sözügedən ayə peyğəmbərlər barəsində olsa da, o, peyğəmbərlərin canişinlərinə də şamil olur. Çünki onların həqiqi canişinləri ilə özləri arasında fərq yoxdur və onların hamısı eyni məqsədə xidmət edir. Peyğəmbərlər həmişə öz canişinlərini insanlara tanıtmış, onların müjdəsini vermiş, insanları onlara iman gətirməyə və yardım göstərməyə dəvət etmişlər. Təfsir və hədis kitablarında nəql edilmiş bəzi hədislərdə "yardım edin” cümləsinin Əli (ə) barədə nazil olduğu və onun imamət məsələsini də ehtiva etməsi qeyd edilib. Əslində, bu da həmin mənaya işarədir.
Sözügedən ayənin sintaksis quruluşu barədə təfsirçilər və dilçi alimlər arasında fikir ayrılığı mövcuddur.
4\. Maneə törədən təəssüblər.
Hər hansı bir dinin davamçıları öz dinlərindən asanlıqla əl çəkmir və Allah tərəfindən göndərilmiş peyğəmbərlər qarşısında təslim olmurlar.
Onlar xüsusi irticaçılıq və təəssüblə öz köhnə dinlərində qalır və onu müdafiə edirlər. Sanki onlar həmin dini özlərindən, özlərini isə ondan hesab edir, onun tərk edilməsini öz milli mənsubiyyətlərinin məhvi sayırlar. Buna görə də onlar yeni dinlə çox çətin barışırlar. Tarix boyu baş vermiş və tarixin ən acı hadisələrindən olan dini müharibələrin çoxunun səbəbi məhz bu quru təəssübkeşlik və köhnə dinlǝrǝ irticaçı bağlılıq olub. Halbuki təkamül qanununa əsasən, dinlər biri-digərindən sonra gələrək insanları Allahı tanımaq, haqq-ədalət, iman, əxlaq, insanlıq və fəzilət yolunda irəli aparmalı və dinlərin sonuncusuna çatdırmalıdır. Bu, uşağın təhsil pillələrini biri-digərinin ardınca qət etməsi kimidir. Şübhəsiz, şagirdin ibtidai sinif mühitindən xoşu gəldiyi üçün təəssüb göstərib sonrakı mərhələyə keçməkdən imtina etməsi gerilik və tərəqqi karvanından uzaqlıqdan başqa bir şeylə nəticələn- məyəcək. Sözügedən ayədə əvvəlki peyğəmbərlər və ümmətlərdən gələcək peyğəmbərlər barəsində əhd-peyman alınması sanki həmin təəssübkeşlik, irticaçılıq və inadkarlıqdan çəkindirmək üçündür. Təəssüf ki, bu qədər təkiddən sonra biz yenə də keçmiş din davamçılarının yeni həqiqətlər qarşısında təslim olmadıqlarının şahidi oluruq.
İslamın dinlərin sonuncusu olmasının səbəbi və necəliyi barədə Allahın istəyi ilə "Əhzab" surəsinin 40-cı ayəsinin təfsirində geniş şəkildə danışacağıq.